GÖMRÜk hüququ fənn n n predmet



Yüklə 1.6 Mb.
Pdf просмотр
səhifə7/24
tarix16.06.2017
ölçüsü1.6 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   24

Gömrük  hüquq  münasibətlərinin  obyektləri.  Hüquq  münasibəti  nəyə  təsir 
göstərirsə, o hüquq münasibətinin obyektidir.  
Gömrük hüquq münasibətləri gömrük işinin xarakterinə görə əmlak və qeyri əmlak 
münasibətlərindən  ibarətdir.  Bu  baxımdan  da  gömrük  hüquq  münasibətlərini  əmlak  və 
qeyri-əmlak xarakterli gömrük hüquq münasibətlərinin obyektlərinə bölünürlər.  
Ə
mlak  xarakterli  hüquq  münasibətlərinin  obyekləri-subyektin  malları  gömrük 
sərhəddindən keçirilməsinə yönəldilmiş davranışıdır.  
Gömrük-  hüquq  münasibətləri  mexanizmində  gömrük  hüquq  tənzimlənməsinin 
predmetinin  mühüm  əhəmiyyəti  vardır.  Gömrük-  hüquq  tənzimlənməsinin  predmeti 
maddi  nemətlərə  (mallar  və  nəqliyyat  vasitələri  )  və  qeyri  maddi  nemətlərə(  mallar  və 
nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikası  gömrük  sərhəddindən  keçirilməsi  ilə 
ə
laqədar  görülən  müxtəlif  növ  xidmətlər.  Gömrük  rəsmiləşdirilməsi,  malların  saxlanca 
verilməsi,  gömrük  məsələləri  üzrə  məsləhət  vermə.  malların  müşayiət  olunması  və  s 
bölünür.  ).  Gömrük  hüquq  tənzimlənməsinin  əsas  predmeti  mallar  və  nəqliyyat 
vasitələridir.  Gömrük  qanunvericiliyində  sərnişinlərin  v  ə  malların  beynəlxalq 
daşınmaları  üçün  istifadə  olunan  istənilən  vasitələr  o  cümlədən  konteyner  və  digər 
vasitələr ( boru kəməri elekrik naqilləri və s. )nəqliyyat vasitələri kimi qəbul olunmuşdur. 
Belə nəqliyyat vasitələri qeyri-əmlak xarakterli münasibətlərin predmetidir.  
Nəqliyyat  vasitələri  sərbəst  tədavül  üçün  gətirildikdə  və  ya  ixrac  edildikdə  “mal” 
kateqoriyasına aid edilir.  
Gömrük  anlayışında  mal  diapozonu  genişdir.  Bunlara  əsasən  istənilən  daşınan 
ə
mlak, o cümlədən valyuta sərvətləri, elektrik və digər enerji növləri və s aiddir.  
Gömrük hüquq münasibətlərinin obyekti olan malların təsnifatı.  
a)  mallar  keçirilmə  istiqamətindən  asılı  olaraq  idxal,  ixrac  və  tranzit  mallara 
bölünür.  
dxal  mallarına  Azərbaycan  Respublikasının  ərazisinə  gətirilən  mallar  aid  edilir. 
Bunlara təkcə xaricdə istehsal olunan mallar deyil, həmçinin ölkəmizdə istehsal olunaraq 
xaricə  aparılan  və  sonradan  Azərbaycan  Respublikasının  ərasizinə  gətilən  mallar  aid 

69 
 
edilir.  dxal  malları  sərnişinlər  və  digər  fiziki  şəxslər  tərəfindən  Azərbaycan 
Respublikasının gömrük ərazisinə gətirilən əşyalara da şamil edilir.  
dxal  malları  Azərbaycan  Respublikasının  gömrük  sərhəddindən  keçirildiyi  andan 
lazımi  gömrük  rəsmiləşdirilməsi,  gömrük  ödənişlərinin  ödənilməsi  buraxılması 
ə
məliyyatlarının  həyata  keçirilməsinə  qədər  gömrük  nəzarəti  altında  –gömrük  hüquq 
münasibətlərinin predmeti olur.  
xrac  malları  Azərbaycan  Respublikası  gömrük  sərhədindən  keçirilən  və 
Azərbaycan Respublikasının ərazisindən aparılan mallar hesab edilir. Bunlara həm xarici 
iqtisadi fəaliyyət predmetləri, həm də sərnişinlərin özləri ilə apardıqları əşyalar aid edilir.  
xrac malları gömrük orqanlarına təqdim olunduğu andan (gömrük bəyannaməsinin 
qəbul  olunduğu  andan.  )  Azərbaycan  Respublikasının  ərazisindən  aparilanadək  gömrük 
nəzarəti altında –gömrük münasibətlərinin predmeti olurlar.  
Tranzit  mallar  bir  dövlətin  gömrük  ərazisindən  digərinə  üçüncü  dövlətin  gömrük 
ə
razisindən  keçirilməklə  aparılan  mallardır.  Tranzi  mallar  Azərbaycan  Respublikasının 
ə
razisinə  daxil  olduğu  andan  bu  ərazidən  çıxarılana  qədər  gömrük  nəzarəti  altında 
gömrük münasibətlərinin predmeti olurlar.  
b)  Gömrük  sərhəddindən  keçirilmə  məqsədindən  asılı  olaraq  gömrük  hüquq 
münasibətlərinin predmetləri kommersiya və qeyri-kommersiya mallarına bölünürlər.  
Kommersiya  malları  xarici  ticarət  dövriyyəsində  alqı-satqı  məqsədilə  idxal-ixrac 
olunan və tranzit keçirilən mallardır.  
Qeyri  kommersiya  malları  müvafiq  olaraq  ticarət  dövriyyəsi  üçün  nəzərdə 
tutulmayan  mallardır.  Bu  malları  gömrük  sərhədindən  vətəndaşlar  şəxsi  istifadə  və 
istehlak  məqsədləri  üçün  müəssisə  və  təşkilatlar  isə  qeyri  kommersiya  məqsədi  üçün 
keçirirlər.  
Vətəndaşların şəxsi istifadə üçün gətirdikləri predmetlərin bəzi kategoriyaları üçün 
gömrük  qanunvericiliyinə  müvafiq  qaydada  dəyər  və  miqdar  məhdudiyyətləri  qoyula 
bilər.  
b) Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması, eləcə də bu əraziyə 
gətirilməsi xarakterindən asılı olaraq mallar ixrac (idxal ) və müvəqqəti aparılan mallara 
bölünə bilər.  
xrac malları Azərbaycan Respublikası gömrük ərazisindən bu əraziyə qaytarılmaq 
haqqında öhdəlik götürülmədən aparılan mallardır.  
dxal  malları  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  gətiriləndən  sonra 
işlətmək v ə ya digər məqsədlərlə istifadə etmək üçün daimi olaraq saxlanılan mallardır.  

70 
 
dxal(ixrac ) malları ilə yanaşı, müəyyən müddətlərə gömrük sərhədindən keçirilən 
və sonradan əvvəlki gömrük ərazisinə qaytarılan mallar deyilir. Bu mallara emal rejimləri 
altında olan, beynəlxalq sərgilərdə, yarmarkalarda nümayiş etdirilən və s mallar aiddir.  
q)  gömrük  tarix  tənzimlənməsi  nöqteyi  nəzərindən  mallar  gömrük  vergiləri  tətbiq 
olunan mallara və gömrük vergiləri ödənilməsindən azad olunan mallara bölünürlər.  
Gömrük  vergilərinin  tətbiq  olunmasından  azad  olunan  malların  siyahısı  gömrük 
qanunvericiliyi ilə müəyyən olunur.  
ndi isə “Gömrük Tarifi” haqqında qanunun bəzi müddəalarına nəzər salaq.  
Gömrük  tarifi  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  gətirilən  və  həmin 
ə
razidən çıxarılan mallara tətbiq edilir.  
dxal gömrük rüsumlarının dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti 
tərəfindən  təyin  edilir.  Azərbaycan  Respublikasının  əlverişli  ticarət  rejimi  tətbiq  etdiyi 
ölkələrin  malları  üçün  idxal  gömrük  rüsumları  dərəcələrinin  son  həddi  Azərbaycan 
Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunur.  
xrac gömrük  rüsumlarının dərəcələri və onların  tətbiq olunduğu  malların  siyahısı, 
həmçinin 
xarici 
iqtisadi 
tənzimlənmənin 
qeyri-tarif 
tədbirləri 
Azərbaycan 
Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  müəyyən  olunur.  Azərbaycan 
Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün ixrac gömrük 
rüsumları  dərəcələrinin  son  həddi  Azərbaycan  Respublikasının  Milli  Məclisi  tərəfindən 
təyin olunur 
Bu  Qanunda  nəzərdə  tutulan  hallar  istisna  olmaqla,  gömrük  rüsum  dərəcələri 
Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  mal  keçirən  hüquqi  və  fiziki 
şə
xslərdən, sövdələşmə növlərindən və digər amillərdən asılı olaraq dəyişdirilə bilməz.  
Bu Qanunun müddəalarına uyğun olaraq, Azərbaycan Respublikası tərəfindən tarif 
imtiyazları  verildiyi  hallar  istisna  olmaqla,  əlverişli  ticarət  rejimi  tətbiq  olunmayan 
ölkələrin  mallarına  və  mənşə  ölkəsi  müəyyənləşdirilməyən  mallara  idxal  gömrük 
rüsumlarının dərəcələri iki dəfə artırılır.  
Qısaca olaraq rüsumlara nəzər yetirək.  
Rüsumların əsas növləri aşağıdakılardır.  
Malların  ixracını  və  idxalını  operativ  tənzimləmək  üçün  bəzi  mallara  mövsümi 
rüsumlar  tətbiq  oluna  bilər.  Bu  halda  gömrük  tarifində  nəzərdə  tutulmuş  gömrük 
rüsumları  dərəcələri  tətbiq  olunmur.  Mövsümi  rüsumların  qüvvədə  olduğu  müddət  ildə 
altı aydan çox ola bilməz.  

71 
 
Xüsusi  növ  rüsumlar.  Azərbaycan  Respublikasının  iqtisadi  mənafeyini  qorumaq 
üçün idxal  edilən  mallara  müvəqqəti olaraq  aşağıdakı xüsusi növ rüsumlar  tətbiq oluna 
bilər: xüsusi rüsumlar; antidempinq rüsumları; kompensasiya rüsumları.  
Xüsusi rüsumlar aşağıdakı hallarda tətbiq olunur: 
mallar  Azərbaycan  Respublikası  gömrük  ərazisinə  bu  qəbildən  olan  malların  yerli 
istehsalçılarına  ziyan  vuran  və  ya  ziyan  vura  biləcək  kəmiyyətdə  və  şərtlərlə  gətirildiyi 
təqdirdə  müdafiə  tədbiri  kimi;  digər  dövlətlərin  və  onların  ittifaqlarının  Azərbaycan 
dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi.  
Antidempinq rüsumları  
Antidempinq  rüsumları  idxal  olunan  malların  qiyməti  Azərbaycan  Respublikası 
gömrük  ərazisinə  gətirildiyi  anda  ixrac  olunduğu  ölkədəki  real  dəyərindən  xeyli  aşağı 
olduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda 
və  ya  bu  hal  istisna  edilmədikdə,  Azərbaycan  Respublikasında  onların  istehsalının 
təşkilinə və ya genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir.  
Kompensasiya  rüsumları.  Kompensasiya  rüsumları  Azərbaycan  Respublikası 
gömrük  ərazisinə  gətirilən  malların  istehsalı  və  ya  ixracı  zamanı  birbaşa  və  dolayı 
subsidiyalardan  istifadə  olunduqda  və  belə  bir  idxal  bu  qəbildən  olan  malların  yerli 
istehsalçılarına  ziyan  vurduqda  və  ya  bu  hal  istisna  edilmədikdə,  Azərbaycan 
Respublikasında  bu  malların  istehsalının  təşkilinə  və  genişləndirilməsinə  maneçilik 
törədildikdə tətbiq edilir 
Xüsusi  əhəmiyyət  kəsb  edən  mallar  Azərbaycan  Respublikasını  suverenliyinin, 
iqtisadi  əsaslarının  müdafiəsi,  daxili  bazarın  qorunması  baxımından,  Respublikamıza 
gətirilməsinə  və  aparılmasına  məhdudiyyətlər  qoyulmuş  mallar  ola  bilər.  Bunlardan 
Azərbaycan  Respublikasından  çıxarılması  üçün  müvafiq  qaydalar  müəyyən  edilmiş 
strateji əhəmiyyətli xammalı göstərmək olar.  
Gömrük  nizamasalma  predmetinin  bəzi  xarakterik  xüsusiyyətləri.  Gömrük 
nizamasalma  predmeti  hər  şeydən  əvvəl  maddi  predmetdir.  Lakin  bütün  maddi 
predmetlər  gömrük  tənzimlənməsinin  predmeti  ola  bilməz.  Bunun  üçün  onlar  müəyyən 
məkan daxilində başqa yerə köçürülmək xüsusiyyətinə malik olmalıdır.  
nsanlar  bu  xüsusiyyətə  malik  olsalar  da,  yəni  başqa  yerə  köçürülə  bilsələr  də 
gömrük  tənzimlənməsi  normaları  ilə  qul  alveri  qadağan  olunub.  Bu  xüsusiyyət 
Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsinin  186-cı  maddəsində  öz  əksini  tapıb. 
Beləki,  gömrük  nəzarətinin  müstəsna  forması  kimi  şəxsi  yoxlama  aparılarkən  gömrük 
tənzimlənməsinin  predmeti  fiziki  şəxslər  deyil,  yalnız  onların  üstündə  gizlətdikləri  və 
gömrük nəzarətinə təqdim etmədikləri mallar olur.  

72 
 
Gömrük nizamasalma predmetinin ikinci xüsusiyyəti malların gömrük sərhəddindən 
keçirilmə  prosesinin  başlandığı  andan  gömrük  tənzimlənməsinin  predmetinə 
çevrilməsindədir.  Belə  ki  xarici  ticarət  sazişlərinin  predmeti  olan  mallar  həmin  sazişlər 
bağlandığı  andan  ticarət  hüquq  normaları  ilə  tənzimlənən  münasibətlərin  predmetinə 
çevrilirlər. Bu mallar ancaq gömrük sərhəddindən keçirildikdə gömrük tənzimlənməsinin 
predmeti olurlar.  
Bəzi  hallarda  daxili  dövriyyədə  olan  mallar  müəyyən  şərait  çərçivəsində  gömük 
tənzimlənməsinin  predmetinə  çevrilə  bilirlər.  Məsələn,  avtomobil  daşımalarında  daxili 
dövriyyədə  olan  mallar  Bakı  şəhərindən  Naxçıvana  göndərilərkən  ran  slam 
Respublikası ərazisindən tranzitlə keçirildiyi üçün gömrük tənzimlənməsinin predmetinə 
çevrilirlər.  
Gömrük  nizamasalma  predmetinin  növbəti  xüsusiyyəti  gömrük  qanunvericiliyinin 
qüvvəsi şamil olunan malların keçirilməsinin şəxslərin idarəsi əasında vaş verməsindədir.  
Məsələn,  Azərbaycan  Respublikasının  gömrük  sərhəddindən  heyvan-ların, 
qəfəsdəki quşların və suyun sisternlərdə keçirilməsi gömrük tənzimlənməsinin predmeti 
ola  bilərlər.  Uçan  quşların,  vəhşi  heyvan  keçidi,  axar  su  və  s.  isə  gömrük 
tənzimlənməsinin predmeti ola bilməzlər.  
 
 
 
 
MÖVZU 4.  
 
ЭЮMRЦK HUQUQUNUN SUBYEKТLЯRИ.  
 
 
 
1. Эюmrцk huququnun subyekтlяrи anlayışı  
2. Azərbaycan Respublikasınm Gömrük orqanları barədə anlayış 
3. Azərbaycan Respublikasınm Gömrük orqanlarının hüquq və vəzifələri 
4. Gömrük orqanının vəzifəli şəxsləri 
 
Azərbaycan Respublikasının gömrük orqanları 
 
Bu orqanları xarakterizə edərkən iki spesifik xüsusiyyəti qeyd etmək lazımdır: 
 
1.  Azərbaycan  Respublikasının  gömrük  orqnları  dövlət  idarəetmə  siseminə  daxil 
olan  icra  hakimiyyəti  orqanı  adlanır.  Gömrük  orqanları  Konstitusiya,  qanunlar  və 
qanunvericilik  aktlarında  nəzərdə  tutulmuş  norma  və  qaydalr  əsasında,  gömrük  işi 
sahəsindəicraedici və sərəncamverici funksiyaları yerinə yetirirlər.  

73 
 
 
Bu  orqanların  icraedici  funksiyası  gündəlik  təcrübədə  və  təşkilati  məsələlərdə 
özünü biruzə verir. Gömrük orqanları, müxtəlif forma və metodlardan istifadə edərək mal 
və  nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən  keçirilməsi,  gömrük  ödənişlərinin 
tutulması,  gömrük  nəzarəti  və  s.  kimi  funksiyalarını  yerinə  yetirir.  Gömrük 
orqanları,gömrük işi sahəsində onlara tapşırılmış funksiyaları yerinə yetirərkən inzibati – 
icra orqanı kimi çıxış edir.  
 
Gömrük orqanları həm sərəncamverici və həm də icraedici orqan kimi çıxış etsə də 
onlar  bir  –  biri  ilə  sıx  bağlıdır  və  vahid  sistem  təşkil  edir.  Lakin  gömrük  orqanlarının 
sərəncamverici  səlahiyyəti  xüsusi  əhəmiyyətə  malikdir.  Çünki  onlar  normativ  xarakter 
daşıyır.  Şaquli  idarəetmə  sistemində  Komitə  sədrinin  sərəncamları  sözsüz  icra 
olunmalıdır.  
 
2.  Mövcud  qanunvericiliyə  görə  gömrük  orqanları  hüquq  –  mühafizə  sisteminə 
aiddir.  
 
Hüquq-mühafizə  orqanları  sisteminə  adətən,  məhkəmə  və  prokurorluq  irqanları, 
vəkilklik, notariat, daxili işlər orqanları aid edilir.  
 
Gömrük  orqanlarının  gördüyü  işlərin  xarakterinə  görə  onlar  da  hüquq-ühafizə 
sisteminə aid edilir. Çünki gömrük orqanlarının əsas məqsədi, ölkənin iqtisadi suverenliyi 
və iqtisadi təhlükəsizliyini qorumaqdır. Gömrük orqanlarınınm bu əsas funksiyası GM-in 
Preambluasında öz əksini tapmışdır. Ümumiyyətlə, gömrük orqanlarının apardığı işlərin 
xarakteri və strukturu, əsasən onun hüquq-ühafizə orqanı kimi çıxış etməsinə dəlalət edir. 
GM-n müvafiq maddələrində, gömrük oranlarının bu sahədə baş vermiş cinayət işlərinin 
təhqiqatını  və  istintaqını  aparmaq,  əməliyyat-axtarış  fəaliyyətini  həyata  keçirmək  kimi 
səlahiyyətləri müəyyən olunmuşdur.  
 
GM-in  müvafiq  bölməsində  gömrük  orqanlarının  və  onların  vəzifəli  şəxslərinin 
qərarlarından, hərəkət və ya hərəkətsizliyindən şikayətvermə nəzərdə tutulmuşdur. Qeyd 
edək  ki,  ancaq  hüquq-mühafizə  orqanlarının  hərəkətlərindən  daha  yuxarı  orqanlara 
ş
ikayət etmək olar.  
 
Indi isə gəlin gömrük orqanlarının əsas funksiyaları ilə tanış olaq.  
 
Azərbaycan  Respublikası  GM-nin  müvafiq  maddəsinə  görə  gömrük  orqanlarının 
ə
sas funksiyaları aşağıdakılardır: 
1)
  ölkənin  gömrük  siyasətinin  işlənib  hazrlnmasında  iştirak  edir  və  bu  siyasəti 
həyata keçirir; 
2)
  icrasına  nəzarət  Azərbaycan  Respublikasının  gömrük  orqanlarına  həvalə 
olunmuş  qanunvericilik  aktlarına  riayət  edilməsini  təmin  edirlər,  gömrük  işini  həyata 
keçirərkən  idarələrin,  müəssisələrin,  təşkilatların  və  fiziki  şəxslərin,  həmçinin 
sahibkarların hüquq və mənafelərinin müdafiəsi üzrə tədbirlər görür; 
3)
   öz səlahiyyəti daxilində respulikanın, ıqtisadi təhlükəsizliyini təmin edirlər; 
4)
  Azərbaycan Respublikasının iqtisadi mənafeyini qoruyurlar; 
5)
  Ticarət-iqtisadi münasibətlərdə gömrük tənimləməsi vasitələrini tətbiq edirlər; 

74 
 
6)
  Gömrük rüsumları. Vergilər və digər gömrük ödənişləri alırlar; 
7)
  Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən mallar barədə iqtisadi 
siyasət tədbirlərinin işlənib hazırlanmasında iştirak edir və bu tədbirləri həyata keçirirlər; 
8)
  Azərbaycan  Respublikasının  gömrük  sərhəddindən  malların  və  nəqliyyat 
vasitələrinin keçirilməsi qaydalarına riayət olunmasını tənim edirlər; 
9)
  Gömrük  işi  sahəsində  cinayətlərə,  həmçinin  gömrük  qaydalarının  və  vergi 
qanunvericiliyinin  pozulmasına  qarşı  mübarizəaparırlar,  narkotik  vasitələrin,  silahın, 
Azərbaycan  xalqının  və  xarici  ölkə  xalqlarının  bədii,  tarixi  və  arxeolojisərvətləri  olan 
əş
yaların,  intellektual  mülkiyyət  obyektlərinin,  yox  olmaq  təhlükəsi  altında  olan 
heyvanların  və  bitki  növlərinin,  digərmalların  Azərbaycan  Respoublikası  gömrük 
sərhədindən  qanunsaz  keçirilməsinin  qarşısını  alırlar,  beynəlxalq  terrorçuluqla 
mübarizəyə  və  Azərbaycan  Respublikasının  təyyarə  limanlarında  beynəlxalq  mülki 
aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınmasınaköməklik göstərirlər; 
10)
 Gömrük  nəzarətini  və  gömrük  rəsmiləşdirilməsini  həyata  keçirir  və 
təkmilləşdirir,  Azərbaycan  Respublikası  gömrük  sərhədindən  mal  dövriyyəsinin 
sürətləndirilməsi üçün şərait yaradırlar; 
11)
 Xarici iqtisadi fəaliyyətin gömrük statistikasını və Azərbaycan Respublikasının 
xüsusi gömrük statistikasını aparırlar; 
12)
  Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını aparırlar; 
13)
  Idarələrin,  müəssisələrin,  təşkilatların  və  fiziki  şəxslərin  xarici  iqtisadi 
ə
laqələrinin inkişafına kömək edirlər; 
14)
  Dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin mənəviyyatının, insanların 
həyat və sağlamlığının heyvan və bitkilərin, ətraf mühitin qorunması, gətirilən  malların 
Azərbaycan  istehlakçılarının  mənafeyinin  müdafiəsi  sahəsində  tədbirlər  həyata 
keçirilməsinə kömək edirlər; 
15)
 Öz nəzarətləri daxilində valyuta nəzarətini həyata keçirirlər; 
16)
 Azərbaycan  Respublikasının  gömrük  işinə  aid  brynəlxalq  öhdəliklərin  yerinə 
yetirilməsini  təmin  edir;  Azərbaycan  Respublikasının  gömrük  işi  ilə  əlaqədar 
müqavilələrin  işlənib  hazırlanmasında  iştirak  edir;  xarici  dövlətlərin  gömrük  işinə  aid 
məsələlərlə  məşğul  olan  gömrük  və  başqa  səlahiyyətli  orqanlar  ilə  beynəlxalq 
təşkilatlarla əməkdaşlıq edirlər; 
17)
 Gömrük işi sahəsində elmi-tədqiqat işləri aparır və məsləhətlər verirlər; dövlət 
orqanları,  idarələr,  müəssisələr  və  təşkilatlar  üçün  bu  sahədəmütəxəssilərin 
hazırlanmasını və onların ixtisaslarının artırılmasını həyata keçirirlər; 
18)
 Müəyyən  edilmiş  qaydada  Azərbaycan  Respublikası  Milli  Məclisinə, 
Azərbaycan  Respublikasının  prezidentinə,  başqa  dövlət  orqanlaına,  idarə,  müəssisə  və 
təşkilatlara, vətəndaşlara gömrük məsələləri üzrə məlumatlar verilməsini təmin edirlər; 

75 
 
19)
 Vahid maliyyə-təsərrüfat siyasətinin həyata keçirilməsində iştirak edir, gömrük 
orqanlarının  maddfi-texniki  bazasını  inkişaf  etdirir,  bu  orqanların  işçiləri  üçün  lazımı 
ə
mək və sosial şərait yaradırlar.  
Yuxarıdakı  siyahı  gömrük  orqanlarının  fəaliyyətinin  nə  qədər  çoxsahəli  olmasını 
ə
ks etdirir. Bu funksiyaları xarakterizə etmək üçün bəzi məsələlərə diqqət yetirək.  
 Mal  və  nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən  keçirilməsinəicazə  verilməsi 
qaydalarını  həyata  keçirərkən  icraedici-inzibati  orqan  kimi  çıxış  edir.  Lakin  bu  və  yz 
digər  idarəetmə  sahələrində  icazəvermə  səlahiyyəti  inzibati-hüquqi  tənzimləməyə  aid 
edilir.  Məhz  gömrük  orqanlarının  da  fəaliyyəti  hüquq-mühafizə  xarakteri  olduğu  üçün 
ona da bu səlahiyyət verilir. Çünki onlar gömrük işini həyata keçirərkən idarə, müəssisə, 
təşkilat və vətəndaşların maraq və hüquqlarını qoruyurlar.  
Gömrük 
orqanları 
təkcə 
qaçaqmalçılq, 
gömrük 
qaydalarını 
vəvergi 
qanunvericiliyini  pozanlara  qarşı  mübarizə  ilə  deyil,  eyni  zamanda,  ölkənin  xarici-
iqtosadi fəaliyyətinin hüquqi tənzimlənməsi, strateji məhsulların və valyuta vasitələrinin 
aparılması,  öz  səlahiyyətləri  daxilinsə,  beynəlxalq  hüquqi  əməkdaşlıqda  iştirakla  da 
məşqul olur.  
Beləliklə,  gömrük  orqanları  icra  orqanı  olub,  xarakterinə  görə  hüquq-mühafizə 
orqanıdır,  verilmiş  səlahiyyətlər  daxilindəgömrük  işi  sahəsində,  habelə  onunla  əlaqədar 
olan digər idarəetmə sahələri ilə birlikdə, öz vəzifə və funksiyalarını özünəməxsus forma 
və metorlarla həyata keçirən dövlət orqanıdır.  
Gömrük orqanları- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Naxçıvan 
MR  Gömrük  Komitəsi,  gömrük  idarələri,  gömrükxanalar  və  gömrük  postlarının  daxil 
olduğu vahid dövlət orqanları sistemidir.  
Azərbaycan  Respublikası  Przidentinin  1999-cu  il  30  dekabr  tarixli  Fərmanı  ilə 
“Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin  Mərkəzi  aparatı”  və  “Dövlət 
Gömrük  Komitəsinin  sisteminə  daxil  olan  gömrük  orqanları  və  təşkilatları”  təsdiq 
olunmuşdur: 
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Aparatı 
 
Azərbaycan  Respublikası  Dövlət  Gömrük 
Komitəsi sədri 
Azərbaycan  Respublikasının  həqiqi 
dövlət gömrük xidməti müşaviri 

Azərbaycan  Respublikası  Dövlət  Gömrük 
Komitəsi sədrinin I müavini 
Gömrük xidməti general-polkovniki  1 
Azərbaycan  Respublikası  Dövlət  Gömrük 
Komitəsi sədrinin müavini 
Gömrük xidməti general- leytenantı 

Azərbaycan  Respublikası  Dövlət  Gömrük 
Komitəsi sədrinin köməkçisi 
Gömrük xidməti general- mayoru 


76 
 
Azərbaycan  Respublikası  Dövlət  Gömrük 
Komitəsi Mərkəzi Aparatının Baş idarə rəisi 
Gömrük xidməti general- mayoru 

Naxçıvan Gömrük Komitəsinin sədri 
Gömrük xidməti general- leytenantı 

Baş Gömrük  darəsinin rəisi 
Gömrük xidməti general- mayoru 

Tədris mərkəzinin rəisi 
Gömrük xidməti general- mayoru 

“Azərterminalkompleks” X B-in direktoru 
Gömrük xidməti general- mayoru 

 
Bu,  Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin  axırıncı  struktur 
bölgüsüdür.  
 
Subyektlərin hüquq və vəzifələr.  
Gömrük  hüquq  münasibətləri  ictimai  münasibətlərin  faktiki  forması  kimi 
subyektlərin  qarşılıqlı  əlaqəli  hüquq  və  vəzifələrindən  ibarətdir.  Subyektiv  hüquq  və 
vəzifə  gömrük-hüquq  münasibətlərinin  konkret  ictimai  münasibətlərə  xüsusi  keyfiyyət 
verən sistem üsnürləridir. Subyektiv hüquq və vəzifələrin həcmi və həddi ümumi şəkildə 
gömrük-hüquq normaları ilə müəyyən edilir.  
Subyektiv hüquq subyektin dövlət tərəfindən verilən və qorunan maraqlarının onun 
öz mülahizələrinə görə ödəmək imkanlarıdır.  
Gömrük hüququnda subyektə məxsus olan hüquq subyektiv hüquq aqlandırılır. Ona 
görə ki, hüquq haqqında sərəncam vermək ancaq subyektin iradəsindən asılıdır. Lakin bu 
sərbəst  hüquq  deyil,  gömrük  işi  sahəsində  icazə  verilmiş  davranış  həddinin  müəyyən 
edən imkandır.  
Ə
vvəla,  subyektiv  hüquqa  malik  olan  şəxsin  maraqlarının  ödənilməsi  müsbət 
davranış  imkanında  olmalıdır.  Məsələn,  şəxs  müvəqqəti  olaraq  Azərbaycan 
Respublikasının  ərazisinə  şəxsi  istifadə  üçün  nəqliyyat  vasitəsi  gətirmək  hüququna 
malikdir.  Lakin,  həmin  şəxsin  gətirdiyi  nəqliyyat  vasitəsi  ilə  əlaqədar  davranış  imkanı 
gömrük normaları çərçivəsindən kənara çıxa bilməz. Yəni o, gömrük orqanlarının icazəsi 
olmadan  həmin  nəqliyyat  vasitəsindən  güzəştlərin  verilməsi  ilə  bağlı  olmayan,  digər 
məqsədlərlə istifadə edə bilməz. Gömrük qanunvericiliyi subyektlərin hüquqlarını təmin 
etməklə  və  qorumaqla  yanaşı,  həmin  hüquqlardan  sui  istifadə  edən  şəxslərə  məsuliyyət 
tədbirləri də tətbiq edir.  
kinci  subyektiv  hüquq  şəxslərin  qanun  maraqlarını  ödəmək  məqsədilə  gömrük 
orqanının  vəzifəli  şəxslərindən  müəyyən  davranış  tələb  etmək  imkanı  ilə  səciyyələnir. 
Ə
gər şəxs iqtisadi siyasət tədbirlərinə və digər məhdudiyyətlərə riaəyət etməklə, gətirdiyi 
mallarla əlaqədar gömrük rüsumlarını, vergiləri və digər gömrük ödənişlərini ödəmişsə, 

77 
 
onun  həmin  malların  sərbəst  dövriyyə  üçün  buraxılmasını  gömrük  orqanlarından  tələb 
etmək hüququ vardır.  
Üçüncüsü,  subyektiv  hüquq  şəxsin  öz  pozulmuş  hüquqlarının  qorunması  üçün 
səlahiyyətli  dövlət  orqanlarına  müraciət  etmək  imkanını  əks  etdirir.  Azərbaycan 
Respublikasının  gömrük  qanunvericiliyi  gömrük  hüquq  münasibətlərinin  subyektlərinə 
(mal göndərən, mal alan, gömrük brokeri və s.) hüquq və azadlıqlarını pozulması ilə bağlı 
bütün məsələlərdə yuxarı gömrük orqanına və məhkəməyə müraciət etmək imkanı verir.  
Hüquqi  vəzifə  gömrük  qanunvericiliyində  nəzərdə  tutulmuş  və  dövlət  tərəfindən 
qorunan səlahiyyətli subyektin maraqları naminə gömrük-hüquq münasibəti iştirakçısının 
lazimi davranış zəruriyyətidir.  
Ə
gər  subyektiv  hüququn  məzmununu  mümkün  ola  bilən  davranış  həddi  əmələ 
gətirirsə, vəzifənin məzmunu isə gömrük hüquq münasibətlərində lazımi, zəruri davranış 
həddi  əmələ  gətirir.  Vəzifəsi  olan  şəxsə  səlahiyyətli  şəxsin  maraqlarının  ödənilməsi 
məqsədi ilə lazımi davranış həddi göstərilir.  
Gömrük qanunvericiliyində hüquqi vəzifələrin mahiyyəti iki müxtəlif formada ifadə 
olunur.  
1.  Hüquqi  vəzifə  gömrük-hüquq  münasibətlərinin  mahiyyəti  iki  müxtəlif  formada 
ifadə olunur.  
1. Hüquqi vəzifə gömrük–hüquq münasibətlərinin başqa iştirakçılarının xeyrinə fəal, 
müsbət hərəkətlər etmək zərurətində ifadə olunur.  
Məsələn  gömrük  qaydalarının  pozulmasına  görə  məsuliyyətə  cəlb  edilən  şəxs 
barəsində protokol tərtib edilərkən həmin şəxsə protokolu tərtib edən gömrük orqanının 
vəzifəli şəxsi tərəfindən hüquqları izah olunur və bu barədə protokolda qeydlər aparılır.  
2.  Hüquqi  vəzifə  gömrük–hüquq  normaları  ilə  qadağan  edilmiş  hərəkətlərdən 
çəkinmək  zərurətində  ifadə  olunur.  Məsələn,  Gömrük  Məcəlləsinin  161-ci  maddəsi  ilə 
gömrük brokerinə və onun işçilərinə təmsil etdikləri şəxslərdən gömrük məqsədləri üçün 
aldıqları məlumatların başqa məqsədlərlə istifadəsi qadağan edilib.  
 
Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə