GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə26/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   39

AZƏRBAYCAN NEFTİ DÜNYA SİYASƏTİNDƏ 

 

Əgər neft kraliçadırsa... 

 

Etiraf edək ki, biz bu fəslin başlığında Heydər Əliyevin formulunu 



təkrarlamışıq. Hələ 1994-cü ildə o, Odlar Yurdunun neft sənayesınin 

ən qədim zamanlardan bu günədək tarixini onun ibrətlərini və 

perspektivlərini  əhatə edən çoxcildli «Azərbaycan nefti dünya 

siyasətində» adlı toplu haqqında düşünürdü. Bu əsərin buraxılması o 

zaman Azərbaycan Dövlət Neft Şirkətı sədrinin birinci müavini İlham 

Əliyevə tapşırılmışdı. Bu gün demək olar ki, Azərbaycanın yeni neft 

siyasəti və onun tarixən araşdırılması paralel aparılmışdır. Və bu, 

Prezidentin siyasi, iqtisadi və sosial baxımdan heyrətamiz dərəcədə 

dəqiq düşünülmüş kəşfıdir. 

Keçmiş zamanlarda atəşpərəstlər Bakı neftinə səcdə etmışlər. XIX 

əsrin sonlarında bir naməlum uzaqgörən yazırdr «Kiçicik məbədi 

işıqlandıran neft indi bütöv bir imperiyanın hüdudlarını işıqlandırır və 

vaxt gələcək ki, o, dünyanın yarısını ışıqla və ıstıliklə təmin edəcək». 

Krallar və çarlar, prezidentlər və  şeyxlər, bankirlər və avantüristlər 

neftə pərəstiş edirlər. Neftdən ötrü dövlətlər və siyasətçilər çarpışmış 

və çarpışmaqdadırlar. 

1918-ci ildə Britaniyada çıxan «Yaxın  Şərq» adlı iqtisadi dərgı 

yazırdı:  «Bakının neft aləminin tayı-bərabəri yoxdur. Əgər neft 

kralıçadırsa, Bakı onun taxtıdır». Taxta yiyələnmək ıddıasında olanlar 

çox idi - İngiltərə, Almaniya, Türkiyə 1920-cı  ıldə  Qızıl Ordu 

hamısını qabaqladı. 


 

379


... 1942-ci il aprelin 20-də alman generalları Adolf Hitlerə  Xəzər 

dənizi və Bakının mənzərəsini  əks etdirən bir tort təqdim etmişdilər. 

Həmin günlərdə Almaniya silahlı qüvvələri sovet-alman cəbhəsinin 

cənub cinahında həlledici hücuma hazırlaşırdılar. 

Mayın ortalarından Sovet informasiya bürosu xəbərlərini Xarkov 

və Kerç istiqamətlərində gedən döyüşlərdən başlayırdı. Sonra Kerç 

xəbərlərdə  səslənmədi. Neçə il ötəndən sonra Acımuşkayda 

katakombalarda zəhərləyici qazlardan boğulan, aclıqdan, susuzluqdan 

üzülərək son nəfəsinədək vuruşan yeraltı qarnizonun hünərindən xəbər 

tutduq.  İyunun 3-də, 250 gün davam edən qəhrəmancasına 

müdafiədən sonra sovet qoşunları Sevastopolu tərk etdilər. Müharibə 

tədricən cənuba doğru irəliləyirdi. 

Rostov, Bataysk, Krasnodar istiqamətləri... Dünya sovet Şərqindən 

gələn məlumatları intizarla izləyirdi. Amerikanın «Assoşieyted press» 

agentliyinin Moskvadakı müxbiri cənab Kessidi SSRİ Xalq 

Komissarları Sovetinin sədri İ.V.Stalinə müraciət edir: 



- Sovetlərin müqavimət qabiliyyətini necə qiymətləndirirsiniz? 

- Mən düşünürəm ki, alman quldurlarına qarşı sovetlərin 

müqavimət qabiliyyəti öz gücü etibarilə faşist Almaniyası, yaxud 

hansısa digər təcavüzkar dövlətin özünün dünyaya ağalığını  təmin 

etmək qabiliyyətindən heç də az deyil bəlkə də üstündür. 

Cəbhə geriləyirdi. Sovet İttifaqı marşalı K.Ş.Moskalenko 

xatirələrində qeyd etdiyi kimi, «döyüşçü qrupları deyil, batalyonlar, 

alaylar, diviziyalar, yəni komandirlərlə  və  qərargahlarla idarə olunan 

ordular geriyə  çəkilirdilər... Ağır düşüncələr ürəyi yandırırdı. Amma 

acizlik, ya da məhkumluq hisslərindən  əsər-əlamət yox idi. Əvvəlki 

tək düşmənin darmadağın ediləcəyinə, qələbəmizə möhkəm, sarsılmaz 

inam yaşayırdı». 

1942-ci il, avqustun 1-i. 383-cü atıcı  şaxtaçı diviziyasının hərbi 

əməliyyatlar jurnalından: «... komendant rotasınadək bütün ehtiyat 

qüvvələr döyüşə atılıb». Avqustun 2-si. «Düşmənin müdafıəni yarmaq 

cəhdi baş tutmadı. 16.00-da düşmən sağdan 691-ci atıcı alayı 

yanlayıb, iki batalyona qədər qüvvəylə üçüncü batalyonun 

müqavimətini qırmışdı. Adamlar ölümdirim  



 

380


savaşına girişmişdilər. Şəxsi heyətin əksəriyyəti qəhrəmancasına həlak 

oldu. Baş pulemyotçu dəstəsi tamamilə qırıldı. Pulemyotların arxasına 

keçən komanda heyətinin aqibəti də elə oldu. Batalyondan tək-tük 

adam qaldı». 

Həmin cəbhə  xəttində  əsasən Azərbaycan döyüşçülərindən təşkil 

olunmuş 416-cı atıcı diviziya da vuruşurdu. Bir il sonra, müharibə 

Qərbə doğru istiqamətlənəndə, bu diviziya Taqanroqun azad olunması 

uğrunda gedən döyüşlərdə  fərqlənəcək və Taqanroq atıcı diviziyası 

adlandırılacaq. Müharibədən çox-çox sonra bir zamanlar Böyük 

Pyotrun göstərişi ilə Azov dənizi sahilində salınmış bu şəhərdə 

H.Əliyevin təşəbbüsü ilə  qəhrəman döyüşçülərin  şərəfinə möhtəşəm 

bir abidə ucaldıldı. Və o həmin abidənin açılışında iştirak etdi. 

Qırx ikinci ilin yayında isə,  əsli bakılı olan İttifaq Neft Sənayesi 

Xalq Komissarının müavini Nikolay Baybakov Kubanda neft 

buruqlarının partladılması ilə məşğul olurdu. 

- Yoldaş Baybakov, - ona bu tapşırığı verən Stalin deyirdi, - Hitler 

Qafqaza can atır. O elan edib ki, Qafqaz neftini ələ keçirməsə 

müharibəni uduzacaq, almanların  əlinə bir damla da neft keçməməsi 

üçün hər  şey edilməlidir, - və daha sərt səslə vurğulayırdı, - nəzərə 

alın ki, almanlara bircə ton neft də qoyub getsəniz, biz sizi 

güllələyəcəyik. 

Bir qədər susub əlavə etdi: 

- Amma mədənləri vaxtından əvvəl ləğv etsəniz və onları almanlar 

ələ keçirməsə, biz yanacaqsız qalsaq, onda  yenə  də sizi 

güllələyəcəyik. 

Cavan narkom müavininin onda 30-dan azca artıq yaşı vardı. 

Özündə cürət tapıb yavaşdan: 

- Axı siz mənə heç bir seçim qoymursunuz, yoldaş Stalin, - deyir. 

İosif Vissarionoviç var-gəl edərək, onun yanında dayanıb  əlini 

qaldırır, barmağıyla gicgahını yüngülcə döyəcləyir... 

Kuban  ərazisindəki neft buruqları  ən son saatlaradək işlədilirdi. 

Bakı  həndəvərində isə elliklə müdafıə  xətləri qurulurdu, ağır iş 

növbəsindən sonra neftçilər, tələbələr, məktəblilər, evdar qadınlar 

gəlirdilər və beldən, külüngdən yapışırdılar. Xoşbəxtlikdən, bu 

istehkam xətti döyüş meydanına çevrilmədi. Atəş açan yalnız 

mədənləri qoruyan zenit topları idi. 

 

  


 

381


İllər ötdü. Haçansa məxfı  əmrlər arxiv sənədlərinə çevrildilər. 

Faşist direktivləri qalaqlarında 45 saylı, 1942-ci il, 23 iyul tarixli bir 

sənəd də tapıldı: 

«A» qrupu ordularının  ən yaxın vəzifəsi Don çayının o tayına 

keçərək, Rostovdan cənub və  cənub  şərq tərəfdəki rayonda düşmən 

qüvvələrinin mühasirəyə alınması və məhv edilməsidir». «A» ordular 

qrupu «ən yaxın vəzifəsini» yerinə yetirə bilmədi. Bizim hissələr 

Şimali Qafqaza doğru çəkildilər. 

Bir maraqlı detal, 1942-ci il sentyabrm 9-da «A» ordular qrupuna 

komandanlığı Adolf Hitler öz üzərinə götürdü. Əvvəlki komandanı, 

general-feldmarşal Listi kənarlaşdırıb «A» qrupunun Qafqaz 

əməliyyatlarının Stalino (indiki Donetsk) şəhərində yerləşən qərargahı 

vasitəsilə idarə etməyə başladı. Ertəsi günü Vinnitsa yaxınlığındakı 

«Vervolf» qərargahından Hitler Tuapse istiqamətində hücuma 

keçmək, Qara dəniz sahilini tutmaq haqqında  əmr verir. Lakin artıq 

hadisələr dəyişirdi. Stalinqrad ətrafında da, Qafqazda da hadisələr 

başqa planda cərəyan edirdi. Berlində  şirniyyatçılara tortun üzərində 

Xəzərin və Bakının cizgilərini həkk etməyi tapşırmış  cənablar 

tələsmişdilər... 

Böyük Vətən müharibəsi illərində Azərbaycan neftçiləri 75 milyon 

tona yaxın neft çıxarmış, 22 milyon ton benzin hasil etmişdilər. 

Azərbaycanın ümumittifaq hasilatında payı 71,4 faiz təşkil etmişdir, o 

cümlədən aviasiya benzini 80 faiz, avto-nəqliyyat yağları 95 faiz 

nisbətində olmuşdur. Sovet tankları  qələbəyə doğru Bakı yanacağı 

vasitəsilə cəbhə yollarını qət edirdilər. 

 

21 aprel 1971-ci il, Bakı 

 

Həmin gün paytaxtda, mübaliğəsiz demək olar ki, «Azərbaycanın 



tarixində, Sovet İttifaqının neft sənayesinin tarixində baş vermiş 

əlamətdar hadisəyə respublika mədənlərində neftin milyardecı 

tonunun hasil olunmasına həsr edilmiş  təntənəli yığıncaq keçirilirdi. 

Fotoşəkillərə baxırıq: salonda ön cərgələrdə - sinəsi qızıl ulduzlu, 

ordenli, medallı neftçilər; kürsüdə  çıxış edən Heydər  Əliyev; səhnə 

üzərini bəzəyən kompozisiya; neft 



 

382


buruğu; «qara qızıl» hasilatının mübarək həddini göstərən nəhəng 

rəqəm. 


Aydındır ki, «milyard» bir qədər  şərti rəqəm idi. Hasilatın dəqiq 

qeydiyyatına yüz il öncə, yataqların sənaye üsulu ilə  işlədilməsinə 

keçəndən etibarən başlanmışdır. Lakin ondan əvvəllər, ötən  əsrlər 

boyu nə  qədər neft çıxarıldığını kim bilir; axı  Xəzər sahillərində - 

Bakıda hələ eramızdan çox-çox əvvəl də «qara qızıl» çıxarılmışdır. 

«Qara» deyəndə, bu əlamətə görə yeraltı sərvətin dəyəri kiçilmir. 

Tacirlər, səyyahlar çoxdan bəri «ağ neft»dən söz açır və onu yüksək 

dəyərləndirirdilər. Öz məşhur lüğətində Vladimir Dal qeyd edirdi: neft 

müxtəlif rənglərdə olur: ağ rəngdə -ağ neft, çox duru olur; tünd qonur, 

qara rəngdə, qətran kimi qatı, nəhayət, bərk  şist (lay-lay quruluşlu 

süxur - müəlliflər) halında. Neft qaynaqları (Dal necə  dəqiq ifadə 

seçib - yenə müəlliflər) vulkanik süxurlar olan torpaqlarda, məsələn, 

Bakı ətrafında tapılır və orada «axıdılıb yığılması üçün neft quyuları 

qazılır». 

1880-ci ildə Dmitri İvanoviç Mendeleyev Bakıdan yazırdı:         

«... İndiyədək burada olduğu qədər zəngin neft heç yerdə yoxdur. Mən 

Pensilvaniyada olmuşam və oradakı  mədənləri görmüşəm. Tam 

əminliklə deyə bilərəm ki, burda şübhəsiz, neft qat-qat çoxdur və onu 

çıxarmaq xeyli asandır». 

 

Əliyevin dərsləri 

 

Heydər  Əliyev də Azərbaycanın yeni neft strategiyasını 



düşünərkən işgüzar, təcrübəli adamlara ümid bəsləyirdi. Belələrinin 

arasında öncə Natiq Ağaəmi oğlu  Əliyevin, Azərbaycanın indiki 

sənaye və energetika nazirinin adını  çəkə bilərik.  Əliyev 

Azərbaycanda çox yayılmış soyaddır. Natiq Əliyev Azərbaycanın Neft 

Şirkətinə 1993-cü ildən yaxın zamana kimi rəhbərlik edirdi. 

O, həkim ailəsində böyüsə  də, tibb onu çox da cəlb etmirdi. O 

illərdə bütün ölkədə Bakı, Tümen neftçilərinin adları dillərdə gəzirdi. 

Donbass  şaxtaçıları, Sibir elektrik stansiyalarının inşaatçıları ölkənin 

ən hörmətli insanları idi. Azərbaycanda ən populyar peşə sahiblərinin 

- neftçilərin, buruq   



 

383


ustalarının adları  qəzetlərin baş  səhifələrindən düşmürdü. Onlara 

müxtəlif mükafatlar verilir, təltif edilirdilər. Natiq Əliyev deyir: 

- Etiraf edim ki, məndə, məktəbli vaxtlarımda bir az 

şöhrətpərəstlik hissi olub. Ona görə  də  məktəbi bitirən kimi 

sənədlərimi Neft və Kimya İnstitutuna verdim. Bu ali məktəb o vaxt 

çox nüfuzlu hesab olunurdu. 

Sonra bütün gənc mütəxəssislər kimi, o da zəngin təcrübəyə malik 

böyük yol keçdi: qazmaçı köməkçisi, qazmaçı, texnik-geoloq, 

mühəndis-geoloq, aspirantura, elm, sonra yenə istehsalat... Natiq 

Azərbaycanın  ən gənc elmlər namizədi oldu, onu Komsomolun 

Mərkəzi Komitəsində gənc alimlər şurasına dəvət etdilər. «Çalışırdım 

ki, həm istehsalatla məşğul olum, həm də ictimai işlərdə fəal olum». 

Bu sözləri də Natiq Əliyev o illəri xatırlayarkən deyir. 

Onun karyerası  uğurla inkişaf edirdi: istehsalat birliyinə yeni 

təyinat, partkom katibi seçilməyi... Bunun ardınca onu Azərbaycan KP 

MK-nın neft və kimya sənayesi  şöbəsinə  təlimatçı  vəzifəsinə  təyin 

etdilər. 

Bu hadisə 1984-cü ildə baş verdi. Heydər  Əliyev onda məlum 

olduğu kimi, Moskvada, SSRİ Nazirlər Sovetində  işləyirdi. Gənc 

mütəxəssis-təlimatçı onunla şəxsən tanış deyildi: «Yollarımız, heç 

vaxt kəsişməmişdi. Amma məlum oldu ki, bu heç də belə deyil». MK-

nın sosial-iqtisad şöbəsinin təlimatçısı və sonradan bölmə müdiri oldu. 

Heydər  Əliyevin MK-da apardığı  və  məşhur neftçilərin, alimlərin - 

Qurban Abbasovun, Bəhmən Hacıyevin,  Əli  Əmirovun, akademik 

Əlizadənin iştirak etdiyi müşavirələrin stenoqramları  cəsarətli 

fıkirlərin, elmi yanaşmanın və böyük təcrübənin mənbəyi kimi ona 

çox kömək edirdi. 

- Mən bu iclasların, müşavirələrin stenoqramlarını  təkrar-təkrar 

oxuyur və birinci katibin verdiyi suallardan onun bu sahəni nə qədər 

dərindən bildiyini görürdüm, - deyə Natiq Əliyev xatırlayır. - Bu 

materiallar mənə yeni tapşırıqların öhdəsindən gəlməkdə yardımçı 

olurdu. Ümumiyyətlə, MK-dakı işim mənə böyük təcrübə toplamağa, 

böyük şəxsiyyətlərlə tanış olmağa imkan verdi. 

1991-ci ilin avqustunda Bakıdakı ingilis neft şirkətlərindən biri 

Natiq Əliyevi işə dəvət etdi. Beləliklə, sovet neftçisinin, 


 

384


aliminin və partiya xadiminin iş  təcrübəsinə menecerlik də  əlavə 

olundu. Həmin ərəfədə Azərbaycanda yenə də hakimiyyət dəyişdi. Və 

bir gün Natiq Əliyevin ofısində telefon zəng çaldı: «Sizinlə Heydər 

Əliyev danışmaq istəyir». 

- Heydər  Əliyevlə ilk görüşümü çox yaxşı xatırlayıram, - deyə 

Natiq  Əliyev bildirir. - Belə hadisələr uzun müddət insanın 

yaddaşından silinmir. Təyin olunan vaxtda parlamentə gəldim və məni 

onun kabinetinə apardılar. Kabinet uzun idi - gərək ki, elə indiyəcən 

əvvəlki kimi qalıb. Uzun stolun arxasında Heydər Əliyev oturmuşdu. 

Mənə dedi ki, sənin  şəxsi işini diqqətlə gözdən keçirmişəm, indi də 

şəxsən tanış olmaq istəyirəm. Valideynlərim, dostlarım və  işlədiyim 

yerlər barədə  məni sorğu-suala çəkdi. O, öz suallarını elə verirdi ki, 

aramızda çox səmimi söhbət alınırdı. Amma sonra anladım ki, bu , 

həmsöhbətimin dərin analizi imiş. O, mənim  şəxsiyyət olaraq, kim 

olduğumu öyrənınək istəyirdi.  Ən çox onu maraqlandıran 

respublikamızın böhran vəziyyətində olan neft sənayesi barədə 

fikirlərim idi. 

Əlbəttə, respublika iqtisadiyyatında son illərdə yaranmış vəziyyəti 

Heydər  Əliyev özü də çox gözəl bilirdi. Sovet hakimiyyətinin son 

illərində idarəçiliyin itirilməsi, Xalq Cəbhəsinin hakimiyyətə 

gəlməsindən sonra artan dağınıqlıq ölkənin sənayesinin nəfəsini 

kəsməkdəydi. Yeni sahiblər peşəkar kadrları çölə tullamaqla məşğul 

idilər və açıqca: «Sən hakimiyyətdə olmusan, indi isə başqalarına 

imkan ver», deyirdilər. «AzNİPİneft» elmi-tədqiqat institunun 

direktoru, bütün İttifaq qazmaçıları üçün nüfuz sahibi olan Seyidrzanı 

işdən çıxardılar və s. 

Neft-qaz hasilatı idarələrindən demək olar ki, bütün mütəxəssisləri 

qovmuşdular. Savadsız «mübarizlər» elə hesab edirdilər ki, kabinetdə 

kresloya əyləşməklə, telefonla danışmaqla hər şey həll olunacaq, neft 

özü borularla axıb gələcək, onlar isə yalnız pul qazanacaqlar. 

- Əgər respublika məhv olmaq istəmirsə, bu vəziyyəti yalnız neft 

sənayesinin köməyi ilə düzəltmək olar, - Heydər Əliyev mənə dedi. 

Sonradan Azərbaycanın neft strategiyası adlandırılan planın 

ümumi cizgiləri yəqin ki, artıq onun fikrində hazır idi. İndi də 

həmsöhbətinin bu problemlər barədə nə düşündüyünü, xarici 


 

385


şirkətlərlə birgə müəssisələrin fəaliyyəti ilə birğə  nə  fıkirləşdiyini 

öyrənmək istəyirdi. 

- Mən ona dedim ki, - həmin yaddaqalan günün söhbətini bütün 

detallarına qədər  Natiq Əliyev xatirinə  gətirir, - bizim neft 

strategiyası  məncə, iki istiqamətdə getməlidir. Birincisi: daxili 

rezervlər hesabına hasilatın aşağı düşməsinin qarşısını almaq,   nizam-

intizamı  bərpa etmək, kadr siyasətini düzgün aparmaq. İkincisi: 

məlumdur ki, Azərbaycan öz qüvvəsiylə bu problemlərin çoxunun 

öhdəsindən gəlməyəcək.    Bu  təkcə texniki yox, həm də siyasi, 

mənəvi-psixoloji bir məqamdır. 

Həqiqətən də, Azərbaycanı SSRİ-nin neft akademiyası 

adlandırırdılar. Bakı mütəxəssisləri Volqaboyunda, Sibirdə, Tatarıstan 

və Başqırdıstanda neft yataqlarının istismarına yardım edir, Bakı 

zavodları bütün İttifaqın neft sənayesi üçün avadanlıq istehsal edirdi. 

Amma indi özümüz kimdənsə kömək umurduq. Dünya neft hasilatı 

sənayesi xeyli inkişaf edib irəli getmiş, yeni texnologiyalar kəşf 

edilmişdi. Görəsən, Azərbaycan mütəxəssisləri onlardan öyrənməyə 

hazırdılarmı? 

- Bəlkə, kimsə bunun əleyhinə olacaq, - deyə Natiq Əliyev qeyd 

edir, - amma bu, qaçılmaz addımdır. 

Elə  də oldu. İlkin mərhələlərdə Azərbaycan neftçiləri 

gözəgörünməz sədlə iki cəbhəyə ayrılmışdı. Bir qrup mütəxəssis 

deyirdi ki, öz qüvvəmizlə keçinə bilərik, ABŞ-ın,  İngiltərənin, 

Norveçin, yaxud Türkiyənin köməyinə ehtiyac yoxdur. İkinci qrup 

mütəxəssislərsə belə hesab edirdi ki, Qərbin köməyindən mütləq 

istifadə etmək lazımdır. 

- Həmin  ərəfədə respublika maliyyə  cəhətdən böhran keçirirdi, - 

deyə o davam edir. - Xarici yardım olmadan biz yeni yataqlarını 

istismarına yalnız 15-20 il sonra başlaya bilərdik. 

Bu qədər vaxt ehtiyatı isə yox idi. Çıxış yolu qarşılıqlı, sərfəli 

şərtlərlə əməkdaşlıq idi. Əlbəttə ki, Bakıya can atan bütün şirkətlərlə 

yox, yalnız ən böyük, dünya şöhrətli şirkətlərlə danışıqlara başlamaq 

lazım idi. 

Söhbət gözlənilməz şəkildə qurtardı. 

- Artıq gecdir, - Heydər Əliyev qeyd etdi, -   sən evə get, mənsə 

səni bizim işimizə necə cəlb etmək barədə düşünərəm. 

Qərarımı sənə bildirəcəklər. 

Növbəti zəng Natiq Əliyevi bacısının bağında haqladı. Ondan 

xahiş etdilər ki, on beş dəqiqədən sonra Prezidentin yanında  


 

386


olsun, o isə etiraz edib bildirdi ki, əvvəlcə gərək evə gedib paltarımı 

dəyişsin. 

- Azərbaycan Neft Şirkətinin prezidenti vəzifəsinə bir neçə 

namizəd var, - Heydər  Əliyev ona demişdi. - Mən çox fikirləşəndən 

sonra sənin namıizədliyinin üstündə dayandım.  Sən gəncsən və 

əminəm ki, işin öhdəsindən gələcəksən. Sabah, avqustun 9-da mən 

parlamentə  dəvət etdiyim xarici şirkətlərin nümayəndələri qarşısında 

çıxış etməlisən. Onlar başa düşməlidirlər ki, neft bizim mlli 

sərvətimizdir və biz əvvəlcə bağlanan müqavilələrin sərfəli olub-

olmadığmı yoxlamalıyıq. 

Bu gecənin Natiq Əliyev üçün necə ağır keçdiyini təsəvvür etmək 

çətin deyil. Demək olar ki, səhərə qədər o öz çıxışının tezislərini yazır, 

qeydlər edir, yazdıqlarının üzünü köçürürdü. 

Səhər saat onda parlamentin böyük zalında hörmətli qonaqlar 

toplanmışdı. Bunlar Azərbaycanda işləməyə başlayan neft 

şirkətlərinin nümayəndələri idi. Heydər  Əliyev onları salamladı  və 

danışıqlar prosesi başlandı. Bu, Azərbaycanın yeni neft 

strategiyasında atılmış ilk real addım idi. 

Əlbəttə ki, biz Natiq Əliyevi təkcə bu neft strategiyası barədə yox, 

onu düşünən və dəyərləndirən insan barədə də sorğu-suala çəkdik. 



- Siz Heydər  Əliyevlə çox görüşmüsünüz. O sizin yaddaşınızda 

necə qalıb? 

-  İstəyirsiniz, Heydər  Əliyevin mənə necə  tərbiyə  dərsi verdiyi 

barədə danışım. 

- Bundan kim imtina edər ki... 

- Bir-iki gün idi ki, işə başlamışdım, - Natiq Əliyev aramla 

söhbətinə başlayır. - Xatırladım ki, Bakıda o vaxt komendant saatı 

rejimi idi. Mənə isə  hələ  nə  vəsiqə, nə  də buraxılış  vərəqi 

verilməmişdi. Gecə saat on ikidən sonra küçədə patrul hər kəsi 

saxlayırdı... Axşam saat səkkizdə Heydər Əliyevin katibliyindən mənə 

zəng vurub dedilər ki, o, bir azdan sizinlə danışacaq. 

Mən heç nə demədim. Gözlədim. Saat doqquz oldu, on oldu, zəng 

edən olmadı. Saat onu keçəndən sonra özüm zəng vurdum. «O, hələ 

məşğuldur, gözləyin», - dedilər. 

Saat on biri keçdi. Artıq on iki yaxınlaşırdı. Nəsə etmək lazımdır. 

Düzdür, mən yaxınlıqda yaşayırdım, evə piyada da gedə  



 

387


bilərdim, amma sürücüm şəhərin o biri başında yaşayırdı.... Qısası, 

sürücünü də buraxıb evə getdim. 

Səhər saat 9.00-da işdə idim. 9.05-də isə Heydər  Əliyevin 

katibliyindən zəng vurdular: 

- Siz neyləmisiz?! 

- Neyləmişəm ki? 

- Heydər Əliyev səni axtarırdı, sənsə çıxıb evə getmisən. 

Mən gedişimin səbəbini izah etdim. 

Axşam yenə katiblikdən zəng vurub dedilər ki, Heydər  Əliyev 

səninlə danışacaq. Gözləyirəm. On bir, on iki…saat üçə beş  dəqiqə 

qalmış telefon zəng çaldı. Yenə katiblikdən idi: «Sən evə gedə 

bilərsən. O, səninlə başqa vaxt söhbət edəcək». 

Ertəsi gün vəziyyət təkrar olundu. Yalnız üçüncü gün Heydər 

Əliyev özü telefonu götürdü. Əlbəttə ki, məni danlamadı. Bircə onu 

dedi ki, mənim zəngimi gözləməyib evə getdiyin üçün xəcalət 

çəkmirsən? Vəziyyəti ona başa saldım. Cavabı belə oldu: «Mən indi 

bu barədə  sərəncam verərəm». Sonra mənə başa saldı ki, harada 

olmağımdan asılı olmayaraq, mən istənilən vaxt səninlə əlaqə saxlaya 

bilərəm. Mən işdən çıxıb getməyincə  sən də  işdə olmalısan. Siz 

gəncsiniz, əslində məndən də çox işləməlisiniz. «Başa düşdüm, cənab 

Prezident». 

Bu, birinci dərs idi. Sonra isə ikinci dərs oldu. Mən Bakıdan 

kənarda yerləşən müəssisələrdən birinə getmişdim. Heydər  Əliyevin 

zəngi məni orada haqladı: «Bundan sonra məndən icazəsiz Bakıdan 

kənara çıxma». «Baş üstə, cənab Prezident». 

 

Neft əsrinin müqaviləsi 

 

Heydər  Əliyevin böyük siyasətdəki möcüzələrindən biri, artıq 



bütün dünyada əfsanəyə çevrilmiş neft strategiyasıdır. Həqiqət naminə 

qeyd olunmalıdır ki, məhz Heydər  Əliyevin reallaşdırdığı bu 

strategiya sayəsində müstəqil Azərbaycan beynəlxalq enerji siyasətini 

müəyyənləşdirən qabaqcıl ölkələr sırasında öz yerini tutdu. Bu uğurun 

hansı mürəkkəb və  çətin sədlərin, xarici və daxili təzyiqlərin dəf 

edilməsindən sonra əldə olunması indi müstəqil Azərbaycan tarixinin 

şərəfli səhifələrindən hesab olunur. 


 

388


Dövrün gerçəkliyi ondan ibarət idi ki, dünyanın bütün qabaqcıl 

ölkələri, onların nəhəng neft şirkətləri Azərbaycan neftini ələ 

keçirməkdə maraqlı idilər. "Qara qızıl" uğrunda kəskin və ciddi 

mübarizə gedirdi. Azərbaycanda isə Heydər  Əliyevin gəlişi ilə nisbi 

sabitlik yaransa da, silahlı çevrilişlər yolu ilə hakimiyyətə yiyələnmək 

arzusunda olanlar hələ çox idi. Heydər  Əliyevi isə daha qlobal və 

ciddi məsələ düşündürürdü: Xəzər hövzəsində  təsir gücünə 

yiyələnmək uğrunda gedən mübarizədə  gənc, müstəqil dövlətin milli 

maraqlarını qorumaq və siyasəti elə qurmaq lazımdır ki, bu ancaq cari 

maraq üçün yox, həm də gələcəyin əsaslarını qoymuş olsun. 


1   ...   22   23   24   25   26   27   28   29   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə