GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə24/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   ...   39

Prezident Elçibəyin qaçması 

 

Üç gün keçdi. İyunun 18-də sübh çağında Əbülfəz Elçibəy, böyük 

siyasət naminə  qədim  əlyazmaları, elmi araşdırmalarını bir yana 

qoyan alim, paytaxtı təyyarə ilə tərk etdi. Doğrudan da, Allahın işini 

bilmək olmaz! Çaş-baş qalan vətəndaşlar Prezidentin qaçmasını səhər 

xəbərləri buraxılışından bildilər. Prezidcnt Naxçıvana, öz yurduna 

getməsini paytaxtda qardaş qırğınının qarşısını almaq və respublikada 

vəziyyəti sabitləşdirmək istəyilə izah edirdi. 

Azərbaycan Konstitusiyasına uyğun olaraq dövlət başçısının bütün 

səlahiyyətlərinin icra edilməsini parlament sədri öz öhdəsinə götürdü. 

Bunu Milli televiziya ilə bildirən Heydər  Əliyev, vurğuladı ki, heç 

vəchlə  Əbülfəz Elçibəyin hərəkətinə  bəraət qazandırmır, çünki 

Prezident hətta  ən dar gündə  də xalqının mənafeyini sonadək 

qorumalıdır. 

İyunun 21-də Milli Məclis növbədənkənar iclasına yığışdı. Heydər 

Əliyev iclası açaraq bildirdi ki, heç bir kadr dəyişməsi olmayacaq, 

çünki Prezident Əbülfəz Elçibəy olmadan bunu etmək olmaz. Lakin 

Prezident də Surət Hüseynovun qiyamçı  dəstələri Bakıdan 

uzaqlaşmayınca, qayıtmaq fıkrində deyildi. “Biz bu gün Elçibəyin 

respublikanı idarə etmək iqtidarında olub-olmadığını müzakirə 

etməliyik. Əgər idarə edə bilmirsə, biz hansısa tədbir görməliyik” 


 

350


Daxili işlər naziri vəzifəsini icra edən Rövşən Cavadov dc-

putatlara məlumat verir ki, Surət Hüseynovun silahlı  dəstələri 

maneəsiz Bakıya yaxınlaşmışlar. Lökbatan qəsəbəsi  ətrafında və 

Şamaxı yolunun 75-ci kilometrində danışıqlar nəticəsində onları 

dayandıraraq mümkün olmuşdur. Nazir əvəzinin səsində sərt çalarlar 

artır: “Qiyamçılar cinayətkar ünsürlərlə  əlaqəyə girirlər, bu isə 

paytaxtın  ətrafında yaranmış  vəziyyətin nəzarət altından çıxması 

təhlükəsini yaradır.  İstisna edilmir ki, sabah parlament artıq yığışa 

bilməyəcək”. 

- Bəs Prezident neyləyir? - deputatlar həyəcanlanır. 

- O mənə  zəng vurmuşdu, - nazir əvəzi cavab verir, - dcdi ki, 

Bakıya gəlməyəcək, bütün lazımi sərəncamları Naxçıvandan verəcək. 

- Prezident Əbülfəz Elçibəyi xalqını özbaşına qoyub təhlükəsizliyi 

naminə Naxçıvana gctdiyinə görə ittiham etmək olmaz, - deyə dövlət 

katibi  Əli Kərimov dövlət başçısına həyan durur. Prezident qan 

tökülməsinin qarşısını almaq üçün paytaxtı tərk ctmişdir. 

Kimsə onun sözünü kəsir, kimsə Elçibəyi qorxaqlıqda gü-

nahlandırır, digərləri israrla Ali Baş Komandanın Bakıda olmaya-

olmaya kənardan öz vəzifələrini nccə icra edəcəyini, hərbi strategiya 

və taktika məsələlərinə necə nəzarət edəcəyini bilmək istəyir. 

Dövlət katibi şefini güdaza vcrmək istəmir: 

- Prczident çoxdan strategiyanı  işləyib hazırlaınış  və bu gün onu 

yalnız ycrini yctirmək lazımdır, - natiqin fikrincə, bəzi millət vəkilləri 

Elçibəyi Naxçıvandan yalnız ona görə  çəkib gətirmək istəyirlər ki, 

dərhal “istefaya yollasınlar”. 

Ali Sovetin sədri Heydər Əliyev MTN sərhəd qoşunları idarəsinin 

rəisi  İsgəndər Allahverdiycvin məlumatını  səsləndirir: Cənub 

bölgəsində scparatçı Əlikram Hümbətəv “müstəqil Talış respublikası” 

quraraq istəyir... Hümbətəv da Surət Hüseynov kimi “göydəndüşmə” 

polkovnik idi. Dinc dövrdə  Lənkəranda bir qarajda çalışmış, Xalq 

Cəbhəsi hakimiyyətə  gəldikdə Müdafiə Nazirliyinə yol tapıb özünə 

ycr eləsə  də, tczliklə oradan mürəxxəs olur. Bekarçılıqdan bezərək 

Lənkəranda silahlı  dəstə yaradır. Onun dərəbəyliyinə ömürlük həbs 

cəzası vcrən məhkəmə son qoyur (2004-cü ildə AR Prezidenti İlham 

Əliyevin fərmanıyla əfv edilmişdir). 


 

351


 

Prezident səlahiyyətləri 

Heydər Əliyevə verilsin 

 

Milli Məclisin 21 iyun tarixli iclasında yekdilliklə Prezident 



Əbülfəz Elçibəyə Bakıya qayıtması  və öz vəzifələrini icra etməyə 

başlaması haqqında müraciət qəbul olunur. Bu müraciətin layihəsi bir 

gün öncə müdafıə, milli təhlükəsizlik, daxili işlər nazirləri, parlamcnt 

başçısı Heydər  Əliyev və onun müavinləri Tamcrlan Qarayev və 

Afıyəddin Cəlilovun iştirakıyla hazırlanmışdı. Polkovnik Surət 

Hüseynova da müraciət qəbul cdilmiş, qarşıdurmaya son qoymaq və 

iqtidarla danışıqlara başlamaq xahiş olunmuşdu. Bu addımlar artıq 

vətəndaş müharibəsinin astanasında yox, gcdişatında atılırdı  və 

müharibə alovları Azərbaycanın hər ycrini bürüyürdü... Allah bilir, o 

günlərdə Hcydər  Əliycv Bakıda olmasaydı, nələr baş vcrər, 

respublikanın aqibəti necə olardı. 

İyunun 24-də Milli Məclis, mübaliğəsiz dcmək olar ki, tarixi qərar 

qəbul edir: 

1. Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəy) hazırda Azərbaycan 

Respublikası Prezidenlinin vəzifələrini icra edə bilməməsi 

təsdiqlənsin. 

2. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri 

Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər  Əlirza oğlu 

Əliyevə həvalə edilsin”. 

Heydər Əliyev kürsüyə qalxır. Qarşısında çıxışın tezisləri yazılmış 

vərəqlər olsa da, o, adətincə, necə dcyərlər, “sinədən” danışır. 

- Mən Azərbaycan xalqı üçün bu çətin sınaqlar zamanı  -

respublikada ictimai-siyasi vəziyyətin gərginləşdiyi dövrdə üzərinə 

düşən məsuliyyətin ağırlığını tam dərk edirəm... Bir dövlət xadimi və 

siyasət adamı kimi bütün təcrübəmi ölkəni, bir çox sahələrdə yaranmış 

böhrandan çıxarmağa sərf edəcəyəm. Bununla bərabər, biz 

Azərbaycanın seçdiyi demokratik kursa sadiq qalırıq... 

1969-cu ildə olduğu kimi, bu dəfə  də o, Azərbaycanın rəhbəri 

olaraq, ömür kitabının yeni səhifəsini, vətənin varlığı ilə qovuşmuş 

səhifəsini başlamalı idi. Səsində  tərəddüd və inamsızlıqdan  əsər-

əlamət yox idi. Gəmi kapitanı ycrinə qayıtmış- 


 

352


dı. Nə etmək lazım olduğunu bilirdi, seçiləcək yolu görürdü. Belə 

şəxsiyyətlər haqqında deyirlər ki, onlan hakimiyyət qidalandrır. Bu, 

həqiqət olsa da, düzəlişə ehtiyacı var. Hakimiyyət o zaman siyasətçiyə 

güc və təpər verir ki, onun dözümü, zəngin bilik ehtiyatı, intellektual 

potensialı olsun. Cılız hisslərə, təmənnalı niyyətlərə qapılan, yaxud 

səriştəsi ilə iddiası, amalı ilə  əməli uyğun gəlməyən ixtiyar sahibi 

uğursuzluğa məhkumdur. 

Azərbaycanda baş verən hadisələri dünyanın bir çox pay-

taxtlarında diqqətlə izləyirdilər. Heydər Əliyevin qəbuluna bir-birinin 

ardınca səfırlər təşrif buyurur, aparıcı  qəzet və jurnalların baş 

redaktorları, müxbirləri, müxtəlif ölkələrin televiziya və radio 

şirkətlərinin nümayəndələri onunla görüşə can atırdılar. Çoxsaylı 

müşahidəçilərdən rus yazıçısı Aleksandr Proxanovun təəssüratını 

xatırladırıq. 

“Mən Bakıya gəldim və hakimiyyət texnologiyasıyla məşğul olan 

Heydər Əliyevlə üç gün görüşə bilmədim. Məclisin sessiyası gedirdi. 

Gəncə hadisələrini araşdıran komissiyanın məruzəsi dinlənirdi. Əliyev 

sədrlik edirdi. Televiziyada onun hərəkətlərini müşahidə edirdim. 

Kürsüyə, qan tökülməsinin səbəbkarları, il yarım televiziya 

ekranlarından düşməyən, öyrədən, dil tökən, ifşa edəd, damğalayan 

dünənki kumirlər, söz qəhrəmanları qalxırdılar.  İndi onlar özlərini 

itirmiş  və çox məyusdular. Kəkələyir, mızıldayır, zorla, şahidlərin 

təzyiqi altında günahlarını boyunlarına alırdılar. Baş günahkarın - 

Elçibəyin adını çəkirdilər. 

Əliyev, mahir psixoloq olaraq, hər kəsi özünüifşaya gətirib çıxarır, 

hər kəsdən hakimlik potensialını alır, səviyyəsini aşağı salır, hakimlik 

mifmdən məhrum edir, məddah televiziyanın yaratdığı surəti faş 

edirdi. O, bu kəsləri iqtidar mərkəzilə bağlayan telləri bir-bir qırır, bu 

telləri öz üzərinə qapayırdı, çünki indi bu mərkəzdə duran özüydü, 

dağılmış idarəetmənin ilk kövrək strukturunu qururdu. Necə çətin bir 

şəraitdə  işlədiyi, yetmiş yaşlı siyasətçidən necə  səbr və  təmkin tələb 

olunduğu görünürdü. 

Bu məqamda onu mütəhərrik edən qalibanəlik, revanş hissi yox, 

vurulmuş, alovlanan təyyarənin sükanını  ələ almış pilotun sərrast 

ölçülüb-biçilmiş səriştəsi idi. 


 

353


Dörd  əsas “cəbhəçi” - az əvvəl Ali Sovetin sədri  İsa Qəmbərov, 

baş nazir Pənah Hüseynov, DİN və  təhlükəsizlik xidmətinin 

məmurları həbs edilmişdi... 

Hakimiyyət sürətlə  dəyişirdi... Bezikmiş, ruhdan düşmüş, 

ümidlərini itirmiş, təsadüflərin ardınca sürünən cəmiyyətin özü də 

dəyişirdi”. 

Əliyev Proxanovu gecə vaxtı, hələ də tərk etmədiyi iş yerində, Ali 

Sovetin sədrinə mənsub olan kabinetdə qəbul etdi. 

“Onun arxasında respublika dövlət bayrağı dururdu. Masa 

üzərində isə  qızılı naxışlı Quran surələrindən ibarət kəlamlar vardı. 

Burdaca, üzərində SSRİ-nin gerbi ilə  bəzənmiş  şirmayı  rəngli 

hökumət telefonları düzülmüşdü. 

Bilirdim ki, bir həftədir gündə dörd saatdan artıq yatmır. Qarşıma 

çıxan çevik cüssəli adamın yorğunluğundan əsər-əlamət sezilmirdi. Əl 

tutanda quru pəncəsi ilıq və möhkəm idi. Günəşdən yanmış uzunsov 

üzü qoca sifətinə oxşamırdı.  Əynində gözəl biçimli kostyum. 

Məmurlara xas olmayan, quru rəsmilikdən xali, yaraşıqlı qalstuku iri 

düyünlə bağlanınışdı. Gözləri parlaq, iti, cəld hərəkətli, bir an içində 

alışan zəhmli baxışları. Bütün görkəmində artistizm - müsahibin 

kimliyini dərhal aşkarlamaq, onun ovqatını və niyyətlərini ayırd etmək 

fəhmi duyulurdu. Bir də kabinetindən tütün iyi yox, çətin sezilə 

biləcək zərif, bahalı odekalon ətri duyulurdu”. 

Mənim müsahibəmdən bir neçə parça. 

“Aleksandr Proxanov: Heydər  Əliyeviç, indi artıq aydındır ki, 

Azərbaycanın  ən yeni tarixində daha bir dövr başa çatmışdır. Xalq 

Cəbhəsinin il yarımlıq “şahlığı” sanki bir saat ərzində sona yetmişdir. 

O tüstü kimi sovuşub getdi. Siz bunu necə izah edirsiniz? Bu dövr 

Azərbaycan üçün nə demək idi? 

Heydər Əliyev: Bu, respublikanın dağıdılması idi. Onlar hər şeyi - 

təsərrüfatı,  əxlaqı, psixologiyanı - dağıtmışdılar.  Ən dəhşətlisi - 

insanlar işləməkdən  əl çəkmişdilər.  İşləmək imkanının özü yoxa 

çıxmışdı. Siz bilirsiniz, Lənkəranda, boş çöllərdə, biyabanlıqda biz 

gözəl tərəvəz plantasiyaları yaratmışdıq. Bunlar “ümumittifaq 

bostan”ı adlandırılırdı. Orada tez yetişən  əla pomidor, xiyar, bostan 

bitkiləri becərilirdi, bütün bunlar Norilsko, Urala, Moskvaya 

göndərilirdi. Respublika nəhəng gəlir, Rusiyanın sənaye mərkəzlərisə 

əla tərəvəz alırdılar. Yadımdadır, Finlandiya Prezidenti Urxo 

Kekkonen bu yerlərə is- 

 

  


 

354


Tirahətə  gəlmiş  və plantasiyalara baxıb valeh olmuşdu. Hanı onlar? 

Hər şey atılıb qalıb, yenə çöllük, biyabanlıq. Adamlar da işsiz... 

Yaxud - üzüm. Alekrey Nikolayeviç Kosıgin üzümçülərə çox 

kömək edirdi. Biz Azərbaycan üzrə üzüm yığımını ildə 2 milyon tona 

çatdırdıq. Abşeronun  şanı üzümü bildiyim növlərdən  ən  şirinidir. 

Abşeronda quru, qızmar qumsal torpaqlar var, meynə bu qızmar 

torpaqlara döşənir və onların hərarətini,  şirəsini içir. Hər  şey tələf 

oldu! Bu il biz olsa-olsa 400 min ton üzüm yığacağıq... 

İnsanlar işləməyi yadırğayıb, dolanmaq üçün xırda alverə 

qurşanıblar. İran yaxın, Türkiyə yaxın.  Hansısa xarab bir malı xırda-

xırda hissələrlə alıb satırlar. Amma hasil etmirlər! Sumqayıt kimya 

kombinatı yarı gücü ilə  işləyir! Neft hasilatı  kəskin  şəkildə  aşağı 

düşüb!.. Hakimiyyətə  gələnlər nə  təsərrüfatçı, nə idarəçi, nə  də 

siyasətçidirlər! Kiçik elmi işçilər, yazıçılardı. 

Onlar dövlətin nə olduğunu anlamırlar! Özü də azadlıq, haqq-

ədalət sözlərindən başlayıb kütləvi oğurluqla qurtardılar! Xalq 

onlardan cana doyub! Yalnız bahalı “Mersedes”lərdə cövlan cdib elə 

hey quldadır, qınldadırlar! Əxlaqsız çoxdur, aşkar oğrular çoxdur!.. 

Və əlbəttə, Qarabağ! Onlar bu müharibəni udmadılar, münaqişəni 

siyasi yolla söndürmədilər! Biz çoxsaylı  kəndləri, çox torpaqları 

itirdik! Dünən bir kolxoz sədri yanıma gəlmişdi. “Əlbəttə, - deyir, - 

dəhşətdir ki, biz orada minlərlə mal-qara, min hektarlarla torpaq 

itirdik, amma ən dəhşətlisi odur ki, atalarımızın qəbirlərini itirmişik! 

O qəbirlərin üstündə düşmən öz qələbəsini bayram eləyir!” 

Aleksandr Proxanov: Bəs indən belə necə  hərəkət etməli? Ölkə 

talan olub, cəmiyyət parçalanıb, ruhdan düşüb. Hansı ideya xalqı 

birləşdirəcək? Hansı  fəlsəfə, hansı ideologiya üzülmüş  cəmiyyəti 

birləşdirəcək? Siz yaxın keçmişdə kommunist ideologiyasının 

daşıyıcısıydınız, lakin artıq o yoxdur. İndisə Xalq Cəbhəsinin 

hallandırdığı liberal ideya süquta uğradı. Bəs insanlar tərəfındən hansı 

ideya qəbul ediləcək? 

Heydər Əliyev: Yalnız milli barışıq ideyası, ayrı heç bir ideya yox! 

Daha fərqi yoxdur - sun hansı partiyaya mənsubsan, neçə yaşın var, 

hal-əhvalın nccədir. Bizi dəhşətli bəlanın kəndarından yalnız 

ümummilli barışıq uzaqlaşdıra bilər. Bunu  

  


 

355


xalq başa düşür, hərbçilər, kommersantlar, müəssisə direktorları başa 

düşürlər. Biz heç kəsi təqib etməyəcək, gözümçıxdıya salmayacağıq. 

Əgər sən liberalsansa, əgər sən Xalq Cəbhəsinin üzvüsənsə, səni heç 

kəs təqib etməyəcək, sənə gözün üstə qaşın var, deməyəcəklər. Xalqa 

xidmət elə, xalqın yolunda özünü fəda elə. Bax, budur ideya, budur 

fəlsəfə! Belə düşünürəm ki, bu ideologiyanı  ədəbiyyat və incəsənət 

xadimləri, din xadimləri formalaşdıracaqlar! 

Aleksandr Proxanov: Bəs rəsmi Rusiya Bakıda baş vermiş 

hadisələrə, Sizin siyasətə qayıtmağınıza necə münasibət göstərdi? 

Heydər  Əliyev: Hələlik heç cür. Təkcə Ruslan Xasbulatov məni 

Ali Sovetin sədri seçilməyim münasibətilə təbrik edib. Rəsmi Moskva 

susur. Xalq Cəbhəsi Rusiya əleyhinə siyasət aparır, hər şey cdirdi ki, 

Rusiya ilə Azərbaycan yaxınlaşmasınlar. Deyəsən, bu, Moskvanı da 

qane edirdi. Siz Rusiyaya olan münasibətimi bilirsiniz. Azərbaycan 

Rusiya ilə iqtisadi, mədəni, coğrafı, siyasi cəhətdən bağlıdır. Biz 

sadəcə qonşu deyilik, bizim eyni tariximiz var. Təkrar edirəm: Rusiya 

ilə bugünkü münasibətlər məni razı salmır, lakin mən qəti əminəm ki, 

münasibətlərimiz hökmən inkişaf etdiriləcəkdir”. 

90-cı illərin  əvvəllərində Azərbaycanın siyasi üfüqlərində ulduzu 

parlayan, sonralar isə tezliklə soluxub batan bir şəxsiyyət haqqında 

söz açmaq ümumi mənzərəni tamamlamaq baxımından yerinə düşərdi. 

Surət Hüseynov əvvəllər, sovet illərində mühəndis olmuş, yun 

emalı fabrikinə başçılıq etmişdi. Ermənistanla müharibə başlayanda 

özünün söylədiyinə görə, “cəbhəyə əlindən gələn yardımı göstərmişdi. 

Tədricən hərbi işlərdən başqa bütün işlərini atmışdır”. Rusiyada 

vətəndaş müharibosi tarixilə tanış olan oxucular oxşar taleləri də 

xatırlaya bilərlər. Məsələn, gah ağlar, gah qırmızılar tərəfində, gah da 

öz məqsədlərinə görə vuruşan Nester Maxnonun qoşunları yada düşür. 

Surəti döyüş meydanında görənlərin fıkrincə, o, rəşadətlə vuruşurmuş. 

Ona polkovnik rütbəsi verilir; Azərbaycanın Milli Qəhrəmanı adına 

layiq görülür; Elçibəy onu Qarabağda özünün şəxsi nümayəndəsi, 

korpus komandiri təyin edir. Komandirin tabeliyində, nizami qoşun 

hissələrindən başqa, “şəxsi ehtiyat qüvvələri” də vardı. 

 

  



 

356


Onların köməyilə iddialı polkovnik nəyə nail olmaq istəyirmiş? Öz 

şəxsi niyyətləri haqqında birbaşa verilən sualları o, dolayısı ilə 

cavablandırırdı. 1993-cü ildə, iyunun sonunda Gəncə hadisələrindən 

sonra jurnalist Elmira Axundova ilə müsahibəsində olduğu kimi. 

-  İndi vəzifə bölüşdürmək vaxtı deyil. İndi bütün nüfuzlu siyasi 

qüvvələr və liderlər birləşməli və müharibəyə tezliklə necə son 

qoymaq, xalqın həyat səviyyəsini qaldırmaq haqqında birgə 

düşünməlidirlər. Məni  ən çox narahat edən bu iki problemdir. Xalq, 

düşünürəm ki, artıq kimin kim olduğunu ayırd edib. Boş söhbətlərdən 

işə keçməyin vaxtı çatıb. Kim xalqa, cəbhəyə kömək etməyə 

qadirdisə, o da ön plana çıxmalıdır. 

İnadkar jurnalist xanım soruşur ki, bəs indi nə etmək lazımdır? 

Yeni prezident seçməkmi? Ya bu vəzifəni qeyri-stabillik doğuran amil 

kimi ləğv etməkmi? 

Açıq rəngli,  əla tikilmiş kostyum geymiş cavan siyasətçi,  əlində 

təsbeh dənələrini çözələyə-çözələyə xoşladığı fikri təkrarlayır ki, 

vəzifə bölüşdürmok vaxtı deyil. Çıxış yolu millətin bütün qeyrətli 

oğullarının səylərini birləşdirməkdədir. 

- Bəs siz özünüzə yeni iqtidar strukturlannda hansı rolu 

ayırırsınız? 

- Mən xalqın iradəsinə uyğun olaraq hərəkət edəcəm.  Əgər 

xalq istəsə, özü məni irəli çəkəcək. Və mən onun istəyinə tabe olacam. 

A.Proxanovun suallarını cavablandıran Surət Hüseynov Xalq 

Cəbhəsinin çiy hərəkətləri və  səhvlərindən danışır: “Cəbhə 

hakimiyyətə miskin bir komanda gətirdi. Onlar heç nə bacarmır, 

yalnız talançılıq edirdilər. Və yalan satır, rüşvət alır, çirkin siyasət 

aparırdılar”. Qiyamçı polkovnikin sözünə görə, bu rüşvətxorlar 

diktaturası, mafiya diktaturası idi. 

Heydər  Əliyev haqqında çox ehtiramla danışır: “Dünyagörmüş 

insan, böyük təcrübəyə malik müdrik siyasətçidir. Mən nisbətən cavan 

adamam, gələcəyi fəhmən duyuram, zənnimcə, biz bir-birimizi 

tamamlayacağıq”. 

... Hakimiyyətə qayıdandan sonra Heydər  Əliyevin ilk 

sərəncamlarından biri xarici şirkətlərlə müqavilələrin dayandırılması 

oldu. “İzvestiya” qəzetinin yazdığı kimi, bu addım “dünyanın  


 

357


bəzi  ən böyük neft şirkətlərini  şoka saldı». Lakin Əliyev özü belə 

hesab etmirdi. O, 1993-cü ilin avqustunda öz mövqeyini açıqlayaraq, 

deyirdi: 

- Burada heç bir sirr yoxdur. Bəli, mən Nazirlər Kabinetinə bu 

prosesi dayandırmaq barədə göstəriş vermişəm, xüsusən ona görə ki, 

orada hələ  hər  şey bəyannamə  səviyyəsindədir, onsuz da qarşıda 

hökumət və parlamentdə  sənədlər üzərində  iş aparılmalıdır. Məsələ 

bundadır ki, mən bu problemlərdə naşı deyiləm. Azərbaycanın rəhbəri 

olarkən onlara yetərincə  dərindən nüfuz edirdim. Burada isə bir çox 

məsələlər mənə  dərhal  şübhəli göründü. Özünüz müşahidə edin. 

İyunun 6-da Pənah Hüseynov baş nazir vəzifəsindən istefaya çıxır, 

iyunun 11-də isə  bəyannaməni imzalamağa icazə verən hökumət 

qərarına qol çəkir; iyunun 12-də Dövlət Neft Şirkətinə başçılıq etmiş 

Xalq Cəbhəsindən olan Sabit Bağırov bəyannaməni imzalayır. Lakin 

bir neçə gündən sonra, mən Ali Sovetin sədri olan kimi, mənim 

yanıma Nazirlər Kabinetindən gəlib bildirdilər ki, bu sazişlərlə bağlı 

nəsə natəmizlik var. 

Elə ondaca mən bu işin dayandırılmasına sərəncam verdim. Bax, 

buna görə  də xaricdə hay-küy qalxdı. Dərhal AMOKO şirkətinin 

prezidenti, ardınca «Britiş petrolium»un apancı  əməkdaşları yanıma 

gəldilər. Mən hər  şeyi izah etdim: heç bir qorxulu şey olmamışdır. 

Yalnız araşdırma aparmaq lazımdır.  Əgər hər  şey təmizdirsə, daha 

niyə siz həyəcanlanasınız? Axı, bu elə məsələ deyil ki, əvvəl bir cürə 

həll edib, sonra da başqa cürə  həll edəsən. Neft Azərbaycanın milli 

sərvəti olaraq qalır və o yalnız bizim nəslimizə deyil, 100-200 ildən 

sonrakı nəsillərə də lazım olacaq. Lakin elə variantlar da var ki, bizim 

tərəfdaşlarımız 10-15 ilə yataqların «axırına çıxıb» sonraya heç nə 

qoymaya bilərlər. Yeri gəlmişkən, belə  tədbirli variantlar hesabına 

kimlərinsə faydalanmaq və ciblərini doldurmaq niyyətində olduqlarını 

güman etməyə ciddi əsaslar var. 

Yeri gəlmişkən onu da qeyd edək ki, çağdaş Rusiyada da məhz 

belə hallar baş verir. Burada akademik Prirmakovun mülahizəsinə 

görə, «yataqların  ən məhsuldar sahələrində seçimli neftçıxarma 

praktikası davam edir. Hesab etmək olar ki, təbii ehtiyatların 

tükənməsi və neft buruqları fondunun ixtisar olunması prosesləri 

üzərində dövlət öz nəzarətini itirmişdir» («Rossiyskaya qazeta», 15 

yanvar 2005). Azərbaycanda, Əliyevin  


 

358


səyləri sayəsində, belə vəziyyətin yaranmasına yol verilmədi. 

Gündəlik işlər sıralanırdı. Ümdə qayğı kadrlar məsələsi idi. Əliyev 

özü hələ heç kəsi vəzifəyə  təyin edə bilməzdi - təqdim etdiyi hər 

namizədə parlamentin razılığı  gərək idi. İyulun 3-də milli 

təhlükəsizlik, daxili işlər nazirləri, baş prokuror, Bakı  Şəhər  İcra 

Hakimiyyətinin başçısı təyin olundular... «Kadr məsələlərini» Heydər 

Əliyev iş gününün axırına planlaşdırırdı, bu minvalla onun işi adətən 

axşama, bəzən də gecə vaxtına qədər uzanırdı. Gecəyə  qədər davam 

edən bu söhbətlərdə Heydər  Əliyev komandasına yeni cavanları da 

cəlb edir və lazım bildiyini ayırıb seçirdi. 

Onların sıralarında vaxtilə Moskvaya təhsilini davam etdirməyə 

göndərdiyi ziyalılar da, o cümlədən fizika-riyaziyyat elmləri doktoru, 

hazırda AR Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsinin 

müdiri Fatma Abdullazadə də vardı. 

Bəs Xalq Cəbhəsinin irəli sürdüyü təmsilçiləri necə? Başlarını 

aşağı salıb kirimişcə oturdularmı? Elə şey olar?! Bakı rayonlarının on 

bir rəhbərindən doqquzu «Elçibəyin prezident səlahiyyətlərindən 

məhrum edilməsinə qarşı etiraz əlaməti olaraq öz fəaliyyətlərinin 

dondurulmasını» elan etdilər. Necə deyərlər, Allah amanında! Onlar 

yeni adamlarla əvəz olundular. 

 

1993-cü il iyulun 4-də Heydər  Əliyev «Ostankino» (hazırda 



Rusiya TV-nin Birinci kanalı) teleşirkətinə geniş müsahibə verdi. 

Ölkənin vəziyyəti haqqında sualı cavablandıraraq, o söylədi: 

«Respublikamızı ciddi təhdid edən vətəndaş müharibəsinin qarşısı 

alındı, qarşıdurma müəyyən dərəcədə  zəiflədi. Buna baxmayaraq, 

vəziyyət hələ  də mürəkkəb olaraq qalır, bu çətinliklər son üç gün 

ərzində Azərbaycan  ərazisinə qarşı erməni hərbi qüvvələrinin 

genişlənən hücumu ilə kəskinləşir». 

Həmin yay Moskvada da qarşıdurma gərginləşməkdə idi. Boris 

Yeltsin sabiq silahdaşı Ruslan Xasbulatovun başçılıq etdiyi «dikbaş» 

parlamenti dağıtmağa hazırlaşırdı... Moskva müxbirləri yaralı yerə duz 

səpməkdən çəkinınirdilər: 

- Cənab  Əliyev, Sizin hakimiyyətə qayıdışınızı bir çox 

müşahidəçilər «Qeyri-konstitusion» kimi dəyərləndirmişlər. Lütfən 

söyləyin, Sizin fıkrinizcə, siyasətdə elə məqsədlər varmı ki, 

 


 

359


onlann naminə qanunla hesablaşmamaq mümkün olsun? Və bununla 

bağlı ikinci sual: Prezident Əbülfəz Elçibəyin aqibəti necə oldu, bu 

gün onunla bağlı  nə baş verir və perspektivlər necədir; o, özünün 

istefası ilə razılaşacaqmı? 

- Əvvəla, mən deməliyəm ki, tutduğum vəzifəyə gəlməyimi qeyri-

konstitusion saymıram, - deyə Heydər  Əliyev təmkinini pozmadan 

cavab verir. - İyunun on beşində bir çox parlament deputatının, eləcə 

də Prezident Əbülfəz Elçibəyin özünün zəmanətilə  mən Azərbaycan 

Ali Sovetinin sədri seçilmişəm. Bu, tamamilə konstitusion qərardır. 

Bundan bir neçə gün əvvəl, sizə məlum olduğu kimi, Ali Sovetin sədri 

İsa Qəmbərov istefa vermişdir... Ikincisi, hakimiyyətə  gəlməmişdən 

məni təkidlə dilə tuturdular, Gəncə hadisələrindən sonra bir neçə gün 

ərzində Azərbaycan  əhalisinin müxtəlif qruplarının, ziyalıların 

təmsilçiləri, nüfuzlu ağsaqqallar mənə müraciət ünvanlamışdılar. 

Azərbaycanın Prezidenti Əbülfəz Elçibəy də  mənə israrla müraciət 

etmişdir. O, üç dəfə - iyunun 7, 8, 9-da Naxçıvana xüsusi təyyarə 

göndərmiş  və telefon danışıqlarında təkidlə Bakıya gəlməyimi xahiş 

etdi. Mən ayın 7-də də, 8-də də imtina etmişdim. Nəhayət, iyunun 9-

da, vəziyyətin getdikcə  kəskinləşəcəyini duyaraq, bu dəvəti qəbul 

etdim və Bakıya gəldim. 

Burada mən Əbülfəz Elçibəylə və digər siyasi xadimlərlə birlikdə 

gərgin vəziyyətin sovuşdurulmasında iştirak etdim və iyunun 15-də, 

təkrar edirəm, parlamentin sədri seçildim. Burada antikonstitusion, 

hüquqazidd olan heç bir şey yoxdur. O ki qaldı iyunun 24-dən etibarən 

prezident səlahiyyətlərinin mənim öhdəmə qoyulmasına, bu, izah 

oluna bilər, 

Prezident Əbülfəz Elçibəy iyunun 17-dən 18-nə keçən gecə gizlin 

olaraq, heç kimə, o cümlədən mənə də xəbər vermədən, baxmayaraq 

ki, uçuşuna bir saat qalmış biz bir yerdəydik, Bakıdan uçub getmişdir. 

Yalnız səhərə yaxın bizə  məlum oldu ki, onun təyyarəsi Naxçıvanda 

yerə enmiş, Prezident oradan Xalq Cəbhəsi üzvləri tərəfindən 

indiyədək qaldığı dağ kəndi Kələkiyə aparılmışdır. 

İyunun 18-dən 24-dək mən  Əbülfəz Elçibəylə daima telefon 

danışıqları aparmışam, oraya mənim təşəbbüsümlə Azərbaycan Elmlər 

Akademiyasının prezidenti başda olmaqla ziyalıların  



 

360


nümayəndələrinin böyük bir dəstəsi - akademiklər, professorlar, 

yazıçılar, ağsaqqallar - yollanmışlar. 

Onlar Elçibəylə görüşmüş, Bakıya qayıtması üçün ona dil-ağız 

etmişlər. Mən onu təkidlə dəvət edirdim. O, dəvətimizi qəbul etmədi, 

razılıq vermədi və indiyədək Kələki kəndində qalmaqdadır. Və özü də 

Prezident səlahiyyətlərinin, demək olar hamısının - yalnız 

vətəndaşlığa qəbul edilməsini və qanunların imzalanmasını özünə 

saxlayaraq, - Ali Sovet sədrinə  həvalə edilməsi haqqında fərman 

çıxarmışdır... 

...Eyni zamanda, bu vəziyyət bir neçə gün dalbadal Azərbaycan 

parlamentinin

*

 iclasında müzakirə olunmuş və parlament üzvləri mənə 



bu səlahiyyətləri öhdəmə götürməyi təkidlə  təklif etmişlər. Mən 

razılıq vermirdim, lakin Əbülfəz Elçibəy özü

**

 belə bir fərman 



imzaladıqdan sonra razı oldum. Respublika əslində demək olar ki, 

idarə olunmurdu, çünki Prezident yox, baş nazir yox idi (o çoxdan 

istefaya getmişdi), mən tək qalmışdım, bir çox məsələləri isə 

Prezident səlahiyyətlərini icra edərkən həll etmək olardı. Bax, belə bir 

vəziyyətdə bu vəzifələri öz öhdəmə götürdüm. Təkrar edirəm, mən 

buna can atmırdım, mən bunu istəmirdim. Və Əbülfəz Elçibəy buraya 

qayıtsa, o öz Prezident vəzifəsini icra edə bilər. 

O ki qaldı ikinci suala, Əbülfəz Elçibəyin taleyinin necəliyinə, o, 

Kələki kəndində yaşamaqda davam edir, onu Xalq Cəbhəsindən olan 

bir qrup silahlı şəxs mühafızə edir. O, indi də oradadır, zənnimcə, heç 

nə ilə məşğul olmur. Bəlkə, istirahət edir, ya nəsə edir, mənə məlum 

deyil. 


-  Siz Elçibəyin komandasına, özünə  və onun kursuna qarşı  sərt 

müxalifətdə  qərarlaşmışdınız. Bəs Elçibəy Sizi Ali Sovetin sədrliyinə 

dəvət edəndə  nəyə ümid bəsləyirdi və Sizi bıına razılıq verməyə  nə 

təhrik etmişdi? 

- Siz sualı bir qədər düzgün formalaşdırmırsınız.  Mən  Əbülfəz 

Elçibəyə  sərt müxalifətdə  və ümumiyyətlə, müxalifətdə olmamışam. 

Mən sadəcə Naxçıvanda yaşayır, Ali Məclis sədri vəzifəsini icra 

edirdim.  Əbülfəz Elçibəylə  hərdənbir telefon danışıqlarım olurdu. 

Əlbəttə, Əbülfəz Elçibəy Prezident 

  

                                                           



*

 

Yəni: Milli Məclisinin



 

 

**



 

Məlumatlı oxucuya aydındır ki, söhbət H.Əliyevin öz təşəbbüsü olmamasından 

gedir (müəlliflər). 

 


 

361


olaraq, blokada ilə bağlı  ağır vəziyyətdə qalmış  və bu gün də qalan 

Naxçıvan Muxtar Respublikasına lazımi diqqət yetirmirdi. Və əlbəttə, 

mənə  də Ali Məclisin sədri kimi lazımi diqqət göstərmirdi. Odur ki, 

bizim münasibətlərimiz,  əslində, hansısa sərt qarşıdurma ilə deyil, 

belə  tərzdə  səciyyələnirdi. (Hansısa səbəblərə görə  bəlkə  də  hələ 

hüquqi baxımdan ölkə prezidenti vəzifəsini daşıyan  şəxsin hörmətini 

saxlayaraq, Heydər Əliyev Rusiya televiziya tamaşaçılarına Elçibəylə 

münasibətlərinin bütün incəliklərini ağartmamışdı. Deməmişdi ki, 

Naxçıvanda Xalq Cəbhəsi DİN və televiziya binasını  zəbt edəndə 

Elçibəyə  zəng çalmış, Prezident müdaxilə edəcəyinə söz vermiş, 

sonralar isə onun çevriliş cəhdindən xəbərdar olduğu aşkarlanımışdır... 

1993-cü ilin fevral ayında Heydər  Əliyev Naxçıvandan Bakıya, 

böyük qardaşı  Həsənin dəfninə  gəlmişdi. Hüzr yerində ilk dəfə 

Əbülfəz Elçibəylə şəxsən görüşmüş və Prezident belə kədərli hadisəyə 

münasib səmimi sözlər izhar etmiş, başsağlığı vermiş, xüsusi diqqət 

yetirdiyini nümayiş etdirmişdi.) 

- Biz onunla görüşdük, - deyə  Əliyev epizodun ardmı söyləyir, - 

olduqca çox məsələləri müzakirə etdik, deyəsən, bir çox məsələlərdə 

anlaşma tapırdıq. Mən ona öz məsləhətlərimi də, arzularımı da, 

tövsiyələrimi də söylədim. Elçibəy onlardan faydalana da, 

faydalanmaya da bilərdi - bu, öz işi idi və bundan sonra da 

münasibətlərimiz normal idi. Burada belə bir mövqedən çıxış etmək 

lazımdır ki, sualın birinci qoyuluşu - guya bizim aramızda kəskin 

qarşıdurma olub - bu düz deyil, o olmayıb. 

Əbülfəz Elçibəy məni Bakıya dəvət edərkən nəyə ümid 

bəsləyirdi?.. Azərbaycanda vəziyyət olduqca mürəkkəbləşəndə, artıq 

dediyim kimi, bir çox bölgələrdən və  əhalinin bir çox təbəqələrinin 

nümayəndələri arasından «Əliyev dəvət olunmalıdır» səsləri 

yayılanda, görünür, Əbülfəz Elçibəy burada, bu çətin şəraitdə mənim 

köməyimin zəruri olması  fıkrinə  gəlibmiş. Telefonla mənə  zəng 

vuranda da o bunu belə izah edirdi: vəziyyət mürəkkəbdir, xahiş 

edirəm Bakıya gələsiniz, gəlin, vəziyyəti birlikdə müzakirə edək və 

çıxış yolu tapaq... 

1993-cü il avqustun 29-da Azərbaycanda Respublika Prezidenti 

Əbülfəz Elçibəyə etimad haqqında referendum keçirildi. Cəmi il 

yarım əvvəl o, bir milyon səkkiz yüz mindən artıq səs 



 

362


toplamışdı; seçicilərin altmış faizi hamıya firavanlıq vəd edən tarixçi 

alimə inanmışdı. 

Bu etimad kapitalını, göydəndüşmə  sərvəti sovurub talan 

etməkçün nə qədər səy göstərmək gərəkmiş? İndi isə Elçibəyə etimad 

göstərilməsinin lehinə yalnız 77 min nəfər səs verdi. Azərbaycan 

mifologiyasında uğurlu sayılan «yeddilər» burada «nəhs» çıxdı. 

3673978 nəfər ona etimad göstərməkdən imtina etdi, hakimiyyətinə 

«yox» dedi. Azərbaycan xalqı öz seçimini bildirdi. 

 

Məşhur qazax şairi, yazıçı və ictimai xadim Oljas Süleymenovun 



maraqlı şahidliyi bu hadisələrə güzgü tutur: 

«1993-cü il iyunun 1-də, Uşaqların müdafiə günündə, mən Bakıya 

humanitar yardım - 40 ton uşaq qidası  gətirdim. Bizim yük daşıyan 

İL-76 təyyarəsinin bortunda «Uşaqların günahı yoxdur» şüarını 

yazdırdıq. Mən diqqət yetirirdim ki, uşaq qidası olan bütün bankalar 

ünvanına - uşaq xəstəxanalarına, uşaq evlərinə çatdırılsın. Bu işdə 

mənə dostlarım Elçin, Anar, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli 

kömək etdilər. 

Elçibəylə onun iqamətgahında görüşdüm. Onu bir neçə il idi ki, 

tanıyırdım. Dinc zamanlarda da, bir filoloq kimi, 90-cı ilin yanvarında 

da, Xalq Cəbhəsinin rəhbərlərindən biri kimi, görüşmüşdüm. O vaxt 

Y.Primakovun və A.Mütəllibovun qarşısında çıxış edərək onu 

müdafıə etdim. Bakıda SSRİ Ali Sovetindən yeganə müşahidəçi 

olduğum üçün mənim rəyim nəzərə alınırdı. 

Lakin Prezidentlə  Uşaqları müdafıə günü görüşüm və söhbətim 

xüsusən yadımda qaldı. Yapışıqlı, ziyalı bir insan olsa da, rəhbər 

deyil. Siyasətçi də deyil. Qısa müddətdə iki böyük qonşu - Rusiya və 

İranla münasibətləri korlamışdı. Və onları heç vəchlə  bərpa etmək 

niyyətində deyildi. 

Mən  əminəm ki, həmin iyun ayında bir neçə gündən sonra xalq 

Heydər  Əliyevi çağırmasaydı, ölkə qat-qat çox insan həyatı  və 

əraziləri itirə bilərdi. BMT və Qərbin azman demokratik dövlətlərinin 

vecsizliyi ilə o zaman Tacikistanda da qırğın törədilir, 

Yuqoslaviyanın, Gürcüstanın, Moldaviyanın da qanlı parçalanması 

baş verirdi...» 


 

363


Həmin aylarda xəbərlər buraxılışı cəbhə məlumatlarıyla başlayırdı. 

Azərbaycanın ordu hissələri mətanətlə öz mövqelərini müdafıə 

edirdilər. Vəziyyətin son dərəcə kəskinləşdiyi Ermənistan-Azərbaycan 

münaqişəsi zonasına Surət Hüseynovun hissələri yollanmışdı, - deyə 

rəsmi məlumatların birində xəbər verilirdi. 

Heydər  Əliyev ABŞ Prezidenti Bill Klintona, vitse-prezident 

Albert Qora, Konqresin spikeri Tomas Foliyə açıq məktubla müraciət 

etdi: 


«Hazırda məktubla sizlərə müraciət etdiyim məqamda erməni 

silahlı qüvvələri Azərbaycanın yeni, Cəbrayıl və Qubadlı rayonlarını 

zəbt etmək üçün hücumlarını davam etdirir, yeni-yeni yaşayış 

məntəqələri işğal olunur, yandırılır və  vəhşicəsinə qarətə  məruz 

qalırlar. 

Demokratiya və azadlıq ideyaları, insan hüquqlarına hörmət və 

insanın başlıca yaşamaq haqqı naminə sizdən qan tökülməsinin 

qarşısını almaq və özünün günahı olmadan barbarcasına təcavüz 

qarşısında aciz qalan Azərbaycan xalqının qorunması üçün əlinizdən 

gələni etməyinizi rica edirəm». 

 

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata 



keçirən H.Əliyevin ilk fərmanı Moskvaya səfır təyin edilməsi 

haqqında oldu. O, Ramiz Rizayevin iti zəkasını, təşəbbüskarlığını, 

dialoqa hazırlığını, diplomat üçün heç də faydasız olmayan qeyri-

standart vəziyyətlərdə  qətiyyətini dəyərləndirərək onu bu məsul 

vəzifəyə layiq gördü. 

Gecə yarısı  hələ  də kabinetini tərk etməmiş  Əliyev yeni səfırə 

uğurlar arzuladı: 

- Bu işi indi səndən başqa heç kimə həvalə edə bilmərəm. Bu, çox 

mühüm bir sahədir. İki aylığa oraya getməyini xahiş edirəm. Institutu 

təhvil vermə. Əminəm ki, öhdəsindən gələcəksən. 

Sentyabrın 5-də H.Əliyev Rusiya Federasiyasının rəhbərliyilə 

danışıqlar aparmaq üçün Moskvaya uçur. Dördgünlük səfər  ərzində 

Prezident Yeltsinlə, Ali Sovetin sədri Ruslan Xasbulatovla, Baş nazir 

Viktor Çernomırdinlə, Moskvanın meri Yuri Lujkovla görüşür. 

Danışıqlara yekun vuraraq, Heydər Əliyev bildirir: 

  


 

364


-  İndiki təmaslar respublikanın  əvvəlki rəhbərliyinin yanlışlıqları 

və səhvləri ucbatından ikitərəfli münasibətləri əngəlləyən etimadsızlıq 

buzunu qırmağa imkan verdi. Azərbaycan -Rusiya əlaqələrində belə 

bir dönüş tarixi inkişafın məntiqilə diqtə olnmur, çünki iki əsr ərzində 

bu iki dövləti bir-birinə sıx əməkdaşlıq əlaqələri bağlamışdır və onları 

qırmaq olmaz. 

Yeri gəlmişkən, «Tapşırılan mövzuda etiraf» kitabını yenidən nəşr 

etdirərkən, Boris Yeltsin Əliyevə aid incikli və haqsız mülahizələrini 

mətndən çıxartmışdır. 

Səfırin Rusiyaya iki aylıq ezamiyyəti on üç il davam etdi. 

R.Rizayev səfir kimi Azərbaycan Respublikasını Rusiyada uğurla 

təmsil etdi. 2005-ci ildə veteran diplomatın yerini səfır vəzifəsində 

görkəmli mədəniyyət xadimi, SSRİ xalq artisti Polad Bülbüloğlu 

tutdu. 


 
1   ...   20   21   22   23   24   25   26   27   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə