GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə14/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   39

31 avqust 1986-cı il, Novorossiysk 

 

1986-cı il avqustun 30-da saat 22.10 radələrində Novorossiysk 



yaxınlığında sərnişin teploxodu «Admiral Naximov»la yük gəmisi 

«Pyotr Vasev» toqquşmuşlar. İtkilər var. Xilasetmə işləri aparılırdı... 

Təxminən belə bir xəbər avqustun 31-nə keçən gecə bir çox əsas 

instansiyalara - Sov.İKP MK-ya, Nazirlər Sovetinə, DTK-ya, Dəniz 

Donanması Nazirliyinə və s. yayıldı... Radio və televiziya hələ heç bir 

rəsmi xəbər açıqlamamışdan  əvvəl xalq arasında artıq çoxsaylı 

şayiələr yayılmağa başlamışdı.  Əlbəttə ki, ilk olaraq xarici 

radiostansiyalar bu hadisəyə əks-səda verdilər. 

Rıjkov gecəyarı Əliyevə zəng vurdu: 

- Heydər  Əliyeviç, siz bu hadisəylə bağlı  təşkil olunan Dövlət 

Komissiyasının sədri təyin olunursunuz. Adamları seçin... 

Heydər  Əliyev yəqin ki, həmin gecə heç yata bilmədi.  Əgər 

bilsəydi ki, qarşıda onu on beş yuxusuz gecə gözləyir, bəlkə də, bir az 

mürgüləyərdi. Amma yatmaq istəmirdi. Onun yadına üç il əvvəlki ilk 

bu cür ezamiyyəti düşdü. O vaxt Volqa çayında, Ulyanovsk şəhərinin 

limanında turistlərlə dolu «Aleksandr Suvorov» sərnişin teploxodu 

körpünün dirəkləriylə toq-quşmuşdu. Teploxodun kinozalında həmin 

vaxt komediya gös-tərirdilər. Bir çox tamaşaçı zala uşaqlarıyla 

gəlmişdi. Ekrandakı  qəhqəhələr adamların ahu-fəryadına qarışmışdı. 

Teploxo- 



 

213


dun üst göyərtəsi və kinozalı  sınıb tökülmüş  və idarəsini itirən 

teploxodu çayın axarı aparmışdı. Hadisə yerində aparılan araş-dırma 

nəticəsində qəzanın səbəbi aşkar edildi: sərxoşluq... 

Adətən Əliyev Nazirlər Sovetinə səhər saat doqquza yaxın gəlirdi. 

Həmin gün isə daha tez gəldi. Özünün nəqliyyat işləri üzrə köməkçisi 

Vladimir Sergeyeviç Uxova tapşırdı ki, komis-siyanın tərkibiylə bağlı 

sərəncam hazırlayaraq hamını xəbərdar etsin. 

- Siz də bizimlə birgə uçacaqsınız. 

Uxov evə baş çəkməyə macal tapmadı, yalnız zəng vurub xəbərdar 

etdi ki, «on gündən sonra qayıdacaq». Ezamiyyətdə lazım ola biləcək 

dəyişək paltar və  bəzi xırda-para  şeyləri al-maq üçün Qızıl Meydanı 

adlayıb univermağa getdi. Avqustun 31-dən sentyabrın birinə keçən 

gecə «Vnukovo-2» aeroportun-dan Novorossiyskə xüsusi hökumət 

təyyarəsi uçdu. 

Əliyevlə üç il birgə işlədiyi müddətdə Uxov rəhbərini yaxşı tanıya 

bilmişdi. Vladimir Sergeyeviç xatirələrini çözələyir: 

- Onun qətiyyətli, sərt adam olduğunu əvvəl də bilirdim. 

Amma Volqada, parça-parça olmuş «Suvorov» teploxodunun 

yanında mən anladım ki, onun xarakteri bütünlüklə kritik 

situasiyalarda - iradəni, düşüncəni və emosiyaları bir yumruğa yığıb 

qəti şəkildə hərəkət etmək üçün lazım olan məqamlarda, özünü daha 

bariz göstərir. Onun inadı, ağlı və sərtliyi problemi həll edirdi. Mənə 

elə  gəlir ki, adi günlərdə Heydər  Əliyeviç elə bil sıxılır, onun 

möhtəşəm daxili enerjisi sanki özünə yol axtarırdı  və o, axşam saat 

ona, on birə qədər işdən ayrılmırdı. 

Bəzən elə olurdu ki, ona bilavasitə bizim idarəyə aid olmayan işlər 

tapşırılırdı. Biz bunu onun özünə deyəndə Heydər  Əliyeviç 

əsəbiləşmirdi. O hesab edirdi ki, hökumət başçısı, Baş katib istənilən 

tapşırığı verə bilər, bizim vəzifəmizsə onu yerinə yetirməkdən 

ibarətdir. 

...İlkin məlumatlara görə, «Admiral Naximov»un göyərtəsində 

cəmi 1234 adam, onun da 888-i sərnişin və 346-sı ekipaj üzvü olub. 

Teploxod toqquşmadan sonra yeddi-səkkiz dəqiqə  ərzində batıb. 836 

sərnişini xilas etmək mümkün olub. Bəs o birilərinin aqibəti necə 

olub? 

İki həftəlik Novorossiysk ezamiyyəti - dənizin özü boyda bir kədər 



kimi yadda qaldı. Hər gün öz doğmalarını, yaxınlarını itirən insanlarla 

görüşürsən. Suyun dibindən teploxodun içində 



 

214


əsir olmuş insanların meyitləri çıxanlır: bir təsəvvür edin, bi-rinci üç 

gün  ərzində yetmiş doqquz, sentyabrın 4-nə  qədər yüz on altı meyit 

çıxarılır. Onlarla problem bir-birinə qarışıb. 

Heydər  Əliyevə yalnız işlərə ümumi rəhbərliyi təklif etmişdilər: 

komissiyada kifayət qədər nüfuzlu adamlar, mütəxəssislər vardı - 

dəniz donanması naziri, DTK-nın sədr müavini, MK-nın nəqliyyat və 

rabitə şöbəsinin müdiri - onlar detalları aydınlaşdırıb lazımi tədbirlər 

görə bilərdilər. 

Yox, - deyə Heydər  Əliyeviç təkid etmişdi, - mən hər gün 

insanlarla görüşəcəyəm, həm də dövlət komissiyasının üzvləriylə 

təmasda olacağam, onların cavabdeh olduqları mə-sələləri necə yerinə 

yetirdiklərinə də nəzarət edəcəyəm. 

Dövlət komissiyası gündə iki dəfə - saat  10.00-da və 17.30-da 

iclas keçirirdi. 

«...Və  hər gün axşam saat 19.00-da komissiyanın sədri Heydər 

Əliyev ölənlərin qohumları, yaxınları ilə görüşür. On-lara görülən işlər 

barədə məlumat verir, yaranan problemləri yerindəcə operativ şəkildə 

həll edir», - «Trud» qəzeti bu hadisə barədə hazırladığı reportajında 

belə yazırdı. 

Məlum oldu ki, teploxodun təhkim edildiyi Qara Dəniz Gə-

miçiliyi  İdarəsi heç gəmidə  nə  qədər sərnişinin olduğunu da dəqiq 

bilmir. Və bu, adi hal hesab olunurdu. Kapitanlar son demə, 

qaydaların  əleyhinə olaraq, gəmilərinin bir-birinin yanından necə 

keçəcəkləri barədə  əvvəlcədən sanki köhnə faytonçular kimi danışıq 

aparıbmışlar. Üç-dörd gün suda qalan meyitlər kənara çıxarılanda 

istidən artıq çürüməyə başlayırdılar. Onun üçün də öncə buz dolabları 

olan qatarlar, sonra isə yubanmadan tabutlar gətirildi. Uxov xatırlayır: 

- Heydər Əliyev hamıdan son dərəcə sərt haqq-hesab tələb edirdi. 

Hansısa bir tapşırığı yerinə yetirilmədiyi üçün o, dəniz donanması 

nazirinin müavinini dərhal vəzifəsindən kənarlaş-dırdı. Hamı bundan 

dərs götürdü. 

Ən çətini isə  çıxarılan cəsədlərin arasında öz əzizlərini tapa 

bilməyən və yenə  də sudan kimlərinsə  çıxarılmasını gözləyən 

insanlarla söhbət etmək idi. Öz həyatlarını təhlükə qarşısında qoysalar 

da, operatorlar sualtı  çəkilişlər apara bildilər. Budur, kamera batmış 

gəminin bortuna sıxılmış və oradan çıxarılması mümkün olmayan bir 

qadın meyitinə yaxınlaşır. Sualtı axın onun uzun saçlarını yüngül 

külək kimi yellədir. Ada- 



 

215


ma elə  gəlir ki, bu saat başını geri atacaq. Ekran qarşısında do-nub 

qalan gənc bir oğlan bu qadını görən kimi öz sevimli Nata-şasını 

tanıyır. 

- Siz onu çıxara biləcəksinizmi? - deyə oğlan boğuq səslə soruşur. 

Ona belə cavab verirlər: 

- Çalışacağıq,  əlbəttə,  əgər bu, dalğıcların həyatı üçün təhlükə 

törətməsə. - Bir nəfər dalğıc artıq həlak olub. 

Heydər Əliyevsə komissiyanın iclaslarının birində əminliklə deyir: 

- Biz araşdırıb öyrənmişik ki, qəzanın səbəbi - «Pyotr Vasev» və 

«Admiral Naximov» gəmilərinin kapitanlarının xidməti vəzifələrinə 

məsuliyyətsiz və cinayətkarcasına laqeyd yanaşmasıdır. Görülən işlər 

barədə  Əliyev mütəmadi olaraq Rıjkova məlumat verirdi. Uxovun 

sözlərinə görə, hətta bir-iki dəfə Qorbaçovun özü də zəng vurmuşdu, 

deyirdi ki, gəlmək is-təyir. 

Amma bu, bir o qədər də inandırıcı görünmürdü. Baş katib yəqin 

ki, öz istirahətini yarımçıq qoymayacaqdı. May ayında Çernobıla baş 

çəkməkçün vaxt tapmamışdı, sentyabrda No-vorossiysko gəlmədi. 

Başqalarının kədərindən kənarda yaşa-maq çox rahat mövqedir. 

Yalnız həssas, kövrək qəlbə malik olan şairlər belə hesab edir ki, 

«özgənin dərdi olmur» (ifadə Konstantin Simonovun şeirindəndir). 

Siyasətçilər də belə hesab edir: həm də böyük siyasətçilər, cılızlar yox. 

Həmin yay Qorbaçov avqustun 20-dən sentyabrın 20-nə  qədər 

istirahət etdi. Geri qayıdanda isə Kubanda və Stavropolda oldu, 

elektoratla çox şən, qayğısız söhbətlər etdi. Həmin vaxtda isə Rıjkov 

Ukrayna və Belorusiya rəhbərliyinin bir qrupu ilə Çernobılda atom 

elektrik stansiyasında baş verən qəza zonasına baş  çəkir, Heydər 

Əliyev Novorossiysk qəzasının nəticələrini aradan qaldırmaqla məşğul 

olurdu. 


Aleksey Nikolayeviç Kosıgin 1942-ci ilin yanvarında blokada 

şəraitində olan Leninqradda iki yeniyetmənin qardaş-larınınmı  və ya 

qonşularınınmı uzandığı xizəyi soyuq buz bağlamış küçələrlə necə 

dartdıqlarının şahidi olmuşdu. O vaxtlar üçün tipik səhnədir. Meyitləri 

bütün şəhər boyu belə daşıyırdılar. Nəsə Kosıgini bu qəmli mərasimin 

qarşısında durub onlardan kimi dəfn etməyə apardıqlarını soruşmağa 

məc- 


 

216


bur etmişdi. Uşaqlar cavab verməyə macal tapmamış, Aleksey 

Nikolayeviç görmüşdü ki, xizəkdə uzadılmış  oğlan uşağının göz 

qapağı  tərpənir. Ola bilsin, həyatla vidalaşdığı bu son mə-qamda, az 

qala unudulmuş, atasının səsinə oxşar səs eşitmişdi. Aleksey 

Nikolayeviç uşagı qucağına götürmüş  və balaca özünə  gəlməyə 

başlamışdı. Kosıgin göstəriş verir ki, oğlanı isitsinlər, yedizdirsinlər, 

sonra isə qardaşları ilə birgə Leninqraddan kö-çürsünlər. 

Dövlət Müdafıə Komitəsinin tapşırığı ilə o zaman Kosıgin 500 min 

leninqradlını və Böyük torpaqda çox zəruri olan dəz-gahları, kranları, 

motorları və bütöv zavodları köçürməli idi. Nəhəng, mürəkkəb dövlət 

tapşırığı  və  təsadüfı hadisə. Bloka-dada olan şəhərin taleyi və bir 

insanın taleyi... Kosıgin onlara fərq qoymamışdı. 

Əliyev də belə idi. Buna ən müxtəlif adamlar, o cümlədən Baş 

nazirin müavininə gündəlik poçtu çatdıran, onun tapşırıqla-rını qeyd 

edən və onunla birlikdə ezamiyyətlərə gedən kömək-çilər də 

şahiddirlər. 

Uxovdan soruşuruq: 

- Sizcə, Novorossiyskdə Əliyevi ən çox təsirləndirən nə oldu? 

- İlk növbədə toqquşma faktının özü. Bilirsiniz, sağlam düşüncəyə 

görə bu toqquşma olmamalıydı. Toqquşma üçün heç bir real zəmin 

yox idi. Sakit dəniz, ulduzlu səma. Sərnişin teploxodunda bütün işıqlar 

yanır - həm bortda, həm də göyərtə-də. Müasir naviqasiya cihazları. 

Teploxod limandan çıxanda ona xəbər verilmişdi ki, qarşıdan yük 

gəmisi gəlir. Yük gəmisinə  də  sərnişin teploxodunun limandan 

çıxması barədə  xəbər verilmişdi. Qanuna görə yük gəmisi teploxoda 

öz kursuyla getməyə yol verməliydi. Yük gəmisi bunu etməmişdi, 

çünki bu-nun üçün o, öz kursundan bir ncçə kilometr yayınmalı, 

kənara çəkilib dolama kursla getməliydi. Kapitanlar qaydalara zidd 

olaraq, üzbəüz gələrkən biri-birindən necə yan keçəcəkləri barədə 

əvvəlcədən danışıb razılaşırlar. «Pyotr Vasev» yük gəmi-sinin 

kapitanının üçüncü köməkçisi radara baxaraq xəbərdarlıq edir: «Biz 

toqquşa bilərik, axın bizi ona tərəf aparır». 

«- Heç nə olmaz, yanından sivişib keçərik», - deyə kapitan onu 

arxayınlaşdırır. 



 

217


 İki kapitanın laqeydliyi və özündən razılığı belə böyük faciə ilə 

nəticələnmişdi. 

Bu qədər də  səhlənkarlıq olarmı? Olay insanı hiddətləndir-məyə 

bilmirdi. Məsuliyyətsizlik üzündən nəhəng «Naximov» məhv olur; 

sonsuz insan kədəri... Yenə də məsuliyyətsizlik. Məlum olur ki, sahil 

xidmətlərinin heç birində  gəmidəki sərni-şinlərin və ekipajın dəqiq 

siyahısı yoxdur: müxtəlif dolayı yol-larla bu siyahıları  bərpa etmək 

lazım gəlir. 

Əliyev orada, demək olar ki, yatmırdı. Onun köməkçisi Uxov da 

onun kimi. Vladimir Sergeyeviç gecə saat üçə  qədər protokolları 

hazırlayır, səhər tezdən isə hər şey yenidən başla-yırdı. Heydər Əliyev 

hər səhər saat doqquzda mehmanxanadan Qara Dəniz Gəmiçiliyinin 

binasında yerləşən xilasetmə qərargahına gedirdi... 

On beşinci gün Qorbaçov sərəncam verdi ki, Heydər  Əliyev 

komissiyaya rəhbərliyi MK-nın nəqliyyat və rabitə  şöbəsinin rəisi 

Pasternaka həvalə edib Moskvaya qayıtsın. 

- «Naximov»un məsələsinə Siyasi Büroda baxacağıq. Görəsən, bu 

sərəncam nəylə bağlı idi? Moskvada Əliyevi daha vacib işlər 

gözləyirdimi? Məgər orada onsuz keçinə bil-mirdilərmi? Buna əmin 

deyiləm. Məncə, bunun səbəbi tamam ayrı idi. Qorbaçovun Krasnodar 

vilayətinə  səfəri, görüşləri, çı-xışı planlaşdırılırdı. Heydər  Əliyevin 

Novorossiyskdə gördüyü işlər, ümumiyyətlə, «Naximov» hadisəsi isə 

ona əsaslı şəkildə mane olurdu. Avqustun 17-də Baş katib təyyarəylə 

vilayətə uçub gəldi və hava limanından birbaşa vilayətin 

rayonlarından birinə getdi. SİTA-nın müxbirləri yazır: «Baş katib 

yolüstü No-votitarovskaya stanitsasında maşınları saxladıb yerli əhali 

ilə görüşdü.  İstirahətdən gələn və günün altında qaralmış Baş katib 

kəndlilərdən soruşdu: 

- Bizim ölkədə apardığımız dəyişikliklərdən razısınızmı? 

Razıyıq, - jurnalistlər camaat içindən eşidilən bu səsi də qeydə 

aldılar. 

... Oktyabrın 30-da Heydər  Əliyev Siyasi Büroda «Admiral 

Naximov» gəmisində baş verən qəzanın səbəbləriylə bağlı ya-radılmış 

komissiyanın yekun nəticələri barədə məruzə etdi. 

Həmin gün səhərdən Siyasi Büronun iclas zalının divarların-da 

Qara dənizin, Novorossiyskin xəritələrini asmışdılar. Bu xə- 



 

218


ritələrin fonunda yoldaşlar əvvəlcə gələn ilin büdcəsi və planı barədə 

danışdılar, sonra MK-nın nəzdindəki Partiya Nəzarəti Komitəsinin 

hesabatını dinlədilər. Nəhayət, Qorbaçov sözü Əliyevə verdi. Heydər 

Əliyeviçin məruzəsi qısa və konkret ol-du. 

Əslində çox şey elə  əvvəlcədən aydın idi: kapitanların 

cinayətkarcasına səhlənkarlığı, gəmiçilikdəki təhlükəsizlik 

qaydalarının kobudcasına pozulması. 

Siyasi Büronun qərarında bildirilir ki, həlak olanların ailələrinə 

zəruri dövlət yardımı ayrılmışdır. Qəzanın bilavasitə günahkarları - 

«Pyotr Vasev» və «Admiral Naximov» gəmilərinin kapitanları həbsə 

alınaraq cinayət məsuliyyətinə  cəlb olun-muşlar. Qara Dəniz 

Gəmiçiliyinin rəisi S.A.Lukyanenko və-zifəsindən  çıxanlaraq  partiya  

sıralarından xaric  edilmişdir. SSRİ  dəniz donanması nazirinin 

müavini A.V.Qoldobenko öz vəzifəsindən xaric edilərək partiya 

töhməti ilə  cəzalandırıl-mışdır. Dəniz donanması nazirinin ikinci 

müavini B.A.Yunitsın partiya məsuliyyətinə  cəlb edilmişdir. Dəniz 

Donanması Nazirliyinin kollegiyasına isə gəmiçiliyin təhlükəsizliyinin 

ar-tırılması  və  dəniz nəqliyyatında nizam-intizamın möhkəmlən-

dirilməsinə dair ciddi tədbirlər görmək tapşırılmışdır. 

Köməkçilər - müşahidə qabiliyyəti olan diqqətli adamlardır. Öz 

şeflərinin hətta görmədiyi, müşahidə edə bilmədiyi  şeyləri də 

diqqətdən qaçırmırlar. Heydər Əliyevin köməkçiləri Qavrilov və Uxov 

bir-birindən xəbərsiz görün nəyi xatırlayırlar: 

- Bəzən Heydər  Əliyevin kabinetinə girirdin və üzünün 

ifadəsindən hiss eləyirdin ki, düşüncəyə qərq olub, nə barədəsə gərgin 

şəkildə fıkirləşir. 

Köməkçinin otağa gəlməsi onu fikirlərdən ayırır: 

- Vladimir Sergeyeviç, bu gün mən Yuqoslaviyanın hökumət 

başçısıyla görüşməliyəm. Siz bir neçə  sənədi mənimçün hazır 

etməlisiniz: birincisi... ikinci... Niyə qeyd etmirsiniz? 

Uxov istəmir etiraf etsin ki, şef onu çağıranda qəbul otağın-daydı 

və bloknotunu öz kabinetində unutmuşdu. 

- Mən yadımda saxlayaram, Heydər Əliyeviç. 

- Doğrudan? 



 

219


Heydər  Əliyevin özü nə  qədər fenomenal yaddaşa malik olsa da, 

həmişə bloknotda qeydlər edərdi. Tapşırığı düzgün yerinə 

yetirilməyəndə haqq-hesab çəkirdi. 

Aparat işçiləri məzuniyyətə adətən öz şefləri ilə birgə ge-dərdilər. 

İş başında Vladimir Sergeyeviç Uxov qalardı. Kolle-qaları ona qibtə 

edərdilər: indi dincələrsən! 

-  Əlbəttə! - deyə Uxov cavab verərdi. - Məgər siz Heydər 

Əliyeviçin necə istirahət etdiyini bilmirsiniz?.. 

Bilirdilər və adət etmişdilər.  Əliyev məzuniyyətə  həmişə 

Azərbaycana gedirdi, amma bircə gün də işini unutmurdu. Hər səhər 

saat onda Moskvaya, Uxova zəng vururdu. 

- Sabahınız xeyir, danışan  Əliyevdir. Vladimir Sergeyeviç, hansı 

işlər görülüb? 

Ardınca qısa hesabat verilir. 

- Bu məsələylə bağlı isə, Heydər Əliyeviç, hələ də qərar yoxdur. 

- Saat üçdə mənə zəng vurun. 

Axşam saat altı-yeddi radələrində daha bir zəng olurdıı. Bəzən 

telefonçu qız xəbərdarlıq edirdi ki, bu zonada xüsusi müdafıə yoxdur. 

Bu, o demək idi ki, Heydər Əliyev hardasa ucqar bir yerdədir və adi 

telefon xəttiylə  əlaqə saxlayır, ona görə  də  hər  şeyi açıq  şəkildə 

danışmaq olmaz. 

 

O, yaxşılığı qiymətləndirməyi bacarırdı. 

 

Texnikada belə bir ifadə var: metalın «yorğunluğu». Kons-



truksiyalar müəyyən dövrə  qədər ağırlığa davam gətirirlər. Sonra isə 

onları köhnəldiyinə görə  dəyişmək lazım gəlir, yoxsa körpülərdə, 

fermalarda, örtüklərdə  qəza baş verə bilər. Dəmirin «yorğunluğunu» 

xüsusi cihazlar vasitəsiylə müəyyən etmək mümkündür. Bəs, görəsən, 

insanın yorğunluğunu necə bilmək olar? Bunun üçün hələ heç bir 

cihaz icad olunmayıb. 

Rıjkovun yanındakı iclasların birindən sonra Yuri Petroviç Batalin 

üçüncü mərtəbədəki kabinetinə qalxdı, həmişə maşın-larla dolu olan 

İvanovsk meydanına ötəri bir nəzər saldı  və stol arxasına keçib 

sənədləri gözdən keçirməyə başladı. Bu vaxt qapı açıldı  və Heydər 

Əliyev içəri daxil oldu. Batalin təəccübləndi: sədrin birinci müavini, 

Siyasi Büronun üzvü onu kabine- 



 

220


tinə çağırmır, özü yanına gəlir. Görəsən, bunun səbəbi nədir? Nə baş 

verib? 


Heydər  Əliyev BAM-ın tikintisi barədə, trasda hələ  həll olunası 

problemlər kompleksindən və qeyri-peşəkarların bu problemlərdən 

yaxşı baş çıxara bilməməsindən danışdı. O, Ba-talindən xahiş etdi ki

BAM-la bağlı məsələlərin həllini öz üzərinə götürsün. 

Batalin etiraz edib bildirdi ki, bu məsələlərin mahiyyətindən baş 

açmaq mənimçün çətin olacaq. 

Heydər Əliyev isə dedi: 

- Sizin professional kimi təcrübəniz böyükdür, mütəxəssislər sizə 

böyük ehtiramla yanaşırlar. Tapşırdığım işlə məşğul olmaq sizin üçün 

daha asandır. 

Başqa heç kimin xəbəri olmayan bu kiçik söhbət bizimçün 

əhəmiyyətli göründü. Adətən görmüşük ki, hakimiyyətə çatan 

adamlara elə gəlir ki, bu hakimiyyət bir anda onlan, aqronom-luqdan 

tutmuş dilçiliyə qədər, kosmonavtikadan tutmuş baletə, təsviri sənətə 

qədər bütün sahələrdə dahi, korifey bir mütə-xəssisə çevirir. Məhz 

belə diletant rəhbərlər bir vaxtlar SSRİ-də kibernetiklərin, genetiklərin 

talelərini həll etmişdilər, çayları  şimaldan cənuba axıtmaq proqramı 

hazırlamışdılar və bir çox başqa biabırçı  işlər görmüşdülər. Heydər 

Əliyevin partiya ierarxiyasında özündən aşağıda olan bir şəxslə belə 

səmimi da-nışması təbii ki, çox cəsarətli bir addım idi. 

- Mən sizdən sadə bir insan kimi xahiş edirəm ki, bu işi boynunuza 

götürəsiniz, - deyə Heydər Əliyev söhbətini bitirdi. 

Burada heç vaxt bu tonda danışmamışdılar. 

Batalin razılıq verdi və qeyd etdi ki, məsələni Rıjkovla da 

razılaşdırmaq lazımdır. Nikolay İvanoviç Rıjkov da Heydər Əliyeviçi 

başa düşdü. Beləliklə, Batalin BAM və  Şimali-Muysk tuneli üzrə 

dövlət komissiyasına rəhbərliyi öz üzərinə götürdü. 

Əliyevin kurasiyasında olan nazirliklərin, idarələrin siyahı-sında 

Dövlətnəşrkomu da (Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti 

İşləri Komitəsi) vardı. Bu idarəyə Boris Nikola-yeviç Pastuxov 

rəhbərlik edirdi. 

- Mən Heydər  Əliyevlə çox ünsiyyətdə olmuşam. Onu da deyim 

ki, diqqətdən bir az kənarda qalmış bu sahəyə Heydər  Əliyeviç çox 

diqqət və qayğı ilə yanaşırdı. Poliqrafıyanı, kağız, 



 

221


boya istehsalını müasir əsaslarla yeniləşdirmək, daha dəqiq de-sək, 

yenidən yaratmaq lazım idi. O, böyük problemlərin həllin-dən 

yapışırdı, düşünülmüş qərarlar qəbul edirdi. 

- Məsəlçün? 

- Heydər Əliyeviç poliqrafıya sənayesinin müasir tələblərə uyğun 

şəkildə inkişaf ideyasının reallaşmasında bizə çox yardım etmişdi. 

Bundan başqa, Heydər  Əliyev çox gözlənilməz olan bir təkliflə  də 

bizə  tərəfdar çıxmışdı. Biz o vaxt qərara gəlmişdik ki, Puşkinin və 

Lermontovun kitablarına limitsiz abunə kampaniyasına başlayaq. 

Puşkinin bu üçcildliyinə bizim fıkirləşdiyimizdən qat-qat çox - on 

milyon insan abunə yazıldı. 

Bəs bu qədər kağızı hardan almalı? Bizim kağızımız beş mil-yon 

nüsxəyə qədər çatırdı. Bəs qalanı? Ya gərək abunəçilərdən üzr istəyib 

pullarını geri qaytaraydıq, ya da ölsək də, ehtiyat   kağız tapaydıq.   

Heydər  Əliyeviçin köməyilə kağız tapdıq... Daha bir maraqlı hadisə 

danışmaq istəyirəm, - deyə Boris Nikolayeviç davam edir. - Mənim 

əlli yaşım tamam olurdu. Adətən belə yubileylərdə komitə sədrlərini, 

nazirləri təltif edirlər. Amma bundan bir az əvvəl mən Lenin ordeniylə 

təltif edilmişdim və müəyyən qaydalara görə  təltifdən dərhal sonra 

yenidən mükafatlandırmaq məqsədəuyğun sayılmırdı, gərək müəyyən 

vaxt keçəydi. Qısası, hökumət məni qiymətli hədiyyə ilə 

mükafatlandırdı, - Pastuxov gülümsünür. - Bəli, bu «qiymətli 

hədiyyə» adi kənd mənzərəsinin təsvir edildiyi bir təsviri sənət 

əsərindən ibarət idi. Kremlə çağırıldım və Heydər  Əliyev bizim 

kuratorumuz kimi, Nazirlər Sovetinin İşlər  İdarəsinin müdiri 

Smirtyukovla birgə bu tablonu mənə təqdim etdi. Əliyevin kabinetinin 

pəncərəsi Moskva çayına açılırdı. 

Artıq oktyabr ayı idi, havalar soyumuşdu. 

Tablonu mənə verib zarafatla dedi: 

-  Əlbəttə, Boris Nikolayeviç, siz ordenə tam layiqsiniz. Amma 

hədiyyə elə  hədiyyədir. Ordenlərimiz həmişə olub, olacaq, amma 

şəkil, bəlkə də, heç vaxt olmayacaq. 

Ona təşəkkür edib həyatımda ən yaxşı nitqimi söylədim: 

- Məncə, hansı tərzdə, nə ilə mükafatlandırılmağın bir o qədər də 

əhəmiyyəti yoxdur. Əsas budur ki, sənin zəhmətini görürlər, 

qiymətləndirirlər. Bağışlayın, Heydər  Əliyeviç, amma demək 

istəyirəm ki, mən, bax bu çayın o biri tərəfındə, Zamoskvoreçyedə 

böyümüşəm. Anam fəhlə olub, atam 1942- 



 

222


ci ildə  cəbhədə  həlak olub və  mənimçün - bir vaxtlar Za-

moskvoreçyedə  uşaqlarla top qovan, dərslərdən qaçan, «Udar-nik» 

kinoteatrında gecə-gündüz kinoya baxan bir dəcəl uşaq üçün indi ən 

böyük mükafat Kremldə, iki belə böyük şəxsiyyə-tin qarşısında 

dayanıb onlardan xoş sözlər eşitməkdir. Çox sağ olun! 

Sonra Boris Nikolayeviç ona hədiyyə olunan şəkli götürüb otaqdan 

çıxır. 

İllər ötür və artıq Rusiya xarici işlər nazirinin birinci mü-avini olan 



Pastuxov Bakıya gəlir. Görüşlər, danışıqlar başlayır...  Əliyev qonağı 

fantastik yaddaşıyla heyrətləndirir - ilk dəfə tanış olduqları komsomol 

qurultayını da xatırlayır. O, heç nəyi unutmamışdı. 

- Son günədək beləcə qaldı. Heç nəyi unutmurdu. Dünən axşam 

olanları da, iyirmi il əvvəl baş verənləri də... Mən heyran qalmışdım. 

«Bəs siz öz əlli illik yubileyinizi xatırlayırsınız? - deyə Heydər 

Əliyev sonda Pastuxovdan soruşmuşdu. - Smirtyukovla mən sizə o 

vaxt bir şəkil hədiyyə vermişdik. - «Hə, xatırlayı-ram». - «İstəyirsiniz 

bir də  təkrar edim: ordenlər hələ çox ola-caq, Boris Nikolayeviç, 

amma şəkil, bəlkə də, daha heç vaxt olmayacaq...» 

- Bu şəkil indiyəcən mənim bağımdadır, divarlardan birini bəzəyir, 

- deyə Boris Nikolayeviç təsirlənır. - Erkən bahar, Moskva ətrafındakı 

şam ağacları...  İndi də  hər dəfə o şəklə ba-xanda Heydər  Əliyeviçi 

xatırlayıram. O, yaxşılığı qiymətlən-dirməyi bacarırdı... 

Sizin xobbiniz varmı? 

Rıjkov, Batalin, Biryukov, Konarev, Pastuxov - bütün bu insanlar 

Heydər  Əliyevə  səviyyə etibarilə yaxın adamlardı. Bəs, görəsən, 

tabeliyində olanlar Heydər Əliyevi necə xatırlayırlar? 

Jurnalist, alim və naşir Aleksandr Timofeyeviç Qavrilov üç il 

ərzində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər 

Əliyevin köməkçisi vəzifəsində  işləmişdi. Qavrilovla ta-nışlıqdan 

əvvəl Heydər Əliyeviç bu vəzifəyə İşlər İdarəsinin 



 

223


əməkdaşlarının seçdikləri namizədlərlə tanış olmuşdu. Kiminsə 

anketini diqqətlə oxumuşdu, kimisə qiyabi olaraq tanıyırdı, kiıninləsə 

şəxsi münasibətləri vardı. Və nəhayət, növbə Qavri-lova çatır. 

Əliyevlə görüşə  dəvət olunduğunu biləndə Qavrilov öz köhnə 

qəzetçi həmkarlarından biriylə  məsləhətləşməyi qərara alır. Bu adam 

Heydər Əliyevi yaxşı tanıyırdı. 1984-cü ilin mayındakı həmin görüşü 

Qavrilov indi belə xatırlayır: 

«Dostum mənə belə dedi: «Unutma ki, bu insan şərqlidir. Şərq isə 

bilirsən ki, çox incə yanaşma tələb edir. İkincisi, o, DTK-dan çıxan bir 

kadrdır. Onu nədəsə aldatmağa çalışmaq, sadəlövh hesab etmək 

axmaqlıqdır. Heç buna ehtiyac da yox-dur. O, insan psixologiyasını 

çox gözəl bilir, MK-da və başqa nüfuzlu orqanlarda böyük iş təcrübəsi 

var. Üçüncüsü, əgər o, bir nəfəri tərifləsə, sən də onu tərifləmə». 

- Kimdir ki, o adam? 

- Eduard Ambrosyeviç Şevardnadze. 

Beləcə, yüngül bir məsləhətdən sonra Qavrilov Heydər  Əliyevlə 

söhbətə gedir. Onun otağı Nazirlər Sovetinin Kremldəki korpusunun 

ikinci mərtəbəsində yerləşirdi. Bir vaxtlar bu otaqda Vyaçeslav 

Mixayloviç Molotov oturarmış. 

Qəbul otağında katib onu təbəssümlə qarşıladı: 

- Heydər  Əliyev xahiş edir ki, onu bağışlayasınız. Bu saat onun 

vacib bir görüşü var. Görüş başa çatan kimi sizi qəbul edəcək. 

On dəqiqədən də az bir vaxt keçir və Qavrilovu otağa dəvət 

edirlər. 

- Sonralar mən dəfələrlə  əmin oldum ki, Heydər  Əliyev dəqiq, 

hətta deyərdim ki, son dərəcə dəqiq adamdır. Başqala-rından da belə 

dəqiqlik tələb edirdi. 

Əliyev stol arxasından qalxıb mənə tərəf əlini uzatdı. 

- Xahiş edirəm,  əyləşin, Aleksandr Timofeyeviç. Ən  əvvəl deyin 

görüm boş vaxtmızı necə keçirirsiniz, xobbiniz varmı? 

- Bilirsiniz, Heydər  Əliyeviç, mənim heç bir xobbim yoxdur, - 

deyə Qavrilov cavab verir. 

- Balıq tutmağı necə, xoşlayırsmızmı? 

- Yox. 


- Bəs, ovla da aranız yoxdu? 

- Yox. 


223 

 - Poçt markaları da yığmırsız? 

- Yox. 

- Bəs, boş vaxtmızı necə keçirirsiniz? 



- Mütaliəni sevirəm, yazmağı xoşlayıram. 

 

224


- Mən də yazıb-oxumağı sevirəm, - deyə Heydər  Əliyev 

münasibətini bildirir. - Siz yəqin ki, mənim çıxışlarımı oxumu-sunuz? 

Qavrilov başını tərpədir: 

- Bəli, oxumuşam. 

Mənim yazı üslubumu çox qısa  şəkildə necə qiymətləndirə 

bilərsiniz? 

Çox publisistikdir, - Aleksandr Timofeyeviç çox dəqiq  şəkildə 

lazım olan formulu tapır. 

- Düzdiir! 

Lakin onların tanışlığı bununla bitmir. 

- Mən sizi demək olar ki, tanımıram, - deyə Heydər Əliyev davam 

edir. - Ona görə  də sizi özümə köməkçi götürməklə müəyyən qədər 

riskə getmiş oluram. 

- Elə mən də riskə gedirəm, - Qavrilov ona eyni tərzdə cavab verir. 

-  Əgər işin öhdəsindən gəlməsəm, öz qərarımı özüm verməli 

olacağam. 

Cavab  Əliyevin xoşuna gəlir və onu da qeyd edir ki, birlikdə 

işlədiyi adamları heç vaxt atmayıb.  Əgər kiminləsə  nə  sə-bəbdənsə 

yolları ayrılıbsa da, elə ayrılıb ki, həmin adam heç nə itirməyib. 

- Bunu mən sizə söz verirəm. 

- Onda Heydər  Əliyeviç, bu, məni qane edir. Həyat özü, 

ümumiyyətlə riskdir. 

Çox gözəl, - Heydər  Əliyev gülümsünür, - onda sənəd-ləşməni 

aparın və işə başlayın. 

Qavrilov üç il ərzində Heydər  Əliyeviçin köməkçisi vəzifə-sində 

çalışıb. Öz rəisi haqqında isə yalnız xoş sözlər deyir. Əmindir ki, 

imkan versəydilər, Əliyev ölkə üçün hələ çox işlər görə bilərdi. 

İlk görüşlərini Əliyev bu sözlərlə başa çatdırıb: 

- Mənim sizə tapşırdıqlarım ikimizin arasında qalmalıdır. 

Siz də əgər nəyisə şəxsən mənə demək istəsəniz, buyurun, heç vaxt 

çəkinməyin. 


 

225


 

Düzdür, bütün bunlar nazir müavininin katibliyində heç də 

hamının xoşuna gəlməmişdi; məmurlar arasında rəhbərliyin otağına 

yol tapmaq üçün həmişə mübarizə gedir, paxıllar hə-mişə tapılırdı. 

Amma neyləmək olar ki, insan paxıllığının kö-künü kəsmək mümkün 

deyil. Həm də  təkcə paxıllığın yox, ta-mahkarlığın, ikiüzlülüyün, 

kinliliyin... Bununla nə dini əxlaq, nə  də kommunist ideologiyası 

bacara bilir. Həm də ki, ümu-miyyətlə, dini əxlaq, yaxud kommunist 

əxlaqı ifadələrini işlət-mək düzgün deyil. Sadəcə əxlaq var... Ya da ki, 

heç yoxdur. 

Heydər  Əliyeviç öz əməkdaşlarının  əyləncələriylə  əbəs yerə 

maraqlanmırdı. Bu, onun əsas suallarından idi. O bilirdi ki, əgər işçisi, 

tutalım, balıq tutmağa həvəs göstərirsə, deməli, həftənin ortasından 

etibarən tilovu, soxulcanı fıkrindən çıxara bilməyəcək. Bu isə, təbii ki, 

işə mane olacaq. Əlbəttə ki, bu xüsusda Heydər  Əliyevlə mübahisə 

edənlər çox olurdu, amma o, bildiyindən dönmürdü və  fıkrini 

əsaslandımaq üçün onlarla misal gətirirdi. 

- Saat 08.45-də Heydər Əliyeviç artıq işdə olardı, - deyə Qavrilov 

xatırlayır. - Yalnız protokol üzrə kimisə qarşılamağa, yaxud yola 

salmağa getdiyi vaxtları  çıxmaq  şərtiylə. Mən saat səkkizdən 

gələrdim. Poçtu nəzərdən keçirərdim, sənədlərə ba-xardım,  ən 

vaciblərini seçib ayırardım. 

09.15-də isə  rəsmi iş saatı başlayardı: zənglər, qəbullar, görüşlər

iclaslar.  Əliyev iş gününü çox dəqiq planlaşdırardı.  Əlbəttə ki, həyat 

öz dəyişikliklərini edirdi, amma ümumilikdə, hər şey nizam-intizamlı 

şəkildə gedirdi və bu, böyük təsərrüfatı nizamla idarə etməyə imkan 

verirdi. Biz şefimizə hörmət edir və bir az da qorxurduq. O, heç kimə 

qarşı  sərt sanksiyalar həyata keçirməzdi, heç kimin üstünə 

qışqırmazdı. Lakin hamı bilirdi ki, onun tapşırığını yerinə yetirməmək 

sadəcə mümkün deyil. 

Azərbaycanlı həmkarları Qavrilovu dəfələrlə qonaq ça-ğırmışdılar: 

«Bir biz tərəflərə  də  gəlin, Aleksandr Timofeyeviç, bir az 

dincələrsiniz...» Amma Qavrilov imtina etməsə  də, getməyə  də 

tələsmirdi. Bilirdi ki, belə  səfərlər adətən hansısa öhdəliklərlə sona 

çatır. O isə vasvası adam olduğundan, heç kimə borclu qalmaq 

istəmirdi. 

 


 

226


Hansısa kanallar vasitəsilə Heydər  Əliyev xəbər tutur ki, 

köməkçisi Azərbaycana səfər etməkdən yayınır. Onu öz yanına 

çağırır. 

- Bura bax, Aleksandr, - bu çox nadir hallardan biriydi ki, şef 

tabeçiliyində olan işçiyə «sən» deyə müraciət edirdi, - mənə deyirlər 

ki, sən Bakıda istirahət etməkdən boyun qaçırırsan. Həqiqətənmi 

imtina edirsiz? 

Qavrilov bəhanə edir ki, həkimlər onun həyat yoldaşına Rusiyanın 

orta iqlim qurşaqlarında istirahət etməyi məsləhət görüb. Əliyev 

sınayıcı nəzərlərlə ona baxır. Deyəsən, o, bu hərəkətin əsl səbəblərini 

başa düşürdü, amma üstünü vurmurdu. 

- Hər halda, nahaq yerə Bakıya getmirsən. Orada çox gözəl 

çimərliklər var, - buudan sonra o, Xəzər haqqında az qala poema 

oxudu, xeyli təriflədi. - Mən çox ölkələrdə olmuşam, çox dənizlərdə 

çimmişəm. Amma inandırım səni Xəzər dənizi kimisinə rast 

gəlməmişəm.   Orada bir çox xəstəliklərdən sağalmaq olar. Bir get, 

sən də dincəl, Aleksandr... 

- Mən söz verdim, - Qavrilov həmin unudulmaz söhbəti yadına 

salır, - amma yenə  də gedə bilmədim.  İndi başa düşürəm ki, bu, 

Heydər  Əliyeviçin xətrinə  dəymişdi.  Səmimi-qəlbdən qonaq 

çağırırlar, mənsə ev sahiblərinə hörmətsizlik edib imtina edirəm. 

Heydər  Əliyevlə birgə ezamiyyətlər də Qavrilovun xatirindən 

çıxmır: Altay, Çuvaşıstan, Volqoqrad... Bu sırf işgüzar ezamiyyətlər 

idi. Standart iş planı - partiya-təsərrüfat fəallarının qarşısında çıxış, 

vilayət partiya komitəsində iclas, zavod sexlərinə baxış.  Əliyev 

həmişə  iş planına düzəlişlərini edirdi. Tutalım, bazara baş  çəkməyi 

xoşlayırdı, qiymətlərlə maraqlanırdı, piştaxta üstə olanların dadına 

baxırdı. 

Qavrilovun dediyinə görə, səfər  şərəfinə  təşkil edilən 

qonaqlıqlarda şef bir, ən uzağı iki qədəh konyak içərdi, artıq yox. Stol 

arxasında sərt, lovğa görkəmdə oturub susmazdı, çanlı, şən söhbətləri 

sevərdi. Yumoru xoşlayırdı. Daha bir maraqlı detal: o, heç vaxt 

hədiyyə götürmədiyinə görə, ona heç nə təklif etməzdilər. Bunu hamı 

bilirdi. Çünki adətən şefin xasiyyətlərindən çox tez xəbər tuturlar. 

...Altayda hansısa kəndin yanından keçirmişlər. Məktəbə baş 

çəkirlər. Onları çox səmimiyyətlə qarşılayırlar, böyük gül dəstələri 

bağışlayırlar. Zarafat deyil, belə böyük vəzifə sahibi 


 

227


 

onların ucqar kəndlərinə baş çəkib. Müəllimlər otağında söhbət gedir. 

Yaşayışmız necədir, məvacib qane edirmi? İş planı çox ağır deyil ki? 

-  Şagirdlər sizə gül dəstələri bağışlayırlarmı?- birdən qonaq 

soruşur. 

-  Əlbəttə. Sentyabrın biri, səkkiz martda, dərs ilinin sonunda, - 

deyə müəllimələr cavab verir. 

- Sizə elə  gəlmirmi ki, bu bir az rüşvətə oxşayır?- deyə Heydər 

Əliyev zarafatyana soruşur. 

Bir qədər uzun çəkən pauzadan sonra müəllimlərdən biri bu 

zarafatı cavabsız qoymur: 

- Bəlkə də, sizdə, Moskvada bu, rüşvətə oxşayır. Yəqin gül orada 

çox bahadır. Bizdə isə bütün həyətlər başdan-başa gül-çiçəkdir. Bu 

güllər kommersiya baxımından heç bir dəyərə malik deyil. Bu, işin 

birinci tərəfi. İkincisi isə mənəvi tərəfdir. Əgər belə bayram günündə 

mənə gül bağışlamasalar, elə həmin gün ərizəmi yazıb işdən gedərəm. 

Deməli, nə valideynlərin, nə  də  şagirdlərin yanında hörmətim var. 

Sizə də gülləri biz məhz hörmət əlaməti olaraq bağışlamışıq. 

Moskvanın  ədəbi dairələrində Heydər  Əliyevin hələ Bakıda 

işlədiyi dövrlərdə belə bir hadisə barədə söhbət yayılmışdı ki, guya o, 

paytaxta gəlib Yazıçılar  İttifaqında Puşkinin  şərəfinə yazıçının 

«Yevgeni Onegin» poemasını  əzbərdən oxumuşdu. Ona qulaq asan 

qonaqlar heyrətə  gəlmişdilər, Puşkini belə gözəl bilməyi ilə Heydər 

Əliyev onları valeh etmişdi (Qeyd edək ki, illər ötəndən sonra 

Azərbaycan prezidenti olan Heydər  Əliyevin təşəbbüsüylə Bakıda 

böyük rus şairi Puşkinin abidəsi ucaldılmışdır). Bir neçə gün sonra 

Moskvanın bütün ədəbi dairələri xəbər tutdular ki, Heydər  Əliyev 

Puşkini, Lennontovu, o cümlədən də böyük Azərbaycan  şairləri 

Nizamini, Füzulini, Cavidi əzbərdən bilir... 

Bu epizodu xatırlayan Qavrilov qeyd edir ki, Heydər  Əliyevin 

estetik duyumu çox gözəl inkişaf etmişdi. O, memarlığı professional 

şəkildə qiymətləndirir, təsviri sənəti, teatrı çox gözəl bilirdi. Buna 

görə də böyük sənət adamları - Qara Qarayev, Müslüm Maqomayev, 

Niyazi, Tahir Salahov və başqaları onunla ünsiyyətə çox meyl 

edirdilər. Yeri gəlmişkən qeyd edək ki, Rusiya Rəssamlıq 

Akademiyasının vitse-prezidenti 



 

228


 

Tahir Salahov Heydər Əliyevin çox gözəl bir portretini çəkmişdir. 

Bu xüsusda Qavrilovun daha bir hadisə yadına düşür. Bir dəfə o, 

yəni Qavrilov «İki nəfər yelləncəkdə» tamaşasına baxmışdı. Amma 

dəvətnaməylə yox, adi bir tamaşaçı kimi teatr kassasından bilet 

almışdı. Ertəsi gün telefon zəng çaldı: 

- Salam, Aleksandr Timofeyeviç, danışan Oleq Tabakovdur. 

- Salam, Oleq Pavloviç. 

- Bağışlayın, biz sizinlə tanış deyilik. Mən zəng vurmuşam ki, 

tamaşanın sizin xoşunuza gəlib - gəlmədiyi ilə maraqlanım. 

Qavrilov böyük sənətkarm bu marağının səbəbini anlayırdı. 

Onunçün də cavab verdi: 

- Adi bir tamaşaçı kimi deyə bilərəm ki, tamaşa mənim çox 

xoşuma gəldi. Amma rəsmi  şəkildə roy bildirmək üçün hələ hazır 

deyiləm. 

- Bəs öz təəssüratlarmızı Heydər  Əliyeviçlə bölüşmüsünüzmü? - 

deyə tamaşaçıların sevimlisi olan aktyor maraqlandı. 

- Yox, o, məndən bu barədə bir şey soruşmayıb. Amma əgər israr 

edirsinizsə, deyərəm. 

- Xahiş edirəm, mütləq deyin. Heydər  Əliyevin royini bilmək 

bizimçün çox maraqlıdır. 

Məqamı gələndə Qavrilov bu barədə şefinə məlumat verir. Heydər 

Əliyeviç gülür: 

- O, yenə  də  zəng vursa, nə cavab verəcəksiniz? - və cavab 

gözləmədən  əlavə elədi: - Deyin ki, mən bu tamaşam görməmişəm. 

Ona görə də heç bir mənfi rəy verməyəcəm. 

Bu tamaşa barədə elə  sənət adamlarının özləri də müəyyən 

xoşagəlməz fikirlər söyləyirdilər. Heydər  Əliyevsə bu cavabla teatra 

hökm çıxarmaqda iştirak etmədiyini göstərmək istəyirdi. 

Sənət adamları da bütün bunları bilirdilər və ona görə də ona tez-

tez yardım üçün müraciət edirdilər. Hərçənd ki, mədəniyyət məsələləri 

bilavasitə onun tabeçiliyində olan sahə deyildi. Repertuar siyasəti, 

yaradıcılıq məsələləri ilə başqa idarə  məşğul olurdu. Nazirlər Soveti 

mədəniyyətin yalnız maddi tərəfi ilə məşğuldu. Rıjkovla birgə Heydər 

Əliyev Böyük Teatrın maddi vəziyyətinə, kitab nəşrinin, 

kinematoqrafıyanın inkişafına ciddi diqqət göstərirdi... 



 

229


 

Bir dəfə Heydər  Əliyevin poçtuna məşhur aktyor Armen 

Cigərxanyanın məktubu daxil olur: o, mənzil mosələsində ona kömək 

etməyi xahiş edirdi. Heydər  Əliyev məktubu Mossovetin sədri 

Promıslova göndərir və kömək etmək lazım olduğunu israr edir. İki ay 

sonra ev almış Armen Borisoviç Qavrilova zəng vurub onun adından 

Heydər Əliyevə təşəkkür etməyi xahiş edir. 

 

1   ...   10   11   12   13   14   15   16   17   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə