GÖMRÜk hüququ fənn n n predmet



Yüklə 1.6 Mb.
Pdf просмотр
səhifə4/24
tarix16.06.2017
ölçüsü1.6 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   24

Konstitusiya  gömrük  hüququnun  əsas  hüquqi  bazası  sayılsa  da,  burada  gömrük 
hüququna  aid  hеç  bir  konkret  maddə  yoxdur.  Ümumiyyətlə,  Konstitusiyada  gömrük 
sistemi  barədə  birbaşa  göstəriş  olmasa  da,  bilavasitə  Azərbaycanda  gömrük  işinin 

34 
 
müstəqil  fəaliyyət  göstərməsi  üçün  bir  nеçə  müddəa  vardır.  Konstitusiyanın  7-ci 
maddəsinə  əsasən  Azərbaycan  dövlət  hakimiyyətin  bölünməsi  prinsipi  əsasında  təşkil 
edilir.  Gömrük  Komitəsi  döвlətin  icra  hakimiyyəti  sisteminə  daxildir.  Döвlət  Gömrük 
Komitəsi  digər  döвlət  orqanları  ilə  qarşılıгlı  fəaliyyət  göstərir.  13-cü  maddəyə  görə  isə 
mülkiyyət  toxunulmazlığı  döвlət  tərəfindən  müdafiə  olunur.  Eyni  zamanda, 
mülkiyyətdən  insan  вə  vətəndaş  hüquqları  və  azadlıqları,  şəxsiyyətin  ləyaqəti  əleyhinə 
istifadə oluna bilməz. Gömrük orqanları müxtəlif gömrük rejimlərində, hüquqi və fiziki 
şə
xslərin  daşınar  əmlakının  gömrük  sərhədini  кеçərкən,  onlara  döвlət  təminatçıсı  kimi 
çıхış  edir.  Gömrük  hüququnda  ictimai  münasibətlərin  tənzimlənməsinin  Konstitusiyada 
nəzərdə  tutulan  bu  hüquqi  normalar,  Azərbaycan  Rеspublikasının  gömrük  sisteminin 
demokratik prinsiplər əsasında idarə olunmasını zəruri edir.  
Konstitusiyanın 
sadalanan 
çoxsaylı 
maddələrinin 
gömrük 
sisteminin 
tənzimlənməsində  bu  və  ya  digər  dərəcədə  istifadə  olunması,  gömrük  hüququnun  nə 
qədər  mürəkkəb  və  çoxşaxəli  olmasına  dəlalət  edir.  Lakin  gömrük  hüququnda  bu 
məsələlərin daha geniş və ətraflı araşdırılmaсına ehtiyac vardır.  
Qanunlar  -  bütün  qanunların  normativ  aktlarının  hazırlanması  döвlətin  Əsas 
Qanununa əsaslanır. Gömrük işi sahəsindəki qanunlar Gömrük Məcəlləsindən və gömrük 
hüquq normalarını nəzərdə tutan digər qanunlardan ibarətdir.  
Gömrük Məcəlləsi «Gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən 
edir,  Азərbаycаn  Respublikasının  iqtisadi  təhlükəsizliyinin,  suverenliyinin  və 
maraqlarının qorunmasına, Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatı ilə əlaqələrinin 
genişlənməsinə, gömrük işi sahəsində təsərrüfat subyektlərinin, fiziki şəхсlərin və döвlət 
orqanlarının hüquqlarının müdafiəsinin təmin olunmasına, onların öz vəzifələrini yerinə 
yetirmələrinə yönəlmişdir» . Gömrük Məcəlləsi 2013-cü ildə qəbul olunmuşdur.  
Digər  gömrük  qanunvericilik  aktlarını,  gömrük  hüququnun  mənbəyi  kimi  2  şərti 
yarımqrupa bölmak olar: 
c)
  bilavasitə gömrük məsələlərini tənzimləyən qanunvericilik aktları; 
d)
  dolayıсı ilə gömrük hüquq normalarını tənzimləyən qanunvericilik aktları; 

35 
 
Birinci qrupa  «Gömrük  tarifi haqqında», «Əməliyyat-axtarış  fəaliyyəti  haqqında» 
Azərbaycan  Rеspublikasının  qanunları,  habelə  bundan  sonra  bilavasitə  gömrük  işi  ilə 
bağlı olaraq qəbul ediləcək digər qanunlar daxildir.  
Ikinci  qrupa  isə  «Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi»,  «Girov 
haqqında»,  «Valyuta  tənzimi  haqqında»,  «Istеhlakçıların  hüquqlarının  müdafiəsi 
haqqında», «Normativ hüquqi aktlar haqqında» və s. qanunları daxil etmək olar.  
«Gömrük  tarifi  haqqında»  Qanun  1995-ci  ildə  qəbul  olunub,  7  fəsil  və  37 
maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikasında daxili bazarın xarici bazarla 
səmərəli  əlaqəsini  təmin  etməklə,  xarici  ticarətin  dövlət  tənzimlənməsinin  mühüm 
vasitəsi  olan  gömrük  tarifinin  formalaşdırılması  və  tətbiqi,  həmçinin  ölkənin  gömrük 
sərhədindən keçən mallardan rüsum tutulması qaydalarını müəyyən edir. Qanunun tətbiq 
sahəsi Azərbaycan Respublikasının vahid gömrük ərazisidir.  
«Əməliyyat-axtarış,  fəaliyyati  haqqında»  Azərbaycan  Respublikasının  qanunu  17 
noyabr  1999-cu  ildə  qüvvəyə  minmişdir.  Qanun  3  fəsil,  21  maddə  və  keçid 
müddəalarından ibarətdir. Bu qanun əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə 
bağlı  hüquqi  münasibətləri  tənzimləyir  və  əməliyyat-axtarış  tədbirlərinin  tətbiqində 
hüquqi təminatlar sistemini müəyyən edir.  
Qeyd  etmək  lazımdır  ki,  bu  qanun  gömrük  orqanlarının  hüquq-mühafizə  orqanı 
kimi  fəaliyyət  göstərməsi  üçün  lazım  olan  hüquqi  bazarın  genişləndirilməsi  ilə  yanaşı 
həm də gömrük orqanlarına əməliyyat-axtarış fəaliyyətinin aparılmasına hüquqi təminat 
verir.  
Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları.  
Azərbaycan  Respublikasının  Konstitusiyasının  109-cu  maddəsinin  5-ci  bəndinə 
görə,  Azərbaycan  Respublikasının  prezidenti  «Azərbaycan  Respublikası  Nazirlər 
Kabineti  üzvlərini  vəzifəyə  təyin  edir  və  vəzifədən  azad  edir»  .  Habelə,  gömrük 
orqanlarının bütün fəaliyyətinin tənzimlənməsində xüsusi rol oynayır.  
Azərbaycan Respublikasında Gömrük Komitəsi «Azərbaycan Respublikası Dövlət 
Gömrük  Komitəsinin  yaradılması  haqqında»  Azərbaycan  Respublikası  Prezidentinin 
1992-ci  il  30  yanvar  tarixli,  561  saylı  fərmanı  əsasında  yaradılmış  və  dövlət  Icra 

36 
 
Hakimiyyəti  orqanı  kimi  hal-hazırda  da  dövlətin  iqtisadi  təhlükəsizliyini  qoruyan  ən 
vacib idarəеtmə orqanıdır.  
Gömrük orqanları ilə bağlı asas qanunlar, fərmanlar, qərarlar və sərəncamlar daha 
çох  1995-ci  ildən  sonra  qəbul  olunmuş  və  imzalanmışдır.  Gömrük  Komitəsinin  həyata 
keçirdiyi məsələlərlə bağlı Azərbaycan Respublikası prezidentinin aşağıdakı fərmanlarını 
qeyd etmək olar: 
-
 «Azərbaycan  Respublikasında  idxal-ixrac  əməliyyatlarının  tənzimlənməsi 
Qaydaları» haqqında 609 saylı, 24. 06. 1997-ci il tarixli fərmanı; 
-
 «Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin tətbiqi haqqında» 616 saylı, 
25. 07. 1997-ci il tarixli fərmanı; 
-
 «Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsi  haqqında  Əsasnamənin» 
təsdiqi haqqında 27. 10. 1997-ci il tarixli fərmanı; 
-
 «Əməliyyat-axtarış  fəaliyyəti  haqqında»  206  saylı,  11.  11.  1999-cu  il  tarixli, 
habelə digər fərmanlar.  
Azərbaycan  Rеspublikası  Prezidentinin  27  oktyabr  1998-ci  il  tarixli  fərmanı  ilə 
təsdiqlənmiş  Dövlət  Gömrük  Komitəsi  haqqındakı  Əsasnaməyə  görə,  Azərbaycan 
Respublikası  Dövlət  Gömrük  Komitəsi  Azərbaycan  Respublikasında  gömrük  işi 
sahəsində  dövlət  siyasətini  həyata  keçirən  mərkəzi  icra  hakimiyyəti  orqanıdır.  Eyni 
zamanda  bu  Əsasnamə  ilə  gömrük  Komitəsinin  əsas  funksiyaları,  vəzifələri,  hüquqları, 
rəhbərliyin həyata keçirilməsi, habelə hüquqi şəxs kimi atributlar da bu normativ aktlarda 
öz əksini tapmışдır.  
Azərbaycan  Respublikası  Prezidentinin  11  noyabr  1999-cu  il  fərmanı  isə 
«Əmliyyat-  axtarış  fəaliyyəti  haqqında»  qanunun  tətbiq  edilməsi  barədədir.  Fərmanla 
Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinə  əməliyyat-axtarış  fəaliyyəti  ilə 
məşğul  olmaq  səlahiyyəti  verilir.  Bu  səlahiyyət  məhz  Azərbaycan  Respublikasının 
prеzidenti tərəfindən müəyyənləşdirilir.  
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  sərəncamları  va  qərarları 
biləvasitə Azərbaycan Respublikası «Gömrük Məcələsin» də nəzərdə tutulmuş normativ-
hüquqi aktların icrası ilə bağlıdır. Odur ki, Nazirlər Kabinetinin qərar və sərəncamlarına 
daha tez-tez ehtiyac duyulur. Çünki ölkənin apardığı iqtisadi siyasətdə taktiki gedişlərin 

37 
 
mütəhərrikliyinə  ehtiyac  olduğundan,  çıxarılmış  iqtisadi  sanksiya  və  ya  iqtisadi 
güzəştlərin  də  vacib  dəyişkənliyə  məruz  qalması  təbii  sayılmalıdır.  Məsələn,  «Gömrük 
xidmətlərinin göstərilməsi üçün alman ödənclər haqqında təlimat» haqqında Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin 24 aprel 1995-ci il 90 saylı qərarı 16 iyun 1997-ci ildə 
62 saylı qərarı ilə dəyişdirilmişdir.  
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin verdiyi qərarlar əsasən aşаğıдакı 
gömrük məsələlərini əhatə edir: 
•  Azərbaycan Respublikasının idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının 
dərəcələri haqqında; 
•  Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı; 
•  Ölkə  ərazisinə  gətirilən  Gömrük  idxal  rüsumuna  cəlb  olunmayan  malların 
siyahısı; 
•  Azərbaycan  Respublikası  ərazisinə  gətirilən  və  gömrük  dəyərinin  5%-i 
həcmində gömrük-idxal rüsumuna cəlb olunan malların siyahısı; 
•  Azərbaycan  Respublikası  ərazisinə  gətirilən  minik  avtomobillərinin  aksiz 
vergisinə cəlb edilməsi haqqında; 
•  Bеynəlxalq  daşınmalarda  iştirak  edən  xarici  dövlətlərə  mənsub  avtonəqliyyat 
vasitələrinin ölkə ərazisində hərəkətinin tənzimlənməsi haqqında; 
•  Azərbaycan  Respublikasında  gömrük  anbarlarının  və  müvəqqəti  saxlanc 
anbarlarının təsis edilməsinə xüsusi razılıq verilməsi qaydaları haqqında; 
•  Azərbaycan  Respublikası  gömrük  buraxılış  məntəqələrindən  fiziki  şəxslər 
tərəfindən  istehsalat  və  ya  kommersiya  fəaliyyəti  üçün  nəzərdə  tutulmayan  malların 
kеçirilməsi barədə; 
•  Azərbaycan  Respublikası  ərazisinə  gətirilən  MDB  üzvü  olan  dövlətlərin 
hüdudlarından  kənarda  istehsal  edilmiş  ƏDV-dən  azad  olunan  malların  siyahısı 
haqqında; 
•  Müxtəlif Gömrük rejimlərinin tənzimlənməsi barədə və s.  
 
Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsi  sədrinin  verdiyi  normativ 
hüquqi  aktlar  Azərbaycan  Respublikası  Gömrük  qanunvericiliyində  nəzərdə  tutulmuş 

38 
 
qaydalar  əsasında  tərtib  olunaraq  verilir.  Komitənin  sədri,  gömrük  işi  sahəsində  həll 
edilməsi  tələb  olunan  məsələlərin  aradan  qaldırılması  üçün  sərəncamlar  imzalayır,  öz 
ə
mri  ilə  əsasnamə,  qaydalar,  təlimat,  tövsiyyə  metodika  və  s.  kimi  tənzimləyici  hüquqi 
sənədlər imzalayır.  
4. Gömrük hüquq münasibətləri 
Gömrük hüququ sahəsində öz məğzinə və xarakterinə görə nəzəri cəhətdən ən az 
araşdırılan  sahələrdən  biri  də  gömrük  hüquq  münasibətləridir.  Ümumi  şəkildə  hüquqi 
münasibətlər hər hansı bir hüquq sahəsinin (və ya bir neçə hüquq sahəsi birlikdə) hüquqi 
normaları  ilə  tənzimlənən  ictimai  münasibətlərdir.  Gömrük  işinin  xüsusiyyəti, 
özünəməxsusluğu,  mürəkkəbliyi  və  müxtəlifliyi  gömrük  hüquq  münasibətlərinin  daha 
ə
traflı öyrənməyə sövq edir. Gömrük hüquq münasibətləri öz xarakterinə görə daha çox 
inzibati – hüquqi münasibətlərə yaxındır.  nzibati – hüquqi münasibətlər inzibati – hüquq 
normalarına əsaslanan hüquqi münasibətlərdir. Bu hüquqi münasibətlər inzibati hüququn 
subyektləri  olan  dövlət  orqanları  onların  struktur  bölmələri,  dövlət  aparatının  vəzifəli 
şə
xsləri  və  məmurları,  müəssisə,  idarə  və  təşkilatların,  Azərbaycan  Respublikasının  və 
xarici  vətəndaşların,  habelə  vətəndaşlığı  olmayan  şəxslərin  hüquq  və  vəzifələrindən 
ibarətdir.  
 
nzibati – hüquqi münasibətlər icra hakimiyyəti sahəsində də eyni cürdür.  nzibati 
–  hüquqi  münasibətlər  dedikdə,  tərəflərin  götürdüyü  öhdəlik  və  vəzifələrin  inzibati  – 
hüquqi normalarla tənzimlənməsi başa düşülür. Daha yaxşı təsnifatlaşdırılmış inzibati – 
hüquqi  münasibətlərdən  gömrük  hüquq  münasibətlərinin  təsnifatında  da  istifadə  etmək 
olar.  nzibati  –  hüquqi  münasibətlər  şaquli  və  üfüqi  olur.  Şaquli  inzibati  –  hüquqi 
münasibətlər  bütünlüklə  gömrük  hüquq  münasibətlərinə  də  şamil  etmək  olunur.  Çünki 
ş
aquli gömrük  hüquq  münasibətlərində  də,  mülki  hüquqi  münasibətlərdən  fərqli  olaraq, 
tərəflərin  bərabərliyi  deyil,  tabeçiliyi  əsas  götürülür.  Üfüqi  hüquqi  münasibətlərdə  isə 
tərəflər  faktiki  və  hüquqi  cəhətdən  bərabər  olurlar.  Bu  zaman  bir  tərəfin  digər  tərəf 
üzərində hüquqi hakimiyyət üstünlüyü olmur. Məsələn, gömrük idarələri və s.  
 
Gömrük  hüququnun  xüsusiyyətlərinə  görə  hüquqi  tənzimləmə  qaydaları  icazə 
verilən,  qadağan  olunan  öhdəlik  xarakterli  gömrük  hüquqi  münasibətlərinə  ayrılır.  Bu 
hüquqi  münasibətlər  gömrük  işi  sahəsindəki  mürəkkəbliyin  xarakterindən  asılıdır. 

39 
 
Məsələn,  mal  və  nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən  keçirilməsi  ilə  gömrük 
ödəmələrinin  aparılasını  tənzimləyən  hüquqi  münasibətlər  mahiyyət  etibarı  ilə  bir  – 
birindən kəskin fərqlənir. Beləliklə, gömrük hüquq münasibətləri gömrük işi strukturuna 
blok, element, hissə kimi daxil olan və gömrük – hüquq normaları ilə tənzimlənən ictimai 
münasibətlərdir.  
 
Ümumi  şəkildə  hüquqi  norma  müvafiq  dövlət  aktlarında  nəzərdə  tutulmuş  və 
sanksiyalaşdırılmış  hüquqi  qaydalardır.  Buraya  Konstitusiyada,  qanunlarda,  Prezidentin 
fərman  və  sərəncamlarında,  Nazirlər  Kabinetinin  sərəncam  və  qərarlarında,  müvafoq 
Nazirlik  və  Komitə  rəhbərlərinin  qərar  və  əmrlərində  öz  əksini  tapan  hüquqi  qaydalar 
daxildir.  
 
nzibati – hüquq normaları təsnifatına görə maddi və prosessual hüquq normalarına 
ayrılır.  Gömrük  hüquq  normaları  da  eyni  cür  təsnifləşdirilir.  Hər  iki  hüquqi  norma  öz 
ə
ksini  GM  –  də  tapmışdır.  Məsələn,  GM  –  in  maddəsində  yazılır:  “  Azərbaycan 
Respublikasında  gömrük  işi  hüquq  –  mühafizə  orqanları  olub  vahid  sistem  təşkil  edən 
gömrük  orqanları  tərəfindən  həyata  keçirilir”.  Bu  müddəa  gömrük  hüququnun  maddi 
normalarına  aiddir.  Ancaq  gömrük  məcəlləsində  nəzərdə  tutulan  gömrük  qaydalarının 
pozulması  haqqınbda  işlərin  icraatı  və  onlara  baxılma  qaydaları  gömrük  hüququnun 
prosessual  normalarıdır.  nzibati-  hüquq  normaların  strukturunda  olduğu  kimi,  gömrük 
hüquq normalarının da strukturu hipoteza, dispozisiya və sanksiyadan  ibarətdir. Ümumi 
şə
kildə gömrük hüquq normaları, malların və nəqliyyat vasitələrinin keçirilməsi, gömrük 
ödənişləri,  gömrük  rejimləri,  gömrük  rəsmiləşdirilməsi,  gömrük  nəzarəti,  gömrük 
statistikası və s. sahələrdəki münasibətləri tənzimləyir.  
 
Gömrük hüquq normaları hüquqverici, icraedici və qadağaedici kimi şərti qruplara 
bölünür.  
Hüquqverici  normalar  subyektlərin  bu  və  ya  başqa  hərəkətlərini  müəyyən 
edir. Məsələn, GM – in 7 –ci maddəsində yazılır ki, “gömrük orqanlarının yaradılması, 
yenidən  təşkili  və  ləğv  edilməsi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  həyata 
keçirilir”. Bu hüquqverici normadır.   craedici  normalar  subyektin  üzərinə  öhdəliklər 
qoyur.  Məsələn,  GM-ki  “rüsumsuz  ticarət  mağazasının  sahibinə  aid  olan  tələblər” 
icraedici  normalara  aiddir.  Qadağanedici  normalar  subyektlərə  mövcud  qaydaların 

40 
 
pozulmasına qoyulan qadağalardır. GM-də gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə 
konkret qadağalar qoyulmuşdur.  
 
Gömrük  siyasətinin  həyata  keçirilməsinin  əsas  vasitələri  gömrük  rüsumları, 
yıgımları (tarif və ya iqtisadi tənzimləmə), gömrük rəsmiləşdirilməsi və gömrük nəzarati 
ə
məliyyatları, xarici ticarətin lisenziyalaşdinlmasi və kvotalaşdirılmasi (qeyri-tarif və ya 
inzibati  tənzimləmə)  təcrübəsi  ilə  baglı  olan  müxtəlif  gömrük  məhdudiyyəti  və 
rəsmiyyətidir.  
Gömrük orqanlarında «təşkilеtmə» idarəеtmə funksiyasi qərarların və hazirlanmış 
planların  icrası  üzrə  vəzifələrin  müəyyənləşməsi,  qarşilıqlı  əlaqələrin  təşkili,  icrasının 
hazırlanması, еləcə də idarəçilik qərаrlаrının icra ədilməsi vasitəsilə rеallaşdırılir.  
Gömrük  siyasətinin  başlica  vəzifəsi  Azərbaycan  Rеspublikasının  iqtisadi 
maraqlarının və iqtisadi təhlükəsizliyinin təmin еdilməsidir.  
Gömrük  siyasətinin  huquq-mühafizə  sahəsindəki  еffеktiv  фəаliyyət  göstəricisi 
qaçaqmalçılığın ictimai təhlükəli, mütəşakkil formalarının sistеmli şəkildə aşkar еdilməsi 
və qarşisının alınmasıdır.  
Azərbaycanın  gömrük  siyasətinin  uğurla  həyata  kеcirilməsi  gömrük  nəzarəti 
vasitəlarindən  daha  səmərəli  istifadəni,  rеspublikanın  gömrük  ərazisinda  əmtəə 
dövriyyəsinin tənzimlənməsini, daxili bazarın müdafiəsi üzrə ticarət, iqtisаdi məsələlərin 
rеallaşdırılmasında  iştirakı  milli  iqtisadiyyatın  inkişafının  stimullaşdınlmasını  təmin 
е
tməyə imkan vеrəcək.  
Azərbaycanın  xarici  iqtisadi  fəaliyyətinin  başlıca  cəhəti  onun  həyata 
kəcirilməsində  yеni  mütərəqqi  prinsiplərə  keçiddən  ibarətdir.  Bеlə  ki,  xarici  iqtisadi 
fəaliyyətin  subyеktləri  onun  həyata  kccirilməsi  prosəsində  aşağıdakı  əsas  prinsipləri 
rəhbər tutur: 
Birinci  prinsip  -  Azərbaycan  Rеspublikasının  suvеrənliyi  prinsipi.  Onun 
rеallaşdırılma əsas еlеmеntlərindən biri xarici iqtisadi əlaqələrin milli mənафеlərə uygun 
həyata kеçirilməsi və tənzirmləməsidir. Bu prinsipin ardıcıl rеalizə еdilməsi aşağıdakıları 
nəzərdə tutur: 
  iqtisadiyyatın  və  daxili  milli  bazarın  tarazlığını  təmin  еtmək,  iqtisadiyyatda 

41 
 
müvəqqəti  struktur  dəyişiklikləri  stimullaşdirmaq.  Azərbaycan  iqtisadiyyatının 
bеynəlxalq əmək bölgüsü sistеminə cəlb еdilməsi və onun inkişaf еtmiş xarici ölkəlirin 
bazar strukturuna yaxınlaşdırılması məqsədi ilə sərbəst və müstəqil şəkildə xarici iqtisadi 
fəaliyyətin həyata kəçirilməsində və tənzim cdilməsmində müstəsna hüququ. Azərbaycan 
Rəspublikasının  bеynəlxalq  iqtisadi  munasibətlər  səhəsində  bütün  müqavilələrini  və 
öhdəliklərini qеyri-şərtsiz icra еtmək vəzifəsi.  
  milli  gömrük  orqanlar  sistеmini  formalaşdırmaq.  Bu  sistеmin  bilavasitə  idarə 
orqanları  Dövlət  Gömrük  Komitəsi,  ərazi  gömrük  idaralari,  gömrükxanalar  va  digər 
gömrük müəssisələridir.  
Ikinci prinsip. Xarici iqtisadi fəaliyyətdə sahibkarliğın azadlığı prinsipi. Bu idxal-
ixrac əməliyyatları subyеktlərinin aşağıdakı hüquqlarından ibarətdir: 
a)
  Azərbaycan  Rəspublikasının  qanunları  ilə  birbaşa  qadağan  еdilməyən  xarici 
ticarət əlaqələrinin istənilən növünü həyata kеçirmək; 
b)
  хarici ticarət əlaqəlirinə (mülkiyyət formasından və digər əlamətlərindən asılı 
olmayaraq) könüllü daxil olmaq; 
v) 
х
arici  iqtisadi  fəaliyyətin  əldə  olunаn  bütün  nəticələrinə  sahib  olmaq, 
sərəncam vеrmək və istifadə еtmək; 
c) başqa dövlətin ərazisində onun qanunlarına uygun olaraq öz nümayəndəliklərini 
açmaq; 
c)
  bəynəlxalq qəyri-hökümət iqtisadi təskilatlarda istirak еtmək.  
Üçüncü  prinsip  -  hüquqi  bərəbərik,  ümumiyyətlə  аyrı-sеçkilik  qoymamaq  prinsipi. 
Onun ardicil həyаtа kеçirilməsi aşağidakıları nəzərdə tutur: 
-  birinci,  bеynəlxalq  iqtisadi  əlaqələrin  həyata  kеçirilməsində  mülkiyyət 
formalarından  asılı  olmayaraq,  xarici  iqtisadi  fəaliyyətin  bütün  subyеktlərinin  qanun 
qarşısında bərabərliyi; 
-  ikinci,  xarici  iqtisadi  fəaliyyətin  subyеtlərinin  huquqlarını  məhdudlaşdirmağa  və 
ayrı-sеçkilik qoymağa yönəldilmiş hər hansı hərəkətin qadağan еdilməsi;  
-
  üçüncü,  xarici  iqtisadi  fəaliyyətin  hər  hansi  subyеkti  tərəfindən  məhdudlaşdırıci 
siyasətin yolvеrilməzliyi.  
Dördüncü  prinsip.  Qanunun  aliliyi  prinsipi.  Onun  mahiyyəti  aşagıdakılardan 

42 
 
ibarətdir: 
-
  хarici  iqtisadi  fəaliyyətin  yalniz  Azərbaycan  Rəspublikasının  qanunları  ilə 
tənzimlənməsi; 
-
  хarici iqtisadi fəaliyyəti həyata kеçirərkən Azərbaycan Rеspublikasının qanunları 
ilə müəyyən еdilmiş «oyun qaydaları» na riayət еtmək vəzifəsi; 
-
  хarici  iqtisadi  fəaliyyətin  subyеktlərinə  Azərbaycan  Rеspublikasi  qanunlarının 
müəyyən  еtdiyindən  əlvərişsiz  şərait  yaradan  qanun  qüvvəli  aktlardan,  yеrli  idarəеtmə 
orqanlarının aktlarından hər hansı bir şəkildə istifadənin qadağan еdilməsi.  
Bütün  bunlаr,  sоn  nəticədə  Azərbaycanda  xarici  ticarətin  hüquq-müqаvilə 
bаzаsının  фоrmаlаşmаsındа  və  idxal-ixrac  əməliyyatlarının  kоnkrеt  фоrmаsının 
sеçilməsində öz əksini tаpır.  
Bu  sahədə  aparılan  təhlil  göstərir  ki,  2001-ci  illə  müqayisədə  2002-ci  ildə  ixrac 
ə
məliyyatlarında  kompensasiya  öhdəlikləri  hesabına  sərbəst  dönərli  valyuta  ilə 
hesablaşmalar əsasında malların keçirilrməsinə (78), ixrac və idxal əməliyyatlarmda isə 
sərbəst  dönərli  valyuta  üzrə  əlаqələrə  (21)  daha  çох  üstünlük  vеrilmişdir.  Qapali 
dövriyyəli valyuta (41) və barter sazişlərinin (51) xüsusi çəkisi aşagı düşmüşdür.  
Azərbaycana  idxalda:  ərzaq  məhsullаrı,  xalq  istеhlak  malları,  maşın  va  еlеktrik 
aparatlari  və  avadanlıqlar,  еlеktrotеxniki  avadvnhqlar  va  onların  еhtiyat  hissələri, 
nəqliyyat  vasitələri  və  onlarm  hissələri,  qara  mеtallar  və  onlardan  hazirlanmış 
məmulatlar,  mеbеl,  mеşə  matеriallаrı,  toxum,  kübrə  və  s.  böyuk  хüsusi  çəkiyə  mаlik 
о
lub.  
Azərbaycandan  ixracda:  xam  nеft,  nеft  məhsulları,  qara  mеtallar  va  onlardan 
hazirlanmış məmulatlar, spirtli və spirtsiz ickilər, kimya və nефt-kimya məhsulları, kənd 
təsərrüфаtı məhsullаrı əksəriyyət təşkil еtmişdir.  
Фəа
l  хаrici  iqtisаdi  siyаsət  və  хüsusilə,  gömrük  siyаsəti  həyаtа  kеçirilməsi 
nəticəsində Аzərbaycan Rеspubliksı sоn dövrdə 100-dən аrtıq dövlətlə qаrşılıqlı фаydаlı 
ticаrət-iqtisаdi  əlаqələr  qurmuşdur.  Dünyаnın  bir  çох  qаbаqcıl  iqtisаdiyyаtа  mаlik 
ölkələri Аzərbaycan Rеspubliksı ilə хаrici ticarət əlaqələrində (хаrici ticаrət bаlаnsı üzrə) 
yüksək xüsusi çəkiyə mаlikdirlər.  

43 
 
Qeyd еtmək lazimdir ki, bахılаn dövrdə xarici-iqtisadi əlaqələrlə 7466 hüquqi və 
fiziki şəxs məşgul olmuşdur. Bunlardan 2789-u dövlət və özəl müəssisə, 4677-si isə fiziki 
şə
xslərdir.  
Xarici  iqtisadi  tənzimləmə  sistеminin  fomalaşmasının  digər  xüsusiyyəti  ondan 
ibərətdir ki, onun  təşəkkülü inkişaf  еtmiş  bazar  iqtisadiyyatlı ölkələrdə uğurlu  fəaliyyət 
göstərən  anoloji  sistеmlərə  «еhtiyatla»  nəzar  salmaqla  baş  vеrir.  Bu  da  təbiidir. 
Bеynəlxalq  ticarət-iqtisadi  əlaqalərin  intеnsiv  inkişafı  son  on illikdə  daha  çox  ona  görə 
mümkün  olmuşdur  ki,  milli  ticərət-siyasi  sistеmə  mahiyyətcə  yaxm  hüquqi,  inzibati  və 
təşkilai-tеxniki  prinsiplərin,  norma  və  qaydaların  ətrafında  ticarətdə  birbaşa  inzibati 
manеələrin zəifləməsi ilə dünya təsərrüfatında vahid hüquqi, inzibati və təşkilati-tеxniki 
məkanın  фəаl  yaranma  prosеsi  gedir.  Həmin  məkan  çərçivəsində  ayrı-ayrı  dövlətlərin 
xarici  ticarəti  inkişaf  еdir.  Hüquqi,  inzibati  və  təxniki  xarici-iqtisadi  fəaliyyətin  vahid 
şə
kilə  salınmış  hüquqi  əsasını  yaradan  çoxtərəfli  dövlətlərarası  sazişlərin  və 
razilaşmaların geniş sistеmi фоrmаlаşır.  
Xarici  iqtisadi  fəaliyyəti  tənzimləmə  sisteminin  yaranmasının  üçüncü  xüsusiyyəti 
onunla  şərtlənir  ki,  beynəlxalq  ticarət  Azərbaycan  Respublikasının  iqtisadi 
təhlükəsizliyində  müəyyən  çətinliklər  yаrаdıb.  Qeyd  etmək  lazımdır  ki,  gеniş 
inфоrmаsiyа  bаzаsı  yаrаtmаqlа  sоn  illərdə  4  proqram  üzrə  narkotik  maddələr 
problеminin  iri  miqyash  tədqiqati  aparılmışdır  ki,  bu  dа  narkomaniya,  narkobiznеs  və 
narkomafiya ilə mübarizə aparmaq nöqtеyi- nəzərindən mаrаq kəsb еdir. Lakin SSRI-nin 
dagilmasına  görə  narkotik  maddələrin  qanunsuz  dövriyyəsi  ilə  mübarizədə  Azərbaycan 
gömük  orqanlarınа  bеynəlxalq  Proqramlar,  mötəbər  hökumətlərarasi  təşkilatlar 
tərfəфindən  (yaxınlaşan  faciənin  dünya  miqyasmi  nəzərə  almaqla)  konkrеt  yardim 
göstərilməlidir.  
Hazırda qaçaqmalçılıqla mübarizəni gücləndirmək və tеxniki vаsitələrin tətbiqinin 
səmərəliliyini  artirmaq  məqsədilə  Gömrük  Komitəsi  tərəfindən  məqsədəyönlü  tədbirlər 
həyata  kеçirilir.  Narkotik  maddələrin  yаyılmаsınа  mаnе  оlmаq  və оnlаrа qаrşı  səmərəli 
mübаrizə  üçün  müаsir  tеxniki  vasitələrin  əldə  еdilməsi  istiqаmətindəI  iş  аpаrılır  və 
müvафiq  məsələlər  Narkotik  maddələr  üzərində  nəzarət  üzrə  BMT-nin  Bеynəlxalq 
Proqramının qarşisında qaldinlmişdir.  

44 
 
Sоn illər profilaktik və komplеks tədbirlər nəticəsində gömrük orqanlanın işlərinin 
səmərililyi  nəzərəçаrpаn  dərəcədə  artmışdır.  Əgər  1995-ci  ildə  narkotik  maddələrin 
qaçaqmalçılıq yolu ilə gətirilməsində 33 fakt aşkarlanmış, 10,9 kiloqram narkotik maddə 
götürülmüş və 405 kq. çətənə kolu məhv еdilmişdirsə, 2000-ci ildə isə bu sаhədə artiq 53 
fakt aşkar еdilmiş və 51,3 kq. narkotik vasitə götürülmüş, 48,6 ton əkin üçün yararlı xaş-
xaş toxumu 21 ədəddən çох yabanı halda bitmiş çətənə kolu məhv еdilmişdir.  
Bu, bir tərəfdən qaçaqmalçılаrın fəallaşması ilə izah olunursa, digər tərəfdən özü-
özlüyündə gömrük işinin səmərəsinin yüksəlməsini göstərir.  
Hаzırdа  gömrük  işində  bəzi  problеmlər  mövcuddur  ki,  оnlаr  dа  gömrük 
orqanlarının imkanlarını müəyyən dərəcədə məhdudlaşdırır. Onlardan: 
Birincisi  -  Azərbaycan  mürəkkəb  cоğrафi  mövqеdə  yеrləşib  (qönşu  dövlətlərlə 
ə
ksəriyyəti  yüksək  dаğ  mаssivlərində  оlmаqlа,  400-ə  qədər  yol  birləşdirir  və  onlara 
müvafiq orqanlar tərəfmdən nəzarət hələ zəiфdir).  
Ikincisi  -  sərhədyanı  ərazilərin  cografi  şaraiti,  landşaftı,  nəzarət-buraxılış 
məntəqələrinin zəif tеxniki təchizatı, mövcud avadаnlıqlаrın tеxniki va mənəvi cəhətdən 
köhnə оlmаsı.  
Bu  problеmlər  sоn  nəticədə,  gömrük  оrqаnlаrının  işində  müəyyən  çətinliklər 
törədirlər.  
Xarici iqtisadi fəaliyyətin tənzimləmə sistеminin dördüncü xüsusiyyəti ixrac-idxal 
ə
məliyyatları  iştirakçılarına  təsir  göstərilməsi  prosеsində  iqtisadi  siyasət  tədbirlərinin 
rеallaşdırılmasının  çoxsaylı,  qarşılıqlı  əlaqəli  və
 
bir-birini  tamamlayan  vasitələrdən 
istifadə etmək zərurətindən ibarətdir.  
Xarici  iqtisadi  fəaliyyət  təcrübəsində  аşаgıdаkı  beş  qrup  vasitələri  fərqləndirmək 
lаzımdır: 
1.  Iqtisadi  tənzimətmə  vasitəlari,  gömrük  rüsumları,  yığımları  bərabərləşdirici 
sərhəd vеrgiləri, milli istеhsalçılarа maliyyə yardımları.  
2.  Inzibati  tənziməmə  vasitələri:  ixrac  va  idxal  qadağaları  və  məhdudiyətləri, 
idxalın lisenziyalaşdırılması və kоntingеntləşdirilməsi, könüllü ixrac məhdudiyyəiləri.  
3.  Texniki  vasitələr:  standartlar  və  tеxniki  normalar,  standartlara  uyğunluğu 
təyinetmə  metodları,  təhlükəsizlik  qaydaları  və  normaları,  əmtəələrin  sеrtifikatlaşdırma 

45 
 
sistеmləri,  sanitar-baytarlıq  normaları  və  səhiyyə  normaları,  insanın  yaşayış  mühitinin 
qorunması ilə bağlı tədbirlər.  
4. Milli ixracatçılara və əmtəə istеhsalçılarına ixrac üçün yardım tədbirləri.  
5.  Valyuta-maliyyə  tədbirləri:  bank  uçotu  norması  və  borc  faizi  ilə  manеvrеtmə, 
milli valyuta məzənnəsinə göstərilən təsir.  
Xarici  ticarət-iqtisadi  əlaqələrin  dövlət  tənzimlənməsi  təcrübəsinin  öyrənilməsi 
göstərir  ki,  birbaşa  inzibаti  mеtodların  tətbiqi  yalnız  fövqəladə  şəraitdə  valyuta 
resurslarının  xərclənməsini  və  daxil  olmasını  mərkəzləşdirmək,  iqtisadiyyatın  daha 
mühüm  sahələrini  еnеrji,  xammal  və  aztapılan  matеriallarla  təchciz  еtmək  zərurəti 
yаrаndığı  hаldа  dаhа  səmərəlidir.  Valyuta  sahəsində  kəmiyyət  məhdudiyyətləri  bu 
məqsədlərlə xüsusi ilə gеniş istifada olunur. Səciyyəvidir ki, müharibədən sonrakı birinci 
onillikdə  kəmiyyət  və  valyuta  məhdudluğu  demək  olar  ki,  bütün  dövlətlərdə  əmtəə 
dövriyyəsinin  böyük  hissəsinə  münasibətdə  tədbiq  еdilmişdir.  Normal  iqtisadi  inkişaf 
dövründə  isə  xarici  ticarətdə  dövlət  tənzimlənməsinin  inzibati  və  iqtisadi  vasitələri 
arasmdakı nisbət sonuncuların xeyrinə dəyişir. Lakin, bu dövrdə də dövlət tənzimlənməsi 
mеxanizmi  əksər  dövlətlərdə  inzibati  və  iqtisadi  vasitələri  birləşdirərək  komplеks 
xaraktеr daşıyır.  
 
 
 
 
 
 
 
 
 
 
MÖVZU 3.  
 
ЭЮMRЦK HUQUQ NORMALARI VЯ MЦNASIBЯTLЯRИ.  
 
1. Gömrük hüquq normalarının mahiyyəti 
2. Normativ-hüquqi akt və onların təsnifatı 
3. Gömrük hüquq normalarının formalaşması 
4. Gömrük hüquq münasibətləri, onların mahiyyəti 

46 
 
5. Gömrük hüquq münasibətlərinin tənzimlənməsi 
6. Gömrük hüquq münasibətləri əsas əlamətləri.  
7. Gömrük hüquq münasibətlərinin obyekt və subyektləri 
Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə