GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə22/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   39

“Azərbaycan sizin sözünüzü gözləyir” 

 

1995-2005-ci illərdə parlamentin sədri olan Murtuz Ələsgərov o 

günləri nadir hallarda xatırlayır. Lakin bu gün əlamətdar gündür. 

İndicə bizim ilk kitabımızın təqdimatı oldu. Siyasətçilər, mədəniyyət 

xadimləri, sənət adamları kitab və Heydər  Əliyev haqqında 

təəssüratlarını bölüşürdülər... Atatürk adı- 



 

321


 

na Mədəniyyət Mərkəzinin böyük zalında mchriban atmosfer 

yaranmışdı. Görüş başa çatandan sonra Murtuz Ələsgərov bizi Milli 

Məclisə  dəvət etdi. Şənbə günüydü, böyük zalda yalnız növbətçilər 

vardı.  Ələsgorov parlamenti bizə göstərdikdən sonra öz kabinetinə 

dəvət ctdi. Orada hər  şey Hcydər  Əliyevin parlamcnt sədri olduğu 

vaxtdakı kimi qalmışdı. Yalnız divarda Heydər  Əliyevin  şəkilləriylə 

zəngin olan təqvim asılmışdı (bu təqvim Heydər  Əliyev Fondunım 

nəşri idi). 

Bir pəncərədən teleqüllə, digərindən isə Bakı buxtası görünür. 

- Bəs bu nədir? - pəncərədən azca aralıdakı deşiyi göstəririk. 

- Güllə izləridir, - Murtuz Ələsgorov cavab verir. 1993-cü ilin 

oktyabr hadisələri zamanı  cəbhəçilər atəş açırdılar. Heydər  Əliycv 

onları yadigar kimi saxladı və ol vurmamağı tapşırdı. 

Bəs bizim həmsöhbətin Hcydər  Əliyevlə ilk görüşü necə baş 

verib? 


O vaxt - 1978-ci ildə respublikada Azərbaycanın yeni 

konstitusiyasının layihəsini müzakirə edirdilər. Birinci katib bir neçə 

məşhur hüquqşünası MK-ya dəvət etdi. Murtuz Ələsgərov da onların 

arasındaydı. 

Neçə illər öncə o, Azərbaycan Dövlət Universitctinin hüquq 

fakültəsini fərqlənmə diplomu ilə bitirib, Moskvada SSRİ EA-nın 

Dövlət və Hüquq İnstitutunun aspiranturasına qəbul olunmuşdu. 

İstedadlı  gənc alim vaxtından  əvvəl yazdığı dissertasiyanı müdafıə 

edib hüquq elmləri namizədi, sonra doktor vo professor olmuşdu. 

Murtuz müəllim doğma universitctdə beynəlxalq hüquq kafedrasına, 

dövlət hüququ kafcdrasına rəhbərlik etmişdir. 1993-96-cı illərdə Bakı 

Dövlət Universitetinin rektoru olmuşdur. 200-dən artıq elmi işin, bir 

çox monoqrafıya və dərs vəsaitinin müəllifidir. 

- Hcydər  Əliyev bir sıra tanınmış hüquqşünası, o cümlədən də 

məni öz yanına dəvət etdi, - deyə  Ələsgərov xatırlayır. Azərbaycan 

dilinin dövlət dili elan olunması təklifı səsləndi. 

- Siz buna necə  baxırsınız?-  Əliyevin  bu  sualı  dəvət olunmuş 

mütəxəssislərə yönəlmişdi. 



 

322


 

- Mən cavab verdim ki, Azərbaycan dili bizim respublikada rus 

diliylə bərabər dövlət dili olmalıdır. Bu, bizim ilk görüşümüz oldu. 

Qeyd edək ki, axırıncı olmadı. 

1992-ci ildə Naxçıvan hadisələri  ərəfəsində  cəmiyyətdə 

qarşıdurma yaranacağını hiss edən bir qrup alim Heydər Əliyevə açıq 

məktub imzaladı. “Azərbaycan sizin sözünüzü gözləyir. Heydər 

Əliyevə müraciət” adlı  məktubun altında 91 imza vardı: Ziya 

Bünyadov, Ömər Eldarov, Fərəməz Maqsudov, Azərbaycan Elmlər 

Akademiyasının müxbir üzvləri  İqrar  Əliyev, Kərim Kərimov, 

Məmmədtağı  Cəfərov, Sabir Hacıyev, xalq şairi Xəlil Rza Ulutürk, 

xalq artisti Zeynəb Xanlarova, professorlar Əli Ömərov, Eldar 

İbrahimov,  İsgəndər Quliyev, Elfəddin Abdullayev, əməkdar 

hüquqşünas Murtuz Ələsgərov. alimlər, laureatlar, idarə  rəhbərləri. 

Cəmi, təkrar edirik 91 imza. 

Belə  sənədlər tarixdə insanların seçiminin və zamanın keş-

məkcşlərinin göstəricisi kimi qalır. 

“Hörınətli Heydər Əliyev! Biz görürük ki, respublikamızın şəraiti, 

xalqımızın vəziyyəti gündən-günə pisləşməkdədir. Azərbaycan sözün 

həqiqi mənasında mənəvi və siyasi böhran içindədir. Bunun səbəbi isə 

son dövrlərdə daha da genişlənən hakimiyyət böhranıdır. Dövlətin ali 

hakimiyyət orqanları iflic vəziyyətindədir. Bir çox dövlət orqanları 

heç bir hüquqi əsası olmadan yaradılıb fəaliyyət göstərir. 

Bir sözlə, indiki hakimiyyət ölkədəki ictimai-siyasi hadisələri idarə 

etmək iqtidarında deyil. İctimaiyyət obyektiv hüquqi aktlara əsasən 

yox şəxsi subyektiv rəylərə əsasən idarə olunur. Ən dəhşətlisi isə odur 

ki, nə siyasətdə, nə  də iqtisadiyyatda heç bir köklü dəyişikliklər 

aparılmır. Azərbaycan dövlət müstəqilliyinin təsbit olunduğu 

konstitusiya aktlarına müvafıq olan hakimiyyət bölgüsü aparılmır, 

hüquqi dövlət qurulmasına dair heç bir iş görülmür. Təcrübə, bacarıq 

olmayanda isə hakimiyyət qüvvələri zor tətbiqetməyə  əl atırlar. 

Prczidentdən tutmuş müxtəlif vəzifəli  şoxslərə  qədər hamısı öz 

müsahibələrində bildirirlər ki, heç kim bizi hakimiyyətdən məhrum 

edə bilməz, çünki polis və ordu bizim əlimizdədir. 

Görünür ki, dünənə  qədər küçə  və meydanlarda demokratiyadan 

dəm vuranlar onun əsl mahiyyətindən bixəbərdirlər. Bütün  



 

323


demokratik hüquqi dövlətlərdə ordu, polis siyasətdən kənar olur, 

yalnız dövlətçiliyə  və xalqa xidmət edir. Əgər dünənə  qədər 

Azərbaycanın sərvətləri yalnız bir istiqamətdə aparılırdısa, indi hər 

yerə daşmır. Bir çox Qərb ölkələrindən qovulmuş  Qərb inhisarçıları 

indi asanlıqla Bakı neftini ələ keçirmək üzrədirlər. Əgər bir az da bclə 

davam edərsə, siyasi boyunduruqdan qurtulub iqtisadi boyunduruq 

altına düşəcəyik. Çünki ölkənin salamat qalmış iqtisadi potensialı da 

dağılmaq üzrədir, təbii sərvətlər talan edilir. 

Ağır maddi vəziyyət, bədbinlik, gələcəyə ümidsizlik ucbatından 

yüzlərlə, minlərlə ziyalı 

həmvətənlimiz, ixtisaslı kadrlar 

respublikamızı tərk cdirlər. Sözsüz ki, ən ağır zərbə cəmiyyətin aşağı 

təbəqələrinə, geniş xalq kütlələrinə  dəyir. Bütün bunlar onu göstərir 

ki, bir azdan sosial ədalət prinsipindən  əsər-əlamət qalmayacaq. 

Rcspublikanın ağır vəziyyəti hakimiyyətin müasir epoxanın inkişaf 

tendensiyasını düzgün müəyyən edə bilməməsi, uğursuz kadr siyasəti 

nəticəsində bir az da ağırlaşır. Minlərlə insanın həyatına bais olan, 

minlərlə ailəni öz ev-eşiyindən məhrum cdən və sonu görünməyən 

Qarabağ faciəsi bir çox qüvvələr tərəfındən siyasi oyun kimi, yeni 

vəzifələr və maddi gəlir əldə etmək üçün vasitə kimi istifadə olunur. 

Azərbaycanda sürətli inkişaf yalnız siyasi arenada müşahidə olunur, 

onlarla təzə partiya meydana gəlir. Amma bu partiya liderləri arasında 

xalqın etimadını qazanmış, öz nüfuzu və istedadı ilə xalqı birləşdirə 

bilən şəxs yoxdur. 

Hörmətli Heydər  Əliyev! Siz respublikada bu missiyanı boynuna 

götürə biləcək yeganə şəxsiyyətsiniz. Uzun illik idarəçilik təcrübənizə 

əsaslanaraq, siz Azərbaycanda qısa zaman ərzində  əhalinin, 

ictimaiyyətin böyük hissəsini birləşdirə biləcək güclü, qüvvətli siyasi 

partiya yaratmağa qadirsiniz. Ona görə  də Azərbaycanın müxtəlif 

bölgələrində apardığımız sorğulara əsasən müəyyən etmişik ki, bizim 

yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına yalnız Siz 

rəhbərlik cdə bilərsiniz. Yalnız bclə partiya qarşıya qoyulmuş 

məqsədlərə çatmağa, böyük xalq kütlələrini birləşdirməyə, 

Azərbaycanın ictimai və siyasi həyatındakı çatları doldurmağa, dövlət 

quruculuğu işinə layiqli töhfəsini verməyə qadirdir. Əminik ki, 

yaradılmaq üzrə olan Yeni Azərbaycan Partiyası  dərin düşüncəli, 

ağılh, savadlı, milli qürura malik, mədəni şəxslərin müdrik ağsaqqal 


 

324


 

Heydər  Əliyev  ətrafında birləşdiyi bir partiya olacaq. Biz Yeni 

Azərbaycan Partiyasını yeni fikirli insanlan öz ətrafmda birləşdirən bir 

partiya kimi görürük. 

Əziz və hörmətli Heydər Əliyev! 

Bizim müraciətimizə minlərlə Azərbaycan sakini qoşulmağa 

hazırdır. Hələliksə, biz bu addımı bir qrup ziyalı şəxsin adından atırıq. 

Öz adımızdan və minlərlə Azərbaycan sakini adından Sizdən xahiş 

edirik ki, Ycni Azərbaycan Partiyasına rəhbərliyi öz üzərinizə 

götürəsiniz. 

Azərbaycan sizin qərarınızı və son sözünüzü gözləyir”. 

Murtuz müəllimdən soruşuruq: 

- Bəs Heydər Əliyev sizə nə cavab verdi? 

- O, məsləhət gördü ki, tələsməyək, düşünüb-daşınaq,  əvvəlcə 

partiyanın məramnaməsini, nizamnaməsini hazırlayaq. 24 oktyabrda 

o, məhz bizə - “91-lər qrupu”na daxil olan şəxslərə cavab məktubu 

yazdı. Gəlin, bu tarixi sənədi oxuyaq, - deyə Murtuz Ələsgərov bizə 

təklif etdi: 

“Əziz ziyahlar! Sizin 16 oktyabr 1992-ci ildə “Səs” qəzetində dərc 

olunmuş müraciətinizi oxudum. Həm sizin müraciətiniz, televiziyada, 

qəzetlərdə gedən informasiyalar, həm də Azərbaycanın müxtəlif 

əyalətlərindən gələn məktublara  əsasən görürəm ki, Azərbaycan son 

dərəcə  ağır vəziyyətdədir. Belə bir vəziyyətdə ziyalıların narahatlığı 

başa düşüləndir. 

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının əldə etdiyi 

böyük tarixi nailiyyətdir və bütün Azərbaycan vətəndaşları bununla 

fəxr edirlər. 

Amma bu hadisələr Azərbaycan xalqının çox ağır, çətin məsələləri 

həll etməli olduğunu göstərir.  İndi qarşıda duran əsas məsələ 

dövlətçiliyin formalaşdırılması, müstəqilliyin möhkəmləndirilməsi, 

vətəndaşların azad, sərbəst yaşamasına şəraitin yaradılmasıdır. Hər bir 

vətənpərvər şəxs bu yolda əlindən gələn köməyi göstərməlidir. Buna 

görə mən də sizin müraciətinizə cavab olaraq, bəzi fıkirlərimi sizinlə 

bölüşmək istərdim. 

Birinci onu qeyd edim ki, Azərbaycanın müstəqillik  əldə etməsi 

80-ci illərin  əvvəllərində başlamışdı  və bu, həm SSRİ-də, həm də 

bütün dünyada cərəyan edən ictimai-siyasi proseslərin təbii 

nəticəsiydi. Bu obyektiv səbəblər SSRİ-nin dağılması. Sov. İKP- nin 

tarix səhnəsindən silinməsi və on beş müttəfıq 


 

325


respublikanın müstəqillik  əldə etməsiylə  nətıcələndi. Bunun ardınca 

baş verən hadisələr. Yəni həm Azərbaycanın, həm də o biri 

respublikaların bütün dünya. BMT yə başqa beynəlxalq təşkilatlar 

tərəfındən tanınması beynəlxalq hüquq normalarına uyğun idi. 

Azərbaycanın müstəqillik əldə ctməsində, əlbəttə ki, müəyyən ictimai 

- siyasi qüvvələrin, təşkilatların, konkret şəxslərin, o cümlədən də 

Xalq Cəbhəsınin böyük əməyi olub. Həm də bu, obyektiv tarixi 

proscslərin nəticəsi və zamanın Azərbaycan xalqına, digər müttəfıq 

respublikalara bəxş etdiyi bir hədiyyədir. 

Beləliklə, dövlət müstəqilliyi Azərbaycan xalqının mənəvi 

sərvətidir və onun ayrı-ayrı siyasi qüvvələrin, partiya strukturlarının, 

şəxslərin inhisarına keçməsinə imkan vermək olmaz. 

Azərbaycanda hüquqi, demokratik, müstəqil dövlətin yaranması 

ictimai-siyasi, sosial-iqtisadi potensialın tam səfərbər edilməsiylə 

müşayiət olunan ağır, uzun əmək tələb edir. Əgər xalq ayağa qalxıb öz 

hüquqlarını tələb edirsə, qısa zaman ərzində on kiçik dövlət də böyük 

dövlətə çevrilir. Mənə elə gəlir ki, bu yolda aşağıdakı məsələləri həll 

ctməliyik: 

Birinci: Qarabağ  məsələsinin həll olunması  və Azərbaycanın 

müharibə  vəziyyətindən çıxması. Artıq beş ildir ki, Azərbaycanla 

Ermənistan arasında elan olumamış müharibə gedir. Azərbaycan öz 

ərazisinin bir hissəsini itirib, Ermənistanla sərhəd zonalarında yüzlərlə 

yaşayış muskəni dağıdılıb, minlərlə insan şəhid olub, əlil qalıb. Yüz 

minlərle insan doğma cv-eşiklərindən qaçqın düşüb, səfıl vəziyytində 

yaşayır. Respublikaya görünməmiş maddi və mənəvi ziyan dəyib. Ən 

dəhşətlisi odur ki, bu faciələrin sonu görünmür. Bir il əvvəl olduğu 

kimi indi də Azərbaycanın rəhbər orqanlarında Qarabağ  məsələsinə 

dair dəqiq, düşünülmüş siyasi-hərbi strategiyanın konsepsiyası 

yoxdur. Elə  təsəvvtir yaranır ki, Qarabağda və  sərhədyanı zonalarda 

hərbi əməliyyatlar özbaşına aparılır. 

İkinci: Azərbaycanda sosial-iqtisadi böhranın dərinləşməsi və 

əhalinin həyat səviyyəsinin aşağı düşməsi böyük narahatlıq doğurur. 

Son doqquz ay ərzində respublikanın iqtisadi vəziyyətinin statistik 

göstəriciləri adamı  dəhşətə  gətirır. Kənd təsərrüfatında və inşaatda 

vəziyyət daha da ağırdır. Son altı ildə respublikanın ümumi iqtisadi 

vəziyyətinin aşağı düşməsini nəzərə 

  


 

326


alanda, respublikanın hansı problcmlərlə üz-üzə  gəldiyini təsəvvür 

etmək çətin deyil. 

Azərbaycan tükənməz təbii sərvətlərə, böyük iqtisadiyyata, kənd 

təsərrüfatı  və intellektual potensiala malikdir. Təkcə aqrar sektorda 

istehsalın artırılması vasitəsilə kənd təsərrüfatı məhsullarının artımını 

təşkil etmək olar. Amma əfsuslar olsun ki, respublikada bu 

resurslardan qətiyyən istifadə olunmur. 

Belə görünür ki, dövlət idarələrində respublikanı bu iqtisadi 

böhrandan çıxarmaq üçün heç bir dəqiq proqram yoxdur; əhalinin ağır 

vəziyyətdən çıxarılması üçün heç bir addım atılmır. Analizlər göstərir 

ki, bu sahədə yalnız qarışıq, düşünülməmiş addımlar atılır. 

Üçüncü: Hökumətin kadr siyasəti həm ziyalıların, həm də geniş 

xalq kütlələrinin haqlı narazılığına səbəb olub. Rəhbər vəzifələrə heç 

bir savadı, təsərrüfat təcrübəsi, bacarığı olmayan cəbhəçilərin təyin 

edilməsi bütün hüquqi normaları pozur və bu da ağır nəticələrə gətirib 

çıxara bilər. Xalq heç vaxt Xalq Cəbhəsinə belə fövqəladə hüquq və 

səlahiyyətlər verməyib. Ötən onilliklər  ərzində rcspublikada həm 

iqtisadi, həm siyasi, həm ictimai, həm də idarəçilik sahəsində kifayət 

qədər istedadlı, bacarıqlı, yüksək səviyyəli, mədəni və ixtisaslı milli 

kadrlar yetişdirilib. Bütün bu kadrlara, hansı partiyaya aid ol-

masmdan asılı olmayaraq, özlorinə, ixtisaslarına uyğun fəaliyyətlə 

məşğul olmaq üçün şərait yaradılmalıdır. 

Rcspublikadan kənara, Rusiyada, Ukraynada, başqa ölkələrdə bir 

çox ixtisaslı, bacarıqlı, təcrübəli kadrlar çalışır. Onların buraya gəlib 

öz xalqına xidmət etməsinə şərait yaradılmalıdır. Öz səmərəli işləriylə 

onlar vətənlərinə, müstəqil Azərbaycana böyük xidmətlər göstərə 

bilərlər. 

Dördüncü: Azərbaycanın dövlət müstəqilliyinin möhkələnməsi ilk 

növbədə qanunların aliliyinin təmin edilməsindən başlanır. 

Totalitarizmdən xilas yolu yalnız demokratiyanın inkişafında, siyasi 

plüralizmin, insan hüquqlarının təmin olunmasındadır. Söhbət söz 

azadlığından, sahibkarlığa yardımdan, 

şəxsi mülkiyyətin 

müdafiəsindən, seçmək və seçilmək hüququnun təminatından gedir. 

Azərbaycanın hər bir vətəndaşı milliyyətindən,  əqidəsindən, 

dilindən və siyasi görüşlərindən asılı olmayaraq bu hüquqlara malik 

olmalıdır. Məncə, müstəqil dövlət quruculuğu 


 

327


prosesinə Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən olan insanlar 

qoşulmalıdır. Yeni, müstəqil Azərbaycan bizim hamımıza məxsusdur. 

Beşinci: Son dövrlər Azərbaycanı parçalamaq kimi təhlükəli 

tendensiyalar müşahidə olunur. Bu cəhdlərin qarşısı  qəti  şəkildə 

alınmalıdır. Yaranan narazılıqları isə sivil və demokratik şəkildə həll 

etmək lazımdır. 

Azərbaycan  əsrlər boyu öz ərazisində yaşayan insanların doğma 

vətəni olub. Azərbaycanın demokratik əsaslarla mövcudluğu onun 

dövlət müstəqilliyinin təminatının əsas şərtidir. 

Azərbaycanın bu günü və  gələcəyi ilə bağlı başqa problemlər də 

məni narahat edir. Amma sizin təklifmizə cavab verməmişdən  əvvəl 

qeyd etdiyim problemləri sizin diqqətinizə çatdırmaq istəyirdim. 

Hesab cdirəm ki, müstəqil Azərbaycanda bu problemlər qısa zamanda 

həll edilməlidir. Azərbaycanın bu günü və  gələcəyi ilə bağlı 

problemlərin həllinə heç bir vətəndaş biganə qalmamalıdır. 

Hesab edirəm ki, sizin təklifmizdə yazıldığı kimi, Yeni 

Azərbaycan Partiyasının yaradılması müstəqil, demokratik 

Azərbaycanın  əsası olan siyasi plüralizmi təmin etmək istəyindən 

doğub. Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən 

belə bir partiya müstəqil Azərbaycanın inkişafında və 

möhkəmlənməsində böyük rol oynaya bilər. 

Əgər belə bir partiya yaranarsa, mən onun fəaliyyətində yaxından 

iştirak ctməyə hazıram. 

 

Böyük hörmətlə, 

Heydər Əliyev 

24 oktyabr, 1992-ci il. Naxçıvan”. 

 

Həmin günlər respublika qəzetləri Ağstafa, Tovuz, Gədəbəy 



rayonlarının sərhədyanı bölgələrindəki atışmalardan, erməni silahlı 

qüvvələrinin Ağdama arasıkəsilməz hücumlarından yazırdı: “Onlarla 

ev dağıdılıb. Yaralananlar var”. Bakıda isə çörək,  ət, yağ növbələri 

böyüyür, insanlar hətta talonla da bu ərzaqlan vaxtlı-vaxtında ala 

bilmirdi. Vətəndaşlar kütləvi  şəkildə  iş yerlərini itirirdi. Blokada 

vəziyyətində olan Naxçıvanda isə bu problemlər üç dəfə, beş  dəfə 

artıq özünü büruzə verirdi. Amma artıq Arazın üstündəki körpü 

vasitəsilə İrandan maddi yardım gəlməyə başlamışdı və naxçıvanlılar 

çətinliklə 


 

328


də olsa, iradələrini toplayıb muxtar respublikanı normal vəziyyətdə 

saxlamağa müvəffəq olurdu. 

1992-ci il oktyabrm 27-də Azərbaycanın daxili işlər naziri öz şəxsi 

qvardiyası olan “Boz qurd”ları - 350-yə qədər hərbçini Bakıda topladı. 

Nazir “dikbaş” Naxçıvana yürüşə  şəxsən rəhbərlik etmək istəyirdi. 

Amma ən son anda bu yürüş təxirə salındı. Heydər Əliyevin igidliyi, 

onun tərəfində olan muxtar respublikanın Ali Məclisinin, hökumətinin 

iradəsi öz sözünü demişdi. Azərbaycan Prezidenti bununla 

hesablaşmaya bilməzdi. Həm də konflikt artıq beynəlxalq səviyyəyə 

qalxmaq üzrəydi. Məclisin iclasında Heydər  Əliyev sensasiyalı 

açıqlama verdi: “Mən kömək üçün Rusiya Prezidenti Boris Yeltsinə 

müraciət etmişəm”. Deputatlar bu açıqlamanı alqışlarla qarşıladılar. 

Bakıda Kreml sahibnin gözlənilməz qərarlarından qorxub 

Naxçıvandan əl çəkdilər. Amma qısa müddətə. 

İndi Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılması ilə 

bilavasitə məşğul ola bilərdi. Partiyanın təsis konfransı keçirildi, idarə 

heyəti, siyasi şurası seçildi. Partiyaya rəhbərlik isə Heydər  Əliyevə 

həvalə edildi. Təsis konfransından sonrakı on gün ərzində partiyaya 30 

minə qədər insan üzv yazıldı. 

“Yeni Azərbaycan Partiyasının gücü və  əzəməti, - deyə Murtuz 

Ələsgərov qeyd edir, - onun başında Heydər  Əliyev kimi məşhur 

siyasətçinin, idarəçilik işində böyük təcrübəsi olan bir şəxsin 

dayanmasındaydı. 

Tanınmış  qədim yunan tarixçisi Plutarx “Hoyatın müqayisəli 

təsviri”  əsərində yazır ki, xalqın lideri özünün ağlı  və düşüncəsi, 

əxlaqi-mənəvi təmizliyi, cəsarəti və uzaqgörənliyi ilə başqaları üçün 

nümunə olmalıdır. Düşünürük, bu sadə  həqiqəti isbat etməyə lüzum 

yoxdur. Amerikanın dahi dövlət xadimi Franklin Ruzvelti dörd dəfə 

ABŞ-ın prezidenti seçmişdilər. Fransanın nəhəng dövlət xadimi de 

Qoll iki dəfə öz xalqını və ölkəsini xilas etmişdi. Ondan soruşanda ki, 

o, Fransanı mümkün ola biləcək faciələrdən xilas edə bilərmi? General 

de Qoll cavab verdi: “Mən - fransız xalqının oğluyam, əgər xalq müra-

ciət edərsə, iki dəfə yox, 100 dəfə köməyə gəlməyə hazıram”. Böyük 

Atatürk Türkiyəni parçalanıb məhv olmaqdan qoruyub saxladı. 

Həyat göstərir ki, böyük dövlət xadimləri və siyasətçilər, güclü 

şəxsiyyətlər, xalqına sədaqətli insanlar VƏTƏN qarşısında  

 

 


 

329


məsuliyyətlərini hiss cdirlər. Boli, Ycni Azərbaycan Par-tiyasının 

lidcri Heydər Əliyev də bu cür insanlardan idi. Muxtar respublika Ali 

Məclisinin sədri kimi o, gündə on dörd, on beş saat işləyirdi. İş günü 

səhər saat onda başlanır, axşam saat altıya qədər davam edirdi, sonra 

bir saatlıq nahar, daha sonra isə gecə saat ikiyə qədər yenidən gərgin 

iş və bu iş rejimi üç gün, bcş gün yox, uzun müddət bclə davam cdir. 

Yeni Azərbaycan Partiyasının təsis konfransı kcçiriləndə 

nümayəndələr özləri bunun şahidi oldular. Onlar əmin idilər ki, belə 

şəxsin rəhbərlik etdiyi partiya, həqiqətən də, xalqı öz ətrafında 

birləşdirməyə qadirdir. Mən də buna əmindim”. 

21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının 

təsis konfransı keçirildi. Bu konfransın iştirakçısı YAP idarə heyətinin 

üzvü Kərim Kərimov o günü belə xatırlayır: 

- Həmin gün Naxçıvanda vəziyyət çox ağır idi. Qar yağmışdı. 

Güclü  şaxta adamın iliyinə  işləyirdi. Nəqliyyat demək olar gözə 

dəymirdi. Konfrans Cəlil Məmmədquluzadə adına Dövlət Dram 

Teatrının binasında kcçirildi. Zal çox soyuq olduğundan hamı paltoda 

oturmuşdu. Çoxları papağını belə çıxartmamışdı. Heydər Əliycv yenə 

özünəməxsus tərzdə kostyumda, başıaçıq salona daxil olub rəyasət 

heyətinə qalxdı. Tək oturmuşdu və sanki bu sərt şaxta ona zərrə qədər 

də təsir etmirdi. 

Konfransda Azərbaycanın bütün bölgələrini  əhatə edən 550 

nümayəndə iştirak edirdi. 

Kərim Kərimov məramnamə  və nizamnamə ilə bağlı belə bir 

məqamı da açıqladı: 

- Təsis konfransına hazırlıq dövründə Bakıda bir qrup ziyalı 

tərəfindən nizamnamə və proqramın layihələri hazırlanmışdı. Bu işdə 

təcrübəsi olan yoldaşlar layihələrlə tanış olub, təkliflərini 

hazırlamışdılar. Sözügedən sənədlərin layihələri çox iri həcmli idi. 

Azərbaycanın müstəqillik  əldə etməsilə  əlaqədar qarşıda duran 

vəzifələr - dövlət müstəqilliyinin möhkəmləndirilməsi, sabit və sosial 

yönümlü iqtisadiyyatın yaradılması, müstəqil, demokratik, hüquqi, 

dünyəvi dövlətin qurulması, milli maraqlarımıza uyğun olaraq Dağlıq 

Qarabağ probleminin həlli kimi məsələlər, o 

 

  


 

330


cümlədən qanunçuluq, azərbaycançılıq, varislik, vətəndaş həmrəyliyi, 

sosial ədalət kimi partiyanın əsas ideoloji prinsipləri bu sənədlərdə öz 

əksini layiqincə tapmamışdı. Konfransdakı  çıxışında bu məsələlərə 

aydınlıq gətirməyi nəzərdə tutmuşdum. Lakin konfransın gedişində 

müzakirəyə Bakıdakından tamamilə  fərqli, yeni, yığcam, dolğun 

layihələrin çıxarılmasının şahidi oldum. Maraqlandım, məlum oldu ki, 

yeni layihələr Heydər  Əliyev  əməyinin nəticəsidir. Heydər  Əliyev 

əvvəlcə köhnə layihələrin üzərində düzəlişlər etməyə  cəhd göstərib, 

ancaq sənədlər çox iri həcmli olduğundan, bir şey almmayıb. O, 

partiyanın Nizamnamə və Proqramını öz dəst-xəttilə yenidən yazmaq 

məcburiyyətində qalıb. Təsis konfransının bəyanatı bir daha elan etdi 

ki, bu partiyanın proqramının mahiyyətini müəyyən edən məqsədlər 

Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaqdan, onu daha 

da möhkəmləndirməkdən, ölkədə güclü, sivil, demokratik, dünyəvi 

dövlət və mülki cəmiyyət qurmaqdan, sosial yönümlü sabit 

iqtisadiyyat yaratmaqdan, hüquqi-siyasi islahalları 

həyata 

keçirməkdən, bir sözlə yeniləşmiş  və qüdrətli Azərbaycan 



yaratmaqdan ibarətdir. 

YAP Azərbaycanın müasir tarixində yeganə partiyadır ki, o 

yaranarkən öz qarşısına siyasi hakimiyyətə  gəlmək, hakimiyyət 

uğrunda mübarizə aparmaq yox, ölkəni mövcud böhrandan çıxarmaq 

məqsədi qoymuşdu. Heydər Əliyev həmin məqsədləri belə şərh edirdi: 

“Bu partiya hakimiyyət uğrunda mübarizə aparan partiya kimi 

yaranmadı. Biz partiyanın nizamnaməsində yazırıq ki, partiya 

Azərbaycanın bu ağır dövründə, ölkəmizin ictimai-siyasi həyatında 

iştirak etmək və Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün 

yaranır. Bu partiya parlament tipli partiyadır. Partiya yaranarkən heç 

kəs qarşıya məqsəd qoymurdu ki, biz hakimiyyəti devirəcəyik. Necə 

ki, indi ayrı-ayrı müxalifət qüvvələri hakimiyyəti devirmək haqqında, 

yaxud da hakimiyyət uğrunda mübarizə aparacaqları barədə ayda bir 

dəfə  bəyanatlar verirlər. Bizim partiya xalqı birləşdirmək və 

Azərbaycanın o vaxtkı mürəkkəb həyatında ölkənin problcmlərinin 

həll olunmasında iştirak etmək, öz xidmətlərini göstərmək məqsədilə 

yarandı. Mən məmnunam ki, 


 

331


1992-ci ildə çox ağır şəraitdə Naxçıvanda bizim yazdığımız və qəbul 

etdiyimiz proqram bu gün də öz aktuallığını saxlayıbdır. Demək, biz o 

vaxt nə qədər uzaqgörənlik etmişik, ölkəmizdə olan vəziyyəti nə qədər 

düzgün qiymətləndirmişik və partiyamızın gələcək yolunu, 

istiqamətini nə qədər düzgün müəyyən ctmişik”. 

Respublikanın müxtəlif bölgələrindən gələn təşəbbüs qruplarının 

üzvləri partiyanın məramnaməsini və nizamnaməsini təsdiq etdilər. 

Açıq səsvermə zamanı Heydər  Əlirza oğlu  Əliyev yekdilliklə 

partiyanın sədri seçildi. 

Bakıdakı hakimiyyət isə Naxçıvandan əl çəkmək istəmirdi. 1993-

cü ildə Prezident Elçibəy Naxçıvan Muxtar Respublikasında “Xüsusi 

komendaturaların təsis olunmasına dair” sərəncam imzaladı. 

Komendaturalar Azərbaycanın başqa  əyalətlərində  də fövqəladə 

vəziyyət elan olunmasıyla bağlı təsis olunurdu. 

Heydər Əliyev aprelin 12-də Muxtar Respublikanın Ali Məclisini 

topladı. Gündəlikdə iki məsələ vardı: 

1. Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında 

kometıdaturların təsis olunmasına dair sərəncamına münasibət. 

2. Naxçıvan Muxtar Respublikasının  əhalisinin çörək təminatına 

dair. 


Ali Məclisin sədri Heydər Əliyevin fıkrincə, “Naxçıvanın coğrafı 

mövqeyini nəzərə alaraq, burada fövqəladə  vəziyyət tətbiq etmək 

olmaz”. 

Amma məlum olduğu kimi, Naxçıvan Xalq Cəbhəsi burada da 

fövqəladə  vəziyyət tətbiq olunmasını  tələb ctmişdi. Prezident də bu 

tələblə razılaşmış və buraya komendantlar təyin edilmişdi. Fövqəladə 

vəziyyət şəraitində bütün hakimiyyət onların əlində cəmləşirdi. 

“Nəhayət, mən Prezidentlə əlaqə saxladım, - deyə Heydər Əliycv 

davam edir, - və onun nəzərinə çatdırdım ki, Naxçıvan Muxtar 

Respublikasında fövqəladə  vəziyyət tətbiq etməyə ehtiyac yoxdur. 

Hələlik, burada sakitlikdir. Biz onsuz da blokada şəraitində yaşayırıq. 

Axı, nəyə görə belə  qərarlar Naxçıvan rəhbərliyi ilə razılaşdırılmır? 

Heç nədən başı  çıxmayan adamların təhrikiylə fövqəladə  vəziyyət 

tətbiq etmək nəyə lazımdır? Mən Elçibəyə dedim ki, bu qərarı 

qanunsuz hesab edirəm 


 

332


və burada heç bir fövqəladə  vəziyyət ola bilməz. Naxçıvan  əhalisini 

şəxsən mən özüm müdafıə edirəm. Biz əməkdaşlıq yolu tutmuşuq, 

sizsə komendant təyin edirsiniz. Qanun qanundur. Muxtar 

respublikanın komendantı ola bilməz. Bu fıkri ortaya atanlar 

Prczidcnti pis vəziyyətdə qoyurlar. Prezident cavab verdi: “bu ola 

bilməz”. Gəlin, baxaq görək kimi komendant təyin cdiblər.  Əvvəlcə 

dedilər ki, müdafıə naziri komendant olmalıdır. Amma indi polis 

rəislərini bölgə komendantları təyin ediblər”. 

Ali Məclis sədrinin yanında keçirilən iclasa nazirlər və deputatlar, 

Naxçıvanın və onun altı rayonunun - Sədərək, Şərur, Babək, Şahbuz, 

Culfa və Ordubad - başçıları dəvət olunmuşdu. 

“Mən bütün ömrüm boyu qanuna uyğun yaşamışam, - Heydər 

Əliyev çox qətiyyətlə danışırdı. - Qanun pozuntusuna heç vaxt yol 

vermyəcəm. Gəlin, mövqelərimizi müəyyənləşdirək. Zəngilandan 

gələnlər dcyir ki, orada hcç kim qalmayıb. Ağdamda, Füzulidə  də 

vəziyyət eynidir və  əgər bizim səylərimiz nəticəsində Naxçıvanda 

camaat işləyib yaşamaqda davam edirsə, bunun nəyi pisdi ki? Nəyə 

görə burada fövqəladə  vəziyyət tətbiq olunmalıdır? Bu qərar ləğv 

edilməlidir. Mən böyük narahatlıq hissi keçirirəm. Naxçıvan onsuz da 

fövqəladə  vəziyyətdə yaşayır.  Əgər  İsgəndər Həmidov burada 

qarışıqlıq salmaq istəyirsə, mən buna yol vcrə bilmərəm. Mən burada 

qarışıqlıq salmaq istəyənlərin hamısını  xəbərdar edirəm: xalqı bu 

vəziyyətə salmaq sizə kifayət etmirmi? Həmidova satılmış bəzi xainlər 

burada aranı qarışdırırlar. Prezidentin ətrafında olan adamlar ona pis 

xidmət göstərirlər. Bura mənim doğma torpağımdır, bu torpağın 

yolunda canımdan da keçərəm. Məndə olan məlumatlara görə, 

ermənilər bizim kəndlərə buldozer salıb dağınıqlıq yaradırlar. Mən 

buna dözə bilmərəm. Qeyrət hissi olan azərbaycanlı necə razı ola bilər 

ki, bu torpaqlar ermənilərin əlinə keçsin. Biz Naxçıvanı qorumalıyıq. 

Prezidentin qulağını doldurmaq lazım deyil. Mən burada əyləşənləri 

və bütün naxçıvanlıları birliyə çağırıram. Bu yolda əlimdən gələni 

edəcəyəm. Mənim tələbim odur ki, kiminsə siyasi maraqları naminə 

Naxçıvanı ermənilərə satmasınlar”. 

Əliyev zala göz gəzdirdi: “Sualı, təklifi   olan varmı?” -deyə 

soruşdu. Vardı. O zaman yayılan şayiələrlə bağlı soruşurdular: 

- Kəndlərdə söhbət gəzir ki, Siz Tcr-Petrosyanla danışıqlar 

aparmısınız və Naxçıvanın boşaldılmasına dair razılığa gəlmisiniz. 

Xahiş edirik ki, təhlükəsizlik orqanları bu şayiələri yayanları tapıb 

cəzalandırsın. 

- Artıq neçə aydır ki, mən Tcr- Petrosyanla əlaqə saxlamıram, - 

dcyə      Əliyev cavab verdi. -1992-ci ilin oktyabrından  əlaqəmiz 


 

333


olmayıb. Mən Naxçıvanın müdafiəsini öz üzərimə götürmüşəm. Bu 

müdafiəni bizim hərbi hissələrimiz həyata keçirir.  Mən bir nəfər 

naxçıvanlının da buradan çıxmasına yol verməyəcəyəm.  Əgər vətən 

xainləri imkan versələr, biz sona qədər respublikanı qoruyacağıq”. 

Sonra isə iclas iştirakçıları ikinci məsələni – çörək problcmini 

müzakirə etməyə başladılar. Heydər Əliyev bildirdi: 

- Hər iki gündən bir çörəklə bağlı böhran yaranır. Qoy Abbasov bu 

barədə müşavirə iştirakçılarına qısa məlumat versin. “Dünən biz İran 

İslam Respublikası ilə danışıqlar apardıq, -muxtar rcspublika baş 

nazirinin birinci müavini məruzəsinə bu sözlərlə başladı. - Un və 

buğdanı artıq yola salıblar. Şəhər Polis İdarəsinə sərəncamı verilib ki, 

çörək zavodunun mühafızəsini təşkil etsin”. 

Müşavirənin sonunda Əliyev həmişəki kimi, bütün rəhbər işçilərə 

öz tapşırıqlarını verdi. Abbasov isə belə tapşırıq aldı: “İran  İslam 

Respublikasıyla daimi əlaqələr saxlasın və bu barədə Ali Məclisə 

mütəmadi informasiyalar vcrsin”. 

10 may 1993-cü il. Heydər  Əliyev yetmişilliyi münasibətilə 

təbrikləri qəbul edir. Qəzetlər Azərbaycan Prezidcnti Əbülfəz 

Elçibəyin təbrikini dərc etmişdi: 

“Hörmətli Heydər bəy! 

Sizi yetmiş illik yubileyiniz münasibətiylə  təbrik edir, Sizə uzun 

ömür, cansağlığı arzu edirəm. 

Yüz illərdir ki, bizim xalqmız azadlıq eşqi ilə yaşayır, bizim bir 

çox siyasətçilərimiz, hərbçilərimiz, incəsənət xadimlərimiz, 

ədiblərimiz milli dövlətçiliyin və müstəqilliyin əldə olunması naminə 

öz həyatlarını fəda cdib. Bu gün bu arzuların 

  

  


 

334


həyata keçirilməsi, bu ideyaların reallaşması missiyası bizim 

boynumuza düşüb. 

Sizinlə  səmimilik  şəraitində keçən ilk görüşüm zamanı ümumi 

işimizdə həmrəy olduğumuza, həqiqətən də, çox sevindim. 

Sizə uzun ömür və zəhmətinizin bəhrəsini görməyi arzulayıram”. 

Böyük siyasətdə hər bir sözün əhəmiyyəti var. “Bu missiya bizim 

boynumuza düşüb”... Deməli, Prezidcntin teleqramını oxuyanların 

çoxu elə hesab edəcək ki, Əliyevlə Elçibəy artıq müttəfıqdirlər. Yox! 

Prczidentin mətbuat xidmətinin ardınca Heydər Əliyev o görüş barədə 

öz informasiyasını hazırlamaq  əmrini verdi. Qeyd edildi: ki, görüşdə 

blokadada yaşayan Naxçıvandakı  ağır iqtisadi-sosial vəziyyət 

müzakirə edilmiş, çıxış yolları barədə  fıkir mübadiləsi aparılmışdır. 

Rəsmi informasiyada qeyd edilirdi: “Azərbaycanın daxili və xarici 

siyasətiylə bağlı fıkir mübadiləsi aparılıb. Bu görüşün səmərəsi barədə 

danışan ölkə prezidenti qeyd edib ki, Azərbaycanın dövlət  əhə-

miyyətli məsələlərinin ölkənin tanınmış ictimai-siyasi xadimləriylə 

müzakirə olunması, bu problemlərin həllində öz müsbət təsirini 

göstərəcək”. 

Bir sözlə, başqa görüşlərdən seçilməyən növbəti bir görüş... Amma 

görəsən, bundan əvvəl Azərbaycan Prezidenti öz bir həftəlik qrafıkini 

pozaraq, kiminlə səkkiz saat fasilə vermədən söhbət etmişdi? 

Ara-sıra mübahisə  həddinə qalxan həmin görüşdən çıxan Heydər 

Əliyev birbaşa öz tərəfdarlarının yanına - Yeni Azərbaycan 

Partiyasının Bakıdakı  qərargahına gəldi. Bunu “Bakinski raboçi” 

qəzeti yazırdı. Qərargah Nərimanov rayonundakı “Elektrotexnika” 

İnstitutunda yerləşirdi. 

“Mənim Azərbaycan Prezidenti ilə  əsaslı söhbətim oldu, o vaxt 

Hcydər Əliyev deyirdi.  Görüş səkkiz saata qədər davam etdi”. 

Müxbir daha sonra yazırdı: “Şəxsi məsələlərə görə Bakıya gələn 

Heydər  Əliyevin sözlərinə görə, Prezident Elçibəylə söhbət zamanı 

Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi məsələsi, 

rcspublikadakı ictimai-siyasi vəziyyət, Naxçıvanın blokada şəraiti 

müzakirə olunmuşdur. Yeni yaranmış partiyanın rəhbəri qeyd etmişdir 

ki, onun partiyası, Azərbaycanın  



 

335


dövlət quruculuğu ili adlandırılan 1993-cü ildə keçiriləcək bütün 

tədbirlərdə yaxından iştirak etməlidir. Bakıdakı  qərərgahda görüş 

zamanı o, partiya üzvlərini Azərbaycanın  ərazi bütövlüyü uğrunda 

mübarizəyə çağırmışdır”. 

Bəli, böyük siyasətdə  hər kiçik sözün də xüsusi çəkisi var və 

Heydər Əliyev bunu hamıdan yaxşı bilirdi. 

O, gurultulu, təntənəli yubiley məclisi həvəsində deyildi, bu günü 

öz qohumlarının əhatəsində keçirmək istəyirdi. Bu ərəfədə Türkiyədən 

oğlu gəldi... Bəs bir-iki günə  hərbi mövqelərindən ayrılıb onun 

görüşünə  gələn  əsgərlər necə olsunlar? Yaxud Bakıdan gələn Böyük 

Vətən müharibəsi veteranları? Məgər onların müqəddəs saydıqları 9 

May gününü Elçibəy bayramlar sırasından pozub atdığı bir zamanda 

veteranların sözünü yerə salmaq olardımı?!  İlham diqqətlə atasını 

dinləyir. 

- Bizlərdə, Naxçıvanda Qələbə gününü əvvəlki tək bayram edirlər,  

deyə muxtar respublika Ali Məclisinin sədri öz qərarını verdi. 

- Sizinlə, Heydər müəllim, bu bayram Bakıya qayıdacaq, o, bütün 

xalqa əzizdir. 

Bakıdan gələn jurnalist Svctlana Mirzəycva özüylə bir töhfə  də 

gətirib, - köhnə, azca soluxmuş fotoşəkildə  məşhur balerina Qəmər 

Almaszadə, çox gənc Zərifə və qardaşı Tamerlan əks olunmuşlar. 

Heydər Əliyevin gözləri yaşarır: 

-Mən ömrüm boyu Zərifəyə vurğun idim... Sonra, o öz gündəlik 

qayğılarını bir qədər unudaraq, həyatda rast gəldiyi, ünsiyyət bağladığı 

böyük sənətkarlardan söz açır. 

- Poeziya, teatr, musiqi, rəssamlıq, hcykəltəraşlıq mənim üçün 

sadəcə maraqlı, cazibədar bir dünya ilə  təmas, sadəcə  təəssürat 

dəyişməsi və istirahət deyil. İncəsənətdən qüvvə almışam, ondan 

optimizm, həyat eşqi duyğusu  əxz edirəm.  İncəsənət adamlarıyla 

ünsiyyətdən geniş biliklər alıram, həyatda, insan münasibətlərində 

gözəlliyi dərindən duyuram. 

Görkəmli sənətkarlar Heydər Əliyevi özlərinin həssas zövqlü sənət 

yoldaşı kimi qəbul edirdilər. Ailə şənliyində Heydər Əliyevin nəğmə 

oxumasım dinləyən məşhur müğənni 



 

336


 

Müslüm Maqomayev onun zəngin çalarlı, fıtrətdən gələn səsinə 

heyranlığını bildirmişdi. 

Naxçıvanda yaşlı adamlar Heydəri görmək üçün şəhər teatrına 

necə getdiklərini indi də yaxşı xatırlayırlar. Bəli, o gözəl rəssam, 

aktyor, memar ola bilərdi. Amma həyat başqa seçimə üstünlük vcrdi. 

Siyasət sahəsində də o öz xalqı üçün çox iş görməyə qadir idi. Ancaq 

xalq da, onu parlamentə seçən insanlar da hələ bunu dərk edəcəkdilər. 

1992-ci ildə Azərbaycan fırtınalı  dənizdə kapitansız üzən gəmini 

xatırladırdı. Rcspublika parçalanmaq və dövlət müstəqilliyini itirmək 

təhlükəsi qarşısında idi. 

1992-ci il mayın 18-də, ölkənin Ali Sovetinin sessiyasında deputat 

Eldar  İbrahimov xalqı bu bəladan xilas edə biləcək adamın 

parlamentin sədri seçilməsini təklif etdi. O bildirdi ki, bu mürəkkəb və 

ağır işin öhdəsindən dövlət idarəçiliyi sahəsində böyük təcrübəsi olan 

siyasətçi Heydər  Əliyev gələ bilər. Təəssüf ki, o zaman həmkarları 

Eldar İbrahimovun təklifıni müdafiə etmədilər. 

  


 

337

1   ...   18   19   20   21   22   23   24   25   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə