GÖMRÜk hüququ fənn n n predmet


Gömrük hüquq normalarının formala



Yüklə 1.6 Mb.
Pdf просмотр
səhifə6/24
tarix16.06.2017
ölçüsü1.6 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   24

Gömrük hüquq normalarının formalaşması 
Gömrük  haqqında  Azərbaycan  Respublikasının  Qanunvericiliyi,  Gömrük 
Məcəlləsi,  Gömrük  Tarifi  haqqinda  Qanun  və  Azərbaycan  Rеspublikasınm  digər 
qanunvcricilik aktlarından ibarətdir.  
Gömrük  Məcəlləsi  və  Gömrük  Tarifi  haqqinda  qanun  gömrük  münasibətlərinin 
hüquq  tənzimlənməsində  baş  mövqedə  durur  və  gömrük  praktikasında  meydana  çıxan 
bütün  əsas  huquqi  məsələləri  əhatə  edir.  Hüquqi  quvvəsinə  görə  onlar  yalnız  ölkə 
Konstitutsiyadan  geridə  qalır  və  əsasən  bütün  gömrük  qanunvericiliyinin  quruldugu  və 
inkişaf etdirildiyi huquqi bazanı təşkil edir. Bu gömrük qanunlarına əlahiddə normaların 
tətbiq  edilmə  xususiyyətləri  Azərbaycan  Respublikası  Pezidentinin  25  iyul  1997-ci  il 
tarixli 616 saylı Fərmanı ilə muəyyən edilmişdir.  
Gömrük  qanunvericiliyinin  kompleks  xarakteri  huququn  digər  mənbələrində  - 
Cinayət  Məcəlləsində,  Cinayət  Prosessual  Məcəllədə,  Inzibati  Huquqpozmalar 
Məcəlləsində və s. əksini tapmiş və ayrı-ayrı normaların istifadə edilməsini nəzərdə tutur.  
Gömrük-huquq  tənzimləmə  mexanizmində  qanun  quvvəli  aktlar  muhum  rol 
oynayır. Belə aktların qanun quvvəsi о deməkdir ki, onlar qanunların icrası və inkişafi, 
yəni davamı kimi qəbul edilir və həmin qanunlara uygun olmalıdirlar. Bunun təşkilati - 
huquqi  zəmanəti  normativ  qanun  qüvvəli  aktların  Ədliyyə  Nazirliyində  qeydiyyatdan 
kecməsi  tələbidir.  Ədliyyə  Nazirliyi  isə  öz  növbəsində  vətəndaşların  huquqlarına  təsir 
edən  təşkilati normaların  qanunların  tələblərinə  uygun olmasina  nəzarət edir.  Qanun  və 

60 
 
qanun quvvəli aktların muddəaları arasinda uygunsuzluq müəyyən еdildiyi hallarda onun 
aradan  qaldırılmasma  qədər  qeydiyyatdan  imtina  edilir.  Qanun  quvvəli  akt  Ədliyyə 
Nazirliyində  qeydiyyat  nömrəsi  alınmamış  quvvəyə  minə  bilməz.  Qanun  quvvəli  aktlar 
kəmiyyətinə  görə  gömrük  hüququ  mənbələrinin  ən  iri  həcmlisidir.  Buna  başlıca  səbəb 
о
nlаrın  gömrük  qanunlarının  mətnlərindəki  digər  huquq  mənbələrinə  əsaslanma 
qeydləridir.  
Hal-hazirda  gömrük  münasibətlərini  tənzimləyən  qanun  aktlarının  asağidakı  əsas 
növləri tətbiq edilməkdədir: 
1.  Ölkədə  qəbul  оlunаn  AR  Konstitutsiyаsının  99-cu  maddəsinə  əsasən 
Azərbaycan Respublikasinda icra Hakimiyyətinin Prezidentə mənsub olması ilə əlaqədar 
olaraq xarici siyasətin, о cümlədən də onun tərkib hissəsi olan xarici iqtisadi və gömrük 
siyasətininm  strateji  istqamətlərinin  müəyyənləşdirilməsi  Prezidentin  fərman  və 
sərancamları ilə olur.  
Gömrük  Məcəlləsi  və  Gömrük  Tarifi  haqqmda  Qanunlar  qəbul  edilənə  qədər 
gömrük  münasibətlərinin  əsas  huquqi  və  sosial  cəhətləri  Azərbaycan  Respublıkası 
Prezidentinin fərmanları va sərəncamları ilə tənzimlənirdi.  
2. Nazirlər Kabinetinin qərarları ilə, adətən, gömrük siyasəti və gömrük huququnun 
mühüm  məsələlri  tənzimlənir  və  daha  yüksək  statusa  malik  aktların  icra  mexanizmi 
müəyyən edilir.  
22 mart 1997-ci il tarixli 24 saylı «Azərbaycan Respublikası ərazisində butun növ 
etil (yeyinti) spirtinin istehsalı, saxlanılmasi, alkoqollu içkilərin və tütun məmulatlarının 
istehsalı, idxalı üçün lisenziya verilməsi, onların pərakəndə satısı, idxal olunan və ölkədə 
istehsal edilən həmin məhsullara aksiz markalarının tətbiq olunması qaydaları haqqında», 
16 iyun 1997-ci il tarixli 62 saylı «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları 
üzrə  gömrük  rüsumlarının  dərəcələri  haqqında»,  21  iyul  1997-ci  il  tarixli  81  saylı 
«Azərbaycan Respublikasının gömrük məntəqəlirində fiziki şəxslər tərəfindən istehsalat 
va ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsinin qaydaları 
haqqında» qərarlar və s. bu qəbildəndir.  

61 
 
Azərbaycan  Respublikasi  Prezidenti  və  Nazirlar  Kabineti  tərəfindən  verilən 
sərəncamlar  bir  qayda  olaraq,  huququ  norma  xarakterli  deyil  və  birdəfəlik  tətbiqi  ilə 
mahiyyətini sərf etmiş olur.  
3.  Bir  neçə  dövlət  orqanı  tərəfindən  birgə  qəbul  edilən  qanun  quvvəli  aktlar.  Bu 
qəbildən  olan  aktlara  nümunə  kimi  Dövlət  Gömrük  Komitəsi,  Maliyyə  Nazirliyi  və 
Vergilər Nazirliyinin təsdiq etdikləri «MDB ölkələri hududları kənarından respublikaya 
gətirilən minik avtomobillərinə aksiz vergisinin tətbiq qaydaları haqqında» 27 iyul 1996-
ci il tarixli təlimati göstərmək olar.  
4.  Dövlət  Gömrük  Komitəsinin  normativ  aktları.  Gömrük  Məcəlləsinin  9-cu 
maddəsinə  əsasən  Dövlət  Gömrük  Komitəsi  öz  səlahiyyətləri  daxilində  Azərbaycan 
Respublikasının  gömrük  orqanları,  bütün  başqa  dövlət  orqanlrı,  tabeliyindən  və 
mulkiyyət formasından asilı olmayaraq idarələr, müəssisələr və təşkilatlar, habelə vəzifəli 
şə
xslər  və  vətəndaşlar  üçün  icrasi  məcburi  olan  normativ  aktlar  qəbul  edir.  Dövlət 
Gömrük  Komitəsinin  ümumi  xarakterli  normativ  aktları  onların  özlərində  ayrı  muddət 
nəzərdə tutulmamışdirsa, dərc olunduqları gündən10 gün sonra qüvvəyə minir.  
Gömrük  huququ  mənbələrinə  normаtiv  əmrlər  və  Dövlət  Gömrük  Komitəsinin 
təlimatları  daxil  edilir.  Bunlardan  başqa  Komitənin  rəhbərliyi  gömrük  orqanlarına 
göstəriş və məktublar göndərə bilər. Bе1ə sənədlər, adətən, bu və ya digər normativ aktın 
tətbiq  edilməsi  qaydasi  barədə  izah  və  təфsirlərdən  ibarət  olur  və  özümdə  gömrük 
huququnun normalarını daşımır, yəni onlar huquqi mənbələr deyillər.  
Öz səlahiyyətləri çərçivəsində yеrli gömrük orqanları da huquqi aktlar yarada bilər. 
Belə  aktlar  adətən  fərdi  xarakter  daşiyir.  Məsələn,  struktur  bölmələrin  əsasnamələri, 
gömrük əməkdaşlarınin vəzifə təlimatları, daxili əmrlər və s. Bəzi hallarda onlаra lokal 
xarakterli  huquq  normalar  da  daxil  edilə  bilər.  Məsələn,  gömruk  anbarlarından  istifadə 
qaydaları, gömrükxananın  daxili intizam qaydaları və s. Оperativ iş rejimində teleqram, 
teletayp, telefaks, еlеktrоn pоçtu kimi informasiya çatdırma formalarından istifada edilir. 
Elektron rabitə kanalları ilə alınmış informasiya kağız məlumat daşıyıcıları olan sənədlər 
də eyniguclüdür və еyni hüquqi nəticələrə malikdir.  
Dövlət  suverenliyi  hər  dövlətin  gömrük  məsələrinin  birtərəfli  qaydada  daxili 
qanunvericiliklə tənzimlənməsi zərurətini meydana çixarır. Lakin hər dövlətin geosiyasi 

62 
 
mövqeyi  və  ayrı-ayrı  dövlətlərlə  əlahiddə  münasibətləri  bu  məsələlərə  xüsusi  yanaşma 
mеtodları  tətbiq  edilməsini  şərtləndirir.  Eyni  zamanda,  gömrük  siyasətinin  beynəlxalq 
ə
həmiyyəti  açiq-aşkardir  və  nəticədə  bu  məsələlər  razilaşdirma  əsаsındа  tənzimlənməsi 
mövzusuna çevrilir. Əgər hər hansi bir dövlət, gömruk məsələlərinin həlli zamanı digər 
dövlətlərin maraqlarmı nəzərə almırsa və ya onların mənafeyinə zərbə vura bilən siyasət 
yeridirsə,  xarici  iqtisadi  əlaqələri  və  bütövlükdə  beynəlxalq  əlaqələri  mürəkkəbləşdirən 
konfliktlər meydana cixa bilər.  
Rusiya  Imperiyasi  ilə  Hollandiya  arasmda,  Böyük  Britaniya  ilə  Fransa  arasmda 
mövcud olmuş «Gömrük Muharibələri» tarixi faktlardir. Gömrük səhəsində beynəlxalq - 
huquqi əməkdaşlıq həmçinin müasir gömrük tariflərinin mürəkkəbliyi, coxsaylı gömrük 
rəsmiləşdirilmələri qaydalarını gümdəlik zərurət halına gətirir.  
Beynəlxalq  ticarət  dövriyyəsinin  inkişafı,  turist  mubadiləsi,  humanitar  əlaqələr 
gömrük  siyasətinin  əsas  istiqamətlərinin  və  müxtəlif  dövlətlərin  eyni  tipli  normativ 
aktların koordinasiyasını nəzərdə tutan gömrük qanunvericiliyinin uyğunlаşdırılmаsını və 
bəzən  isə  eyniləşdirilməsini  zəruri  edir.  Milli  normaların  yaxınlaşdirılmasına  yardım 
edilməsi,  beynəlxalq  hüquq  və  əldə  edilmiş  hökumətlərarası  razılaşmalar  prinsipinə 
ə
saslanan  beynəlxalq  gömrük  rejiminin  yaradilmasinı  ön  plana  cixir.  Milli  gömrük  - 
hüquq  sistemlərinin  eyniləşdirilməsi  beynəlxalq  iqtisadi  əməkdaşlığın  genişləndirilməsi 
və inteqrasiya proseslərinin dərinləşdirilməsi üçün əlverişli şərait yaradir.  
Gömrük  qaydalarınin  əsas  eyniləşdirmə  vasitələri  beynəlxalq  muqavilələrin  və 
ixtisaslaşmiş beynəlxalq iqtisadi təşkilatlardır.  
Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına və Avropa Birliyinə 
daxil  olmaq  arzusu  kecid  şəraitində  daxili  qanunvericilikdə  müvafiq  dəyişikliklər 
edilməsini,  tətbiq  edilən  huquqi  normaların  beynəlxalq  normalara  yaxınmlaşdirmasını, 
gömrük  rəsmiləşdirmə  əməliyyailarının  sadələşdirilməsini,  sürətləndirilməsi  və 
eyniləşdirilməsini  nəzərdə  tutur.  Son  zamanlar  qəbul  edilmiş  bir  sırа  qərarları  bu 
istiqamətdə  atilmış  mühüm  addımlar  kimi  qəbul  etmək  lazimdir.  Vahid  idxal  gömrük 
rüsumunun tətbiqi, əlavə dəyər vergisi məsələlirinin çevikləşdirilməsi, bəzi mallara aksiz 
vergisinin tətbiqi bu qəbildən olan tədbirlərin vacib mərhələləridir.  

63 
 
Azərbaycan  Respublikasının  gömrük  sahəsində  beynəlxalq  hüquqi  əməkdaşlığı 
ə
sasən 4 istiqamətdə inkişaf edir: 
•  Beynəlxalq təşkilatlar, о cümlədən Ümumdünya Gömrük Təşkilatı ilə əməkdaşlıq; 
•  MDB Gömrük Rəhbərləri Şurasi çərçivəsində əməkdaşlıq; 
•  Iqtisadi Əməkdaşliq Təşkilatı çərçivəsində əməkdaşhq; 
•  Ikitərəfli  münasibətlər  əsasında  ayrı-ayrı  dövlətlərin  gömrük  orqanları  ilə 
ə
məkdaşhq.  
Gömrük  sahəsində  təbiq  edilən  normativ  aktlara  ilkin  nəzarət  daxili 
qanunvericiliyin,  qüvvədə  olan  beynəlxalq  müqavilələrin  müddəalarına  uyğunluğunu 
təmin etməyə imkan verir.  
Gömrük  Məcəlləsinin  müvafiq  maddəsinə  görə  Azərbaycar  Respublikasmm 
dövlətlərarasi  müqavilələrində  müəyyən  edilən  qaydalar  bu  Məcəllədə  və  Gömrük  işi 
haqqında  Azərbaycan  Respublikasının  digər  qanunvericilik  aktları  ilə  nəzərdə  tutulmuş 
qaydalardar fərqlənərsə, dövlətlərarası müqavilələrin qaydaları tətbiq edilir.  
Gömrük hüquq münasibətləri, onların mahiyyəti.  
Gömrük  hüququ  sahəsində  öz  məğzinə  və  xarakterinə  görə  nəzəri  cəhətdən  ən  az 
araşdırılan sahələrdən biri də gömrük hüquq münasibətləridir.  
Ümumi şəkildə hüquqi münasibətlər hər hansı bir hüquq sahəsinin (və ya bir neçə 
hüquq sahəsi birlikdə) hüquqi normaları ilə tənzimlənən ictimai münasibətlərdir. Gömrük 
işinin  xüsusiyyəti,  özünəməxsusluğu,  mürəkkəbliyi  və  müxtəlifliyi  gömrük  hüquq 
münasibətlərinin  daha  ətraflı  öyrənməyə  sövq  edir.  Gömrük  hüquq  münasibətləri  öz 
xarakterinə görə daha çox inzibati – hüquqi münasibətlərə yaxındır.  
nzibati  –  hüquqi  münasibətlər  inzibati  –  hüquq  normalarına  əsaslanan  hüquqi 
münasibətlərdir.  Bu  hüquqi  münasibətlər  inzibati  hüququn  subyektləri  olan  dövlət 
orqanları,  onların  struktur  bölmələri,  dövlət  aparatının  vəzifəli  şəxsləri  və  məmurları, 
müəssisə,  idarə  və  təşkilatların,  Azərbaycan  Respublikasının  və  xarici  vətəndaşların, 
habelə vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələrindən ibarətdir.  
nzibati – hüquqi münasibətlər icra hakimiyyəti sahəsində də eyni cürdür.  
nzibati – hüquqi münasibətlər dedikdə, tərəflərin götürdüyü öhdəlik və vəzifələrin 
inzibati – hüquqi normalarla tənzimlənməsi başa düşülür.  
Daha  yaxşı  təsnifatlaşdırılmış  inzibati  –  hüquqi  münasibətlərdən  gömrük  hüquq 
münasibətlərinin təsnifatında da istifadə etmək olar.  nzibati – hüquqi münasibətlər şaquli 
və  üfüqi  olur.  Şaquli  inzibati  –  hüquqi  münasibətlər  bütünlüklə  gömrük  hüquq 
münasibətlərinə də şamil etmək olunur. Çünki şaquli gömrük hüquq münasibətlərində də, 

64 
 
mülki  hüquqi  münasibətlərdən  fərqli  olaraq,  tərəflərin  bərabərliyi  deyil,  tabeçiliyi  əsas 
götürülür.  Üfüqi  hüquqi  münasibətlərdə  isə  tərəflər  faktiki  və  hüquqi  cəhətdən  bərabər 
olurlar.  Bu  zaman  bir  tərəfin  digər  tərəf  üzərində  hüquqi  hakimiyyət  üstünlüyü  olmur. 
Məsələn, gömrük idarələri və s.  
Gömrük  hüququnun  xüsusiyyətlərinə  görə  hüquqi  tənzimləmə  qaydaları  icazə 
verilən,  qadağan  olunan  öhdəlik  xarakterli  gömrük  hüquqi  münasibətlərinə  ayrılır.  Bu 
hüquqi  münasibətlər  gömrük  işi  sahəsindəki  mürəkkəbliyin  xarakterindən  asılıdır. 
Məsələn,  mal  və  nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən  keçirilməsi  ilə  gömrük 
ödəmələrinin  aparılasını  tənzimləyən  hüquqi  münasibətlər  mahiyyət  etibarı  ilə  bir  – 
birindən kəskin fərqlənir.  
Beləliklə, gömrük hüquq münasibətləri gömrük işi strukturuna blok, element, hissə 
kimi daxil olan və gömrük – hüquq normaları ilə tənzimlənən ictimai münasibətlərdir.  
Gömrük hüquq münasibətləri anlayışı və onun əsas əlamətləri.  
Gömrük hüquq münasibətləri gömrük hüquq normaları ilə müəyyən edilən gömrük 
işi üzrə real ictimai münasibətlərdir.  
Bu  münasibətlər  tərəflərin  dövlət  tərəfindən  müəyyən  edilən  hüquq  və  vəzifələrilə 
ə
laqədar  olduğu  ictimai  münasibətlərdir.  Bunlar  əsasən  malların  və  nəqliyyat 
vasitələrinin  gömrük  sərhəddindən  keçirilməsi  prosesi  və  onunla  əlaqədar  işlərə 
yönəldilmişdir.  
Deməli,  gömrük  hüquq  münasibətləri-malların  və  nəqliyyat  vasitələrinin  gömrük 
sərhəddindən  keçirilməsi  prosesi  və  onunla  əlaqədar  işlərdə  yaranan  və  gömrük 
qanunvericiliyi normaları ilə tənzimlənən ictimai münasibətlərdir.  
Gömrük-hüquq münasibətləri mallaırn və nəqliyyat vasitələrinin bilavasitə gömrük 
sərhəddindən keçirilməsi zamanı, keçirilmədən əvvəl, yaxud sonra yarana bilər. Məsələn, 
gömrük  rəsmiləşdirilməsi,  gömrük  nəzarəti,  gömrük  vergilərinin  və  rüsumlarınının 
yığılması və ilə əlaqədar ictimai münasibətlər malların və nəqliyyat vasitələrinin gömrük 
sərhəddindən keçirilməsi zamanı təşəkkül tapır.  
Xarici iqtisadi fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin müraciətinə əsasən onların 
gömrük  orqanları  tərəfindən  məlumatlandırılması  və  gömrük  məsələri  üzrə 
məsləhətvermə  zamanı  meydana  çıxan  ictimai  münasibətlər  malların  və  nəqliyyat 
vasitələrinin  gömrük  sərhəddindən  keçirilməsi  prosesindən  qabaq  yaranan 
münasibətlərdir.  Müvəqqəti  idxal  rejimində  bəyan  olunmuş  malların  və  nəqliyyat 
vasitələrinin  gömrük  qanunvericiliyi  ilə  müəyyən  olunmuş  öhdəlik  müddətində 
Azərbaycan  Respublikası  gömrük  ərazisindən  çıxarılmaması  əv  ya  bu  əraziyə 
gətirilməməsi  ilə  əlaqədar  yaranan  ictimai  münasibətlər  isə  malların  və  nəqliyyat 

65 
 
vasitələrinin  gömrük  sərhəddindən  keçirilməsi  prosesindən  müəyyən  müddət  keçdikdən 
sonra yaranan münasibətlərdir.  
Gömrük hüquq münasibətlərinin xarakterik əlamətləri.  
Gömrük hüquq münasibətləri aşağıda qeyd olunan əlamətləri ilə səciyyələnir.  
Ə
vvəla, gömrük hüquq münasibətləri (onların yaranması, dəyişməsi və başa çatması 
)hüquq  normaları  əsasında  qurulan  faktiki  ictimai  münasibətlərdir.  Ona  görə  də  bu 
münasibətlər hüquqi xarakter daşıyır.  
kincisi, gömrük –hüquq münasibətlərinin iştirakçıları qarşılıqlı hüquq və vəzifələr 
daşıyırlar.  Əgər  bütün  şəxslər  bərabər  əsaslarla  malları  və  nəqliyyat  vasitələrini 
Azərbaycan Respublikasına gətirmək və aparmaq hüququna malikdirlərsə (KM, mad 18), 
onda  bunun  müqabilində  gömrük  orqanları  da  həmin  mallar  və  nəqliyyat  vasitələri 
üzərində  gömrük  nəzarəti  və  gömrük  rəsmiləşdirilməsini  həyata  keçirmək  vəzifələri 
daşıyırlar.  
Üçüncüsü,  gömrük  hüquq  münasibətləri  dövlət  səlahiyyətli  xarakter  daşıyır.  Bu 
münasibətlər  gömrük  hüquq  münasibətlərinin  subyekti  olan  dövlət  gömrük  orqanları 
sisteminin  struktur  bölmələri  (gömrük  orqanları  )  tərəfindən  təmin  edilir  və  zəruri 
hallarda dövlət məcburiyyəti qüvvəsi ilə qorunur.  
Dördüncüsü,  gömrük-hüquq  münasibətləri  təşkilatı  xarakter  daşıyır.  Bu 
münasibətlər  tərəfindən  təşkil  olunur.  Dövlət  orqanları  öz  səlahiyyətləri  daxilində 
verdikləri  müxtəlif  normati  aktlara  ümumilikdə  gömrük  siyasətinin  təşkilatçısına  və 
ə
laqələndiricisinə - koordinatoruna çevrilirlər.  
Gömrük  hüquq  münasibətləri  gömrük  işi  sahəsində  münasibətlərdə  tərəflərin 
hərəkətlərinin və əməllərinin xüsusi bir formasıdır. Bu münasibətlərin hüquqi forması və 
faktiki məzmunu –gömrük işi sahəsində bütöv bir sosial hadisədir. Ona görə də, gömrük 
hüquq  münasibətlərinin  quruluşunu  müəyyən  etmək,  onun  əsas  ünsürlərinin 
aydınlaşdırmaq son dərəcə vacib məsələdir.  
Gömrük-hüquq  münasibətlərinin  quruluşu dörd  zəruri  ünsürdən  ibarətdir.  Subyekt, 
obyekt, hüquq və vəzifələr.  
Gömrük-hüquq  münasibətlərinin  subyektləri.  Gömrük-hüquq  münasibətlərinin 
subyektləri  –  hüquq  normalarına  müvafiq  olaraq  subyektiv,  hüquq  və  vəzifələrin 
daşıyıcısı  olan  ayrı-ayrı  fərdlər  (Azərbaycan  vətəndaşları,  əcnəbilər  və  vətəndaşlığı 
olmayan  şəxslər)  və  təşkilatlardır.  (Gömrük  orqanları  Azərbaycan  və  xarici  hüquqi 
şə
xsləri  xarici  dövlətlərin  diplomatik,  konsulluq  və  digər  rəsmi  nümayəndəlikləri  və 
beynəlxalq  təşkilatlar  .  Gömrük  işi  sahəsində  müəyyən  növ  beynəlxalq  təşkilatlar. 
Gömrük  işi  sahəsində  müəyyən  növ  fəaliyyətlə  məşğul  olmaq  üçün  gömrük 

66 
 
orqanlarından icazə almış müəssisələr və təşkilatlar – gömrük brokeri, gömrük daşıyıcısı, 
rüsumsuz ticarət mağazaları və s.  
Qeyd  olunan  subyektlərin  hüquq  münasibətlərində  iştirakçının  ölçüsü  onların 
onların hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti ilə müəyyənləşdirilir.  
Hüquq  qabiliyyəti-subyektin  gömrük  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  yuridik 
hüquqlara  malik  olmaq  və  hüquqi  vəzifələr  daşımaq  qabiliyyətidir.  O,  fərdin  doğulma 
anında yaranır və ölümü ilə xitam olunur. Gömrük-hüquq münasibətlərinin real iştirakçısı 
olmaq üçün, hüquq qabiliyyətli subyekt həm də fəaliyyət qabiliyyətli olmalıdır.  
Fəaliyyət qabiliyyəti – subyektin gömrük-hüquq normaları və ilə tanınan, müstəqil 
surətdə, şüurlu hərəkətləri ilə hüquq və vəzifələr həyata keçirmək qabiliyyətidir. Gömrük 
qanunvericiliyində fəaliyyət qabiliyyəti hüquq qabiliyyəti ilə heç də üst-üstə düşmür. Bu 
o deməkdir ki, bütün insanlar hüquq qabiliyyətinə malik olsalar da, onların hamısı heç də 
fəaliyyət  qabiliyyətli  olmur.  Ona  görə  də  gömrük  hüququnda  şəxslərin  fəaliyyət 
qabiliyyəti hüquq qabiliyyətinə nisbətən məhdud anlayışlardır.  
Gömrük  qanunvericiliyində  fəaliyyət  qabiliyyətinin  məzmunu  və  həcmi  bir  neçə 
amildən asılıdır.  
a).  Hüquq  qabiliyyətli  subyektin  yaşından  asılı  olaraq  fəaliyyət  qabiliyyəti  tam  və 
məhdud ola bilər.  
Gömrük qanunvericiliyində 16 yaşa çatmış şəxs fəaliyyət qabiliyyətinə malik olur, 
yəni öz hərəkətləri ilə gömrük işi sahəsində tam həcmdə hüquqlar əldə edir və özü üçün 
bu  sahədə  vəzifələr  yaradır.  Yetkinlik  yaşına  çatmayan  fiziki  şəxslərin  gömrük  işi 
sahəsindəki mənafelərini isə onların qanuni nümayəndələri təmsil edə bilərlər. Məsələn, 
gömrük  qaydalarının  pozulmasına  görə  məsuliyyətə  cəlb  edilmiş  yetkinlik  yaşına 
çatmayan fiziki şəxslərin mənafelərini qohumluq əlaqələrini və cəlahiyyətlini təsdiq edən 
sənədlər təqdim etməklə onlarınm qanuni nümayəndələri təmsil edirlər.  
b) subyektin fəaliyyət qabiliyyətinə onların sağlamlıq vəziyyəti təsir göstərir. Əgər 
ruhi xəstəlik, yada ağıl zəifliyi nəticəsində vətəndaş öz hərəkətlərinin əhəmiyyətini başa 
düşmək  və  onları  idarə  etmək  qabiliyyətini  itirirsə,  o  məhkəmə  tərəfindən  fəaliyyət 
qabiliyyətini itirmiş hesab oluna bilər. Belə şəxslərin gömrük işi sahəsindəki mənafeyini 
qohumları təmsil edə bilər. Gömrük qanunvericiliyində sərxoş vəziyyətdə olan şəxslərin 
fəaliyyət  qabiliyyətinin  məhdudlaşdırılmasına  yol  verilir.  Həmin  şəxslərin  inzibati 
qaydada saxlama müddəti digər şəxslərdən fərqli olaraq onların sərxoşluqdan ayıldıqları 
vaxtdan hesablanır. Həmin vaxtdan etibarən də onların dindirilməsinə başlanılır.  
b) fəaliyyət qabiliyyətinə subyeklərin qohumluq əlaqələri də müəyyən dərəcədə təsir 
göstərir.  Buna  misal  olaraq  gömrük  qaydalarının  pozulmasına  görə  məsuliyyətə  cəlb 

67 
 
edilən fiziki şəxsin yaxın qohumlarının şahid qismində izahat vermək vəzifəsindən azad 
olunmalarını, yaxud gömrük qaydalarının pozulması haqqında işin icraatını və ya bu işə 
baxılmanı  həyata  keçirən  Azərbaycan  Respublikası  gömrük  orqanının  vəzifəli  şəxsinin 
qohumu  olan  eskpertlərin,  mütəxəssislərin  və  müfəttişin  işdə  iştiraklarına  yol 
verilməməsini göstərmək olar.  
Ə
cnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  gömrük  –hüquq  münasibətlərinin 
iştirakçısı  kimi  Azərbaycan  Respublikasının  vətəndaşları  ilə  bərabər  səviyyədə  gömrük 
qanunvericiliyində  müəyyən  edilmiş  azadlıqlardan  və  vəzifələrdən  istifadə  edirlər.  Bu 
azadlıq  və  vəzifələrin  həyata  keçirilməsinə  Azərbaycan  Respublikasının  gömrük 
qanunvericiliyində  təminatlar  verilir.  Xarici  dövlətlərin  nümayəndəlikləri  və  onların 
ə
məkdaşları,  habelə,  digər  xarici  şəxslər  üçün  gömrük  güzəştləri  müəyyən  edilmişdir. 
Bütün  bunlara  baxmayaraq,  gömrük  işinin  bəzi  spesifik  tərəflərini  nəzərə  almaqla 
gömrük  qanunvericiliyində  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquq 
qabiliyyətinin  məhdudlaşdırılması  hallarına  da  yol  verilmişdir.  Gömrük  məcəlləsinin 
maddəsinə  əsasən,  həmin  şəxslər  Azərbaycan  Respublikasının  gömrük  orqanlarının 
vəzifəli şəxsləri ola bilməzlər.  
Gömrük  qanunvericiliyində  fərdi  subyektlərdən  fərqli  olaraq  təşkilatların  hüquq 
qabiliyyəti  və  fəaliyyət  qabiliyyəti  onlaırn  yaradılma  və  fəaliyyət  göstərmə  məqsədi  ilə 
məhdudlaşır. Ayrı-ayrı təşkilatların fəaliyyəti qanunla, yaxud onların gömrük işi üzrə icra 
hakimiyyəti  orqanı  tərəfindən  tanınan  və  gömrük  hüquq  normalarına  zidd  olmayan 
nizamnamələri  ilə  müəyyən  edilir.  Bütövlükdə  bu  fəaliyyət  gömrük  hüquq 
münasibətlərinin  iştirakçıları  olan  insanların  ümumi  yada  fərdi  maraqlarının 
ödənilməsinə yönəldilmişdir. Təşkilatların hüquq və vəzifələri onların səlahiyyəti ilə qəti 
və dəqiq müəyyən edilir. Bu təşkilatların hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti həmin 
səlahiyyət  çərçivəsində  həyata  keçirilir.  Təşkilatların  fəaliyyət  qabiliyyəti  bilavasitə 
onların adından çıxış edən müəyyən vəzifəli şəxslərin və nümayəndələrin hərəkətlərində 
ifadə  olunur.  Belə  nümayəndələrin  hərəkətləri  təşkilatların  özlərinin  hərəkətləri  kimi 
qiymətləndirilə bilər.  
Bazar  iqtisadiyyatı  şəraitində  təşkilat  subyektlərinin  böyük  əksəriyyəti  hüquqi 
şə
xslərdir.  Hüquqi-şəxs  gömrük  əməliyyatları  aparılmasında  bilavasitə  və  dolayısı  ilə 
iştirak  edən,  qanuna  müvafiq  sürətdə  qeydə  alınmış,  ayrıca  əmlaka  malik  olan,  öz 
adından mülki və qeyri-mülki hüquqlar əldə edə bilən və vəzifələri daşıyan, məhkəmədə, 
iqtisad məhkəməsində iddiaçı və cavabdeh ola bilən idarə, müəssisə və təşkilatlardır.  
Gömrük  hüquq  münasibətlərinin  spesifik  subyekti  dövlətin  özüdür.  Dövlət 
azərbaycan  respublikasının  daxili  və  xarici  siyasətinin  tərkib  hissəsi  olan  gömrük 

68 
 
siyasətinin  həyata  keçirilməsində  gömrük  hüquq  münasibətlərinin  ən  mühüm 
iştirakçısıdır.  Azərbaycan  Respublikasının  hökuməti  beynəlxalq  aləmdə  ölkənin  rəsmi 
nümayəndəsi  kimi  gömrük  işi  sahəsində  fəaliyyətini  bilavasitə  həyata  keçirən  orqan 
Dövlət  Gömrük  orqanlarıdır.  (DGK-i  Azərbaycan  Respublikasının  gömrükxanaları  və 
gömrük  postları.  )  Dövlət  Gömrük  orqanları  və  onların  vəzifəli  şəxsləri  gömrük  hüquq 
münasibətlərinin xüsusi subyektləridir.  
Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə