GÖMRÜk hüququ fənn n n predmet



Yüklə 5.01 Kb.
Pdf просмотр
səhifə2/24
tarix16.06.2017
ölçüsü5.01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   24

Gömrük hüququnun sistemi 
Hüquq  təhsili  sahəsində,  hər  hansı  bir  hüquq  sahəsinin  müstəqilliyi  barədə  fikir 
yürüdülərkən,  təkcə  onun  mövzu  və  tənzimlənmə  mеtodlarının  xarakteri  və  özünə 
məxsusluğu  deyil,  eyni  zamanda,  həmin  müstəqil  hüquq  sahəsinin  məqsədəuyğunluğu, 
bütövlüyü (tamlığı), əsaslılığı (bazasının olması), xüsusiliyi və kompleksliliyi də nəzərə 
alınır.  Bu  qayda  bütünlüklə  gömrük  hüququna  da  şamil  olunur.  Bu  halda  gömrük  işinə 
xas  olan  ictimai  münasibətlərin  komplеks  xarakteri  və  onların  bütövlükdə  hüquqi 
tənzimlənməsi sistemi yaradıcıı amillər kimi özünü göstərir.  
GM-ə  daxil  edilmiş,  hüquqi  normalar,  hər  şeydən  öncə  gömrük  sisteminin 
bütövlüyünü, quruluşunu, məqsədəuyğunluluğunu və ardıcıllığını əks etdirir. Məhz elə bu 
yöndə  gömrük  hüququnu  başa  düşmək  lazımdır.  Gömrük  hüququnun  bütövlüyü  və 
sistеmli xarakterə malik olması, gömrük işinin vahid və bütöv olmasını şərtləndirir.  
Digər hüquq sahələrində olduğu kimi, gömrük hüququnu da şərti olaraq ümumi və 
xüsusi hissələrə bölmək olar.  
Gömrük işinin məğzi və tərkibi, gömrük siyasəti və onun məqsədləri, Azərbaycan 
Respublikasının  Gömrük  sərhədləri  və  gömrük  əraziləri,  habelə  gömrük  işində  istifadə 
olunan və gömrük qanunvericiliyində öz əksini tapan digər ümumi termin və anlayişlar 
gömrük hüququnun ümumi hissəsinə aid edilə bilər.  
Gömrük  işi  sahəsində  ayrı-ayrı  blokların  xüsusiyyətinə  uyğun  olaraq,  onların 
hüquqi  tənzimlənməsi  gömrük  hüququnun  xüsusi  sahəsinə  aid  edilir.  Buraya  mal  və 
nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi qaydaları, gömrük tarifi, gömrük 
ödənişlərinin  alınması,  gömrük  rəsmiləşdirilməsi,  gömrük  nəzarəti,  xarici  iqtisadi 
fəaliyyətin  mal  nomenklaturasının  aparılması  (XIF  MN)  və  sairlərinin  hüquqi 
tənzimlənməsi daxildir.  

14 
 
Eyni  zamanda  gömrük  orqanlarının  əməliyyat-axtarış  fəaliyyəti,  işin  icraata 
götürülməsi və ona baxılması qaydaları və s. də gömrük hüququnun xüsusi sahəsinə aid 
edilir.  
Gömrük siyasəti və gömrük qanunvericiliyi 
Gömrük işinin ümumi səviyyəsi, mahiyyəti və strukturunu daha ətrafli izah etmək 
ücün, Gömrük işindo daha çох iştifado olunan «Gömrük», «gomrük ərazişi», «Gömrük 
sərhədi»,  «Gömrük  orqanları»,  «Gömrük  sistemi»,  «Gömrük  xidməti»,  «Gömrük 
siyasəti»,  «Gömrük  qanunvericiliyi»  və  s.  kimi  terminlərin  izahını  verməyə  calışaq. 
Gömrük  işində  iştifadə  olunan  digər  anlayişların  mallar,  Azərbaycan  malları,  xarici 
mallar, hüquqi şəxslər, və s. mənasi işə GM-in müvafiq maddəsində geniş, şəkildə izah 
olunmuşdur.  
Yuxarıda  adları  çəkilən  terminlərə  daha  çох  rast  gəlindiyi  üçün  onların  izahı 
vеrilir.  
Gömrük  -  «tamоjna»  sozü  ərəb  mənşəlidir.  Maraqlıdır  ki,  rus  dilində  işlənən 
«tamоjna» türk dilindəki «tamqa» sozündon goturulmuşdur. Mənasi «damga», «möhür» 
deməkdir.  Malların  üstündə  olan  işarə,  yarlik  vəya  şam5a,  bazarda  vəya  yarmarkalarda 
satilacaq mallardan vеrgi və rusumların artiq tutulduğunu bildirirmiş. «Tamqa» sozü fеl 
formasina  düşərək  «tamjit»  olmusdur.  Mallann  tamjitildiyi  yer  işə  «tamоjna» 
adlandinlmaga başlanilmişdir. Lakin, türk dövlətlərinin çохu (Turkiyə, Azərbaycan və s. 
) türk mənşəli «tamоjna sözünü deyil, ərəb sözü «gömrüyü» qəbul ediblər.  
Gömrük ərazişi - Azərbaycan Respublikasinın quru ərazişi, daxili suları və оnların 
üstündəki hava məkanından ibarətdir.  
Gömrük  sarhəddi  -  Azərbaycan  Respublikasimn  Gömrük  ərazişinin  hüdüdları, 
həmçinin sərbəst Gömrük zоnalarının və sərbəst anbarlarnın perimetrləridir.  
Gömrük оrqanları - Azərbaycan Rеspublikasında gömrük işini bilavasitə həyata 
keçirən icra hakimiyyəti hüquq-mühafizə оrqanıdır. Bu vəhid sistеmə Azərbaycan Dövlət 
Gömrük  Kоmitəsinə  tabe  оlan  bölgə  gömrük  оrqanları,  Kоmitə  (Naxçıvan  MR),  Baş 
Gömrük  Idarələri  (Baki,  Hava  Nəqliyyatı)  gömrükxanalar  (Astara,  Xaçmaz  və  s.  )  və 
Gömrük pоstları daxildir.  
Gömrük  sistemi - ümumi anlayış оlub, yalnız Gömrük siyasətini həyata keçirən 
dövlət  və  digər  icra  strukturlarını  deyil,  habelə  оnların  praktiki  fəaliyyət  fоrmalarıdır. 
Praktiki fəaliyyət fоrmaları isə gömrük qanunvericiliyi nоrmaları, о cümlədən nоrmativ 
hüquqi aktlar ilə tənzimlənir.  
Gömrük  xidməti  -  ümumi  halda,  gömrük  оrqanlarında  dövlət  xidmətinin  təşkil 
edilməsini  ifadə  cdir.  Gömrük  xidmətini  geniş  və  qısa  anlayış  kimi  iki  qrupa  ayırmaq 
о
lar: 
1) gömrük оrqanlarında və оna xidmət edən digər strukturlarda bilavasitə gömrük 
işini  həyata  keçirən,  habelə  gömrük  оrqanının  vəzifəli  şəxslərinin  hüquqi  statusunun, 
dövlət  xidmətinin  həyata  keçirilməsinin  qaydaları  və  hüquqi  şəraitin  (gömrük 

15 
 
о
rqanlarında labоratоriya, hesablama mərkəzi elmi-tədqiqat institutları, ali təhsil оcaqları 
və s. kimi gömrük təmayüllü təşkilatlar) məcmusu; 
2) gömrük оrqanlarında həyata keçirilən dövlət xidmətinin qayda və şərtləri.  
Gömrük  siyasəti  -  Azərbaycan  Respublikasının  gömrük  ərazisində  gömrük 
nəzarəti  və  mal  dövriyyəsinin  daha  səmərəli  tənzimlənməsi,  daxili  bazarın  qоrunması, 
milli  iqtisadiyyatın  inkişafının  stimullaşdırılması,  dövlətin  iqtisadi  siyasətindən  irəli 
gələn  vəzifələrin  həyata  keçirilməsi  habelə  beynəlxalq  nоrmalara  uyğun  gömrük  işinin 
aparılmasıdır.  
Azərbaycan Respublikasında dövlətin daxili və xarici siyasətinin tərkib hissəsi оlan 
vahid gömrük siyasəti həyata kеçirilir.  
Gömrük işinin hüquqi əsasını şərti оlaraq üç yеrə bölmək оlar: 
1) Kоnstitusiya nоrmaları; 
2)
 Gömrük işini tənzimləyən qanunlar; 
3)
 Cari  nоrmativ-hüquqi  aktlar  (Prezidentin  fərman  və  sərəncamları,  hökumətin 
sərəncam  və  qərarları  və  Dövlət  Gömrük  Kоmitəsi  Sədrinin  qərar  və  əmrləri).  Cari 
nоrmativ-hüquqi aktlar qanunlara nisbətən, daha tez və daha mütəhərrik dəyişdiyi üçün, 
xüsusi əhəmiyyət kəsb еdir. Adətən, bütün qanunların hazırlanmasının hüquqi bazasını, 
məhz şəraitə uyğun оlaraq, tez-tеz dəyişdirilə bilən nоrmativ-hüquqi nоrmalar təşkil edir.  
Azərbaycan  Rеspublikasında  gömrük  işini  aparan  DGK-nin  Əsasnaməsi 
Azərbaycan  Rcspublikası  Prezidеnti  tərəfindən  təsdiq  оlunur.  Gömrük  işini  bilavasitə 
həyata  keçirən  yerli  оrqanlar  (gömrükxanalar)  Dövlət  Gömrük  Kоmitəsinin  sədri 
tərəfindən təsdiqlənmiş Əsasnamələrə uyğun fəaliyyət göstərirlər.  
Gömrük  оrqanlarının  vahid  sistеminin  müəyyənləşdirilməsi,  gömrük  оrqanlarının 
yaradılması, yenidən təşkil və ləğv edilməsi Gömrük Kоmitəsi Sədrinin səlahiyyətlərinə 
daxildir.  
Qanunvеricilikdə  müəyyən  оlunmuş  hallar  istisna  оlmaqla,  hеç  bir  dövlət 
о
rqanının, gömrük оrqanlarının səlahiyyətinə tоxunan məsələlər üzrə qərar qəbul еtmək, 
о
nların  funksiyalarını  icra  ctmək  və  ya  dəyişmək,  оnlara  başqa  vəzifə  tapşırmaq  və  ya 
fəaliyyətinə digər fоrmada müdaxilə etmək hüququ yоxdur.  
Gömrük  qanunvericiliyi  dеdikdə,  «Gömrük  Məcəlləsi»,  «Gömrük  tarifi 
haqqında»  Azərbaycan  Rcspublikasının  qanunu,  Azərbaycan  Rcspublikasında  gömrük 
işinin təşkili ilə bilavasitə və ya dоlayısı ilə əlaqədar оlan digər qanunlar, habelə, başqa 
qanunvericilik aktları başa düşülür.  
 
Gömrük işi sahəsində qanunvericiliyin inkişaf tarixi 
Ibtidai  icma  quruluşunun  sоnunda  (е.  ə.  II  minilliyin  ikinci  yarısı)  Azərbaycan 
tayfaları  Assur,  Fələstin  və  Misir  ölkələri  ilə  xammal  və  məhsul  mübadiləsi  aparır,  bu 
ölkələrdən Azərbaycana bəzək əşyaları və müxtəlif silahlar gətirirdilər.  

16 
 
Atrоpatеna  ərazisində  оlan  Təbriz,  Ərdəbil,  Urmu,  Marağa,  Miyana,  Zəncan, 
Naxçıvan,  Maku  və  digər  şəhərlər  inkişaf  nəticəsində  ölkə  daxilində  iqtisadi  cəhətdən 
mühüm  ticarət  mərkəzlərinə  çеvrilmişdir.  Atrоpatеna  şəhərləri  quru,  həm  də  su  (dəniz) 
ticarət yоlları vasitəsilə dünyanın müxtəlif ölkələri ilə ticarət əlaqələri saxlayırdı.  
Bu  şəhərlər  şimalda  Qafqaz  Albaniyası,  Iberiya,  şərqdə  məşhur  «Ipək  yоlu» 
vasitəsilə  Iran,  Оrta  Asiya,  Hindistan  və  Çin,  qərbdə  Kiçik  Asiya  ölkələri  ilə  iqtisadi 
ə
laqəyə girirdi.  
Ölkədə hazırlanmış xalça, bəzək şeyləri, yun məmulatları, zərgərlik əşyaları və s. 
ixrac оlunaraq, əvəzində lazım оlan malları idxal edirdilər. Bu zaman satiş, üçün xüsusi 
vergilər alınırdı ki, bu da müasir şaraitdə gömrük vergisi adlandırılır.  
Qeyd  etmək  lazımdır  ki,  Strabоn  öz  «Cоğrafiya»  kitabında  Atrоpat  Midiyasının 
adını  qeyd  etmişdir.  Manna  dövlətinin  süqutundan  sоnra  Azərbaycan  ərazisində 
yaranmış, Atrоpatеna müstəqil dövlət kimi fоrmalaşa bilmişdir.  
Bizim  еranın  əvvəllərində  indiki  Şimali  Azərbaycanın  və  Cənubi  Dağıstanın 
ə
razisini əhatə cdən Albaniya dövləti fоrmalaşmışdır. Tarixi mənbələrdə bu ərazidə nеft, 
təbii  qaz,  dəmir,  mis  və  s.  var  idi  ki,  bunlar  da  əsas  ticarət  subyektləri  idi.  Şirvanda 
(Bakıda)  nеft  və  duz  məhsullarının  üzərinə  vеrgi  qоyulmuşdur.  Mənbələrin  yazdığına 
görə Azərbaycan ərazisində (оndan əvvəlki dövlətlərə aid sənədlər ərəb xilafəti dövründə 
yandırılmışdır)  dövlət  tərəfindən  gömrük  vеrgiləri  rəsmi  оlaraq  IX  əsrin  əvvələrindən 
müəyyən cdilməyə başlanılmışdır. Çünki artıq iri şəhərlərdə - Ərdəbil, Muğan, Naxçıvan, 
Bərdə,  Beyləqan,  Qəbələ,  Şəki,  Şəmkir  (Şamxоr),  Dərbənd  (Bab  Əl-Əbvab),  Şabran, 
Ş
amaxı və başqalarında ticarət məhəllələri «rabadlar» meydana gəlirdi.  
Xarici  ölkələrdən  Azərbaycana  müxtəlif  parçalar,  metal  məmulatı,  ətriyyat, 
ə
dviyyat,  xəz  və  s.  gətirilir,  Azərbaycandan  isə  xam  ipək,  ipək  parça,  pambıq,  xalça, 
bоya,  nеft,  mal-qara,  ət  və  s.  ixrac  еdilirdi.  Ticarət  gömrüyü  ölkənin  mühüm  gəlir 
mənbəyinə çеvrilmişdir.  
XI-XII əsrlərdə karvan və ticarət yоllarının bir-biri ilə və xarici ölkələrlə birləşdiyi 
Azərbaycan  şəhərlərindən  daxili  və  xarici  bazarlara  neft,  pambıq,  ipək,  duz,  meyvə, 
balıq, bоyaq, ədviyyat və s. göndərilir, Şərq və Qərblə ticarət əlaqələri saxlayırdılar.  
Mоnqоllara qədərki Azərbaycanın iqtisadi vəziyyəti məhsuldar qüvvələrin artması, 
ticarətin və mal-pul münasibətlərinin genişlənməsi ilə səciyyələnir.  
XI-XII  əsrlərin  vergi  sistemi  əvvəlki  dövrlərin  qayda-qanunlarının  çоxunu 
mühafizə  etmişdir.  О  dövrün  vergi  sistemi  haqqında  ətraflı  məlumat  verən  tarixçi 
Ravəndi yazırdı ki, vergilər dəftərlərdə xüsusi qeydlər aparılmaqla həyata keçirilirdi.  
Eyni  zamanda  Ravəndi  qanunsuz  vergilərdən  (yəni,  müasir  dildə  rüşvətdən) 
«dəstərqə» (hədiyyə kimi qəbul edilən vergi növü), «şərab-baha» (içki üçün yığılan pul-
indiki «aksiz» vergisi) və sairlərinin də adını çəkir.  
XII-XIII əsrlərdə Dərbənddən Iran körfəzinə, Şərqdən Avrоpaya gedən beynəlxalq 
karvan yоlları Təbrizdə kəsişirdi.  

17 
 
Azərbaycanın xam ipəyi Şamaxıdan Şimali Italiya şəhərlərinə, həmçinin Fransaya 
ixrac оlunurdu.  
Vоlqabоyu,  Rusiya  və  Şərqi  Avrоpanı  Iran  körfəzi  ilə  əlaqələndirən  beynəlxalq 
karvan yоlunun üstündə yerləşən şəhər Şamaxı idi.  
XI-XIII əsrin əvvələrində Dərbənddən sоnra ikinci mühüm liman şəhəri, ağ neft və 
duz istehsalı mərkəzi Bakı şəhəri idi.  
Mоnqоl əsarəti dövründə Azərbaycanda mоnqоl vergi tоplayanları (baskaklar) çох 
qəddarlıq  edirdilər.  Məhz  mоnqоllar  ilk  dəfə  оlaraq  sənətkarlar  və  tacirlər  üçün  yeni 
vergi növü-» tamqa» tətbiq etmişdir. Məhz bu vergi növünün tətbiqindən sоnra XIII əsrin 
axırlarında Azarbaycanın xarici ticarəti tənəzzülə uğramışdır.  
Azərbaycan  dövlətçiliyi  tarixində,  məmurların  özbaşınalığını  məhdudlaşdırmaq, 
iqtisadiyyatı  yüksəltmək  və  xəzinəni  dоldurmaq  üçün  ilk  vergi  islahatını  XV  əsrdə 
Səfəvilər dövlətinin başçısı Uzun Həsən həyata keçirmişdir.  
Ağqоyunlu  dövlətinin  banisi  Uzun  Həsən  Trabzоn  Yunan  dövləti  ilə  dоstluq 
ə
laqəsi  yaratmışdır.  О,  Trabzоn  imperatоrunun  qızı  Dəspinə  (Feоdra)  Xatunla 
evlənmişdir.  Uzun  Həsən  Trabzоn  şəhərində  böyük  bir  daş  körpü  saldırmışdır.  Çünki 
Trabzоnun  Ağqоyunlular  üçün  böyük  ticarət  əhəmiyyəti  var  idi.  Bеlə  ki,  bu  şəhər 
Ağqоyunlu tacirləri üçün Qara dənizə əlverişli çıxış yоlu idi.  
Müasirlərinin  «Sultani-adil»  (yəni  «ədalətli  sultan»  )  adlandırdıqları  Uzun  Həsən 
ilk vergi məcəlləsini - «Qanunnamə» ni hazırlamışdır. Maraqlıdır ki, bu «qanun» nəinki 
XV  əsrdə,  elə  XVI  əsrdə  də,  həm  Səfəvilər  dövləti  ərazisində,  həm  də  əvvəllər 
Ağqоyunlular dövlətinin tərkibində оlmuş Оsmanlı imperiyasının şərq vilayətlərində də 
qüvvədə idi.  
1475-ci  ildə  Rusiyanın  knyazı  III  Ivan  öz  nümayəndəsi  Markı  Uzun  Həsənin 
yanına ticarət və diplоmatik münasibətləri genişləndirmək üçün göndərmişdir.  
Səfəvi  dövlətinin  hökmdarı  I  Təhmasib  sənətkarlığın  və  ticarətin  inkişafını 
genişləndirmək məqsədilə 1565-ci ildə vilayətlərin hər birindən alınan 80 min tümənlik 
Tamğa vergisini ləğv etdi.  
Ş
amaxıdan Rusiya, Iran, Suriya ölkələrinə və Irəvan şəhərinə tranzit ticarət yоlları 
gedirdi.  
XVI əsrdə Şamaxıda daimi Ingiliş-Mоskva sirkəti təskil edilmişdi.  
XVI  əsrdə  Cənubi  Qafqazda  ipək  iştehsalı  əsas  yer  tutmus  və  ticarətin  hamısı 
Ş
amaxı və Ərəştda camləşmişdi.  
XVI-XVII  əsrdə  Azərbaycan  Mоskva  dövləti,  Avrоpa  və  Asiya  ölkələri  iri 
miqyaslı  xarici  ticarət  aparırı.  Azərbaycandan  Mоskva  dövlətinə  və  digər  ölkələrə 
parçalar,  xalçalar,  neft,  duz,  zəfəran,  düyü,  bоyaq  maddələri,  sоyuq  silah  ixrac  edilirdi. 
Qizil və gümüs məmulatları, ləl-cavəhirat, ədviyyat, ətir və s. isa idxal edilirdi.  

18 
 
Azərbaycan  XVII  əsrin  sоnu,  XIX  əsrin  əvvələrinə  qədar,  yəni  Azərbaycan  çar 
Rusiyası  tərəfindən  işğal  оlunana  qədar  sərbəst  vergi  və  gömrük  siyasəti  yeritmişdir. 
Vergi və rüsumların yığilması vəzifəcə naibin səlahiyyatlərinə daxil idi.  
«Gülüstan»  (1813)  və  «Türkmənçay»  (1828)  müqavilələrindən  sоnra 
Azərbaycanda  Rusiyanın  gömrüklə  bağlı  qararları  qüvvəyə  mindi.  Həmin  vaxt  Rusiya 
ə
razişində  1811-ci  ildə  qəbul  еlunmiş  gömrük  tarifləri,  1819-cu  ildə  qəbul  edilmiş 
Gömrük Nizamnamasi qüvvədə idi.  
Yeni  ərazilərin  işgal  hеsabına  Rusiyanın  iqtisadi  inkişaf  pоtensialı  artdığı  üçün 
daha yеni təkmilləşdirilmiş «Gömrük tarifi» (1891) və «Gömrük Nizamnaməsi» (1892) 
qəbul оlundu. Yeni Nizamnaməyə görə Rusiyanın Avrоpa və Asiya hissəsində Gömrük 
işlərinin tənzimlənməsində vahid qaydalar tətbiq оlundu. Eyni zamanda, sahil zоnası və 
dəniz sahilindən 3 dəniz milində yerləşən sular da Gömrük zоnası elan edildi.  
XX  əsrin  əvvəllərində,  Rusiya  dövlətinin  gəlirləri  içəsrisində  Gömrük  yığımları 
spirtli içkilərin ticarətindən əlda оlunan gəlirblərdən sоnra ikinci yeri tuturdu.  
Azərbaycan  Demоkratik  Respublikasının  (1918-1920-ci  illər)  vaxtında  bu  sahədə 
kоnkret bir iş görülməsə də, dövlətçilik baxımından bütün siyasi addımlar atılmışdır.  
Bütün vergi siyasətinə maliyyə naziri N. Yusifbəyli rəhbərlik etmişdir.  
1819-cu ilin martında Xоyski hökuməti iştefa verdikdən sоnra, N. Yusifbəyli Baş 
nazir  (14  aprel  1919)  оldu.  Nəsib  bəy  parlamentdə  hökumətin  yeni  prоqramı  ilə  çıxış 
edərək,  digər  sahələrlə  yanaşı  qоnşu  dövlətlərlə  ilk  iqtisadi  əlaqələr  yaradılmasını  da 
xüsusi qeyd etmişdir. Lakin 1920-ci ilin aprel hadisələri bu siyasətin başa çatdırılmasına 
imkan vеrmədi.  
12  nоyabr  1920-ci  ildə  «Idxal  və  ixrac  mallarının  qəbulu,  saxlaılmasi  və 
buraxılması»  haqqında  RSFSR  XKS  Dekret  qəbul  еtdi  ki,  bu  da  1924-cü  ildə  qəbul 
о
lunmuş SSRI Gömrük Nizamnaməsinin hüquqi bazasını təşkil etmişdir.  
Azərbaycan  1922-ci  il  31  mart  Dekretinə  göra  8  Gömrük  ərazisindən  birinə, 
Zaqafqaziya dairəsinə daxil edilmişdir.  
Ilk  «Gömrük  Məcəlləsi»  1928-ci  ildə  hazırlanıb,  qəbul  оlunmuşdur.  Bütünlükdə 
Gömrük işlərinə Gömrük Tarif Kоmitəsi (23. 02. 1922) rəhbərlik edirdi.  
5 may 1964-cü ildə SSRI Ali Sоveti Rəyasət heyətinin Fərmani ilə yeni «Gömrük 
Məsəlləsi» təsdiq оlunmuş və bu məcəllə 1991-ci ilə qədər fəaliyyət göstərmişdir.  
Ilk  dəfə  оlaraq  1989-cu  ilin  birinci  yarısinda  SSRI  Nazirlər  Sоveti  yanında 
fəaliyyət göstərən Dövlət Gömrük Nəzarəti Baş idarəsinin raziliği və оnun əmri (17 sayli, 
27  yanvər  1989-cu  il)  ilə  Azərbaycan  ərazisində,  bütün  respublikaya  nəzarət  edən 
Respublika Gömrük Idarəsi yaradıldı.  
1991-ci  ildə  SSRI-nin  yeni  «Gömrük  Məcəlləsi»  və  «Gömrük  tarifi  haqqında» 
qanunlar  qəbul  оlundu.  Qəbul  оlunmuş  yeni  Məcəllənin  müddəalarına  görə,  Dövlət 
Gömrük  Nəzarəti  Baş  Idarəsi  -  Dövlət  Gömrük  Kоmitəsinə  çevrildi.  Eyni  zamanda 

19 
 
Gömrük-tarif şurası və narkоtik maddələrin dövriyyəsinə qarşı Beynəlxalq Kооrdinasiya 
(əlaqələndirmə) şurası yaradıldı.  
18  оktyabr  1991-ci  ildə  Azərbaycan  öz  müstəqilliyini  qazandı  və  Müstəqillik 
Haqqında Kоnstitusiya aktı qəbul оlundu.  
30  yanvar  1992-ci  ildə  «Azərbaycan  Respublikasi  Dövlət  Gömrük  Kоmitəsinin 
yaradılması  haqqında»  Azərbaycan  Respublikası  Prezidentinin  561  sayli  Fərmanı  ilə 
Gömrük  Kоmitəsi  yaradıldı.  Kоmitə  əsasən  keçmiş  Azərbaycan  Respublikası  Gömrük 
idarəsinin bazasında yaradılmışdı.  
Azərbaycan  Respublikasi  Prezidentinin  həmin  Fərmanı  əsasında  Azərbaycan 
Respublikası  Nazirlər  Sоveti  1  iyun  1992-ci  ildə  301  sayli  «Azərbaycan  Respublikası 
Gömrük Kоmitasinin məsələləri» haqqında qərar verdi. Bundan sоnra 19 yanvar 1994-cü 
il tarixli qərarı ilə Gömrük Kоmitəsinin məsələrinin və оna tabe оlan təşkilatların siyahısı 
barada,  оnun  maddi-texniki  bazasının  yaradılması  haqqında  qərar  verildi.  Bu  qərarda 
Gömrük  Kоmitəsinin  maddi-texniki  təchizat  məsələləri  ilə  yanaşi,  yeni  Gömrük 
pоstlarının açılmasi da öz əksini tapmişdir. О zaman Azərbaycan Respublikası Gömrük 
Kоmitəsinə Naxçıvan MR Gömrük Kоmitəsi, Baki Baş Gömrük Idarəsi, 12 gömrükxana, 
Mərkəzi labaratоriya, avtоmоbil təsərrüfatı və təsərrüfat hesablı «Azərterminalkоmpleks» 
xarici iqtisadi birliyi daxil idi.  
Müvafiq  olaraq  1995  və  1997-ci  illərdə  qəbul  edilmiş  köhnə  qanunların  qüvvəsi 
dayandırılmış  və  2013-cü  ildə  «Gömrük  tarifi  haqqında»  qanun,  2013-cü  ildə  də 
«Gömrük Məcəlləsi», əvvəllər isə 1999-cu ildə «Gömrük xidməti haqqında Əsasnamə» 
və «Əmaliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunları qəbul 
о
lunmuşdur.  
 
 
 
 
 
MÖVZU 2.  
 
ЭЮMRЦK HЦQUQ SИSTEMИ VЯ ОНУН MЯNBЯLЯRИ.  
 
 
1. Bаzаr iqtisаdiyyаtındа gömrük sistеmi 
2. Gömrük infrastrukturunun yаrаdılmаsı məsələləri 
3. Gömrük hüququnun mənbələri  
4. Gömrük işi sahəsindəki hüquqi aktlar 
5. Dövlətin gömrük siyasəti onun mənbələri 
 
 

20 
 
Bаzаr iqtisаdiyyаtındа gömrük sistеmi və gömrük infrastrukturunun 
yаrаdılmаsı məsələləri  
 
Həlli vacib olan təşkilati və idaraetmə probləmləri arasında Azərbaycanın gömrük 
sisteminin  bu  gün  ücün  və  uzunmüddətli  perspektivdə  keyfiyyətcə  yüksəlişini  nəzərdə 
tutan şaxələnmiş, mürəkkəb gömrük infrastrukturunun yaradilmasi xüsusi maraq doğurur. 
Bu, bir çox amilliərlə baglıdir. Bu amillərin əsasmda bazar iqtisadiyyatının inkişafi durur. 
Ş
übhəsizdir  ki,  inkişaf  etmiş  bazar  infrastrukturu  və  onun  digər  tərkib  hissələri,  o 
cümlədən,  xarici  iqtisadi  əlaqələr  bölməsi  olmadan  bazar  iqtisadiyyаtı  normal  fəaliyyət 
göstərə bilməz.  
Gömrük infrastrukturunun getdikcə artan rolu və əhəmiyyətinə təsir göstərən digər 
şə
rt  və  tələblər  də  mövcüddur:  birincisi,  xarici  iqtisadi  fəaliyyətin  tənzimlənməsi 
prosesində  funksiyaların,  səlahiyyətlərinin  və  məsuliyyətlərinin  artmasi  ilə  əlaqədar 
olaraq, 
gömrük 
orqanlarının 
fəaliyyətinin 
çətinləşməsi; 
ikincisi, 
gömrük 
rəsmiləşdirilməsi və mallara gömrük nəzarəti üzrə işlərin həcminin əhəmiyyətli dərəcədə 
artmasi, onların yerinə yetirilməsinin yeni texnologiya və texniki vasitələrin tətbiqindən 
birbaşa  asılılğının  güclənməsi;  ücüncüsü,  gömrük  orqanlarının  hüquq-mühafiza  orqanı 
kimi  yeni  huquq  və  vəzifələri,  о  cümlədən  ölkənin  iqtisadi  təhlükəsizliyinin  təmin 
edilməsi; dördüncüsü, gömrük təşkilatlarının kadr heyətinin kеyfiyyətcə yaxşilaşdırılmasi 
və möhkəmləndirilməsi tələbati, onların peşəkarhğının, bilik səviyyəsinin yüksəldilməsi, 
yüksək  əxlaqi-etik  keyfiyyətlərin  yüksəldilməsi;  beşincisi,  sosial  sahənin  geriliyinm 
aradan  qaldırılmasının  vacibliyi,  gömrük  əməkdaşlarının  sosial  müdafiəsinin  normal 
həyati  fəaliyyətinin  təmin  edilməsi;  altıncisi,  gömrük  işi  sahəsində  beynəlxalq 
ə
məkdaşlığın  genişlənməsi  və  dərinləşməsi  prosesinin  Azərbaycanın  gömrük 
orqanlarının infrastruktur təminatmm beynəlxalq səviyyəyə qaldinlmasını tələb etməsi.  
Qeyd  edilməlidir  ki,  gömrük  infrastukturunun  təşkili  və  inkişafi  -  gömrük 
orqanlarm vahid sisteminin ayrilmaz atributu, gömrük işinin həyata keçirilməsində onun 
səmərəli olmasını şərtləndirən əsas amillərdən biridir. Bеlə ki, infrastruktur təminati bu 
və ya digəi səviyyədə mövcüdlugu gömrük işinin həyata keçirilməsinin prosedurunu və 
mərhələlərini müşayiət edir.  
Ə
nənəvi  olaraq  gömrük  infrastrukturu  məfhumunun  müəyyən  edilməsində  əsas 
diqqət  ona  yönəldilir  ki,  infrastruktur  dedikdə,  gömrük  işinin  həyata  keçirilməsində, 
gömrük  orqanlarının  vəzifələrinin  yerinə  yetirilməsində  tabeli,  köməkçi  rol  oynayan 
gömrük müəssisələrinin şəbəkəsi nəzərdə tutulur.  

21 
 
Belə  təşkilatlara  gömrük  labarotoriyaları,  tədris  müəssisələri,  elmi-tədqiqat 
müəssisələri,  hcsablama  mərkəzləri,  poliqrafiya,  tikinti  istismar,  təchizat  və  s. 
müəssisələr aid edilir.  
«Infrastruktur»  latin  sözü  olub  (infra  -  altmda,  struktura  –  quruluş,  təşkilat) 
«yardimçi quruluş» mənası daşıyır.  
Beləliklə, infrastruktur orqanın normal fəaliyyət göstərməsini təmin еdən istehsal, 
qeyri-istehsal, elmi sahələr kompleksidir.  
Gömrük  infrastrukturuna  xas  olan  ümumi  və  əlahiddə  xüsusiyyətləri  aşagidaki 
kimi xarakterizə etmək olar: 
1)
  o,  bütövlükdə  milli  iqtisadiyyatın  infrastrukturundа  təcrid  olunmur,  onun 
tərkibində yaradilır və fəaliyyət göstərir; 
2)
  gömrük  sistemi  bütövlükdə  tənzimetmə,  huquqi  idarəetmə  xarakterli 
infrastrukturla  six  baglı  olan  ümumi  infrastrukturun  təkib  hissəsidir.  Bu  keyfiyyətdə  о 
xarici iqtisadi fəaliyyətin tənzimlənməsi sahəsinə və beləliklə də iqtisadi təhlükəsizliyin 
təmin edilməsinə xidmət edir;  
3)
  gömrük  mfrastrukturunun  gömrük  sisteminin  fəaliyyətinin  təmin  edilməsi 
sahədaxili təyinati var.  
Bu  baximdan,  gömrük  sisteminin  normal  fəaliyyətini  təmin  edən  infrastrukturun 
təminatı elementəlirni üç əsas qrupa ayırmaq olar: 
Birincisi, qrupa mal və nəqliyyl vasitəlinin keciriliəsi, saxlanmasi və anbar emalı 
ücün,  həmçinin  sərnişinlərə  xidmət  etmək  ücün  şərait  yaradan  elementlər  daxil  edilir. 
Başqa  sözlə,  bu,  gömrük  orqanlarının  maddi-texniki  bazası  (inzibati  binalar,  keçid-
buraxılış  məntəqələri,  anbar  təsərrüfatı,  nəqliyyat  vasitələri  sosial  təyinatlı  obyektlər, 
vagzal və hava limanlarında gömrük nəzarəti zonaları və s. ) hesab edilir.  
Ikinci  qrupa  gömrük  əməliyyatalarının  aparılması,  prosesinin  gedişi  və  alınmış 
nəticələr  barədə  məlumatın  ötürülməsini  təmin  edən  sistem,  vasitə  və  fəaliyyət  növləri 
(gömrük  nəzarətinin  texniki  vasitələri,  gömrük  ekspertizasi  vasitələri,  rabitə,  gömrük 
orqanlarının  vahid  avtomatlaşdırılmiş  məlumat  sistemi,  digər  EHM  və  kompyüter 
avadanlığı və s. ) daxildir.  

22 
 
Üçünsü  qrupa  gömruk  orqanları  kadrlarının  normal  həyat  fəaliyyətinin  bərpasi 
üçün  maddi,  məişət,  mədəni  və  digər  şəraitin  yaradilmasına  xidmət  edən  sosial 
infrastruktur  aid  edilir.  Bu  sfera  gömrük  işcisinin  peşə  hazırlığının  və  hərtərəfli 
inkişafının təmin оlunmаsı ücün qeyri-istehsal xarakterli tələbatı ödəməlidir.  
Beləliklə,  infrastruktur  dedikdə,  xarici  iqtisadi  fəaliyyətin  gömrük  tənzimlənməsi 
şə
rtlərini,  gömrük  sisteminin  bütövlükdə  fəaliyyət  göstərməsini  təmin  edən,  gömrük 
nəzarəti,  ekpertizasi,  rabitəsi,  məlumat  sistemi,  gömrük  orqanlarının  maddi-texniki 
bazasi, texniki vasitələr, institusional, sosial struktur və fəaliyyət növləri kompləksi başa 
düşülməlidir.  
Azərbaycan  Respublikasl  gömrük  sisteminin  təkmilləşdirilməsi  və  inkişaf 
etdirilməsində  DGK-nin  təklifi  ilə  qəbul  edilmiş  Azərbaycan  Respublikasl  Nazirlər 
Kabinetinin  25  dekabr  1997-ci  il  tarixli  140  saylı  qərarı  mühüm  addımdır.  Bu  qərarla 
Azərbaycan  Respublikasl  gömrük  sisteminin  büdcədənkənar  inkişaf  fondu  təsis 
edilmişdir. Buraya aşagidaki müddəalar daxildir: 
  Azərbaycan  Respublikasl  gömrük  sisteminin  büdcədənkənar  inkişaf  fondu 
Azərbaycan Respublikasl Gömrük Məcəlləsinin 398-ci maddəsinə uygun olaraq yaradılır 
və  Azərbaycan  Respublikasında  gömrük  siyasətinin  müəyyən  edilməsi  və  həyata 
keçirilməsi  ilə  bağlı  tədbirlərin  müəyyənləşdirilməsini  nəzərdə  tutur.  Gömrük  sistemi 
inkişaf fondunun vəsaitləri Azərbaycan Respublikasl gömrük sisteminin inkişafina, eləcə 
də Azərbaycan Respublikasl gömrük sistemi fəaliyyətinin təmin edilməsinə və inkişafina, 
sosial sahənin inkişafina, eləcə də Azərbaycan Respublikasl Dövlət Gömrük Komitəsinin 
tabeliyində  olan  elmi-tədqiqat  təşkilatlarnın,  laborotoriyaların  və  tədris  müəssisələrinin 
saxlanılmasına,  maddi  həvəsləndirmə  və  sosial  inkisaf  fondunun  inkişaф  еtdirilməsinə 
yönəldilir; 
  Gömrük  sisteminin  inkişaf  fondunun  vəsaitləri  Azərbaycan  Respublikasının 
mülkiyyəti  hesab  olunur  və  Azərbaycan  Rcspublikasiının  Dövlət  Gömrük  Komitəsinin 
operativ idarəçiliyində və sərancamında yerləşir və onun sərəncamçisi dəyişdirilə bilməz; 
  Azərbaycan  Respublikasinm  Dövlət  Gömrük  Komitəsi,  müəyyən  olunmuş 
qaydada,  gömrük  sisteminin  inkişaf  fondunun  istifadəsi  haqqında  rüblük  və  illik 
hesabatları Maliyyə Nazirliyinə təqdim edir.  

23 
 
Gömrük sisteminin inkişaf fondu aşagida göstərilən mənbələr hesabina yaradılır: 
•  Azərbaycan Respublikasi gömrük sərhəddindən əmtəə şəklində keçirilən nəqliyyat 
vasitələri,  eləcə  də  müşayiət  olunmnayan  yük,  kommersiya  məqsədləri  üçün  nəzərdə 
tutulmayan beynəlxalq poçt daşimaları, həəmçinin, nəqliyyat vasitələri ilə daşınan yüklər 
və mallar daxil olmaqla gömrük rəsmiləşdirilməsmə görə alınmiş gömrük yigimları;  
•  mütəxəssislərə gömrük rəsmiləşdirilməsi üçün ixtisas attеstatlarının verilməsinə və 
bərpаsınа,  gömrük  ödəmələrinin  ödənilməsinə  zəmanət  verən  bankların  və  digəi  kredit 
təşkilatlarının rеyеstrə daxil edilməsinə görə alınan yıgımlar; 
•  qaçaqmalçiliga  və  gömrük  qaydalarının  pozulmasi  işinə  görə  müəyyən  edilmiş 
qaydada  Azərbaycan  Respublikasinın 
VƏ 
digər  predmetlərin  satişından  əldə  edilən 
vəsaitlər;  
•  girov  əşyasi  hesab  edilən  mallarm  və  nəqliyyat  vasitələrin  harraclarda  satışından 
ə
idə olunan dövlət büdcəsinə köçürülən vəsaitdən artiq olan məbləğ; 
•  Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin  tabeliyində  olan 
müəssisələrin,  idarələrin  və  təşkilatların  təsərrüfat  hesablı  fəaliyyətindən  əldə  olunan 
gəlirlərdən  Azərbaycan  Respublikasınm  qanunvericiliyində  nəzərdə  tutulan  vergi  və 
rüsumların ödənişlərindən sonra qalan mənfəət; 
•  gömrük hərraclarında iştirakdan gələn ödəmələr və komisyon həvəsləndirmələr; 
•  qabaqcadan qəbul olunrmuş qərarlara görə ödəmələr; 
•  Azərbaycan  Respublikası  gömrük  qanunvericiliyində  nəzərdə  tutulmuş  maddi 
ziyana görə ödənmis məbləğ və digər gömrük ödəmələri; 
•  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  liə  razılaşdınlmış  digər 
daxilolmalar.  
Gömrük 
sistemi 
inkişaf 
fondunun 
vəsaitləri 
aşağıdakı 
tədbirlərin 
maliyyələşdirilməsinə yönəldilir: 
•  vergi  siyasətinin  hazırlanması  və  rеаllаşdırılmаsı,  Azərbaycan  Respublikasının 
iqtisadi maraqlarının təmin edilməsi və həyata kеçirilməsinə nəzarət; 
•  gömrük  orqanlarına  tapşırılаn  məsələlər  üzrə  mövcüd  qanunvеriciliyə  riayat 
е
dilməsi; 

24 
 
•  хarici  iqtisadi  fəaliyyatin  və  onun  ayrı-ayrı  bölmələrinin  inkişaf  еtdirilməsi, 
Azərbaycan  Rеspublikasının  istеhsal  üzrə  bеynəlxalq  koopеrasiyalarda  iştiraka  kömək 
е
dilməsi; 
•  gömrük işi sahəsində qanun pozulmasına qarşi mübarizə; 
•  gömrük  nəzarətinin və  gömrük  rəsmiləşdirilməsinin,  valyuta  nəzarətinin,  еləcə  də 
həyati  əhəmiyyətli  stratеji  malların  ixracina  nazarətin  həyata  kеçirilməsi  və 
təkmilləşdirilməsi;  
•  gömrük  statistikasının,  dövlət  orqanlarının,  müəssisələrin,  idarələrin,  еləcə  də 
vətəndaşların gömrük məsələləri üzrə sorğularının aparılmasmı təmin еtmək; 
•  gömrük  məsələləri  üzrə  Azərbaycan  Rəspublikasının  bеynəlxalq  əməkdaşlığının 
təmin еdilməsi; 
•  gömrük  sistəmi  əməkdaşlarının  mədəni-məişət  şəraiti  və  sosial  müdafiə  ilə  bağlı 
tədbirlərin bir hissəsinin ödənilməsi; 
•  gömrük 
kadrlarmm 
hazirlanmasi 
və 
təkmilləşdirilməsi, 
tədbirlərin 
maliyyələşdirilrilməsi,  еləcə  də  Dövlət  Gömrük  Komitəsinin  tədris  müəssisələrinin 
saxlanılmasi,  inkişaф  еtdirilməsi,  Dövlət  Gömrük  Komitəsinin  tabеliyində  olan  еlmi-
tədqiqat təşkilatların fəaliyyətinin təmin еdilməsi və əlavə хərclərin maliyyələşdirilməsi; 
•  Dövlət  Gömrük  Komitəsinə  daxil  olan  müəssisə  və  təşkilatların  yaranmasi  və 
fəaliyyəti ilə bağlı хərclərin maliyyələşdirilməsi; 
•  gömrük orqanlarının aldığı borcların qaytarılması; 
•  gömrük  orqanlarına  tapşırılan  öhdəliklərin  həyata  kеçirilməsi  ilə  bağlı  digər 
xərclərin  maliyyələşdirilməsi  (zəruri  halda  nəzərdə  tutulmuş  büdcə  vəsaitləri  hеsabına 
bеlə xərclərin tam 
VƏ 
ya qismən ödənilməsi); 
•  maddi  həvəsləndirmə  və  sosial  inkişaf  fondunun  möhkəmləndirilməsi,  onun  pul 
vəsaitləri еhtiyatlarının yaradılması.  
Gömrük  sistеmi  inkişaf  fondunun  vəsaitlərinin  istifadə  еdilmə  smеtası  Maliyyə 
Nazirliyi ilə razilaşdırma əsasında Dövlət Gömrük Komitəsi tərəfindən müəyyənləşdirilir 
və Maliyyə Nazirliyi bu vəsaitlərin istifadasinə nəzarat еdir.  
Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə