Gömrük işi Hazırladı: L. M. Hüseynova


Son istifadə xüsusi gömrük proseduru (195)



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix31.12.2021
ölçüsü1,26 Mb.
#49678
1   2   3   4   5   6   7   8   9   ...   26
Gomruk-isi1

Son istifadə xüsusi gömrük proseduru (195). 
Son  istifadə  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş  mallar  bu  prosedurun 
məqsədinə  uyğun  olaraq  gömrük  rüsumlarından  və  vergilərdən  azad  edilməklə  sərbəst 
dövriyyəyə buraxılır. Bu zaman həmin mallar gömrük nəzarəti altında qalır.  
 Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük 
nəzarəti aşağıdakı hallarda başa çatır:  
-  mallar  gömrük  rüsumlarından  və  vergilərdən  azad  edilmənin  tətbiqi  üçün  
qanunvericiliklə müəyyən edilmiş məqsədlərə istifadə olunduqda;  
-  mallar  ixrac  və  ya  məhv  edildikdə,  yaxud  onlardan  dövlətin  xeyrinə  imtina 
olunduqda;  


79 
 
-.  mallardan  gömrük    rüsumlarından  və  vergilərdən  azad  olunmanın  məqsədləri 
üçün istifadə edilmədiyi aşkar olunduqda və bununla  əlaqədar qanunvericilikdə nəzərdə 
tutulmuş gömrük rüsumları və vergilər tam ödənildikdə;  
-  mallar  gömrük  idxal  rüsumları,  vergilər  alınmadan  və  ticarət  siyasəti  tədbirləri 
tətbiq  edilmədən  gömrük  ərazisində  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 
yerlərdə (beynəlxalq hava və dəniz limanlarında və başqa yerlərdə) və qaydada yaradılan 
və fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında gömrük nəzarəti altında satıldıqda.  
Malların  son istifadə xüsusi gömrük proseduru altında   yerləşdirilməsi qaydalarını 
Nazirlər kabineti müəyyən edir. 
7. EMAL 
Gömrük  orqanları    emal    xüsusi  gömrük  proseduru  üzrə  yerinə  yetirilən 
əməliyyatların  hasilat  normasını  və  ya  orta  hasilat  normasını  müvafiq  icra  hakimiyyəti 
orqanının təsdiq etdiyi qaydada müəyyənləşdirirlər.  
Hasilat  norması  və  ya  orta  hasilat  norması  emal  əməliyyatlarının  həyata  keçirildiyi 
və ya  həyata keçirilməli olduğu faktiki şərait əsasında müəyyənləşdirilir.  
Daxildə emal xüsusi gömrük proseduru və onun əhatə dairəsi.      
Daxildə  emal  proseduru  altında  yerləşdirilən  xarici  mallar  aşağıda  göstərilənlər 
tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilir: 
- idxal gömrük rüsumları;  
-  malların  idxalı  üzrə  qanunvericilikdə  nəzərdə  tutulmuş  əlavə  dəyər  vergisi  və 
aksizlər;  
- ticarət siyasəti tədbirləri. 
Malların təmiri və məhv etmə halları istisna olmaqla, daxildə emal prosedurundan 
yalnız  o  halda  istifadə  etmək  olar  ki,  istehsal  materiallarından  istifadə  edilməsinə 


80 
 
baxmayaraq  daxildə  emal  proseduru  altında  yerləşdirilmiş  malları  emal  məhsulları  ilə 
eyniləşdirmək mümkün olsun.  
 Aşağıda  göstərilən  mallar  da  daxildə  emal  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilə bilər: 
-  sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  prosedurunun  texniki  şərtlərinə 
uyğunluğunun  təmin  edilməsi  məqsədi  ilə  emal  əməliyyatlarına  məruz  qalmalı  olan 
mallar; 
- bu malların qorunması, xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması, satış 
və  daşınma  üçün  hazırlanması  məqsədi  ilə  adi  işləmə  formalarına  məruz  qalmalı  olan 
mallar. 
Malların  daxildə emal xüsusi gömrük proseduru altında  yerləşdirilməsi qaydalarını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Gömrük  orqanı  daxildə  emal  xüsusi  gömrük  prosedurunun  başa  çatma  müddətini 
müəyyənləşdirir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır. 
Bu  müddət  xarici  malların  daxildə  emal  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirildiyi  tarixindən  başlayır  və  emal  əməliyyatlarının,  habelə  bu  prosedurun  başa 
çatdırılması üçün tələb edilən vaxtı əhatə edir.  
 Şəxsin  əsaslandırılmış  müraciəti  olduqda,  gömrük  orqanları  müvafiq  icra 
hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  bu  müddətin  uzadılması  barədə  qərar 
qəbul  edir.  Malların  daxildə  emal  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilməsi  üçün 
gömrük  orqanlarının  verdiyi  icazədə  onun  başlama  və  sona  çatma  müddətləri 
göstərilməlidir.  
Gömrük  orqanının  verdiyi  icazəyə  uyğun  olaraq  daxildə  emal  xüsusi  gömrük 
proseduru  altında  yerləşdirilmiş  mallar,    yaxud  onların  bir  hissəsi,  habelə  emal  edilmiş 


81 
 
məhsullar  emalı  davam  etmək  məqsədi  ilə  xaricdə  emal  xüsusi  gömrük  prosedurunun 
şərtlərinə müvafiq olaraq gömrük ərazisindən kənara müvəqqəti təkrar ixrac edilə bilər. 
Xaricdə emal xüsusi gömrük proseduru və onun əhatə  dairəsi (200).        
Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün 
gömrük  ərazisindən  müvəqqəti  ixrac  edilir.  Bu  mallardan  əldə  edilən  emal  məhsulları 
müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  hallarda  və  qaydada  idxal  gömrük 
rüsumlarından  və  vergilərdən  tam  və  ya  qismən  azad  edilməklə  sərbəst  dövriyyəyə 
buraxılır.  
Aşağıdakı daxili malların xaricdə emalına icazə verilmir: 
-  ixracı  idxal  gömrük    rüsumlarının  və  vergilərin  geriyə  qaytarılmasına  və  ya 
qanunvericilikdə nəzərdə tutulmuş hallarda onlardan azad olunması ilə nəticələnə biləcək 
mallar;  
-  təmiri  üzrə  əməliyyatların  aparıldığı  hallar  istisna  olmaqla,  ixracdan  əvvəl  son 
istifadə  ilə  əlaqədar  gömrük  rüsumlarından  və  vergilərdən  tam  və  ya  qismən  azad 
edilməklə sərbəst dövriyyəyə buraxılmış mallar;  
-. ixrac edilməsi ixrac üzrə gömrük ödənişlərinin geriyə qaytarılması ilə nəticələnən 
mallar. 
 Ödənişsiz təmir edilmiş mallar və əvəzləyici məhsullar kateqoriyasına aid etmədiyi 
və  advalor  gömrük  rüsumunun  tətbiq  edildiyi  hallarda  idxal  gömrük  rüsumlarının  və 
vergilərin  məbləği  gömrük  ərazisindən  kənarda  həyata  keçirilmiş  emal  əməliyyatlarına 
çəkilən  xərclər  əsasında  hesablanır.  Bu  hesablamanın  aparılması  qaydasını  müvafiq  icra 
hakimiyyəti orqanı müəyyən edir. 
Gömrük  orqanı  müvəqqəti  ixrac  edilmiş  malların  emal  olunduqdan  sonra  gömrük 
ərazisinə  təkrar  idxal  edilərək,  sərbəst  dövriyyəyə    buraxılması  müddətini  müəyyən  edir. 
Bu  müddət  2  (iki)  ildən  artıq  olmamalıdır.  Mallar  bu    müddət  ərzində  təkrar  idxal 


82 
 
edildikdə, idxal gömrük rüsumlarından və vergilərdən müvafiq icra hakimiyyəti orqanının 
müəyyən  etdiyi  qaydada  tamamilə  və  ya  qismən  azad  olunurlar.  Prosedur  sahibinin 
əsaslandırılmış  müraciəti  olduqda,  bu  müddət  növbəti  1  (bir)  ilədək  uzadılır.  Malların  
xaricdə  emal  xüsusi  gömrük  proseduru  altında    yerləşdirilməsi  qaydalarını  müvafiq  icra 
hakimiyyəti orqanı müəyyən edir. 
Xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan malların müqavilədən irəli gələn 
zəmanət  öhdəlikləri,  yaxud  istehsal  və  ya  material  qüsurları  ilə  əlaqədar  gömrük 
ərazisindən  kənarda  ödənişsiz  təmir  edildiyi  müvafiq  sənədlərlə    təsdiq  edildikdə,  onlar 
idxal gömrük rüsumlarından və vergilərdən tam azad edirlər. 
Standart  mübadilə  sistemi  çərçivəsində  idxal  edilmiş  məhsul  (əvəzləyici  məhsul), 
Gömrük Məcəllənin maddələrinə müvafiq olaraq emal məhsulunu əvəz edə bilər.  
Gömrük  orqanları  standart  mübadilə  sistemindən  istifadəyə  emal  əməliyyatları 
qüsurlu daxili malların təmiri ilə əlaqədar olduğu hallarda icazə verirlər. 
Əvəzləyici  məhsullar  təmirə  məruz  qalan  qüsurlu  mallarla  eyni  keyfiyyətə,  eyni 
texniki  göstəricilərə  və  xarici  iqtisadi  fəaliyyətin  mal  nomenklaturası  üzrə  eyni  rəqəmli 
koda  malik  olmalıdırlar.  Qüsurlu  mallardan  ixracdan  əvvəl  istifadədə  olunmuşdursa, 
əvəzləyici məhsullar da istifadə edilmiş olmalıdırlar. 
Əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn zəmanət 
öhdəlikləri,  yaxud  istehsal  və  ya  material  qüsurları  ilə  əlaqədar  olaraq  ödənişsiz  təmir 
edilmişdirsə, gömrük orqanları yuxarda qeyd olunan tələbdən imtina edirlər. 
Emal  edilmiş  məhsullara  tətbiq  olunması  nəzərdə  tutulan  müddəalar  əvəzləyici 
məhsullara  da  şamil  edilir.  Qüsurlu  malların  ixrac  edilməsindən  əvvəl  əvəzləyici 
məhsulların idxal edilməsinə şəxsin müraciəti əsasında, müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi qaydada icazə verilir. Bu halda şəxsdən göstərilən miqdarda təminat alınır.  


83 
 
Qüsurlu  məhsullar  əvəzləyici  məhsulların  sərbəst  dövriyyəyə  buraxılması  üçün 
verilmiş bəyannamənin gömrük orqanları tərəfindən təsdiq  edildiyi tarixdən sonrakı 2 (iki) 
ay  müddətində  ixrac  edilməlidir.  Qüsurlu  məhsullar  göstərilmiş  müddət  ərzində  üzrlü 
səbəblərə  görə  ixrac  edilə  bilmədikdə,  gömrük  orqanları  şəxsin  əsaslandırılmış  müraciəti 
ilə bu müddəti 2 (iki) ayadək artırırlar. 
Maddə 167. İcazələrin və lisenziyaların verilməsi  
Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi 
müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  qaydada  verilən  gömrük 
orqanının icazəsi ilə həyata keçirilir. 
Malların  saxlanc  xüsusi  gömrük    proseduru  altında  yerləşdirilməsi  müvafiq  icra 
hakimiyyəti orqanından lisenziya almış şəxslərin təsis etdiyi müvəqqəti saxlanc və gömrük 
anbarlarında həyata keçirilir.  
Qanunvericilikdə  başqa  hallar  nəzərdə  tutulmamışdırsa,  bu  icazə  və  lisenziya 
aşağıdakı şəxslərə verilir: 
- rezidentlərə; 
-  gömrük    əməliyyatlarının  qanunvericiliyin  tələblərinə  uyğun    aparılacağına 
zəmanət  təqdim  edən  və  gömrük  borcunun  yarandığı  və  yarana  biləcəyi  hallarda  onun 
ödənilməsinə təminat verən şəxslərə; 
-  müvəqqəti  idxal  və  ya  daxildə  emal  xüsusi  gömrük  prosedurları  altında 
yerləşdirilmiş  mallardan  müvafiq  olaraq  istifadə  edən,  yaxud  emal  əməliyyatları  aparan 
şəxsə.  
İicazə şəxsə aşağıdakı şərtlərlə verilir:  
-  gömrük  orqanlarının  xüsusi  gömrük  prosedurlarına  nəzarəti  həyata  keçirmək 
imkanı olduqda;  


84 
 
-  icazənin  verilməsi  yerli  istehsalçıların  mühüm  maraqlarına  mənfi  təsir 
göstərmədikdə.  
İcazənin  verilməsinin  yerli  istehsalçıların  mühüm  maraqlarına  təsir  göstərmə 
dərəcəsi  iqtisadi  şəraitin  təhlili  nəticəsində  müəyyən  edilir.  Bu  təhlilin  aparılması 
qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.  
Xüsusi gömrük proseduruna icazə sahibi icazənin verilməsindən sonra onun davam 
etdirilməsinə və ya məzmununa təsir edə bilən bütün amillər barədə gömrük orqanlarına 
məlumat verməyə borcludur.  
8. Malların məhvi (331).  
Gömrük  orqanlarına  təqdim  edilmiş  mallar  müvafiq  icra  hakimiyyəti  orqanının 
müəyyən  etdiyi  hallarda  və  qaydada  məhv  edilə  bilər.  Malların  məhvi  və  yaranan 
tullantıların  zərərsizləşdirilməsi  gömrük  nəzarəti  altında  və  onların  sahibinin  vəsaiti 
hesabına yerinə yetirilir. 
Məhv  edilən  xarici  mallara  görə  gömrük  rüsumları,  vergilər  alınmır,  habelə  ticarət 
siyasəti  tədbirləri  tətbiq  olunmur.  Malların  məhvi  nəticəsində  yaranan  tullantılar  və  ya 
qalıqlar  daxili  bazarda  istifadə  edildikdə  və  ya  sonradan  ixrac  edildikdə,  onlara  gömrük 
rüsumları və vergilər tətbiq olunur.  
Mallardan dövlətin xeyrinə imtina (332). 
Xarici  mallardan  və  son  istifadə  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş 
mallardan  prosedur  sahibi,  yaxud  malın  sahibi  tərəfindən  dövlətin  xeyrinə  imtina  edilə 
bilər.  
Mallardan  dövlətin  xeyrinə  imtina  edilməsi  müvafiq  icra  hakimiyyəti  orqanının 
müəyyən etdiyi qaydada, gömrük orqanının icazəsi ilə həyata keçirilir. 


85 
 
Mallardan dövlətin xeyrinə   imtina edilməsi dövlət tərəfindən hər hansı bir xərcin 
çəkilməsinə  səbəb  olmamalıdır.  Dövlətin  xeyrinə  imtina  edilmiş  mallara  görə  gömrük 
rüsumları, vergilər alınmır, habelə ticarət siyasəti tədbirləri tətbiq olunmur.  
 
 


86 
 
Gömrük rəsmiləşdirilməsi. 
 
Suallar: 
1.  Gömrük rəsmiləşdirilmə qaydaların həyata keçirilməsinin əsas prinsipləri. 
2.   Malları və nəqliyyat vasitələrini gömrük rəsmiləşdirilməsi üçün təqdim edilən 
şəxslər. 
3.  Gömrük 
rəsmiləşdirilməsinin 
sadələşdirilmiş 
qaydası 
və 
gömrük 
rəsmiləşdirilməsində ilkin əməliyyatların rolu. 
4.  Malların gömrük nəzarəti altında daşınması. 
5.  BYD kitabçası tətbiq etməklə yük daşınmaları barədə gömrük konvensiyasının 
tətbiqi. 
6.  Fiziki  şəxslər  tərəfindən  kommersiya  fəaliyyəti  üçün  nəzərdə  tutulmayan 
malların gömrük resmiləşdirilməsi. 
 
 

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin