GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə15/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

 

Sov.İKP MK-nın Siyasi Bürosunda 

 

İndi isə Boris Nikolayeviç Yeltsinin xatirələrinin köməyi ilə Siyasi 



Büronun hamı üçün qapalı olan «mətbəx»inə baş çəkraəyə cəhd edək. 

Axı, orada nələr baş verirdi? 

«İclaslar adətən belə başlanırdı. Siyasi Büronun üzvləri ayrıca bir 

otaqda toplaşırdılar. Siyasi Büronun üzvlüyünə namizədlər ikinci 

dərəcəli, Mərkəzi Komitənin katibliyinin üzvləri isə üçüncü dərəcəli 

iştirakçılar kimi yalnız iclas zalında gözləməli olurdular. Hamı Baş 

katibin gəlməyini gözləyirdi. Onun ardınca tutduqları mövqelərə 

uyğun olaraq Siyasi Büronun digər üzvləri iclas zalına daxil olurdular. 

...Burada, partiya hakimiyyətinin zirvəsində, Olimpində 

təbəqələşmə qaydalarına çox dəqiqliklə riayət olunurdu. 

Beləliklə, Siyasi Büronun iclası açıq elan edilir. Qorbaçov praktiki 

olaraq heç kimdən soruşmurdu ki, gündəlikdə olan məsələlərlə bağlı 

qeydləri var, ya yoxdur. İclas çox vaxt onun danışdığı xatirələrlə 

başlayırdı - son vaxtlar haralarda olub, kimlərlə görüşüb, o cümlədən 

də Moskvada nələrlə rastlaşıb. 

Mənim Moskvanın Partiya Komitəsinin birinci katibi 

seçilməyimin ilk ilində belə şeylər, demək olar ki, olmamışdı. Amma 

növbəti ildən başlayaraq bir çox hallarda məhz bu məsələlərdən 

başlardı: «Moskvada filan məsələ  həll olunmayıb, filan şey mənim 

xoşuma gəlmədi və s.» Bir sözlə, mənim emosiyamı sınağa çəkirdi. 

Bunun ardınca hansısa məsələlərin müzakirəsi başlanırdı. Məsələn, 

kadr məsələsi, nazirlərin təsdiqi. Bəzi hallarda Qorbaçov əvvəlcədən 

namizədlərlə söhbət aparardı, bəzənsə namizədi birbaşa Siyasi Büroya 

çağırardı. 



 

230


 

...İstənilən məsələnin müzakirəsi Siyasi Büronun gündəliyində 

olan məsələlərlə bağlı sənədlərə baxılmasından başlanardı. Məncə, bu 

sənədləri büro üzvlərinə daha tez vermək lazım idi. Düzdür, bəzən bir-

iki həftə  əvvəldən sənədlər bizə çatdırılardı, amma əksər hallarda 

iclasdan cəmisi bir-iki gün əvvəl sənədlər bizə təqdim olunardı. Buna 

görə  də ölkənin həyatında prinsipial əhəmiyyəti olan məsələləri 

araşdırmaq üçün bizim vaxtımız az olurdu, bir-iki günə belə böyük 

məsələlərin mahiyyətinə nüfuz etmək çox çətindir. Mütəxəssislərlə 

məsləhətləşmək, sənədləri hazırlayan işçi qrupla detalları 

dəqiqləşdirmək lazım idi. Amma dediyim kimi, bizə çox az vaxt 

verilirdi. Bəlkə, qəsdən belə edilirdi, bəlkə də, təşkilati nizamsızlıqdan 

irəli gəlirdi. 

...Adətən giriş sözünü Qorbaçov özü deyərdi. Geniş danışardı, 

fikirlərini təsdiq etməkçün hazırlanan məktublardan, sənədlərdən 

sitatlar gətirərdi. Bütün bu prelüdiya aparatın hazırladığı  sənəd 

layihəsinin müzakirəsinin taleyini, demək olar ki, əvvəlcədən həll 

etmiş olardı. Qorbaçovun belə  çıxışından sonra təbii ki, hamı bu 

sənədin qəbul olunmasına səs verərdi. Nəticədə, belə çıxırdı ki, bütün 

işləri aparat həll edir. Siyasi Büronun üzvləri isə  məsələlərin 

müzakirəsində formal olaraq iştirak edirdilər. 

...Əvvəlcə bizim iclasların lazımsızlığı o qədər də hiss olunmurdu, 

amma vaxt keçdikcə  fəaliyyətimizin daha səmərəsiz olduğu açıq-

aydın bilinirdi. Qorbaçov daha çox özündən, öz çıxışlarından həzz 

alırdı. O, gözəl danışmağı çox sevirdi və bunu məharətlə bacarırdı. 

Hiss olunurdu ki, «hakimiyyət» onu özünə ram edir, o, reallıq hissini 

itirir. O, yenidənqurmanın daha sürətlə və geniş şəkildə inkişaf etməsi, 

daha geniş sahələri və insanları  əhatə etməsi xəyalıyla yaşayırdı. 

Həyatda isə hər şey tamam başqa cür idi. Mən kiminsə onun əleyhinə 

kəskin  şəkildə  çıxış etməsini xatırlamıram. Lakin mən onunla bəzən 

mübahisə edərdim...» 

 

Bəli, Boris Nikolayeviç Yeltsin Siyasi Büroya məhz belə qiymət 



verir. Bu qeydlər bütün məlum hadisələrdən sonra Yeltsinin 

hakimiyyətdən kənarda qaldığı bir vaxtda yazılıb. Onun vəzifədən 

kənarlaşdırılmasıyla bağlı incikliyi o saat hiss olunur. O, özünü nə 

Qorbaçovdan, nə də Siyasi Büronun o biri  



 

231


 

üzvlərindən  əskik hesab etmir, amma onu xüsusi otağa buraxmırlar, 

alçaldaraq ümumi zalda gözləməyə məcbur edirlər... Yeltsinin Siyasi 

Büronun hər bir üzvünə verdiyi fərdi qiymət də maraqlıdır. O, bir 

qədər də Qoqolun Çiçikovun dili ilə mülkədarları qiymətləndirməsinə 

bənzəyir. «Ölü canlar»ın qəhrəmanlarını - Sobakeviçi, Nozdrevi, 

Plyuşkini xatırlayırsınız? 

O vaxt SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Andrey 

Andreyeviç Qromıko, Yeltsinin fıkrincə, «sadəcə mövcud» idi. O, 

«nəsə edirdi», kimlərləsə görüşürdü, çıxışlar edirdi, amma hiss 

olunurdu ki, mahiyyət etibarilə, həm o, həm də ona tapşırılan işlər heç 

kimə lazım deyil... Qromıko elə bil ki, keçmişdən, uzaq keçmişdən 

müasir dövrümüzə atılmışdı. Çünki o, ətrafda baş verən hadisələrdən 

sanki qətiyyən baş aça bilmirdi, heç nə anlamırdı». 

Nazirlər Sovetinin sədri N.Rıjkov da, Partiya Nəzarəti Komitəsinin 

sədri Solomentsev də, DTK-nın sədri Çebrikov da Yeltsinin 

qeydlərində kifayət qədər tənqid olunurlar. 

Lukyanov isə belə xatırlanır: 

«O, qeyri-standart situasiyaları idarə edə bilmir. Partiya 

bürokratlarına xas olan bütün keyfıyyətlər - daxili azadlığın, düşüncə 

genişliyinin olmaması və s. onun xarakterində özünü büruzə verirdi». 

D.T.Yazov - müdafıə naziri. Əsl döyüşçü və  sərt adamdır.  İşə 

canyandırandır. Ona dairənin, qərargahın idarəçiliyini tapşırmaq olar, 

amma müdafıə naziri vəzifəsi üçün hazırlığı kifayət qədər deyil. 

V.V.Şerbitski - Ukrayna KP MK-nın birinci katibi. Qorbaçov ona 

toxunmur, ondan çəkinir. Bir vaxt Əliyevdən çəkindiyi kimi. 

V.A.Medvedev - MK-nın katibi, Siyasi Büronım üzvü. Onun ən 

böyük üstünlüyü mütiliyi və heç bir yeni ideyaya, fıkrə malik 

olmamasıdır». 

Yeltsin öz keçmiş  həmkarlarının hamısını  təxminən belə 

xarakterizə edirdi. 

Kremldə heç də hamı Qorbaçovla müticəsinə razılaşmırdı. Rıjkov, 

Əliyev, Slyunkov, Maslyukov öz nəzər-nöqtələrini cəsarətlə müdafıə 

edirdilər. 



 

232


  

Yuri Petroviç Batalin Heydor Əliyevin Siyasi Büro iclaslarında 

özünü necə müstəqil aparmasını xüsusi qeyd edir: 

- Nazirlər Soveti hansısa məsələni Siyasi Büronun muzakirəsinə 

çıxaranda orada süni surətdə  çıxılmaz vəziyyət yaradılırdı, - deyə 

Batalin o günləri yadına salır. - Mən görürdüm ki, Heydər Əliyev belə 

iclasların dramaturgiyasını, hansısa büro üzvlərinin davranışının 

səbəblərini çox yaxşı anladığına görə öz nəzər-nöqtəsini, Nazirlər 

Sovetinin mövqeyini həmişə böyük inadla, hətta bəzən sərtliklə 

müdafiə edərdi. 

Yadımdadır, bir dəfə kimsə bunu Heydər  Əliyevə irad tutdu. 

Deyəsən, irad tutan elə Qorbaçovun özü idi: «Heydər  Əliyeviç, siz 

həmişə Nazirlər Sovetinin mövqeyini müdafıə edirsiniz. Axı, siz həm 

də partiyanın Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvüsünüz». 

Heydər  Əliyev heç vaxt söz üçün məottəl qalmırdı.  İndi də 

yubanmadan ləyaqətlə  və  dəqiq cavab verdi: «Mən hökumət 

iclaslarında aparıcı mütəxəssislərlə birgə müzakirə edilib qəbul 

olunmuş təklifləri müdafiə edirəm. Bizim dəqiq mövqeyimiz var. Və 

əgər bu təkliflər qəbul olunsa, bu, həm də partiyanın maraqlarına 

xidmət edəcək». 

Bir sözlə, partiya bürokratları qarşısında Heydər  Əliyeviç 

hökumətin mövqeyini qətiyyətlə, inamla müdafıə edirdi. 

Bir çox hallarda onunla Qorbaçov arasında da ziddiyyətlər olurdu. 

Bəlkə də, Qorbaçovun onu istefaya göndərməsinin bir səbəbi də məhz 

bu idi. 

- Deməli, Qorbaçov onu özünə rəqib bilirdi? 

- Rəqib? Məncə yox, - Batalin cavab verir. – Qorbaçov Əliyevin 

timsalında qüvvətli opponentini görürdü. Əliyevin onunla müticəsinə 

razılaşmaması, öz mövqeyini qətiyyətlə müdafıə etməsi onun xoşuna 

gəlmirdi. 

Belə  səciyyəvi nümunələrdən biri də Çernobıl faciəsinə 

münasibətdə özünü göstərmişdi. 

Heydər Əliyev xatırlayırdı: 

- Həmin gün, şənbə olsa da, mən kabinetimdəydim, şənbə günləri 

həmişə işdə olurdum. Eşitdim ki, atom elektrik stansiyasında partlayış 

olub, amma təfərrüatlardan xəbərsiz idim. Nazirlər Sovetinin İşlər 

İdarəsinin müdiri Smirtyukovdan soruşdum. Axı, mən SSRİ-nin 

hökumət başçısının müaviniydim, Siyasi Büronun üzvüydüm, amma 

nə baş verdiyini dəqiq bil- 


 

233


 

mirdim. O dedi ki, Çernobıl Atom Elektrik Stansiyasında ciddi qəza 

baş verib. Bu hadisə günün sonunda olub. 

Bazar günü işləmədim. Təbii ki, əlavə heç bir məlumat öyrənə 

bilmədim. Bazar ertəsi səhər isə Qorbaçov Siyasi Büro üzvlərinin 

iclasını çağırdı. Həm də iclas onun kabinetində keçirilirdi. Saat 10-11 

arası  zəng vurub məni də çağırdılar, həm də çox cüzi informasiya 

verdilər. 

İsveç, Polşa, Almaniya və bir çox başqa Avropa ölkələri böyük 

radioaktiv  şüalanma barədə informasiyalar yaymışdılar. Artıq 

Çernobıl faciəsi barədə  məlumat, demək olar ki, bütün dünyaya 

yayılmışdı. Məhz belə vaxtda Qorbaçov iclas çağırmışdı. 

Biz hiss edirdik ki, böyük bir faciə baş verib və nəsə tədbir görmək 

lazımdır. Belə hallar üçün nəzərdə tutulmuş tədbirlər, məncə, kifayət 

etmirdi.  İndi özümü qəhrəman kimi göstərmək istəmirəm, məni 

düzgün başa düşün. Çıxış edib dedim ki, hadisəylə bağlı yubanmadan 

rəsmi açıqlama vermək lazımdır. Həm də bu informasiya həqiqi 

olmalıdır. Çünki hadisələrin mahiyyəti artıq, demək olar ki, bütün 

Avropaya məlumdur. Yeqor Liqaçov mənim sözümü kəsib çımxırdı: 

«Axı siz nə istəyirsiniz? Hansı informasiyanı vermək istəyirsiniz?» 

Mən dedim: «İstəyirəm ki, hadisə barədə  dəqiq informasiya verilsin. 

Axı biz belə böyük bir hadisəni gizlədə bilmərik». 

Sonra Aleksandr Nikolayeviç Yakovlev də söz alıb mənim 

mövqeyimi müdafıə etdi, düzgün informasiya vermək lazım olduğunu 

dedi. Sonra biz görüşəndə Yakovlev Liqaçovun hərəkətlərindən narazı 

qaldığını bildirdi. Dedi ki, görürsünüz, yalnız siz və  mən düzgün 

informasiya verməyin tərəfdarı olduq. 

Amma Liqaçov o vaxt çox nüfuzlu idi və hadisələr heç də bizim 

istədiyimiz kimi cərəyan etmədi.... 

Ukraynanın Ali Radasının deputatı, məşhur  şair Boris Oleynik 

deyirdi: 

«Bu, çox vacib bir detal idi. Qorbaçovun özü Ukraynaya, Kiyevə 

gəlməkdən qorxurdu. Hətta Şerbitski «1 May» nümayişini təxirə salıb 

təhlükəli zonadan heç olmasa qocaları. uşaqları evakuasiya etmək 

fıkrini bildirəndə, Qorbaçov yaman qəzəblənmişdi, demişdi ki, sən 

hədər yerə əhalinin arasında şayiə yayırsan. Heydər Əliyev mahiyyət 

etibarilə Qorbaçovu məcbur etdi ki, Ukraynada böyük bir faciənin baş 

verdiyini eti- 



 

234


 

raf etsin. Hərçənd ki, bu etiraf Qorbaçovun siyasi nüfuzuna böyük 

xələl gətirmişdi... Biz isə Heydər  Əliyevin mövqeyini unutmamışıq, 

onu çox qiymətləndiririk». 

Yenə  də Valeriy Boldinin xatirələrinə qayıdaq. «Siyasi Büronun 

iclaslarından birində Qorbaçov Heydər  Əliyeviçi yaman sərt, kəskin 

şəkildə  tənqid etdi, bundan sonra Heydər  Əliyev infarkt keçirərək 

xəstəxanaya düşdü və bir-iki il ərzində özünə tam gələ bilmədi.  

Düzdür, Əliyevi tənqid etmək olardı, amma belə kəskin, sərt, amansız 

şəkildə  tənqid etmək, Siyasi Büronun iclasında hörmətdən salmaq 

nəyə lazım idi? Axı büroda dostluq, yoldaşlıq, qarşılıqlı hörmət 

üzərində qurulan münasibətlər olsaydı, məncə, daha yaxşı olardı. 

Əliyevi Sov. İKP MK-nın plenumunda istefaya göndərdilər, 

Qorbaçovun özü də onun ünvanına xoş sözlər dedi, amma stenoqram 

dərc olunanda dediyi xoş sözləri oradan çıxartdırdı». 

Özünü böyük şəxsiyyət, müdrik rəhbər kimi göstərmək istəyən bir 

adamın belə hərəkətini nəylə izah etmək olar? 

Qorbaçov müasirləri və hətta gələcək nəsillər yanında cidd-cəhdlə 

reputasiyasının qeydinə qalırdı, onu istədiyi  şəkildə formalaşdırmaq 

üçün çox çalışırdı. Daha bir kiçik, amma çox səciyyəvi epizodu misal 

gətirək. 

23 avqust 1985-ci il. Sov. İKP MK-da yeni Baş katib Mixail 

Qorbaçovun rəhbərliyi altında böyük iclas keçirilir. SSRİ-nin 1986-cı 

il və on ikinci beşillik üçün iqtisadi və sosial inkişafı planı müzakirə 

olunur. Dövlət Kənd Təsərrüfatı Texnikası komitəsinin rəhbəri 

V.Yejevski çıxış edir. Deyir ki, kənd təsərrüfatı texnikasının çəkisini 

azaltmaq lazımdır. 

- Maşınların, traktorların çəkisi bir ton azalarsa, - deyə o, üzünü 

Baş katibə tutur, - mühərriklər daha az qüvvə ilə  işləyəcək və biz il 

ərzində, Mixail Sergeyeviç, 900 kiloqram dizel yanacağına qənaət 

etmiş olacağıq. Bundan əlavə, maşınların çəkisinin azalması  kənd 

təsərrüfatı  işləri zamanı  əkin sahələrindəki torpağı daha az əzməyə, 

onun məhsuldarlığını artırmağa kömək edəcək. Beləcə, səmərəli 

profillərin tətbiq olunması burada ikiqat xeyir verəcək. Qorbaçov 

dillənir: 

- Bir dayan görüm, məgər sən Kolpakovun maşın istehsalçılarına 

və metaldan istifadə edən başqa istehsalçılara nə dediyini eşitmədin? 


 

235


 

Qara metallurgiya naziri Serafım Vasilyeviç Kolpakov öz 

sahəsinin çox bacarıqlı mütəxəssislərindən idi. Amma onun nə dediyi 

və ümumiyyətlə, maşınların çəkisinin azaldılması indi bizim üçün 

əhəmiyyətli deyil. Əhəmiyyətli olan işgüzar danışıq tərzi məsələsidir. 

Ölkənin və partiyanın rəhbəri özündən yaşca böyük olan nazirin 

sözünü çox ədəbsizcəsinə kəsir, bir sozlə, kobudluq edir. 

Amma bilir ki, bu detal gərək tarixin səhifələrinə düşməsin. Onun 

üçün də iclasın stenoqramına Qorbaçovun təkidi ilə  dəyişiklik edilir. 

«Dayan» sözünün əvəzinə «dayanın», «sən eşitdin»  əvəzinə «siz 

eşitdinizmi» və sairə. 

Kiçik də olsa, çox xarakterik detaldır. 

Qorbaçovu yaxından tanıyan adamların onun haqqında yazdığı 

xatirələrə  nəzər salanda, elə  təsəvvür yaranır ki, söhbət iki ayrı-ayrı 

adamdan gedir. Boldin onu, yumşaq desək, səbrsiz, hövsələsiz adam 

kimi təqdim edir. Amma onun ikinci köməkçisi, milliyyətcə erməni 

olan Qeorgiy Xosrovoviç Şahnazarov isə çox həlim bir insan portreti 

çəkir: 


«İnsanlarla münasibətdə Qorbaçov çox ədalətli və yumşaqdır. 

Onun kiminsə üstünə  qışqırmağını  eşitməmişəm.  Əgər hansı 

məqamdasa hirslənib özündən çıxırsa da, tez özünü ələ alıb 

gülümsünür,  əlini yellədir və xoşagəlməz epizodu unutmağı xahiş 

edirdi. Onun ümidlərini doğrultmayan işçilərlə isə çox yumşaq 

şəkildə, heç bir kin saxlamadan ayrılırdı. Qətiyyən kinli deyil. Öz 

siyasi rəqiblərinin heç birini nə  həbsxanaya saldırmışdı, nə ölkədən 

qovmuşdu, nə də işsiz qoymuşdu». 

Bax, belə bir mələk portreti. Oxucular özləri bu təsvirlərin nə 

qədər həqiqətə uyğım olduğu, yaxud bədbəxtlikdən bu böyük ölkənin 

başında oturan adamın nə  qədər böyük və hiyləgər aktyor olduğu 

barədə  nəticə  çıxara bilər. Qeyd edək ki, seçimində öz səhvini ilk 

olaraq boynuna alan, SSRİ rəhbərliyində ən böyük nüfuz sahibi, SSRİ 

Nazirlər Soveti sədrinin müavini, SSRİ-nin xarici işlər naziri Andrey 

Andreyeviç Qromıko olmuşdu. Çernenkonun dəfnindən sonra məhz o

Siyasi Büroda Qorbaçovun Baş katib postuna seçilməsi məsələsini 

qaldırmış  və onun namizədliyini israrla müdafiə etmişdi. Qorbaçova 

köməyin  əvəzində Siyasi Büronun veteranı Qromıkoya SSRİ Ali 

Soveti Rəyasət Heyətinin sədri vəzifəsi söz verilmişdi. 


 

236


 

Şahnazarovun dediyi «bu bütöv şəxsiyyətin» o biri həmkarları da 

çox keçmədən ayıldılar. Elan edilmiş yenidənqurma gözlənilən 

nəticəni vermədi. Belə  də olmalıydı, çünki fılosof yazıçı Aleksandr 

Zinovyevin dediyi kimi, yenidənqurma «yenidənqırma» 

(«katastroyka») idi, konkret fəaliyyət proqramı yox idi, yalnız 

rabitəsiz, düşünülməmiş  tədbirlər həyata keçirilirdi. O vaxtın tam 

mənzərəsi - ölkə boş sözlərin, vədlərin içində boğulur. Qoyulan 

məqsədlər demək olar ki, hər gün dəyişilirdi - elmi-texniki tərəqqinin 

sürətləndirilməsi, antialkoqol kampaniyası, möhtəkirliklə mübarizə, 

kooperativlərin yaradılması, azad, müstəqil seçkilər, bürokratiya ilə 

çarpışına, hakimiyyətin yenidən sovetlərə verilməsi, sonsuz sülh 

təşəbbüsləri... 

Siyasi Büronun keçmiş üzvü, SSRİ Ali Sovetinin sədri Anatoli 

İvanoviç Lukyanov Qorbaçovu belə səciyyələndirirdi: «Hər şeyi, hətta 

prinsipial məsələləri belə kompromiss yolla həll etməyə çalışmaq 

xasiyyəti,  şəraitin və  şəxsi müşavirlərinin təzyiqi altında improvizə 

etmək bir bəla kimi daim insanların başının üstündən asılmışdı. «Hər 

şey düzələr» kimi laqeyd inam və hadisələrdən daim geridə qalmaq, 

prezidentin hər sözünün öz-özünə yerinə yetiriləcəyinə arxayınçılıq və 

başqalarının rəyini dinləməyi bacarmamaq, sözsüz, onun əsas 

cəhətləri idi...» 

Çıxış yolu isə heç cür tapılmırdı. Xalq arasında narazılıq artırdı. 

Bütün mağazaların qarşısında növbələr düzülürdü, heç nə almaq 

mümkün olmurdu. Hətta məcburiyyət qarşısında əsas ərzaq məhsulları 

talonlarla verilirdi. Neft mədənlərində,  şaxtalarda talonla verilən 

göyermiş toyuqları iki adam arasında bölüşdürürdülər. Düşünülməmiş 

kadr dəyişiklikləri nəticəsində  bəzi  İttifaq respublikalarında, o 

cümlədən Qazaxıstanda milli münaqişələr alovlanmağa başladı. 

Qazaxıstanın indiki Prezidenti Nursultan Nazarbayevin bu kitabın 

müəlliflərinə yazdığı məktubdan sitat gətirmək istərdik: 

«Heydər  Əliyev Siyasi Büroda yeganə adam idi ki, 1986-cı il 

Alma-Ata hadisələrindən  əvvəl Qorbaçovu düşünülməmiş addımlar 

atmaqdan çəkindirməyə çalışırdı. O israr edirdi ki, istefaya gedən 

Kunayevin əvəzinə Qazaxıstana kənardan gəlmə kadr qoymaq olmaz, 

mütləq yerli kadrlardan birini təyin etmək lazımdır. Amma ona qulaq 

asan olmadı və respublika rəhbərli- 


 

237


 

yinə  mərkəzdən göndərilən kadrın təyin edilməsi xoşagəlməz 

hadisələrlə nəticələndi - xalq küçələrə toplaşıb nümayişlər keçirtməyə 

başladı  və  nəticədə hüquq-mühafizə orqanlarıyla qanlı toqquşmalar 

oldu. 

Sonralar da Heydər  Əliyev Kreml rəhbərliyini milli siyasətdə 



düşünülməmiş addımlar atmaqdan çəkindirməyə çalışırdı. 

Zaqafqaziyanı misal gətirirdi və ilk olaraq Qarabağ barədə  həyəcan 

siqnalı verən də  məhz o olmuşdu. Mənim fıkrimcə, məhz bu addım, 

rəhbərliyin səbr kasasını daşdırdı  və bundan sonra onu istefaya 

göndərdilər». 

Hər şey məhz belə olmuşdu. Siyasi Büroda Kolbinin Qazaxıstana 

birinci katib göndərilməsi məsələsinə baxılanda heç kim etiraz 

etməmişdi.  İclasdan sonra isə Heydər  Əliyev Qorbaçovun yanına 

gəlmişdi. 

Heydər Əliyevin özü bu epizodu belə xatırlayırdı: 

«Bilirsiniz, Mixail Sergeyeviç, uyğun  şərait olmadığına görə 

iclasda sizə bir söz demədim. Amma indi bildirmək istəyirəm ki, 

insanların psixologiyasını az-çox bilirəm. Məncə, bu səhv təyinat idi. 

Düzdür, Kolbin çox yaxşı insandır. O, Ulyanovsk Partiya Komitəsinə 

rəhbərlik edən vaxt özünü çox bacarıqlı  rəhbər kimi göstərmişdi, 

hərçənd ki, bəzən saxtakarlığa da yol verirdi. Bunu hamı bilir. 

Dediyim odur ki, Kolbini Rusiyanın  ən böyük partiya təşkilatına 

rəhbər göndərə bilərsiniz. O, çox yaxşı  işləyəcək. Amma Qazaxıstan 

üçün o, yararlı deyil. Nəzərə alın ki, səhv addım atırsınız. Qorbaçov 

təəssüflə  və  qəzəblə  mənə baxıb dedi: «Yaxşı, baxarıq». Beləliklə, 

mən öz vəzifə borcumu yerinə yetirdim». 

Moskvada yaşayıb çalışdığı illəri xatırlayan Heydər Əliyev həmişə 

deyərdi ki, mən ayıq siyasətçi olduğuma görə düşünülməmiş, elmi 

cəhətdən, yaxud praktikada sınaqdan keçirilməmiş nəzəri reformaların 

həyata keçirilməsi ilə razılaşa bilməzdim. «Siyasi Büronun 

iclaslarında mahiyyətcə avantüra olan bir çox planların  əleyhinə 

kəskin çıxış edirdim və qeyd edim ki, bir çox hallarda Qorbaçovu 

düşünülməmiş  qərarlar qəbul etməkdən çəkindirə bilirdim. Amma 

mənim  əsas «opponent»im olan Yeqor Liqaçovun düşündüyü 

antialkoqol kampaniyasının qarşısını almaq heç cür mümkün olmadı. 

Üzümçülüklə məşğul olan respublikalara, o cümlədən də Azərbaycana 


 

238


  

hədsiz ziyan vuruldu,  bütöv üzüm plantasiyaları  məhv edildi, 

zavodlar bağlandı». 

Əliyev özünü sərbəst aparırdı, Qorbaçovun dəyişkən fikirlərinə 

uyğunlaşmırdı, öz fikirlərini, haqlı bildiyi mövqeyini inadla müdafiə 

edirdi. Məhz buna görə  də Qorbaçov və onun əhatəsi Heydər 

Əliyevdən yaxa qurtarmaq qərarına gəldilər. 

Açıq, gizli hücumlar... 

Beynəlxalq Gənclər günü çərçivəsində Heydər  Əliyev tərəfindən 

təqdim olunan təkliflərdən biri də peşə  məktəbləri tələbələrinin  əl 

işlərinin sərgisini keçirmək idi. Bu sərgini ÜİXTN-də (Moskvada 

Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətlərinin böyük sərgi kompleksi) 

təşkil etməyi planlaşdırırdı. Hazırlıq ərəfəsində Liqaçov göstəriş verdi 

ki, sərgi MK-nın himayəsi altında keçirilsin. 

Aleksandr Timofeyevıç Qavrilov bunu belə xatırlayır: 

- Sərgi açıldı. Yuri Petroviç Batalin çıxış etməyə başladı. Nə 

barədə isə danışırdı... Heydər  Əliyeviç onun sözünə  nəsə  əlavə etdi. 

Bunu görən Liqaçov çox sərt bir şəkildə ona baxdı və dedi ki, Batalin 

məruzə edirsə, bizə başqa məruzəçi lazım deyil. 

Siyasi Büronun bir üzvü digər üzvünə qarşı belə kobudluq edir, 

həm də hamının gözü qarşısında. Mən Liqaçovun bu replikasını 

eşidəndə xəcalət çəkdim. Hər halda, Əliyev də onun kimi KP MK-nın 

Siyasi Bürosunun üzvü, Nazirlər Sovetinin sədr müavini idi. Lap 

tutalım Əliyev heç bu vəzifələrin sahibi deyil. Məgər onun Batalinin 

çıxışına bir-iki kəlmə əlavə etməsində nə qəbahət var ki? 

Biz Qavrilovdan soruşuruq: 

- Yəqin ki, onlar artıq Siyasi Büroda Əliyevə «hökm» 

çıxarıbmışlar? 

- Hə, eləydi. Qorbaçovla Liqaçov və Yakovlev öz aralarında artıq 

Əliyev barədə hökm çıxarmışdılar. 

Aleksandr Timofeyeviç öz bioqrafiyasından olduqca maraqlı bir 

epizodu xatırlayır. Heydər Əliyevin katibliyinin rəhbərinə Qavrilovun 

sərbəstliyi, şefin yanına istənilən vaxt girib çıxmağı bir o qədər də xoş 

gəlmirdi. Qavrilovun səylərinə bax- 



 

239


mayaraq, onların arasında bəzən müəyyən narazılıq qığılcımları 

yaranırdı. Aleksandr Timofeyeviç hətta dostlarından xahiş etmişdi ki, 

omın üçün başqa bir iş yeri axtarıb tapsınlar. Bu söhbət Yakovlevə 

gedib çatır və o, bir dəfə Qavrilovdan soruşur: 

- Hə, orada işlər necə gedir? Onunla yola gedirsənmi? 

- Özüylə münasibətim çox yaxşıdır, amma ətrafındakılarla 

müəyyən problemlərim var. 

Qavrilov davam edir: 

- Hiss elədim ki, dediklərim Yakovlevin heç xoşuna gəlmədi. 

Yəqin o, mənim Heydər Əliyeviç barədə mənfı fikirlər söyləyəcəyimi 

gözləyirmiş. Mənimlə Heydər  Əliyeviçin arasında isə  sırf işgüzar 

münasibətlər vardı, onun haqqında pis heç bir fikir deyə bilməzdim. 

Buna əsas yox idi. 

- Fikir eləmə, - Yakovlev sözünü bitirdi. - İdeologiya sahəsində 

sənə həmişə yer tapılar. 

Bundan sonra hadisələr belə  cərəyan etməyə başladı. Qavrilova 

Partiyanın Mərkəzi Komitəsinin təbliğat  şöbəsində sektor müdiri 

vəzifəsi təklif etdilər. Amma Yakovlev ona belə dedi: «Mən Heydər 

Əliyevə  zəng vurmaq istəmirəm, yaxşı deyil. Sən özün ərizə yazıb 

onun yanından çıx, sonra biz səni dediyim vəzifəyə götürərik». 

- Yox, mən bunu edə bilmərəm, - deyə Qavrilov cavab verdi... 

Biz Qavrilovla onun indiki kabinetində, «Rossiyskaya qazeta»nın 

binasının beşinci mərtəbəsində söhbət edirik. Stolunun üstü yeni nəşr 

olunmuş kitablarla doludur, iki fıncan qəhvəni ortaya qoymaq üçün 

çox çətinliklə yer tapılır. 

Qavrilov sözünə davam edir: 

- Şəxsən mən belə düşünürəm: Əliyev Brejnevin vaxtında gəlsə də, 

ona təqdimatı, zəmanəti   Andropov vermişdi. O da Şevardnadze kimi, 

Brejnevin sevimlisi idi.  Amma   əslində Əliyev Andropovun kadrıydı. 

Bir zamanlar Dzerjinskiyə olduğu kimi, Heydər Əliyevə də nəqliyyatı 

tapşırdılar ki, oranı qaydaya salsın. O, nəqliyyata çox böyük 

əhəmiyyət verirdi və  nəqliyyat naziri Konarevlə çox səlis işləyirdi. 

Onların arasında 

Çox gözəl dostluq, yoldaşlıq münasibətləri vardı. Qorbaçova, 

Yakovlevə, Liqaçova belə adamlar lazım deyildi. Bu dəhşətli 

birşeydir... 



 

240


  

Bir vaxtlar Uinston Çörçill SSRİ-dəki siyasi mübarizəni 

buldokların xalça altında boğuşmasına bənzətmişdi. Qorbaçovla 

Yakovlev də istənilən metodlardan istifadə edərək öz komandalarını 

formalaşdırdılar. Liqaçova isə çox güman ki, Heydər  Əliyevi 

nüfuzdan sala biləcək hansısa saxta bir sənəd göstərmişdilər və o da 

öz növbəsində güclülərə qoşulmağa üstünlük vermişdi. 

- Mən hesab edirəm ki, Əliyev Siyasi Büroda çox müsbət rol 

oynayırdı. O, idarəçiliyin əxlaqi normalarına cidd-cəhdlə riayət edirdi, 

heç vaxt Nikolay İvanoviç Rıjkova badalaq gəlməyə çalışmamışdı. 

Onlar əl-ələ verib işləyirdilər. 

Əliyevə hücum gizli şəkildə hazırlanırdı. Və böyük siyasətdə 

olduğu kimi əsas zərbə başqalarının  əliylə vurulmuşdu. Zahirən ali 

məqsədlərlə. 

1987-ci ildə bu kitabm müəlliflərindən biri «Sosialistiçeskaya 

industriya» qəzetində  işləyirdi. O zaman baş verən belə bir hadisə 

yada düşür: «Bir dəfə baş redaktor MK-dan gələndən sonra redaksiya 

kollegiyasını toplayıb bizə tapşırıq verdi ki, Azərbaycanda, Bakıda baş 

verən mənfi hadisələr barədə informasiyalar toplayaq. Əliyev onda 

hələ Siyasi Büronun üzvü idi, zərbə isə artıq hazırlanırdı. 

Partiya mətbuatında Azərbaycan haqqında tənqidi materiallar 

seriyası  dərc olundu. «Sosialistiçeskaya industriya» qəzetində  də bu 

xüsusda tənqidi materiallara yer verilmişdi. Bu, dolayı yolla da olsa, 

Əliyevə vurulan zərbə idi, hərçənd ki, zahirən söhbət yalnız böyük 

şəhərin - Bakının sosial problemlərindən gedirdi; Əliyevin təşəbbüsü 

ilə SSRİ Nazirlər Sovetinin qəbul etdiyi «1985-90-cı illərdə Bakı 

şəhərində  şəhər təsərrüfatının daha da inkişaf etdirilməsi haqqında» 

qərar da yada salınırdı. 

1987-ci il mayın 10-u bazar gününə düşmüşdü. Katibliyin üzvləri 

Heydər  Əliyevi ad günü münasibətiylə bazar ertəsi təbrik etdilər. 

Amma bu təbriklərdə bir az çaşqınlıq vardı. Çünki səhər poçtunda nə 

Qorbaçovun, nə  də Siyasi Büronun digər üzvlərinin göndərdiyi 

təbriklərdən  əsər-əlamət yox idi. «Starıy ploşad»dan heç kos onu 

təbrik etməmişdi. Aleksandr Qavrilov xatırlayır: 

- Mən başa düşdüm ki, onu vəzifədən uzaqlaşdırmaq istəyirlər. 

Amma axı, bu gün onun ad günüydü. Neçə illər həmkar olmusunuz. 

O, Siyasi Büronun üzvüdür, hökumət başçısının 


 

241


 

müavinidir. Amma nə Qorbaçov, nə  də onun əhatəsindəki  şəxslər 

Əliyevi təbrik etdilər. Həmin gün onu ilk təbrik edən çox mərd bir 

insan - nəqliyyat naziri Konarev oldu. Düzdür, sonra biz sənədləri ona 

təqdim edəndə, Əliyev dedi ki, Qorbaçov onun maşınına zəng vurub 

ad gününü təbrik etmişdi. 

Həmin bazar ertəsi Əliyev özünü çox pis hiss etdi. Çağrılan həkim 

dedi ki, onu tez xəstəxanya yerləşdirmək lazımdır.  Əliyev isə etiraz 

etdi. 

- Mən sizi mütləq xəstəxanaya yerləşdirməliyəm. Siz öz işlərinizə   



görə   cavabdehsiniz,   mən   də   öz   işimə.   Təkrar edirəm, təcili 

olaraq xəstəxanya getməlisiniz. 

Heydər  Əliyeviç özü «Təcili yardım» maşınına qədər getmək 

istədi, amma dəhlizdə özündən getdi. Onu maşına qədər xərəkdə 

aparmalə oldular. 

Nəqliyyat naziri Konarev tez-tez onun yanına gəlirdi. Yaxşı, bos 

Siyasi Bürodakı «silahdaşları»? Doğrudanmı, adi insani hisslər də 

onlara yad idi? Bəli, deyəsən, məhz belə idi... Yalnız Nikolay 

İvanoviç Rıjkov Əliyevin yanına, xəstəxanya gəlmişdi. Rıjkovun özü 

bunu belə xatırlayır: 

-  İllər ötəndən sonra Heydər  Əliyev mənə belə bir etiraf etdi: 

«Mənə elə  gəlmişdi ki, Nikolay İvanoviç «acı  həb»in təsirini 

yumşaltmaq üçün gəlmişdi».  İndiyədək dəqiq yadımdadır, xarici 

ölkələrin hansınınsa baş nazirini yola saldım, sonra xəstəxanaya  zəng  

vurub,   hal-hazırda  prosedurlar  aparılıb-aparılmaması ilə 

maraqlandım və onun yanına getdim. Əliyev məni gülərüzlə qarşıladı, 

yalnız sonralar etiraf etdi ki, öz zənnində yanılmışdı. 

Qorbaçov qarşısına belə bir məqsəd qoymuşdu:  ətrafını yaxşıca 

təmizləsin. Və bu işdə Liqaçov ona fəal  şəkildə kömək edirdi. 

Ətrafdakı meydança addım-addım təmizlənirdi. Bütün bunlar heç 

yaxşı hal deyildi. Heç. 

Nikolay İvanoviç belə bir hadisəni də yadına salır: 

-  Əliyevin oğlunamı, qızinamı, indi dəqiq yadımda deyil, mənzil 

lazım idi. Onun ailəsini mən bir o qədər də yaxşı tanımırdım, arvadını 

cəmisi bir, ya iki dəfə görmüşdüm, amma həyat yoldaşım Lyudmila 

onun xanımını daha yaxşı tanıyırdı. 

Müxtəsəri, onlara mənzil lazım idi və biz qərara gəldik ki, onlara 

«Oktyabrskaya» mehmanxanasının yanındakı binada mənzil ayıraq. 

İndi bu mehmanxananın yerində «Prezident-otel» 


 

242


  

yerləşir... Bina MK-ya məxsus idi, amma Nazirlər Soveti ilə MK-nın 

İşlər İdarəsi birgə işləyirdilər, bəzən biri-birinə mənzil də ötürürdülər. 

Bir sözlə, mənzil məsələsi danışılıb razılaşdırıldı. Və birdən  Əliyev 

mənim yanıma gəlib dedi ki, bizə mənzil vermək istəmirlər. Mən MK-

nın  İşlər  İdarəsinin rəisi Kruçinə  zəng vurdum, nə fikirdə olduğunu 

soruşdum. O, əvvəlcə  nəsə  bəhanə edib cavabdan boyun qaçırmağa 

çalışdı. Amma mən əl çəkmədim: 

- Qulaq as, axı bu düzgün iş deyil, tərbiyəsizlikdir.  Əliyev hələ 

dünənəcən Siyasi Büronun üzvü idi, indi də Nazirlər Soveti sədrinin 

müavinidir. Ailəsi artıq köçməyə hazırlaşırdı. Biz səninlə   Moskvaya   

birlikdə   gəlmişik,   bir   yerdə   MK-da işləmişik. - «Başa düşürəm, 

Nikolay İvanoviç», - dedi. 

«Onda bu nə hoqqadı?» 

Nə isə, sonra Smirtyukova zəng vurdum, məsələni yoluna 

qoyduq... 

- Heç şübhəsiz ki, bu işlərin təşkilatçısı Smirtyukovla Kruçin 

deyildi, əmr yuxarıdan gəlirdi. 

-  Əlbəttə ki... Daha bir hadisə danışım.  Əliyevi artıq bütün 

vəzifələrdən azad edəndən sonra biz oturub üç saat açıq söhbət etdik. 

Mən dedim ki, seyfımdə  səninlə bağlı  sənədlər var. Vərəqləyib göz 

gəzdirmişəm. 

O cavab verdi: 

- Nikolay İvanoviç, mən bilirəm onları kim yazıb. Sizdə  də, 

Qorbaçovda da, Yakovlevdə  də eyni cızma-qaralardı... Bu, əxlaqsız 

adamların qisasıdır. 

Çay süfrəsi arxasında Nikolay İvanoviç Rıjkov Heydər Əliyevdən 

dillər əzbəri olan məşhur üzük əhvalatı barədə soruşur: 

- Heydər  Əliyeviç, deyirlər ki, siz Brejnevə Bakıya gələndə çox 

qiymətli bir brilyant üzük bağışlamısınız. O, Rəyasət Heyətində 

oturub bu üzüyü barmağında fırlatmaqla məşğul imiş. Bütün işıqlar 

Baş katibin üstünə yönəlmişdi və biz hamımız teleekranda üzüyün 

panltısını görürdük. 

- Nikolay İvanoviç, bütün bunlar şayiədir, - deyə Heydər Əliyeviç 

cavab verdi. - Bu mənim nəyimə lazımdır, - bunu deyib siyirtmədən 

bir jurnal çıxartdı. Üz qabığında Brejnevin təyyarəsinin  şəkli verilib. 

Heydər Əliyev və başqa vəzifəli şəxslər 


 

243


 

Brejnevi trapın qabağında qarşılayırlar. - Mən ev sahibi kimi ədəblə 

təyyarəyə daxil olub ona dedim: «Xoş  gəlmisiniz, Leonid İliç, 

buyurun, birgə gedək». Adət beləydi. Sizcə, mən elə təyyarəyə daxil 

olan kimi üzüyü onun barmağına keçirtmişəm? Baxın bu şəklə, mən 

təyyarədə onu qarşılayanda da, o təyyarədən düşəndə  də üzük artıq 

onun barmağındaydı. O, üzüklə gəlmişdi. Doğrudanmı fikirləşirsiniz, 

mən o qədər sadolövhəm ki, Azərbaycan torpağına qədəm qoyan 

qonağa o saat hədiyyə vermək istəyim? 

- Ümumiyyətlə, aramızda çox açıq bir söhbət oldu, - deyə Rıjkov 

davam edir. - Mən ona inandım və bir neçə gün sonra dediyim 

sənədləri götürüb Qorbaçovun yanına gəldim. Biz onunla hər gün, 

bəzən də gündə iki-üç dəfə görüşürdük. Baş katib qovluğu görüb 

gülümsünərək dedi: «Məndə də bu sənədlərdən var». Dedim: «Mixail 

Sergeyeviç, mən  Əliyevlə danışdım». O - «Nə olsun ki?» - dedi. 

«Məncə, bu kağızları uzaq bir yerə atıb onların varlığını unutmaq 

lazımdır», ~ söylədim və belə  də etdim. Heydər  Əliyevin  əleyhinə 

yazılmış sənədləri bir kənara atdım. Amma Qorbaçov ondakı sənədləri 

neylədi, bunu bilmirəm. 

Baş katibsə bu sənədləri unutmadı. Əliyevə qarşı böyük bir proses 

hazırlanırdı. Qorbaçovun dediklərini onun köməkçisi Çernyayev belə 

xatırlayır: «Rəşidovunkundan da böyük bir proses gözlənilir». Əlbəttə 

ki, bütün bu işlər Heydər  Əliyevi cəmiyyət qarşısında nüfuzdan 

salmaqçün görülürdü. Amma Qorbaçovun istədiyi gurultulu proses 

alınmadı, çünki Heydər Əliyevin əleyhinə toplanmış faktların heç biri 

təsdiqlənmədi, hamısı saxta çıxdı. Komissiyanın çoxsaylı 

yoxlamalarından sonra Yakovlevin özü də bu qərara gəldi. Partiya 

Nəzarəti Komitosinin sədri Puqo da ona məhz belə  məruzə etdi: 

«Cinayət işi qaldırmağa heç bir ciddi əsas yoxdur». 

A.N.Yakovlev çox cidd-cəhdlə bolşevikləri özlərinin olan və 

olmayan günahlarını etiraf etməyə çağırırdı. Amma nəyə görəsə öz 

günahlarından, heç olmasa Əliyevə, onun ailəsinə divan tutmasından 

peşmançılıq çəkmədi. Guya ki, onun bundan heç xəbəri yoxmuş. 

Heydər  Əliyev təyyarə  qəzasında həlak olan məşhur jurnalist 

Artyom Borovikə bu barədə belə demişdi: 


 

244


 

- Bilirsiniz, Artyom, nə yaxşı ki, Zərifə xanım mənim Siyasi Büro 

üzvlüyündən qovularkən məruz qaldığım təhqirlərin, çəkdiyim 

iztirabların şahidi olmadı. 

Artyomun dediklərini rejissor Vaqif Mustafayev filmində göstərib. 

Artyom Borovik bu filmdə daha bir detalı danışır: «O, vaxt Heydər 

Əliyeviç Eduard Şevardnadzeyə  zəng vurub demişdi ki, heç olmasa, 

İlhamdan  əl çəkin, onun başını  dəyənəkləməyin. O vaxt İlham 

Əliyevin müəllim olduğu Moskva Dövlət Beynəlxalq Münasibətlər 

İnstitutu da xarici işlər naziri Eduard Şevardnadzeyə tabe idi. 

- Amma buna baxmayaraq, - deyə Artyom Borovik davam edir, - 

İlhamı institutdan kənarlaşdırdılar. Həm də o vaxt ailənin bütün maddi 

yükü onun üstündə idi. Ümumiyyətlə, bu ailə ömrü boyu çox 

əziyyətlər çəkib». 

İlham Əliyev hələ altı yaşı tamam olmamış birinci sinfə gedib. On 

altı yaşı tamam olmamış isə Moskva Dövlət Beynəlxalq Münasibətlər 

İnstitutunun tələbəsi olub. Ali məktəbi bitirəndən sonra ona Qərbi 

Avropa ölkələrindən birində sovet səfirliyində      işləməyi   təklif  

ediblər.      Belə      təyinatlar   çox mötəbər iş sayılırdı: Parisdə, 

Londonda, Romada, Brüsseldə  və s. bu kimi şəhərlərdə SSRİ-nin 

vəzifəli  şəxslərinin övladlarından bir çoxu diplomatik fəaliyyət 

göstərirdi. Amma İlham, bəlkə  də, atasının məsləhətiylə belə bir 

mötəbər təklifdən imtina edib. Heydər  Əliyev həm oğluna, həm də 

qızına elmlə ciddi məşğul olmağı tapşırmışdı. İlham doğma institutun 

aspiranturasına daxil olub, «Son illər  İngiltərə tarixində müharibə 

əleyhinə xalq hərəkatları» mövzusunda mükəmməl bir dissertasiya 

müdafiə edib, tarix elmləri namizədi kimi dərs deməyə başlayıb. Gənc 

alimi həmkarları çox yüksək qiymətləndirirdilər. Amma atasını 

vəzifədən kənarlaşdırandan sonra İlhamı da işdən uzaqlaşdırdılar. 

- Yəqin ağır idi? - deyə neçə illər ötəndən sonra Bakıdakı «Günay» 

qəzetinin jurnalisti bu barədə İlham Əliyevdən soruşurdu. 

- Çox ağır idi, - İlham gizlətmədi, - mən nəzarət altında 

yaşayırdım.  Təsəvvür edə bilmirdim ki, nə vaxtsa Bakıya qayıda 

bilərəm. Bizneslə  məşğul olmağa başladım, işlərim də pis getmirdi. 

Buna baxmayaraq. Moskvadan getməli oldura. Azərbaycana gəlmək 

müınkün deyildi. Bakzda vəziyyət təhlükəli 



 

245


  

idi. Buna görə də Türkiyəyə üz tutdum. Moskvadakı kompaniyalarıma 

oradan nəzarət edirdim. 

Əliyevin istefasından sonra juraalistlər Rıjkovdan söz almağa 

çalışırdılar: 

- Siz onunla birgə işləmisiniz. Deyin görək, o pis adamdır? 

- Əgər mən desəm ki, o yaxşı adamdır, siz bunu yazacaqsızmı? Bu, 

sizinçün maraqlı deyil? Mən həmişə demişəm, indi də deyirəm ki, bu 

adama daş atmayacağam. Bəli, biz birlikdə  işləmişik və o, yaxşı 

işləyib. 

Rıjkov «Vnukovo» aeroportunda baş verən bir hadisəni də 

xatırlayır: 

- Uçuş  ərəfəsində oturub çay içirdim. Birdən tanımadığım bir 

azərbaycanlı  mənə yaxınlaşıb dedi: «Nikolay İvanoviç, gəlin, bir 

qədəh  şampan içək. Mən sizinlə bizim Heydər  Əliyevin sağlığına 

içmək istəyirəm. Siz ona daş atmayan yeganə adam oldunuz». 

Amma bu hadisə çox-çox sonralar olmuşdu. Hələliksə, Qorbaçov 

«kartları qatışdırırdı», öz ətrafını artıq ikinci, üçüncü dəfə dəyişməklə 

məşğul idi. 

Nəhayət, növbə Sov. İKP MK-nın, sonra isə Prezident şurasının 

üzvü olan akademik Yevgeni Maksimoviç Primakova çatdı. 

Akademik Primakov əvvəllər Heydər  Əliyevin oturduğu kabinetdə 

əyləşirdi. 1991-ci il hadisələriylə bağlı Primakov yazır: 

«Sov. İKP-nin XXVIII qurultayından sonra mən bütünlüklə özümü 

Prezident  şurasındakı işimə həsr etdim. Təkcə xarici-iqtisadi əlaqələr 

məsələləriylə yox, başqa problemlərlə  də  məşğul olurdum. 

Qorbaçovla münasibətlərim də çox yaxşı idi, mən çox kəskin və 

fıkrimcə, təxirəsalınmaz problemləri ortaya qoyurdum. Amma bu 

problemlərin qoyuluşu müəyyən gərginlik yaradırdı. Etiraf edim ki, 

məni 


ən çox əsəbiləşdirən - qanunun hökmranlığının 

möhkəmləndirilməsinə yönəldilmiş tədbirlərin kifayət qədər qətiyyətli 

olmamasıydı». 

Amma bu hal Qorbaçovu qane edirdi, onun bütün mahiyyəti elə bu 

idi. Primakovun iradına cavab olaraq, bir dəfə o, demişdi ki, «başqa 

bir quruluşa keçid dövründə  cəmiyyətdə  vətəndaş toqquşmaları 

yaratmaq istəmirəm. Dediyiniz sərt tədbirlər məhz belə toqquşmalar 

yarada bilər». 



 

246


  

Primakov hesab edir ki, Qorbaçov öz fikirlərində yalnız qismən 

haqlı olurdu. Dövlət çevrilişinə cəhd də elə bu yarımçıqlığın nəticəsi 

idi. Son nəhayətdə  də onların sərt telefon söhbətini Qorbaçov kobud 

şəkildə bu cür yekunlaşdırmışdı: 

- Mən görürəm ki, siz ümumi mexanizmə uyğun gəlmirsiniz. 

Qorbaçovdan çox-çox əvvəl oxşar ifadəni öz həmkarlarına 

ınüraciətdə  Stalin  işlətmişdi:   «Siz  sərt döngədə  arabadan 

düşmüsünüz»...   Orada   «arabadan   düşmüsüz»,   burada   isə 

«uyğun gəlmirsiz»... Yəqin ki, Mixail Sergeyeviçin özü heç vəchlə 

Stalinə  bənzədilməyini istəməzdi. Amma xarakterləri, düşüncələri nə 

qədər fərqli olsa da, onların hər ikisi öz opponentlərindən eyni 

sərtliklə yaxa qurtarırdılar. Düzdür, Stalinin opponentləri həbs 

düşərgələri, Qorbaçovun opponentləri isə «eləcə» infarktla 

cəzalandırılırdılar. Əliyev kimi, Rıjkov kimi... 

Nikolay  İvanoviç Rıjkov dəfələrlə Qorbaçovla təklikdə görüşüb 

onu inandırmağa çalışmışdı ki, Baş katibin iqtisadi kursu ölkəni 

uçuruma aparır. 

- Siyasi Büronun son iclaslarında məsələ  hətta qışqır-bağıra, 

söyüşə  qədər böyüyürdü, - deyə  Rıjkov xatırlayır. - Onunla daban-

dabana zidd gedirdik. Açıq şəkildə bir-birimizi təhqir edirdik. Bir dəfə 

belə  sərt iclasların birindən sonra Qorbaçova zəng vurub dedim ki, 

daha belə olmaz, Siyasi Büronun iclaslarında kənardan dəvət olunmuş 

adamlar, müxtəlif sahələr üzrə mütəxəssislər iştirak edir. Onlar bizim 

aramızdakı bu didişmələrin xəbərini bütün Moskvaya yayırlar. Axı, 

biz insanıq, belə iclaslardan sonra isə  səhərə  qədər  əsəbdən adamın 

gözünə yuxu getmir. Mixail Sergeyeviç ertəsi gün - şənbə günü 

görüşməyi təklif etdi. 

Mən onsuz da həmişə şənbə günləri iş başında olardım, o isə yox... 

Söhbətimiz bitəndə hiss etdim ki, Raisa Maksimovna o biri otaqda 

imiş. 

Mən  əmin oldum ki, onunla mövqeyimiz bir-birinə tam ziddir... 



Yakovlevlə Medvedev də onunladırlar... Bunlar elə adamlar idi ki, 

ömrü boyu heç bir faydalı iş görməmişdilər, onların adıyla çap olunan 

kitabları  belə oxumamışdılar, hər hansı divara bir çürük mismar da 

vurmamışdılar.  



 

247


  

Bizim həmsöhbətlərimizin dediklərinə görə, Heydər  Əliyev həm 

MK-da, həm də Nazirlər Sovetində üzərinə düşən böyük həcmli işlərin 

öhdəsindən uğurla gəlirdi. O, bu zəhmətinə görə iki dəfə Sosialist 

Əməyi Qəhrəmanı  fəxri adına və «Oraq və  çəkic» medalına layiq 

görülmüşdü. Heydər  Əliyev Çexovun sözlərini tez-tez təkrar edirdi: 

«Əsas - işdir, yerdə qalan şeylər düzələr». 

Xəstəxanada da özünü bir az yaxşı hiss edən kimi, yenə  də  işə 

qayıtmaq istədi. Ona tabe olan nazirləri, idarə  rəhbərlərini iclaslara 

çağırdı. Köməkçilər onun göstərişlərini yazırdılar. Nazirlər Sovetinə 

qayıdanda isə həmkarlarının şəfqətli baxışlarıyla qarşılaşdı. 

- Bizə batmaqda olan adamlar kimi baxırdılar, - deyə Aleksandr 

Qavrilov söhbətinə davam edir. 

Filipp Denisoviç Bobkov özünün kəşfıyyatda və böyük siyasətdəki 

fəaliyyəti boyu çox şeylərin  şahidi olub: yaxşı bilir ki, olimp 

zirvəsində simpatiya və antipatiya necə yaranır, hansı mürəkkəb 

qurğular, hansı ittifaqlar qurulur, kim kimə qarşı kiminlə dostluq edir, 

kimi batırırlar. Qorbaçovun Əliyevə münasibətinə onun verdiyi 

qiymət qəti idi: 

- Bu tamamilə  mənfı münasibətdir. Tamamilə! Belə deyək də, 

Andropovun  Əliyevə olan çox yaxşı münasibətinin tam əksi. 

Andropov güclü şəxsiyyətlərdən, müstəqil düşünən insanlardan 

qorxmurdu, onları qiymətləndirir və irəli çəkirdi. Qorbaçov isə belə 

insanlardan qorxurdu və onlardan canını qurtarırdı - Əliyevdən, 

Romanovdan, elə Yeltsinin özündən, Rıjkovdan, Batalindən, Kiyevdə 

- Şerbitskidən, Alma-Atada -Kunayevdən. 

Yeltsini Siyasi Burodan uzaqlaşdırandan sonra Qorbaçov ona 

Dövlət Tikinti Komitəsinin sədri postunu təklif etdi. Yeltsin belə 

hədiyyəni gözləmirdi - SSRİ naziri! Dərhal da razılıq verdi. Qorbaçov 

onda dedi: «Ancaq səni bir də siyasətə yaxın buraxmayacağam». O 

hələ özünü hakimi-mütləq hesab edirdi: buraxmayacağam! Adamları 

şahmat taxtasındakı fiqurlar kimi irəli-geri çəkirdi. Ancaq özü artıq 

ölkəni uduzmuşdu. 

Yeri gəlmişkən, o, ölkə haqqında düşünürdümü? Doğrudur, yeri 

gələndə populyar mahnıdakı bu sözləri təkrarlayırdı: «Qoy yaşasın 

doğma ölkə...». 

 

  


 

248


 

Yuri Petroviç Batalin Moskvada Heydər Əliyeviçlə son görüşlərini 

belə xatırlayır: 

- Bu, artıq onun istefasından sonra Miçurinsk küçəsindəki 

xəstəxanada   olmuşdu.      Biz      həmişəki   kimi   çox   mehriban 

salamlaşıb söhbət etdik. O vaxt Heydər  Əliyevin zahiri görkəmi də 

çox dəyişilmişdi - xəstəhal, yorğun   görünürdü, xeyli arıqlamışdı.  Biz 

bir kənara çəkilib oturduq.  Və o, maraqlı bir fikir söylədi. Məzmunu 

lap dəqiq yadımda deyil, amma təqribən beləydi: «Hər halda mənim 

axırıma çıxa bilmədilər, salamat qala bildim. İndi mən dirçələcəyəm, 

mütləq». Məlum məsələydi ki, o, təkcə  fıziki sağlamlığı  nəzərdə 

tutmurdu.  Şayiələrə görə onu fiziki cəhətdən də aradan götürmək 

istəmişdilər, amma buna nail olmamışdılar. 

Belə bir sualın  əsl yeridir: «Hətta istefaya çıxandan sonra belə, 

görəsən, Heydər  Əliyev kimə mane olurdu?» Moskvadakı «tale 

hökmranları»namı?  Əliyev Qorbaçovun, Yakovlevin iç üzünə yaxşı 

bələd idi, onlara qarşı çıxış edirdi. Ancaq burda iş hər şeydən əvvəl, 

zorla sırınmış nəzarət servisi ilə məhdudlaşırdı: izləmək, qulaq asmaq 

və buna bənzər işlərlə. Əliyev bir çoxlarına, o cümlədən Moskvadakı 

erməni həmkarlarına, məsələn, SSRİ neft və qaz sənayesi tikintisi 

naziri Arakelyana deyirdi ki, «əgər mən həmin vaxt Azərbaycanda 

olsaydım, nə Qarabağ, nə Sumqayıt hadisələri baş verməzdi». 

- Buna şübhə yoxdur, - Yuri Petroviç Batalin əlavə edir, - mən 

buna  əminəm.  Əliyev Qarabağdakı müharibəni dayandıra bildi. 

Danışıqlar başlandı. Və danışıqlar nə  qədər uzun çəksə  də, 

döyüşlərdən, müharibədən daha yaxşıdır. 

 

Miçurinsk prospektindəki xəstəxanaya Heydər  Əliyevlə eyni 



vaxtda yazıçı Albert Lixanov da düşmüşdü. Albert Anatolyeviç o 

günləri belə anır: 

- Siyasi münasibətlərin ustası olan adamlar bilirdilər ki, artıq 

Heydər  Əliyevlə ünsiyyətdə olmaq təhlükəlidir. Mənsə ona baş 

çəkməyi qərara aldım. Həmin vaxt onun yanına İlham da gəlmişdi və 

elə görünürdü ki, nə üçünsə kefi pozulmuşdu. Amma mən gələndən 

sonra İlham ədəblə xudahafızləşib çıxdı, bizsə axşama qədər ürəkdən 

söhbət etdik. 

Heydər  Əliyevin yerləşdirildiyi palata Lixanovu yaman 

təəccübləndirmişdi. Bura çox darısqal, şəraitsiz bir palataydı. 



 

249


 

- Hətta mənim qaldığım palata da bundan yaxşıydı.  Amma   bir az 

əvvəl baş  çəkdiyim partiya rəhbərlərindən birinin yatdığı palata isə 

tamam lyüks kimi hazırlanmışdı. Öz şəxsi mətbəxi, bufeti vardı. 

Düzü, Əliyevə görə çox dilxor oldum. 

Həmin uzun qış axşamı Heydər  Əliyeviç mənimlə çox səmimi, 

açıq söhbət etdi. 

- O, Naxçıvam, ailəsini, öz həyatını necə qurduğunu, necə irəli 

getdiyini xatırladı. Hiss olunurdu ki, xatirələrə dalmaq ona zövq verir, 

- deyə Lixanov  qeyd edir. - Sonra müasir dövrümüzə  gəlib çatdıq.  

Heydər Əliyev dedi ki, mənə güclü zərbə vurdular və daha sonra açıq 

şəkildə Qorbaçovun adını çəkdi. Onu - Əliyevi satan adamlar barədə 

danışdı, hərçənd ki, siyasət üçün belə satqınlıq adi bir haldır... O, heç 

kimdən qorxmadan, açıq  şəkildə danışırdı, ehtiyatlanmırdı ki, belə 

yerdə divarların da qulaqları olur. 

Bu görüşdən sonra biz, demək olar ki, hər axşam həyətdə gəzintiyə 

çıxırdıq. Mən görürdüm ki, o, özünə qarşı  ədalətsizlikdən yaman pis 

təsirlənib, amma qətiyyən sınmayıb... Heydər  Əliyeviç çox güclü 

şəxsiyyət və böyük təşkilatçı idi. 

Bütün ömrü boyu, o, partiya işinə sadiq qaldı. Və heç nəyin 

üstündə onun xətrinə dəydilər, onu incitdilər. O, vicdanının çağırışıyla 

işləyirdi. 

 

Bir dəfə  İskəndəriyyə çarlarından biri Evkliddən soruşmuşdu ki, 



həndəsəylə tanış olmağın asan yolu varmı? 

- Həndəsədə «çar yolu» yoxdur, - deyə Evklid cavab vermişdi. 

-  İdarəçilikdə  də «çar yolu» yoxdur, - Heydər  Əliyev bu ifadəni 

təkrar etməyi xoşlayırdı. - Həmişə öyrənmək lazımdır.  İddiaları 

imkanlarını  və biliklərini üstələyən adamlar sonda həmişə 

məğlubiyyətə düçar olublar. 

 

 

  



 

250

1   ...   11   12   13   14   15   16   17   18   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə