GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə2/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   39

Tarixin bir günü 

 

10 may 1923-cü il... Artıq çox-çox uzaqlarda qalan bu gün görəsən 



Sovet Respublikaları  İttifaqında, Azərbaycanda və dünyada nə ilə 

yadda qalmışdır? Bakı, Naxçıvan qəzetlərini vərəqləyib, o vaxt nədən 

yazdıqlarını bilmək istədik. 

Almaniyada fəhlə nümayişləri dalğalanır. Sovet hərakatlar 

ittifaqları Rur hövzəsinin tətil edən  şaxtaçılarına 500 000 pud çörək 

göndərməklə onlara qardaş yardımlarını göstərirlər.  İlk yardım 

eşalonlarını Bakı neftçiləri ilə Donbas şaxtaçıları  təşkil edir. Onlar 

yazırdılar: «Biz - SSRİ  zəhmətkeşləri fəhlə sinfinə  mənsub olan 

qardaşlarımızı ağır vəziyyətdə tək qoya bilmərik». 

Amerikalılar rus ağqvardiyaçılarının ABŞ-a gəlməsinə etiraz 

edirlər. Moskvada «professor Timiryazevin xatirəsini ehtiramla yad 

edirlər». Bütün İttifaq boyu «hava donanmasının gücləndirilməsi 

üçün» pul yığırlar. Bakının özəl tikiş emalatxanalarının fəhlələri də 22 

milyon 280 min rubl yığıb təhvil vrrmişlor (o zamanlar «limon» 

adlanan milyonluq kağız pullar işlədilirdi. Hesabdar Aleksey 

Markoviçin cibindən 16 milyard mil kağız pul «çıxarılmış», Ziba 

Mənınəd qızı adlı birinin evindən 45 milyardlıq ev əşyalan 

«çırpışdırılmışdır». Bax beləcə, milyarder və milyoner vətəndaşlar 

tarixə düşmüşlor). Bir daha hava donanması haqqında - beş manat 

dəyərində üç istiqrazından keçən Süleyman, Eydelşteyn və Oqanezov 

yoldaşlar sağ olsun; daha bir belə istiqrazı  Əzizbəyov adına 

xəstəxananın partiya özəyi vermişdir.  İlin sonunadək Sovet 

Azərbaycanı 

15 


  

 

16

aviatorlara respublikada toplanan vəsait hesabına quraşdırılmış iki 



təyyarə  təhvil vermişdir.  Birini «Qırmızı Bakı», o birisini isə  həlak 

olmuş Bakı komissarlanın xatirəsinə görə «26-lar» adlandırmışlar. 

«26-lar»dan biri də məlum olduğu kimi, Məşədi Əzizbəyov idi. Onu 

və yoldaşlarını ingilislər 1918-ci ilin sentyabrında        Türkmənistan    

səhralarında    güllələmişdilər. Komissarların adına verilmiş  təyyarə 

göyə qalxanda Bakıda artıq onların abidəsi qoyulmuşdu. Layihənin 

müəllifləri istedadh memarlar Yakulov və  Şuko idi. Vladimir 

Alekseyeviç  Şuko Moskvadakı  məşhur «Lenin adına SSRİ 

Kitabxanasının» layihəsinin də müəllifı idi. Həmin ərəfədə «Bakinski 

raboçi» qəzetində Yeseninin məşhur «İyirmialtılar haqqında 

ballada»sı artıq dərc olunmuşdu. Sergey Yesenin bu şeiri özünün 

yaxın dostu, gözəl rəssam G.Yakulova həsr etmişdı: «Dərin 

məhəbbətlə - gözəl rəssam G.Yakulova». Onları  həyatda çox şey 

bağlayırdı. 

Yesenin gələcək həyat yoldaşı, cazibədar rəqqasə Aysedora 

Dunkan ilə Moskvada Georgi Yakulovun «Bolşaya Sadovoya, 10» 

ünvanındakı  mənzilində tanış olmuşdu. Pəncərələrindən «Sadovı 

koltso» aydınca seyr edilən bu mənzildə Leninə güllə atmış Fannı 

Kaplan da yaşamışdı; «Qudok» qəzetinin  əməkdaşı, gecələr özünün 

məşhur «Ağqvardiya»sını yazmaqla məşğul olan Mixail Bulqakov da 

bu konınunal evdə məskunlaşmışdı. 

Tarixin bir-birinə dolaşmış kələfini açdıqca açmaq olar. Ona görə 

də  mətləbi uzatmadan sadəcə qeyd edək ki, Bakı  həm Yesenin, həm 

də Yakulov üçün yeni bir yaradıcılıq kəşfi idi. 

Qayıdaq 1923-cü il may ayının qəzet səhifələrinə. 

...Bakı sovet-partiya məktəbinin yüz on müdavimi «proletariat və 

kəndli kütlələrinin içinə atılıb sinfi şüuru  ələ almaq və minlərlə 

zəhmət adamını maarifləndirməli) üçün marksizmin əsaslarını 

öyrənirdi. 

Partiyanm fabrik-zavod rayon komitəsi (yəni Azərbaycan 

Konınunist Partiyasının, çünki başqaları artıq yox idi) fırqəyə  qəbul 

olunan yoldaşlarınn siyahısını dərc edərək adları çəkilənlərə qarşı hər 

hansı irad və etirazı olanlardan materialları raykoma göndərmələrini 

xahiş edirdi. 

 

  


 

17

Azərbaycanın Xalq Maarif Komissarlığı ilə Rusiyanın Maarif 



Komissarlığı arasında 1922-ci ilin dekabrında imzalanmış 

müqavilənin səmərəliliyini zaman göstərdi. Moskvanın, Petroqradın(o 

zaman hələ şəhərin adı dəyişdirilib Leninqrad qoyulmamışdı) və Sovet 

Rusiyasının başqa şəhərlərinin məş-hur ali məktəbləri ilə Azərbaycan 

ali təhsil müəssisələri arasında kitab, dərs ləvazimatı  və kadr 

mübadiləsi aparılırdı. Azərbaycanın ilk ali təhsil müəssisələrinin - 

politexnik institutunun, universitetin kafedraları əsasən rus alimlərinin 

köməyi ilə formalaşdırılırdı. Məhz bu rus alimlərinin fəal yardımı 

nəticəsində 1923-cü ildə Azərbaycanın «Öyrətmə  və Araşdırma 

Cəmiyyəti» yarandı. Altı ildən sonra bu təşkilatın bazasında Dövlət 

Elmi-Tədqiqat İnstitutu təşkil olundu və bir müddət sonra bu institut 

Azərbaycan Elmlər Akademiyasına çevrildi. 

Xalq Komissarları Sovetinin 1923-cü il 22 aprel tarixli qərarına 

əsasən Azərbaycan maarif və  ədliyyə komissarı, daxili işlər 

komissarının müavini təlimat hazırlayıb imzalamışlar: «Azlit» 

nəzdində repertuar komitəsinin icazəsi olmadan heç bir əsər kütlə 

qarşısında ifa və ya nümayiş edilməyə buraxıla bilməz». 

Aflşalar bakılıları Hərbi Dənizçilər Teatrına (keçmiş «Pel-Myül») 

«Qusar məhəbbəti» tamaşasına; «Erməni artistlərinin Rostov 

kollektivi»nin «Silva»nı ifa etdiyi Dövlət Azad «Satir-Aqit» Teatrına, 

Peterburq Akademik (keçmiş «Marünski») Teatrının artisti 

İ.V.Yerşovun konsertinə dəvət edirdilər. 

Bundan başqa qəzetlər Suraxanıda təzə bazarın təntənəli açılışına 

çağırır — «bazarda satış  və yer üçün ödəniş alınmayacaq»; yenicə 

açılmış əla ailəvi «Teatral» restorAmma dəvət edir; hərrac və «bufet, 

bilyardxana və  bərbərxananın icarəyə verilməsi üçün müsabiqə» 

keçirildiyini bildirirdilər. 

Ural dağ-mədən sindikatının Bakıdakı nümayəndəliyi bağlanmış, 

əvəzinə «fəaliyyət dairəsinə bütün Qafqaz, Zaqafqaziya, Türküstan, 

keçmiş «Bukeyev orda»sı bölgəsi və İran daxil olan» vilayət kontoru 

açılmışdır. 

1923-cü ilin may ayından Zaqafqaziya Əmək Xalq Komissarlığı 

«zəruri  ərzaq və  tələbat mallarının yerli bazar qiymətləri üzrə 

dəyərini» dərc etməyə başlamışdır. Məlumat ayda dörd dəfə verilirdi: 

1,8, 15 və 22-si tarixlərində. 

 

  



 

18

Hərdən Əlirza Əliyev depodan artıq əldən-ələ keçmiş bu qəzetləri 



evə  gətirib ömür-gün yoldaşına üz tutub deyirmiş: «Gəl, ay arvad, 

baxaq görək, nə var, nə yox». 

 

Ata ocağı 

 

Dəmiryolu işçiləri arasında zərbəçi sayılan  Əlirza  Əliyevə torpaq 

sahəsi ayırdılar. Uşaqların hərəsi öz gücünə görə çalışırdı, kimisi 

bostanda kömək edir, kimisi də qoyun-quzu otarırdı. Onlar 

ömürlərinin erkən çağlarından çörəyi alın tərilə qazanırdılar. Çünki 

Naxçıvanın özünəməxsus sərt təbiəti tənbəlliyi bağışlamırdı. 

İzzət xanım təbiətə yaxşı  bələd idi, gül-çiçəkdən, meyvə  və 

otlardan nə lazım olsa hazırlayırdı. Qonşu qadınlar ondan məşhur 

mürəbbələrinin sırlərini öyrənməyə gələrdilər. 

Boyu az qala on metrə çatan gözəl göyçə ağacı həyətdəki albalı və 

alma ağaclarına sanki yuxarıdan aşağı baxırdı. Bu ağac martda çiçək 

açır, iyulun sonu, avqustun əvvəllərində alçaya oxşar, Amma o qədər 

turş olmayan çəhrayı-yaşıl və açıq qırmızı meyvələrilə adama gəl-gəl 

deyirdi. Həsən göyçə  ağacına gavalı  qələmi peyvənd eləmişdi. Uzun 

illər boyu bu ağac uşaqları sevindirirdi. 

Əliyev ocağının ilk sahibi ötən əsrin əvvəlində İrandan bir armud 

qələmi gətirmişdi. 

-  Əntiqə bar gətirərdi, - Şəfiqə xanım - Heydər  Əliyevin kiçik 

bacısı xatırlayır. - İlk qar yağana qədər onlara dəyməzdik. Sonra dərib 

otaqda asılı saxlayardıq. Hər armud 300-500 qram gələrdi və bütün 

qışı qalardı. 

Şəfiqənin daha bir uşaqlıq xatirəsi onların Naxçıvandakı həyətinə 

ilıq bir işıq salır. 

... Sübh çağı; ağsaqqallar günün bu vaxtına «çeşt» deyərdilər. 

İzzət, qayçı və ələk götürüb həyəti haşiyələyən qızılgüllərə sarı gedir. 

Güllərə əl uzatmaq asan deyil: tikanlar aman vermir. Ləçəklər zərifdən 

zərifdir. İzzət ələyi altda tutub, gülləri qayçılayıb üzür. Sonra ləçəkləri 

şəkər  şirəsi süzülmüş tavaya atır,  şirə olmasa onlar quruyar. Şəkər 

tozuyla qarışdırılmış, ovxalanmış  ləçəklərə darçın, zəncəfil qatır. Bu 

mürəbbə soyuq-dəymə, mədə  xəstəlikləri üçün əvəzsiz dərman 

sayılırdı. 

 

  



 

19

Ləçəklərin bir qismini İzzət kölgəlikdə qurudar, sonra pal-paltarın, 



tumanların, çadraların qatları arasına qoyardı. Anasının ağ tumanı, 

eləcə  də  çəhrayı, parlaq çiçəklərlə naxışlanmış  ağappaq koftası 

Şəfiqənin yaxşı yadındadır: 

- Anam bu dəstini yuyanda, ütünü kömürlə  qızdırıb paltarını 

ütüləyəndə yanında durub həvəslə tamaşa eləyirdim. Hər bir qırışı 

ütüləyib koftasını sandığa qoyar, üstünə  qızılgül ləçəkləri səpərdi. 

Örtməmişdən  əvvəl çadrasına gülab çiləyərdi. Payızda sandığa bir 

neçə heyva qoyardı ki, onların  ətri pal-paltara hopsun; mərhəmətin, 

xeyirxahlığın onun cAmma-qAmma hopduğu kimi. Onun dilindən heç 

vaxt acı söz eşidən olmamışdı. Öz yoldaşına «səni görüm ocağın 

sönsün!»- deyə qarğıyan satıcı qadınla biryolluq salam-kəlamını 

kəsmişdi. 

Əlbəttə, ananın sehrli səliqə-sahmanını ilk növbədə qızları görüb- 

götürürdü. Amma oğullar da ibrət alırdı. Heydər  Əliyevin geyim-

kecimindəki təbü incəlik, zövq və səliqə də ata-ana ocağından gəlirdi. 

Sovet hakimiyyətinin dördüncü ilində - yeni sovet hakimiyyəti 

başqa respublikalara nisbətən Azərbaycana daha gec gəlmişdi, - 

Naxçıvanda da yeni məişətin  əlamətləri göründü; Möminəxatun 

məqbərəsinin yaxınlığında Həsənin Heydəri apardığı, sonralar isə 

Heydərin də öz növbəsində  Cəlalı, kiçik bacılarını yola saldığı  uşaq 

bağçası yerləşirdi. 

Atabəy Məhənınəd Cahan Pəhləvanın ömür-gün yoldaşının 

sərdabəsi üzərində böyük memar Əcəminin türbə ucaltdığı zamandan 

yeddi əsr yarım ötmüşdür. Bu abidənin qədim daşları o qədər olayların 

şahidi olmuşdu ki, daha heç nəyə təəccüblənmirdilər. 

Böyüdükcə Heydər sinif yoldaşlarıyla birlikdə mavzoleyin seyrinə 

dalmağı, onun göylərə tuşlanmış cizgilərini rəsm etməyi xoşlayardı. 

Naxçıvan başdan-başa tarixin canlı kitabıdır.  Əcəminin yaratdığı bir 

başqa məşhur abidə  də - Yusif ibn Küseyirin məqbərəsidir. Arazın 

üzərindən o taya, İrana uzanan körpülər, karvansara xərabələri... və 

Telman adına klub, - alman proletariatı rəhbərinin ağlına gəlməzdi ki, 

onun adı yazılmış lövhə yenidən təmir edilib qurulmuş ibadətxananın 

qapısına vurulacaq (Münhendə, Hamburqda keçirilən nümayişlərin 

əks-sədası gör hara gəlib çatmış, gör «Rot front!» hayqırtısı ilə 

qaldırılan fəhlə yumruğu özünə haralarda havadar tapmışdı). 

 

 



 

20

Naxçıvanda həm də Pionerlər evi açılmışdı  və buranı Heydər 



Əliyevin qardaşı, məşhur iqtisadçı alim, Milli Elmlər Akademiyasının 

müxbir üzvü Aqil Əliyev sonralar da xoş duyğularla xatırlayırdı: 

«Orada hər şey yaxşı təşkil olunmuşdu. Dərslərdən sonra evə qayıdıb 

bir tikə çörək yeyən kimi gedəcək yerimiz bəlliydi: «haydı, Pionerlər 

evinə!» Burada hər kəs üçün bir maraqlı məşğuhyyət tapılırdı». 

Şübhəsiz ki, Heydər Əliyevin doğma mədəniyyətə, memarlıq, teatr 

sənətinə  dərin marağı onun boyatdığı mühitin zəngin təsirindən 

yaranmışdır. 

Əliyevlər ailəsinin  ən böyük övladı  Həsən gənclik çağlarından 

təbiət vurğunu idi, saatlarla ətrafdakı  səfalı yerləri gəzib-dolanardı. 

Onu «Vurğun səyyah» da adlandırmaq olardı. Lakin böyük qardaşın 

romantik duyğularla dolu olan qəlbi daha çox elmin ciddi ilham 

pərisilə hesablaşırdı. O, sonralar Kənd Təsərrüfatı Akademiyasını 

bitirmiş, alim olmuş, partiya işçisi - MK-nın kənd təsərrüfatı üzrə 

katibi kimi fəahyyət göstərmişdi. Azərbaycanda onu bu gün də böyük 

ehtiramla yad edirlər. 

Əliyevlər ailəsində «humanitarlar» və «texnikapərəstlər» tən 

yarıya bölündülər. Hüseyn kiçik yaşlarından karandaşla, fırça, 

boyalarla  şəkil çəkməyi sevirdi. Uşaqlıq arzusu onu İ.Repin adına 

Leninqrad Rəssamlıq Akademiyasına gətirib çıxartdı. Ömrünün 

sonunadək molbertdən ayrılmadı. Surə jurnalistikanı, Aqil 

iqtisadiyyatı seçdi və elm aləmində  də, işgüzar dairələrdə  də nüfuz 

qazandı. Cəlal məşhur bioloq, Azərbaycan Milli Elmlər 

Akademiyasının akademikidir. O, yeni buğda növləri icad etmiş, 

Şəfiqə və Rəfiqə pedaqoq olmuşlar. 

Heydər qardaşı  Hüseyn  kimi  incəsənətlə  məşğul olmaq 

arzusundaydı. Yaşıdlarının xatırladıqlarına görə, yaxşı  şəkillər çəkər, 

məktəb tamaşalarını tərtib edər, teatrı sevərdi. 

Heydərin və qardaşlarının aləmində doğma Naxçıvan açıq səma 

altında böyük bir muzey idi. Uşaqlıq marağı onları  qədim və 

müənınalı mağaralara, qoynunda ötən yüzilliklərdən miras qalmış 

qırıntılar tapılan dərə-təpələrə çəkib aparardı. Paslı nizənin iti başlığı 

ana yurdu yadellilərdən qorumuş  mərd  ərənlərdən xəbər verirdi. 

Haradasa uzaqlarda, əsrlərin qaranlıq dərinliklərində Azərbaycanın 

elmə  məlum olan ən qədim adı Midiya-Atropatena gizli qalmışdı.  

Sonralar texnikumda tarix mü- 

20 

  


 

21

əllimi gələcək pedaqoqlara bu adın necə dəyişdiyini açıqlayırdı: 



- Qədim farslar «Ader-badaqan» ifadəsi işlədirdilər,  ərəblər 

«Adərbaycan» və «Azərbaycan» deyirdilər, yəni «Odlar yurdu». 

Ancaq bunu Azərbaycan uşaqları müəllimsiz də bilirdilər, ona görə 

ki, bu od hər evdə var idi: neft ocaqda yanırdı. Quruyub qatılaşmış 

neftlə - qırla evlərin damını qırlayırdılar. Ağ neftlə lampaları doldurur 

və bu lampalar qaranlıqda nur saçırdı. Onların  şüşələrini isə göz 

bəbəyi kimi qoruyurdular. 

Neft lampasının tutqun işığı yarı qaranlıqda öz işləri ilə  məşğul 

olan uşaqların fiqurlanın canlandırırdı.  Şəfiqə  gəlinciyi ilə oynayır, 

Hüseyn və Heydər  şəkil çəkirdilər. Böyük qardaş  ən çox mənzərə 

şəkli çəkməyə  həvəsliydi, kətan üzərində mavi torana bürünmüş 

dağları  çəkməyi xoşlayardı. Heydəri isə  xəyalı uzaq əsrlərə, cəsur 

igidlərin yadellilərə sinə gərdiyi əsrlərə apanrdı. 

Əlində karandaş  işlədikcə gözləri önündə  qəhrəmanlarm surətləri 

canlanır: oğluna «qırx il qul kimi ömür sürməkdənsə, bir gün azad 

yaşamaq yaxşıdır», - deyən IX əsrin azadlıq savaşının öndəri Babək; 

XVÜ yüzilliyin əvvəllərində cahangirlərə meydan oxuyan, üsyan edən 

qoç Koroğlu, «Şahnamə»nin  əfsanəvi personajları - bahadır Rüstəm 

Zal, comərd Səyavuş... 

Bir zamanlar Rusiya ordusunda canla-başla xidmət etmiş 

sərkərdələrin, Naxçıvan xanlarının adları xalqın yaddaşında yaxşı 

qalmışdı, hərçənd ki, bu barədə yeni hökumətin mətbuatı yazmırdı. Bu 

adamlar barədə danışmamaq daha məqsədə-uyğun sayılırdı. Amma 

hər bir ailədə naxçıvanlı Kəlbəli xanı, onun oğulları Ehsan xanı, Şıxəli 

bəyi, nəvələri  İsmayıl xanı, babasının adını daşıyan Kəlbəli xanı  və 

nəticəsi - cəsurluğuna görə yeddi ordenlə mükafatlandırılmış Hüseyn 

xanı böyük hörmət və ehtiramla xatırlayırdılar. Naxçıvan xanlarının 

nəslindən beş  nəfər Rusiya ordusunun generalı rütbəsinə yüksəlmiş, 

Georgi nişanı ilə təltif edilmişdi. General-yavər, kavaleriya qvardiyası 

korpusunun komandiri Hüseyn xan Naxçıvanski 1917-ci il Rusiya 

inqilabından sonra Kerenski hökumətinə  sədaqət andı içməkdən 

imtina etmiş və Petroqradda istefaya çıxmışdı. 1919-cu ilin fevralında 

isə yeni sovet hökuməti onu və onun kimi bir çox professional 

hərbçiləri güllələyir. Bu acı xə- 

 


 

22

bər cəbhə meydanlarını yarıb Naxçıvana yetişəndə  Əlirza  Əliyev 



köksünü ötürüb kədərlə demişdi: «Allah rəhmət eləsin». 

...Məktəb dram dərnəyində Heydər  ən çox sevdiyi qəhrəmanların 

rollarını ifa edərdi. Məktəblilər, tələbələr milli və dünya 

klassiklərindən - Mənınədquluzadənin,  Şekspirin, Qriboyedovun 

əsərlərini tamaşaya qoyardılar. Telman adına klubda kino 

göstərirdilər. «Ən vacib incəsənət növü» hələ lal olsa da, uşaqlar 

xoşladığı  fılmlərə dönə-dönə baxardılar. Sonra da Naxçıvanda geniş 

yayılmış «sanka»larda qovhaqovla şütüməyə başlayardılar. Heydərin, 

Aqilin, Cəlalın da belə diyircəkli «maşın»lan vardı. 

Heydər Əliyevin mənsub olduğu nəsil tarixi sarsıntılar dönəmində 

həyata qədəm qoymuşdu. Çar imperiyası yenicə tarmar olmuşdu. 

Onun ardınca, özünü tanıtmağa macal tapmamış Azərbaycan 

Demokratik Respublikası dağılmışdı. Az sonra Azərbaycan Sovet 

Sosialist Respublikasına çevrilərək Zaqafqaziya Federasiyası 

tərkibində (Azərbaycan, Ermənistan, Gürcüstan daxil olmaqla) 

Ukrayna, Belorusiya, Rusiya ilə  bərabər yeni dövlət - Sovet İttifaqı 

yarandı. Bu birliyi ağ günlərə inam bəsləyən və bütün dünyanı 

bəxtəvər etmək fikrinə düşən xəyalpərvər banilər qurmuşdular. 

- Görəsən, niyə  bəzi görüşlər ömürlük yaddaşlara hopur, 

bəziləri isə əriyib suya dönən yaz qan kimi silinib gedir? 

- Baxır, hansı görüşlər, - deyə müdrik Dövlət Heydəroviç 

cavab verir (onu Böyük Vətən müharibəsinin veteranları, rus cəbhə 

dostları belə adlandırırdılar). Azərbaycanın əməkdar müəllimi Dövlət 

Heydər oğlu Mənınədov bütün ömrünü uşaqlara həsr etmişdir. Onun 

ömründə yalnız bir böyük «tənəffüs» - dörd illik Böyük Vətən 

müharibəsi dövrü olmuşdur ki, o müharibədən üç yüz min 

azərbaycanlı soydaşı geri qayıtmamışdı. 

1936-cı ilin bürkülü avqust ayında atasının onu dostu 

Zeynalabdingilə, qonşu Göydərə  kəndinə yollaması Dövlətin indi də 

yadındadır. Cəhənnəm istisindən küçədə ins-cins gözə  dəymirdi. O, 

yüyürərək özünü tələm-tələsik doqqazdan həyətə saldı. Orada 

Naxçıvandan gəlmiş yaraşıqlı bir gənc qonaq da var idi. 

- Heydər, - deyə cavan onunla əl tutur. Ev yiyəsi əlavə edir: 

- Bu 


mənim Naxçıvanda olan qardaşım Əlirzanın oğludur. 

 


 

23

Beləcə, onlar tanış olurlar. Tezliklə  də  həmin avqust ayında 



Naxçıvan Pedaqoji Texnikumuna daxil olan zaman dostlaşırlar. 

Az sonra o uzaq illəri yaxşı xatırlayan bir başqa adamla da 

görüşmək bizə  nəsib oldu. Bu, qocaman müəllim Lətif Hüseynzadə 

idi. O, Heydərə, Dövlətə, onlann yaşıdlarma ana dilindən dərs 

demişdi. 

Onun Bakının adi, liftsiz, poçt qutuları yaman kökdə olan, giriş 

yolu səliqəyə salınmamış beşmərtəbəli binadakı  mənzilinin zəngini 

vurduğumuz dəqiqəyədək bu görüşün baş tutacağına inanmırdıq. 

Lakin qapının arxasında səliqə-sahmanlı artırma, iş otağında isə 

tavanadək qalaqlanmış azərbaycanca, rusca, farsca, türkcə kitablar və 

kompyuter gördük. Həmsöhbətimizin sərrast yaddaşı varmış, hərçənd 

arabir yaxşı eşitmirdi və bu zaman onun oğlu professor Rüfət dadına 

çatırdı. 

Öz müəlliminin yüz yaşı tamam olanda, yəni, 2003-cü ildə, 

Heydər  Əliyev ölkənin  ən qocaman pedaqoqu, tanınmış 

ədəbiyyatşünas alim Lətif müəllimə  səmimi təbrik məktubu 

göndərmiş  və müəllimlərdən birinci olaraq onu «lstiqlal» ordeni ilə 

mükafatlandırmışdı. 

- Heydərin o vaxt on üç yaşı vardı, pedtexnikuma isə on dörd 

yaşdan qəbul edirdilər. Onu atası  gətirmişdi. Dedi, oğlum müəllim 

olmağı arzulayır. Mən o zaman tədris hissəsinin müdiri işləyirdim. 

«Yaxşı, gəl bir söhbətləşək»,- deyə uşağa üz tutdum. 

Heydər inamla bütün suallara cavab verir və «zavuç» onu 

texnikumun direktoru Kazım Talıblının yAmma aparır. «Bu oğlan 

Azərbaycan  ədəbiyyatını, tarixi yaxşı bilir, mütaliəni sevir, nitq 

qabiliyyəti var. Zənnimcə, ondan yaxşı müəllim olacaq», - deyir. 

Direktor riyaziyyatdan da mükalimə aparmağı  təklif edir. Riyaziyyat 

müəllimi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin 

məzunu Tofiq Bəktaşi də (Naxçıvandan sonra Bakıda nəzəri 

mexanikadan dərs deyib) abituriyentdən razı qalır. 

- Heydər elə ilk günlərdən ən yaxşı tələbələrimizdən oldu, 

- Lətif müəllim sözünə davam edir. - Hətta yuxarı kursların ötkəm 

tələbələri də ona böyük hörmət bəsləyir, üzünə  də, arxada da, 

gələcəyini bilirmiş kimi, ona «general» deyirdilər. 

 


 

24

Dərslərarası fasilələrdə  tələbələr texnikumun həyətinə axışırdılar. 



Qızlar kənara çəkilib sakitcə  pıçıldaşır, oğlanlar isə  dərhal dəstələrə 

bölünüb oynayırdılar. «Mən kiminləyəm, mən kiminləyəm», - səsləri 

eşidilirdi. 

-Yalnız Heydər soruşurdu: «Kim mənimlədir?» - bunu qocaman 

müəllimə Zərqələm Əliyeva xatırlayır. Maraqlı müşahidədir. Özü də o 

bu detah hafizəsində qoruyub saxlayıb. Bir çox məzunlar xatırlayır ki, 

o zaman texnikumda yaxşı kabinetlər, laboratoriyalar, hərbi-idman 

kompleksi, kino qurğusu vardı. Tələbələr bütün asudə vaxtlarını 

idmana sərf edirdilər - tullanma, qaçış, tumik, voleybol, tir. Uşaqlar 

sıra qarşısında «Voroşilov atıcısı» nişanı alanda əməlli-başlı 

qürurlanır, sevinirdilər. 

Heydər  Əliyev ömründə ilk mükafatı  hələ o zaman almışdı. O, 

hərbi təlimlə də, idmanla da, Şamil Qazıyevin dərnəyində rəssamlıqla 

da məşğul olmağa vaxt tapırdı. Gənc rəssamların  əsərləri  şəhər 

sərgilərində göstərilirdi. 

Ordu mövzusu ən geniş yayılmış mövzulardan biri idi. «Biz 

hamımız o zaman böyük vətənimiz SSRİ-ni müdafiə etməyə 

hazırlaşırdıq, - deyə Dövlət Mənınədov xatırlayır. - Bizim 

rəsmlərimizdə  qırmızı ulduzlu təyyarələr  şığıyır, sovet tankları 

hücuma keçirdi... I937-ci ildə isə bütün ölkə böyük ruh yüksəkliyi ilə 

Aleksandr Sergeyeviç Puşkini yad edirdi. Onun faciəvi ölümündən 

yüz il keçirdi. Biz onun şeirlərini  əzbərləyirdik və  fəxr edirdik ki, 

Naxçıvanda hələ XIX əsrin sonlarında, Rusiyanın bir çox 

şəhərlərindən  əvvəl Puşkin küçəsi salınmışdı. Texnikumda Puşkinin 

əsərlərinə çəkilən illüstrasiyaların müsabiqəsi keçirilirdi. Biz, Heydər 

və onun böyük qardaşı Həsənlə Puşkinin «Yevgeni Onegin», «Ruslan 

və Lyudmila», «Kapitan qızı»  əsərlərinə illüstrasiyalar çəkmişdik. 

Təəssüflər olsun ki, o şəkillər itib-batıb, indiyəcən qalmayıb. Yaxşı 

yadımdadır, həmin müsabiqədə birinci yer Heydər Əliyevə, ikinci və 

üçüncü yerlər isə mənimlə Həsənə verildi». 

Öz tələbə yoldaşlarının arasında Heydər  Əliyev Lev Nikolayeviç 

Tolstoyun «Hərb və sülh» romanını orijinaldan oxuyan ilk tələbə 

olmuşdu. Bunu ona rus dili müəllimi Həsən bəy Qazıyev məsləhət 

görmüşdü. Sonra Heydər bu böyük yazıçının portretini də  çəkmişdi. 

Dövlət bu kitabın Azərbaycan dilində  tərcüməsini oxuyurdu, Amma 

bir bazar günü kitabı yarımçıq 

  


 

25

qoyub Heydərlə birgə  şəhərətrafı  kəndlərindəki qohumlarına baş 



çəkməyə hazırlaşırdı. Yolda hər hansı bir minik vasitəsinə rast 

gəlməyə ümid etməyən yeniyetmələr piyada getməyi 

qərarlaşdırmışdılar, onun üçün də səhər tezdən yola çıxmışdılar. 

Yol boyu söhbət edirdilər, daha nələrdən danışmırdılar. Təzəcə 

oxuduqları kitablardakı və baxdıqları fılmlərdəki qəhrəmanlardan, ilk 

sevgilərindən, kim kimin daha çox xoşuna gəldiyindən. 

- Firuzə  səndən gözünü çəkmir, - deyə Dövlət dostunu 

cırnadırdı. 

- Zərqələm də  səndən, - Heydər də dostundan geri qalmırdı, 

sancırdı onu. Ürəyi soyumayıb tez əlavə edir: - Mən onun adını 

Qələmzər qoymuşam. 

Dağ  kəndində böyüyən Zərqələm gələcəkdə müəllimə olub 

uşaqlara dərs demək arzusunda idi. Amma bununçün gərək  əvvəlcə 

valideynlərini yola gətirəydi. Çünki onların fıkrincə, qız uşağına, 

ümumiyyətlə, təhsil gərək deyildi. Nənələrinin bildiklərini öyrənsələr, 

kifayət edər. Lakin Nurs kəndində camaatın dünyagörüşü artıq yavaş-

yavaş  dəyişməkdəydi və  qızcığaz valideynlərini razı sala bildi. O, 

texnikuma Dövlət və Heydərlə eyni vaxtda daxil oldu. Elə  həmin 

vaxtlarda da onun Naxçıvanda yaşayan  əmisi onların evində qalan 

Zərqələmi Həsən Əliyevlə tanış etmişdi. Əliyevlər bu kənd sakinlərinə 

o qədər xoş təsir bağışlamışdılar ki, Zərqələmin əmisi Heydərdən qıza 

öz bacısı kimi nəzarət etməyi xahiş etmişdi. 

Heydər bu xahişi tam ciddiyyətlə yerinə yetirirdi. Kənd qızları hər 

vasitə ilə özlərini  şəhər qızlarına bənzətməyə çalışırdılar.  Şəhər 

qızlarının arasında isə  həmin  ərəfələrdə  qısa saç kəsdirmək dəb idi. 

Heydərin qrup yoldaşları bir-bir hörüklərini kəsdirib yataqxanaya 

qayıdırdılar. Heydər isə  Zərqələmdən xahiş etmişdi ki, çox da dəb 

dalınca qaçmasın. Zərqələm isə Heydəri sınamaq qərarına gəlmişdi: 

-Bilirsən Heydər, - ciddi görkəmlə ona belə demişdi, - mən 

başqalarından seçilmək istəmirəm. Kimdən əskiyəm ki, mən də saçımı 

qısa kəsdirəcəm. 

Heydər zarafatı qəbul etməmişdi: 

-Məndən xahiş ediblər ki, sənə  nəzarət edim. Deməli, mənim 

icazəm olmadan sən bunu edə bilməzsən. 

 


 

26

Bu sözlərdən sonra Zərqələm zarafat etdiyini etiraf etmişdi və 



zarafatının yersiz olduğunu da başa düşmüşdü. 

Uşaqlar yolda bu epizodu da xatırladılar.  Şəhərin son həyətləri 

artıq arxada qalmışdı. Yol yavaş-yavaş dağa qalxmağa başladı. İrəlidə 

qayaların arasında qədimdən bəri müqəddəs yer sayılan «Əshabi-

kəhf» ucalırdı. Orada əsrlərdən bəri şəfalı suyu olan bulaq qayrıayır. 

Yüzilliklər boyu insanlar buraya gəlib öz diləklərinin yerinə 

yetirilməsi üçün Allaha dua etmiş, qurbanlar kəsmişlər. 

Heydərlə Dövlət dincəlmək üçün bulağın başında əyləşdilər. Onlar 

üçün dünyada soyuq bulaq suyu ilə İzzət xanımın bişirdiyi fətirlərdən 

dadlı sanki heç nə yox idi. Dövlət uşaqlıqda anasını itirdiyindən İzzət 

xanım onun da qayğısına qalmağı özünə borc bilirdi. 

Bu qədim qayaların dibi yayda da sərin olurdu. Çox həssas və 

güclü təəssüratlı yeniyetmə olan Heydər bir gün əvvəl oxuyub 

tamamladığı romandan: uzaq keçmişdə baş vermiş müharibədən, 

1812-ci ildə yandırılan Moskvadan, yalnız kinoda gördüyü Kremldən 

həvəslə dostuna danışırdı... 

O vaxt kimin ağlına gələrdi ki, bu yeniyetmələrin birinin yolu 

məhz Kremlə gedib çıxacaq. Deyəsən, təkcə uzaqgörən Lətif müəllim 

bu gənci həmkarlarından əvvəl qiymətləndirə bilmişdi: 

- Bu cavan oğlan böyük adam olacaq, - o, pedaqoq həmkarlarına 

bu sözü çox demişdi. 

Ucqar bir diyar böyük məmləkətin qayğılarıyla yaşayırdı. 

Naxçıvan respublikasında, Culfada dağ-metallurgiya kombinatı 

tikilirdi. Cavan uşaqlar onu Sovet ölkəsi üçün Dneprohes, Maqnitka, 

«Uralmaş» qədər önəmli sayırdılar. Respublika pambıqçılarının, Bakı 

neftçilərinin uğurlarına fərəhlənirdilər. Səbirsizliklə Naxçıvana işıq 

çəkilməsini gözləyirdilər; o zaman onların  şəhərində  hələ elektrik 

lampaları yox idi, vur-tut on telefon vardı. 

Telman adına klubda isə tamaşaçılar  İbrahim və  Zəroş 

Həmzəyevləri — respublikanın gələcək xalq artistlərini — hərarətlə 

alqışlayırdılar. Kino qurğusunun mühərriki sanki üfüqləri genişləndirir 

və onların gözü qarşısında Bakı, Moskva, Leninqrad, hətta ünyetməz 

Komsomolsk-na-Amure 

şəhəri canlanırdı...Texnikuma tez-tez 

sərhədçilər — ruslar, azərbaycanlı- 

 


 

27

lar, Ukraynalılar, ermənilər görüşə  gəlirdilər. Uşaqlar onlara həsəd 



aparır, başlarına yığışır, hamılıqla zastavaya yola salırdılar. Məhz o 

zamanlar Heydərin qəlbində  sərhədçilərə qarşı xüsusi ehtiram 

oyanmış  və ömrü boyu da qalmışdı. Sovet Sosialist Respublikaları 

İttifaqının Dövlət sərhədi lap yaxından keçirdi. Necə deyərlər,  əl 

uzatsan çatardı. 

O zaman Arazı aşan körpülər o tayla bu tayı qovuşdurmur, əksinə 

ayırırdı. Amma bu dərdi o tayda da, bu tayda da sonralar dərindən 

düşünməyə başladılar. Bunun üçün dünyamn özü dəyişməli idi. Daha 

doğrusu, insanlar dünyanı dəyişməli idi. 

Onilliklər ötüb-keçəcək, dövran dəyişəcək və Heydər  Əliyev 

başılovlu «tarix təzələyənlərin» köpünü yatızdıracaq: «Yaşanmış 

illərin üzərindən xətt çəkmək olmaz. Çünki onlar yaxşıdımı, 

yamandımı tarixdir, tarixi isə qaralamağa heç kimin haqqı yoxdur». 

Bu onun həm opponentlərinə cavabı, həm də müdrik ağsaqqal öyüdü 

idi. Onun və  mənsub olduğu nəslin öz gəncliyini — tələbəlik, 

komsomol və  əsgərlik çağlannı danmağa, xəcalət çəkməyə heç bir 

əsası yox idi. 

I939-cü ildə  fərqlənmə ilə pedaqoji məktəbi (texnikum indi belə 

adlandırılır) bitirdi. Diplomda yazılırdı: «Vətəndaş  Əliyev Heydər 

Əlirza oğlu 1938/39 ilin tədris planının bütün tələblərini yerinə 

yetirdiyi üçün ibtidai məktəbdə — I-IV siniflərdə  dərs aparmaq 

hüququna malikdir». Sənəd iki dildə — azərbaycanca və rusca 

yazılmış  və hazırda Naxçıvanda Heydər  Əliyev muzeyində qayğı ilə 

saxlanıhr. 

Muzeyin stendində  tələbə  və müəllimlərin birgə fotoşəkli də var. 

Yuxarı başda,  əlbəttə ki, Leninlə Stalinin profilləri, sonra ənənəvi 

dəyirmi haşiyələrdə müəllimləri görürük. 

İmanov, Hüseynov, Zamanov, Abbasov, İsrafilov, Bəktaşi, 

İskəndər (Böyük Vətən müharibəsində  həlak olmuşdur), Axundov, 

Qriqoryev, Mkrtçyan, Qazıyev... Sadəcə müəllimlərin soyadlarına 

nəzər salanda görürük ki, uşaqlara müxtəlif millətlərdən olan insanlar 

dərs demişlər; təbü ki, onların sırasında azərbaycanlılar daha çox 

olmuşdur. 

«Şərq qapısı» adlı respublika qəzeti  əlaçı  məzunların — Heydər 

Əliyevin və Firuzə Rzayevanın  şəkillərini dərc etmişdi. Həmin gün 

onlar Naxçıvanın  ən gözəl küçəsi olan Puşkin küçəsiylə xeyli 

gəzmişdilər. Küçənin hər iki tərəfiylə  kəhrizlər  şırıldayır, bu 

kəhrizlərin üstünə isə salxım söyüdlər salla- 

 

  


 

28

  



 

 

29


 

30

nırdı. Qayğıkeş naxçıvanlılar bu ağacları Puşkin söyüdləri 



adlandırırdı. 

Firuzə onların şəkilləri dərc olunmuş qəzetin üç nüsxəsini aldı. 

- Bu 

qədər qəzeti neynirsən? - deyə Heydər təəccübləndi. 



- Mən öz albomuma sənin üç şəklini yapışdıracam, - qız 

gülümsünüb ona belə cavab verdi. 

Artıq solub-saralmış həmin üç şəkil kənd müəlliməsi Firuzə xanım 

bütün ömrü boyu tərtib etdiyi xronikanın başlanğıcını qoymuş oldu. 

İllər, onilliklər ötdü. Heydər  Əliyev Naxçıvana döndü. Moskva 

intriqalarından sonra bir az özünə  gələn Heydər  Əliyev muxtar 

respublikaların rayonlarını gəzməyə başladı. Şahbuz rayonunun Külüs 

kəndində ali qonağı qarşılamaq üçün böyükdən-kiçiyə, bütün kənd 

əhli yola çıxmışdı. Kənd rəhbərlərinin müşayiəti ilə Heydər Əliyevin 

getdiyi yolun kənarmda Firuzə Rzayevanın yaylığı da yellənirdi. 

Heydər Əliyev ona yaxınlaşıb soruşdu: 

- Sən Firuzə deyilsən? 

- Firuzəyəm, - deyə qadın sevindi. 

Texnikumdan sonra onlar cəmisi bircə  dəfə,  əlli üçüncü ildə 

görüşmüşdülər. Bir də indi. Həmyerliləri onlan əhatəyə aldılar. 

- Biz 


hələ texnikumda dostlaşmışdıq,- deyə Heydər  Əliyev 

mehribanlıqla onun əlini sıxdı, - uşaqlıq, yeniyetməlik dostuyuq. 

Yeniyetməlik dostlan xüsusən əziz olurlar. 

Firuzə xanım yenə  də müəllimlərinin Heydər barədə dediklərini 

xatırladı. 

Heydər Əliyev isə belə cavab verdi: 

Əsas məsələ yüksək vəzifələr tutmaq deyil. Əsas məsələ xalq 



tərəfmdən sevilməkdir... 

Lakin kənd yolunun kənarındakı bu görüşə hələ çox qalıb. Hələlik 

isə  şanlı  və  ağrılı-acılıh otuzuncu illər başa çatırdı. Zə-bəçi tikintilər 

və gecə tuthatutları... Qəzet səhifələrindən yox olan Hüseyn Cavid 

misraları...  İndi səhifələri başdan-başa çığır-bağırlı mitinqlərin 

xəbərləri doldururdu: «SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 

trotskist yaramazların faşist bandasına verdiyi hökmü Bakı 

zəhmətkeşləri yekdilliklə alqışlayırlar. Nümayişçilər başları üzərində 

yoldaş Stalinin və onun 

 


 

31

ən yaxın silahdaşlarının minlərlə portretlərini, bayraqlar, 



transparantlar apanrlar. Alçaq köpəklərin faşist sahiblərilə bir yerdə 

çəkilmiş karikaturalarından maskalanmış quldur Trotskinin və digər 

məhkum olunanların iyrənc sifətləri boylanır» («Molodoy raboçi» 

qəzeti, Azərbaycan LKGİ MK və Bakı  Şəhər Komitəsinin orqanı. 

1937, 2fevral). 

Səməd Vurğun «Komsomol poeması»nın ilk fəsillərini yazır, 

ideoloji qəlblərə görə «düşmən sinfı»nin nümayəndəsi sayılan Gəray 

bəyin cəzbedici surətini yaradır. Bundan yalnız neçə illər sonra 

Zamyatinin «Biz», Platonovun «Çala» və «Çevenqur» romanları 

oxuculara yol aça biləcəkdir. Təbü ki, hekayətimizin qəhrəmanı 

düşüncələrin total rəndələnməsinin bütün incəliklərini o zaman dərk 

edə bilməzdi. Lakin gənc Heydər  Əliyev milli musiqi aləti — tara 

qarşı yönəldilmiş kampaniyadan (Rusiyada hətta skripkaya qarşı da 

hücuma keçmişdilər) bixəbər də qala bilməzdi; o, Müşfıqin «Oxu tar» 

şeirini ilhamla oxumuşdu. Qara gələn «otuz yeddi» şairin tarını da 

daşlara çırpdı. 

Onilliklər ötəndən sonra Azərbaycan KP MK-nın birinci katibi 

Heydər  Əliyev Bəxtiyar Vahabzadənin, yasaqlara rəğmən 

Azərbaycanın parçalanmasından söz açan «Gülüstan» poemasının 

müdafiə edəcək. 

Elə  həmin illərdə  də  Xəlil Rza özünün hiddətli misralarını 

yazacaq: 



İstəmirəm azadlığı 

 

 

zərrə-zərrə,  qram-qram, 

İstəyirəm qolumdakı, 

 

 

zəncirləri qıram, qıram! 

 

Azərbaycan müstəqil respublika olanda, Prezident Heydər  Əliyev 



ölkənin  ən yüksək ödüllərindən birini məhz Bəxtiyar Vahabzadəyə, 

Xəlil Rza Ulutürkə, kövrək istedad sahibi Mənınəd Araza verdi. 

Amma hələ ki, otuzuncu illərdi. Heydər  Əliyev  əla qiymətlərlə 

pedaqoji məktəbi bitirmiş, tərifnamə, məktəb müəllimi diplomu 

almışdı. Lakin məktəbdə işləmək ona nəsib olmadı... 

Dövlət Mənınədovu  əsgərliyə çağırdılar. O, Culfa rayonunun 

Bananiyar kəndindəki  səkkizillik məktəbə  qayıdanda, 

 


 

32

artıq ordudan tərxis olunmuşdu, sinəsində döyüş orden-medalları 



cigildəyirdi. Bu məktəbə Heydər  Əliyev kiçik qardaşı  Cəlal 

müəllimlik edirdi. 

       Heydərin isə öz cəbhəsi vardı. Bu cəbhə barədə  hələlik susmaq 

məsləhət idi. 



 

33

 



 

1   2   3   4   5   6   7   8   9   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə