GÖMRÜk hüququ fənn n n predmet



Yüklə 1.6 Mb.
Pdf просмотр
səhifə9/24
tarix16.06.2017
ölçüsü1.6 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

Məsuliyyət anlayışı və onun növləri 

86 
 
Gömrük işi sahəsində baş verən hüquq pozulmalarına görə qanunvericiliyə uyğun 
olaraq, aşağıdakı məsuliyyət növləri vardır: 
a)
  cinayət məsuliyyəti; 
b)
  inzibati məsuliyyət; 
c)
  intizam məsuliyyəti; 
d)
  maddi məsuliyyət.  
Cinayət  məsuliyyəti.  Gömrük  qaydalarının  pozulmasına  görə,  GM-də  nəzərdə 
tutulan  cinayətməsuliyyəti  qaçaqmalçılıq,  gömrük  ödənişlərini  verməkdən  yayınma  və 
incəsənətdən  tarixi  və  arxeoloji  sərvət  olan  əşyaları  ölkəyə  qaytarmama  işlərinə  aiddir. 
Bu məsuliyyətlər haqqında daha ətraflı məlumat sonrakı fəsilərdə veriləcəkdir.  
Gömrük hüquq tənzimlənməsi zamanı baş verən qaçaqmalçılıq və digər cinayətlərə 
görə cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuşdur.  
Inzibati məsuliyyət. Gömrük işi sahəsində baş verən gömrük pozuntuları zamanı 
öz xarakterinə görə cinayət məsuliyyətinə aid edilmirsə, onda qaydalarıpozmuş hüquqi və 
fiziki şəxslər inzibati xətalar haqqında Azərbaycan Respublikası qanunvericiliyinə uyğun 
məsuliyyət daşıyır.  
Intizam məsuliyyəti. Bu məsuliyyət öz tələbinə görə daha çox inzibati-hüquqidir. 
Lakin  GM-in  274-cü  maddəsində  göstərilir  ki,  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  və 
digər  işçiləri  hüquqa  zidd  qərar,  hərəkət  və  hərəkətsizliklərinə  görə  intizam,  inzibati, 
cinayət və digər məsuliyyət daşıyırlar.  
Gömrük orqanlarında çalışan əməkdaşların intizam məsuliyyəti GM ilə tənzimlənir.  
Gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakılara əməl etməlidirlər: 
-  peşəkar  hazırlığa  yiyələnməli,ona  tapşırılan  işi  aydın  dərk  etməli,  xidməti 
vəzifələrini  dəqiq  və  vaxtında  yeinə  yetirməli,  işdə  lzımi  təşəbbüskarlıq  və  dönməzlik 
göstərməli, daimi öz ixtisasını təkmilləşdirməli; 
-  mövcud  qanunvericilik  və  digər  normativ  aktlara  uyğun  olaraq,  onun  iş 
fəaliyyətinə aid intizam və qaydalara dönmədən riayət etməli; 
-  gömrük  orqanlarının  avadanlıqvə  binalarını,  xidməti  nəqliyyat  vasitələrini, 
texniki nəzarət vasitələrini və digər əmlakı qorumalı, gömrük baxışı zamanı götürülmüş 
malların olduğu kimi qorunmasını təmin etməlidir.  
Gömrük orqanlarının rəhbər işçiləri aşağıdakı vəzifələri həyata keçirməlidir: 
-
  tabeçiliyində olanların işini düzgün təşkil etmək və kollektivdə yaxşı qarşılıqlı 
münasibətlər  yaratmaq,  gömrük  işinin  keyfiyyətini  və  səmərəliliyini  artırmaq, 
ə
məyin təşkili və idarəetmədə elmi naliyyətlərin tətbiqinə çalışmaq; 
-
  tabeçiliyində  olanların  dövlət  əmlakına  qayğı  ilə  yanaşmalarını  təmin  etmək, 
qiymətli materialların itirilməsinə şərait yaradan səbəbləri aradan qaldırmaq; 
-
  qanunçuluğun  tələblərini  dəqiqliklə  yerinə  yetirmək,  əmr  və  sərəncamların 
düzgün  verilməsinə  və  yerinə  yetirilməsinə  nəzarət  etmək,  məxfilik  rejiminin 
işçilər tərəfindən qorunmasını təmin etmək; 

87 
 
-
  nizam-intizamın  möhkəmləndirilməsi  üçün  müvafiq  tədbirləri  görmək,  iş 
vaxtının itirilməsi və kad axınının qarşısını almaq; 
-
  tabeçiliyində  olanların  qayğısına  qalmaq,  yaxşı  işləri  vaxtında 
mükafatlandırmaq və qaydaları pozanları isə ciddi cəzalandırmaq; 
-
  görmük  işi  ilə  bağlı  normativ  aktları  vaxtında  yerlərə  çatdırmaq;gömrük 
nəzarəti  zamanı  vaxtında  müsadirə  edilmiş  malların  dəqiq  hesabatını  aparmaq 
və hesabatını qorumaq; 
-
  xidmət vaxtı və xidmətdən kənar vaxtlarda işçilərə nümunə olmaq.  
Işçilər  bütn  tapşırıqları,  bilavasitə  öz  rəhbərindən  alırlar.  alınmış  tapşırıqları 
vaxtında və düzgün yerinə yetirmədikdə müvafiq cəza alırlar.  
Gömrük  orqanının  vəzifəli  şəxsi  intizam  qaydalarını  pozduqda  ona,  Azərbaycan 
Respublikası  Prezidentinin  30  dekabr  1999-cu  il  tarixli  Fərmanı  ilə  təsdiq  olunmuş 
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə görə, aşağıdakı 
intizam tənbehlərindən biri tətbiq edilə bilər: 
1)
  irad; 
2)
  töhmət; 
3)
  sonuncu xəbərdarlıqla şiddətli töhmət; 
4)
  6 ay müdətinə aşağı vəzifəyə keçirilmə; 
5)
   Xüsusi rütbənin bir pillə aşağı salınması; 
6)
   Gömrük orqanlarında xidmətinə xitam vermə.  
Intizam  tənbehinin  verilməsi  əmrlə  rəsmiləşdirilir  və  orada  xətanın  səbəbləri 
göstərilməklə elan olunur. əgər növbəti 6 ay ərzində o, yeni intizam tənbehi almamışsa, 
tənbeh onun üzərindən götürülür.  
Yuxarıda göstərilən Əsasnamənin 120-ci maddəsinə görə, gömrük oranının vəzifəli 
şə
xsinin xidmətinə aşağıdakı hallarda xitm verilir: 
-
  öz təşəbbüsü ilə; 
-
  yaş həddinə çatdıqda; 
-
  pensiyaya çıxdıqda; 
-
  başqa vəzifəyə keçirildikdə; 
-
  tibb komissiyasının rəyinə görə; 
-
  attestasiya komissiyasının qərarına görə; 
-
  xidməti  intizamı  bir  dəfə  kobud  surətdə  pozfuqda  və  ya  xidməti  vəzifələrini 
müntəzəm surətdə yerinə yetirmədikdə; 
-
   əmək qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.  
Gömrük işi sahəsində qaçaqmalçılq və digər cinayətər  
Gömrük  işi  sahəsində  qaçaqmalçılıq  ən  ağır  cinayətlərdən  sayılır.  Onunla  digər 
cinayələr arasındakı konkret fərqlər öz əksini GM-də tapmışdır.  
Gömrük  sərhədindən  ömrük  nəzarətindən  kənar  və  ya  ondan  gizli,  yaxud 
sənədlərdən  və  ya  gömrük  eyniləşdirilməsi  vasitələrindən  aldatma  yolu  ilə  istifafə 

88 
 
edilməsi,  yaxud  bəyan  etməməklə  və  düzgün  bəyan  etməməklə  aşağıdakı  malların 
keçirilməsi qaçaqmalçılıq (kontrabada) hesab olunur:  
a)
  narkotik vasitələrn, psixotrop, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv və 
partlayıcı mallar; 
b)
  silahlar,  partladıcı  qurğulur  və  onlar  üçün  döyüş  sursatı  (  soyuq  yivsiz  ov 
silahları və onların patronlarından başqa); 
c)
  nüvə,  kimyəvi,  bioloji  və  digər  kütləvi  qırğın  silahlarının,  həmin  silahların 
hazırlanması üçün istifadə oluna biləcək material və avadanlıqların, strateji əhəmiyyətli 
xammalın; 
d)
  Azərbaycan  Respublikasından  çıxarılması  üçün  müvafiq  qaydalar  müəyyən 
edilmiş  ölkədə  yaşayan  xalqların  və  xarici  ölkə  xalqlarının  bədii,  tarixi  və  arxeoloji 
sərvəti olan əşyaların; 
e)
  külli  miqdarda  yaxud  dövlət  orqanının  vəzifəli  şəxsi  tərəfindən  öz  qulluq 
mövqeyindən  istifadə  etməklə,  yaxud  gömrük  nəzarətinin  müəyyən  formalarından  azad 
olmuş  ayrı-ayrı  malların  və  nəqliyyat  vasitələrinin  keçirilməsi  üçün  müvəkkil  edilmiş 
şə
xs  tərəfindən,  yaxud  kontrabanda  ilə  məşğul  olmaq  üçün  təşkil  edilmiş  bir  qrup  şəxs 
tərəfindən keçirilən digər malların; 
Azərbaycan  Respublikasının  gömrük  ərazisindən  kənara  aparılmış  Azərbaycan 
xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvəti olan əşyaların qüvvədə 
olan olan qanunvericiliyə müvafiq olaraq qaytarılması məcburi olan hallarda və müəyyən 
olunmuş  müddətdə  geri  qaytarılmadıqda  da  qaçaqmalçılıq  sayılır  və  cinayət 
qanunvericiliyi ilə cəzalandırılır.  
“Azərbaycan  Respublikası  Cinayət  Məcələsi”  1999-cu  ilin  30  dekabr  tarixli 
qanunu ilə təsdiq olunmuş və 2000-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minmişdir.  
“Azərbaycan  Respublikası  Cinayət-Prosessual  Məcələsinin  təsdiq  edilməsi, 
qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə tədbirləri haqqında” Azərbaycan 
Respublikası  Qanunun  və  həmin  qanunla  təsdiq  edilmiş  Azərbaycan  Respublikası 
Cinayət-Prosessual  Məcələsinin  tətbiq  edilməsi  barədə  Azərbaycan  Respublikası 
prezidentinin  25.  08.  2000-ci  il  tarixli  Fərmanının  3-c  ü  bəndinə  görə,  Azərbaycan 
Respublikası  Cinayət  Məcələsinin  207  və  209-cu  maddələrində  nəzərdə  tutulmuş 
cinayətlərə  dair  işlər  üzrə;  Azərbaycan  Respublikası  Cinayət  Məcələsinin  206-cı 
maddəsində nəzərdə tutulmuş cinayətə dir iş üzrə isə bu işi başlamış AR Dövlət Gömrük 
Komitəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 215. 5-ci maddəsinə 
uyğunolaraq  cinayət  işləri  üzrə  ibtidai  istintaqı  (son  dəyişiklikliyə  görə  bütünlükdə 
istintaq işini) aparır.  
Yeni  Məcəllənin  206-cı  maddəsinə  görə,  “Qaçaqmalçılıq,  yəni  Azərbaycan 
Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, 
yaxud  sənədlərdən  və  ya  gömrük  eyniləşdirilməsi  vasitələrindən  aldatma  yolu  ilə 

89 
 
istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların 
keçirilməsidir”.  
Bu  maddənin  birinci  hissəsinə  görə  “mallar  və  digər  əşyalar  külli  miqdarda 
keçirildikdə 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzaləndırlır” (əvəlki CM-in 17-1-
ci madsdəsinə görə isə bu cəza 3 ilədək nəzardə tutulurdu) 
Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə bu cür cinayətlər “az ağır cinayətlər” 
(CM, 15. 3-cü maddə) hesab olunur.  
206-cı maddənin 2-ci hissəsinə görə “narkotik vasitələrin, psixotrop madələrin, 
güclü  təsirli,  zəhərli,  zəhərləyici,  radioaktiv,  partlayıcı  maddlərin  və  qurğuların, 
hərbi silahın və texnikanın (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna 
olmaqla)”  odlu  silah  və  yaxud  döyüş  sursatının,  nüvə,  kimyəvi,  bioloji  və  digə
kütləvi  qırğın  silahlarının  hazırlanması  üçün  istifadə  oluna  bilən  və  Azərbaycan 
Respublikası  gömrük  sərhədindən  keçirilməsi  üçün  müvafiq  qaydalar,  müəyyə
edilmiş  strateji  əhəmiyyətli  xammalın  mədəni,  tarixi  və  ya  arxeoloji  sərvət  olan 
əş
yaların  Azərbaycan  Respublikası  gömrük  sərhədindən  gömrük  nəzarətində
kənar  və  ya  ondan  gizli,  yaxud  sənədlərdən  və  ya  gömrük  eyniləşdrilməsi 
vasitələrindən  aldatma  yilu  ilə  istifadə  etməklə,  yaxud  bəyan  etməməklə  və  ya 
düzgün  bəyan  etməməklə  keçirilməsi  -  əmlakı  müsadirə  olunmaqla  və  ya 
olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” 
(əvvəlki CM-in 71-2 hissəsinə görə bu cür cinaətlər, əmlakı müsadirə olunmaqla 3 ildən 
7 ilədək azadlıqdan məhrum etmə ilə cəzaləndırılırdı).  
Yeni  Cinayət  Məcəlləsinin  bu  maddəsi  əvvəlkindən  fərqli  olaraq  daha  ətraflı  və 
dəqiq təsnifləşdirilmişdir. əgər əvvvəlki CM-də bu maddənin 3-cü hissəsi ümumi şəkildə 
verilmişdirsə,  yeni  CM-də  hər  hal  üçün  xüsusi  yarımbəndi  nəzərdə  tutulmuş,  bu  cür 
ə
məllərin  mütəşəkkil  dəstə  tərəfindən  həyata  keçirilməsi  üçün  isə  ayrıca  bənd 
göstərilmişdir.  
Belə  ki,  yeni  CM-in  206-cı  maddəsinin  üçüncü  hissəsinə  görə,  “bu  Məcələlnin 
206. 1 və 206. 2-ci maddələrində nəəzərdə tutulmuş əməllər: 
206. 3. 1. təkrar törədildikdə
206. 3. 2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə
206.  3.  3.  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə
206.  3.  4.  gömrük  nəzarətini  həyata  keçirən  şəxsə  zor  tətbiq  etməklə 
törədildildə  -  əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla  5  ildən  8  ilədə
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.  
Bu cür cinayətlər isə “ağır cinayətlər” (CM 15. 4-cü maddə) hesab olunur.  
206-cı  maddənin  dördündü  hisəsinə  görə,  “bu  Məcəllənin  206.  1.  -206.  3.  -cü 
maddələrində  nəzərdə  tutulmuş  əməllər  mütəşəkkil  dəstə  tərəfindən  törədildikdə  - 
ə
mlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə 

90 
 
cəzalandırılır”.  Öz  xarakterinə  görə  belə  cinayətlər  ən  ağır  cinayətlər”  (CM  15.  5 
maddə) hesab edilir.  
Bu  maddədə  “külli  miqdar  dedikə  keçirilən  qaçaqmalçılıq  əşyalarının 
dəyərinin  minimum  əmək  haqqı  məbləğinin  dörd  mislindən  yuxarı  olan  məbləğ 
başa düşülür (CM 206-cı maddə, “Qeyd” hissəsi)”.  
Gömrük  işi  sahəsindəki  digər  cinayətlər,  gömrük  ödənişlərini  ödənməsindən 
yayınma, qanunsuz valyuta əməliyyatları və valyuta sərvətləri ilə əlaqədar digər əməllər, 
incəsənət, tarixi və arxeoloji sərvət olan əşyaların qaytarılmamasıdır.  
Fiziki  şəxslərin,  vəzifəli  şəxsin  və  ya  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq 
fəaliyyəti ilə məşğul olan şəxslərin külli miqdarda gömrük ödənişləri ödəməkdən qəsdən 
yayınması cinayət hesab olunur.  
Bu müddəa bütünlükdə öz əksini Azərbaycan Respublikası Kosnstitusiyasının 73-
cü  maddəsində  tapmışdır:  “Qanunla  müəyyən  edilmiş  vergiləri  və  başqa  dövlət 
ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”.  
Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinin  207-ci  maddəsinə  görə, 
“Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  olaraq  qaytarılması  məcburi 
olan  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılmış  Azərbaycan 
Respublikasının  və  xarici  ölkələrin  incsənət,  tarixi  və  arxeoloji  sərvəti  olan  əşyaların 
müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasına qaytarmamaq - əmlakı müsadirə 
olunmaqlavə  ya  olunmamaqla  üç  ildən  səkkiz  ilədək  azadlıqdan  məhrum  etmə  ilə 
cəzaləndırılır”.  
CM-in  209-cu  maddəsinin  birinci  hissəsinə  görə,  “xeyli  miqdarda  gömrük 
ödənişlərinin ödənilməsindən yayınma minimum əmək haqqı məbləğinin min mislindən 
iki  min  mislinədək  miqdarda  cərimə  və  ya  bir  ilədək  müddətə  islah  işləri  ilə 
cəzalandırılır”.  Əgər  bu  əməllər  təkrar  (209.  2.  1.  )  və  külli  miqdarda  (209.  2.  2) 
törədilərsə,  onda  “minimum  əmək  haqqının  iki  min  mislindən  beş  min  mislnədək 
miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  islah  işləri  və  eyni  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır” (209. 2-ci maddə).  
Bu  maddə  “xeyli  miqdar”  dedikdə  ödənilməmiş  gömrük  ödənişlərinin  minimum 
ə
mək haqqının məbləğinin iki min miəlindəm “külli miqdar” dedikdə dörd min mislindən 
yuxarı olan məbləğ başa düşülür.  
Bu Məcəllənin 209. 1. və 209. 2. -ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə 
törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyət 
azad olunur.  
Qanunsuz valyutaəməliyyatları ilə əlaqədar cinayətlər isə CM-nin 206. 1. və 208-ci 
maddələrinə uyğun cəzalandırılır.  
Gömrük qaydalarının pozulması və ona görə məsuliyyə

91 
 
Gömrük  hüququnda  bir  çox  vacib  bömrük  qaydaları  var  ki,  kommersiya  və 
sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  idarə,  müəssisə,  təşkilat,  fiziki  və  hüquqi  şəxslər, 
habelə vatəndaşlığı olmayan şəxslər məcburi onları yerinə yetirməlidirlər.  
Mal  və  nəqliyyat  vasitələrinin  gömrük  rəsmiləşdirilməsi  və  gömrük  nəzarəti, 
keçirilmə (gətirilmə,  aparılma) qaydaları (gömrük rejimlərinin tətbiqi də daxil olmaqla) 
və  ardıcıllığı,  gömrük  ödənişlərinin  müəyyənləşdirilməsi  və  alınması,  gömrük 
güzəştlərinin verilməsi və gömrük məhdudiyyətlərinin qiyulması və s. tədbirlər gömrük 
qaydaları  adlanır.  Bu  qaydaların  pozulmasına  görə  gömrük  qanunvericiliyində  müvafiq 
cəzalər nəzərdə tutulmuşdur.  
Gömrük  qaydalarının  pozulması  və  öz  təbiəti  və  xarakterinə  görə  inzibati 
pozuntular  olduğundan,  şəxslər  daha  çox  inzibati  pozuntular  olduğundan,  şəxslər  daha 
çox inzibati xətalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə uyğun məsuliyyət 
daşıyırlar.  
Gömrük  işi  sahəsində  gömrük  qaydalarının  pozulması  Azərbaycan  Respublikası 
nzibati  Xətalar  Məcəlləsi,  Gömrük  Məcəlləsi,  “Gömrük  tarifi  haqqında”  Azərbaycan 
Respublikası  qanunu  və  gömrük  işi  üzrə  Azərbaycan  Respublikasının  digər 
qanunvericilik aktları, həmçinin Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə 
müəyyən edilən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və 
nəqliyyat  vasitələrinin  keçirilmə  qaydasına,  gömrük  nəzarəti,  gömrük  işi  ilə  əlaqədar 
valyuta  nəzarəti,  gömrük  rəsmiləşdirilməsi,  eləcə  də  gömrük  ödənişlərinin  ödənilməsi, 
gömrük  güzəştləri  verilməsi  və  ondan  istifadə  qaydalarına  qəsd  edən  və  törədilməsinə 
görə  nzibati  Xətalar  Məcəlləsi ilə  məsuliyyət  nəzərdə tutulan,  hüquqa  zidd  hərəkəti və 
hərəkətsizliyidir.  
Burada  nəzəedə  tutulan  “şəxs”  termini  Məcəllənin  17-ci  maddəsinin  6-9 
bəndlərində göstərilən fiziki və hüquqi (həm ölkənin, həm də xarici ölkələrin) şəxslərdir.  
Hüquqi  şəxslər  –  gömrük  əməliyyatları  aparılmasında  bilavasitə  və  dolayısı  ilə 
iştirak edən, qanuna müvafiq surətdə qeydə alınmış idarə, müəssisə və təşkilatlardır.  
Fiziki  şəxslər  –  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 
olanlardır.  
“Şəxs”  anlayışı  mülki  hüququn  bütün  subyektlərinə  aiddir.  Azərbaycan 
Respublikası Mülki Məcəlləsində “şəxs”lər hüququn fərdi subyektləri kimi “vətəndaşlar” 
və  “hüquqi  şəxslər”  (kollektiv  subyektlər)  kimi  iki  yerə  ayrılır.  “Şəxs”  və  “vətəndaş” 
anlayışlarının eyniləşdirilməsi fikri hələ də mübahisəlidir.  
Gömrük orqanlarının vəzifəli şəxsləri, icrasına nəzarət gömrük orqanlarına həvalə 
olunmuş  və  gömrük  işi  üzrə  digər  qanunvricilik  aktlarından  irəli  gələn  tələbləri  yerinə 
yetirərkən qaydaları pozularsa məsuliyyət daşıyırlar.  
Hüquqi  və  fiziki  şəxslər  hüquqa  zidd  hərəkət  və  hərəkətsizliyi  qəsdən  və  ya 
ehtiyyatsızlıq  üzündən  etmişlərsə,  gömrük  qaydalarının  pozulmasına  görə  məsuliyyət 
daşıyırlar.  

92 
 
Idarə,  müəssisə  və  təşkilatların,  həmçinin  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq 
fəaliyyəti  ilə  məşğul  olan  şəxslərin,  vəzifəli  şəxslərin  və  digər  işçilərin  gömrük  işi 
sahəsində  cinayətlərin  törədilməsinə  görə  cinayət  məsuliyyətinə  cəlb  oluması,  onları 
gömrük pozuntularına görə məsuliyyətdən azad etmir.  
Silahlı  quvvələrin  (qanunvericilikdə  nəzərdə  tutulmuş  bütün  qoşunlar)  hərbi 
qulluqçuları,  hərbi  toplanışa  çağırılmış  vətəndaşlar,  Daxili  şlər  və  Milli  Təhlükəsizlik 
Nazirliklərinin  rəhbər  və  sıravi  heyəti  gömrük  qaydalarının  pozulmasına  görə  ümumi 
ə
saslarla məsuliyyət daşıyırlar.  
Hərbi qulluqçular, polis və təhlükəsizlik orqanlarının işçilərinin vətəndaşlarla eyni 
məsuliyyət daşımaları, GM-nin əsas prinsiplərindən sayılan, demokratizmdən irəli gəlir. 
Bu  prinsipin  xüsusiyyətlərinə  görə,  gömrük  qaydalarını  pozan  xarici  hüquqi  və  fiziki 
şə
xslər  də,  Azərbaycan  Respublikasının  hüquqi  və  fiziki  şəxsləri  ilə  eyni  məsuliyyəti 
daşıyırlar.  
Gömrük  qaydalarının  pozulmasına  görə  məsuliyyətdən  azad  etmənin  əsas 
prinsipləri,  qanunvericiliyə  uyğun  olaraq,  XM-də  öz  əksini  tapmışdır.  Belə  ki, 
qaydaların pozulmasına görə məsuliyyətdən tam azad etmə, yüngülləşdirici hallar, habelə 
qaydaları  müntəzəm  pozanlara  veriləcək  cəzaların  xarakter  və  prinsipləri,  daha  yüngül 
cəza tətbiqi öz əksini bu Məcəllədə tapmışdır.  
Gömrük  qaydalarını pozan zaman  anlaqsız  vəziyyətində olmuş,  yəni  xroniki  ruhi 
xəstəlik, ruhi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik nəticəsində öz 
hərəkətlərini  dərk  etmək  və  ya  idarə  etmək  iqtidarında  olmamış  fizikişəxs  məsuliyyətə 
cəlb olunmur ( XM, 20-ci maddə).  
Gömrük  qaydalarının  pozulmasına görə  məsuliyyətdən  azad  etmənin  əsas  səbəbi, 
pozuntunun az əhəmiyyətli olmasıdır. əgər gömrük qaydalarının pozulması haqqında işə 
baxılarkən,  yaxud  da  iş  üzrə  çıxarılan  qərare  icraya  yönəldilərkən  şəraitin  dəyişilməsi 
nəticəsində, hüququ pozan şəxsin hərəkət və ya hərəkətsizliyi ictimai təhlükəlik xarakteri 
daşımırsa,  onda  həmin  şəxs  məsuliyyətdən  azad  edilir.  Bu  zaman  işə  baxan  gömrük 
orqanının  vəzifəli  şəxsi  hüququ  pozan  şəxsə  şifahi  xəbərdarlıq  etməklə  məsuliyyətdən 
azad edə bilər.  
Gömrük  qaydalarının  pozulmasına  görə  məsuliyyəti  yüngülləşdirən  hallar  isə 
XM-in 33-cü maddəsinə görə aşağıdakılardır: 
1)
  işin həllinə fəal kömək göstərilməsi; 
2)
  hüquqpozmanın zərəli nəticələrinin könüllü olaraq aradan qaldırılması; 
3)
 
hüquqpozmanın yetginlik yaşına çatmamış şəxslər, hamilə qadınlar və ya bir 
yaşına qədər uşağı olanqadınlar.  
 
Gömrük orqanlarının gömrük qaydalarının pozulması haqqında işə baxan vəzifəli 
şə
xsi  bu  maddədə  göstərilməyən  halları  da  yüngülləşdirici  halkimi  qəbul  edə  bilər. 
məsələn, şəxsi və ya ailə vəziyyətinin ağır olduğu zaman baş vermiş pozuntular.  

93 
 
 
Eyni  zamanda,  gömrük  qanunvericiliyində,  gömrük  qaydalarının  pozulması  ilə 
ə
laqədar,  yüngülləşdirici  hallarla  bərabər,  ağırlaşdırıcı  hallar  da  nəzərdə  tutulmuşdur. 
Bunlar aşağıdakılardır: 
1)
  gömrük  orqanının  vəzifəli  şəxslərinin  tələblərinə  baxmayaraq,  hüquqa  zidd 
hərəkətlərin davam etdirilməsi; 
2)
  il ərzində gömrük qaydalarının dəfələrlə pozulması; 
3)
  yetkinlik  yaşına  çatmayanların  gömrük  qaydalarının  pozulmasına  təhrik 
edilməsi; 
4)
  dəstə (qrup) şəklində qaydaların pozulması; 
təbii fəlakət vədigər fövqəladə vəziyyət şəraitində gömrük qaydalarının pozulması; 
5)
  sərxoş vəziyyətdə gömrük qaydalarının pozulması( XM, 34-cü maddə).  
Eyni hüquqi və ya fiziki şəxs tərəfindən təkrarən gömrük qaydaları pozularsa, onda 
az  ciddi  cəzanı  daha  ciddi  cəza  ilə  əvəz  etmədən,  hər  bir  hüququpozmaya  görə  ayrı-
ayrılqda tənbeh verilə bilər.  
Ə
gər  gömrük  qaydalarının  pozulmasına  görə  tənbeh  olunmuş  şəxs,  bir  il 
müddətində  yenidən  bu  qaydaları  pozmazsa,  onda  həmin  şəxs  tənbehə  cəlb  olunmamış 
sayılır.  
Gömrük  qaydalarının  pozulmasına  görə  qoyulacaq  tənbehlərin  növləri  və 
xüsusiyyətləri,  habelə  onların  qoyulması  qaydalarını  müəyyən  edən  gömrük  hüquq 
normalarını qısa şəkildə aşağıdakı kimi xarakterizə olunur.  
Gömrük qaydalarının pozulmasına görə müəyyən edilən konkret tənbeh tədbirləri, 
pozulmuş  qaydanın  cəzasını  təyin  edən  sanksiya  olub,  inzibati  cəza  tədbirləri  kimi 
aşağıdakılardan ibarətdir: 
1)
  xəbərdarlıq; 
2)
  cərimə; 
3)
  bilavasitə  gömrük  qaydalarının  pozulması  obyekti  olan  malların  və  nəqliyyat 
vasitələrinin,  yaxud  bilavasitə  gömrük  qaydalarının  pozulması  obyekti  olan  əşyaların 
gizlədilərək  gömrük  sərhəddindən  keçirilməsi  üçün  istifadə  olunmuş,  xüsusi  olaraq 
düzəldilmiş saxlanc yerlərinə malik malların və nəqliyyat vasitələrinin ödənişlə alınması; 
4)
  bilavasitə  gömrük  qaydalarının  pozulması  obyekti  olan  malların  vənəqliyyat 
vasitələrinin,  yaxud  bilavasitə  gömrük  qaydalarının  pozulması  obyekti  olan  əşyaların 
gizlədilərək  gömrük  sərhəddindən  keçirilməsi  üçün  istifadə  olunmuş,  xüsusi  olaraq 
düzəldilmiş saxlanc yerlərinə malik malların və nəqliyyat vasitələrinin müsadirəsi.  
Daha çox istifadə olunana tənbeh növü cərimədir. Cərimə şərti maliyyə vahidinin 
miqdarına uyğun müəyyən edilir.  
Malların  və  nəqliyyat  vasitələrinin  dəyərinə  nisbətən  cərimə  hesablanarkən, 
hüquqpozmanın aşkar oluduğu gündə onların sərbəst (bazar) qiymətləri nəzərə alınır.  
Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə