GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə10/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

2 dekabr 1982- ci il, Bakı 

 

Heydər Əliyev birinci katib kimi Azərbaycan KP MK-nın sonuncu 



büro iclasını bu sözlərlə açdı: 

-  İndi isə biz bir təşkilati məsələyə baxmalıyıq. Siz bilirsiniz ki

mən SSRİ Nazirlər Sovetinin sədr müavini seçilmişəm və Sov. İKP 

MK-nın Siyasi Bürosuna üzvlüyə namizədlikdən Siyasi Büronun 

üzvlüyünə qəbul edilmişəm. Deməli, bu gün biz Azərbaycan KP MK-

nın birinci katibi vəzifəsinə kimin seçiləcəyini qərarlaşdırmalıyıq... 

Heydər  Əliyev Moskvada qəbul edilmiş  sənədi oxuyaraq, sözünə 

davam etdi: 

- Məncə, bu sənədə  əsasən “Heydər  Əlirza oğlu  Əliyevin 

Azərbaycan KP MK-nın birinci katibi vəzifəsindən və Azərbaycan KP 

MK-nın Büro üzvlüyündən azad edilməsi barədə” qərar qəbul 

etməliyik. Lakin bu qərarı  səsverməyə qoymamışdan  əvvəl mən bir 

neçə söz demək istəyirəm. - Heydər  Əliyev həmkarlarını gözdən 

keçirtdi. Ən əvvəl onu deyim ki, Sov.İKP MK Siyasi Bürosu və SSRİ 

Ali Sovetinin 7-ci sessiyasının qərarı ilə yoldaş  Əliyevin Sov. İKP 

MK-nın Siyasi Bürosunun üzvlüyünə qəbul edilməsi və SSRİ Nazirlər 

Sovetinin sədr müavini seçilməsi Azərbaycanın partiya komitəsinə, bi-

zim xalqa, respublikaya göstərilən böyük etimadın nəticəsidir. Hamı 

bir fıkirdə yekdildir ki, bu, Azərbaycan partiya komitəsinin uğurlu 

fəaliyyətinə, kommunizm quruculuğunda Azərbaycan 

zəhmətkeşlərinin göstərdiyi iqtisadi nailiyyətlərə verilən yüksək 

qiymətdir. Şəxsən mənə də böyük etimad göstərilib. Sizi əmin edirəm 

ki, bu etimadı doğruldacaq və partiyanın, Mərkəzi Komitənin, Siyasi 

Büronun yeni tapşırıqlarını  həyata keçirmək üçün əlimdən gələni 

əsirgəməyəcəyəm. 

Bu gün 1969-cu il iyulun 14-ü, mənim Azərbaycan KP MK-nın 

birinci katibi vəzifəsinə seçildiyim günü xatırlayıram. Artıq on üç il 

yarımdır ki, biz birlikdə işləyirik və mən bu vəzifəni yerinə yetirirəm. 

İndi isə bu böyük işdən, bu böyük 


 

150


müddətdən sonra partiya, dövlət xətti ilə bu təyinatını, sözsüz ki, 

mənim qarşıma çox böyük və  məsuliyyətli öhdəliklər qoyur. Mən 

qarşımda böyük, ağır, mürəkkəb işlərin durduğunu görürəm. İnamram 

ki, yeni vəzifəmdə  də  əvvəlki kimi uğurla çalışa biləcəyəm, SSRİ 

Kommunist Partiyası MK-sı  və Azərbaycan KP MK-sı  tərəfindən 

göstərilən bu etimadı doğruldacağam. 

Azərbaycan KP MK-nın plenumunda öz fikirlərimi daha geniş 

şəkildə açıqlayacağam. Amma indi qeyd etmək istəyirəm ki, 

Azərbaycan KP MK-nın bürosu, katibliyi çox səhih, dəqiq, məhsuldar 

işləyir. Bu illər ərzində böyük işlər görülüb, respublika böyük uğurlar 

əldə edib. Biz uzunmüddətli geriləməni qısa müddətdə aradan 

qaldırmağa nail olmuşuq. Respublikamız ümumittifaq miqyasda ən 

qabaqcıl mövqelərdədir. On iki ildir ardıcıl olaraq respublikamız 

sosializm yarışında qələbələr çalaraq ölkənin Keçici Qırmızı 

Bayrağıyla mükafatlandırılır. Bu illər  ərzində respublikamız üç dəfə 

Sovet  İttifaqının ordenləriylə - Oktyabr İnqilabı, Xalqlar Dostluğu 

ordenləriylə mükafatlandırılıb. Beşillik planın vaxtından əvvəl yerinə 

yetirilməsiylə bağlı isə bu yaxınlarda şəxsən Leonid İliç Azərbaycanı 

Lenin ordeniylə  təltif edib. Respublikada çox gözəl, sağlam mənəvi-

siyasi, mənəvi-psixoloji atmosfer hökm sürür. Beynəlmiləlçilik, 

qardaşlıq ruhu həmişə yüksəkdə tutulur. Sözün qısası, yoldaşlar, bizim 

respublika yüksəklərə, çox yüksəklərə qalxıb. 

Bütün bunlar sözsüz ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi 

Komitəsinin katibliyinin, MK bürosunun fəaliyyətinin nəticəsidir. 

1969-cu il iyulun 14-dən bu yana hansı  işlər yerinə yetirilibsə, 

bunların hamısının planı Azərbaycan Kommunist Partiyası  Mərkəzi 

Komitəsi bürosunun iclaslarında işlənib, hazırlanıb, qəbul edilib. 

Ümumilikdə respublikanın uğurunu müəyyən edən hər bir addım, hər 

bir iş, hər bir tədbir böyük-kiçikliyindən asılı olmayaraq, bizim 

hamımızın - həm MK-nın bürosunun, həm də katibliyinin kollektiv 

işinin, düşüncəsinin və səylərinin məhsuludur. Onun üçün də, mən bu 

gün böyük məsuliyyətlə deyə bilərəm ki, bizim KP MK-nın həm 

bürosu, həm də katibliyi Sov. İKP MK-nın, partiyanın qurultay və 

plenum qərarlarının tələb etdiyi səviyyədə  işləyib.  İndi ayrılmaq 

məqamında, büronun bu son iclasınnda sizi əmin  


 

151


edirəm ki, bütün bu dediklərimi böyük fəxr və vüqar hissiylə  təkrar 

etdim. 


Mən ilk olaraq Azərbaycan KP MK-nın büro üzvlərinə bütün bu 

illər  ərzindəki birgə, kollektiv, məhsuldar, fəal işimizə görə 

təşəkkürümü bildirirəm.  Əziz yoldaşlar,  əvəzsiz köməyinizə, məni 

dəstəklədiyinizə, mənə qarşı diqqətinizə görə sizə minnətdarlıq 

edirəm. 

Biz bir çox kəskin məsələləri prinsipial olaraq həll etmişik. Hər 

hansı  məsələ barədə  fıkir müxtəlifliyi olub, amma biz həmişə ortaq 

məxrəcə gəlib ən düzgün nəticənin üzərində dayanmışıq, birgə hərəkət 

etmişik.  Ən  əsası isə odur ki, Azərbaycan KP MK bürosunun və 

katibliyinin işində sağlam atmosfer yaratmağa nail olmuşuq. Əvvəllər 

bizim Kompartiyanın həm katibliyində, həm də bürosunda qarşılıqlı 

anlaşma, sağlam atmosfer yox idi və bu, ümumilikdə bizim 

respublikanın işinə böyük ziyan vururdu. Hamı öz şəxsi maraqlarını 

üstün tuturdu. Konyuktur yanaşma, intriqalar, qruplaşmalar, 

parçalanmalar və bir çox başqa mənfı hallar baş alıb gedirdi. Biz çox 

tez bir zamanda bu mənfi tendensiyaları aradan qaldırdıq və aydan-

aya, ildən-ilə dediyim bu sağlam atmosferi bərqərar etməyə çalışdıq, 

MK-nın fəaliyyətində buna nail olduq. Əlbəttə ki, bütün bu 

nailiyyətlərə görə biz MK-nın işindəki bərqərar olmuş kollegiallıq 

prinsiplərinə minnətdar olmalıyıq. 

Yenə də təkrar edirəm, indi bizim Mərkəzi Komitə partiya əsasları 

üzrə çox sağlam, dəqiq, düzgün tərzdə  fəaliyyət göstərir. Və  məncə, 

bu  əsaslar onun gələcəkdəki uğurlu fəaliyyətinin də  təminatçısıdır. 

Məhz buna görə  də  mən MK-nın bütün işçilərinə  təkrar-təkrar 

minnətdarlığımı bildirirəm, hamınızın - KP MK-nın katibliyinin hər 

bir işçisinin, MK-nın bürosunun hər bir üzvünün, büro üzvlüyünə hər 

bir namizədin fəaliyyətini yüksək qiymətləndirirəm. Bizim Mərkəzi 

Komitənin bürosunun, katibliyinin iclaslarının demək olar ki, 

hamısında MK-nın  şöbə müdirləri, partiya-ideoloji təşkilatların 

rəhbərləri iştirak edir və mən bu gün MK aparatının bütün işçilərinə, 

MK-nın  şöbə müdirlərinə  və bizimlə bu uzun illər boyu səmərəli 

şəkildə  əməkdaşlıq etmiş yoldaşların hamısına MK-nın fəaliyyətinin 

məhsuldar, uğurlu, səmərəli olmasına öz töhfələrini verdiklərinə görə 

dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, əziz dostlar, yoldaşlar. 

Mən əminəm ki, qazanılmış 


 

152


böyük təcrübənin, möhkəmlənmiş  fəaliyyət  ənənələrinin, işgüzar 

prinsiplərin  əsasında MK-nın bürosunun və katibliyinin işi bundan 

sonra da uğurla davam etdiriləcək və büronun, katibliyin hər bir üzvü

hər bir partiya, sovet və  təsərrüfat orqanının işçisi qazanılmış 

nailiyyətlərin bir qədər də möhkəmləndirilməsi, qazanılan təcrübənin 

artırılması üçün bundan sonra da əlindən gələni edəcəkdir.  Əminəm 

ki, bizim təməlimiz, özülümüz o qədər möhkəmdir ki, Azərbaycan 

partiya təşkilatında 1969-cu ilə  qədər mövcud olmuş  mənfı 

tendensiyalar daha heç vaxt təkrar olunmayacaq. 

Əziz dostlar, yoldaşlar, həmkarlar, mən sizə, Sov.İKP MK-nın 

iyirmi altıncı qurultayının, Sov. İKP MK-nın yanvar plenumunun, 

Azərbaycan KP MK-nın otuzuncu qurultayının və Azərbaycan KP 

MK-nın plenumlarının qərarlarını daha da uğurla həyata keçirməyinizi 

arzu edirəm». 

Böyük-kiçikliyindən asılı olmayaraq partiyanın Mərkəzi 

Komitəsinin bürosunun iclaslarında adətən alqış  səslənmir. Lakin bu 

dəfə çıxış qurtarandan sonra hamı sanki biri-birindən xəbərsiz sürətlə 

əl çalmağa başladı... Bu an kimsə təşəbbüsü öz üzərinə götürməliydi 

və Azərbaycan KP MK-nın ikinci katibi Yuri Puqaçov söz aldı. Bir az 

həyəcanlı, amma çox səmimi çıxış etdi. Bildirdi ki, Heydər  Əliyevə 

böyük etimad göstərilib, amma bizim aramızda da onun yeri 

görünəcək, onsuz bizim üçün çox çətin olacaq... Bu vəzifəyə yeni 

namizədin adını da məhz Puqaçov açıqladı: «adi insanlarla, 

kommunistlərlə, MK üzvləriylə, MK-nın büro üzvləriylə uzun 

müzakirələrdən sonra son qərar qəbul edilmiş və bu qərar barədə Sov. 

İKP MK-ya, onun katibliyinə, Siyasi Bürosuna və şəxsən yoldaş Yuri 

Vladimiroviç Andropova məruzə edilmişdir». 

Bu müddət ərzində yeni birinci katib Kamran Bağırovla Moskvada 

söhbət aparılmış,  şəxsən Andropov onunla göruşmuşdu.  Əlbəttə ki, 

məsələ faktiki olaraq Moskvada həll olunmuşdu, amma qaydalar bunu 

tələb edirdi: ona görə büronun üzvləri səs verir, plenum seçirdi. 

Bir neçə il keçəcək və yetmişinci illəri «durğunluq dövrü» 

adlandıracaqlar. Amma soruşan gərəkdir ki, kimlər daha çox 

durğunluq halındaydı? Bütöv bir epoxaya, milyonlarla zəhmətkeşin 

əməyinə belə alçaldıcı bir damğa vurmağa kimə haqq ve- 


 

153


rilib? Əlbəttə ki, nə Baykal-Amur magistralının tikintisində, nə Qərbi 

Sibirin, Xəzər dənizinin neft mədənlərində, nə Donbassın, Kuzbasın, 

Karaqandanın  şaxtalarında heç bir durğunluqdan  əsər-əlamət də yox 

idi. Azərbaycanın təsərrüfatlarından da durğunluq rütubətinin iyi 

gəlmirdi. Burada Əliyevin rəhbərlik etdiyi on beş ilə yaxın bir müddət 

ərzində adambaşına düşən yerli məhsulun həcmi demək olar ki, iki 

dəfə artmışdı. Ümumi istehsal gücü isə iki dəfə yarım artmışdı. Milli 

gəlirin artımı 1969-cu ildəki ümumi istehsal həcminə  bərabər idi. 

Sənaye istehsalı təxminən üç dəfə, əmək məhsuldarlığı iki dəfə, xalq 

istehlakı mallarının istehsalı üç dəfə artmışdı. Bu illər ərzində sənaye 

məhsullarının istehsal həcmi əvvəlki 50 ildəki həcmə bərabər idi. İki 

yüz əlliyə yaxın zavod, fabrik, sex tikilmiş, iki milyondan artıq insan 

mənzil  şəraitini yaxşılaşdırmışdı. Bu illər  ərzində respublika demək 

olar ki, ikinci Bakını tikmişdi, şəhər əvvəlkindən iki dəfə böyük idi. 

Azərbaycan neft məhsulları, neftçıxartma avadanlığı, polad 

borular, rəngli metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti 

materialları, məişət kondisionerləri, avtomobil şinləri, mineral 

gübrələr, saxsı  məmulatlar, xalça və xalçaçılıq məmulatlarının 

istehsalı üzrə SSRİ-də qabaqcıl yerlərdən birini tutmuşdu. 

Azərbaycanda istehsal olunan üç yüz əlli adda məhsul dünyanın altmış 

beşdən çox ölkəsinə ixrac olunurdu. Respublikada elektrotexnikanın, 

maşınqayırma sənayesinin yeni sahələri yaradılmış, neft emalı 

zavodlarında böyük miqyaslı rekonstruksiyalar aparılmış, Bakıda isə 

yeni metropoliten stansiyaları tikilmişdi. 

Azərbaycanın təcrübəsi, nailiyyətləri,  ən  əsas da onun qeyri-adi 

lideri bütün dünyanın, xüsusilə, Yaxın Şərq, Afrika, Latın Amerikası 

ölkələrinin diqqətini cəlb etmişdi. Sovet İttifaqının Asiya və Afrika 

ölkələri ilə  Həmrəylik Komitəsinin sədri Aleksandr Dzasoxov SSRİ-

nin yaranmasının altmış illiyi ərəfəsində (1982-ci il) Bakıda 

«Postkolonial dünyanın gənc müstəqil dövlətlərinin milli azadlıq 

hərəkatlarına SSRİ-nin siyasi, diplomatik, iqtisadi və  mənəvi 

yardımına həsr olunmuş böyük beynəlxalq forum» keçirməyi təklif 

etmişdi. Konfransa əllidən çox ölkənin yüksək vəzifəli nümayəndələri, 

milli azadlıq hərəkatlarının liderləri gəlmişdilər. Hazırda Rusiya 

Federasi-yasının Federal Məclisinin üzvü Aleksandr Dzasoxovun 

dediyi- 


 

154


nə görə, ali qonaqlar Heydər  Əliyevlə görüşdən, beynəlmiləlçi, 

çoxkonfessional  şəhər olan Bakı ilə tanışlıqdan,  şəhərdə tarixlə 

müasirliyin, beynəlmiləl yaşayış formalarının, yüksək səviyyəli 

sənayenin, elmin vəhdətindən vəcdə gəlmişdilər. 

Əliyev çalışırdı ki, Azərbaycan sovet respublikaları arasında 

layiqli yer tutsun, respublikanın nümayəndələri ümumittifaq miqyasda 

olan vəzifələrə irəli çəkilsinlər, əlbəttə ki, öz savad-larma, təşkilatçılıq 

qabiliyyətlərinə uyğun olaraq. Məsələn, tacik şairi və beynəlxalq 

səviyyəli ictimai xadim Mirzə Tursunzadənin vəfatından sonra, Asiya 

və Afrika ölkələri ilə Həmrəylik Komitəsinə kimin rəhbərlik edəcəyi 

məsələsi qalxdıqda Heydər  Əliyevin təşəbbasü ilə Azərbaycanın 

böyük ədibi, məşhur romanların müəllifı, görkəmli alim, ensiklopedik 

biliyə malik yazıçı və ictimai xadim Mirzə Əjdər oğlu İbrahimov bu 

vəzifəyə təqdim olunmuş və yekdilliklə komitənin sədri seçilmişdi. 

Amma həmin illərə  nə  qədər çirkab yaxınışdılar; həyatları boyu 

heç bir faydalı  iş görməyən, heç yerə bircə mismar belə çalmayan 

«yenidənqurma mühəndisləri», onların nökərçələri görülən işlərə  və 

insanlara  şər atmışdılar.  Əliyev respublika partiya təşkilatının 

yetmişinci illərdəki fəaliyyətinə qara yaxanların qarşısına konkret 

rəqəmlərlə, faktlarla çıxırdı. 

- Necə sübut etmək olar ki, sizin göstərdiyiniz rəqəmlər saxta 

deyil? - deyə jurnalist və teleaparıcı Andrey Karaulov Heydər 

Əliyevdən soruşmuşdu. 

- Mənim qeyd etdiyim bütün rəqəmlər yalnız rəsmi statistikadan 

götürülüb. Əgər rəsmi statistikanı inkar etmək istəyirsənsə, gərək bunu 

da rəqəmlərlə sübut edəsən. Axı, belə rəqəmlər yoxdur. Onlar mövcud 

deyil. Başqa rəqəmlər ola da bilməz, ona görə də  mən nə deyirəmsə 

hamısı həqiqətdir. 

- Yaxşı, bəs sizin özünüz necə, hansısa nazirliklərin, idarələrin,  

rayon təsərrüfatlarının fəaliyyətində saxta rəqəmlərə rast 

gəlmisinizmi? 

İstər məndən  əvvəl, istərsə  də  mənim rəhbər olduğum dövrdə 

bütün ölkədə olduğu kimi, Azərbaycanda da müxtəlif təsərrüfat 

sahələrində belə hallar müşahidə olunurdu... Biz öz fəaliyyətimizə də 

məhz belə neqativ hallarla, həmçinin gözdən pərdə asanlarla 

mübarizədən başladıq. Onları tam aradan qaldıra bildikmi? Yox. Belə 

hallar indi də özünü göstərir. Belə 


 

155


neqativ hallar, saxta rəqəmlər rayonların, tikintilərin, kolxozların, 

sovxozların fəaliyyətində müşahidə olunurdu. MK-ya məlum olan 

belə faktlar büroda çox ciddi şəkildə müzakirə olunurdu. Biz elə 

düşünürdük ki, bu tədbirlərlə bir çox rəhbər işçiləri belə addımlardan 

çəkindirə bilərik. Əlbəttə, biz bu cür neqativ halların tamamilə aradan 

qaldırılması üçün çalışırdıq. Qeyd edim ki, bu mübarizədə biz heç 

kimə güzəştə getmirdik. Bu kitab üzərində  işlədiyimiz zaman tanış 

olduğumuz sənədlər Əliyevin sözlərini tam təsdiqləyir. 

 

  


 

156


 

 

 



 

Vl fəsil 

 

«SƏN BÜTÜN SOVET İTTİFAQINA LAZIMSAN, 

HEYDƏR» 

 

Baş katibin son gəlişi 

 

1982-ci il iyul ayının sonlarından avqust ayının son günlərinə 



qədər Leonid İliç Brejnev Krımda xarici qonaqları – Sosialist 

Həmrəyliyi ölkələrinin liderləri Qustav Qusak (Çexoslovakiya), Erix 

Honekker (Almaniya Demokratik Respublikası), Voytsex Yaruzelski 

(Polşa), Yumjagiyn Sedenbalı (Monqolustan) qəbul etmişdi... 

Sentyabrın iyirmi dördündə isə Sov. İKP MK-nın Baş katibi, SSRİ 

Ali Soveti Rəyasət Heyətinin sədri Leonid İliç Brejnev Bakıya 

uçmuşdu. O zaman bütün qəzetlər yazırdı ki, «Baş katib Azərbaycan 

SSR-in Lenin ordeni ilə  təltif edliməsi mərasimində  iştirak edəcək. 

Respublika bu ordenlə sosialist quruculuğu yollarında, onuncu 

beşillikdə sənaye və xalq təsərrüfatı məhsullarının istehsalı sahəsində 

qazandığı nailiyyətlərinə görə təltif edilmişdir». 

Azərbaycan bu böyuk ordenə  hələ iki il əvvəl layiq görülmüşdü, 

lakin Heydər  Əliyev ordeni şəxsən Leonid İliçin özünün təqdim 

etməsində israrlıydı və o, öz istədiyinə nail oldu. 

Dörd günlük gərgin səfər proqramı hətta gənc adam üçün də ağır 

və çətin işdir. Ətrafda baş verən hadisələri dumanlı şəkildə dərk edən 

xəstə, qoca Baş katib üçün isə bu, əlbəttə ki, daha ağır idi. Yəqin ki, 

yadına gələn bircə o idi ki, on il əvvəl daha gənc, daha gümrah olduğu 

zaman bu şəhərin vağzalından düşüb  ətrafa nikbinliklə göz 

gəzdirmişdi. Alqış  sədaları altında perrona düşməyi, vağzalətrafi 

meydandakı insan dənizinin 


 

157


156 

onu salamlaması, ətrafa boylanaraq iki qaragöz gıza da gül dəs-təsi 

verməsi və bu şəhərin istiliyi ona yaman xoş  gəlmişdi. Rusiya 

televiziyası belə gümrah Brejnevi heç vaxt göstərmir. Bir neçə nəslin 

yaddaşına Brejnev qoca, halsız, ahıl, xəstə bir adam kimi həkk olub. 

İndi isə yoldaş L.İ.Brejnevin Azərbaycana gəlişindən bəhs edən 

qəzet səhifələrini vərəqləyərək,  şahidləri dindirək və dörd günlük bu 

səfəri olduğu kimi gözümüzün önündə canlandıraq. 

... Təyyarənin trapı önündə Leonid İliç Brejnevi Azərbaycan KP 

MK-nın birinci katibi, Sov. İKP MK Siyasi bürosunun üzvlüyünə 

namizəd yoldaş Heydər Əliyev, Azərbaycan SSR Ali Soveti Rəyasət 

Heyətinin sədri Q.A.Xəlilov, respublika Nazirlər Sovetinin sədri 

H.N.Seyidov və Azərbaycan Kommunist Partiyasının Mərkəzi 

Komitəsinin üzvləri səmimi-qəlbdən salamladılar. Fəxri qarovulun 

rəisi yoldaş Brejnevə  rəsmi raport verdi. SSRİ-nin və Azərbaycan 

SSR-in himnləri səsləndirildi. 

Milli adət-ənənəyə uyğun olaraq hörmətli qonağa Azərbaycan 

torpağının yetişdirdiyi məhsullardan təqdim edildi. Pionerlər ona çiçək 

dəstələri verdilər. 

Aeroportdan şəhərə qədər bütün yolboyu, küçələrdə, mey-danlarda 

transparantlar,  şüarlar tutmuş minlərlə Bakı sakini se-vimli Leonid 

İliçi ürəkdən salamlayırdı... 

Ertəsi gün, 1982-ci il sentyabrın 25-də  qəzetlər məhz belə 

yazırdılar və bu həqiqət idi. Azərbaycanın paytaxtı da təmtəraqlı qəbul 

məsələlərində o biri respublikalardan geri qalmırdı. Eynən bu cür 

qəbulları Baş katib üçün başqa  şəhərlərdə - Tbilisidə, Daşkənddə, 

Kiyevdə  və sair yerlərdə  də keçirmişdilər. Bu da «inkişaf etmiş 

sosializm»in dəst-xətti idi. İndi isə  gəlin, ucsuz-bucaqsız maşın 

kortejini izləyək. Maşın karvanı aeroportdan şəhərəcən olan yolu qət 

edərək, o vaxt Leninin adını daşıyan böyük və gözəl dənizkənarı 

meydanda dayandı. 

Jurnalistlər bu təntənəli manifestasiyanı  təsvir edəndə öz 

emosiyalarını güclə saxlayırdılar: 

...  Şeypurlar səslənir. Toplaşanlar Sov. İKP MK-nın Baş katibi 

Leonid  İliç Brejnevi və respublikanın rəhbərlərini böyük alqışlarla 

qarşılayırlar. Yoldaş Brejnev, Əliyev, Xəlilov, 



 

158


H.N.Seyidov   respublikanın   məşhur   adamlarının   toplaş-dığı 

hökumət tribunasına doğru addımlayırlar. 

Bakı Xalq Deputatları Sovetinin qərarı elan edilir: Azərbay-canın 

paytaxtı Bakı  şəhərinin bütün zəhmətkeşlərinin ümumi rəyinə görə, 

Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, elmi, in-cəsənəti və sosial 

həyatına daimi qayğı ilə yanaşdığı üçün dərin minnətdarlıq  əlaməti 

olaraq Leonid İliç Brejnevə Bakının fəxri vətəndaşı adı verilmişdir. 

Meydanı yenə  də alqış  sədaları bürüyür. SSRİ-nin xalq artisti, 

Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov və buruq ustası, Sosialist 

Əməyi Qəhrəmanı S.Nağıyev Leonid İliç Brejnevə Bakının fəxri 

vətəndaşı diplomunu və medalını təqdim edirlər. Gənc leninçilər yenə 

də Leonid İliçə çiçək dəstələri verirlər.  Əməkçilərin, ziyalıların, 

gənclərin nümayəndələri Leonid İliçi yeni fəxri ad alması münasibəti 

ilə  təbrik edirlər.  İncəsənət ustaları  və özfəaliyyət dərnəklərinin 

üzvləri milli rəqsləri ifa edir, böyük vətənimizdəki xalqlar dostluğunu, 

beynəlmiləlçiliyi vəsf edən mahnılar oxuyurlar... 

Sovet İttifaqı Teleqraf Agentliyinin müxbirləri sentyabr gü-nəşinin 

istisində Baş katibin Bakıya səfərinin ilk gününü belə təsvir edirdilər. 

Ümid edirik ki, uzun sitatlara görə oxucular bi-zim günahımızdan 

keçərlər. Bu çıxarışlar həmin dövrün atmos-ferini hiss etmək üçündür, 

hadisələri və  əsərimizin qəhrəmanını müxtəlif rakurslardan görməyə 

imkan verir. Əlbəttə ki, ev sahibi olan Heydər Əliyev üçün bu anlar, 

bu saatlar xüsusi önəm daşıyırdı. 

«Qonağı çox olan ev sahibinin ürəyi böyük olar» - bir rus 

məsəlində təxminən belə deyilir (ona görə təxminən ki, məlum olduğu 

kimi atalar sözləri tərcümə olunmur). Azərbaycanda da buna bənzər 

atalar sözləri çoxdur. Ənənəyə görə azərbaycanlılar  ən yaxşı 

nemətlərini qonaq üçün saxlayırlar.  Əlirza ilə  İzzət xanım da 

uşaqlarını  məhz belə  tərbiyə etmişdilər.  Əgər böyük bir ailənin cəmi 

iki otağı varsa, onun birini mütləq qonaq üçün hazırlayır,  ən yaxşı 

yataq,  ən yaxşı yorğan-döşək qonaq üçün salınırdı. Bir dəfə balaca 

Heydər qardaşı ilə Naxçıvandan kəndə, hansısa bir qohumlarının 

evinə qonaq gedibmişlər. Heydər  Əliyev sonralar bunu belə 

xatırlayırdı: «Bizi dəhlizdə  qəbul edib yemək verdilər, amma qonaq 

otağına buraxmadılar. Bəs oranı kimin üçün hazırlayırdılar? Qonaq 


 

159


üçün. Orada bir çarpayı, ipək yorğan-döşək, yumşaq yastıqlar vardı. 

Özləri isə döşəməyə bir xalı da salmamışdılar. Mən fi-kirləşdim

yaxşı, evə ayda-ildə bir dəfə qonaq gəlirsə, deməli bu otaq il uzunu 

boş qalır. Ev sahibi isə il uzunu belə çətin şəraitdə yaşayır, o otağa isə 

toxunmur. Bu da bir psixologiyadır. Bəlkə  də, bu bizim milli adət-

ənənə ilə bağlıdır – yaxşı şeylərin hamısı qonaq üçün... 

...İllər ötəcək və jurnalistlərdən biri Əliyevə Leonid İliç Brejnevin 

Bakıya həddən artıq tez-tez gəlməsini və onun şərəfinə hazırlanan 

təntənəli qəbulları xatırladacaq. 

- Çox səfeh sözdür, - deyə Heydər  Əliyev daxilən etiraz edir. - 

Məgər ölkənin birinci adamının Azərbaycan Respublikasına tez-tez 

gəlməyinin, biz azərbaycanlıların mahiyyətcə qonaqpərvər olmağının 

nəyi pisdir ki? Bütün dünya telekanallarının, radiostansiyalarının 

diqqət mərkəzində olmağın nəyi pisdir ki? Ən əsası da, Baş katibin hər 

səfərini bəhanə gətirərək mərkəzi büdcədən yeni böyük tikintilər üçün 

vəsait qopartmağın nəyi pisdir ki? 

Onu da qeyd etmək lazımdır ki, Brejnevin həmin son səfəri zamanı 

ev sahibləri adi qarşılama proqramı ilə məhdudlaşma-dılar: bəli, əbədi 

məşələ  və Leninin heykəli önünə  əklil qoyuldu, Böyük Vətən 

müharibəsi veteranları ilə görüş də oldu. Amma bundan sonra Leonid 

İliçi dənizin dərinliklərində neft quyuları qazmaq üçün nəzərdə tutulan 

«Şelf-2» - üzən qazma qurğusuna, kondisionerlər zavoduna apardılar. 

Bazar günü isə Leonid İliç Brejnev Azərbaycan Respublikasına Lenin 

ordenini təqdim etdi. Bu məqamda yenə  də  SİTA-nın reportajlarına 

nəzər salaq: 

«...İclası açan yoldaş Heydər Əliyev Leonid İliç Brejnevi səmimi-

qəlbdən və hərarətlə salamladı. O qeyd etdi ki, SSRİ-nin yaranmasının 

altmış illik yubileyi ərəfəsində, sovet insanlarının beynəlmiləlçilik və 

qardaşlıq bayramı olan bu gözəl vaxtda yoldaş Brejnevin Azərbaycana 

gəlməsi respublikamız üçün böyük şərəf və etimaddır. Yoldaş Heydər 

Əliyev bildirdi ki, Leonid İliçlə görüşərkən Bakı sakinlərinin nümayiş 

etdirdikləri səmimi sevinc hissləri və bu zalda hökm sürən bayram 

əhval-ruhiyyəsi, təmtəraq bizim hamımızın, bütün Azərbaycan 

zəhmətkeşlərinin Leonid İliç Brejnevə böyük məhəbbətinin və 



 

160


Sovet  İttifaqı Kommunist Partiyasının daxili və xarici siyasəti ilə 

həmrəyliyimizin nümunəsidir». 

Leonid  İliç Brejnev başda olmaqla Sov. İKP MK Siyasi 

Bürosunun üzvləri yekdilüklə iclasın fəxri rəyasət heyətinə se-çilir. 

Söz yoldaş Leonid İliç Brejnevə verilir. Hamı ayağa qalxıb 

uzunmüddətli alqışlarla Baş katibi salamlayır. 

Sinəsində beş Qızıl ulduz olan yorğun qoca ayağa qalxıb ağır-ağır 

addımlayaraq tribunaya yaxınlaşır.  Əlindəki kağızları açıb qarşısına 

düzür: 

- Əziz yoldaş Əliyev! Əziz yoldaşlar! 



Dünən biz Azərbaycan Respublikasını SSRİ-nin  ən böyük 

mükafatı olan Lenin ordeni ilə  təltif etmişik.  İndi isə biz kəskin və 

partiya sərtliyi ilə... 

Brejnev çox ləng danışır, onun süni dişləri üçün çətin tələffüz 

olunan «Azərbaycan» sözündə  hər dəfə çaşırdı. Onu da deyək ki, öz 

rəhbəri haqqında saysız-hesabsız lətifələr danışan ölkənin vətəndaşları 

Leonid  İliçin bu qüsuruna çoxdan öyrəşmişdilər və  hətta bəzi 

oyunbazlar onun bu danışıq tərzini ustalıqla yamsılayırdılar da. 

Lakin bu dəfə əzəmətli zalda elə bil külək əsdi: gözlənilməz hadisə 

baş vermişdi. Baş katib MK-nın sabahkı plenumu üçün hazırlanmış 

məruzəni oxuyurdu... Brejnevin ikinci sırada oturan köməkçisi 

Aleksandrov – Agentov cəld tribunaya tərəf atıldı. Amma natiq buna 

əhəmiyyət vermədi. Özünü itirən köməkçi əllərini yana açıb, gözlərini 

ona dikilən baxışlardan qaçırıb öz yerinə oturdu. Nəhayət,  Əliyev 

Brejnevə yaxınlaşıb qulağına nəsə  pıçıldadı  və qarşısındakı  mətni 

dəyişdi. 

Baş katib sakit tərzdə: 

- Hə, olan işdi, - dedi. Onunla birgə mərasim iştirakçıları nəhayət 

rahat nəfəs alıb əl çaldılar. Zalı alqış sədaları bürüdü. 

Leonid  İliç yeni mətni demək olar ki, səhvsiz oxudu, yalnız bir 

dəfə çaşıb «Azərbaycan nefti» əvəzinə «Əfqanıstan nefti» dedi. 

- Böyük məmnuniyyət hissi ilə bildirirəm ki, dövlətə taxıl 

məhsullarının satışı üzrə sosialist öhdəçiliyini bütün respublikalar 

arasında yenə birinci Azərbaycan Respublikası artıqlamasıyla yerinə 

yetirib. Əziz yoldaşlar, dostlar, icazə verin bu əmək nailiyyətinə görə 

Sov.İKP MK adından sizə  dərin minnətdarlığımı bildirim. Bu 

uğurların ən əsas səbəbi nədir?-  


 

161


deyə natiq özü-özünə sual verdi və qalın qaşlarının altından salonu 

nəzərdən keçirib, yenidən standartdan fərqli, iri hərflərlə yazılmış 

mətnə baxdı. - Uğur Heydər  Əliyeviç  Əliyev başda olmaqla, 

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komi-təsinin və onun 

bürosunun prinsipial, ardıcıl və tükənməz enerji ilə partiya xəttini 

həyata keçirməsindədir. 

Heydər  Əliyevin Azərbaycanın rəhbəri seçilməsinin artıq on 

dördüncü ili idi. Onun həm özünün, həm də respublikanın həyatında 

böyük bir mərhələ arxada qalmışdı. Rəhbərin həqi-qətən də  fəxr 

etməyə haqqı vardı. Azərbaycan Respublikası sovet dövlətinin 

qoyduğu iqtisadi və sosial inkişaf planını ildən-ilə daha da uğurla 

yerinə yetirirdi. Respublikada hər il yeni zavodlar işə salınırdı. Neft 

hasilatı da artaraq, ildə on dörd milyon tona çatmışdı və bunun üçdə 

iki hissəsi Xəzər dənizinin dərinliklərindən çıxarılırdı. Sosial planlar 

reallığa çevril-məkdəydi... 

Bazar ertəsi Azərbaycan KP MK-nın büro üzvləriylə görüşən və 

görüşdə lazımi nitqini oxuyan Leonid İliç Brejnev yu-banmadan 

Moskvaya uçdu. O, artıq son aylarını yaşayırdı. 

Noyabrın beşində Brejnev Kremldə, SSRİ Ali Sovetinin Rəyasət 

Heyətində Böyük Sosialist İnqilabının altmış beşinci ildönümünə həsr 

olunmuş  təntənəli iclasda iştirak etdi və Sov.İKP MK-nın Siyasi 

Bürosunun üzvü, Moskva şəhər Partiya Komitəsinin birinci katibi 

Viktor Qrişinin məruzəsini mür-güləyərək dinlədi. Viktor Viktoroviç 

Qrişin Baş katib Brejnevin vəsfində əlvan rəngləri əsirgəmədi: 

- Öz məruzələrində, çıxışlarında, yazdığı  əsərlərdə Leonid İliç 

Brejnev marksist-leninçi nəzəriyyəni fundamental ümumiləşdirmələr 

və  nəticələrlə  zənginləşdirmişdir. Sovet vətəndaşları ölkə 

iqtisadiyyatında xalqın rifahının yüksəldilməsinə yönəlmiş müsbət 

dəyişiklikləri və onların reallaşdırılmasında partiyanın gördüyü işi 

haqlı olaraq məhz Leonid İliçin adıyla bağlayırlar. Leninçi ənənələrə 

böyük sədaqət Noyabrın yeddisində keçirilən parad və nümayişdə 

Brejnev Qızıl meydandakı tribunada dayanıb nümayişçiləri salamladı. 

Kremlin Qurultaylar sarayında isə kiçik nitq söyləyib çoxpilləli bir 

tost dedi: 



 

162


- Bizim Leninçi partiyanın  şərəfinə! Bizim xalqlar dostlu-ğunun 

şərəfinə! Bizim SSRİ-nin  şərəfinə! Yer üzərində möhkəm sülh və 

əmin-amanlığın şərəfinə! Hər bir sovet ailəsinin xöşbəxtliyi və rifahı 

şərəfinə! Bu zalda əyləşənlərin hamısının cansağlığı şərəfinə! 

Bu, onun həyatında son tost oldu. Cümə günü, 1982-ci il noyabrın 

on ikisində sovet qəzetlərinin hamısının birinci səhifəsi matəm əlaməti 

olaraq qara haşiyə ilə dərc olundu. 

...Həqiqi və alovlu vətənpərvər, böyük inqilabçı, kommunizm 

uğrunda yorulmaz mübariz, müasir dövrümüzün böyük dövlət və 

siyasət xadimi Leonid İliç Brejnev vəfat edib. 

Ardınca isə onun ölümü barədə tibbi arayış və ölümün sə-bəbləri 

açıqlanırdı... 

Dəfn mərasimi üzrə dövlət komissiyasının məlumatı: Leonid İliçin 

dəfn mərasimi 15 noyabr, bazar ertəsi saat on ikidə  Qızıl meydanda 

olacaq. 

Noyabrın on ikisi Sov.İKP MK Siyasi Bürosunun plenumu yığışıb 

Yuri Vladimiroviç Andropovu Sov. İKP MK-nın Baş katibi seçdi. Elə 

həmin gün plenum iştirakçıları Sütunlu salona gəlib Leonid İliçlə 

vidalaşdılar. Böyük şəkilin mərkəzində Andropov və Tixonov, solda 

Şevardnadze,  Əliyev və o zaman SSRİ Ali Soveti Rəyasət Heyəti 

sədrinin birinci müavini Kuz-netsov dayanmışdılar. 

SSRİ və Sov.İKP rəhbərliyində dəyişikliklər artıq çoxdan zərurətə 

çevrilmişdi.  Ətrafda baş verənləri dumanlı  şəkildə  dərk edən 

«qocalar» neçə ildi ki, böyük bir dövləti idarə et-məkdəydilər. Daha 

doğrusu, dövləti onlar yox, onların ətrafındakı sıx «kütlə» idarə edirdi. 

Brejnev 1974-cü ildə Uzaq Şərqə  səfəri zamanı artıq möhkəm 

xəstələnmişdi. Vəziyyəti getdikcə daha da pisləşməkdəydi. Müvəqqəti 

ayılmalar zamanı onun özü də artıq getmək vaxtının çatdığını başa 

düşür, amma hər şeyin olduğu kimi qalmasını istəyən ətrafdakılar Baş 

katibi bu addımdan çəkindirirdilər. «Sizi, Leonid İliç heç kəs əvəz edə 

bilməz». 

Andrey Pavloviç Kirilenko da neçə müddət idi ki, prostatdan 

əziyyət çəkirdi. MK-nın katibi və Siyasi Büronun üzvü olsa da, artıq 

çoxdan idi ki, iclaslarda iştirak etməyə taqəti qalmamışdı. 



 

163


Çernenko da müalicə olunurdu. Ustinovla Qromıko artıq yetmiş 

yaşı adlamışdılar... 

Leonid İliçin səhnədən getməsinə iki il qalmış köhnə bol-şeviklər 

Mixail Andreyeviç Suslovu, partiya iyerarxiyasında 2 N-li adamı, 

Starıy ploşadda təqribən yarım  əsr ömür keçirmiş «boz kardinal»ı o 

dünyaya yola saldılar. Onunla, deyilənə görə, hətta Stalin də 

hesablaşırmış. Suslov o insanlardan idi ki, Stalindən sonra Kremldə 

başlayan hakimiyyət davasında Molotovu, Malenkovu, Kaqanoviçi və 

«onlara birləşən  Şepilovu» (artıq lətifəyə çevrilmiş, rəsmi partiya 

sənədlərindən götürülmüş formula) kənarlaşdırmaqda Xruşşova 

kömək etmişdi. 1964-cü ilin aprelində Xruşşovun 70 yaşı tamam 

olanda hamıdan qabağa düşüb  əziz Nikita Sergeyeviçin istirahətə 

getməyini elan etdi. On ildən sonra o, eynən beləcə partiya qəzəbi ilə 

Xuruşşovu ifşa etdi və Brejnevə odlu-alovlu tərif yağdırdı. 

Bir sözlə, hakim dairələrdəki dəyişiklik ölkəyə hava-su kimi lazım 

idi. Bu barədə  kəskin, sərt  şəkildə  və açıq-aydm sözü Yuri 

Vladimiroviç Andropov dedi. O artıq iyrmi ilə yaxın idi ki, SSRİ 

DTK-sına rəhbərlik edirdi və eyni zamanda MK-nın katibi idi, 

iclaslara da çox vaxt o sədrlik edirdi. Bu səbəbdən də  vəziyyəti 

hamıdan yaxşı bilirdi. 

Andropovun ölkədə keçirilməsi vacib olan konkret reformalar və 

dəyişikliklər haqqında dəqiq işlənib hazırlanmış planı vardımı, 

yoxdumu? - indi bu suala dəqiq cavab vermək çətindir.  Əliyev bu 

xüsusda belə deyirdi: «Andropovun gizli saxladığı planlar çox idi və 

bu planların hamısı sifr olaraq qaldı». Ancaq hər  şeydən  əvvəl 

müəyyən etmək lazım idi ki, «bizim yaşadığımız cəmiyyətin 

mahiyyəti» nədən ibarətdir. 

Elm adamları sistemə ad qoymaq üçün muxtəlif sözlər dü-

şünürdülər: inkişaf etmiş sosializm, real sosializm, yetkin sosi-alizm... 

Amma sən demə, bu sistemin özünün də kamilləşməyə  hələ çox 

ehtiyacı vardı. Vaxt keçdikcə ölkənin qarşısında daha kəskin gündəlik 

məsələlər dururdu: insanları yedizdirib-içizdirmək, geyindirmək, 

mənzillə  təmin etmək, təhsili qaydasına salmaq, Əfqanıstandakı 

müharibəni yoluna qoymaq və s. 

  


 

164


 

  

1   ...   6   7   8   9   10   11   12   13   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə