GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə19/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   39

Tarixi köklərə, mənəvi qaynaqlara qayıdış 

 

Deputatlar daha çox məktəbə  bənzəyən kiçik binanın birinci 



mərtəbəsindəki salona yığışır. Heydər  Əliyev də onların arasındadır. 

Lakin zalda əyləşməyə macal vermirlər: ağsaqqallar onu Rəyasət 

Heyətinə dəvət edir və sessiyanı aparmağı təklif edirlər. Alqış sədaları 

altında o, sadə biçimli səhnəyə qalxır. Həmyerliləri onun tale 

ulduzuna inanırlar. Həyatın hər üzünü görmüş bu müdrik insandan 

əzab-əziyyətdən üzülmüş xalqa toxtaqlıq, ümid verə biləcək söz 

umurlar. Bəs iki minillik tarixində çoxsaylı müharibələr görmüş 

Naxçıvanı indi nə gözləyir? Keçən minilliklər  ərzində  əmin-amanlıq 

illəri çox az olub. 

Ağsaqqallar ermənilərlə  hələ 1919-20-ci illərdəki müharibəni 

yaxşı xatırlayırdılar: O vaxt 1920-ci ildə formalaşmış Naxçıvan 

Muxtar Sovet Sosialist Respublikasının  İnqilab Komitəsi burjua 

Ermənistanına sülh danışıqlarına başlamaq təklifiylə müraciət etmişdi. 

Cavab ertəsi gün gəldi: “Naxçıvanın Ermənistan hökumətinə itaətini 

tam təmin etməlisiniz...” Amma Naxçıvan heç vaxt ultimatum qəbul 

etməmişdi. Döyüşlər daha dörd ay, Ermənistanda sovet hakimiyyəti 

qurulana qədər davam etdi. 1921-ci ilin əvvəlində Azərbaycan, 

Ermənistan və Rusiya sovet hökumətləri, nümayəndələrinin iştirakı ilə 

Naxçıvanda ümumi sorğu keçirildi və hansı respublikanın tərkibində 

qalmaqları  məsələsi həll edildi. Əhalinin 90 faizdən çoxu muxtar 

respublika hüququ ilə Azərbaycanın tərkibində qalmağa səs verdi. 

Xalqın bu seçimini Vladimir İliç Lenin də dəstək- 

  


 

291


lədi. 16 mart 1921-ci ildə RK (b) PB-nin Siyasi Bürosu Azərbaycan 

SSR-in tərkibində Naxçıvan SSR-in yaradılmasını  təsdiq etdi (1923-

cü ildən Naxçıvan Muxtar Vilayəti, 1924-cü ilin fevralından isə 

Naxçıvan MSSR). 

İndi nə olacaq? İndi kimlərlə yolumuz bir olmalı? Bu gözlənilməz 

müharibədə, ağlasığmaz blokada məntəqəsində hansı qüvvələrə 

arxalanmalı, kimlərə bel bağlamalı?.. 

Belə bir qüvvə,  Əliyevin qənaətinə görə, xalqın, bütün 

Azərbaycanın, Naxçıvanın öz tarixi köklərinə, mənəvi varlığına 

söykənməsi və qayıdışıdır. O, dediyi bu fıkrə sonralar dəfələrlə 

qayıdır və qeyd edirdi ki, - Rusiya bütün müttəfiq respublikalardan 

əvvəl öz dövlət müstəqilliyini elan etmiş, Sovet İttifaqının dağılması 

prosesinə başlamışdır. Heydər  Əliyevin təklifı ilə muxtar 

respublikanın adından “sovet sosialist” sözləri çıxarılır. Ali Sovet Ali 

Məclis adlanır. Muxtariyyət Azərbaycan Demokratik Respublikasının 

üçrəngli bayrağını özünə qaytarır. 10 ildən sonra Moskvanın çox 

müstəqil bir qəzetinin müxbirinə elə  gələcək ki, Naxçıvanda həyat 

dayanıb: binaların fasadı tökülür, insanlar çox kasıb geyinib. 

1990-cı ilin payızında jurnalist Elmira Axundovanı “Literaturnaya 

qazeta”nın Azərbaycan üzrə müxbiri təyin edirlər.  İlk tapşırıqlardan 

biri Heydər  Əliyevdən Naxçıvanda müsahibə almaq olur. Xatırladaq 

ki, iki il öncə “Literaturka” Əliyev haqqında bədxah böhtannamə çap 

etmişdi; görünür, bu şər əməldə Rıjkovun öz vicdanına sığışdırmadığı 

“kompromat” da “kara gəlmişdi”. Heydər  Əliyev dəlilli - sübutlu 

təkzibedici cavab yazmış  və keçirdiyi infarkta baxmayaraq, özü 

redaksiyaya gəlmişdi. Onun cavabını çap etməmişdilər. 

Elmira Axundova xatırlayır: “Heydər  Əliyevin tez-tez vilayət 

partiya komitəsinə baş  çəkdiyini bilib birinci katibin qəbul otağına 

zəng vurdum və köməkçidən xahiş etdim ki, Heydər müəllimdən 

“LQ”nin xüsusi müxbirilə görüşməyə vaxtı  və istəyinin olub-

olmaması barədə soruşsun. Həm də  əmin idim ki, Mənim soyadım 

Heydər  Əliyevə heç nə deməyəcək, çünki jurnalistikada təzə adam 

idim və böyük mətbuatda yenicə  çıxış etməyə başlamışdım. Lakin 

gözlədiyimin  əksinə olaraq, buyurulmuşdu mənə çatdırılsın ki, 

“Heydər Əliyev Elmira Axundovaya səmimi hörmətlə yanaşır və onun 

üçün hər hansı münasib vaxtda tanışlığa  şad olardı”. Düzü, cavab 

məni heyrətləndirdi 

 

  



 

292


 

və  hətta düşündüm ki, gurəsən, o, fəqir bəndənizi hansısa daha 

sanballı azərbaycanlı jurnalist xanımla səhv salmayıb ki? 

Mən bu görüşqabağı təfsilata yalnız ona görə varıram ki bu, siyasət 

adamının çox diqqətəlayiq məziyyətinə - heyrətamiz hafizəsinə daha 

bir dəlalətdir. Bir neçə gün sonra mən Naxçıvana uçub gələndən və 

nəhayət, tanışlığımız baş verəndən sonra Heydər müəllim bir qədər 

əvvəl “Bakinski raboçi”də çap etdirdiyim məqaləmi xatırlatdı. Sən 

demə, məhz bu məqalə sayəsində görüşümüz baş tuta bilmişdir. 

Heydər Əliyev özü bu barədə belə söyləyir - onun sözlərini diktofona 

yazdığım kimi verirəm: 

- 1990-cı ilin yayında, hələ Moskvada olarkən, mən qəzetləri 

nəzərdən keçirirdim və “Bakinski raboçi”də bir məqaləyə diqqət 

yetirdim. Məncə, “Biz hamımız keçmişdən çıxmışıq” adlanırdı. 

Məqalə öz məntiqliyi, obyektivliyi və inandırıcı  bədii məziyyətlərilə 

diqqətimi cəlb etdi. Təbii ki, müəllifin adıyla maraqlandım. Materialın 

altında imza vardı: Elmira Axundova. Çalışdım yadıma salım ki, belə 

bir jurnalisti tanıyırammı, onunla əvvəllər görüşmüşəmmi? 

Məqaləni oxuyub, keçmişləri - Azərbaycanda işlədiyim, ədəbiyyat 

və incəsənət sahəsində  hər bir maraqlı, hətta çox önəmli olmayan 

hadisəni böyük vəcdlə qarşıladığım illəri canlı şəkildə xatırladım. Mən 

həmişə bizim jurnalistikanı diqqətlə izləmişəm, hər hansı müəllifin, 

fərqi yoxdur, yaradıcı, elmi və ya intellektual potensialına dəlalət edən 

qeyri-adi materialı  qəzetdə  çıxanda qəlbən sevinmişəm. Tez-tez 

“Bakinski raboçi”, “Vışka”, “Kommunist”in redaksiyalarına zəng 

çalırdım, redaktorlarla danışır, bu və ya digər məqalə haqqında öz 

rəyimi bildirirdim, müəlliflərlə maraqlanırdım. Bəzilərini şəxsən tanış 

olmaq üçün yanıma dəvət edirdim. Buna görə bütün Azərbaycan 

jurnalistlərini yetərincə yaxşı tanıyırdım. Lakin sizi mən yada sala 

bilmədim ki, bilmədim... 

Məqalə çox xoşuma gəldi,  ələlxüsus Azərbaycanda və başqa 

respublikalarda mətbuatın həddən artıq nihilizmə aludə olduğu, 

keçmişimizi başdansovdu inkar etmək, birtərəfli işiqlandırmaq yolunu 

tutduğu şəraitdə. Mən məmnuniyyətlə məqaləni oxudum, yaxınlarıma 

da verdim oxusunlar və bilirsinizmi, hətta ürəyim yüngülləşdi. Odur 

ki, siz zəng vurub “Literaturnaya qazeta”nın müxbiri kimi özünüzü 

təqdim etdikdə mən 

 

  



 

293


ikili hisslər keçirdim; bir tərəfdən “Literaturnaya qazeta”nın 

rəhbərliyinə qarşı inamsızlığını - buna əsasım var. Bu qəzet son 

zamanlarda bu və ya digər dəstələrin mənafeyini  əks edən və 

reallıqdan uzaq olan xeyli qərəzli məqalələr dərc etmişdir. Digər 

tərəfdən sizin soyadınız. Bilirsiniz, mən indi jurnalistlərlə görüşə 

ehtiyatla yanaşıram, çünki bir neçə  dəfə “yanmışam”. Onlardan 

bəziləri, mənimlə söhbətləşib, maraqlandıqları suallara cavabları alıb, 

sonra özbaşınalığa yol verərək, fıkirlərimi təhrif etmişlər. Lakin sizin 

“Bakinski raboçi”dəki məqalənizi xatırlayıb düşündüm ki, bu adam o 

cür nadürüstlüyə yol verə bilməz... 

Bu etirafın mənim üçün nə dərəcədə ruhlandırıcı olduğunu demək 

artıqdır. Lakin bu həm də  məni çox şeylər barədə düşünməyə  dəvət 

edirdi. Heydər müəllimə söz verdim ki, onun etimadından sui-istifadə 

etməyəcəm və müsahibənin qəzetdə ixtisarsız və  təhrifsiz dərc 

olunması üçün məndən asılı olan hər  şeyi edəcəm. Yeri gəlmişkən, 

vədimə  əməl etməyim müsahibəmiz “Literaturka”da işıq üzü 

görməməsində heç də sonuncu rol oynamadı... Bu müsahibədə Əliyev 

İttifaqın ali siyasi rəhbərliyinin, o cümlədən M.Qorbaçovun 

yenidənqurma islahatlarının aparılmasında buraxdığı  səhvləri kəskin 

tənqid edirdi. Çünki onların nəticəsində  nəhəng dövlət ümummilli 

fəlakət həddinə  gəlib çatmışdı. Bu müsahibə indi də öz aktuallığını 

itirməmişdir, o zamanlar isə bomba partlayışı təsiri bağışlayardı, illah 

ki, Mixail Qorbaçov hələ iqtidar sahibi - Prezident idi və onun 

istefasına hələ bir ilə yaxın vaxt qalırdı. Heydər  Əliyev bəzi yerləri 

ixtisar etmək, ya “yumşaltmaq”dan imtina etdi və  mən də onunla 

həmrəy idim”. 



 

Taleyini xalqı ilə bölüşdü 

 

Tarixi həqiqətlərə sadiq qalaraq demək olar ki, Heydər  Əliyevin 



böyük siyasətə qayıdışı müzəffər yürüş deyildi. O, qarşısında 

qalaqlanmış  şər, yalan, iftira çəpərlərini dağıtmalı, tərəddüd edənləri 

inandırmalı, tərəfdaşlan başına yığmalıydı. 

Bir dəfə Nizami muzeyinin əməkdaşı  Məhəbbət Mehdiyeva 

Azərbaycan KP MK-nın birinci katibi və onun həmkarları üçün 

ekskursiya aparırmış. Böyük şair və fılosof  Nizaminin ya- 

 

  


 

294


radıcılığından vəcdə  gələn bu xanım onun əxlaqi-tərbiyəvi 

nəsihətlərindən danışırdı. Heydər  Əliyev diqqətlə qulaq assa da, 

nazirlərdən bir neçəsi gizlincə saatına baxırdı. Vidalaşanda Heydər 

Əliyev sanki sonrakı “dar günlərini” görürmüş kimi Məhəbbət 

Mehdiyevaya dedi ki, vaxt gələcək, siz mənə lazım olacaqsınız. 

Bu “gələcək” taleyin hökmü ilə 1990-cı ilin sonunda, 91-ci ilin 

əvvəlində  gəlib çatdı. Azərbaycan Ali Sovetinin deputatı Heydər 

Əliyev Naxçıvandan Bakıya gələndə qardaşı Calalın evində qalırdı. 

Əlbəttə, iki otaq üç nəfər - Cəlal, xanımı  və  məktəbli qızı üçün 

darısqal idi. Əmisi gəlib onların otağında qalanda və bütün günü yazı 

işləriylə  məşğul olanda Cəlalın qızı öz dəftər-kitabını götürüb 

mətbəxdə məskunlaşmalı olurdu. 

Heydər  Əliyev həmişəki kimi çıxışlarına səylə hazırlaşır, 

məqalələri üzərində diqqətlə  işləyirdi. Yaxşı, bəs bu yazıları  həm 

rusdilli, həm Azərbaycandilli qəzetlərə təqdim etmək üçün onları kim 

tərcümə edəcək, makinada kim yığacaq? Ona məsləhət görülən 

şəxslərdən biri işinin çoxluğunu bəhanə etdi, bir başqası daha 

makinada yazmadığını dedi. Yəqin ki, nəzarət altında olan siyasətçi ilə 

yaxın ünsiyyətdə olmaqdan qorxurdular. Bu vaxt Naxçıvan Muxtar 

Respublikasının Bakıdakı nümayəndəsi Həsən Zeynalov köməyə 

çatdı. O dedi ki, mənim dayım qızı çox gözəl tərcüməçidir və 

makinada da işləyə bilir. İndi Nizami muzeyində o qədər də çox iş 

yoxdur, sizə kömək edə bilər. Bu xanım Məhəbbət Mehdiyeva idi. 

Heydər  Əliyev muzeyə  zəng vurub vəziyyəti qısa  şəkildə 

Məhəbbət xanıma başa saldı: 

- Məhəbbət xanım, siz sabah səhər saat səkkizdə gələ bilərsinizmi? 

- Gələrəm. 

Onların görüşündən  əvvəl televiziyada canlı yayımla Ali Sovetin 

sessiyasını göstərirdilər.  Əliyevin üzərinə haqsız ittihamlar tufanı 

təşkil olundu və yalnız bir səs - şair Bəxtiyar Vahabzadə onu müdafiə 

etdi. 

Məhəbbət Mehdiyeva söz verdiyi vaxtda gəldi. O, Heydər 



Əliyevin dünənki hadisələrdən dilxor olacağını gözləyirdi. Amma 

həmişəki kimi işgüzar görkəmdə olan Heydər Əliyev onu təbəssümlə 

qarşıladı: 


 

295


 

 - Siz deyəsən nədənsə narahatsınız, Məhəbbət xanım? 

Evinizdə hər şey qaydasındadırmı? Bir problem yoxdur ki? 

- Dünənki sessiyadan sonra səhərəcən yata bilməmişəm. 

- Fikir verməyin, Məhəbbət xanım, onlar bundan başqa nə 

deyə bilərlər ki? 

Tərcümə edilməli və  yığılmalı olan sənədlər müəyyən ediləndən 

sonra Məhəbbət xanım onları özüylə muzeyə aparıb orada işləmək 

istədiyini bildirdi. 

-Yox, - Heydər  Əliyev etiraz etdi, - bu sənədlər buradan çıxmalı 

deyil. 

Bir neçə gün sonra Məhəbbət xanımın muzeydəki makinası Cəlal 



Əliyevin evinə gətirildi. 

-Heydər Əliyev öz işlədiyi otaqdan yazılarını səhifə - səhifə gətirir, 

yığılanları isə məndən geri götürürdü. 

 

Yeddi il keçdi. 1997-ci ildə Azərbaycan Milli Təhlükəsizlik 



Nazirliyinin muzeyinin açılışında Heydər  Əliyev  əməkdaşların 

arasında Məhəbbət xanımı gördü, bir anlıq çaşıb-qaldı  və soruşdu: - 

“Siz məgər burada işləyirsiniz?” 

“-  Əlbəttə, mən onun nə demək istədiyini anladım, - deyə 

Məhəbbət xanım xatırlayır. - O elə bildi ki, mən elə o vaxt, 1990-cı 

ildə  də bu sistemdə  işlətnişəm. Açığı özümü itirdim, məni soyuq tər 

basdı. Cavab vermək istərkən MTN-in əməkdaşlarından biri məni 

qabaqlayaraq dedi: 

- Biz təcrübəli muzey işçisi kimi xanım Mehdiyevanı dəvət etmişik 

ki, ekspozisiyanı yaratmaqda bizə kömək etsin. 

Mən üstümdən ağır bir yükün götürüldüyünü hiss etdim”. 

 

1991-ci ilin fevral sessiyası  təkcə  Məhəbbət Mehdiyevanın 



xatirəsinə  həkk olunmamışdı. Azərbaycan Ali Sovetinin həmin 

sessiyasını seyr edənlər deputatların “yaxın keçmişdə qarşısında 

farağat durduqları adamı mümkün qədər ağır sözlərlə təhqir etməyə” 

cəhd göstərdiklərini yaxşı xatırlayırlar. 340 millət vəkilindən tək bir 

nəfər - şair Bəxtiyar Vahabzadə həmkarlarına vaxtilə Heydər Əliyevin 

ünvanına yağdırılan gurultulu alqışların bu divarların yaddaşında 

qaldığını xatırlatdı: “Yıxılana balta çalmaq hünər deyil! - dedi şair. - 

Yaxşı olardı təcrübəli siyasət xadiminin məsləhətlərinə qulaq asaq”. 

  

  

  



 

296


 

O vaxt Heydər Əliyev nədən danışırdı? Nə idi qəlbini göynədən? 

Nə idi tövsiyəsi? 

“Mənim Azərbaycana qayıtmağım, xalq deputatı seçilməyim 

barədə cürbəcür şayiələr yayılıb. Bunlara cavab olaraq bəyan edirəm 

ki, doğma vətən torpağına heç də yenidən hakimiyyətə gəlmək üçün, 

kimdənsə qisas almaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır 

və  çətin dövründə xalqın dərdinə  şərik olmağa, vətəndaşlıq borcumu 

yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm. 

Məni bir azərbaycanlı kimi bu hüquqdan heç kəs məhrum edə bilməz. 

Sovet İttifaqında, Azərbaycanda mövcud olan vəziyyət haqqında bəzi 

fikirlərimi və təkliflərimi Ali Məclisə çatdırmaq istəyirəm. 



Birincisi. Ölkə - sovet cəmiyyəti, dövlət üsul-idarəsi artıq bir neçə 

ildir ki, siyasi və iqtisadi böhran içindədir. Millətlərarası münasibətlər 

gərginləşib. Sovet İttifaqı dağılmaqdadır. 

Buna səbəb nə olmuşdur?  Şübhəsiz ki, əmələ  gəlmiş  vəziyyətə 

keçmişin ayrı-ayrı  mərhələlərində buraxılmış  səhvlərin təsirini inkar 

etmək olmaz. Fəqət  əsas səbəblər “perestroyka” adlandırdığımız 

dövrdə  həyatımızın bütün sahələrində buraxılmış ciddi, kobud və 

bağışlanmaz səhvlərdir. 

Təəssüf ki, bunların üstü örtülüb-basdırılır, rəsmi dairələr və 

kütləvi informasiya orqanları ancaq keçmişi atəşə tuturlar. 

Tam qətiyyətlə demək olar ki, 1985-ci ildə ölkəmizdə başlanılmış 

dəyişikliklərin elmi, siyasi və iqtisadi əsaslarla işlənib hazırlanmış 

uzunmüddətli strategiyası olmamış  və  tələm-tələsik  şəkildə  həyata 

keçirilmiş, bəzən bir-birinə zidd olan tədbirlər, təbiidir ki, müsbət 

nəticələr verməmişdir... 

Son beş ildə Qorbaçov xalqa çox vədlər verib, lakin onların heç 

birini həyata keçirə bilməyib. Söz ilə  əməl arasında boşluq, siyasi 

rəhbərlik ilə xalq arasında uçurum yaranıb. Xalqın rəhbərliyə 

inamsızlığı  və  gələcəyə ümidsizliyi artıb, Kommunist partiyası 

nüfuzdan düşüb. 



İkincisi. Ölkədə yaranmış  vəziyyət eyni ilə Azərbaycanda da 

hökm sürür. Respublikanın rəhbərliyi həmişə olduğu kimi, mərkəzin 

xəttini Azərbaycanda kor-koranə  tətbiq edir və bütün göstərişlərini 

həyata keçirməyə  cəhd göstərir. Nəticələr göz qabağındadır: 

Azorbaycanda vəziyyət daha da ağır və dözülməzdir. Bu isə erməni 

millətçiləri tərəfindən ortaya atılmış Dağlıq Qarabağ  məsələsi ilə 

əlaqədardır. Üç ildən artıqdır ki, 

 

  



 

297


respublikamız, Azərbaycan xalqı Ermənistan tərəfindən ardı-arası 

kəsilməyən təcavüzlərə  məruz qalır. Nəticədə Azərbaycanın  ərazi 

bütövlüyü pozulub... 

Gərək müəyyən edilsin: harada, kim hansı günahı buraxıb, nə cür 

olub ki, xalq belə acizlik göstərib, öz torpağını  əldən verib. Bunlar 

gərək hamısı  şərh olunsun. Burada Polyaniçko deyir ki, Dağlıq 

Qarabağın  əldən getməsinə Qorbaçov yol verir. Düzdür, mən də bu 

fıkirdəyəm. Ölkənin rəhbəri Qorbaçovun bu barədə Azərbaycana 

xəyanət mövqeyi açılıb göstərilsin və tariximizə yazılsın... Ancaq baş 

vermiş  təhlükəli məsələnin qarşısını alıb Ermənistanı Ermənistan 

kimi, Azərbaycanı da Azərbaycan kimi saxlamaq olardı. Bunu ancaq 

İttifaqa rəhbərlik edən müdrik adam edə bilərdi. Ancaq Qorbaçovda 

bu müdriklik çatmadı  və Azərbaycan rəhbərlərində  də cürət, qeyrət, 

cəsarət çatmadı ki, öz xalqının mənafeyini, öz xalqının namusunu 

qorusunlar...” 

Heydər  Əliyev üçün vətən, torpaq, xalqın  şərəf və  ləyaqəti 

anlayışları ayrılmaz idi. 

Bir ay sonra. 1991-ci il martın 7-də Azərbaycan Ali Sovetinin 

sessiyası, Qorbaçovun hazırladığı yeni İttifaq müqaviləsilə bağlı 

referendumda respublikanın iştirak etməsi məsələsini müzakirə etdi. 

Müxtəlif rəylər səslənirdi. Deputatların  əksəriyyəti referendumda 

iştirak etməyi, Sovet İttifaqını qorumağı zəruri saydılar. 

Deputat Əliyev də söz istədi: 

- Azərbaycan xalqının gələcək taleyi həll olunur. Ona görə  də 

mülahizə  və  təkliflərimi mən də bildirmək istəyirəm. 1922-ci ildən 

Azərbaycan Sovet İttifaqının tərkibindədir. Bu müddət  ərzində 

xalqımız çox mürəkkəb bir tarixi yol keçib, nailiyyətlər  əldə edib. 

Eyni zamanda çox itkilərə, çətinliklərə də məruz qalıb. Bunları inkar 

etmək olmaz. Biz hamımız bu İttifaqın mövcud ölduğu dövrdə 

dünyaya gəlmişik, təhsil, tərbiyə almış, formalaşmışıq. Biz hamımız, 

hər halda tam əksəriyyətimiz bu İttifaqa həddindən artıq inanmışıq, 

sədaqətlə xidmət etmişik, xalqımızın səadətini, xoşbəxt gələcəyini bu 

İttifaq daxilində görmüşük. Mən və  mənimlə birlikdə xeyli müddət 

respublikaya rəhbərlik edən həmkarlarım  İttifaqın möhkəmlənməsi 

üçün daim çalışmış, Azərbaycan xalqında da bu İttifaqa sadiqlik və 

məhəbbət hissiyyatları yaratmağa cəhd etmişik. Fəqət son il- 

 

  


 

298


lərdə dünyada, ölkədə gedən ictimai-siyasi proseslər keçmişimizə 

münasibəti və ümumi dünyagörüşü dəyişdirmişdir. 

Bunların ardınca mərkəzlə respublikalar arasında  əlaqələri, 

Qorbaçovun siyasətini təhlil edərək, Əliyev belə qənaətə gəlir: İttifaq 

dağılmağa başlamışdır. Yeni İttifaq müqaviləsinin layihəsi isə 

yararsızdır. 

- Bir sözlə, mən yeni İttifaqa daxil olmağın və bunun üçün 

referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm, - deyə 

H.Əliyev sözünə davam edir. - Bu, bütün seçicilərimin və deputatı 

olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının 

yekdil flkridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və 

siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan xalqı 

artıq bu yola çıxmışdır... 

Bəziləri respublikamızın müstəqil,  İttifaqdan ayrı yaşamağa 

imkanı olmadığını sübut etməyə çalışırlar. İttifaqda olan respublikalar 

bir-birilə sıx iqtisadi, texniki əlaqələrlə bağlı olduqlarına görə onların 

İttifaqdan ayrı yaşamasının mümkün olmadığı  fıkri də ölkədə geniş 

yayılmışdır. Bu təbliğatlar  əsassızdır.  Əvvəla, Azərbaycan tam 

müstəqil dövlət kimi fəaliyyət göstərmək üçün bütün imkanlara 

malikdir. İkincisi, dünyanın hər bir dövləti başqa dövlətlərlə istədikləri 

sahələrdə qarşılıqlı iqtisadi, ticarət, texniki əlaqələr yaradır, 

ümumdünya inteqrasiya prosesində iştirak edir və bunların heç biri bu 

dövlətləri müstəqillikdən məhrum etmir. Ona görə  də  İttifaqda olan 

respublikaların iqtisadi əlaqələri onların müstəqilliyinə nail olmasına 

mane ola bilməz. Fikrimcə,  əgər Azərbaycan tam müstəqil dövlət 

olarsa o, indi İttifaqda olan republikaların hər biri ilə, hətta  İttifaq 

qalarsa, onunla da qarşılıqlı, bəabər hüquqlu, iki tərəfə  də faydalı 

iqtisadi əlaqələr yarada bilər. 

Azərbaycan xalqı birləşməli, öz müqəddəs, doğma torpağını göz 

bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi 

müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə 

aparmalır. 

Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm 

və bildirirəm ki, mən bu yoldan dönməyəcəyəm... 

 

17 mart 1991-ci ildə SSRİ-nin saxlanılmasına dair Ümumittifaq 



referendumu keçirildi. SSRİ, o cümlədən də Azərbaycan 

vətəndaşlarının çoxu İttifaqın saxlanılmasına səs verdi. 

 

  


 

299


 

Moskvadakı avqust hadisələrindən sonra isə respublikaların əhalisi bu 

dəfə müstəqilliyə səs verdilər. 

İndi Bakıda və Moskvada, Tehranda və Parisdə, Ankarada və Nyu-

Yorkda siyasətçiləri “Naxçıvanda hansı yeniliklər baş verir?” sualı da 

düşündürürdü... Naxçıvana, Heydər  Əliyevin görüşünə diplomatlar, 

jurnalistlər, ictimai və dövlət xadimləri gəlirdilər... 

Son yetmiş ildə ilk dəfə olaraq Araerika diplomatları - ABŞ-ın 

Moskvadakı  səfirliyinin  əməkdaşları xanım Eni Breyger və  cənab 

Obri Karlson Naxçıvana qonaq gəldilər. Qonaqlar muxtar 

respublikadakı iqtisadi və siyasi islahatlarla, Azərbaycan rəhbərliyi ilə 

olan münasibətlərlə maraqlanırdılar. 

Onların ardınca  İran diplomatları  təşrif buyurdular - onların yolu 

yaxın idi, Moskvadan yox, Bakıdan gəlirdilər. Diplomatlar Naxçıvan 

Ali Məclisinin sədrini inandırırdılar ki, “İran öz millət və din 

qardaşlarına istənilən köməyi etməyə hazırdır. Zəncanda zəlzələdən 

sonra Arazın şimalından qardaşlarımız bizim köməyimizə gəlmişdilər. 

Biz də sizi ağır vəziyyətdə tək qoymarıq”. 

İran  İslam Respublikası  səfirliyinin birinci katibi Mehdi Abbas 

Paydar Naxçıvanda  İran konsulluğunun açılması barədə  rəsmi 

müraciət təqdim etdi. Ali Məclisin mətbuat xidməti bu barədə 1992-ci 

il yanvarın 21-də yazırdı: “Heydər Əliyev bu təklifı qəbul etdi. O, eyni 

zamanda, Təbriz  şəhərində Naxçıvan Muxtar Respublikasının 

konsulluğunun açılmasının da vacib olduğunu bildirmişdi”. 

Naxçıvan Respublikası parlamentinin sədri başqaları ilə yanaşı, 

Zaqafqaziya sərhəd dairəsi qərargah rəisinin müavini Konstantin 

Totskini də  qəbul etmişdi. Həmin günlərdə Ali Məclis Dünya 

Azərbaycanhlarının həmrəylik günü haqqında təklifi müzakirə edirdi. 

Təklif olunurdu ki, bu gün “Sovet-İran dövlət sərhədinin Naxçıvan 

Muxtar Respublikası ilə  Cənubi Azərbaycan hissəsində tikanlı 

məftillərdən ibarət səddin dağıdıldığı 31 dekabr 1989-cu il tarixinin 

şərəfinə hər il dekabrın 31-də qeyd edilsin”. 

Heydər  Əliyev sərhəd hərəkatının, vətənpərvər gənclərin 

fəaliyyətinin böyük əhəmiyyəti olduğunu qeyd edirdi: “Moskvada 

olduğum vaxt, mən bu hərəkatın necə cinayət aktı kimi qələmə 

verildiyinin şahidi oldum. Sov.İKP MK və Azər- 

 

  


 

300


baycan KP MK bu vətənpərvərlik hərəkatına açıq-aşkar böhtan və şər 

atırdı. Mən, bu hərəkat zamanı  həlak olanların xatirəsinin 

əbədiləşdirilməsini zəruri hesab edirəm”. 

Sərhəd dairəsi qərargahının rəis müavini sərhəddəki özbaşına 

hərəkətləri təbii ki, tamam başqa cür qiymətləndirirdi. 

Doqquz il ötəndən sonra Azorbaycan Prezidenti ilə görüşdə Rusiya 

Federal Sərhəd Xidmətinin direktoru general-polkovnik Totski onların 

Naxçıvandakı dialoqlarını xatırlayacaq. 

-1991-ci ildə Naxçıvanda sizin tərəfinizdən qəbul olunmaq mənə 

müyəssər olmuşdu. Siz mənə bir çox dəyərli məsləhətlər verdiniz. O 

vaxt vəziyyət çox mürəkkəb idi. Siz buna çox ayıq yanaşır, konkret 

vəzifələr qoyurdunuz. O vaxt bu kifayət qədər ağır qarşılanırdı. Xeyli 

zaman ötdü, biz hamımız dərk etdik, yaşadıq, anladıq ki, belə  də 

olmalı idi. Konkret ərazi var, bu xalq var, hakimiyyət var və sərhəddə 

qayda-qanunu yalnız Moskva qoymalı deyil. Siz bunu çox dürüst 

müəyyənləşdirdiniz. Ümumdövlət miqyaslı qaydalar var və  nəzərə 

alınmalı yerli problemlər də var... 

Sov.  İKP Mərkəzi Komitəsində millətlərarası münasibətlər 

şöbəsinin məsləhətçisi, 1975-ci ildən üzübəri MK aparatında işləmiş 

ilk azərbaycanlı,  əvvəllər “Komsomolskaya pravda”nın jurnalisti 

olnıuş Rafael Hüseynov Moskvadan Naxçıvana gəldi. Əliyev onu hələ 

Bakıdan, “Molodyoj Azerbaycana” qəzetinin redaktoru olduğu 

dövrdən tanıyırdı. Moskvadan gələn qonağın Liqaçov tərəfindən 

göndərildiyini eşidən  Əliyev təəccübləndi, bir qədər ehtiyatla 

qarşılassa da, göstərilən diqqətə görə  təşəkkürünü bildirdi. Dedi ki, 

ona heç nə lazım deyil, bircə Bakıdakı  mənzilinin qaytarılmasını 

istəyir. Amma rəsmi Bakı üçün Heydər  Əliyev “arzuolunmaz şəxs” 

sayılırdı... Və həm də təhlükəli. 

 

1   ...   15   16   17   18   19   20   21   22   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə