GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə31/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

Xl fəsil 

 

GÜNƏŞ DƏNİZDƏN DOĞUR 

 

14-15 iyul 2001-ci il, Bakı 

 

Bir dəfə «qələm ustaları» ilə növbəti görüşdə, 2001-ci ilin 



iyulunda jurnalistlərdən biri Heydər  Əliyevdən xatirə yazıb-

yazmadığını soruşdu: 

Xeyr, - dedi, - xatirə yazmıram. Ancaq belə görüşlər zamanı 



həyatımdan bəzi epizodlan danışıram. Yazmağa gəlincə, çox istərdim, 

sadəcə, buna vaxtım yoxdur. 

Görüş, Müslüm Maqomayevin təbirincə desək, Azərbaycan dilində 

qeyri-adi səslənən Zuğulbadakı dövlət iqamətgahında keçirilirdi. 

İqamətgah 30-cu illərdə partiya nomenklaturasına görə inşa edilib. 

Yeni dövrün rus və azərbaycanlıları üçün bu yer bir elə də möhtəşəm 

deyildi. Çünki standartlara cavab vermir. Ancaq qeyri-adi dadlı quyu 

suyu insanı cəlb edir. 

- Bu 

ev 


qədim tikilidir, - Azərbaycan Prezidenti evi 

qonaqlarına - Rusiyanın kütləvi informasiya rəhbərlərinə təqdim edir. 

- O bu günün tələblərinə cavab vermir. Bilirsiniz, mən xaraktercə 

çox sabit insanam. Öyrəşdiyim  şeylərdən asanhqla ayrıla bilmirəm. 

Düzdür, hazırda daha çox şəhərdə qahram. Nadir hallarda, yayda 

burada oluram. Mənim övladlarım da bu evdə böyüyüblər. Bu yer 

bizim üçün xatirələr məskənidir. 

Jumalistlər böjöik həvəslə, bir-birini ehmalhca sıxışdıra-sıxışdıra 

qonaqpərvər ev sahibinin ardınca addımlayır, onun bu gözlənilməz 

etirafnın bir sözünü belə qaçırmamaq üçün diktafon kasetlərini tez-tez 

dəyişir, şəkillər çəkirdilər. 

Heydər Əliyev dedi: 

 

  


 

439


- Siz 

məndən qeyri-rəsmi şəraitdə görüşməyi xahiş etdiniz. 

Budur, görüşdük.   Baxın...   Siz daha çox xiyabana bənzəyən uzun 

bir yolla gəldiniz. Bu ağacları biz 70-ci illərdə yolu çəkərkən əkmişik. 

Hər bir fıdanı sevə-sevə böyütmüşük. Bilirsiniz, keçmişdə Bakıda 

yaşıllıq olmayıb. Qorkinin bu mövzuda dediklərini yəqin ki, 

xatırlayırsınız... 

Bir parça da yaşıllığı olmayan şəhər... Çox böyük ustalıqla 



qaranlıq cəhənnəmi tərənnüm edib, - moskvalı reportyorlardan biri 

proletar  ədəbiyyatının başqa bir klassiki ilə tanışhğını nümayiş 

etdirmək üçün belə bir replika atdı. 

...Burda olan Mayakovski də bunu qeyd edib, - Heydər 



Əliyev replikaya reaksiya vermədən davam etdi. - Bizim yerlərdə 

Rusiyadan fərqli olaraq, ağaclar gec böyüyür. Onlar daimi qulluq tələb 

edir. Yaxşı ağac yetişdirmək üçün 5-6 il onu sulamaq lazımdır. Sonra 

bitki öz köklərini torpağa bərkidir. 

Səsli-küylü dəstə elə onu bilirdi ki, ətrafa boylansın: inana 

bilmirdilər ki, bu cənnət guşəsi səhrada boy atıb. 

- Təkrar edirəm ki, ağacları biz bu yerləri quranda əkmişik. 

Bax, bu nar ağaclarını  mən  əkmişəm. Azərbaycanda narı çox 

sevirlər... 

Sonra meyvə, Azərbaycan  şimiyyatı  və qeyri-adi ətri ilə seçilən 

çay qonaqhğı verildi. Stol arxasmda Xəzər dənizinin statusu, 

respublikada mətbuatla münasibətlərin səviyyəsi,  Əliyevin böyük 

siyasətə qayıdışı və əlbəttə, Dağlıq Qarabağ məsələsi haqqında söhbət 

aparıldı. Ulu öndər qeyd etdi ki, 1988-ci ildə bu məsələ gündəmə 

gəldi. Ancaq Sovet İttifaqımn rəhbərliyi nəinki onun tənzimlənməsi 

üçün tədbirlər gördü, əksinə, hətta buna daha da təkan verdi. 

Azərbaycan Prezidenti xalqları ayıran faciə barədə ilk dəfə deyildi 

ki, danışırdı. Qarabağ - onun ağrısı idi. O, ən müxtəlif auditoriyalarda 

bu ağrı verən yaraya qayıdır, öz mövqeyini izah edirdi. Əliyev  əmin 

idi: «Əgər Qorbaçov və onun ətrafı 1988-ci ildə düzgün mövqe 

tutsaydılar, bu münaqişə belə həddə gəlib çatmazdı və bu qədər itki də 

baş verməzdi. Ermənistanla Azərbaycan da belə düşmən münasibətdə 

olmazdılar) (2000-ci il iyunun 22-də Moskvada həmvətənliləri 

qarşısındakı çıxışından). 

 


 

440


O, Azərbaycana Rusiya ilə dostluğu vəsiyyət etdi 

1992-ci ildən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in 

Minsk qrupu məşğul olurdu. 1997-ci ildən etibarən qrupun üç 

həmsədri - Rusiya, ABŞ və Fransa oldu. Həmin ölkələrin diplomatları 

Azərbaycanın razılaşdığı təklifləri işləyib hazırlayırdılar. 

Heydər  Əliyev qonaqlarma məsələnin nə yerdə olduğunu 

aydmlaşdınrdı. Dağlıq Qarabağm Azərbaycanın tərkibində yüksək 

özünüidarə statusu ilə qalmasmı... Yeri gəlmişkən, 1997-ci ilin 

sonunda Ermənistan Prezidenti Ter-Petrosyan münaqişənin həllində 

bundan optimal çıxış yolunun olmadığı  qərarına gəlmişdi. O, açıq 

şəkildə Dağhq Qarabağ  ətrafında işğal olunmuş 7 rayondan erməni 

silahlılarının çıxarılması, sonra isə Qarabağın statusunun 

müəyyənləşdirilməsi təkhfı ilə razı olduğunu bildirmişdi... Amma ona 

mane oldular. 1998-ci ihn fevralında istefa verdi... Danışıqlarda 

Azərbaycan nümayəndə heyətinin tərkibində artıq bizim tanıdığımız, 

XİN-in idarə  rəisinin müavini, sonra isə  rəisi Murad Heydərov da 

iştirak edirdi. Murad Heydərov qürur hissi keçirir ki, bir dəfə 

Prezidentə məlumat verərkən ondan lakonik bir qiymət alıb: «Afərin!» 

Yevgeni Primakovun nüfuzlu rəyinə görə, Heydər  Əliyev 

Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldınlması sahəsində 

danışıqlarda məsələnin həllinə çox yaxın idi. 

- Mən əminliklə deyə bilərəm ki, ona ölüm mane oldu. 

Yevgeni Maksimoviç Primakov təklif olunan layihə ilə bilavasitə 

əlaqəli idi. Bu səbəbdən onun məsələyə münasibətini öyrənmək 

maraqlı olardı: 

- Ermənistan və Dağhq Qarabağ tərəfındən Azərbaycanın ərazi 

bütövlüyünün tannınası, dövlət sərhədinin toxunulmazlığının qəbul 

edilməsi Dağhq Qarabağın Azərbaycanın tərkibində yüksək idarəetmə 

statusunu əldə etməsi demək idi. Hər iki tərəfın maraqları və atacağı 

addımlar nəzərə alınmışdı... 

Bakıya bu təklifi çatdırmaq, o dövrdə xarici işlər nazirinin birinci 

müavini vəzifəsində çahşan Boris Nikolayeviç Pastuxova həvalə 

edilmişdi. 


 

441


- Xahiş etdim ki, Əliyev mənimlə  təkbətək görüşsün, - deyə 

Pastuxov xatırlayır. - O vaxt ilk dəfə idi görürdüm ki, fantastik 

yaddaşa malik Əliyev artıq köhnəlmiş həftəlik kitabçasına dediklərimi 

qeyd edir. Bu, Rusiya Prezidentinin şifahi göndərişi idi. «Maraqlıdır, - 

Əliyev cavab verdi, - çox maraqlıdır». 

Pastuxovun fikrincə,  Əliyev Qarabağ problemini həll etmək 

mövqeyindən çıxış edirdi. O hesab edirdi ki, sonra bunu etmək çətin 

olacaq. - Baxmayaraq ki, daha böyük güzəşti Azərbaycan edirdi. 

Ermənistan geri çəkildi, - deyə Boris Nikolayeviç öz rəyini bildirir. 

Onlann saysız-hesabsız görüşləri olmuşdu. Pastuxov həmin 

görüşlərdən ən əsas bunları yaddaşına həkk etmişdi: 

- Heydər Əliyevin ilk növbədə sovet və postsovet dövründə ən 

parlaq siyasətçilərdən biri olması şübhəsizdir. O, öz ölkəsində sülhün 

qorunmasına nail oldu. Gürcüstandan fərqli olaraq, iqtisadi 

durğunluğun qarşısını ala bildi. Rusiya ilə yaxın, mehriban qonşuluq 

münasibətlərini quraraq çeçenlərlə konfliktdə bizi dəstəklədi. O, 

Rusiyaya münasibətdə  səmimi idi və üzərinə götürdüyü bütün 

öhdəlikləri yerinə yetirirdi. MDB ölkələrindən Belarus istisna olmaqla 

Azərbaycanda olduğu kimi rus dilinin geniş işləndiyi ikinci bir dövlət, 

məncə, yoxdur. Bilirsiniz, o həm də nəyə görə dahidir? O, öz oğluna, 

öz ölkəsinə Rusiya ilə dostluğu vəsiyyət etdi. Əlbəttə, Azərbaycan da 

başqa dövlətlər kimi ən mənfəətli və uğurlu olanı axtarır... Bu təbüdir. 

Mən onunla çox söhbət etmişəm. Onunla bir çox problemləri, o 

cümlədən Xəzər məsələsini müzakirə etmişik. Çox çətin danışıqlar idi. 

«Mən bu problemi bir anın içində  həll edərəm, Amma siz mənə 

Dağlıq Qarabağ problemlərində bu məsələləri həll edəcəyiniz haqda 

zəmanət verməlisiniz...» - deyirdi. Siyasi nöqteyi-nəzərdən bu 

normaldır. 

- Yaman 

yenilməz, möhkəm insan idi! - deyə Pastuxov qeyd 

edir. - Müxtəlif dövlətlərin maraqlarını  nəzərə almaq lazımdır. Bəli, 

balans... Siyasət yalnız bu yolla apanla bilər. Heydər  Əliyev yüksək 

səviyyəli siyasətçi idi. Bundan əlavə, nadir iradəyə malik insan idi. O, 

ürəyinin xəstə olduğunu bilirdi, Amma özünü qorumurdu. İradəsi 

gücünə işini davam etdirirdi. Ləyaqətli ömürdür... 

 


 

442


Keçmiş dostunun, həmfıkirinin, yoldaşının fikirlərini Yevgeni 

Maksimoviç Primakov belə tamamlayır: 

- Heydər Əliyev, şübhəsiz, istedadh insan idi. Nadir şəxsiyyət idi. 

Sözsüz ki, o sovct sisteminin yetirməsi kimi formalaşmışdı. Amma 

işlərin nə yerdə olduğunu görəndə sistem adamı olmaqdan əl çəkdi. 

Onun oğlu da atası kimi istedadlıdır. Yeri gəlmişkən, Azərbaycan 

Prezidenti  İlham Heydər oğlu  Əliyev atası kimi kağızsız çıxış edir. 

Nitqləri həmişə məzmunlu və ağıllı olur. 

Heydər Əliyev hər zaman kompromisə, dialoqlara hazır idi. Ancaq 

müəyyən həddə qədər. Azərbaycanın milli maraqlarına toxunacaq hər 

hansı bir məsələni heç kəsə, nə Moskvaya, nə Vaşinqtona, nə  də ki, 

Tehrana güzəştə gedirdi. «Əlbəttə, kimsə Azərbaycana münasibətdə 

sərt mövqe tuta bilər. Ancaq biz müstəqil dövlətik və heç bir sərt təsir 

bizi idarə edə bilməz» (1996-cı ilin 9 avqustunda Rusiya 

Federasiyasına sə-fəri zamanı mətbuat konfransındakı cavabından). 

1998-ci il aprelin 10-da Heydər  Əliyev RF hökuməti sədrinin 

müavini vəzifəsini icra edən  İvan Rıbkini qəbul etdi. Görüş zamanı 

Azərbaycan-Rusiya münasibətləri, MDB-nin fəaliyyəti haqqında 

məsələlər müzakirə edildi. Prezident martın 12-də Boris Nikolayeviç 

Yeltsinə Rusiyadan Ermənistana silah göndərilməsi haqqında 

məlumatla əlaqədar məktub göndərdiyini bildirdi. 

- Artıq aprelin 10-dur, Amma hələ də cavab gəlməyib. 

Ümumijətlə, bu, bizim Rusiya Federasiyasında cavabsız qalan ilk 

məktubumuz deyil. Biz ki artıq müstəqil, bərabərhüquqlu dövlətlərik. 

Bu, o dövrlər deyil ki, ölkə Moskvaya, Sov.İKP MK-ya, Nazirlər 

Sovetinə  məktub göndərib cavab ala bilməsin. Hazırda hər  şey 

fərqlidir. 

- O 


dövrdə cavabları vaxtmda ahrdılar, - deyə  Rıbkin qeyd 

etdi. 


- Hərdən almırdıq. O vaxt alırdıqsa, indi sözsüz almalıyıq. Bu 

məsələ bizim üçün prinsipial söhbətdir. 

1993-cü ildə artıq Prezident Heydər  Əliyevin verdiyi ilk 

göstərişlərdən biri də  vətəndaşların qəbulu məsələsi idi. 80-ci illərin 

sonunadək qəbullar KP MK-nın 4-cü girişində keçirilirdi. Sonra giriş 

xalq üçün qapalı oldu. 



 

443


1993-cu ilin oktyabrından  əhalinin qəbulunu dövlət müşavirləri, 

Prezidentin  İcra Aparatnın  şöbə müdirləri, onun köməkçiləri həyata 

keçirməyə başladılar. Qəbul vaxtları mütəmadi olaraq mətbuatda dərc 

olunurdu. Bu qayda indi də qorunub saxlamlır. 

Prezidentə saysız-hesabsız məktublar ünvanlanırdı.  Əliyevin 

göstərişi ilə onlar şöbələrə, icraçı  işçilərə göndərilirdi. Hərdən geniş, 

bəzən isə çox qısa şəkildə üstü yazıhrdı: «Baxın». 

Əhalinin dənizkənarı bulvarın vəziyyəti ilə bağlı şikayətinə əsasən, 

Əliyev  şəhər icra hakimiyyətinə  ərazinin abadlaşdırılması haqqında 

göstəriş verdi. O, bununla kifayətlənməyərək qədim, neçə-neçə 

nəsillər üçün əziz və möhtəşəm olan bu bulvara – Mülli Park statusu 

verilməsi haqqında sərəncam imzaladı. Prezidentə ünvanlanmış 

məktubla  əlaqədar «Azərbalıq» Konseminin işində yoxlama aparıldı. 

Göstərilən faktlar təsdiqini tapdığına görə, konsernin rəhbəri 

məsuliyyətə cəlb olundu. 

Musiqi aləmində bu gün Surxay Əsgərov məlahətli səsi ilə hamıya 

yaxşı tanışdır. Hələ yaradıcılığınm lap başlanğıcında - İncəsənət 

Gimnaziyasınm 9-cu sinfındə təhsil alanda Azərbaycan Prezidenti ona 

dəstək olmuşdu. Yeniyetmənin atasmın məktubunu nəzərdən 

keçirəndən sonra Surxaya maddi yardım edilməsi haqda göstəriş 

vermişdi. 

Bu cür faktlar saysızdır. Amma bir məsələni xüsusi qeyd etmək 

lazımdır. 1995-ci ildə ölkə yeni Konstitusiya layihəsini müzakirə 

edirdi. Noyabrın 12-də  qəbul edilən qanunvericilik aktınm 57-ci 

maddəsində  vətəndaşlann  şəxsən, həmçinin yazılı  fərdi və kollektiv 

şəkildə dövlət orqanlarına müraciət hüququ əks olunub. Şübhəsiz ki, 

vətəndaşm təklif, irad və  şikayətləri dövlət orqanlarına müraciət 

hüququ insan hüquqlarnın həyata keçirilməsinin  əsas  şərtlərindən 

biridir. Bundan əlavə, hər bir vətəndaşın müraciətinin yazılı  şəkildə 

cavablandırılması da vacibdir. Konstitusiya müddəaları, o cümlədən 

57-ci maddə ölkədə qəbul edilən digər qanunvericilik aktlarında da öz 

əksini tapmışdır. Yeri gəlmişkən, əhalinin dövlət orqanlarına müraciət 

hüququnun Konstitusiyaya daxil edilməsi haqqında təklifi Heydər 

Əliyev irəli sürmüşdü. 

 


 

444


1997-ci il iyun ayının 10-da «Vətəndaşların müraciətlərinə 

baxılması qaydalan haqqında» Azərbaycan Respublikasnın Qanunu 

qəbul edildi. Bu və Prezident tərəfindən qəbul edilən digər bir neçə 

qərar və göstərişlər ölkədə hüquqi-normativ bazanın yaranmasına 

gətirib çıxardı. Prezident şəxsən məktubların baxılma müddətini, 

qanun pozuntusuna yol verən səlahiyyətli şəxslərin məsuliyyətini, hər 

bir vətəndaşm qəbul qaydalarını müəyyən edirdi. Qanunvericiliyə 

uyğun olaraq, hərbçilərin və Qarabağ müharibəsi iştirakçılarının, 

onların ailələrinin ərizələrinə on az vaxtda - 15 günə qədər baxılmalı 

idi. 


 

21 sentyabr 1999-cu il, Bakı 

 

Azərbaycanın paytaxtında «Əsrin müqaviləsi»nin imzalanmasnın 5 



illiyi qeyd edilir. Təntənəli mərasimdə  iştirak etmək üçün bir çox 

xarici ölkələrdən qonaqlar gəlib. Tədbirdə yanacaq və energetika 

naziri Viktor Kalyujninin rəhbərliyi ilə Rusiya nümayəndə heyəti də 

iştirak edir. Nazir Heydər  Əliyevlə görüşəndə böyük məmnuniyyədə 

Bakı ilə onu bağlayan xatirələrdən söhbət açır: «Burada babam, 

nənəm dəfn edilib, valideynlərim burada yaşayıb, bacım 1938-ci ildə 

bu torpaqda dünyaya göz açıb. Biz Neftçalada Stepan Razin 

qəsəbəsində yaşayırdıq. Müharibə başlayandan sonra «İkinci Bakı» 

kəşf olundu, atam ora köçdü. Mən Uralda anadan olmuşam. Tarixi 

köklər insanı həmişə çəkir. Bu torpaqda olmaq mənə çox xoşdur». 

Təbü ki, bütün bunlar lirik notlar üzərində keçən danışıqlar idi. 

Sonra isə  Xəzərin,  Şimali Qafqazm problemləri, neft marşrutlarnın 

müəyyən edilməsi kimi ciddi məsələlər müzakirə edildi. 

Heydər Əliyev dedi: 

 «Bizim  üçün  Şimali Qafqazda sakit şəraitin bərqərar olması 

Rusiya ilə əlverişli əlaqələrin qurulması deməkdir. Hazırda Rusiya ilə 

etibarlı  əlaqə dedikdə  nəqliyyat, digər kommunikasiya sahələrini, 

ticarət,  əmtəə mübadiləsinin aparılmasını  nəzərdə tuturam ki, bu da 

əhalinin maddi rifahının yüksəlməsinə yardımçı ola bilər. 

 


 

445


Dağıstan bizimlə yaxın qonşudur. Biz həmişə burada sabit şəraitin 

bərqərar olmasının tərəfdarı olmuşuq. Hələ 1997-ci ildə Moskvada 

rəsmi səfərdə olarkən Prezident Boris Nikolayeviç Yehsinlə görüşdüm 

və nümayəndə heyətimizin iştirakı ilə keçirilən görüşdə Dağıstandakı 

şəraitin çox ağır olduğunu, gündən-günə pisləşdiyini və buna diqqət 

yetirməyin vacibliyini bildirdim. Bu gün həmin faktlan mətbuat 

qarşısmda açıqlamaq məcburiyyətindəyəm ki, sonra bizim 

mövqeyimiz təhrif olunmasın». 

Yeltsin buna nə cavab verdü? «Hə, bilirik, məşğuluq». 

Nə ilə? Dünya mətbuatından artıq layiqli sərt cavabını alan bir 

insan nə ilə məşğul ola bilərdi. 1999-cu ilin avqustunda alman qəzeti 

«Reynişer merkurs» yazırdı: «Yeltsinə hörmətimizə baxmayaraq, onu 

canlı meyitlə müqayisə etməmək qeyri-mümkündür. Yeltsin sistemini 

qoruyub saxlamaq üçün vaxtaşın onu bərpa edirlər. Amraa Lenini 

əbədi saxlamaq mürakün olraadığı kimi, əyani təşviqat vasitəsi olaraq 

Yeltsin də Rusiyada bütün saatlan dayandırsa belə, vaxtı aldatmağa 

nail olmayacaq». 

«...Bu gün orada kimin xoşuna gəlməsə də belə, qeyd etməliyərək 

ki, Rusiya hökuraəti Dağıstanın təhlükəsizliyini qoruyaraq 

istiqamətində heç bir addım atraır. Mənira oradakı şəraitdən xəbərim 

olduğuna görə bu mövzuda damşmağa kifayət qədər əsasıra var. 

Mən raütəmadi olaraq Dağıstan nümayəndəliyi ilə görüşürəm. 

Onların dediklərinə görə, kimsə ayrıca gəlir, bir-iki adamla görüşür. 

Sonra da gedib hər  şeyin qaydasında olduğunu söyləyir. Hələ 

Dağıstanda hadisələr inkişaf etməzdən öncə Rusiyanm yüksək vəzifəli 

şoxslərindən biri burada olub. O, vəhabilərin çox inkişaf etmiş 

insanlar olduğunu, onlarla qarşılıqlı  əməkdaşlığın vacibliyini tövsiyə 

edib. Bu bəyanat Dağıstanda artıq məlumdur, bu xəbər bizə də gəlib 

çatıb. Bilirsiniz, Dağıstandakı Rusiya Federasiyasının müxtəlif 

xidmətlərinin bu cür məntiqsiz raövqe tutmaları Dağıstanın hazırda 

düşdüyü  şəraitin  əsasını  təşkil edir. Əlbəttə, bütün bunlar Rusiya 

hökumətinə çox gözəl məlum idi. Niyə heç bir ölçü götürülmədi, bu 

cür  şəraitin qalmasına yol verildi? Biz bundan çox əziyyət çəkirik. 

Həm qonşu, həm də  tərəf-müqabil kirai bu haqda açıq danışmağa 

əsasım var». 

 


 

446


H.Əliyev nəzakət xatirinə o «yüksək vəzifəlinin» adını  çəkmədi. 

Bu FTX-nin sədri, 1999-cu ilin mayından avqust ayınadək baş nazir 

(Rusiya hökuməti tarixində  ən qısa müddətdə  cəmi 82 gün) 

vəzifəsində çalışan Sergey Stepaşin idi. 1999-cu ilin avqustunda 

Yeltsinin əmri ilə Dağıstana gəlmişdi. Həmin vaxtda Şamil Basayevin 

başçılıq etdiyi hərbi hissə Çeçenistandakı  ərazilərə soxulmuşdu. E 

Çeçen müharibəsi də o dövrdə başlanmışdı. 

Avqustun 9-da Yeltsin Stepaşini istefaya göndərdi və bir ildə artıq 

3-cü baş naziri - Putini təyin etdi. 

«...Rusiya özünün çoxəsrlik tarixində ən çətin mərhələlərdən birini 

yaşayır. Bəlkə də, son 200-300 ildə o ilk dəfədir ki, dünyanın ikinci, 

hətta üçüncü dövləti olmaq təhlükəsi ilə üzləşib. Bunun baş 

verməməsi üçün bütün millətin intellektual, fiziki və  əxlaqi gücünün 

gərilməsi, oyanması vacibdir», - Vladimir Putinin «Rusiya yüzillik 

ərəfəsində» başlıqlı  məqaləsi bu sözlərlə bitirdi. Məqalə Yeltsinin 

istefasmdan bir neçə gün əvvəl Nazirlər Kabinetinin saytında dərc 

olunmuşdu. Sonra isə  qəzetlərdə çap edildi. Dekabrın 31-də Boris 

Yeltsin Patriarx H Aleksinin iştirakı ilə prezident səlahiyyətlərinin 

simvolu və «Parker» qələmini Putinə  təqdira etdi (qeyd edək ki, 

Patriarx onu Kremlə  nədən ötrü çağırdıqlarını bilmirdi). O, bütün 

qərarları, öz istefasmı belə, bu qələmlə yazmışdı. 

 

Ayrılarını könül candan... 



 

Siyasi xronikalar Heydər  Əliyevin Viktor Kalyujni ilə söhbəti 

zamanı verdiyi sərt bəyanat kimi bəyanatlan qoryub saxlayır. 

Vəziyyətdən optimal çıxış yolunu tapmaq, tərəflərin hər birini razı 

salan qərar qəbul etmək, lazım gələrsə, güzəştə belə getmək bacarığı 

da ona məxsus cəhətlərdən idi. 

Yevgeni Maksimoviç Primakov buna bənzər epizodlardan birini 

xatırlayır: 

- Rusiyanm xarici işlər naziri vəzifəsində çalışan zaman 

Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti məndən azərbaycanlı  və erməni 

əsirlərinin dəyişdirilməsi işini xahiş etdi. Mübadilə tam aparılmalı idi - 

hamını hamıya. Qırmızı Xaçın siyahısına görə, Azərbaycanda 100-dən 

çox əsir qeydə alınmışdı. 


 

447


Əvvəlcə Bakıya gəldik. «Heydər  Əliyeviç, istəyirəm siyahıya 

əsasən hərbi  əsirləri aparam», - dedim. «Yaxşı, üçündən başqa 

digərlərini buraxaram. Onlar ölüm hökmü alıblar. Adam öldürməkdə 

günahlandırılırlar», - dedi. «Əgər siz onları buraxmasanız, mən 

mübadiləni apara bilmərəm. Digər tərəf razı olmaz». Susduq. Bir neçə 

müddətdən sonra dedi: «Yaxşı, apara bilərsiniz». 

Primakov və xarici işlər nazirinin birinci müavini Pastuxov 

aeroporta gələndə onlara əsirlərdən birinin buraxılmadığı haqqında 

məlumat verirlər. Heydər  Əliyev moskvalıları yola salmağa gəlir. 

Əsirlərin hamısı Primakovun təyyarəsinə - İL-62-yə yerləşdirilir, 

Prezidentin göstərişinə baxmayaraq, yalnız bir əsir təhvil verilmir. 

Nazirin təyyarəsi uçmur. Əliyev öz qərarında qaldığım deyir. 

Qonaqlar aeroportda dördüncü stəkan çayı boşaltdıqdan sonra nəhayət 

ki, sonuncu əsiri təhvil almaq mümkün olur. 

Əliyev  ədliyyə nazirinin müavini Çingiz Əmirova tapşırır ki, 

əsirləri Yerevana qədər müşayiət edib, siyahıya  əsasən təhvil versin. 

Stepanakertdən qayıdana kimi, o, Primakovu Yerevanda gözləməli idi. 

Yevgeni Maksimoviç Əmirovun həyatının təhlükəsizliyini təmin 

etmək məqsədilə rusiyalı diplomatlardan onu səfırlikdə yerləşdirməyi 

xahiş edir. 

Yevgeni Maksimoviç sözünə davam edərək deyir: - Artıq Bakıya 

dönəndə nazir müavini yüksək  əhval-ruhiyyədə idi. Düzdür, əvvəllər 

içmədiyini iddia etsə  də, yolda onunla araq da vurduq. Bir neçə ay 

sonra bu cür yaxşı  və xoşxasiyyət insanın dünyasını  dəyişdiyini 

eşidərkən düzü çox pis oldum. 

Xeyriyyə aksiyasınm digər iştirakçısı Boris Nikolayeviç Pastuxov 

əlavə olaraq bunları da qeyd edir: 

- Stepanakertdə  də  Qırmızı Xaçın siyahısında adı olan üç əsirin 

verilməsindən imtina edildi. Bəhanə «onların hava hücumundan 

müdafiə vasitələrinin yeri haqqında məlumatlı» olmaları idi. Onları 

inandırdıq ki, əgər bu zenitlərdən bir dəfə də olsa atəş açıhbsa, artıq 

onları müəyyən ediblər. 

Nə isə, Bakıda baş verənlər burada da təkrar olundu. Biz hamısını 

almayınca getməyəcəyimizi dedik. Nəhayət ki, hər birini təhvil aldıq. 

200-dən artıq insan həmin gün öz ailəsinə döndü. 

 

  



 

448


- Bu insanların çoxunun üzünə baxmaq olmurdu. Ac, üsti cırıq, 

döyülmüş, bədbin  əhvalda idilər, - deyə Yevgeni Maksi moviç 

Primakov xatırlayır. - Özümü saxlaya bilmədim, kövrəl dim, gözlərim 

yaşla doldu. Bu mənzərəni görməmək üçür təyyarənin digər tərəfinə 

keçəndə «Çox sağ ol, Rusiya!» qışqırıqlarını  eşitdim. Hərbi  əsirlərin 

içərisində ruslar da var idi, Dərhal onlar Bakı  və Yerevandakı 

səfirliyimizə göndərildi. Uşaqlara bilet alnınasmı və Rusiyaya evlərinə 

çatdırılmasmı tapşırdıq. 

Primakovla Pastuxova Əliyevin son ad günlərindən birində iştirak 

etmək də nəsib olmuşdu. Böyük ailə bir yerə toplaşmışdı. 

Bax onda mən  Əliyevin necə ata, baba olduğunu gördüm, - 



deyə Pastuxov bir qədər kövrək tərzdə xatırlayır. O, eyni zamanda, 

həm tanıdığım adam idi, həm də yox. O, başdan- ayağa işıq saçırdı. 

Əliyevin ailəsi ilə keçirdiyim bu bir neçə saat yaddaşımda  ən parlaq 

günlərdən biri kimi qalıb. 

Pastuxov uşaqlıqdan poeziya vurğunu idi və  həvəslə sevdiyi 

şeirləri  əzbərdən söyləyirdi. Bu, Əliyevlə onu yaxın edən 

xarakterlərindən biri idi. Bir dəfə o, Azərbaycan Prezidentinin qəbul 

otağındakı kitab rəfinə göz gəzdirir. 

- Baxıram, Səməd Vurğunun sizdə müxtəlif nəşrləri var. 

Ruscası da var, - kitablardan birini götürdüm və Heydər Əlyevdən 

xahiş etdim ki, qol çəksin. 

Qol çəkdi və sonra soruşdu: 

- Nəyə görə sizi Səməd Vurğun maraqlandırdı? 

Konstantin Simonovun onu necə qiymətləndirdiyini bildi-



yimə görə. Çox gözəl lirikası var... «Hərdən olur, bolşevik də 

Londona ayaq basır...» Sonra o təklif edir: Səməd, onlara bir-iki söz 

de, yediklərini burunlanndan gətir!» 

Əliyev ürəkdən güldü. 

- Mən elə bilirdim ki, Vurğun yalnız  əsl partiya şairi olub, -

deyə Pastuxov etiraf etdi. -  İnqilabdan, Oktyabrdan, 1 May-dan yazıb. 

- Yəqin yalnız belə  şeirləri, özü də çox pis tərcümə edib sizə 

tanıdıblar, - deyə  Əliyev cavab verir. - Vurğun üçün Pastemak 

tapılmadı. Onun çox gözəl lirikası var. Bir qulaq asın... 

Sonra o, bir-birinin ardınca, Azərbaycan dilində S.Vurğunun 



 

 

449


bir neçə  şeirini oxudu.   Musiqini hiss cdirsiniz? Bəs Azərbaycan 

haqqındakı misraları necə? 

 

El bilir ki, son mənimsən,  

Yurdum, yuvam, məskənimsən.  

Anam, doğma vətənimsən,  

Ayrılarmı könül candan,  

Azərbaycan! Azərbaycan! 

 

- Mən bu sətirlərin 1998-ci il oktyabrın 18-də necə gözəl 



səsləndiyini də xatırlayıram, - deyə Pastuxov onun fıkrini sanki təsdiq 

etdi. 


Həmin gün iki hadisə - Dövlət Müstəqilliyinin elan edildiyi və 

Prezidentin inauqurasiya mərasimi günü üst-üstə düşmüşdü. Heydər 

Əliyev and içdi, sonra həmişəki kimi, kağızsız nitq söylədi. Onun nitqi 

hamını, qəlbinin  ən dərin guşəsinədək təsirləndirdi. Azərbaycanın 

daxili problemlərini, Qafqazm ümumi məsələlərini, Rusiya-

Azərbaycan münasibətlərini öz polad məntiqi ilə  təhlil etdi və qulaq 

asanları daxilən silkələdi. Zal yarım saata yaxın bir müddətdə artıq 75 

yaşlı, lakin xarici görünüşündə bunu qətiyyən büruzə verməyən bir 

insamn nitqini dinləyirdi... 

Təntənəli mərasimə dünyanın bir çox ölkələrindən, MDB, Yaxın 

Şərq ölkələrindən, Avropadan dövlət nümayəndələri gəlmişdi. «Bu, 

Heydər Əliyev avtoritetinin dünya miqyasında qəbul edilməsi demək 

idi, - Şimali Osetiya Prezidenti Alek-sandr Sergeyeviç Dzasoxov 

deyir: 


Onun dünya miqyash, təcrübəli siyasətçi kimi qəbul edildiyi 

İslam dövlətlərində,  ərəb ölkələrində çox populyar olduğunu xüsusi 

qeyd etmək istəyirəm. 

Andiçmə mərasimindən sonra böyük qəbul oldu. Xarici qonaqların 

təbrikləri, nitqləri, çıxışları dinlənildi. 

«Deyirlər, bir çaya iki dəfə girmək mümkün deyil», - Aleksandr 

Dzasoxov çıxışına bu sözlərlə başladı. - Heydər  Əlyeviç isə bu fıkri 

alt-üst etdi. Biz də çox xoşbəxtik ki, Azərbaycan xalqının belə bir 

lideri var... Siyasətçilərin münasibəti sıravi insanların qiymətindən 

fərqli deyil. Heydər  Əliyevi bir insan kimi incitdilər, lakin o, antik 

qəhrəmanlar kimi doğma 

 


 

450


torpağına qayıtdı, bu yerlərdən yeni güc aldı  və öz xalqına sahib 

çıxdı». 


Qəbul zamanı Heydər Əliyevin kövrək duyğuları coşdu və Səməd 

Vurğunun möhtəşəm sözlərini dilə gətirdi: 

Ayrılarmı könül candan, 

Azərbaycan! Azərbaycan! 

Yazıçı Elçin Əfəndiyev  Türkiyədə Füzulinin 500 illiyinin qeyd 

olunmasını xatırlayır; 

- Dövlət qəbulunda istedadlı Azərbaycan müğənnisi Səkinə 

İsmayılova «Küçələrə su səpmişəm» mahnısını oxudu. Heydər 

Əliyevə bu mahnı  həddindən artıq təsir eləmişdi.  İndiyə  qədər bu 

səhnə gözümün qarşısından getmir. Mən Heydər  Əliyevə baxaraq 

düşünürdüm ki, Azərbaycan mədəniyyətini, Azərbaycan musiqisini bu 

cür ürəkdən sevən bir şəxs öz Vətənindən uzaqda, ələlxüsus, təcrid 

olunduğu vaxtlarda, görəsən, necə dözə bilib?» 

Ona güc verən doğma mədəniyyətin, milli incəsənətin, elmin pak 

mənbəyi idi. Biz Heydər  Əliyevin böyük Azərbaycan  şairi Hüseyn 

Cavidin yaradıcıhğma necə diqqətlə yanaşdığını, onun nəşinin vətənə 

qaytarılması,  əsərlərinin müasir oxucuya çatdırılması üçün nə  qədor 

əziyyət çəkdiyini qeyd etmişdik. 

Azərbaycan mədəniyyəti və elminin dühaları arasında 

respublikanın Elmlər Akademiyasının prezidenti, Azərbaycan Dövlət 

Universitetinin rektoru, SSRİ Elmlər Akademiyasınm müxbir üzvü 

Yusif Heydər oğlu Mənınədəliyev də olmuşdur. 

1996-cı ilin sentyabrmda Respublika saraymda böyük alimin 

anadan olmasının 90 illiyinə  həsr olunmuş  təntənəli mərasim 

keçirilirdi. Heydər Əliyev deyirdi ki, respublikada geniş qeyd olunan 

bu yubiley bizim elmimizi dünya səviyyəsində tanıtdıran, öz 

təkrarolunmaz  şəxsiyyətinin böyüklüyü ilə doğma diyann ürək 

genişliyini, gözəlliyini göstərən Yusif Mənınədəliyevə hörmət və 

ehtiramımızın  əlamətidir. Yeni ideyalann müəllifi, pedaqoq, böyük 

nəzəriyyəçi, yorulmaz təşkilatçı, zəhmətsevər insan - akademik Yusif 

Mənınədəliyev bizim xalqımızın yaddaşmda məhz bu cür qalıb. 

İki il keçdi və Prezidcnt Heydər  Əliyev Bakmın  ən gözəl 

guşələrindən birində akademik Yusif Mənınədəliyevin abidəsinin 

açılışında iştirak etdi. Böyük ahm sanki öz düşüncələrinin 450 

  


 

451


içində, sadəcə bircə anlıq dincəlməkçün  əyləşmişdi. Onun arxasında 

qala divarları, qarşısmda sonsuz insan axını. Sanki biri-birini dəyişən 

nəsillər onun qarşısından keçib hörmət və ehtiramlarını nümayiş 

etdirirlər. 

Heydər Əliyev həmin açıhşda dedi: 

- Qədim adət-ənənəyə uyğun olaraq, Azərbaycanda və 

ümumiyyətlə, bütün Yaxın  Şərqdə insana heykəl qoymaq adəti 

yoxdur. Lakin bizim xalq inkişaf etdi, öz həyatmda dünya 

mədəniyyəti nümunələrini tətbiq etməyə başladı  və XX əsrdə 

Azərbaycanda gözəl və  təkrarolunmaz memarhq abidələriylə yanaşı, 

heykəltəraşlıq abidələri də qoyulmağa başladı. Bu abidələr bizim 

ölkəmizin estetik görünüşünü bir az da zənginləşdirmiş oldu... 

1996-cı ildə biz akademik Yusif Mənınədəliyevin 90 illik 

yubileyini böyük ümumxalq bayramı kimi qeyd etdik. Bu, indiki 

nəslin onun xidmətlərinə ehtiramının əlamətidir. Mən şadam ki, Yusif 

Məmmədəliyevin abidəsinin qoyulmasıyla bağlı  fərmanın bu gün 

həyata keçir. Burada alimin qızı  çıxış etdi, atasının abidəsinin 

qoyulmasında iştirak edən hər kəsə öz dərin minnətdarlığını bildirdi. 

Mən də Sevda Mənınədəliyevanın bu təşəkkürlərinə qoşuluram. Onun 

çıxışma qulaq asarkən fikirləşdim ki, həqiqətən də, atasına layiq 

qızdır. O, çox gözəl çıxış etdi. Yəqin atasının istedadı qanla ona da 

keçib. 


Heydər  Əliyev haqhdır. Sevda Mənınədəliyeva Azərbaycan 

mədəniyyət nazirinin müavini, tannınış ictimai xadim və filosofdur. 

Onun səyi nəticəsində atasının xatirəsinə hosr olunmuş «Akademik» 

kitabı işıq üzü görmüşdü. 

Yusif Mənınodəliyevi doğma diyardan kənarda - Rusiyada, bütün 

dünyada da xatırlayırlar. YUNESKO-nun qərarıyla böyük alimin 100 

illik yubileyi qeyd olundu, 2005-ci il Yusif Mənınədoliyev ili elan 

edildi. 


1996-cı ildə Azərbaycanda daha bir yubiley - general Heydərovun 

70 illiyi keçirildi. Məlum məsələdir ki, bu, Prezidentin şəxsi təşəbbüsü 

idi. Adamla dolu olan zala müraciət edən Prezident general 

Heydərovun  şəxsi dəyanəfini, mübarizliyini qeyd etmiş, onun böyük 

dövlət və siyasi xadim olduğunu bildirmişdi. Əfsuslar olsun ki, o, bu 

günə  qədər yaşaya bilmədi, öz oğullarnın - Muradın və Maqsudun 

gələcəyini görmədi, nəvələrini bağrına basmaq ona qismət olmadı... 

 


 

452


Murad Heydərov indiyəcən xatırlayır ki, Prezident onun atasının 

adını çəkərkən səsi titrədi, göz yaşlarnıı saxlaya bilmədi... Bu çıxışın 

stenoqramı Heydərovlar ailəsində  ən böyük, ən müqəddəs bir xatirə 

kimi saxlanüır. 

Xatırladaq ki, Heydər  Əliyev «memuar yazırsmızmı» sualına 

«hərdən, yeri gətendə  bəzi epizodlan danışıram» cavabım vermişdi. 

Bu epizodlarda detallar var ki, onlarsız tarix yoxdur. 

... Moskvada böyük iclas gedir. Hesabatla çıxış edən dissidentlər 

haqqında damşır. «Bizdə dissidentlər yoxdur», - deyə  Əliyev 

yaxınlığmdakı yazıçı Anara tərəf əyilir. 

... 1999-cu il dekabrın 25-də Heydər  Əliyev bir qrup rusiyalı 

jumalisti qəbul edirdi. Görüşün sonunda Rusiya Jurnalistlər İttifaqının 

katibi Gennadi Maltsev Heydər  Əliyevdən onun aforizmlər kitabına 

avtoqraf yazmasını xahiş etdi. 

«Hardan qol çəkim? - Əliyev soruşdu. - Bax, burdan çəkəcəm... 

Bizdə indi hər  şey azərbaycancadır, bircə imza əvvəlki kimi rus 

dihndə qahb». 

Görəsən, ilk dəfə o nə vaxt belə qol çəkmişdi? Texnikumda 

oxuyanda, institut tələbəsi olanda, ya bəlkə DaxiH İşlər üzrə Xalq 

Konınisarlığmda çahşan zaman? Hər halda, bu uzun, sonu qıvrılan 

imza onunla bir ömür yol gəlmişdi. Bununla belə, Heydər  Əliyevin 

müsahiblərinin dediyinə görə, o, 15-16 yaşınadək rus dilini bilmirmiş. 

Biz bu haqda başqa mülahizələr də çox eşitmişik. Görəsən, həmin 

adamlarm çoxu özləri rus dilini hansı  səviyyədə bildiklərinin fərqinə 

vanblarmı?  Əliyev rus dilini məktəb, texnikum yaşlarmdan 

öyrənmişdi. Onun təkmilləşməsi ilə məşğul olmuşdu. O, rus dilini nə 

vaxt öyrənməsinin tarixini damşanda,  əlbəttə, məişət səviyyəsində 

bilməyi nəzərdə tutmurdu. Başqa dili də öz doğma dili kimi bilməyi 

deyirdi. 

80-ci iUərin sonu, 90-cı illərin  əvvəllərində rus və rusdilli əhali 

kütləvi surətdə Azərbaycanı  tərk edirdi. Rusiya ali məktəblərində 

təhsil alanlar diplomlarım gizlətmək məcburiyyətində idi. Onların 

savadmdan istifadə olunmurdu. Azərbay-canda Xalq (?!) Cəbhəsinin 

hakimiyyətə  gəlişi ilə keçən  əsrin ortalannda Çində geniş  işiənən 

terminlə desək, «mədəni inqilab» hərəkətə  gəldi. Yeni xunveybinlər 

professor və akademikləri  cəmiyyətdən uzaqlaşdırırdılar.  Kəndlərdə  

özlərinin 

 


 

453


«universitetlərini» açmağa başlamışdılar. Dunya şöhrətlı Neft 

Akademiyası yeni dərs ilinə yalnız 1992-ci ilin dekabr ayında start 

verə bilmişdi. 

Heydər Əliyev o illəri yada salarkən deyirdi: «...Özünüreklam kimi 

başa düşməyin, Amma mən Azərbaycanda rəhbərliyə qayıdandan 

sonra bir çox rus bura döndü. Bizim üçün, əlbəttə, Rusiya-Azərbaycan 

qarşılıqlı münasibətləri böyük əhəmiyyət kəsb edir. Sizə deyə bilərəm 

ki, Azərbaycan Rusiya ilə dostluq münasibətlərinin möhkəmlənməsi 

və inkişafında qəti mövqe tutub». 

Azərbaycanın  ən nüfuzlu mədəniyyət xadimləri, ziyalıların  ən 

görkəmli nümayəndələri də bu mövqeyə  şərik idilər. Məsələn, 

Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin  şahidliyinə istinad 

edək: «Siz bilirsiniz də mən bütün həyatım boyu «türk, türk», - deyə 

hayqırmışam, lakin həqiqət var. Biz böyük rus dili, rus mədəniyyəti 

məktəbi keçmişik. Necə ki sovet təhsil sisteminə bərabər təhsil sistemi 

yoxdur, eləcə  də rus təhsil sisteminin də tayı-bərabəri yoxdur. Rus 

mədəniyyəti isə  həqiqətən, dünya mədəniyyətinin zirvələrindən 

biridir». 

 

1   ...   27   28   29   30   31   32   33   34   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə