GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə33/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   29   30   31   32   33   34   35   36   ...   39

“Bakının bütün küçələrini yaxşı tanıyıram” 

 

2000-ci ilin iyununda, Bakının isti günlərində Azorbaycanda 



Rusiya mədəniyyəti günləri keçirilirdi. Dünya şöhrətli kollektivlər, 

mədəniyyət işçiləri gəlmişdilər. Gələnlərin hamısı Bakı, Gəncə, 

Sumqayıt və Naxçıvan 

şəhərlərində gülərüzlə, səmimi 

qonaqpərvərliklə qarşılanırdı. 

- Son 


illərdə burada hər şeyin bu qədər dəyişdiyinə mən özüm 

də  təəccüblənirəm, - Heydər  Əliyev görüşlərin birində heyrətini 

gizlədə bilməmişdi. - Bakı mənim üçün yeni şəhər deyil. 16 yaşımdan 

Bakıda oxumuşam. Tələbənin də işi nədir? 

Oxuyur və küçələri gəzib hər  şeylə tanış olur. Özü də ki mən - 

Azərbaycanın ucqar bölgəsindən gəlmiş bir gənc. Hər şey mənim üçün 

maraqlı idi. Sonra subay vaxtlarımda da bazar günləri gəzintiyə çıxır, 

hərdən qızlara da nəzər salırdım. Ona görə  də Bakı küçələrinə yaxşı 

bələd idim... 

Nə isə Heydər  Əliyev həmsöhbətlərini bütün Bakıda “gəzdir”di. 

İçərişəhəri, vaxtilə 40-cı illərdə çimərlik kimi istifadə edilən 

Dənizkənarı bulvarı, Bakının ən qədim, dağlıq yerlərini... 

Heydər Əliyev Bakıya rəssam, memar, qurucu nəzərləri ilə baxırdı. 

Abşeron yarımadasından danışarkən, hər dəfə onun dənizə daxil olan 

qartal dimdiyinə  bənzədiyini deyirdi: “Abşeron qartalın başıdır. 

Bənzətməni davam etdirsək, onda Bakını qartalın gözü hesab etmək 

olar”. 

 

  



  

 

465


Dağlıq  ərazidən yuxarı  şəhərə qalxan pilləkənlər fayton I yoluna, 

sonra isə  şoseyə çevrildi. Ezamiyyətlərdən Bakıya qayıdan Heydər 

Əliyevin bu yolla getdiyi az olmayıb. Qonaqlarla olanda isə Badamdar 

silsiləsinin dənizin içinə kimi uzanmasından danışırdı. Silsilənin 

bitdiyi yerdə isə  Şıx kəndi başlayır. Artıq gözəl “Bibiheybət” 

məscidinin görüntüsü ; şəhərkənarı Bakı qarşısında canlanırdı. Şıx adı 

“şeyx” sözündən yaranıb.  Şeyxlər keçmişdə müqəddəs, ağsaqqal, 

ruhani insanlar kimi qəbul edilirdilər. 

“Qurd qapı”sından bütün Bakı ovuc içi kimi görünür. Aşağıda - 

dağlıq ərazidən şəhər amfıteatr kimi dənizə yaxınlaşır. 

Mərkəzdə  dənizə daxil olan qədim qala - İçərişəhər yerləşir. 

Bakıda daha bir qala - Səbail də olub, indi bu əraziyə Bayıl deyirlər. 

Səbaili isə  Xəzərin suları udub. Hazırda, daş kitabələr, su altından 

tapılan materiallar İçərişəhərdə,  Şirvanşahlar sarayında açıq muzey 

kompleksində saxlanılır. 

İnsanların fıkir, arzu və düşüncələrini özündə  əks etdirən 

Azərbaycan muğamı kimi, Bakının quru daşları da xalqın həyatı  və 

istəkləri haqqında öz dilində danışır, lal İçərişəhər özü-özlüyündə bir 

kitab, canlı salnamədir. 

Şairlər tarixi İçərişəhər abidəsinə tez-tez müraciət edirlər. Şair Ə. 

Xələflinin “İçərişəhər: daşlar, insanlar” poemasından bir parçaya 

nəzər salaq: 

Saraydan boylanan o türfə gözəl,  

Memarın daşlaşmış məhəbbətidir. 

“Rast”ın karvanında oxunan “Uzzal”  

Bitməyən tarixin hekayətidir.  

Qarşı yatan Qara dağdan su gəlir,  

“Şah kəhrizi” aram-aram çağlayır.  

Bir igidin sinəsini ox dəlir,  

Sevgisinə için-için ağlayır  

İnsan əməlinə söykənib yaşar  

Elə memar özü Qız qalasıdı,  

Xəzər zaman-zaman kükrəyər, daşar 

Lal sükut içində daş qalasıdı. 

Heydər Əliyev tarixin, dövrlərin əlaqəsini qoruyub saxlamaq üçün 

əlindən gələni edib, hətta gücü çatandan da artıq ça- 

 

  


 

466


lışıb. O, Hüseyn Cavidi öz xalqına qaytarıb. Aleksandr Dzasoxov 

Heydər  Əliyevin bir neçə  əsr  əvvəl Suriyanın Hələb  şəhərində  dəfn 

olunmuş Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Nəsiminin nəşini 

vətənə qaytarmaq üçün göstərdiyi səyləri yaxşı xatırlayır. Biz 

Nəsiminin 600 illik yubileyini Azərbaycanın necə  təntənə ilə qeyd 

etməsindən artıq yazmışıq. Xatırladaq ki, Nəsiminin adı bütün ərəb və 

ümumən  Şərq dünyasında məşhurdur,  əsərləri onlarla dilə  tərcümə 

edilib, onun mənəvi və  fəlsəfi ideyaları bu gün də aktualdır. Heydər 

Əliyevin göstərişi ilə SSRİ Yazıçılar İttifaqnın katibi Alim Keşokovun 

rəhbərlik etdiyi nümayəndə heyəti Dəməşqə yola düşür. Suriya 

rəhbərləri Nəsiminin qəbrinin vətəninə köçürülməsinə razılıq 

vermirlər. Sonra Dzasoxov Sovet İttifaqnın bu ölkədəki səfiri 

vəzifəsində çalışarkən Heydər  Əliyevin xahişi ilə  məsələyə bir də 

qayıdır. Amma Suriya rəhbərliyi öz mövqeyində qalır, yox cavabı 

verir. 



Biz bu haqda Heydər  Əliyevlə Moskvada SSRİ Nazirlər 



Sovetində  işlərkən 2-3 dəfə danışmışdıq. Nəsimi qəddarcasına 

öldürülüb. Onu müstəqil fikirlərinə, fərqli düşüncələrinə görə 

cəzalandırıblar. Nəsimiyə  və onun həmfikirlərinə görə, insan Allah 

tərəfindən yaradılan dünyada əsas varlıqdır. 

Bir dəfə Prezidentin dəftərxanasından məşhur bəstəkar Arif 

Məlikova zəng vurub bildirirlər ki, Prezident Səudiyyə  Ərəbistanına 

səfər edəcək.  İstəyir ki, onu müşayiət edənlərin arasında siz də 

olasınız. Əlbəttə ki, sənətkar razılaşır. Müsəlman dünyasının ən böyük 

mərkəzlərindən olan Məkkəni və  Mədinəni ziyarət etmək bütün 

müsəlmanların  ən böyük arzusudur. Amma SSRİ-nin xalq artisti, 

Dövlət mükafatı laureatı, məşhur “Məhəbbət  əfsanəsi” baletinin 

müəllifi Arif Məlikov bu dəvətin  əsl səbəbini hələ bilmirdi. Yalnız 

Səudiyyə Ərəbistanında Heydər Əliyev bəstəkara demişdi: 

- Mən istəyirdim ki, sən bu müqəddəs yerləri görəsən və yeni 

böyük simfonik əsərlər yazmağa ruhlanasan. 

Arif Məlikov sonralar əbədiyyətlə bağlı iri həcmli simfonik əsər 

yazmaq fikrinə çoxdan düşdüyünü, Amma heç cür başlaya bilmədiyini 

etiraf edirdi: “Əvvəllər heç ağlıma da gəlmirdi ki, Məkkə və Mədinə 

mənə belə bir əsər yazmağa ilham verə bilər. Heydər Əliyev isə böyük 

fəhmlə hiss etmişdi ki, 

 

  


 

467


belə bir əsər yazmaq üçün mən mütləq Məkkəni, Mədinəni 

görməliyəm, onların tükənməz gücündən daxili enerji almalıyam. 

Aylar, illər keçdi, Amma mən vəd etdiyim simfoniyanı heç, cür 

yaza bilmirdim. Görüşlərin birində Prezident soruşdu ki,: mənim 

simfoniyam necə oldu? Bundan əvvəl o, həmişə “simfoniya” deyirdi, 

Amma bu dəfə “mənim simfoniyam” dedi... Əlbəttə ki, hansı əsərin nə 

vaxt yaranmasını zaman özü  həll edir. Bu simfoniya da vaxtı çatanda 

yazıldı. Mən onu Heydər  Əliyevin 80 illiyinə  həsr etdim. Ümid 

edirdim ki, Prezident mənim səkkizinci simfoniyama – “Əbədiyyət 

simfoniyası”na qulaq asacaq. Əfsuslar olsun ki, bu arzum ürəyimdə 

qaldı.   Amma bu əsər hər dəfə onun ad günündə -  mayın 10-da  

səsləndirilir”. 

General-Ieytenant Kondraşov Heydər  Əliyevlə yaşıddır. Öz peşə 

seçimini də demək olar ki, onunla eyni vaxtda edib. SSRİ-nin 

Vyanada xarici kəşfiyyat rezidenturasının rəhbəridir. Londonda o, 

Britaniya kəşfiyyatının  əməkdaşı  və eyni zamanda, SSRİ-nin agenti 

olan məşhur Corc Bleyklə görüşüb. Kəşfiyyat idarəsinin rəisi və SSRİ 

Dövlət Sərhəd Komitəsinin sədr müavini olarkən Kondraşov dəfələrlə 

Azərbaycanda olmuşdu, həmişə  də Heydər  Əliyevlə görüşmüşdü. 

Amma peşəkar kəşfiyyatçı olsa da, ilk görüşlərini xatırlaya bilmədi. 

Əliyevi ona təqdim edəndə Kondraşov onunla ilk dəfə görüşürmüş 

kimi  danışdı. Heydər Əliyeviç isə xatırlatdı: 

- Yoldaş Kondraşov, biz sizinlə tanışıq. 

- Mən istərdim ki, - deyə general-Ieytenant Kondraşov qeyd edir, - 

oxucular onun şəxsiyyətinin böyüklüyünü hiss etsinlər. Onun vaxtında 

Bakı Yaxın Şərq ölkələri üçün nümunə kimiydi, o, SSRİ-nin öz yaxın 

qonşuları - İran, Türkiyə, 

Əfqanıstanla münasibətlərinin 

yaxşılaşdırılmasında  əvəzsiz rol oynamışdı. Və  nəhayət, müstəqil 

Azərbaycana rəhbərlik etdi. 

Yeniləşmiş Sahil küçəsinə çıxırsan, Dənizkənarı bulvarda gəzirsən 

və gümrahlaşdığını, bədəninə güc gəldiyini açıq-aşkar hiss edirsən. 

Görəsən, bu, dağların ritmilə, buxtanın gözəlliyilə, yaxud dəniz 

havasıylamı bağlıdır? Bunu ayırd etmək  xeyli   çətindir. Bakıda su ilə 

alov, dəniz ilə dağ biri-biriylə birləşir. Bakı Xəzər ilə dağın, torpaq ilə 

dənizin övladıdır. Bu- 

 


 

468


rada hər  şey xüsusi memarlıq istedadına malik Heydər  Əliyevi 

xatırladır. 

...    Yol    kənarlarında    elektrik    dirəklərinin    başında 

leyləklərin yuvalarını görmək olar. Sular qarışanda, havalar 

soyuyanda bu quşlar uzaq ölkələrdə yuva qurmağa gedirlər. Köçəri 

quşların qayıtması xeyirliyə sayılır. 

İndi Dənizkənarı bulvarda yenidən insanlar qayrılaşır, valideynlər 

uşaqlarını müxtəlif atraksiyonlara, yelləncəklərə, karusellərə gətirirlər. 

Müxtəlif adlar eşidilir. Amma ən çox “Heydər!” çağırırlar... 

Başdan-başa yaşıla bürünən, uca binalarla əhatə olunan paytaxtdan 

Heydər  Əliyev həmişə böyük məhəbbətlə danışırdı: “Bakı dünyanın 

ən gözəl  şəhərlərindən biridir. Əsrlər boyu bu şəhəri tikib yaradan 

insanlar bugünkü və sabahkı nəsillər üçün gözəl bir iz qoyublar! Biz 

Bakı ilə - paytaxtımızla fəxr edirik. Biz təbiətin ona bəxş etdiyi 

gözəlliklər, memarlıq abidələri ilə qürur duyuruq” 

Bakı küləklər şəhəridir. Hərdən elə azğın yellər əsir ki, vıyıltıdan 

qulaq batır. Amma tez keçir... Səhərə yaxın Qurd qapısından keçən 

yolçu dəniz tərəfdən günəşin çıxmasını seyr edir. Günəş, sanki, 

dənizin dibindən çıxır. Bəlkə də, ona görə Qobustan qayalarına rəsm 

çəkən qədim, müdrik insanlar günəşi dənizin övladı hesab edirdilər?.. 

 

  


 

469


 

 

 



XII fəsil  

 

PREZİDENT İLİ 

 

Təqvimin günləri 

 

İnsanlar həmişə hakimiyyətin zirvəsinə qalxmağa can atıblar. 



Bəziləri çox çətinliklə, sürünərək buna nail olur, elə buradan da xalqın 

yaddaşında heç bir iz qoymadan qeybə çəkilirlər. Bir neçə onillikdən 

sonra Azərbaycanın siyasi tarixinin XX əsrin 90-cı illərinə  nəzər 

salarkən düşünürsən, görəsən orada kimi gönnək mümkün olacaq? 

Heydər  Əliyevin siyasi rəqibləri nəyə görə  məğlub oldular? Çünki 

xalq yaxşını pisdən ayıraraq boşboğazların, demoqoqların deyil, məhz 

Heydər  Əliyevin arxasınca getdi. Onun gücü mifik Anteydə olduğu 

kimi, doğma torpaqda, ona və onun övladlarına olan məhəbbətdə idi. 

Mükafatı isə xalqın, həmvətənlilərinin ona verdiyi qiymətdir. 

Heydər Əliyev ona görə ümunınilli liderə çevrildi ki, onun əxlaqi 

keyfıyyətləri ilə siyasətçi və mütəfəkkir istedadı birləşirdi. 

“Hakimiyyətə qarşı müxalifətdə olmaq olar, Amma xalqına, vətəninə, 

onun yüksək  əxlaqi keyfiyyətlərinə qarşı  çıxmaq yoIverilməzdir”, - 

deyən Heydər Əliyev dəfələrlə bu fikri öz əməlində də təsdiq edirdi. 

Alman fılosofu Artur Şopenhauer insanın dahiliyini, onun dərketmə 

imkanlarının lazım olduğundan bir neçə  dəfə artıq inkişaf etməsində 

görürdü. Beləliklə, dahilik intellektin fövqəladə böyüklüyüdür və 

böyük intellekt özünün tətbiqini, həqiqətin dərk olunan ümumi 

qanunlarına xidmət etməkdə görür, bununla da o, özünü bütün 

bəşəriyyətə xidmətə  həsr edir. Normal intellekt isə ayrı-ayrı  fərdlərə 

xidmət edir. 

Bəli, Heydər  Əliyevin qeyri-adi intellekti bütün xalqa xidmət 

edirdi. Prezident   Şərqin böyük mütəfəkkiri Cəmaləddin 

 

  



 

470


əl-Əfqaninin  əqidəsini bölüşərək xalqdan ayrı xoşbəxtliyin mövcud 

olmadığını deyirdi. 

Bəziləri bunu böyük siyasətçinin sadəcə borcu kimi, xarakterinin 



xüsusiyyəti kimi qəbul edə bilər. Elə isə, gəlin, Prezidentin bir illik 

fəaliyyət dövrünün təqvimini vərəqləyək. 

Hansını seçək? 

On bir illik prezidentlik dövrü... Bu illərin hər biri digərinə  nə 

qədər bənzəyirsə, bir o qədər də fərqlənir. Ümumi xüsusiyyətləri göz 

qabağındadır! Təqvim, iş  cədvəli - qəbullar, mətbuat konfransları, 

çıxışlar... Amma bu xarici görünüşdən bir-birinə bənzər formanın hər 

birinin arxasında ölkə başçısı Heydər  Əliyevin  şəxsiyyətini 

müəyyənləşdirən, hər dəfə onun yeni bir keyfıyyətini üzə  çıxaran 

məzmun dayanır.  İstənilən bir ili, misal üçün 95 və ya 99-cu ili 

götürmək olar. Ancaq biz təklif edirik ki, onun son iş ilini - 2002-ci 

ilin təqvimini vərəqləyək. 

2002-ci ildə Heydər  Əliyevin imzaladığı ilk sənədlərdən biri “20 

Yanvar faciəsinin 12-ci ildönümünün keçirilməsi haqqında” sərəncamı 

oldu. Xalqların tarixində elə günlər var ki, ilini göstərməsən də yada 

düşür. İyirmi yanvar... Bakılılar üçün, bütün azərbaycanlılar üçün bu 

iki söz kifayət edir ki, hər  şey anlaşılsın. Ruslar üçün 9 Yanvar – 

“Qanlı bazar” günü olduğu kimi. O vaxt 1905-ci ildə Peterburqda öz 

tələblərini çara   çatdırmaq   üçün   nümayişə      çıxan   fəhlələri   

gülləbaran etmişdilər. 

Prezidentin təşəbbüsü ilə  hələ 1994-cü ilin yanvarında Milli 

Məclisin “1990-cı il yanvarın 20-də Bakıda təşkil edilmiş facilər 

haqqında” qərarında 20 Yanvar hadisələrinə müfəssəl hüquqi və siyasi 

qiymət verilmişdi. Xatırladaq ki, onda Bakıda, Azərbaycanın bəzi 

rayonlarında, fövqəladə  vəziyyət rejimi elan edilmədən, Qorbaçovun 

sərəncamı ilə ordu hissələri yeridilmişdi və qan tökülmüşdü... 

 

24 yanvar 2002-ci il, Moskva 

 

Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti Heydər 



Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri başladı. Həmin günlər 

“İzvestiya” qəzeti yazırdı: “Rusiya paytaxtına bu cür böyük miqyaslı 

siyasətçilərin gəlişi özü-özlüyündə va- 

 

  



 

471


cib hadisədir. Mixail Qorbaçov tərəfindən vaxtilə istefaya göndərilən 

bu ictimai-siyasi xadim sonradan öz xalqının tələbi ilə  böyük siyasətə 

qayıtdı. Bu gün isə o, Yeltsin Moskvasının saldığı inciklikləri dəf edə 

bilmişdir”. 

“İzvestiya”nın qənaətinə görə, “Məharətli və müdrik siyasətçi 

Əliyevlə cavan Rusiya prezidentinin ilk tanışlıqdan bu qədər müsbət 

nəticələr  əldə edilməsini” çox az adam gözləyirdi.  İlk tanışlıqlarını 

xatırlayan  Əliyev etiraf edirdi ki, o, Putinlə yalnız 30 dəqiqəlik bir 

görüş  nəzərdə tutmuşdu. “Amma biz təxminən 4 saat söhbət etdik”. 

“Belə  nəticəyə  gəlmək olar ki, onlar bir-birilərində müsbət təəssürat 

oyadıblar”, - deyə “İzvestiya” belə şərh edirdi. “İştirakçıların dediyinə 

görə, Əliyev Putinlə yenidən görüşmək arzusu ilə ayrıldı. Nəticədə ah 

qonaq dünən axşam (24 yanvar, 2002-ci il - müəlliflər) xüsusi diqqətə 

layiq görüldü. Vladimir Putin onu Zavidovdakı bağ evində qəbul etdi. 

Bu, ailəvi çərçivədə qonaqlıq idi.  Mənbələrdən aldığımız məlumata 

görə, Rusiyanın indiki prezidenti Heydər Əliyevlə müxtəlif beynəlxalq 

məsələlər üzrə məsləhətləşməni heç də özünə əskiklik hesab etmir”. 

Dövlət səfəri çoxlu təntənəli protokol mərasimləri, görüş  və 

danışıqlar, dövlət başçılarının təkbətək görüşləri, nümayəndə 

heyətlərinin iştirakı ilə aparılan danışıqlar, qəbullar, mətbuat 

konfransları ilə  zəngin olur. O vaxt bizlərdən birimizə -“Tribuna” 

qəzetinin redaktoruna, İTAR TASS-ın baş redaktoru Gennadi 

İqnatenko tərəfındən Heydər  Əliyevin KİV nümayəndələri ilə  təşkil 

olunan görüşündə  iştirak etmək qismət olmuşdu. Prezidentin səfəri 

artıq sona yetirdi, bu 3 gərgin gün ərzində keçirilmiş görüşlərdən və 

böyük mətbuat konfransından sonra axırıncı tədbir idi. Prezidentin bir 

qədər soyuq görünən üzündə qətiyyən yorğunluq hissi olunmurdu. 80-

ə yaxın yaşı olan bir insanın bu qədər təzyiqə tab gətirməsi heyrətamiz 

bir şey idi. 

TASS-ın artıq illərlə qorunub saxlanan ənənələri var. Vitali Nikitiç 

ilk növbədə qonaqları salamladı, Heydər  Əliyevin  şərəfinə tost dedi. 

Prezidentin badəsində  qırmızı  şərab var idi. O, dodağını yaşlayaraq, 

istefasından sonra jumalistlərlə ilk görüşünü xatırladı. Azərbaycanın 

neft strategiyasından söhbət açdı, mətbuatla münasibətlərdən danışdı... 

Ayrılan zaman ona keçmiş köməkçisi Aleksandr Timofeyeviç 

Qavrilovla bu yaxın 

 

  


 

472


günlərdə görüşdüyümü dedim. “Məndən ona çoxlu salam deyin, onu 

yaxşı xatırlayıram”, - deyə Prezident o dəqiqə cavab verdi. 

Heydər Əliyev 3 günlük səfərdən sonra həmin gün Bakıda da yerli 

jumalistlərlə görüşdü. 

- Moskva televiziyaları  mənim hazırkı səfərimi, keçirdiyim görüş 

və danışıqları kifayət qədər işıqlandırıb. Ancaq onu deyə bilərəm ki, 

bu görüş Azərbaycan üçün olduqca vacib idi. Birincisi, Rusiya 

hökuməti, prezidenti Azərbaycan Prezidentini dövlət səviyyəsində 

rəsmi səfərə  dəvət etmişdi. Bu status və  dəvət dövlət səfərinə aid 

bütün tələblər və qaydalar çərçivəsində həyata keçirildi. Siz yəqin ki, 

bütün bunlan televiziya vasitəsilə izləyə bildiniz. Əlbəttə, hər  şeyi 

görmək imkanınız olmasa da, seyr etdikləriniz sizdə  yəqin ki, 

müəyyən təsəvvür oyada bildi... 

Mən səfərin nəticələıindən çox razıyam. Biz olduqca vacib 

sənədlər imzaladıq. 

Putinlə  mən birgə  əməkdaşlıq,  əlaqələrimizin və bu 

münasibətlərimizin gələcək məzmunu və prinsiplərini açıqlayan sənəd 

imzaladıq, sonra Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının 20I0-cu 

ilədək davam etdirilməsini özündə əks etdirən uzunmüddətli müqavilə 

və daha 2 sənədə imza atdıq. Nəhayət, Qəbələ Radiolokasiya 

Stansiyasının fəaliyyəti ilə bağlı razılaşmaya gəldik. Bütün bunlar 

Azərbaycan üçün çox vacib sənədlərdir. Bundan əlavə, sənədlərin 

Rusiya-Azərbaycan münasibətlərinə yeni impuls vcrəcəyinə əminəm. 

Xatırladaq ki, bu söhbət şənbə günü, yanvarın 26-da baş vermişdi. 

Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Prezidenti artıq 

həftənin üçüncü günü, ayın 30-da Nyu-Yorkda keçiriləcək 

Ümumdünya İqtisadi Davos Forumunun iclasında iştirak etmək üçün 

ABŞ-a getməyə hazırlaşırdı. Yanvarın 29-da Heydər Əliyev səfərdən 

öncə ABŞ-ın dövlət katibinin müavini Elizabet Consu qəbul etdi. 

Xanım Consla söhbət zamanı Azərbaycan Prezidenti beynəlxalq 

terrorizmlə birgə mübarizə ilə bağlı Moskvada apardığı danışıqlara 

istinad edirdi. 

- Putin mənə ABŞ-la Rusiyanın bu mövzuda kifayət qədər sıx 

əməkdaşlıq etdiklərini söylədi. Mən Rusiya hökumətinin gələcəkdə də 

bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini 

 

  



 

473


hiss etdim. Cənab Putin bizim də bu alyansda iştirakımızdan 

xəbərdardır və sizin təyyarələrinizin  ərazimiz üzərindən uçması faktı 

ona bəllidir. Hesab edirəm ki, sizin Rusiya ilə  əməkdaşlığınız, 

Əfqanıstanda keçirəcəyiniz birgə  fəaliyyət, bütünlükdə region üçün 

geniş imkanlar açacaq. 

Qonaqla vidalaşarkən Prezident yaxın dostu cənab Armitecə salam 

göndərdi: “Çatdırın ki, ona Rusiya-Amerika birgə komissiyasındakı 

işində uğurlar diləyirəm. Düşünürəm ki, nailiyyətlər əldə ediləcək”. 

Riçard Armitec ABŞ-ın dövlət katibinin birinci müavinidir. 

Onların 90-cı illərdə baş tutan ilk görüşü hər ikisi üçün qeyri-adi 

situasiya kimi yadda qalmışdı. Riçard bütün protokol qaydalarını 

unudub qəflətən çox səmimi  şəkildə demişdi: “Cənab Prezident, 

mənim atam sizə çox bənzəyirdi”. Beləcə, mehriban münasibətlər 

yaranmışdı. Armitec ABŞ-Azərbaycan ticarət palatasına rəhbərlik 

edirdi və  Əliyevin ABŞ-a səfəri zamanı keçmiş müdafıə naziri 

Uaynberqi də Əliyevə o təqdim etdi. 

-  Əvvəllər sizi efırdən görəndə, siz düşmən hesab olunurdunuz

Amma indi sizinlə tanış olmaq necə də xoşdur, - deyə Heydər Əliyev 

güldü. 

Riçard bu sözlərdən fərəhləndi, çünki Uaynberq onun həm 



müəllimi, həm də yaxın dostu idi. 

 

1 fevral 2002-ci il, Nyu-York 

 

Nyu-Yorka gələn Azərbaycan Prezidenti Ümumdünya Ticarət 



Mərkəzinin dağıntıları qarşısındakı xatirə lövhəsinin önünə  əklil 

qoydu. Bu əklil sanki Xocalının kül olmuş ərazisinə, Şuşanın erməni 

faşistləri tərəfındən güllələnmiş heykəlləri önünə, Qarabağın talan 

olunmuş, viranəliyə çevrilmiş torpağına qoyulurdu. Harada həlak 

olmasına baxmayaraq, günahsız qurbanların dərdi və xatirəsi eynidir. 

Növbəti Ümumdünya İqtisadi Forumu “TəhIükəli zamanda 

liderlik: gələcəyə ümumi baxış” devizi altında keçirilirdi. Forumun 

yaradıcısı  və prezidenti Klaus Svab tədbirin açılışında çıxışı zamanı 

bildirdi ki, konfrans burada  sentyabr 2001-ci ildə faciə ilə üzləşən bu 

şəhərə - Nyu-Yorka dəstək məqsədilə keçirilir. 

 

  


 

474


Fevralın 1-də Heydər Əliyev “Uodolf-Astoriya” otelində “Mərkəzi 

Asiyada sabitlilik) mövzusunda keçirilən iclasda çıxış etdi. İlk söz ona 

verildi. Prezident dünyanın üzləşdiyi problemlərə toxunaraq, 

Qafqazda baş verən hərbi münaqişə  və separatizmdən söhbət açdı: 

“Separatizm terrorizmə çevrilərək elə bir təhlükə törədir ki, zəbt 

olunan ərazilər nəzarətsiz zona olur. Misal üçün, Azərbaycanın Daglıq 

Qarabağ ərazisini götürək. Burada baş verən münaqişə məhz separatçı 

məqsədlər daşıyırdı  və sonra Azərbaycanla Ermənistan arasında 

müharibəyə çevrildi. Nəticədə, Azərbaycanın 16 min kv.km. ərazisi 

nəzarətsiz zonaya çevrilib, daha doğrusu, qanunsuz hərbi qüvvələrin 

nəzarəti altında qalıb. Bu əraziləri heç bir beynəlxalq qurum və ya 

dünya ictimaiyyəti idarə etmir. Təbii ki, orada qanunsuz silahların 

saxlanması, narkotik maddələrin mübadiləsi işi aparılır. Deməli, bu, 

münaqişələrin yaranma mənbəyidir. Terrorizmin mənbəyidir. Bunun 

üçün beynəlxalq terrorizmlə mübarizəyə başlamazdan öncə onun 

yaranması yolları  və növləri  ətraflı öyrənilməlidir. Hərbi 

qarşıdurmaların aradan qaldırılması, beynəlxalq terrorizmin meydana 

çıxmasının qarşısını alan ciddi və vacib tədbirlərdən hesab edilə 

bilər”. 

Nyu-Yorkdan Qarabağa qədər olan bu uzun yol həmin anda sanki 

qısalıb yaxınlaşmışdı. 106 ölkəni təmsil edən 3 min iştirakçı  işğal 

edilib talan olmuş  vətən məhfumunun nə demək olduğunu bir daha 

anladı. 

2002-ci il fevralın 27-də  İsveçrə  qəzeti “Maten” “Tarix 

unutmayacaq: Azərbaycan xalqı Xocalı soyqırımının 10 illiyini qeyd 

edir” başlıqlı  məqalə  dərc etmişdi. Prezidentin təşəbbüsü ilə Xocalı 

faciəsinin 10 illiyi ilə  əlaqədar Azərbaycan Respublikasının Milli 

Məclisi bəyanat qəbul etdi. Bəyanatda deyilirdi: “Ermənistan BMT-

nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini (№822, 853, 874 və 884), 

Avropa  İttifaqı Parlament Assambleyasının sənədlərini, ATƏT-in 

Budapeşt, Lissabon və İstanbul sammitlərinin qərarlarını rədd edərək 

Azərbaycanın  ərazi bütövlüyünün qəbulundan imtina edir. Qarabağ 

ərazisində  təkcə Ermənistan deyil, digər ölkələrdən də toplaşan 

terrorçu qruplaşmaları Azərbaycan xalqına qarşı növbəti cinayət 

aktlarını planlaşdırırlar. Burada yetişdirilən narkotik maddələrin 

satışından  əldə edilən gəlir terrorçuluq məqsədləri üçün istifadə 

edilir”. 

 

  



 

475


Bir gün gecədən xeyli keçmiş Heydər  Əliyevin telefon zəngi 

Fatma Abdullazadənin yaxşı yadındadır: 

- Gecə saat iki idi. Hələ yatmamışdıq, oturub videoda nəyəsə 

baxırdıq. Heydər  Əliyev zəng edib konkret mövzu ilə bağlı  nə isə 

konkret bir şey soruşdu. Cavab verəndən sonra birdən ağlına gəldi: 

“Mən neylədim, gecə saat 2-dir!” Dedim ki, hələ yatmamışıq, kinoya 

baxırıq. “Mən isə sənəd üzərində çaIışırdım!” - deyə cavab verdi... 

Həmin gecə, bir qədər tez - saat I2-də  Əliyev həmin sualla 

əlaqədar nazirlərdən birinə  də  zəng edibmiş. Səhər aydın oldu ki, 

düzgün cavabı Fatma xanım verib. Prezident ona təşəkkür etməyi 

unutmamışdı. 

Fatma xanım öz yubileyində Prezident tərəfindən aldığı 

heyrətamiz gül buketini də yaxşı xatırlayır: 

- Heydər  Əliyev zəng vurdu, çox gözəl söhbətimiz oldu. O, 

insanın səsindən  əhval-ruhiyyəsini müəyyən edə bilirdi. O saat 

soruşdu: “Nəsə bir problem var?” EIə məqamlar olur ki, hətta mənə, 

fızika-riyaziyyat elmləri doktoruna da bunu izah etmək, məntiqlə 

əsaslandırmaq çətin olur... 

Fatma Abdullazadə  Əliyevlə 10 il bir yerdə  işləməyi taleyin 

mükafatı hesab edir. Fatma xanım bir dəfə gecə saat 12-də  Əliyevin 

göstərişinə  əsasən onu necə dövlət katibi ilə danışığa çagırmalarını 

xatırladı. O vaxt, 1993-cü ildə səhərədək işləyirmişlər. - Söhbət edib 

getdim evə.  Əvvəllər çalışdığım MK-nın binasına qayıtmaq 

istəmirdim. Sonra yeni hadisələr baş verdi. Məlum oldu ki, qayığı çox 

möhkəm yırğalayırlar. 

O vaxt mən dəniz kənarında yaşayırdım. Tez-tez Surət 

Hüseynovun silahlarının atəş səslərini eşidirdik. Qonşularımız rusdilli 

idilər. Heydər  Əliyevin canlı efirdəki çıxışını onlar üçün rus dilinə 

tərcümə edirdim. Bir ifadəni heç vaxt unutmayacağam. “Mənim silahlı 

dəstələrim yoxdur, yalnız siyasi iradəmə  və  təcrübəmə güvənirəm”. 

Xalq da ona dəstək oldu. 

 

  



 

476

1   ...   29   30   31   32   33   34   35   36   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə