GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə17/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

28 iyun 1988-ci il, Moskva 

 

İstidən boğulan paytaxtda isə XIX Ümumittifaq partiya konfransı 

açılmışdı. Nitq dinləməkdən yorulan nümayəndələr fasilələrdə 

Kremlin  şam ağaclarının  ətrafında kölgəlik axtarır, bir küncə  çəkilib 

siqaret çəkə-çəkə söhbət edir, hərdən də Baş katibin qarasınca 

deyinirdilər. Ölkə artıq alovlanmağa başlayırdı, lovğa Baş katib isə 

«ölkədəki yenidənqurmanı daha da dərinləşdirib qaçılmaz etmək» 

barədə danışırdı. 

Son üç ili Baş katib «dönüş ili» adlandırırdı. Amma hansı 

istiqamətə dönüş? «Partiyanın və  zəhmətkeşlərin səyləri nəticəsində 

ölkənin sosial, iqtisadi, mənəvi uçuruma sürüklənməsinin qarşısı 

alınıb. Cəmiyyət öz keçmişini, bu gününü və  gələcəyini indi daha 

yaxşı başa düşür». 

Amma ertəsi gün eyni tribunadan çıxış edən yazıçı Yuri Bondarev 

yenidənqurmanı bir təyyarəyə bənzətmişdi. Sadəcə, 

 

 



 

262


bu təyyarəni havaya qaldıranda son təyinat yerində eniş zolağının 

olub-olmadığıyla heç kim maraqlanmamışdı. Və bu, əsl həqiqət idi. 

- Yalnız qarşılıqlı razılıq və barışıq nəticəsində bu son təyinat 

nöqtəsində eniş zolağı tikmək olar, - deyə Yuri Bondarev davam 

edirdi, - yalnız qarşılıqlı razılaşma və qarşılıqlı güzəştlər. Amma bu 

yaxınlarda mən gənc bir mexanizatora son dəyişikliklər barədə sual 

verdim. O mənə bilirsiniz nə cavab verdi? Dedi ki, «dəyişikliklər 

sizinçün çox maraqlıdır? Məsəlçün bizim sovxozda düşüncənin 

yenidənqurması bu cür həyata keçib: kim ki axmaq idi, indi ağıllı olub 

şüarlar qışqırır. Kim ki ağıllı idi, əksinə, ağlını itirib, susub oturub, 

qəzetlərdən, televiziyadakı  xəbərlərdən qorxur. Siz bilirsinizmi, 

milçəklə insan arasında nə oxşarlıq var? Onların hər ikisini qəzetlə 

vurmaq olar. Bütün bunları deyəndə, məni yenidənqurmanın əleyhdarı 

adlandırdılar». Xalq yumoru ilə duzlanmış bu acı, kinayəli cavabı 

eşidəndə  işdəki islahatların sadəcə zahiri görüntü olduğundan 

qəzəblənən, qeyzlənən bir insanın təəssüfünü hiss etdim. Həm də 

bizim mətbuatın bir hissəsi yenidənqurmanı mövcud şəraitin 

destabilizasiyası, inamın və  mənəviyyatın təftişi məqsədiylə istifadə 

etməyə başlayıb. 

Elə həmin konfransda Azərbaycan KP MK-nın yeni birinci katibi 

Əbdürrəhman Vəzirov da çıxış etdi. Qeyd etdi ki, bizim respublikada 

yenidənqurma böyük çətinliklərlə həyata keçirilir, keçmişin acı mirası 

həddən artıq böyükdür. 

- Respublikanın sosial-siyasi, mənəvi  şəraitinə dağıdıcı  təsir 

göstərən ilk növbədə keçmişin mənfur kadr siyasəti olub. Bu kadr 

siyasəti zamanı yerlibazlıq, qohumbazlıq, tayfabazlıq, yaltaqlıq. 

saxtakarlıq, vəzifədən sui-istifadə böyük və əhəmiyyətli yer tutub... 

Ə.Vəzirovun çıxışında Qorbaçovun siyasi xəttinin davamı açıq 

şəkildə hiss olunurdu. Heydər Əliyev opponentlərinin bu ittihamlarına 

cavab verməyə hazır idi, amma ona kim söz verirdi ki? Məgər 

situasiyadan baş çıxartmaq məqamı gələndə, kimsə onu çağırmışdımı, 

onunla məsləhətləşmişdimi? Heç kim. Ümid edirdilər ki, vəziyyəti 

düzəltməyə özlərinin gücləri çatacaq. 

Bir vaxtlar məxfi olan bir neçə sənədi misal göstərək.  

 

 


 

263


 

Birincisi - «Azərbaycan SSR və Ermənistan SSR-də ictimai 

asayişin bərpası barədə  nəzərdə tutulan təxirəsalınmaz tədbirlər 

barədə» Sov.İKP MK-nın qərarıydı. 

«Azərbaycan SSR-də  və Ermənistan SSR-də Dağlıq Qarabağ 

Muxtar Vilayəli  ətrafında yaranan hadisələr geldikcə daha təhlükəli 

xarakter almaqdadır. Tətil hərəkatı güdənməkdədir, mitinqlərin və 

yürüşlərin sayı artmaqdadır. Bu mitinqlərin, yürüşlərin iştirakçılarının 

hərəkətləri getdikcə daha da aqressiv xarakter alır, nəzarətdən çıxır və 

kütləvi itaətsizliyə keçir. 

Hazırkı şəraitdə mövcud qanuni yollarla bu antiictimai hərəkətlərin 

qarşısını almaq qeyri-mümkün görünür. 

Bununla olaqədar olaraq, müvəqqəti tədbir kimi SSRİ Ali Soveti 

Rəyasət Heyətinin ictimai asayişi təmin edən qüvvələrin köməyi ilə 

belə qanunazidd hərəkətləri təşkil edənlərin, araqızışdıranların və bu 

cür hüquqazidd hərəkətlərin fəal iştirakçılarının cəmiyyətdən təcrid 

edilməsinə  şərait yaradan xüsusi bir fərmanın qəbul edilməsini 

məqsədəuyğun hesab edərdik. 

Sov.  İKP MK-nın bu sərəncamla bağlı  qərar layihəsi də  əlavə 

olunur. 


 

23 noyahr 1988-ci il.    A. Yakovlev 

V. Çebrikov 

Q. Razumovski 

A. Lukyanov» 

 

 

Məktubun üstündə Qorbaçovun dərkənarı da var - «Mən razıyam» 



(Rusiya Dövlət Yeni Tarix Arxivi - RDUTA F. 89. op. 4d. 5.L. 1-5). 

İkinci sənəd də  həmin gün - 23 noyabrda qəbul olunub. Bu, 

«Azərbaycan SSR və Ermənistan SSR-də ictimai asayişin bərpasıyla 

bağlı  təxirəsalınmaz tədbirlər haqqında» adlı Sov. İKP MK-nın 

sərəncamı  və SSRİ Ali Soveti Rəyasət Heyətinin bu məsələylə bağlı 

müvafiq fərmanıdır. «Bu məsələylə bağlı SSRİ Ali Soveti Rəyasət 

Heyətinin fərman layihəsi təsdiq edilsin» (RDUTA. F 3. Op.102. 

D.1058. L. 22-29). 

Və  nəhayət adıçəkilən  şəxslərin təklif etdiyi təxirəsalınmaz 

tədbirlərlə bağlı qərar layihəsinin mətni: 

 

 

 



 

264


 

 

«1. Komendant saatı  təlbiq edilən yerlərdə, yaşayış sahələrində 



daxili işlər orqanlarının, daxili qoşunların vəzifəli  şəxslərinə, SSRİ 

DİN-in səlahiyyətli  şəxslərinə öz hərəkətləriylə milli münaqişəni 

qızışdıran, ictimai asayişin pozulmasına təhrik edən, antiictimai 

hərəkətlərə sövq edən, adi vətəndaşlara, vəzifəli  şəxslərə öz vəzifə 

səlahiyyətlərini yerinə yetirməyə mane olan şəxslərə qarşı inzibati 

qaydada otuz günə kimi həbs cəza tədbiri tətbiq etmək hüququ 

verilsin. 

2. Bu qərarın birinci bəndinə uyğun olaraq həbsə alınmış  şəxslər 

təyin olunan qaydalar üzrə SSRİ  DİN-in xüsusi məntəqələrində  və 

SSRİ DİN-in müəyyən etdiyi digər həbs məntəqələrində saxlanılsınlar. 

3. Bu qərar 24 noyabr 1988-ci ildən qüvvəyə minmiş hesab 

edilsin». 

Beləliklə, qərar layihəsi fərman statusu aldı. 

Bu kitabın müəlliflərindən biri - bakılı müəllif bu hadisələri 

yaxından müşahidə etmişdi.  İkinci müəllif isə Moskvadan Bakıya 

ezamiyyətə göndərilmişdi. 

 

 

«Mən Qorbaçovla görüşməyə çalışırdım» 



 

Ümumittifaq dərəcəli fərdi təqaüdçü (o zaman belə bir rəsmi 

deyim vardı) Heydər  Əlirza oğlu  Əliyev Sov.İKP Mərkəzi 

Komitəsinin üzvü idi. Əslində  fəaliyyətdən kənarlaşdırıldısa da, o, 

iqtidar sahiblərinə  nəyi isə açıqlamağa, məsləhət görməyə, öz 

tövsiyələrini çatdırmağa cəhd edirdi. 

- Qorbaçovla görüşməyə çalışırdım, lakin o məni qəbul etmədi. O 

vaxt artıq təqaüdçü idim. Köməkçiləri deyirdilər: o məşğuldur, biz 

məlumat vermişik. Orada verilən cavablar həmişə eyni qəlibdə və çox 

sadə olurdu - biz məlumat vermişik, o məşğuldur. nə vaxt dəvət 

edəcəyini gözləməlisiniz. Bir gün gözlədim, iki gün, bir ay, heç nə 

yoxdur. Daha bir dəfə  də  zəng vurdum. Aydın məsələdir ki, o məni 

qəbul etmək istəmirdi. 

Liqaçovla görüşməyə çalışdım. O da məni qəbul etmədi, amma bir 

dəfə səhər ertədən sadəcə MK-ya gəlib onun qəbul otağında oturdum, 

yəni bax, beləcə, gözgörəsi, oturub gözləyirəm. O gəlib çıxdı. Mən 

ona Dağlıq Qarabağdakı vəziyyət 

 

 



 

265


 

 

haqqında öz baxışlarımı açıqladım. O dinlədi, dinlədi, ağlabatan heç 



bir  şey demədi, - mən isə müəyyən dərəcədə fayda verə biləcəyimi 

düşünürdüm. 

- Siz Liqaçova konkret hərəkətlər planı təklif edirdinizmi? 

- ... Ümumiyyətlə, ona deyirdim ki, vəziyyət belədir... on qəti 

tədbirlər görülməlidir... O da qayıtdı ki, «biz də  tədbir görürük». 

Vəssalam. Yəni mənim iştirakıma heç bir ehtiyac yoxdur, 

məsləhətlərim də lazım deyil. Onda Razumovskinin yanına getdim. 

Yeri gəlmişkən, o məni dərhal qəbul etmədi, hərçənd mən Siyasi 

Büronun üzvü olmuşdum, o isə yalnız MK katibi idi.  Yenə danışdım, 

danışdım, o isə qulaq asırmış kimi görünsə    də,  başa düşmədim,  

tövsiyələrim  ağlına batdımı, yoxsa hər şey faydasız oldu (Televiziya 

aparıcısı Andrey Karaulovla söhbətləşmədən). 

«Tam məxfı 

Sov.İKPMK 

Dağlıq Qarabağda və onun ətrafında vəziyyətin kəskinləşməsilə 

bağlı tədbirlər haqqında. 

Dağlıq Qarabağda və onun ətrafında hadisələrin inkişafi DQMV-

də, Naxçıvan MSSR-də  və bütün Azərbaycan  ərazisində 

azərbaycanlılar və erməni əhalisi arasında kütləvi silahlı toqquşmalara 

gətirib çıxara bilər. İclimai asayişin və əhalinin təhlükəsizliyinin təmin 

olunması üçün daxili qoşunların, milis bölmələrinin həyata keçirdiyi 

tədbirlər yetərli olmaya bilər. 

Bununla əlaqədar olaraq artıq indidən Sovet Ordusu bölmələrinin 

əhalinin müdafıəsi üçün isüfadə olunacaq imkanları  nəzərdə 

tutulmalıdır. Hadisələrin belə  fəlakətli inkişafı ehtimalı artarsa, 

Azərbaycanın və Ermənistanın ayrı-ayrı yerlərində fövqəladə vəziyyət 

rejiminin lətbiq olunması haqqında təkliflər hazırlanmalıdır. 

Bununla bağlı SSRİ Müdafıə Nazirliyinə (y. D.T.Yazova), SSRİ 

DİN (y. V.F.Bakatinə), eləcə  də SSRİ Ali Sovetinin sədri (y. 

A.İ.Lultyanova) SSRİ Ali Sovetinin sessiyasında qanunla nəzərdə 

tutulmuş qaydada baxmaq üçün bəri başdan müvafıq təkliflərin 

hazırlanmasını tapşırmaq olar. 



 

29 avqust 1989-cu il.  

N.Slyunkov  

V.Çebrikov» 

 

 



 

266


 

Sov.İKP MK katibi və DTK sədrinin Qorbaçova ünvanladıqları 

digər sənəddə «Azərbaycan və Ermənistan rayon və  şəhər milis 

şöbələri və bölmələrindən avtomatik və snayper silahlarının alınması... 

Azərbaycan və Ermənistan  ərazilərində yerləşən buluddağıdan zenit 

artilleriyası  və raket qurğularının Zaqafqaziya hərbi dairə hissələrinə 

verilməsi»ni təklif edirdilər. 

Sənəddə «zorakılıq  əməlləri törətmək məqsədilə yaradılmış 

millətçi və ekstremist silahlı  dəstələrin aşkarlanması  və 

zərərsizləşdirilməsi» kimi ümumən ağlabatan bir çox başqa təkliflər 

də irəli sürülürdü (RDMTA. F. 89. Siyahı 10., S. 42. Səh. 1.4). 

Həmin dövrədək hər iki respublikanı  tərk edən qaçqınların sayı 

300 min nəfərdən artıq idi. Kreml İttifaqda baş verən hadisələri artıq 

idarə edə bilmirdi. Baş katib yalnız orduya bel bağlayırdı. 



 

 

21 yanvar 1990-cı il, Moskva 

 

Səhər tezdən Leontyev dalanında yerləşən Azərbaycan SSR-nin 



Moskvadakı daimi nümayəndəliyinin qarşısında həyəcanlı adamlar 

toplaşmağa başlamışdı. Onlan təşvişə salan Bakıdan gələn bəd 

xəbərlər idi: şəhərə qoşun yeridilmiş, dinc əhali arasında ölənlər, 

yaralananlar var... Nə baş verib? Rəsmi məlumata artıq etibar edən az 

idi. Hamı doğru-dürüst, əməlli-başlı, yetərli məlumat almaq istəyirdi. 

Məhz o məqamlarda Heydor Əliyev var səsilə öz mövqeyini bəyan 

etdi. 

O, müalicə olunduğu Barvixa xəstəxanasından nümayəndəliyə 



gəlmişdi. «Yataqda qalmaq vaxtı deyil!» O daha susa bilməzdi. 

Əliyevin bəyanatını onlarla telekamera və mikrofon yazırdı. 

«Əziz həmvətənlilərim, xanımlar və cənablar! 

Sizə məlum olduğu kimi, mən uzun illər Azərbaycan Kommunist 

Partiyası  Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti 

sədrinin birinci müavini vəzifələrində işləmişəm, Sov. İKP MK Siyasi 

Bürosunun üzvü olmuşam. Geniş infarkt 


 

267


  

keçirmişəm. Xəstəliyimlə əlaqədar iki ildən artıqdır ki, təqaüddəyəm. 

Azərbaycanı tərk etdiyim 1982-ci ilin dckabrından keçən müddətdə bu 

gün ilk dəfədir ki, Azərbaycan SSR-in Moskvadakı daimi 

nümayəndəliyinin astanasına qədəm qoyuram. Mən baş vermiş 

hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə 

laqeyd qala bilmədim. Buraya ən  əvvəl ona görə  gəlmişəm ki, 

Azrbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində 

böyük itkilərə  səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına 

başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi 

bildirmək istəyirəm. 

Azərbaycanın Moskvadakı daimi nümayəndəsi Zöhrab 

İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, 

başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım 

olmadığı üçün təəssüf hissi keçirirəm. 

Azərbaycanda baş vermiş hadisələrə  gəlincə, mən onları hüquqa, 

demokratiyaya yabançı, humanizmə  və ölkəmizdə elan olunmuş 

hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. 

Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri var. 

Vaxtımızın məhdudluğundan bu məsələlərin üzərində  ətraflı 

dayanmaq istəmirəm. 

Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası 

münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında 

baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə  də 

ölkənin ali siyasi, partiya rəhbərliyinə bu məsələni tənzimləmək, 

daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli 

mənsubiyyətindən asılı olmayaraq hər bir adamın, ümumi Federativ 

İttifaq olan SSRİ-də azad yaşamasına  şərait yaratmaq üçün iki illik 

müddət kifayət idi. 

Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş 

aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində 

ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər 

görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə  məruz 

qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 

çoxlu insan qırğını ilə  nəticələnən hərbi müdaxilə üçün də  zəmin 

yaranmazdı». 

Əliyev Azərbaycanda vəziyyətin siyasi tənzimlənmə imkanlarının 

mövcud olduğunu nəzərə çatdırırdı. «Lakin onlardan 

 

 


 

268


 

səmərəli istifadə edilməmişdir. Nəticədə isə yanvarın 19-dan 20-nə 

keçən gccə Bakı  şəhərinə sovet ordusunun, SSRİ  DİN qoşunlarının 

böyük kontingenti yeridilmişdir. Bunun törətdiyi faciələr hamınıza 

məlumdur. 

Belə  qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət 

sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, 

respublikadakı  əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan 

xalqının psixologiyasını anlamamış,  əhalinin müxtəlif təbəqələrilə 

əlaqələri zəiflətmişlər. Onlar, görünür, bu işlərin belə  ağır faciəyə 

çevriləcəyini əvvəlcədən düşünməmişdilər. 

Bütün bunlar qabaqcadan nəzərə alınmalı, vacib zəruri tədbirlər 

qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşdur. 

Yeri gəlmişkən, deyim ki, ölənlər arasında hərbi qulluqçuların olması 

haqqında da məlumatlar daxil olur. Sual olunur: ölkənin ali dövlət, 

partiya rəhbərliyinin səhv qərarı ucundan, olmayan qiyamı yatırmaq 

adı ilə Azərbaycana göndərilən rus gənclərinin günahı nədir? 

Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. 

Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı  bəllidir. 

Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz 

Donanması, desant qoşunlarının diviziyası, hava hücumundan müdafıə 

qoşunları, DİN-in daxili qoşun birləşmələri var. Oraya əlavə qoşun 

yeritmək nəyə lazım idi? Əgər belə  zərurət var idisə. orada yerləşən 

hərbi hissələrdən də istifadə etmək olardı. Belə  qərar qəbul edən 

Azərbaycan rəhbərliyi, hamıdan  əvvəl isə  bərk ayaqda Azərbaycanı 

qoyub qaçmış  Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır. 

Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər də məsuliyyət 

daşımalıdırlar. 

Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında 

kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar 

çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul 

etmişdir. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır». 

Elə həmin gün Heydər Əliyev Azərbaycan KP MK, respublikanın 

Ali Soveti və Nazirlər Sovetinə teleqram göndərmişdir: 

 

 

 



  

 

269


 

«Azərbaycan xalqına! 

Bakı  şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə  əlaqədar 

xalqımızın başına gəlmiş faciədən - dinc əhalinin qırılmasından böyük 

ürək ağrısı ilə  xəbər tutdum. Bu matəm günündə  həlak olanların 

ailələrinə  və yaxınlarına, bülün Azərbaycan xalqına dərin hüznlə 

başsağlığı verirəm. 

Mən bu düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, 

antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı-

kamallı olmağa, həmrəyliyə və birliyə çağırıram. 

Mənim teleqramımın respublika mətbuatında dərc olunmasını, 

radio, televiziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş 

edirəm. 

 

Heydər Əliyev 

21 yanvar 1990-cı il, Moskva». 

 

Məlum məsələdir ki, respublika mətbuatı, radio, televiziya ürək 



ağrısıyla yazılmış bu teleqramı ictimaiyyətin nəzərinə çatdırmadı. 

Mərkəzi mətbuat isə senzura tərəfindən üstündə  işlənmiş variantı 

bəyan etdi. Məktubun tam mətni yalnız xidməti istifadə üçün nəzərdə 

tutulurdu. «Raboçaya tribuna» qəzetinin arxivində  qəzetin Bakı 

müxbirinin iki yazısı üzə  çıxdı. Bu yazılara nəzər salsaq, yanvar 

hadisələrinin həqiqi lövhəsini görmək olar. 

«Təcili. Xidməti məruzə 

«Raboçaya tribuna» qəzetinin baş redaktoru A.P.Yurkova Anatoli 

Petroviç, axşamınız xeyir. Bu gün axşam bizim bütün ailə üzvləri əsl 

döyüşün  şahidi oldu. Tankçılar və pulemyotçular birbaşa bulvardan 

Xəzər Dəniz Gəmiçiliyinin buxtanı  əhatəyə almış  gəmilərini atəşə 

tuturdular. Biz indi ağır artilleriyanın, tankların, pulemyotların iştirak 

etdiyi əsl müharibənin iştirakçısıyıq. Dəhşətli səhnədir. 

Məni  ən çox narahat edən isə iki məsələdir: ordu qəsdən antirus 

əhval-ruhiyyələrini qızışdırır və Bakıdan rusların kütləvi  şəkildə 

köçməsinə şərait yaradır. Bizdə heç vaxt belə vəziyyət olmamışdı, biz 

həmişə mehribanlıq şəraitində yaşamışdıq. Məncə, bütün bu təbdirlər 

qəsdən həyata keçirilir. Fikrimcə, Bakıda yerli əhaliyə qarşı yeni 

repressiyalar hazırlanır və bu qəddarlığı  əsaslandıra bilən səbəblərə 

ehtiyac var. Əlbəttə ki, bunun üçün «rusların qovulması»ndan gözəl 

bəha- 

 

 



 

270


nə ola bilməz. Hamımız  ədalətsiz siyasətin həyata keçirildiyini hiss 

edirik. Əsl beynəlmiləlçi olan bizlərdən millətçi-şovunistlər düzəltmək 

istəyirlər. 

Bütün bu hadisələrə xalq öz reaksiyasını partiyadan kütləvi şəkildə 

çıxmaqla bildirir. Dünən Azərbaycanın yaradıcı ittifaqlarının birləşmiş 

iclası keçirildi. Kommunist partiyasını kütləvi  şəkildə  tərk etmək 

barədə  qərar qəbul edildi. Bütün müəssisələrdə, kəndlərdə insanlar 

partiya biletlərini kütləvi  şəkildə geri qaytarırlar. Mənə  məlum 

olduğuna görə, Azərbaycanın iki ən böyük sənaye mərkəzlərindən 

olan Mingəçevir və Əli Bayramlıda bir nəfər də kommunist qalmayıb. 

Onların hamısı partiya təşkilatının katibiylə birlikdə biletlərini təhvil 

veriblər. Vəziyyət hadisələri düzgün araşdırmağı  və  dəqiq qərarların 

qəbul edilməsini tələb edir. 

Təəssüflər olsun ki, mərkəzi mətbuatın Bakıya gələn 

nümayəndələrini ordu o saat öz himayəsi altına götürür, onları 

yerləşdirir, fəaliyyətlərinə, yazdıqları informasiyaya nəzarət edir. 

Buna görə də verilən informasiyalar çox vaxt həqiqətə uyğun olmur, 

ordunun qəddarlığına haqq qazandıran informasiyalar yayılır. Bu 

qədər açıq yazdığıma görə  məni bağışlayın. Yalan danışmaq nəyə 

lazımdır ki?» 

 

 

«Pravda» atəş açır 

 

İki həftə sonra, fevralın 4-də, Sov. İKP MK plenumuna bir gün 

qalmış «Pravda» qəzeti «Aliyevşina, ili plaç po «sladkomu» vremeni» 

- «Əliyevçilik və ya «xoş  əyyamlar» üçün göz yaşı» məqaləsilə ona 

arxadan zərbə vurdu. Yenə də yalan və saxtakarlıq. 

Elə  həmin gün Əliyev Sov. İKP Mərkəzi Komitəsinə  və 

«Pravda»nın redaksiyasına teleqramlar göndərdi: «Pravda» qəzetində 

mənə qarşı böhtançı və fitnəkar səciyyə daşıyan məqalə dərc olunması 

ilə bağlı dərindən hiddətlənmişəm. Xahiş edirəm, mənə təkziblə çıxış 

etmək imkanı verməsi üçün qəzet redaksiyasına tapşırıq verəsiniz». 

Hansı  təkzibdən danışmaq olardı?! Aşkarlıq hüququ yalnız bir 

tərəfə verilirdi. Məqalə tibb elmləri doktoru V.Əfəndiyevin adıyla 

yazılsa da, onun özünün bundan heç xəbəri yox idi. Bu  

 

 



  

 

  



 

271


 

Barədə o, Mərkəzi Komitəyə  də, «Pravda»ya da, Heydər  Əliyevə  də 

teleqram yollamışdı; 

«Çox hörmətli Heydər Əliyeviç! 

1990-cı il fevralın 4-də «Pravda»da mənim imzamla dərc olunmuş 

(teleqram müəllifı vurğulamışdır - müəlliflər), sırf siyasi səciyyə 

daşıyan və 1990-cı il yanvarın sonuna aid hadisələri  əks etdirən 

məqalə  mənə tanış deyil, mənim tərəfimdən yazlımamış  və 

imzalanmamışdır. Orada səhiyyə, tibbi kadrların hazırlanması  və 

ölkədə durğunluq dövründə sosial-iqlisadi vəziyyət haqqında vaxtilə 

söylədiyim bəzi müddəalar istifadə olunmuşdur. 

Hörmətlə, 

tibb elmləri doktoru 

V.M.Əfəndiyev 05.02.90». 



 

Xatırladaq ki, Əfəndiyevin imzasıyla «Pravda»da məqalə fevralın 

4-də  çıxmışdı. Ayın beşində isə Sov. İKP MK-nın plenumu açıldı. 

Əlbəttə, bu gün təsadüfı seçilməmişdi: yəni yoldaşlar macal tapıb 

oxuyar və fikirlərini söyləyərlər. «Macal tapanlar» oldu. İyirmi il 

Mərkəzi Komitədə «tər tökmüş» və «Sovetskaya kultura» qəzetinin 

baş redaktoru kreslosuna əyləşmiş Albert Belyayevin sözlərinə görə, 

«Aliyevşina...» məqaləsi hamını sarsıtmışdı. Bax, belə adamlar 

partiyaya inamı qırırlar». 

Belyayev bir az da qabağa gedib rəhbər partiyaçı  şəxslərin 

təkəbbürlü davranışı, yoldaşlarına qarşı kobudluq və  ədəbsizliyi, öz 

vəzifə mövqeyindən  şəxsi məqsədlər üçün sui-istifadə etməsi, Sov. 

İKP üzvlüyü ilə bir araya sığışmaz kimi ifadələrin plenumun 

sənədlərinə yazılmasını təklif edirdi. 

Bu şərtlərə kim əmma qoyar ki? Əslinə qalsa, bu barədə eynən bu 

və ya başqa sözlərlə partiya nizamnaməsində  də deyilirdi, Və  həmin 

tələblərə partiyaya daxil olarkən  Əliyev də, Belyayev də, ona 

«Əliyevşina»nı təkrar dərc etməyi məsləhət görənlər də əməl etməyə 

söz vermişdilər... 

Məsələ başqa qaynaqlardan köpüklənirdi.  Əliyev Qorbaçovun 

iqtisadi, sosial, milli siyasətini qəbul etmirdi deyə, onu mənəvi 

cəhətdən sıxışdırıb axırına çıxmaq istəyirdilər. 

- Mənə, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi, - deyə 

Heydər Əliyev söyləyirdi, - Moskvada içki üçün dü- 

 

 

  



 

272


 

zülən növbələrin  şəkillərini gətirirdilər. Dəhşət idi! Bu növbələrdəki 

insanların  əhvali-ruhiyyəsi və ölkə  rəhbərliyinə qarşı yönəlmiş 

söhbətlərin məzmunu haqqında informasiya alaraq, biz Qorbaçova və 

Liqaçova çatdırırdıq, onlar isə bunu məsxərəyə çevirib deyirdilər: eybi 

yox, indi belədir, sonra dinc duracaqlar. Onlar buna reaksiya 

vermirdilər. Qətiyyən reaksiya vermirdilər! 

1985-ci ildən sonrakı dövrdə ölkə uçuruma doğru gedirdi -

iqtisadiyyat, sosial sahə dağılır.  İnsanların güzəranı  hər hansı dövrdə 

olduğundan qat-qat betər pisləşir, ölkədə  mənəvi-psixoloji iqlim son 

dərəcəyədək gərginləşir, millətlərarası münasibətlər adi hal alır, Sovet 

Sosialist Respublikaları  İttifaqı dağılır, idarəolunmaz proseslər baş 

verir. Və bütün bunları Qorbaçov «yenidənqurma» kimi qələmə 

verməyə çalışır. Gah yenidənqurma «yola düşür», gah «dönüşdədir», 

gah «ciddi sınaqlar mərhələsinə qədəm qoyur» və ilaxır. 

Nə deyəsən? Müharibədən sonra çörək qıtlığı olan bircə dönəmi - 

Xruşşov dövrünü xatırlayıram.  İndi çörək çatışmır. Özü də harada? 

Paytaxtda. Müharibədən sonra heç bir tütün kasadlığı halları yadıma 

gəlmir. İndi isə izahat verməyə cəhd göstərirlər. Hansı izahatdan söz 

gedə bilər? Axı biz əvvəllər indikindən qat-qat az tütün istehsal 

edirdik, amma böhran baş vermirdi. 

... İndi ölkədə millətlərarası münasibətlər olduqca mürəkkəbləşib. 

Qorbaçov və başqaları  hər  şeyi keçmişin, Stalinin, durğunluq 

dövrünün üstünə  yıxır, amma heç kim son iki-üç ildə yol verilən 

səhvləri dilinə  gətirmir. Halbuki, millətlərarası konfliktləri yalnız 

keçmişdə bağlamaq qeyri-obyektlivlik və nadürüstlükdür. Əlbəttə, 

Stalin dövründə  də, sonralar da xətalar olmuşdur, amma haçan, nə 

qədər səhv buraxıldığına baxsaq, son illərdəkilər bütün dövrləri 

üstələyər... 

Qorbaçov hər addımda özü-özünə zidd çıxır. Fevralın 5-də (1990-

cı il - müəlliflər.) MK plenumundakı məruzəsində (mətni geniş olmasa 

da) o, yenə də DQMV hadisələrindən uzun-uzadı danışırdı və yenə də 

aydın bir şey izhar etmirdi. Yalnız onu bildirirdi ki, indi-indi DQMV 

məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli onunçün 

tamamilə aydınlaşmışdır. Yaxşı, sual olunur, niyə bu barədə iki il öncə 

deyilməmişdir? Deməli, o vaxt Qorbaçov başqa, orta mövqe tutur- 

 

 

  



 

273


 

muş, nə sizinkilərin, nə bizimkilərin, yəni gedin, vuruşun, kim-kimi 

yıxır yıxsın... Məgər belə  şey olar? Əgər bu federasiyadırsa, ittifaq 

dövlətidirsə, - deməli, ittifaq dövləti dərhal öz mövqeyini bildirməli 

idi. Bu da milli siyasətdə daha bir səhv. Amma unudulmamalıdır ki, 

yenidənqurmaya qədər Zaqafqaziyada ermənilər və azərbaycanlılar 

arasında heç bir problem yox idi; Azərbaycan KP MK birinci katibi 

vəzifəsində 14 il işlədiyim müddətdə  mən hər il, bəzən də bir neçə 

dəfə Dağlıq Qarabağda olurdum və bu muxtar vilayətdən bir nəfər də 

olsun qarşımda DQMV-nin Azərbaycanın tərkibindən çıxarılıb 

Ermənistana verilməsi haqqında məsələ qaldırmamışdı. Başa 

düşürsünüzmü, heç bir kəs?! Ermənistanda ayrı-ayrı millətçilik 

ovqatları var idi, orada bəziləri belə planlar hazırlayırdı, lakin onlar 

DQMV  əhalisi tərəfindən dəstəklənməmişdi» (televiziya aparıcısı 

Andrey Karaulovla dialoqundan). 

Yenidənqurmadan  əvvəl ermənilər və azərbaycanlılar arasında 

problem olmamasını söyləyən Heydər Əliyev bəlkə real vəziyyəti bir 

qədər bəzəyib-düzəyirdi? 

- O illər Azərbaycanda heç bir millətlərarası münaqişə olmamışdır, 

- ordu generalı Filipp Bobkov təsdiqləyir. O zaman SSRİ DTK 

sədrinin birinci müavini olan şəxs nəinki qəzetlərin yazdıqlarını, həm 

də yazmadıqlarını bilir. 

Əliyevin xatırladığı  həmin çoxdankı  məruzəni dilli-dilavər Baş 

katibin Dağlıq Qarabağ  ətrafındakı münaqişə, «bu qəliz düyünü 

açmaq» cəhdləri haqqında mülahizələrini yenidən oxuduq. Əsl 

həqiqətdə  məsələnin mahiyyəti haqqında çox az şey var. Daha çox 

«hər iki respublikada və DQMV-nin özündə olan müəyyən 

qüvvələrdən», gizli iqtisadiyyat təmsilçilərindən, yenidənqurmaya 

xilaf çıxan, rüşvətxor məmurlardan bəhs edilir. Onların liderliyi ələ 

keçirməyə, aldadılmış kütlələrin hərəkətlərini dağıdıcı  məcraya 

yönəltməyə müvəffəq olmalarından bəhs edilir. Bəs püskürən 

yanğınları söndürmək, ölkəni xilas etmək üçün iqtidar neyləmiş, nə iş 

görmüşdür? 

Heydər  Əliyev köhnə adətincə gününü qəzetləri nəzərdən 

keçirməklə başlardı. Plenumlardakı  çıxışları oxuyar, düşündüklərilə 

səsləşən sətirlərin altını cizgiləyərdi. 

Budur, Kiyev Şəhər Partiya Komitəsinin birinci katibi Korniyenko 

bir kommunist fəhlənin Qorbaçova ünvanladığı məktubdan çıxarışları 

səsləndirir: «Biz hayana gedirik? Nə qə- 

 

 



 

274


  

 

dər gec deyil, sizə, Mixail Sergeyeviç və bütövlükdə ölkə rəhbərliyinə 



elə gəlmirmi ki, sosialist dövlətinin taleyi, namuslu zəhmətkeş xalqın 

taleyi barədə düşünməyin və  ən təxirəsalınmaz tədbirlər görməyin 

vaxtıdır?!» 

«Hakimiyyət orqanlarına və partiya rəhbərliyinə qarşı 

etimadsızlığın apogeyi hələ  gəlib çatmasa da, biz təhlükəli səddən 

artıq uzaq deyilik», - deyə Leninqradda «İjor zavodu» İstehsalat 

Birliyinin partiya komitəsinin katibi Yuri Arxipov həyəcan təbili çalır. 

Sovet  İttifaqının Polşadakı  səfiri Brovikov «bizim partiya və 

dövlət rəhbərlərimizin hipertrofık iddialarından, yol verdikləri  şəxsi 

səhvlərdən» söz açır. «Belə bir səhv, ölkədə nizam-intizamı bərqərar 

etmədən cəmiyyətin total demokratikləşdirilməsini elan etməkdir. 

İntizam demokratiyasız yaşaya bilər, amma intizamsız demokratiya 

ağlasığmazdır, çünki onun ictimai-siyasi xaosa çevrilməsi qaçılmaz, 

daha dəqiq desək, labüddür...» 

Heydər  Əliyev belə düşünürdü: «Ancaq kar olanlar bu həyəcan 

səslərini eşitməyə bilərdi. Amma bəlkə onlar - Qorbaçov, Yakovlev... 

bu səsləri eşitmək istəmirdilər?..» 

 

 


1   ...   13   14   15   16   17   18   19   20   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə