GÖMRÜk hüququ fənn n n predmet



Yüklə 5.01 Kb.
Pdf просмотр
səhifə5/24
tarix16.06.2017
ölçüsü5.01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   24

 
Gömrük hüquq normaları 
 
Gömrük  hüquq  normaları  da  gömrük  hüququnun  ənaz  tədqiq  olunmuş 
sahələrindəndir.  
 
Gəlin əvvəlcə hüquqi norma anlayışını araşdıraq.  
 
Ümumi  şəkildə  hüquqi  norma  müvafiq  dövlət  aktlarında  nəzərdə  tutulmuş  və 
sanksiyalaşdırılmış  hüquqi  qaydalardır.  Buraya  Konstitusiyada,  qanunlarda,  Prezidentin 
fərman  və  sərəncamlarında,  Nazirlər  Kabinetinin  sərəncam  və  qərarlarında,  müvafoq 
Nazirlik  və  Komitə  rəhbərlərinin  qərar  və  əmrlərində  öz  əksini  tapan  hüquqi  qaydalar 
daxildir.  
 
nzibati – hüquq normaları, dövlət idarəçiliyi sahəsində münasibətləri tənzimləyən 
və  həyata  keçirən,  habelə  digər  hüquq  sahələrinin  normalarını  yerinə  yetirmədikdə, 
dövlətin məcburetmə səlahiyyətini özündə əks etdirən sanksiyalaşdırılmış qaydalarıdır.  
 
nzibati – hüquq normaları təsnifatına görə maddi və prosessual hüquq normalarına 
ayrılır.  Gömrük  hüquq  normaları  da  eyni  cür  təsnifləşdirilir.  Hər  iki  hüquqi  norma  öz 
ə
ksini  GM-də  tapmışdır.  Məsələn,  GM-in  maddəsində  yazılır:  “Azərbaycan 
Respublikasında  gömrük  işi  hüquq  –  mühafizə  orqanları  olub  vahid  sistem  təşkil  edən 
gömrük  orqanları  tərəfindən  həyata  keçirilir”.  Bu  müddəa  gömrük  hüququnun  maddi 
normalarına aiddir. Ancaq  XM – in XXI fəslində nəzərdə tutulan gömrük qaydalarının 
pozulması  haqqınbda  işlərin  icraatı  və  onlara  baxılma  qaydaları  gömrük  hüququnun 
prosessual normalarıdır.  nzibati – hüquq normaların strukturunda olduğu kimi, gömrük 
hüquq normalarının da strukturu hipoteza, dispozisiya və sanksiyadan ibarətdir.  
 
Hipoteza mövcud faktiki şəraitə uyğun olaraq hərəkət üçün göstərişləri özündə əks 
etdirir.  
 
Dispozisiya  mövcud  hüquq  normalarının  məsləhət  birliyi  və  ya  imkan  verdiyi 
qaydaların özünü müəyyən edir.  
 
Sanksiya isə müəyyən edilmiş mövcud qaydaların pozulmasınagörə, ağır əticələrlə 
qa\urtara biləcək normalardır.  
 
Ümumişəkildə  gömrük  hüquq  normaları,  malların  və  nəqliyyat  vasitələrinin 
keçirilməsi,  gömrük  ödənişləri,  gömrük  rejimləri,  gömrük  rəsmiləşdirilməsi,  gömrük 
nəzarəti. Gömrük statistikası və s. sahələrdəki münasibətləri tənzimləyir.  
 
Gömrük hüquq normaları hüquqverici, icraedici və qadağaedici kimi şərti qruplara 
bölünür.  
 
Hüquqverici  normalar  subyektlərin  bu  və  ya  başqa  hərəkətlərini  müəyyən  edir. 
Məsələn,  GM-də  yazılır  ki,  “gömrük  orqanlarının  yaradılması.  Yenidən  təşkili  və  ləğv 

47 
 
edilməsi  müvafiq  icra  hakimiyyəti  orqanı  (konkret  halda  Dövlət  Gömrük  Komitəsi
tərəfindən həyata keçirilir”. Bu hüquqverici normadır.  
 
craedici  normalar  subyektin  üzərinə  öhdəliklər  qoyur.  Məsələn,  GM-in 
“rüsumsuz ticarət mağazasının sahibinə aid olan tələblər” icraedici normalara aiddir. Bu 
maddələr GM – dəkifayət qədərdir.  
 
Qadağanedici  normalar  subyektlərə  mövcud  qaydaların  pozulmasına  qoyulan 
qadağalardır.  GM-də  gömrük  rəsmiləşdirilməsi  üzrə  mütəxəssislərə  konkret  qadağalar 
qoyulmuşdur:  “sənədləri  saxtalaşdırmaqda,  oğurluq  etməkdə,  rüşvət  almaqda,  həmçinin 
Məcəllədə  nəzərdə  tutulan  hüquqpozmalar  törətməkdə  təqsirli  olduğu  təsdiq  edildikdə. 
Kommersiya sirri olan və ya gizli məlumatlardan istifadə edərək təmsil etdiyi şəxsə zərər 
vurdqda; 
Azərbaycan  Respublikası  gömrük  orqanlarının  tələblərinə  riayət  etmədikdə  və  ya 
onları  yerinə  yetirmədikdə”  və  s.  hallarda  gömrük  mütəxəssisinin  ixtisas  attetatı  geri 
alınır.  
Normativ-hüquqi akt və onların təsnifatı 
Normativ  hüquqi  akt  müasir  dövlətin  əsas  hüquqi  mənbələrindən  biridir.  Onda 
şə
xsiyyət,  onun  maraq  və  ehtiyacları  baxımından  ən  mühüm  ictimai-iqtisadi  müna-
sibətləri  tənzimləyən  hüquq  normalarının  əksəriyyəti  ifadə  olunur.  Hüququn  başqa 
mənbələri  (hüquqi  adətlər,  məhkəmə  və  inzibati  presidentlər)  ümumnizamlayıcı  əhə-
miyyətə malik deyillər. Onlar ictimai-iqtisadi münasibətlərin tənzimlənməsində köməkçi 
və  ya  əlavə  rol  oynayırlar.  Normativ-hüquqi  aktlarda  bütövlükdə  çoxluğun  və  azlığın 
maraqlarını nəzərə alan normalar təsbit olunur.  
Ümumilikdə,  Gömrük  hüququnda  bütün  hüquq  normaları  müxtəlif  kriteriya  və 
ə
saslara  görə  müəyyən  qrup  və  növlərə  bölünə  bilərlər.  Hüquq  normalarının  təsnifatı 
aşağıdakılara imkan verir: 
1.
  qüvvədə olan hüquq sistemində hər bir hüquq normasının yerini müəyyən etmək; 
2.
  hüquqi  tənzimetmə  mexanizmində  hüquq  normalarının  funksiyasını  və  onların 
rolunu daha yaxşı aydınlaşdırmaq; 
3.
  hüququn ictimai münasibətlərə tənzimləyici təsirinin sərhəd və imkanlarını dəqiq 
müəyyən etmək; 
4.
  dövlət  orqanlarının  hüquqyaratma  və  hüququ  tətbiqetmə  fəaliyyətini 
təkmilləşdirmək.  

48 
 
Gömrük hüququnun əlamətlərindən biri qismində də onun formal müəyyənliyi çıxış 
edir. Hüquq normaları obyektivləşdirilməli, bu və ya digər formalarda ehtiva olunmalıdır. 
Hüquq  forması  dedikdə,  dövlətin  müəyyən,  rəsmi  olaraq  tanınmış  aktlarında  təsbit 
olunması  ilə  əlaqədar  iradəsinin  zahiri  ifadəsi  başa  düşülür.  Nəzəriyyədə  hüququn 
formasının dörd növü fərqləndirilir: 
1.
  normativ akt; 
2.
  məhkəmə presedenti; 
3.
  hüquqi adət; 
4.
  normativ məzmunlu müqavilə.  
Bunlardan  ən  geniş  yayılmış  forma  normativ  hüquqi  aktlardır.  Daha  vacib  hüquq 
normaları  normativ hüquqi aktlarla  təsbit olunur.  Normativ hüquqi  akt  müasir  hüququn 
ə
sas  və  ən  təkmilləşmiş  formasıdır.  Bu,  xüsusi  rəsmi  qaydada  verilən  akt,  yəni 
səlahiyyətli hüquqyaratma orqanının hüquq normasını nəzərdə tutan sənədidir.  
Normativ  hüquqi  akt  dedikdə,  dövlət  hakimiyyətinin  səlahiyyətli  orqanı  tərəfindən 
prosedur  qaydasında  verilən,  ictimai  münasibətlərin  tənzimlənməsi  qaydasını  müəyyən 
edən, dəyişdirən və ya ləğv edən hüquqi sənəd başa düşülür.  
Normativ hüquqi akt bir sıra əlamətlərə malikdir: 
1.
  normativ aktlar dövlətin səlahiyyətli orqanlarının və vəzifəli şəxslərin, həmçinin 
müvəkkil  edilmiş  ictimai  birliklərin  və  təşkilatların  hüquqyaratma  fəaliyyətinin 
nəticəsidir; 
2.
  onlar özündə ümümməcburi davranış qaydalarını ehtiva edirlər; 
3.
  onlarda ehtiva olunan göstərişlər dövlət iradəsinin ifadəsidir; 
4.
  onlar  ən  tipik,  kütləvi  münasibətlərin  tənzimlənməsinə  yönəlmişlər,  eyni 
zamanda  hüquq  normalarının  tətbiqi  aktları  kimi  əsasən  yalnız  konkret  həyati  hallara, 
situasiyalara aiddirlər; 
5.
  normativ aktlar daimi, yaxud uzunmüddətli fəaliyyət üçün hesablanır; 
6.
  normativ  aktlar  fərdiləşdirilməmişdir.  Onlar  ya  hamıya,  ya  da  qeyri-müəyyən 
çoxsaylı subyektlərə ünvanlanırlar.  
Azərbaycan Respublikasının normativ Gömrük sahəsində hüquqi aktlarının ierarxik 
sistemini ən ümumi şəkildə aşağıdakı kimi təsəvvür etmək olar: 

49 
 
1.
  konstitusiya; 
2.
  konstitusiya qanunları; 
3.
  qanunlar; 
4.
  prezidentin fərmanları; 
5.
  hökümətin qərarları; 
6.
  nazirlik və idarələrin normativ aktları.  
Bu  sistemdə  aşağıdakı  normativ  aktlar  xüsusi  qrup  təşkil  edirlər:  Azərbaycan 
Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələr,  Azərbaycan  Respublikası  icra 
hakimiyyəti  orqanlarının  normativ  aktları.  Bütün  normativ  aktlar  zamana,  məkana  və 
müəyyən  şəxslərin  dairəsinə  görə  hüquqi  qüvvəyə  malikdirlər.  Həmçinin  hüquqi 
qüvvəsinə görə bütün aktlar qanunlara və qanunqüvvəli aktlara bölünürlər. Hüquqi qüvvə 
aktın  yerini,  onun  təyinatını,  aliliyini  və  ya  tabeliyini  göstərir  və  onu  vermiş  orqanın 
hüquqi  vəziyyətindən,  konstitusiya  səlahiyyətlərindən  və  qanunvericilikdə  onun  malik 
olduğu səlahiyyətlərdən asılıdır.  
Hüquqyaratma subyektlərinə görə aşağıdakı aktlar fərqləndirilir: 
a)
  referendumla qəbul edilən aktlar (məsələn, konstitusiya); 
b)
  Azərbaycan  Respublikası icra hakimiyyəti  və digər  səlahiyyətli  orqanlarının və 
ictimai təşkilatların aktları; 
c)
  digər normativ aktlar.  
Qüvvədə olma müddətindən asılı olaraq qeyri-müəyyən müddətə fəaliyyət göstərən 
normativ hüquqi aktlar (onlar hər hansı yeni normativ akt tərəfindən ləğv edilməyənədək 
qüvvədə  olurlar)  və  müvəqqəti  fəaliyyət  göstərən  (bu  aktlar  mühüm  və  məsələlərin 
həllinin  təxirə  salınmamasını  tələb  etməyən  məsələlərlə  əlaqədar  tətbiq  edilirlər)  aktlar 
fərqləndirilir. Müvəqqəti aktlar məsələ həll edildikdən sonra öz qüvvəsini dayandırır.  
Normativ  hüquqi  aktlar  Azərbaycan  Respublikasında  Gömrük  hüququnun 
mənbələrini  təşkil  edirlər.  Belə  ki,  hüquq  ədəbiyyatlarında  hüququn  mənbəyi  kimi, 
adətən  dövlətin  qanunvericilik  fəaliyyətinin  zahiri  forması  ifadə  olunur,  yəni  hüquq 
normalarını  müəyyən  edən,  səlahiyyətli  dövlət  orqanlarının  aktları  başa  düşülür.  Belə 
orqanlara  Azərbaycan  Respublikasının  Milli  Məclisi,  Azərbaycan  Respublikası 
Prezidenti, Azərbaycan Respublikası Nazirlər Kabineti və başqaları aiddir.  

50 
 
Respublikamızda  Gömrük  hüququnun  mənbələrinə  hər  şeydən  əvvəl  qanunlar  aid 
edilir. Qanun dövlətin ali nümayəndəli orqanı tərəfindən qəbul edilən və yüksək hüquqi 
qüvvəyə  malik  olan  normativ  hüquqi  aktdır.  Azərbaycan  Respublikasında  qanunlar 
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Konstitusiyaya uyğun olaraq qəbul 
olunur. Qanun, habelə bilavasitə xalq tərəfindən- referendum yolu ilə də qəbul edilə bilər. 
Azərbaycan  Respublikasında  qanunlar  hüquqi  əhəmiyyətinə  görə  aşağıdakı  qanunlara 
bölünür: 
a)
  Azərbaycan Respublikasının Konstitusiyası; 
b)
  Referendum yolu ilə qəbul olunmuş qanunlar; 
c)
  Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunan qanunlar.  
Hüququn  mənbələri  içərisində  əhəmiyyətinə  görə  ikinci  yeri  qanunqüvvəli  aktlar 
tutur.  Qanunqüvvəli  aktlara  Azərbaycan  Respublikası  Prezidentinin  fərmanları, 
Azərbaycan  Respublikası  Hökümətinin  qərarları,  nazirliklərin,  dövlət  komitələrinin  və 
digər  icra  hakimiyyəti  orqanlarının  əmrləri,  təlimatları  və  əsasnamələri,  yerli  dövlət 
hakimiyyəti orqanlarının qətnamə və qərarları, yerli dövlət idarəetmə orqanlarının qərar 
və sərəncamları, bələdiyyə orqanlarının aktları aiddir. Konstitusiyanın 148-ci maddəsində 
həmçinin  o  da  qeyd  olunur  ki,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 
müqavilələr qanunvericilik sisteminin  tərkib hissəsi hesab edilir və hüququn  mənbəyini 
təşkil  edir.  Bundan  başqa  lokal normativ aktlar da  mövcuddur  ki, bunlar konkret  idarə, 
müəssisə  və  təşkilat  səviyyəsində  qəbul  olunan  və  onların  daxili  həyatını  tənzimləyən 
normativ  göstərişlərdir.  Xüsusən,  qeyd  etmək  lazımdır  ki,  dövlətin  hər  bir  hüquqi  aktı 
hüququn mənbəyi ola bilməz, yalnız hüquq normalarını, ümumi davranış qaydalarını əks 
etdirən, başqa sözlə, normativ aktlar hüququn mənbəyi hesab olunur. Dünyəvi və tarixi 
təcrübə sübut edir ki, ümumi davranış qaydasının ifadə olunmasının başqa formaları da 
mövcuddur. Bir sıra ölkələrdə hüquq mənbələrinə yalnız normativ aktlar yox, həmçinin 
hüquqi adətlər, məhkəmə və hüquq presedentləri də daxil edilir.  
Məhkəmə  presedenti  o  zaman  hüququn  mənbəyi  hesab  olunur  ki,  konkret  iş  üzrə 
məhkəmənin  qəbul  etdiyi  qərarın  gələcəkdə  oxşar  işlərin  həllində  məhkəmədə  ümumi 
qayda  ola  biləcəyi  qəbul  edilsin.  Belə  hallarda  məhkəmə  qərarları  mahiyyətcə  hüquq 
normalarına  çevrilir  və  ona  ümumməcburi  qayda  kimi  istinad  edilə  bilər.  Hüquqi 

51 
 
qüvvəsinə  görə  qanunqüvvəli  aktları  normatıv  və  hüququ  tətbiqetmə  aktlarına  bölmək 
olar.  Normativ  qanunqüvvəli  aktlar  özündə  hüquq  normasını  ehtiva  edir  və  ictimai 
həyatın  müxtəlif  sferalarını  tənzimləməklə  ümumməcburi  səciyyə  daşıyır.  Belə  aktlar 
xüsusən  iqtisadiyyat  sahəsindəki  münasibətlərin  tənzimlənməsi  üçün  tətbiq  olunurlar. 
Onlar  bəzən  müəyyən  funksiyaları  yerinə  yetirən  orqanlar  haqqında,  yaxud  ictimai 
münasibətlərin  konkret  sferasında  fəaliyyət  qaydası  haqqında  əsasnamələrin  təsdiqi  ilə 
müşayiət  olunurlar.  Hüquqi  tətbiqetmə  aktları  fərdi-birdəfəlik  səciyyə  daşıyırlar  və 
idarəetmənin konkret məsələləri üzrə qəbul olunurlar.  
Onu da qeyd etmək lazımdır ki, istənilən növ normativ hüquqi aktın qəbul edilməsi 
müəyyən  bir  hüquqi  bazaya  əsaslanır.  Bu  hüquqi  baza  rolunda  isə  qanunlar  və  digər 
normativ  hüquqi  aktlar  çıxış  edirlər.  Azərbaycan  Respublikasında  normativ  hüquqi 
aktları qəbul etmə və hüquq norması yaratma səlahiyyəti müxtəlif orqanlara verilmişdir 
ki, bu səlahiyyətlər də Azərbaycan Respublikasının Konstitusiyası və “Normativ hüquqi 
aktlar” haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.  
Hüququn  başqa  mənbələrindən  (formalarıdan)  fərqli  olaraq  normativ-hüquq  aktın 
aşağıdakı əlamətləri vardır.  
1.  Normativ-hüquqi  akt  dövlətin  səlahiyyətli  orqanlarının  hüquqyaratma  fəaliyyəti 
və  ya  ümumixalq  səsverməsi  (referendum)  nəticəsində  yaranır.  Hüquqyarata  fəaliyyəti 
hüquq  normalarının  verilməsi,  habelə  təkmilləşdirilməsi  və  köhnəlmiş  normaların  ləğv 
edilməsindən ibarət dövlət fəaliyyətdir.  
2. Normativ-hüquqi akt zəruri atributları: aktın adı (qanun, fərman, qərar): aktı qəbul 
edən orqanın adı (parlamət, prezident, hökümət və s. ) olan rəsmi dövlət sənədi şəklində 
tərtib olunur.  
3.  Normativ  aktlarda  hüquq  normaları  müəyyən  struktur  hissələrə:  bölmələrə, 
fəsillərə,  maddələrə  görə  (məsələn,  Mülkü  Məcəllədə:  “Öhtəlik  hüququ”  bölməsi 
“Öhtəliklərin icrası” fəsil “Öhtəliklərin vaxtından əvvəl icrası” maddəsi) quruplaşdırılır.  
Beləliklə,  normatv-hüquq  akt  –  özündə  hüquq  norması  əks  etdirən  rəsmi 
hüquqyaratma aktıdır.  
Normativ-hüquqi  aktların  təsnifi  müxtəlif  əsaslara  görə:  hüquqi  qüvvəsinə; 
məzmununa;  təsir  xarakterinə  və  onları  qəbul  edən  subyektlərə  görə  aparılır.  Hüquqi 

52 
 
qüvvəsinə görə bütün normativ-hüquqi aktlar qanunlara və qanunqüvvəli aktlara bölünür. 
Normativ-hüquqi  aktların  hüquqi  qüvvəsi  onların  təsnifinin  daha  mühüm  əhəmiyyətli 
ə
lamətidir. Hüquqi qüvvə bu aktların dövlət normativ nizamasalma sistemində yerini və 
ə
hmiyyətini  müəyyən  edir.  Hüquqyaratma  nəzəriyyəsi  və  təcrübəsinə  müvafiq  olaraq 
yuxarı  hüquqyartma  orqanlarının  aktları  aşağı  hüquqyaratma  orqanlarının  aktlarından 
daha yüksək hüquqi qüvvəyə malik olur. Aşağı hüquqyaratma orqanlarının aktları yuxar 
hüquqyaratma orqanları aktlarının əasasıda və onların icrası üçün qəbul edilir.  
Normativ-hüquqi  aktlar  həmçinin  məzmununa  görə  təsnif  edilir.  Belə  bölgü 
müəyyən  mənada  şərtidir.  Bu  şərtilik  obyektiv  olaraq  heç  də  bütün  normativ-hüquqi 
aktlarda  eyni  məzmunlu  normaların  olması  ilə  izah  edilir.  Yalnız  bir  hüquq  sahəsinin 
(məsələn:  əmək,  maliyyə,  mülki  qanunvericiliyi)  normalarını  əks  edən  normalar 
mövcuddur. Ancaq sahəvi normativ aktlarla yanaşı, kompleks xarakter daşıyan aktlar da 
fəaliyyət göstərir. Onlar ictimai həyatın müəyyən sahəsinə xidmət edən müxtəlif hüquq 
sahələrinin normalarını əhatə edirlər.  
Normativ-hüquqi  aktlar  qüvvəsinin  həcmi  və  xarakterinə  görə  aşağıdakı  növlərə 
bölünür:  
-  ərazidə  müəyyən  növ  münasibətlərin  məcmusunu  əhatə  edən  ümumi  qüvvəli 
aktlar; 
- yalnız əarzinin bir hissəsinə və ya ciddi surətdə bu ərazidə olan müəyyən şəxslər 
qurupuna aid edilən məhdud qüvvəli aktlar; 
-  müstəsna  (fövqəladə)  qüvvəli  aktlar.  Onların  tənzimləmə  imkanları  yalnız  həmin 
aktın  nəzərdə  tutulduğu  müəyyən  müstəsna  şərait  (məsələn,  hərbi  fəaliyyət,  kortəbii 
bədbəxt hadisələr) yarandıqda rializə edilir.  
Dövlət  hüquqyaratmasının  əsas  subyektlərinə  görə  normativ  hüquqi  aktları 
qanunverici  hakimiyyət  aktlarına  (qanunlar);  icraedici  hakimiyyət  aktlarına  (qanunqüv-
vəli aktlar); məhkəmə hakimiyyəti aktlarına (ümumi xarakterli məhkəmə aktları) bölmək 
olar.  
Qanun  –  bu  müasir  dövlətin  əsas  normativ  hüquqi  aktıdır.  O,  ictimai  həyatın  və 
dövlət həyatının ən mühüm tərəflərini tənzimləyən hüquq normalarını özündə əks etdirir. 
Qanun  dövlətin  ali  nümayəndəli  orqanı  tərəfindən  xüsusi  qanunvericilik  qaydasında 

53 
 
qəbul edilən, ali hüquqi qüvvəyə malik, ölkə əhalisinin maraq və tələbləri baxımından ən 
mühüm ictimai münasibətləri tənzimləyən normativ-hüquqi aktdır.  
Bu tərifdən hüququn əsas mənbəyi və ali hüquqi qüvvəyə malik normativ hüquqi akt 
kimi qanunun əlamətləri aşkar olunur: 
1) qanun dövlətin ali nümayəndəli orqanı tərəfindən və ya bilavasitə xalq tərəfindən 
refrendum nəticəsində qəbul edilir;  
2)  qanun  şəxsiyyətin  maraqlarının  daha  məqsədə  uyğun  şəkildə  təmin  edilməsini 
tələb edən, icimai həyatın əsas, ən mühüm məsəlləri üzrə qəbul olunur; 
3) qanun, qanunqüvvəli normativ-hüquqi aktlara xas olmayan xüsusi qanunvericilik 
qaydasında  qəbul  edilir.  Qanunun  qəbulu  dörd  mərhələni  əhatə  edir:  qanun  layihəsinin 
qanunverici  orqana  təqdim  edilməsi;  qanun  layhəsinin  müzakirəsi;  qanunun  qəbul 
edilməsi;  qanunun  dərc  edilməsi  (elan  edilməsi).  Qanunun  referundum  yolu  ilə  qəbul 
edilməsi  də  Referndum  haqqında  qanunla  nəzərdə  tutulmuş  qanunvericilik  qaydasıda 
həyata keçirilir;  
4)  qanun  dövlətin  hər  hası  başqa  bir  orqanın  təsdiqinə  məruz  qalmır.  O  yalnız 
qanunverici  hakimiyyət  tərəfindən  ləğv  edilə  və  ya  dəyişdirilə  bilər.  Konstitusiya 
məhkəməsi və ya başqa analoji məhkəmə parlamentin qəbul etdiyi qanunu kanstitusiyaya 
zidd hesab edə bilər, lakin həmin qanunu ancaq qanunverici orqan ləğv edə bilər; 
5)  qanun  dövlətin  bütün  hüquq  sisteminin  özəyidir:  qanunlar  normativ-hüquqi 
aktların bütün məcmuyunun qurluşunu, onların hər birinin hüquqi qüvvəsini, onların bir-
birinə münasibətdə qarşılıqlı subordinasiyasını müəyyən edirlər.  
Dövlətin  normativ-hüquq  aktları  sistemində  qanunların  aparıcı  və  müəyyənedici 
vəziyyəti  qanunauyğunluğun  əsas  tələblərindən  birini  –  ictimai  münasibətlərin 
tənzimlənməsində  qanunun  alililiyni  ifadə  edir.  Heç  bir  qanunqüvvəli  akt  qanunverici 
tənzimləmə  dairəsinə  müdaxilə  edə  bilməz.  O,  qanuna  uyğunlaşdırılmalı  və  ya  ləğv 
edilməlidir.  
Qanunlar öz növbəsində konstitusiya və adi qanunlara ayrılır. Konstitusiya qanunları 
dövlət  və  ictimai  qurluşun  əsaslarını,  şəxsiyyətin  və  təşkilatların  hüquqi  vəziyyətini 
müəyyən  edirlər.  Konstitusiya  qaydaları  əsasında  normativ  hüquqi  aktlarının  bütün 
sistemi  qurulur  və  detallaşdırılır.  Konstitusiya  başqa  normativ-hüquqi  aktlara,  o 

54 
 
cümlədən qanunlara münasibətdə ali hüquqi qüvvəyə malikdir. Adi qanunlar konstitusiya 
qanunlarının  əsasında  və  həmin  qanunların  icrası  üçün  qəbul  edilir,  ictimai  həyatın 
müəyyən və məhdud sahələrini tənzimləyirlər. Ona görə də həmin qanunları çox vaxt cari 
qanunlar da adlandırırlar. Adi qanunlar ölkənin iqtisadi, ictimai, mədəni və s. həyatının 
müxtəlif  tərəflərini  və  cəhətlərini  qaydaya  salır.  Əsasən  kompleks  xarakterə  malik  olan 
həmin qanunlarda adətən, mülki hüquq normaları, hətta mülki hüquq institutları formula 
edilir.  Bu  qanulara  Konstitusiya  müddəlarını  detallaşdırır  və  konkretləşdirir.  Bu 
qanunların  əksəriyyəti  xüsusi  qanunlar  hesab  edilir.  Xüsusi  qanunlar  mülki  hüququn 
predimentinə daxil olan ictimai münasibətlərin ayrıca növünü nizama salır.  
Üzvi qanunlar cari (adi) qanunların xüsusi xarakterli yarım növü hesab edilir. Onlara 
məcəllələşdirilmiş  qanunlar  da  deyilir.  Üzvi  (məcəllələşdirilmiş)  qanunlar  dedikdə, 
hüquqi cəhətdən tam, daxilən uyğun gələn elə qanunlar başa düşülür ki, həmin qanunlar 
ictimai həyatın müəyyən sahəsini kompleks surətdə tənzimləmək məqsədinə xidmət edir. 
Bunlara  misal  olaraq  Gömrük  Məcəlləsini,  Mülki  Məcəlləni,  Vergi  Məcəlləsini 
göstərmək olar. Üzvi qanunlar normativ ümumiləşdirmənin yüksək səviyyəsi ilə fərqlənir.  
Qnunqüvvəli  normativ-hüquqi  aktlar  səlahiyyətli  orqanların  qanuna  əsaslanan  və 
ona  zidd  olmayan  hüquqyaratma  aktlarıdır.  Qanunqüvvəli  aktlar  qanuna  nisbətən  az 
hüquqi qüvvəyə malikdirlər. Onlar qanunların hüquqi qüvvəsinə əsaslanır və onlara qarşı 
ola  bilməzlər.  ctimai-iqtisai  münasibətlərin  tənzimlənməsi  ümumi  maraqlarla  fərdi 
maraqların  uzlaşdığı  zaman  səmərəli  olur.  Qanunqüvvəli  aktlar  məhz  qanunların  əsas 
pirinsipial  müddalarının  müxtəlif  fərdi  maraqların  özünəməxsus  xüsusiyyətlərinin 
konkretləşdirilməsinə yönəldilmişdir.  
Məzmuna görə qanunqüvvəli aktlar, bir qayda olaraq müxtəlif icraedici hakimiyyət 
orqanlarının aktlarıdır. Qəbul edən subyektlərə və əhatə darəsinə görə onlar ümumi, yerli, 
idarə və təşkilatdaxili aktlara bölünür.  
1.  Ümumi  qanunqüvvəli  aktlar.  Bunlar  ərazisi  həddində  bütün  şəxslərə  aid  olan 
ümumi  səviyyəli  normativ-hüquqi  aktlardır.  Hüquqi  qüvvəsinə  və  hüquqi  nizamasalma 
sistemində  əhəmiyyətinə  görə,  ümumi  qanunqüvvəli  aktlar  qanunlardan  sonra  gəlirlər. 
Qanunqüvvəli  aktlar  vasitəsilə  cəmiyyətin  dövlət  idarəetməsi  həyata  keçirilir,  ictimai 
həyatın iqdisadi, sosial və digər məsələləri əlaqələndirilir.  

55 
 
Ümumi  qanunqüvvəli  aktlara  ali  (mərkəzi)  icraedici  hakimiyyət  orqanlarının 
normayaradıcı  aktları  aiddir.  Onları  ölkə  prezidenti  və  ya  hökümət  başçısı  qəbul  edir. 
Dövlət  idarəetmə  formasından  (prezident  və  ya  parlament  respublikası)  aslı  olaraq  ali 
icraedici hakimiyyətin normativ-hüquqi aktları öz ifadəsini iki müxtəlif formada tapır.  
Prezidentin  fərmanları  qanunqüvvəli  aktlar  sistemində  ən  yüksək  hüquqi  qüvvəyə 
malikdir  və  qanunlar  əsasında  və  onların  inkişaf  etdirilməsi  istiqamətində  verilirlər. 
Prezidentin  hüquqyaratma  sahəsində  səlahiyyətləri  konstitusuya  və  ya  xüsusi 
konstitusuya qanunları ilə müəyyən olunur. Onlar ictimai həyatın dövlət idarəetməsi ilə 
bağli ən müxtəlif tərəflərini tənzimlayır.  
Hökümət qərarları prezidentin fərmanları konteksində qəbul edilir və zəruri hallarda 
iqtisadiyyatın, sosial sahənin, səhiyyənin, xalq təhsilinin, silahlı qüvvələrin qurulmasının 
və s. dövlət idarəetməsinin daha konkret məsələlərini tənzimləməyə yönəldilir.  
2.  Yerli  qanunqüvvəli  aktlar.  Bu  yerli  nümayəndəli  və  icraedici  hakimiyyət 
orqanlarının  normativ-hüquqi  aktlarıdır.  Onları  yerli  nümayəndəli  hakimiyyət  orqanları 
və yerli özünü idarə orqanları qəbul edirlər. Bu aktlar yalnız həmin orqanların hakimiyyət 
zonasında qüvvəyə malikdir. Bu ərazidə yaşayan bütün şəxlər üçün yerli hakimiyyər və 
idarəetmə orqanlarının normativ güstərişləri məcburidir.  
3.  darə  normaitv-hüquqi  aktlarti  (əmirlər,  təlimatlar).  Bir  sıra  ölkələrdə  hökümət 
orqanlarının (nazirlik, idarələr) müəyyən struktur bölmələrinə də qanuverici hakimiyyət, 
prezident  və  ya  hökümət  tərəfindən  hüquqyaratma  səlahiyyətləri  verilir.  Bunlar  ümumi 
xarakterli  normativ-hüquqi  aktlar  olsa  da,  ictima  münasibətlərin  məhtud  sahələrinə 
(kömrük, bank, nəqliyyat, dövlət krediti və s. ) aid olur.  
4. Təşkilatdaxili qanunqüvvəli aktlar. Bunlar müxtəlif təşkilatlar tərəfindən öz daxili 
məsələlərinin tənzimlənməs üçün qəbul edilən və həmin təşkilatların üzvülərinə aid olan 
normativ-hüquqi aktlardır. Ali hüquqi qüvvəyə mailk aktların müəyyən etdikləri hədlərdə 
təşkilatdaxili  normativ  aktlar  dövlət  idarələrinin,  müəsissələrinin  və  başqa  təşkilatların 
konkret fəaliyyətində yaranan ən müxtəlif münasibətləri tənzimləyir.  
Müasir  dövlətlərin  normativ-hüquqi  aktlar  sistemi  eyni  deyil.  Bu  dövlət  idarəetmə 
formalarının xüsusiyyətləri, ayrı-ayrı ölkələrin çoxəsirlik ənənvi, milli və başqa amillərlə 
izah  olunur.  Bunula  bele  normativ-hüquq  sistemlərinin  əksəriyyəti  aktın  hüquqi 

56 
 
qüvvəsinin dərəcəsi əlamətinə görə qurulur.  ctimai həyatın sabitliyi və onun daha yaxşı 
təşkili  naminə  aşağıda  duran  aktlar  yuxarı  orqanların  göstərişlərinə  uyğun  olmalıdır. 
Mədəni ölkələrdə qanunqüvvəli aktlar arasında yaranan uyğunsuzluqları, ziddiyətləri ali 
hüquqi qüvvəyə malik olan qanun həll edir.  
Normativ-hüquqi aktların hüquqi qüvvəsinin dərəcəsi müxtəlif ola bilər, lakin həmin 
normalarda  əks  olunan  tələblərə  riayət  etmək  vacibliyi  adiyyatı  olan  hər  bir  kəs  üçün 
tamamilə eynidir. Bu prinsipial müddəa hüquqi dövlətin əsasını təşkil edir.  
Məhkəmə hakimiyyətinin aktları əsas etibarilə fərdi, hüquqi-tətbiqi xarakter daşıyan 
məhkəmə  orqanlarının  qərarları  məhkəmə  təcürbəsinin  ümumiləşdirilməsi  nəticəsində 
normativ  xarakter  kəsb  edir.  Normativ  tələblərin  aydın  olmadığı,  ziddiyətli  və  qeyri-
müəyyən  olduğu  hallarda  məhkəmə  hüquq  normalarının  məzmunu  konkretləşdirməyə, 
dəqiqləşdirməyə və ya hüquqda boşluq olduğundan yeni normalar yaratmağa məcbu olur 
və beləliklə, bu halda məhkəmə təcrübəsi hüququn mənbəyinə çevrilir.  
Məhkəmənin  hüquqyaratma  funksiyaları  qanunda  nəzərdə  tutulmamış  iqtisadi 
hadisələrin  hüquqi  tənzimlənməsi  ehtiyacından  yaranır  və  məhkəmə  təcrübəsinin  özü 
tərəfindən  formalaşdırılır.  Toplanmış  hüquq  tətbiqi  təcrübəsi  məhkəmələrə,  bu  və  ya 
digər  qurup  hüquqi  işlər  üçün  məcburi  xarakter  daşıyan  qərarlar  qəbul  etməyə  imkan 
verir.  
Məhkəmə  hakimiyyətinin  ali  orqanları  təkcə  qüvvədə  olan  hüquqi  normalarını 
konkretləşdirmir, həmdə hüquqi işlərin praktiki həlli zamanı ortaya çıxan məsələlər üzrə 
qanunvericiliyin  tətbiqinin  rəhbər  izahı  məqsədilə  öz  səlahiyyətləri  çərçivəsində  yeni 
hüquq  normalrı  yaradırlar  (məsələn,  ali  məhkəmənin  qərarları).  Lakin  nəzərdə  saxlamq 
lazımdır  ki,  məhkəmə  təcrübəsi qüvvəsinin  məcburiliyi  onun  özündən  yox, qanunverici 
hakimyyətin  tələblərindədir.  Hüquqi  dövlətdə  məhkəmələrin  hüquqyaratma  fəaliyyəti 
bütövlükdə  qanunçuluq  və  həmin  hüquq  sisteminin  prinsipləri  çərçivəsində  qanuni 
səlahiyyətlərə əsaslanır.  
Ümumilikdə qəbul olunmuş bütün normativ-hüquqi aktların pərakəndə şəkildə deyil, 
ümumiləşdirilmiş  və  sistemləşdirilmiş  formada  olması  normativ-hüqui  aktlardakı 
müəyyən  boşluqların  aradan  qaldırılmasına  və  onlardan  daha  səmərəli  istifadə 
olunmasına imkan yaradır. Normativ-hüquqi aktların sistemləşdirilməsi və uçotu mühüm 

57 
 
məsələlərdən  biridir.  Beləki,  normativ-hüquqi  aktların  rəsimi  məcmuə  və  toplularını, 
qanunvericilikdə  başqa  qayda  nəzərdə  tutulmayıbsa,  həmin  aktları  qəbul  edən  orqanlar, 
yaxut onların tapşırığı ilə başqa orqanlar dərc edillər.  
Azərbaycan  Respublikasının  bütün  normativ-hüquqi  aktları,  eləcədə  yerli 
özünüidarə  orqanlarının  və  Azərbaycan  Respublikası  DGK-nin  normativ  aktları  dövlət 
uçotuna  alınmaq  üçün  Ədiliyyə  Nazirliyinə  təqdim  edilir.  Qanunvericiliyin 
sistemləşdirilməsi hüquq qaydansının sabitləşdirilməsi, normativ-hüquqi nizamasalmanın 
ictimai  həyatın  normal  axınını  təmin  edən  alətə  çevrilməsi,  dövlət  idaəetməsinin 
şə
xsiyyətin marağına uyğun daha səmərəli təşkili məqsədlərini güdür. Normativ-hüquqi 
aktların (qanunvericiliyin) sistemləşdirilməsi – hüquq normalarının qaydaya salanmasına 
və təkmilləşdirilməsinə yönələn fəaliyyətdir.  
Sistemləşdirmə nəticəsində hüquq normaları arasındakı ziddiyyətlər aradan qaldırılır, 
köhnəlmiş normalar ləğv edilir və ya dəyişdirilir, ictimai inkişafın tələblərinə cavab verən 
yeni,  daha  təkmil  normalar  yaradılır.  Onlar  müəyyən  sistem  əlamətlərinə  görə 
quruplaşdırılır, məcəllələrdə, qanunvericilik toplularında və başqa sistemləşdirici aktlarda 
toplanılır.  
Presedent  və  ya  adət  hüququ  qüvvədə  olan  ölkələrdə  hüquq  normalarının 
sistemləşdirilməsi  çox  mürəkkəb  problemə  çevrilmişdir.  Çünki  müasir  qanunvericilik 
presidentlərin  və  hüquqi  adətlərin  normativ  hüquqi  əhəmiyyətini  yalnız  formal  olaraq 
etiraf edir.  
Dini  hüququn  (müsəlman,  buddist)  müddəaları  (kanonları)  əhalisinin  əksər  hissəsi 
arasında hakim mövqedə olan ölkələrdə, onlar qanunvericilik sistemində nəzərə alınmaya 
bilməz. Müasir cəmiyyətdə mədəni dünyanın ilkin əsası sayılan şəxsiyyətin ümumbəşəri, 
qeyri-dini  və  qeyri-milli  maraqları  müxtəlif  insanların  rəngarəng  dini  və  milli 
ehtiyaclarını  hərtərəfli  nəzərə  alan  və  ahəngdar  şəkildə  əlaqələndirən  normativ-hüquqi 
sistemin öz funksiyasını yerinə yetirməsi üçün əlverişli zəmin yaradır.  
Azərbaycan  Respublikasında  vahid  gömrük  siyasətinin  tələb  və  vəzifələri 
Respublika  Prezidenti,  Milli  Məclis  və  Hökumət  tərəfindən  Gömrük  Məcəlləsi  və 
Gömrük Hüququnun digər mənbələri əsasında müəyyən edilir və respublikanın gömrük 
ə
razisində  mal  mübadiləsinin  tənzimlənməsi  və  gömrük  nəzarəti  vasitələrindən  effektiv 

58 
 
istifadə  edilməsi  ilə  daxili  bazarın  müdafiəsi  üçün  ticarət-siyasi  məsələlərin  bəlli,  milli 
iqtisadiyyatın  inkişafının  stimullaşdırılması  dövlətin  iqtisadi  siyasətinin  əsas 
məsələlərinin həllinə təkan vermək məqsədi güdür.  
Gömrük siyasətinin mahiyyəti öz əksini gömrük-tarif qanunvericiliyində, muxtəlif 
istiqamətli  beynəlxalq  gömrük  birlikləri  və  münasibətlərin  yaradılmasında,  sərbəsət 
gömrük və ticarət zonalarının təşkil edilməsində tapir.  
Gömrük  siyasəti  müxtəlif  hüquq  normaları  və  gömrük  qaydaları  əsasmda  həyata 
kecirilməlidir və bu da gömrük hüququ məfhumunu meydana cıxarır.  
Gömrük  siyasətinin  dəqiq  hüquqi  əsaslandırılması  ilk  növbədə  ona  görə  vacibdir 
ki, sahibkarliq fəaliyyətinin bu və ya digər istiqamətlərini imperativ tənzimləyərkən istər-
istəməz  onu  həyata  kecirən  müəssisələrin  mülkiyyət  münasibətləri  sferasma  müdaxilə 
etmiş  olunur.  Bundan  başqa,  gömrük  siyasətinin  xarici  münasibətlərə  təsiri  üçün 
beynəlxalq-hüquqi xarakterli öhdəliklər yarandığından onun normallaşdınlması zərurətini 
doğurur. Gömrük Məcəlləsi gömrük işini gömrük siyasəti və həmçinin bu siyasəti həyata 
kecirəcək vasitələri -  mal və nəqliyyat vasitələrini Azərbaycan Respublikasının gömrük 
sərhəddindən  kecirilməsinin  qayda  və  şərtləri,  gömrük  ödənclərinin  tutulmasi,  gömrük 
rəsmiləşdirilməsi, gömrük nəzarəti və s. xarakterizə edilir.  
Gömrük  sərhəddindən  mal  və  nəqliyyat  vasitələrinin  kesirilməsi  prinsiplərini 
nizama  salan  və  rəsmiləşdirmə  əməliyyatlarının  yerinə  yetirilməsi  üçün  mövcud 
qanunvericiliyə  əməl  olunmasmi  təmin  edəcək  hərəkət  qaydaları  gömrük  huquq 
normaları  adlanır.  Belə  qaydaların  məcmusu  gömrük  hüququnu  əmələ  gətirir  ki,  bu  da 
Azərbaycan Respublikası Qanunvericiliyinin mühum tərkib hissələrindən biridir.  
Gömrük qaydalarına rəsmi norma olması ücün onlar muəyyən hüquqi formaya və 
ya mənbəyə malik olmalıdır. Gömrük hüququnun mənbələri və yaxud formaları dedikdə, 
gömrük hüququ normaları müəyyən edilən dövlətin huquqyaratma fəaliyyətinin təcəssüm 
formaları  başa  düşülür.  Yəni  gömrük  huququnun  mənbəyini  ixtiyari  huquqi  akt  deyil, 
yalnız elə akt təşkil edir ki, gömrük işinin ümumi qaydalarını əks etdirə bilsin. Beləliklə, 
gömrük  hüququnun  mənbəyi  normativ  xarakter  daşımalıdır.  Fərdi  aktlar  hüquqi  akt 
xarakterinə  malik  olmalıdır.  Konstitutsisiyaya,  yəni  əsas  qanunun  muddəalarına  tam 
şə
kildə uygunluq və qanunilik gömrük hüququ mənbələrinin əsas quruluş prinsipləridir. 

59 
 
Gömrük  hüququnun  mənbələri  sistem  xarakterli  olub  aşağıdakı  əsas  əlamətlərdən 
ibarətdir: 
a)
 daxili gömrük qanunvericiliyi; 
b)
 gömrük münasibətlərinə aid olan və Azərbaycan Respublikasının tərəf-muqabil 
olduğu beynəlxalq hüquqi müqavilə və sazişlər.  
Bəzi  hallarda  gömrük  sahəsində  ənənə  xarakteri  daşıyan  normalardan  da  iştifadə 
edilir. Belə normalar iki cürdür: 
a)  dəniz  nəqliyyatı  ilə  daşınan  yüklərin  gömrük  rəsmiləşdirilməsində  istifadə 
olunan normalar; 
c)
 gömrük dəyərinin təyin edilməsində istifadə olunan normalar.  
Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə