GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə29/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   39

3 iyul 1997-ci il, Moskva 

 

Prezident Heydər Əliyevin Rusiya Federasiyasına ilk rəsmi səfəri 



və Kremldə Prezident Yeksinlə danışıqlara başladığı gün. On il əvvəl 

Heydər Əliyev sənədlərini yığışdırıb Kremli tərk etmişdi. Olsun ki, bir 

başqasnın qəlbində indi xudpəsəndlik hissi baş qaldırardı: Buyurun 

baxın. Görürsünüz, gəldim. Mənə qarşı haqsız olanlara göstərdim ki... 

Təbü ki, Əliyevə  də adi insani yaşantılar yad deyildi; Rusiya 

Prezidentinin onu qəbul etdiyi Kreml palatalarnın yeni interyerlərinə 

maraqla göz gəzdirdi, «ev yiyəsi»nin özünün, ömür yoldaşının, 

qızlarının, nəvələrinin hal-əhvalıyla maraqlandı... Yeltsin ürəyində 

aparılmış  cərahiyyə  əməliyyatından sonra özünə  gəlmişdi; Kremlin 

xidmətlərini, hökuməti o ki var qınayırdı; Nijni Novqoroddan yenicə 

cavan adaşı Boris Nemtsovu irəli çəkib hökumətin ikinci pilləsinə 

qaldırmışdı. 

Görüşdən rəsmi məlumatlar yayan reportyorlar qeyd edirdilər ki, 

görüş «səmimiyyət və qarşılıqlı hörmət  şəraitində» keçmişdir. Ayrı 

cür də ola bilməzdi axı; vaxtilə Siyasi Büro iclaslarında birgə iştirak 

etdiyi azərbaycanlı  həmkarını Rusiya Prezidenti dörd il idi ki, dəvət 

etmək niyyətində idi. Daha əvvəl, görünür, heç bir imkan tapa 

bilməmişdi... 

İndi onlar dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 

müqavilə  və beş saziş imzalamalı, o cümlədən Xəzər dənizində 

Azərbaycanın perspektivli «D-222» blokunun kəşfiyyatı, işə salınması 

və hasilatın paylaşdırılması haqqında razılaşmalı idilər. 

İlkin gözəlliyinə uyğun olaraq bərpa edilmiş Kremlin Vladimir 

zalında Rusiya və Azərbaycan himnləri səslənir. Boris Yeltsin öz 

nitqini kağızdan oxuyur: 

- Rusiya və Azərbaycanı çoxəsrlik tarix, ən zəngin  ənənələr və 

müxtəlif  əlaqələr birləşdirib. Biz onları  qıra bilmərik. Biz onların 

inkişaf etməsi üçün əlimizdən gələni etməliyik... 

Heydər Əliyev yazılı mətnə (vardısa da) əl atmadı: 

 


 

412


- Mən Sizi, Boris Nikolayeviç, bütün burada iştirak edənləri bu 

əlamətdar hadisə  Rusiya Federasiyası  və Azərbaycan arasında 

dostluq,  əməkdaşlıq və qarşılıqlı  təhlükəsizhk haqqında sənədin 

imzalanması münasibətilə ürəkdən təbrik edirəm... Mən bu gün böyük 

iqtisadi sənədlər paketinin imzalanmasından son dərəcə  məmnunam. 

Onlar bizim əməkdaşlığımızın bütün sahələrdə  gələcək inkişafı  və 

dərinləşdirilməsi üçün yaxşı hüquqi anlaşmanın əsasını yaradırlar... 

Az sonra jurnalistlərin suallarına cavab verən Heydər  Əliyev 

bildirmişdi ki, Xəzər nefti məsələsi də müzakirə olunmuş və biz Boris 

Nikolayeviçlə geniş  fıkir mübadiləsi aparmışıq... Rusiyanın 

«LUKoyl»  şirkəti indiyədək Azərbaycan neft şirkətinin transmilli 

şirkətlərlə imzaladığı müqavilələrin üçündə  iştirak etmiş  və bu gün 

«LUKoyl»  şirkəti və Azərbaycan neft şirkəti arasında dördüncü 

müqavilə imzalanmışdır». 

İyulun 4-də Rusiyanın maliyyə  və  işgüzar dairələrinin 

təmsilçilərilə keçirilən görüşdə də Heydər Əliyev bu mövzuya qayıdır. 

1994-cü ildə imzalanan ilk müqaviləni xatırladaraq qeyd edir ki, 

həmin müqavilə Rusiyanın bəzi dairələrində, «LU-Koyl»un iştirak 

etməsinə baxmayaraq, nədənsə bədxahlıqla qarşılanmışdı. 

-  İndi «LUKoyl» dörd müqavilədə  iştirak edir. Bunu ona görə 

deyirəm ki, bəzən burada, Rusiyada, müxtəlif dairələrdə, təəssüf ki, 

dövlət dairələrində  də söz-söhbət gedir ki, Azərbaycan Rusiyadan 

uzaqlaşır, daha çox Qərb  şirkətlərilə ünsiyyətdə olur və sairə. 

Respublikamızın bədxahları süni olaraq qeyri-sağlam iqlim yaratmaq 

istəyir, mətbuatda şayiələr yayır, cürbəcür məqalələr yazırlar və sairə. 

Açığını deyim ki, bu bizlərdə çox böyük narazıhq doğurur, çünki biz 

birgə işləyirik... 

Azərbaycanın dövlət başçısı bu gileyləri Rusiyanın dostu kimi 

bildirirdi.  İnanırdı ki, «Moskvada dünənki, srağagünkü, bugünkü 

görüşlərdən sonra arada olan və bəlkə, sabah da olacaq qeyri-sağlam 

söhbətlərin qarşısını siz alacaqsınız...» 

Xatırladırdı ki, uzun illər məhz Azərbaycan Sibirə, Tatarıstana, 

Başqırdıstana lazım olan neft-mədən avadanlığının 70 faizini təmin 

edirdi. «Lakin bu əlaqəmizi qapatdılar, bizim maşınqayırma 

zavodlarımız ağır vəziyyətdə qaldı. Amma iş yalnız bunda deyil, biz 

onları bu vəziyyətdən çıxaracağıq. 

 


 

413


Əgər rahlanmış, yaxşı avadanlıq buraxan istehsalat varsa, niyə də 

ondan istifadə olunmasm?» 

 

İradə mümkün olmayanı da gerçəkləşdirir 

 

Nəticə  işin tacıdır. Müxtəlif xalqlarm bu cür və ya buna oxşar 



deyimləri var. Geoloq əməyinin tacı yerin alt qatlarında gizlənən 

sərvətlərin kəşfıdir. Kəşfıyyat buruğundan göyə  fışqıran neft 

fəvvarəsidir. Ardınca neftçi baba bu təsərrüfatda öz işini ağıllı  və 

səmərəli qurmalıdır. «Əsrin müqaviləsi»nin üç yaşı tamam olandan 

sonra ilkin neftin çıxarılması əlamətdar hadisə kimi qeyd olunur. 

Bakı bayram edir. Yeni yataqdan çıxan «qara qızıl» ağ günlərdən 

xəbər verir. Ənənəyə görə bu təbü sərvətdən azca üzə yaxınaqla 

bayramlaşırlar. Heydər  Əliyev də, o zaman ARDNŞ-in vitse-

prezidenti  İlham  Əliyev də, fəxri qonaqlar da bu neftçi adətinə  əməl 

edirlər... 

Yeni neft strategiyasının parlaq göstəricisi yüz milyonlarla dollar 

vəsaitin toplandığı Neft Fondudur. Bu vəsait sosial problemlərin 

həllinə, bütün respublika vətəndaşlarının yaşayışının 

yaxşılaşdırılmasına sərf ediləcək. 

Azərbaycana gələn sərmayələrin məbləği bir çox MDB ölkələrinin 

göstəricilərini qabaqlayır. Bu yalnız iqtisadi sərfəliliklə deyil, həm də 

respublikadakı sabit iqlimlə, demokratik və hüquqi əsasların bərqərar 

olunmasıyla  şərtlənir. Xarici mütəxəssislər, tərəfdaşlar bu cəhəti 

xüsusi vurğulayırlar. ABƏŞ şirkətinin prezidenti Devid Vudvord qeyd 

etmişdir: «İqtisadi və ictimai sabitlik, xarici neft şirkətlərinin ARDNŞ 

və Azərbaycan hökumətilə beynəlxalq neft sənayesinin standartlarına 

uy-ğun tərəfdaşhq  əsaslarında  əməkdaşlığı ölkəyə  sərmayə  cəlb 

etməkdə davam edəcək». 

«Azəri-Çıraq-Günəşh» yataqlarının işlədilməsinin yalnız birinci 

mərhələsi respubhkaya əlavə olaraq üç min iş yeri yaratmağa imkan 

vermişdir. 

İki yeni neft kəməri işə salınmış, Səngəçalda böyük terminal 

tikilmişdir. 

 


 

414


Böyük idarəçilik təcrübəsinə və reallığa söykənən iradə, - Heydər 

Əliyevin məhz bu məziyyətləri neft strategiyasnın uğurla 

gerçəkləşdirilməsini şərtləndirmişdir. 

Müxtəlif zamanlarda filosoflar, yazıçılar, siyasətçilər insan 

iradəsinin təbiəti haqqında düşünmüşlər. Cek London iradəni sehrkar 

vasitə adlandırmışdır. Hansı daşlardan hörühnüş olsa da, «dünyada elə 

bir möhkəm divar tapılmaz ki, insan iradəsi və düşüncəsinin yolunu 

kəsə bilsin», - bu Braziliya yazıçısı Jorji Amadunun kəlamıdır. 

Azərbaycan Prezidentinin iş masası üstündə bir çox görkəmli 

mütəfəkkir və sənətkarlarm əsərlərini də görmək olardı - Dostoyevski, 

Karleyl, Nizami, Sartr... Kim bihr, onları mütalə edən insanın qəlbində 

məhz hansı fikir, mülahizə  əks-səda doğurmuşdur. Heydər  Əliyev 

kitablara elə sevgiylə, qədirbilənliklə yanaşırdı ki, demək olar, 

səhifələrin kənarında da qeyd, işarə cizgiləməyə  qıymırdı. Çox vaxt 

oğluna, ya qızına bu və ya digər əsəri oxumağı məsləhət görər, ayrı-

ayrı  nəşrlərə öz köməkçilərinin diqqətini yönəldərdi. Məsələn, 

qarşmızdakı kitabın müəlliflərindən biri, Hüseynbala Mirələmovun 

«Xəcalət» adlı Qarabağ faciəsindən bəhs edən toplusuna belə bir 

təqdir müyəssər olmuşdur... 

Heydər  Əliyev Emersonun bir kəlamını çox güman ki, təsdiq 

edərdi: «Mümkün olmayanı yalnız insan mümkün etməyə qadirdir... 

Xarakter - mükəmməl tərbiyə edilmiş iradədir...» İradə sərkərdənin də, 

dövlət xadiminin də, alimin də amalını  əmələ çevirən qüvvədir, 

qüdrətdir. İradə - Suvorov və Jukov, de Qoll və Ruzvelt, Korolyov və 

Mendeleyev kimi şəxsiyyətlərin, xarakterlərin özəyi, özülüdür. Ağıllı, 

zəkalı iradə! Ardınca Nekrasovun misraları yada düşür: 

 

İnsan iradəsi, insan zəhməti 

Böyük möcüzələr yarada bilər. 

 

Azərbaycan üçün belə «möcüzələr» sırasıənda «Əsrin mü-

qaviləsi» durur. Həm də bu, sonuncu deyil... 


 

415


"Biz bir millət, iki dövlətik" 

 

Azərbaycan-Türkiyə münasibətlərinin bütün dövrləri üçün 



aktuallığını heç zaman itirməyəcək bu deyim də Heydər  Əliyevə 

məxsusdur. İki qardaş ölkə arasında münasibətlərin məğzini bu qədər 

müfəssəl və bitkin bəyan edən ikinci bir ifadə tapmaq çətin ki, 

kimsəyə müyəssər olsun. Heç şübhəsiz, Heydər  Əliyevin bu qənaəti, 

onun Türkiyə-Azərbaycan  əlaqələrini, qərinələrdən keçən tarixi 

münasibətlərini, bu ölkənin Azərbaycan dövlətinin, xalqnın yaşanında 

nə kimi rol oynadığını  və oynayacağını çox dərindən və mükəmməl 

bildiyindən irəli gəlir. 

Heydər  Əliyevin Türkiyəyə, bu ölkədə gedən ictimai-siyasi 

proseslərə diqqəti heç də Azərbaycanın müstəqilliyə qovuşduğu, 

Sovetlər Birliyinin dağıldığı dövrdən başlamır. O özü bunu 

Azərbaycan Respublikasının Prezidenti kimi Türkiyəyə ilk səfəri 

zamanı, Türkiyə Böyük Millət Məclisindəki çıxışında belə ifadə 

etmişdir: "Hələ  gənclik illərində  mən kitablarda, qəzetlərdə Türkiyə 

haqqında, türk xalqı haqqında oxuyanda daim Türkiyənin həsrətini 

çəkmiş, onun ictimai-siyasi həyatına böyük diqqət yetirmiş, Böyük 

Millət Məclisinin işi, onun qəbul etdiyi qərarlar haqqında xəbərləri 

diqqətlə izləmişəm". 

Heydər  Əliyevin Sovet dövrü fəaliyyəti də göstərir ki, o təkcə 

Azərbaycan üçün yox, eləcə də Türkiyə və bütövlükdə türk-müsəlman 

dünyası üçün önəmli bir siyasi xadim olmuşdur. Kommunist 

ideologiyasının  şüurlara hakim kəsildiyi nəhəng Sovet imperiyasında 

hakimiyyəti təmsil edən əsas simalardan biri olduğu dövrlərdə Heydər 

Əliyev çox böyük cəsarətlə imperiya tərəfindən daim ədalətsizliklərə 

məruz qalan, ikili standartlardan əziyyət çəkən, dövlət rəhbərlərinin 

biganəlikləri ilə üzləşən türkdilli müsəlman respublikaların xalqlarının 

hüquqlarını müdafiə etmiş  və bir çox mühüm məsələlərdə öz 

mövqeyini ortaya qoymaqdan çəkinməmişdir. Heydər  Əliyevin 

Bolqarıstanda yaşayan etnik türklərə qarşı yeridilən ayrı-seçkilik 

məsələsində Kremlin münasibətinə kəskin etirazı bu mövqeyi göstərən 

faktlardandır. 

O zaman Bolqarıstandakı  vəziyyətdən narahat olan Türkiyə 

hökuməti Sov.İKP  MK  Siyasi  Bürosuna  məktub yazıb, hadisələrin 

qarşısını almaq üçün rəsmi Moskvanın öz imkanlarından 



 

416


istifadə etməsini xahiş etmişdi. Baş katib Mixail Qorbaçov məsələnin 

müzakirəsindən boyun qaçırır və bunun Bolqarıstanın daxili işi 

olduğunu, rəsmi Moskvanın buna qarışmağa hüququ olmadığını 

bəhanə gətirir. Heydər Əliyev Baş katibin fıkrilə razılaşmayıb, kəskin 

etirazını bildirir: "Macarıstan və Çexoslovakiyada baş verən hadisələri 

biz onların daxili işi hesab etmədik. Bolqarıstan türklərinə qarşı 

zorakılıqdan söhbət gedəndə isə biz bunu onların daxili işi hesab 

edirik. Bu gün ikili standartlar bizə yaraşmaz". O vaxt Siyasi Büro 

Heydər Əliyevin bu qəzəbli etirazını ölü bir sükutla qarşıladı. Amma 

unutmadı... 

Həmin illərdə məhz belə xəbərlər ölkəyə, sonra isə xaricə sızır və 

elə buna görə  də  ərəb ölkələrinin mətbuat səhifələrində Heydər 

Əliyevi "Sovetlərin dəmir xarakterli rəhbəri", türkdilli mətbuatda isə 

"Kremldəki böyük türk" kimi qələmə verirdilər. 

Heydər  Əliyev nə  qədər beynəlmiləlçi olur-olsun, sovet 

rəhbərliyinin türkdilli xalqların taleyinə biganəliyi ilə onların kadr 

məsələlərinə yanaşına tərziylə razılaşa bilmirdi. Beynəlmiləlçiliyi şüar 

edib millətçilik nümayiş etdirən dövlət başçısının qəbul etdiyi 

qərarlarla heç cür barışa bilmir və bunu çəkinmədən bildirirdi. 

Əvvəldə qeyd etdiyimiz kimi, Qazaxıstan Respublikası Partiya 

Komitəsinin MK-sına birinci katib təyinatında da belə olmuşdu. 

Heydər  Əliyev hadisələrin gələcək inkişafını görürmüş kimi, qəti 

şəkildə M.Qorbaçova demişdi: "Kunayev yaşlı olsa da, işin 

öhdəsindən gəlir, yox əgər onu dəyişimək lazımdırsa, yerinə Kolbini 

(milliyyətcə rus - müəl.) yox, qazax, məsələn, Nazirlər Sovetinin 

sədri, cavan və enerjili Nursultan Nazarbayevi təyin etmək gərəkdir. 

Əks halda, bu təyinat Qazaxıstanda milli zəmində böyük narazılıq 

doğuracaq". Zaman H.Əliyevin haqlı olduğunu təsdiqlədi. 

Heydər  Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə  gələndə 

onun Türkiyə və bütövlükdə türk dünyası ilə təmasları, türk birliyinin 

təşəkkülü və möhkəmlənməsi uğrunda sistemli fəaliyyəti 

genişlənməyə başladı. Heydər Əliyevin yaxın dostu, Türkiyənin 9-cu 

prezidenti, böyük dövlət xadimi Süleyman Dəmirəl məhz bu 

xidmətlərini nəzərə alıb demişdir: "Mənim tanıdığım Heydər  Əliyev 

nə  qədər Azərbaycan vətənpərvəridirsə, bir o qədər də türk 

vətənpərvəridir. Heydər Əliyev təkcə 

 


 

417


Azərbaycanın deyil, bütün türk dünyasının yetişdirmiş olduğu 

məşhur dövlət xadimlərindən biridir". 

Süleyman Dəmirəl sözün həqiqi mənasında Heydər  Əliyev 

haqqında yetərincə söz deməyə haqqı çatan kişilərdəndir və 

Azərbaycan-Türkiyə münasibətlərinin "bir millət, iki dövlət" 

səviyyəsində qurulmasında ən azı Heydər Əliyev qədər xidmətləri var. 

Tarixə nəzər salaq, həm də ən yeni tarixə. 

Sovet İttifaqı dağılarıdan və Azərbaycan müstəqillik əldə etdikdən 

sonra Türkiyə ilə münasibətlər qurmaq, əlaqələr yaratmaq üçün çox 

əlverişli fürsət yaranmışdı. Rusiya Cənubi Qafqazdakı mövqeylərini 

əldən verməmək üçün Azərbaycan üzərində  təsirini qorumağa 

çalışırdı. Azərbaycanda isə dünya siyasətinin incəliklərindən bixəbər 

olan  Əbülfəz Elçibəy hökuməti gənc, müstəqil dövlətin qarşılaşdığı 

problemləri nəzərə almadan, təkidlə Qərbi, Türkiyəni xarici siyasətin 

prioriteti hesab edir, İran, xüsusilə Rusiya kimi bölgədə güclü təsir 

vasitələrinə malik olan ölkələrlə münasibətlərdən açıq-aşkar imtina 

edirdi. Bu münasibətlər onsuz da cəbhədə  vəziyyəti heç də yaxşı 

olmayan Azərbaycam daha çətin vəziyyətə salır. Ermənistanm 

təcavüzü daha geniş xarakter alırdı. Açığını demək la-zımdır ki, belə 

vəziyyətdə Türkiyə dost və qardaş ölkə kimi nə  qədər narahat olsa 

belə, sərt və  kəskin bəyanatlar verməkdən uzağa gedə bilmirdi və 

bilməzdi də. Əks halda, çox geniş qarşıdurma meydana çıxar və bunun 

nələrlə bitəcəyi bəlli olmazdı. 

1993-cü ildə Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə 

gəlməsi ilə istər Azərbaycan-Türkiyə, istərsə də Azərbaycanla türkdilli 

dövlətlər arasında münasibətlərin yeni və  əsas mərhələsi başladı. 

Heydər Əliyevin balanslaşdırılmış siyasəti gənc, müstəqil ölkəyə çox 

vacib olan siyasi sabitlik, atəşkəs gətirdi. Ölkə  tədricən informasiya 

blokadasını yarmağa, beynəlxalq aləmdə tanınmağa və müstəqil 

dövlət kimi qəbul olunmağa başladı. 

Heydər Əliyev müstəqil Azərbaycanın prezidenti kimi Fransaya ilk 

rəsmi səfərindən dərhal sonra, 1994-cü ilin fevralında qardaş Türkiyə 

respublikasına səfər etdi. Türkiyə Prezidentinin iqamətgahı - Çankaya 

köşkündə Azərbaycan Prezidentinin yaylım atəşilə müşayiət olunan 

rəsmi qarşılanma mərasimindən start götürən görüşlər və danışıqlar 

dörd gün davam 

 


 

418


etdi. Görüşləri yaxından izləyən türk jurnalisti, "Sabah" qəzetinin 

əməkdaşı  Məhəmmədəli Viron azərbaycanlı  həmkarına verdiyi 

müsahibədə bildirir: "Heydər  Əliyevin burada keçirdiyi görüşlərdən 

heyrətə  gəldim. Türkiyə indiyə  qədər kimsəyə bu qədər hörmət və 

iltifat göstərməmişdir. Bu, Əliyevə verilən dəstəyin ən parlaq nişanəsi 

idi. Məncə, Heydər  Əliyev Ankaradakı görüşlərində istədiyi köməyi 

əldə etdi. Ankara da bu görüşlərdən son dərəcə məmnundur". 

Bu səfərin ən yaddaqalan görüşü Türkiyə Böyük MüIət Məclisində 

oldu. Millət vəkilləri ilə görüşü zamanı çox geniş  və  məzmunlu 

nitqində Heydər  Əliyev Türkiyə dövlətinin tarixi missiyasmı onlara 

xatırladırmış kimi dedi: "Mən istərdim sizə Mustafa Kamal Atatürkün 

bir kəlamını xatırladım, çünki bu kəlam Türkiyənin üzərinə düşən 

məsuliyyətin nə qədər böyük olduğunu və Mustafa Kamal Atatürkün 

nə  qədər uzaqgörən olduğunu nümayiş etdirir. Türkiyə 

Respublikasının 10 illiyi münasibətilə söylədiyi çıxışmda o deyir: 

"Sovet  İttifaqı bu gün bizim dostumuz, qonşumuz, müttəfıqimizdir. 

Bu dostluq bizə zəruridir. Lakin bu gün heç kim görə bilməz ki, sabah 

nə baş ve-rəcək. Ola bilər, sabah onlar osmanlılar kimi parçalansmlar, 

Avstriya-Macanstan kimi bölünsünlər.  İndi biri-birindən möh-kəm 

yapışan millətlər, sabah hərəsi bir yana qaça bilər. Dün-yanm balansı 

dəyişər. Türkiyə bilməlidir ki, belə olan halda o nə etməlidir. Bizimlə 

bir dildə danışan, bir dində birləşən, mahiyyətcə bizimlə bir olan 

qardaşlarımızı bizim dostumuz idarə edir. Biz onları öz himayəmizə 

götürməyə hazır olmahyıq. Sakitcə oturub bu günü gözləməməli, buna 

hazır olmalıyıq. Millətlər buna necə hazırlaşır, mənəvi körpülər 

möhkəmləndirilirmi? Bizi körpülər kimi etiqad, tarix birləşdirir. Biz 

hadisələrin ayırdığı köklərimizə, öz tariximizə qayıtmalıyıq. Biz tarixi 

köklərimizə yaxınlaşmalıyıq". 

60 il əvvəl Mustafa Kamal Atatürk bu günü görüb, bu vəsiyyəti 

etmişdi.  İndi bu vaxt yetişmişdir. Türkiyəyə dost və qardaş ölkələr, 

millətlər öz müstəqilliklərinə nail olmuşlar. Türkiyənin ən yaxın dostu 

və qardaşı olan Azərbaycan da müstəqil olmuşdur. Azərbaycan 

bundan sonra Türkiyə ilə dostluq və qardaşlıq münasibətlərinə daha 

böyük ehtiyac duyur"... 

Heydər  Əliyevin bu səfəri zamanı dövlət başçıları  və hökumət 

nümayəndələrinin imzaladıqlan 16 sənəd arasında yüksək 

 


 

419


siyasi  əhəmiyyət daşıyan dostluq və  əməkdaşlıq, siyasi 

məsləhətləşmələr haqqında müqavilələrlə yanaşı, iki dövlət arasında 

iqtisadi münasibətləri tənzimləyəcək bir sıra digər sənədlər də  var idi. 

Bu sənədlər Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrində, 

xüsusilə Türkiyənin Azərbaycandakı enerji layihələrində yaxından 

iştirak etməsinə, "əsrin müqaviləsi"nə; qoşulmasına yol açdı. Ancaq 

bu Heydər  Əliyevin Türkiyəyə  hələ ilk səfəri idi. Bundan sonra 

Türkiyəyə Heydər Əliyevin rəsmi və işgüzar səfərləri daha müntəzəm 

xarakter aldı. Lakin Azərbaycan-Türkiyə yaxınlaşmasının bu 

müstəvidə olması bir çox dövlətləri o qədər də qane etmirdi. Səbəblər 

müxtəlif idi. 

Ən  əsası isə Azərbaycanın Türkiyə ilə münasibətlərinin strateji 

müttəfıqlik səviyyəsinə qalxması idi. 

1 noyabr 1999-cu il. Ankarada Heydər  Əliyevə Beynəlxalq 

Atatürk sülh mükafatnın təqdimetmə mərasimi keçirilir. 

Mərasimdə Heydər  Əliyev həmişə olduğu kimi qeydsiz-fılansız 

mükəmməl və geniş nitq söyləyir.  Ən uzaq keçmişdən  ən son tarixə 

səyahətlə yanaşı Atatürk irsinə  dərin hörmət ifadə olunur. Bununla 

belə, Azərbaycan-Türkiyə münasibətlərinin qardaş ölkəyə  dəyərli 

xidmətlərindən də  bəhs olunur. Heydər  Əliyev yenə öz 

manerasındadır: "1994-cü ildə imzalanan "Əsrin müqavilə"si adlanan 

ilk neft müqaviləsi artıq özünün böyük nəticələrini verir. Siz bilirsiniz 

ki, bu müqavilədə ilk dəfə olaraq Türkiyə də iştirak edir və Türkiyənin 

payı 1,75 faizdir. Ancaq müqavilə imzalanandan sonra mən xüsusi 

sərəncamımla Azərbaycana düşən hissədən ona 5 faiz də əlavə etdim. 

Bundan sonrakı müqavilələrdə Türkiyə daha 5 və  10  faiz  aldı.  İndi 

İTürkiyə neft ölkəsi kimidir, yəni "Türk petrolları"  şirkəti Xəzər 

dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarının birgə 

işlənməsində xarici ölkələrin şirkətləri ilə yanaşı çalışır". 

Amma görülən və görüləcək işlər bununla bitmirdi. Heydər Əliyev 

Azərbaycanın geostrateji imkanlarından Türkiyənin də 

bəhrələnəcəyini və nəzərdə tutulan layihələrdə onun mütləq iştirakını 

qətiyyətlə  bəyan edir. Bu onun təkcə Azərbaycan üçün deyil, eyni 

istəklə Türkiyə üçün də çalışdığını ortaya qoyur. 

- Mən qeyd etmək istəyirəm ki, - deyə o sözünə davam edir, - 

1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalayarkən biz 


 

420


müqavilədə böyük neft kəmərinin çəkilməsini də  əks etdirdik və 

nəzərdə tutduq ki, bu Bakı- Ceyhan neft kəməri olacaq. 

Bir sıra ölkələr bu məsələdə bizə  təzyiq göstərməyə başladılar. 

Onlar bu müqavilənin həyata keçirilməsinin qarşısını almağa səy 

göstərdilər. Bəzi Xəzəryanı ölkələr "Xəzər dənizinin statusu 

müəyyənləşməyib" deyərək, bu müqavilənin reallaşmasına mane 

olmağa çalışdılar. Onların başlıca məqsədi ondan ibarət idi ki, bu 

böyük neft kəməri Bakı-Ceyhan marşurutu üzrə keçməsin, yəni 

Türkiyə  ərazisindən deyil, Rusiyadan keçsin. Ancaq biz bütün 

təzyiqləri arxada qoyduq, ildən-ilə Bakı-Ceyhan boru kəmərinin 

yaradılması istiqamətində addım-addım irəlilədik. Bir il əvvəl 

Ankarada biz çox mühüm bir bəyanat imzaladıq. Onu Türkiyənin, 

Azərbaycanın, Gürcüstanın, Qazaxıstanın, Özbəkistanın dövlət 

başçıları imzaladılar. Sənədi həmçinin Amerika Birləşmiş  Ştatlarnın 

energetika naziri cənab Riçardson imzaladı..." 

Lakin bu da son olmadı. Layihə  həqiqətən ciddi maneələrlə 

qarşılaşır, müxtəlif səisəm ideyalar və hesablamalar ortaya qoyulur

hər vasitəylə buna mane olmağa çalışırdılar. Yalnız Heydər Əliyevin 

prinsipial mövqeyi, partnyorları inandırmaq bacarığı  hər  şeyi yoluna 

qoydu... 

Bu mənada, Azərbaycanla Türkiyəni daha da yaxınlaşdıran Bakı-

Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri,  Şərq-

Qərb nəqliyyat dəhlizi və bunlar reallaşandan sonra ortaya qoyulacaq 

Bakı-Axalkalaki-Qars dəmiryolu layihəsi məhz Heydər  Əliyevin 

müstəsna xidmətləri kimi qeyd olunmalıdır. 

 

Kim kimə daha çox lazımdır? 

 

ABŞ - Azərbaycan münasibətləri Heydər  Əliyevin daim xüsusi 



diqqət yetirdiyi, xarici siyasətdə əsas prioritet hesab etdiyi sahələrdən 

idi. Ölkəsinin əsas təbü sərvətlərindən olan ncftdən siyasi kapital kimi 

istifadə edib dünyanm hegemon dövləti ilə münasibətləri qaydaya 

salmaq və istər siyasi, istər iqtisadi sahədə Azərbaycanın  əleyhinə 

işləyən bədnam 907-ci maddəni neytrallaşdırmaq mühüm vəzifələrdən 

biri kimi qarşıda dururdu. 

 


 

421


1994-cü il sentyabrın 20-də  "Əsrin müqaviləs"i imzalanandan 

sonra ABŞ-Azərbaycan münasibətlərində müəyyən yaxınlaşma 

yarandı  və diplomatik vakkum tədricən aradan qalxmağa başladı. 

Amma Heydər Əliyevin istədiyi bu deyildi. Əslində Birləşmiş Ştatlar 

da bu ölkənin yeni jdünyada hansı geosiyasi əhəmiyyət daşıdığını hələ 

tam dəyərləndirə bilməmişdi. 

1997-ci ildə Heydər  Əliyevin bu ölkəyə  səfəri qarşısında ABŞ-ın 

siyasi dairələrində, Dövlət Departamentində, Konqresdə  və Senatda 

Azərbaycanın liderə çevrilməkdə olduğu Xəzər hövzəsi qızğın 

müzakirələr mövzusuna çevrildi. ABŞ Müdafiə Nazirliyinin 

analitiklərindən biri ceyms Mak Duqall yazırdı: "Çox yəqin ki, 

tarixçilər 1997-ci ili Birləşmiş  Ştatların Xəzər hövzəsinin geosiyasi  

əhəmiyyətini dərk etdiyi və bu regionda müvafiq xarici siyasət 

kursunu həyata keçirməyə başladığı mərhələ kimi qeyd edəcəklər... 

ABŞ-ın regiona geosiyasi maraqlarını daha əyani şəkildə nümayiş 

etdirən  əsas faktlardan biri onun Azərbaycanla münasibətlərinin 

sürətlə yaxınlaşması idi. Bunun səbəbini  həm coğrafiyada, həm də 

siyasətdə axtarmaq lazımdır. Hər  şeydən  əvvəl, Azərbaycanda kəşf 

olunmuş  və ehtimal olunan neft ehtiyatları  həqiqətən XXI əsrdə 

dünyanın neft bazarında mühüm rol oynayacaq. İkincisi, Azərbaycan 

tarixən dəniz və karvan yollarının kəsişdiyi məkanda qərarlaşıb. 

Bugünkü reallıqlardan çıxış etsək görərik ki, Azərbaycanın 

ərazisindən keçən və Asiya ilə Avropanı birləşdirən çoxsaylı nəqliyyat 

və kommunikasiya qovşaqları, Azərbaycanı regionun coğrafi cəhətdən 

çox mühüm ölkəsinə çevirir. Azərbaycan artıq Qərb-Şərq 

münasibətlərində çox mühüm amildir və Şimal-Cənub münasi- 

bətlərində də mühüm rol oynaya bilər". 

Müdrik siyasətçi üçün mühüm amillərdən biri o idi ki, onun ölkəsi 

ABŞ üçün iqtisadi maraqlar çərçivəsini aşaraq milli maraqlar" 

sahəsinə daxil oldu. 

Heydər Əliyevin ABŞ-a səfərindən əvvəl, onun oğlu - 

"Əsrin müqaviləsi"nin reallaşmasında çox mühüm rol  oynamış, 

ARDNŞ-in birinci vitse-prezidenti İlham  Əliyevin 1997-ci   ilin   

fevral   aymda   Hyustonda   və   Vaşinqtonda 



 

422


keçirdiyi görüşlər iki ölkə arasında münasibətlərin yaxınlaşmasında az 

rol oynamadı. 

1997-ci il fevralın 10-12-də energetika tədqiqatçılarnın Kembric 

Assosiasiyasının sponsorluğu ilə Texas ştatnın Hyuston şəhərində 

keçirilən konfransda dünyanın müxtəlif ölkələrinin hökumət və sənaye 

qruplarnın 1500 nümayəndəsi iştirak edirdi. Amerika mətbuatının çox 

geniş  işıqlandırdığı konfransda İlham  Əliyev iki ölkənin iqtisadi 

münasibətlərinin inkişaf perspektivlərindən parlaq nitq söylədi. Məhz 

bu konfransdan sonra fevralm 18-də "Azərbaycan: konınunizmdən 

demokratiyaya və neftə doğru" mövzusunda daha bir konfrans 

keçirildi. Amerika -Azərbaycan Ticarət Palatasnın maliyyə  dəstəyilə 

keçirilən və Amerikanm 400-dən çox nəhəng  şirkətinin nümayən-

dələrinin iştirak etdiyi konfransda "dünyanm ən nəhəng dövləti ABŞ 

Azərbaycana çox böyük maraq göstərir" sözləri səsləndi.  İlham 

Əliyevin çıxış etdiyi bu konfransda ABŞ-ın keçmiş müdafiə naziri, 

ticarət palatasnın fəxri müşaviri Riçard Çeyni "Azadlığı müdafiə" 

mükafatmı aldı. Onun konfransda iştirakı çox şeydən xəbər verirdi və 

bu işdə  iştirak edən ABŞ-ın digər keçmiş yüksək çinli məmurlarını, 

xüsusilə konqresin mövqeyinin və ictimai rəyin formalaşmasında əsas 

rol oynayan xarici siyasət elitasını bir qədər də ruhlandırdı. 

Heydər Əliyevin məhz bu günə hesablanmış xarici siyasət kursu öz 

nəticələrini verməkdə idi. Konfranslarda səslənən bəyanatların ardınca 

ABŞ Dövlət Departamentinin rəsmiləri bu qəbildən olan bəyanatlar 

verməyə başladılar. Məsələn, 1997-ci il martın 27-də Strateji və 

Beynəlxalq Araşdırmalar Mərkəzində ABŞ prezidentinin milli 

təhlükəsizlik məsələləri üzrə köməkçisi Sandi Berger bəyan etdi ki, 

"Bill Klintonun ikinci prezidentlik müddətində Xəzər hövzəsi ABŞ-ın 

xarici siyasətində prioritet yer tutacaq". O, həmçinin bəyan etdi ki, 

"Çin, Türkiyə  və Qafqaz xüsusi maraq göstərdiyimiz regionlardu' və 

Birləşmiş  Ştatlar Mərkəzi Asiyada və Qafqazda öz mövqelərini 

genişləndirmək niyyətindədir". 

Açıq-aydın hiss olunur ki, Xəzər hövzəsi regionuna yüksək   

diqqət   yetirən   ABŞ-ın   xarici   siyasət   rəsmiləri 

 


 

423


nəhəng neft şirkətləri rəhbərlərinin bu regionun vacibliyi fikrinə 

şərikdirlər. Dövlət administrasiyasnın və neft şirkətlərinin regionun 

vacibliyi haqqında bəyanat verməsinin müxtəlif səbəbləri olsa da 

(birincilər üçün bu siyasət və biznes məsələsidir, ikincilər üçün neft 

satışından gələn gəlirdir), onların  əməkdaşlığı göz qabağındadır. Hər 

iki tərəfin siyasəti bir-birini tamamlayır. 

Heydər 

Əliyev "Əsrin müqaviləsi"nin imzalanmasını 



sürətləndirərkən böyük siyasi intuisiya ilə  məhz bunu yüzə yüz 

hesablamışdı. Prezidentin hesablamaları, məntiqi heç vaxt onu çətin 

vəziyyətdə qoymurdu. Budur, elə ki, ABŞ administrasiyası öz siyasi 

nəzər-diqqətini Qafqazdakı siyasətə yönəltdi, milli mətbuat da bu 

istiqamətdə siyasi və iqtisadi məsələlərin işıqlandırılmasını prioritet 

elan etdi. Bu bəyanatlardan az müddət sonra "Uoll Strit Cornel" 

Azərbaycanda neft bumunun hansı  nəticələr verəcəyinin mənfi və 

müsbət tərəflərini xırdalıqları ilə təhlil etməyə başladı. Bundan sonra 

"Nyu-York Tayms" qəzeti keçmiş müdafiə naziri Kaspar 

Uayrıbergerin "Rusiyanm neft ağuşu" məqaləsini çap etdi. 

Uayrıberger Xəzər neftinin istismarı və nəqlini Rusiyanm öz nəzarəti 

altına almaq cəhdlərindən bəhs edirdi. Müəllif Rusiyanm Ermənistana 

genişmiqyaslı  hərbi dəstəyini (1 milyard dollarlıq Rusiya silahının 

təmənnasız Ermənistana ötürülməsi- red.) xüsusi qeyd edərək, Klinton 

administrasiyasını "Azərbaycanla daha yaxın münasibətlər qurmağı 

stimullaşdırmaq və Konqresi bu ölkəyə yardım göstərməyə 

münasibətdə öz prioritetini dəyişməyə inandırmağa" çağırmışdır. 

Mətbuatda ABŞ-ın Azərbaycana və  Xəzər neftinə marağına həsr 

edilmiş məqalələrindən daha çox seçiləni "Vaşinqton Post" qəzetində 

çap olunmuş "Keçmiş Amerika elitası Xəzər quyularını ələ keçirməyə 

çalışan" məqaləsi idi. ABŞ-ın xarici siyasət ehtasının fəaliyyətindən 

bəhs edən məqalədə qeyd edilir ki, "bu insanlar ABŞ 

administrasiyasını və müxtəlif siyasi partiyaları təmsil edirlər. Ancaq 

hamısı çalışır ki, ümumi səylə regiondakı siyasi xətti dəyişsin. Onların 

dediyinə görə, bu Amerika şirkətlərini digər xarici şirkətlərlə bərabər 

vəziyyətdə qoymaq üçün çox   zəruridir".    Məqalədə   xüsusilə,   iki   

keçmiş   milli 

 


 

424


təhlükəsizlik məsələləri üzrə köməkçilər — Brent Skoukrofot və 

Zbiqnev Bjezinski, Ağ ev administrasiyasnın keçmiş  rəhbəri Con 

Sunun, keçmiş müdafiə naziri Riçard Ceyni, keçmiş dövlət katibi Ül 

Ceyms Beyker və keçmiş mahyyə naziri Loyd Bentsenin bu 

istiqamətdəki fəaliyyətlərinə toxunulur. Bu xadimlərin Amerikanın 

Azərbaycandakı xarici siyasətinə lobbiçilik etmələri və açıq-açığına 

intensiv dəstəkləmələrini, bu regiondakı siyasətçilərin rəyinin 

formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərdiyini açıqlayirlar. 

Həqiqət belə idi. Məhz bu ərəfədə ABŞ-ın alimləri və "beyin 

mərkəzləri" (analitikləri və politoloqlan — red.) Xəzər hövzəsini, 

Qafqazı və xüsusilə Bakını öz fəaliyyətlərinin prioritet istiqamətlərinə 

çevirdilər. Bunlardan konservativ "beyin mərkəzi" ABŞ Konqresinə 

xarici siyasət rəyləri hazırlayan Heritec Fondunu xatırlatmaq istərdik. 

Xəzər regionu üzrə siyfsi təhlillərin nəticələrini müntəzəm dərc 

etməklə yanaşı, Fond ARDNŞ-in vitse-prezidenti İlham  Əliyevin 

1997-ci ilin fevralında Vaşinqtona səfəri zamanı onun şərəfinə banket 

də təşkil etmişdi. 

1997-ci il iyulun 21-də ABŞ-ın dövlət katibinin müavini Stroub 

Telebottun Mərkəzi Asiya Universitetində Qafqazın və  Mərkəzi 

Asiyanın problemləri üzrə geniş məruzəsi hökumət məmurları ilə elmi 

cəmiyyətlərin nümayəndələri arasında ABŞ-ın xarici siyasətinə 

münasibətdə müəyyən konsensusun işlənib hazırlandığını göstərdi. 

Telbott çıxışında artıq Sandi Bergerin mart ayında söylədiyi, ABŞ-ın 

Mərkəzi Asiyada və Qafqazda öz siyasətini gücləndirmək fikrini 

yenidən gündəmə gətirdi. Heydər Əliyevin Vaşinqtona səfərindən bir 

həftə  əvvəl səslənən bu çıxış, ABŞ-ın region ölkələri ilə, xüsusilə 

Azərbaycanla münasibətlərinin yeni mərhələyə  qədəm qoyması 

faktının təsdiqi idi. 

Heydər  Əliyevin iyulun 31-i və avqustun 1-də Vaşinqtona səfəri 

iki ölkə arasında formalaşan münasibətlərin yeni mərhələsinin zirvəsi 

oldu. Ağ evin press rehzində yazıhrdı: "Prezident Əliyevin səfəri iki 

ölkənin  əməkdaşlıq  əlaqələrində  təməl daşıdır və  əməkdaşlığın 

genişləndirilməsində mühüm rol oynayacağını vəd edir". 

 


 

425


Beləliklə, tam yəqinliklə demək olardı ki, Birləşmiş  Ştatlar xüsusilə 

Azərbaycanın simasında region ölkələri ilə  əlaqələrə, həqiqətən, 

böyük  əhəmiyyət verirdi. Diqqət çəkən məqam ondan ibarətdir ki, 

Azərbaycan da, ABŞ da münasibətlərin, məhz Prezident Heydər 

Əliyevin istədiyi kimi, yeni mərhələyə daxil olması fikrində yekdil 

idilər. 


 
1   ...   25   26   27   28   29   30   31   32   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə