GÖMRÜk hüququ fənn n n predmet



Yüklə 1.6 Mb.
Pdf просмотр
səhifə3/24
tarix16.06.2017
ölçüsü1.6 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   24

Gömrük hüququnun sistemi 

25 
 
Hüquq  təhsili  sahəsində,  hər  hansı  bir  hüquq  sahəsinin  müstəqilliyi  barədə  fikir 
yürüdülərkən,  təkcə  onun  mövzu  və  tənzimlənmə  mеtodlarının  xarakteri  və  özünə 
məxsusluğu  deyil,  eyni  zamanda,  həmin  müstəqil  hüquq  sahəsinin  məqsədəuyğunluğu, 
bütövlüyü (tamlığı), əsaslılığı (bazasının olması), xüsusiliyi və kompleksliliyi də nəzərə 
alınır.  Bu  qayda  bütünlüklə  gömrük  hüququna  da  şamil  olunur.  Bu  halda  gömrük  işinə 
xas  olan  ictimai  münasibətlərin  komplеks  xarakteri  və  onların  bütövlükdə  hüquqi 
tənzimlənməsi sistemi yaradıcıı amillər kimi özünü göstərir.  
GM-ə  daxil  edilmiş,  hüquqi  normalar,  hər  şeydən  öncə  gömrük  sisteminin 
bütövlüyünü, quruluşunu, məqsədəuyğunluluğunu və ardıcıllığını əks etdirir. Məhz elə bu 
yöndə  gömrük  hüququnu  başa  düşmək  lazımdır.  Gömrük  hüququnun  bütövlüyü  və 
sistеmli xarakterə malik olması, gömrük işinin vahid və bütöv olmasını şərtləndirir.  
Digər hüquq sahələrində olduğu kimi, gömrük hüququnu da şərti olaraq ümumi və 
xüsusi hissələrə bölmək olar.  
Gömrük işinin məğzi və tərkibi, gömrük siyasəti və onun məqsədləri, Azərbaycan 
Respublikasının  Gömrük  sərhədləri  və  gömrük  əraziləri,  habelə  gömrük  işində  istifadə 
olunan və gömrük qanunvericiliyində öz əksini tapan digər ümumi termin və anlayişlar 
gömrük hüququnun ümumi hissəsinə aid edilə bilər.  
Gömrük  işi  sahəsində  ayrı-ayrı  blokların  xüsusiyyətinə  uyğun  olaraq,  onların 
hüquqi  tənzimlənməsi  gömrük  hüququnun  xüsusi  sahəsinə  aid  edilir.  Buraya  mal  və 
nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi qaydaları, gömrük tarifi, gömrük 
ödənişlərinin  alınması,  gömrük  rəsmiləşdirilməsi,  gömrük  nəzarəti,  xarici  iqtisadi 
fəaliyyətin  mal  nomenklaturasının  aparılması  (XIF  MN)  və  sairlərinin  hüquqi 
tənzimlənməsi daxildir.  
Eyni  zamanda  gömrük  orqanlarının  əməliyyat-axtarış  fəaliyyəti,  işin  icraata 
götürülməsi və ona baxılması qaydaları və s. də gömrük hüququnun xüsusi sahəsinə aid 
edilir.  
 
Gömrük hüququnun mənbələri 
Gömrük  hüququnun  mənbələri  dеdikdə,  digər  hüquq  sahələrində  oldugu  kimi, 
dövlət idarəetmə orqanları tərəfindən verilən hüquqi normalar toplusu başa düşülür.  
Gömrük hüququnun mənbələri aşağıdakılardır: 
1.
  Konstitusiya; 
2.
  Qanunlar; 
3.
  Azərbaycan Respublikası Prеzidentinin fərman və sərəncamları, habelə Nazirlər 
Kabinetinin sərəncam və qərarları; 
4.
  Dövlət Gömrük Komitəsinin normativ-hüquqi aktları; 
Konstitusiya  gömrük  hüququnun  əsas  hüquqi  bazası  sayılsa  da,  burada  gömrük 
hüququna  aid  hеç  bir  konkret  maddə  yoxdur.  Ümumiyyətlə,  Konstitusiyada  gömrük 

26 
 
sistemi  barədə  birbaşa  göstəriş  olmasa  da,  bilavasitə  Azərbaycanda  gömrük  işinin 
müstəqil fəaliyyət göstərməsi üçün bir nеçə müddəa vardır.  
Konstitusiyanın 7-ci maddəsinə əsasən Azərbaycan dövlət hakimiyyətin bölünməsi 
prinsipi  əsasında  təşkil  edilir.  Gömrük  Komitəsi  dövlətin  icra  hakimiyyəti  sisteminə 
daxildir. Dövlət Gömrük Komitəsi digər dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərir.  
Konstitusiyanın 13-cü maddəsinə görə mülkiyyət toxunulmazlığı dövlət tərəfindən 
müdafiə olunur. Eyni zamanda, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, 
şə
xsiyyətin  ləyaqəti  əleyhinə  istifadə  oluna  bilməz.  Gömrük  orqanları  müxtəlif  gömrük 
rejimlərində,  hüquqi  və  fiziki  şəxslərin  daşınar  əmlakının  gömrük  sərhədini  kеçərkən, 
onlara dövlət təminatçısı kimi çıхış edir.  
Gömrük  hüququnda  ictimai  münasibətlərin  tənzimlənməsinin  Konstitusiyada 
nəzərdə  tutulan  bu  hüquqi  normalar,  Azərbaycan  Rеspublikasının  gömrük  sisteminin 
demokratik prinsiplər əsasında idarə olunmasını zəruri edir.  
Konstitusiyanın  15-ci  maddəsinin  II  bəndi  bütünlüklə  dövlət  və  iqtisadi  inkişaf 
münasibətlərinin  hüquqi  tənzimlənməsinə  xidmət  edir.  «Azərbaycan  dövləti  bazar 
münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat 
verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir» .  
Bütövlükdə  isə  gömrük  orqanları  dövlətin  iqtisadi  təhlükəsizliyi  ilə  məşğul  olur. 
Məhz konstitusiyanın bu müddəası gömrük sisteminin əsas strategiyasını müəyyən edir.  
Konstitusiyanın  ikinci  bölməsinə  daxil  olan  əsas  hüquqlar  və  azadlıqlar,  demək 
olar  ki,  gömrük  işi  sahəsindəki  ictimai  münasibətlərin  tənzimlənməsi  zamanı  istifadə 
olunan normaların hüquqi bazasını  təşkil  edir.  Məsələn,  26-ci  maddənin  II  bəndi, 28-ci 
maddənin III bəndi, 29-cu maddə, 30, 32, 35, 37, 38, 40, 41, 45, 46, 50, 53, 57, 59, 60, 
61, 63, 64, 65, 66, 67, 68, 69, 71, 73, 77, 78, 79 və 80-cı maddələr Gömrük Məcəlləsinin 
ayrı-ayrı bölmələrinin hüquqi bazasını təmin edir.  
Konstitusiyanın  sadalanan  çox  saylı  maddələrinin  gömrük  sisteminin 
tənzimlənməsində  bu  və  ya  digər  dərəcədə  istifadə  olunması,  gömrük  hüququnun  nə 
qədər  mürəkkəb  və  çoxşaxəli  olmasına  dəlalət  edir.  Lakin  gömrük  hüququnda  bu 
məsələlərin daha geniş və ətraflı araşdırılmasına ehtiyac vardır.  
Qanunlar-bütün  qanunların  normativ  aktlarının  hazırlanması  dövlətin  Əsas 
Qanununa əsaslanır. Gömrük işi sahəsindəki qanunlar Gömrük Məcəlləsindən və gömrük 
hüquq normalarını nəzərdə tutan digər qanunlardan ibarətdir.  
Gömrük Məcəlləsi «Gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən 
edir,  Azərbaycan  Respublikasının  iqtisadi  təhlükəsizliyinin,  suverenliyinin  və 
maraqlarının qorunmasına, Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatı ilə əlaqələrinin 
genişlənməsinə, gömrük işi sahəsində təsərrüfat subyektlərinin, fiziki şəхslərin və dövlət 
orqanlarının hüquqlarının müdafiəsinin təmin olunmasına, onların öz vəzifələrini yerinə 
yetirmələrinə yönəlmişdir» .  

27 
 
Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsi  2013-cü  ildə  qəbul  olunmuşdur. 
Məcəllə  21  bölmə,  58  fəsil  və  334  maddədən  ibarət  olub  Azərbaycan  Respublikasında 
gömrük orqanlarının işinin hüquqi təminatının əsas qanunudur.  
Qalan  gömrük  qanunlarını,  gömrük  hüququnun  mənbəyi  kimi  2  şərti  yarımqrupa 
bölmak olar: 
a)
  bilavasitə gömrük məsələlərini tənzimləyən qanunlar; 
b)
  dolayısı ilə gömrük hüquq normalarını tənzimləyən qanunlar; 
Birinci qrupa  «Gömrük  tarifi haqqında», «Əməliyyat-axtarış  fəaliyyəti  haqqında» 
Azərbaycan  Rеspublikasının  qanunları,  habelə  bundan  sonra  bilavasitə  gömrük  işi  ilə 
bağlı olaraq qəbul ediləcək digər qanunlar daxildir.  
Ikinci  qrupa  isə  «Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi»,  «Girov 
haqqında»,  «Valyuta  tənzimi  haqqında»,  «istеhlakçıların  hüquqlarının  müdafiəsi 
haqqında», «Normativ hüquqi aktlar haqqında» və s. qanunları daxil etmək olar.  
«Gömrük  tarifi  haqqında»  qanun  2013-cü  ildə  qəbul  olunub,  5  fəsil  və  23 
maddədən ibarətdir. Bu Qanun Azərbaycan Respublikasında daxili bazarın xarici bazarla 
səmərəli  əlaqəsini  təmin  etməklə,  xarici  ticarətin  dövlət  tənzimlənməsinin  mühüm 
vasitəsi  olan  gömrük  tarifinin  formalaşdırılması  və  tətbiqi,  həmçinin  ölkənin  gömrük 
sərhədindən keçən mallardan rüsum tutulması qaydalarını müəyyən edir. Qanunun tətbiq 
sahəsi Azərbaycan Respublikasının vahid gömrük ərazisidir.  
«Əməliyyat-axtarış,  fəaliyyati  haqqında»  Azərbaycan  Respublikasının  qanunu  17 
noyabr  1999-cu  ildə  qüvvəyə  minmişdir.  Qanun  3  fəsil,  21  maddə  və  keçid 
müddəalarından ibarətdir.  
Bu  Qanun  əməliyyat-axtarış  fəaliyyətinin  həyata  keçirilməsi  ilə  bağlı  hüquqi 
münasibətləri tənzimləyir və əməliyyat-axtarış tədbirlərinin tətbiqində hüquqi təminatlar 
sistemini müəyyən edir.  
Qeyd  etmək  lazımdır  ki,  bu  Qanun  gömrük  orqanlarının  hüquq-mühafizə  orqanı 
kimi  fəaliyyət  göstərməsi  üçün  lazım  olan  hüquqi  bazarın  genişləndirilməsi  ilə  yanaşı 
həm də gömrük orqanlarına əməliyyat-axtarış fəaliyyətinin aparılmasına hüquqi təminat 
verir. Bu barədə XII fəsilda daha ətraflı məlumat verilmişdir.  
Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları.  
Azərbaycan  Respublikasının  Konstitusiyasının  109-cu  maddəsinin  5-ci  bəndinə 
görə,  Azərbaycan  Respublikasının  prezidenti  «Azərbaycan  Respublikası  Nazirlər 
Kabineti üzvlərini vəzifəyə təyin edir və vəzifədən azad edir» {DGK-nin sədri Nazirlə
Kabinetinin üzvü sayıldığından hüquqi  cəhətdən bu  bənd bizim  üçün lazımlıdır  -
müəl. ) 
Elə  həmin  maddənin  7-ci  («mərkəzi  icra  hakimiyyəti  orqanları  yaradır»  hissəsi),  19-cu 
(«qanunları  imzalayır  və  dərc  edir»  ),  habelə,  gömrük  orqanlarının  bütün  fəaliyyətinin 
məqsədi olan 2-ci bəndi («Azərbaycan Respublikasının dövlət büdcəsini təqdim edir» ) 
gömrük hüquq normalarının tənzimlənməsində xüsusi rol oynayır.  

28 
 
Azərbaycan Respublikasında Gömrük Komitəsi «Azərbaycan Respublikası Dövlət 
Gömrük  Komitəsinin  yaradılması  haqqında»  Azərbaycan  Respublikası  prezidentinin 
1992-ci  il  30  yanvar  tarixli,  561  saylı  fərmanı  əsasında  yaradılmış  və  dövlət  Icra 
Hakimiyyəti  orqanı  kimi  hal-hazırda  da  dövlətin  iqtisadi  təhlükəsizliyini  qoruyan  ən 
vacib idarəеtmə orqanıdır.  
Gömrük orqanları ilə bağlı asas qanunlar, fərmanlar, qərarlar və sərəncamlar daha 
çох  1995-ci  ildən  sonra  qəbul  olunmuş  və  imzalanmışdır.  Gömrük  Komitəsinin  həyata 
keçirdiyi  məsələlərlə  bağlı  Azərbaycan  Respublikası  prezidentinin  bir  neçə  fərmanını 
xatırlatmaq  və  bəziləri  haqqında  qısa  məlumat  vermək  pis  olmazdı.  Bu  fərmanlar 
aşağıdakılardır: 
-
 «Bəzi  sahibkarlıq  fəaliyyəti  növlərinə  xüsusi  razılıq  (lisenziya)  verilməsi 
haqqında əsasnamə» nin təsdiqi ilə bağlı 543 saylı, 27. 01. 1997-ci il tarixli; 
-
 «Xüsusi  razılıq  (lisenziya)  tələb  olunan  fəaliyyət  növlərinin  siyahısının  təsdiq 
edilməsi haqqında», 637 saylı, 04. 10. 1997-ci il tarixli; 
-
 «Azərbaycan  Respublikasında  idxal-ixrac  əməliyyatlarının  tənzimlənməsi 
Qaydaları» haqqında 609 saylı, 24. 06. 1997-ci il tarixli; 
-
 «Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin tətbiqi haqqında» 616 saylı, 
25. 07. 1997-ci il tarixli; 
-
 «Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsi  haqqında  Əsasnamənin» 
təsdiqi haqqında 27. 10. 1997-ci il tarixli; 
-
 «Əməliyyat-axtarış  fəaliyyəti  haqqında»  206  saylı,  11.  11.  1999-cu  il  tarixli, 
habelə digər fərmanlar.  
Azərbaycan  Rеspublikası  Prezidentinin  27  oktyabr  1998-ci  il  tarixli  fərmanı  ilə 
təsdiqlənmiş  Dövlət  Gömrük  Komitəsi  haqqındakı  Əsasnaməyə  görə,  Azərbaycan 
Respublikası  Dövlət  Gömrük  Komitəsi  Azərbaycan  Respublikasında  gömrük  işi 
sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.  
Eyni zamanda bu Əsasnamə ilə gömrük Komitəsinin əsas funksiyaları, vəzifələri, 
hüquqları,  rəhbərliyin  həyata  keçirilməsi,  habelə  hüquqi  şəxs  kimi  atributlar  da  bu 
normativ aktlarda öz əksini tapmışdır.  
Azərbaycan  Respublikası  Prezidentinin  11  noyabr  1999-cu  il  fərmanı  isə 
«Əmliyyat-  axtarış  fəaliyyəti  haqqında»  qanunun  tətbiq  edilməsi  barədədir.  Fərmanın 
ikinci bəndinin üçüncü hissəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə 
ə
məliyyat-axtarış  fəaliyyəti  ilə  məşğul  olmaq  səlahiyyəti  verilir.  Bu  səlahiyyət  həmin 
qanunun  5-ci  maddəsinin  ikinci  bəndinə  əsasən,  məhz  Azərbaycan  Respublikasının 
prеzidenti tərəfindən müəyyənləşdirilir.  
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları va qərarları biləvasitə 
Azərbaycan  Respublikası  «Gömrük  Məcələsin»  də  nəzərdə  tutulmuş  normativ-hüquqi 
aktların icrası ilə bağlıdır.  

29 
 
Azərbaycan Respublikasının Konstitusiyasının 119-cu maddəsində nəzərdə tutulan 
bütün  müddəalar,  demək  olar  ki,  bu  və  ya  digər  dərəcədə  Gömrük  Komitəsinin  işi  ilə 
bağlıdır.  Odur  ki,  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamlarına  daha  tez-tez  ehtiyac 
duyulur.  Çünki  ölkənin  apardığı  iqtisadi  siyasətdə  taktiki  gedişlərin  mütəhərrikliyinə 
ehtiyac  olduğundan,  çıxarılmış  iqtisadi  sanksiya  və  ya  iqtisadi  güzəştlərin  də  vacib 
dəyişkənliyə  məruz  qalması  təbii  sayılmalıdır.  Məsələn,  «Gömrük  xidmətlərinin 
göstərilməsi üçün alman ödənclər haqqında təlimat» haqqında Azərbaycan Respublikası 
Nazirlər  Kabinetinin  24  aprel  1995-ci  il  90  saylı  qərarı  16  iyun  1997-ci  ildə  62  saylı 
qərarı ilə dəyişdirilmişdir.  
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin verdiyi qərarlar əsasən aşağıdakı 
gömrük məsələlərini əhatə edir: 
1)  Azərbaycan  Respublikasının  idxal-ixrac  əməliyyatları  üzrə  gömrük 
rüsumlarının dərəcələri haqqında; 
2)  Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı; 
3)
   Ölkə  ərazisinə  gətirilən  Gömrük  idxal  rüsumuna  cəlb  olunmayan  malların 
siyahısı; 
4)
   Azərbaycan  Respublikası  ərazisinə  gətirilən  və  gömrük  dəyərinin  5%-i 
həcmində gömrük-idxal rüsumuna cəlb olunan malların siyahısı; 
5)
   Azərbaycan  Respublikası  ərazisinə  gətirilən  minik  avtomobillərinin  aksiz 
vergisinə cəlb edilməsi haqqında; 
6)
   Bеynəlxalq daşınmalarda iştirak edən xarici dövlətlərə mənsub avtonəqliyyat 
vasitələrinin ölkə ərazisində hərəkətinin tənzimlənməsi haqqında; 
7)
   Azərbaycan  Respublikasında  gömrük  anbarlarının  və  müvəqqəti  saxlanc 
anbarlarının təsis edilməsinə xüsusi razılıq verilməsi qaydaları haqqında; 
8)
   Azərbaycan  Respublikası  gömrük  buraxılış  məntəqələrindən  fiziki  şəxslər 
tərəfindən  istehsalat  və  ya  kommersiya  fəaliyyəti  üçün  nəzərdə  tutulmayan  malların 
kеçirilməsi barədə; 
9)
   Azərbaycan  Respublikası  ərazisinə  gətirilən  MDB  üzvü  olan  dövlətlərin 
hüdudlarından  kənarda  istehsal  edilmiş  ƏDV-dən  azad  olunan  malların  siyahısı 
haqqında; 
10)  Müxtəlif  Gömrük  rejimlərinin  tənzimlənməsi  barədə  və  s.  Azərbaycan 
Respublikası  Dövlət  Gömrük  Komitəsi  sədrinin  verdiyi  normativ  hüquqi  aktlar 
Azərbaycan  Respublikası  Gömrük  qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydalar 
ə
sasında tərtib olunaraq verilir. Komitənin sədri, gömrük işi sahəsində həll edilməsi tələb 
olunan  məsələlərin  aradan  qaldırılması  üçün  sərəncamlar  imzalayır,  öz  əmri  ilə 
Ə
sasnamə, qaydalar, təlimat, tövsiyyə metodika və s. kimi tənzimləyici hüquqi sənədlər 
imzalayır. Belə sənədlərdən bir neçəsini göstərək: 
-
 Gömrük rejimləri üzrə mütəxəssislərə ixtisas attestatlarının verilməsi Qaydaları ( 
Ə
N qeydə alır); 

30 
 
-
 Azərbaycan  Respublikası  ərazisindən  ixrac  edilən  mallarla  müqayisədə  valyuta 
vəsaitlərinin ödənişinə nəzarət barədə Təlimat; 
-
 Malların tranziti Gömrük rejimi haqqında Əsasnamə (Azərbaycan Respublikası 
Ə
N qeydə alır) və s.  
 
Gömrük işi sahəsindəki hüquqi aktlar 
Ə
vvəllərdə,  gömrük  işi  sahəsində  ictimai  münasibətlərin  tənzimlənməsi  üçün 
hüquq  normalarından  istifadə  olunduğu  qeyd  olunmuşdur.  Bu  baxımdan  əvvəlcə 
normativ hüuqi akt anlayışı aşağıdakı kimi xarakterizə olunur.  
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası qanununun (26. XI. 
1999-cu ildə qəbul olunub) 2-ci maddəsində normativ hüquqi akt nalayışı “Azərbaycan 
Respublikasının normativ hüquqi aktı səlahiyyətli dövlət orqanıtərəfindən qəbul edilmiş, 
göstərişləri  ümumi  məcburi  xarakter  daşıyan,  hüquq  normalarını  müəyyən  edən, 
dəyişdirən  və  ya  ləğv  edən,  dəfələrlə  tətbiq  olıunmaq  üçün  nəzərdə  tutulmuş  rəsmi 
yazılısənəddir”-kimi verilmişdir.  
Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasının qanunvericilik sistemi 
və  ona  daxil  olan  normativ  hüquqi  aktlar  Azərbaycan  Respublikası  Konstitusiyasının 
147-151-ci maddələri ilə müəyyən edilir.  
Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır: 
1)
  “Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hisəinin 1-
6,  8-ci  bəndlərinə  və  IV  hissəsinə  əsasən  qəbul  edilmiş  Azərbaycan 
Respublikası Konstitusiyası Knstitusiya Məhkəməsinin qərarları; 
2)
  Azərbaycan  Respublikası  Mərkəzi  Seçki  Komissiyasının  qərarları,  təlimatları 
və izahları; 
3)
  Vergi icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının qərarları; 
4)
  Azərbaycan Respublikası Milli Bankının qərarları.  
Normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan orqanlar və bu səlahiyyətlərin 
hüdudları Azərbaycan Respublikası Konstitusiyası və digər qanunları ilə müəyyən edilir.  
Bu  qanunun  6-cı  maddəsinin  2-ci  bəndinə  görə,  “Azərbaycan  Respublikasının 
normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan müvafiq icra hakimiyyəti orqanları 
bu səlahiyyətin bir hisısini aşağı icra hakimiyyəti orqanlarına verə bilər”.  
Qanundan  göründüyü  kimi,  səlahiyyəti  olan  bütün  dövlət  orqanları,  öz  işlərini 
mövcud  qanunveiciliyə  uyğun  həyata  keçirmək  üçün  normativ-hüquqi  aktlar  qəbul  edə 
bilərlər: 
a)
  hüquq yaradıcı; 
b)
  hüquq müəyyənedici; 
Gömrük  orqanları  öz  xarakterinə  görə  hüquq  yaradıcı  və  hüquq  müəyyənedici 
olmaqla  hüquqi  aspektdən  norma  yaradıcı  bir  orqan  kimi  fəaliyyət  göstərirlər.  Bu 

31 
 
baxımdan  Gömrük  Komitəsi  bir  hüquq  mühafizə  orqanı  kimi  dövlətin  idarəetmə 
strukturuna  daxil  olduğundan,  yuxarıda  adı  çəkilən  qanunun  müddəaları  bütünlüklə  bu 
orqana da şamil olunur.  
Gömrük orqanlarınan normativ hüquqi aktlar qəbul edə bilməsi səlahiyyəti GM-nin 
9-cu  maddəsində  daha  ətraflı  öz  əksini  tapmışdır:  “Bu  Məcəllədə  və  Azərbaycan 
Respublikasının  digər  qanunvericilik  aktlarında  nəzərdə  tutlan  hallarda  Azərbaycan 
Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı öz səlahiyyətləri daxilində 
Azərbaycan Respublikasının gömrük orqanları, Azərbaycan Respublikasının bütün başqa 
dövlət  orqanları,  tabeçiliyindən  və  mülkiyyət  formasından  asılı  olmayaraq  idarələr, 
müəssisələr və təşkilatlar, habelə vəzifəli şəxslər və vətəndaşlar üçün icrası məcbur olan 
normativ  aktlar  qəbul  edir.  Göstərilən  normativ  aktlar  Azərbaycan  Respublikasının 
qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçirilir”.  
Hüquqi  əsaslarına  görə,  DGK-nin  hüquqi  aktlarına  şərti  olaraq  iki  qrupa  bölmək 
olar: 
1)
  normativ aktlar; 
2)
  fərdi aktlar; 
Normativ  hüquqi  aktlar  gömrük  hüququnun  tənzimləyici  funksiyasıilə 
ə
laqədardır.  
Bu  cür  aktlarda  gömrük  işi  sahəsinda  eyni  cür  münasibətlərin  tənzimlənməsi 
normaları  öz  əksini  tapmışdır.  Yuxarıda  qeyd  olunduğu  kimi,normativ  aktlar 
uzunmüddətli istifadə üçün nəzərdətutulur və konkret sahələrin tənzimlənməsinə xidmət 
edir.  Məsələn,  gömrük  idarələri  haqqında  əsasnamə,  gömrük  orqanlarında  girovdan 
istifadə  haqqında  və  gömrük  daşıyıcısı  haqqında  əsasnamələr,  habelə  digər  təlimat  və 
qaydalar. Bütün normativ aktlar qanunvericilik əsasında hazırlanmalıdır.  
Gömrük işi sahəsində DGK aşağıdakı normativ aktları verə bilər: 
1)
  əmr və sərəncamlar; 
2)
  təlimatlar; 
3)
  ümumi və müvəqqəti qaydalar; 
4)
  metodiki tövsiyyələr; 
5)
  göstərişlər.  
Ə
mr-gömrük  işi  sahəsində  ən  çox  yayılan  və  istifadə  olunan  hüqüqi  normativ 
aktdır.  DGK  öz  səlahiyyətləri  daxilində  mal  və  nəqliyyat  vasitələrinin  keçirilməsi 
qaydaları,  gömrük  tarif  tənzimlənməsi  və  gömrük  ödənişlərinin  tutulması,  gömrük 
nəzarəti  və  s.  barədə  əmrlər  verə  bilər.  Gömrük  işi  sahəsində  ümumio  münasibətləri 
tənzimləyən  normalar  toplusu  barədə  də  əmr  və  ya  sərəncam  normativ  hüquqi  akt 
formasından istifadə olunur.  
Eyni zamanda ümumi və müvəqqəti qaydaların müəyyən edilməsi, təlimat, göstəriş 
və əsasnamələrin təsdiqidə əmrlə olur.  

32 
 
Təlimatlar – bilavasitə qanun və yuxarı orqanların normativ aktlarının icrası üçün 
nəzərdə  tutulmuş  və  konkret  məsələnin  həyata  keçirilməsi  üçün  hazırlanmış  normativ 
aktlardır. Təlimatlar, əmrlərdən fərqli olaraq, gömrük işi sahəsində daha çətin sahələrin 
hüquqi cəhətdən tənzimlənməsi üçün hazırlanır.  
Məsələn, “Valyuta gəlirlərinə nəzarət haqqında” və s. təlimatlar.  
Ümumi  qaydalar  –  gömrük  işinin  məlum  sahəsinin  tənzimlənməsi  üçün  nəzərdə 
tutulmuş  hüquqi  normativ  aktdır.  Məsələn,  “malların  gömrük  sərhədindən  keçirilməsi 
qaydaları”; 
“Fiziki şəxslər tərəfindən malların Azərbaycan Respublikasının gömrk sərhədindən 
keçirilməsinin ümumi qaydaları və s.  
Metodiki  göstərişlər-  hüquqi  normativ  akt  olub,  təlimatlar  və  qaydalarla 
müqayisədə, hüquqi cəhətdən məcburi deyildir.  
Göstərişlər  –  daha  çox  istifadə  olunan  normativ  akt  olub,  ayrıca  gömrük 
ə
məliyyatlarının aparılması ardıcıllığını özündə əks etdirir.  
Məsələn,  “Alkoqollu  içkilər  və  tütün  məmulatlarının  gətirilməsi  zamanı  gömrük 
rəsmiləşdirilməsi üçün alınan gömrük ödənişləri barədə” və s. göstərişlər.  
Fərdi  hüquqi  aktlar-Gömrük  Komitəsinin,  yerli  gömrük  orqanlarının  (məsələn, 
Bakı Baş Gömrük  darəsi və s. ) verdiyi əmrlərdir.  
Fərdihüquqi aktlar normativ aktlardan gömrük işi sahəsində fərdi məsələlərin həlli 
ilə  əlaqədar  olması  ilə  fərqlənir.  Onlar  konkret  gömrük  hüquqi  münasibətlərin 
tənzimlənməsi zamanı ortaya çıxan hüquqi fakt adlanır. Məsələn, DGK üsədri tərəfindən 
gömrükxanarəisinin təyini, vəzifəli şəxslərin təltifi, cəzalandırılması və s.  
Dövlətin gömrük siyasəti onun mənbələri 
Gömrük siyasəti dövlətin iqtisadi və xarici ticarət siyasətinin ayrılmaz hissəsidir və 
buna görə də hökümətin ümümi iqtisadi strategiyasının məqsəd və vəzifələrindən asılıdir. 
Ölkə  iqtisadiyyatının  inkişaf  səviyyəsi  və  daxili  istehsalçiların  beynəlxalq  rəqabət 
qabiliyyətindən  asılı  olaraq xarici  iqtisadi  siyasətin, о  cümlədən  də, gömrük  siyasətinin 
nisbətən dəqiq konturlara malik 4 növü müşahidə edilir: 
  proteksionizm; 
  yumuşaq proteksionizm; 
  sərbəst ticarət (fritredçilik);  
  yumuşaq sərbəst ticarət.  
Bu  istiqamətlər  eyni  zamanda  ölkə  iqtisadiyyatına  xarici  iqtisadi  müdaxilələrə 
aciqliq dərəcəsini numayiş etdirir.  

33 
 
Proteksionist  gömrük  siyasəti  yerli  istehsalın  inkişafı  ücün  daha  əlverişli  şərait 
yaradılmasına  yönəldilir.  Onun  əsas  məqsədi  idxal  edilən  mallara  gömrük  vergi 
qoyulmasının daha yuksək səviyyəsini tətbiq etməklə əldə edilir.  
Proteksionist  siyasətdən  fərqli olaraq sərbəst ticarat siyasəti gömrük  rüsumlarının 
daha aşagi - minimum səviyyəsini nəzərdə tutur və daxili bazara xarici malların daha dох 
cəlb edilməsinə təhrik edir.  
Gömrük  siyasətinin  həyata  keçirilməsinin  əsas  şərti  müvafiq  hüquqi  bazanın-
mənbələrin  formalaşdırılmasıdır.  Gömrük  işinin  məğzi  və  tərkibi,  gömrük  siyasəti  və 
onun  məqsədləri,  Azərbaycan  Respublikasının  Gömrük  sərhədləri  və  gömrük  əraziləri, 
habelə gömrük işində istifadə olunan və gömrük qanunvericiliyində öz əksini tapan digər 
ümumi termin və anlayişlar gömrük hüququnun ümumi hissəsinə aid edilə bilər. Gömrük 
işi  sahəsində  ayrı-ayrı  blokların  xüsusiyyətinə  uyğun  olaraq,  onların  hüquqi 
tənzimlənməsi  gömrük  hüququnun  xüsusi  sahəsinə  aid  edilir.  Buraya  mal  və  nəqliyyat 
vasitələrinin  gömrük  sərhədindən  keçirilməsi  qaydaları,  gömrük  tarifi,  gömrük 
ödənişlərinin  alınması,  gömrük  rəsmiləşdirilməsi,  gömrük  nəzarəti,  xarici  iqtisadi 
fəaliyyətin  mal  nomenklaturasının  aparılması  və  sairlərinin  hüquqi  tənzimlənməsi 
daxildir.  Eyni  zamanda  gömrük  orqanlarının  əməliyyat-axtarış  fəaliyyəti,  işin  icraata 
götürülməsi və ona baxılması qaydaları və s. də gömrük hüququnun xüsusi sahəsinə aid 
edilir.  
Gömrük  hüququnun  mənbələri  dеdikdə,  digər  hüquq  sahələrində  oldugu  kimi, 
dövlət  idarəetmə  orqanları  tərəfindən  verilən  hüquqi  normalar  toplusu  başa  düşülür. 
Gömrük hüququnun mənbələri aşağıdakılardır: 
•  konstitusiya; 
•  qanunlar; 
•  Azərbaycan  Respublikası  Prеzidentinin  fərman  və  sərəncamları,  habelə  Nazirlər 
Kabinetinin sərəncam və qərarları; 
•  Dövlət Gömrük Komitəsinin normativ-hüquqi aktları; 
Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə