GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə12/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   39

Özgə uşaqları 

 

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər  Əli-yevin 



fəaliyyəti dairəsinə iyirmiyə yaxın nazirlik və  təşkilat daxil idi. 

Nəqliyyatdan  əlavə, o, kitab nəşri, kinematoqrafiyanın maddi-texniki 

bazası, səhiyyə  və  uşaq evləriylə  də  məşğul olmalıydı. Uşaq evləri 

məsələsini yazıçı Albert Lixanovun məktubuna  əsasən Çeraenko 

şəxsən özü Heydər Əliyevə tapşırmışdı. Həm də bu, elə bir hal idi ki, 

rəsmi tapşırıqla daxili maraq üst-üstə düşmüşdü. 

Heydər Əliyev hələ çekist fəaliyyəti zamanı müharibə nə-ticəsində 

yetim və kimsəsiz uşaqlarla üz-üzə  gəlmişdi. Bakının və Naxçıvanın 

uşaq evlərində  dəfələrlə olmuşdu. Bilirdi ki, SSRİ Xalq Deputatları 

Sovetinin sədri N.A.Voznesenski 1945-ci ildə «Sənaye 

müəssisələrinin nəzdində  uşaq evlərinin yaradılmasına dair» bir 

sərəncam imzalamışdı. 

Kolxozların və sovxozların nəzdində çox vaxt da kəndlilərin 

hesabına, uşaq evləri  əvvəllər də yaradılmışdı. Məsələn, 

Azərbaycanda beləydi. Xalq Daxili İşlər Komissarlığının  şəhər və 

bölgə  şöbələrində kimsəsiz və yetim uşaqlarla məşğul olan şöbələr 

yaradılmışdı. Komsomol təşkilatı da bu işdə  uşaq evlərinə yardım 

edirdi. 1946-cı ildə Azərbaycan gəncləri uşaq evləri üçün doxsan iki 

stul, üç yüz qırx səkkiz boşqab, iki yüz yetmiş beş qaşıq, min yeddi 

yüz iyirmi beş kitab, üç yüz beş  dəftər toplamışdılar. Gənclər bəzən 

özlərinin son dəftər-kitab- 


 

185


larını da uşaq evlərinə göndərirdilər. Yüzlərlə  dəftər-kitabın arasında 

Heydər Əliyevin verdikləri də vardı. 

Zaman keçdikcə ölkədə kimsəsiz, evsiz-eşiksiz küçə  uşaqları 

problemi həll olundu. Amma yetimlər müəyyən mənada yaddan 

çıxmışdı. Partiya və dövlət rəhbərlərinin çox kiçik bir qismi yolunu 

uşaq evlərindən, internat-məktəblərdən salırdı. Azərbaycan KP MK-

nın birinci katibi Heydər  Əliyev üçün uşaq evlərinə, internatlara və 

qocalar evlərinə mütəmadi səfərlər neft mədənlərinə, pambıq 

tarlalarına edilən səfərlər kimi adi bir hal idi. Heydər Əliyev bir dəfə 

memarları yanına çağırıb uşaqlar üçün isti və rahat bir uşaq evinin 

layihəsini hazırlamağı tapşırmışdı. 

Rusiya Uşaq Fondu İdarə Heyətinin sədri, yazıçı Albert 

Anatoliyeviç Lixanov sözün əsl mənasında, bütün ömrünü ye-timlərin, 

kimsəsiz uşaqların müdafiəsinə  həsr etmişdi. Çernenko Baş katib 

seçiləndən sonra Lixanovun komsomoldan tanıdığı köhnə tanışı 

Viktor Pribıtkov onun köməkçilərindən biri təyin olunmuşdu. O da 

Lixanovun narahatçılığını bölüşürdü və  məsləhət görmüşdü ki, Baş 

katibin adına məktub yazsın. 

Bir neçə gündən sonra Lixanov məktubu yazıb gətirdi. O, 

həyatının lap başlanğıcından çətin vəziyyətə düşmüş uşaqlar haqqında 

yazırdı. Lixanov bildirirdi ki, onların tərbiyəsi məsə-ləsiylə bütün 

cəmiyyət məşğul olmalıdır və yetimlər koordinal yardım tələb edir. Bu 

yardımı həyata keçirmək üçün o, qırx beş bənddən ibarət düşünülmüş 

fəaliyyət proqramı  təklif edirdi. İlk olaraq isə Azərbaycandakı 

təcrübəni nümunə gətirirdi: 

«Məktəb tikintilərinin geniş miqyas aldığı bir şəraitdə öl-kəmizdə 

yeni uşaq evləri demək olar ki, tikilmir. Uşaq evləri köhnə, bəzi 

hallarda isə inqilabdan əvvəlki tikililərdə yerləşir. Müasir uşaq evinin 

elmi cəhətdən  əsaslandırılmış konsepsiyası yoxdur. Həmin 

konsepsiyanı yaradandan sonra yeni uşaq evlə-rinin tikintisinə 

başlamaq lazımdır. Bu məsələdə ilk və unikal nümunə Bakı şəhərində 

həyata keçirilmişdir. Orada yoldaş Əliyevin ciddi nəzarəti altında bir 

neçə il əvvəl yeni nümunəvi uşaq evi tikilmişdir. 

Məncə, böyük sənaye mərkəzlərində  və ucqar bölgələrdə  uşaq 

evlərinin tikilməsi məqsədəuyğun deyil. Ucqar bölgələrdə ixtisaslı 

pedoqoji kadrlar çatışmır, mərkəzlərdə isə vali- 



 

186


deynlik hüquqlarından məhrum edilmış valideynlər qeyri-sağlam 

mikromühit yaradılmasında aktiv iştirak edirlər. 

İdeal variantda uşaq evləri  əsasən böyük mərkəzlərdən  əlli-yüz 

kilometr aralı, yaxşı yolu olan yerdə yaradılmalıdır. Bu halda 

mərkəzin mədəni mühitindən ayrılmadan uşaqları yarımkənd 

atmosferində gözəl tərbiyə etmək imkanı yaranır». 

Lixanov məktubunu bu sözlərlə bitirirdi: «Müharibə illərində bəzi 

raykomlar iş günlərini məhz uşaq evlərinə baş çəkməklə başlayırdılar. 

Bu aydındır. Orada ümumxalq fəlakətindən zərər çəkən uşaqlar 

vaşayırdı.  İndi başqa zamandır və balaca yetimlərin problemlərinə 

tamam başqa rakursdan baxmaq lazımdır. 

Partiya həmişə birinci olaraq uşaqların köməyinə  gəlib, inanıram 

ki, bu problem də partiya tərəfındən təxirə salınmadan həll olunacaq». 

Bir həftə sonra Baş katibin köməkçisi Pribıtkov Lixanova zəng 

vurub bildirdi ki, Çernenko məktubun üstünə öz müsbət rəyini yazıb. 

Konstantin Ustinoviç Çernenko bu məsələylə məşğul olmağı məhz 

Heydər  Əliyevə tapşırmışdı. Ola bilsin, Baş katib uşaq evi ilə bağlı 

məktubda göstərilən nümunəyə diqqət yetirmişdi, ola bilsin də 

abituriyentlər, hərbi təmayüllü internat-məktəbi üçün vəsait almaq 

yönündə MK-da Əliyevin necə  qətiyyət göstərdiyini unutmamışdı. 

Hadisələrin sonrakı gedişatını Lixanov belə xatırlayır: 

«Bir neçə gün sonra SSRİ maarif nazirinin müavini Lyubov 

Kuzminiçna Balyasnaya mənə  zəng vurub dedi ki, MK-ya 

məktubunuza görə  təşəkkür edirəm. Məncə, bunun çox köməyi 

olacaq. 

Açığı deyim ki, bu zəng məni yaman sevindirmişdi. Amma buna 

baxmayaraq, soruşdum: 

- Lyubov Kuzminiçna, məgər Nazirliyin özü bunu edə bilmirdi? 

- Əlbəttə ki, yox, - o, qəti şəkildə bildirdi. - Bizim məktubumuza 

adi məmur məktubu kimi baxacaqdılar. Siz isə  məşhur yazıçısınız, 

cəmiyyətin adından çıxış edirsiniz. 

Situasiyanın nəzəri təhlilinə görə bu qadına qarşı  məndə  rəğbət 

hissi yarandı; gülümsündüm, onun sözünə  həm inanmaq, həm də 

inanmamaq olardı. 



 

187


Daha bir neçə gündən sonra isə  məni MK-ya, Heydər  Əliyevin 

yanında keçirilən iclasa çağırdılar. O vaxt Əliyev Nazirlər Soveti 

sədrinin birinci müavini idi. Onun kabinetindəki uzun stolun arxasmda 

artıq xeyli adam oturmuşdu. Biri-biriylə yaxından tanış olan adamlar 

nə barədəsə müzakirələr aparırdılar.  Əliyev isə kabinetin yuxarı 

başındakı stulunda əyləşib telefon söhbətini bitirirdi. Köməkçisi məni 

onun yanına apardı  və  təqdim etdi. Əliyev xoş  təbəssümlə 

gülümsünüb əlimi sıxdı və stol arxasında əyləşənlərə tərəf dönüb məni 

onlara təqdim etdi: 

- Bu hörmətli yazıçımız Lixanovdur, xahiş edirəm onu sevin və 

ehtiram göstərin. 

Ümumi stolun arxasında  əyləşdim. Kabinetdə  əyləşənlər məni 

maraqla süzməyə başladılar. Onların çoxunu tanımırdım, ilk dəfəydi 

ki, görürdüm. Jurnal redaktoru olsam da, Moskvada çox vəzifə 

sahiblərini tanısam da, Kreml iclaslarında bircə  dəfə  də  iştirak 

etməmişdim. Qarşımda sanki tamam başqa bir aləm açılmışdı. Düzünü 

deyim, özümü burada necə aparmağı da bilmirdim. 

Etiraf etmək lazımdır ki, Heydər  Əliyev sıxıldığımı görüb mənə 

əməlli-başlı kömək etdi. Onun qısa, lakin ətraflı çıxışı Balyasnayanın 

fıkirləriylə üst-üstə düşdü. Əliyev bir neçə dəfə mənə istinad edib dedi 

ki, Lixanov tanınmış yazıçıdır, ictimaiy-yətin adından çıxış edir. Və 

davam edərkən onunla söhbətimi-zin ikinci hissəsini bir növ təkzib 

etdi: Çox təəssüf ki, bu işlərə, yetim uşaqlarla işə məsul olan nazirlik, 

özü məsələ qaldırıb heç bir tədbir görmür, bu sahədə heç nə etmək 

istəmir. 

Sonra Heydər Əliyeviç bildirdi ki, Baş katib yetim uşaqlara yardım 

proqramının işlənib hazırlanmasını Nazirlər Sovetinə tapşırıb. 

Kimlərinsə adını  çəkdi, hansısa təşkilatları qeyd etdi, təşkilati 

məsələləri detallarına qədər çözdü. Üç dəfə  təkrar etdi: məktubun 

müəllifıylə müzakirələr aparın, detalları onunla razılaşdırın. Sonda isə 

mənə tərəf dönüb soruşdu: 

- Növbəti dəfə nə vaxt bizim iclasda iştirak edə bilərsiniz? 

Bax bunu gözləmirdim. Güman edirdim ki, mənim bu işdə rolum 

sadəcə bir qonaq rolu olacaq. İndi isə  mənə belə sual ve-rirdilər. 

Sualın cavabını bir müddət düşünməli oldum. Əliyev isə sualı təkrar 

edib gülümsündü: 



 

188


 - Burada məmurlar əyləşib, sizsə kənar sahənin adamısınız. Sizin 

üçün nə vaxt rahat olsa, iclas təyin edək və onlar gəlsinlər. Nə vaxt 

bura gəlməyə vaxtınız olar? 

- İstənilən vaxt, - deyə tez-tələsik cavab verdim. - Çox sağ olun. 

Necə deyərlər nağılda hər şey tez başa gəlir, həyatda isə yox. Mən 

uzun müddət Nazirlər Sovetindən zəng gözlədim, amma zəng vuran 

olmadı. Təzədən Əliyevə zəng vurmaq isə yaxşı deyildi. İki ay sakitlik 

oldu, bilmirdim neyləyim. Pribıtkov isə məni sakitləşdirirdi: 

-  Əgər bu iş  Əliyevə tapşırılıbsa, sən tamamilə arxayın ola 

bilərsən. 

Nəhayət, Kremldən zəng vurdular: 

- Bu gün fılan saatda Nazirlər Sovetində iclas olacaq. Xahiş edirik 

ki, siz də iştirak edəsiniz. 

Vaxtından xeyli əvvəl gəldim və  mənə  qərar layihəsini verdilər. 

Vərəqlədikcə  təəccübdən donub qaldım. Az qala halım pisləşəcəkdi. 

Mənim təkliflərimdən  əsər-əlamət qalmamışdı. Katibə dedim ki, 

iclasdan əvvəl Heydər Əliyeviçlə görüşmək istəyirəm. 

Məni içəri dəvət etdilər. İçəri girən kimi özümü saxlaya bilməyib 

salamsız-kəlamsız dilləndim: 

- Axı belə olmaz. Siz hər  şeyi kəsib doğramısınız, azaltmısınız. 

Belə olmaz. 

Əliyev gülümsündü və təxminən belə dedi: 

- Narahat olmayın. İndi biz stol arxasına əyləşəcəyik, mən sizə söz 

verərəm və hər şeyi lazımi qaydaya salarıq. 

İclas başlandı.  Əvvəlcə maliyyə nazirinin birinci müavini daxil 

olmaqla üç nazir müavini çıxış etdi. Onlar Əliyevin üzünə 

gülümsünərək bir ağızdan qeyd edirdilər ki, hazırlanan bu gözəl 

qərarın unikal proqram layihəsi yetimlərə qayğı sistemini kifayət 

qədər yaxşılaşdıracaq, humanistləşdirəcək və s. 

Əliyev onlara sözlərini deməyə imkan verdikdən sonra dedi: 

-  İndi isə MK-ya müraciətin müəllifi olan tanınmış yazıçı 

Lixanovun rəyini dinləyək, - və mənə baxıb gülümsündü. 

Əvvəlki natiqlərin pafoslu çıxışları, dedikləri səfeh sözlər, axmaq 

fıkirlər məni lap özümdən çıxartmışdı. Məsələn, deyir-dilər ki, uşaq 

evlərində hər uşağa düşən gündəlik ərzaq payını 


 

189


20 qəpik dəyərində artırmaq lazımdır. Bununla onların səhhəti 

yaxşılaşacaq. Arqumentləri isə bundan ibarət idi ki, hər bir uşaq 

evində xeyli uşaq yaşayır və  hər uşağa ayrılan xərc iyirmi qəpik 

artırılsa, görün ümumi xərc nə qədər artacaq. Bu adamlar kimin üçün 

qənaət edirdilər, kimlərin hesabına qənaət edirdilər - bunu mən yaxşı 

anlamırdım. Bəlkə də, bu məmur xüsusiyyətlərinin nümayişi idi, yəni 

onlar dövlətin hər qəpiyinin qiymətini bilirlər, onun üstündə  əsirlər. 

Amma bu canyananlıq çox saxta alınırdı, çünki söhbət məhz dövlətin 

uşaqlarından gedirdi. Bundan başqa, məndə  məşhur dietoloqların, 

uşaq qidalanması üzrə mütəxəssislərin yazılı  rəyləri – bu insafsız 

adamlara qarşı yaxşı tutalğac vardı. Burada verilən meyvə-tərəvəzin, 

sıyıqların miqdarı, keyfıyyəti, vitamin normaları, bir sözlə, bu qərar 

üçün gərəkli olan bütün arqumentlər vardı. Söhbət isə valideynləri 

tərəfindən atılmış yüz minlərlə  uşaqdan gedirdi. Dövlətdən başqa 

onların qayğısına kim qalmalıydı ki? Əgər dövlət bu balaca 

vətəndaşların taleyi üçün məsuliyyət daşıyırsa, hansı  tədbirləri 

görməlidir? Qənaət etməlidir, xəsislik yolunu tutmalıdır? Ruhsuz, 

cansız və kimə  məxsus olması bilinməyən abstrakt «büdcə»ni 

qorumalıdırmı? Məgər bu büdcə ölkənin gələcəyi olan bu körpələrə 

məxsus olmamalıdırmı? Öncə bu uşaqları, qocaları, xəstələri 

yedizdirin, içizdirin, sonra başqa işlər barədə düşünün. 

Öz vətəndaşları qarşısında məsuliyyət daşıyan Vətən mənə elə 

gəlir ki, belə düşünüb hərəkət etməlidir. 

Qısası, hər uşağa nəzərdə tutulan maddi vəsaiti 20 qəpikdən 1 rubl 

20 qəpiyə qaldıra bildim. Təsərrüfat, istehsalat təcrübəsi üçün 

paltarlara ayrılan vəsaiti isə 10 rubldan 200 rubla qaldırdıq. Çünki 

uşaq evlərinin çoxu şəhərlərdən kənarda yerləşirdi və  uşaqlar 

təcrübəni qapalı, isti sexlərdə yox, açıq havada, tarlada, bostanda 

günün, yağışın, küləyin altında, traktorun, kombaynın yanında 

keçirdilər. Buna görə  də onlara qalın işçi paltarı, sırıqlı- pencək, 

sırıqlı-şalvar, qalın dəri çəkmələr mütləq lazım idi... 

Beləliklə, mən  Əliyevin nəzarəti altında çıxış edənlərin de-

diklərini bənd-bənd altını üstünə çevirdim və  fıkirlərimi isbatladım. 

Əliyev də  mənim bütün fıkirlərimi bəyəndi. Yalnız birindən başqa. 

Hələ 1984-cü ildə mən V.İ.Lenin adına uşaq fondu yaratmağı tövsiyə 

etmişdim. Bayaqdan bəri uşaqların ge- 



 

190


yiminə pul ayırmaq istəməyən maliyyə nazirinin müavini bir-dən 

yerindən qalxıb dilləndi: 

- Bəs xaricdə buna nə deyəcəklər? Belə  çıxır ki, biz öz yetim 

uşaqlarımızın qayğısına qala bilmirik? 

Deyəsən, mənim məruzəmdəki «xeyriyyəçilik» sözü onun xoşuna 

gəlməmişdi. 

Heydər Əliyev mənə baxıb üzr istəyirmiş kimi dedi: 

- Hələ biz bu addımı atmağa hazır deyilik. 

Mən əldə etdiklərim üçün sevinirdim və düzü qorxdum ki, fondla 

bağlı  məsələ siyasi müstəviyə  çıxa bilər. Onda bu işlər Nazirlər 

Sovetinin, yəni Heydər  Əliyevin nəzarətindən çıxa-caqdı. Aydın 

məsələ idi ki, xeyriyyə fondu yaradılması haq-qında fıkir, istər uşaqlar 

üçün olsun, istər Leninin adını daşısın, istər təşkilat deyil, ictimai 

cəmiyyət olsun, Suslov kimi bir par-tiya bürokratının  əlinə düşsə, 

yetimlər haqqında qərar, ümu-miyyətlə, ləğv oluna bilərdi. Bunu isə 

mən istəmirdim. 

Görünür, mənim aparat dəhlizlərinə, müxtəlif məmurların 

kabinetlərinə ayaq döyməməyim üçün Heydər Əliyev işi elə qurdu ki, 

qərarın yeni variantını elə oradaca nazirliklərin nü-mayəndələriylə 

razılaşdırdım. Və möcüzə - 1985-ci ildə  qərar qəbul olunaraq elan 

edildi. Mən sevincimdən az qala ağlayır-dım. 

İndiki dillə desək, yetim uşaqların iqtisadi vəziyyəti koor-dinal 

olaraq dəyişildi. Yemək-içməyin və geyim-kecimin həcmi artdı. Uşaq 

evləri sakinlərinin görkəmi də dəyişdi. Gödəkçələr, donlar, köynəklər 

təzələndi, gözəlləşdi. Onlar artıq adi «ev» uşaqları kimi geyinib-

keçinirdilər, onlar kimi qidalanırdılar.  İşçi personalın məvacibi xeyli 

artırıldı. Ümumiyyətlə isə,  əvvəllər adı  xəcalətlə  çəkilən yetimlər 

birdən-birə diqqət mərkəzinə düşdülər.  İş elə quruldu ki, müxtəlif 

təşkilatlar, idarələr, müəssisələr uşaq evlərinə, internatlara 

himayədarlıq etməkçün az qala növbəyə durmalı oldular. Hamı  nəsə 

yardım etmək istəyirdi: damı düzəltdirmək, ərzaq məhsulları ilə təmin 

etmək, uşaqları teatrlara, muzeylərə aparmaq və s. Uşaq evlərindəki 

uşaqlar üçün belə yerlərə giriş artıq havayı idi. 

MK mənim daha bir ideyamı  qəbul etdi, uşaq evlərinin çoxsaylı 

təcrübəli, qocaman tərbiyəçiləri, müəllimləri, həkim-ləri, müdirləri, 

xidmətçi personalın üzvləri müxtəlif orden və medallarla təltif 

edildilər. Uşaqların tərbiyəsi ilə məşğul olan 


 

191


insanların nüfuzu xeyli artmış oldu, onlar cəmiyyətdə tanınan, 

hörmətli şəxslərə çevrildilər». 

Aylar keçdi. Baş katib kürsüsünə M.S.Qorbaçov oturdu. Çoxdan 

təqaüdə göndərilən Tixonovun yerinə Nikolay İvanoviç Rıjkov təyin 

edildi. Onun Nazirlər Sovetindəki çoxsaylı qayğılarına yetim uşaqların 

problemləri də əlavə olundu. Şənbə günlərinin birində, Rıjkov yazıçı 

Lixanovu öz kabinetinə çağırdı. Albert Anatoliyeviç Lixanovun 

qeydlərindən yenə bir neçə sətri misal gətirək: 

«Mən sənədlərlə, fotolarla, mövcud problemlər yazılmış kağızlarla 

dolu olan qalın qovluğu qoltuğuma vurub Nazirlər Sovetinə  gəldim. 

Bundan əlavə, uşaqların ümumi problemlə-riylə bağlı kiçik bir məktub 

da hazırlamışdım. 

Kremldəki kabinetində Nikolay İvanoviç Rıjkov məni tək yox, 

həyat yoldaşı Lyudmila Sergeyevna ilə birgə qarşıladı. Dedi ki, bura 

Stalinin həmin məşhur kabinetidir, hər şey onun vaxtında olduğu kimi 

saxlanılıb. Kabinet sahibi öz xanımıyla birgə rahat olmaq üçün stolun 

bir tərəfində əyləşdilər, məni isə üzbəüzdə oturmağa dəvət etdilər. 

Təbii ki, əvvəlcə yaman həyəcan keçirirdim. Belə görüşlər mənim 

həyatımda  əvvəllər olmamışdı  və  yəqin ki, bundan sonra da 

olmayacaqdı. Məsələ ondadır ki, Nikolay İvanoviç kimi son dərəcə 

tərbiyəli, sadə  və  təmiz insanlara ölkə  rəhbərliyində nadir hallarda 

təsadüf edilir. 

Rıjkov dərhal dedi ki, uşaqların problemləriylə bağlı məqa-lələrimi 

oxuyub. Bundan əlavə, Heydər  Əliyev də  mənim ba-rəmdə ona çox 

danışıb. Beləliklə, Rıjkov 1984-cü ildə yazdığım məktubdan və o vaxt 

hökumət tərəfindən çıxarılan qərardan xəbərdar idi. 

O unudulmaz görüş həddən artıq uzun - üç saat qırx dəqiqə davam 

etdi. Mənim iki şəxs qarşısında çıxışım yavaş-yavaş dostyana 

müzakirəyə, səmimi söhbətə çevrildi. Nikolay İvano-viç müharibə 

dövründə  işləməyə başlamasından, tələbəlik illə-rində  çəkdiyi 

əziyyətlərdən danışdı. Lyudmila Sergeyevna da öz uşaqlıq illərindən 

danışdı. Onlar təmkinlə, tələsmədən, həmsöhbətinə ehtiramla 

danışırdılar və onda mən həqiqətən hiss etdim ki, biz eyni nəslin 

övladları, yetirmələriyik. 

O vaxtlar Rıjkovun Qorbaçovla münasibəti çox yaxşı idi və 

sonralar öyrəndim ki, həmin görüşün ertəsi günü o, mənim ba- 



 

192


rəmdə Qorbaçova danışıb. Və onlar razılaşıblar ki, yetimxana-larla

uşaq evləriylə bağlı yeni qərarın hazırlanmasına yenə  də  məni cəlb 

etmək lazımdır. Bundan əlavə, qərarın hazırlanması üçün Nazirlər 

Sovetinin mütəxəssislərindən ibarət kiçik bir ko-missiya da təşkil 

olundu. Komissiyaya rəhbərlik isə Heydər  Əliyevin sosial məsələlər 

üzrə müavini Viktor İvanoviç Vlaso-va və mənə həvalə olundu. 

O vaxt, 1987-ci ildə  təşkil olunmuş Sovet (indiki Rusiya) Uşaq 

Fondu indiyədək fəaliyyət göstərir. Onun hesabında çox-saylı 

xeyriyyə  işləri, mərhəmət aksiyaları, minlərlə xilas olun-muş insan 

həyatı var. Bütün bunlar fondun fəaliyyətinin hələ kiçik bir hissəsidir. 

Amma bəla ondadır ki, yetimlərin sayı yenə  də gündən-günə 

artmaqdadır. Və indi yəqin ki, Rusiyada elə bir məmur yoxdur ki, 

yetim və atılmış  uşaqların taleyi Çer-nenkonun, Əliyevin, Rıjkovun 

qəlbini kövrəltdiyi kimi, onları da kövrəltsin. 

Azərbaycanda Heydər  Əliyev Fonduna ölkənin birinci xa-nımı, 

Milli Məclisin deputatı, YUNESKO-nun, İSESKO-nun xoş  məramlı 

səfiri Mehriban xanım  Əliyeva rəhbərlik edir. Fondun çoxplanlı  işi 

barədə ayrıca söhbət etmək istərdik. Bu Fonda Heydər Əliyevin uzun 

və maraqlı ömür yolu, fəaliyyə-tiylə bağlı böyük materiallar 

toplanmışdır. Hazırda elmi araş-dırmalar aparılır, maraqlı saytlar 

açılır. Amma indi biz Fondun fəaliyyətinin yalnız bir tərəfini, yalnız 

uşaqlara, gələcək nəslə, onların ən zəif və yaralı hissəsi olan əlil, xəstə 

və yetimlərə qayğıyla bağlı gördüyü işləri qeyd etmək istərdik. 

Belə problemləri həll edərkən Heydər  Əliyev Fondunun iş-çiləri 

uzaqgörən, perspektivli, strateji layihələr həyata keçirir-lər. Bunlardan 

birini sözün həqiqi mənasında təhsil üzrə ümummilli layihə 

adlandırmaq olar. Bu layihə  kənd məktəblə-rinin siniflərindən 

başlayıb. Fondun «kənd məktəblərini yaxın gələcəkdə yüksək 

səviyyəyə qaldırmaq» təklifı bütün ölkədə  əks-səda verib. Belə 

məktəblərin məzunlarından hər hansı bi-risə gələcəkdə Heydər Əliyev 

Universitetinə daxil olacaq. Bi-zim günlərdə - XXI əsrin ilk illərində 

bu Universitetin konsep-siyası hələ hazırlanmaqdadır. Amma inanırıq, 

çox keçməyəcək bu Universitet yaradılacaq və o, Şərq 

mədəniyyətində, təhsi-lində Qərbdə Kembric və Sarbonnanın tutduğu 

yeri tutacaq. 


 

193


 

Yaddaş və yaddaşsızlıq 

 

1984-cü ilin iyununda SSRİ-nin neft və qaz sənayesi müəs-



sisələrinin tikintisi naziri Vladimir Çirskov Mossovetə SSRİ-nin ilk 

neft və qaz sənayesi naziri Kortunovun yaşadığı  mənzilin qarşısında 

xatirə lövhəsi vurulması barədə xahiş məktubu göndərdi. Bir ay sonra 

özünü paytaxtın sahibi hesab edən, Moskva Xalq Deputatları Soveti 

İcraiyyə Komitəsinin sədri Promıslovdan belə bir cavab məktubu 

gəldi: 


«SSRİ neft və qaz sənayesi müəssisələrinin tikintisi naziri 

V.Q.Çirskov yoldaşa: 

Hörmətli Vladimir Qriqoryeviç! 

Sizin A.K.Kortunovun xatirə lövhəsinin vurulması haqqında 

xahişinizə cavab olaraq Mossovet İcraiyyə Komitəsi bildirir ki

«Sov.İKP MK-nın və Nazirlər Sovetinin 12 aprel 1983-cü il 318№-li 

«1983-85-ci illər üçün memorial abidələrin və başqa artıq tikintilərin 

inşasına dövlətin maddi vəsaitini sərf etməmək barədə» sərəncamına 

əsasən direktiv orqanların icazəsi olmadan bu qəbildən olan abidə və 

xatirə lövhələrinin qoyulmasına icazə verilmir. 

Bundan başqa, A.K.Kortunovun adı artıq  əbədiləşdirilib, 

Novoçerkask İnşaat-Mühəndisləri İnstitutuna və Buxara Qaz Sənayesi 

Texnikumuna onun adı verilib. Qəhrəman nazirin xa-tirəsi artıq 

əbədiləşdirildiyi üçün bir də paytaxtı narahat etmə-yin». 

Dövlətin xəzinəsini gör necə qoruyurlar? Artıq bircə  qəpik də 

xərcləmək olmaz. 

Xoşbəxtlikdən hökumətdə paytaxtın işlərini, konkret olaraq 

Promıslovun səhvlərini düzəldə bilən bir adam vardı. Daha bir sənədi 

də nümunə gətirək: 

«SSRİ Nazirlər Soveti sədrinin müavini Heydər Əliyev yoldaşa. 

18.02.1982. 

SSRİ-nin ilk neft və qaz sənayesi naziri, Sovet İttifaqı Qəh-rəmanı 

A.K.Kortunovun xatirəsinin  əbədiləşdirilməsi üçün Sizdən xahiş 

edirik ki, Moskva XDS İcraiyyə Komitəsinə  sərəncam verəsiniz ki, 

onun 1956-73-cü illərdə yaşadığı Qorki küçəsi 8 ünvanda xatirə 

lövhəsi vurulsun. 



 

194


A.K.Kortunov 1941-ci ilin avqustundan Böyük Vətən 

müharibəsinin cəbhələrirdə olub. Alman-faşist qəsbkarları ilə 

döyüşlərdə göstərdiyi mərdlik və qəhrəmanlığa görə ona Sovet İttifaqı 

Qəhrəmanı adı verilmiş, 4 dəfə Lenin ordeni, iki dəfə Qırmızı Əmək 

Bayrağı ordeni, III dərəcə Suvorov və Aleksandr Nevski ordenləri, 

çoxlu medallarla təltif edilmişdir. 

1948-ci ildə Sovet Ordusu sıralarından tərxis olunan A.Kortunov 

xalq təsərrüfatında rəhbər vəzifələrdə çalışmışdır. SSRİ Nazirlər 

Soveti yanında Baş Neftqaztikintinin Tuyma-rinsk ərazi tikinti 

idarəsinin rəisi, Baş 

Cənubneftqaztikintinin, Baş 

Neftqazsənayetikintinin rəisi, neft sənayesi müəssisələrinin tikintisi 

nazirinin müavini olub. 

1955-ci ildə neft sənayesi müəssisələrinin tikintisi naziri təyin 

olunub, sonra Başqazın rəisi - SSRİ naziri, qaz sənayesi üzrə Dövlət 

İstehsalat Komitəsinin sədri - SSRİ naziri, SSRİ qaz sənayesi naziri, 

1972-ci ildən ömrünün sonuna qədər isə SSRİ Neft və Qaz Sənayesi 

Müəssisələrinin Tikintisi naziri və-zifəsində çalışıb. 

Sov.İKP-nin XXII, XXIII, XXIV qurultaylarında A.Kortunov 

Sov.İKP MK-nın üzvü seçilib, altıncı, yeddinci və  səkkizinci çağırış 

SSRİ Ali Sovetinin deputatı olub. 

Sov.İKP MK-nın ağır sənaye və energetika şöbəsi də Kor-tunovun 

Moskvada yaşadığı evin qarşısına xatirə lövhəsi vurul-masına 

tərəfdardır. V.Q.Çirskov». 

Bu məktubu oxuduqdan sonra SSRİ Nazirlər Soveti sədrinin 

birinci müavininin hansı hisslər keçirdiyini demək çox çətindir. 

Amma dəqiq məlumdur ki, bu məktubu oxuyan Heydər  Əliyev 

köməkçilərindən nəyə görə Mossovetin özünün bu məsələni həll 

etmədiyini soruşub. Ona Promıslovun cavab məktubunu göstəriblər. 

1985-ci il aprelin 23-də Heydər  Əliyev SSRİ Nazirlər Sovetinin 

sərəncamını imzalayır: Moskva şəhəri, Qor-ki küçəsi 8 (indiki 

Tverskaya - müəl.) ünvanına A.K.Kortuno-vun xatirə lövhəsi 

vurulsun». 

Moskvaya gələn hər bir insan istər-istəməz şəhərin yaradıcısı olan 

knyaz Yuri Dolqorukinin abidəsi önündə ayaq saxlayır. Atlı knyazdan 

azca aralı «Araqvi» restoranı  və Azərbaycan Beynəlxalq Bankının 

şöbəsi yerləşir. O biri tərəfdə isə gecəya-rıya qədər işləyən və 

moskvalıların çox sevdiyi «Moskva» ki- 



 

195


tab mağazası var. Bir az aşağıda isə həmin memorial lövhə vu-rulub: 

«Bu evdə 1956-1973-cü illərdə neft və qaz sənayesi mü-əssisələri 

inşaatının təşkilatçısı, Sovet İttifaqı  Qəhrəmanı Aleksey Kiriloviç 

Kortunov yaşayıb». 

Heydər Əliyev mavi gözlü bu gözəl insanı yaxşı tanıyırdı və hətta 

bir görüşündə ona Nazim Hikmətdən məşhur bir misranı da 

oxumuşdu: «Mavi gözlü bir pəhləvan vardı». Həm  İttifaq miqyaslı 

təbdirlərdə, həm də Azərbaycana səfərləri zamanı onunla yaxından 

tanış olmuşdu və Heydər Əliyev onun strateji baxışlarını, özünü bütün 

varlığı ilə işinə həsr etməsini, sadəliyini yüksək qiymətləndirirdi. Belə 

insanları məgər unutmaq olarmı? 

 

1   ...   8   9   10   11   12   13   14   15   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə