GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə28/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   ...   39

 

Böyük neftə aparan yol 

 

Böyük neftə qedən yol hamar olmur, tək ona görə yox ki, «qara 



qızıl»ın hasilatı ağır zəhmət bahasına başa gəlir. 

Bir məşhur bankir yığcam və  qısaca demişdir: «Neft puldur. 

Böyük neft böyük puldur...» Bir başqası əlavə etmişdir: «... və böyük 

siyasətdir». Azərbaycan nefti, yeni yataqların mənimsənilməsi, nəql 

istiqamətləri  ətrafında  ən fərqli maraq - şirkətlərin, bankların, 

dövlətlərin maraqları toqquşurdu. 



 

400


Təbü ki, əvvələr bölgənin tamhüquqlu ağası olan Rusiya öz 

mövqelərinin itirilməsilə barışmaq istəmirdi. RF Xarici İşlər 

Nazirliyində çalışan bir nüfuzlu diplomatın fıkrincə, «Rusiyanı yalnız 

bir qərar - Xəzərdə üstünlük qane edə bilər, onun buna hüququ və 

imkanları var. Hər hansı bir altemativ variant Moskvanın bölgədə 

siyasi təsirinin itirilməsinə  gətirib çıxaracaq...» Çox qorxulu 

ritorikadır. I Pyotrun Konstantinopolda (İstanbulda) Rusiya təmsilçisi 

Neplyuyevə verdiyi tapşırıq ruhundadır: «Kim olur olsun, fərqi 

yoxdur, bizim maraqlarmıız əsla yol vermir ki, başqa bir dövlət, Xəzər 

dənizində bərqərar olsun...» 

Təkrarən deyirik ki, ritorika hədə, zəhmlidir, ancaq əfsus, 

gecikmişdir. Bunu Moskvada bir çox iş adamları anlayırdılar. 

Məsələn, 1995-ci ilin may ayında Rusiyanın yanacaq və energetika 

naziri Yuri Şafranik Bakıda çıxış edərkən bildirmişdir ki, «Əsrin 

müqaviləsi»nə müsbət yanaşır və Xəzərin statusu haqqında söhbətləri 

«əsassız» sayır. Nazirin bəyanatı  cəsarət tələb edirdi. O vaxt Rusiya 

XİN-də artıq qəribə bir nota verməklə Böyük Britaniya səfiri B.Follu 

heyrətləndirdilər. Diplomatik praktikada bu nadir, bəlkə  də,  ən nadir 

hadisə 1994-cü il aprelin 27-nə təsadüf edirdi. 

Notada, Böyük Britaniya və Azərbaycan arasında imzalanmış 

«Energetika sahəsində əməkdaşlıq haqqında» memorandumda «Xəzər 

dənizinin Azərbaycan sektoru» anlayışının işlədilməsinə qarşı etiraz 

bildirilir. Vurğulanırdı ki, əvvəlcədən Xəzər hövzəsindəki bütün 

ölkələrlə razılaşma olmadan, Xəzər neft yataqlarının işlədilməsinə və 

neftin Avropa ölkələrinə nəql edilməsinə aid hər hansı layihə hüquqi 

qüvvəyə malik olmayacaq. Bu hökm Rusiya maraqlarının üzdəniraq 

«müdafiəçisi», xarici işlər naziri Andrey Kozırevdən gəlirdi. ABŞ 

dövlət katibinin müavini Stroub Telbott Kozırevi «Rusiyanın  ən 

Qərbpərəst siyasi xadimlərindən biri» adlandırmışdır. Həmin illərdə 

Rusiya Azərbaycana qarşı  nəqliyyat blokadasını  tətbiq etmişdir. 

Rəsmi dəlil, guya, «Çeçenistana silah daşıyan kanalları  kəsmək» 

olmuşdur. Blokada Dağıstana da, elə bütün Rusiyaya da ziyan vurdu. 

Rusiyanın 1994-1995-ci illərdə  çək-diyi zərər 6,1 milyard dollar 

məbləğində  dəyərləndirilirdi. Dövlət Dumasında çıxış edən (sonralar 

faciəvi  şəkildə  həlak olan) general Roxlin Rusiyanın Azərbaycana 

qarşı siyasətini 



 

401


Rusiyanın milli maraqlarınna qarşı 

xəyanət kimi 

qiymətləndirmişdi. 

Xəzərin statusu haqqında söhbətlər, danışıqlar, çəkişmələr hələ bir 

neçə il davam etdi. İlham Əliyevin nüfuzlu mülahizəsinə görə, Rusiya 

tərəfindən Azərbaycanın mövqeyinin tanınması, RF Prezidenti 

Vladimir Putinin 2001-ci ilin yanvarında Bakıya rəsmi səfərindən 

sonra qərarlaşdı. 

Məsələnin «müqəddiməsinə», Rusiya XİN-in xatırlatdığımız 

notasına qayıtmağa, zənnimizcə, dəyər. O qalmaqallı günlərdə RF 

yanacaq və energetika naziri Yuri Şafranik özünü necə hiss edirdi? 

Bəlkə, o da nota hazırlamaq fikrindəydi? Yaxud «dəli  şeytan deyir» 

kimi düşünənlərlə  sərhədçiləri dilə tutub Xəzərin Rusiya sektorunun 

mühafızəsi üçün patrul yerləşdirməyə çağırırdı?.. Bu sualları onun 

özünə veririk. Uçurulmağa məhkum olan «Minsk» mehmanxanasının 

arxasında, qədim mülkdə yerləşən «SoyuzNefteQaz» şirkətinin idarə 

heyəti sədrinin rahat kabinetindəyik. Yuri Konstantinoviç stolüstü 

lampanı özündən azca kənar edir: 

- Siz 

sualları verincə, mən konfliktin konseptual, sistemli 



mahiyyətini ifadə edə biləcək sözləri axtarırdım. Və tapdım: bizim 

fikir ixülaflarımız dünyagörüşü müstəvisindəydi. Bu sözdə, bu 

mövqedə israrlıyam. 

Nümunə kimi müsahibimiz öz təcrübəsindən bir hadisəni danışır. 

Nazir olmamışdan, Tümen vilayətinə başçılıq etdiyi dövrün 

əhvalatıdır. O vaxtlar, Sovet İttifaqnın yaşadığı son aylarda, Latviya 

hakimiyyəti respublikadan Riqa «OMON»unu, xüsusi təyinatlı milis 

dəstəsini çıxartdı. 

- Hamı onları qəbul etməkdən imtina etsə də, mən qəbul etdim, 

yerləşdirdim. Yaşayır, işləyirdilər və birdən, 1991-ci ilin axırında, 

ezamiyyətdə olduğum zaman Latviyadan Tümenə prokurorluq və DİN 

nümayəndələri gəlib bizim vətəndaşı tutub aparırlar. Mən 

ezamiyyətdən qayıdıb hamını ayağa qaldrdım. «Necə yəni, - dedim, - 

onlar öz müstəqilliyini elan edib, hamı müstəqilliyə səs verib - Rusiya, 

Ukrayna, Latviya... 

Məsələn, tutaq ki, fransız polisi bizə uçub gəlib vətəndaşımızı həbs 

edə bilərmi? Nə üzlə Latviyadan durub gəliblər ki, Rusiya vətəndaşını 

tutsunlar?» Mən bu əhvalatı  Xəzərə  və Bakıya sarı yönəldirəm. 

Madam ki, biz özümüz vahid bir ölkəni parçalamışıq, - Əliyev ki 

parçalamayıb, - onda hansı ağılnan hesab 

 


 

402


edirik ki, münasibətləri təzyiq üzərində qurmalıyıq? Bu dünya-görüş 

ziddiyyətlidir. Tamamilə! Mənim, yanacaq və energetika nazirinin 

arxasında və Kozırevin - xarici işlər nazirinin arxasında müəyyən 

mövqelər və baxışlar durur. Amma şəxsən özüm-özümdən, Rusiya 

vətəndaşı Şafranik olaraq soruşuram: biz Azərbaycanla münasibətləri 

necə qurmalıyıq? Birinci variant: onların problemlərini, öz 

problemlərimizi anlamalıyıq. Ümumi məxrəc tapıb birləşərək 

irəliləməliyik. İkinci variant: onların problemlərini anlamalıyıq və bu 

problemləri həll etməkdə onlara mane olmamalıyıq. Və üçüncü 

variant: Aha, siz ayrıldınızmı, di buyurun, gedin! 

Üç variantdan ən pisi üçüncüsüdür. Nə tarixi, nə siyasi, nə iqtisadi 

baxımdan məqbul deyil. Təsəvvur edin ki, Dağıstanla Çeçenistanın 

yaxınlığında, daha bir qeyri-sabit, qayrıar ölkə ... Axı özünə  gərək 

belə sualları da verəsən. Ən yaxşısı birinci yoldur. Amma bunun üçün 

onların problemlərini yaxşı başa düşməli və özününkülərindən də baş 

açmalısan. Mən Bakı səfərinə hazırlaşırdım, götür-qoy edirdim, təkid 

edirdim. Və indi, zaman ötəndən sonra, şadam ki, mənim 

konsepsiyanı doğru oldu. Ölkələrimizin prezidentləri Xəzər üzrə 

sənədləri imzaladılar. Lakin hətta danışıqlar hələ davam etsəydi də, 

belə əlbir hərəkətlərə doğru kurs yenə də düzgün çıxacaqdı. 

Biz dərhal «Azəri-Çıraq»dan faiz aldıq və «LUKoyl»a verdik  bu, 

o zaman dövlət  şirkəti idi. Mən onda sərəncam verdim ki, Rusiya 

tərəfindən Xəzərə «Rosneft» cavabdehdir; o, indi də dövlət şirkətidir. 

Nə isə, bu başqa bir söhbətdir... 

Yuri Konstantinoviç Heydər  Əliyevlə  ətraflı  və uzun sürən 

söhbətlərini xatırlayır.  Əliyev moskvalı qonağa deyirmiş: «Yuri 

Konstantinoviç, Prezidenti bir təhər inandır, qoy lap bircə saatlığa 

uçub gəlsin. Birgə çıxaq, dolanaq. Meydana baş çəkək. Bundan artıq 

heç nə lazım deyil». O isə uçub gəlmədi... 

- Başqa yanaşmalar üstün gəldi, - deyə  Şafranik sözünə davam 

edir, - deyirdim: mən də Emıənistanı sevirəm. Ona qalsa mənim 

erməni dostlarım azərbaycanlı dostlarımdan çoxdur

*

. Amma 


Rusiyanın birbaşa marağı - Xəzər və neftdir. Azərbaycan və Bakı 

geosiyasi və strateji mərkəz  olmuş və olacaqdır. 

 

 

                                                           



*

 

Bu kontekstdə «ha,fqa yanaç:nalar»ın kimlər tərəfindən dəstəkləndiyi aydın olur 



(müəlliflər). 

 


 

403


Odur ki, gəlin, burada işləyək və bölgənin bütün ölkələrilə 

münasibətləri inkişaf etdirək. 

Yanacaq və Energetika Nazirliyində diplomatların, başqa 

idarələrin  əməkdaşlarının köməyilə bu xətti işləyib hazırladıqdan 

sonra mən Prezident Yeltsinə  məlumat verdim ki, «uçuram». O da 

razılıq verdi. 

- Razılığını şəxsi görüş zamanı verdi? 

Əlbəttə. O başqa məsələdir ki, bu, hökumətlə razılaşdırılıb 



hazırlanmış direktiv deyildi. Əgər biz bununla məşğul olsaydıq, çək-

çevirlərdə ilişib qalacaqdıq. Ona görə  də müəyyən risk var idi. Mən 

riski öz üzərimə götürdüm. Daha sonra Prezidentə məruzələr edərkən, 

onu Rusiya və Azərbaycanın dövlətlərarası münasibətləri ilə daha çox 

ciddi məşğul olmağa inandıra bildim. 

Mən güzəştlər siyasətinin qəti əleyhinəyəm. Hesab edirəm ki, biz 

onsuz da çox güzəştə getmişik. Güzəştlərə yox, birləşməyə, qarşılıqlı 

faydalı  qərarların axtarışına getmək lazımdır. Odur ki, konflikti 

bəsitləşdirməyək. Mən onu dünyagörüşlərin ziddiyyəti kimi 

dəyərləndirirəm. Rusiya məgər ləyaqətli və möhkəm olmalı deyilmi? 

Bax, Xəzərdə biz - Yanacaq və Energetika Nazirliyi olaraq - bunları 

müdafiə edirdik. Mən bizim milli maraqlarımızdan danışıram. Eləcə 

də, ardıcıl olaraq Heydər  Əliyev Azərbaycanın milli maraqlanın 

müdafiə edirdi. 

- Sizi 

isə Rusiyanın milli maraqlarının müdafiə eldiyinizə görə 



işdən kənarlaşdırmaq istəyirdilər... 

- Bu, 


yeganə hal deyil. Ən azı üç dəfə elə olub ki, baş nazirin 

müavinləri Prezidentə yazmışlar ki, Şafranik işdən azad edilməlidir. 

- Bu, 

nə ilə bağlı idi? 



- Yanacaq-energetika 

və iqtisadi problemlərlə, belə deyək... 

Mən şüurlu hərəkət edirdim. Güman etmirdim ki, iş notaya çatacaq... 

Şüurlu  şəkildə Azərbaycanla  əməkdaşlığm düşüncəmə uyğun realizə 

edilməsinə gedirdim... Və söhbətimizi Heydər  Əliyev haqqında bu 

sözlərlə bitirirəm. Mən Heydər  Əliyevi böyük insan, çox görkəmli 

dövlət xadimi hesab edirəm. Azərbaycan xalqının bəxti onda gətirdi 

ki, məhz o zaman Heydər Əliyeviç sükan arxasında oldu. O sınmamış, 

o qalxmğa özündə qüvvə tapmışdı... O kəs ki qalxmamış, qalxmağın 

nə demək olduğu barədə heç mülahizə söyləyə bilməz... 

 


 

404


Siz istefadan sonra qalxa bilən adamları çoxmu görmüsünüz? O isə 

qalxmağı, respublikasına, xalqına fayda verməyi bacardı... Mən bir 

çox görüslərin, söhbətlərin, hətta gecələr saatlarla davam edən 

danışıqların, diskussiyaların iştirakçısı olmuşam. Bu, bir növ Əliyev 

məktəbi idi. Mən görürdüm ki, bu insan müşavirəni, konfransı, görüşü 

necə düşünür, düzüb-qoşur. Özü diqqət yetirirdi ki, masalar necə 

qoyulub, kim harda əyləşəcək; başa düşürdü ki, siyasətçi üçün xırda 

sayılan  şey yoxdur. Nazir vəzifəsində olmayanda mən Azərbaycana 

Əliyevin dəvətilə onun prezidentlərlə görüşlərinə gedirdim. İlahi, o 

görüşləri o, necə aparırdı, rəhbərlik etmirdi, yox, aparırdı, çünki 

yığışanlar hamısı eyni səviyyəli idilər, o isə sanki dirijorluq edirdi, 

sizə deyim ki, bu, çox böyük məharətdir. Həm də böyük bir 

siyasətçinin dərsləridir. 

Sizə, yəqin ki, çoxları onun fantastik yaddaşından danışıb. Mən 

belə insanlara daha rast gəlməmişəm, O, birbaşa, hansısa məlumatı 

əzbərdən misal gətirir. Güman edilə bilər ki, müzakirəyə hazırlaşıb. 

Amma mövzu dəyişir və o, yenə də nəhəng faktiki material haqqında 

eyni bələdçiliklə danışır - bu heyrətamiz bir haldır! 

 

Yeltsin Bakıya gəlib çıxmadı. 

 

Həmin  ərəfədə  şəxsi təşəbbüsləri ilə bir çox şəxslər - məşhur 



siyasətçilər, dövlət xadimləri, alimlər Boris Nikolayeviç Yeltsinin 

diqqətini Azərbaycanla Rusiya arasındakı  əlaqələrin arzuolunan 

səviyyədə olmamasına yönəldirdi. Onların sırasında Ramazan 

Abdullatipov və Vyaçeslav Mixaylov da vardı. Fəlsəfə elmləri 

doktoru, hazırda Rusiyanın Tacikistandakı  səfiri vəzifəsində çalışan 

Ramazan Abdullatipov xatırlayır: 

«Mən həmişə Boris Nikolayeviçi inandırmağa çalışırdım ki, 

Bakıya gedib Heydər  Əliyeviçlə  şəxsən görüşmək prinsipial olaraq 

vacibdir. Amma hər dəfə araya xoşagəlməz hadisələr girirdi. Gah İran, 

gah Türkiyə, gah Ermənistan, gah radiolakasiya stansiyası, gah başqa 

problemlər...» 

Tarix elmləri doktoru Vyaçeslav Aleksandroviç Mixaylov 

Rusiyanın Milli Məsələlər Nazirliyinə (bu nazirlik sonralar prezident 

tərəfindən ixtisara salınmışdı) başçılıq edərkən Rusi- 



 

405


ya prezidentinə ölkənin xarici siyasi preoritetlərilə bağlı  məktub 

yazmışdı. 

«Bu, elə bir dövr idi ki, Rusiya öz xarici əlaqələrinin  əsas 

məqamlarını  hələ  təzə müəyyən etməyə başlayırdı, - deyə professor 

Mixaylov xatırlayır. - Ölkə sanki onilliklər, yüzilliklər  ərzində 

formalaşmış tarixi təcrübəni nəzərə almaq istəmirdi.  Əsas problem - 

etno-milli amillərin anlaşılmamasıyla, başa düşülməməsiylə bağlı bəzi 

köhnəlmiş stereotiplərdən qurtulmaq idi. 

Bəzi siyasətçilər Prezidentin qulağını doldururdular ki, 

pravoslavlar pravoslavlarla, müsəlmanlarsa müsəlmanlarla bir yerdə 

olmalıdır. Və ölkənin xarici siyasi əlaqələri də  məhz bu prinsiplər 

əsasında qurulmalıdır, müttəfiqlər də bu cür seçilmədir. Mən bu 

söhbətləri heç də o vaxtm siyasətçilərinin səviyyəsiz olduğunu sübut 

etmək üçün demirəm. Bu, sadəcə «yeni siyasət», «yeni ictimai 

təfəkkür» formalaşdırdıqlarını düşünən bəzi gənc siyasətçilərin 

xəyalları idi. Əfsuslar olsun ki, bu zaman əsas məsləhətçi olan tarixi 

təcrübə bir fundamental prinsip kimi nəzərə alınmırdı. 

Tarixi təcrübə elə bir müdriklik mənbəyidir ki, onsuz heç bir 

diplomatiya mövcud ola bilməz. Bu cəhətdən, həm də geosiyasi, 

strateji, iqtisadi və bir çox başqa amilləri nəzərə alaraq anlamaq olar 

ki, Azərbaycan Rusiyanın ən yaxın müttəfiqlərindən biridir. Buna görə 

də nəticə çıxarmaq olar ki, Azərbaycan bir müstəqil respublika olaraq 

bizim əsas partnyorumuz olmalıdır. Xarici siyasətin prioritetində milli 

maraqlara  əsaslanmaq kimi fundamental prinsipə söykənən Rusiya 

siyasəti hələ Birinci Pyotrun vaxtından xarici siyasətdə  uğurlar 

qazanmışdı, Amma bu prinsiplərdən geri çəkilən kimi iflasa uğrayırdı. 

Mən xarici səyasətimizin Azərbaycan istiqamətinə xüsusi diqqət 

verməsinin tərəfdanyam: məsəl üçün, Dağıstanın taleyi burada həll 

olunur, burada bizim Türkiyə, İranla olan əlaqələrimiz kəsişir». 

 

«Rusiya-Azərbaycan münasibətləri: təcrübə, imkanlar, 



perspektivlər» adlı elmi konfransda da Vyaçeslav Mixayloviç bu 

fıkirlərini açıqlamışdı (bu tədbiri Dövlət Xidməti Akademiyasının 

xarici  əlaqələr kafedrası  və Rusiya Azərbaycanlıları Konqresi 

Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin 

 


 

406


qurulmasının on illiyi münasibətilə  təşkil etmişdi). Konfransda çıxış 

edən Azərbaycanın Rusiyadakı o vaxtkı  səfiri Ramiz Rizayev 

professor Mixaylovun Prezident Yeltsinə yazdığı  məktubu xatırladı: 

«...o vaxtlar heç də bütün siyasi xadimlərin hünəri deyildi ki, belə 

cəsarətli addım ataraq Rusiya rəhbərhyini nədəsə  təqsirləndirsin, 

prezidentin siyasətində qüsurlar olduğunu açıq bildirsin». 

Sonradan hər iki tərəf bu siyasətə müəyyən düzəlişlər etdilər. 

Həmin konfransda Azərbaycanın Rusiyadakı o vaxtkı fövqəladə  və 

səlahiyyətli səfiri Ramiz Rizayevin şəninə çoxsaylı  təriflər söyləndi. 

Məhz onun bilavasitə iştirakı ilə Azərbaycanla Rusiya arasında yeganə 

düzgün münasibətlər variantı - qarşılıqlı hörmət  əsasında qurulan 

münasibətlər formalaşdırıldı. 

Səfiri isə oxucunun xatirindədirsə, özünün ilk Prezident fərmanıyla 

məhz Heydər Əliyev təyin etmişdi. 

 

Prezident çekist olanda 

 

Heydər  Əliyev müstəqil dövlətin  əsas dayaqlaından olan güc 



strukturlarının, xüsusilə bir vaxtlar özünün çalışdığı Dövlət 

Təhlükəsizlik Komitəsinin fəahyyətinə böyük diqqət və qayğı ilə 

yanaşırdı. Amma yenidən hakimiyyətə qayıdandan sonra aydm oldu 

ki, digər dövlət strukturları kimi, bu qurumun üstündən də qara yellər 

əsib... 

Keçmiş Sovetlər Birliyində yüksək peşəkar çekist heyəti və 

səmərəli fəahyyəti ilə  həmişə öndə olan Azərbaycan DTK-sının qara 

günləri Xalq Cəbhəsi hakimiyyətə  gələndən sonra, 1992-ci ilin 

martından başlamışdı. O ərəfədə DTK-nm adı  dəyişdirilib Milli 

Təhlükəsizlik Nazirliyi (MTN - red.) oldu. Amma yaxşı  mənada 

dəyişən təkcə ad idi. Digər dövlət qurumlarmda olduğu kimi, burada 

da bolşeviksayağı kadr dəyişiklikləri başlandı. Cəbhəçi rəhbərlərin 

qəzəbinə ilk tuş  gələnlər təcrübəli, səriştəli, yüksək ixtisaslı köhnə 

kadrlar, xüsusilə də rusdillilər oldu. Həmin günlərdə Rusiya FTX ilə 

MTN arasında, arzu edənlərin Azərbaycandan Rusiyaya xidmətə 

keçirilməsi barədə razılaşma var idi. Altı ayda, DTK-nm dağıdılması 

demək olar ki, baş tutdu. 

 


 

407


1992-ci ildə MTN-də bütün kadrlar məcburi olaraq Azərbaycan 

dilindən imtahan verməli oldular. İmtahandan keçməyənləri kadrlar 

idarəsinin sərəncamına göndərirdilər. Bu hal bir ilə yaxın, Heydər 

Əliyev hakimiyyətə  gələnə  qədər davam etdi. Bu bir ildə Xalq 

Cəbhəsi yüksək ixtisaslı kadrların yerinə öz tərəfdarlarını  təyin edir, 

işə  qəbul heç bir xüsusi yoxlama aparılmadan həyata keçirilirdi. 

MTN-ə Xalq Cəbhəsində yüksək vəzifə tutanların qohumları daha çox 

işə götürülürdü. 

Agentura və kəşfiyyat şəbəkəsi demək olar ki, dağılmışdı. MTN-in 

çox mühüm bir funksiyası - terrorizmlə mübarizə ondan alınıb DİN-ə 

verildi. Nəticədə 1993-94-cü illərdə Azərbaycan praktik olaraq xarici 

və daxili düşmən qarşısında müdafiəsiz qaldı. Bu özünü dərhal 

göstərdi, Azərbaycanda bir-birinin ardınca terror və  təxribat aktları 

törədilməyə başlandı. Məsələn, 1994-cü il martın 19-da "Sadval" ləzgi 

milli hərəkatının üzvlərindən biri Bakı metropoliteninin "20 Yanvar" 

stansiyasında partlayış törətdi. Nəticədə 14 nəfər öldü, 52 nəfər 

yaralandı.  İstintaq müəyyən etdi ki, bu terror aktnın törədilməsində 

"Sadval" milli hərəkatının rəhbərliyinin də əli var. 

Dövlət təhlükəsizlik orqanlarını dirçəlişi yalnız 1993-cü ildə, 

vaxtilə bu sahənin peşəkar  əməkdaşı olmuş, bu təsisatın milli 

dövlətçiliyin müdafiəsindəki yerini və rolunu çox gözəl başa düşən 

Heydər  Əliyev hakimiyyətə  gələndən sonra başladı. Xidmət tədricən 

öz fəaliyyətini bərpa etməkdə idi və 1993-96-cı illərdə bir sıra böyük 

və  səs-küylü cinayətlərin üstünün açılması da məhz bunu göstərirdi. 

Həmin cinayətlər sırasma terror aktları və təxribatlar, "islam inqilabı" 

hazırlamaq cəhdləri və s. daxil idi. Dövlətə deyil, bir sıra qurumların 

liderlərinə tabe olan silahh dəstələrin tərk-silah edilməsi istiqamətində 

də əhəmiyyətli işlər görüldü. 

Dövlət başçısnın tapşırığı ilə  təhlükəsizlik orqanlarnın sıralarını 

təsadüfi adamlardan təmizləməklə yanaşı, nazirlikdə bir sıra struktur 

islahatları da həyata keçirildi. Bir qədər qabağa gedib qeyd edək ki, 

2001-ci il avqustun 1-də Prezident Heydər Əliyevin fərmanı ilə Hərbi 

Əks-Kəşfiyyat Xidməti MTN-in tərkibinə verildi. Bununla eyni 

 


 

408


vaxtda Sərhəd Qoşunlan İdarəsi MTN-in tərkibindən çıxarılaraq, onun 

bazasında Dövlət Sərhəd Xidməti təsisatı yaradıldı. 

XX əsrin sonunda təbü ki, Heydər Əliyevin tövsiyə və tapşrıqları 

ilə respublikanın xüsusi xidmət orqanları bir sıra xarici ölkələrin, o 

cümlədən ABŞ-ın kəşfiyyat xidməti ilə əməkdaşlıq əlaqələri qurmağa 

başladılar. Məhz Azərbaycan-Amerika xüsusi xidmət orqanlarının 

birgə  səyi ilə 1999-cu ildə ABŞ  səfirliyinin Bakıdakı binasnın 

partladılmasının qarşısı alındı. Bu münasibətlə Birləşmiş  Ştatların 

Prezidenti Bih Khnton azərbaycanlı  həmkarına - Heydər  Əliyevə 

minnətdarlıq məktubu göndərdi. Elə o vaxtlardan rəsmi Bakı ABŞ-ın 

antiterror əməhyyatlarını yaxından dəstəkləməyə başladı. 

 

«Əsrin müqaviləsi» haqqında 

 

1996-cı ilin oktyabrı. Heydər  Əliyevin keçirdiyi müşavirədə 



Azərbaycan Beynəlxalq  Əməliyyat  Şirkətinin (ABƏŞ) iki illik 

fəaliyyətinin yekunları müzakirə olunur. Stenoqramı bir-nəfəsə 

maraqlı detektiv əsər kimi oxuyursan. Budur neft boru kəmərlərinin 

tikintisi müzakirə olunur: 

Heydər  Əliyev: Siz dediniz ki, Qərb boru kəmərinin çəkilməsinə 

gələn ilin martında başlayacaqsınız və tikintini 1998-ci ilin sonunda 

başa çatdırmağa söz verirsiniz. Sual doğur: bəs niyə belə gec? Axı 

sizin yadınızdadır ki, bu ilin martında biz cənab Şevardnadze ilə Qərb 

boru kəməri haqqında müqavilə bağladıq. Hansı  səbəblərə görə  işə 

başlamaq üçün bir il lazım olub? Niyə işlərin başlanması gecikdirilir? 

ABƏŞ-in vitse-prezidenti Veyn Volts: Cənab Prezident, Qərb 

marşrutu üzrə inşaat işlərinin smetasını  tərtib etmək, icra olunacaq 

işlərin xorcini müəyyənləşdirmək üçün gərgin iş aparılır. Supsada 

terminal tikilməsi üçün nəzərdə tutulmuş sahə, belə iş üçün dənizdə ən 

pis yer kimi səciyyələndirilir. Gürcüstan Beynəxalq TSIeft 

Korporasiyası  və «Con Braun injinirinq» firması bu sahədə  ətraflı 

texniki, mühəndis, geotexniki araşdırmalar aparırlar. İşləri başlamağa 

yetərincə əmin olmaq üçün la- 

 


 

409


zımi dəqiq məlumatı və zəruri işlərin dəqiq smetasını biz yalnız I997-

ci ilin martında alacağıq... 

Tikintiyə hazırlıqla və onun aparılması ilə bağlı 33 milyon dollar 

məbləğində aralıq büdcə  tərtib olunmalıdır ki, mövcud olan boru 

kəmərlərinin təftişi, boru kəmər yatağı sahələrinin, dəniz dibinin 

öyrənilməsi, yerüstü terminal inşaatnın altemativ variantı kimi 

«orqanik terminaldan istifadə olunma imkanlarının aşkarlanması» və 

sairə  tədbirləri həyata keçirə bilək. Layihəni idarə etmək üçün 

mühəndis işlərinin aparılması  və bütövlükdə layihənin hazırlanması 

ilə bağlı «Con Braun injinirinq» firması ilə müqavilə imzalanmışdır. 

Gələn ay tikinti işlərinə tender elan etmək istəyirik. Hesab edirəm 

ki, bizim hesablamalara və  rəqəmlərə arxayın olub, gələn ilin 

əvvəlində tikinti layihəsini təqdim edə  və 1997-ci ilin martında 

tikintiyə başlaya bilərik. 

Layihəni 1998-ci ilin sonuna başa çatdırmaq üçün biz işlərin çox 

dəqiq, intensiv qrafikini tərtib edəcəyik. 

Heydər  Əliyev: Sağ olun. Lakin istənilən halda hesab edirəm ki, 

Qərb boru kəmərinin inşasmında böyük gecikmə var. Əgər Supsa 

limanının belə səciyyələndirilməsi varsa, əgər o, deyilənə görə, dünya 

təcrübəsində bu məqsədlər baxınından  ən pis yerdirsə, hesab edirəm 

ki, orada, Gürcüstan ərazisində başqa bir liman seçmək olardı. Lakin 

bu Supsa limanı lap əvvəldən seçilmişdir. Görünür, bilirmişlər ki, 

əlverişli limandır. Ümumiyyətlə, biz artıq bir ildir ki, Qərb boru 

kəmərindən danışırıq. İndi isə məlum olur ki, Supsa limanı yaramır və 

hətta başqa terminallar haqqında düşünürlər. Açığını deyim ki, bu 

məni çox təəccübləndirir». 

Prezidentin yanında keçirilmiş digər müşavirələrin stenoqramları 

da eynilə bu cür konkret və kəskindir. Ümumi səciyyəli, «daha yaxşı 

işləmək lazımdır» kimi çağırışlar, göstərişlər yox, vəziyyətin sərrast 

təhlili var. İstər söhbət qazma qurğularının istifadəsindən, istərsə  də 

yerli kadrların cəlb olunmasından getsin, fərqi yoxdur. 

«Qarabağ» neft yatağnın işlənilməsinə həsr olunmuş (1997-ci il, 5 

aprel tarixli) müşavirədə Heydər Əliyevin çıxışından: 

 


 

410


- Hərdən eşidirəm ki, bu kompaniyalar buraya, hətta fəhlə 

gətizdirmək istəyirlər. Mən  əvvəlcədən xəbərdarlıq edirəm və 

Azərbaycan Dövlət Neft Şirkətinə sərəncam verirəm ki, buna nəzarət 

etsinlər, biz bununla razı deyilik. Siz bilirsiniz ki, Azərbaycan 

neftçiləri yüksək səriştəyə malikdirlər. Azərbaycanın neft sahəsində 

məşhur alimləri, mühəndisləri, yüksək ixtisaslı  fəhlələri var. Bütün 

bunlar reallıqdır. Neft sazişləri bağlanmış bütün yataqlar Azərbaycan 

mütəxəssisləri, alimləri tərəfindən kəşf edilmişdir. Azərbaycan artıq 

50 ildən çoxdur ki, nefti dərin dəniz qatlarından hasil edir. Azərbaycan 

neftçiləri neftçıxarma ilə yalnız vətənlərində yox, vaxtı ilə Vyetnamda 

da məşğul olmuşlar. Bildiyiniz kimi, Vyetnanın cənubunda, dənizdə 

Vunqtau adlanan yer var. Orada neftin kəşfiyyatı  və hasil edilməsilə 

ilk dəfə  məhz Azərbaycan neftçiləri özlərini smağa çəkmişlər. Mən 

1983-cü ildə Vyetnamda olduğum zaman Azərbaycan neftçilərinin 

işlədikləri yerlərə getdim və bütün bunları gördüm. İndi Vyetnam 

orada bol neft çıxarır. 

Azərbaycan neftçiləri Kubada, Rumıniyada, Hindistanda neft 

hasilatı sahəsində çalışmışlar. Və buna görə də Azərbaycan neftçiləri 

yüksək səriştəli mütəxəssislər sayılırdılar. Hesab edirəm ki, istər 

Azərbaycan mühəndisləri, istərsə  də texnikləri, fəhlələri bu işlərə 

geniş cəlb olunmalıdırlar. 

Məsələn, «Dədə Qorqud» qazma qurğusunda olarkən, mən orada 

gördüm ki, Qərb ölkələrindən gələn yüksək ixtsaslı mütəxəssislərlə 

yanaşı Azərbaycan Respublikasnın yüksək hazırlıqlı mütəxəssisləri də 

çalışır və öz yaxşı  işləriylə  fərqlənirlər. Buna görə sizdən belə bir 

xahişim var ki, mənim bu fıkrimi gələcək fəaliyyətinizdə,  ştatların 

tərtib edilməsində  nəzərə alasınız. Mən Azərbaycan Dövlət Neft 

Şirkətinə və onun prezidentinə tapşırıram ki, onlar bizim tərəfdən bu 

məsələlərə nəzarəti təmin etsinlər. 

Biz bütün imzalanmış sazişlərin həyata keçirilməsinə çalışırıq və 

bundan sonra da çalışacağıq. Mən  şadam ki, siz yaradılmış  iş 

şəraitindən razısınız. Biz bundan sonra da xaricdən gələn  şirkətlər, 

mütəxəssislər üçün yaxşı  iş  şəraiti yaratmaq isfiqamətində lazimi 

tədblrlər görəcəyik. 

Bizim dünyanın məşhur neft şirkətlərilə  əməkdaşlığımız 

uzunmüddətli səciyyə daşıyır. İmzaladığımız bütün sazişlərin 



 

411


müddəti otuz ildir. Lakin ümidvaram ki, nəticə  əldə ediləndən sonra 

otuz ilə hələ çox illər əlavə ediləcək. 

 

1   ...   24   25   26   27   28   29   30   31   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə