Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix31.12.2021
ölçüsü1,26 Mb.
#49678
1   ...   10   11   12   13   14   15   16   17   ...   26
Gomruk-isi1

Mal  müşayiət  sənədləri:  alqı-satqı  müqaviləsi,  spesifikasiya,  texniki 
sənədlər  (mallın  vəsiqəsi,  təsviri,  formulyarlar),  invoys  (hesab-faktura),yüklənmə 
spesifikasiyası,  qablaşdırma  vərəqi,  yüklənmə  orqeri,  sigorta  polisi,    lisenziya, 
mənşəiyət  sertifikatı  –  forma  “A”,  “ST-1”,  uyğunlug  sertifikatı,  keyfiyyət 
sertifikatı,təhlükəsizlik 
sertifikatı,fitosanitar, 
baytarlıq 
sertifikatı. 
Nəqliyyat-daşınma  sənədləri: daşınma müqaviləsi, konosament, karnet TİR-BYD, mal-
nəqliyyat  fakturası-  aviayük,  dəmiryol,  avtonəqliyyat.,baqaj  qəbzləri,  vaqon  vərəqləri, 
yol 
cədvələri. 
 Bank-ödəmə  sənədləri:  hesab  –  ödəniş  tələbi,  akkreditiv  məktubu,  inkasso  tapşırıgı, 
gömrük  ödənişləri  ödənilməsi  üzrə  ödənc  tapşırığı,  idxal  sövdələşmə  vəsiqəsi,  bank 
təminatı. 
Ayrı-ayrı  sənədlər  üzrlü  səbəblərə  görə  gömrük  bəyannaməsi  ilə  birlikdə  təqdim 
edilə  bilmədiyi  hallarda,  bəyannaməçinin  yazılı  müraciəti    əsasında  gömrük  orqanları 
həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim edilməsinə icazə 
verirlər.  Bu  Məcəllədə  ayrı-ayrı  sənədlərin  təqdim  edilməsi  üçün  daha  qısa  müddət 


122 
 
müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 
45 (qırx beş)  gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Bəyannaməçi 
sənədlərin  vaxtında  verilməsinə  dair  gömrük  orqanına  yazılı  formada  öhdəlik  təqdim 
edir. 
Gömrük  orqanları  təqdim  olunan  gömrük  bəyannaməsini  təsdiq  edərkən,  onun 
aşağıdakı şərtlərə uyğunluğunu yoxlayır (151):  
-  malların  nəzərdə  tutulan  gömrük  rejimi  altında  yerləşdirilərək  gömrük 
rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid 
olmasını;  
-  gömrük  bəyannaməsinin  təqdim  olunma  vaxtının  və  yerinin  gömrük 
qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu;  
- gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər 
qoyulmuş mallar haqqında məlumatın olub-olunmamasını;  
-  gömrük  bəyannaməsinin  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 
tələblərə uyğunluğunu;  
-  gömrük  bəyannaməsi  ilə  birgə  təqdim  olunan  sənədlərin  mövcudluğunu 
(Gömrük Məcəlləsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu 
hallar  istisna  edilməklə)  və  onların  qanunvericiliklə  müəyyən  edilmiş  tələblərə  cavab 
verməsini.  
Gömrük bəyannaməsi Gömrük Məcəllənin maddələri ilə müəyyən edilmiş şərtlərə 
cavab  vermədikdə  və  bəyannaməçi  tərəfindən  ona  düzəliş  edilməklə  həmin 
çatışmazlıqların  aradan  qaldırılması  mümkün  olmadıqda,  həmin  bəyannamə  gömrük 
orqanları tərəfindən təsdiq edilmir. Belə hallarda gömrük bəyannaməsində onun təsdiq 
edilməməsinin səbəbləri göstərilməklə, müvafiq qeyd aparılır. 


123 
 
Təsdiq  edilməmiş  gömrük  bəyannaməsi  və  onunla  birlikdə  təqdim  edilmiş 
sənədlər  təqdim  edildiyi  tarixdən  1  (bir)  gündən  gec  olmayaraq  bəyannaməçiyə   
qaytarılır. 
Gömrük  bəyannaməsi  müəyyən  edilmiş  şərtlərə  cavab  verdikdə,  həmin 
bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir.  
Gömrük bəyannaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 
və  müddətdə  gömrük  orqanının  iş  vaxtında  təqdim  olunur  və  təsdiq  edilir.  Təsdiq 
edildikdən  sonra  gömrük  bəyannaməsi  faktları  təsdiq  edən,  hüquqi  əhəmiyyətə  malik 
sənəd sayılır.  
Gömrük  orqanları  gömrük  bəyannaməsinin  təsdiqindən    əsassız  imtina  edə 
bilməzlər.  
Gömrük  bəyannaməsinin  gömrük  orqanları  tərəfindən  təsdiqi  tarixi  malların 
bəyan edildiyi gömrük rejimin tətbiq olunduğu tarix hesab olunur.  
Gömrük  bəyannaməsi  təsdiq  edildikdən  sonra  bəyannaməçinin  müraciəti  
əsasında  həmin  bəyannamədə  düzəlişlərin  aparmasına  və  ya  onun  geri  götürülməsinə 
gömrük orqanları tərəfindən icazə verilir.  
Aşağıdakı  hallarda  təqdim  olunmuş  gömrük  bəyannaməsində  düzəlişlər 
edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir:  
-  gömrük  orqanları  bəyannaməçiyə  malları  yoxlamaq  niyyətində  olduğunu 
bildirdikdən sonra;  
-  gömrük  orqanları  gömrük  bəyannaməsindəki  məlumatların  düzgün  olmadığını 
müəyyənləşdirdikdən sonra;  
-  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  hallar  istisna  olmaqla, 
gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirdikdən sonra. 


124 
 
Gömrük bəyannaməsində aparılan düzəlişlər onun tətbiq sahəsini genişləndirə və 
ya məhdudlaşdıra bilməz.  
Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə 
daxil  edilməsi  halları  istisna  olmaqla,  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  gömrük 
bəyannaməsini  doldurmaq,  gömrük  bəyannaməsində  göstərilən  məlumatları 
dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil.  
Gömrük  orqanları  təsdiq  olunmuş  gömrük  bəyannaməsini  bəyannaməçinin 
müraciəti əsasında aşağıdakı hallarda ləğv edirlər:  
- mallar dərhal başqa gömrük rejimi altında yerləşdirilməli olduqda;  
-  fors-major  halları  ilə  əlaqədar  malların  bəyan  edildiyi  gömrük  rejimi  altında 
yerləşdirilməsi mümkün olmadıqda. 
Gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətini bildirdikdə, gömrük 
bəyannaməsinin  ləğvi  barədə  müraciətə  yalnız  müvafiq  yoxlama  aparıldıqdan  sonra 
baxılır. 
Gömrük bəyannaməsi malların buraxılışından sonra ləğv edilə bilməz.  
Gömrük  bəyannaməsinin  ləğvi  bəyannaməçinin  qanunvericilikdə  nəzərdə 
tutulmuş  inzibati  və  ya  cinayət  məsuliyyətinə  cəlb  olunması  üzrə  tədbirlərin  tətbiqini 
istisna etmir. 
4. Sadələşdirilmiş bəyannamələr (155) 
Müvafiq  icra  hakimiyyəti  orqanı  gömrük  rəsmiləşdirilməsini  təkmilləşdirmək 
məqsədi  ilə  malların  və  nəqliyyat  vasitələrinin  bəyan  olunmasının  sadələşdirilmiş  
qaydalarını müəyyən edir.  
Aşağıdakı  hallarda  gömrük  orqanlarına  sadələşdirilmiş  bəyannamələr  təqdim 
edilir: 


125 
 
-  səlahiyyətli  iqtisadi  operatorlar  malları  müvafiq  gömrük  rejimi  altında 
yerləşdirərkən;      (səlahiyyətli  iqtisadi  operator  -  Ümumdünya  Gömrük  Təşkilatının 
normaları və standartlarına uyğun olaraq, gömrük nəzarətinin  sadələşdirilmiş forma və 
üsullarından istifadə edilməsinə bu Məcəlləyə əsasən səlahiyyət verilmiş hüquqi şəxs;  
 - yardım yüklərinin gömrük rəsmiləşdirilməsi zamanı; 
-  fiziki  şəxslər  istehsal  və  ya  kommersiya  məqsədləri  üçün  nəzərdə  tutulmayan, 
lakin yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən keçirərkən. 
 Sadələşdirilmiş  bəyannamələr  gömrük  orqanlarının  bəyannaməçinin  elektron 
məlumat sistemindən məlumatlar əldə edə bilməsi və onların digər gömrük orqanları ilə 
mübadiləsi üçün lazım olan tələblərə cavab verməsi şərti ilə, bəyannaməçinin mallar və 
nəqliyyat vasitələri barədə hesabatı formasında ola bilər.  
Səlahiyyətli  iqtisadi  operatorlara,    istehsal  və  ya  kommersiya  məqsədləri  üçün 
nəzərdə  tutulmayan  malları  gömrük  sərhədindən  keçirən  fiziki  şəxslərə  münasibətdə 
vəyardım yükləri üçün sadəl əşdirilmiş bəyannamənin ayrı-ayrı formalarını müvafiq icra 
hakimiyyəti orqanı müəyyən edir. 
 Gömrük    ərazisinə  gətirilmiş  mallar  üzrə  gömrük  bəyannaməsi  təqdim 
olunanadək  qısa  idxal  bəyannaməsinin  (113)  verildiyi  halları  və  onun  formasını  
beynəlxalq  standartlar  və  ticarət  təcrübəsi  nəzərə  alınmaqla    müvafiq  icra  hakimiyyəti 
orqanı  müəyyən  edir.  Qısa  idxal  bəyannaməsində  risklərin  təhlili,  gömrük  nəzarətinin 
düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsi 
mallar gömrük  ərazisinə gətirilməzdən  əvvəl də elektron formada gömrük orqanlarına 
təqdim  edilə  bilər.  Qısa  idxal  bəyannaməsinin  mallar  gömrük  ərazisinə  gətirilməzdən  
əvvəl təqdim edilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra 
hakimiyyəti orqanı müəyyən edir. 


126 
 
Qısa  idxal  bəyannaməsinən  istifadə  edilməsi  halları  gömrük    ərazisinin    ərazi 
sularından  və  hava  məkanından  dayanmadan  keçən  nəqliyyat  vasitələrində  daşınan 
mallara şamil edilmir. 
Qısa  idxal  bəyannaməsi  məlumatların  elektron  emalı  üsullarından  istifadə 
olunmaqla,  elektron  sənəd  formasında  təqdim  edilir.  Qısa  idxal  bəyannaməsi    gömrük 
orqanlarına  kağız  üzərində  yazılı  formada  da    təqdim  edilə  bilər.  Həmin  bəyannamə 
risklərin  idarə  olunmasını,  məlumatların  gömrük  orqanları  arasında  mübadiləsini 
elektron formada verilən qısa idxal bəyannaməsinə analoji səviyyədə təmin etməsi şərti 
ilə gömrük orqanları tərəfindən təsdiq olunur.  
Qısa  idxal  bəyannaməsi  malları  gömrük    ərazisinə  gətirən  və  ya    daşınmasına 
cavabdeh  olan  şəxslər,  onların  nümayəndələri,  idxalatçı,  malın  alıcısı,  yaxud  malları 
gömrük  rəsmiləşdirilməsi  üçün    gömrük  orqanına  təqdim  edən  şəxs  tərəfindən  verilə 
bilər. 
Aşağıda  göstərilən  hallar  istisna  olmaqla,  qısa  idxal  bəyannaməsi  təqdim 
edildikdən  sonra  onu  təqdim  edən  şəxsin  müraciəti    əsasında  həmin  bəyannamədə 
düzəlişlərin aparmasına gömrük orqanları tərəfindən icazə verilir.  
Aşağıdakı hallarda qısa idxal bəyannaməsinə düzəlişləri edilməsinə yol verilmir:  
- gömrük orqanları qısa idxal bəyannaməsini təqdim etmiş şəxsə malları yoxlamaq 
niyyəti barədə məlumat verdikdən sonra;  
- gömrük orqanları qısa idxal bəyannaməsindəki məlumatların düzgün olmadığını 
müəyyənləşdirdikdən sonra;  
- gömrük orqanları malların təqdim olunmuş yerdən aparılmasına icazə verdikdən  
sonra.   
       Gömrük  orqanları  tərəfindən  müəyyən  edilmiş  qısa  idxal  bəyannaməsinin 
təqdim edilməsinin mümkünlüyünün son müddəti başa çatmazdan əvvəl onu  əvəz edən 


127 
 
gömrük  bəyannaməsi  təqdim  edildikdə,  həmin  gömrük  bəyannaməsinin  aid  olduğu 
mallar  üçün  qısa  idxal  bəyannaməsi  gömrük  orqanlarına  təqdim  edilmir.  Bu  halda  qısa 
idxal  bəyannaməsini    əvəz  edən  gömrük  bəyannaməsində  onun  üçün  zəruri  olan 
təfərrüatları əks etdirilməlidir.                                

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin