GÖMRÜk hüququ fənn n n predmet


Azərbaycan Respublikası Dövl



Yüklə 1.6 Mb.
Pdf просмотр
səhifə8/24
tarix16.06.2017
ölçüsü1.6 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 
Gömrük Komitəsi Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər 
qanunvericilik  aktlarında  nəzərdə  tutulmuş  hüquqi  normalardan  irəli  gələn  müddəalara 
ə
saslanan və Azərbaycan Respublikası prezidentinin 27 oktyabr 1998-ci il tarixli Fərmanı 
ilə  təsdiq  olunmuş  “Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsi  haqqında 
Ə
sasnamə” əsasında fəaliyyət gösətrir.  

78 
 
Ə
sasnaməyə görə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ona həvalə 
dilmiş  vəzifələri  bilavasitə  özü  vəya  tabeliyində  olan  gömrük  orqanları,  idarə  və 
təşkilatlar vasitəsilə həyata keçirir.  
Eyni zamanda, Azərbaycan Respublikası GM-nin 12-ci maddəsinə görə, Gömrük 
Komitəsi  gömrük  işi  ilə  əlaqədar  vəzifələri  yürinə  yetirmək  məqsədilə,  digər  hüquq-
mühafizə orqanları və başqa dövlət orqanları ilə, idarə, müəssisə, təşkilat və vətəndaşlarla 
qaşılıqlı fəaliyyət göstərir.  
 Qyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respulikası  prezidentinin  Fərmanı  ilə 
təsdiqlənən Əsasnamədə öz əksini Gömrük Məcəlləsində tam əks etdorməyən DGK-nın 
aşağıdakı funksiyaları daha dolğun verilmişdir: 
-öz  səlahiyyətləri  daxilində  Azərbaycan  Respublikasının  gömrük  ərazisinin 
vahidliyini təmin etmək; 
-Azərbaycan Respublikasında gömrük işini təşkil etmək və onu təkmilləşdirmək; 
-Azərbaycan  Respublikasında  qabaqcıl  gömrük  tənzimlənməsi  vasitələrinin 
tətbiqini təşkil etmək və s.  
 
Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsi  ona  həvalə  edilmiş 
funksiyalara  əsasən  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq 
aşağıdakı vəzifələri yerinə yetirir: 
1)Azərbaycan Respublikasının gömrük siyasətinin həyata keçirilməsi üçün hüquqi, 
iqtisadi, təşkilati mexanizmlər hazırlayır və onların hıyata keçirilməsini təmin edir; 
2)  Azərbaycan  Respublikasında  gömrük  işinin  inkişaf  proqramını  hazırlayır  və 
həyata keçirir; 
3) gömrük nəzarətinin həyata keçirilməsini və təkmilləşdirilməsinə təşkil edir, bu 
cür  nəzarətin  səmərəliliyinə  zərər  vurmadan  onun  sadələşdirilməsi  və  əkmilləşdirilmədi 
üçün tədbirlər görür; 
4)  ölkənin  gömrük  sərhədindən  keçən  mallar  barəsində  lisenziyalaşdırma, 
qiymətlərin  tənzimlənməsi  və  digər  qeyri-tarif  tədbirləri  də  daxil  olmaqlaiqtisadi 
proqramların  işlənib  hazırlanmasında  iştirak  edir  və  öz  səlahiyyətləri  daxilində  onların 
həyata keçirilməsini təşkil edir; 
5) gömrük sərhədindən keçən mallardan vergilərin, gömrük rüsularının, aksizlərin, 
habelə digər gömrük ödənişlərinin alınmasını təşkil edir; 
6) malların gömrük dəyərinin düzgün müəyyən olunması üzərində sistemini təşkil 
edir; 
7)  gömrük  rüsumlarının,  vergilərinin  vaxtında  və  tam  həcmdə  dövlət  b  üdcəsinə 
köçürülməsini təmin edir; 
8)  Azərbaycan  Respublikasının  qanunvericioliyində  nəzərdə  tutulmuş  hallarda 
lisenziya  və  ya  ixtisas  attestatları  verir,  onları  ləğv  edir,  yaxud  geri  alır,  onların 
reyestrinin aparılmasını təmin edir; 

79 
 
9)  malların  və  nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən  keçirilməsinə  dair 
qaydaların  işlənib  hazırlanmasını  təşkil  və  onların  icrasını  təmin  edir,  malvə  nəqliyyat 
vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən müvafiq gömrük 
rejimlərindən  səmərəli  istifadəni  təmin  edir,  onların  gömrük  rəsmiləşdirilməsini  həyata 
keçirir, gömrük rəsmiləşdirilməsi və sadələşdirilməsi üçün tədbirlər görür.  
10)  müstəqil  surətdə,  yuxud  zəruri  olduqda  digər  hüquq-mühafizə  orqanları  cəlb 
edilməklə  gömrük  nəzarəti  zonası  rejiminə  riayət  olunmasına  nəzarəti  təmin  edir, 
gömçrüyün infrastruktur obyejtlərinin mühafizə sistemini təşkil edir, gömrük sərhədinin 
qorunması üçün digər tədbirləri həyata keçirir; 
11) icrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş gömrük işi üzrə və digər 
qanunvericilik  aktlarına  əməl  olunmasını  təmin  edən  tədbirlər  sistemini  hazırlayır  və 
həyata keçirir; 
12) valyuta nəzarətini tənim edir; 
13)  qaçaqmalçılıq  və  gömrük  işi  sahəsində  digər  cinayətlərə  qarşı  mübarizə 
aparılmasına  təşkil  edir,  qüvvədə  olan  qanunvericilik  aktlarına  müvafiq  olaraq  təhqiqat 
və  istintaq  aparılmasını,  habelə  əməliyyat-axtarış  fəaliyyəti  həyta  keçirilməsini  təmin 
edir; 
14) gpömrükqaydalarının pozulmasına və gömrük orqanlarının normal fəaliyyətinə 
qəsd edən inzibati hüquqpozmalara qarşı mübarizəni təşkil; 
15)  narkotik  vasitələrin  və  digər  psixotrop  maddələrin,  silahların,  Azərbaycan 
xalqının bədii, tarixi və arxeoloji sərvətləri olan əşyaların, əqli mülkiyyət obyektlərinin, 
habelə  didər  malların  gömrük  sərhədindən  qanunsuz  keçirilməsinin  qarşısını  almaq 
məqsədi ilə tədbirlər sistemi hazırlaylr və onları həyata keçirir; 
16)  Azərbycan  Respublikasının  dəmir  yolu  vağzallarında,  havalimanlarında 
beynəlxalqnəqliyyat  vasitələrinin  qanunsaz  müdaxilənin  qarşısının  alınmasında  və 
beynəlxalq terrorçuluqla mübarizədə hüquq-mühafizə orqanlarına köməklik göstərir; 
17)  gömrük  orqanlarını  vəzifəli  şəxs  tərəfindən  qaçaqmalçılıq  və  gömrük  işi 
sahəsində digər cinayətlər, gömrük qaydalarının pozulması işləri və gömrük orqanlarını 
normal fəaliyyətinə qəsd edən inzibati hüquqpozmalar haqqında işlər üzrə icraaat zamanı, 
habelə  əməliyyat  axtarış  tədbirləri  həyata  keçirilərkən  qanunçuluğa  əməl  olunmasına 
nəxarəti həyata keçirir.  
18) xarici ticarət gömrük və xüsusi gömrük statistikasının aparılmasını təşkil edir; 
19) müəyyən olunmuş qaydada gömrük statistikasına dair vədigər gömrük işinə aid 
məlumatları  Azərbaycan  Respublikasının  Prezidentinə,  Nazirlər  Kabinetinə  və  digər 
mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edir; 
20)  qanunvericiliyə  uyğun  olaraq  maraqlı  şəxslərin  gömrük  məsələləri  üzrə 
məlumatlandırılması və onlarla məsləhətvermənin təminat sistemini yaradır; 
21)  gömrük  işi  həyata  keçirilərkən  fiziki  şəxaslərin  və  təsərrüfat  subyektlərinin 
hüquq və mənafelərinin müdafiəsi üzrə tədbirlər görür; 

80 
 
22)  gömrük  orqanlarının  və  onların  vəzifəli  şəxslərinin  qərarlarından,  hərəkət  və 
hərəkətsizliyindən  şikayətetmə  üzrə  fiziki  və  hüquqi  şəxslərin  hüquqlarının 
reallaşdırılması üçün şərait yaradır; 
23)  şıkayətlərə  və  müracıətlərə  vaxtında  və  tam  baxılmasını  təmin  edir,  fiziki 
vəhüquqi  şəxslərin  hüquqlarının  qanuni  mənafelərinin  pozulmasını  yaradan  səbəblərin 
aradan qaldırılması üçün tədbirlər görür; 
24)  öz  səlahiyyətləri  daxilində  gömrük  işi  üzrə  mühüm  hüquqi  aktların  nəşrini 
təmin edir; 
25)  gömrük  işinin  inkişafı  və  vəzyyətinə  dair  məlumat-izahat  işləri  aparır,  kütləi 
informasiya vasitələrindən təbliğat üçün istifadə edir; 
26) konkret  mallarla  və  təsərrüfat  əməliyyatları ilə  əlaqədar gömrük  işi haqqında 
qanunvericilik  aktlarının  tətbiqi  məsələləri  üzrə  öz  qərarlarının  qəbulu  və  fəaliyyət 
göstərməsini təmin edir;  
27) gömrükişi haqqında qanunvericiliyin tətbiqi təcrübəsini ümumiləşdirir və təhlil 
edir; 
28) gömrükişi sahəsində elmi-tədqiqat işlərinin aparılmasını təşkil edir; 
29)  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  hazırlanmasını  və  ixtisasının 
artırılmasını,  gömrük  laboratoriyalarında,  habelə  digər  tabeli  idarə,  müəssisə  və 
təşkilatlarda  işləmək  üçün  mütəxəssislərin  hazırlanmasını  təmin  edir,  bu  təşkilatların 
işçilərinin sosial və hüquqi müdafiəsi üzrə tədbirlərin reallaşdırılmasına köməki edir; 
30)  gömrük  idarələri,  gömrükxanalar,  gömrük  postları,  gömrük  laboratoriyaları, 
elmi-tədqiqat  və  tədris  müəssisələri,  hesablama  mərkəzləri  yaradır  və  ləğv  edir,  habelə 
tabeçiliyində müəssisə və idarələrin maddi-texniki və sosial bazasını inkişaf etdirir; 
31)  gömrük  orqanlarının  vahid  avtomatlaşdırılmış  məlumat  sistəminin 
yaradılmasını, fəaliyyət göstərilməsini vətəkmilləşdirilməsini tənim edir; 
32) gömrük işinin inkişafı üzrə həyata keçirilən tədbirləri maliyyələşdirir; 
33) müəyyən olunmuş qaydada gömrük sisteminin büdcədənkənar inkişaf fondunu 
idarə edir və onon üzərlndə sərəncam verir; 
34)  gömrük  işi  ilə  əlaqədar  olan  beynəlxalq  təşkilatların  işində  iştirak  edir, 
Azərbaycan  Respublikasının  gömrük  işinə  dair  beynəlxalq  öhdəliklərin  yerinə 
yetirilməsini  təmin  edir,  xarici  dövlətlərin  gömrük  və  digər  səlahiyyətli  orqanları  ilə 
ə
məkdaşlığı və qarşılıqlı fəaliyyəti həyata keçirir, xarici dövlətlərin gömrük siyasətlərinin 
və gömrük işinin vəziyyətini öyrənərək təhlil edir.  
Yuxarıdakı  funksiya  və  vəzifəələri  yerinə  yetirmək  üçün,  Azərbaycan 
Respublikasının  qanunvericiliyinə  müvafiq  olara  Dövlət  Gömrük  Komitəsinə  aşağıdakı 
hüquqlar verilmişdir; 
-
  gömrük  işi  haqqında  qanunvericilik  aktlarının  və  digər  hüquqi  qktların 
layihələrini hazırlamaq; 

81 
 
-
  xarici sərmayələrin cəlb edilməsi və ixracın stimullaşdırılması dadaxil olmaqla, 
iqtisadiyyat  sahəsində  Azərbaycan  Respublikasının  dünya  birliyi  ilə  qarşılıqlı 
münasibətlərinin  tənzimlənməsi  mexanozmini  təkmilləşdirmək  haqqında  təkliflərin 
hazırlanmsında iştirak etmək; 
-
  gömrük siyasətinin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq; 
-
  dövlət  təhlükəsizliyinin,  ictimai  asayişin,  əhalinin  mənəviyyatının,  insanların 
həyat  və  sağlamlığının,  heyvan  və  bitkilərin,  ətraf  mühitin  qorunması,  daxili  bazarın 
vəterli  istehlakçıların  mənafeyinin  müdafiəsi  üzrətədbirlərin  həyata  keçirilməsinda 
orqanlarının işini təmin etmək; 
-
  ölkə  üçün  mühüm  əhəmiyyət  kəsb  edən  malların  və  materialların  ixracına, 
habeləmədəni sərvətlərin aparılmasına nəzarətin təşkilində iştirak etmək; 
-
  gömrük  sərhədindən  keçirilən  mallara  aid  gömrük  mallarının,  vergilərinin 
habelədigər  ödənişlərin  dərəcələri  və  tətbiq  mexanizminin  təkmilləşdirilməsi  haqqında 
müəyyən olunmuş qaydada təkliflə vermək; 
-
  Xarici  qtisadi Fəaliyyətə  müvafiq  mal nomenklaturasının aparılmasını, habelə 
onun hazırlanması, dəyişdirilməsi və ona əlavələr edilməsi üzrə işi təşkil etmək; 
-
  gömrük rejimlərinin hüquqi tənzimlənmə xüsusiyyətlərini müəyyən etmək; 
-
   ayrı-ayrı  kateqoriyalı  malların sərbəst gömrük  zonalarına  və sərbəst  anbarlara 
yerləşdirilməsini məhdudlaşdırmaq və ya qadağan etmək; 
-
  ticarət  məqsədləri  üçün  nəzərdə  tutulmayan  malların  fiziki  şəxslər  tərəfindən 
keçirilməsinin sadələşdirilmiş, güzəştli qaydalarını müəyyən etmək; 
-
  gömrük  brokerlərinin  (vasitəçi)  və  rəsmiləşdirilməsi  üzrə  mütəxəssislərin 
fəaliyyətinin hüquqi tənzimləmə xüsusiyyətlərini müəyyən etmək; 
-
  həvalə  olunmuş  vəzifə  və  funksiyaları  yerinə  yetirmək  üçün  mərkəzi  icra 
hakimiyyəti  orqanları  da  dsaxil  olmaqla,  hüquqi-təşkilatı  formasından  asılı  olmayaraq, 
müəsisələrdən  və  təşkilastlardan,  habelə  vəzifəli  və  fiziki  şəxslərdən  sənədlər  və 
məlumatlar tələb etmək; 
-
  gömrük  işi  məsələləri  üzrə  əlaqələndirici  və  ekspert  şuraları,  işçi  qrupları  və 
müvəqqəti  yaradıcı  kollektivlər  təşkil  etmək  gömrük  işi  və  gömrük  siyasəti 
problemlərinin  həlli  məqsədilə  müqavilə  əsasında  xarici  mütəxəssisləri  və  alimləri  də 
daxil olmaqla elmi müəssisləri, alimləri və mütəxəssisləri cəlb etmək; 
-
  rabitə və məlumatların ötürülməsinin xidməti sistemini yaratmaq; 
-
  tabeçiliyindəki  idarə  və  təşkilatların  fəaliyyətinə  rəhbərlik  etmək,  onların 
ə
sasnamə  və  nizamnamələrini  təsdiq  etmək,  onların  rəhbərlərini  təyin  etmək,  maliyyə-
təsərrüfat fəaliyyətinin yoxlanmasını və təftişini həyata keçırmək və s. ; 
Azərbaycan  Respubılikasının  DGK  öz  səlahiyyətləri  daxilində  gömrük  üzrə 
respublikasının bütün ərazusundə qüvvədə olan, bütün dövlət orqanları, hüquqi-təşkilati 
formasından asılı olmayaraq idarələr, müəssisələr və təşkilatlar, habelə vəzifəli şəxslər və 
fiziki şəxslərtərəfindən icrası məcburi olan normativ aktlar qəbul edir.  

82 
 
 Dövlət  Gömrük  Komitəsinə  operativ  rəhbərliyi,  Azərbaycan  Respublikasının 
Prezidentinin fərmanı ilə təyin olunan (eyni zamanda vəzifədən də prezident fərmanı ilə 
azad olunan) sədr edir.  
Komitə sədrinin təmlifinə əsasən sədr müavinləri də Azərbaycan Respublikasının 
Prezidentinin sərəncamı ilə vəzifəyətəyin və ya azad olunur.  
Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin  sədri,  rəhbərlik  ütdiyi 
orqana  tapşırılmış  vəzifə  və  funksiyaları  icra  etmək  üçün,  aşağıdakı  səlahiyyətlərə 
malikdir: 
-
  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini təmsil edir və digər dövlət 
orqanları ilə onun qarşılıqlı fəaliyyətini təmin edir; 
-
  müavinlər arasında vəzifə bölgüsü aparır; 
-
  səlahiyyətləri  daxilində  normativ  aktları  imzalayır  və  onların  icra  vəziyyətinin 
yoxlanılmasını təşkil edir; 
-
  gömrük  orqanlarının  vəzifəli  şəxslərini,  gömrük  laboratoriyalarının  və 
tabeçiliyindəki digər idarə, müəssisə və təşkilatların əməkdaşlarını vəzifəyə təyin edir və 
vəzifədən azad edir; 
-
  komitənin  struktur  bölmələrinin  və  tabeçiliyindəki  digər  idarə,  müəssisə  və 
təşkilatların əsasnamələrini (nizamnamələrini) təsdiq edir; 
-
  komitənin müəyyən olunmuş say və tərkibi və əmək haqqı fondu hədlərini ştat 
cədvəlini, idarəetmə aparatının saxlanması üçün smeta xərclərini təsdiq edir; 
-
  öz  səlahiyyətləri  daxilindəgömrük  orqanlarının  vəzifəli  şəxslərinə  öz 
tabeliyindəki  müəssisələrin  işçilərinə  xüsusi  rütbələr  verir,  ali  rəhbər  heyətindən  olan 
vəzifəli şəxslərə xüsusi rütbələrin verilməsi haqqında müəyyən edilmiş qaydada təqdimat 
verir; 
-
  gömrük  orqanlarının  və  tabeliyindəki  digər  müəssisə  və  təşkilatların  işçilərini 
mükafatlandırır; 
-
  xüsusi  fərqlənmiş  əməkdaşlara  Azərbaycan  Respublikasının  fəxri  adlarının 
verilməsi və ya onların dövlət mükafatları ilə təltif olunmuş qaydada təqdimat verir; 
-
  gömrük orqanlarının əməkdaşları, gömrük laboratoriyaları və tabeliyindəki digər 
idarə,  müəssisə  və  təşkilatların  işçiləri  barəsində  Azərbaycan  Respublikası 
qanunvericiliyində nəzərdə tutulmuş intizam təsiri tədbirlərini tam şəkildə tətbiq edir; 
-
  ona verilmiş ayrı-ayrı səlahiyyətlərdən tabeçiliyindəki vəzifəli şəxslərin istifadə 
etməsinə icazə verir və digər qanun hüquqlarından istifadə edir.  
Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsində  sədrdən  (kollegiyanın 
sədri),  onun  müavinlərindən,  habelə  digər  orqanların  rəhbərlərindən  ibarət  kollegiya 
fəaliyyət  göstərir.  Kollegiyanın  tərkibi  Komitə  sədrinin  təqdimatına  əsasən  Azərbaycan 
Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.  

83 
 
Kollegiya öz iclaslarında Komitənin səlahiyyəti ilə bağlı mühüm məsələlərə baxır, 
onlar  haqqında  qərarlar  çıxarır  və  bu  qərarların  həyata  keçirilməsi  üçün  Komitə  sədri 
tərəfindən müvafiq tədbirlər görür.  
Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsi  dövlət  büdcəsinin  vəsaiti 
hesabına və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.  
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi hüquqi şəxsdir, onun üzərində 
Azərbaycan Respublikası Dövlət gerbi təsvir olunmuş və öz adı yazılmış girdə möhürü, 
müvafiq  möhür  və  ştampları,  banklarda  və  kredit  təşkilatlarında  manatla  və  valyuta  ilə 
hesabları vardır.  
Gömrük orqanlarının vəzifəli şəxsləri 
Dövlət  Gömrük  Komitəsi  öz  xarakterinə  görə  dövlət  idarəetmə  strukturuna  daxil 
olduğu üçün, bu orqanlarda çalışanlar dövlət məmurları olub, gömrük orqanının vəzzifəli 
şə
xsi sayılırlar.  
Azərbaycan  Respublikası  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  düdikdə,  təhsil 
səviyyəsinə,  peşəkarlığına,  səhhətinə,  işgüzar  və  mənəvi  keyfiyyətlərinə  görə  gömrük 
orqanlarına  həvalə  edilmiş  vəzifələri  yerinə  yetirə  bilən  Azərbaycan  Respublikası 
vətəndaşları nəzərdə tutulur.  
Dövlət  Gömrük  xidmətinin  əsas  prinsipləri  demokratiklik,  məsuliyyət  və 
cavabdehlik (hesabat verməli olan) sayılır.  
Demokratiklik  prinsipi,  dövlətin  kostitusiyasına  əsaslanaraq,  gömrük  işçilərinin 
ə
vəzlənməsi zamanı özünü biruzə verməlidir.  
Beləliklə,  gömrük  işçilərinin  əvəzlənməsi  daha  çox  tibbi  yolla  həyata 
keçirilməlidir,  yəni  təqaüd  yaşı  çatanlar  cavan  kadrlarla  əvəzlənirlər.  Eyni  zamanda 
gömrük  orqanlarında  çalışan  dövlət  məmurlarının  işdən  azad  oluması  və  ya  vəzifəsinin 
kiçildilməsi də mütləq demokratizm prinsipi əsasında həyata keçirilməlidir.  
Şə
xslərin  cavabdehliyi  və  hesabay  verməli  olması  gömrük  xidmətində  əsas 
prinsiplərdən  biri  sayılır.  Bu  prinsip  gömrük  orqanlarında  şaquli  tabeçiliyin  təsb  iti  ilə 
birbaşa  bağlıdır.  Çünki,  gömkük  orqanlarının  hüquq-mühafizə  orqanı  sayıldığından,  bu 
sistemdə üfüqi tabeçilik prinsipi qəbulolunmazdır. Onlara ümumi demokratik qaydalar və 
tələblər şamil olunur.  
Eyni  zamanda,  gömrük  orqanlarında  çalışan  vəzifəli  şəxslərin  peşəkarlığı 
olmalıdır.  Bu  təkcə  ümumi  demokratizm  prinsipi  ilə  deyil,  həm  də  hüquqi  prinsipin 
tələbidir.  Bu  tələbə  görə,  məmurlar  gömrükl  orqanlarında  hüquqi  cəhətdən  gömrük 
ə
məliyyatları və digər kommersiya fəaliyyətinə dair hərəkətlər həyata keçirə bilməzlər.  
Gömrük orqanlarında çalışan vəzifəli şəxslər gömrük işlərinin incəliklərini bilməli, 
xarici iqtisadi fəaliyyət sahəsində biliyə və praktiki vərdişlərə malik olmalıdır. Onlar həm 
də müvafir hüquqi biliyə də malik olmalıdır. Ilk növbədə söhbət gömrük işlərində həyata 
keçirilən,  inzibati-hüquqi  və  inzibati-prosesual,  cinayət-hüquqi  və  cinayət  prosessual 

84 
 
(qaçaqmalçılq və gömrük işində baş verən digər cinayətlər), habelə maliyyə, əmək, vergi, 
bank və ş. Hüquq normalarından gedir.  
“Gömrük  orqanlarında  xidməti  haqqında”  Əsasnamənin  (30  dekabr  1999-cu  il 
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq olunmuşdur) 43-cü maddəsinə 
görə gömrük orqanının vəzifəli şəxslərinin aşağıdakı hüquqları vardır: 
-
  gömrük  orqanındatutduğu  vəzifəyə  dair  hüquq  və  vəzifələrini  müəyyən 
sənədlərlə tanış olmaq; 
-
  müəyyən edilmiş qaydada xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan 
məlumat və sənədləri almaq; 
-
  xidməti  vəzifələrini  yerinə  yetirmək  üçün  mülkiyyət  formasından  asılı 
olmayaraq müəssisələrə getmək; 
-
  xidməti  vəzifələrinə  uyğun  olaraq  qərarlar  qəbul  etmək  və  ya  onların 
hazırlanmasında iştirak etmək; 
-
  xidmət  illərinə  görə,  xidmətin  nəticələri  və  ixtisasının  səviyyəsi  nazarə 
alınmaqla, əmək haqqının artırılması və gömrük orqanlarında xidməti üzrə irəliləmək; 
-
  şəxsi işində olan materiallarla tanış olmaq və zəruri hallarda öz izahatlarını şəxsi 
işə əlavə etmək; 
-
  Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin  saxlanılması  üçün 
nəzərdə tutulan vəsaitlər hesabına öz ixtisasını artıtmaq və təkmilləşdirmək; 
-
  xidməti illər nəzərdə alınmaqla pensiya ilə təmin olunmaq; 
-
  şərəf  və  ləyaqətini  alçaldan  məlumatların  təkzib  edilməsi  üçün  xidməti 
araşdırmaların aparılmasını tələb etmək; 
-
  həmkarlar ittifaqına üzv olmaq; 
-
  gömrük orqanlarının vəzifəli şəxslərinin iclaslarında iştirak etmək; 
-
  Azərbaycan Respublikasınmın Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda 
və qaydada fiziki qüvvə, xüsusi vasait və odlu silah tətbiq etmək; 
-
  habelə qanunvericilikdə nəzərdə tutulan digər hüquqlardan istifadə etmək.  
Bu  Əsasnaməyə  görə,  gömrük  orqanının  vəzifəli  şəxsləri  aşağıdakıları  etməyə 
borcludur: 
-
  Azərbaycan  Respublikasının  Konstitusiyasına,  qanunlarına  və  digər  normativ 
hüquqi aktlarına riayət edilməsinitəmin etmək; 
-
  fiziki  və  hüquqi  şəxslərin  hüquqlarının  və  qanuni  maraqlarının  müdafiəsini 
təmin etmək; 
-
  gömrük  orqanlarının  rəislərinin  səlahiyyətləri  çərçivəsində  verdikləri  əmr  və 
sərəncsmlarını yerinə yetirmək; 
-
  xidməti  vəzifələri  hüdudlarında  fiziki  və  hüquqi  şərtlərin  müraciətlərinə 
vaxtında baxmaq; 
-
  gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə 
rəstar qaydalarını gözləmək, vəzifə təlimatlarınıyerinə yetirmək; 

85 
 
-
  dövlət  sirrinivə  qanunla  qorunan  digər  sirləri  qorumaq,  xidməti  vəzifələrini 
yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq.  
Gömrük  orqanlarında  çalışan  vəzifəli  şəxslərin  sosial  müdafiəsi,  digər 
qanunvericilik  aktları  ilə  yanaşı,  “Gömrük  orqanlarında  xidmət  haqqında”  Əsasnamədə 
daha çox öz əksini tapmışdır.  
 
Azərbaycan  Respublikası  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  əməyinin 
ödənilməsi şərtləri (əmək haqı. Vəzifə maaşlərı, xüsusi rütbələr üzrə maaşlar və s. ) bu 
orqanların  hüquq-mühafizə  orqanları  kimi  statusa  malik  olduğu  nəzərə  alınmaqla 
müəyyən  olunur.  Gömrük  orqanlarında  çalışan  vəzifəli  şəxs  iş  başında  bədən  xəsarəti 
aldıqda  və  ya  həlak  olduqda  da,  hüquq-mühafizə  orqanları  üçün  nəzərdə  tutulan 
qaydalara uyğun həyata keçirilir.  
 
Gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  məzuniyyəti  “Məzuniyyət  haqqında” 
Azərbaycan  Respublikasının  qanunu  və  “Gömrük  orqanlarında  xidməti  haqqıda” 
Ə
sasnamənin VI fəslinin müddəalarına uyğun olaraq həyata keçirilir.  
 
Gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  icbari  sığortası,  mənzil  və  telefon 
təminatı,  ictimai  pulsuz  nəqliyyatdan  istifadə  etmək  hüququ,  habelə  onların  və  ailə 
üzvlərinin tibbi müayinə hüququ istirahət hüququ da, Əsasnaməyə görə, hüquq-mühafizə 
orqanları üçün nəzərdə tutulan şəxslər və qaydalarla həyata keçirilir.  
 
Gömrük  orqanlarında  xidmət  etmiş  vəzifəli  şəxslərin,  onların  ailə  üzvlərinin 
pensiya  təminatı  “Hərbi  qulluqçuların  pensiya  təminatı  haqqında”  Azərbaycan 
Respublikasının qanunu ilə müəyyən edilir.  
 
 
 
 
 
 
MÖVZU 5.  
 
GЮMRЦK HЦQUQUNUN POZULMASЫNA GЮRЯ MЯSULIYYЯT.  
 
1. Məsuliyyət anlayışı və onun növləri 
2. Qaçaqmalçılıq və digər cinayətlər 
3. Gömrük qaydalarının pozulması və ona görə məsuliyyət 
4. Gömrük orqanlarının normal fəaliyyətinə qəsd edən inzibati hüquqpozmalara 
görə məsuliyyət 
5. Gömrük orqanlarının vəzifəli şəxslərinin hərəkət və hərəkətsizliyindən, 
qərarlarından şikayət 
 
Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə