GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə18/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

Moskva blokadası 

 

1990-cı il mayın 17-də Naxçıvan kommunistləri Heydər  Əliyevi 



Azərbaycan Kommunist Partiyasının XXXII qurultayına nümayəndə 

seçdilər. Qurultay iyunun 8-də açılırdı. Heydər  Əliyev, Naxçıvana 

doğma yurduna baş  çəkə bilsin deyə, təyyarə biletini iyunun birinə 

aldı. 


O xatırlayırdı: «Moskva-Bakı aviareysinə bilet sifariş edər-etməz 

telefon zəngləri səslənməyə başladı.  Əvvəl Sov.İKP MK nəzdində 

Partiya Nəzarəti Komitəsi üzrə Puqonun müavinləri Slezko və 

Gerasimov zəng vurdular. Səfərdən daşınmağı  məsləhət görürdülər, 

yəni Azərbaycanda vəziyyət gərgindir və  mənim gəlişim atmosferi 

daha da qızışdırar. Sonra mənimlə alverə başladılar. Yəni onlarda 

Partiya Nəzarəti Komitəsində Əliyevə qarşı materiallar var. O, Bakıya 

getməsə, sənədləri arxivə  təhvil verəcək, getsə onları üzə 

çıxaracaqlar... Mayın 30-da Puqo özü zəng çaldı. Məlum oldu ki, bu 

 

 



 

 

275


  

 

zəng də həmin niyyətlə edilib. Mən ona dedim: «Qəribədir, siz məni 



haçandır yad etmirdiniz, hərçənd mən çətin günlər yaşamışdım - xəstə 

oldum, xəstəxanada yatdım, indi isə canımı qurtarıb vətənə yollanmaq 

istədiyim vaxtda siz birdən məni yada salmısınız. Sizin bu səfəri 

qadağan etməyə haqqınız yoxdur». 

Bakıda o, kiçik qardaşı  Cəlal  Əliyevin evində qalmaq niyyətində 

idi. 


Cəlal Əliyevin xatirələrindən: 

«Mayın 29-da respublikada çox tanınmış bir adam mənə  zəng 

vurub görüşmək istədiyini bildirdi. Təyin olunmuş vaxtda Elmlər 

Akademiyasının yanındakı bağda görüşdük. O mənə dedi ki, H.Əliyev 

gələcəyi təqdirdə onu təhlükə gözləyir. «Təcili olaraq qardaşınıza 

zəng çalın. Ona çatdırm ki, Bakıya gəlməsin. Yoxsa onu elə 

təyyarənin trapı yanındaca güllələyəcəklər», - o adam müqəddiməsiz-

filansız belə dedi. Hər hansı başqa bir adamdan belə sözlər eşitsəydim, 

ayrı reaksiya verərdim, amma təhlükə haqqında o zaman kifayət qədər 

nüfuzlu adam xəbərdarlıq edirdi, ona görə  də belə bir nəticənin 

ehtimalını qulaqardına vurmaq olmazdı. Mən çox çətin vəziyyətdə 

qaldım, çünki gəlişə yol vermək, ya qarşısını almaq barədə 

qərarımdan mənə  əziz olan bir insanın ömrü asılı ola bilərdi. Lakin 

yubanmadan qərara gəlməliydim və onda mən «Azərnəşr»in direktoru 

Əjdər Xanbabayevə zəng vurdum ki, görüşmək barədə şərtləşim. 

Ertəsi günü, mayın 30-u səhər saat 10-da onun kabinetində bu 

məsələni müzakirə edib, Moskva ilə telefon danışığı sifariş etdik. Bizi 

uzun müddət calaşdırmırdılar. İndi anlayıram ki, əbəs deyilmiş. Yalnız 

dörd saat ərzində  Əjdərin «vertuşka»

*

 ilə  zənglərindən, Rabitə 



Nazirliyinin məsul məmurlarına müraciətindən sonra biz bağlantıya 

nail olduq. Heydərin həyatı üçün nigaran olduğumdan təbii ki, 

birmənalı qərara gələ bilmirdim və bir saniyə belə tərəddüd etməyən 

Əjdər Xanbabayevin cəsarət və  qətiyyətinə heyrətlənirdim. O, 

qardaşıma dedi ki, bütün bu hay-küyə və hədə-qorxuya fikir verməyə 

dəyməz, ziyalılar qətiyyətli  əhvaldadırlar və  Əliyevi aeroportda 

qarşılayacaqlar. Yadımdadır, qardaşım artıq səs-küy qaldırmamağı 

 

                                                           



* «vertuyka» - hökumət tele/bnu 

 

 



 

 

276


 

xahiş edirdi, yəni qoy məni Cəlaldan başqa heç kəs qarşılamasın. 

Xanbabayev etiraz etdi: «Mən sizi mütləq qarşılayacağam»... 

Həmin günün axşamı yenə  Əjdərlə danışmalıydım. Mən onun 

evinə zəng vurdum. Dəstəyi bir qadın götürdü. 

Hönkürtüdən boğula-boğula dedi: «Qardaş,  Əjdəri ağır 

yaralayıblar. Xəstəxanadadır...» Bir neçə saat sonra, huşu qayıtmadan 

Əjdər keçindi...» 

Bu hadisəni Heydər Əliyev belə xatırlayır: «Təbii ki, mən faktları 

tutuşdurmağa başladım: Mayın 30-da gündüz saat 12-də o mənimlə 

telefonla tanışmış, axşam saat 9-da isə öldürül-müşdür. Bildiyimə 

görə, o, sakit, ləyaqətli adam idi, çirkin əməllərlə bağlı deyildi, 

siyasətlə maraqlanmırdı; uzun illər boyu «Azərnəşr»də işləmişdi. Bu, 

Azərbaycanda böyük bir nəşriyyatdır.  Əjdərin ziyalılar arasında 

hörməti vardı. Təbii ki, bütün bunlar məndə sual doğururdu; niyə o, 

məhz həmin gündə və hansı səbəblə qətlə yetirilmişdir? 

- Maraqlıdır, güman edə bilərdinizmi ki, ölkə  rəhbərliyi, yaxud 

Azərbaycan rəhbərliyi sizdən o dərəcədə qorxur, ya da xoflanır, əgər 

belə bir xof vardısa, onun nəticələri hər cürə ola bilərdi? 

- Bilirsiniz, məndən qorxub-qorxmadıqlarını demək çətindir, 

amma ayrı-ayrı ölkə  rəhbərlərinin mənə qarşı açıq-aşkar neqativ 

münasibətini artıq üç ildən çoxdur ki, hiss edirəm.  Əfsus ki, mən 

Azərbaycanın  əvvəlki rəhbərləri tərəfindən də hücumlara məruz 

qalırdım. Özü də tamamilə qeyri-obyektiv hücumlara, lakin indinin 

özündə  də  nədənsə  mənim doğma torpağıma qayıtmağım böyük bir 

problemə çevrilib (televiziya aparıcısı Andrey Karaulovla dialoqdan). 

Əliyevi faktiki olaraq Moskvada təcrid etmişdilər. Azərbaycan 

Kommunist Partiyasının qurultayı onsuz keçdi. Ehtimal var ki, həmin 

qurultay onu Sov. İKP XXVIII qurultayına nümayəndə seçə bilərdi və 

beləliklə o, hakimiyyətə qayıda bilərdi. 

Heydər Əliyev Bakıya iyulun 20-də gəldi. Güman edirdi ki, onun 

biliyinə  və  təcrübəsinə  Vətəndə ehtiyac olar. Əvvəlcə o, öz köhnə 

mənzilinə qayıdacağına, yaxud bir başqa mənzil alacağına ümid 

bəsləyirdi. Lakin Mərkəzi Komitədə onun Bakıda 

  


 

277


 

mənzil qeydiyyatına alınmasına ustalıqla bəhanə gətirib etiraz etdilər. 

İndi yeganə pənah yeri doğma Naxçıvan idi. 

Yola çıxmağa qalan iki gün ərzində qohum-əqrəbayla, qardaş-

bacılarla, yoldaşlığa sadiq qalmış dostlarla görüşməli, o Qara Yanvar 

gecəsində şəhid olmuşların məzarlarını ziyarət etməli idi... 

Başdaşılarından cavan simalar baxırdılar - on dörd, on səkkiz, 

iyirmi, iyirmi səkkiz yaşlı  şəhidlər...  İlham Allahverdiyev, Fərizə 

Allahverdiyeva, Vera Bessantina, İlqar  İbrahimov, Ağabəy 

Novruzbəyli... Onlar doyunca yaşamalı, övlad bəsləməli, babalıq-

nənəlik sevincini görməliydilər... Amma onların daha nə övladları, nə 

nəvələri olacaq... 

Xatirə günündə vaxtından  əvvəl qocalmış ata-anaları balalarının 

son mənzilinə  gəlib soyuq daşlara sığal çəkəcək, onların istisini 

duymaq, ruhunu toxdatmaq istəyəcəklər... 

Heydər  Əliyev aramla, abidələrin qarşısı ilə addımlayır,  şəkillərə 

diqqətlə baxır, bəlkə kimisə tanıyırmış kimi göz gəzdirir. Yox, o, 

respublikadan gedəndə bu cavanlar hələ uşaq yaşında idilər. Hərəsi bir 

evin, bir ailənin sevimlisi idi. Futbol oynayır, Xəzərin sahillərində 

qaçışır, mavi dalğaların ağuşuna atılırdılar... Odur, sevimli dəniz 

aşağıda, üfüqlərə doğru uzanır, bərq vurur; indi əlçatmaz, ünyetməz 

olan dəniz... 

  

 

 



 

278


 

 

 

 

 

 

VIII fəsil  

 

 

ÖZ XALQINLA BİRLİKDƏ OLMAQ HAQQI 

 

22 iyun 1990-cı il, Naxçıvan 

 

Bakıdan doğma  şəhərlərinə Heydər və  Cəlal  Əliyevlər poçt reysi 



ilə uçurdular. Zahirən romantik bir uçuşdur! Qardaşlar təyyarə 

salonunda qalaqlanmış 

qəzet-jurnal dəstlərinə, məktublarla, 

göndərişlərlə dolu torbalara nəzər salaraq gülümsəyirlər. 

Bəlkə də, həmin gün, təyyarədən aşağıda doğma dağları, ilan kimi 

qıvrılan Arazı görəndə Heydər Əliyev atasının tez-tez təkrar etdiyi bir 

xalq məsəlini xatırlamışdı: 

«Bir nəfərdən soruşurlar: 

-Qardaşın necə adamdır? 

-Bilmirəm, hələ ki onunla dostluq etməmişəm, - deyir». 

Həyat qardaş  və bacılarının ona münasibətlərinin möhkəmliyini 

dəfələrlə sınağa çəkmişdi. Amma indiki kimi çətin bir şəraitdə, yəqin 

ki, ilk dəfəydi. Amma nə yaxşı ki, qardaşlar bu imtahandan üzüağ 

çıxdılar. 

Cəlal Əliyevin xatirələrindən: 

«Naxçıvanda, demək olar ki, heç kəsin Heydər Əliyevin gəlişindən 

xəbəri yox idi. Aeroportdan bir tanışımızın «Jiquli»sində  şəhərə 

yollandıq. Qardaşımı maşında görən bir yaşlı kişi dedi: «Gör ey, belə 

bir adamı necə maşında aparırlar!» 

Köhnə ata ocağına gəldik. Bir az əvvəl buradan böyük bacımız 

Surə xanımı son mənzilə yola salmışdılar. Heydər Əliyevin qayıtması 

xəbəri dərhal  şəhərə yayıldı. Xalq həyətimizə axışdı. Dar küçədə 

qələbəlik yarandı. 

  


 

279


 

Axşamüstü Hüseyn Cavidin məzarına baş  çəkdik. Naxçıvanlılar 

sevinclə Heydər  Əliyevi salamlayırdılar. Böyük şairin rnəzarını 

baxımsız görəndə Heydərin yaman qanı qaraldı. Sonra mərkəzi 

meydana üz tutduq, axşam saat 6-7-dək burada 80 minə yaxın adam 

toplaşmışdı. 

Çoxları əllərində Əliyevin portretlərini tutmuşdu; kimi bir ulduzlu, 

kimi iki ulduzlu, - görünür, kitab anbarlarında köhnə ehtiyatları 

eşələyib çıxarmışdılar. 

Heydər  Əliyev həyəcanını gizlətmirdi. Üç il davam edən faktiki 

təcrid olunmadan, təqiblərdən sonra doğma torpaqda belə  səmimi, 

mehriban qarşılanma onu həyəcanlandırmışdı...» 

Əliyevi dövrəyə alan sıx izdihamı yara-yara vaxtilə 

pedtexnikumda onunla birlikdə oxumuş  tələbə yoldaşı Dövlət 

Məmmədov irəliyə çıxdı. Ümumi tanışlarının birindən öyrənmişdi ki, 

Dövlət Məmmədov məğlub edilmiş saydıqları insana qara yaxınaqda 

davam edən redaksiyalarla mübarizə aparmış, onların ünvanına 

yorulmadan «təpik döymüşdü». 

- Sağ ol, Dövlət! - Əliyev astadan dedi. 

- Nəyə görə ki?! - deyə qocaman müəllim-cəbhəçi dilləndi. - Mən 

özümə borc bildiyimi eləmişəm. Redaksiyada mənə  şəstlə dedilər: 

«Ay baba, burada nə yanlışlıq var ki?!» Elə bil mütləqi-həqiqəti deyən 

bunlardı... Dedim: «Axı böhtanla dolu yazılarınızda bir həqiqət olan 

şey var ki?!» Di gəl, tərkibi dərc eləməkdən boyun qaçırdılar. 

- Eybi yox, - dedi Əliyev, - darıxma. Tezliklə  həyat özü onları 

təkzib edər. 

Bu meydan hələ heç vaxt belə gur izdiham görməmişdi. Sakinlər 

ətrafdakı evlərin eyvanlarına çıxmışdılar, dama qalxanlar da vardı. 

Heydər  Əliyevə  çətinliklə  də olsa, yaxınlaşan Naxçıvan qəzetinin 

müxbiri öz bloknotunda belə qeyd edir: «Bu böyük şəxsiyyətin 

qarşısına çıxan insanların fərəh hissini təsvir etmək mümkün deyil. 

Heydər  Əliyevin çox yığcam qısa çıxışı isə  vətən eşqiylə dolu bir 

ürəyin səsiydi». Amma əfsuslar olsun ki, hələ özünün sərt nüfuzunu 

saxlayan senzura bu sözlərin üstündən xətt çəkdi. 

Heydər  Əliyev, meqafonu götürüb, həmyerlilərini salamladı. Çox 

danışmaq fıkrində deyildi. Daha çox yaxınlıqda duranlara üz tutsa da, 

elə sükut çökmüşdü ki, onu meydanın ən ucqar 

  

  



 

280


 

yerlərində də eşidirdilər. O axşam çıxışı çox çəkməsə də, hər kəlməsi 

qılınc kimi kəsərli idi. 

Evə qayıdanda üzü nurlanmışdı: «Doğrudan da, xalq məni 

unutmayıb». 

Yavaş-yavaş görüşünə  gələn qonum-qonşu, tanış-biliş dağılışdı. 

Yalnız doğmalar qaldı - Heydər, Cəlal, bacısı  qızı  Sənifə özünün 

qızlarıyla. Cəlal köhnə televizoru qurdalayıb sazlamağa çalışsa da, 

alınmırdı. Heydər gülə-gülə qayıtdı ki, bu köhnə texnikanın 

öhdəsindən gəlmək səhrada bağ salmaqdan çətindir... 

Sonralar Əliyev etiraf edirdi: 

- Mən burada müxtəlif «səs»lərə qulaq asmağı arzulayırdım. 

Amma evimizdə bir yararlı radioqəbuledici də yoxuydu, yaxşı ki, 

qonşularda vaxtilə Riqada buraxılan «Vef» markalı radioqəbuledici 

tapıldı. 

İndi  Əliyevin ata ocağını yalnız tək-tük fotoşəkillər və xatirələr 

vasitəsilə  təsəvvürə  gətirmək olar. Budur, Heydər qapı  ağzında 

dayanıb; budur, Sənifə, nənəsi  İzzət xanım kimi, əl-üzünü yuyan 

dayısının əlinə səhəngdən su tökür. 

- O uzaq illərdə dayım həyətimizdəki quyunun suyuyla əl-üzünü 

yumağı xoşlayırdı.  İstidə, bürküdə  səhəngdə  sərinliyini saxlamış 

sudan süzərdim, Heydər dayı da ləzzətlə soyuq şırnaqları üstünə 

çilədərdi; qohumların dediyinə görə, uşaqlıqdan vərdiş eləmişdi. 

Dayım, ümumiyyətlə doğma ocağı xatırladan hər şeyi sevirdi. Vaxtilə 

anasının, mənim nənəmin bişirdiyi xörəkləri - düşbərəni, qutabları, 

dolmanı xoşlayırdı.   Bağımızın barmı sevirdi. Uzun illər boyu 

Bakıya, Moskvaya meyvə yollayırdıq. O, elə hcsab edirdi ki, 

Naxçıvan meyvələrinin tayı-bərabəri yoxdur. 

Sənifo Soltanova Naxçıvan VVAQ şöbəsinin müdiridir. 

Respublikada onu şairə kimi də yaxşı tanıyırlar. Onun haqqında 

vaxtilə «Bakinski raboçi» qəzetinin xüsusi müxbiri Svetlana 

Mirzəyeva da söz açmışdır. Bu jumalist xanım, güman ki, Heydər 

Əliyevlə o zamanlar başqa həmkarlarından daha çox görüşmüş. onun 

dostluq etdiyi, yardım göstərdiyi insanların, xüsusən sənət və 

ədəbiyyat xadimlərinin xatirələrini qədirbilənliklə toplamış  və 

maraqlı, səmimi duyğularla aşılanmış bir kitab yaratmış, öz imzasını 

isə təvazökarlıqla yazıların sonunda, qəzetdə olduğu kimi vermişdir. 

 

 



 

 

281


 

Kitabın ön səhifəsi Heydər  Əliyevin portreti, onun «İncəsənət 

mənim bütün həyatımdan keçmişdir...» kəlamıyla başlanır. 

Oxucu, yəqin ki, Heydər  Əliyevin Naxçıvana gəlişinin ilk 

günündəcə Hüseyn Cavidin məzarını ziyarət etməsinə diqqət 

yetirmişdir. Böyük sənətkarın məzarı önündə baş  əyərkən o, nələr 

düşünmüşdü? Hansı hisslər keçirmişdi? Ulu sənətkarın hansı 

misralarını xatırlamışdı? Bəlkə bunları? 

 

Bu dərinlikdə bir həqiqət var,  



Gizlidir gərçi kor beyinlər için;  

Lakin ülviyyətilə həp parlar,  

Bəllidir görmək istəyənlər için... 

 

Bir-iki gün sonra Cavidin muzeyinə baş  çəkdi. Burada son dəfə 



olduğu haçandı? Yəqin, 82-ci il idi. Respublika Cavidin yüzilliyinə 

hazırlaşırdı. 1882-ci il oktyabrın 24-də Naxçıvanda dünyaya gəlmiş, 

1941-ci ilin 5 dekabr günündə Sibir sürgünündə dünyasını  dəyişmiş 

Hüseyn Abdulla oğlu Rasizadə «Cavid» təxəllüsü ilə  əbədiyyətə 

qovuşan mütəfəkkir  şair, dramaturq... Taleyin acı oyununa bax, - 

azadlıq carçısı, sağlığında «Şərqin  Şckspiri» adlandırılan ustad 

dekabrın 5-də - «Stalin Konstitusiyası» günündə ölmüşdür. Meşədə 

taxta-şalban tədarükündə, Sibir şaxtalarına tab gətirməmişdi? Ya bəlkə 

həssas qəlbi mənəvi iztirablara dözməyib partlamışdı?.. 

Cavid («əbədi» deməkdir) muzeyi onun köhnə ata-baba evində 

yerləşib. Fotolar, sənədlər, XX əsrin başlanğıcına aid məişət detalları: 

«nöyüt» lampası, Rusiyadan buraya gəlib çıxmış samovar, patefon, 

zərif armudu stəkanlar... Divardakı taxçalarda qab-qacaq, kuzələr, 

nimçələr, hər birinin öz təyinatı olan ləvazimat. 

Şüşə altında Tayşet Rayon Xalq Deputatları Sovetinin 21 noyabr 

1982-ci il tarixli sərəncamını oxuyuruq: 

«Azərbaycan KP Naxçıvan Vilayət Komitəsi bürosunun 12 

oktyabr 1982-ci il tarixli qərarı  əsasında Azərbaycan KP Naxçıvan 

Vilayət Komitəsinin katibi yol. Cəfərov Həmid Qara oğluna,  İrkutsk 

vilayəti Tayşet rayonunun Şevçenko kəndinin qəbiristanındakı 59 

saylı qəbirdən Azərbaycanın görkəmli şair-dramaturqu Hüseyn Cavid 

Rasizadənin nəşinin onun vətəni 

 


 

282


  

Naxçıvan  şəhərində  dəfn edilməsi üçün köçürülməsinə icazə 

verilsin. 

Tayşel Rayon İcraiyyə Komitəsinin sədri 

V.A,Smirnov». 

 

Onun həyat yoldaşı Müşkünaz xanımın taleyinə Cavidin heç nədən 



günahı olmadığını bilmək kimi acı xoşbəxtlik qismət oldu. Yəni əslini 

axtarsan, o heç vaxt buna şübhə  də etməmişdi. Uşaqları  Ərtoğrul və 

Turana da tapşırmışdı ki, atalarının yolunu gözləsinlər. Övladlarına 

Cavidin adı ilə  fəxr etməyi öyrətmişdi.  Ərtoğrul özünü incəsənətdə 

tapmışdı - rəsm çəkir, kinossenarilər yazır, musiqi bəstələyirdi. Böyük 

Üzeyir Hacıbəyov onu Özünün ən istedadlı  şagirdlərindən hcsab 

edirdi. 1941-ci ildə  Ərtoğrul Cavidi orduya çağırdılar. Həqiqətən 

səhhətində ciddi problemlər olduğu üçün cəbhəyə aparmadılar. Ancaq 

arxa cəbhənin hissələrindən birində, Gürcüstanda saxladılar. Çox 

keçmədi ki, ağır vəziyyətə düşmüş  Ərtoğrulu ölmək üçün evə 

göndərdilər. O artıq qan öskürürdü. Dərman almaq üçün Müşkünaz 

xanım Cavidin hədiyyəsi olan nişan üzüyünü satmalı oldu. Ərtoğrul 

24 yaşının tamamına bir neçə gün qalmış -1943-cü il oktyabrın 14-də 

vəfat etdi. 

Cavidlər ailəsində  nəsə qeyri-adi bir mistika var. Hüseyn - 24 

oktyabrda, Ərtoğrul 22 oktyabrda, Turan isə 2 oktyabrda anadan olub. 

1982-ci ilin oktyabrında, Cavidin 100 illiyində, 1976-cı ildə 

Bakıda vəfat etmiş Müşkünaz xanımın və  Ərtoğrulun nəşləri 

Naxçıvana gətirilib. Görkəmli  şairin yanında torpağa tapşırıldılar. 

2004-cü ildə isə öz vəsiyyətinə  əsasən Müşkünaz və Cavidin qızı 

Turanı da onların yanında dəfn etdilər.  İndi onlar doğma torpaqda 

yenə bir-birilərinə qovuşmuşlar... 

Heydər Əliyev onların son mənzili üzərində xəyalən bir mavzoley 

canlandırırdı. Dağlar kimi uca, məğrur abidə. 1990-cı ildə bu arzunun 

gerçəkləşmə vaxtı hələ yetişməmişdi. Amma bilirdi ki, o gün gələcək. 

O gün 1996-cı ilin oktyabrında gerçəyə çevrildi. 

Naxçıvan Respublikası ictimaiyyətilə görüşdə Heydər  Əliyev  

dedi: 


- Dünən (1996-cı il oktyabrın 29-da) biz Azərbaycan xalqının 

böyük yazıçısı, şairi, dramaturqu, alim-fılosofu Hüseyn Ca- 

  

 

  



 

 

283


 

vidin xatirəsini andıq, onun məqbərəsinin təntənəli açılış mərasimində 

iştirak etdik. Bu böyük elm və  mədəniyyət bayramı idi və yalnız 

bizim, yəni burada toplaşanların deyil, bütün Azərbaycan xalqının 

bayramı idi. Dünən bu bayram, demək olar ki, muxtar respublikanın 

bütün  əhalisini ayağa qaldırdı. Hüseyn Cavid məqbərəsi  ətrafında, 

küçələrdə, meydanlarda on minlərlə, yüz minlərlə insan toplaşdı. 

Hamı xoş əhvalda, fərəhlə bir-birini təbrik edirdi. 

Bu, mənim üçün də böyük bayram idi, çünki mən on dörd il 

bundan öncə qəbul etdiyim qərarın yerinə yetirilməsinə nail oldum. 

... Belə bir memarlıq  əsərilə,  əminik ki, Yusif ibn Küseyir və 

Möminə xatun məqbərələrini yaratmış böyük mcmar Əcəmi ibn Əbu 

Bokr özü də  fəxr edə bilərdi. Həmin abidələr birinci və ikinci 

minilliklərin qovşağından bizlərə  gəlib çatmışdır.  İkinci və üçüncü 

minilliklərin keçid dönəmi onlara gözəl Cavid məqbərəsini əlavə etdi. 

 

Başqa, pək başqa imdi zövqi-cahan,  



Dünki peymanələrdə qan coşuyor.  

Dünki məmurələr bu gün viran,  

Dünki viranələr bu gün məmur...  

Həp pozulmuş da dünki peymanlar,  

Yəni dost olmuş əski düşmanlar.,. 

(«Dün və bu gün») 

 

Bəli, qürbət ellərdə «viranə» qalmış ulu şairin varlığı  vətəndə 



bərqərar oldu, abad oldu, nigaran ruhu rahatlıq tapdı... 

... 1990-cı ildə, bütün ittifaqda olduğu kimi, Naxçıvanda da ərzaq 

qıtlığı hökm sürürdü. Qonşudan-qonşuya soraq çatırdı ki, tanışlardan 

kimlərdə mal kəsiblər, yollanın, bəlkə, bir-iki kilo ət ala bildinız. 

Hərdən Sənifənin kürəkənlərindən hansısa öt «növbəsinə» özünü 

yetirəndə, evdə hamının tamarzı olduğu bozbaş buğlanırdı... 

Heydər  Əlirza oğlu bacısı Surənin dəfninə  gələ bilmədiyinə görə 

çox acıyırdı, - o zaman onu Moskvadan vətənə buraxmırdılar. 

Naxçıvana gələn günün səhərisi məzarlığa baş  çəkib təzə  qəbrin 

üstünə özünün gətirdiyi sevimli qızılgül dəstəsini qoydu və  həm də 

atasının məzarı başında dayandı. 

 


 

284


 

Əliyev Naxçıvanda keçirdiyi ilk günlərdə  qəzetlər sarıdan xeyli 

çətinlik çəkirdi. Yerli qəzetlərə  Sənifə abunə olmuşdu, Bakı-Moskva 

qəzetləri isə yalnız günün ikinci yarısında, bəzən də lap ertəsi günü 

çatdırılırdı. Yenə  də qonşunun bağışladığı radioqəbuledici dadına 

çatırdı. 



 

Məqsəd artıq dəqiq müəyyən olunub. 

 

Moskvadan qayıdandan sonra Heydər  Əliyev ilk müsahibəsini 



«Həyat» qəzetinin əməkdaşı Möhsün Möhsünova və Naxçıvana necə 

gəlib çıxdığı  məlum olmayan Litvanın «Respublika» qəzetinin 

əməkdaşı Ritas Siyatalisə verdi. Müsahibədən  əvvəl sərbəst geyimdə 

olan Heydər  Əliyev yarızarafat-yarıgerçək bildirmişdi: «Müsahibəni 

bir şərtlə verəcəyəm. Dediklərimi təhrif etməyəcəksiniz». 

Üzüm tənəyinin qol-budağı ilə hörmələnmiş rahat eyvanda 

qonaqları artıq heyva mürəbbəsi ilə çay gözləyirdi - Sənifə bacardığını 

eləmişdi. Naxçıvan jurnalisti litvalı həmkarı ilə razılığa gəlmişdilər ki, 

öz suallarına  Əliyevdən alacaqları cavabları    şərikli istifadə etsinlər. 

Onların həmsöhbətinin açıq və birbaşa cavablarından da aydın 

görünürdü ki, onunçün bu fikirləri söyləmək çox vacibdir. Yerliləri, 

həm də başqaları, fərqi yoxdur, kim olur-olsun, harada olur-olsun, lap 

elə qoy Litvada həqiqəti bilsinlər. Orada onun adına Avropa mətbuatı 

diqqət yetirə bilər. Yeri gəlmişkən, elə belə də oldu. 

Həmkarlar Heydər Əliyevin Siyasi Bürodan getdikdən sonra necə 

yaşadığıyla maraqlandılar. Heydər  Əliyev isə  əvvəlcə hansı  şəraitdə 

Siyasi Bürodan uzaqlaşdırıldığından, sonra respublika və  mərkəzi 

mətbuatda necə böyük təzyiqlərə məruz qaldığından danışdı. 

«Mən əvvəlcə dözməyə çalışırdım, - deyə o, danışmağa başladı. - 

Əlbəttə, başqaları kimi mənə  də insanların münasibətlərinin belə 

dəyişməsi, haqsızlıqlar çox pis təsir edirdi. 1989-cu ilin aprel ayında 

110-a qədər MK üzvünün və üzvlüyünə namizədin könüllü olaraq 

istefa verməsi zamanı başa düşdüm ki, bu, mənimçün son şansdır. Ona 

görə  də plenumda çıxış edib dedim ki, mənim  əleyhimə iftira və 

böhtan kampaniyası başlanıb. Bu, başdan-ayağa  ədalətsizlikdir. Mən 

hesab 


 

 


 

285


 

edirəm ki, ləyaqətlə işləmişəm. Düzdür. səhvlərim və nöqsanlarım da 

olub, bunsuz mümkün deyildi. Lakin ünvanıma deyilən böhtanlar heç 

bir əndazəyə sığmır. 

Çıxışım uzun müddət üzvü olduğum Siyasi Büronun üzvlərinə, 

mənimlə çiyin-çiyinə çalışan yoldaşlara heç bir təsir etmədi. Onlar 

mənim çıxışıma əhəmiyyət vermədilər». 

Zərif stəkanlardakı çay soyuyur. Heydər  Əliyev sakitcə öz 

seçimini izah edir: «Mən başa düşdüm ki, mübarizə aparmalıyam». 

Özü deməsə  də, aydın idi ki, bu, öz namusu, təmiz ad-sanı, xalqı 

uğrunda mübarizə idi. Ardınca çox maraqlı sözlər səsləndi: «Rəhbər 

işçinin IRADƏSI olmalıdır, böyük IRADƏSI. Hər bir rəhbər işçi 

bütün varlığı ilə  dərk etməlidir ki, o, öz xalqının, öz millətinin, öz 

torpağının keşiyində dayanmalıdır. Yəni sən kənara çəkilib yalnız öz 

maraqlarını düşünməməlisən. Özünü yalnız bu işə  həsr etməlisən. 

Mən Mərkəzi Komitədə işlədiyim on dörd il ərzində özümü xalqıma, 

respublikamıza həsr etmişəm. Amma indi heç nəsiz qalmışam. Lakin 

təəssüf etmirəm. Əgər yenidən siyasi fəaliyyətə başlasaydım, yenidən 

bu yolu tutardım». 

Müsahibəyə yenidən qayıtmazdan  əvvəl  Əliyevin iki dəfə 

təkrarladığı və baş hərflərlə verməyi xahiş etdiyi sözə diqqət yetirək: 

İRADƏ. Bu ifadənin bir çox yozumu, mənası var. Fəlsəfi lüğətdə 

«iradə» sözü «fəaliyyət üçün məqsəd seçməyə  və  həyata keçirməyə 

zəruri olan daxili qüvvə, bacarıq kimi izah olunur. Gündəlik həyatda 

insanlar iradəli adamı iradəsiz adama qarşı qoyub, müqayisə edirlər. 

Müdriklər deyib: «lradəsiz adamda qətiyyət olmaz», «iradə hünər 

deməkdir, hünərsiz qələbə olmaz». Rus atalar məsəlində deyilir: «Ağıl 

görür, iradə götürmür». - «İradəsiz olmaq, əhəmiyyətsiz olmaq 

kimidir, - Vladimir İvanoviç Dal belə yazıb. Və  əlavə edib: - zəif, 

qətiyyətsiz, müstəqil olmayan, xaraktersiz». Zəif, qətiyyətsiz, müstəqil 

olmayan adam ailə üçün də  bədbəxtlikdir.  Əgər belə adam şəhərin, 

vilayətin, respublikanın, ölkənin başına gəlib çıxıbsa, necə? Beləliklə, 

Heydər Əliyevin nə üçün belə bir ifadə işlətdiyi aydın olur: rəhbərin 

gərək  İRADƏSİ olsun! Yoxsa, ən böyük hakimiyyətə sahib olmuş 

lider başqalarının  əlində yalnız «piyada», oyuncaq olar. Qorbaçovun 

əlində  nə  qədər hakimiyyət var idi, nə  qədər yeni səlahiyyətlər tələb 

etdi və aldı. -Axırı nə oldu?! 

 


 

286


 

Həmsöhbətlər Heydər  Əliyevdən onun Azərbaycan KP MK-nın 

birinci katibi və Sov. İKP MK-nın Siyasi Büro üzvü olduğu 

vaxtlardakı fəaliyyətini necə qiymətləndirdiyini soruşurlar. 

- Mən uzun illər Bakıda və Moskvada respublika və  İttifaq 

miqyaslı  rəhbər vəzifələrdə  işləmişəm. Onu da deyə bilərəm ki, öz 

xalqıma, Sovet İttifaqına, mənsub olduğum Kommunist Partiyasına 

namus və vicdanla xidmət etmişəm. Hesab edirəm ki, indi bütün 

ölkənin, hər bir xalqın, hər bir respublikanın həyatında yeni bir 

mərhələ başlanıb. Hər bir xalq öz taleyini özü bildiyi kimi 

müəyyənləşdirməlidir. Həyatımın ötən günlərinə  gəldikdə isə 

deməliyəm ki, keçmiş keçmişdə qalıb. Ümumiyyətlə, bu gün bütün 

işləri başlı-başına buraxıb keçmişi təftiş etmək mənim xoşuma gəlmir. 

Bir baxın, artıq altıncı ildir ki, keçmişi amansızlıqla söyürük. Altıncı 

ildir ki, ölkəmiz siyasi və iqtisadi cəhətdən dağılır. Bütün bu dövrlərdə 

bizə  vədlər «yedirdirlər», nə bilim bu yeni mərhələdir, bu dönüş 

mərhələsidir, bu kəskin dönüşdür və i.a. Axı  nə  qədər mərhələ ola 

bilər. Buna görə də belə hesab edirəm ki, indi  hər bir adama, hər bir 

xalqa, hər bir siyasi təşkilata və siyasi qüvvəyə öz taleyini müstəqil 

müəyyən etmək imkanı verilməlidir. Bu gün mənim fikrim belədir. 

- Kommunist Partiyası haqqında sizin təsəvvürünüz dəyişibmi? 

- Çox maraqlı sualdır. Bu məsələyə dialektik nöqteyi-nəzərdən 

yanaşmaq lazımdır. Amma bir şey aydındır ki, bu gün partiya çox ağır 

vəziyyətdədir.  Əgər sırasında olduğun partiya dağılıbsa, təbii ki, bu 

hal səni də düşünməyə vadar edir, həm də geniş mənada. 

- Bu ilin sentyabrında Azərbaycanda respublika vətəndaşları xalq 

elçilərinə  səs verəcəklər. Güman etmək olar ki, bu dəfə deputallar 

həqiqi xalq elçiləri olacaqlar.   Siz bir siyasi xadim kimi Azərbaycanın 

yeni Ali Sovetinin başlıca vəzifəsini nədə görürsünüz? 

-  Əgər həqiqətən  əsl xalq deputatları seçiləcəksə (bunu gələcək 

göstərər, gəlin irəli qaçmayaq), onda müəyyən söz demək olar.  İndi 

isə  qısaca deyim ki, mən Azorbaycanın iqtisadi və siyasi 

suverenliyinin, tam müstəqilliyinin tərəfdarıyam. 

 


 

287


 

Sakitcə otağa daxil olan Sənifə çayları dəyişir. Özlüyündə Heydər 

dayısının bu gün yaxşı görünməsinə sevinir; yəqin ki doğma yerlərin 

havası düşərli olub. Söhbətin mövzusu isə şəxsi həyata yönəlir. 

- Vaxtınızı necə keçirirsiniz? Əvvəllər az qala bütün sutkanı 

işləyirdiniz. 

- Bilirsiniz, son iki ildə  mənim haqqımda o qədər  ədalətsizlik 

edilib ki, haqsızlıq həyatımı zəhərləyib. Belə bir əhvali-ruhiyyədə olan 

adam isə özünü toplayıb sistemli bir iş aparmaqda çətinlik çəkir. 

Bəzən çox mütaliə edirəm, bəzən yazıram. 

- Memuar yazırsınız? 

- Hələ konkret heç nə demək olmaz, amma bəzi qeydlər edirəm. 

Sinəm doludur. Onlar gərək yazıla və xalqa çatdırıla.  Əgər bu 

borcumu yerinə yetirmədən dünyadan köçsəm, çox pis olar. Mənim 

bildiklərimi demək olar ki, Azərbaycanda heç kim bilmir. 

- Sizə hal-hazırda nə kimi imtiyazlar verilib? 

- Heç bir imtiyaz verilməyib. 

- Nə kimi məhdudiyyətlər var? 

- Məhdudiyyət ondan ibarətdir ki, öz evində yaşayırsan, heç bir 

imtiyazın da yoxdur. Pensiyanı alırsan, yaşayırsan. 

- Belə  çıxır ki, mağazaya da, dükana da, bazara da özünüz 

gedirsiniz? 

- Bəli, bəli. 

- Fərdi maşınınız da yoxdur? 

- Xeyr, yoxdur. Biz azərbaycanlıyıq. Yay vaxtı  mənim və 

uşaqlarımın Azərbaycana gəlməyi üçün imkan olmayıb. Bakıda nə 

evim var, nə bağım.  Gəlib düşmüşəm qardaşım Cəlalın evinə, onun 

da balaca-balaca otaqları var. İki gecə divanda yatmışam.  İndi də 

bacım evindəyəm. 

- Naxçıvanda bu cür qarşılanmanı gözləyirdinizmi? 

- Meydanı nəzərdə tutursunuz? 

- Bəli. 


- Mənə elə gəlirdi ki, belə də olmalıdır. 

- Siz üç gündür burdasınız. Nə  qədər qalacaqsınız? Həmişəlik 

qalmaq istərdinizmi? 

- Nə  qədər qalacağam? Görək də, necə olur. Başqa yerdə ev 

verməsələr, elə gəlib burda qalacağam. 

 

  



 

288


 

- Dünən Nehrəm kəndinin camaatı Sizi Azərbaycan SSR Ali 

Sovetinə deputallığa namizəd irəli sürdü. Mən inanıram ki, Siz deputat 

seçiləcəksiniz. Belə olan təqdirdə  nə kimi platforma irəli sürmək 

istərdiniz? 

- Platformanıı yuxarıda dedim. Siyasi və iqtisadi cəhətdən suveren

müstəqil Azərbaycan uğrunda mübarizə aparmaq. 

-Yoldaş  Əliyev, Siz bir anlığa mənim yerimə olsaydınız, Heydər 

Əliyevə ən başlıcı sualınız nə olardı? 

- (Xeyli gülür). Hansı sualı verərdim? Çox sual verərdim. 

- Başlıca sual? 

- Başlıca sual? Soruşardım ki, ay Əliyev, bəzi adamları niyə yaxşı 

tanımamısan? 

- Sizin Moskvada oğlunuz və  qızınız var. Onlar nə  işlə 

məşğuldurlar, harada yaşayırlar? 

-  İndi hamımız bir yerdə yaşayırıq. Həyat yoldaşım beş il qabaq 

vəfat  edib. Ondan sonra mənim istinad nöqtəm ailəmdir. Qızım, 

oğlum, nəvələrimlə bir yerdə yaşayıram. Oğlum  İlham Moskvada 

Beynəlxalq Münasibətlər  İnstitutunu bitirib ingilis, fransız dillərini 

bilir. Həmin institutun aspiranturasını qurtarıb, namizədlik 

dissertasiyası müdafiə edib. Amma mən işdən çıxandan sonra onun da 

həyatında çətinliklər baş verib. 

İxtisasına görə  iş vermirlər. Deyirlər ki, sən  Əliyevin oğlusan, 

yazdığı əsərlər bir tərəfdə qalıb. Bu da ona əzab verir.  Qızım Sevil də 

Şərqşünaslıq institutunun aspiranturasını bitirib, ərəbşünasdır, elmlər 

namizədidir. Həmin institutda işləyirdi. Son vaxtlar işləmir. Beş 

nəvəm var. 

- Deməli, evlənməyiniz haqda şayiələr boş şeydir. 

- Onlar şayiə deyil, ağ yalandır. Mən həyat yoldaşım Zərifə 

xanıma çox sadiq olmuşam. Onun xatirəsi mənim üçün müqəddəsdir. 

Ailə münasibətlərində ehkamçıyam. 

- Sevimli məşğuliyyətiniz? 

- Kitabı daha çox sevirəm. Çoxlu kitablarım var. Mədəniyyəti çox 

sevirəm. Musiqini başa düşürəm, rəssamlığı xoşlayıram. Vaxtilə 

memar olmaq istəmişəm. Hətta iki kurs memarlıq fakültəsində 

oxumuşam. Mədəniyyət adamları ilə  həmişə yaxın olmuşam. Başqa 

məşğuliyyətim olmayıb, balıqçılıq, ovçuluq etməmişəm. 

- Kimi daha çox oxuyursunuz? 

 

  


 

289


 

-Azərbaycanın həm keçmiş, həm də müasir yazıçılarının əsərlərini, 

Qərbi Avropa və rus klassiklərini oxumağı çox sevirəm. Son dörd-bcş 

ildə yaranan əsərləri oxumaq həvəsim yoxdur. Konyukturaçı 

ədəbiyyatdır. 

 

Bu böyük müsahibə (biz ondan yalnız bir hissəni nəzərinizə 



çatdırdıq) 1990-cı il iyunun 26-da işıq üzü gördü. Əliyevin Naxçıvana 

qayıtmasından dörd gün keçirdi. 

Onun cavablarını indi - on beş il keçəndən sonra oxuyanda 

görürsən ki, bu, sadəcə Allahın verdiyi ömrü sakitcə başa vurmaq 

üçün geri qayıdan insanın cavabları deyil, məqsəd artıq müəyyənləşib: 

Azərbaycanın müstəqilliyi. Müstəqilliyə necə nail olmaq barədə 

danışmaq hələ tezdir. Amma əsas budur ki, İRADƏ var. Siyasətçi, 

dövlət xadimi, milli lider iradəsi... 

Bakı  qəzetləri Heydər  Əliyevin qayıdışının üstündən sükutla 

keçirdilər. Moskva mediyası isə  əlüstü xəbər verdi; hətta 

“Komsomolskaya pravda”, “İzvestiya”, “Arqumentı i faktı” qəzetləri 

də. 


Naxçıvana bir-birinin ardınca məktublar gəldi. Ünvanı  dəqiq 

bilməyənlər sadəcə: “Naxçıvan  şəhəri, Heydər  Əliyevə” yazırdılar. 

Bəziləri qayıdışı münasibətilə onu təbrik edir, bəziləri isə belə bir 

liderin Azərbaycana gərəkliyini vurğulayır, digərləri Bakıda, onun 

vaxtında Əhmədli kimi nəhəng bir yaşayış massivi və 10 mikrorayon 

salınan  şəhərdə  mənzilinin olmamasını  eşidib, ona “bizim 

mənzilimizdə qalın, genbol, işıqlı,  şəhərin mərkəzindədir, biz 

qohumlarımız gildə qalarıq” kimi təkliflər verirdilər. 

İnsanlar yaxşılığı unutmur, yaxşılıqla cavab verirdilər. Sənifə 

Soltanova xatırlayır ki, Bakı sakinlərindən biri onların evlərinə gəlib, 

öz mənzilinin açarlarını  təklif edir: “Buyurun, mənim evim - sizin 

eviniz”. Nehrəm kəndindən bir el ağsaqqalı yenicə tikdirdiyi rahat 

mülkünü töhfə kimi qəbul etməyi ondan xahiş edir. 

Böyük yazıçı, rus ədəbiyyatının bilicisi və  pərəstişkarı  Cəlil 

Məmmədquluzadə ötən  əsrin  əvvəllərində bu böyük kənddə özünün 

çox cəsarətli nəsr  əsərlərini qələmə almışdır. Nikolay Vasilyeviç 

Qoqolun yubileyində  çıxış edən nasir demişdi: “Ey müsəlman 

qardaşlarım! 100 il bundan əqdəm Rusiyada bir insan dünyaya gəldi. 

O, rus məmurları haqqında elə 

 

  



 

290


 

bir komediya yazdı ki, onu indi də oxuyanda elə bilirsən Naxçıvana, 

Şuşaya, Qafqazın bütün kəndlərinə  və kiçik şəhərlərinə “müfəttiş 

gəlir”.  Əliyevin Azərbaycan SSR Ali Sovetin deputatlığına 

namizədliyinin irəli sürüldüyü Nehrəm kəndində seçicilərlə görüşlərin 

birində, o, Cəlil Məmmədquluzadənin bu sözlərini xatırladanda, 

zaldakılar uğunub getdilər. Başqa dairələrdən təkliflər olsa da, Əliyev 

adamları zarafatı  və yumoru qiymətləndirən, dargündə düşünmədən 

dayaq olan Nehrəmin üstündə dayandı. Və 1990-cı il sentyabrın 30-da 

Azərbaycanın xalq deputatı  və muxtar respublikanın Ali Sovetinin 

deputatı oldu. 

 

 


1   ...   14   15   16   17   18   19   20   21   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə