GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə13/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   39

BAM onıın qəlbində yurd salmışdı 

 

Dəmiryol nəqliyyatı gündən-günə yeniləşməkdə, təzələnməkdəydi. 



İyirminci  əsrin  ən böyük nəqliyyat tikintilərindən olan Baykal-Amur 

magistralınm tikintisi davam etməkdəydi. Sakit okeana aparıb 

çıxarmalı olan ikinci magistral xətt üç min yüz əlli kilometr idi və bu 

xəttin yan-yörəsində stansiyalar, qəsəbələr,  şaxtalar, fabriklər, 

şəhərlər, meşə təsərrüfatları yaradılırdı. 

1984-cü il iyulun 5-də MK-nın Siyasi Bürosu yoldaş Heydər 

Əliyevin «Baykal-Amur magistralının tikintisindəki bəzi problemlərlə 

bağlı» məruzəsini dinlədi. 

Qeyd edildi ki, ümumilikdə magistralın tikintisi yüksək sürətlə 

davam edir. Sərt təbii-coğrafi  şəraitə baxmayaraq, böyük həcmli iş 

görülmüş, çoxsaylı körpülər, tunellər və başqa tikililər inşa edilmişdir. 

İnsan ayağı  dəyməyən bir çox ərazilərdə yeni yaşayış massivləri, 

qəsəbələr,  şəhərlər salınır. Bütün bunlar fəhlə  və mühəndis-texniki 

heyətin, yerli partiya, komsomol, həmkarlar ittifaqı  təşkilatlarının 

birgə 

və 


məqsədli fəaliyyəti, digər respublika, vilayət 

zəhmətkeşlərinin məqsədyönlü fəaliyyətinin nəticəsidir. 

Həmin il, yəni 1984-cü ildə tikintinin kollektivi Böyük Oktyabr 

inqilabının altmış yeddinci ildönümünə - bu böyük bayrama qədər 

magistralın əsas dəmiryol xəttinin açılacağına 


 

196


və vaxtından bir il əvvəl bütün magistral boyu qatarların hərəkətə 

başlayacağına söz veriblər. 

Diqqət yetirək: 1984-cü ilin noyabrı.  Əliyevin məruzəsinə görə 

Siyasi Büro qeyd edir ki, «...vaqon-lokomotiv təsərrüfatlarının, trassın 

mühəndis təminatının, yaşayış sahələrinin, uşaq müəssisələrinin, 

xəstəxanaların, ticarət müəssisələrinin, ictimai iaşə obyektlərinin 

tikintisi çox ləng gedir». 

Sov.İKP MK-nın Siyasi Bürosu məsul nazirlik və müəssisələrin 

rəhbərlərinə sərt şəkildə tapşırıq verdi ki, Baykal-Amur magistralının 

istifadəyə verilməli olan obyektlərinin vaxtında tikilib qurtarmasını 

təmin etsinlər. 

1984-cü il sentyabrın 30-da qəzetlər BAM-dakı qarşı-qarşıya gələn 

xətlərin birləşdirilməsi barədə  xəbər verdilər. «Sosialistiçeskaya 

industriya» qəzeti qürurla car çəkirdi: «Bay-kaldan Amura qədər 

dəmiryolu artıq tikilib qurtardı. Ümumitti-faq zərbəçi gənclər 

tikintisinin tacı qoyuldu. Dünən Balbuxta keçidində  şərqdən və 

qərbdən bir-birinə tərəf gələn yol mantyorları Aleksandr Bondarm və 

İvan Varşavskinin briqada-ları 3150 kilometrlik magistral yolu 

birləşdirməyə müvəffəq oldular. Həm də vaxtından bir il əvvəl». 

Reportyor yalan demirdi. Həqiqətən də, Tayqada, adı çəkilən keçid 

məntəqəsində  şərqdən və  qərbdən çəkilən relslər bir-birinə 

qovuşmuşdu. Telekameralar son halqanın - «qızıl halqa»nın necə 

qaynaq edildiyini çəkmişdilər. 

Amma heç kim demədi ki, Şimali Muysk tuneli hələ də hazır deyil. 

Oradan dolama yol çəkilirdi. Layihəçilər və  tədqiqatçı-mühəndislər 

səhv etmişdilər: yolu sərt qayalardakı istiqa-mətləndirmişdilər. Yeraltı 

çay inşaatçıların yolunu kəsmişdi. Dünyanın heç bir tuneli Severo-

Muysk tuneli qədər yüksək və-zifəli rəis görməmişdi. Nazirlər, partiya 

işçiləri, alimlər gəlib bu obyektə baxmışdılar. Tuneldə  qəzanın baş 

verməsi xəbəri gələn kimi ilk olaraq Heydər Əliyev, nəqliyyat naziri 

Nikolay Semyonoviç Konarev, Dövlət Plan Komitəsinin sədr müavini 

Viktor Yefimoviç Biryukov hadisə yerinə gəlmişdilər. Qeyd edək ki, 

Biryukovun o vaxt artıq yetmiş iki yaşı vardı, lakin bu hündür, 

gümrah insanın ardınca onun nisbətən gənc həmkarları özlərini güclə 

çatdırırdılar. 

Həmin unudulmaz ezamiyyətdən artıq iyirmi ilə yaxın vaxt keçir. 

Biryukovun indi doxsandan çox yaşı var, amma o hələ 


 

197


də detalların təsvirində  əvvəlki kimi dəqiqdir, heç nəyi yadından 

çıxarmayıb. 

...İrkutskdan  Şimali Muyska qədər onlar xüsusi qatarda 

gəlmişdilər. Heydər  Əliyev Siyasi Büro üzvü kimi xüsusi vaqonda

nümayəndə heyətinin o biri üzvləri isə ikinci vaqonda gəlirdilər. Səhər 

erkən əynində idman geyimi olan Biryukov qatardan çölə çıxır. 

- Dünən otlar yaşıl idi, bu gün isə gümüşü rəngə çalır. Ay dad, 

deyəsən, qar yağıb axı. Özü də avqust ayının ortasında, - o, gənclərə 

məxsus ruh yüksəkliyi ilə dillənir. 

Qonşu vaqondan Əliyev də idman geyimində çıxır. 

- Heydər  Əliyeviç, - deyə Biryukov üzünü ona tutur. Əks-səda 

ətrafa yayılır. - Gəlin, çatın! 

- Gəlirəm! - Əliyevin cavabı eşidilir. 

Xoşbəxt  əhval-ruhiyyədə olan bu iki sağlam, gümrah kişi  ətir 

saçan otların, günəşin ilk şüalarının, tayqa sakitliyinin gö-zəlliyindən 

təsirlənərək cığır boyu yavaş-yavaş qaçmağa başla-yırlar. 

Sonra isə  hər iki tərəfdə selovlarda guruldayan dağ sularının səsi 

altında tunel boyu üç kilometrlik keçid. Bir müddət sonra Nazirlər 

Sovetinin sədri Nikolay Rıjkov da bu tunelə baş çəkmişdi və marşrutu 

obrazlı  şəkildə belə  təsvir etmişdi: «Sanki gur şəlalənin içiylə 

gedirsən». 

Məhz Heydər Əliyevin xüsusi vaqonunda çağırılan iclasda ilk dəfə 

dolama yolla dəmiryolu çəkmək təklifı  səsləndirildi.  Əks halda yolu 

qapamaq mümkün deyildi. Nikolay Semyonoviç Konarev həmin 

unudulmaz günlərə qayıdanda, indi də həyəcanlanır: 

- Keçirdiyimiz ən kəskin hiss təəssüf hissi idi. Axı, bu niyə belə 

oldu? Niyə  qəza baş verdi? Minlərlə insanın çəkdiyi zəhmət hədər 

getdi. İndi də təcili olaraq yeni çıxış yolu tapmaq lazımdır. Yoxuşun 

hündürlüyü on iki metrdən artıq olanda bu yerdə  dəmiryol xətti 

çəkməyə icazə verilmir, - deyə bir mütəxəssis kimi Konarev işin 

incəliklərini izah edir. - O vaxtın normativlərinə görə bu rəqəm  ən 

yuxarı  hədd kimi götürülürdü. Şimali Muysk tunelinin ətrafında 

çəkiləcək dolama yolda isə yoxuş on səkkiz metr idi. Çox 

mübahisələrdən, müzakirələrdən sonra dəmiryolunun çəkilişinə icazə 

verildi. 


 

198


Əliyev də yerində məsələdən hali olandan sonra Konarevin dolama 

yol çəkmək təklifıni qəbul etdi. Lakin son qərarı hökumət verməliydi. 

İşlərin böyük miqyasını nəzərə alan hö-kumət başçısı Nikolay Rıjkov 

özü hadisə yerinə baş çəkməyi qərara aldı. O da hər şeyi öz gözüylə 

görəndən sonra dolama yolun çəkilməsi təklifi ilə razılaşdı. Tuneldə 

isə işlər daha iyirmi il davam etdirildi. 

Tunelin inşaatçıları ilo xudahafizləşən xüsusi vaqonun sərnişinləri 

şərq istiqamətinə yol aldılar. Yeni stansiyalar, tikililər, sexlər... 

Həmin qatarda çəkilmiş  şəkillərdən birində belə bir qeyd var: 

«BAM. Urqal stansiyası ilə tanışlıq. SSRİ Nazirlər Soveti sədrinin 

birinci müavini Heydər Əliyev. 1984-cü il». 

Heydər  Əliyev adamların arasındadır, açıq rəngli pencəyinin 

yaxalığında deputat nişanı parıldayır. Dəmiryol qoşunlarının rəisi 

general Koqatko Heydər  Əliyevə böyük bir albom bağışlayır. Yəqin 

ki, bu albomda Urqal şəhərini, burada tikintilərin necə başlanmasını 

əks etdirən  şəkillər vardı. Dəmiryolçu paltarında olan Konarev və 

kənardakı adamlar əl çalırlar. Arxa planda sərnişin vaqonu görünür. 

On il əvvəl bura, o vaxt adı olmayan bu stansiyaya Don-bassdan 

eyniadlı «Donbass» qatarı gəldi. Sonra daha dörd qatar yanaşdı. Onlar 

tikinti materialları, kranlar, maşınlar və  mənzil, elektrostansiya, klub 

tikmək üçün digər avadanlıqlar gətirmiş-dilər. Sənədlərə görə 

vaqonlarda ümumi çəkisi on üç min ton olan avadanlıq vardı. Deməli, 

gələcək  şəhər təkərlərin üstündəydi. Bir azdan burada evlər, küçələr 

peyda oldu. İlk küçəyə ukraynalı kommunist Artyomun adı verildi. 

Eynən Donetskdə olduğu kimi. 

Heydər  Əliyev BAM səfəri zamanı  hər addımda yeni salınmış 

şəhərlər, qəsəbələr görürdü. Bu yaşayış  məntəqələrini  İttifaq 

respublikaları, vilayətləri öz maddi vəsaitləri, canlı qüvvələri hesabına 

tikdirmişdilər. Niyu şəhərini Gürcüstan, Olekmu şəhərini Tacikistan, 

Eterkanı Moldaviya, Duqda stansiyasını Volqoqrad vilayəti... Əlbəttə 

ki, Azərbaycanın da BAM-da öz şəhəri vardı. Magistralın qərb 

sahəsinin iki yüz on kilometrli-yindəki Ulkan şəhəri Azərbaycanın 

hesabına tikilmişdi. Orada, uzaq tayqa vilayətində, sürətlə axan 

Kirenqa çayının sahilində gözəl bir şəhərcik salınmışdı: səliqəli evlər, 

məktəb, uşaq bağ- 


 

199


çası, tibb məntəqəsi, ictimai ticarət obyekti və s... Heydər Əliyev hələ 

Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində  işləyərkən bu 

tikintini ciddi nəzarətdə saxlayırdı. Məhz o, təklif etmişdi ki, vağzalın 

və bir neçə başqa tikilinin layihələri çəkilərkən Azərbaycan 

memarlığının elementlərindən istifadə olunsun. 

İndi bu uzunmüddətli və  ağır ezamiyyət zamanı Heydər  Əliyev 

qəlbən yüksək iftixar hissi keçirirdi. Düzdür, qarşıda görüləsi işlər 

hələ çoxdur, amma artıq görülmüş işlərə nəzər salanda, bu işdə iştirak 

etmiş hər bir insanda fəxarət və qürur hissi yaranırdı. 

Qayıdan baş nümayəndə heyəti Moskvaya Vladivostokdan uçdu. 

Siyasi Büronun üzvünə  İL-62 təyyarəsində ayrı salon təşkil 

olunmuşdu. Lakin Heydər  Əliyev hər yerdə özünü baş-qalarından 

üstün tutmağı sevən lovğa məmurlardan deyildi. O, yanına çağırdığı 

bir neçə həmkarı üçün stol açmağı xahiş etdi. 

- Deməli belə, yoldaşlar, bu gün mən tamada olacam. Viktor 

Yefımoviç Biryukovun söylədiyinə görə, həmin gün Heydər  Əliyev 

onların hər biri haqqında deməyə xoş və isti söz tapdı. 

...Bir neçə onillik keçib getdi. Azərbaycanın paytaxtında iyirmi 

dörd ölkənin dəmiryol idarələri rəhbərlərinin böyük müşavirəsi 

keçirilirdi. Azərbaycan Prezidenti Rusiyanın nəq-liyyat naziri Nikolay 

Aksyonenkonu qəbul edirdi. Birgə layi-hələr müzakirə olundu, 

Rusiyanın dəmiryollarında vəziyyət barədə danışıldı, BAM-ın adı 

çəkildi. ...Necə bilirsiz, Baykal-Amur magistralı haqqında son 

məlumatları  eşidən Heydər  Əli-yev həmsöhbətindən nə barədə 

soruşdu? Əlbəttə ki, həmin tunel barədə. 

- BAM-dakı o tuneli təmir edə bildilərmi? 

- Bu il martın 30-da xətti birləşdirmişik (görüş 2001-ci ilin iyun 

ayında baş vermişdi).  İlin axırınacan yolu yoxlayıb sonra qatarları 

buraxacağıq. Yaddaqalan tarixdir, artıq iyirmi beş il keçib. 

- Mən orada olmuşam, - deyə Heydər Əliyev xatırladı. - Həm şərq, 

həm də qərb tərəfın gəzmişəm. O vaxt on beş kilometrlik tunelin hər 

iki tərəfindən cəmi üç-dörd kilometri qazılmışdı. Mən gedəndə orada 

heç avtomobil yolu da yox idi. 

Şərqdən və qərbdən üç kilometrlik yol dizə qədər suyun, palçı- 



 

200


ğın içindəydi. Bura magıstralın ən çətin sahələrindon idi. Adi yol üçün 

on beş kilometr nədir ki? Heç nə. Baxın, BAM 1974-cü ildə tikilməyə 

başlayanda plan üzrə on il vaxt ayrılmışdı. Mən 1984-cü ildə, on il 

sonra oraya getmişdim. Düz on gün BAM-da oldum. Moskvadan 

Bratska dəmiryoluyla, oradan isə Vladivostoka, Naxodkaya qədər 

getdim, bütün stansiyalara baxdım. Bəli, on beş kilometr adi tunel 

üçün bir o qədər də bö-yük məsafə deyil. Amma orada təbii şərait çox 

mühüm  şərtdir. Mən dəfələrlə komissiyanın iclasını çağırdım. Orada 

çoxlu mütəxəssis, seysmoloq, akademik vardı. Bəziləri deyirdi ki, 

gəlin, tikintini dayandıraq, ora yüksək aktivliyi olan seysmik zonadır. 

Deyirdilər ki, tuneli tiksəniz də əvvəl-axır dağılacaq. 

- Bu tikinti bütün dünya üçün yaxşı bir dərs oldu, - deyə Nikolay 

Aksyonenko  əlavə etdi. - Orada hər yerdən qonaqlar olurdu, 

Amerikadan, Yaponiyadan... Tunellərin qazılması üçün unikal 

texnologiyalar kəşf edilib. Biz qoyulan məqsədi yerinə yetirə bildik. 

- Təbrik edirəm. Bu işdə mənim də zəhmətim olub. 

O adam xoşbəxtdir ki, belə böyük yolların, belə  nəhəng ti-

kintilərin inşaatı barədə danışılanda fəxrlə «Orada mənim də 

zəhmətim var» deyə bilir. Bu, yaradıcı insanların hüququdur. Dünya 

isə Heydər Əliyevin təbirincə desək, öz varlığına və in-kişafına görə 

məhz yaradıcı insanlara borcludur. 

Biz  Əliyevin nəqliyyatdan başqa məşğul olduğu o biri sa-hələr - 

təhsil, səhiyyə, yaxud kinematoqrafıya barədə də ətraflı məlumat verə 

bilərdik. Qeyd edək ki, kinematoqrafiya ilə Heydər  Əliyev  şəxsən 

Andropovun tapşırığı ilə  məşğul olurdu. - Mən diqqətli adamam, bir 

işlə  məşğul olmağa, hər hansı bir sahə üzrə  sənədlər hazırlamağa 

başlamamışdan  əvvəl həmin sahəni dərindən, hərtərəfli öyrənməyə 

çalışıram. Düzdür, mənim kinematoqrafiyadan xəbərim vardı, amma 

onun maddi-texniki bazasını və başqa incəliklərini də öyrənmək lazım 

idi, - Heydər  Əliyev öz «kinoepopeyasını» belə xatırlayırdı. - Kino 

xadimləriylə  sərəncamın layihəsi hazırlanana qədər çoxsaylı görüşlər 

keçirtdim. SSRİ Dövlət Kinematoqrafıya Komitəsinin sədri Yermaşa 

dedim ki, sən öz yanında ölkənin  ən tanınmış kinematoqrafçılarını 

topla, mən də bu iclasda iştirak edəcəm. Bu, 1984-cü il idi... Biz bir 

neçə saat ərzində söhbət etdik. Sonra isə birlikdə o dövr üçün 

fundamental olan bir sənəd layi- 



 

201


həsini hazırladıq - SSRİ kinomatoqrafıyasının inkişafı proqramı məhz 

o vaxt qəbul olunmuşdu. 

...Bəli, onun bütün işlərə bu cür xüsusi, diqqətlə yanaşma 

xüsusiyyəti vardı. Kremldə məhz belə usta adamlar çatışmırdı. 

İndi  Şimali Osetiyanın prezidenti olan, həmin dövrlərdə Kremlin 

palatalarından keçmiş, necə deyərlər, oddan-sudan adlamış Aleksandr 

Dzasoxov Heydər  Əliyevin Kremldəki illərini belə qiymətləndirir: 

«Biz  Əliyevin yeni imkanlarını, onun çox böyük potensiala malik 

olduğunu aydın gördük». 

Sönən ulduzun son parıltısı 

İndi isə  əziz oxucu, biz sizə Heydər  Əliyevin həyatının  ən ağır 

günlərindən biri haqqında danışmaq istəyirik. 1985-ci il aprelin 17-də 

Heydər  Əliyev, oğlu  İlham, qızı Sevil və yaxınları  Zərifə  Əliyevanı 

dəfn edirdilər. 

Heydər  Əliyev Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və 

Nazirlər Sovetinin sədr müavini seçiləndən sonra, o, Moskvaya tək 

gəlmişdi. Zərifə xanım hələlik Bakıda qalıb elmi araşdır-malarını 

tamamlamaq niyyətindəydi. 

İndi artıq uzaq keçmişdə qalmış Böyük Vətən müharibəsin-dən 

əvvəlki illərdə  Zərifə xanım Moskvanı Heydərdən  əvvəl görmüşdü. 

Ucqar Naxçıvanda yaşayan Heydər  Əliyev üçünsə SSRİ-nin 

paytaxtını görmək hələ  əlçatmaz bir arzu olaraq qa-lırdı. Zərifənin 

valideynlərinin imkanları daha böyük idi və on-lar öz qızlarını 

Moskvaya, dostlarının yanına göndərmişdilər. Zərifə xanım 

Moskvadan böyük və xoş təəssüratlarla qayıtmışdı, gözəl saçlarına isə 

zərif bir özbək araxçını bərkidilmişdi. O vaxt onun cəmisi on altı yaşı 

vardı, həyat hələ qarşıdaydı. 

- Moskvanı mən o vaxt özümçün kəşf etmişəm, - Zərifə zarafatla 

ərinə deyirdi. - İndi isə növbə sənindir. 

Zərifə xanım Leninqrada, O.P.Dobromıslovaya yazırdı: 

«Mən hələ Bakıda qalıram. Öz işimi, böyük əziyyətlə yaratdığım 

laboratoriyanı atmaq istəmirəm. Orada bu saat çox faydalı  işlər 

görülür. Bir çox işlərim yarımçıq qalıb, onları heç kimə etibar edə 

bilmərəm, gərək özüm yekunlaşdırım». 

Başqa bir məktub: 


 

202


 «Mən hələ də Bakıdayam. İli başa vurub sonra Moskvaya getmək 

istəyirəm. Bütün ailəmiz artıq oradadır. Uşaqlar üçün və nəvəm üçün 

yaman darıxıram». 

30 yanvar 1985-ci il. Məktub Moskvadan yazılıb: 

«Artıq Moskvaya gəlmişəm. Məni çox yaxşı qarşıladılar. İşlə bağlı 

sərfəli təkliflər çoxdur, amma hələ  qəti qərar qəbul etməmişəm... 

Düşünməyə hələ vaxt var». Vaxt isə qısalırdı, Zərifə xanımın ölümünə 

iki il yarım qalırdı. 

O, tibb elmləri doktoru, professor Z.M.Skripniçenko ilə birgə elmi 

araşdırmalarla məşğul olmağa hazırlaşırdı. Növbəti görüş 1984-cü ilin 

qışında dövlət bağlarında oldu. «Onun xəstə halını, solğun bənizini 

görəndə adamın ürəyi sıxılırdı. Hərçənd onun davranışı,  əhval-

ruhiyyəsi qətiyyən sürətlə yaxınlaşan faciədən xəbər vermirdi. Bakı 

Məişət Kondisionerləri zavodundakı araşdırmalardan iftixarla 

danışırdı... Maraqlı söhbətə yalnız arabir fasilə verilirdi və  Zərifə 

xanım məni artıq xeyli artmış ailə üzvləriylə tanış edirdi. Onun 

danışığında, davranışında sonsuz hərarət və sevgi hiss olunurdu. Sevil 

cazibədar balaca Zərifədən sonra daha bir oğul dünyaya gətirmişdi, 

İlhamın  xanımı Mehriban isə onlara bir qız nəvəsi bəxş etmişdi. 

Körpəsini qucağında tutan Sevil nəvazişlə anasına baxır və 

gözlərindəki narahatçılığı gizlətməyə çalışırdı, balaca Zərifə isə 

nənəsinin yanından çəkilmək istəmirdi. Moskvadan gələn  İlham 

hamıdan  əvvəl anasını çox böyük nəvazişlə salamladı. Düzdü, evdə 

narahatlıq hiss olunurdu, amma heç kəs Zərifənin səhhətinin belə 

çıxılmaz vəziyyətə düşəcəyini ağlına gətirmirdi». 

Onlar sabah yenidən yığışıb müzakirələri davam etdirmək 

fikrindəydilər, amma ertəsi gün Zərifə xanımı  xəstəxanaya apardılar. 

Bu, onların son görüşü oldu. 

Professor Skripniçenko Zərifə xanımın məzarının üstünə  gələ 

bildi. 


- Onun məzarı üstündə kədərlə düşünürdüm ki, dostlarımı itirməyi 

həyat mənə lap çoxdan, hələ Böyük Vətən müharibə-sinin 

cəbhələrində öyrətməyə başlamışdı, amma buna adət et-mək mümkün 

deyil. İllər keçdikcə hər yeni itkinin ağrısını daha da bərk hiss edirsən. 

O uzaq cəbhə illəri məni bir şeyə  vərdiş etdirib: əgər dostun 

həyatdan gedibsə, yubanma, əvvəl görməyə macal tapma- 



 

203


dığın işi indi başa çatdır. Onun üçün də Zərifə xanımın son ar-zusunu 

yerinə yetirməyi, birgə yazdığımız kitabı bitirib onun işıq üzü 

görməsini təmin etməyi özümə borc bildim. Və əlim-dən gələni etdim 

ki, bu böyük zəhmət hədər getməsin, geniş oxucu kütləsi və 

mütəxəssislər Zərifə xanımın bu kitabdakı fi-kirləriylə tanış ola 

bilsinlər. 

Professor Skripniçenko sözünün üstündə durdu. 

- Həkim olduğuna görə  Zərifə xanım xəstəliyinin nə  qədər ağır 

olduğunu yəqin ki anlayırdı. Həkimlər yaxşı bilirlər ki, xəstəlik insanı 

necə  dəyişir.  Bəzi adamlar özünə qapanır, bəziləri      gecə-gündüz   

yalnız   xəstəliyi   barədə      danışırlar, bəziləri isə vasvası, hətta 

ətrafdakılara qarşı qəzəbli olurlar. 

Zərifə xanım isə necə vardısa, elə də qalmışdı. Ən çox isə ona görə 

fıkir çəkirdi ki, onu sevən insanlar bu xəstəliyə görə narahatlıq 

keçirirlər. Bunu Zərifə xanım özünə bağışlaya bilmirdi. 

Deyirdilər ki, onu onkologiya mərkəzinə göndəriblər. Zərifə 

xanımı professor Bloxin müayinə edib. Son sözü belə olub: «Heç 

olmasa, iki həftə əvvəl gətirsəydiniz...». 

Bu, məhz belə olub, ya başqa cür, indi bunun əhəmiyyəti yoxdur. 

Ən ağırı budur ki, Zərifə xanım çox tez, cəmisi altmış iki yaşında 

həyatdan köçüb. Onu 1985-ci il aprelin 17-də  dəfn etdilər. Yağış 

yağırdı. Kropotkinski küçəsindəki Alimlər evinə əklillər gətirirdilər. 

Səhər Boris Pastuxov Ümumittifaq Lenin Kommunist Gənclər 

İttifaqı MK-nı və katibliyini toplayaraq bildirdi: «Uşaqlar, kim istəsə 

gedə bilər, istəməyənlər getməsin». 

Katiblik tam heyətlə dəfndə iştirak etdi. 

- Biz demək olar ki, hamıdan tez gəlmişdik, - Boris Nikolayeviç o 

kədərli günü belə xatırlayır. - Kimlərin gələcəyini bilmirdik. Birdən 

gördük ki, MK Komsomol Komitəsinin bütün bürosu başsağlığı 

verməyə gəldi. Heydər Əliyev heç vaxt bu haqda danışmayıb, amma 

gənclərin ehtiram göstərib başsağlığına gəlməsi ona xeyli təsəlli 

vermişdi və o, bunu unutmamışdı. 

Alimlər evinin zalındakı portretdən bizə  Zərifə xanımın ge-niş 

açılmış şən gözləri baxırdı. Zərifə xanımı tanıyanlar onun heyrətamiz 

dərəcədə mənalı, qara gözləri olduğunu qeyd edir-dilər. 

Leninqradlı alim Dobromıslova deyir: 



 

204


 -  Şərqlilərə  məxsus qara gözləri, mehriban baxışları onu 

başqalarından fərqləndirirdi. Onun gözləri gah gülür, gah sevi-nir, gah 

heyrətlənir, gah da narazılığını  bəyan edirdi. Lakin onun gözlərində 

heç vaxt biganəlik ifadəsi görmək olmazdı. Zərifə xanımın iri, çox 

ifadəli, sanki «danışan gözləri» vardı. 

Professor  Şulpina isə belə deyir: «Onun böyük, qara gözləri 

insanın qəlbinə nüfuz edirdi». 

Hələ 1924-cü ildə  çəkilmiş  uşaqlıq  şəklində balaca Zərifənin iri, 

qara gözləri o birilərinin gözlərindən seçilirdi. Saçları  səliqəylə 

vurulmuş balaca qızcığaz yumşaq oyuncağı sinəsinə  sıxmışdı. Onun 

böyük qara gözləri uzaq zamanların dərinliklə-rində  şölələnən bir 

ulduzun işığı kimi bizə zillənib. 

Dəfndən düz bir həftə sonra, artıq son illər  ərzində üçüncü olan 

yeni Baş katibin dövründə Heydər  Əliyev Leninin anadan olmasının 

115 illiyinə  həsr olunmuş  təntənəli iclasda məruzə etməliydi. 

Qorbaçov ona məruzədən imtina etməyi məsləhət görürdü. Deyirdi ki, 

eybi yox, gələn il məruzə edərsiniz. 

- Yox, - Heydər Əliyev etiraz etdi, - öhdəsindən gələrəm. Yeni Baş 

katibi 1985-ci il martın 11-də seçmişdilər. Ukrayna Kommunist 

Partiyasının birinci katibi Vladimir Vladimiroviç Şerbitskidən başqa 

hamı plenumda iştirak edirdi. O, yolda idi, Amerikadan ezamiyyətdən 

qayıdırdı. 

Qromıko Qorbaçovun «hədsiz yaradıcı enerjisini» və başqa 

xüsusiyyətlərini qeyd edib, onu Sov.İKP MK-nın Baş katibi scçməyi 

təklif etdi. Etiraz edən olmadı. 

SSRİ Nazirlər Sovetinin sədri Tixonov yarınmaq üçün kompliment 

deməyə imkan tapdı: «Qorbaçov ilk Baş katibdir ki, iqtisadiyyatdan 

yaxşı başı  çıxır» (Nikolay Aleksandroviç yeni çarın  mərhəmətinə 

ümid bəsləyərək göz görə-görə yaltaq-lanırdı). ABŞ Prezidenti Corc 

Buş (böyük - red.) Qorbaçovla Maltadakı danışıqlardan sonra 

Kremldən gəlmiş müsahibinin iqtisadi savadını tamaın başqa cür 

qiymətləndirmişdi. Baş müşavirlərinə deyirmiş: «Aman Allah, o ki 

iqtisadiyyatdan heç bir şey bilmir». 

Qorbaçovun ustalıqla qurduğu pərdəarxası «portfet bölgü-sü»ndə 

Əliyev iştirak etməmişdi. Hərçənd ki, özünün təşkilati bacarığına, 

hədsiz təcrübəsinə, işgüzar keyfiyyətlərinə görə  Əliyevin Baş katib 

olmağa da tam hüququ vardı. Məşhur publi- 


 

205


sist Artyom Borovik yazır: «Heydər  Əliyev onun bu vəzifəyə 

seçilməsinin heç cür mümkün olmadığını israr edənlərə nahaq yerə 

inanmışdı. Tixonov belə hesab edirdi ki, Heydər Əliyevin bu yüksək 

vəzifəyə seçilməsinə «dini əqidəsi və milliyyəti» mane olur. Mən belə 

hesab edirəm ki, - deyə Borovik sözünə davam edir, - Heydər Əliyev 

Rusiyanın maraqlarını başqaların-dan daha artıq müdafiə edirdi. 

Baxın, görün, Qorbaçov SSRİ-nin başına nə gətirdi, Yeltsin Rusiya ilə 

nə etdi? Əliyev yəqin ki, düşünülmüş islahatlar yoluyla gedəcəkdi və 

onda bizim dövlətin və özümüzün taleyi tamam başqa cür olacaqdı». 

Xatırladaq ki, Qromıko da Heydər  Əliyevi SSRİ miqyaslı bir 

siyasətçi kimi görürdü. Lakin qalibin mərhəmətinə  sığınıb səsini 

çıxartmadı və SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri vəzifəsinə 

seçildi. 

22 aprel 1985-ci il, Moskva 

Sovet təqvimində 22 aprel xüsusi bir gün idi, həmin gün 

V.İ.Leninin doğum günü qeyd olunurdu. Təntənəli konsertlər, 

Mavzoleyin qarşısına əklillərin qoyulması, gurultulu iclaslar... Leninin 

anadan olmasının 115 illiyinə həsr olunmuş təntənəli iclasda Sov. İKP 

MK-nın Siyasi Bürosunun üzvü, SSRİ Nazir-lər Soveti sədrinin 

birinci müavini Heydər  Əliyev «Leninin ideya və  əməllərinin tarixi 

həqiqətləri» adlı məruzə ilə çıxış etdi. 

Bu, onun paytaxtda belə bir miqyasda ilk çıxışıydı.  Əlbəttə ki, 

məruzə  Mərkəzi Komitənin sənədi kimi qəbul edilir. Amma bu tipli 

məruzədə  də Heydər  Əliyevin özünəməxsus yanaş-masının izlərini 

görmək mümkündür. 

Əliyevin o vaxtkı  məruzəsini oxuyanda görürsən ki, epoxa-nın 

dağılmasından sonra da, bir çox baxışlarından imtina etmə-miş, 

düşüncələrinin çoxuna sadiq qalmışdı. Heydər Əliyev son-ralar da rus 

xalqı, rus dili haqqında böyük ehtiramla danışır, bu dilin digər SSRİ 

xalqlarının, millətlərinin dillərini zənginləş-dirdiyini, bu xalqlar üçün 

dünya  ədəbiyyatının, mədəniyyətinin geniş üfüqlərini açdığını qeyd 

edirdi. Bu dilin vasitəsiylə on-larla millətə, xalqa məxsus milyonlarla 

insan dünya mədəni ir- 


 

206


siylə tanış olur, özləri də bu mədəni irso öz töhfələrini verirlər. 

Müstəqil Azərbaycanın Prezidenti olandan sonra da Heydər 

Əliyevin Rusiyaya, rus xalqına, rus dilinə munasibəti, demək olar ki, 

əvvəlki kimi qalmışdı. 

İşgüzar adamlar bunu çoxdan müşahidə ediblər - kim daha iş çox 

apara bilirsə, ona daha çox iş tapşırırlar.  Əliyev də bu vəziyyətə 

düşmüşdü. Nazirlər Sovetində  və Siyasi Büroda ona həvalə edilmiş 

vəzifələrdən savayı, Qorbaçov və o vaxt MK-da ikinci adam olan 

Liqaçov ona yeni-yeni tapşırıqlar verirdilər. Bu tapşırıqlardan biri də 

məşhur olan qalmaqallı antialkoqol kampaniyasıyla bağlıydı. Bu işlə 

bağlı  sənədlərin hazırlan-masını  Rıjkova,  Əliyevə  və RSFSR-in 

Nazirlər Sovetinin sədri Solomentsevə tapşırmışdılar. 

- Biz bu sənədin üzərində  əsaslı surətdə  işlədik, - deyə Nikolay 

İvanoviç Rıjkov xatırlayır. - Sənəd MK-nın katibliyi və Qorbaçovun 

özü tərəfindən bəyənildi. 

Rıjkovun fikrincə, Qorbaçovu sərxoşluqla mübarizəyə Li-qaçovla 

Solomentsev təhrik etmişdilər. Özü-özlüyündə mövzu-nun zəruriliyi 

heç kimdə  şübhə doğurmurdu. Sərxoşluq, alko-qolizm cəmiyyətə, 

həqiqətən də, böyük zərbə vururdu. Minlərlə ailə dağılırdı. Narahatlıq 

aydın və başa düşülən idi, amma məsələyə başqa tərəfdən yanaşanda, 

tamam fərqli hadisələr ortaya çıxırdı. Belə bir atalar məsəli var: 

«Dəlini Allaha dua etməyə  məcbur etsən, vurub alnını partladar». 

Alkoqolsuz, sağlam həyat tərzi uğrunda mübarizədə  də eynən belə 

oldu. 


Rıjkovun fıkrincə, Qorbaçovu və onun ətrafını, yəqin ki, 

sərxoşluqla mübarizədən daha çox, bu kampaniyadan qazana-caqları 

siyasi dividendlər maraqlandırırdı. 

Amma əfsus! Sorxoşluqla mübarizə aparanlar da bütün fa-natiklər 

kimi ifrata varınaqdan özlərini saxlaya bilmədilər. Ye-nidənqurma 

vaxtı «araq-çaxır» mağazalarının qarşısındakı növ-bələri görməyənlər, 

yəqin inanmazlar ki, növbə gözləyən in-sanların sırası kilometrlərlə 

uzanır, mağazalara əməlli-başlı hü-cum çəkilirdi.  Şəhər və kəndlərdə 

araq çəkənlərin sayı durma-dan artırdı. Araqsız, çaxırsız qalan 

adamlar mağazalara axışıb içində spirt olan başqa  şeyləri – 

odekolonları, lasyonları alıb içirdilər. Məhz elə o vaxt, çaxır istehsalı 

üçün əkilmiş üzüm- 



 

207


lükləri buldozerlərlə süpürüb tullayır, yerində başqa bitkilər əkirdilər. 

Aleksandr Timofeyeviç Qavrilov bu süjetə maraqlı  və xarakterik 

bir  ştrix də  əlavə edir. Bir dəfə Heydər  Əliyevin köməkçisi 

Qavrilovun yanına köhnə tanışı, Moldaviyanın Nazirlər Sovetinin 

sədri Ustiyan gəlib deyir: 

- Saşa, bizə üzümlüklərin qırılması barədə sərəncam gəlib. 

Axı, biz onları onilliklər boyu yetişdirmişik, əziyyət çəkmişik. 

Xahiş edirəm, şefın yanına get, hər şeyi ona danış. 

Qavrilov xatırlayır: 

- O zaman elə bil mənə  nəsə  qəribə bir cəsarət gəldi. Heydər 

Əliyevin yanına keçib hər  şeyi danışdım. Amma o, çiyinlərini çəkib 

başını yellətdi ki, heç nə eləmək mümkün deyil. 

İndi artıq hamı bilir ki, antialkoqol kampaniyası MK-da əsas 

işlərin başlanmasından iki-üç il əvvəl düşünülmüşdü. Və bu işi MK-

nın qocaman üzvü, Partiya Nəzarəti Komitəsinin sədri, sərtliyi və eyni 

zamanda ehtiyatlılığı ilə tanınan Pelşeyə tapşırmışdılar. Amma Arvid 

Yanoviç başa düşürdü ki, bu işdə  qəti, sərt addımlara yol vermək 

olmaz. 


Nikolay  İvanoviç Rıjkov o günləri belə yada salır: «Pelşenin 

vəfatından sonra bu komissiya bir neçə il yığılmırdı. Və birdən-birə bu 

komissiyanı «ayıltdılar» və komissiya sərt tədbirlər həyata keçirməyə 

başladı. Amma ürəyimizdə hamımız başa düşürdük ki, nəyisə düz 

eləmirik». 

Artıq Nazirlər Sovetinin sədri olan Rıjkov bir dəfə Heydər Əliyevə 

zəng vurub xahiş etdi ki, onun yanına gəlsin. Heydər  Əliyeviç üzr 

istədi: «Mən indi iclas aparıram, yarım saata qur-taracam. İclas başa 

çatan kimi gələrəm». 

Əliyev gələndə Rıjkov hansı məsələylə məşğul olduğunu soruşdu. 

- Kefırin alkoqollu içki olub-olmadığını müzakirə edirdik, - deyə 

Əliyev cavab verdi. 

Rıjkov bilirdi ki, bu, partiyada ikinci adam olan Liqaçovun 

tapşırığı idi. İndi bu, gülməli görünür, amma o vaxt heç kim gülmək 

hayında deyildi. 

Bizimlə söhbətdə Nikolay İvanoviç Rıjkov etiraf etdi: - Mən elə 

əvvəldən antialkoqol kampaniyasının  əleyhinəydim. Amma Siyasi 

Büronun üzvü kimi, orada qəbul olunan qə- 



 

208


rarları icra etməliydim. Mənə Heydər Əliyeviçlə işləmək xoş idi. Həm 

MK-da, həm də Nazirlər Sovetinin sədri seçiləndən sonra. Xarici 

ezamiyyətlərdə, müxtəlif insanlarla kontaktlarda adamın bir çox 

gözlənilməz xüsusiyyətləri üzə çıxır. Səfər vaxtı bir daha əmin oldum 

ki, Heydər Əliyeviç uzaqgörən siyasətçi və xeyirxah, ünsiyyətə meylli 

bir insandır. Onunla işləmək çox asan idi. 

1985-ci ilin sentyabrında məni SSRİ Nazirlər Sovetinin sədri 

seçdilər. Bilirdim ki, Tixonov Heydər  Əliyevə qarşı  həmişə 

ədalətsizlik edirdi. Nazirlər Sovetində  də  hər yerdə olduğu kimi 

müəyyən qruplaşmalar vardı  və Tixonov məzuniyyətə gedəndə heç 

vaxt öz yerinə Heydər  Əliyevi qoymurdu. Həmişə öz dostu və 

müavinlərindən biri Arxipova etimad göstərirdi. Hərçənd ki, Arxipov 

heç Siyasi Büronun üzvü də deyildi. Mən başa düşürdüm ki, bu, Siyasi 

Büronun üzvü olan Heydər  Əliyevin yaman xətrinə  dəyirdi. Onun 

üçün də elə ilk iclasdaca vəzifə bölgüsü aparanda dedim: «Bu gündən 

etibarən mən olmayanda məni Heydər Əliyev əvəz edəcək». 

- Siz bunu əvvəlcədən Heydər Əliyevə söyləmişdiniz? 

-Yox. 


- Bəs, Heydər Əliyevin buna münasibəti necə oldu? 

- Mən hiss elədim ki, onun ürəyi rahatlandı. Nazirlər Sovetində 

onun ətrafında formalaşmış inamsızlıq buzu əriməyə başladı. 

Onun Nazirlər Sovetindəki işi barədə  nə deyə bilərəm? O, yaxşı 

işləyirdi, hətta çox yaxşı  işləyirdi.  Əliyev sistemli adam idi, o biri 

rəhbər işçilər kimi heç vaxt dağınıq, qatmaqarışıq, məsuliyyətsiz iş 

görmürdü. Səliqə-sahman, nizam-intizam ona xas idi. Ona hansısa bir 

işi tapşırırdınsa, tamamilə arxayın ola bilərdin, bu tapşırıq mütləq 

yerinə yetiriləcəkdi. 

Bizim aramızda heç vaxt hansısa konflikt, daxili nifaq yaranmırdı. 

Elə vaxt olur ki, kabinetdə stol arxasında oturub həmkarlarla mehriban 

söhbət edirsən, amma bayıra çıxan kimi adamın qarasınca min cür söz 

deyirlər. O, belə şeylərdən uzaq idi. 

Bir-birimizə çox yaxşı münasibət bəsləsək də, aramızda bir pərdə 

vardı. Birgə yeyib-içmirdik, ailəvi dostluq etmirdik - Na-zirlər 

Sovetində ümumiyyətlə, belə bir adət yox idi. Mən beş il ərzində öz 

kabinetimdə bircə qədəh araq da içməmişəm. Hey- 


 

209


 

dər Əliyevlə də aramızda yalnız işgüzar münasibətlər vardı. Mən onun 

işindən çox razı idim. 

MK-da elə hallar olurdu ki, baş katiblər məzuniyyətdən qayıdanda 

öz yerlərinə qoyduqları adamların çıxardığı  qərarları  ləğv edirdilər. 

Amma bizdə, Nazirlər Sovetində belə  şeylər ol-murdu. Hansısa 

mübahisəli məsələ müzakirə olunanda Heydər  Əliyev zəng vururdu, 

həll olunan məsələ barədə mənim də rəyimi öyrənirdi. 

Əliyevlə Qorbaçovun hərəkətlərini müqayisə etmək maraqlı olar. 

Konkret nümunədə onları müqayisə edək, onların ümumittifaq 

əhəmiyyətli iqtisadi problemlərlə necə məşğul ol-malarına fıkir verək: 

Tümen Baş Geologiya İdarəsinin müdiri, Lenin mükafatı laureatı, 

Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanov xatırla-yır: «Qorbaçov 

hakimiyyətə  gələndə xalq ondan çox şey göz-ləyirdi, amma o, bu 

ümidləri doğrulda bilmədi. 

Kadrların hazırlanması, seçimi və irəli çəkilməsi mexanizmi 

işlənib hazırlanmamışdı. Kadrların işgüzar keyfiyyətləri əvvəlki kimi 

ikinci plandaydı.  Ən  əsas, rəhbərə  şəxsi sədaqət, dostbazlıq, 

qohumbazlıq, yerliçilik idi. Qorbaçovun vətəni Stavropoldan 

Moskvaya xeyli kadr gətirilmişdi. 

Mən 1985-ci ilin sentyabrında Qorbaçovun Tümen vilayəti-nə 

səfəriylə bağlı lətifəyə bənzər bir hadisəni tez-tez yada salıram. Onun 

səfəri ərəfəsində vilayətə bir neçə vaqon konfet gətirmişdilər. Qəfıldən 

bu konfetlərin satışına qadağa qoyuldu. Bilirsiz niyə? Məlum oldu ki, 

bu konfetlərin adı «Mişka na Severe»dir; tərcümə etsək - «Mişka 

Simalda»dır. Yerli yaltaq-lar qorxdular ki, Mixail Sergeyeviçin 

vilayətdə olduğu vaxtda «Mişka...» adlı konfetlərin satışı onu təhqir 

etmək kimi qiy-mətləndirilə bilər. Bu cür qənaətlərə, hətta Saltıkov-

Şedrin qələminin yaratdığı Qlupova şəhərinin rəhbərləri belə  həsəd 

aparardılar. 

Ümumiyyətlə, Qorbaçovun Tümen səfəri mənim içimdə çox mənfı 

təəssürat yaratdı  və bu barədə o vaxt öz gündəliyimdə  də qeyd 

etmişdim. 

«5 sentyabr. Nijnevartovsk aeroportu. Qonağı  vəzifəli  şəxslərin 

böyük bir qrupu qarşılayır: V.İ.Dolgix, B.N.Yeltsin, N.K.Baybakov, 

B.E.Şerbina və başqaları. Təyyarə 



 

210


gəlib yerə endi. Mixail Sergeyeviç Qorbaçovla Raisa Maksi-movna 

Qorbaçova təyyarədən yerə endilər. İki gün əvvəl onla-rın gəlişi üçün 

Moskvadan təyyarəylə xüsusi yapon avtobusu gətirmişdilər, elə bil ki, 

Baş katibi yerli avtobusa mindirmək qəbahət idi. 

Axşam Nijnevartovsk Şəhər Partiya Komitəsində iclas ke-çirildi. 

Şəhər partiya komitəsinin katibi S.İ.Denisov, Mahal Partiya 

komitəsinin katibi V.A.Çurilov kiçik informasiya ilə  çıxış etdilər. 

Onlardan sonra Qorbaçov sözü mənə - Tümen Baş Geologiya 

İdarəsinin rəisinə verdi. Mən geoloji kəşfıyyat işlərinin vəziyyəti və 

perspektivləri barədə danışdım, neft və qaz sənayesinin  əmtəə 

bazasının daha da inkişafıyla bağlı  bəzi rəqəmləri misal gətirdim. 

Qorbaçov bir neçə  dəfə sözümü kəsdi və Baybakovla Dolgixi 

geoloqlara yaxşı kömək etmədiklərinə görə tənqid etdi. 

Sonda Qorbaçov çıxr, etdi: «Geoloqlar məni bu vilayətin geoloji-

kəşfıyyat işlərinin perspektivlərinə inandırmağa mü-vəffəq oldular. 

Mən bu perspektivləri hiss edirdim və geoloq-ların işindən də 

razıyam. Çox sağ olun, yoldaşlar,  amma  bu  sa-həyə mütləq kömək 

etmək lazımdır». 

Onun zəhmətimizi belə yüksək qiymətləndirməsi bizi çox 

ruhlandırdı. Gecəylə bizim hamımız Urenqoy şəhərinə uçduq. Siz 

təsəvvür edə bilməzsiniz, Sov. İKP MK-nın Baş katibini xalq 

küçələrdə necə böyük sevinclə qarşılayırdı. Çox gözəl, günəşli bir 

hava vardı.  Şəhərin mərkəzində, neçə min adamın yığışdığı yerdə 

Qorbaçovu aparan maşın korteji dayandı. Baş katib maşından düşüb 

insanlarla söhbət eləməyə başladı. Yaşlı bir qadın ona sual verdi ki, 

bəs Böyük torpaqda (ölkənin yaşayış üçün yararlı ərazilərində - red.) 

bizim şimal sakinləri üçün mənzil tikintisi nə yerdədir? 

Mən Mixail Sergeyeviçin cavabını eşidəndə təəccübümdən donub 

qaldım. O, tam ciddi şəkildə cavab verdi: «Böyük torpaqda mənzili 

neynirsiniz? Baxın, görün burada necə gözəl iqlim var. Yaxşısı budur 

burada daha çox mənzil tikin». 

Məgər Qorbaçov bilmirdi ki, Urenqoy Şimal qütb dairəsinin 

yaxınlığında yerləşir? Rusiyanın Avropa hissəsindən, Uk-raynadan, 

Belorusiyadan, Azərbaycandan işləməyə gələn in-sanlar burada daim 

yaşayıb işləyə bilmirlər. Bura tundra zona- 


 

211


sıdır, havada oksigenin faizi aşağıdır. ona görə də burada heç normal 

bitkilər, ağaclar da bitmir. 

Ertəsi gün Qorbaçov öz dəstəsiylə Tümenə qayıtdı. Siz gö-rəydiniz 

aeroportda nələr baş verirdi. Moskvadan Qorbaçovla xanımını 

gəzdirsin deyə  təyyarəylə dörd ədəd xüsusi «ZİL» markalı minik 

avtomobili gətizdirmişdilər. Yolları bağlamışdı-lar. Respublika 

küçəsində maşınların yolunu əks istiqamətə çevirdilər. Yaltaqlar 

yaman  əldən-ayaqdan gedirdilər - Baş ka-tibin rənglənmiş, köhnə 

evləri görməməsi üçün onu şəhərin ucqarlarıyla aparırdılar. Bütün 

bunlar məni yaman əsəbiləşdir-mişdi. Axı,  əvvəllər dövlətin ikinci 

şəxsi Kosıgin Tümendə  dəfələrlə olmuşdu. Moskvadan yapon 

avtobusları, xüsusi «ZİL» maşınları da gətirməmişdilər. Hər şey sadə 

və işgüzar şəkildə təşkil olunmuşdu. 

Burada isə  təmtəraqdan adamın gözü qamaşırdı. Qorbaçov hələ 

cəmisi dörd ay idi ki, Baş katib seçilmişdi, amma indidən belə bir cah-

cəlala, təmtərağa həvəs göstərirdi. 

Axşam Tümenin partiya-təsərrüfat aktivində Qorbaçov çıxış etdi. 

Onun məruzəsini eşidəndə qulaqlarınıa inanmadım. O, iki gün əvvəl 

Nijnevartovskda söylədiklərinin tam əksini dedi. Mənim kefım tamam 

pozuldu. Uzun mühakimələrdən sonra belə  qərara gəldim ki, 

Qorbaçov sadəcə Moskvadakı bürokratik aparat üzvlərinin tərtib 

etdiyi məruzəni üzündən oxuyur. Mənim iki gün əvvəl ona dediklərim 

isə deyəsən, tamam yadından çıxmışdı. Nə verdilərsə, onu da oxudu. 

Nədənsə, Brejnevin Bakıya səfərini, ona verilən kağızları çaşdırıb 

tamam başqa bir çıxışı heç nə başa düşmədən üzündən oxumağını və 

Əliyevin onun qarşısındakı kağızları dəyişdirməyini xatırladım. 

Gecə səhərə qədər düşünəndən sonra bu qərara gəldim ki, yeni Baş 

katib böyük boşboğazdır. İqtisadiyyatdan, siyasətdən bir o qədər başı 

çıxmasa da, ambisiyaları  həddən artıq böyük-dür. Neqativ 

xüsusiyyətləri də kifayət qədərdir. Belə keyfıy-yətlərə malik olan bir 

kadr çətin ki, böyük ölkəni ağıllı idarə edə bilsin və biz onun 

hakimiyyəti dövründə çətin ki, uğura nail olaq. 

Elə  də oldu: iqtisadiyyat gündən-günə uçuruma yuvarlanırdı 

istehsalatın sürəti aşağı düşməyə başladı, neft sənayesi isə  həyəcan 

siqnallarını verməyə başladı. Bütün ölkə  zəhmət-keşlərinin səyləri 

nəticəsində yüksək həddə qaldırılan neft ha- 



 

212


silatı getdikcə aşağı düşməyə başladı. Sonda bircə onu deyə bi-lərəm 

ki, bizim xalqın yaxşı  və firavan yaşaması üçün mütləq ağıllı  və 

dövləti idarə etməyi bacaran rəhbərləri olmalıdır». 

Fərman Salmanov haqlıydı. Ən maraqlısı isə budur ki, nə üçünsə 

istənilən sistemdə - totalitar, demokratik, sosialist, kapitalist - 

hakimiyyətə, səriştəsiz, buna haqqı olmayan insanlar gələ bilər?! Axı, 

belələrini hakimiyyətə heç yaxın da buraxmaq olmaz. 

Rusiyanın müasir tarixində  də, Azərbaycanın postsovet tarixində 

də  və başqa xalqların tarixində  də buna çoxlu nümunələr göstərmək 

olar. 


 
1   ...   9   10   11   12   13   14   15   16   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə