GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə32/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

9 yanvar 2001-ci il, Bakı 

 

Həmin gün Heydər  Əliyev Binə hava limanında «Rusiya» 



təyyarəsinin trapı önündə bu ölkənin Prezidenti Vladimir 

Vladimiroviç Putini qarşılayırdı... Rəsmi səfər - bayraqlar, himn, milli 

geyimdə  uşaqlar, hərbi qarovul rəisinin raportu... Hər  şey yüksək 

səviyyədə keçirdi. 

Bu, 10 illik postsovet dövründə Rusiya Prezidentinin Azərbaycana 

ilk rəsmi səfəri idi. Bundan əlavə, 2001-ci il yeni əsr və ümumilikdə, 

Putinin ilk xarici səfəri idi. 10 il ərzində Azərbaycana diqqətsizliyi ilə 

seçilən sələfindən fərqli olaraq Putin Azərbaycan Respublikası ilə 

gələcək mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsinə 

hazır olduğunu nümayiş etdirirdi. Əliyev çox az müddət öncə mövcud 

olan münasibətlərdən incik olduğunu gizlətmirdi. O, Rusiya və 

Azərbaycan nümayəndə heyətlərinin görüşü zamam bunu açıq şəkildə 

bildirdi: 

 


 

454


- Bu gün Rusiya Federasiyası Prezidentinin Azərbaycana rəsmi 

səfəri başlandı. Vladimir Vladimiroviç, sizi Bakıya səfəriniz 

münasibətilə ürəkdən salamlayıram. Mənim və Azərbaycanda əhalinin 

istəyini nəzərə alıb dəvətimi qəbul edərək gəldiyinizə görə  dərin 

təşəkkürümü bildirirəm. 

Bu səfərin tarixi əhəmiyyət daşıdığmı desəm, yəqin ki, 

yanılmaram. Çünki müstəqillik  əldə etdikdən sonra Rusiya 

Fedrasiyasnın başçısı Azərbaycanda olmayıb. Bəlkə bunun hər hansı 

bir ciddi səbəbi var, Amma bu, bizim üçün vacib amildir və bu cür 

səfərin baş tutmasmı çox istəyirdik. Hazırda bu görüşü MDB 

tərkibində, MDB Dövlət Başçıları  Şurasmda birgə  işlərkən, ikitərəfli 

görüşlər zamanı çox yaxşı tanış olduğumuz, bütün məsələlərdə çox 

böyük anlaşmaya nail ola bildiyimiz Vladimir Vladimiroviç Putin 

reallaşdmr. 

Danışıqlarınn mövzusu geniş idi: iqtisadi əlaqələr, Xəzər dənizinin 

statusu, Qarabağ, təşkilatlanmış cinayət və terrorizmlə mübarizə... 

Putin Heydər  Əliyevə  və bütün Azərbaycan rəhbərliyinə

Dağıstandakı yaşayış binalarını partlatmaqda əli olan şəxslərin 

Rusiyaya təhvil verilməsinə görə öz minnətdarhğmı bildirir və deyir: 

«Biz bilirik ki, həmin cinayətkarları Rusiyaya təhvil verdikdən sonra 

şəxsən sizin həyatmıza qəsd etmək, terror aktı törətmək hədələri çox 

olmuşdu. Amma siz qorxmadmız, əsl mübarizlik nümayiş etdirdiniz». 

Rusiya Prezidenti Heydər  Əliyevə rus dilinə göstərdiyi diqqətə 

görə də xüsusi minnətdarlığmı bildirdi: 

- Bildiyimə görə, hazırda Bakıda sovet dövründə fəaliyyət göstərən 

rus məktəblərinin, demək olar, hamısı  işini davam etdirir, rus dili 

qorunur. Bu bir daha onu göstərir ki, bizim əməkdaşlığımız 

Azərbaycan rəhbərliyinin göstərdiyi diqqət sayəsində  gələcəyə 

ünvanlanmışdlır. 

«Heydər Əliyev: Təkcə məktəblər deyil, ali məktəblərdə fakültələr 

də fəaliyyətini davam etdirir. 

Vladimir Putin: Yəni rus dilinin öyrənilməsi işi hələ  də aparıhr. 

Bu, həqiqətən, münasibətlərimizin inkişafmda gözəl bazanm 

olmasmdan xəbər verir. Hesab edirik ki, mədəniyyət və incəsənət 

gələcəkdə  də  əlaqələrimizin möhkəmləndirilməsində başlıca rol 

oynayacaq». 



 

455


Rusiya Prezidenti ilə  bərabər Azərbaycana Dağıstan, Həştərxan 

vilayəti, Şimah Osetiya regionlan başçıları da gəlmişdilər. 

«Vladimir Putin: Bizim fikrimizcə, Rusiya Federasiyası 

regionlarnın Azərbaycanla əməkdaşlığı qarşılıqlı fəaliyyətimizin vacib 

sahəsidir. 

Heydər  Əliyev: Qeyd etdiyiniz regionlarla əməkdaşlıq fikri 

müstəsna  əhəmiyyət daşıyır. Bir faktı xatırlatmaq istərdim ki, 

Azərbaycanla Rusiya Federasiyası regionlarnın iqüsadi əməkdaşlıq 

cəhdləri hələ neçə il əvvəl yaramb. O dövrdə federasiya 

subyektlərindən bir neçəsi bu təşəbbüslə  çıxış etmiş  və  tərəfimizdən 

müsbət qarşılanmışdı, lakin mərkəzi hökumət bu məsələyə  əksinə, 

mənfi münasibət göstərdi. 

Vladimir Putin: Heydər Əliyeviç, artıq bu xəstəlik arxada qalıb. 

Heydər Əliyev: Mən bunu ona görə vurğulayıram ki, indi artıq Siz 

tərəfdən təklif gəlir. Qujvin (o vaxt Astraxan əyaləti-nin qubernatoru. 

2004-cü ildə dünyasmı  dəyişib - müəlliflər) yəqin ki, bizim 

dəvətimizi, bura gəlməyini xatırlayır. Artıq razılaşmanı hazırlayırdıq, 

lakin Moskvadan qərar gəldi ki, icazə verilmir. Buna baxmayaraq, biz 

razılaşmam həyata keçirdik. Dağıstan və Rusiya Federasiyasnın digər 

subyektləri ilə  də  həmçinin. Bu məsələ ilə bağh sizin rəyiniz bizim 

fikirlərimizlə tam üst-üstə düşür. Çünki Rusiya böyük ölkədir, bəzən 

onun subyektləri hətta bizə yaxın olanlar iqtisadi potensialına görə 

Azərbaycanla bərabər olur». 

Azərbaycanın nüfuzlu pohtoloqlan V.V.Putinin 1990-cı ilin 

yanvarmda sovet qoşunlarnın dağıdıcı  əməliyyatı  nəticəsində  həlak 

olan insanlarm uyuduğu  Şəhidlər Xiyabanmı ziyarət etməsini səfərin 

əlamətdar hadisəsi kimi dəyərləndirirlər. Yeni demokratik Rusiya

sovet keçmişinin dramatik sohifələrinin altından sanki xətt çəkirdi və 

bu, Azərbaycanda böyük məmnuniyyət hissi ilə qəbul edilirdi. 

Hər iki ölkə prezidentinin birgə  mətbuat konfransmdan sonra 

Vladimir Pufin qeyd etdi: 

- Son 10 ildə Rusiya dövlət başçısnın Azərbaycanda olma-ması 

faktı ikitərəfli münasibətlərdə ciddi nöqsan kimi özünü göstərir. 

Demək, Qafqazda regional əlaqələrdə də, həmçinin belədir... 

 


 

456


10 ilin 9-u Yeltsin dövrünə düşürdü. 

Bakıya gələrkən Vladimir Vladimiroviç Putin Azərbaycan 

Prezidenti üçün qeyri-adi və çox bahalı bir hədiyyə hazırlamışdı  və 

bunu Slavyan Universitetində  tələbələrlə görüşü zamanı ona təqdim 

etdi. 

- Heydər  Əliyeviç ömrünün çox mühüm illərini mənim doğma 



şəhərim Peterburqda - Leninqradda keçirib. Orada xüsusi məktəb 

bitirib, - deyo Rusiya Prezidenti təbəssümlə vurğuladı. - o, hələ bunu 

bilmir, gözlənihnəz bir sürprizdir. Mən həmkarlarmıdan xahiş etdim 

vo bir neçə arxiv sənədlərinə baxdıq. Budur, xüsusi məktəbi bitirməsi 

haqqında  şəhadətnamə. Burada qeyd olunub: «Baş leytenant Heydər 

Əüyevin  şəhadətnaməsi. 16 may 1949-cu il». Bu da təhsilin 

göstəricilə-ri. Hamısmı olmasa da, bir neçəsini,  əsasmı sizə oxumaq 

istər-dim. Dialektik və tarixi materializm - ola, çekist hazırlığı - əla, 

SSRİ və xarici dövlətlərin iqtisadi və siyasi coğrafıyası - əla, cinayət 

hüququ - əla,  ədəbiyyat - yetərli, hərbi iş - yetərli, rus dili - əla. 

Fikirləşirəm ki, burada başqa qiymət yoxdur. Hamısı  əladır...  Əgər 

sizin universitet tələbələri də Azərbaycan Prezidenti kimi oxusa, onda 

bu ölkənin çiçəklənməsi və inkişafı etibarlı əllərdə olacaq». 

Yeri gəlmişkən, Leninqrad Xüsusi Məktəbini bitirəndon 2 il sonra 

Heydər Əliycv Azərbaycan Universitetinin tarix fakültəsinə daxil olur, 

müharibənin imkan vermodiyi işi indi həyata keçirmək lazım gəlirdi. 

Çünki çalışdığı işlə olaqədar, ona ali təhsil lazım idi. Qiyabi oxumaq 

məcburiyyətində qalır. 

Tosadüfə bax ki, qəbul imtahanlarında Heydər  Əliyev öz köhnə 

sinif yoldaşı, Naxçıvan Pedaqoji Texnikumundan tanıdığı Dövlət 

Məmmədovla rastlaşır. Dostlar əl-ələ verməyi qərara aldılar. Məhz bu 

yaxınlıq 14 avqust 1951-ci ildə rus dih imtahanında Heydərlə baş 

veron epizodu tarixdə saxlamağa imkan verdi. Dostlar «SSRİ tarixi» 

və «Azərbaycan dili»ndən yazılı imtahandan «əla» qiymət almışdılar, 

indi isə rus dili və  ədəbiyyatından birgə imtahan verirdilər.  Şifahi 

imtahandan Heydər «əla», yazılıdan isə «yaxşı» qiymət aldı. Hərçənd 

ki, o, inşada bircə səhv belə buraxmadığma tam əmin idi. 

1951-ci ilin həmin avqust gününü Dövlət Məmmədov belə 

xatırlayır: 

 


 

457


«Müəllim öz dediyindən dönmədi, bildirdi ki, yazı verilən qiymotə 

layiqdir, hara istəsən,  şikayət edə bilərson. Heydər imtahan vərəqini 

götürüb universitet rektorunun yanına üz tutdu. Abituriyenti dinləyən 

rektor bu mübahisoli məsoləni baxılınaq üçün komissiyaya göndərdi. 

Başqa bir versiyaya görə, yeddi nəfərlik komissiya inadkar 

abituriyenti çox ciddi bir sınağa çəkdi. S.M.Kirov adına Azorbaycan 

Dövlot Universiteti tarix fakültəsinin abituriyenti Heydər Əlirza oğlu 

Əliyevin 2659 nömrəli imtahan vərəqi bizim qarşımızdadır. Üçüncü 

qrafada «Rus dilindən yazılı imtahan»ın qarşısındakı «yaxşı» 

qiymətinin üstündən xətt çəkilərək «əla» yazılıb. Aşağıda belə bir 

dərkənar var: yazılmış «əla» nəticəsinə inanmalı. tmza. Komissiyanın 

sədri öz həmkarına görə üzr istəyir. 

Heydər Əliyev universitetin rektoru, professor Hacıyevə ərizəsində 

yazır: 


«Öz ali təhsilimi və tarix sahəsində biliklərimi artırmaq istəyirəm». 

O, tarixin ilk imtahanından dəyanətlə çıxdı. Qəbul imtahanı «əla» 

qiymətlə verilib, diplom da «əla» qiymətlərlə müdafiə olunub. 

O dövrlorin bir çox maraqlı epizodları Dövlət Məmmədovun 

yaddaşında yenidən canlanır. Mühazirələr, zaçot və imtahanlara birgə 

hazırlaşmaqları... Növbəti zaçotdan sonra Dövlət göz xəstoxanasında 

müalicə olunan bir qohumlarına baş  çəkmək istəyirdi, Heydərsə öz 

işləriylə bağlı harasa tələsirdi. Lakin dostunun klinikaya getmək 

istədiyini biləndə Heydər sevindi və dedi ki, mən də səninlə gedəcəm: 

- Niyə  zəhmət çəkirsən, sənin öz qayğıların da çoxdur, -deyə 

Dövlət etiraz etdi. 

- Eybi 


yox... 

Köhno dostumun planlarını  nəyə görə  dəyişdiyinin səbəbini mən 

yalnız klinikada anladım. Heydər: 

- Burada 

mənim bir tanışım işloyir, - dedi, - bir dəqiqə ona baş 

çəkim. Yoxsa bura gəldiyimi eşidər, inciyər ki, ona dəyməmişəm. 

Bir neçə  dəqiqə sonra o, gözəl bir qızla doktorun kabinetindon 

çıxdı. 


-Tanış ol, Dövlət, bu Zərifə xanımdır, mənim dostum Tamerlanın 

bacısıdır. 

 


 

458


Zərifə öz pasientlərinin yanına qayıdandan sonra mən Heydərlə 

zarafat etdim: 

- Heydər, sən buraya, deyəsən, mənim qohumuma yox, öz 

qohumuna baş çəkməyə gəlmisən. 

- Hə, indi artıq sənin də qohumuna baş çəkmək olar, - deyə Heydər 

gülümsündü. 

Bir müddət sonra isə mən onu və Zərifə xanını toyları münasibətilə 

təbrik etdim. Sonra isə Allahın buyurduğu vaxtda, onun qızı Sevil 

dünyaya gəldi. Heydər  Əliyev onu - təhlükəsizhk kapitamnı doğum 

evinə buraxmamaqları epizodunu sonralar tez-tez xatırlayırdı. 

 

O vaxt Bakıdakı 5 nömrəli doğum evinin baş  həkimi  Şamama 



Mənınədkərim qızı  Ələsgərova idi. O, Əziz  Əliyevin doğma bacısı, 

Zərifə xanının bibisi idi. İndi bu doğum evi gözəl həkim, Sosialist 

Əməyi Qəhrəmanı Şamama Ələsgərovanın adını daşıyır. 

Şamama xanım Zərifəni xəstəxanaya gətirmiş Heydəri də o biri 

atalar kimi evə göndərdi. 

- Sizə içəri daxil olmaq olmaz. Siz artıq öz işinizi görmüsünüz, 

qalanı bizhkdir. 

Bu hadisənin üstündən ihər ötür və Heydər Əliyev Yaponiya səfəri 

zamanı ölkəyə  gətirilən qiymətli avadanhğı bu doğum evinə 

bağışlayır. Ali qonağı doğum evinin bütün kabinetlərini gəzdirirlər, 

nəhayət, ən böyük otağa - doğuşların qəbul edildiyi yerə gətirirlər, 

- Necə olur ki, bizi buraya buraxırsımz. O vaxt Şamama xanım 

bizi kandardan içəri buraxmazdı. 

- İndi də heç kimi buraxmırıq. Sadəcə, Sizə görə, cənab Prezident, 

qaydalardan kənara çıxmışıq. 

Bu hadisəni bizə öz kiçik kabinetində tibb elmləri doktoru, 

professor Nailə Musayevna Şəmsəddinskaya danışdı. Mehriban, gözəl 

tələbə qız əhndəki dəftəri bir kənara qoyub öz müəlliminin söhbətinə 

qulaq asır. 

- Oradan, 

şkafdan mənə fotoları verin, - deyə Nailə Musayevna 

müraciət edir. 

Köhnə  şəkillərdən birində  Zərifə xanım gülümsünür. Onlar əvvəl 

məktəbdə, sonra da Tibb İnstitutunda birlikdə oxumuşdular. Başqa bir 

fotoda Şamama xanımı görürük. 

 


 

459


 

- Mən şadam ki, onlar həmişə mənimlədir. Fyodor Nikolayeviç 

İlyin kimi. 

Azərbaycan Tibb İnstitutunun mamalıq və ginekologiya ka-

fedrasına uzun müddətdən bəri rəhbərlik edən Nailə Şəmsəddinskaya 

öz tarixi oçerkini mərhum həmkarlarına və öz müəllimi, istedadlı alın 

və yazıçı, həkim Fyodor İlyinə  həsr edib. Onun adını biz artıq qeyd 

etmişdik. Nailə xanım oçerkində yazır: «Fyodor Nikolayeviç 

Azərbaycanda mamalıq və ginekologiya sahəsinin banisi olub». 

Nailə xanımın yaddaşına müəllimiylə olan onlarla görüşü  əbədi 

həkk olunub. 

Budur, başına qırçmh  şlyapa qoymuş Nailə xanım müəlliminin 

böyük kabinetinə daxil olur. Hörükləri şlyapamn altından sallanır. 

Artıq çoxdandır ki, professorun gözləri görmür. 

- Siz 

birbaşa küçədən gəlirsiniz? 



- Bəh, siz hardan bildiniz. 

- Təmiz havadan. Hansı mühazirələrdə olmusunuz? 

- Diamat, 

istmat. 


- Eh, 

bu 


kimə lazımdır ki.. 

Nailə Leninqraddan, elmi ezamiyyətdən qayıdandan sonra 

professor onu Leninqrad barədə  ətraflı sorğu-suala çəkmişdi. 

Leninqraddan başqa heç bir şəhər onun üçün doğma olmadı. İnstitutda 

pıçıldaşırdılar ki, İlyin Oktyabr inqilabının qəhrəmanı  və sonralar 

Stalin tərəfındən «xalq düşməni» elan olunan matros Raskolnikovun 

qohumudur. EIə Nailənin özünə də «Xalq düşməninin qızı» deyirdilər. 

Onun atası, AZMİK-nin katibi Musa Mənınəd oğlu  Şəmsəddinskini 

1937-ci ildə on yeddi il cəzaya məhkum etmişdilər. 

- Bu 


hadisə yeni il bayramından dərhal sonra olmuşdu, - Nailə 

xanım onu belə xatırlayır. -Evdəki «yolka»nı  hələ  yığışdırmamışdıq. 

Bir neçə gün sonra anamı da apardılar. 

Qızı  nənəsi tərbiyə etdi. Məktəbi  əla qiymətlərlə bitirdi. Amma 

arzuladığı Tibb İnstitutuna qəbul etmədilər. Onlar Moskvaya müraciət 

etdilər. Paytaxtdan cavab çox tez gəldi: «Vətəndaş 

N.M.Şəmsəddinskaya qəbul imtahanlanna buraxılsın». 

İlyinin əsərləri professor Şəmsəddinskayanın stolüstü kitabıdır. Üz 

qabığında onun sonralar dul qalan xanımının imzası 

 


 

460


görünür: «Bizim əziz Nailə Musayevna Şəmsəddinskayaya, böyük 

müəllim və insan F.N.İlyindən bir xatirə». 

Çox fərəhli haldır ki, Bakıda. Azərbaycanda belə insanları hələ də 

xatırlayırlar. 

Beynəlxalq Valyuta Fondunun prezidenti cənab Kamdessyu 

xanımı ilə Bakıya gələndə onları Heydər  Əliyev qəbul etmişdi. O, 

xanım Kamdessyuya kiçik bir Azərbaycan xalçası bağışlayır: 

Qoy bu hədiyyə sizo bizim ölkəmizi xatırlatsın. 



- Cənab  Əliyev, siz sanki mənim fıkrimi oxumusunuz. Məhz 

bu cür naxış, bu cür rəngli xalçalar zövqümü oxşayır, - deyə xanım 

Kamdessyu təşəkkür etdi. 

Həyat yoldaşı da əlavə etdi: 

-  Burada olmaqdan artıq qorxuram. Cənab Prezident 

xanımımın fikirlərini oxuyur. Gülərək deyir: - Görünür, tez getməli 

olacağıq. 

Dostluq  şəraitində davam edən söhbət Heydər  Əliyevin SSRİ 

Nazirlər Soveti, Siyasi Bürodakı  fəahyyəti dövrü ətrafında davam 

etdirildı.  Əliyev Kremldəki kabinetindo əvvəllər Stalinin Sovet Xalq 

Komitəsindəki birinci müavini Molotovun çalışdığını xatırladı. O, 

həm Komitədə katib vəzifəsində, həm də xarici işlər naziri vəzifəsində 

çalışıb, Stalinin yaxın silahdaşlarından biri olub. Tarixə biganə 

olmayan Komdessyunu Vyaçeslav Mixayloviç Molotovun şəxsiyyəti 

çox maraqlandırırdı. Onun fıkrincə, Xruşşovun rəqibi olan bu siyasətçi 

ədalətsiz olaraq qəbul edilməmişdir.  Əliyev mövzu ilə bağlı 

mövqeyini izah etdi. Siyasi Bürodakı iclaslardan fraqmcntlər danışdı. 

Kamdessyu  Əliyevə diqqətlə qulaq asır və heyrətlənirdi: «Axı siz 

bütün bunları necə yadda saxlayırsınız?» 

Əliyevin heyrətamiz yaddaşı  əvvəldə qeyd etdiyimiz kimi, bir 

çoxlanmn təəccübünə  səbəb olmuşdu. Buna sübut olaraq, Heydər 

Əliyevi uzun illərdən bəri tanıyan insanlann söhbətlərini də misal 

gətirmək olar. 

1968-ci il dekabrın 23-də respublika DTK-sının sədri general 

Heydər  Əliyev öz kabinetində Neft və Kimya İnstitutunun məzunu, 

gənc mühəndis-energetik Xəqani Bağırovla söhbət edir. Onun atası 

Azərbaycanın qocaman çekistlərindəndir və  oğlu da onun davamçısı 

olmaq istəyir. Heydər  Əliycv mütəxəssisi sahənin texniki yenilikləri 

barədə sorğu-suala çəkir, teatrda 


 

461


son vaxtlar hansı tamaşalara baxdığıyla, oxuduğu kitablarla, musiqi 

zövqüylə maraqlanır. Xəqani çox oxumuş, savadlı, rus və xarici 

ədəbiyyatın klassiklərini bilən, Amma Azərbaycan klassiklərindən 

yalmz Nizami ilə Füzulini yaxşı bilən bir gənc təsiri bağışlayır. 

Heydər  Əliyev bunu ona irad tutaraq bildirir ki, öz milli 

mədəniyyətimizi də  dərindən öyrənmək lazımdır, belə olarsa, dünya 

ədəbiyyatını daha gözəl mənimsəmək olar. Söhbətin sonunda Əliyev 

onların böyük ailəsi ilə, bacı və qardaşlarının nə işlə məşğul olduqlan 

ilə maraqlanır. Bu hadisədən on dörd il keçir. Bu müddət ərzində həm 

Hcydər  Əliyevin, həm də  Xəqani Bağırovun həyatında çoxsaylı 

dəyişikliklər olur. Azərbaycan Dövlət Sərhədinin Mühafızəsi 

İdarəsinin sədr müavini olan Xəqani Naxçıvana gəlir. Onu Heydər 

Əliyev qarşılayır. Amma əsas məsələyə keçməzdən  əvvəl onların 

ailəsi ilə, bacı və qardaşları ilə maraqlanır. 

Xəqani müəllim o günləri xatırlayaraq indi də heyrətlə deyir: 

- O 


bizim 

ailənin neçə üzvü olduğunu da xatırlayırdı. Fatma 

Abdullazadənin də maraqlı bir xatirəsini danışaq: 

İnsan çox şeyi xatırlaya bilər və çox şeydən məlumatı olar bu 



mümkündür. Amma Heydər Əliyev informasiyanı məhz lazım olduğu 

anda xatırlayırdı. O, misal üçün, hansısa bir kəndə gələndə on beş il 

əvvəl gördüyü adamın adını da xatırlaya bilirdi: «Vaqif, yadındadır, 

həmin il kolxoz sədri fılankəs idi, fılan sahədə  fılan qədər məhsul 

yetişmişdi və  sən mənə  şikayət edirdin ki, yığım yaxşı  təşkil 

olunmayıb». Həm də bu, sadəcə  ətrafdakılara təsir göstərməkçün 

deyildi, - deyə Fatma xanım  əlavə edir, - bəlkə  də, izaholunan bir 

qürur idi. Öz gücünü göstərən bahadırlar kimi. Onun beyni sanki 

indiyədək görünməmiş bir kompyuter idi. 

Ucqar kənddə  və ya müəssisədə  təsadüfı bir görüş tamam başqa 

şəraitdə - məsələn, yazıçılarla görüşdə, böyük partiya yığıncaqlarında 

yada düşə bilərdi. Heydər  Əliyev adətən, bütün siyasi mühitdə 

«sadələr» kimi qəbul edilən insanlarla - çoban, usta-qazmaçı kimilərlə 

söhbətlərindən yerli- yataqlı danışa bilərdi. 

Maraqlıdır, görəsən, Heydər Əliyev özü bu cür fenomenal yaddaşı 

haqqında nə deyirdi: 

 


 

462


«Bilirsiniz, çox zaman əvvəlcədən heç bir məruzə, çıxış 

hazırlamıram. Yaddaşımda olanlar bəs edir. Hər hansı bir tamamlayıcı 

rəqəm və ya materialları isə arayış  şəklində  əldə edirəm... Allaha 

şükür, yaddaşım yaxşıdır, ona görə  hər  şeyi xatırlayıram. Hələ 

əvvəllər, sovet dövründə  də öz ölkəmdə  çıxışım zamanı heç bir 

mətndən istifadə etmirdim. 

Moskvada bir dəfə belə etdim, Amma sonra dedilər ki, lazım deyil. 

Hamı mətnlə çıxış edir, sən seçilmək istəyirsən? Bu, əslində ona görə 

deyildi. Hər adanın bir vərdişi var, bu da məndə çoxdan yaranıb... 

Əgər sən bu işlə hər gün məşğul olursansa, baş verənlərin hamısından 

xəbərdarsansa, onda bütün detallar yaddaşımda həkk olunur. Bütün 

bunlar bir gündə formalaşmır. Tədricən yaddaşda toplanı formalaşır, 

lazmı olan anda isə üzə çıxır. Mən belə təsəvv edirəm» (1999-cu il 25 

dekabr. Rusiya jıırnalistləri ilə görüşündən). 

 

Hətta «səma dəftərxanası» da ona tabe idi 

 

 Fenomenal yaddaşla bərabər, Heydər Əliyevi yaxından tanıyanlar 



ona xas olan xüsusi yumor hissini də qeyd edirlər. O, yumoru 

qiymətləndirir, zarafatı başa düşürdü. Yəqin ki, oxuculardan çoxu 

Heydər Əliyevi «Şən və Hazırcavablar KIubu»nun tamaşalarında çox 

görüblər. Ürəkdən qəhqəhə  çəkən  Əliyevin kadrlannı Moskva 

televiziyası da göstərib.  Ən çətin anlarda da yumor hissi Heydər 

Əliyevi tərk etmirdi. Mixail Qusman Heydər  Əliyevin işdən 

uzaqlaşdırıldığı, adi təqaudçü olduğu vaxtlardan bir epizodu xatırlayır: 

«Kino evində  məşhur yazıçı Maqsud İbrahimbəyovun oğlu, 

rejissor Murad İbrahimbəyovun yeni filminə baxış keçirilirdi. Maqsud 

premyeraya Heydər Əliyevi də dəvət etmişdi. Sadəcə, nəzakət xatirinə 

çağırmışdı, inanmırdı ki, Heydər  Əliyev gələ bilər. Amma qeyd 

olunan vaxtda Kino evinin qarşısına bahah xarici maşmlarla bərabər, 

köhnə bir «Moskviç» də yaxınlaşdı. Bu, Heydər  Əliyevin keçmiş 

mühafizə xidmətinin rəhbəri Saşa  İvanov idı. Heydər  Əliyevi, onun 

qızı Sevili premyeraya gətirmişdi. 

Film Heydər  Əliyevin çox xoşuna gəldi və o, İbrahimbəyovları - 

həm atanı, həm də oğulu təbrik etdi, yeni yaradıcılıq  

 

 



 

 

 

463


 

uğurları arzuladı  və getməyə hazırlaşdı. Amma premyeradan sonra 

yüksək qonaqları banket gözləyirdi. Maqsud Heydər Əliyevdən xahiş 

etdi ki, banketdə  də  iştirak etsin. Heydər  Əliyev məmnuniyyətlə 

razılaşdı. 

Amma bu vaxt qonağının işinin çox olduğuna görə imtina 

edəcəyini gözləyən Maqsud özünü itirdi. Hörmətli  şəxsə, ağsaqqala 

xüsusi hörmət, diqqət lazım idi. Bəs  Əliyevi kimə tapşırsın?  Əlbəttə 

ki, Qusmana. 

Beləcə, biz yanaşı oturduq. Onun söhbətlərdə necə maraqla iştirak 

etdiyini görmək lazım idi. Mənsə hörmətli qonağı  əyləndirmək üçün 

onun MK-nın birinci katibi olduğu vaxtlarda Bakıda yayılan məzəli 

lətifələri xatırlamağa başladım. Cəsarətimi toplayıb ona danışdım. 

Maraqlı  lətifələrdən biri bu idi ki, Bakıda hətta hava da Əliyevə 

tabedir. Həqiqətən də, bakılılar bir çox maraqlı  təsadüflərin  şahidi 

olmuşdular. Tutalım buludlu havadır, günorta isə Heydər  Əliyevin 

mitinqdə  və kursantların nümayişində  çıxışı gözlənilir. Onun gəlişi 

ərəfəsində isə hava gözlənilmədən açılır. 

Budur, Azərbaycan paytaxtının baş meydanında - Lenin 

meydanında camaat növbəti tədbirə toplaşıb. Səhərdən pis hava şəraiti 

var: yağış, külək, soyuq... Saat onda Əliyev öz əməkdaşlarıyla gəlir. O 

saat yağış kəsir, külək dayanır, günəş çıxır. 

-  İstəyirsən öl, istəyirsən qal, bu belədir! - deyə Qusman söhbəti 

davam etdirir. 

Biz tədbirdən dağılışırıq, hava məsələsi barədə kimsə ciddi, kimsə 

zarafatla danışır. Və bu vaxt mən o günlərdə  SİTA-nın 

Azərbaycandakı  şöbəsinin rəhbəri, Azərbaycan KP MK-nın katibi, 

Azərbaycan ALİ Sovetinin deputatı  və Heydər  Əliyevin o vaxtkı 

spiçrayteri (məruzə yazan - red.), hazırda dünyasını  dəyişmiş Yefım 

Qriqoryeviç Qurviçi görürəm. Yeri gəlmişkən, onun oğlu, o da 

dünyasını  dəyişib, Qrişa Qurviç Moskvada çox maraqlı, ağıllı  və 

səmimi bir veriliş aparırdı: “Staraya kvartira”. Mən ona yaxınlaşıb 

zarafatla deyirəm: 

-Yəqin ki, Heydər  Əliyevin “səma dəftərxanası” ilə xüsusi 

münasibətləri var. Fikir verin, o gələn kimi yağış dayanır, külək kəsir 

və günəş çıxır. 

Müdrik Qurviç mənə belə cavab verir: 

 

  



 

464


- Bilirsən, “səma dərtərxanası”nda da ağıllı adamlar oturub. 

Nəyə görə onu hirsləndirsinlər ki... 

Mən bunu Heydər  Əliyevə danışanda, - telcviziyada çox maraqlı 

müəllif proqramının- “Hakimiyyətin formulu”nun yaradıcısı Mixail 

Qusman xatirəsini bitirir, - o, elə bir qəhqəhə çəkdi ki, az qala stuldan 

yıxılacaqdı”. 

Hcydər Əliyevlə söhbətində nəzakətli Mişa bircə sözü dəyişmişdi: 

Əslində Qurviç bclə dcmişdi: “Onlar niyə onunla kəllə-kəlləyə 

gəlsinlər ki?” 

Əlbəttə ki, bu sözdəyişimi ilə həqiqətin mahiyyəti dəyişmir. 

 

1   ...   28   29   30   31   32   33   34   35   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə