GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə20/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   39

19 iyul 1991-ci il, Moskva 

 

Kommunist Heydər  Əliyevin  İttifaq Nazirlər Sovetinin partiya 



təşkilatına Sov. İKP-dən çıxmağı haqqında göndərdiyi  ərizəsinin 

altında bu tarix göstərilmişdir. Burada ona qarşı yönələn dönüklüyün, 

satqınlığın acı-ağrısı, xalqın dərdi, bütövlükdə 

 

  



 

  


 

301


böyük ölkənin faciəsi duyulur. Tarix nəhəng məmləkətin son günlərini 

saysa da, sükanı idarə edənlərin gözü kor idi. 

Heydər  Əliyev  ərizəsini 1982-ci ildən, Moskvaya işə keçdiyi 

vaxtdan qeydiyyatında olduğu partiya təşkilatına ünvanlamışdı. 

“Sizin nəzərinizə çatdırıram ki, Sov. İKP-dən çıxmaq qərarına 

gəlmişəm. Bəri başdan xəbərdar etmək istəyirəm ki, bu sadəcə 

“moda”ya uymaq deyil, mənim son illər  ərzində keçirdiyim 

peşmançılıqların və  dəyərlərin yenidən qiymətləndirilməsi üzrə  ağır 

yolun yekunudur. 

Məni bu addımı almağa vadar edən əsas səbəblər aşağıdakılardan 

ibarətdir: 

Birinci. Sov.İKP-dən çıxmaq fikri məndə  hələ 1990-cı ilin 20 

yanvarında, mərkəzin siyasi rəhbərliyi və Azorbaycan KP MK 

tərəfındən Azərbaycan xalqına qarşı yönəldilmiş hərbi təcavüzlə bağlı 

yaranmışdır. Yanvar hadisələri nəticəsində aralarında qocalar, 

qadınlar, uşaqlar olan yüzlərlə günahsız dinc sakin həlak olmuş  və 

yaralanmışdır. 

Öz çıxışlarımda bu antihumanist, antikonstitusion, hüquqa zidd 

aktı pisləyərək, mən Sov. İKP MK, Azərbaycan KP MK tərəfindən bu 

cinayətin açılmasına, günahkarların üzə  çıxarılmasına ümid edirdim. 

Çətinliklə özümü saxlayaraq, səbrlə gözlədim. Bu çıxışlara cavab 

olaraq tezliklə öndə “Pravda” qəzeti olmaqla partiya mətbuat 

orqanlarının mənə qarşı kütləvi basqıları  təşkil olundu. Mənə qarşı 

uydurulmuş faktlar yayan həmin kütləvi informasiya orqanlarında 

əsaslandırılmış  təkziblərlə  çıxış etmək cəhdlərim  əbəs idi. 

Yenidənqurmanın əsas nailiyyəti kimi elan edilən aşkarlıq praktikada 

birtərəfli oldu. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin xalq deputatlarının, 

vətəndaşların müxtəlif qruplarının, ziyalıların görkəmli 

nümayəndələrinin, yanvar faciəsinin günahkarlarının 

müəyyənləşdirilməsi və  cəzalandırılması haqqında dəfələrlə 

müraciətləri Azərbaycanın kommunist rəhbərliyi tərəfindən inadla 

rədd edilir. 

İl yarım keçmişdir. Günahkarlan çoxdan məlum olan bu dəhşətli 

cinayətin açılması üçün nəinki heç nə edilməmiş,  əksinə bu faciəni 

unutdurmağa zamanın kömək edəcəyini düşünərək, onun ört-basdır 

edilməsi üçün bütün lazımi tədbir- 

 

  

lər görülür. Lakin tarix bizə  dəfələrlə sübul etmişdir ki, illər də, 



onilliklər də heç kimi xalqına qarşı törədilmiş qanlı cinayətləri 

 

302


unutmağa və bağışlamağa məcbur edə bilməz. 

İkinci. Erməni millətçilərinin, Sov. İKP MK-nın himayədarlığı və 

səyilə Azərbaycanın Dağlıq Qarabağ vilayətində yaradılmış  kəskin 

münaqişəli vəziyyət mərkəzin ikiüzlü siyasəti nəticəsində artıq üç 

ildən çoxdur ki, davam edir. Vilayət,  əslində Azərbaycanın dövlət 

idarəçiliyindən çıxmışdır. 

Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü, Konstitusiyaya 

rəğmən kobudcasına pozulmuşdur. Ermənistan və Azərbaycan 

arasında elan olunmamış müharibə gedir, demək olar, hər gün bu və 

digər tərəfdən insanlar həlak olur. Və bütün bunlar “humanist” 

ideologiyalı sovet dövlətinin hüdudlarında baş verir. 

Əminəm ki, partiya rəhbərliyinin istəyi olsaydı, lıələ 1987-88-ci 

illərdə qondarma Dağlıq Qarabağ  məsələsilə bağlı yaranmış 

millətlərarası münaqişənin lap başlanğıcında qarşısı alına bilər, həm 

Azərbaycan, həm erməni xalqına ağırdan-ağır bəlalar və müsibətlər 

gəlirmiş get-gedə güclənən qarşıdurmaya, qan tökülməsinə yol 

verilməzdi. Deməli, siyasi mərkəzə bu münaqişə lazım imiş. 



Üçüncü. Bütün cəmiyyətin demokratikləşməsi, siyasi azadlıqların 

və plüralizmin elan edilməsi dövründə, respublikanın  ərazi 

bütövlüyünün qorunması naminə 1988-ci ildə Azərbaycanda baş 

qaldırmış geniş demokratik hərəkat Sov. İKP MK rəhbərliyi altında 

Azərbaycan KP MK tərəfindən inadla sıxışdırılır. Bu illər ərzində nə 

qədər adam siyasi motivlərə görə həbs olunub. 

İl yarımdır ki, Azərbaycanın iki milyonluq paytaxlı heç bir əsas 

olmadan fövqəladə  vəziyyət rejimində yaşayır. Məhz belə  şəraitdə 

respublika Ali Sovetinə “demokratik” adlanan seçkilər və  İltifaqın 

saxlanılması lehinə müsbət nəticəsi  əvvəlcədən bilinən referendum 

keçirilmişdir. Fövqəladə vəziyyət rejimində hansısa demokratiyaya və 

xalqın iradəsinin azad ifadə edilməsinə ümid bəsləmək 

sadəlövhlükdür. 

Demokralik toşkilatlar seçicilərin mütləq 

əksəriyyətinin 

referenduma qatılmaması, onun nəticələrinin saxtalaşdırıldığı 

haqqında dəfələrlə  məsələ qaldırmışdılar. Lakin Azərbaycanın  

kommunist rəhbərliyi, hətta bu müraciətlərə baxılmasını da mümkün 

saymadı. 

Mən mərkəzin sırıdığı yeni İttifaq müqaviləsinə qarşı çıxmışam və 

çıxıram. Bir suveren dövlətin tərkibində birləşən bir neçə dövlətin 

suverenliyi, bu anlayışdan irəli gələn bütün azadlıqları, səlahiyyətləri 

ilə funksiyaları ola bilməz. 

 

 



 

303


Bütün müttəfiq respublikalara milli-dövlət dirçəlişi naminə həqiqi 

siyasi, iqtisadi azadlıq və müstəqillik verilməlidir. Bu heç də 

respublikaların iqtisadi inteqrasiyasına və  ənənəvi  əlaqələrinə mane 

olmur,  əksinə, onların təkmilləşdirilməsinə  və ikitərəfli və çoxtərəfli 

əsaslarla inkişafma xidmət edəcəkdir. 

Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının xalq deputatı 

olaraq mən öz çıxışlarımda bütün bu məsələləri dəfələrlə qaldırmışam, 

xalqın qarşısında nüfuzunu tam itirmiş Azərbaycan Kommunist 

partiyasına hakimiyyət monopoliyasından  əl çəkməyi, bütün siyasi 

qüvvələrin azad və  bərabərhüquqlu fəaliyyəti üçün şəraiti təmin 

etməyi, demokratik cəmiyyətin yetişməsinə, siyasi plüralizmə  və 

aykarlığa tam ölçüdə şərait yaratmağı təklif etmişəm. 

Lakin bütün bu çıxışlar və  mənim təkliflərim Azərbaycan 

kommunist rəhbərliyi tərəfindən nəinki baxılmır, ünvanı mayeni 

hazırlanmış  və  təşkil olunmuş  lıücumlar  şəklində cavab reaksiyası 

doğurur. Mənim çıxışlarımı Azərbaycanda dərc etdiklərinə görə qəzet 

redaktorları, jurnalistlər işdən çıxarılır, təqiblərə məruz qalırlar. 

Bütün yuxanda dediklərim məni son addımı atmağa və Sov. İKP-

dən çıxmağımı elan etməyə vadar etdi, hərçənd belə bir qərar qəbul 

etmək həddən artıq çətin idi. Mən kommunistlər ailəsində boya-başa 

çatmışam və bütün şüurlu həyatım Kommunist partiyası ilə bağlıdır. 

Öz taleyimi bolşevik partiyası ilə iyirmi yaşımdan - 1943-cü ildən 

bağlamışdım. 

Mən Kommunist partiyasının ideallarına səmimi inam bəsləyirdim 

vo onun planlarının gerçəkləşdirilməsində fəal iştirak edirdim. İndi bu 

inam büsbütün qırılmışdır. 

Yeniləşən partiya, yeniləşən Respublikalar İttifaqı haqqında 

sonsuz bəyanatlar xalqı növbəti dəfə aldatmaqdır. 

Xalqa düz və açıq deyilməldir ki, ölkəmizdə kommunist 

eksperiment, sosializm seçimi özünü doğrutmamış, zorla yara- 

  

 


 

304


dılan və dəstəklənən Respblikalar İttifaqı özünün axırına çatmışdır. 

Bu  ərizədən sonra qarşımda yaranacaq çətinlikləri təsəvvür edir

cürbəcür hücumları və mənəvi təqibləri öncədən görürəm. 

Partiyanın keçdiyi yolun ayıq-sayıq təhlili məni açıqladığım 

hazırkı mövqeyə gətirib çıxarmışdır. Bununla belə öz məsuliyyətimin 

ölçüsünü də dərk edirəm. 

Sov.  İKP sıralarını  tərk edərək bütün vicdanlı  və  əxlaqlı, hələ  də 

bu partiyaya inam və ümid bəsləyən kommunistlərə öz hörmətimi 

bildirirəm.  

Heydər Əliyev  

19 iyul 1991-ci il. Moskva şəhəri”. 

 

Heydər Əliyev cəsarətli qərar qəbul etdi. O, iqtidar başında duran 



cənablardan daha uzaqları görür, hadisələrin hansı  məcrada inkişaf 

etdiyini təsəvvür edirdi. Avqust qiyamına düz bir ay qalırdı.  

 

Qiyam 

 

İyulun onunda RSFSR Ali Sovetinin təntənəli iclasında Yeltsinin 



inaqurasiyası keçirildi. O, Rusiya Federasiyasının Prezidenti oldu. İki 

hakimiyyət ümumittifaq və ümumrusiya arasında münasibətlər son 

dərəcə gərginləşdi. Necə deyərlər, bıçaq sümüyə dirəndi. 

Ölkənin az qala üçdə iki hissəsini tutan ərazidə ali hakimiyyət 

kimə  mənsub olmalıdır  İttifaqa, ya Rusiyaya, konkret olaraq 

Qorbaçova, yoxsa Yeltsinə?  İttifaq parlamenti qanunlar qəbul edir, 

Rusiya parlamenti isə onlara məhəl qoymurdu. 

Yeltsinin  ən yaxın məşvərətçisi (o zaman onun baş nazir olacağı 

gözlənilirdi) Mixail Boçarov böyük bir toplantıda çıxış edərkən 

nitqində on dəfə “Rusiyanın müstəqilliyi” ifadəsini işlədəndə, 

keçmişdə Andropovun, Brejnevin məsləhətçisi olmuş, politoloq 

Fyodor Burlatski ona sadə bir sual verir: 

- Yaxşı, siz SSRİ-ni parçalayırsız, bəs sonrası necə olsun? RF özü 

necə olacaq? Bəs Tatarıstan, Başqırdıstan, Çeçenistan, 



 

305


 

İnquşetiya da RSFSR-dən çıxmalarını  bəyan etsələr, siz onda 

neyləyəcəksiniz? 

Boçarov çaşbaş qalıb mızıldayır: 

- Biz onlarla danışıqlara girəcəyik. 

Əliyev bu əhvalatlara geniş yer ayırmış  qəzeti bir kənara qoydu. 

Burlatskini o çoxdan tanıyırdı, kitablarını əlində qələm mütaliə edirdi. 

Əlbəttə, Fyodor haqlıdır, di gəl ki o, bu qurd balalarını inandıra 

bilməyəcək. 

1991-ci il avqustun 15-də “Moskovskiye novosti” qəzeti 

Qorbaçovun hamıdan gizli saxladığı  İttifaq müqaviləsinin layihəsini 

dərc etdi. DTK-nın sabiq sədri Kryuçkovun söylədiyinə görə, Krımda 

istirahət edən Qorbaçov cin atına minir, qəzəblə  zəng vurub 

məlumatm üzə  çıxmasına bais olanlan tapıb cəzalandırılmasını  tələb 

edir. Lakin artıq iş  işdən keçmişdi. Ölkəni bürüyəcək siyasi qasırğa 

yaxınlaşmaqdaydı. 

1991-ci il avqustun 19-da SSRİ-nin ayrı-ayrı yerlərində səhər saat 

4-dən etibarən altı ay müddətinə fövqəladə  vəziyyət tətbiq edilməsi 

haqqında xəbər ölkəyə yayıldı. “Sovet rəhbərliyinin bəyanatı”nda bu 

tədbirin səbəbləri və  məqsədləri açıqlanırdı. Bütün SSRİ  ərazisində 

SSRİ Konstitusiyası  və Sovet İttifaqı qanunlarının  şərtsiz aliliyi 

vurğulanırdı. 

Bu bəyanatın 3-cü maddəsində SSRİ-də fövqəladə  vəziyyət üzrə 

Dövlət Komitəsinin yaradılması bildirilirdi. FVDK (“QKÇP” red.) 

“Sovet xalqına müraciət” adlı sənəd qəbul etdi. 

Elə həmin günü Prezident Yeltsin də öz müraciətini səsləndirdi. 0, 

Taman diviziyasının 110 saylı tankının üstünə qalxaraq (Rusiya 

hökuməti binasının qarşısına yeni rəhbərlərin qorunması  məqsədilə 

zirehli texnikanı general Lebed yeritmişdi) Rusiya vətəndaşlaını 

müqavimətə çağırdı. Ardınca Yeltsinin FVD.K təşkilatçılarının 

hərəkətlərini dövlət çevrilişi adlandıran fərmanı  dərc olundu. İki 

gündən sonra qiyam yatızdırıldı. Sonra da növbə Sovet İttifaqı 

Kommunist Partiyasma çatdı. 

Yeltsinin milyonlarla televiziya tamaşaçısının gözü qabağında 

Sov. İKP fəaliyyətinin dayandırılması haqqında fərman imzalamasmı 

Kremldən birbaşa göstərən telereportaja Heydər  Əliyev uzaq 

Naxçıvanda baxırdı. Açıq pəncərə önündə ucalan çinar avqustun 

bürküsündə üzgün kimi görünürdü. Hardasa 



 

306


qonşu qadınlar uşaqları üçün dəftər-kitab alacaqları haqqında 

söhbətləşirdilər. O, pəncərəni örtdü. 

Yeltsin Qorbaçova söz verdi. Mixail Sergeyeviç danışmağa 

başlayanda Yeltsinə Moskva meri Qavril Popovdan gələn xəbəri 

çatdırdılar: Sov. İKP Mərkəzi Komitəsinin binaları  ələ keçirilmişdir. 

Yeltsin Qorbaçovun sözünü kəsdi. Deputatların, milyonlarla televiziya 

tamaşaçısının gözü qarşısında nümayişkaranə  ədayla Sov. İKP 

fəaliyyətinin dayandırılması haqqında fərmanı imzaladı... 

Gülümsünüb dedi: 

- Fərman imzalandığı andan qüvvəyə minir. 

Bu, Yeltsinin təntənəsi, bir zamanlar hamının gözü qarşısında 

“daşqalağa” tutulduğu Sov.İKP MK-nın oktyabr plenumuna görə

XIX partiya konfransında alçaldılmasına görə onun Qorbaçovdan 

aldığı qisası idi, özü də  hələ bununla haqq-hesab bitmirdi. Yeltsin 

qələbənin sevincini yaşayırdı və o, öz hərəkətlərini qətiyyən götür-qoy 

etmək iqtidarında deyildi. Qorbaçov hələ nə baş verdiyini əməlli-başlı 

anlamırdı, o, kürsüdən taqətsiz halda etiraz etməyə çalışdı ki, bu 

aksiya antikommunist isteriya dalğasını doğura bilər, təhlükəli olar, 

haqsızlıq törədər. Yeltsin əlini yellətdi: “Boşla, Mixail Sergeyeviç!” 

Deputatlardan kimsə mikrofona doğru şığıyıb isterik səslə bağırdı ki, 

“bütün kommunistləri süpürgəylə ölkədən süpürüb atmaq lazımdır”. 

Qorbaçov çılğın opponentini ayılmağa çağırır: 

- Siz, olmaya, ölkədən 18 milyon kommunisti, ailələrilə isə 

- 50-70 milyon adamı qovmaq istəyirsiniz? Özünüzü demokrat 

adlandırırsınızsa, demokrat da olun! 

... Heydər Əliyev televizorun səsini azaltdı. Moskvadakı hadisələr, 

hakimiyyət çəkişmələri onun seçiminin Azərbaycanın müstəqillik 

yolunun düzgünlüyünə inamını daha da möhkəmlətdi. 

Avqustun 24-də Heydər  Əliyev “Azərbaycan Ali Sovetinin 

növbədənkənar sessiyasının çağırılması” təklifi ilə Azərbaycan Ali 

Sovetinin Rəyasət Heyətinə müraciət etdi. 

“Hərbi xunta FVDK-nın həyata keçirdiyi dövlət çevrilişi ilə 

əlaqədar Azərbaycan Prezidenti, Sov.İKP MK üzvü, Azərbaycan KP 

MK-nın birinci katibi A.Mütəllibovun mövqeyini və  fəaliyyətini 

obyektiv müzakirə edib qiymət vermək..” 


 

307


 

İmzaladı: Azərbaycan Respublikasının xalq deputatı H.Ə.Əliyev. 

 

Avqustun 29-da Azərbaycan Ali Sovetinin sessiyası başlandı. 



Həmin həlledici avqust günlərində hər yerdə olduğu kimi salonda da 

ehtiraslar coşurdu. Nəhayət, kürsüyə xalq deputatı Heydər  Əliyev 

qalxır. Təmkinlə çıxışına başlayır: “Hörmətli millət vəkilləri! Ölkədə, 

cəmiyyətdə siyasi və iqtisadi böhran, dövlət, hakimiyyət böhranı son 

dərəcə şiddətlənmişdir... 

Bu dövrdə bizim respublikamızın, Azərbaycan xalqının vəziyyəti 

daha çətin, daha ağırdır. Bunun əsas səbəbi respublikada hökm sürən 

Azərbaycan Kommunist Partiyasının diktatura rejiminin mürtəce 

siyasəti və buraxdığı kobud, bağışlanmaz səhvlərdir”. 

Stenoqramın bu yerində belə bir qeyd yazılmışdır: “Salonda etiraz 

səsləri cşidilir”. 

Heydər Əliyev təmkinlə həmkarlarına üz tutur: 

“- Sessiyada hər bir deputatın sözünü deməyə hüququ var, kiçik 

pauzadan sonra sözünə davam edir. Belə siyasətin nəticəsində 

respublikaının kommunist rəhbərliyi avqust ayının 19-22-də ölkədə 

dövlət çevrilişi və Fövqəladə  Vəziyyət üzrə Dövlət Komitəsinin 

fəaliyyətini faktiki olaraq bəyənmiş  və beləliklə  də, Azərbaycan 

xalqını çox pis vəziyyətdə qoymuşdur...” 

Deputat  Əliyev Bakıda il yarım  ərzində qüvvədə olan fövqəladə 

vəziyyətin ləğv edilməsini, Azərbaycan Respublikası  rəhbərliyinin 

FVDK-ya aid mövqeyini aydınlaşdırmasını  tələb edir. O deyir: 

“Azərbaycan Kommunist Partiyası  dərhal hakimiyyətdən getməlidir. 

Ali Sovetin sədri Elmira Qafarovaya və Prezident Ayaz Mütəllibova 

sual verirəm: Nə üçün indiyə qə-dər 20 Yanvar faciəsinə siyasi qiymət 

verilməyib?” 

Stenoqrama nəzər salaq: 

“Elmira Qafarova: Ayın 20-də sessiyada qiymət verilmişdir. 

Heydər  Əliyev:  Əgər verilibsə, bu hərbi təcavüzün günahkar 

kimdir? 

Bu gün deyilir ki, Yazov, Kryuçkov, Bakatin, Girenko, Qorbaçov. 

Bəli, belədir. Bəs, Azərbaycan rəhbərliyindən kimlər günahkardır? 

Bəli, bu şəxslər də məlumdur: Vəzirov, 



 

308


 

 

Qafarova, Mütəllibov və Azərbaycan Kommunist Partiyası 



Mərkəzi Komitəsinin başqa büro üzvləri.  Əgər başqa adamlar da 

günahkardırsa, aydmlaşdırmaq lazımdır. Bunlar aydınlaşdırılana 

qədər, əgər başqa qüvvələr də, günahkardırlarsa, demokratik qüvvələr, 

Xalq Cəbhəsi, onlara da siyasi qiymət vermək lazımdır. Bunlar 

aydınlaşdırılmayana qədər Azərbaycanda siyasi sabitliyi əldə etmək 

olmaz.  Əgər bıma siyasi qiymət verilibsə, mən Ayaz Mütəllibovdan 

xahiş edirəm ki, desin, nə üçün Qorbaçov 9 respublikanın rəhbərləri 

ilə görüşündə 3 nazirin təyin olunması üçün razılıq alarkən, Ayaz 

Mütəllibov Bakatinin Dövlət Təhlükəsizlik Komitəsinə  sədr təyin 

olunmasına etiraz etməmişdir? Əgər edibsə, qoy desin. O öz çıxışında 

demədi. Nə üçün 20 Yanvar faciəsinin əsas günahkarlarından biri olan 

Vəzirov Azərbaycan Respublikasından xalq deputatlarının qurultayını 

hazırlayan koraissiyaya seçilibdir? Onu kim təqdim edibdir? Əgər 

bunu Azərbaycan Respublikasının rəhbərləri ediblərsə, onlar 

Azərbaycan xalqının qarşısında günah ediblər. Mən bunu tam açıqlığı 

ilə demək istəyirəm. 

Mən də  çıxış edən dcputatların fıkri ilə razıyam ki, bütün bu 

məsələləri aydmlaşdırmadan Azərbaycanda prezident seçkiləri 

keçirmək olmaz. Azərbaycan Respublikası Ali Sovetinin 

deputatlarının tam əksəriyyəti kommunist olduqlarına görə bütün 

kommunist partiyasının rəhbər orqanlarında fəaliyyət göstərən 

adamlar parlamentə deputat seçildiklərinə görə  və Azərbaycan 

Kommunist Partiyası çox şeylərdə günahkar olduğuna görə mən hesab 

edirəm ki, Azərbaycan Respublikasının parlamenti buraxılmalı  və 

yenidən seçkilər aparılmalıdır. 

Belə  kəskin çıxış edərkən heç də  şübhə etmirəm ki, mənim 

çıxışımdan sonra xüsusi hazırlanmış adamlar çıxıb mənim  əleyhimə 

sözlər deyəcəklər. Mən bu sözlərə öyrənmişəm. Ona görə heç də 

narahat deyiləm. Belə xüsusi hazırlanmış  çıxışlar mənim iradəmi 

sarsıda bilməz. Mən öz vicdanım qarşısında tamamilə cavabdeh olaraq 

çıxış edirəm. 

Vladimir Dal vicdanı, insan qəlbinin hər bir əməlini təqdir, ya 

ittiham edən hakimi adlandırırdı. Bir çox siyasətçilərdə adətən bu 

hakim olmur. Heydər  Əliyev müasir dünyada siyasətçi obrazına 

xüsusi çalar vcrən vicdan və mənəviyyat haqqında yüksək kürsülərdən 

söz açmaqla kifayətlənmir, həm də vicdanla hərəkət edirdi. 



 

309


 

Həmin günlərdə yazılmış daha bir diqqətəlayiq sənədə rast gəldik: 

Heydər Əliyevin SSRİ Xalq Deputatları Sovetinin qurultayına yazdığı 

məktub. Bu onun İttifaq hakimiyyətiylə son əlaqəsi idi. 

“Moskva. Kreml. SSRİ Xalq Deputatları Sovetinin qurultayına 

Hörmətli deputatlar! 

Sizə müraciət etməkdə  məqsədim aşağıdakı  məsələni nəzərdən 

keçirib qərar qəbul etməyinizdir. 



Birinci: SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sərəncamıyla iki 

dəfə Sosialist Əməyi Qəhrəmanı olduğum üçün 1983-cü il may ayının 

7-də doğulduğum Naxçıvan  şəhərində  mənim bürünc büstüm 

qoyulmuşdu. Mənə elə  gəlir ki, bu büstü götürməyin vaxtı çatıb. Bu 

büstü ilk dəfə 1990-cı ilin iyulunda Naxçıvana gələrkən görmüşəm. 

Mən mənəvi iztirablar keçirirəm. Canlı insana qoyulan abidəyə yaxın 

gedə bilmirəm. 

İkinci: Təklif edirəm ki, iki dəfə Sosialist Əməyi Qəhrəmanlarının 

və Sovet İttifaqı  Qəhrəmanlarının bürünc büstlərinin qoyulmasıyla 

bağlı bütün sərəncamlar ləğv edilsin və canlı insanlara qoyulan büstlər 

yığışdırılsın. 

Bu xüsusda qəbul edilən bütün dövlət aktlanı, sərəncamları 1990-

cı ilin 19 iyulunda sıralarını  tərk etdiyim Kommunist Partiyasının 

eybəcər təzahürlərindən biri kimi qəbul edirəm. 

Heydər Əlirza oğlu ƏLİYEV,  

Azərbaycan Respublikasının xalq deputatı.  

Naxçıvan Muxtar Respublikasının xalq deputatı,  

iki dəfə Sosialist Əməyi Qəhrəmanı.  

Naxçıvan şəhəri. 1 sentyabr 1991-ci il”. 

1991-ci il sona yetirdi. Dekabrın səkkizində “Belovejskaya 

Puşa”da Yeltsin, Ukrayna Prezidenti Kravçuk və Belorusiya Ali 

Sovetinin sədri Şuşkeviç Sovet İttifaqının buraxılmasına imza atdılar. 

Təqribən 15 il bundan sonra Ukraynanın ilk prezidenti, ölkə 

parlamentində sosial-demokrat fraksiyasının lideri Leonid Kravçuk 

Ali Radanın tribunasından sensasiyalı etirafını bəyan etdi: “Əgər mən 

1991-ci ildə bilsəydim ki, belə olacaq, demokratiya əvəzinə anarxiya 

olacaq, mən Belovej müqaviləsinə imza atmazdım, hər  şeydən  əvvəl 

əlimi kəsərdim”. 1922-ci ildə  həmin  İttifaqın yaradılmasına qatılan 

Zaqafqaziya (Cə- 


 

310


nubi Qafqaz) respublikanın bu tarixi ayrılma prosesinə  dəvət etməyi 

rəva bilmədlər. Baş verən hadisə daha çox “örtülü bazara” 

bənzəyirdi... Dekabrın son günlərində gecə vaxtı (gün-düz vicdanları 

yol vermirdi) Kremlin üzərindən al bayraq endirildi. Kremlin təzə 

yiyəsi dərhal oradan Qorbaçovu, SSRİ-nin ilk və son Prezidentini 

bayıra atdı. 

Azərbaycanda isə başqa çəkişmələr baş verirdi. Xalq Cəbhəsi 

hakimiyyətə  gəlirdi. Ölkə prezidenti seçkilərində Xalq Cəbhəsinin 

lideri  Əbülfəz Elçibəy qalib gəldi. Naxçıvan yurdundan olan iki 

şəxsiyyətin tale yolları qəribə tərzdə çarpazlaşırdı. 

İyirmi il əvvəl Heydər  Əliyev, respublikanın başçısı olaraq, 

ideoloji ehkamlarla uyuşmayan şərqşünas alim Əbülfəz Əliyevi siyasi 

ittihamlardan qorumuş, dustaqlıqdan xilas etmişdi... 

Bir dəfə  hələ sovet dövründə öz azadlıq eşqi və dönməzliyi ilə 

seçilən  şair Xəlil Rza Ulutürk ilə rastlaşan Heydər  Əliyev 

soruşmuşdu: “Nəyə görə Naxçıvana gəlmirsən? Mən səni dəvət 

edirəm. Buyur gəl”. 

Xəlil Rza məşhur ustad şair Cəlaləddin Ruminin sözləriylə cavab 

verdi: 

 

Şahın qapısında şair – 



Nökərdən də ufaqdır.  

Şair evində isə şah  

Ən əziz bir qonaqdır. 

 

- Allaha şükür ki, mən  şah deyiləm, sən də saray şairi deyilsən, 



deyə Heydər Əliyev cavab verdi. On dörd il “şah” olsam da, səni bircə 

dəfə də şah qapısında, MK-nın kabinetlərində görmədim. Amma indi 

mən kiçik bir adacığın başçısıyam və səni səmimi-qəlbdən Naxçıvana 

dəvət edirəm. 

Xəlil Rza bu dialoqu öz gündəliyinə salmışdı. 1992-ci il yanvarın 

20-də isə  əlavə edir: “Mən Naxçıvana gəldim ki, mənə)  əziz olan 

insanı görüm. Gəldim ki, öz xalqını sevən, onun yolunda günəş kimi 

yanan bir insanın nəfəsini hiss edim”. 


1   ...   16   17   18   19   20   21   22   23   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə