GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə23/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   39

 

 

 

 

 

 

 

 

IX fəsil  

 

QAYIDIŞ 

 

May-iyun, 1993-cü il, Naxçıvan-Bakı 

 

İxtisasca jurnalist olan, bu kitab yazılan zaman isə Naxçıvanda Ali 



Məclis aparatının başçısı  işləyən  Əli Həsənovun günbəgün apardığı 

xronikaya bu epizod düşməmişdir: Mətbuat katibinin tapşırığı ilə  ağ 

neft lampası  Əliycvin kabinetindən götürülərək onun otağına aparılır 

və açarla bağlanmış dolabda saxlanıhr.  Əlbəttə, mətbuat katibinin 

niyyəti növbəti dəfə  işıq kəsiləndə  şefm çırağından faydalanmaq 

deyildi. Bu qədirbilən insan xəyalən həmin çırağı  gələcək  Əliyev 

muzeyində görürmüş... Yeri gəlmişkən, deyək ki, clə belə də oldu... 

Xronikada başqa bir önəmli hadisə öz əksini tapmışdır: 1993-cü 

ilin iyun ayında Naxçıvan  İran enerji şəbəkəsinə qoşuldu. Blokada 

məngənəsində qalmış muxtar respublikaya oradan, Təbrizdən qaz 

kəməri də çəkilirdi. 

Bu yeniliklər, ilk növbədə Naxçıvan bazarının mrxına təsir 

göstərdi: neft çıraqları ucuzlaşdı, müştəriləri də azaldı, alanlar da tək-

tük bədgüman, inamsız bəndələr idi. 

Heydər  Əliyevin yetmişilliyi  ərəfəsində ”Bakinski raboçi”dən bir 

jurnalist müsahibə almaq üçün onun razılığını almağa nail oldu. 

Əliyev juralisti qəbul etdi, suallarına həvəslə cavab versə də, ayrılanda 

bildirdi ki, onların müsahibəsi çətin ki, işıq üzü görsün. 

Elə bil ürəyinə danmışdı. Mayın onu, iyirmisi ötdü, iyun gəlib 

çıxdı, “Bakinski raboçi”dən səs çıxmadı. Haçandan-haçana, iyunun 

10-da “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram” başlığı ilə 

müsahibə dərc olundu. 

  

  

  



 

338


 

Kənardan baxana yazının qəzetdə yubanması adi hal kimi görünə 

bilər. Əyalətdə oturmuş bir muxtariyyət rəhbərinin müsahibəsinin bir 

ay tez, ya gcc çıxmasının nə fərqi... Amma 1993-cü ilin may ayındakı 

Azərbaycanla iyun ayındakı Azərbaycan bir-birindən fərqlənirdi. 

Onları Gəncə hadisələri ayırırdı. 

Qədim Gəncə  əsrlər boyu çox sınaqlardan keçmiş, çox bəlalar 

görmüşdür.  Əhalisinin sayına görə bu Bakıdan sonra Azərbaycanın 

ikinci böyük şəhəridir, böyük sonaye, elm və mədəniyyət mərkəzidir. 

Rusiyaya birləşənə qədər bu şəhər Gəncə xanlığnın paytaxtı olmuşdur. 

Buranın mərd  əhalisi xanlığı mühasirəyə alan yadelli işğalçılara 

qarşı inadla mübarizə aparmışdır. Öz qəhrəman əcdadını, 1803-cü ildə 

rus təəbəliyini qəbul etmək barədə Qafqaz ordusunım komandanı 

general Sisyanovun təklifini rədd edən Cavad xanı da xalq heç vaxt 

unutmamışdır. Bəli, Gəncə çox şey görmüşdü, amma həmyerlilərinin 

bir-birinə güllə atdığını görməmişdi. 



 

Polkovnik Hüseynovun tankları 

 

İyunun 4-də, səhər saat 6-da rəsmi məlumatlarda deyildiyi kimi, 



polkovnik Surat Hüseynovun başçılıq etdiyi “7097 saylı hərbi hissənin 

zərərsizləşdirilməsi üzrə  əməliyyat başlandı”. Bu hissəyə qarşı 

prezidcnt qvardiyasının, Milli Təhlükəsizlik Nazirliyinin, daxili 

qoşunların bölümləri hücuma keçdilər. 68 nəfər hərbi qulluqçu və 

mülki  şəxs həlak oldu. Müqavimət göstərən on iki əsgər tankların 

tırtılları altında məhv oldu. Hökumət qüvvələri darmadağm edildi - 

1200 nəfər əsir düşdü, onlardan 180-i zabit idi. Ola bilsin, onlar özləri 

Surət Hüseynovun tərəfinə keçmişdilər. Çünki onlar da, S.Hüseynov 

kirli korrupsiya azarına düçar olan rcjim uğrunda döyüşmək 

istəməmişdilər. 

Gəncədən qayıdan parlament komissiyasının hesabatından sonra 

dcputatlar iki saat yarım milli televiziya ilə birbaşa yayım 

aparılmasmm zəruriliyini çək-çevir edirdi. Prczident Əbülfəz Elçibəy 

və Milli Məclisin sədri İsa Qəmbər translyasiyanın respublikada onsuz 

da gərgin vəziyyəti daha da kəskinləşdirəcəyini  


 

339


bildirirdilər. Deputatların  əksəriyyəti onlarla razılaşmırdı.  İyunun 

sukkizində, saat 19.30-dan birbaşa yayım başlandı. 

Bu tarixi hadisələrə bir qədər ətraflı diqqət yctirək. Heydər Əliycv 

hələ Naxçıvandadır. Elçibəy ona gündə iki-üç dəfə telefon açıb Bakıya 

gəlməsini, ölkəni xaosdan qurtarmasını təvəqqe cdir. 

Polkovnik Hüseynovun tankları camaatın canına vəlvələ sala-sala 

Bakıya doğru şütüyür. 

Elçibəy iki dəfə Heydər  Əliyevi gətirmək üçün öz təyyarəsini 

göndərir - ekipaj dəvət olunan şəxssiz geri qayıdır. 

İyunıın 7-də Heydər Əliyev muxtar rcspublikanın Ali Məclisini və 

Nazirlər Kabinetini təcili iclasa yığır. Bakıdan və  Gəncədən qanşıq 

informasiyalar gəlir (Azərbaycan Milli Məclisindən canlı yayıma hələ 

axşam saat səkkizdə başlanacaq). 

- Mən Prczident Elçibəylə telefonda danışdım, - deyə Hcydər 

Əliycv öz həmkarlarına bəyan edir. O mənə dedi ki, Surət Hüseynov 

qiyam qaldıraraq dövlətin əleyhinə çıxıb. Bizim bildiyimizə görə, bir 

neçə nüfuzlu ağsaqqal onunla danışıqlar aparmaq üçün Gəncəyə 

gedib. Bu danışıqların nəticələri barədə  hələlik heç bir məlumat 

yoxdur. Buna baxmayaraq, təklif var ki, Naxçıvan Muxtar 

Rcspublikasının Ali Məclisi bu məsələyə öz münasibətini bildirərək 

bəyanat qəbul etsin. 

Bəyanat layihəsini hazırlayanlar hamını barışığa və Prezidentin 

ətrafmda birləşməyə çağırırdılar. 

- Biz yckun qərar qəbul edə bilmərik, çünki hələ çox şey bizə 

aydın dcyil, - deyə Heydər Əliyev məsələyə aydınlıq gətirdi. Ona görə 

də mən boynuma məsuliyyət götürüb konkrct fıkir bildirə bilmərəm. 

O, həmkarlarına diqqətlə qulaq asır, kiməsə etiraz edir, kiminləsə 

razılaşır - təbəssümlə, jcstlə, rcplika ilə - “bizim bəyanatımız xalqı 

birləşməyə çağırmalıdır, xalq vətəndaş müharibəsi təhlükəsi 

qarşısındadır. Buna yol vermək olmaz”. 

Naxçıvanın səsi bütün dünyaya yayıldı: 

“Biz bütün həmvətənlilərimizi birliyə  və milli həmrəyliyə 

Çağırırıq.  Əminik ki, Gəncə hadisələri diqqətlə araşdırılacaq, 

mübahisəli məsələlər bütün Azərbaycan xalqının mənafeyi, müstəqil 

dövlət quruculuğu naminə danışıqlar vasitəsilə sülh ilə  həll 

ediləcəkdir”. 



 

340


 

  

“Xilaskar gələcəkmi?” 

 

Hakimiyyətsizliyin və xaosun arxada buraxdığı izlər təlaş  və 



vahimə doğururdu. Ermənistanın təcavüzü genişlənir, Azərbaycan 

strateji mövqelərini bir-bir əldən verirdi. Müharibə aparan ölkənin 

nizamlı ordusu yox idi. Siyasiləşdirilmiş ordu hissələrində 

intizamsızlıq, qarşıdurma  əhval-ruhiyyəsi onun düşmənə qarşı döyüş 

qabiliyyətini heçə endirmişdi. Hakimiyyət kürsüsü uğrunda gedən 

çəkişmələr, qruplararası ziddiyyətlər, tayfa münasibətlərini 

kəskinləşdirən  ədavət hissləri, xəyanət və satqınlıqlar dövlət 

idarəçiliyini heçə endirmişdi.  Əbülfəz Elçibəy Bakıda prezident idi, 

Surət Hüseynov isə  Gəncədə hakimi mütləq. Ölkədə anarxiya hökm 

sürürdü. 

Dövlətin sabit xarici siyasət kursu olmadığından ölkənin 

beynəlxalq aləmdə nüfuzu heçə endirilmiş, strateji baxımdan mühüm 

əhəmiyyət daşıyan qonşu ölkələrlə münasibətlərdə soyuqluq 

yaranmışdı. Müharibə aparan ölkənin iqtisadi durumu böhran həddinə 

çatmış, xarici iqtisadi əlaqələr pozulmuş  və  nəhəng sənaye 

müəssisələri dayanmışdı. 

Aparılan səriştəsiz daxili siyasətin nəticələri daha ağır idi. Milli 

münasibətlər bilərəkdən kəskinləşdirilmiş və Azərbaycan parçalanmaq 

təhlükəsi qarşısında qalmışdı. Ölkə  həqiqi mənada vətəndaş 

müharibəsinin astanasında idi. Hakimiyyət ermənilərin işğalçı 

hücumlarının qarşısını almaq əvəzinə, Gəncəyə hücum planı 

hazırlayırdı... 1993-cü ilin iyun günləri belə idi... 

İllərlə küçə  və meydanlarda “Azadlıq”, “Müstəqillik” hayqıran 

milləti bu günlərin məşəqqəti necə  sıxmış, necə karıxdırmışdısa, 

azadlığı da, müstəqilliyi də qarğımaq və lənətləmək günahına batmaq 

onu qorxutmurdu. Azərbaycan dizüstə çöküb, can üstə olan balasına 

göylərdən şəfa diləyən ağbirçək nənəni xatırladırdı. 

Bu millətin  əsgərləri torpağına yeriyən düşməndən yox, kürəyinə 

açıla biləcək “qardaş” gülləsindən ehtiyatlanırdı. 


 

341


 

Amma təlatüm və fırtınalar xalqın öz qəlbində yandırdığı ümid şamını 

söndürə bilmirdi. Ölümün təkidləri nə  qədər sərt olsa da, “olum” 

intihara tələsmirdi. Çünki böyük Azərbaycan ulu Naxçıvandan xəbər 

gözləyir, Azərbaycan xalqı öz əzəmətli sərkərdəsini soraqlayırdı... 

...”Gələcək, gəlməyəcək?” Onu az-çox tanıyanlar bu taleyüklü 

suala birmənalı cavab verirdilər: Heydər Əliyev canını qurban verər, 

ancaq Vətənini, torpağını, xalqını  fəlakətdə qoymaz! Bu cavabın 

qarşısında cavabsız qalan sonsuz suallar dursa da, onun gətirdiyi 

təskinlik, toxtaqlıq ümidləri daha da alovlandırırdı. Yuxusu ərşə 

çəkilmiş millətin əsgəri də, fəhləsi də, ağbirçəyi də sabahı bu ümidlə 

açırdı. 


Elçibəyin zəngləri isə Heydər Əliyevə nə işdə, nə də evdə rahatlıq 

vermirdi. 

Heydər Əliyev sonralar xatırlayırdı: 

- Mən telefonla Elçibəylə danışdım və Bakıya gəlməkdən imtina 

etdim.  İyunun doqquzunda Surətin qoşunları Bakının 100 

kilometrliyində idi. Onun adamları  təhqir olumuşdular, deyirdilər: 

“Bakıya gəlsək, cinayətkarları  fənərlərdən asacağıq!” Elçibəy yenə 

dalınca təyyarə göndərdi, yalvardı ki, gəlim. 

Ən çətin və mürəkkəb məqamlarda belə xalqına sədaqətli olan, 

Vətəni Azərbaycanın və doğma xalqının taleyini öz taleyində yaşayan 

VƏTƏNDAŞ  nəhayət ki, qayıtdı, özünü yetirdi. Onu qarşılayan 

izdihamı görmədən, bəlkə də, bu dahi şəxsiyyətin xalq arasında hansı 

hüsn-rəğbətə, hansı  məhəbbətə sahib olduğunun gerçək mənzərəsini 

təsəvvürə  gətirmək və  dərk etmək çətin olardı. Sevincindən 

ağlayanların sayı-hesabı yoxdur. Əlləri göylərdən asılmış minlərlə 

insan Tanrının bu səxavətinə, onun göndərdiyi xilaskara alqışlar 

yağdırırlar. Bu tükürpərdən səhnənin canlı  şahidi kimi, həm də bu 

kitabın müəlliflərindən biri kimi mən də, elə bil yüz ilin ağırlığını, 

qəm-kədərini bir andaca üstümdən atıb yüngülləşirəm.  İzdihamdan 

dualar, alqışlar kəsilmək bilmir. Yerbəyerdən eşidilirdi: “Azərbaycan 

qurtuldu”, “Millətin atası  gəldi”, «Azərbaycanın yiyəsi qayıtdı”. Bu 

ifadələrin hər biri  



 

342


canında illərin  təlaş və  qorxusunu yaşadan  milyonların ürəyinə sərin 

bir toxtaqlıq gətirirdi. 

Millət atası nə qədər qamətli, vüqarlı, əzəmətli görünsə də, xalqın 

baxışlarındakı sevincdən daxilən kövrəlmişdi. Amma bunu çox az 

adam görə bildi. Onun baxışları izdihama böyük bir toxtaqlıq verdi. 

Çöhrələr açıldı, alqış  sədaları zilə qalxdı. Böyük qayıdışdan 

QURTULUŞA yol başladı. 

Zaman göstərdi ki, bu gəliş bütün mənalı ömrünü Azərbaycanın 

işıqlı sabahına həsr edən Heydər Əliyevin hakimiyyətə yeni gəlişi yox 

hakimiyyətə qayıdışıdır. Ancaq nə Azərbaycan onun qoyub gctdiyi 

Azərbaycan idi, nə də hakimiyyət. Viranə qoyulmuş, tar-mar edilmiş 

məmləkətdə hər şey yenidən, bünövrədən başlanmalı idi. 

Dahi alman filosofu Fridrix Nitsşe  əsərlərinin birində yazırdı ki, 

“insan üçün həyatda özü öz yükünü daşımaq çətindir, o da qalmışdı 

başqalarının yükünü çiyninə alasan”. Əlbəttə, belə bir şəraitdə viranə 

bir məmləkətin ağır və son dərəcə  məsuliyyətli vəzifələrini üzərinə 

götürmək Heydər Əliyev dəyanətinin, iradə və cəsarətinin, hər şeydən 

əvvəl isə Azərbaycana, xalqına olan sonsuz məhəbbətin və sevginin 

möcüzəsi ola bilərdi. 

Maraqlı idi ki, Azərbaycanın sağlam siyasi qüvvələri, xalqın 

böyük  əksəriyyəti kimi, ölkəni uçuruma aparmış kcçmiş iqtidar 

nümayəndələri, digər müxalif siyasi qüvvələr də  məhz Hcydər 

Əliyevin hakimiyyətə dəvət olunması zərurətini dərk etmişdilər. Onlar 

başa düşürdülər ki, Azərbaycanın indiki vəziyyətdə xilaskarı yalnız 

Heydər  Əliyev ola bilər. Çünki qarşıda həllini gözləyən çox 

mürəkkəb, eyni zamanda, olduqca vacib və mühüm problemlər 

dururdu. Digər tərəfdən, istər AXC iqtidarı, istərsə hakimiyyət eşqində 

olan digər müxalifət qüvvələrinin bir qismi güman edirdi ki, indiki 

şəraitdə çox ola bilsin ki, Heydər Əliycv bu problemlərin öhdəsindən 

gələ bilməsin və siyasi səhnəni birdəfəlik onlara saxlasın. Çünki 

qarşıda duran problemlər həqiqətən ağır və üzücü problemlər idi. 

Lakin siyasət - istiqaməti müəyyənləşdirmək, düzgün yol seçmək, 

vəziyyəti qiymətləndirmək, uzağı görmək sənətidir. Bu sənətin həqiqi 

və son dərəcə dərin bilicisi olan  



 

343


Heydər Əliyevi hakimiyyətdə nəyi necə etmək, nədən başlamaq kimi 

mühüm suallar heç zaman tərəddüd qarşısında qoymayıb. Azərbaycan 

reallıqlarına dərindən bələd olan bu dahi siyasətçi ona göstərilən 

müxalifət səmimiyyətinin də arxasmda hansı planların necə 

çəkildiyini yaxşı bilirdi. Ancaq bunların heç biri onun iradəsini, 

səriştəsini, siyasi uzaqgörənliyini irəliyə çəkmək iqtidarında deyildi. 

- Mən razılıq verdim, - deyə Heydər Əliyev sözünə davam cdir. - 

Etiraf edirəm ki, fəlakətə doğru uçmaq qorxulu idi, amma mən 

anlayırdım ki, Bakıya uçmalıyam, çünki xalqın taleyi həll olunurdu. 

Uçub gəldim və biz Elçibəylə bir neçə saat söhbət ctdik. O, hələ  də 

mənə silahdaşı Pənah Hüscynovun tutduğu baş nazir vəzifəsini təklif 

edirdi.  İmtina etdim. Onlar hamısı Elçibəyin yanına yığışıb mənə 

qulaq asırdılar. Mən onların cinayətkar idarəçiliyi barədə bütün 

düşündüklərimi dedim. İsa Qəmbərov dözməyib dedi: “Biz 

düşünürdük ki, siz bizə  məsləhət verəcəksiniz, siz isə bizə 

ittihamnamə söylədiniz!” Əslində də bu, bclə idi. 

Bu görüş onların ilk görüşü dcyildi. Bizim yazdığımız kimi hələ 

fevralda onların arasında səkkiz saat davam edən söhbət olmuşdu. O 

vaxt Heydər  Əliycv “bu siyasət iflasa məhkumdur” demişdi. – “Biz 

idarə etməyi öyrənirik. Qoy səriştəsizlər təcrübə qazansınlar. 

Qazanmasalar, biz onları  kənarlaşdırıb  əvəz cdərik”, - deyə Elçibəy 

bildirir – “Xalqın üzərində  təcrübə aparmaq olarmı?” - ağsaqqal 

siyasətçi iqtidar sahibinə haqlı irad tutur. 

Xatırladaq ki, “Bakinski raboçi”də iyunun 10-da çıxan müsahibə 

bu dialoqun davamı kimi səslənir. Respublikada çox populyar olan 

qəzetlərdən birinin səhifələrindən yalnız muxtar respublikanın başçısı 

deyil, həmişə olduğu kimi, bütövlükdə Azərbaycanın taleyini düşünən, 

cavabdehliyini duyan bir siyasətçi həmvətənlilərinə üz tuturdu. 

Heydər  Əliyev  ən başlıca,  ən təxirəsalmmaz məsələlərdən - 

müharibəyə necə son qoymaqdan, dağılmış iqtisadiyyatı necə 

dirçəltməkdən söz açır. 

“Suverenlik, milli müstəqillik Azərbaycanın  ən böyük 

nailiyyətidir. Lakin onların möhkəmləndirilməsi - qonşu dövlətlərlə, 

yaxın və uzaq xarici ölkələrlə işgüzar, iqtisadi, mədəni  



 

344


əlaqələrin yaradılmasına  əsla zidd deyil. Təsərrüfat  əlaqələrinin 

kəsilməsi kimə fayda verdi? Sabiq SSRİ-nin heç bir respublikasına! 

Hətta Rusiya, Ukrayna, Belarus kimi qüdrətli ölkələrə  də bunun heç 

bir faydası olmadı. Bəs yeni əlaqələr qurulması üçün nə  qədər vaxt 

keçməlidir? Bəzən kor-koranə, necə gəldi, çox vaxt da öz-özünə ziyan 

gətirəcək axtarışlar hər bir ölkəyə, o cümlədən Azərbaycana da nə 

qədər bəlalar gətirdi. 

Əhalinin müəyyən hissəsi Azərbaycandan çıxıb gedir. Bir qismi 

sabiq SSRİ  şəhərlərinə, o biriləri daha uzaqlara - ABŞ-a,  İsrailə, 

Almaniyaya və s. ölkələrə köçürlər. Bakı burada yaşayanlar üçün 

daima əziz olan beynəlmiləl mədəniyyət şəhəri iqlimini itirir. 

Tam aydınlığı ilə deyim ki, Azərbaycan həyatın  ən müxtəlif 

sahələrindəki nailiyyətlərini az qala bir əsr  ərzində yaranan həmin 

çoxmillətli mədəni-sosial mühit sayəsində qazanmışdır. 

O da tamamilə bağışlanmazdır ki, Azərbaycanı azərbaycanlılar, 

əsasən, rusdilli olanlar tərk edirlər. Bımlar, bir qayda olaraq, Moskva, 

Leninqrad ali məktəblərində təhsil almış əla mütəxəssislərdir. 

Yeri gəlmişkən, mən başçılıq etdiyim Yeni Azərbaycan Partiyası, 

müxtəlif milliyyətli insanlar arasında  əvvəlki etimad, dostluq, 

qarşılıqlı  əlaqələr  şəraitinin dirçəldilməsi naminə  fəal çıxış edir. 

Söhbətin bu yerində jurnalist müsahibinə Kommunist partiyasını tərk 

edərkən daha heç bir partiyaya qoşulmayacağını söz verdiyini 

xatırladır. 

“Bunlar doğrudur, - dcyə Heydər Əliyev sualı cavabsız qoymur. - 

Lakin Yeni Azərbaycan Partiyası  mənim həyati təsəvvürlərimlə 

səsləşən o qədər ideyalar irəli sürdü ki, mən onun sıralarına sadəcə 

daxil olmağı yox, onun sədri olmağı qət etdim. Bu partiya, həqiqətən, 

demokratik amalları sayəsində get-gedə daha çox üzvləri - yaradıcı, 

elmi və texniki işçiləri -ziyalıları, kəndliləri və  fəhlə sinfinin 

nümayəndələrini cəlb edirdi. 

Və Yeni Azərbaycan Partiyasmın  ən başlıca vəzifəsi düşmənin, 

Qarabağ müharibəsinin, onunla bağlı qaçqınlığın kəsb etdiyi nəhəng 

təhlükənin qarşısında ən müxtəlif insanları birləşdirməkdir. 


 

345


Bəli, mən böyük, çətin, lakin hesab edirəm, xoşbəxt bir ömür 

yaşamışam. Ömrümdə  hər nə olmuşsa yaxşı da, yaman da, sevinclər 

də, peşmançılıqlar da mənim varım, sərvətimdir. Mən siyasətə 

yamanlıqları xatırlamaq, ya kiminləsə haqq-hesab çürütmək üçün 

deyil, insanlar üçün, Azərbaycan üçün əlimdən gələni etməyə 

qayıtmışam. 

Mən realistəm və Azərbaycanda yaranmış  vəziyyətin bütün 

ağırlığını görürəm. Lakin mən irəliyə baxmağı bacarıram və hətta bu 

şəraitdə duruş  gətirə bilən xalqın qüdrətinə inanıram; o, dağılanları 

bərpa etməyə, yeni həyat qurmağa qadir olacaq. Axı bu məmləkət 

yüzminlərlə cavan insanın ömrünə son qoymuş Vətən müharibəsindən 

sonra da yaralarını sağaldıb, yaşayışını bərpa etməyi bacarmışdı. Mən 

Azərbaycanın xoşbəxt gələcəyinə inanıram”. 

Qəzetin sözügedən sayında, müsahibə başlanan həmin səhifədə 

Gəncədə gedən döyüşlərdən, oraya yollanan və  vəziyyəti araşdıran 

hökumət komissiyasının hesabatından da xəbər verilirdi. Bu 

araşdırmalar parlamentin fövqəladə sessiyasmda davam ctmiş, 

nazirlərin istefası  və gecə vaxtı Prezidentin “qeyb olması” ilə 

sonuclanmışdır... 

Lakin gəlin, hər şeyi ardıcıllıqla izləyək. İyunun 11-də Ali Sovetin 

sədri  İsa Qombərov istefaya çıxmasmı bildirir. Deputatlardan bir 

qrupu Heydər Əliyevin sədr seçilməsini təklif edir. O, imtina edərək 

sessiyanın bir neçə gün təxirə salmağı təklif edir ki, Surət Hüseynovla 

görüşə bilsin. 

“Mən onunla əvvəllər tanış olmasam da, Gəncəyə uçub onunla 

görüşdüm. Biz bütün gecəni danışdıq. Səhər o məni  şəhər boyu 

gəzdirdi və  mən döyüşlərin izlərini, dağılmış tikililəri, yanmış evləri 

gördüm. Orada həm də cinayətin izlərini gördüm. Bakıya qayıtdım, 

Ali Sovetin təklifıni qəbul etdim və iyunun 15-do sədr vəzifəsinə 

seçildim. Mən bunu yalnız bir məqsədlə - vətəndaş müharibəsinin 

qarşısını almaq üçün etdim. 

İyunun 16-da Surətin qoşunları Xalq Cəbhəsinin hərbi dəstələrilə 

üzləşdi. Döyüş baş verdi, ölənlər oldu. Mən qardaş qırğınına yol verə 

bilməzdim, onsuz da bu illər ərzində xalqın qanı su yerinə axıdılmışdı. 

Surətlə  şərtləşdim ki, onun qoşunları Bakıya girməyəcək, paytaxtda 

döyüşlər olmayacaq. Sonra nələr olduğunu siz blirsiniz. Yekunu 

Gəncə hadisələrinin araşdırılması  


 

346


üzrə komissiya vcrdi. Komissiyanın gəldiyi nəticə belə oldu: Xalq 

Cəbhəsi, öz liderlərinin timsalında cinayət törətmişdilər. Ardınca - 

Məclisin scssiyası oldu. Sonra əsas səbəbkarların deputat 

immunitetindən məhrum edilməsi və  həbs edilməsi. Bakıya 

qayıtmağım. bax, belə oldu”. 

 

Qayıdış 

 

Xatırladaq ki, Heydər Əlirza oğlu Əliyev Azərbaycan Respublikası 



Ali Soveti sədrliyinə gizli səsvermə yolu ilə seçilmişdi. Onun lehinə 

dcputatlardan çoxu səs vermişdi. 

Sonra onun xalqa və deputatlara ilk müraciəti - göstərilən etimada 

görə təşəkkür çıxışı oldu. Bu çıxışda o, öz əsas məqsədlərini açıqladı: 

bu, Azərbaycan xalqının tarixi nailiyyəti olan dövlət müstəqilliyinin 

müdafiəsi və inkişafıdır. Azərbaycan Respublikasının milli 

müstəqilliyi 1918-ci ildə yaranmış ilk müstəqil Azərbaycan 

Demokratik Respublikasının ənənələrinə və müasir dünyada baş vcrən 

ictimai-siyasi hadisələrə uyğun təmin olunmalıdır. 

Artıq müxalifət lideri yox, bütün dövlət üçün, xalq üçün 

məsuliyyət daşıyan parlamcnt rəhbəri çıxış edirdi. Düzdür, bir il əvvəl 

prezident seçilən Elçibəy hələ  də  iş başındaydı, amma nüfuzunu 

sürətlə itirməkdəydi. Heydər  Əliyevin bir siyasətçi və dövlət xadimi 

kimi uzaqgörənliyi, zəngin bilik ehtiyatı özünü daha çox büruzə verdi: 

vəziyyətin dəqiq qiymətləndirilməsi, pcrspektivlərin düzgün 

müəyyənləşdirilməsi, cəsarət və qarşıya qoyulan məqsədə doğru 

inamla addımlamaq. 

O günlərin dəyişən, rəngdən-rəngə keçən gah tragik, gah da 

tragikomik mahiyyət alan hadisələrinin fonunda Heydər  Əliyevin bu 

çıxışı Azərbaycanın hüdudlarından kənarda demək olar ki, naməlum 

qaldı. Amma məhz bu çıxışda o özünün əsas məqsədlərini, prinsipial 

mövqeyini qısa şəkildə açıqlaraışdı. Çıxışın bu hissəsini stenoqramdan 

olduğu kimi oxucuya təqdim edirik: 

“...Mən ömrümün qalan hissəsini, harada olursa-olsun, yalnız və 

yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafına 

həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki

Azərbaycan Respublikası bundan sonra heç vaxt 


 

347


müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil 

olumayacaq və heç bir başqa dövlətin  əsarəti altına düşməyəcək. 

Bəzən belə  şayiələr gəzir ki, guya, keçmiş Sovetlər  İttifaqının bərpa 

olunması  və Azərbaycan Respublikasının da oraya daxil olması 

ehtimalı var. Bu, boş xülyadan başqa bir şey deyil. Mən bu fikirləri 

qətiyyətlə  rədd edirəm və bütün Azərbaycan vətəndaşlarını da bu 

fıkirləri rədd etməyə çağırıram”. 

Xatırladaq ki, həmin günlərdə Ennənistanın Azərbaycana qarşı 

apardığı müharibə davam edirdi. Hcydər  Əliyevin Ali Sovetin sədri 

seçilməsi  ərəfəsində - 14 iyun 1993-cü ildə Rusiyanın, ABŞ-ın və 

Türkiyənin təklifıylə Azərbaycanla Ermənistan silahlı qarşıdurmanın 

dayandınlmasına dair “atəşkəs” sənədi imzaladılar. 

“Müstəqilliyi və suverenliyi təmin etmək üçün Azərbaycan 

Respublikasının Ermənistan tərəfındən işğal olunmuş torpaqları gcriyə 

qaytarılmalıdır”, - Əliyev parlament sədri kimi ilk çıxışında bunu 

xüsusi vurğulayırdı. O əmin idi ki, Azərbaycan öz torpaqlarının sahibi 

olmalıdır. 

Ən qaynar nöqtə isə  hələlik Gəncədir. Orada baş verənlər 

Azərbaycanda parçalanma və vətəndaş müharibəsi yarada bilər. 

“Dünən (14 iyun 1993-cü il) Prezidcnt Əbülfəz Elçibəylə bizim 

çox gcniş söhbətimiz olub, - deyə Heydər  Əliycv parlament 

tribunasından çıxışına davam edir. - Gəncədə  də  mən S.Hüscynovla 

təkbətək və  mənimlə gedən  şəxslərlə birlikdə danışıqlar aparmışam. 

Ona görə də güman edirəm ki, bizim bütün səylərimiz bu gərginliyi

qarşıdurmanı aradan götürməyi təmin edəcəkdir. Ancaq mən demişəm 

və bir də deyirəm ki, heç bir vəchlə silah işlədilməsinin tərəfdarı ola 

bilmərəm. Bu gərginlik, bu qarşıdurma yalnız sülh yolu ilə, barışıq 

yolu ilə, qarşılıqlı anlaşma yolu ilə, danışıqlar yolu ilə həll olunmalı-

dır”. 

Heydər  Əliycv xalqın müdrikliyinə, ölkənin nüfuzlu adamlarının, 



ziyalılarının birgə  səylərinə ümid bağladığını bildirdi. Onu həmçinin 

hazırda uzun illər Azərbaycanda yaşamış xalqlara, etnik qruplara olan 

münasibətin düzgün olmaması da narahat edirdi: “Azərbaycan burada 

yaşayan xalqların vətəni olub və bundan sonra da belə olacaq. Milli 

mənsubiyyətindən 


 

348


asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir vətəndaş  bərabər 

hüquqa malik olmalıdır.  Əgər biz bu prinsipi rəhbər tutsaq və bu 

prinsipə  həyatda  əməl etsək, onda biz respublikada yaşayan bütün 

xalqların, bütün etnik qrupların birliyinə nail olarıq və  şübhəsiz, biz 

belə də etməliyik”. 

Bəs Ali Sovet sədrinin xarici siyasəti necə olacaq? Hansı 

prioritetlərə xüsusi diqqət yetirəcək?  Əliyev xarici əlaqələrdən 

danışanda bütün diplomatlar və jurnalistlər diqqət kəsildilər. 

“Mən hesab edirəm ki, Azərbaycan Respublikası bir demokratik 

respublika kimi bütün dövlətlərlə  bərabərhüquqlu münasibətlər 

yaratmalıdır. Birinci növbədə bizim yaxın qonşularımızla lazımi 

mədəni, iqtisadi və dövlət münasibətləri yaradılmalıdır. Bu baxımdan, 

Türkiyə Cümhuriyyəti ilə olan əlaqələr,  şübhəsiz ki, respublikanın 

əhalisi tərəfindən bütövlüklə  bəyənilir. Qonşu  İran Respublikası ilə 

bizim münasibətlərimiz daha da yaxşılaşdırılmalı  və inkişaf 

etdirilməlidir. Rusiya çox böyük dövlətdir, bizim şimalda olan 

qonşumuzdur. Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər 

əsasında münasibətlər bundan sonra da inkişaf etdirilməlidir. Keçmiş 

Sovetlər  İttifaqına daxil olan və indi müstəqillik  əldə etmiş bütün 

dövlətlərlə qarşılıqlı  əlaqələr yaratmalıyıq. Bizim iqtisadi, mədəni 

əlaqələrimiz bu dövlətlərlə uzun illər yüzilliklərlə çox yaxın olubdur. 

Bu  əlaqələri qırmaq olmaz. Onların inkişaf etdirilməsi  şübhəsiz ki, 

Azərbaycan Respublikasının müstəqil dövlət kimi formalaşmasına və 

inkişaf etməsinə kömək edəcəkdir. Azərbaycan Respublikası artıq 

ümumdünya miqyasına çıxmışdır. Amerika Birləşmiş  Ştatları 

tərəfındən respublikamıza olan münasibət hamımızı sevindirir və mən 

belə hesab edirəm ki, bu münasibətlər daha da genişləndirilib inkişaf 

etdirilməlidir”. 

Heydər  Əliyev sükut içində olan zala baxdı. Milli Məclis 

deputatlarının nəzərləri ona zillənmişdi. Ona bütün Azərbaycan qulaq 

asırdı. Operatorlar kameralarından bir an da ayrılmırdılar. Parlament 

laqqırtılarına o qədər də əhəmiyyət verməməyi adət edən bu adamlar 

özləri də hiss etmədən bu şəxsin - öz övladlarına müraciət edirmiş 

kimi danışan Heydər Əliyevin nitqinin cazibəsinə düşmüşdülər. 

“Buradan, bu tribunadan üzümü bütün Azərbaycan vətən-

daşlarına, bizim qardaşlanmıza, bacılarımıza, övladlarımıza tutaraq 

deyirəm ki, bizim respublika indi ağır vəziyyətdədir. 


 

349


Hal-hazırda bizim ən mühüm vəzifəmiz, bir daha təkrar edirəm, 

işğal olunmuş torpaqlarımızı geri qaytarıb, Azərbaycanın  ərazi 

bütövlüyünü təmin etməkdən ibarətdir. Ona görə  də bütün daxili 

ixtişaşlara, didişmələrə son qoyulmalıdır. Mən bütün Azərbaycan 

xalqına müraciət edirəm, Gəncə  əhalisinə müraciət edirəm, 

Azərbaycan Respublikasının xalq deputatı Surət Hüseynova, onun 

silahdaşlarına müraciət edirəm, buradan onların hamısını müdrikliyə, 

insani münasibətlərə  dəvət edirəm.  İndi biz hamımız bir olmalıyıq. 

Ona görə də indi, Azərbaycanın bu faciəli dövründə bütün qüvvələr, 

bütün siyasi partiyalar, siyasi qurumlar, bütün siyasi və ictimai 

təşkilatlar hamısı birləşməli, hamı kin-küdurəti kənara qoymalıdır. 

Hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxartmalıyıq”. 

 

1   ...   19   20   21   22   23   24   25   26   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə