GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə1/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   39

 

1

 



 

 

 



 

 

 



 

 

 



 

 

2

GÖRKƏMLİ ® 



ADAMLARIN HƏYATI 

 

 



 

 

Əsası 1890-cı ildə 



F.Pavlenkov tərəfindən qoyulmuş 

və 1933-cü ildən M.Qorki 

tərəfindən davam etdirilmişdir 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

BURAXILIŞ 

1205 

(1005) 

  


 

3

V.İ.Andriyanov, 



H.F.Mirələmov 

 

 



 

 

 

 

 

HEYDƏR ƏLİYEV 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

NURLAN 



BAKI - 2008 

 

 



 

4

 



 

Rus dilində ikinci nəşrindən tərcümə 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

ISBN 978-9952-809-87-9 

 

 



 

 

 



 

 

 



© V.İ.Andriyanov, H.F.Mirələmov 

  


Mündəricat 

 

ÖN SÖZ



......................................................................................

 



I fəsil 

«MƏN NAXÇIVANDA DOĞULMUŞAM...» 

........................

 

 

13 

 

II fəsil 

BURA DA CƏBHƏDİR 

............................................................. 

HEYDƏR VƏ ZƏRİFƏ 

 

52 

 

IV fəsil  

“BU PEŞƏNİ GƏNCLİYİMDƏN SEÇMİŞƏM” 

..................

 

 

69 

V fəsil  

RESPUBLİKA RƏHBƏRLİYİNDƏ 

......................................

 

 

97 

 

Vl fəsil 

«SƏN BÜTÜN SOVET İTTİFAQINA LAZIMSAN, 

HEYDƏR» 

..................................................................................

 

 

  

 

156

 

Vll fəsil  

«MƏN DAŞ, DƏMİR DEYİLƏM, İNSANAM» 

....................

 

 

250 

 

 

VIII fəsil  

ÖZ XALQINLA BİRLİKDƏ OLMAQ HAQQI 

...................

 

 

278 

 

IX fəsil  

QAYIDIŞ 

...................................................................................

 

 

X fəsil 

AZƏRBAYCAN NEFTİ DÜNYA SİYASƏTİNDƏ 

...............

 

Xl fəsil 

GÜNƏŞ DƏNİZDƏN DOĞUR 

.................................................

 

XII fəsil  

PREZİDENT İLİ 

......................................................................

 

337 

 

 

 

378 

 

 

438 

 

 

469 

 

XIII fəsil  

DÜNYANIN GÖZÜNDƏ 

.........................................................

SON BORC, SON XİDMƏT 

...................................................

 

EPİLOQ 

....................................................................................

H.Ə.Əliyevin həyat və fəaliyyətinin əsas məqamlari 

.............

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN XÜLASƏSİ

 

..................

 

 

523 

532 

 

538 

551 

554 

 

 

5

 



 

 

 



 

 

 



 

 

ÖN SÖZ 



 

Bəzən dünyada elə təsadüflər olur ki, onu kortəbü hadisələr hesab 

edirlər. Halbuki bunlar həyaın aşkar həqiqətləridir. Və  təəssüf ki, 

çoxları taleyin bu gerçəkliyini görə bilmir. 

1944-cü il noyabrın 27-də Moskvaya, SSRİ Xalq Komissarları 

Sovetinin sədri  İosif Vissarionoviç Stalin danışıqlara yollanan, 

«Döyüşən Fransa» hərəkatının rəhbəri, Fransa Respublikası 

Müvəqqəti hökumətinin başçısı və ölkənin gələcək prezidenti Şarl de 

Qoll yolüstü Bakıda dayanmalı olmuşdu. SSRİ-də bu ucaboy və ali 

qonağı müttəfiq dövlətin başçısı kimi qəbul edirdilər. Sovet İttifaqına 

iki həftəlik səfərində generalı Stalinin şəxsi göstərişilə Xalq 

Komissarları Soveti sədrinin müavini Aleksey Nikolayeviç Kosıgin 

müşayiət edirdi. Uzun illərdən sonra SSRİ Nazirlər Sovetinin sədri 

Aleksey Kosıgin Parisə  rəsmi səfərə yollanacaq və diplomatik 

protokolun bütün qaydalarına rəğmən Orli hava limanında Sovet 

hökumət başçısının pişvazına şəxsən Prezident de Qoll gələcək. Lakin 

bu başqa bir hadisə, başqa bir əhvalatdır... 

Bakıda generalı bütün rəsmi mərasim qaydalarına uyğun ehtiramla 

qarşıladılar. Bayraqlar, himnlər, fəxri qarovul... Rəsmi qonağı 

qarşılayanların arasında vəzifə səlahiyyətinə görə dövlət təhlükəsizlik 

xidmətinin gənc leytenantı, əyninə mülki plaş geymiş və başına dəbdə 

olan şlyapa qoymuş Heydər Əliyev də vardı. 

Sonralar Heydər Əliyevin söylədiyinə görə, onun nəzərləri ani də 

olsa De Qollun baxışları ilə qarşılaşmışdı. 

Həmin axşam məşhur fransalı qonaq «Koroğlu» operasını 

dinləmiş, ertəsi günü isə qatarla Stalinqrada yola düşmüşdü, çünki 

hava tutulduğundan təyyarələr uçmurdu. 

 

  



 

6

Bu hadisəni xatırlatmaq ona görə maraqlıdır ki, dünyada tanınan 



hər iki şəxsiyyətin siyasi taleyində oxşar məqamlar çoxdur. Hər ikisi 

uzun illər uğurlu dövlət fəaliyyətindən sonra işdən kənarlaşdırılıb. 

Paris «didərgini» haqqında deyirdilər ki, o nitqini itirmiş peyğəmbər 

kimi meydanı tərk etmişdi və səsi-sədası eşidilmirdi. 

Qorbaçov  əyyamının Sov.İKP  MK  Siyasi  Bürosunda  Heydər 

Əliyevi dinləmək və eşitmək istəmədilər. Və o da çıxıb getdi... 

1958-ci ilin may ayında Kolombe malikanəsində  tənha yaşayan 

general de Qoll Fransanın çağırışıyla Parisə qayıtdı. 

1990-cı ilin iyul ayında Azərbaycanın çağırışıyla Heydər  Əliyev 

özünün Moskvadakı qəriblik həyatından ayrılaraq vətənə döndü. 

Geri dönəndə hər ikisinin 67 yaşı vardı. Bu yaşda adətən nəvələrlə 

əylənir və memuar yazmaqla məşğul olurlar. Lakin iş elə  gətirdi ki, 

ürəkaçan ailə qayğıları  və xatirələrlə bağlı  məsələlər təxirə salınmalı 

oldu. Onlar dar gündə öz vətənlərini xilas etmək üçün qayıtdılar. Biri - 

Fransanın birliyini və müstəqilliyini, o biri isə - Azərbaycanın 

bütövlüyünü və suverenliyini təmin etmək naminə. 

Heydər  Əliyev siyasətçi kimi sovet sisteminin dəyərləri  əsasında 

formalaşmışdı. 

Beynəlmiləlçilik haqqında səslənən şüarlar onun üçün gəlişi gözəl 

sözlər deyildi: «Beynəlmüəlçi olmaq üçün təkcə öz millətini 

düşünmək lazım deyil, bütün millətlərin mənafeyini, onların ümumi 

azadlığını  və hüquq bərabərliyini öz millətindən yüksək tutmağı 

bacarmaq lazımdır» (V.İ.Leninin tam külliyyatı, C.45). Sovet 

siyasətçisi və dövlət xadimi Heydər  Əliyev haqqında tam 

səmimiyyətlə demək olar ki, o, işdə beynəlmiləlçi idi. 

Lakin XX əsrin sonlarında o, Şarl de Qollun milli amilin bütün 

digər ideyalar, nəzəriyyələr, şüar və prinsiplərdən öndə olduğu barədə 

fikrini özü üçün yenidən kəşf etdi. 

Bəli tarix göstərdi ki, milli ideya bir çox başqa mətləblərdən daha 

önəmlidir. Realist siyasətçi Hcydər  Əliyev üçün buradan bir qənaət 

hasil olunurdu: dövlətin qurtuluşu eyni zamanda millətin qurtuluşudur. 


 

7

...Karlovı Van. Tixaya Sadovaya küçəsi. Burada, şəfalı bulaqlarla 



zəngin olan məşhur Mlin (yəni Dəyirman) sütunlarından yüz metr 

aralı sovet nomenklaturasının xoşladığı «Bris-tol» sanatoriyası 

yerləşir. Qoca bağban qızılgülləri suvara-suvara burada Kosıgini, 

Əliyevi, Şerbitskini, marşal Konevi gördüyünü söyləyir... 

Hündür meydançadan yaraşıqlı rus kilsəsinin mavi günbəzləri 

görünür - oradan zəng sədaları  eşidilir; başqa tərəfdən çox ulduzlu 

sanatoriya və otelləri olan dəbdəbəli kurortun mənzərəsi canlanır. 

Yaşlı bağbanla təsadüfı söhbət, onun məhrəmanə «hələlik» 

(«aqoy») deyə  uğurlaması tezliklə unudula bilərdi,  əgər axşam 

Moskvanın televiziya proqramında onun səmimiyyətlə xatırladığı 

adamların simaları görüntüyə 

gəlməsəydi. Televiziyada 

«İzvestiya»nın və  Mərkəzi televiziyanın siyasi icmalçısı, diplomat, 

keçmişdə Sov.İKP MK məsləhətçisi, iki baş katib - Brejnev və 

Andropovun  ən yaxın köməkçilərindən biri Aleksandr Bovinin 

xatirəsinə həsr olunmuş süjet, müxtəlif illərin fotoşəkilləri, telexronika 

və s. göstərilirdi. 

Budur, böyük bayram masası arxasında Yuri Vladimiroviç 

Andropov, sağ  tərəfində  Əliyev, solda Qromıko və Qorbaçov 

əyləşmişlər... Görünür, indicə hansısa zarafatyana bir atmaca 

səslənmişdir: Heydər  Əliyev və Yuri Vladimiroviç ürəkdən uğunur, 

hətta sərt xasiyyətli, Qərbdə  cənab «Yox» ləqəbi ilə tAmman SSRİ-

nin xarici işlər naziri Qromıko da gülümsünür. Siyasi Büronun «adi» 

üzvü, hələ Sov.İKP-də ikinci şəxs olmayan (Brejnevin ölümündən 

sonra Mixail Sergcyeviç yanıqlı qalsa da, ölkənin «ikinci» vəzifəsi 

Konstantin Ustinoviç Çernenkoya həvalə edilmişdi) Qorbaçovun da 

sifətində zərif bir təbəssüm var. 

2004-cü ilin aprel günlərində Çexiya qəzetləri ağızdolusu Böyük 

Avropadan yazırdılar: «Çexiya və üstəlik doqquz ölkə mayın 1-də 

Avropa Birliyinə daxil olmuşdu. «Dnes» (əvvəllər «Mlada fronta» 

adlanan) qəzeti oxuculara bildirirdi ki, biz indi 455 milyonuq, 

ərazimiz 3,9 milyon kvadrat kilometrdir, 25 dövlətik...»  

Gecə, düz saat on ikidə Karlovı Varı üzərində salyut gurladı, 

qaranlıq səma al-əlvan atəşfəşanlıqdan nura boyandı. Çexiya bayram 

edir.  Litva, Latviya, Estoniya, Sloveniya şənlənir... 


 

8

Avropa bu ölkələr arasındakı sərhədləri götürür. Daha doğrusu, onları 



Şərqə doğru çəkir. 

Dünyanın yeni siyasi xəritəsində ötən əsrin 80-ci illərində dünyada 

məhsul istehsalının beşdə bir hissəsinə sahib olan Sosialist Birliyi 

ölkləri. Varşava müqaviləsi dövlətləri və Qarşılıqlı  İqtisadi Yardım 

Şurası artıq yoxdur. Avropa Birliyinin 25 ölkəsinin cəmləşdiyi bu 

xəritədə vaxtilə Sovet İttifaqının tərkibində olan və aralarında 

Azərbaycanın da yer aldığı yeni dövtlər var. 

İki min il əvvəl müdriklərdon biri belo söyləyib ki, Aallah kimsəyə 

keçid dövründə yaşamağı nəsib etməsin. Sadə insanın bu həyəcanı, bu 

narahatlığı bütün zamanlar üçün eyni dərəcədə başa düşülməlidir. O, 

həmişə çalışır ki, öz komasının, ya da daxmasının bir küncünə sığınıb 

tufanın sovuşmasını gözləsin. Bu da başa düşüləndi. 

Az-çox dünyagörüşü və  təcrübəsi olan adam təbiətdəki bəzi 

əlamotləri müşahidə etməklə baş verəcək tufanı əvvəlcədən müəyyən 

edir. Deyək ki, leysan yağışdan əvvəl çox vaxt tozanaq qopur. Eynən 

böyük siyasətdə  də belə olur — hərçənd ki, siyasətdə yaxınlaşan 

fəlakəti qabaqcadan hiss etmək bacarığı çox az adama nəsib olur... 

Andropov, Qromıko,  Əlıyev və Qorbaçovun bir qədər  əvvəl 

haqqında danışdığımız teieviziya çəkilişi 1982-ci ilin noyabrından 

əvvəl və 1983-cü ilin axırından, yəni Yuri Vladimiroviçin yatağa 

düşdüyü vaxtdan sonra aparıla bilməzdi. Qəribədir ki, bu kadrları 

məhz 2004-cü ilin aprel günlərində, yəni qarşmızdakı kitabı yazmaq 

fikrinə düşdüyümüz zaman ikimizdən biri görmüşdü. 

Çox vaxt deyirlər ki, tarixin gələcəklə bağlı dəqiq düsturu, «hazır 

hökmü» yoxdur. Amma buna baxmayaraq, hadisələrin bu və ya digər 

inkişaf yönümünü, hətta ssenarisini müəyyənləşdirmək olar. Sovet 

İttifaqının taleyi necə ola bilərdi,  əgər... Variantlar çoxdur. Ümumi 

qənaət isə ondan ibarətdir ki, Sovet İttifaqı süquta məhkum deyildi. 

ABŞ-ın SSRİ-dəki keçmiş səfıri Cek Metlokun 2005-ci il iyulun 5-

də  «İşgüzar çərşənbə axşamı» həftəlik jurnalına verdiyi müsahibəyə 

nəzər salaq: «Fakt faktlığında qalır: konınunist rejiminin zəifləməsi və 

dağılması  Qərbin təzyiqi nəticəsində yox, Qorbaçovun islahatları 

sayəsində baş verdi. Əgər bu 


 

9

islahatlar uğurlu olsaydı, SSRİ xilas ola bilərdi. SSRİ-nin dağılması 



heç də soyuq müharibənin və yaxud Qərbin hansısa səylərinin 

qaçılmaz nəticəsi deyildi». 

Əlbəttə, cənab Metlokun cidd-cəhdlə inkar etdiyi «Qərbin təzyiqi» 

də öz rolunu oynamışdı. 

Ağıllı-başlı islahatlar aparmaqla, cəmiyyətin inkişaf təmayüllərini 

diqqətlə  nəzərə almaqla ölkə yeniləşə-yeniləşə inkişaf edə bilərdi. 

Lakin hakimiyyəti həyatda  əsas qayələrini dəniz daşları  tək mamır 

basmış, az qala yüz il boyu dəyişdirilmədən saxlanan köhnə düsturlara 

kor-koranə əməl edən ehkamçılar idarə edirdilər. Baş katib vəzifəsinə 

keçən Qorbaçov cəmiyyətə, ölkəyə yeniləşmə  və sürətli inkişaf vəd 

edirdi. Hərçənd ki, çox tezliklə özünün böyük dövlətinin miqyasları 

ona darısqal görünməyə başladı. O, özünün (?) yeni düşüncə 

konsepsiyasını böyük tərkibdə  nəinki Sovet İttifaqına, Sosializm 

Birliyi ölkələrinə, hətta bütün dünyaya sırımaq istədi. Halbuki, dogma 

ölkəsinin daxilində vəziyyət günü-gündən pisləşirdi. Lider hansı işdən 

yapışırdısa, naqqallığına salıb hər  şeyi bada verir, yarıda bilmir, ona 

etiraz etməyə cürət göstərənlori isə rədd edirdi. 

«Mən «Perestroyka» (yenidənqurma) ifadəsini eşidən kimi o saat 

dedim: bu «katastroyka»dır (yəni oyunbazlıq, dağıdıcılıq), — deyə 

fılosof, yazıçı Aleksandr Aleksandroviç Zinovyev jurnalist Viktor 

Kojemyak ilə müsahibəsində o dövrü belə xatırlayır. -1988-ci ildə 

mənim «Qorbaçovizm» adlı kitabım nəşr olunmuşdu». Burada onu da 

əlavə edək ki, bu kitab Almaniyada nəşr olunmuşdu. Partiya bu böyük 

alimi sonra məhz bu ölkəyə sürgün etmişdi. Yalnız neçə il keçəndən 

sonra o vətənə qayıda bildi. «...Qərbdə  çıxışlarımdan birində  mənə 

Sovet sisteminin ən zəif yeri barədə sual verdilər. Mən cavab verdim 

ki, Sovet sisteminin ən zəif yeri əslində  ən möhkəm hesab olunan 

partiya aparatıdır. Zalda gülüşmə qopdu. Mən  əlavə etdim ki, bəli, 

partiya aparatı, Siyasi Büro və Baş katib. Onlar istəsələr, yarım ilə 

ölkəni dağıda bilərlər. Elə də oldu («Pravda» qəzeti.  18 avqust 2005). 

Uzaqgörən siyasətçilər - heç şübhəsiz, böyük idarəçilik 

təcrübəsinə, siyasi fəhmə malik, insan qəlbinin istəklərini duyan, 

anlayan Heydər  Əliyev də belələrindən idi - görürdülər ki, bəli 

«proses getdi» (Qorbaçovun formulu) və bu «proses» İtti- 



 

10

faq dövlətinin dağılmasına aparır. Artıq Rusiyanın özündən qoparmalı 



olacaq balaca «vaqon»lar haqda söz-söhbət gəzirdi. Söhbət rusların, 

rusiyalıların vahid dövlət tərkibində yüz, iki yüz, üç yüz il birgə 

yaşadığı xalqlardan, müttəfiq respublıkalardan gedirdi. Hər hansı 

başqa bir dövlət tərkibində ölkənin dağıdılmasına çağıran 

siyasətbazların aqibətini məhkəmə  həll edərdi. Sovet İttifaqında isə 

başı dumanlandırılmış kütlə onları sevinclə qarşılayaraq  əlləri üstə 

gəzdirirdi. 

Respublikalarda separatçı  təmayüllər baş qaldırırdı. Onları bir 

tərəfdən hakimiyyətə  və varlanmağa can atan yerli elitalar qızışdırır, 

digər tərəfdən isə açığını deyək ki, sıxışdırılmış milli mənafelər 

növbəti yanlış addımlara təhrik edirdi. Öz bayrağı, himni, 

konstitusiyası olan respublikalar, əslində, çox az müstəqilliyə malik 

idilər. Kadrian «qırmızı» paytaxt təyin edirdi. Bu paytaxt yalnız öz 

istədiklərini mükafatlandınr, ucaldır və endirir, cəzalandınr və  əfv 

edirdi. Və birdən o da məlum oldu ki, bəzi məsələləri onsuz da həll 

etmək mümkündür. Bəs, görəsən nəyi? Moskva yüyəni hara qdər boş 

buraxır? Yenidən onu öz əlinə almazmı? 

Hakimiyyət uğrunda mübarizəyə ən müxtəlif qüvvəlor qoşulurdu: 

xarici xeyriyyəçilərdən qidalananlar da, populistlər də, tələm-tələsik 

maskalanmış haram kapital da. Hər bir müttəfiq rcspublikanın — 

Moldovanın, Gürcüstanın, Ukraynanın, o cümlədən də Azərbaycanın 

özünəməxsus xüsusiyyətləri vardı.  Əlbəttə, bununla yanaşı bir çox 

başqa amillər də — tarixi, sosial, xarici siyasət də bu prosesdə rol 

oynayırdı. Məsələn, Moldovada runıniyapərəst dairələrin fəallığı aşkar 

görünürdü. Litvada hər şeyi antirus «Sayudis» idarə edirdi. Ukraynada 

keçmiş  əmək qvardiyası — aldadılmış  şaxtaçıları siyasət meydanına 

atmışdılar ki, qoy tarana gedib sovet hakimiyyətini yıxsınlar. 

Azərbaycanda Moskvanın əmrinə əsasən çoxdan burada olmayan

başqa cür desək, hələ ölkəyə qayıtmamış Heydər Əliyevlə haqq-hesab 

çürüdürdülər. Respublikada dərəbəylik hökm sürürdü. 

Tarixdə  şəxsiyyət, insan və hakimiyyət kimi anlayışlar adamları 

zaman-zaman düşündürüb. Bəzən bu, hökmdarlara, rəhbərlərə onların 

vaxtı-vədəsi gələnədək «rəiyyət»dən gizlə- 


 

11

dilən şəxsi həyatlarınm xırdalıqlarına göstərilən maraq sırf «obıvatel» 



marağından fərqlənmir.  Əksər hallarda isə bu xüsusiyyət adamlarda 

həqiqəti anlamaq istəyindən irəli gəlir. Nədən hansısa öndərlərə 

«gərdişi-dövran» tabe olur və onlar sınaqlara sinə  gərərək, öz 

xalqlarını, ölkələrini Böyük Pyotr, Franklin Ruzvelt, Atatürk, Stalin, 

Çörçill, Qandi, de Qoll kimi ucaldırlar?.. Nədən digərlərini eyni 

olaylar, gur axın aciz bir talaşanı apardığı kimi öz ardınca sürükləyir? 

Və bu təqdirdə taclar başlardan qoparılıb tolazlanır: Rusiya imperatoru 

Ü Nikolayın, Avstriya kralı Frans-İosifın, alman kralı Vilhelmin, 

SSRİ-nin birinci və sonuncu Prezidenti Mixail Qorbaçovun tacı kimi... 

Heydər  Əliyev on dörd il Azərbaycan Kommunist Partiyası  

Mərkəzi Komitəsinə başçılıq edib - sovet dövründə bu, respublikanın 

rəhbəri demək idi; beş il sovet hökumətində ikinci şəxs və Sov.İKP 

MK Siyasi Bürosunun üzvü olub; on ildən artıq başinda durduğu 

müstəqil Azərbaycanın postsovet dönəmində yaradılması  və  təşəkkül 

tapması da onun adıyla bağlıdır. 

Heydər Əliyevin böyük siyasətə qayıdışı bir çox cəhətdən general 

de Qollun «başın itirmiş» Fransada hakimiyyətə qayıdışını xatırladır. 

Onların fəaliyyət göstərdikləri siyasi mühit və şəraitin bütün fərqlərinə 

baxmayaraq, bu iki tarixi şəxsiyyətin müqayisəsi  ən başlıca cəhəti 

aşkara çıxarır; onlar üçün həlledici meyar öz ölkələrinin mənafeyi 

olmuşdur. Yeri gəlmişkən, məhz Əliyevin sərəncamı ilə 1999-cu ilin 

martında de Qollun qırx dördüncü ildə qonaq kimi qaldığı binanın 

üzərinə xatirə lövhəsi vurulub. Bakılılar Neftçilər prospektində 

yerləşən həmin möhtəşəm binanı yaxşı tanıyırlar; onun yanında XII 

əsrin memarlıq abidəsi — məşhur Qız qalası ucalır. Beləliklə də, uzaq 

və yaxın keçmiş bir-birinə qovuşur. 

İstedad və iradə  Əliyev  şəxsiyyətinin ali keyfiyyətləridir.  İlk 

növbədə özünə qarşı  ən yüksək tələbkarlıq və mütəşəkkillik. Bir 

adamı dinləmək və  eşitməklə «xalq», «millət» adlanan böyük 

anlayışın birləşdirdiyi bütün insanların istək və məqsədlərini anlamaq 

qabiliyyəti onda bir daha üzə  çıxırdı. Onun simasında böyük 

siyasətçinin peyğəmbər uzaqgörənliyi və sərkərdə şücaəfi cəmləşirdi. 

Dərin savad və fitrətdən gələn incə estetik duyumu olan, alicənab və 

ürəyində kin saxlamayan bu 



 

12

insan bilmədən səhv edənləri bağışlamağı bacarırdı, lakin naşılar, 



simasızlar, təmənna güdənlər onun mərhəmətinə ümid bəsləyə 

bilməzdilər. 

Anadan olanda adını Heydər qoydular. Mənası - öndə gedən, başçı 

deməkdir. Biz onun necə boya-başa çatmasından, doğma 

Naxçıvanında, daha sonra bütün Azərbaycanda - qoca Xəzərdən qarlı-

vüqarlı dağlaradək - Sovet İttifaqı adlanan ölkədə qarşısında açılan 

dünyanın ona necə görünməsindən, bənzərsiz siyasətçi və dövlət 

xadimi, milli lider, xalqın öndəri olmasından bəhs edəcəyik. 

  


 

13

 



 

 

 

 

 

I fəsil 

 

«MƏN NAXÇIVANDA DOĞULMUŞAM...» 

 

 



10 may 1923-cü il, Naxçıvan 

 

 



Tərcümeyi-halında yazırdı: «Mən,  Əliyev Heydər  Əlirza oğlu, 

1923-cü il mayın 10-da Naxçıvanda anadan olmuşam...»: Hər dəfə bu 

sətirləri yazdıqda - Bakıda, Leninqradda, Moskvada, - Araz 

sahilindəki sakit və mehriban, doğma şəhər gözləri önündə canlanırdı. 

Əsrləri, minillikləri yola salmış bu şəhərin may ovqatı  məscid 

üzərində açılan bahar asimanı kimi safdır, ülvidir və sanki dünyaya 

yeni gələn bir insanın valideynlərinə bəxş etdiyi ümid işığıdır. 

Belə bahar günlərinin birində Əlirza və İzzət Əliyevlərin ailəsində 

dördüncü övlad dünyaya göz açdı. Körpəyə  İzzət xanımın 

azərbaycanlıların Zəngəzurdan didərgin salındığı zaman həlak olmuş 

qardaşı Heydərin adını qoydular. O Heydərin yaşı həmişəlik iyirmi üç 

olaraq qaldı...  İllər ötəndən sonra Əliyevlər ailəsində  Əyyub 

Abbasovun «Zəngəzur» romanı  əldən-ələ keçdi. Çünki bu iki qalın 

cilddə yazılanları oxuyan Şəfiqə eynən bu hadisələri, analarının da ona 

danışdığını qardaşlarına söyləmişdi. 

- Yanılmırsan, Şəfıqə, - deyə Həsən təsdiq elədi. - Bu kitabı yazan 

adam didərginlik ağrısını çox dəqiq göstərmişdir. 

«Andronik Uzunyanın əsgərləri kəndə aşağı tərəfdən daxil oldular. 

Yamacın ətəyində bir neçə ev alışıb-yandı. Comərd təkid eləyirdi ki, 

adamlar nəyi bacarırlarsa götürüb dağlara çəkilsinlər. 

 


 

14

Haray-həşir, arvadların hönkürtüsü, uşaqların ağlaşması  kəndi 



başına almışdı. Sanki qayalar da Zəngəzur torpağında baş verən 

müsibətə laqeyd qala bilmirdi. Atlar, yüklənmiş ulaqlar, qorxudan 

böyürən öküzlər, inəklər - hər şey bir-birinə qarışmışdı. Kənddə qalan 

yalnız dərd-sərdən ağlı çaşmış  və öz həyatını evdən ayrı  təsəvvür 

etməyən qocalar idi». 

Bu - ədəbiyyatdır. Kəqiqətdə isə XX əsrin  əvvəllərində 

Yelizavetpol quberniyasının Zəngəzur qəzasında 326 kənd vardı. 

Azərbaycan tatarlarının (o vaxt imperiya məmurları azərbaycanlıları 

belə adlandırırdılar) qonşuları olan ermniənilər, ruslar və kürdlər 

pambıq  əkini ilə  məşğul olur, qoyun sürülərini birgə otarır, hərə öz 

ibadətgahında - kilsəsində, məscidində ibadət edirdi. Bu bərəkətli 

torpaqda hər şey bol idi - meyvə bağlarında dadlı alma, armud, üzüm, 

ərik, şaftalı yetişirdi; çox-saylı geniş otlaqlarda mal-qara, qoyun-quzu 

sürüləri otlayırdı. O dövrün xronikasında belə yazılmışdı:  əsrin 

əvvəllərində Zəngəzurda 123 997 adama 83 min baş iri buynuzlu mal- 

qara, 83400 baş qoyun, 4000 baş keçi düşürdü... İpəkçilik inkişaf edir, 

mis hasilatı artırdı. 

Bəli, nə  qədər ki, insanları milli ayrı-seçkilik, milli münaqişələr, 

qarşılıqlı qəzəb, kin-küdurət biri birindən ayırmamışdı, bu diyarda hər 

şey bol idi. 

Yaşadığı müsibət  İzzət xanımın qəlbində silinməz qanlı izlər 

qoymuşdu. O, öz dərdini uşaqlarından gizlətsə  də, qızları (qızlar 

adətən həssas olur) nəçə  dəfə analarının xəlvətə  çəkilib için-için 

ağladığını görmüşdülər. 

Naxçıvanda gözəllik müsabiqələri keçirilsəydi, heç şübhəsiz, İzzət 

xanım birinci gözəl sayılardı. Lakin bu diyarda qəbul olunmuş əxlaq 

qaydaları belə bir sərbəstliyə yol verməzdi.  İzzət xanım öz 

valideynləri Cəfərqulu və Sarabəyim kimi, valideynlərinin 

valideynləri kimi, müqəddəs «Qurani-Kərim»də yazılmış qaydalara 

uyğun yaşayırdı, hətta oğulları belə onu heç vaxt başaçıq 

görməmişdilər. 

Bir dəfə Şəfiqə otaqda anasının saçlarını darayırmış. Qapı döyülür. 

O, -«Yəqin, Heydər qayıdıb», - deyir və  tələm-tələsik sevimli 

kəlağayısını başına çəkir. 

İstər Azərbaycanda, istərsə də Rusiya və Ukraynada olsun, böyük 

ailələrdə evin-ocağın  əsas yükünü həmişə ana çəkir. Bakının neft 

mədənlərində fəhlə işləmiş və sonra Naxçıvana 

 

  



 

15

qayıtmış ataları  dəmiryolunda işə düzəlmişdi. Heydər anadan olanda 



Əlirza Əliyevin köhnə dostu, parovoz maşinisti dəmir maşınından elo 

qulaqbatırıcı fit verir ki, Araz qırağəında otlayan qoyun-quzu 

hürküşüb az qala çaya töküləcəkmiş... 

Elin adət-ənənəsinə uyğun ən yaxın adamları plovlu, şərbətli süfrə 

başına dəvət etmişdilər. 

Gur səsi həyət-bacanı başına alan körpənin Həsən, Hüseyn adlı iki 

qardaşı və Surə adlı bir bacısı vardı. Sonralar Allahm kəramətilə daha 

dörd övlad - Aqil, Cəlal,  Şəfiqə, Rəfiqə dünyaya gəldi. Ailədə beş 

oğlan və üç qız böyüməyə başladı. 

 

 


  1   2   3   4   5   6   7   8   9   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə