7. Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumatın
gömrük orqanlarına təqdim edilməsi. (131)
Gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul
şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o
cümlədən, elektron formada) aşağıdakılar barədə məlumatları gömrük orqanlarına
əvvəlcədən təqdim edə bilər:
- nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı;
130
- nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları;
- nəqliyyat vasitəsinin heyəti və sərnişinləri;
- təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində
boşaldılacaq yük;
- mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük;
- nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.
Gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsinə görə məsul şəxs:
- nəqliyyat vasitəsi gömrük ərazisinin müəyyən olunmuş gömrük sahəsinə daxil
olarkən daxilolma haqqında məlumatı gömrük orqanlarına təqdim etməli;
- gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən icazə verilənədək heç bir şəxsin
nəqliyyat vasitəsini tərk etməsinə və ya oraya daxil olmasına imkan verməməli;
- nəqliyyat vasitəsinin gömrük sahəsi daxilində hərəkəti, malların nəqliyyat
vasitəsindən boşaldılması, heyətin və başqa şəxslərin nəqliyyat vasitəsindən
düşürdülməsi barədə gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl
etməlidir.
Nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olduqdan sonrakı 1 (bir) saat
müddətində gömrük orqanlarına daxilolma haqqında məlumat verilməlidir. Nəqliyyat
vasitəsi gömrük ərazisinə gömrük orqanlarının iş vaxtından kənar saatlarda daxil
olduqda, bu məlumat onların növbəti iş vaxtı başlandıqdan sonrakı 1 (bir) saat
müddətində verilməlidir.
Tələb olunan məlumatlar gömrük orqanlarına nəqliyyat vasitəsinə görə məsul
şəxslərin adından onların nümayəndəsi tərəfindən də təqdim oluna bilər.
131
Nəqliyyat vasitələri gömrük ərazisinə yüksüz və şərnişinsiz daxil olarkən, Gömrük
Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada müvafiq gömrük orqanına bəyan edilməlidir.
Gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin sahibləri, heyət üzvləri və
sərnişinləri gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitəsi, onun hərəkət
marşrutu, təyinat yeri, daşınan sərnişinlər, yaxud mallar barədə suallarını
cavablandırmalı, Gömrük Məcəlləyə uyğun olaraq tələb olunan sənədləri təqdim
etməlidirlər. (132).
Gömrük ərazisindən yola düşməsi nəzərdə tutulan nəqliyyat vasitəsinə görə
məsul şəxs bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada və formada (o cümlədən, elektron formada) gömrük orqanlarına əvvəlcədən
təqdim edə bilər.
Gömrük orqanı bu məlumatı qeydə almaqla, sonrakı rəsmiləşdirmənin aparılması
üçün nəqliyyat vasitəsinin yola düşəcəyi vaxtı və yeri müəyyən edir.
Nəqliyyat vasitələri gömrük ərazisindən yüksüz və sərnişinsiz yola düşərkən
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq gömrük orqanına
bəyan edilməlidir.
Gömrük orqanları gömrük ərazisində olan nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi
aparılmadan onun bu ərazidən yola düşməsinə imkan verməməlidirlər. Bu maddənin
müddəaları Azərbaycan Respublikasının ərazisində yerləşən dəniz, çay və ya hava
limanlarında dayanmayan, gömrük ərazisindən keçən dəniz, çay və hava gəmiləri
barəsində tətbiq edilmir.
Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinə görə məsul şəxsə həmin
nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənəd verilməzdən əvvəl həmin şəxs
aşağıdakı tələbləri yerinə yetirməlidir:
132
- yola düşmə haqqında məlumatı onu təsdiq edən sənədlərlə birlikdə gömrük
orqanlarına təqdim etməli;
- gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən nəqliyyat vasitəsi, onun heyət
üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu barədə verilən
sualları cavablandırmalı;
- gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən nəqliyyat vasitəsi, onun heyət
üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu ilə bağlı tələb
olunan sənədləri təqdim etməli;
- nəqliyyat vasitəsi, onun heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət
istiqaməti, marşrutu ilə bağlı bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik
aktlarının tələblərinə əməl etməlidir.
Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənədin verildiyi nəqliyyat
vasitəsinə görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə həmin
sənədi yoxlamaq üçün onlara təqdim etməli, nəqliyyat vasitəsi, onun heyət üzvləri,
sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqamətləri, marşrutu ilə bağlı suallarını
cavablandırmalıdır.
7. XİF gömrük tarif tənzimlənməsi.
Suallar:
1.
Gömrük tarifinin mahiyyəti.
2.
Gömrük tarif tənzimləmələrinin hüquqi və iqtisadi əsasları.
3.
Gömrük rüsumları və rüsum dərəcələrinin növləri.
4.
Tarif güzəştləri.
5.
Gömrük rüsumunun hesablanmasında “mənşə ölkəsi” anlayışı.
6.
Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsində gömrük tariflərinin rolu.
133
Milli iqtisadiyyatın formalaşdırılmasında bazar mexanizminə dövlətin müdaxiləsi
siyasətinin tədqiqi iqtisadi nəzəriyyənin aktual probleminə çevrilmişdir. Dünya dövlətləri
dünya təsərrüfat sisteminə fəal sürətdə qoşulmaqla bir tərəfdən özlərinin müvafiq
ehtiyatları olmadıqları halda belə cəmiyyətin tələbatını daha dolgun ödəmək,
iqtisadiyyatın səmərəli strukturunu formalaşdırmaq və s. kimi problemləri həll etmək,
digər tərəfdən isə özlərinin əmək bölgüsündə malik olduqları üstünlükləri reallaşdırmaq
imkanı əldə etmiş olurlar.
Bazar iqtisadiyyatı şəraitdə ölkələr üçün XİF tənzimlənməsi üzrə tədbirlərin əsas
məqsədləri milli iqtisadiyyatın müdafiəsi və ümumi milli maraqların qorunmasıdır. Xarici
iqtisadi fəaliyyətin dövlət orqanları tərəfindən tənzimlənməsi tədbirləri dunyanın bütün
ölkələrində həyata keçirilir. Amma bu tədbirlərin miqyası, forma və metodları, konkret
məqsəd və vəzifələri hər ölkənin öz miqyasından, müasir dünyada mövqeyindən, ölkənin
daxili və xarici siyasətindən asılıdır.
Dünya ölkələrinin tarixi inkişaf təcrübəsinə əsaslanaraq beynəlxaq ticarət nəzəriyyəsi
və beynəlxaq ticarətin çoxillik inkişaf tarixinə nəzər salsaq görərik ki, azad ticarət həyata
keçirilməklə beynəlxalq ixtisaslaşmanın ortaya şıxardığı bütün üstünlüklərdən faydalamaq
mümkündür. Lakin tam sərbəst xarici ticarət yalnız nəzəri cəhətdən mümkündür.
Təcrübədə isə dövlətlər xarici ticarətə bi və ya digər şəkildə müdaxilə edirlər. Bu isə xarici
iqtisadi siyasətin mühüm tərkib hissəsi olan gömrük siyasətinin keçirilməsini nəzərdə
tutur.
Gömrük siyasəti dövlətin xarici ticarət dövriyyəsinin gömrük sərhədindən mal və
nəqliyyat vasitələrinin uyğun gömrük prosedurunu müəyyən edilməsi vasitəsilə keçirilməsinin
dövlət tənzimlənməsi üzrə məqsədyönlü fəaliyyət istiqamətlərini təyin edir. Azərbaycan
respublikasının xarici iqtisadi fəaliyyət siyasətinin istiqamətlərindən biri xarici rəqabətin
dağıdıcı təsirindən milli iqtisadiyyatın rasional müdafiə səviyyəsini təmin etmək eləcə də idxal
gömrük rüsumları dərəcələrinin dəyişilməsi əsasında xarici investisiyanı cəlb etmək üçün
əlveriıli iqtisadi mühit formalaşdırmaqdır.
134
Milli iqtisadiyyat daim inkişaf etməkdə olan vahid orqanizm olduğundan, onun
struktur bölmələrinin tənzimlənməsi də kompleks xarakter daşımalıdır. Dünya ölkələrinin
təcrübəsi göstərir ki, XİF gömrük tarif tənzimlənməsi dövlətlərin dünya iqtisadiyyatına
inteqrasiyasının mühüm amillərdən biridir.
Dövlətin xarici ticarət siyasəti gömrük tarif tənzimlənmə tədbirlər və qeyri-tarif
məhdudiyyətlərin tədbiq etmə vasitəsiylə həyata kecirilir. Həm də nəzərə almaq lazımdır
ki ÜTT-tı bütün üzv ölkələri üçün öz xarici ticarət siyasətini həyata keçirilməsi zamanı tarif
tənzimlənmə tədbirlərinə üstünlük verilməsi israrla məsləhət verir.
Gömrük tarifi – xarici ticarətin dövlət tənzimlənməsinin qiymətəmələgətirmə
mexanizmi ilə fəaliyyət göstərən əsas vasitəsidir. Xarici iqtisadi əlaqələrin həyata
keçirilməsində gömrük tarifi başlıca amil kimi çıxış edir və bu zaman gömrük tarifi 3
mühüm baxımdan nəzərətdən keçirilir: ticarət siyasəti və ölkənin daxili bazarının onun
dünya bazarı ilə qarşılıqlı əlaqələrinin dövlət tənzimlənməsi vasitəsi kimi; gömrük rüsum
dərəcələrinin məcmusu kimi; konkret gömrük rüsüm dərəcəsi kimi.
Gömük tarifləri hər bir dövlət tərəfindən onun xarici ticarət siyasətinin əsas məqsəd
və istiqamətlərdən və bütövlükdə xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsindən irəli
gəlməklə müəyyən edilir.
Gömrük tarif tənzimlənməsinin əsas xüsusiyyətlərinin təhlili gömrük tarifinin əsas
funksiyasının nəzərdən keçirilməsini tələb edir. Hal-hazırda gömrük tarif tənzimlənməsinin
gömrük tarif alınmasını və onların dövlət büdcəsinə istiqamətlənməsini nəzərdə tutulan
fiskal funksiya və ölkəyə gətirilən malların əmtəə strukturunun səmərələşdirilməsi,
dövlətin ərazisinə malların gətirilməsi və çıxarılmasının, valyuta gəlirlərinin və xərclərinin
əlverişli nisbətini təmin etməyi nəzərdə tutan tənzimləyici funksiyanı yerinə yetirir.
Gömrük tarifi daxili qiymətlərə təsir etməklə müəyyən dərəcədə ölkədə malların istehsal
və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaradılmasına kömək göstərir.
135
Gömrük tarifi bir sıra hallarda, birtərəfli qaydada ixrac məhsullarının istehsalına tələb
olunan mallara aşağı və hətta sıfır dərəcəli idxal rusumu tətbiq etməklə milli istehsalın və
ixracın stimullaşdırılması ücün istifadə edilə bilər.
Gömrük tarifinin xarici ticarət münasibətlərinin və bütövlükdə iqtisadiyyata təsirinin
xüsusiyyətləri dövlət orqanlarından rüsum stavkalarlının təyin edilməsi prosesində xüsusi
məsuliyyət tələb edir.
Ölkə təsərrüfatının inkişaf səviyyəsi ilə gömrük rüsumu stavkaları arasında müəyyən
asılılıq mövcüddür. Belə ki, təsərrüfat inkişaf etmiş olduqça, gömrük rüsumların dərəcələri
aşağı olur. Yüksək inkişaf etmiş ölkələrdə kifayət qədər rəqabət qabiliyyətinə malik məhsul
buraxılır və elə buna görə də daxili bazarın yüksək rüsumlar hesabına qorunması, ixracın
əlavə tədbirlərlə stimulaşdırılmaslna və büdcənin gəlir hissəsini gömrük ödəncləri
hesabına doldurulmasına ehtiyac qalmır.
2. Müasir dövrdə dünya təsərrüfatının formalaşmasında xarici iqtisadi əlaqələrin rolu və
əhəmiyyəti get-gedə artır. Dünya ölkələri arasındakı iqtisadi əlaqələr kapitalların, əmtəələrin,
xidmətlərin, iş qüvvələrinin, valyuta ehtiyyatlarının beynəlxalq hərəkəti vasitəsi ilə həyata
keçirilir. Kapitalların, valyutaların, əmtəə və xidmətlərin, əmək ehtiyyatlarının miqrasiyası
hər bir ölkənin daxili iqtisadi ziddiyyətləri üzündən, dövlətlərin milli hüdudundan kənara çıxır
və beynəlxalq iqtisadi münasibətlər sisteminə daxil olurlar. Bu münasibətlər ayrı – ayrı
ölkələrin arasında yaranan münasibətləri, hüquqi və fiziki şəxslərin arasındakı qarşılıqlı
münasibətləri əks etdirir. Dünya təsərrüfatının təşəkkül tapması hər bir ölkənin özünun milli
təsərrüfatının yaranmasına, beynəlxalq münasibətlərin möhkəmlənməsinə, kapitalın
beynəlmiləlləşdirilməsinə, iqtisadiyyatın, siyasətin və elmin yaranmasına səbəb olmuşdur.
Məlumdur ki, beynəlxalq əmək bölgüsünün nəticəsi olaraq, xarici ticarət və ümumdünya
təsərrüfat sistemi formalaşmışdır. Onlar isə, öz növbəsində məhsul vahidinə düşən məsrəfləri
azaltmaq və kifayət qədər yüksək qazanc əldə etmək imkanı yaradırlar. Klasik nəzəriyyəyə
görə, bu ölkələr arasında əmək bölgüsünün üstünlükləri ilə əlaqədardır.
136
Təbii sərvətlərin bölgüsündə olan fərq dövlətlər arasında əmək bölgüsünün inkişafının
ilk şərtidir. İlkin şərtlərdən biri də torpaq-iqlim şəraitidir. Bundan başqa, əmək ehtiyatları,
istehsalın tarixi inkişaf ən ənələri, ölkənin coğrafi vəziyyəti də beynəlxalq əmək bölğücündə
mühüm rol oynayırlar.
Dünya ölkələrinin beynəlxalq əmək bölgüsündə iştirak etməsində əsas məqsəd iqtisadi
fayda əldə etməkdən ibarətdir. Belə ki, fayda istehsalın milli dəyəri ilə beynəlmiləl dəyər
arasındakı fərqlə müəyyən edilir. Bu zaman ölkələr dəyər qanununun tələblərini nəzərə
almaqla hərəkət edirlər. Dəyər qanunu beynəlxalq əmək bölgüsünün əsas hərəkətverici
qüvvəsi kimi çıxış edir. Lakin bir məsələni də nəzərə almaq lazımdır ki, əmtəələr dünya
bazarına çıxarılarkən onlar beynəlxalq dəyərin və dünya bazar qiymətlərinin formalaşmasında
iştirak edirlər. Burada bazar iqtisadiyyatı qanunları olan rəqabət, tələb və təklif qanunlarının
da xüsusi rolu vardır. Beynəlxalq əmtəə və xidmətlərin mübadiləsi zamanı hər bir dövlət
çalışır ki, ixrac edilən əmtəə və xidmətlərin beynəlmiləl dəyərləri ilə milli dəyərləri arasındakı
fərq əlverişli fayda gətirsin.
Hər bir ölkə istehsalın səmərəliliyinin yüksəldilməsinə cəhd göstərir. Bu isə istehsalın
beynəlxalq aləmdə ixtisaslaşması və kooperasiyalaşdırılması ilə çıx sürətdə bağlıdır.
İstehsalın ixtisaslaşdırılması müvafıq məhsulu ən az əmək sərfi ilə istehsal etmək imkanı olan
ölkələrdə müəyyən istehsal sahələrinin üstün inkişafı deməkdir. Ölkələrdə ixtisaslaşmanın
inkişafı sənayenin də sahə strukturunun dəyişməsinə səbəb olur, çünki texniki tərəqqinin və
iqtisadi münasibətlərinin genişləndirilməsinin təsiri altında sahə və müəssisələr daxilində
əmak bölgüsünün dərinləşməsi baş verir.
Beynəlxalq iqtisadi münasibətlərin iştrakçıları istehsal amillərinin əvvəlcə təbii, sonra
isə əldə olunmuş, yəni elmi-texniki, texnoloji, rəqabət, investisiya, informasiya, infrastuktur,
inkişafı üçün əlverişli şəraitdən istifadə edərək yüksək iqtisadi mənfəət əldə edirlər.
Müasir şəraitdə ümumdünya təsərrüfat sistemində yuxarıdakı amillərdən bəziləri,
məsələn texnoloji və rəqabətli amillər daha böyük üstünlük kəsb edirlər. Bu gun, bir-birilə
137
əməkdaşlıq ədən ölkələrin iqtisadi səviyyə və quruluş, həmcinin texnoloji daxımından bir-
birinə yaxınlaşmaları daha aktualdır. Eyni zamanda dünyanın ayrı-ayrı regionlarıda müxtəlif
ölkələr arasındakı integrasiya xarakterli tesərrüfat əlaqələri daha böyük önəm
daşımaqdadır.
Beynəlxalq iqtisadi münasibətlər əmək, kapital, təbii və digər resursları cəmləşdirərək,
bazar münasibətlərinin özünəməxsus xüsusiyyətlərə malik olan xüsusi bir sferasını təşkil
edir. Bazar münasibətləri isə alıcı və satıcıların azad seçimi prinsipinə əsaslanaraq, aşağıdakı
xüsusiyyətləri nəzərdə tutur:
• bazarın obyekt və subyektlərinin çoxlu sayda olması;
• rəqabət;
• tələb və təklifin təsir mexanizminin müəyyən edilməsi və s.
Hər bir ölkənin milli iqtisadiyyatında olduğu kimi, dünya təsərrüfat sistemi və
beynəlxalq iqtisadi münasibətlərin əsasını da əmək bölgüsü və mübadilə təşkil edir. Lakin o,
ölkədaxili deyil, beynəlxalq xarakter daşıyır. Bu zaman ayrı-ayrı ölkələrə istehsal və istehlakı
bir-birilə əlaqəli olması əsas götürülür. Beynəlxalq iqtisadi münasibətlərin iştirakçısı olan
ölkələr milli iqtisadi və təsərrüfat münasibətlərinə malik olduğu üçün, əmtəə-pul xarakterli
iqtisadi əlaqələrin qurulması və inkişafı zəruridir.
İqtisadi nəzəriyyədə “müqayisəli üstünlüklərin” mühüm potensialına malik olan ölkə
iqtisadiyyatı üçün dünya iqtisadiyyatının keyfiyyət inkişafında əsl inqilab mütləq
üstünlüklərdən nisbi üstünlüklərin reallaşdırılmasına keçıd oldu fikri təstiq edildi.
İqtisadiyyatın dünya təsərrüfat əlaqələri sisteminə daxilolması problaminin həllinə belə
yanaşma ciidi araşdırma tələb edir. Məlumdur ki, müqayisəli üstünlüklər qanununun
ideyaları XVIII və XIX əsrlərdə üstünlük təşkil edirdi. O zaman iqtisadiyyatın bir çox sahələri
avtomatlaşdırılmışdı, beynəlxalq ticarətin xeyli hissəsini isə təbii resurslar, tütün, ipək və
ədviyyat təşkil edirdi ki, onlar da dünyanın bir və ya çox regionlarında istehsal və ya hasil
edilirdi.
138
Azərbaycan Respublikasının Gömrük Tarifi Az r-nın gömrük sərhədindən kecirilən və
XİF-nin Əmtəə Nomenklaturasına əsasən sistemləşdirilmiş mallara tətbiq edilən gömrük
rüsumu dərəcələrinin məcmusudur.
Gömrük tarifinin formalaşdırılması və tətbiqi qaydası 20 iyun 1995-ci il tarixli
Azərbaycan Respublikasının “Gömrük tarifi haqqında” qanunu ilə müəyyən edilmişdir.
Bu qanuna görə gömrük tarifinin əsas məqsədləri aşağdakılarqır:
-
Az R-sı üzrə idxalın əmtəə strukturunu səmərəliləşdirmək;
-
Az R-sı ərazisində malların gətirilməsi və çıxarılmasının, valyuta gəlirlərinin və
xərclərinin əlverişli nisbətini təmin etmək;
-
Az Res-da malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişikliklər
üçün şərait yaratmaq;
-
Az R-nin iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaq;
-
Az R-sı iqtisadiyyatının dünya təsərrüfatı ilə səmərəli inteqrasiyasına şərait
yaratmaq.
Gömrük rüsumun dərəcələri vahid olub, malları gömrük sərhədindən keçirilən
şəxslərdən, sövdələşmə növlərindən, “Gömrük tarifi haqqında” qanunla nəzərdə tutulmuş
hallar istisna olmaqla digər faktorlardan asılı olaraq dəyişdirilə bilməz.
Az r-nın ərəzisinə gətirilən, gömrük rüsumuna cəlb olunan (olunmayan) malların
siyahısı və tətbiq edilən rüsum dərəcələri Az R-nın Nazirlər kabineti tərəfindən təyin
olunur.
3. Dünya ölkələri təcrübəsində gömrük rüsumları, onların dərəcələri və növləri;
malların qruplaşdırılma sistemi; malların gömrük dəyəri və onun müəyyənləşdirilmə
metodları; tarif güzəştləri (preferensiyalar), və imtiyazlar şəlilində özünü bürüzə verir.
139
Gömrük rüsum dərəcələrinin məcmusu kimi gömrük tarifinin funksiyalarının və
gömrük işi sferasında tutdugu yerin ətraflı təhlili gömrük tariflətinin təsnifatının
aparılmasını tələb edir. Məhz gömrük rüsumlarının düzgün tətbiq edilməsi dövlətin
gömrük siyasəti ilə sıx əlaqədardır. Gömrük rusumlarının dərəcələri nəinki malın
növündən, həm də onun mənşə ölkəsindən də asılıdır.
Malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır (218).
Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu
malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur.
Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir:
- xarici iqtisadi fəaliyyətin mal nomenklaturası;
- tamamilə və ya qismən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına əsaslanan və
malların ticarəti ilə bağlı tarif tədbirlərinin tətbiqi məqsədilə xüsusi sahələri tənzimləyən
qanunvericilik aktları ilə müəyyən edilmiş digər nomenklatura;
- xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əhatə etdiyi mallara tətbiq
olunması nəzərdə tutulan avtonom və ya konvensiya idxal gömrük rüsumları;
- müəyyən ölkələrlə, yaxud beynəlxalq təşkilatlarla bağlanılmış beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirləri;
- müəyyən ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə birtərəfli
qaydada qəbul edilən preferensial tarif tədbirləri;
- müəyyən mallar üzrə gömrük rüsumlarının azaldılmasını, yaxud gömrük
rüsumlarından azadedilməni təmin edən tədbirlər;
- müəyyən malların xüsusiyyətləri, yaxud son istifadəsi ilə əlaqədar olaraq, Gömrük
Məcəllə və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif rejimi;
140
- kənd təsərrüfatını, ticarəti və başqa sahələri tənzimləyən qanunvericiliklə müəyyən
edilmiş digər tarif tədbirləri.
“Konvensiya idxal rüsum dərəcələri” dedikdə bağlanılan beynəlxalq müqavilələr
əsasında, “avtonom rüsum dərəcələri” dedikdə isə dövlət tərəfindən birtərəfli qaydada,
beynəlxalq müqavilə bağlanılmadan müəyyənləşdirilən rüsum dərəcələri nəzərdə tutulur.
Malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə
qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir. Gömrük orqanları
gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların
tarif təsnifatından istifadə edirlər.
Konkret mallar üzrə gömrük rüsumlarının dərəcələrini müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir. Gömrük rüsumlarının dərəcələri rəsmi nəşrlərdə dərc olunur və
müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir.
Gömrük rüsumunun dərəcələri vahid olub, malları gömrük sərhədindən keçirən
şəxslərdən, sövdələşmə növlərindən, “Gömrük Tarifi haqqında” qanunla nəzərdə tutulmuş
hallar istisna olmaqla, digər faktorlardan asılı olaraq, dəyişdirilə bilməz.
Az R-nın ərazisinə gətirilən, gömrük rüsumuna cəlb olunan (olunmayan) malların
siyahısı və tətbiq edilən rüsum dərəcələri Az R-nın Nazirlər Kabineti tərəfindən müəyyən
edilir.
Idxal gömrük rüsumlarının dərəcələri malın mənşə ölkəsindən asılı olaraq
diferensasiya olunur.
Əgər idxal olunan malın mənşə ölkəsi ilə AR arasında əlverişli ticarət rejimi
mövcuddursa, onda idxal gömrük rüsumlarının bazis yada əsas dərəcələri müəyyən edilir.
Bu zaman rüsum dərəcələrin və gömrük rüsumuna cəlb olunmiyan malların siyahları AR
Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
141
Əgər idxal olunan malın mənşə ölkəsi inkişafda olan ölkələrə aiddirsə, onda idxal
gömrük rüsumlarının preferensial dərəcələri müəyyən olunur. Hal hazırda prefensial
rüsum dərəcələri bazis dərəcələrinin 75% təşkil edir.
Əgər idxal olunan malın mənşə ölkəsi ilə AR arasında əlverişli ticarət rejimi tətbiq
edilmirsə, o zaman gömrük rüsumlarının maksimum dərəcələri müəyyən olunur. Bazis
dərəcəsi x 2.
Ticarət rejimindən asılı olaraq bu ya digər qrupaya aid olan ölkələrin siyahısı dövlət
orqanları tərəfindən müəyyən olunur.
Gömrük rüsumları maddə 225-yə əsasən bəyan edilən malların yerləşdirilməsi üçün
seçilmiş gömrük prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq
tətbiq olunur.
Gömrük Məcələsinin 226 madəsinə və “Gömrük tarifi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq aşağıdakı gömrük rüsumları tətbiq edilir:
- advalor - malların gömrük dəyərinə görə nisbətən faizlə hesablanan;
- spesifik - malın vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan;
- kombinə edilmiş – yuxarıda göstərilən hər iki gömrük rüsum növlərinin
birləşdirilməsi yolu ilə hesablanan.
Advalor rüsumlar satışa qoyulan vergiylə eynilik təşkil edir və adətən eyni mal qrupu
daxilində müxtəlif keyfiyyət xüsusiyyətlərinə aid olan mallar rüsuma cəlb olunduqda tətbiq
olunur.
Spesifik rüsumlar adətən standart mallara qoyulur və inzibati cəhətdən çox sadədir,
əksər hallarda sui istifadə üçün heç bir imkan yeri qoymur. Ancaq spesifik rüsumlar
qiymətlərin dəyişməsindən daha çox asılı olduğundan, onların köməyi ilə bazarın gömrük
vasitəsi ilə qorunması səviyyəsi qənaətbəxş deyildir.
142
Az R-nın maraqlarının müdafiəsi məqsədi ilə idxal edilən mallara eyni zamanda
gömrük rüsumlarının əlahiddə növləri, o cümlədən xüsusi, antidempinq, kompensasiya
rüsumları tətbiq edilə bilər.
1. Əgər Az R-nın gömrük ərazisinə xarici mallar oxşar yaxud bilavasitə rəqabət aparan
malların istehsalçılarına zərər vuran və ya vura biləcək miqdarda, həmçinin belə şərtlər
daxilində getirilirsə, eləcə də digər dövlətlərin və onların qruplarının Az R-nın maraqlarına
toxunan diskriminasiya və yə bu kimi başğa hərəkətinə cavab tədbiri kimi xususi rüsumlar
tətbiq edilir.
2. Əgər Az R-nın gömrük ərazisinə xarici mallar gətirildiyi ölkədəki və gətirilmə
ərəfəsindəki normal qiymətlərdən daha aşaqı qiymətə daxil edilirsə, həmçinin belə idxal
bu cür malların milli istehsalçılarına maddi zərər vura bilərsə, yaxud həmin malların
istehsalının təşkilinə və genişləndirilməsinə mane olursa o zaman antidempinq rüsumları
tətbiq edilir.
3. Əgər Az R-nın gömrük ərazisinə gətirilən xarici malların mənşə ölkəsində istehsalı,
yaxud ixracında bilavasitə və ya dolayısı yolla subsidiyalardan istifadə edilmişsə, həmçinin
əgər belə idxal bu cür malların istehsalçılarına maddi zərər vura bilərsə, yaxud həmin
malların istehsalının təşkilinə və genişləndirilməsinə mane olursa, o zaman kompensasiya
rüsumları tətbiq edilir.
Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunması məqsədi ilə ixrac və idxal
edilən mallara “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda və
müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada
müvəqqəti olaraq mövsümi rüsumlar tətbiq oluna bilər.
4. Mallar üzrə tarif güzəştləri, gömrük rüsumlarından azad edilmə, tarif
preferensiyalarının və güzəştlərinin verilməsi halları və qaydaları “Gömrük tarifi haqqında”
Azərbaycan Respublikasının Qanununa və müvafiq icra hakimiyyəti orqanının normativ
hüquqi aktlarına uyğun olaraq tənzimlənir.
143
Tarif güzəştləri (tarif preferensiyaları) dedikdə, Az R-nın ticarət siyasəti həyatsa
keçirilərkən qarşılıqlı və ya birtərəfli qaydada Az R-nın gömrük sərhədindən keçirilən
mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azadetmə, rüsum
dərəcələrinin aşagı salınması, malın çıxarılması üçün tarif kvotaları şəklində verilən
güzəştlər başa düşülür.
Tarif güzəştləri ilə əlaqədar məsələlərin tənzimlənməsi zamanı ilk növbədə gömrük
güzəştləri və tarif güzəştləri anlayışları fərqləndirilməlidir. Belə ki, gömrük güzəştləri
dedikdə, gömrük qanunvericiliyi ilə müəyyən edilən qaydalara aid istənilən güzəştlər
nəzərdə tutulur. Məsələn, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti üzrə güzəştlər və s.
bu zaman gömrük güzəştləri gömrük sərhədindən keçirilən mallardan alınan gömrük
ödənişlərini də əhatə edir. Tarif güzəştləri dedikdə isə, gömrük tarifində müəyyən edilən
dərəcələrə uyğun olaraq gömrük rüsumlarının alınması ilə əlaqədar güzəştli vergi
tutulması nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, gömrük güzəştləri tarif güzəştləri
anlayşından genişdir. Belə ki, gömrük güzəştləri özündə tarif güzəştləri də əks etdirir. Buna
görə də tarif güzəştləri tətbiq edilən mallara heç də bütün gömrük güzəştləri tətbiq
edilmir, eyni zamanda onlar heç də bütün gömrük ödənişlərindəən azad edilmirlər. Belə
ki, gömrük rüsumları gömrük ödənişlərinin yalnşz bir növü kimi çıxış edir.
Gömtük işi sahəsində fəaliyyət göstərilməsindən asılı olaraq gömrük güzəştləri
gömrük ödənişləri sahəsində, gömrük nəzarəti sahəsində, gömrük rəsmiləşdirilməsi
sahəsində güzəştlərdən ibarətdir. Gömrük ödənişləri sahəsində isə güzəştlər gömrük
rüsumları ilə tarif güzəştləri və digər gömrük yığımları (ödənişləri) ilə əlaqədar güzəştlər
formasında özünü büruzə verir.
Gömrük güzəştlərinin müxtəlif istiqamətlər üzrə müəyyən edilməsi beynəlxalq
müqavilələrdə də əks olunmuşdur.
Qeyd etmək lazımdır ki, tarif güzəştləri Az R-sı ticarət siyasətinin realizəsinin əsas
vasitəsi kimi çıxış edir. Qarşılıqlı əsasda bu, dövlərdaxili qanunvericiliklə, həm də
144
beynəlxalq müqavilələrlə müəyyəm edilir. Dövlətdaxili qanunvericilik və beynəlxalq
müqavilələrin nisbəti isə “Gömrük tarifi haqqında” Az R-sı Qanununun 37-ci maddəsində
əks olunmuşdur. Həmin maddədə göstərilir ki, əgər beynəlxalq müqavilələrdə bu
qanundan fərqli başqa normalar müəyyən edilmiçsə, bu zaman beynəlxalq müqavilələrdə
nəzərdə tutulan normalar tətbiq edilir. Tarif güzəştlərinin 4 əsas növü vardır:
- əvvəl ödənilmiş gömrük rüsumunun qaytarılması;
- - gömrük rüsum ödənilməsindən azadetmə;
- gömrük rüsum dərəcələrinni aşağı salınması;
- malın preferensial gətirilməsi (çıxarılması) üçün tarif kvotalarının verilməsi.
Dünya dövlətlərinin təcrübəsi göstərir ki, ÜTT üzvü öz üzərinə müvafiq tarif
güzəştlərinin tətbiqi üzrə müvafiq öhdəlik götürmüşdür. QATT-ın XXVII maddəsi ilə ÜTT
üzvləri gömrük tariflərinin aşağı salınması haqqında danışıqlar qarşılıqlı faydalılıq əsasında
aparılması zəruriliyini qeyd edirlər. QATT sisteminin təkmiləəşdirilməsi prosesində Güzəştlər
Siyahısı daim tariflərin aşağı salınması istiqamətində inkişaf etmişdir.
QATT çərçivəsində əvvəlcədən tarif danışıqları gedişində tarif güzəştləri terminindən
istifadı edilir. QATT-ÜTT çərçivəsində çoxtərəfli ticarət qanışıqları gediçində iştirakçılar
gömrük tarif sahəsində ticarətin liberallaşdırılması üzrə bir sıra öhdəliklər götürülmüşdür. Bu
öhdəlik əsasən rüsum dərəcələrinin əlaqələndirilməsi, qüvvədə olan dərəcələrini
qaldırmamaqla rüsum dərəcələrinin aşağı salınması formasında həyata keçirilir.
ÜTT-yə daxil olmaq istəyən hər bir dövlət malların dünya bazarına çıxarılma
istiqamərində hər bir mal üçün idxal tariflərinni maksimal səviyyəsini razılaşdırmalıdır.
Birləşmədən sonra isə dövlət bundan yüksək rüsumlar tətbiq edə bilməz.
“Gömrük tarifi haqqında” Az R-sı Qanununun 35-ci maddəsində göstərilir ki, xarici
dövlətlərlə ticarət siyasi münasibətləri həyata keçirilərkən aşağıdalı mallar üzrə gömrük
rüsumlarından azadetmə , gömrük dərəcələrinin aşağı salınması, yaxud preferensial idxal
(ixrac) üçün kvotalar qoyulması kimi qüzəştlər verilə bilər:
145
- mənşəcə Az R-sı ilə gömrük ittifaqı və azad ticarət zonası yaratmış və ya bu cur
ittifaqın, yaxud zonanın yaradılmasına dair müqavilə imzalamış dövlətlərə
mənsub olan mallar;
- mənşəcə Az R-sı Nazirlər Kabineti tərəfindən bəş ildə bir dəfədən az olmamaq
şərti ilə dövri olaraq yenidən baxılan milli preferensiya sistemindən istofadə
edən inkişaf etməkdə olan ölkələrə mənsub olan mallar.
Gömrük rüsumlardan aşağıdakı qrup mallar azad edilir:
1) yüklərin, baqajın və sərnişinlərin beynəlxalq daşımalırını həyata keçirən
nəqliyyat vasitələri, habelə onların yolboyu dayanacaqlararası məntəqələrdə
normal istismarı üçün lazım olan və ya həmin nəqliyyat vasitələrinin qəzasının
(sınmasını) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-
texniki təchizat və tədarük malları, yanacaq, ərzaq və digər əmlak;
2) dənizdə balıq ovlayan Az R-sı gəmilərinin və Az R-nın hüquqi və fiziki şəxsləri
tərəfindən icarəyə (fraxta) götürülmüş gəmilərin fəaliyyətini təmin etmək məqsədilə Az
R-nın gömrük ərazisindən çıxarılan maddi, texniki təçhizat və tədarük malları; yanacaq,
ərzaq və başqa əmlak, habelə həmin gəmilərdə Az R-nın gömrük ərazisinə gətirilən
vətəgəçilik məhsulları;
3) rəsmi, yaxud şəxsi istifadə üçün xarici ölkələrin nümayəndələri tərəfindən və
ya Az R-nın beynəlxalq müqavilələrinə və Az R-sı qanunvericiliyinə müvafiq sürətdə cür
malları rüsumsuz gətirmək və rüsumsuz çıxarmaq hüququna malık olan fiziki şəxslər
tərəfindən Az R-nın gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar;
4) Az R-sı qanunvericiliyinə uyğun olaraq, gömrük sərhədindən ərazisindən
çıxarılan Az R-nın valyutası və bu əraziyə gətirilən xarici valyutalar, qiymətli kağizlar;
5) Az R-sı qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlətin mülkiyyətinə
keçirilməli olan mallar;
146
6) Qəza və daqıntıların, təbii fəlakətlərin nəticələri aradan qaldırılması məqsədi
ilə və ya humanitar yardım kimi Az R-nın gömrük ərazisinə gətirilən və bu ərazidən
çıxarılan mallar;
7) Texniki yardım da daxil olmaqla təmənnasız yardım və xeyriyyə məqsədi ilə
dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Az R-nın gömrük ərazisinə
gətirilən və ya bu ərazidən çıxarılan mallar;
8) Üçüncü ölkələr üçün nəzərdə tutulmuş və Az R-nın gömrük ərazisindən tranzit
proseduru ilə gömrük nəzarəti altında keçən mallar;
9) Az R-nın Gömrük Məcəlləsinə uyğun olaraq Az R-nın gömrük ərazisindən fiziki
şəxslər tərəfindən istehsal və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün
cıxarılan mallar;
10)
Istehsalın təşkili üçün Az R-nın gömrük ərazisinə gətirilən texnika,
texnoloji avadanlıq və qurumlar, investisiya təyinatlı digər məhsullar.
5. Malın mənşə ölkəsinin müəyyən edilməsinin hüquqi əsasları “Gömrük tarifi
haqqında” Az R-nın Qanunu ilə (24-32 maddələr) təsbit edilmişdir. Onlar gömrük
əməliyyatlarının sadələşdirilməsi və unufukasiyası Kyoto Konvensiyasında öz əksini tapmış
beynəlxalq təcrübəyə əsaslanır.
Gömrük qanunvericiliyi “mənşə ölkəsi” anlayışının daha geniş mənada, yəni mənşə
yeri mənasında istifadəsinə yol verir.
Mənşə ölkəsi tərmini bununla yanaşı malın tamamiylə istehsal edildiyi, yahud kifayət
qədər emal edildiyi ölkə başa düsülür.
Beynəlxalq gömrük hüququnun mühüm mənbələrindən biri olan gömrük
əməliyyatlarının sadələşdirilməsi və harmonikləşdirilməsi barədə Kyoto Konvensiyasında
mənşə ölkəsinin təyini üçün beynəlxalq ticarət təcrübəsində istifadə edilən üç əsas məyar
müəyyən edilmişdir.
147
1.
Emaledilmə meyarı idxal malların verilmiş ölkələrin ərazisində elə yenidən
emal dərəcəsini nəzərdə tutur ki, malın əmtəə təsnifatında mövqeyini dəyişir, yəni
gömrük tarifinin tətbiq edildiyi bir mal mövqeyindən diqərinə keçirir. Malın onu yeni
təsnifat mövqeyinə keçirən yenidən emalı əsas verir ki, emalın (yenidən emalın) həyata
keçirildiyi ölkənin ərazisindən çıxmış yeni mal kimi baxılması və bu ölkənin mənşə
ölkəsi kimi hesab edilməsi mümkün olsun.
2.
Faiz tərkibi meyarı mehsulun axır dəyərində xarici material və komponentlərin
son hədlərini müəyyən edir.
3.
Mənşə ölkəsinin yalnız malın tam istehsal edildiyi ölkə hesab ediləcək malların
siyahısının müəyyən edilməsi. Belə mallara faydalı qazıntılar, canlı heyvanlar, heyvan
mənşəli məhsullar, balıq məhsulları, həmcinin sadalanan məhsullardan istehsal edilən
bütün mallar.
Gömrük tarifi haqqında Az R-nın Qanunun 26-cə maddəsində tamamilə həmin
ölkədə istehsal edilmiş sayılan malların siyahısı verilmişdir.
Bununla yanaşı malın mənşəyinin təyin edilməsində kifayetedici emal meyarından
malın istehsalında iki və daha artıq ölkə iştirak etdikdə istifadə edilir. Bu meyara görə
malın mənşəyi onun axırıncı kifayət qədər emala məruz qaldığı, yəni mala səciyyəvi
xassələr verilə bildiyi qədər emala məruz qaldığı ölkə hesab edilir.
Kifayət qədər emal dilmə meyarının ifadə formaları aşağıdakılar ola bilər:
1.
mal mövgeyinin dəyişilməsi qaydası – emal nəticəsində əmtəə
nomenklaturası üzrə təsnifat kodunun hər hansı ilk dörd rəqəm
səviyyəsində dəyişılməsi;
2.
advalor hissə qaydası – malın dəyərinin istifadə edilən malların və ya
əlavə edilmiş faiz payının qiymətin müəyyən hissəsinə çatdığı səviyyədə
dəyişməsi;
148
3.
malın müəyyən mənşə ölkəsindən olduğunu hesab etməyə kifayət edən,
yaxud kifayət etmədən istehsal və ya texnoloji proseslərin siyahısının
tərtib edilməsi.
Malın hər hansı ölkənin gömrük ərazisindən mənşələndiyinin təstiqi kimi gömrük
orqanlarına malın mənşə sertifikatı təqdim edilməlidir.
6.
İqtisadi təhlükəsizliyin təmin olunması hər bir dövlətin mühüm milli prioritet
göstəricilərindəndir. Ənənəvi olaraq iqtisadi təhlükəsizlik iqtisadi sistemin zəruri keyfiyyət
göstəricisi kimi qiymətləndirilir ki, bu da əhalinin yüksək həyat səviyyəsinin təmin edilməsini,
müxtəlif tənzimləmə vasitələrilə iqtisadiyyatın inkişaf etdirilməsini, habelə milli dövlət
maraqlarının ödənilməsini nəzərdə tutur. Iqtisadi təhlükəsizlik göstəricisi mürəkkəb daxili
struktura malıkdir ki, bunun da 3 əsas ünsürunu qeyd etmək lazımdır:
1)
İqtisadi azadlıq mütləq məna daşımır, ona görə ki, beynəlxalq əmək bölgüsü
müxtəlif ölkələrin milli iqtisadyyatını bir-birindən aslıl vəziyyətə salır. Belə bir şəraitdə
iqtisadi azadlıq milli sərvətlərə nəzarət edilməsinin, müəyyən bir məhsulun istehsalının,
səmərəliliyinin və keyfiyyətinin elə səviyyəyə çatdırılmasıdır ki, həmin məhsul beynəlxalq
ticarətdə bərabər şərtlərlə iştirak etsin və rəqabət qabiliyyətliyini saxlasın.
2)
Milli iqtisadiyyatın sabitliyinin, müxtəlif mülkiyyət formalarının və sahibkarlıq
fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradılmasını təmin etmək, qeyri-sabitliyə səbəb ola
bilən neqativ halların və sosial partlayışlar yarada bilən amillərin qarşısının alınması.
3)
Investisiya və innovasiya proseslərinin inkişafı, istehsalın modernləşdirilməsi üçün
münbit şəraitin yaradılması, işçilərin ixtisaslaşması və təhsil səviyyəsinin yüksəldilməsi.
Iqtisadi təhlükəsizlik dedikdə, milli iqtisadiyyatın dinamik inkişafına şərait yaradan,
dövlətin, cəmiyyətin və onun hər bir üzvünün tələbatını ödəmək qabiliyyətində olan, daxili
və xarici bazarda rəqabət qabiliyyətini təmin edə bilən, müxtəlif təhlükə və itkilərin
təmanatçısı kimi çıxış edən daxili və xarici amillərin məcmusu başa düşülür.
149
Iqtisadi təhlükəsizliyin təmin edilməsi iqtisadi və inzibati metodlarla, habelə xarici
ticarətin tam liberallaşdırılmasına tarif və qeyri-tarif üsulu ilə həyata keçirilir. Iqtisadi
metodlarla dövlət tənzimlənməsi xarici iqtisadi siyasətsahəsində iqtisadi vasitələrin
öyrənilməsinə və tətbiqinə əsaslanır.
Gömrük tarifləri bütün ölkələrdə tətbiq edilən və bütün mal qrupları əhatə edən xarici
ticarət münasibətlərinin yeganə iqtisadi tənzimləmə vasitəsidir. Idxalın və ələcə də ixracın
səmərəli şəkildə tənzimlənməsində gömrük tariflərin rolu böyükdür.iqtisadi inteqrasiya
proseslərinin nəticəsi olaraq gömrük tarifləri iqtisadi birlik ölkələrinin xarici ticarət
münasibətlərinin ümumi qaydada tənzimlənməsində tətbiq edilir.
Gömrük tarifləri rəsmi dövlət orqanları ilə milli sahibkarlar ittifaqlarının qarşılıqlı
razılaşması əsasında, habelə dövlətlərarası beynəlxalq ticarət sazişlərinin prinsipləri və
normativ aktlarına uyğun olaraq işlənilir
150
8. Gömrük ödənişlərinin hesablanması və ödənilməsi.
Suallar:
1. Gömrük ödənişlərin növləri.
2. Gömrük ödənişlərin hesablanması.
3. Gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi və ödənilməsi.
4. Gömrük ödənişlərindən azad olunma.
5. Gömrük ödənişlərinin tutulması və ödəyicilərin məsuliyyəti.
6. Gömrük borcu və təminat.
1. Dünyada olan hər bir ölkənin dövlət büdcəsi iki əsas mənbəyi üzərində
formalaşır - vərgilər və gömrük ödənişlərin sisteminə. Gömrük ödənişləri gömrük
sərhədindən keçirilən idxal-ixrac maların axınlarına maliyyə xarakterli təsirlərin
məcmusu nəzərdə tutulur. Onlar xarici ticarətinin gömrük-tarif və vergi tənzimlənməsi
mexanizmlərin fəaliyyətinə əsaslanır, məcburi ödənilməsinə aidlər və gömrük
xidmətinin səlahiyyətlərinə daxildir.
Âåðýèëÿð äþâëÿòèí þç ôóíêñèéàëàðûíû ècðà åòìÿñèíäÿí þòðö çÿðóðè îëàí, áó þëêÿíèí
ãàíóíâåðècèëèéèíèí òàáåëèéèíäÿ îëàí ôèçèêè âÿ ùöãóãè øÿõñëÿðäÿí äþâëÿò âÿ éåðëè ùàêèìèééÿò
îðãàíëàðû òÿðÿôèíäÿí ìÿcáóðè ãàéäàäà òóòóëàí âÿñàèòëÿðäèð.
Âåðýèëÿð èãòèñàäèééàòûí èíêèøàôûíäà ãöäðÿòëè áèð èãòèñàäè àëÿò êèìè ôÿàëèééÿò ýþñòÿðèð, î,
ýÿëèðëÿðèíèí âÿ ìàëèééÿ ðåñóðñëàðûíûí éåíèäÿí áþëýöñö ÿìÿëèééàòûíû éåðèíÿ éåòèðèð. Âåðýè
ìöíàñèáÿòëÿðè, áèð òÿðÿôinäÿí ùöãóãè, äèýÿð òəðÿôinäÿí èãòèñàäè ìöíàñèáÿòëÿðè òÿíçèì åäèð.
G
ömrük ödənişləri malların və nəgliyyat vasitələrinin gömrük sərhədindən
kəçirilməsi prosesində iştirak edən şəxslərdən gömrük orqanları tərəfindən yığılan pul
vəsaitlər təşkil edir. Ödənişlərin verilməsi xarici ticarət ilə bağlı olan əməliyyatların
(mütəşəkkil, yada qeyri mütəşəkkil) həyata keçirilməsinin əsas şərtlərindən biridir.
Gömrük Məcəllənin 224 maddəsində, Azərbaycan Respublikasının Vergi
Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük
ödənişləri alınır:
- gömrük rüsumları;
- əlavə dəyər vergisi ;
- aksizlər;
- yol vergisi;
151
- - məlumatlandırma və məsləhət verməyə görə haqq;
- dövlət rüsumu.
- gömrük yığımları, o cümlədən:
- gömrük işini aparan icra hakimiyyətli orqanı tərəfdən lisenziyaların verilməsi və
lisenziya fəaliyyətinin bərpa edilməsinə görə yığımlar;
- gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatlarının verilməsi və
attestatların fəaliyyətinin bərpa edilməsinə görə yığımlar;
- gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlar;
- malların saxlancına görə gömrük yığımları;
- malların gömrük müşayiətinə görə gömrük yığımları;
- digər gömrük ödənişləri.
Lakin gömrük ödənişlərin siyahısı ətalətli deyil, o Gömrük Məcəlləsinə görə
genişlənir və təzələnir. Gömrük ödənişlərin kateqoriyasına digər yığımlar da aid oluna
bilərlər. Məsələn, fiziki şəxslər tərəfindən ödənilən, yada kommersiya bankların, gömrük
brokerlərin, daşıyıcıların, ambarların DGK-nin müvafiq reyestrlərinə daxil olmasına görə
yığılan, XİF iştrakcılarının məlumatlandırılmasına və konsultasiya verməsinə görə yığılan
ödənclər. Gömrük ödənişləri hüquqi şəxslərdən və hüquqi şəxs yaratmadan fəaliyyət
göstərən sahibkarlardan alınır.
Gömrük ödənişləri öz hüquqi təbiyətinə və iqtisadi məzmununa görə fərqlənirlər. Bu
göstəriri ki, ödənişlər öz mahiyyətində vergi xüssusiyyətinə malikdirsə, onlar yalnız
respublika qanunlarında əks olunan qaydalara uyğun olaraq alına bilərlər (gömrük və
xüsusi rüsumlar, ƏDV, aksizlər, gömrük yığımlarının bir hissəsi) və vergilərin xassələrini
özündə əks etdirmiyən ödənişlər isə (müxtəlif xidmətlərin göstərilməsinə görə alınan haqq)
Az R-sı hökumətinin normativ aktları ilə nizamlanır.
Gömrük ödənişlərinin əsas növlərində idtisadi tərkibinin olması idxal mallarının
qiymətinə dolayı yolla təsirini, onların qiymətini baxalaşmağını və eyni zamanda rəqabət
qabiliyyətini aşağı salınmasını təstiq edir. Baxmıyaraq ki daxili qanunvericilik vergi və
rüsum arasında aydın hədd qoymır, gömrük rüsumu dolayı vergilərinin bir növü kimi
qiymətləndirmək olar. Eyni zamanda vergi təşkilatlardan və fiziki şəxslərdən onların
mülkiyyət hüququ əsasında,təsərüfat ixtiyarında yada operativ rəhbərlik altında olan pul
vəsaitlərinin özgəninkiləşdirilmə formasında dövlətin fəaliyyətinin maliyyələşdirilmə
məqsədi ilə onun xeyrinə fərdi əvəzsiz ödənc kimi təfsir olunur.
152
Gömrük ödənişləri onların növündən asılı olaraq milli valyutada eləcə də xarici
valyutalarda alına bilərlər. Hər bir gömrük ödənişin növü üçün ayrıca ödəmə müddətləri
müəyyən olunur.
Malların rəsmiləşdirilməsi ilə əlaqədar olan gömrük vergi və rüsumları yük gömrük
bəyannaməsi qəbul edilənə qədər və ya onun qəbul edilməsi ilə eyni vaxtda ödənilir.
Kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar Az R-nın gömrük
sərhədindən keçirilərkən, gömrük ödənişləri gömrük bəyannaməsinin qəbul edilməsi ilə
eyni vaxtda ödənilir.
Gömrük bəyannaməsi müəyyən edilmiş müddətdə verilmədikdə gömrük
ödəmələrinin ödənilmə müddətləri bəyannamənin verilməsi üçün müəyyn edilən müddətin
keçdiyi gündən hesablanır.
Müstesna hallarda gömrük ödənişlərinin ödənilməsi üçün möhlət verilə və vaxt
uzadıla bilər. Gömrük orqanları tərəfindən lisenziyaların verilməsi və lisenziyaların
fəaliyyətinin bərpa edilməsinə görə, eləcə də gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə
ixtisas attestatlarının verilməsi və attestatın qüvvəsinn bərpasına görə hesablanmış
rüsumlar gömrük orqanları tərəfindən lisenziyanın və ixtisas attestatının verilməsi, yaxud
bərpası anına qədər ödənilir.
Malların gömrük anbarına saxlanmasına görə gömrük yığımları anbar şəhadətnaməsi
verilən anda və ya verilənə qədər ödənilir.
Malların gömrük müşayiətinə görə gömrük yığımlarının ödənilməsi malların gömrük
müşayiətinin həyata keçirilməsi barədə qərar gömrük orqanı tərəfindən qəbul edildikdən
sonra, lakin onun faktiki icra olunması anına qədər həyata keçirilir.
Məlumatlandırma və məsləhət verməyə, həmçinin ilkin qərarların qəbulu və gömrük
auksionlarında iştirak etməyə görə haqq gömrük orqanı tərəfindən xidmətlərin göstərilməsi
anına qədər ödənilir.
Gömrük rüsumunun, aksizlərin və gömrük yığımlarının hesablanması üçün “Gömrük
tarifi haqqında” Az R-sı Qanuna uyğun olaraq müəyyən edilən malların və nəqliyyat
vasitələrinin gömrük dəyəri əsas götürülür. Əlavə dəyər vergisinin hesablanması üçün
malın gömrük dəyərinin və gömrük rüsumunun cəmi, aksizli mallar üçün isə, həmçinin,
aksiz məbləğinin cəmi əsas götürülür.
Gömrük yığımlarına aşağıdakılar aiddir:
- gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları;
- gömrük müşayiətinə görə gömrük yığımları;
153
- malların saxlancına görə gömrük yığımları;
- gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə
yığımlar;
- bankların və bank olmayan kredit təşkilatlarının müvafiq icra hakimiyyəti
orqanının reyestrinə daxil edilməsinə görə yığımlar.
Gömrük yığımlarının məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Saxlanca görə gömrük yığımları saxlanca verilmiş malların və nəqliyyat vasitələrinin
orta dəyərindən asılı olaraq Az R-sı Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla DGK tərəfindən
müəyyən edilən miqdarda hesablanır. Az R-sı DGK tərəfindən lisenziyaların və ixtisas
attestatlarının verilməsi və onların fəaliyyətinin bərpa edilməsinə görə alınan yığımların
məbləği R-ka Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Digər gömrük ödənişlərinin
hesablanması zamanı əsas kimi Az r-sı Malıyyə Nazirliyi ilə razılaşdırılmaqla DGK
tərəfindən müəyyən məbləğlər əsas götürülür.
Gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları (232).
Gömrük orqanları gömrük nəzarətini iş vaxtı ərzində həyata keçirərkən, Gömrük
Məcəllədə və digər normativ aktlarda nəzərdə tutulmuş hallar istisna olmaqla,
aşağıdakıların yerinə yetirilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi məbləğdə gömrük yığımları alırlar:
- malların gömrük rəsmiləşdirilməsinə;
- gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar
barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların
gömrük ekspertizasının aparılmasına;
- malların gömrük nəzarəti altında məhvinə.
Mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından
kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə, gömrük yığımları ikiqat
məbləğdə alınır.
Gömrük hərraclarında iştiraka görə onun iştirakçılarından müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi məbləğdə haqq alınır.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bəzi fəaliyyət növlərinə lisenziyaların verilməsinə
görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır.
154
Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə
blanklarının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır.
Ratifikasiya olunan beynəlxalq müqavilələrə münasibətdə gömrük ödənişlərinin
tətbiqi “Hasilatın pay bölgüsü haqqında”, “Əsas boru kəməri haqqında” sazişlərin və bu
qəbildən olan digər beynəlxalq müqavilələrin icrası ilə bağlı gömrük ərazisinə gətirilən və
bu ərazidən aparılan mallara gömrük ödənişləri həmin sazişlərin müddəalarına uyğun
olaraq tətbiq edilir.
Ödəyəcilər gömrük ödənişlərin ödənilməsinə görə məsuliyyət daşıyırlar. Az R-nın
Gömrük Məcəlləsi gömrük sərhədindən keçirilən mallara görə gömrük ödənişlərinin
ödənilməsi istənilən şəxs tərəfindən həyata keçirilməsinə icazə verir. Bununla yanaşı
“istənilən şəxs” gömrük ödənişlərin ödəyicisiki kimi baxıla bilməz çünki ödənislərin
ödəməyi onların vəzifə yox hüququdir. Müəyyən olunmuş müddət ərzində ödənişi
ödənilmədiyi halda, gömrük orqanları yalnız ödəniş üçün məsuliyyət daşıyan şəxsdən
müvafiq vəzifələrini yerinə yetirilməsini tələb eliyəcəklər. Gömrük Məcəlləsinin
maddələrinə əsaslanaraq gömrük ödənişlərinin bütün ödəyəcəklərini bir neçə müstəqil
qrupasına bölmək olar.
1. Gömrük ödənişlərinin məcburi ödəyiciləri .
Məcburi ödəyiciləri kimi deklarantlar və brokerlər cixiş edirlər. Həmin şəxslər
gömrük ödənişlərinin məcburi ödəyəciləri kimi baxılmasına əsas onların gömrük
ödənişlərin ödənilməsini tələb edən gömrük əməliyyatlarında və gömrük prosedurlarında
iştirak etməsidir.
2. Gömrük ödənişlərinin mümkün olan ödəyəciləri.
Ödəyicilərin həmin kateqoriyası yalnız müəyyən şərait yarandığı halda (adətən,
malların qanuni keçirilməsi faktından fərqlənən hadisə nəzərdə tutulur) hansı ilə Gömrük
Məcəlləsi gömrük ödənişlərin ödənilməsi məsuliyyətinin yaranmasını bağlıyır.
Gömrük ödənişlərin mümkün olan ödəyiciləri sayına aşağıdakılar aiddir:
- malların itirilməsi, yada gömrük orqanlarının icazəsi olmnadan onların boşaldılması
və təzədən yüklənməsi zamanı (dəmiz, çay limanlarında, təyinat yerində) üçünçü şəxslərə
təhvil edilməsi halda, daşınma, yüklənmə əməliyyatları yerinə yetirən şəxs;
- daxili tranzit proseduru şərtlərinə uyğun olaraq malların daşıyıcısı (gömrük
daşıyıcısı, beynəlxalq daşıyıcısı yada daxili gömrük tranzitinə görə icazə alan başqa şəxs)
yada xarici malların gömrük təyinat məntəqəsinə çatdırılmadığı halda ekspeditor;
155
- müvəqqəti saxlanca yerləşdirilmiş mallarının itirilməsi yada gömrük orqanlarının
icazəsi olmadan təhvil verilməsi halda müvəqqəti saxlanc anbarının sahibi;
- saxlanılan malların itirilməsi, yada gömrük orqanının icazəsi olmadan təhvil
verilməsi halda gömrük anbarının sahibi;
- gömrük ərazisində malların emalına görə icazəni almiş yada emala görə icazəsini
təhvil almış şəxs;
- gömrük ərazisində kənarda malların emalına görə icazəni almiş şəxs;
- rüsumsuz ticarət mağazasının sahibi;
- müvvəqəti idxal üçün icazə almış yada müvəqqəti idxal olunmuş malların təhvil
almış şəxs;
- gömrük sərhədindən malların və nəqliyyat vasitələrin qanunsuz qaydada keçirilən
şə
xs;
- malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən qanunsuz keşirilməsində
iştirak edən şəxslər, əgər bu cür keçirilməsinin qeyri-qanuni olmadığı barəsində bilirdirlər
yada bilməlidirlər;
- malların səhlənkər alıcıları yəni malların alınması zamanı onların qeyri-qanunu
ölkəyə gətirilməsi barəsində məlumatları olduğuna baxmıyaraq malları və nəqliyyat
vasitələrini öz mülkiyyətinə keçirilən şəxslər;
- beynəlxalq poçt göndərişləri həyata keçirilməsinə görə gömrük orqanının icazəsini
itirmiş yada icazə olmayan fəaliyyət göstərən poçt rabitə təşkilatı.
2. Gömrük rüsumunun, aksizlərin və gömrük yığımıarının hesablanması üçün
“Gömrük tarifi haqqında” Az R-sı Qanuna uyğun olaraq müəyyən edilən malların və
nəqliyyat vasitələrinin gömrük dəyəri əsas götürülür.
Mal qismində Azərbaycan R-nın gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri
də daxil olmaqla malların, o cümlədən müşayiət olunmayan baqajda, beynəlxalq poçt
göndərişlərində keçirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların və
yüklərin, həmçinin nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə gömrük
dəyərinin 0,15% miqdarında (həmin tarixə Az R-nın Mərkəzi Bankı tərəfindən müəyyən
edilən məzənnəyə görə 10 ABŞ dollarından az olmayaraq) gömrük yığımı hesablanır.
Bir neçə adda olan malların bəyan olunması zamanı əsas YGB-nın ayrılmaz hissəsi
olan əlavə vərəqlərdən istifadə olunur. Bu zaman YGB-nın hər bir əlavə vərəqi üçün
156
sövdələşmə xarakterindən asılı olmayaraq 5 ABŞ dolları məbləgində Az R-nın Mərkəzi
Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla ödənc hesablanır.
Azərbaycan R-nın gömrük sərhədindən tranzit gömrük proseduru altında keçirilən
malların gömrük rəsmiləşdirilməsinə 30 ABŞ dolları, hər əlavə tranzit YGB-ləri üçün 10
ABŞ dolları miqdarında Az R-sı Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə
görə manatla gömrük yığımları hesablanır.
Fiziki şəxslər tərəfindən Az R-nın gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti
gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə:
- yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün – 20 ABŞ dolları;
- digər nəqliyyat vasitələri üçün 15 ABŞ dolları məbləğində Mərkəzi Bank
tərəfindən müəyyən edilən məzənnəyə uyğun olaraq manatla ödənc hesablanır.
Saxlanca görə gömrük yığımları saxlanca verilmiş malların və nəqliyyat vasitələrinin
orta dəyərindən asılı olaraq Az R-sı Malıyyə Nazirliyi ilə razılaşdırılmaqla Dövlət Gömrük
Komitəsi tərəfindən müəyyən edilən miqdarda hesablanır.
Gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və
hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin
qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük
dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan
istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər Gömrük Məcəllə
və digər normativ hüquqi aktlarla müəyyən edilir.
Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan mallar keçirilərkən gömrük ödənişləri müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi sadələşdirilmiş qaydada alınır.
Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi
fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür.
Gömrük rüsumlarının dərəcələri göstərilməklə, bu dərəcələrin həm malların adları,
həm də kodları üzrə axtarışının həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş digər
gömrük ödənişlərinin məbləğlərinin öyrənilməsinə imkan verən, malları gömrük
sərhədindən keçirən şəxslərin istifadəsi üçün nəzərdə tutulan və istifadəsi sadə olan
elektron avadanlıqlar gömrük sərhəd buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi
yerlərdə yerləşdirilməlidir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq gömrük orqanları
tərəfindən Gömrük Məcəllənin 228-230-ci maddələrində göstərilən vergilər alınır. (ƏDV,
aksiz, yol vergisi)
157
Gömrük orqanları tərəfindən alınan vergilərin ödəyiciləri, vergilərin hesablanması və
ödənilməsi qaydaları, vergilərdən azaedilmə, ödənişlərə möhlət verilmə və onların
qaytarıldığı hallar və qaydalar Gömrük Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir.
Gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara əlavə dəyər vergisi
Gömrük Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
Gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara aksizlər Gömrük
Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
Yol vergisi (230) Gömrük Məcəlləyə və Vergi Məcəlləsinə əsasən xarici dövlətlərdə
qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olarkən, yol vergisi tətbiq
edilir.
Yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük
ə
razisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində
dövlət büdcəsinə köçürülür.
Azərbaycan R-nın gömrük ərazisinə gətirilən bir qrup mallardan “Aksizlər
haqqında” Azərbaycan Respublikası qanununa, və Nazirlər Kabinetinin müvafiq qərarına
uyğun olaraq aksiz vergisi tutulur.
Azər R-sı ərazisinə gətirilən aksizli malların siyahısı Milli Məclis tərəfindən
müəyyən edilir.
Aşağıdakılar vergitutma obyekti hesab olunur:
- bəyanedilmə tarixdən asılı olmayaraq MBD üzvü olan dövlətlərin (Gürcüstan,
Qazaxıstan, Özbəkistan respublikaları istisna olmaqla) hüdudlarından kənarda
istehsal edilmiş, Az R-na gətirilən, istehsal buraxılış tarıxdən bir ilə qədər keçmiş
minik avtomobillərinin gömrük dəyəri;
- MBD üzvü olan ölkələrin istehsalı (mənşə sertifikatı) olub MBD dövlətləri
hüdudlarından gətirilən istehsal buraxılışı tarixindən bir ilə qədər keşmiş minik
avtomobillərinin (tarixdən asılı olmayaraq) gömrük dəyəri;
- mənşə və gətirildiyi ölkədən asılı olmayaraq Qaydaların 2 №-li Əlavəsində
göstərilən neft məhsullarının gömrük dəyəri;
- MDB dövlətlərinin istehsalı olmayan, Qaydaların 2 №-li Əlavəsində göstərilən
spirtli içkilər və tütün məmulatlarının gömrük dəyəri (bu zaman nəzərə
alınmalıdır ki, MDB dövlətlərinin istehsalı olan spirtli içkilər və tütün
məmulatları MDB dövlətləri hüdudları kənarından gətirildikdə ümumi qaydada
aksiz vergisinə cəlb olunur).
158
Azərbaycan R-sı ərazisinə idxal olunan mallara aksiz vergisi onların gömrük dəyərindən
müəyyən edilmiş faizlərlə hesablanır.
Spirtli içkilər, tütün məmulatı və neft məhsullarına aksiz vergisi dolayə yolla, minik
avtomobillərinə isə onların gömrük dəyərindən müəyyən edilmiş faizlə birbaşa hesablanır.
Az R-sı ərazisinə idxal olunan aksizli malların və aksiz tətbiq edilən minik
avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı onların müəyyən edilmiş gömrük dəyərini
D, aksiz vergisinin dərəcəsini A hərfi ilə işarə etsək, onda aksiz vergisinin məbləği aşağıdakı
kimi hesablanacaqdır:
Dostları ilə paylaş: |