Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix31.12.2021
ölçüsü1,26 Mb.
#49678
1   ...   7   8   9   10   11   12   13   14   ...   26
Gomruk-isi1

(Azərbaycan  Respublikası  Gömrük  Məcəlləsinin  214-215-ci  maddələrinə,  “Mülki 
dövriyyədə  olmasına  yol  verilməyən  (mülki  dövriyyədən  çıxarılmış)  əşyaların  siyahısı 
haqqında”  Azərbaycan  Respublikasının  23  dekabr  2003-cü  il  tarixli  564  nömrəli 
Qanununa,  “Mülki  dövriyyənin  müəyyən  iştirakçılarına  mənsub  ola  bilən  və  dövriyyədə 
olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların 
siyahısı  haqqında”  Azərbaycan  Respublikasının  23  dekabr  2003-cü  il  tarixli  565  nömrəli 
Qanununa,  “İxrac  nəzarətinə  düşən  malların  nomenklaturuna  uyğun  kodlar  üzrə,  habelə 
işlərin,  xidmətlərin,  əqli  fəaliyyətin  nəticələrinin  Siyahısı”nın  təsdiq  edilməsi  haqqında” 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 42 nömrəli Qərarı, 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 191 nömrəli qərarı 
ilə təsdiq edilmiş "Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların 
Siyahısı"na əsasən) 
Ölkə ərazisinə gətirilməsi qadağan olunmuş mallar: 
-  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  dövriyyəsi  qadağan  olunmuş 
xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika; 
- radioaktiv maddələr ; 
- narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə 
üçün ləvazimat; 
- əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar; 


110 
 
-  narkotik  vasitələrin,  psixotrop,  zəhərləyici,  partlayıcı  maddələrin  hazırlanması 
texnologiyasına aid materiallar; 
 Beynəlxalq poçt göndərişləri vasitəsi ilə alınması qadağan olunmuş mallar: 
- yuxarıda qeyd olunan ölkə ərazisinə gətirilməsi qadağan olunan mallar; 
- pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar; 
- insan orqanları və (və ya) toxumaları; 
- canlı heyvanlar; 
- tezalışan maddələr; 
- zəhərli və toksikoloji maddələr; 
- bioloji və infeksion maddələr; 
- civə (ртуть), kimyəvi reaktivlər və turşular; 
- tez xarab olan qida məhsulları; 
-  öz  xüsusiyyətlərinə  və  ya  qablaşdırılmasına  görə  poçt  işçiləri  üçün  təhlükə 
yarada  bilən,  digər  poçt  göndərişlərinin  və  poçt  avadanlıqlarının  zədələnməsinə,  xarab 
olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər. 
Ölkə ərazisindən aparılması qadağan olunmuş mallar: 
- aparılmasına və ya göndərilməsinə, gətirilməsinə və ya alınmasına Azərbaycan 
Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  icazəsi  olmayan  zooloji 
kolleksiyalar,  onların  hissələri  və  ya  ayrı-ayrı  obyektləri,  o  cümlədən  heyvanlar  aləmi 
obyektləri; 
- qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmir ağacı); 
-  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  dövriyyəsi  qadağan  olunmuş 
xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika; 
- radioaktiv maddələr; 
- narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə 
üçün ləvazimat; 


111 
 
- əxlaq pozğunluğunu, zorakılığı, təbliğ və reklam edən materiallar; 
-  narkotik  vasitələrin,  psixotrop,  zəhərləyici,  partlayıcı  maddələrin  hazırlanması 
texnologiyalarına aid materiallar; 
- xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat; 
-  Azərbaycan  Respublikası  Müdafiə  Nazirliyi,  Milli  Təhlükəsizlik  Nazirliyi,  Dövlət 
Sərhəd  Xidməti  və  Daxili  İşlər  Nazirliyinin  operativ  istintaq  fəaliyyəti  üzrə  informasiya 
sistemləri, sənədləri və arxivləri; 
- dövlət əhəmiyyətli sənədlər, ixtiralar (изобретение), layihələr; 
-  Azərbaycan  Respublikasının  Qırmızı  Kitabına  düşmüş  nadir  bitkilər,  maral  və 
cüyür (косуля) buynuzları; 
-  müvəqqəti  sərgi,  qastrol  səfərləri,  bərpa  işləri,  prezentasiya,  beynəlxalq 
mədəniyyət  tədbirlərinin  keçirilməsi  halları  istisna  olmaqla  Azərbaycan  Respublikasının 
milli  mədəniyyət  əmlakı  Dövlət  Siyahısına  daxil  olan  milli  mədəniyyət  əmlakı  olan 
obyektlər; 
- məlumat daşıyıcılarının məzmununun oxunması halı  mümkün olmadıqda, onlar 
Azərbaycan Respublikasının gömrük sərhədindən buraxılmır; 
- silah və onun döyüş sursatlarının fiziki şəxslər tərəfindən göndərilməsinə yol 
verilmir. 
 Beynəlxalq poçt göndərişləri vasitəsi ilə göndərilməsi qadağan olunmuş mallar: 
- yuxarıda qeyd olunan ölkə ərazisindən aparılması qadağan olunan mallar; 
- pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar; 
- insan orqanları və (və ya) toxumaları; 
- canlı heyvanlar; 
- tezalışan maddələr; 
- zəhərli və toksikoloji maddələr; 
- bioloji və infeksion maddələr; 
- civə, kimyəvi reaktivlər və turşular; 


112 
 
-  insanın  şərəf  və  ləyaqətini  alçaldan,  milli  və  dini  hissiyyatını  təhqir  edən 
materiallar; 
- tez xarab olan qida məhsulları; 
- öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada 
bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına 
və ya çirklənməsinə səbəb olan göndərişlər; 
- təyinat ölkəsinin idxalına qadağa qoyduğu mal və əşyalar; 
- odlu silah və onun döyüş sursatı; 
- Dövlət gerbi həkk (гравировка) olunmuş sənədlərin əsli; 
- dövlət kəmiyyət vahidləri etalonları; 
- Dövlət Arxiv Fondunun sənədləri. 
 Fiziki  şəxslər  tərəfindən  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
keçirilməsinə məhdudiyyət qoyulan mallar. 
- hərbi silah və sursat istehsal etmək üçün avadanlıq; 
- döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq; 
- xidməti və mülki silah; 
-  kosmik-peyk  rabitə  vasitələri,  xüsusi  məxfi  rabitə  vasitələri  və  şifrləri,  bu 
vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlıq; 
- qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft 
məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı 
vasitələri; 
- ionlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, belə mənbələrin və 
maddələrin  istehsalı  üçün  nəzərdə  tutulan  avadanlıq,  təsərrüfat-məişət  və  tibbi 
əhəmiyyətli aparatlar istisna olmaqla, şüa verən aparatlar; 
- qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün 
avadanlıq; 
- qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan 


113 
 
narkotik  vasitələr,  psixotrop  maddələr,  Azərbaycan  Respublikasının  ərazisində 
dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin 
istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq; 
- partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar; 
- ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar; 
-  narkotik  vasitələrə  və  psixotrop  maddələrə  aid  olmayan  güclü  təsir  edən  və  ya 
zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlıq; 
- gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr; 
-  radiomüşahidə  və  radionəzarət  aparmaq  üçün  geniş  tezlik  diapazonlu 
radioqəbuledici qurğular; 
-  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilən  güc  meyarı 
həddindən artıq olan radioötürücülər; 
- əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq 
işçilərinin fərqlənmə nişanlan olan hərbi və xüsusi geyim formaları; 
-  elmi  tədqiqat,  sınaq  və  sərgilərdə  nümayiş  məqsədləri  üçün  nəzərdə  tutulan 
genetic modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi 
metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları. 
Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən nəqliyyat vasitələrinin 
gömrük rəsmiləşdirilməsi Qaydaları: 
Fiziki  şəxslər  tərəfindən  gömrük  ərazisinə  avtonəqliyyat  vasitələri  gətirilərkən, 
gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə, 
qanunla müəyyən edilmiş digər tələblərə və təsdiqedici sənədlərə uyğun olaraq gömrük 
ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada həyata keçirilir. 
Sükanı  sağ  tərəfdə  olan  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasına 
gətirilməsi və dövlət qeydiyyatına alınması qadağandır. 
Xarici  dövlətlərdə  daimi  qeydiyyatda  olmayan  və  ya  qeydiyyatdan  çıxarılmış 
avtonəqliyyat  vasitələrinin  (tranzit  qaydada  keçən  avtonəqliyyat  vasitələri  istisna 
olmaqla) gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə icazə verilmir. 


114 
 
Xarici  dövlətlərdə  daimi  qeydiyyatda  olan  XİFMN-in  8703  və  8711  mal 
mövqelərinə  aid  avtonəqliyyat  vasitələrinin  və  onların  qoşqularının  (упряжь) 
(yarımqoşqularının)  qeyrirezidentlər  tərəfindən  müvafiq  təsdiqedici  sənədlə  gömrük 
ərazisinə  müvəqqəti  olaraq  gətirilməsinə  90  (doxsan)  gün  müddətinədək,  bu  müddətin 
uzadılmasına görə isə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük 
borcunun  ödənilməsinin  təmin  edilməsi  üçün  təminat  üsullarının  tətbiqi  ilə  1  (bir)  ildən 
artıq olmamaq şərtilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində 
müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığ olmayan 
şəxsin  Azərbaycan  Respublikasında  müvəqqəti  olma  müddətinin  uzadılması  haqqında 
qərarda göstərilən müddətə icazə verilir. 
Xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin rezidentlər 
tərəfindən gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə Gömrük Məcəlləsinin 258-ci 
maddəsi  ilə  müəyyən  edilmiş  gömrük  borcunun  ödənilməsinin  təmin  edilməsi  üçün 
təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmayan müddətə icazə verilir və həmin 
avtonəqliyyat vasitələrinin müvəqqəti qeydiyyat müddəti artırılmır. 
Müvəqqəti  qeydiyyat  vaxtı  bitdikdə,  avtonəqliyyat  vasitələri  gömrük  ərazisindən 
geri aparılmalı və ya xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun 
gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada rəsmiləşdirilməlidir. 
Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasında daimi qeydiyyatda olan 
avtonəqliyyat vasitələrinin 2 (iki) il müddətinə gömrük ərazisindən kənara müvəqqəti 
aparılmasına və ya qeydiyyatdan çıxarılması şərtilə daimi aparılmasına icazə verilir. 
Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələrinin gömrük sərhədindən tranzit 
keçirilməsi  və  ya  gömrük  rəsmiləşdirilməsinin  həyata  keçiriləcəyi  gömrük  orqanına 
çatdırılması  həmin  avtonəqliyyat  vasitələrinin  digər  şəxslərin  istifadəsinə  və  ya 
sərəncamına verilməmək şərtilə 72 saat ərzində yerinə yetirilməlidir. 
Gömrük  ərazisinə  30  (otuz)  gündən  artıq  müddətə  müvəqqəti  gətirilmiş 
avtonəqliyyat  vasitələrinə  müvəqqəti  dövlət  qeydiyyat  şəhadətnaməsinin  və  qeydiyyat 
nişanlarının  verilməsi  nəqliyyat  vasitələrinin  geriyə  qaytarılması  barədə  onun  sahibinin 
öhdəçilik  götürməsilə  və  müvafiq  gömrük  orqanı  tərəfindən  gömrük  vəsiqəsi  (müvafiq 
icazə  sənədi)  tərtib  edilməklə,  “Yol  hərəkəti  haqqında”  Azərbaycan  Respublikasının 


115 
 
Qanununa  uyğun  olaraq  nəqliyyat  vasitələrinin  dövlət  qeydiyyatını  aparan  orqan 
tərəfindən həyata keçirilir. 
Gömrük ərazisinə daimi gətirilmiş avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatının 
aparılması,  daimi  uçota  alınması,  dövlət  qeydiyyat  şəhadətnaməsinin  və  qeydiyyat 
nişanlarının  verilməsi  müvafiq  gömrük  orqanı  tərəfindən  gömrük  vəsiqəsi  tərtib 
edilməklə,  “Yol  hərəkəti  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  uyğun  olaraq 
nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan tərəfindən həyata keçirilir. 
Fiziki şəxslər tərəfindən mülki silahların, onların döyüş sursatlarının Azərbaycan 
Respublikasına gətirilməsinə verilən xüsusi icazənin etibarlılıq müddəti altı aydır.  Xidməti 
və mülki silah, onların döyüş sursatları Azərbaycan Respublikasının gömrük 
ərazisinə rezidentlər tərəfindən gətirilə bilər. 
Qeyri-rezidentlər 
tərəfindən 
mülki 
(гражданский) 
silah 
Azərbaycan 
Respublikasına  yalnız  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  silah  sərgisində  və  ya 
idman yarışlarında istifadə edilməsi və ov edilməsi məqsədilə müvəqqəti gətirilə bilər. 
Xidməti  və  mülki  silahlara  dair  Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyinin 
verdiyi xüsusi icazə etibarnamə ilə başqa fiziki və ya hüquqi şəxsə verilə bilməz. 
Qeyri-rezidentlər  vətəndaşı  olduğu  dövlətlərin  nümayəndəliyinin  vəsatətinə 
(ходотайство)  əsasən  Daxili  İşlər  Nazirliyi  tərəfindən  verilmiş  xüsusi  icazəsi  əsasında 
alındığı  vaxtdan  beş  gündən  gec  olmayaraq  Azərbaycan  Respublikasının  gömrük 
ərazisindən  kənara  çıxartmaq  şərti  ilə  mülki  silahları,  onların  döyüş  sursatlarını  əldə 
edəbilərlər.  Alınan  silahların  və  onların  döyüş  sursatlarının  Azərbaycan  Respublikasının 
ərazisindən aparılma müddəti pozularsa, həmin silah və döyüş sursatları müsadirə olunur. 
 Mədəniyyət  sərvətlərinin  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  
keçirilməsi Qaydaları: 
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mədəniyyət sərvətləri 
gömrük orqanına mütləq yazılı formada bəyan edilməlidir. Milli mədəniyyət əmlakı olan 
sərvətlər Azərbaycan Respublikasının gömrük ərazisindən kənara, yalnız müvəqqəti sərgi, 
qastrol  səfərləri,  prezentasiya,  bərpa  işləri  və  beynəlxalq  mədəniyyət  tədbirlərinin 
keçirilməsi  zamanı  bir  qayda  olaraq  il  ərzində  altı  aydan  çox  olmamaq  şərti  ilə  buraxılır. 
Milli  arxiv  fonduna  daxil  olan  sənədlərin  orijinalları  və  ya  onları  əvəz  edən  nüsxələri 
müəyyən  olunmuş  qaydada  ən  çoxu  üç  ay  müddətində  Azərbaycan  Respublikasının 


116 
 
hüdudlarından  kənara  çıxarıla  bilər.  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
mədəniyyət  sərvətlərini  müvəqqəti  keçirən  şəxs  Azərbaycan  Respublikasının 
qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  gömrük  orqanına  onların  geri  qaytarılması 
haqqında öhdəlik təqdim etməlidir. 
Malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyyanetməsi. 
Suallar: 
1.  Bəyanetmə gömrük rəsmiləşdirilməsinin əsas mərhələsi kimi. 
2.  Bəyanetmə formaları və gömrük bəyannaməsinin verilmə müddəti. 
3.  Yük gömrük bəyannamələrinin doldurulması qaydaları. 
4.  Sadələşdirilmiş bəyannamələr. 
5.   Əlavə, dövri və natamam bəyannamələr. 
6.  Gömrük  bəyannaməsində  göstərilən  məlumatların,  müvafiq  sənədlərin  və 
malların yoxlanılma müddətləri. 
7.  Nəqliyyat  vasitələrinin  gömrük    ərazisinə  daxil  olması  haqqında  məlumatın 
gömrük orqanlarına təqdim edilməsi. 
 
 
1.  Gömrük  Qanunvericiliyində  bəyanetmə  dedikdə,  gömrük  rəsmiləşdirilməsi 
icraatı  və  gömrük  nəzarətinin  həyata  keçirilməsi  məqsədləri  ilə  mal  və  nəqliyyat 
vasitələri barədə səhih məlumatların müəyyən edilmiş formada gömrük orqanlarına elan 
edilməsi başa düşülür. (146.) 
Bir qayda olaraq bəyanetmə aşağıdakı əsas hallarda tələb olunur: 
1) 
mal  və  nəqliyyay  vasitələri  –  Az  R-nın  gömrük  sərhədindən 
keçirildikdə; 
2) 
malların  yerləşdirildiyi  gömrük  rejimi  bu  və  ya  digər  səbəbdən 
Gömrük Məcəlləsinin maddələrinə müvafaiq olaraq dəyişdirildikdə; 


117 
 
3) 
Az R-sı Qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. 
Bəyanetmə  gömrük-tarif  tənzimlənməsi  mexanizmi  üçün  birinci  dərəcəli 
əhəmiyyət kəsb edir. Ilkin gömrük tarif münasibətlərində gömrük vergi və rüsumlarının 
ödənilməsi  ilə  bağlı  öhdəliklər  gömrük  orqanının  vəzifəli  şəxsi  tərəfindən  gömrük 
bəyannaməsinin qəbul edilməsi ilə bağlıdır.  
Bəyanetmənin forması və qaydaları, həmçinin gömrük məqsədləri üçün lazım olan 
sənədlərin və məlumatların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 
edilələk    rəsmi  nəşrlərdə  dərc  olunur  və  müvafiq  icra  hakimiyyəti  orqanlarının  rəsmi 
internet saytlarında yerləşdirilir. 
Müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarının bəyanetmə ilə bağlı fəaliyyət 
zonasını  və  funksiyalarını,  habelə  malların  yerləşdirildiyi  gömrük  prosedurlarının 
xüsusiyyətlərini nəzərə alaraq, iş günlərini və saatlarını müəyyən edir.  
Sərbəst  zona  xüsusi  gömrük  proseduru  istisna  olmaqla,    başqa  gömrük 
prosedurları altında yerləşdirilməsi nəzərdə tutulan daxili mallar həmin gömrük rejiminə 
uyğun olaraq gömrük bəyannaməsi ilə təmin edilməlidir.  
Gömrük  sərhədindən  keçirən  malların  və  nəqliyyat  vasitələrinin  sahibi,  yaxud 
onunla bağlanılan müqavilə əsasında gömrük brokeri bəyannaməçi ola bilər.  
Gömrük  bəyannaməsinin    təsdiq  edilməsi  şəxsin  üzərinə  xüsusi  öhdəliklər 
qoyduğu  hallarda,  gömrük  bəyannaməsi  yalnız  həmin  şəxs  tərəfindən  və  ya  onun 
adından çıxış edən şəxs tərəfindən verilməlidir. 
Malları  və  nəqliyyat  vasitələrini  bəyan  edən  bəyannaməçinin  vəzifələri 
aşağıdakılardır: 
-  malları  və  nəqliyyat  vasitələrini  Gömrük  Məcəllədə  nəzərdə  tutulan  qaydada 
bəyan etmək;  
-malları və nəqliyyat  vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək;  


118 
 
-  gömrük  məqsədləri  üçün  lazım  olan  sənədləri  və  məlumatları  gömrük 
orqanlarına təqdim etmək;  
- gömrük ödənişlərini ödəmək;  
- gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək. 
Bəyannaməçinin  gömrük  bəyannaməsini  gömrük  orqanlarına  təqdim  etməzdən 
əvvəl  malları  və  nəqliyyat  vasitələrini  gömrük  nəzarəti  altında  müayinə  etmək,  onları 
ölçmək, həmçinin gömrük orqanlarının icazəsi ilə onlardan prob və nümunələr götürmək 
hüququ vardır.  
Gömrük  bəyannaməsi  məlumatların  elektron  emalı  üsullarından  istifadə 
olunmaqla  gömrük  orqanlarına  təqdim  edilir.  Malların  bəyan  edildiyi  gömrük  rejimi 
altında  yerləşdirilməsi    üçün  tələb  olunan  müvafiq  sənədlər  də  həmin  qaydada  təqdim 
oluna bilər. 
2.  Bəyanetmə  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  şifahi,  kağız  üzərində 
yazılı  formalarda  və  ya  müvafiq  malların  gömrük  rejimi  altında  yerləşdirilməsinə  şərait 
yaradan digər üsullarla da həyata kecirilə bilər. 

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin