GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə21/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   39

 

 

311


 

Naxçıvan blokadada 

 

Fotoəlavədə  nəşr olunmuş  xəritəyə baxsanız, görərsiniz ki



Naxçıvan diyarını ana Azərbaycandan bolşeviklərin Ermənistana 

verdikləri dəhliz ayırır. Sovet hakimiyyəti illərində bu sərhəd əslində 

şərti idi. Lakin Sovet İttifaqı dağılandan sonra buradan qatarların, 

maşınların, insanların yolunu kəsən cəbhə xətti keçdi... 

Naxçıvanlılar üçün blokada mücərrəd anlayış deyil. Onların həyat 

tərzini müəyyənləşdirən acı həqiqətdir. 

Elektrik işığına həsrət qalan adamlar yenə “nöyüt” lampalarına 

qayıtdılar. Hərdən köhnə  vərdişlə  işıq açarına  əl atıb çıqqıldadanda 

baisləri qarğıyırdılar... Qaz da eləcə. Mətbəxlərdə yenə primuslar 

fısıldayırdı. 

Hələ üçüncü, beşinci, yeddinci mərtəbədə yaşayanların uşaqlı-

böyüklü sudaşıyan maşından vedrə-vedrə su doldurub evə 

qaldırmaqlarını demirik... İsinmək üçün köhnə  dəmir “soba”ları bu 

insanlar taxta-tuxta ilə qalayırdılar... 

Naxçıvanın blokada günlərinin xronikasını  ağrıyla, həyəcanla, 

ancaq xeyirxahlığa, mərhəmətə, həmrəyliyə böyük inamla təkrar-

təkrar oxuyursan. Budur, ucqar bir kəndin sakinləri öz azuqələrini 

uşaq evi ilə bölüşdürürlər. İranın Qırmızı Aypara Cəmiyyəti min ton 

kartof göndərib. Və daha 4 elektrik generatoru və 500 elektrik sobası. 

Dərhal onları  uşaq evlərinə  və  məktəblərə yola salırlar. Qonşu  İran 

əyalətlərindən 100 ton ərzaq payı  gəlib: Heydər  Əliyevin sərəncamı 

ilə hamısını uşaqlara və qocalara verirlər. Türkiyə hökuməti Naxçıvan 

Respublikasına 100 milyon dollar kredit ayırır. Türkiyə 100 naxçı-

vanlı tələbəni təhsil almaq üçün ali məktəblərinə dəvət edir və bütün 

xərcləri öz üzərinə götürür. 

O günləri yada salan Heydər Əliyev söyləyirdi: 

“Bizi  ərzaq, neft təminatından məhrum etmişdilər. Bütün 

energetikanı  kəsdirmişdilər. Bizlərdə  sərt soyuqlarla yanaşı aclıq 

başladı. Körpələr xəstəxanalarda ölürdü. İnsanlar bağları odun üçün 

qırmağa başladılar. Ocaqlan isitmək üçün meyvə ağaclarının 70 faizi 

baltalanıb kəsilmişdi. Amma mən də sağ qaldım, xalqda... 


 

312


  

Mən də xalqım kimi ağır məişət şəraitində yaşayırdım. Ancaq biz 

yaşadıq və  əmin-amanlığı qoruduq. Mənim yanıma Bakıdan tez-tez 

gəlirdilər, siyasətə qayıtmağımı xahiş edirdilər. Amma mən Xalq 

Cəbhəsinin uçuruma aparan siyasətinə baş qoşmaq istəmirdim...” 

Naxçıvanın blokadasını yarmaq olardı. Amma Bakıdakı iqtidar 

ayrı cür köklənmişdi: nə qədər pis olsa, o qədər yaxşıdır... 

Belə bir şəraitdə o, Naxçıvanın blokadasını  qırmağa çalışır, 

mühasirə  məngənəsini smdırırdı. Başqa siyasətçi üçün bəlkə  də bu 

müşkül məsələ idi. Bax, burada Əliyevin beynəlxalq aləmdəki nüfuzu 

kara gəldi: 

“İran və Türkiyə  rəhbərlərilə  şəxsi dostluq münasibətlərim vardı. 

İran prezidenti Naxçıvana öz təyyarəsini göndərdi, mən Tehrana 

uçdum və yardım haqqında danışdım. Biz   ötürücü elektrik xətlərini 

qurduq və enerjini İrandan almağa başladıq. Yanacaq da, ərzaq da  

beləcə. Türkiyənin Prezidenti Dəmirəl özü mənə 100 milyon dolarlıq 

kredit təklif etdi. O da öz prezident təyyarəsini göndərdi və  mən 

Ankarada onun yanında oldum. Türkiyəyə yol saldırdım, çay 

üzərindən körpü çəkdirdim və ərzaq təchizatını yaratdım. Amma əsas 

nailiyyətim Ermənistanla silahlı münaqişədən yayınmaq oldu. Çox 

gərgin vəziyyət idi, hətta son həddə çatan məqamlar vardı, lakin mən 

çıxış yolu tapdım və bizim torpaqda qan tökülmədi...” 

Televiziyanın o ağır günlərdə  çəkdiyi kadrlar saxlanılır: Araz 

üzərindən körpü ilə  İranın humanitar yardımı un, şəkər, quru süd, ət 

daşıyan ağır yük maşınları keçir. Azərbaycanın dar günündə qonşu 

ölkənin nəcib həyanlığı yeni istiqbaldan, uzun illər boyu bağlı qalan 

yolların açılmasından, o taylı-bu taylı bacı-qardaşlarımızın ayrılıq 

həsrətini ovunduracağmdan xəbər verirdi... Vaxtilə, 1948-ci ildə 

xalqın həsrətini düşünən Səməd Vurğunun rübabından görün necə 

yanıqlı misralar qopmuşdur: 

... Çatıb qaşlarını körpüyə baxır, 

 Qəlbində dağ boyda sözümü vardır?  

Başından tüstülər, dumanlar qalxır, 

 Cansız əlləri də qabar-qabardır...  

Bildim, o memardır... O yaradandır. 


 

313


 

Yaxın gəl, oxucum! Bax əllərinə! 

 O, Araz üstündə xeyli zamandır 

 Ağlayırxar olmuş əməllərinə... 

 

... Naxçıvanın özündə  və muxtar respublikanın ayrı-ayrı 



şəhərlərində hələ 20-ci illərdən sovet ordusunun, sərhəd qoşunlarının 

hərbi hissələri yerləşirdi. Bəs onların aqibəti, statusu necə olacaq? 

Ümumiyyətlə, onlar respublikada qalacaq, yoxsa çıxanlacaqlar? Əgər 

gedəcəklərsə, silah-sursatlarını da özləriylə aparacaqlar, yoxsa yox? 

Suallar çox idi. Bu suallarım cavablarını muxtar rcspublikanın Ali 

Məclisinin sədri Moskva və Bakı ilə, muxtar respublikadakı  hərbi 

hissələrin rəisləri ilə danışıqlar prosesində axtarırdı. Nəhayətdə, belə 

bir qərar qəbul edildi: 75-ci motoatıcı diviziya öz silah-sursatınm 

hamısını Naxçıvanda yerləşən Azərbaycan milli ordusunun 5-ci 

motoatıcı briqadasına təhvil verir. 1991-ci il avqustun ortalarında bü-

tün hərbi hissələrdə təhvil-təslim prosesi aktlaşdırıldı. Avqustun 18-də 

naxçıvanlılar rus qoşunlarının muxtar respublikanı  tərk edən son 

qruplarını da yola saldılar. Vidalaşma mərasimi 75-ci motoatıcı 

diviziyanın qərargahının qarşısında keçirilirdi. 

Heydər  Əliyev xatırlatdı ki, bu diviziya Naxçıvanda 1946-cı ildə 

yerləşdirilib, ümumilikdə isə rus qoşunları Naxçıvana yüz əlli il əvvəl 

gəliblər. 

- Hal-hazırda, - deyə Heydər Əliyev həyəcanla sözünə davam etdi, 

- Azərbaycan öz müstəqilliyinə, milli azadlığına nail olub və öz 

ərazisində öz hərbi hissələrini yaratmaq niyyətindədir. SSRİ 

yaranandan bəri onun ordusunda, əmlakında, silah-sursatında bütün 

respublikaların öz payı olub. SSRİ dağılandan sonra da Azərbaycan bu 

ordudan öz payını almaq fıkrindədir və 75-ci motoatıcı diviziyası bu 

payın bir hissəsidir. 

Onu da qeyd edim ki, 75-ci motoatıcı diviziya Naxçıvanda 

qərarlaşandan sonra onun köməyi ilə çoxsaylı müasir hərbi tikililər 

istifadəyə verilib, hərbi təsərrüfat obyektləri yaradılıb. Həm də bu 

hərbi hissə Naxçıvanda yerləşdirilən kimi onun hərbi qulluqçuları ilə 

naxçıvanlılar arasında dostluq münasibətləri yaradılıb. Buna görə  də 

vidalaşarkən bizim naxçıvanlılarla illər uzunu çiyin-çiyinə, dostcasına 

yaşadığına görə onlara səmimi-qəlbdən təşəkkür edirəm.  Ələlxüsus, 

çox ağır və mürəkkəb keçən son illərdə diviziyanın rəhbərliyi, o 

cümlədən də 

 

onun komandiri general-mayor Rastislav Slaboşeviç Naxçıvan Muxtar 



 

314


Respublikasının  əhalisi ilə dostluq münasibətlərinin qorunub 

saxlanılması üçün əllərindən gələni ediblər. 

Əlbəttə, Xalq Cəbhəsi bu ordu hissələrini tamam başqa cür yola 

salmaq istərdi. Səmimiyyətsiz, gül-çiçəksiz. Moldaviyada, yaxud 

başqa yerlərdə olduğu kimi, hay-küylə, “İvan, çamadan, vakzal” 

qışqırıqlarıyla. 

- Çox keçmədi ki, məni iki tərəfdən sıxışdırmağa başladılar, - 

Heydər  Əliyev Naxçıvan süjetini davam etdirir. - Bir tərəfdən Xalq 

Cəbhəsi, digər tərəfdən də Mütəllibovun kommunist rejimi məni 

sıxırdı. Onu da qeyd edim ki, Xalq Cəbhəsinin nümayəndələrini ilk 

dəfə Naxçıvanda hakimiyyətə  mən gətirmişəm. Cəbhənin iki aktiv 

üzvünü özümə müavin götürmüşəm. Bundan savayı, baş nazir 

vəzifəsinə  də  cəbhəçi  şəxsi təyin etdim. Düzdür, bir müddət sonra 

məlum oldu ki, o fırıldaqçıdır. Ona görə  də  işdən çıxartmalı oldum. 

Bundan sonra mənimlə Xalq Cəbhəsi arasında münasibətlər pozuldu. 

Onlar belə düşünürdüiər ki, əgər sən cəbhəçisənsə, deməli, hər şey 

edə bilərsən. O da belə güman edirdi və onu sıxışdırmağa başlayanda, 

mənə qarşı aksiyalar təşkil etməyə  səy göstərdi. Amma Naxçıvanda 

belə addımlar intihara bərabər idi. Xalq az qala özu onunla 

hesablaşacaqdı. O, yük qatarında qaçmağa məcbur oldu (o vaxt 

sərnişin qatarlan Ermənistan ərazisindən keçmirdi). 

1992-ci ilin oktyabrında Xalq Cəbhəsi Naxçıvanda hətta dövlət 

çevrilişi etməyə səy göstərdi. Amma bu barədə biz ayrıca danışacağıq. 

 

24-26 oktyabr 1992-ci il, Naxçıvan 

 

Naxçıvan qiyamına səbəb Azərbaycan daxili işlər nazirinin 1992-



ci il avqustun 18-də imzaladığı 1718 nömrəli sərəncam olmuşdu. Bu 

sərəncama  əsasən nazir AXC üzvlərindən birini Naxçıvan Muxtar 

Respublikasının daxili işlər naziri təyin etmişdi. Hamının bir-birini 

tanıdığı Naxçıvanda söhbət yayıldı ki, yeni nazir hər yerə öz 

adamlarını qoyur. Doğrudan da, Bədən Tərbiyəsi İnstitutunun 24 yaşlı 

məzunu yalnız cəbhənin mitinqlərində  çıxış etməklə özünü 

göstərmişdi və heç vaxt da- 


 

315


 

xili işlər orqanlarında işləməmişdi. İndi isə budur - birbaşa nazir. 

Eyni zamanda Ordubad rayon daxili işlər şöbəsinin rəisi, təcrübəli 

peşəkar bir polis zabitini işdən çıxarıb onun yerinə daxili işlər 

orqanlarında heç bir təcrübəsi olmayan, uzun müddət Rusiyanın 

şəhərlərində alverlə məşğul olan birini təyin etmişdi. 

Bu təyinatlardan xəbər tutan Naxçıvan Daxili İşlər Nazirliyinin 

əməkdaşları polis və zabitlərin hüquqlarının müdafiə komitəsini 

yaratdılar. Komitə muxtar respublikanın daxili işlər  əməkdaşlarının 

ümumi iclasını keçirtdi və Azərbaycan Daxili İşlər Nazirliyinə 

müraciət qəbul etdi. Sənədin altında 1500 nə-fər Daxili İşlər Nazirliyi 

əməkdaşnın imzası vardı. Sənədin müəllifləri qeyd edirdilər ki, “daxili 

işlər orqanlarının siyasətə tabe olmasma yol verə bilməzlər. Bu 

orqanlar Daxili İşlər Nazirliyinin yalnız cinayətkarlıqla mübarizəyə 

dair sərəncamlarını yerinə yetirəcəklər. Azərbaycan DİN-in siyasi 

məqsəd daşıyan əmr və sərəncamlarına isə riayət olunmayacaq”. 

15 sentyabrda muxtar respublikanın Nazirlər Kabineti Ali Məclisə 

daxili işlər naziri postuna polis polkovniki Əsgər  Ələkbərovun təyin 

edilməsini tövsiyə etdi. Namizəd uğurlu idi. Ələkbərov daxili işlər 

orqanlarında uzun müddət işləmiş, nazir müavini postuna qədər 

yüksəlmişdi. Naxçıvan Ali Məclisinin növbəti sessiyasında 

Konstitusiyaya uyğun olaraq, daxili işlər nazirinin məsələsi həll 

olunurdu.  İki namizəd vardı: Respublika daxili işlər nazirinin, daha 

dəqiq desək, Prezident Elçibəyin kadrı və Əsgər Ələkbərov. Polkovnik 

Ələkbərov 86 səsdən 69-nu yığdı, onun rəqibi isə cəmi üç səs toplaya 

bildi. 


İlk baxışdan elə görünür ki, məsələ artıq həll olunub. Amma əsas 

problemlər hələ irəlidəymiş. AXC iqtidarının daxili işlər naziri öz 

sərəncamıyla  Əsgər  Ələkbərovu və Naxçıvan Daxili İşlər Nazirliyi 

rəhbər işçilərinin böyük bir qrupunu orqanlardan qovdu. Bütün 

Azərbaycana onun təhdidləri yayıldı:  əgər  əmr icra olunmasa, o, 

şəxsən Naxçıvana gəlib zor- gücünə buna nail olacaq. 

Belə bir vəziyyətdə Naxçıvan Ali Məclisi və Nazirlər Kabineti 

“Naxçıvan Muxtar Respublikası DİN-də yaranmış vəziyyət haqqında” 

birgə qərar qəbul etdilər. Qərarda deyilirdi: “Son iki ay ərzində muxtar 

respublikanın Daxili İşlər Nazirli- 



 

316


 

yində yaranmış  çətin vəziyyət cinayətkarlığa qarşı mübarizə aparan 

polis işçilərinin fəaliyyətinə  mənfı  təsir göstərmiş, res-publikada 

ictimai-siyasi vəziyyəti gərginləşdirmişdir. Belə 

vəziyyətin 

yaranmasına  əsasən Azərbaycan Respublikası daxili işlər naziri 

İsgəndər Həmidovun Konstitusiyaya zidd qanunsuz əmrləri səbəb 

olmuşdur. 

Naxçıvan Respublikasının Ali Məclisi və Nazirlər Kabineti 

Azərbaycan daxili işlər naziri tərəfindən edilən hədə-qorxuya 

qətiyyətlə etiraz edir və bildirir ki, onlar Naxçıvan Respublikasının 

qanunları  və qanun orqanları  tərəfindən müdafiə olunaraq heç kəsin 

bu qanunları pozmasma icazə verməyəcəklər”. Yaranmış problemin 

əsaslı izahmı vermiş bu sənəd Azərbaycan Respublikasnın Ali 

Sovetinə  və Prezidentinə müraciətlə başa çatırdı: “Ümid edirik ki, 

qeyd olunanları  nəzərə alıb, Naxçıvan Muxtar Respublikasının 

konstitusion hüquqlarını bərpa edəcəksiniz”. 

Sənədin altında iki şəxsin: Naxçıvan Ali Məclisinin sədri Heydər 

Əliyevin və Baş nazir Ş.Xanbabayevin imzaları və tarix - 15 oktyabr 

1992-ci il - vardı. 

“- Bakıdan,  şəxsən daxili işlər nazirinin təzyiq və  hədə-qorxuları   

səbəbsiz deyildi, - deyə Yeni Azərbaycan Partiyası  İdarə Heyətinin 

üzvü Kərim Kərimov paytaxtda cərəyan edən gərginliyin səbəblərini 

açıqlayır. -90-cı illərin  əvvəllərində Heydər  Əliyevi ali hakimiyyət   

kürsüsünə çağırmaq ideyası ortaya çıxanda ziyalılarm qabaqcıl hissəsi 

onun hüquqlarını müdafiə etmək məqsədilə bir komitə yaratdılar və 

Ali Sovetin qarşısında mitinq təşkil ctdilər. O vaxtlar Heydər Əliyevin 

prezident seçkilərində  iştirakına mane olmaq məqsədilə namizədliyə 

yaş  həddi qoyulmuşdu. Yaşı 65-i keçmiş  şəxs prezident seçkilərində 

namizədliyini irəli sürə bilməzdi. Heydər  Əliyevin yaşı bu həddi 

keçmişdi, amma   bu   ədalətsiz   qərar   əhali   arasında   çox   ciddi 

narazılıqla qarşılanırdı.  Qəribə  idi  ki, A.  Mütəllibovun hakimiyyəti 

dövründə Konstitusiyaya salınmış bu ədalətsiz maddə, AXC 

hakimiyyətə gələndən sonra da dəyişməz olaraq qalırdı. 

Qəribə bir vəziyyət yaranmışdı.  Əhalinin tam əksəriyyətinin 

Heydər  Əliyevə  rəğbət bəsləməsinə baxmayaraq, onun hüquqlarının 

müdafiəsi məqsədilə keçirdiyimiz  


 

317


 

mitinqlərin kütləviliyinə nail ola bilmirdik. Mitinqlərə minə yaxın 

adam gəlirdi. Sonradan təhlillər aparıb aydınlaşdırdıq ki, kütləvi 

mitinqləri mütəşəkkil təşkilat təşkil edə bilər. Belə bir təşkilat isə yox 

idi. Yeni Azərbaycan Partiyasını yaratmaq zərurəti buradan doğdu və 

çox sürətlə reallaşmağa başladı”. 

Bu xəbər ildırım sürətilə bütün Azərbaycana yayıldı. Hamı yeni 

yaranacaq partiyanın rəhbəri rolunda Heydər  Əliyevi görür və bu 

səbəbdən də onu dəstəkləyirdi. Xalq Cəbhəsi  əslində 1992-ci ildə 

hakimiyyətə yiyələnərkən Heydər  Əliyevə olan xalq sevgisini 

görmüşdü. Mayın 18-də parlamentə  sədr seçkisi zamanı bir qrup 

deputat Heydər  Əliycvin namizədliyini irəli sürdü. Bundan qorxuya 

düşən cəbhəçilər müxtəlif bəhanələrlə, xüsusilə, guya Naxçıvanda 

“onu tapa bilmədik”lərini bəhanə edib, öz namizədlərinin seçilməsinə 

nail oldular. Ancaq Heydər  Əliyevin hakimiyyətə  gəlmək  şansları 

Xalq Cəbhəsinin hakimiyyətdə olan nümayəndələrini bir an belə rahat 

buraxmırdı. Bu narahatlığın əlamətləri özünü Naxçıvanda göstərirdi. 

24 oktyabr 1992-ci ildə isə Azərbaycan Xalq Cəbhəsi Naxçıvan 

şöbəsinin silahlı  dəstələri muxtar respublikanın televiziyasını, Enerji 

mərkəzini və  DİN-i  ələ keçirdilər. Nazirin yerində  İsgəndər 

Həmidovun təyin etdiyi adam əyləşdi. 

İsgəndər Məcid oğlu Həmidovun rəsmi tərcümeyi-halında qeyd 

olunur ki, o, Bakı orta ümumtəhsil milis məktəbini və SSRİ  DİN-in 

akademiyasmı bitirib. İki dəfə - 1980 və 1990-cı ildə daxili işlər 

orqanlarının sıralarından kənarlaşdırılmış  və sonralar yenidən işə 

bərpa olunmuşdur. Onu yaxşı tanıyanlar qeyd edirlər ki, o, siyasi 

motivlərə görə yox, iqtisadi və açıq-aşkar “əl-əli yuyar” prinsipi ilə 

işlədiyinə görə orqanlardan xaric edilmişdir. Onu da deyirlər ki

İsgəndər çılğındır və tez-tez xidməti vəzifə səlahiyyətlərini aşır. DİN-

ə  rəhbərlik edərkən, özünü mübariz göstərmək üçün bir sıra reklam 

xarakterli əməliyyatlar həyata keçirmişdir. 

Prezident Elçibəyin açıq razılığı ilə onun daxili işlər naziri öz 

qayda-qanunlarının Naxçıvanda da bərqərar etmək istəyirdi. Muxtar 

respublikadakı hadisələrdən  əvvəl, o, Bakıda mətbuat konfransı 

çağırıb hədə-qorxu gələrək demişdi ki, əgər lazım olsa, şəxsən Heydər 

Əliyevin də başına güllə çaxacaq. Bu söz- 



 

318


 

lər dünya mətbuatına yayıldı.  Əlbəttə ki, bundan xəbər tutan Əliyev 

şəxsən nazirə zəng vurdu: 

“Mən ona dedim ki, sən bu sözləri mətbuat konfransında demisən. 

Əgər bacarırsansa, buyur gəl, dediyini elə. Aləmə car çəkmək nəyə 

lazım. O dedi ki, siz nə danışırsız, mən və  uşaqlarım sizə qurban 

olsun. Siz güclü siyasətçi, böyük şəxsiyyətsiniz. Mən heç belə söz 

deyərəm? Mən cavab verdim ki, demisən və bunu çox adam eşidib. 

Bakıdan bura gələn mətbuat işçiləri də o konfransda olublar. Onlar da 

sənin belə dediyini təsdiq elədilər”. 

İndi, görünür, onlar sözlərinin dalınca işə keçmişdilər. Axşam saat 

səkkizə yaxın ınuxtar respublikanın Daxili İşlər Nazirliyinin qarşısına 

xeyli sıravi vətəndaş  və Xalq Cəbhəsinin iş yerinə buraxmadığı 

nazirliyin  əməkdaşları toplaşdılar. Nazirliyin pəncərələrindən onlara 

atəş açdılar, insanlar isə Ali Məclisin binasına üz tutdular. Heydər 

Əliyev oradaydı. 

Sonralar Heydər  Əliyev bu həyəcanlı günləri belə xatırlayırdı: 

“Mən yubanmadan Bakıya, daxili işlər nazirinə  zəng vurdum. Onun 

Mərdan adlı köməkçisi bildirdi ki, gözləyin, indi sizi onunla 

birləşdirəcəm. Amma bir az keçməmiş o dedi ki, sizinlə danışdığım 

müddətdə nazir otaqdan harasa çıxıb. 

Sonra Prezident Elçibəyə  zəng vurdum. Yaranan vəziyyət barədə 

ona məlumat verdim. O isə öz növbəsində soruşdu: “Bəs mən neyləyə 

bilərəm?” Cavab verdim ki, siz ölkə prezidentisiniz, eyni zamanda 

Xalq Cəbhəsinin başçısısınız. Bu cinayəti də Xalq Cəbhəsinin 

Naxçıvan  şöbəsinin üzvləri və onların  əlində olan silahh dəstələr 

törədib. Hal-hazırda onlar Daxili İşlər Nazirliyinin binasını  zəbt 

ediblər. Onlara binanı  tərk ctmək  əmrini verin, belə olarsa, hər  şey 

sakitliklə həll olunar, əks halda vəziyyət bir az da gərginləşəcək. 

Əfsuslar olsun ki, bunun nəticəsi olmadı. Mən ikinci dəfə  zəng 

vurdum. Bu vaxt Qafar Məmmədli və Asif Kələntərli də 

yanımdaydılar. Elçibəyə dedim ki, vəziyyət gərginləşir, qan tökülə 

bilər. Təcili tədbirlər görmək lazımdır. Mənim yanımda olan şəxslər 

də onunla telefonda danışdılar. Amma Prezident onlara da konkret bir 

söz demədi. Bircə onu bildirdi ki, o, yoldaşlarla məsləhətləşəcək”. 

Həmin vaxt Ali Məclis binasının qarşısına daha çox insan kütləsi 

toplaşmaqdaydı. Kortəbii yaranan mitinqdə “Hamı 


 

319


 

Heydər Əliyevin müdafiəsinə” şüarları səslənirdi. Bu hadisələr zamanı 

Xalq Cəbhəsinin bəzi üzvləri bədən xəsarəti aldılar. Oktyabrın 24-də 

təxminən saat 22-də Xalq Cəbhəsinin üzvləri nazirliyin binasını  tərk 

etdilər və Xalq Cəbhəsinin qərargahında toplaşdılar. 

Hakimiyyəti  ələ keçirmək cəhdi bu dəfə baş tutmadı, amma 

vəziyyət təhlükəli olaraq qalırdı. 

Oktyabrın 25-də Heydər  Əliyev radio vasitəsi ilə naxçıvanlılara 

müraciət etdi: 

- Xalq Cəbhəsinin liderləri bura silahlı qüvvələr göndərərək 

Naxçıvanda hərbi çevriliş etməyə  cəhd göstərmişlər. Bizə  həyəcanlı 

xəbərlər gəlir.  İsgəndər Həmidov daha bir silahlı  tədbir keçirməyi 

planlaşdırır. O, silahlı  dəstəylə buraya gəlib,  əməliyyat keçirmək 

istəyir. Müstəqil Azərbaycanda Xalq Cəbhəsi silahlı qüvvələri xalqa 

qarşı istifadə edir. Bu vəziyyət kimin üçün əlverişlidir? Burada ən 

güclü mafiya öz şəxsi məqsədlərini güdən Xalq Cəbhəsidir. Mən 

xalqım naminə  həyatımdan keçməyə hazıram. Xalq Cəbhəsində 

Heydər Əliyevi aradan götürmək istəyənlər çoxdur. 

Mən istəyirəm ki, xalq buradakı vəziyyəti başa düşsün, bilsin. İndi 

Azərbaycanda bəzi qüvvələr Naxçıvan Muxtar Respublikasının 

konstitusion hüquqlarını pozub muxtariyyəti ləğv etmək istəyirlər. 

Bunu Bakıda yaşayan bir qrup nüfuzlu naxçıvanlılar da dəstəkləyir 

(Bakıdakı  ən nüfuzlu naxçıvanlı o vaxt Prezident Elçibəy idi. Bunu 

Əliyevə qulaq asanlar gözəl başa düşürdülər). 

- Amma Naxçıvan Muxtar Respublikasının Konstitusiyası 

əbədidir, o həmişə dəyişilməz qalacaq”,- deyə Heydər Əliyev sözünə 

davam edir. 

Daha sonra o, vətəndaşlardan xahiş etdi ki, Naxçıvan Xalq 

Cəbhəsinin sədri Asəf Quliyevin, Ordubad Xalq Cəbhəsinin adri Fərəc 

Quliyevin, qanunsuz təyin olunmuş daxili işlər naziri Siyavuş 

Mustafayevin, Ordubad Xalq Cəbhəsinin irticaçı hərəkətlərinə qiymət 

versinlər. 

- Bizim 

müstəqilliyimiz bütün Azərbaycan xalqmın nailiy-

yətidir. Azərbaycanın bütövlüyünü təmin etmək lazımdır. Hamı 

birləşməlidir. Mən ölməyə razı olaram, amma Naxçıvanın 

Azərbaycandan ayrı düşməsinə razı ola bilmərəm. 


 

320


  

Oktyabrın 25-də muxtar respublikanın Ali Məclisinin fövqəladə 

sessiyası  işinə başladı. Deputatlar Xalq Cəbhəsinin silahlı 

qüvvələrinin üç gün ərzində  tərk-silah olunması barədə  qərar qəbul 

etdilər. 

Elə həmin gün “Naxçıvan” qəzetində Murtuz Ələsgərovun kəskin 

bir məqaləsi dərc olundu. O, Azərbaycan daxili işlər nazirini tənqid 

etmişdi. Hüquqşünas alim qeyd edirdi ki, Naxçıvandakı hadisələr əsl 

terrorizmdir. Əks tərəfin cavabı özünü çox gözlətmədi. 

Bu hadisə Bakıda iş gününün sonuna yaxın baş verdi. Ələsgərov 

ADU-nun hüquq fakültəsindəki işlərini yekunlaşdırıb köhnə 

“Moskviç”inə yaxınlaşdı. O, sonralar bu hadisələri xatırlayarkən qeyd 

edirdi ki, iki nəfər naməlum oğlan kafedranın qarşısında vurnuxaraq 

onun nə vaxt işdən çıxacağı ilə maraqlanırmış. 

- Mən onları görməmişdim. Evimə  gəlib maşını saxladım, 

mağazadan çörək alıb yuxarı qalxmaq istəyirdim ki, üstümə düşdülər. 

Əvvəlcə elə bildim ki, yeniyetmələrdir, xuliqanlıq edirlər, ya da 

zarafatlaşırlar. Amma sonra gördüm ki, hücum edənlərin əlində bıçaq 

var. Onlardan biri mənim üzümdən bir neçə  zərbə endirdi, digəri isə 

linglə ayağıma vurdu və mən yerə yıxıldım. Yaralarımdan qan axırdı. 

Qonşulardan biri milis çağırdı, biri ailəmə xəbər vcrdi. Həkim çağırıb 

məni xəstəxanaya apardılar. Murtuz müəllim xəstəxanada altı ay 

yatmalı oldu. Hücum barədə eşidən kimi Heydər Əliyev Naxçıvandan 

zəng vurdu: 

- Murtuz müəllim, təəssüf edirəm ki, mənə görə  təzyiqə  məruz 

qaldnız. 

- Heydər  Əliyevi müdafiə edərkən xəsarət almaq şərəfdir, deyə 

Murtuz Ələsgərov cavab verdi. 

 

1   ...   17   18   19   20   21   22   23   24   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə