GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə3/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   39

II fəsil 

 

BURA DA CƏBHƏDİR 

 

22 iyun 1941-ci il, Naxçıvan 

 

Böyük Vətən müharibəsindən əvvəl Uzaq Şərq sərhəddi haqqında 



geniş yayılmış «Sərhəd üstə tutqun buludlar gəzir» mahnısını 

Naxçıvan sərhəd dəstəsinin  əsgərləri özlərinin qoşduqları kimi 

oxuyurdular: 

 

Araz üstə buludlar tutqun gəzir



Sərt diyarım sükunətə qərq olub... 

 

Əlbəttə, günəşh bir diyarda qara buludlar haqqında deyilənlər 



məcazi məna daşıyırdı. Yəni min kilometr uzanıb gedən, əksər hissəsi 

sərhədyanı  ərazi olan çayın sahilində  hər gün, hər gecə  həyəcan 

siqnalı gözlənilirdi. Sərhədin o tayından bandalar basqın edib 

sərhədləri qarət edir, mal-qaranı qovub aparırdılar. Qaçaqmalçılar öz 

işində idi. İran və Türkiyə  sərhəd mühafızəçiləri Sovet sərhədçi 

dəstələrini atəşə tuturdular. Dövlət Sərhəd Mühafızəsi və XDSİ 

qoşunları  rəisinin müavini Bobnşev SSRİ Xarici İşlər Xalq 

Komissarlığına xəbər verirdi: «1931-ci il iyulun 27-də, saat 10.30 

dəqiqədə Naxçıvan sərhəd dəstəsinin Qarabulaq məntəqəsi ərazisində 

İran aeroplanı  sərhədi pozmuş  və bizim əraziyə uçub keçmişdir. 

Ərazimiz üzərindən uçarkən aeroplan cənub-şərq istiqamətinə (sərhəd 

boyu) yönəlmiş və Bazbaşı sərhəd məntəqəsi sahəsindən geriyə, İrana 

qayıtmışdır». 

Faşist Almaniyasının SSRİ-yə hücumundan xeyli əvvəl Tehranda 

«İran dövlətinin yeni inzibati-ərazi bölgüsü» xəritəsi  


 

34

nəşr edilmişdi. Məclisin qərarıyla çap olunan xəritəyə aid qeyddə 



deyilirdi: “İran sərhədləri, Türkiyə ilə sərhəd istisna olunmaqla, rəsmi 

deyildir”. Beləliklə, qonşular  əslində Sovet — onların anlamında 

Qafqaz Azərbaycanına, hətta  İranın rəsmi sənədlərində fars təbiriylə 

“Bad Kubə” adlandırılan Bakıya iddialı olduqlarını bildirirdilər. 

Hitlerçilər  İranın özünü məqsədyönlü  şəkildə antisovet platsdarmına 

çevirirdilər. “İkinci Dünya müharibəsi tarixi”ndə qeyd olunur: 

“Almaniya legionu” bu ölkənin  ərazisində bir növ Vermaxtın hərbi 

birləşməsinə çevrilirdi. İranın SSRİ ilə həmsərhəd şimal rayonlarında 

hitlerçilər silah-sursat və partlayıcı maddələr üçün anbarlar quraşdırır; 

Sovet  İttifaqına, ilk növbədə Bakı neft mədənləri və Türkmənistan 

rayonlarına ötürmək üçün təxribatçı  və terrorçu qruplar 

formalaşdırdılar”. 

Bir sözlə, qərb sərhədlərində olduğu kimi, cənubdan da barıt 

qoxusu duyulurdu. 

Naxçıvanda mülki əhali arasında müharibə  xəbərini ilkin eşidən 

dəmiryolçular oldu. Onları  hərbi səfərbərliyə alaraq, artıq  əsgəri 

durumda olduqlarını bildirdilər. 

Mitinqdə rus-azərbaycan kəlmələrini qarışdıraraq car çəkən depo 

partiya təşkilatı katibinin sözlərini  Əlirza  Əliyev belə başa düşdü: 

“Bura da sərhəddir və cəbhə xətti sərhəd çayı Arazboyu keçir”. Yaxın 

keçmişdə parovoz ocaqcısı olmuş partiya təşkilatı katibinin dedikləri 

həqiqətdən uzaq deyildi. O, alovlu, qəzəbli kəlmələri parovozun 

odluğuna kömür atıb körükləyirmiş kimi püskürürdü: 

- Yoldaşlar, yadda saxlayın ki, Arazın o tayında bizim neft 

mədənlərimizə dişlərini qıcayanlar Hitler qoşunları ilə birləşmək üçün 

yürüşə hazırlaşırlar! 

Həmişə olduğu kimi, o yay da bütün Naxçıvan respublikasında 

pioner düşərgələri açılmışdı. Onlar təcili olaraq köçürülməli, uşaqlar 

öz evlərinə qaytarılmalı idi. Düşərgə işçilərinə yardım göstərmək üçün 

Naxçıvandan bir neçə  dəstə  təpərli, zirək cavan oğlan göndərdilər. 

Veteranlar xatırlayırlar ki, bu dəstələrdən birində on səkkiz yaşlı 

Heydər  Əliyev də vardı. Gələcəkdə  məşhur geoloq kimi tanınacaq 

Fərman Salmanovla o məhz elə həmin vaxt tanış oldu. 

Fərman dağlarda yerləşən pioner düşərgəsində dincəlirdi.  İyirmi 

iki iyunda dəstə rəhbərləri uşaqları yürüşə aparmağa 

 

  



 

35

söz vermişdilər. Amma o dəhşətli gün səhər düşərgə meydanında 



düzülmüş  uşaqların qarşısına çevik və gülərüz idman müəlliminin 

əvəzinə özünü itirmiş düşərgə  rəisi çıxdı. Titrək səslə elan etdi ki, 

müharibə başlayıb, Hitler Almaniyası namərdcəsinə Sovet İttifaqına 

hücum edib, buna görə  də düşərgə bağlanır. Hamı  təcili evə 

qayıtmalıdır. 

Bəs necə qayıtmalı? Yeganə avtobus xarab olmuşdu. Sıldırımlı 

yamaclarla təxminən iyirmi kilometr aşağıya enmək lazım idi. Belə bir 

yolu qət etməyə  uşaqların gücü çatmazdı, lakin burada çalışan 

müxtəlif millətlərin nümayəndələri əl-ələ verib uşaqları xilas etdilər. 

... Müharibə başlanandan sonra Naxçıvanın küçələrində  nəzərə 

çarpacaq dərəcədə hərbçilər, hərbi texnika artdı. Hətta ordu işlərindən 

bixəbər olanlar da hansısa əməliyyata hazırlıq aparıldığını anlayırdılar. 

...1941-ci il avqustun 25-dən 26-na keçən gecə Sovet qoşunları 

1921-ci il Sovet-İran müqaviləsinə  əsasən  İrana daxil oldular. Şah 

ordusunun müqaviməti uzun sürmədi; bu müqavimət ayrı-ayrı 

sahələrdə avqustun 26-da saat 13-dək davam etdi. Böyük Britaniya 

qoşunları da eyni vaxtda İranın cənub rayonlarını tutdu. Sentyabrın 

əvvəlində ingilis və sovet qoşunları Tehrana girdilər. 30 minədək 

Amerika əsgəri də İranın cənubunda mövqe tutdu... 

İran Azərbaycanında baş vermiş hadisələr haqqında

*

 son 


zamanlaradək üstüörtülü və dumanlı yazırdılar. Dilucu deyilirdi ki, 

orada Azərbaycan Demokratik Firqəsinin başçılıq etdiyi azadlıq 

hərəkatı genişlənirdi. Bu partiyanın lideri, Azərbaycan Demokratik 

Məşrutəsinin başçısı  Cəfər Pişəvərinin adını  və  hətta akademik 

nəşrlərini də “unudurdular”. 

 

 



  

                                                           

*

 

Çağdaş Azərbaycanda İranın bu bölgəsi Cənubi Azərbaycan adlandırılır. 1942-ci 



il yanvarın 29-da sovet və ingilis qoşunları yeridiləndən sonra Tehranda İngiltərə-Sovet 

müqaviləsi imzalanmışdır. Tarixçilərin yazdığı kimi, SSRİ  və Böyük Britaniyanın bu 

tədbiri  İran  ərazısindən antihitler koalisiyasına qarşı müharibədə istifadə olunmasının 

qarşısını almış və savaş dövründə onlarla əməkdaşlığını təmin etmişdir. 

 


 

36

1945-ci ilin sonlarında yaradılmış  Cənubi Azərbaycan Milli 



Hökuməti cəmi bir il yaşadı. Onun nəzarətində olan ərazidə minlərlə 

sovet mühəndisi, geoloqu, inşaatçısı, müəllimi, mədəniyyət işçisi 

çalışırdı. 

Bu mövzunun ən dərin araşdırıcılarından biri, tarix elmləri doktoru 

Cəmil Həsənli onların yardımının təmənnasız və  fədakarcasına 

edildiyini söyləyir. 

Onun 1941-1946-cı illərin hadisələrini  əhatə edən kitabı “Cənubi 

Azərbaycan: soyuq müharibənin başlanğıcı” adlanır. 

Güney Azərbaycanın  ətrafında cərəyan edən olayların Heydər 

Əliyevin də  həyatına bilavasitə  təsiri olmuşdur. Qırx birinci il may 

ayının 10-da dostları onu ad günü münasibətilə təbrik etdilər. Qarşıda 

imtahan sessiyası, yay tətili, daha sonra isə üçüncü kurs gözlənilirdi.  

Lakin sentyabrın birində  Sənaye İnstitutunun tələbələrindən kimisi o 

dövrdə orduya çağırılmış atasını  əvəz edərək zavoda getmiş, kimisi 

hərbi məktəbə təyinat almış, bəziləri isə Əliyev kimi yaşadığı yer üzrə 

hərbi komissarlığın sərəncamına çağrılmışdı. Elə o vaxt, 23 iyunda 

Heydər  Əliyev Naxçıvan MSSR Daxili İşlər Xalq Komissarlığında 

arxiv şöbəsinin məxfi hissəsinin işlərini qəbul edir. 

Evə gecə yarıdan sonra qayıdardı. Naxçıvanın  əl-ayaq çəkilmiş 

küçələrində addımları ağır-ağır səslənərdi. Hərdən qaranlıqdan patrul 

peyda olardı: “Sənədlərinizi!” 

Həyətlərində geniş taxtlar qoyulmuşdu — köhnə adətə görə 

naxçıvanlılar yayda açıq havada yatırdılar, evin havası boğanaq 

olduğuna görə içəridən eşiyə yorğan-döşək, qab-qacaq çıxarılardı. 

İzzət xanım primusla xörək qızdırar, Heydər üçün süfrə açardı. O, indi 

evin böyüyünü əvəz edirdi; atası, demək olar ki, daima ezamiyyətə 

yollanırdı. Həsən ordu sıralarında, Hüseyn Bakıda idi. Cəlal eşidəndə 

ki, indən sonra təhsilə görə ildə 150 rubl ödənilməlidir qanı qaraldı. 

Ailə  məşvərətində  qərara gəldilər ki, Cəlal müəllimlər institutunun 

hazırlıq  şöbəsinə daxil olsun. Orada tədris-təlim pulsuz aparılır, 

üstəlik gündə 50 qram çörək payı da verilirdi. 

Bir gün İzzət ana üzünü fərəhlə Heydərə tutub: 

-  Bu gün Cəlal çörək payını evə  gətirib, - dedi. Oğlu 

minnətdarlıq hissi ilə: 

- Sağ ol, anacan, - deyə dilləndi. - Bircə çay bəsimdi. 

 

  



 

37

Heydər süfrə başına keçməzdən  əvvəl  əllərini yuyan zaman ana 



ona bir parça gilabı verdi — müharibə illərində azərbaycanlı ailələrdə 

gilabı əl-üz sabununu da, paltar sabununu da əvəz edirdi. 

Bir dəfə sübh tezdən, dan yeri sökülər-sökülməz  Əliyevləri 

yuxudan qonşu həyətdən eşidilən ağlaşma səsi oyatdı. Orada Xurşud 

xanımgil yaşayırdı.  Əri cəbhədə idi, beş balası öhdəsində qalmışdı. 

İzzət xanım qonşusunu səslədi: 

- Ay 

Xurşud, no.. .olub? 



- Uşaqlar acdılar! Yuxuları ərşə çəkilib! İzzət Heydəri çağırdı: 

- Oğul, bəri gəl, kömək elə. 

Lavaşdan, pendirdən, qənddən, bir sözlə, evdə  nə vardısa 

hamısından pay yığdılar; konserv də qoydular. Aparıb biçarə Xurşuda 

verdilər. 

Hər iki ana kövrəlib ağladı. 

Yuxudan oyananda Heydər anasını iki əli ilə başını tutaraq, taxtın 

qırağında oturmuş gördü. Yəqin ağrılı-acılı fikirlərdən göynəyən ana 

səhərəcən yata bilməmişdi. 

Həmin gün o, hərbi komissarlığa gedib bəxtini bir daha sınamaq 

istədi; bəlkə cəbhəyə göndərilməsinə nail oldu. Belə səhnələr ölkənin 

hər yerində baş verirdi. Özləri rəislərindən döyüşən orduya 

göndərilmələrini xahiş edən hərbi komissarlar eyni xahişlə yanlarına 

gələnləri dilə tutmaqdan yorulmuşdular. 

- Siz 

elə burada (sərhəddə, milisdə, məktəbdə,  şaxtada) 



lazımsınız. 

Heydər Əliyevə də Naxçıvan Hərbi Komissarlığında növbətçi zabit 

eyni qətiyyətlə “yox” cavabı verdi. 

- Bura 


da 

cəbhədir. Zaqafqaziya cəbhəsi. Lazım olanda səni də 

çağırarıq. 

 

Cənubi Azərbaycanda sovet missiyası 

 

O zaman Azərbaycanda  İrana göndərilmək üçün, hərbçilərdən 



savayı, 3816 nəfər mülki şəxs səfərbər edilmişdi. Həmin sıyahıda 82 

partiya işçisi, sovet təşkilatçılarından 100 əməkdaş, 200 çekist, 400 

milis əməkdaşı, 245 dəmiryolçu, 42 neftçi- 

 

  



 

38

geoloq vardı. Bütün bu dəstəyə - “Cənubi Azərbaycanda sovet 



missiyası”na Azərbaycan KP MK katibi Əziz Məmmədkərim oğlu 

Əliyev başçılıq edirdi. 

Missiyanın tərkibi və  rəhbəri haqqında qərar Kremldə  qəbul 

edilirdi.  Əziz  Əliyevi də orada 47-ci Ordunun Hərbi  Şurasının üzvü 

təyin etdilər. Həmin ordu qədim Təbrizdə, Cənubi Azərbaycanın 

paytaxtında yerləşmişdi. Missiya qırx birinci ilin avqustundan qırx 

ikinci ilin yayına qədər, sovet-alman cəbhəsində hadisələr bütün başqa 

olayları üstələdiyi dövrdə  fəaliyyət göstərmişdi. Üstəlik indi Sovet 

İttifaqı  İran vasitəsilə müttəfıqlərdən hərbi-strateji yardım alırdı. 

Göndərişlər Fars körfəzindən, bütün İran  ərazisindən keçməklə 

Xəzərədək ötürülür və daha sonra Volqa çayı  və ya dəmiryolu ilə 

daşınırdı. 

Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırov Cənubi 

Azərbaycana yürüşün ən fəal təşkilatçılarından idi. Deyilənə görə, o, 

Qızıl Ordunun 1939-cu ildə Qərbi Ukraynaya və Qərbi Belorusiyaya 

yürüşü ilə analogiya aparırmış; həmin yürüş  nəticəsində Ukrayna və 

Belorusiya  əvvəllər Avstriya-Macarıstan və Polşa tərəfindən 

qoparılmış tarixi torpaqların hesabına ərazilərini genişləndirmişdilər. 

Güney Azərbaycanda vəziyyətlə tanış olmaq məqsədilə Bağırov 

məxfı olaraq Naxçıvandan Təbrizə getmişdi. Onun kimi yüksək vəzifə 

sahibləri üçün İranla sərhəd həmişə şəffaf idi. 

Bu yerdə bir qədər keçmişə qayıdaq. 1827-ci ilin qızmar yayında, 

Rusiya-İran müharibəsi zamanı general Paskeviçin qoşunları  İrəvanı 

mühasirəyə alır; daha sonra Naxçıvandan on verst aralı olan Abbas-

Abad qalasını hücumla ələ keçirir. Sülh danışıqları başlanır. Rusiyanın 

Qafqaz ordusu komandanının tapşırığı ilə bu danışıqları Rusiya 

imperiyası xarici kollegiyasının saray müşaviri, o zaman artıq məşhur 

şair Aleksandr Sergeyeviç Qriboyedov aparır. 

Qriboyedovun İran şahzadəsi Abbas Mirzə ilə danışıqları haqqında 

Paskeviçə göndərdiyi rəsmi bildirişdən: 

“... Mən məcbur oldum deyim ki, müharibədən əvvəl baş verənləri 

araşdırmağa tapşırıq almamışam, bu mənim işim deyil. 

- Elə siz hamınız deyirsiniz: mənim işim deyil, məgər bu dünyada 

haqq məhkəməsi yoxdur? 

 

  

 



 

39

- Siz, 



zati-aliləri, özünüzü öz işinizə hakim qoymusunuz və 

onu silah gücünə həll etməyi üstün tutmusunuz. Sizin ağıl-kamalınızı, 

cəsurluğunuzu, qüdrətinizi inkar etməyərək, yalnız bir şeyi qeyd 

edərdim: müharibəni birinci başlayan heç vaxt onun nə ilə bitəcəyini 

qabaqcadan deyə bilməz. 

Düzdür, - deyə Abbas Mirzə cavab verdi. 



- Ötən il İran qoşunları  qəfıldən və yetərincə uzağa doğru, 

Qafqazın bu tərəfindəki malikanələrimizə girişmişlər. İndi biz, İrəvan 

və Naxçıvan  əyalətlərini keçərək, Araz üstə  qərar tutmuş, Abbas-

Abadı ələ keçirmişik, mən də oradan gəlmişəm. 

Ələ keçirmişik! Almışıq! Abbas-Abadı sizə  mənim qorxaq 



yeznəm təhvil verib, o, arvaddan da betərdir! 

- Bizim 


hər hansı qalaya qarşı elədiklərimizi siz də eləyin və o 

qala zati-alilərinizə təslim olar. 

-  Xeyr, siz qala divarındaca öləcəksiniz, heç kəs sağ 

qalmayacaq; mənimkilər bunu bacarmadı, yoxsa siz heç bir zaman 

Abbas - Abadı ala bilməzdiniz. 

- Hər necə olsa da, işlərin indiki vəziyyətində artıq üç dəfədir 

ki, general sizdən barış  təklifləri alıb və heç bir bəyanatınız bizim 

tərəfımizin 

şərtlərilə uyuşmadığına görə biz danışıqlara 

başlamayacağıq.  Əlahəzrətin hökmü belədir...Bizimlə haqsız olaraq, 

başlanılan hər bir müharibə sona yetəndə biz həm hüdudlarımızı 

genişləndirir, həm də onları  aşmağa cürət edən düşməni geri 

otuzdururuq. Bax, buna görə  də hazırkı  şəraitdə  İrəvan və Naxçıvan 

vilayətlərinin güzəşt edilməsi tələb olunur. Pul da bir silah növüdür ki, 

onsuz müharibə aparılması mümkün deyil. Bu, alver deyil, zati-aliləri, 

hətta çəkdiyimiz ziyanların əvəzi də deyil: biz təzminat tələb edərək, 

düşməni bizə ziyan vurmaq vasitəsindən uzun müddətə  məhrum 

edirik”. 

Türkmənçay sazişinə  əsasən Rusiya və  İran arasında sərhəd 

bundan sonra Arazboyu keçəcəkdi.  Şah Rusiyaya iki vilayəti peşkəş 

edib, böyük məbləğdə təzminata razılıq verməklə, rus səfıri ilə əbədi 

dostluq barədə əhdü-peyman bağladı. 

Naxçıvanda indiyədək general-qubernatorun evi qalır (burada 

gözəl xalça muzeyi yerləşir); 1827-ci ilin iyul ayında böyük rus şairi 

və diplomatı  həmin binada qərar tutmuşdu. Buradan əngin vadiyə 

gözəl mənzərə açılır: “...mən tez-tez başımı kağız-kuğuzdan ayırıb 

durbini böyük vuruşma gedən meydana tuşlayırdım. Hər tərəfdə ora-

bura şığıyıb Muravyovun və onun 

 

  


 

40

iki yüz kazakının yolunu kəsmək niyyətilə Arazı keçən düşmən 



suvarilərini görürdüm. O, bəladan  əla yaxa qurtardı, heç bir ciddi 

toqquşma baş vermədi və düzdür, istədiyini görüb aşkarlaya bilməsə 

də, sağ-salamat qayıtdı”. 

Bir ildən azca artıq keçəndən sonra qəzəblənmiş kütlə Tehranda 

Rusiya imperator missiyasını darmadağın etdi. 37 nəfər, onların içində 

Aleksandr Qriboyedov da həlak oldu. Onu uyuyacağı son mənzilə - 

dul qalan, gənc hamilə ömür-gün yoldaşı Nina Çavçavadzenin 

gözlədiyi Tifiisə, az əvvəl mühüm dövlət tapşırığı ilə  cənuba doğru 

çaparaq keçdiyi yolla apardılar. Naxçıvanda general-qubernatorun evi 

arxada qaldı.  İyulun 11 - də (köhnə  təqvimlə) Gergeri qalasının 

yaxınlığında cırıldaya - cırıldaya gedən bir araba A.S. Puşkinin 

qarşısına çıxdı. Yəqin ki, onun “Ərzurum səfəri”ndən aşağıdakı 

sətirlər sizin yadınızdadır: 

“Mən çayı keçdim. Arabaya qoşulmuş iki öküz dikdirli yolla 

qalxırdı. Bir neçə gürcü arabanı müşayiət edirdi. 

- Haradan 

gəlirsiz? - soruşdum. 

- Tehrandan. 

- Nə aparırsınız? 

- Qriboyedovu. 

Bu, qətlə yetirilmiş Qriboyedovun Tiflisə göndərilən nəşi idi”. 

Araz üzərindən səs-küylə daha bir əsr də ötdü. Uzaq və  məchul 

üfüqlərə durbinlə baxan, bu diyar haqqında məlumatın kasadlığından 

gileylənən rus şairinin qaldığı general-qubernator evinin üzərində al 

bayraq qaldırıldı.  Şəhər teatrının səhnəsində onun qəhrəmanları - 

Famusov, Molçalin, Skalozub insanlara üz tutub, azərbaycanca və 

rusca dillənib anlaşdılar. 

Tamaşaya afişaları dostlarının xahişilə pedtexnikum tələbəsi 

Heydər Əliyev çəkdi. Çatsko rolunda isə səhnəyə özü çıxdı. 

 

Mənə bir ağızdan dəli dediniz,  



Bəli, haqlısınız, şəksiz - şübhəsiz,  

Sizinlə bircə gün qalan bir kəsin,  

Sizlə birgə nəfəs alan bir kəsin  

Xarab olmamışsa başı, o, əlbət  

Od-alov içindən çıxar salamat.  

Uzaq! Moskvadan! Dönmərəm bura 

 

  



 

41

Arxama baxmadan düşüb yollara, Taparam bu kiçik könlümə 



biryer. 

.. .Heydər onunla eyni soyadlı, hərbi geyimli ortaboylu adamı, 

döşünü ordenlər bəzəyən Əziz Əliyevi üzdən tanısa da, taleyin onları 

necə rastlaşdıracağını  təsəvvürünə  gətirə bilərdimi? Qırx ikinci ilin 

sonunadək  İrandakı sovet missiyasını, demək olar ki, yığışdırdılar; 

yalnız dəmiryolçular gecə-gündüz fasiləsiz çalışırdılar. 

Qırx üçüncü il mayın 10-da atası Heydəri iyirmi yaşının tamam 

olması münasibətilə  təbrik etmək üçün iş-gücündən ayrılıb evə baş 

çəkdi, bir həftə keçər-keçməz yatağa düşdü, daha taqəti qalmamışdı... 

Mayın iyirmisində  Əlirza  Əliyevi son mənzilinə yola saldılar. 

Əliyevlər ocağı ilk itkinin ağrısını yaşadı. Mahiyyətinə varanda demək 

olar ki, bu, cəbhə itkisi idi. 

...Moskva Cənubi Azərbaycanla yenidən 1944-cü ilin yazında 

məşğul oldu. Martın altısında sovet hökuməti “Cənubi Azərbaycan 

əhalisinə mədəni və iqtisadi yardımının gücləndirilməsi üzrə tədbirlər 

haqqında” məsələyə baxdı. Böyük Vətən müharibəsinin müqəddəratı 

artıq aydın idi, hərçənd qələbəyə qovuşmaqçün min kilometrlərlə 

odlu-alovlu yollar keçiləcək, milyonlarla qara kağız alınacaqdı. 

Onlardan birini də Bağırovlar ailəsi aldı: “Sizin oğlunuz, baş leytenant 

Cahangir Cəfər oğlu Bağırov hərbi andına sadiq qalaraq...”. Qırıcı-

təyyarəçi Cahangir Bağırov 8 iyun 1943-cü ildə Rusiya səmasında 

gedən  şiddətli döyüşdə  həlak oldu. Pulemyotunun gülləsi qurtarıb 

səsini kəsəndə, o, tarana getdi. Ölümündən sonra onu Lenin ordeni ilə 

təltif etdilər. 

Hələ Krımın, 250 sutka faşist hücumlarını dəf etmiş Sevastopolun, 

Dneprin sağ sahilindəki Ukrayna torpaqlarının, Belorusiyanın, 

Baltikyanı  ərazilərin, Avropanın azad olunması, dağıdılmış  şəhər və 

kəndlərin bərpası qarşıda idi. İşlərin belə bir ağlasığmaz 

qatmaqarışıqlığında, hərbi və mülki qayğıların buruılğanında Stalin 

Güney Azərbaycanı da unutmamışdı. Bəlkə Stalinin bu 

problematikaya maraq göstərməsinə onun Bakı ilə bağlı  gənclik 

xatirələri və ümumiyyətlə, Qafqaz problemini ozünəməxsus 

anlamasının təsiri vardı? Yoxsa Tehran konfransı yeni   çözümlərə   

bir  yol   açmışdı?   Bu   sualları   kitabımızın 

 

  


 

42

mətnindən bir kənara qoyuruq, çünki cavab axtarışları bizi əsas 



mətləbdən uzaqlaşdıra bilər. 

İttifaq Xalq Komissarları  Şurasının qəbul etdiyi proqrama görə, 

Təbrizdə onillik Azərbaycan məktəbi açılmalı, nümunəvi aqrotexniki 

stansiya yaradılmalı, trikotaj - corab fabriki tikilməli idi. 1945-ci il 

iyunun 10-da Stalin “Şimali  İranda sovet sənaye müəssisələrinin 

təşkili haqqında” məxfi qərar imzaladı. Həmin 1945-ci il 21 iyunda 

İ.V.Stalin “Şimali  İranda neft üzrə geoloji-kəşfiyyat işləri haqqında” 

Dövlət Müdafiə Komitəsinin 9168 saylı  qərarına qol çəkir. Neftçilər 

İrana - sovet qoşunları  qərargahına ezam olunmuş hidrogeoloji 

dəstənin əməkdaşları sifətində yola düşürlər. İranın başqa bölgələrində 

eynən su ehtiyatları axtarışı  bəhanəsilə ingilislər də neft və  fıliz 

yataqları axtarırdılar. 

Cənubi Azərbaycanda, əlbəttə, Moskvanın razılığı ilə Azərbaycan 

Demokratik Partiyası (ADP) yaradıldı. M.C.Bağırovun təklifılə 

Tehranda çıxan “Acır” qəzetinin redaktoru Mir Cəfər Pişəvəri (bir sıra 

sənədlərdə Seyid Cəfər də adlandırılır) ADP-nin başında durdu. 

Bu qeyri-adi şəxsiyyəti Bağırov Molotova, Beriyaya və 

Malenkova ünvanladığı 1945-ci il 6 iyul tarixli məktubunda görün 

necə  səciyyələndirirdi: “Əsli Cənubi Azərbaycandan olan Pişəvəri 

Kommunist partiyasının sabiq üzvüdür, uzun müddət Sovet 

Azərbaycanında məsul partiya - sovet vəzifələrində işləmişdir. 1927-ci 

ildə Komintern tərəfindən  İranda işləməyə keçirilmiş, orada Rza şah 

hökuməti tərəfindən həbs edilmiş və 10 il həbsxanada qalmış, 1941-ci 

ildə sovet qoşunları İrana gələndən sonra azad edilmişdir. İki doğma 

qardaşı Sovet İttifaqında yaşayır. Onlardan biri Sovet Ordusunda 

xidmət edir, tibbi xidmət kapitanıdır”. 

... Cənubi Azərbaycana axın-axın avtomaşınlar gedir, dəzgahlar, 

azərbaycanca, farsca kitablar, azəri mahnıları yazılmış vallar daşınırdı. 

Eləcə də silah daşınırdı, lakin sovet silahı yox, İtaliya, Çexoslavakiya 

markalı silahlar. 

1945-ci il oktyabrın 21-də Bakı hərbi dairəsinin komandanı, ordu 

generalı  İ.  İ. Maslennikov və M. C. Bağırov L. P. Beriyaya xəbər 

verirdilər: 

 

  



 

43

“ÜK (b) P MK-sının  İran Azərbaycanı  və  Şimali Kürdüstan 



məsələsi üzrə 1945-ci il, 8 oktyabr tarixli qərarının icrası müqabilində 

bizim tərəfdən aşağıdakılar həyata keçirilmişdir: 

İran Azərbaycanında muxtariyyət hərəkatının inkişafına mane olan 

şəxslərin və təşkilatların ləğv edilməsi üzrə işi təşkil etməyə qadir olan 

Azərbaycan DİXK-nin və DTXK-nın 21 təcrübəli  əməliyyat işçisi 

ayrılmışdır. Bu yoldaşlar eləcə  də yerli əhalidən silahlı partizan 

dəstələri təşkil etməlidirlər”. 

1945-ci il oktyabrın 2-də ADP-nin birinci təsis konfransında Mir 

Cəfər Pişəvəri partiya rəyasət heyətinin sədri seçildi. Həmin il 

dekabrın 12-də Azərbaycan Milli Məclisinin birinci sessiyası milli 

hökuməti formalaşdırdı. Baş nazir Pişəvəri oldu. 

Həmin günlərdə də Cənubi Azərbaycana xüsusi hazırlıq keçmiş 80 

nəfər əməliyyatçı çekist ötürülür. 

Vaşinqtonda isə “Taym” jurnalının İran hadisələrinə həsr olunmuş 

nömrəsi çıxır. Dərginin üz qabığında Məhəmməd Rza şahın portreti 

altında “İran  şahı. Nüfuzlu dostları onun neftini umur” yazısı 

verilmişdi. Jurnalda dərc olunan xəritədə dəstəyi Bakıya dirənən oraq 

Cənubi Azərbaycanı mühasirəyə alır... 

Güney Azərbaycanın milli hökuməti siyasi və sosial-iqtisadi 

islahatların geniş proqramını irəli sürdü. Dövlət dili Azərbaycan dili 

oldu. Təbrizdə dövlət darülfünunu (universiteti) açıldı. Buraya 

Bakıdan müəllimlər göndərildi. Yetim və kimsəsiz balalar üçün uşaq 

evləri açıldı - ikisi oğlanlar, ikisi də qızlar üçün. 

Lakin bütün bu planlar yalnız Moskvanın dəstəyi ilə gerçəkləşə 

bilərdi. Moskva isə Vaşinqton və Londonun iradəsilə hesablaşmaya 

bilməzdi. Hərbdən sonrakı dünya əslində çox-qütblü idi. Sovet İttifaqı 

qoşunlarını İrandan çıxarmağa başladı. 

Əsgərlər geriyə qayıdırdılar. Onların sıralarında xeyli azərbaycanlı 

vardı. 

- Biz 


yaxınlarda, Arazın o tayında olacağıq! 

Görüm, Araz yerli-dibli qurusun! - onlara hiddətlə belə cavab 



verirdilər. 

Amma Araz əsrlər boyu olduğu kimi, yenə aramsız axırdı, bir 

xalqı iki ölkəyə ayırmaq isə görünür, onun nəsibi imiş. 

Moskva öz mütəffiqlərini qorumağa cəhd göstərsə  də, iş  işdən 

keçmişdi;  İran qoşunlarını öz ölkəsinin şimal bölgələrinə 

 

  



 

44

yeridirdi. Azərbaycan Demokratik Məşrutəsi hissələrinin vur-tut 



“mərmisiz dörd topu və minasız iki minaatanı” qalmışdı. Buna 

baxmayaraq, Azərbaycan döyüşmək əzmində idi, lakin Moskva yalnız 

mənəvi dəstək verəcəyini vəd edirdi. 

1946-cı il dekabrın 11- də Stalinin şifrəli teleqramını Pişəvəriyə və 

silahdaşlarına çatdırdılar: “Qavamın”

*

 bir baş nazir kimi İranın hər 



hansı hissəsinə, o cümlədən Azərbaycana da qoşun göndərməyə 

formal olaraq haqqı var, odur ki, indən belə silahlı müqavimət 

məqsədəuyğun deyil, lüzumsuz və əlverişsizdir. 

Seçkilər zamanı sakitliyi təmin etmək üçün hökumət qoşunlarının 

Azərbaycana yeridilməsinə qarşı sizin etiraz etmədiyinizi elan edin. 

Bunu  İran xalqının birliyi naminə, onun azadlığı  və istiqlalı naminə 

etdiyinizi bir daha bildirin”. Belə də etdilər. Belə də əsaslandırdılar. ... 

Zəbt olunmuş  Təbrizdə bir neçə gün ərzində üç mindən artıq insan 

güllələndi. Azərbaycan dilində  nəşr olunmuş  dərsliklər və kitablar 

tonqallarda yandırılırdı. 

Azərbaycan darülfünunu, milli teatr, filarmoniya, muzeylər 

bağlandı. Milli qəhrəmanların abidələri uçuruldu. İqtidar “konstitusion 

asayişi” təmin etdi. 

Bağırovun israrlı tələblərindən sonra Kreml Culfada, Xudafərində, 

Biləsuvarda və Astarada sərhəd məntəqələri açmağa icazə verdi. 

İki gün ərzində sovet sərhədindən 5295 nəfər keçdi. Pişəvəri başda 

olmaqla bir qrup firqə  işçisi müvəqqəti olaraq Naxçıvanda qaldı. 

Sonra Bakıya köçürüldülər. Pişəvəri Moskvaya yazır, Bağırova yeni 

təkliflər göndərirdi. “Onu sakitləşdirmək üçün 1947- ci ilin mayında, 

guya, Cənubi Azərbaycana göndərilmək məqsədilə  fədai dəstələri 

hazırlayan xüsusi məxfi komitə yaradıldı, lakin heç kim göndəriləsi 

olmadı. 1946-cı il iyulun 3-də Yevlax - Gəncə yolunun 14-cü 

kilometrində Pişəvərinin avtomobili qəzaya uğradı. Bir neçə saatdan 

sonra o, rayon xəstəxanasında keçindi”. 

İnadkar siyasi mühacir Bakıdan 30 km aralı Buzovnadakı bağında 

torpağa tapşırıldı. Məzarı nəzərə çarpmasın deyə üzərində  

                                                           

*

 



Qavam - us -səltənə - o zamanlar İranın baş naziri belə adlanırdı (Red.) 

 


 

45

gül-çiçək  əkdilər. Yalnız 1960-cı ilin mart ayında Pişəvərinin nəşini 



hələ müharibədən  əvvəl, 30-cu illərdə Bakıda yaradılmış  Fəxri 

Xiyabanda basdırdılar. Taleyə bir bax, illər keçdi, Əziz  Əliyev onun 

məzarının yaxınlığında dəfn olundu. Onların yaşadıqları  hər  şey, 

həyəcanları, düşüncələri, qəlblərini riqqətə  gətirən nə vardısa artıq 

keçmişə, tarixə mənsub oldu... 

Dənizdən  əsən külək xəzan yarpaqlarını  xışıldadır, azca aşağıda 

Qarabağ mücadiləsinin qəhrəmanlarının abidələri görünür. Qırmızı  

lentlər nəzərə çarpır. 1991-ci ildə erməni separatçılarının atəşi ilə 

vurularaq yandırılmış vertolyotda həlak olan respublika rəhbər 

işçilərinin, Vətən oğullarının - dövlət katibi Tofıq İsmayılovun, daxili 

işlər naziri, general Məhəmməd  Əsədovun, baş prokuror İsmət 

Qayıbovun, nazirlər soveti sədrinin müavini Zülfı Hacıyevin 

məzarları... 

Milli hökumətin məğlubiyyəti, Azərbaycan Demokratik 

Məşrutəsinin süqutu Sovet Azərbaycanında da yanıqlı  əks-səda 

doğurdu. Minlərlə insan - müəllimlər və  həkimlər, neftçilər və 

inşaatçılar, geoloqlar və  sənət ustaları, partiya işçiləri və  hərbçilər 

Arazın o tayındakı qardaş 

və bacılarına köməklərini 

əsirgəməmişdilər... 

Bu barədə susurdular 

Cənubi Azərbaycanda baş verən hadisələrə bilavasitə yaxın olması 

cavan Heydər Əliyevin həssas qəlbinə də böyük təsir göstərmişdi. 

1944-cü il yanvarın 27-də Heydər Əliyev Naxçıvan MSSR Dövlət 

Təhlükəsizliyi Komitəsinin xalq komissarı müavininin adına  ərizə 

yazır. Bu sənədin tam mətninə diqqət yetirək: 

“Dövlət Təhlükəsizliyi Xalq Komissarlığı sistemində  əməliyyat 

işində işləməyə böyük həvəsim var. 

Ona görə, məni Azərbaycan SSR DTXK-nın məktəblərindən 

birinə qəbul etməyinizi xahiş edirəm”. 

Kalliqrafık xətt, imza, tarix... Ancaq belə sistemdə  işləmək üçün 

təkcə arzunun, hətta böyük istəyin olması azdır. Dörd ay yoxlamalar 

aparılır, bütün detallardan “abituriyent”in xəbəri belə olmur. Heydər 

Əliyev 1944-cü ilin mayından Sovet 

 

  


 

46

İttifaqı dövlət təhlükəsizlik orqanlarında xidmətə başlayır. O vaxt 



onun 21 yaşı təzəcə tamam olmuşdu. 

Sovet Azərbaycanında, xüsusən sərhədyanı rayonlarda insanların 

qəlbinə hakim olan duyğuları milli ruh yüksəkliyi adlandırmaq olar. 

Sonralar tərəzinin gözü əks tərəfə  əyildi - Cənubi Azərbaycanda baş 

vermiş faciəni bütün azərbaycanlılar ümummilli fəlakət kimi 

yaşadılar. Bu barədə o vaxt açıq-aşkar yazılmasa da, böyük əksəriyyət 

belə düşünür, belə danışırdı. 

Millət vəkili Cəmil Həsənli Heydər Əliyevin bir şəhadəti haqqında 

belə söyləyir: 

- Kitabım çıxanda, Heydər  Əliyev mənə  zəng vurub təbrik etdi: 

“Mən şadam ki, Azərbaycanda belə bir alim var. Siz sovet dövründə 

üstündən sükutla keçilən məsələlər haqqında yazmısınız”. Sonra neçə 

yaşım olduğunu soruşdu. Dedim: əlli yaşım tamam olub. “Mənim öz 

gözümlə gördüyüm faktları necə  də  dəqiq təsvir etmisiniz! 

Heyrətlənirəm. Düşünürdüm ki, 70-75 yaşınız var və o hadisələrin 

şahidisiniz. Başqa tarixi məqamlarla yanaşı, Siz Bağırovla Pişəvərinin 

görüşü haqqında söyləyirsiniz. Mən o zaman Naxçıvanda xidmət 

edirdim, bu görüş gözümün önündə olub, biz onu mühafizə edirdik...” 

Söhbətimizi bitirərkən bir daha təşəkkür etdi və dedi ki, onun 

fikrincə, tarixə  məhz belə  qərəzsiz, vicdanlı, obyektiv yanaşmaq 

lazımdır. 

Təsəvvürü tamamlamaq üçün xatırladaq ki, alim parlamentdə 

Azərbaycan Xalq Cəbhəsini, müxalifəti təmsil edir. Elə bizimlə  də 

söhbəti, yəqin yalnız Heydər  Əliyev tərəfdarlarıyla görüşdüyümüzü 

güman edərək, bundan başladı. Xeyr, biz hamınə dinləyirik. Onun 

dostlarını da, müxaliflərini də. Ona görə də Əliyevi dəyərləndirərək öz 

siyasi qərəzliliklərinin üstündən keçən insanların  şəhadəti xüsusən 

qiymətlidir: 

- O, nəinki Azərbaycanın, bütün müasir dünyanın böyük siyasi 

xadimidir. Heydər Əliyev uğurla müstəqil dövləti qurub, Azərbaycanı 

inkişaf etmiş demokratiya ölkələrinin səviyyəsinə  çıxarıb. 

Azərbaycanın beynəlxalq münasibətlərini Rusiya, ABŞ, Qərb və Şərq 

ölkələrilə tarazlı inkişaf etdirmişdir. Şəxsən məni sevindirən odur ki, 

özünün nəhəng məşğuliyyətinə, ixtiyar yaşına baxmayaraq, 

monoqrafiyamı oxumuş və mənə zəng vurmağı lazım bilmişdi. 

 

  



 

47

Biz soruşduq ki, o illərdə  Cənubi Azərbaycana ezam olunmuş 



şəxslərin siyahısında Heydər  Əliyevin adı ona rast gəlibmi? Alim 

“yox” cavabı verdi. 

Bəli, hekayətimizin qəhrəmanı o siyahılarda qeydə alınmamışdı. 

... Azərbaycan Respublikasının gələcək prezidenti 1945-ci ilin 

mayında Azərbaycan Dövlət Təhlükəsizliyi Komissarlığının operativ 

işçilərin ixtisas artırma kurslarında seminarda idi. Pedaqoji texnikum 

kimi bu kursları da Heydər  Əliyev fərqlənmə ilə bitirir və yenə  də 

Naxçıvana qayıdır, çox keçmədən isə ilk mükafatına – “Əmək 

rəşadətinə görə” medahna layiq görülür. 

Azərbaycan Milli Təhlükəsizlik Akademiyasının rektoru Ziya 

Yusifzadənin başı üzərində Heydər  Əliyevin portreti asılıb. Bu bir 

vaxtlar birgə  işlədikləri  şəxsə (Ziya Yusifzadə Heydər  Əliyevin 

rəhbərliyi altında çalışıb) sadəcə hörmət  əlaməti deyil. Azərbaycan 

DTK-sının keçmiş sədri Ziya Yusifzadə artıq bir neçə il idi ki, təqaüdə 

çıxmışdı və bu vaxt Heydər Əliyev onu yanına çağırıb Azərbaycanın 

təhlükəsizlik orqanları və sərhəd qoşunları üçün kadr yetişdirməkdən 

ötrü Milli Təhlükəsizlik Akademiyası yaratmaqda kömək etməyi xahiş 

etdi. Azərbaycanda son illərə  qədər müstəqil dövlət üçün vacib olan 

belə bir təhsil müəssisəsi yox idi. Akademiyanı yaratmağı üzərinə 

götürə biləcək kadrlar barədə düşünəndə Heydər  Əliyev ilk olaraq 

keçmiş həmkarı Ziya Yusifzadəni xatırladı. Onlar 1955-ci ildən birgə 

işləmişdilər. Moskva Xarici Dillər  İnstitutunun məzunu, Respublika 

Nazirlər Sovetinin gənc kadrı Ziya Yusifzadəni təhlükəsizlik 

orqanlarında işləməyə o zaman dəvət etmişdilər və o öz taleyini bu 

təşkilata bağlamışdı. Yeni kadr öz təyinatını  məhz Heydər  Əliyevin 

rəhbərlik etdiyi şöbəyə almışdı. 

- Heydər  Əliyev o saat mənim xoşuma gəldi, - həmin günü Ziya 

Yusifzadə belə xatırlayır. - O, özünü insanlara sevdirə bilirdi. Bir 

sözlə, qızıl parçasıydı. 

Uzun illər  ərzində onlar çiyin-çiyinə  işlədilər, müxtəlif 

əməliyyatları birgə hazırladılar...  İki dəfə Ziya Yusifzadə “onun 

təkidiylə” Türkiyə və İngiltərədə xüsusi ezamiyyətlərdə oldu. 

 

  


 

48

Ziya Yusifzadə Heydər  Əliyevdən sonra doqquz il - 1980-89-cu 



illər ərzində respublikanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik 

etdi.  Əlbəttə, belə  təcrübəsi olan bir mütəxəssis akademiyanı 

yaratmağa qadir idi. Prezident doğru seçim etmişdi və  şəxsən özü 

birbaşa Ziya Yusifzadənin mənzilinə  zəng vurmuşdu. Ziya müəllim 

əvvəlcə yaşının keçdiyini əsas gətirərək bu məsuliyyəti öz boynuna 

götürmək istəməmişdi... 

Siz ki, yaxşı bilirsiniz, ona etiraz etmək mümkün deyildi



- Yusifzadə daha bir yüngül siqaret yandırır və siqaretin tüstüsü 

akademiya rəisinin otağına yayılır. 

Sonra isə biz akademiyanın nəzdində yaradılmış muzeydə Heydər 

Əliyevə həsr olunmuş guşəyə gedirik, bir vaxt gizli saxlanılan, indi isə 

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən açıqlanmış  işləri 

nəzərdən keçiririk və addım-addım, səhifə-səhifə çekist Heydər 

Əliyevin bioqrafıyasını - operativ işçidən tutmuş DTK sədrinə qədər, 

leytenantdan general-mayora qədər xəyalımızda canlandırmağa 

çalışırıq. 

6 iyul 1950-ci ildə Leninqradda SSRİ Dövlət Təhlükəsizlik 

Nazirliyinin Operativ rəhbər işçilər hazırlayan məktəbində bayram 

əhval-ruhiyyəsi vardı. Məzunlara məktəbi uğurla bitirdikləri barədə 

diplomlar verilirdi. Bir illik kursant həyatı arxada qalmışdı, irəlidə isə 

yeni təyinatlar vardı. Məktəbin direktoru polkovnik Pinçuk ilk olaraq 

səhnəyə leytenant Heydər Əliyevi çağırır. 

- Yoldaş Heydər Əliyev, sizə Dövlət Təhlükəsizlik Nazirliyinin 

məktəbini fərqlənmə ilə bitirməyiniz barədə  şəhadətnamə  təqdim 

edilir. 


Ayrılıq  ərəfəsində  məzunlar Böyük Pyotrun heykəli önündə  şəkil 

çəkdirirlər. Çox gözəl fotoşəkil alınır. 

Buraxılışdan bir neçə gün sonra, 21 iyul 1950-ci ildə xüsusi poçt 

xidməti baş leytenant Heydər  Əlirza oğlu  Əliyevin xasiyyətnaməsini 

Bakıya çatdırdı: 

“Baş leytenant Heydər Əlirza oğlu Əliyev 1949-cu ilin mayından 

1950-ci ilin iyuluna qədər SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin 

Leninqraddakı Ali operativ işçilərin hazırlıq məktəbində  təhsil almış 

və özünü yalnız yaxşı  cəhətdən göstərmişdir. Təhsilinə ciddi 

yanaşmış, tədris materialı üzərində  səylə: çalışmış, onu dərindən 

öyrənmişdir. Sinif və seminar imtahanlarına ciddi şəkildə hazırlaşmış, 

dərsdən əlavə vaxtlarında isə 

 

  

öz siyasi ideya və ümumtəhsil səviyyəsinin artırılması üzərində bütün 



 

49

bacarığından yararlanmışdır. 



Bunun nəticəsində  tədris proqramı üzrə zaçot və imtahanlardan 

yüksək qiymətlər almışdır. Təhsil müddəti ərzində Heydər Əliyev dərs 

əlaçısı olmuş, buna görə  də ona məktəbin adından təşəkkür elan 

edilmişdir. Onun şəkli məktəbin  şərəf lövhəsinə vurulmuşdur. Təhsil 

müddəti  ərzində yoldaş  Əliyev sosial-iqtisadi fənlər sahəsində geniş 

biliklər  əldə etmiş, öz mədəni və ümumtəhsil səviyyəsini qaldırmış, 

çekist işi məsələləri üzrə biliklərini artırmışdır. Operativ məsələlərin 

həllində lazımi, düzgün qərarlar qəbul edir, operativ şəraitdə vəziyyəti 

sərbəst və düzgün qiymətləndirə bilir, operativ sənədləri hərtərəfli və 

əsaslı tərtib edir”. 

Bunun ardınca məktəb direktoru əlavə edirdi ki, yoldaş Əliyev öz 

yüksək səviyyəli təhsilini ictimai və partiya işilə uzlaşdıra bilmişdir. 

Daha sonra isə onun şəxsi keyfiyyətlərindən danışır: intizamlıdır, 

mənəvi cəhətdən möhkəmdir, fərasətlidir, məişətdə sadədir, ədəblidir. 

Nəticə: “Vəzifədə irəli çəkilməyə layiqdir”. Bu gənc, enerjili 

çekist Azərbaycanda da diqqəti cəlb etdi və mərkəzdən göndərilən bu 

nüfuzlu xasiyyətnaməni nəzərə aldılar. Naxçıvana qayıdandan dərhal 

sonra Heydər  Əliyev muxtar respublikanın Dövlət Təhlükəsizlik 

Nazirliyinin 5-ci şöbəsinin rəisi təyin edildi, bir ay sonra isə 26 avqust 

1950-ci ildə onu Bakıya dəvət etdilər. Heydər  Əliyev Azərbaycan 

Dövlət Təhlükəsizlik Nazirliyinin 2-ci şöbəsində bölmə  rəisinin 

müavini təyin olundu. 

İkinci şöbə əks-kəşfiyyatla məşğul idi. Respublika DTK-sının sədr 

müavini və sədri təyin olunana qədər on beş il ərzində Heydər Əliyev 

məhz bu məsuliyyətli sahə ilə  məşğul olmuşdu. Onun xidmət 

siyahısında biri-birinin ardınca lakonik qeydlər peyda olur: 2-ci 

şöbənin rəisi təyin olunub... “Döyüş xidmətlərinə görə” medalı ilə 

təltif olunub... “Fəxri təhlükəsizlik işçisi” nişanı ilə 

mükafatlandırılıb... Xüsusi tapşırığı  ləyaqətlə yerinə yetirərkən 

qətiyyətlilik və  təşəbbüskarlıq göstərdiyinə görə qiymətli hədiyyə ilə 

mükafatlandırılıb....SSRİ Dövlət Təhlükəsizlik xidmətində  uğurlu 

fəaliyyətinə görə “Qızıl ulduz” ordeni ilə təltif olunub... 

 

  


 

50

1967-ci il oktyabrın 26-da SSRİ Nazirlər Soveti yanında Dövlət 



Təhlükəsizlik Komitəsinin sədri Yuri Vladimiroviç Andropovun 

təqdimatıyla Azərbaycan Nazirlər Soveti yanında Dövlət 

Təhlükəsizlik Komitəsinin sədri Heydər Əlirza oğlu Əliyev “General-

mayor” rütbəsi alır. Attestasiyada belə deyilirdi: 

“Yoldaş  Əliyev 1944-cü ildən təhlükəsizlik orqanlarında çalışır, 

1945-ci ildən isə  rəhbər vəzifələrdədir. Uzun müddət Azərbaycan 

DTK-sında 2-ci şöbənin rəisi vəzifəsində çalışıb. 1965-ci ildən 

Azərbaycan DTK-sının sədr müavini olub,1967-ci ilin iyunundan isə 

Azərbaycan Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik 

Komitəsinin sədri vəzifəsində çalışır. 

Tələb olunan təşkilatçılıq bacarığına malikdir. Respublikadakı 

operativ  şəraiti və milli xüsusiyyətləri gözəl bildiyi üçün, 

tabeçiliyindəki işçiləri qarşıda duran vəzifələri yerinə yetirmək üçün 

düzgün fəaliyyət yoluna istiqamətləndirir. 

Respublikaya gələn xarici vətəndaşlar arasındakı agentlərin, 

kəşfiyyatçıların ifşa olunmasıyla bağlı respublika DTK-sında 

mütəmadi və aktiv tədbirlər görülür. Agentura aparatının 

təkmilləşdirilməsiylə bağlı da əhəmiyyətli işlər aparılır. 

DTK-nın periferiyalı orqanlarının işinə  də xüsusi diqqət yetirilir. 

Xidməti problemlərin həll olunmasında yoldaş Əliyev prinsipiallıq və 

inadkarlıq nümayiş etdirir. Daha mürəkkəb tədbirlərin keçirilməsində 

şəxsən özü iştirak edir. 

Operativ tədbirlərin uğurla keçirilməsinə görə bir neçə  dəfə 

mükafatlandırılıb, 1962-ci ildə isə “Qızıl Ulduz” ordeni ilə  təltif 

edilib.  Şəxsi keyfiyyətləri: zəhmətkeş, iradəli və prinsipial rəhbər 

işçidir. 

Komitənin  şəxsi heyəti, partiya və sovet fəalları arasında böyük 

nüfuza malikdir, Azərbaycan KP MK-nın üzvü və Azərbaycan Ali 

Sovetinin deputatı seçilib. 

Bütün bunları nəzərə alaraq, yoldaş Heydər Əliyevə növbəti hərbi 

rütbə - “general-mayor” rütbəsi verilir”. 

Ertəsi gün, oktyabrın 27-də bu təqdimatı SSRİ Nazirlər Soveti 

nəzərdən keçirdi (985 nömrəli protokol) və 30 oktyabr 1967-ci ildə 

Yuri Vladimiroviç Andropov Heydər  Əlirza oğlu  Əliyevə “general-

mayor” rütbəsinin verilməsiylə bağlı SSRİ 

 

  



 

51

Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin 136 



nömrəli sərəncamını imzaladı... 

Lakin biz xeyli irəli getdik. Yenidən müharibədən sonrakı Bakıya 

qayıdaq və Heydər  Əliyevin öz yaşıdı, doktor Zərifə  Əliyeva ilə 

tanışlığından danışaq. 

 

  


 

52

 III fəsil 


1   2   3   4   5   6   7   8   9   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə