GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə11/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   39

22 noyabr 1982- ci il, Moskva 

 

Sov.İKP MK-nın növbəti plenumunda SSRİ Nazirlər Soveti 



sədrinin müavini Nikolay Konstantinoviç Baybakovun «1983-cü ildə 

SSRİ-nin sosial-iqtisadi inkişafının Dövlət Planı» və SSRİ maliyyə 

naziri Vasiliy Qarbuzovun «1983-cü il üçün SSRİ-nin Dövlət 

büdcəsi» haqqında məruzələri dinlənildi. 

Rəsmi xəbərlərdə isə deyilirdi ki, plenum təşkilati məsələlərə  də 

baxmışdır: 

«MK-nın plenumu yoldaş H.Ə.Əliyevi Sov.İKP MK Siyasi 

Bürosuna üzvlüyə namizədlikdən üzvlüyə qəbul edilməsi barədə qərar 

qəbul edib. 

MK-nın plenumu yoldaş A.P.Kirilenkonu səhhətiylə  əlaqədar, öz 

xahişi ilə Sov.İKP MK-nın katibi və Siyasi Büronun üzvlüyündən 

azad edib. 

Sov.İKP MK-nın plenumu yoldaş N.İ.Rıjkovu Sov.İKP MK-nın 

katibi vəzifəsinə seçib». 

Əlavə edək ki, Əliyev və Rıjkov məhz Andropovun təqdimatı ilə 

seçilmişdilər. Bir neçə gün əvvəl, bazar günü (Yuri Vladimiroviç həm 

DTK-da, həm də MK-da artıq çoxdan idi ki, bazar günləri də işləyirdi) 

Andropov Kremldəki kabinetində  Əliyevlə görüşmüşdü. Qaydalara 

uyğun olaraq bütün qəzetlərdə KP MK-nın Siyasi Bürosunun yeni 

üzvünün böyük şəkli və haqqında kiçik bioqrafik məlumat çap 

olunmuşdu. 

«Yoldaş Əliyev 1923-cü ildə fəhlə ailəsində anadan olub. 1945-ci 

ildən Sov.İKP-nin üzvüdür. S.M.Kirov adına Azərbaycan Dövlət 

Universitetinin tarix fakültəsini bitirib. 

Naxçıvan Muxtar Respublikası Xalq deputatları sovetinin şöbə 

müdiri vəzifəsində işləyib. Sonra isə Dövlət təhlükəsizlik orqanlarında 

fəaliyyətə başlayıb, sıravi operativ işçidən Azər-baycan DTK-sının 

sədri vəzifəsinə qədər yüksəlib. 

1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilib. 

Sov.İKP-nın XXIV, XXV, XXVI qurultaylarında Sov.İKP MK-nın 

üzvü seçilib. 1976-cı ilin martından etibarən Sov.İKP MK Siyasi 

Bürosunun üzvlüyünə namizəddir. 

Sosialist Əməyi Qəhrəmanıdır. SSRİ Ali Sovetinin deputa-tıdır». 


 

165


 Tarixçi  və publisist Roy Medvedevin sərrast ifadəsi ilə desək, 

«Kremlin səmasında yeni ulduz parlamağa başladı».  İllər ötəndən 

sonra SSRİ-nin xarici işlər naziri və SSRİ rəhbərliyində ən hörmətli, 

nüfuzlu siyasətçi olan Andrey Qromıko o vaxt beynində parlamış bir 

fıkri açıqlamışdı. O, boynuna almışdı ki, «Heydər  Əliyev Moskvaya 

gələndə mən düşünmüşdüm ki, SSRİ-yə məhz bu cür gənc və enerjili 

bir rəhbər lazımdır». 

Əfsuslar olsun ki, Andropovla Çernenkodan sonra növbəti yeni 

lideri müəyyənləşdirmək məqamı çatanda Qromıko bu düzgün fıkrini 

açıqlamamışdı... 

Zahirən hər  şey  əvvəlki qaydasında idi. Ancaq zahirən. Hələ  də 

Brejnev xatırlanır, MK-nın, SSRİ Ali Soveti Rəyasət Heyətinin və 

Nazirlər Sovetinin «Leonid İliç Brejnevin xatirəsinin əbədiləşdirilməsi 

haqqında» qərarı  dərc olunur, şəhər və rayonların adları  dəyişdirilib 

L.İ.Brejnevin adına qoyulur, za-vodlar, kolxozlar, ali məktəblər, orta 

məktəblər, meydanlar və 30-cu illərdə Leonid İliçin xidmət etdiyi 

tədris tank diviziyası onun adını daşımağa başlayırdı. 

Ölkədə isə  gələcək inkişafın  əsas aparıcı istiqaməti siyasi 

quruluşun ana xəttinə uyğun tənzimlənirdi. Və ilk dəfə olaraq -

sonralar Qorbaçovun öz adına çıxmaq istədiyi «sürətləndirmə» prosesi 

həyata keçirilməyə başlanmışdı. 

Yeni Baş katib Yuri Andropov iqtisadiyyatın inkişaf tempinin 

sürətləndirilməsi, milli gəlirin, kənd təsərrüfatı  və  sənaye 

məhsullarının mütləq həcminin artırılması,  əmtəə dövriyyəsinin 

yüksəldilməsi barədə danışırdı. Brejnevin ölümündən cəmi iki həftə 

keçirdi, amma əsas söz-söhbət görülən yox, hələ görüləsi olan işlər 

barədəydi. Bir neçə əsas məqamı diqqətinizə çatdıraq. 

Yuri Vladimiroviç iclas iştirakçılarının diqqətini belə bir fakta 

çəkdi ki, «beşilliyin ilk iki ili ərzində plan tapşırıqları bir çox 

göstəricilər üzrə yerinə yetirilməmiş qalıb. Bir çoxları, deyəsən, heç 

işə necə başlamağı da bilmirlər, - deyə yeni Baş katib davam edir. - 

Gərək belə yoldaşlara hansı köməyi göstərmək barədə düşünək». 

Yenə də son zamanlar tez-tez eşidilən «sürətləndirməli» sözü səslənir. 

İqtisadiyyatın, planlaşdırmanın, təsərrüfat mexanizmlərinin 

kamilləşdirilməsi prosesini sürətləndirmək lazımdır. 


 

166


 Baş katib isə hesab edir ki, «elə iqtisadi və  təşkilati  şərait 

yaratmaq lazımdır ki, keyfiyyətli, məhsuldar  əməyi, təşəbbüs-karlığı 

və  işgüzarlığı stimullaşdırsın». Ancaq vaxtı çatmış  mə-sələlərin həlli 

üçün hazır reseptlər yoxdur. Düzdür, cavab tapmaq üçün yerli və 

dünya təcrübəsini birləşdirmək, ən yaxşı praktik işçilərin və alimlərin 

biliklərini öyrənib onlardan faydalanmaq lazımdır. 

Baş katib iqtisadiyyatın  əsas sahələrinin - yanacaq-energetika 

kompleksinin, qara metallurgiyanın, dəmiryol nəqliyyatının 

inkişafının başlıca problemlərini təhlil edir. Dəmiryollarında vəziyyət 

olduqca pis idi. Nazirlər Sovetinin sədrinin birinci müavini Heydər 

Əliyevə vəzifəsinə uyğun olaraq bir çox başqa sahələrlə yanaşı, məhz 

bu sahəylə də məşğul olmaq tapşırılır. 

MK-nın plenumundan dərhal sonra SSRİ Ali Sovetinin ses-siyası 

keçirildi. Onuncu çağırış yeddinci sessiya eyni gündə, noyabrın 23-də, 

eyni vaxtda saat 16-da Kremlin Böyük Qurultaylar Sarayında  İttifaq 

hökumətinin birinci iclası, Ali So-vetin binasında Millətlər Sovetinin 

ilk iclası keçirildi. 

Qəzetlərin yazdığı kimi, deputatlar və qonaqlar yoldaş 

H.Ə.Əliyevi, M.S.Qorbaçovu, V.V.Qrişini, A.A.Qromıkonu, 

D.A.Kunayevi, Q.V.Romanovu, N.A.Tixonovu, D.F.Ustinovu, 

V.V.Şerbitskini, P.N.Demiçevi, V.İ.Dolgixi, T.Y.Kiselyovu, 

M.M.Solomentsevi, İ.V.Kapitonovu sürəkli alqışlarla qarşıla-dılar. 

Staraya ploşad mətbuata məhz bu qaydanı diktə etmişdi:  əlifba 

sırası ilə  əvvəlcə Siyasi Büronun üzvləri gəlir, sonra üzvlüyə 

namizədlər, nəhayət, qvardiyanı MK-nın katibliyi tamamlayır. Lakin 

bu sıralama çoxlarının xoşuna gəlmir. «Axı, nəyə görə siyahı  məhz 

Əliyevlə başlamalıdır, Qorbaçov isə yalnız ikincidir. Haqqmızı 

tapdalayırlar, Mixail Sergeyeviç!» 

Sovet İttifaqıyla bərabər onun Kommunist partiyası da on beş ildən 

artıqdır ki, tarixin səhifələrinə köçüb. Siyasi Büronun tam tarixi isə 

hələ  də  əlimizdə yoxdur. Partiya qurultaylarında Mərkəzi Komitəni, 

Mərkəzi Komitənin plenumlarında isə Siyasi Büronu seçirdilər. Bəli, 

hər şeyi idarə edən, istiqamətləndirən, hər şeyi bilən əsas hakimiyyət 

məhz Siyasi Büroya məxsus idi. Siyasi Büronun özündə isə Baş 

katibin ətra- 


 

167


fında hakimiyyətin əsas nüvəsi - Baş katibin son dərəcə etibar etdiyi 

yaxın adamları toplaşırdı. Stalinin son illərində bu nüvəyə Beriya, 

Malenkov, Molotov, Xruşşov daxil idi: Brejnev isə Ustinovun, 

Qromıkonun, Andropovun, Suslovun məsləhəti ol-madan heç bir qərar 

qəbul etmirdi. Qorbaçov isə hamıdan çox Yakovlevə, Şevardnadzeyə, 

Medvedyevə inanırdı... 

Siyasi Büro 1919-cu ilin martında yaradılıb. O vaxt büroya cəmi 

beş MK üzvü daxil idi. Onun funksiyası xüsusi qeyd olu-nurdu: təxirə 

salmması mümkün olmayan məsələlərin həlli üçün qərarlar qəbul 

etmək. Siyasi Büronun ilk beşliyi belə olub: Xalq Komissarları 

Sovetinin sədri Lenin, hərbi və  dəniz işləri xalq komissarı Trotski, 

milli məsələlər üzrə xalq komissarı Krestinski, Moskva Xalq 

Komissarları Sovetinin sədri Kamenev. Tarixçi Yuri Jukovun 

yazdığına görə, Siyasi Büronun fərdi tərkibi göstərir ki, bu kiçik qrup 

partiyaya rəhbərliyi yox, ölkəyə  rəhbərliyi həyata keçirən dövlət 

orqanıdır. 

Stalin bu xətti inkişaf etdirib otuzuncu illərdə hakimiyyətin formal 

da olsa, müstəqil sayılan iki qolunu - sovetləri və partiyanı tam 

birləşdirdi. Qorbaçov yenidənqurması hakimi-mütləq olan Siyasi 

Büronu diskussiya klubuna çevirənə  qədər bu orqan öz funksiyasını 

saxlamışdı. 

Rıjkovla Əliyev eyni plenumda Siyasi Büronun üzvü seçil-mişdilər 

və bu da onların arasında müəyyən yaxınlıq yaradırdı. Yoldaşlar onları 

təbrik edir, xoş arzularını bildirirdilər. Onlar da əl verib bir-birini 

təbrik etdilər.  Əliyevin partiya karyerasında bu, sadəcə layiq olduğu 

növbəti yüksəliş idi. Rıjkov isə heç vaxt özünü partiya işində təsəvvür 

etmirdi: «Axı mən istehsalat adamıyam». 

Təbii ki, onlar bir-birini çoxdan tanıyırdılar. Müxtəlif iclas-larda, 

qurultaylarda, plenumlarda görüşürdülər. 

Əvvəllər məşhur 

«Uralmaş»ın (Ural maşınqayırma zavodu) baş direktoru və-zifəsində 

çalışan Rıjkov son vaxtlar SSRİ-nin Dövlət Planlaş-dırma 

Komitəsində  sədr müavini işləyirdi. Maddi vəsaitlər, re-surslar onun 

əlindəydi və respublika rəhbəri də müxtəlif işlərlə bağlı bu idarəyə 

tez-tez baş çəkirdi. 

Dövlət Plan Komitəsinə Stalinin məşhur Xalq Komissarları 

nəslindən olan qocaman Nikolay Konstantinoviç Baybakov rəhbərlik 

edirdi. Baybakov Bakıda doğulmuş, burada neft mü-həndisi ixtisasına 

yiyələnmiş və işgüzar dairələrdə bacarıqlı 


 

168


mütəxəssis kimi tanınmışdı. Otuz yaşı tamam olduqdan sonra, o, 

Volqaboyu regionda böyük bir trestin rəisi, nəhayət, bütün neft 

sənayesinin rəhbəri olmuşdu. 1942-ci ilin noyabrında SSRİ Neft 

Sənayesi Xalq Komissarının birinci müavini N.K.Baybakovu Stalinin 

yanına çağırırlar. 

- Yoldaş Baybakov, - deyə Stalin özünəməxsus tərzdə ona 

müraciət etdi, - siz yubanmadan Qafqaza uçmalısınız. Kimi is-

təyirsiniz, özünüzlə götirün. Neftə görə başınızla cavabdehsiniz. Siz 

necə tikməyi bilirsiniz, indi isə necə dağıtmağı öyrən-məlisiniz. Əgər 

Hitlerə bircə ton da neft saxlasanız, biz sizi güllələyəcəyik. Amma 

əgər siz mədənləri məhv etsəniz və al-manlar oraya gəlib çıxa 

bilməsələr, onda biz neftsiz qalacağıq. Belə olan təqdirdə biz sizi yenə 

də güllələyəcəyik. 

Baybakov soruşur: 

- Başqa heç bir alternativ yoxdur? 

Stalin belə cavab verir: 

- Bunun üçün, cavan oğlan, çiyinlərinizdə başınız var, fikirləşin. 

Yubanmadan cənuba uçun və bütün məsələləri Budyonnı ilə həll edin. 

Baybakov Stalinin şəxsi tapşırığının öhdəsindən müvəffə-qiyyətlə 

gəldi. 


Xruşşov dövründə dikbaşlığına görə onu - RSFSR-in Dövlət Plan 

Komitəsinin sədrini yüksək vəzifədən çıxarıb Krasnodar Xalq 

Təsərrüfatı Sovetinə  rəhbərlik etməyə göndərmişdilər. Ancaq bir 

müddət sonra yenidən Moskvaya qaytarmışdılar. Xruşşovun 

istefasından sonra isə Brejnevlə Kosıgin ona SSRİ Dövlət Plan 

Komitəsinə  rəhbərlik etməyi tapşırırlar. Amma harada çalışmasından 

asılı olmayaraq, Nikolay Konstantinoviç heç vaxt öz kiçik vətənini 

unutmurdu. 

Nikolay Rıjkov xatırlayır: 

- Baybakov Azərbaycana həmişə yaxşı münasibət bəsləyirdi. Uzun 

illər  ərzində respublikanı SSRİ-nin Ali Sovetində  təmsil edənlərdən 

biriydi. Heydər  Əliyeviç isə Moskvada olarkən həmişə Nikolay 

Konstantinoviçin yanına gələrdi. 

Bu görüşlərə Dövlət Plan Komitəsinin rəhbəri adətən öz dörd 

müavinindən birincisini - Nikolay Rıjkovu da çağırırdı. 

İndi isə MK-nın həmin unudulmaz plenumundan sonra Rıj-kovla 

Əliyev artıq çiyin-çiyinə işləməli olacaqdılar. Rıjkov 


 

169


MK-da iqtisadi məsələlərə baxırdı, Heydər  Əliyev isə Nazirlər 

Sovetinin sədrinin birinci müavini idi. 

Bəzən deyirlər ki, Heydər  Əliyev özündən sonra heç bir sənəd 

qoymayıb və onun bioqrafiyası – doğulduğu il, valideynlərinin 

mənşəyi  əvvəldən sonacan quraşdırmadır. Bu versiya ilə  qətiyyən 

razılaşmaq olmaz. Andropovun idarəsi (DTK) öz kadrlarının bütün 

həyatını rentgen şüalarından da yaxşı öyrənirdi.  Əminliklə deyə 

bilərik ki, Baş katib özüylə  bərabər Siyasi Büroya gətirdiyi kadrın 

onuncu nəslinə qədər hər şeyi bilirdi: əlaqələrini, ətrafını, vərdişlərini, 

sağlamlığını, xarakterik xüsusiyyətlərini, maraq dairəsini və s... 

Yeri gəlmişkən, o xasiyyətnamələrdə  Əliyevin intellektual 

potensialına və əxlaqına verilmiş yüksək qiymət barədə sözlərə diqqət 

yetirin: şəxsi həyatda iddiasızdır, davranış və həyat tərzi idealdır. 

Nazirlər Sovetinin sədri Nikolay Aleksandroviç Tixonov 

Brejnevin dövründən işləyirdi və Yuri Vladimiroviç Andropov nəyə 

görəsə onu dəyişdirmədi, yalnız Heydər Əliyevi onun bi-rinci müavini 

təyin etdi. O, Heydər  Əliyevi, bəlkə  də, ölkənin ikinci adamı olan 

Tixonovun xələfı kimi görürdü. Bu, boş  fər-ziyyə deyil. Bizim 

həmsöhbətlərimizdən bir çoxu, Kreml mət-bəxinə yaxşı  bələd olan 

adamlar bu fikri təsdiq edirlər. 

-  Əminəm ki, Nazirlər Sovetinin sədri postunda Yuri Vla-

dimiroviç Andropov Tixonovu yox, başqa bir kadrı görürdü, bu fıkri 

Nikolay Semyonoviç Konarev bildirir. İndi, o, Rusiyanın  ən böyük 

nəqliyyat-ekspedisiya  şirkəti olan «İntertrans» Qapalı  Səhmdar 

Cəmiyyətinə  rəhbərlik edir. Bundan əvvəl isə doqquz il SSRİ-nin 

nəqliyyat naziri olub və bu vəzifəyə 1982-ci ildə Andropovun 

təqdimatıyla təyin olunub. - Bəli, Nazirlər Sovetini daha geniş siyasi 

təfəkkürə malik, aktiv, mobil və idarəçilik təcrübəsi çox olan bir kadr 

idarə etməliydi. Yəqin ki, bu məqamda milli məsələ də nəzərə alınırdı. 

Çoxmillətli bir dövlətin hakimiyyətində  təkcə ruslar olmamalıydı. 

Yuri Vladimiroviç kadrları hamıdan yaxşı tanıyırdı. Və  mən bütün 

faktları  təhlil edəndən sonra belə bir fıkrə  gəlmişəm ki, Əliyevin 

Kremlə  gətirilib Nazirlər Soveti sədrinin müavini vəzifəsinə  təyin 

edilməsinin daha uzaq bir perspektivi vardı.  Əfsuslar olsun ki, tale 

Andropova öz planlarını reallaşdırmaq üçün çox az vaxt ayırmışdı... 


 

170


 Əliyevin Nazirlər Sovetinə  təyinatı, deyəsən, Tixonovun bir o 

qədər də xoşuna gəlməmişdi. Bir vaxtlar onun özü Kosıginin müavini 

işləmişdi və metodiki olaraq öz rəisini gözdən salıb sıxışdıraraq 

məqsədinə yol açmışdı. İndi də Tixonov Əliyevi özünə rəqib görürdü. 

Əliyev Baş katibin tam etibar etdiyi adam idi və istənilən vaxt o, 

Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilə bilərdi. Tixonov o biri 

müavinlərindən qorxmurdu – Baybakovla Arxipov onun yaşıdı idilər, 

həm də partiya rəhbərliyində o qədər də parlayan kadrlar deyildilər. 

Nazirlər Sovetindən cəmi iki şəxs – Tixonovun özü və  Əliyev 

Sov.İKP MK-nın Siyasi Bürosunun üzvüydü və belə görünürdü ki, 

müavinlərin içində  Əliyev o birilərindən daha yüksəkdə olmalıydı. 

Amma ezamiyyətə, yaxud məzuniyyətə gedərkən Tixonov heç vaxt öz 

vəzifəsini  Əliyevə  həvalə etmirdi. Əlbəttə, bütün bunlar Heydər 

Əliyevin xətrinə dəyirdi, amma o, bunu heç vaxt büruzə vermirdi. 

Kremldə, Nazirlər Sovetində beş il – Andropovdan Qorbaçova 

qədər bütün bir epoxanı əhatə edən beş il. 

- Bizim yollarımız həmişə  kəsişirdi, - deyə Nikolay İvanoviç 

Rıjkov xatırlayır. - Əliyev nəqliyyat məsələləri ilə, yüngül sənaye ilə, 

başqa sahələrlə  məşğul olurdu, mən isə MK-nın katibi kimi Dövlət 

Plan Komitəsinin, Qiymətlərə  Nəzarət Komitəsinin və başqa 

strukturların işinə  nəzarət edirdim. Yeni vəzifələrimizdəki ilk iş 

günlərindən etibarən biz sıx əlaqədə işləməyə başladıq. Həm MK-da, 

həm də Nazirlər Sovetində tez-tez görüşürdük. Bəzən hansısa sənədlər 

üzərində birlikdə  işləyirdik, işin gələcək perspektivlərini birgə 

müzakirə edirdik. 

Heydər  Əliyev öz təmkinli görkəmiylə o vaxt da mənim xoşuma 

gəlirdi. Çox səmimi, ünsiyyətə meyilli adam idi, qapalı, özündən razı, 

lovğa insan deyildi. Sakit təbiəti vardı, yerinə düşən yumoru çox 

sevirdi. Bir insan kimi onunla işləmək çox asan idi. 

Nazirlər Soveti: gündəlik qayğılar 

Nazirlər Sovetinin və onun sədr müavininin, Siyasi Büronun üzvü 

olan bir şəxsin gündəlik qayğıları. Üstəlik də Siyasi Büro üzvü, daha 

dəqiq desək, üstəlik də yox, ilk növbədə 


 

171


Siyasi Büro üzvü. Görəsən, bu qayğılar nədən ibarət idi? 1983-cü ilin 

ilk aylarının xronikasına nəzər salaq. 

3 yanvar 1983-cü il, bazar ertəsi. SKK-nın (Varşava Mü-qaviləsi 

Ölkələrinin Siyasi Konsultativ Komitəsi) işində  iştirak etmək üçün 

Moskvadan Praqaya böyük bir nümayəndə heyəti yola düşür. 

Nümayəndə heyətinin rəhbəri Yuri Vladimiroviç Andropovla birgə 

Nazirlər Sovetinin sədri N.A.Tixonov, xarici işlər naziri 

A.A.Qromıko, müdafıə naziri D.F.Ustinov, Sov.İKP MK-nın katibi 

K.V.Rusakov da Praqaya gedirlər. 

Tam proqram üzrə yolasalma mərasimi. Qəzetlər protokola uyğun 

olaraq yola salanların adlarını sadalayırlar - Əliyevdən Rıjkova qədər. 

Şəkillərdə o, sağdan birincidir. İki il sonra Ni-kolay İvanoviç Rıjkov 

bir az mərkəzə doğru yerini dəyişəcək.  Əliyev isə Tixonovun 

arxasındadır. Qorbaçov şəkildə yoxdur. Bəlkə də, məzuniyyətdədir. 

«Sosialistiçeskaya industriya» qəzetinin elə həmin sayında ilin ən 

böyük tikintilərinin xəritəsi verilib - atom elektrik stan-siyasının beş 

yeni bloku, üç yeni su elektrik stansiyası, Yakuti-yada və Krasnodar 

vilayətlərində ildə iyirmi milyon ton kömür verəcək yeni şaxtalar

Urenqoy-Ujqorod (4,5 min km) və Urenqoy Novopskov (1,5 min km) 

qaz kəmərləri, polad emalında yeni sahələr, Çerepovets metallurgiya 

kombinatında dünyanın  ən böyük domna sobası... Bu, təkcə  ağır 

sənayedir. Hələ üstəlik  şəkər emalı zavodları,  ət kombinatları, 

konditer fabrikləri, tekstil sənaye müəssisələri, yaşayış binaları, 

poliklinikalar, sanatoriyalar və müasir dövrün tələbatı olan müxtəlif 

məişət cihazları - məsəlçün videomaqnitofon istehsalı... 

Filipp Denisovis Bobkovun xatırladığı kimi, 1980-ci ildə Sov.İKP 

MK xüsusi komissiya yaratdı. Yoldaşlar bir neçə  dəfə toplaşdılar və 

hamı  qətiyyətlə  əleyhinə  çıxış etdi: «Bu, bizə lazım deyil. Qoy 

gömrükçülər və  sərhədçilər öz işlərini görsünlər – videokasetləri 

sərhəddə müsadirə etsinlər». Ümumi rəy belə idi və SSRİ rabitə naziri 

Q.A.Şamşin, SSRİ  mədəniyyət nazirinin birinci müavini U.İ.Popov, 

SSRİ Teleradio Komitəsinin sədri S.K.Lapin də bu fikirdə idilər. 

DTK-nın ölkədə videotexnikanın istehsalını  təşkil etmək təklifıni 

yalnız SSRİ xarici işlər nazirinin birinci müavini Q.M.Kornienko və 



 

172


bəzi qeydlərlə, Dövlət Kino Komitəsinin sədri F.T.Yermaş müsbət 

qarşıladı. 

İki il keçdi. Y.V.Andropov Sov.İKP MK-nın Baş katibi seçilən 

günün səhəri komissiya yenidən yığıldı. Bu dəfə  nəhayət ki, 

videotexnika haqqında məsələni SSRİ Nazirlər Sovetinə təqdim etmək 

qərarı qəbul olundu. Nazirlər Sovetinin iclasını Heydər Əliyev aparır. 

Sovet sənayesi videotexnika istehsalına başlayır. 

9 aprel 1983-cü il. Sov. İKP MK-nın Siyasi Bürosu 2000-ci ilə 

qədərki dövrü də  əhatə edən «SSRİ-nin uzunmüddətli energetika 

planı»nı müzakirə edir. Koordinal məsələlərin müzakirələri zamanı 

Əliyev həmişəki kimi düşünülmüş, ölçülüb-biçilmiş təkliflər verir. 

12 aprel. Nazirlər Soveti və Ümumittifaq Həmkarlar  İttifa-qının 

Mərkəzi  Şurası Ali Sovetin müzakirəsinə «Müəssisələrin, idarələrin, 

təşkilatların idarə edilməsində  əmək kollektivlərinin rolunun 

yüksəldilməsi barədə» SSRİ-nin qanun layihəsini çıxarır. Ölkənin 

ictimai həyatı üçün yeni olan bu sənəddə də, Əliyevin düşüncələrinin, 

fıkirlərinin, dəqiq təkliflərinin izlərini görmək mümkündür. 

18 aprel. Kənd təsərrüfatının inkişafına və  Ərzaq proqramının 

reallaşmasına həsr olunmuş ümumittifaq müşavirəsi. 

22 aprel. Siyasi büro 1983-85-ci illərdən 1990-cı ilə qədərki dövr 

ərzində Baykalyanı  və Uzaq Şərq vilayətlərinin yanacaq-enerji 

bazasının yaxşılaşdırılması ilə bağlı məsələlərə baxır. 

Axşam Kremlin Qurultaylar sarayında Leninin anadan ol-masının 

113 illiyi ilə bağlı təntənəli mərasim keçirilir. Bütün Kreml rəhbərləri 

rəyasət heyətində  əyləşiblər. Bu yaxınlara qədər Stavropol Vilayət 

Partiya Komitəsinin katibi olmuş Sov.İKP MK-nın katibi Mixail 

Sergeyeviç Qorbaçov məruzə ilə  çıxış edir. Baybakov bizimlə 

söhbətdə xatırlayır ki, 1976-cı ildə Stavropol Vilayət Komitəsinin 

gənc birinci katibi onun yanına, Dövlət Plan Komitəsinə  gəlib 

qoyunçuluğun inkişafıyla bağlı öz təkliflərini bildirmişdi. O vaxtlar 

SSRİ-də bir qoyundan 2,6 kq yun qırxılırdı, Avstraliyada isə bu rəqəm 

10 kq idi (hal-hazırda 90 yaşı olmasına baxmayaraq, Baybakov indi də 

bütün bu rəqəmləri dəqiq xatırlayır). Qorbaçov söz verirdi ki, öz 

vilayətində bu rəqəmi 6 kq-a qədər qaldırsın. Mən sə- 



 

173


rəncam verdim ki, onun proqramının qəbul olunmasına yardımçı 

olsunlar, - deyə Baybakov sözünə davam edir. - Həmin vaxtlar mənə 

kənd təsərrüfatı üzrə müavin lazım idi. Qorbaçov da daxil olmaqla bu 

vəzifəyə dörd nəfəri təqdim etmişdilər. Ona təklif etdim ki, mənim 

yanıma gəlib kənd təsərrüfatı ilə  məşğul olsun. O, «Məgər mən belə 

bir məsuliyyətli işin altına girə bilərəmmi?» - deyib etiraz etdi və 

dərhal yoxa çıxdı. İki il gözləyəndən sonra isə öz məqsədinə nail oldu: 

onu MK-ya seçdilər. Bir müddət sonra isə MK-nın katibi oldu. 

Qorbaçov həmin iclasda Lenini və leninçiliyi, kommunizmi və 

Kommunist partiyasını ağızdolusu tərifləyir... Gələcək baş katibin öz 

partiyasından, sadiq qalacağına and içdiyi idealardan üz 

döndərəcəyinə cəmisi səkkiz il qalır. Kimin ağlına gələrdi ki, hər şey 

dəyişəcək!.. 

Həmin məruzəni indi nəzərdən keçirəndə bayağılığı hiss etməmək 

mümkün deyil. İqtisadiyyatda insan amili haqqında fikir gözə dəydi və 

«intizamı möhkəmləndirmək hamının işidir», yeni Baş katibə  səliqə 

ilə istinad edib «yoldaş Andropovun göstərdiyi kimi» növbəti 

ifadəsinin arxasında gizləndi... Qorbaçov bəyan edirdi: 

- Biz əminik ki, ideyalar mübarizəsində yenə  də  ən həqiqi və 

humanist ideya olan marksizm-leninizm qələbə çalacaq. Bizə, 

kommunistlərə isə tarix tərəfındən bəşəriyyətin  ən qiymətli incisi - 

Marks, Engels, Lenin kimi dahi mütəfəkkirlərin ideya mirası  həvalə 

olunub və biz onu göz bəbəyimiz kimi qorumalıyıq.... 

10 may 1983-cü il. Heydər Əliyevin altmış yaşı tamam olur. Ona 

ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adı verilir və  Qızıl medalla 

təltif olunur. Qəzetlərdə Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, 

SSRİ Ali Sovetinin təbrikləri dərc edilib. Təbrik edənlərin arasında 

Denis  İvanoviç Bobkov da vardı. O xatırlayır: «Yadımdadır, Heydər 

Əliyev Yuri Vladimiroviç Andropovun təbrik məktubunu necə böyük 

fəxrlə göstərirdi. Məncə, bu, onun əməyinə verilən  ən böyük qiymət 

idi». 

Bu qürurun arxasından, bir qədər də  uşaqlıq xarakterinə  bənzər 



pak cizgilər boylanırdı.  İllər ötəndən sonra Azərbaycan Prezidenti 

Heydər  Əliyev böyük görüşlərin birində etiraf etmişdi ki, hamı öz 

zəhmətinin qiymətləndirilməsini istəyir. «Mən də  həmişə bunu 

arzulamışam». 



 

174


Yeri gəlmişkən qeyd edək ki, Heydər  Əliyev, onu daha yaxşı 

tanıyanların dediyinə görə, heç də  şöhrətpərəst adam - görkəmli 

lüğətçi Dalın kitabında deyildiyi kimi «vəzifəyə seçilməyə,  şöhrətə, 

tərifə ehtiraslı  və buna görə  də  əxlaqi dəyərlərə yox, görkəmə görə 

hərəkət edən» adamlardan olmayıb. O bütün həyatı boyu şöhrətə görə 

işləməyib. 

Heydər Əliyevin gündəlik işlərinin təqvimində çox vaxt dəmiryol 

nəqliyyatı ilə bağlı problemlər xüsusi qeyd olunurdu. Bu, Andropovun 

şəxsi tapşırığı idi. Baş katib tez-tez SSRİ-nin xəritəsinə baxıb, «bizim 

ölkədə dəmiryolları həm iqtisadi, həm strateji, həm də ümummilli rol 

oynayır və bizim ölkənin xalqlarını birləşdirir» sözlərini təkrarlamağı 

xoşlayırdı. 

Buna baxmayaraq, son illər dəmiryolları pis işləyirdi. Odur ki, 

nəqliyyat naziri Pavlevskini Siyasi Büroya dəvət edirlər. O isə aydın, 

məntiqi bir izah verə bilmir, kənarda günahkar axtarmağa başlayır. 

Sonda Andropov belə  qərara gəlir: «Biz bu cür nazirlə  işləyə 

bilmərik». 

29 noyabr. Plenumdan bir həftə sonra nəqliyyat naziri vəzi-fəsinə 

Nikolay Semyonoviç Konarevi təyin edirlər. Belə adamlar barədə 

deyirlər: «O, dəmiryolunda böyüyüb». İşləyib, oxuyub; oxuyub, 

işləyib;  ən  əsası isə  işi bilir və  təmiz adamdır. Yol bölməsinin rəisi, 

Cənub dəmiryolunun rəis müavini, sonra isə  rəisi, nazir müavini, 

birinci müavin vəzifələrində çalışıb... Andropovun yanına da nazir 

müavini kimi dəvət olunur. 

Kabinetdə Siyasi Büro, demək olar, tam heyətlə  əyləşib, yalnız 

respublikalardan olan yoldaşlar yox idi. 

- Yoldaş Tixonov sizin Nəqliyyat Nazirliyinə  rəhbərlik etməyə 

razılıq verdiyinizi dedi, Yuri Andropov aramla danışırdı. - Biz bu 

qərarı təsdiq edirik. Siyasi Bürodan isə nəqliyyat məsələlərinə yoldaş 

Heydər Əliyev nəzarət edəcək. Bizə sualınız yoxdur ki? 

- Var, - Konarev cavab verdi. - Mənim bir sualım var. 

Əgər bundan sonra da dəmiryol nəqliyyatına münasibət  əvvəlki 

kimi olsa, onda biz artıq doxsanıncı illərdə iqtisadiyyatın inkişafı ilə 

ayaqlaşa bilməyəcəyik. 

Ardınca isə Nikolay Semyonov bir neçə statistik rəqəm də 

sadaladı. 1970-ci ildə nəqliyyat şəbəkəsi səksən min yeni vaqon alıb. 

1980-ci ildə bu rəqəm yetmiş minə enib. İşin həcmi isə iyirmi beş 

faizə qədər artıb. Vaqon parkı on beş faiz azalıb. 



 

175


 Bu halda yükdaşımaların keyfiyyətini necə yüksəltmək olar? 

Lokomativ parkında və relslərdə  də  vəziyyət yaxşı deyil. Əllinci 

illərin  əvvəllərində  dəmiryoluna büdcənin on bir faizi sərf olunurdu, 

indi isə bu rəqəm 4,2 faizə enib. Düzdür, atom energetikası, kosmik 

araşdırmalara xüsusi diqqət lazımdır, amma əgər dəmiryolu daşımaları 

həyata keçirmək iqtidarında olmasa, nə olacaq? 

Bu müzakirədə Dövlət Plan Komitəsinin sədri Nikolay 

Konstantinoviç Baybakov da iştirak edirdi. Son sözünü Andro-pov 

məhz ona ünvanladı: görünür, XII beşillik haqqında hər  şey 

əvvəlcədən düşünülmüş  və ölçülüb-biçilmişdi. «On ikinci beşillik 

nəqliyyatın inkişafı, nəqliyyat beşilliyi olmalıdır». 

Bir neçə gündən sonra Heydər  Əliyev yeni nəqliyyat naziri 

Konarevi öz yanına dəvət etdi: köməkçilərinə həvalə etmədi, özü zəng 

vurdu. 


- Söhbətimiz dörd saata qədər davam etdi, - deyə Konarev 

xatırlayırdı. 

Bəli, dörd saatın içində onlar bütün dəmiryol təsərrüfatının, bir-biri 

ilə sıx bağlı olan bütün başqa xidmətlərin işini səhifə-səhifə, problem-

problem araşdırdılar. Yalnız söhbətin  əvvəlində 3-4 dəqiqə Heydər 

Əliyev xatırlatdı ki, onun özü də  dəmiryolçu ailəsindəndir, atası 

Naxçıvan dəmiryol stansiyasında usta işləyib və  hər parovoz üçün 

narahat olub... 

Dövlət Plan Komitəsinin sədr müavini, ölkədə dəmiryol nəqliyyatı 

və ümumiyyətlə, nəqliyyat üzrə  ən böyük mütəxəs-sislərdən hesab 

olunan Viktor Yefımoviç Biryukovla da söhbət eynən bu cür işgüzar 

şəkildə keçdi. 

...Nikolay Semyonoviç Konarev hələ nazir müavini işlədiyi vaxt 

bazar günlərinin birində nazirlik üzrə növbətçi dayanmışdı. Birdən 

telefon zəng çaldı. 

- Danışan Kosıgindir. İşlər necədir? 

- Hər şey yaxşıdır, Aleksey Nikolayeviç, elə bir problem yoxdur. 

- Necə yaxşıdır ki, Riqa limanından taxılın daşınmasını təmin edə 

bilməmisiniz? 

Limanlar xaricdən gələn taxıl məmulatlarını  gəmilərdən boşaldıb 

çatdıra bilmirdilər. Gəmilər Riqa, Leninqrad, Murmansk limanlarında 

dayanıb gözləməyə məcbur olurdular. Dəmiryol vaqonları çatışmırdı. 



 

176


 -  Tədbir görün və iki gündən sonra mənə  məruzə edin, -Kosıgin 

sözünü bitirdi. 

İki gün sonra tapşırığı yerinə yetirən Konarev Nazirlər So-vetinin 

sədrinin qəbul otağına zəng vuranda ona deyirlər ki, Kosıgin 

Latviyada məzuniyyətdədir. Deməli, Pribaltikadan zəng vururmuş. O, 

istirahətdə də işdən ayrıla bilmirdi.... 

Rusiyanın müasir gerçəkliyindən bir epizod da yada düşür. Baş 

nazir Kasyanov əsas nazirliklərdən birinin rəhbərini qəbul edir. Bu 

rəhbər, onu narahat edən məsələlərin çox olmasına baxmayaraq, baş 

nazirin vaxtının hər dəqiqəsinin qiymətli olduğunu nəzərə alıb, çox 

yığcam danışır. Birdən baş nazirin istirahət otağından Rusiyada 

oliqarx adlandırılan bir nəfər çıxıb deyir: «Mişa, mən çox tələsirəm, 

gedək». Uşaqlar ehtiraslı gözlərlə pul qazanmağa tələsirdilər. 

Müəssisələrin, iqtisadiy-yatın, regionların problemlərinə vaxt 

hardaydı. O şey maraqlıdır ki, gəlir gətirir. Pul!.. Pul vaxtıdır. Onlar 

üçün fərq etməz nə işlə məşğul olurlar, nə ilə alver edirlər - təki pul 

çıxsın. Rusiya nefti ilə və ya Rusiya kömürü ilə. Rusiyanın səması ilə 

və ya onun dənizi ilə. Kim onlarla deyil, hamısını - istefaya, təqaüdə 

və ya nə vaxtsa parovozları göndərdikləri yerə - xılta yola salırlar. 

Konarevin yaddaşına daha bir əhvalat həkk olunub. Qərbi Sibirdə 

neft hasilatı gündən-günə artırdı. Onu ixrac etmək üçün paralel olaraq 

nəhəng neft kəmərləri, dəmiryolları tikir və yeni teplovozları istismara 

cəlb edirdilər. Onlar üçün mühərrikləri Kolomensk və Xarkovdakı 

zavodlarda hazırlayırdılar. Dövlət komissiyası Kolomensk dizel 

mühərrikini seçsə  də, o, uğursuz alınmışdı. Nəhayət, məsələ  gəlib 

Kosıginə çıxdı. Dəmiryol naziri Pavlovski Nazirlər Sovetinin iclasına 

Konarevi göndərir. Nikolay Semyonoviç yenidən öz mütəxəssisləri ilə 

danışıb və  nəticədə  qəti qərara gəlir ki, Kolomensk dizel mühərriki 

hazır deyil. Yerlərdəki dəmiryolçular da buna əmin idilər. 

- Necə yəni hazır deyil? - deyə hökumət başçısının müavini Kirilin 

gənc nazir müavininin sözünü ağzında qoyur. 

Yeri gəlmişkən, Pavlovski öz müavinini Kosıginin yanına iclasa 

göndərəndə, sənədə qol çəkdiyini ona demir. Onun gös-tərişi tamam 

başqa cür olur: «Kolomensk mühərrikinə razılıq vermə». 



 

177


 - Aleksey Nikolayeviç, - deyə Kirilin qəzəblənmiş tərzdə soruşur, 

- bu necə olur ki, nazir qol çəkir, onun müavini razı deyil?! 

Böyük zala bir sakitlik çökür. Kosıgin bir Konarevə, bir Kirilinə 

baxıb, yüngülcə qımışır: 

- Bilirsiniz nə var, yoldaş Kirilin, - mənim üçün əhəmiyyəti yoxdur 

kim qol çəkib və nəyə çəkib. Mənim üçün həqiqət vacibdir. Gəlin, indi 

Tomskdan deponun rəisini dinləyək. 

Kosıgin həqiqəti beləcə axtarıb tapırdı. Əliyev, Konarev, Biryukov 

məhz belə fədakarlıqla işləyirdilər.... 

Əliyevlə Konarevin dörd saatlıq söhbəti  ərzində  dəmiryolunun 

bütün problemləri müzakirə olundu. 

Konarev xatırlayır: 

-  Əliyevin timsalında mən hər  şeyə maraq göstərən həmsöhbətlə 

yanaşı, həm də geniş miqyasda düşünə bilən ağıllı dövlət xadimini 

gördüm. O, osas məsələləri ikinci dərəcəlilərdən çox dəqiqliklə 

ayırırdı, o həlqəni tapırdı ki, ondan tutub, bir klassikin diliylə desək, 

bütün zənciri dartıb cıxartmaq olardı. Mən hiss elədim ki, çox işıqlı 

təfəkkürə malik bu insan sadəcə texniki problemlərin üstündə 

dayanmırdı, bu problemlərin arxasındakı insanları görə bilirdi. 

İndi çox az adam bilir ki, dəmiryolçular o vaxt Böyük Vətən 

müharibəsinin iştirakçısı hesab olunmurdular. Onlar bomba və 

mərmilərin gurultusu altında cəbhəyə yük çatdırırdılar, odun-alovun 

içinə girirdilər, amma belə bir laqeyd münasibətlə üz-üzə 

qalmışdılar.... 

- Mən elə bir kitab nəşr etdirmək istədim ki, - deyə Konarev 

davam edir, - orada cəbhəçi dəmiryolçuların xatirəsi yad edilsin. Və 

belə bir kitab nəşr olundu. Kitab belə adlanır: «Dəmiryolçular Böyük 

Vətən müharibəsi illərində». Bu kitab sükan arxasında, buxar 

sobasının qarşısında dayanaraq döyüşən insanlar barədədir. Təsəvvür 

edin, dəmiryol stansiyalarına və qovşaqlarına iyirmi minə qədər hava 

hücumu olub, yüz on beş min kilometrlik dəmiryol sahələri yenidən 

bərpa olunub. Bu böyük zəhmətdir. Mən bu kitabın bir nüsxəsini də 

Heydər Əliyeviçə bağışlamışdım... 

Xüsusi dəstələrdə xidmət edən dəmiryolçuların «Vətən müharibəsi 

iştirakçısı» statusunu almaları üçünsə  hələ bir neçə il də gözləmək 

lazım gəldi. 



 

178


Başqa məsələlərlə  bərabər  Əliyev Nazirlər Sovetində Operativ 

Məsələlər üzrə Komissiyaya (OMK) da rəhbərlik edirdi. Bu 

komissiyanın iclaslarında neft və qaz sənayesi inşaatı nazirinin birinci 

müavini Yuri Petroviç Batalin də müntəzəm iştirak edirdi. Sonralar, o, 

Dövlət  Əmək Komitəsinin sədri və Nazirlər Sovetinin sədr müavini 

vəzifələrinə  qədər yüksəlmişdi. Yuri Batalin dediyimiz komissiyanın 

işini belə xatırlayır: 

- Komissiyada həlli zəruri olan ən müxtəlif məsələlər qal-dırılırdı. 

Qaz sənayesi, Sibirdən mərkəzə çəkilən beş yeni qaz kəməri, eksporta 

işləyəcək Urenqoy-Pomarı-Ujqorod qaz kəməri bu komissiyanın 

xüsusi nəzarətindəydi. 

Beşilliyin  əsas vəzifələri - bu tikintilər haqqında partiya 

sənədlərində belə deyilirdi. Batalin neft və qaz sənayesi müəs-

sisələrinin tikintisi nazirinin birinci müavini kimi bilavasitə bu işlə 

məşğul idi. 

- Komissiyanın hər həftə keçirilən iclaslarına nazir, adətən, məni 

göndərirdi, - deyə Yuri Petroviç söhbətini davam etdirir. - Bu iclasları 

Heydər Əliyev aparmağa başlayanda, mən yaxşı mənada heyrət etdim. 

Necə gözəl idarə edirdi. Nizam-intizamla, işini bilən bir mütəxəssis 

kimi. Müxtəlif fıkirləri diqqətlə dinləyir, müqayisə edir, yalnız bundan 

sonra qərar qəbul edirdi. Bütün işlərdə onun böyük təcrübəsi və gözəl 

intuisiyası müşahidə olunurdu. 

Komissiyanın iclaslarında müxtəlif sahələr üzrə çoxlu mə-sələlər 

müzakirə edilirdi. Onları tələsik qiymətləndirmək çətin idi. Belə olan 

halda kompromis tapmaq üçün işçi qrup təşkil edilirdi. Bir çox 

hallarda isə heç buna da vaxt çatmırdı. Məsəl üçün, yolun tikintisinə 

gəlməli olan borular gecikdirilir. Niyə? Zavod yubandırır? Bəlkə 

dəmiryolu? Yubanmaya kimlər səbəb olub? Həqiqət haradadır? 

OMK-nın daimi məşğul olduğu məsələlərdən biri də qaz 

borularındakı və mədənlərdəki «keçidlər» idi. Sverdlovskdan Tümenə 

və Tümendən Tobolska qədərki dəmiryol xətti həmişə normadan artıq 

yüklənmiş olurdu. Stansiyaları genişləndirir,  əlavə  xətlər çəkirdilər. 

Buna baxmayaraq, yenə  də problemlər kifayət qədər idi. Köhnə 

təcrübə köməyə  gəldi: neft və qaz boru kəmərlərinin tikintisinə 

borular və başqa yüklər aparan eşalonların arxasınca müharibədə 

olduğu kimi, dispetçer nəza- 



 

179


rəti təyin edildi. Bu işdə Heydər Əliyev də fəal iştirak edirdi. Bundan 

sonra Neft və Qaz Sənayesi Müəssisələrinin Tikintisi Nazirliyi 

problemlərdən qurtardı. Əliyev nizam-intizamlı, tələbkar, məsuliyyətli 

və  təcrübəli rəhbər olduğundan kimin həqiqətən işlədiyini, kiminsə 

gözdən pərdə asdığını o saat hiss edirdi və düzgün qərar çıxarırdı. 

Mən bura böyük psixoloji ha-zırlığı, sözlərin arxasındakı mahiyyəti 

dəqiq görmək bacarığını da əlavə edərdim. 

Komissiya sədri adətən dəqiq, aydın qərarlar çıxarırdı. Məntiqi və 

təmkini ilə seçilirdi. Emosiyalar coşanda yubanmadan söndürürdü. 

Hiss olımurdu ki, Heydər  Əliyev komissiyanın iclaslarına çox 

diqqətlə, ciddi şəkildə hazırlaşırdı. Bu onun rəhbərlik üslubuna uyğun 

idi. 


- Mən Heydər  Əliyevin öz səlahiyyətlərinə uyğun Nazirlər 

Sovetində, hökumətin tapşırığıyla sədrlik etdiyi bir çox iclaslarda 

iştirak etmişəm, - deyə Yuri Batalin davam edir. - Az qala ölkənin 

bütün maliyyə problemləri bizim Dövlət  Əmək Komitəsinə axırdı. 

Problemləri həll etməkçün isə maliyyə  vəsaiti lazım idi. Məsələn, 

rayon  əmsallarının tətbiqi, regionların müxtəlif sənaye, təsərrüfat 

sahələrinin stimullaşdırılması, müəllimlərin məvaciblərinin artırılması 

və s. 


Bəs pulu hardan tapmalı? Dövlət Əmək Komitəsi təklif irəli sürür, 

Maliyyə Nazirliyi isə etiraz edirdi. Bu münaqişə müəllimlərin  əmək 

haqlarının artırılması ilə bağlı idi. Dövlət Əmək Komitəsi MK-nın və 

Nazirlər Sovetinin məktəb haqqında qərarına  əsaslanaraq öz 

təkliflərini hazırladı. Maliyyə Nazirliyi etiraz etdi ki, artıq tələb 

edirsiniz. Mən maliyyə naziri Qarbuzovun yanında və Dövlət Plan 

Komitəsində müxtəlif ic-laslarda oldum. Öz mövqeyimizi müdafiə 

etdim. Çünki bu mövqe dərindən  əsaslandırılmış, düşünülmüş bir 

mövqe idi, biz onu respublikaların təcrübəli müəllimləriylə. Pedoqoji 

Elmlər Akademiyasıyla, partiya və sovet orqanlarıyla razılaşdırmışdıq. 

Düzdür, tələblər böyük idi, amma bizcə, mən belə düşünürdüm, 

məsələnin optimal həllini tapmışdıq. Lakin Maliyyə Nazirliyinə bu da 

çox görünürdü. 

Heydər  Əliyevin apardığı növbəti iclaslardan birində ehtiraslar 

qızışdı. Mən Dövlət  Əmək Komitəsinin təklifləri barədə  məruzə 

edərkən, qəfildən Qarbuzov qalxıb Heydər  Əliyevdən də icazə 

istəmədən məni kəskin şəkildə tənqid etməyə başla- 


 

180


dı. Mahiyyət etibarı ilə arqumentləri yox idi. Belə hallarda adətən 

şəxsi münasibətlərə keçirlər. Qarbuzov da belə etdi: «Siz bu mövzuda 

heç nə anlamırsız. Belə təklifləri yalnız diletantlar irəli sürə bilər». 

Batalin pauzanı gözləyib öz çıxışına davam etdi. Qarbuzov 

sakitləşməyib yenə  də onun sözünü kəsdi. Batalin hələ  də özünü 

saxlayırdı. Lakin maliyyə naziri üçüncü dəfə ayağa qalxıb «sən hələ 

cavansan, təcrübəsizsən, belə tribunaya çıxmamışdan  əvvəl yaşlı, 

təcrübəli yoldaşlardan çox şey öyrənməlisən» deyəndə Batalin ona 

belə bir replika atdı: 

- Öyrənməliyəm? Sizdən? 

- Tutalım ki, məndən, - nazir cavab verdi. 

- Sizdən nə öyrənim? Kobudluğu, mədəniyyətsizliyi, yoxsa 

həyasızlığı? 

Qarbuzov belə təzyiq gözləmirdi. Batalinsə ürəyini boşaltdı: 

-  Əgər öyrətmək istəyirsinizsə, öyrədin, kobudluq etməyin. Həm 

də bu, birinci dəfə deyil. Məgər başa düşmürsünüz ki, siz partiyanın 

Mərkəzi Komitəsinin üzvü kimi bizlər üçün nümunə olmalısınız? 

Həqiqətən də, Qarbuzov öz arxasında maddi dayaq və böyük 

nüfuzun durduğunu hiss etdiyinə görə başqaları ilə yuxarıdan aşağı 

danışa bilirdi. 

Zalda hamı donub qaldı. Qarbuzov yerindən sıçradı. 

- Yoldaş Qarbuzov, əyləşin, - Heydər  Əliyev sakitcə dilləndi. 

Lakin nazir səsinin tonunu bir az da qaldırdı.  Əliyev bir daha ona 

müraciət etdi: 

Yoldaş Qarbuzov, oturun və qulaq asın.  Əgər  əsaslı  dəlilləriniz 

varsa, buyurun, deyin. Əks təqdirdə belə əsəbiləşməyə ehtiyac yoxdur. 

İclas qurtardı. Hamı dağılışdı. Batalin öz iş yerinə qayıtdı. Birdən 

hökumət telefonu zəng çaldı. Heydər Əliyev idi. 

- Siz Qarbuzovu yerində otuzdurmaqda düz elədiniz, yoldaş 

Batalin. O, kobudluq etdi. Amma siz də özünüzü təmkinli aparın və 

gələn dəfə cavab verəndə özünüzdən çıxmayın. 

Bu zəng Batalinin yadından çıxmadı. Çünki bu da Siyasi Büro 

üzvünün təklikdə verdiyi bir məsləhət, bir dərs idi. 


 

181


Batalinin daha bir müşahidəsi: Heydər  Əliyev həmişə maliyyə 

qurumunun imkanlarıyla konkret sahənin tələbləri arasında balans 

yaratmağa çalışırdı. 

Batalinin özü də Nazirlər Soveti sədrinin müavini olanda Heydər 

Əliyevi lap yaxından tanımaq imkanı qazandı. O, inşaat və daha bir 

neçə sahəyə  məsul idi. O vaxt Nazirlər Sovetinin sədri kreslosunda 

Nikolay Rıjkov  əyləşmişdi. Batalinin xatirələrinə görə, Nazirlər 

Sovetinin rəyasət heyətində Heydər  Əliyev həmişə öz mövqeyini 

əsaslandırmağa çalışırdı. O, bir çox partiya rəhbərləri kimi «mən belə 

düşünürəm, mən belə hesab edirəm» deyib məsələyə nöqtə qoymurdu. 

Yox,  Əliyev onlar kimi vəzifəsinin nüfuzuna güvənib belə addımlar 

atmırdı. O, dəqiq nəticələr sistemiylə işləyirdi. 

Heydər  Əliyev hələ  gənclik yaşlarından səriştəli və öz sahəsini 

dərindən bilən mütəxəssislərə hörmət edirdi, onları qiy-mətləndirirdi. 

İndi də o, inşaatçı Batalini qiymətləndirdi. Əgər komissiyanın hansısa 

iclasında inşaatla bağlı  məsələ müzakirə olunurdusa, Heydər  Əliyev 

mütləq Batalinin də iştirak etməsini xahiş edirdi: «İstəyirəm şəxsən siz 

özünüz də  iştirak edəsiniz, Yuri Petroviç. Birlikdə biz mütləq 

əsaslandırılmış bir qərar çıxara bilərik». 

1983-cü ilin may ayının sonlarında Siyasi Büro İttifaq res-

publikalarının orta və ali məktəblərində rus dilinin tədrisinin 

yaxşılaşdırılması ilə bağlı  əlavə  tədbirləri müzakirə edirdi. Bu, çox 

vacib bir məsələ idi. Estoniyadan, Gürcüstandan, Litvadan, 

Qırğızıstandan sovet ordusuna çağırılan gənclər rusca demək olar ki

danışa bilmirdilər. Azərbaycanda və  əlbəttə ki, Ukrayna ilə 

Belorusiyada vəziyyət daha yaxşı idi. Qeyd edək ki, Heydər  Əliyev 

rus dilini mükəmməl bilirdi və  həmişə  həmsöhbətlərini 

təəccübləndirirdi. Viktor Yefimoviç Biryukov bu xüsusda xatırlayır: 

- Mən onun rus dilini necə mükəmməl bilməsindən heyrətə 

gəldim. Birgə  sənədlər üzərində  işləyəndə  həmişə onun səyinə  və 

istedadına valeh olurdum. O, hər bir ifadəni diqqətlə oxuyur və sanki 

götür-qoy edirdi: «Burada feli bağlama tərkibi olsa, daha dəqiq 

olardı». O öz işini səylə yerinə yetirirdi. Deyərdim, hətta xüsusi 

istedadla. 



 

182


 Siyasi Büro rus diliylə ona görə məşğul olurdu ki, bu çox-millətli 

ölkədə rus dili xalqlararası ünsiyyət vasitəsiydi. Onu bilmək həyati 

zərurət daşıyırdı. 

 

1 noyabr 1983-cü il. Heydər Əliyev Vyetnama yola düşən Sov.İKP 



nümayəndə heyətinə başçılıq edir. Bu səfərdə Nikolay İvanoviç 

Rıjkov da iştirak edirdi. O, nümayəndə heyətinin başçısı kimi Heydər 

Əliyevin işini çox yüksək qiymətləndirir. Vyetnamda iki ölkə arasında 

iqtisadi və elmi - texniki sahələrdə uzunmüddətli proqram qəbul edilir. 

20 noyabr. Heydər Əliyev Siyasi Büronun «Xalq istehlakı malları 

istehsalının və  məişət xidmətinin genişləndirilməsi üzrə kompleks 

tədbirlər planı»na rəhbərlik üzrə komissiyasının işinə qatılır. 

3 dekabr. SSRİ Hava məcəlləsinin həyata keçirilməsilə bağlı 

«SSRİ-nin hava hərəkətinə vahid nəzarət sistemi»nin yaradılması 

üçün hökumətin hazırladığı  tədbirlər planı  Siyasi  Büro  tərəfindən 

qəbul edilir. Heydər  Əliyev bu planın hazırlanmasında öz köməyini 

əsirgəmir. 

Sov.İKP MK-nın plenumu 26 dekabra təyin edilir. Yuri 

Vladimiroviç Andropovun bu plenumun başlanğıcına qədər 

xəstəxanadan çıxacağı gözlənilir.  Əfsus. Plenum iştirakçılarına Baş 

katibin çıxışının yalnız yazılı mətnini verirlər. Məhz bu başlıq altında 

da çıxış ertəsi gün qəzetlərdə dərc olunmuşdu: «Sov.İKP MK-nın Baş 

katibi, yoldaş Yuri Vladimiroviç Andropovun plenumdakı  çıxışının 

mətni». 

«Çox təəssüflər olsun ki, məndən asılı olmayan bəzi mü-vəqqəti 

səbəblər üzündən plenumun iclasında iştirak edə bil-məyəcəyəm. 

Lakin mən gələn ilin planının əsasını təşkil edəcək bütün materiallarla 

yaxından tanış olmuşam... Öz çıxışımın mətnini göndərirəm». 

Əliyev bu vida çıxışırı böyük narahatlıq və kədər hissiylə oxuyur. 

Hamı bu mətni Andropovun vəsiyyəti kimi qəbul edirdi. Budur, 

Andropov sanki Heydər Əliyevə ruhlandırıcı salam göndərir: 

«... Nəqliyyatın işi də partiya və sovet təsərrüfat orqanlarının 

sonsuz diqqətini tələb edir. Əlbəttə, son vaxtlar bu sahədə bir çox 

müsbət tendensiyalar, irəliləyişlər müşahidə olunmaqdadır. Amma 

məncə, nəqliyyatda başqa sahələrdən daha çox 



 

183


gizli ehtiyatlar var və onları  qısa zamanda tapıb hərəkətə  gətir-mək 

lazımdır». 

…İki ay tamam olmamış MK-nın plenumu yeni Baş katibi seçməli 

oldu: Konstantin Ustinoviç Çernenko. 

- Heyf ki, yoldaş Yuri Vladimiroviç Andropov bizim partiyamıza, 

dövlətimizə az, çox az rəhbərlik edə bildi. 

O vaxt heç kim bilmirdi ki, onun xələfinə ayrılmış müddət daha 

qısa olacaq. 

Yuri Vladimiroviçi topların yaylım atəşinin sədaları altında dəfn 

etdilər. Zavodlar, çay və  dəniz nəqliyyatı isə düz üç dəqiqə  ərzində 

matəm fiti verdilər. 

Bu kədərli günlərdə Heydər  Əliyev 1967-ci ildəki ilk görüşdən 

başlayaraq Andropovla görüşlərini tez-tez anırdı. Sanki uzun illər 

ötmüşdü üstündən. Nə  qədər uzaq görünürdü bu görüş. Andropov 

onda hələ orta yaşlarındaydı - təzəcə əllini adlamışdı. Heydərinsə qırx 

dörd yaşı vardı. İkisi də ucaboylu, qədd-qamətli... 

Heydər Əliyev xatırlayır: 

- Brejnevin dəfnindən sonra biz Andropovla ikilikdə görüşdük.    

O mənə dedi: «Sənə ehtiyacım var, istəyirəm ki, sən Moskvada işə 

başlayasan». 

Brejnevə dediyim kimi, indi də Andropova dedim: «Yox, mən 

imtina edirəm. Özümü Azərbaycansız, Azərbaycandan kənarda 

təsəvvür edə bilmirəm. Doğma vətənimdən ayrılmaq mənə çətindir». 

Amma Andropov israr etdi: «Azərbaycan artıq səninçün dar bir 

məkandır. Sən bütün SSRİ-yə lazımsan, Heydər. Sən mənim Baş katib 

seçilməyimə səs vermisən, indi bəs mənə kömək etmək istəmirsən?». 

Əlbəttə, azərbaycanlılar Kremldə öz həmyerlilərinin olmasıyla fəxr 

edirdilər. Başqa işləriylə  bərabər Heydər  Əliyev SSRİ-nin  İslam 

ölkələriylə münasibətlərinə  də himayəçilik edirdi. Bu ölkələrdə ona 

çox böyük ehtiramla yanaşırdılar. Vacib diplomatik tapşırıqlarla o, 

dəfələrlə Misirdə, Suriyada, Livanda, Pakistanda, İordaniyada, İraqda 

olmuşdu. 

«1984-cü ildə  məni təcili olaraq Suriyaya göndərdilər, -deyə 

Heydər  Əliyev yada salırdı. - DTK-nın verdiyi informasiyaya görə, 

Prezident Hafiz Əsədlə onun qardaşı Rifət Əsəd 


 

184


arasında narazılıq yaranmışdı. Rifət  Əsəd Suriyanın xüsusi xid-mət 

orqanlarına rəhbərlik edirdi. 

Suriyada hakimiyyət başçısının dəyişdirilməsi Kremlə sərf etmirdi. 

Mən təcili Dəməşqə yola düşdiim. Artıq xəstəxanadan çıxmış Hafiz 

Əsədlə görüşdüm. Xəstə olmasına baxmayaraq, bizim görüşümüz 

səkkiz saat çəkdi. Bir az sonra isə o, çılğın qardaşını ölkədən 

İspaniyaya sürgün etdirdi. Beləliklə, problem həll olundu və Siyasi 

Büro rahatlıqla nəfəs aldı». 

SSRİ-nin Suriyada səfiri vəzifəsində uzun müddət Aleksandr 

Dzasoxov işləmişdi.  İndi o, Şimali Osetiyanın prezidentidir. O bizə 

dedi: «Suriyanın Prezidenti Hafız  Əsəddən Heydər  Əliyev barədə 

çoxlu xoş sözlər eşitmişdim». 

 

1   ...   7   8   9   10   11   12   13   14   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə