GÖMRÜk hüququ fənn n n predmet



Yüklə 1.6 Mb.
Pdf просмотр
səhifə24/24
tarix16.06.2017
ölçüsü1.6 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   24

Gömrük nəzarətinin təşkilinin hüquqi tənzimlənməsi 
Azərbaycan  Respublikası  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  gömrük 
sərhədi  boyunca,  gömrük  rəsmiləşdirilməsi  yerlərində,  gömrük  orqanlarının  olduğu 
yerlərdə və Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi digər yerlərdə gömrük nəzarəti 
zonaları  yaradılır  və  rejim  qaydaları  müəyyən  edilir.  Azərbaycan  Respublikası  gömrük 
orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı formalarda həyata keçirirlər
:  
gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların yoxlanılması;  

223 
 
gömrük  yoxlaması  (malların  və  nəqliyyat  vasitələrinin  yoxlanması,  gömrük 
nəzarətinin müstəsna forması kimi şəxsi yoxlama); 
malların və nəqliyyat vasitələrinin uçotu;  
fiziki və vəzifəli şəxslərin şifahi sorğusu; 
uçot və hesabat sisteminin yoxlanılması;  
müvəqqəti  saxlanc  anbarlarının,  gömrük  anbarlarının,  sərbəst  anbarların,  sərbəst 
gömrük zonalarının, rüsumsuz ticarət mağazalarının və gömrük nəzarətindən keçirilməli 
olan  malların  və  nəqliyyat  vasitələrinin  ola  biləcəyi  digər  yerlərin  ərazi  və  binalarına, 
həmçinin  icrasına  nəzarət  Azərbaycan  Respublikası  gömrük  orqanına  həvalə  edilmiş 
fəaliyyətlərin həyata keçirildiyi digər yerlərə baxış keçirilməsi;  
Gömrük  Məcəlləsində  və  gömrük  işinə  dair  Azərbaycan  Respublikasının  digər 
qanunvericilik aktlarında nəzərdə tutulan və Azərbaycan Respublikasının qanunvericilik 
aktlarına zidd olmayan digər formalarda.  
Gömrük  nəzarəti  həyata  keçirilərkən,  insanların  həyat  və  sağlamlığı,  heyvanlar  və 
bitkilər üçün təhlükəsiz olan, həmçinin mallara və nəqliyyat vasitələrinə zərər vurmayan 
texniki vasitələr tətbiq edilə bilər.  
Gömrük  nəzarətinin  həyata  keçirilməsi  qaydalarını  Azərbaycan  Respublikasının 
gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanı  [Azərbaycan  Respublikasının  Dövlət 
Gömrük Komitəsi] müəyyən edir.  
Gömrük  nəzarətinin  həyata  keçirilməsi  zamanı  şəxslərə,  onların  mallarına  və 
nəqliyyat vasitələrinə qanunsuz zərər vurulmasına yol verilmir.  
Qanunsuz  zərər  vurmuş  Azərbaycan  Respublikasının  gömrük  orqanları  və  onların 
vəzifəli  şəxsləri  Azərbaycan  Respublikası  qanunvericiliyinə  müvafiq  olaraq  məsuliyyət 
daşıyırlar.  
Azərbaycan  Respublikası  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  qanunauyğun 
hərəkətləri ilə vurulmuş zərər ödənilmir.  
Narkotik  vasitələrin  və  psixotrop  maddələrin  qanunsuz  beynəlxalq  dövriyyəsinin 
qarşısını  almaq  və  dövriyyədə  iştirak  edən  şəxsləri  aşkar  etmək  məqsədi  ilə  gömrük 
orqanları  ayrılıqda  götürülmüş  hər  bir  halda  xarici  dövlətlərin  gömrük  və  başqa 
səlahiyyətli  orqanları  ilə  razılaşmalara  uyğun  olaraq  və  ya  Azərbaycan  Respublikasının 

224 
 
beynəlxalq müqavilələri əsasında nəzarət altında göndərilmə metodundan istifadə edirlər, 
yəni  qanunsuz  dövriyyəyə  daxil  edilmiş  narkotik  vasitələrin,  psixotrop  maddələrin  öz 
nəzarəti altında Azərbaycan Respublikasına gətirilməsinə, respublikadan aparılmasına və 
ya onun ərazisindən tranzitlə keçirilməsinə yol verirlər.  
Gömrük  orqanları  gömrük  nəzarətinin  həyata  keçirilməsinə  kömək  göstərilməsi 
üçün  digər  hüquq  mühafizə  və  nəzarət  orqanlarının,  mülkiyyət  formasından,  idarə 
mənsubiyyətindən  və  tabeçiliyindən  asılı  olmayaraq  idarələrin,  müəssisələrin  və 
təşkilatların mütəxəssislərini, həmçinin ekspertləri cəlb etmək hüququna malikdirlər.  
 
 
AR Dövlət Gömrük Komitəsinin fəaliyyətinin hüquqi əsasları 
Gömrük orqanlarına rəhbərliyi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi 
həyata  keçirir.  Dövlət  Gömrük  Komitəsi  Azərbaycan  Respublikasında  gömrük  işi 
sahəsində  dövlət  siyasətini  həyata  keçirən  mərkəzi  icra  hakimiyyəti  orqanıdır.  Dövlət 
Gömrük  Komitəsi  ona  həvalə  edilmiş  vəzifələri  bilavasitə  özü  və  ya  tabeliyində  olan 
gömrük orqanları, idarə və təşkilatlar vasitəsilə həyata keçirir.  
Dövlət  Gömrük  Komitəsi  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının 
Konstitusiyasını,  Azərbaycan  Respublikasının  1997-ci  ildə  qəbul  edilmiş  Gömrük 
Məcəlləsini,  “Gömrük  orqanlarında  xidmət  haqqında  Əsasnamə”ni  və  digər  qanunları, 
“Dövlət  Gömrük  Komitəsi  haqqında  “  Əsasnaməni,  Azərbaycan  Respublikası 
Prezidentinin  digər  fərman  və  sərəncamlarını,  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin qərar və sərəncamlarını rəhbər tutur.  
Dövlət  Gömrük  Komitəsinin  strukturu  və  Əsasnaməsi  Azərbaycan  Respublikası 
Prezidentinin 1998-ci il 27 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.  
Ə
sasnamə  ilə  Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsinin  əsas 
funksiyalarına  Azərbaycan  Respublikasında  gömrük  işini  təşkil  etmək  və  onu 
təkmilləşdirmək;  gömrük  siyasətini  həyata  keçirmək;  respublikanın  iqtisadi  mənafeyini 
və  təhlükəsizliyini  qorumaq;  gömrük  ərazisinin  vahidliyini  təmin  etmək;  qabaqcıl 
gömrük  tənzimlənməsi  vasitələrinin  tətbiqini  təşkil  etmək;  gömrük  işinə  dair  və  digər 
qanunvericiliyə əməl olunmasını təmin etmək aid edilmişdir.  

225 
 
Dövlət  Gömrük  Komitəsi  hüquq  mühafizə  orqanı  kimi  ona  həvalə  edilmiş  mühüm 
hüquqi funksiyalara əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 
aşağıdakı vəzifələri yerinə yetirir: 
Azərbaycan  Respublikasının  gömrük  siyasətinin  həyata  keçirilməsi  üçün  hüquqi, 
iqtisadi, təşkilati mexanizmlər hazırlayır və onların həyata keçirilməsini təmin edir;  
Respublikada gömrük işinin inkişafı proqramını hazırlayır və həyata keçirir; 
Gömrük  nəzarətinin  həyata  keçirilməsini  və  təkmilləşdirilməsini  təşkil  edir,  bu 
nəzarətin səmərəliliyinə zərər vurmadan onun sadələşdirilməsi və təkmilləşdirilməsi üçün 
tədbirlər görür; 
Gömrük  sərhədindən  keçiriliən  mallar  barəsində  lisenziyalaşdırma,  qiymətlərin 
tənzimlənməsi  və  digər  qeyri-tarif  tədbirləri  də  daxil  olmaqla,  iqtisadi  proqramların 
işlənib  hazırlanmasında  iştirak  edir  və  öz  səlahiyyətləri  daxilində  onların  həyata 
keçirilməsini təşkil edir; 
Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilən  mallardan  vergilərin, 
gömrük ödənişlərinin alınmasını təşkil edir; malların gömrük dəyərinin düzgün müəyyən 
olunması üzərində nəzarət sistemini təşkil edir; gömrük rüsumlarının, vergilərin vaxtında 
və tam həcmdə dövlət büdcəsinə köçürülməsini təmin edir; 
Qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  lisenziya  və  ya  ixtisas  attestatları  verir, 
onları ləğv edir, yaxud geri alır, reyestrin aparılmasını təmin edir; 
Mallar  və  nəqliyyat  vasitələri  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
keçirilərkən,  müvafiq  gömrük  rejimlərindən  səmərəli  istifadəni  təmin  edir;  onların 
keçirilməsinə dair qaydaların işlənib hazırlanmasını təşkil və icrasını təmin edir; 
Mallarin  və  nəqliyyat vasitələrinin gömrük  rəsmiləşdirilməsinin həyata  keçirilməsini 
təşkil edir, onun təkmilləşdirilməsi və sadələşdirilməsi üçün tədbirlər görür; 
Müstəqil  surətdə,  yaxud  zəruri  olduqda  digər  hüquq-mühafizə  orqanları  cəlb 
edilməklə  gömrük  nəzarəti  zonası  rejiminə  riayət  olunmasına  nəzarəti  təmin  edir, 
gömrüyün  infrastruktur  obyektlərinin  mühafizə  sistemini  təşkil  edir,  gömrük  sərhədinin 
qorunması məqsədi ilə tədbirlər həyata keçirir; 
Qaçaqmalçılığa və gömrük işi sahəsində digər cinayətlərə qarşı mübarizə aparılmasını 
təşkil  edir;  gömrük  orqanları  tərəfindən  bu  cür  cinayətlər  üzrə  qüvvədə  olan 

226 
 
qanunvericilik  aktlarına  müvafiq  olaraq  təhqiqat  aparılmasını  və  əməliyyat-axtarış 
fəaliyyəti həyata keçirilməsini təmin edir;  
Gömrük  qaydalarının  pozulmasına  və  gömrük  orqanlarının  normal  fəaliyyətinə  qəsd 
edən inzibati hüquqpozmalara qarşı mübarizəni təşkil edir; 
Narkotik  vasitələrin  və  psixotrop  maddələrin,  silahların,  Azərbaycan  xalqının  və 
xarici  ölkə  xalqlarının  bədii,  tarixi  və  arxeoloji  sərvətləri  olan  əşyaların,  intellektual 
mülkiyyət  obyektlərinin,  habelə  digər  malların  gömrük  sərhədindən  qanunsuz 
keçirilməsinin qarşısını almaq məqsədi ilə tədbirlər sistemi hazırlayr və həyata keçirir; 
Dəmir  yolu  vağzallarında,  hava  limanlarında  beynəlxalq  nəqliyyat  vasitələrinin 
fəaliyyətinə  qanunsuz  müdaxilənin  qarşısının  alınmasında  və  beynəlxalq  terrorçuluqla 
mübarizədə hüquq mühafizə orqanlarına köməklik göstərir; 
Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  tərəfindən  qaçaqmalçılıq  və  gömrük  işi 
sahəsində digər cinayətlər, gömrük qaydalarının pozulması işləri və gömrük orqanlarının 
normal fəaliyyətinə qəsd edən inzibati hüquqpozmalar haqqında işlər üzrə icraat zamanı, 
habelə  əməliyyat-axtarış  tədbirləri  həyata  keçirilərkən  qanunçuluğa  əməl  olunmasına 
nəzarəti həyata keçirir;  
Maraqlı  şəxslərin  gömrük  məsələləri  üzrə  məlumatlandırılması  və  onlara 
məsləhətvermənin təminat sistemini yaradır; 
Gömrük işi həyata keçirilərkən fiziki şəxslərin və təsərrüfat subyektlərinin hüquq və 
mənafelərinin müdafiəsi üzrə tədbirlər görür;  
Gömrük  orqanlarının  və  onların  vəzifəli  şəxslərinin  qərarlarından  (  o  cümlədən 
normativ  aktlarından  ),  hərəkət  və  hərəkətsizliyindən  şikayətetmə  üzrə  fiziki  və  hüquqi 
şə
xslərin  hüquqlarının  reallaşdırılması  üçün  şərait  yaradır;  şikayətlərə  və  müraciətlərə 
vaxtında və tam baxılmasını təmin edir; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni 
mənafelərin pozulmasını yaradan səbəblərin aradan qaldırılması üçün tədbirlər görür; 
Gömrük işi üzrə mühüm hüquqi aktların nəşrini təmin edir; gömrük işinin inkişafı və 
vəziyyətinə  dair  məlumat-izahat  işləri  aparır;  bu  məqsədlə  kütləvi  informasiya 
vasitələrindən və digər təbliğat vasitələrindən istifadə edir; 
 Konkret  mallarla  və  ya  təsərrüfat  əməliyyatları  ilə  əlaqədar  gömrük  işi  haqqında 
qanunvericilik  aktlarının  tətbiqi  məsələləri  üzrə  öz  qərarlarının  qəbulu  və  həyata 

227 
 
keçirilməsini  təmin  edir;  gömrük  işi  haqqında  qanunvericiliyin  tətbiqi  təcrübəsini 
ümumiləşdirir və təhlil edir; 
Xarici dövlətlərin gömrük və digər səlahiyyətli orqanları ilə əməkdaşlığı və qarşılıqlı 
fəaliyyəti  həyata  keçirir;  xarici  dövlətlərin  gömrük  siyasətini  və  bu  dövlətlərlə  gömrük 
işinin vəziyyətini öyrənir və təhlil edir; 
Gömrük işi sahəsində elmi-tədqiqat işlərinin aparılmasını təşkil edir; 
crasına  nəzarət  gömrük  orqanlarına  həvalə  olunmuş  gömrük  işi  üzrə  və  digər 
qanunvericilik  aktlarına  əməl  olunmasını  təmin  edən  tədbirlər  sistemini  hazırlayır  və 
həyata keçirir; 
Valyuta nəzarətini təmin edir; 
Gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  hazırlanmasını  və  ixtisasının  artırılmasını, 
gömrük  laboratoriyalarında,  habelə  digər  tabeli  idarə,  müəssisə  və  təşkilatlarda  işləmək 
üçün mütəxəssislər hazırlanmasını təmin edir; 
Gömrük  idarələri,  gömrükxanalar,  gömrük  postları,  gömrük  laboratoriyaları,  elmi-
tədqiqat və tədris müəssisələri, hesablama mərkəzləri yaradır və ləğv edir; onların maddi-
texniki və sosial bazasını inkişaf etdirir; 
Gömrük  orqanlarının  vahid  avtomatlaşdırılmış  məlumat  sisteminin  yaradılmasını, 
fəaliyyət göstərməsini və təkmilləşdirilməsini təmin edir; 
Gömrük  orqanlarının  vəzifəli  şəxslərinin,  gömrük  laboratoriyalarının,  həmçinin 
tabeliyindəki  digər  idarələrin,  müəssisələrin,  təşkilatların  işçilərinin  sosial  və  hüquqi 
müdafiəsi üzrə tədbirlərin reallaşdırılmasına köməklik edir; 
Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  ona  həvalə  edilmiş  digər  vəzifələri 
yerinə yetirir.  
Dövlət  Gömrük  Komitəsinin  üzərinə  qoyulmuş  vəzifələri  yerinə  yetirmək  üçün 
gömrük  siyasətinin  təkmilləşdirilməsinə  dair  təkliflər  hazırlamaq;  gömrük  işi  haqqında 
qanunvericilik  aktlarının  və  digər  hüquqi  aktların  layihələrini  hazırlamaq;  dövlət 
təhlükəsizliyinin,  ictimai  asayişin,  əhalinin  mənəviyyatının,  insanların  həyat  və 
sağlamlığının,  heyvan  və  bitkilərin,  ətraf  mühitin  qorunması,  daxili  bazarın  və 
Azərbaycan  istehlakçılarının  mənafeyinin  müdafiəsi  üzrə  tədbirlərin  həyata 

228 
 
keçirilməsində gömrük orqanlarının  iştirakını təmin  etmək;  gömrük  rejimlərinin  hüquqi 
tənzimlənmə xüsusiyyətlərini müəyyən etmək hüququ vardır.  
Bunlardan  əlavə  Dövlət  Gömrük  Komitəsinin  ona  həvalə  edilmiş  vəzifə  və 
funksiyaları həyata keçirmək üçün mərkəzi icra hakimiyyəti orqanları da daxil olmaqla, 
hüquqi-təşkilati  formasından  asılı  olmayaraq,  müıssisələrdən  və  təşkilatlardan,  habelə 
vəzifəli şəxslərdən və fiziki şəxslərdən sənədlər və məlumatlar tələb etmək; gömrük işi 
məsələləri  üzrə  koordinasiya  və  ekspert  şuraları,  işçi  qrupları  və  müvəqqəti  yaradıcı 
kollektivlər təşkil etmək; gömrük işi və gömrük siyasəti problemlərinin həlli məqsədi ilə 
müqavilə  əsasında  xarici  ölkələrin  mütəxəssisləri  və  alimləri  də  daxil  olmaqla  elmi 
işçiləri,  mütəxəssisləri  cəlb  etmək;  rabitə  və  məlumatların  ötürülməsinin  xidməti 
sistemini yaratmaq; tabeçiliyindəki idarə, müəssisə və təşkilatların fəalyyətinə rəhbərlik 
etmək,  onların  əsasnamələrini  və  nizamnamələrini  təsdiq  etmək,  onların  rəhbərlərini 
təyin etmək, maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını və təftişini həyata keçirmək 
və  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  digər  hüquqları 
vardır.  
Dövlət  Gömrük  Komitəsi  öz  səlahiyyətləri  daxilində  gömrük  işi  üzrə  Azərbaycan 
Respublikasının  bütün  ərazisində qüvvədə  olan,  bütün  dövlət  orqanları,  hüquqi-təşkilati 
formasından asılı olmayaraq idarələr, müəssisələr və təşkilatlar, habelə vəzifəli şəxslərvə 
fiziki şəxslər tərəfindən icrası məcburi olan normativ aktlar qəbul edir.  
Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsinə  sədr  rəhbərlik  edir.  Sədr 
Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad 
olunur.  
Dövlət  Gömrük  Komitəsinin  sədr  müavinləri  sədrin  təklifinə  əsasən  Azərbaycan 
Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunurlar.  
Dövlət Gömrük Komitəsinin sədri aşağıdakı vəzifələri yerinə yetirir: 
Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsini  təmsil  edir,  digər  dövlət 
orqanları ilə onun qarşılıqlı fəaliyyətini təmin edir; 
Dövlət Gömrük Komitəsinin sədrinin müavinləri arasında vəzifə bölgüsünü aparır; 
Komitənin səlahiyyətləri daxilində normativ aktları imzalayır (təsdiq edir) və onların 
icra vəziyyətinin yoxlanılmasını təşkil edir; 

229 
 
Gömrük  orqanlarının  vəzifəli  şəxslərini,  gömrük  laboratoriyalarının  və 
tabeçiliyindəki  digər  idarə,  müəssisə  və  təşkilatların  əməkdaşlarını  vəzifəyə  təyin  və 
vəzifədən azad edir; 
Dövlət  Gömrük  Komitəsinin  struktur  bölmələrini  və  tabeçiliyindəki  digər  idarə, 
müəssisə  və  təşkilatların  əsasnamələrini  (nizamnamələrini)  təsdiq  edir;  komitənin 
müəyyən olunmuş say tərkibi və əmək haqqı fondu hədlərində ştat cədvəlini, idarəetmə 
aparatının saxlanılması üçün smeta xərclərini təsdiq edir; 
Öz səlahiyyətləri daxilində gömrük orqanlarının vəzifəli şəxslərinə və 
tabeçiliyindəki  müəssisələrin  işçilərinə  xüsusi  rütbələr  verir;  ali  rəhbər  heyətindən  olan 
vəzifəli şəxslərə xüsusi rütbələrin verilməsi haqqında müəyyən edilmiş qaydada təqdimat 
verir; 
Gömrük  orqanlarının  və  tabeliyindəki  digər  müəssisə  və  təşkilatların  işçilərini 
mükafatlandırır;  
Xüsusilə  fərqlənmiş  əməkdaşlara  fəxri  adların  verilməsi  və  ya  onların  dövlət 
mükafatları ilə təltif olunması üçün müəyyən olunmuş qaydada təqdimat verir; 
Gömrük  orqanlarının  əməkdaşları,  gömrük  laboratoriyaları  və  tabeçilyindəki  digər 
idarə,  müəssisə  və  təşkilatların  işçiləri  barəsində  qanunvericilikdə  nəzərdə  tutulmuş 
intizam təsiri tədbirlərini tətbiq edir; 
Ona  verilmiş  ayrı-ayrı  səlahiyyətlərdən  tabeçiliyindəki  vəzifəli  şəxslərin  istifadə 
etməsinə icazə verir və başqa funksiyaları da həyata keçirir.  
Dövlət  Gömrük  Komitəsində  sədrdən  (  kollegiyanın  sədri  )  və  sədrin 
müavinlərindən,  habelə  gömrük  orqanlarının,  gömrük  laboratoriyalarının,  tabeçilikdə 
olan  digər  idarə,  müəssisə  və  təşkilatların  rəhbər  işçilərindən  ibarət  kollegiya  təşkil 
olunur. Kollegiyanın tərkibi vəzifələr üzrə Dövlət Gömrük Komitəsi sədrinin təqdimatına 
ə
sasən  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  təsdiq  edilir.  Kollegiya  öz 
iclaslarında  Komitənin  fəaliyyəti  ilə  bağlı  mühüm  məsələlərə  baxır  və  onlar  haqqında 
qərar çıxarır.  
Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsi  dövlət  büdcəsinin  vəsaiti 
hesabına  və  həmçinin  qanunvericilikdə  nəzərdə  tutulmuş  digər  mənbələr  hesabına 
maliyyələşdirilir.  Dövlət  Gömrük  Komitəsi  hüquqi  şəxsdir;  onun  üzərində  Azərbaycan 

230 
 
Respublikasının Dövlət gerbi təsvir olunmuş və öz adı yazılmış möhürü, müvafiq möhür 
və  ştampları,  banklarda  və  kredit  təşkilatlarında  hesabı  (o  cümlədən  valyuta  hesabı  ) 
vardır.  
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu aşağıdakı qaydada 
qurulur: 
1.
  Sədr.  
2.
  Sədrin birinci müavini.  
3.
  Sədrin müavinləri.  
4.
  Sədrin köməkçisi.  
5.
  Gömrük nəzarətinin təşkili Baş idarəsi.  
6.
  Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə Baş idarəsi.  
7.
  Maliyyə-tarif və valyuta nəzarəti Baş idarəsi.  
8.
  Kadrlar idarəsi.  
9.
  Statistika və təhlil idarəsi.  
10.
 şlər idarəsi 
11.
 Əsaslə tikinti və maddi-texniki təchizat idarəsi.  
12.
 nspeksiya idarəsi.  
13.
 Xarici əlaqələr şöbəsi.  
14.
 Mühasibat və uçot şöbəsi.  
15.
 Mətbuat xidməti şöbəsi.  
16.
 Hüquq şöbəsi.  
17.
 Məxfi şöbə.  
18.
 Növbətçi hissə.  
19.
 Təsərrüfat xidməti.  
20.
 Analitik şöbə.  
21.
 Mühafizə dəstəsi.  
Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatları 
aşağıdakılardır: 
Naxçıvan Gömrük Komitəsi; 
Bakı Baş Gömrük  darəsi; 

231 
 
Hava nəqliyyatında Baş gömrük  darəsi; 
Astara gömrükxanası; 
Balakən gömrükxanası; 
Biləsuvar gömrükxanası; 
Ş
irvan gömrükxanası; 
Yevlax gömrükxanası; 
Gəncə gömrükxanası; 
Sədərək gömrükxanası; 
Sumqayıt gömrükxanası; 
Tovuz gömrükxanası; 
Xaçmaz gömrükxanası; 
Xudafərin gömrükxanası; 
Culfa gömrükxanası; 
Mərkəzi laboratoriya; 
“Azərterminalkompleks” Xarici Əlaqələr Birliyi; 
Tədris mərkəzi.  
Azərbaycan  Respublikasının  gömrük  orqanlarında  və  təşkilatlarında  xidmətin 
qaydaları  və  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  hüquqi  vəziyyətinin  əsasları 
Azərbaycan  Respublikasının  1999-cu  il  7  dekabr  tarixli  Qanunu  ilə  təsdiq  edilmiş 
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədə müəyyən edilmişdir.  
Gömrük  orqanlarında  xidmət  –  Azərbaycan  Respublikasının  hüquq  mühafizə 
orqanları  sisteminə  daxil  olan  gömrük  orqanlarının  vəzifə,  funksiya  və  hüquqlarını  öz 
peşəkar  fəaliyyətləri  ilə  həyata  keçirən  Azərbaycan  Respublikası  vətəndaşlarının  dövlət 
xidmətinin xüsusi növüdür.  
Gömrük  orqanlarında  xidmət  qanunçuluq,  humanizm,  müvafiq  dövlət  orqanları 
qarşısında  cavabdehlik,  xidməti  intizama  və  etikaya  riayət,  xidmət  fəaliyyətinin 
nəticələrinə və ixtisasına görə xidməti irəliləyiş prinsipləri əsasında təşkil edilir.  
Qanunvericilkdə müəyyən olunmuş hallar istisna olunmaqla heç bir dövlət orqanının 
Gömrük  Məcəlləsinin  və  Azərbaycan  Respublikasının  digər  qanunvericilik  aktlarının 
müddəalarına  uyğun  fəaliyyət  göstərən  gömrük  orqanlarının  səlahiyyətinə  toxunan 

232 
 
məsələlər  üzrə  qərar  qəbul  etmək,  onların  funksiyalarını  icra  etmək  və  ya  dəyişmək, 
onlara  başqa  vəzifələr  tapşırmaq  və  ya  fəaliyyətinə  digər  formada  müdaxilə  etmək 
hüququ yoxdur.  
Gömrük  orqanları  gömrük  işi  ilə  əlaqədar  vəzifələri  yerinə  yetirmək  məqsədi  ilə 
digər hüquq mühafizə orqanları və başqa dövlət orqanları ilə, idarə, müəssisə, təşkilat və 
vətəndaşlarla qarşılıqlı fəaliyyət göstərir.  
Vətəndaşların  gömrük  orqanlarında  xidmətə  qəbulu  könüllülük  prinsipi  əsasında 
həyata  keçirilir.  Təhsil  səviyyəsinə,  peşəkarlığına,  səhhətinə,  işgüzar  və  mənəvi 
keyfiyyətlərinə  görə  gömrük  orqanlarına  həvalə  edilmiş  vəzifələri  yerinə  yetirə  bilən 
Azərbaycan  Respublikasının  vətəndaşları  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  ola 
bilərlər.  Azərbaycan  Respublikası  gömrük  orqanlarında  vəzifəyə  ilk  dəfə  təyin  edilən 
şə
xslər üçün 6 aya qədər sınaq müddəti müəyyən edilə bilər. Bir qayda olaraq müvafiq ali 
təhsilə  malik  olmayan,  habelə  (ali  rəis  heyəti  üçünnəzərdə  tutulan  vəzifələrə  xidmətə 
qəbul olunanlar istisna edilməklə ) yaşı 30-dan keçmiş vətəndaşlar gömrük orqanlarında 
xidmətə qəbul edilmirlər.  
Gömrük  orqanlarının  vəzifəli  şəxslərinə  xüsusi  rütbələr  verilir.  Xüsusi  rütbələrin 
müəyyən  edilməsi  və  onların  verilmə  qaydasını  Azərbaycan  Respublikasının  Prezidenti 
təsdiq  edir.  Gömrük  orqanlarının  vəzifəlı  şəxslərinə  xüsusi  rütbələr  onların  tutduqları 
vəzifəyə uyğun verilir.  
Gömrük  orqanlarında  xidmətə  qəbul  edilmiş  vətəndaşlar  ilkin  xüsusi  rütbəni 
aldıqdan sonra iki aydan gec olmayaraq Azərbaycan Respublikasının Gömrük Məcəlləsi 
ilə nəzərdə tutulan məzmunda and içirlər.  
Gömrük orqanının vəzifəli şəxsinin aşağıdakı hüquqları vardır: 
Gömrük orqanında tutduğu vəzifəyə dair hüquq və vəzifələrini müəyyən edən sənədlərlə 
tanış olmağa; 
Müəyyən  edilmiş  qaydada  xidməti  vəzifələrini  yerinə  yetirmək  üçün  zəruri  olan 
məlumat və sənədlər almağa; 
Xidməti  vəzifələrini  yerinə  yetirmək  üçün  mülkiyyət  formasından  asılı  olmayaraq 
müəssisələrə getməyə; 

233 
 
Xidməti  vəzifələrinə  uyğun  olaraq  qərarlar  qəbul  etməyə  və  ya  onların 
hazırlanmasında iştirak etməyə; 
Xidmət  illərinə  görə,  xidmətin  nəticələri  və  ixtisasının  səviyyəsi  nəzərə  alınmaqla, 
ə
mək haqqının artırılmasına və gömrük orqanlarında xidmət üzrə irəliləməyə; 
Şə
xsi işində olan materiallarla tanış olmaq və zəruri hallarda öz izahatlarını şəxsi işə 
ə
lavə etməyə; 
Dövlət Gömrük Komitəsinin saxlanılması üçün nəzərdə tutulan vəsaitlər hesabına öz 
ixtisasını artırmağa və təkmilləşdirməyə; 
Xidmət illəri nəzərə alınmaqla pensiya təminatına; 
Şə
rəf  və  ləyaqətini  alçaldan  məlumatların  təkzib  edilməsi  üçün  xidməti 
araşdırmaların aparılmasını tələb etməyə; 
Həmkarlar ittifaqlarında birləşməyə; 
Gömrük orqanlarının vəzifəli şəxslərinin iclaslarında iştirak etməyə.  
Gömrük orqanının vəzifəli şəxsi xidməti fəaliyyətini həyata keçirərkən aşağıdakıları 
etməyə borcludur: 
Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi 
aktlarına riayət edilməsini təmin etmək; 
Fiziki  və  hüquqi  şəxslərin  hüquqlarının  və  qanuni  maraqlarının  müdafiəsini  təmin 
etmək; 
Gömrük  orqanlarının  rəislərinin  səlahiyyətləri  çərçivəsində  verdikləri  əmr  və 
sərəncamlarını yerinə yetirmək; 
Xidməti  vəzifələri  hüdudlarında  fiziki  və  hüquqi  şəxslərin  müraciətlərinə  vaxtında 
baxmaq; 
Gömrük  orqanlarında  müəyyən  edilən  daxili  intizam  və  xidməti  informasiya  ilə 
rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; 
Dövlət sirrini və qanunla qorunan digər sirrləri qorumaq, xidməti vəzifələrini yerinə 
yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq.  
Gömrük orqanlarının vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrasına
həmçinin aşağıdakılar daxildir: 

234 
 
gömrük orqanlarının rəhbərləri tərəfindən təsdiq olunmuş planlara uyğun olaraq keçirilən 
təlimlərdə, toplanışlarda, yarışlarda və digər tədbirlərdə iştirak etmək; 
Xidmət yerinə getmək və qayıtmaq, xidməti ezamiyyətdə olmaq; 
Müalicədə olmaq, müalicə yerinə getmək və qayıtmaq; 
Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar vətəndaşların həyat, sağlamlıq, 
şə
rəf və ləyaqətinin qorunması, habelə öz şəxsi təhlükəsizliyinin təminatı üzrə hərəkətlər.  
Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  xidməti  vəzifələrini  yerinə  yetirərkən  dövlət 
nümayəndəsi kimi təmsil olunur və dövlətin mühafizəsi altında olurlar.  
 Gömrük orqanlarının vəzifəli şəxsləri üzərilərinə düşən vəzifələri yerinə yetirərkən 
qanunvericiliyi  və  beynəlxalq  müqavilələri  rəhbər  tutur  və  birbaşa  rəislərinə  tabedirlər. 
Gömrük orqanı və ya onun vəzifəli şəxsi tərəfindən qərar qəbul edilməsinə, yaxud həmin 
vəzifəli şəxsin fəaliyyət göstərməsinə qanunsuz təsir etməyə və ya hər hansı bir formada 
müdaxiləyə  yol  verilmir  və  bu  cür  hərəkətlər  Gömrük  Məcəlləsinə  uyğun  məsuliyyətə 
səbəb olur.  
Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  müəyyən  edilmiş  hallarda  və  qaydada  fiziki 
qüvvəni,  xüsusi  vasitələri  və  odlu  silahı  tətbiq  etmək  hüququna  malikdirlər.  Həmin 
orqanların  vəzifəli  şəxsləri  fiziki  qüvvənin,  xüsusi  vasitələrin  və  odlu  silahın  tətbiqi  ilə 
ə
laqədar hallarda fəaliyyət göstərmək üçün xüsusi hazırlıq keçməli, həmçinin bu sahədə 
yararlı olmaları barədə müntəzəm yoxlanılmalıdırlar.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

235 
 
 
 
 
 
 
 
 
 
Ə
DƏB YYАТ 
1.
  Azərbaycan Respublikasının Kоnstitusiyası. Bakı. 1995 
2.
  Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. Bakı. 2013 
3.
  Azərbaycan Respublikasının Vеrgi Məcəlləsi. Bakı. 2001 
4.
  «Gömrük tarifı haqqında» AR Qanunu, Bakı. 2013 
5.
  «Nоrmатiv hüqуqi аktlаr haqqında» AR Qanunu, Bakı. 2000 
6.
  Azərbaycan Respublikasının Inzibаti Prсеssuаl Məcəlləsi. Bak. 1999 
7.
   “Azərbaycan Respublikasının  nzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə 
minməsi  və  bununla  bağlı  hüquqi  tənzimləmə  məsələləri  haqqında”  Azərbaycan 
Respublikası  Qanununun  tətbiq  edilməsi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının 
bəzi  qanunlarına  dəyişikliklər  və  əlavələr  edilməsi  və  bəzi  qanunvericilik  aktlarının 
qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, 30 
dekabr 2003-cü il (Azərbaycan Respublikasının qanunvericilik təplusu, 2004-cü il, № 
2, maddə 57) 
8.
  Azərbaycan Respublikasının Cinаyət Məcəlləsi. Bakı. 2000 
9.
  «Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Kəmitəsinin  yaradılması  haqqında» 
Azərbaycan  Respublikası  Prezidentinın  1992-ci  il  30  yanvar  tarixli  561  saylı 
Fərmanı.  
10.
 «Azərbaycan  Respublikası  ərazisinə  ixrac  edilən  malların  müqabilində  valyuta 
vasıtələrinin ödənişlərinə nəzarət barədə təlimat», АR Gömrük Kоmitəsinin Sədrinin 
1998-ci il ç sentyabr tarixli 4ç saylı əmri.  
11.
 Məmmədоv S. və başqaları, «Vergi və Gömrük işi» Bakı. 1996 
12.
 Heydərоv K. , «Gömrük işinin əsasları. Gömrük işinin təşkili texnalogiyası», I cild. 
Bakı. 1998 
13.
 Heydərоv K. , «Gömrük işinin əsasları. Gömrük isinin idarə edilməsi və inkişafı», I-
IV cildlər. Bakı. 2000 
14.
 Heydərоv  K.  ,  Həsənəv  C.  ,  «Azərbaycan  Gömrük  xidməti  yeni  dünya  təsərrüfatı 
münasibətləri şəraitində» Bakı. 1998 
15.
 Nuriyev C. ,» Gömrük hüququ» Bakı. 2002 
16.
 Şəkərəliyev A. , «Bazar iqtisadiyyatına keçid. Dövlətin iqtisadi siyasəti», 2002 
17.
 Şəkərəliyev A. , «Gömrük işinin təşkili və idаrə еdilməsi», 2003 
18.
 Драгонов B. Г. «Основы тамоcенного дела», M. 2005 
 

Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
1   ...   16   17   18   19   20   21   22   23   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə