GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə34/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   31   32   33   34   35   36   37   38   39

Bahar bayramı - Novruz 

 

Martın 13-də Prezident amnistiya haqqında fərman imzaladı. 

Vətəndaş 

cəmiyyətində sülhün və qarşılıqlı anlaşmanın 

möhkəmlənməsi naminə  əlindən gələni  əsirgəməyən dövlət başçısı 

tərəfindən bu addım növbəti bir jest idi. Qoy azadlığa çıxan insanlar 

onu qiymətləndirsin. Prezident onları  əfv etmişdi. Allahın onları 

bağışlaması isə gələcək əməllərindən asılı idi... 

81 nəfər azad edildi, 8 dustağın cəzaçəkmə müddəti isə yarıya kimi 

azaldıldı. Azadlığa buraxılanların demək olar ki, hamısı Azərbaycan 

Respubhkasının  ərazi bütövlüyünə  və dövlətçiliyinə qarşı cinayət 

törətməkdə  iştirakı olanlar idilər. Bəziləri 1994-cü ilin oktyabrında 

Gəncədə  təşkil olunan dövlət çevrilişinə  cəhddə, bəziləri isə 1995-ci 

ilin martında Bakı, Ağstafa və Qazaxda hakimiyyəti  ələ keçirməkdə 

təqsirli bilinən qruplaşmaların tərkibində iştirak etmişdilər. 3 nəfər isə 

1993-cü ildə Heydər Əliyevin həyatına qəsd etməyə cəhd göstərmişdi. 

Prezident bu xeyirxah aktı Bahar bayramı - Novruz münasibətilə 

həyata keçirmişdi. Uzun illər boyu Azərbaycanın bu milli, əziz 

bayramını keçmişin qalığı adlandıraraq təqvimdən silməyə can 

atmışdılar. 

Amma təsir  əks təsirə  bərabərdir. Xalq öz adət və  ənənələrini 

qoruyub saxlaya bilmişdi. Prczident Novruz bayramı münasibətilə 

xalqa müraciətində deyirdi: “Azərbaycan xalqı tarix boyu öz qəlbində 

qoruyub saxladığı, hər bir sınaq və  çətinliklərdən keçib bu günədək 

gətirdiyi bu əziz bayramın gəlişini səbirsizliklə gözləyirdi. Xalqımız 

bu gün də milli mübarizə simvolumuza çevrilən bahar bayranını 

böyük sevinc hissi ilə qeyd edir. Mədəniyyətimizin zəngin, qiymətli 

incilərindən hesab edilən Novruz müstəqilliyimizin bərpasından sonra 

həmişəlik olaraq Azərbaycan Respublikasının təqviminə  rəsmi 

bayramlardan biri kimi həkk edildi”. 

Bayram axşamı Heydər Əliyevi təbrikə bütün qohumlar gəlmişdi. 

Bacıları, qardaşları, onların həyat yoldaşları,  əmiqızı,  əmioğlanları. 

Naxçıvanda, hələ valideynlərinin sağlığında doğma evlərində 

keçirdikləri Novruzu xatırlayırdılar. 

 

  


 

477


Bayramın gəlişini ilk olaraq evin yanında bitən bədmüşk xəbər 

verirdi. Kökü hələ  də qarın içində idi, Amma budaqları artıq 

tozcuqlanmışdı.  İzzət xanım bədmüşkü çox sevirdi. Ağaclar çiçək 

açanda uşaq kimi sevinirdi. Bir dəfə  Şəfıqə anasından nəyə görə 

bədmüşkü bu qədər sevdiyini soruşdu. İzzət xanım dedi: 

- Ay 


qızım, bədmüşkü kim sevmir ki. Hər dəfə o gül açanda 

yadıma Zəngəzurun yazı düşür. Orada həmişə bədmüşkü yığıb ondan 

gülab hazırlayırdıq. 

Uşaqlıq xatirələri  əbədi olaraq Şəfıqənin yaddaşında həkk 

olunmuşdu. Sonra işlədiyi rayonlarda da gözü bədmüşkü axtarırdı. Bu 

bitkinin başı  əyilmiş budaqlarını görən zaman anasının sevincdən 

parlayan gözlərini xatırlayırdı. 

Novruza bir həftə qalmış əsas təmizlik işlərinə başlanırdı. Divarlar 

ağardılır, pəncərələr silinir, ağaclar budanırdı. Yorğan-döşəklər açılıb 

çırpılır, yenidən sırınırdı. Kənd  əhli döşəməyə  həsir salır, üzərinə 

xalça döşəyirdilər. Xalçanın üstünə yun mütəkkələr düzülürdü. Bu 

yumşaq döşəkçələr xüsusi olaraq dirsəklənmək üçün qoyulurdu. 

Həmişəki kimi ailə süfrəsi arxasında keçmiş günlərin xoş xatirələri 

yada salındı. 

- Yadınızdadı, bir dəfə Novruzqabağı necə qar yağmışdı? -

deyə evin kiçiyi Şəfiqə bərkdən soruşdu. 

- Bizim 

yerlər üçün bu, adi haldır, - Cəlal dedi. 

Bu mart qarı  Şəfıqənin yaddaşında həmişəlik qalmışdı. Atası ilə 

anası evin xalçasını bayırda qarla yuyurdular. Uşaqlar da xalçanı 

qartopu atəşinə tutmuşdular. Bu şən, səs-küylü dəstədən kimsə 

hiyləgərlik edib birinin yaxasına qar atdı. Uşağın qışqırtısından İzzət 

xanım bərk hirsləndi. 

Sonra xalçanın qarını  təmizləyib evə  gətirdilər. Təmiz xah ayağa 

xoş soyuqluq və təravət verirdi. 

Bayramqabağı  Əliyevlər ailəsində adətə görə  hər  şey təmizlənir, 

köhnələr atılır, evin hər tərəfı  təzələnirdi. Hamı  səməni və bayram 

şamları ilə  bəzədilən süfrənin arxasına toplaşırdı. Adət üzrə süfrəyə 

“Səbzili aş” və kişmiş,  ərik, gavalı ilə doldurulan toyuqlu aş-plov 

gəlirdi. 

Süfrəni ana bəzəyirdi. Qızlar isə  fətirləri, külçələri, qoğalları, 

ailənin sevimli çərəzlərini gətirirdilər. Ana onları süd, yağ, 

yumurtadan yoğrulmuş xəmirdən bişirir, içinə hil, mixək, 

 

  



 

478


darçın, sarıköklə qarışdırılmış qoz tökürdü. Bu xəmir təndirdə bişirdi. 

İzzət xanım plovu çəhrayı  şərbət, mürəbbə, gülqəndi ilə birgə 

süfrəyə verirdi. 

Sonra  ən maraqlısı - hədiyyəvermə anı  gəlirdi. Valideynlər 

əvvəlcədən qızlar üçün paltar, oğlanlar üçün ayaqqabı, köynək 

alırdılar. Oyuncağa pul çatmadığından ən vacib olanlar almırdı. 

İllər, aylar ötdü və vaxt gəldi ki, Heydər də anasına, bacılarına 

hədiyyələr gətirdi. Leninqraddan aldığı tünd göy güllü parçalar 

indiyəcən yadlarında qalıb.  İzzət xanım onlardan özünə çadra 

tikdirmişdi. 

Bayram axşamı  uşaqlar həyətdə tonqal qalayırdılar. Azərbaycan 

folklorunun sevimli qəhrəmanları Kosa və Keçəl də cavanların 

müşaiyəti ilə qapı-qapı gəzərdilər. 

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə  əlaqədar xalqa 

müraciət edən Heydər  Əliyev xüsusi olaraq bunları vurğuladı: “Biz 

tarixdə baş verən hadisələrin - erməni millətçiləri tərəfindən sistematik 

olaraq eybəcər formada həyata keçirilənlərin bu günümüzə 

gətirilməsinin, onun insanlar və xalq arasında düşmənçilik yaratmaq 

üçün istifadə edilməsinin əleyhinəyik. 

Müasir dünyada bizim üçün müharibənin təbliği, qeyri-bəşəri 

ideologiyanın mövcudluğu, digər dövlətlərə qarşı terrorçu iddialar qəti 

yolverilməz hal hesab olunur. Müstəqilliyimizin bizə verdiyi 

imkanlardan istifadə edərək ölkəmizin daim inkişafına, 

vətəndaşlarımızın gələcək rifahına can atırıq”. 

Təsdiqə ehtiyacı olmayan məlum həqiqətdir ki, qonşunu seçmirlər. 

Onlarla yalnız sülh və qarşılıqlı anlaşma  şəraitində yaşamaq lazım 

gəlir. Bu, bütünlükdə millətlərə  də aiddir. Tale Azərbaycan xalqını 

müxtəlif mentalitetli, fərqli milli tərkibli, etnik köklü millətlərlə qonşu 

edib. Onlar da, biz də bir səma altındayıq, ancaq bu səma heç də 

həmişə aydın olmur. 

Prezidentin “Azərhaycanlıların soyqırımı ilə hağlı” fərmanı 1998-

ci il martın 26-da dərc edilmişdi. Azərhaycanlıların soyqırımı gününü 

Heydər Əliyev martın 31-nə elan etdi. Məhz həmin günü. I918-1919-

cu illərdə Azərhaycan Demokratik Respublikası ümummilli matəm 

günündə həlak olanların xatirəsini yad edirdi. 

 

  



 

479


 

3 Mart 2002-ci il, Bakı 

 

 Heydər  Əliyevdən danışarkən jumalistlər çox zaman gözəl 



müqayisələrə müraciət edirlər. Onlardan biri isə  Əliyevi kökləri 

torpağın dərin qatlarına işləmiş, ondan güc, qüvvət alan möhtəşəm 

çinara bənzədir. 

Çinar - İnsan... Çox dəqiq metaforadır. Martın 3-də Heydər Əliyev 

Prezident Sarayında dünya şöhrətli Mstislav Rostropoviçi və xanımı 

Qalina Vişnevskayanı qəbul etdi. 

Əziz Slava! - deyə Prezident qonağa üz tutdu. - Mən çox 



şadam ki, Sizin 75 illik yubileyinizə  həsr edilmiş  mərasimlərə bizim 

Vətənimizdə - Azərbaycanda start verilir. 2001-ci il Rostropoviçin 75 

illiyi, mart isə Rostropoviç ayı hesab edilir. 

Burada artıq həmin günlər başlayıb. Əminəm ki, sizin ad gününüz, 

şöhrətinizin məlum olduğu dünyanın bir çox ölkəsində  də bu cür 

təntənə ilə qeyd olunacaq. Siz buraya Qlobal Vaksinasiya Fondu ilə 

gəlmisiniz. Özünüzlə ümumi məbləği 1 milyon dollardan artıq olan 

vaksin gətirmisiniz. Bu, bizim respublikaya böyük köməkdir, 

uşaqların sağlamlığının qorunmasına göstərdiyiniz böyük qayğıdır. 

Eyni zamanda qeyd edilməlidir ki, bu, çox mühüm bir sahəyə - 

Azərbaycanın beynəlxalq  əlaqələrinin inkişafına, Azərbaycan 

musiqisinin beynəlxalq miqyasda tanınması  və inkişafı sahəsində 

göstərdiyiniz  əməyə görə Siz, əziz Slava, Prezidentin fərmanı ilə 

Azərbaycanın  ən yüksək ordeni – “İstiqIal” ordeni ilə  təltif 

olunursunuz. 

Özünün uzun və  uğurlu yaradıcılıq dövründə görkəmli musiqiçi 

yəqin ki, çoxlu tərif və kompliment, xoş söz eşitmişdi. Lakin indi 

sanki bir qədər utandı. O dedi: 

- ... Hazırda elə  həyəcanlıyam ki, nə deyəcəyimi bilmirəm.  İlk 

olaraq valideynlərimə 

mənə 

təhsil verdiklərinə, bu cür 



yetişdirdiklərinə görə minnətdarlıq etmək istərdim. Məni dünyaya 

gətirmək üçün dünyanın ən gözəl yerini seçdiyinə görə ən çox anama 

minnətdaram. 

Əlbəttə, Azərbaycana, Bakıya məhəbbət atamdan keçib. Buradan 

köçəndən sonra atam Moskvada yaşayıb. Bakı  şəhərində  mənim 

tanıdığım gözəl bir insanın ev - muzeyi var. Mən uşaq olanda atam 

məni onunla tanış etmişdi. Bu, Üzeyir Hacıbəyov idi. Moskvada 

Azərbaycan ongünlüyü olanda atam məni 

 

  


 

480


mehmanxanaya gətirib dedi ki, səni  şöhrətli bir musiqiçi ilə tanış 

edəcəyəm. Mən o vaxt atanın tanış etdiyi Üzeyir Hacıbəyovun üzünü 

ömürlük yadımda saxladım. Muzeydə atanın müharibədən  əvvəl 

Üzeyir Hacıbəyova yazdığı məktub indi də saxlanılır. Məktubda atam 

yazırdı; “Mən Bakıya qayıtmağı çox arzulayıram”. 

Müharibə başladığına görə atam Bakıya dönə bilmədi. Sonra 

məcburi  şəkildə Orenburqa evakuasiya edildik və orada 1942-ci ildə 

dünyasını  dəyişdi. Mənim həyatım həmin xatirələrlə doludur. Ona 

görə Bakıya hər gəlişim mənim üçün böyük hadisədir. Gedəndən 

sonra bu torpağa nə zaman qayıdacağımı düşünürəm. 

Rostropoviç Azərbaycan Prezidentinin qəbulunda Rusiya-

Azərbaycan münasibətlərindən də söhbət açdı. 

... Son vaxtda, bəlkə  də, həyatımda  ən xoş gün sizin Putinlə 

görüşdüyünüz gün olub. Bu mənim ömrümün ən  şən və xoşbəxt 

məqamları idi. Bilirsiniz, mən Rusiyada təhsil almışam, öınrümün 

çoxu orada keçib. Hər iki ölkə  mənim bir hissəmdir. Bu ölkələr 

arasındakı mövcud musiqi, mədəniyyət  əlaqələrini, yazıçı  və 

rəssamların yaratdığı dostluq münasibətlərini itirmək olmaz. Bu 

əlaqələr qarşılıqlı  çətinliklər sayəsində qazanılıb. Hər  şeyə görə sizə 

minnətdarlıq etmək lazımdır. Hamı sizin müdrik bir insan olduğunuzu 

bilir. Bu görüş sizin dahi ölkə başçısı olmağınızla yanaşı, həm də çox 

uzaqgörən, görkəmli və xoşxasiyyətli bir insan olduğunuzu sübut etdi. 

Hər şeyə görə sizə dərin minnətdarlığımı bildirirəm. 

Axşam Mstislav Rostropoviç Respublika sarayında Üzeyir 

Hacıbəyov adına Dövlət Simfonik Orkestrinə rəhbərlik edirdi. Həmin 

gecə Rostropoviçin doğma  şəhərə  bəxş etdiyi musiqi bayramını 

qələmlə təsvir etmək çətindir. 

1985-ci ilin 15 apreli - Zərifə xanımın dünyasını  dəyişdiyi o 

hüznlü gün Heydər Əliyevin, bütövlükdə Əliyevlər ailəsinin həyatında 

ən dəhşətli gün kimi xüsusi yer tutur. 2002-ci ilin həmin günü Heydər 

Əliyev,  İlham, onun övladları, yaxınları  Zərifə  Əliyevanın qəbrini 

ziyarətə  gəlmişdilər. Həmişəki kimi, Zərifə xanımın günəş altında 

bərq vuran bürünc abidəsinin qarşısında durub heykəlini seyr etməklə 

sanki onun varlığını duymağa çalışırdılar. 

 

  


 

481


 İstedadlı Azərbaycan heykəltəraşı Ömər Eldarovun hazırladığı bu 

heykəli əvvəlcə Moskvada - Zərifə Əliyevanın qəbri üzərində qoymaq 

istəyirdilər. Heydər  Əliyev üçün o vaxt “Zərifəni Bakıya gətirmək” 

problem idi... 

- Görəsən, gələcəkdə necə olacaq? Bütün bu suallar məni narahat 

edirdi. Onun üçün də mən Ömər Eldarova gördüyü işə görə təşəkkür 

edib heykəli hələ ki, özündə saxlamağı tapşırdım. Vəziyyət elə idi ki

bu gündən sabaha ümid yox idi. Fikirləşdim ki, əgər özüm 

bacarmasam, övladlarımdan biri bu işi görə bilər. Ömər Eldarov 8 il 

ərzində  həmin heykəli emalatxanasında qoruyub saxladı. Bakıya 

qayıdan kimi emalatxanaya gedib, heykəli böyük qürur hissi ilə seyr 

elədim. Bilirsiniz, bu hissiyyat bir tərəfdən Zərifə xanımın xatirəsinə, 

digər tərəfdən heykəltəraşın yaratdığı yüksək sənət  əsərinə aid idi. 

1994-cü ildə  Zərifə xanımın məzarının Moskvadan Bakıya 

köçürülməsi ilə yeni mərhələ başladı. Bir sual yaranmışdı ki, heykəl 

harada qoyulsun. Ömər Eldarov məsləhət bildi ki, bu sənət  əsərini 

muzeydə saxlayaq, mən də razılaşdım”. Bu söhbət 1994-cü ildə 

olmuşdu. Qəbrin üzərində isə  həmin heykəlin  əsasında hazırlanmış 

bürünc abidə ucaldılıb (1997-ci il aprelin 15-də Heydər Əliyevin Bakı 

İncəsənət Muzeyində  Zərifə xanım  Əliyevanın xatirəsinə  həsr 

olunmuş “Elegiya” mərmər heykəlin təqdimat mərasimindəki çıxışı və 

xatirə kitabçasına yazdıqlarından). 

Heydər  Əliyevlə Ömər Eldarov ilk dəfə Leninqradda tələbəlik 

illərində tanış olmuşdular. Onlardan biri, əvvəl qeyd olunduğu kimi, 

DTK-nın xüsusi hazırlıq məktəbində, o birisi isə Repin adına Ali 

İncəsənət Məktəbində  təhsil alırdı (xalq arasında bu məktəbə sadəcə 

“repa” deyirdilər). Boş vaxtlarında Ömər Leninqradı  gəzməyi çox 

sevirdi. O, repanın yerləşdiyi küçə boyunca Nevanın sahilini gəzir, 

Dekabristlər meydanına çıxır, “Tunc heykəl”in (Puşkinin eyniadlı 

poeması yazıldıqdan sonra xalq Birinci Pyotrun heykəlini belə 

adlandırırdı) qarşısında uzun müddət dayanırdı. Məşhur fransız 

heykəltəraşı Etyen Moris Falkonenin düzəltdiyi və I782-ci ildə o vaxt 

Senat meydanı adlanan yerdə qoyulmuş bu heykəl artıq çoxdan 

Peterburqun (Petroqrad - Leninqrad) vizit kartına çevrilmişdi. 

- Falkonenin bir monumentalist olaraq istedadı  məhz Rusiyada 

olduğu müddətdə özünü büruzə vermişdi, - bələdçisi 

 

  


 

482


məktəbdə  dərs deyirmiş kimi əzbərlədiyi kəlmələri deyir. - Rus 

tarixinin dönüş  məqamlarındakı dramatik hadisələr çox incə, 

düşünülmüş  ştrixlərlə, mənalı detallarla, rəngarəngliklə, cəsarətli 

sıçrayışlarla, təntənəli əzəmətlə vəhdətdə təzahür edir... 

“Bu quş dili, görəsən, kimə lazmıdır? - Ömər heykəlin  şəklini 

çəkən turistlərə baxaraq düşünürdü. - Ən  əsası  rəssamın belə bir 

harmoniyaya necə nail ohnasıdır). 

Peşəkarların dairəsində danışıldığı kimi, Ömər o zamanlar artıq 

özünü göstərməyə başlamışdı. Bakıdakı respublika sərgilərində onun 

iki işi – “Pambıqçı” və “Neftçinin portreti” əsərləri sənətsevərlərin 

diqqətini cəlb etmişdi. Yerli mətbuatda gənc rəssamın uğurlarını 

xüsusi qeyd edir, onun sadə zəhmətkeş obrazlarına böyük marağından 

yazırdılar. Amma Ömər Eldarovun özü çox gözəl bilirdi ki, onun 

yaradıcılıq yolu hələ indi başlayır. Bəs irəlidə onu nə gözləyir? 

Görəsən, o da əsrlərdən çapıb gəlmiş bu Tunc heykəl kimi öz xalqı ilə, 

insanlarla  əbədi olaraq bir yerdə qala biləcək  əsərlər yaratmağa 

müvəffəq olacaqmı? 

Kiminsə tanış olmayan səsi onu düşüncələrindən ayırdı: 

- Salam Ömər, - bunu onun qarşısında duran hündür və ciddi 

görkəmli bir oğlan dedi. - Mənim adım Heydərdir. 

Yad adam özü barədə başqa bir söz demədi. Ömər də çox 

maraqlanmadı. Eldar öz “orepa”sında bu şəxsi görməmişdi, Bakıda 

görüşdükləri də yadına düşmədi. Görünür, həmyerlisi sadəcə doğma 

söz eşitməkçün darıxıbmış. 

- Mən Bakıdakı  sərgilərdə  sənin işlərini görmüşəm, - Heydər 

sözünə davam etdi, - çox xoşuma gəlmişdi. 

Amma sənət adamlarının xoşuna gələn komplimentlər bununla 

bitmirdi. Sənətsevər davam edərək deyirdi: “Neftçinin portreti”ndə 

dənizdə, Neft daşlarında gecə-gündüz təhlükəli sahələrdə  işləyən 

insanlara xas olan daimi narahatlıq, həyəcan  əksini tapsaydı, daha 

yaxşı olardı. Mənə elə gəlir ki, bu insanlara xas nigarançılığı, tezliklə 

doğma sahillərlə görüşmək həsrətini yaxşı hiss ctdirməmisən. Ömər, 

əgər xətrinə dəydimsə, bağışla”. 

O, qəfildən gəldiyi kimi qəfildən də sağollaşıb getdi. 

Repin məktəbini bitirən Ömər Eldarov Bakıya qayıtdı. Ö, öz 

Leninqraddakı tanışını tapmağa çalışsa da, uzun müddət bu- 

  


 

483


na nail ola bilmədi. Amma bir gün Heydər  Əliyev özü şəxsən 

heykəltəraşın emalatxanasında peyda oldu. 

Həmin gün “Azərbaycan gəncləri” qəzeti Ömərin yeni işi olan 

Xurşudbanu Natəvanın heykəli barədə böyük bir yazı  dərc etmişdi. 

Natəvan Qarabağın son xanı olan Mehdiqulu xanın qızı idi və onun 

qəzəlləri dildən - dilə gəzirdi. 

- Yadımdadır, həmin gün mən axşamacan öz emalatxanamda 

işlədim, - deyə Ömər Eldarov xatırlayır. - Qapı döyüləndə artıq hava 

qaralmışdı. Uzun plaşlı və şlyapalı bir kişi içəri daxil oldu. Mən ona 

oturmağı  təklif etdim, Amma o dedi ki, tələsirəm, beş  dəqiqəliyə 

gəlmişəm, Sonra əlavə etdi ki, biz Leninqradda, Birinci Pyotrun 

heykəlinin yanında görüşmüşük. Deyəsən, yadınızdan çıxıb. Mən 

Leninqradda tanış olduğum oğlanı yalnız indi tanıdım. Həmin 

monumentin yanındakı görüşü unutmamışdım. Biz qucaqlaşdıq. 

Heydər dedi ki, Natəvanın heykəli barədə yazını oxumuşam, heykəlin 

fotoşəkillərini görmüşəm və sənin uğur qazanacağına əminəm. Amma 

vaxtın varsa, bəzi fikirlərimi səninlə bölüşmək istərdim. 

Bunun ardınca Ömər Eldarov Heydər  Əliyevin həmin gün xatirə 

kimi onun dəftərinə köçürtdüyü sözlərini sitat gətirir. 

“Bizim XIX əsrdə fəxrimiz olan Natavan sadəcə qəzəllərilyə yox, 

bənzərsiz, gözəl omamentləri, dekorativ tətbiqi sənət nümunələriylə 

də şöhrət qazanmışdı. Bir zamanlar Rusiyanı səyahətə çıxan və bizim 

məmləkətdə  də olan fransız yazıçısı Aleksandr Düma Natəvandan 

xahiş ctmişdi ki, öz əl işlərindən bir neçəsini xatirə olaraq ona 

bağışlasın. Amma Natəvan etiraz etmişdi: “Bu işlər mənə yox, 

xalqıma məxsusdur”.  İndi gərək sən də onun obrazını xalqın qızı, 

vətənpərvər bir insan, gözəl bir rəssam kimi verəsən”. 

Ömər Eldarov bu məsləhəti çox səmimiyyətlə  qəbul etdi. 

Natəvanın heykəli 1960-cı ildə Bakıda, “Azərbaycan” kinoteatrının 

qarşısında qoyuldu. Bu, böyük Azərbaycan memarının  ən uğurlu 

işlərindən hesab edilir. Ünlü Azərbaycan  şairəsinin ruhu sanki daşda 

canlanıb. 

- I963-cü ildə Ömər Eldarova respublikanın  əməkdar incəisənət 

xadimi fəxri adı verildi. Təbrik məktublarının arasında belə bir 

teleqram da vardı: 

“Əzizim Ömər, səni fəxri ad almağın münasibətilə ürəkdən təbrik 

edirəm. Sənə böyük yaradıcılıq uğurları arzulayıram. 

 

  



 

484


Gərgin iş rejimində işlədiyimə görə səninlə görüşməyə imkan tapa 

bilmirəm, Amma yaradıcılığını  həmişə diqqətlə izləyirəm Sizin 

heykəltəraş Tokay Mənınədovla birlikdə işlədiyiniz Füzulinin heykəli, 

Azərbaycan professional musiqisinin banis Üzeyir Hacıbəyovun 

heykəli məndə böyük iftixar və qürur hissi doğurur. Bir daha təbrik 

edirəm. Böyük hörmət və ehtiramla, Heydər Əliyev”. 

Yazıçılar, rəssamlar, musiqiçilər, arxitektorlar, bir sözlə 

mədəniyyət və incəsənət xadimləri həmişə Heydər  Əliyevin diqqət 

mərkəzində olub. Bəzilərinə ümumittifaq miqyasa çıxmağa kömək 

edir, yaxud bir-birindən incimiş  sənətkarları barışdırır, digərlərinə 

məişət  şəraitini düzəltməyə yardım edirdi. Şair Fikrət Qoca 

xəstələnəndə respublika həkimləri onu müalicə etməkdən imtina 

etmişdilər, demişdilər ki, müalicə etmək mümkün deyil. Onda Heydər 

Əliyev  şairi Moskvaya gətirib (o zaman H.Əliyev artıq Moskvada 

işləyirdi) ən böyük mərkəzi klinikalardan birində yerləşdirmək barədə 

tapşırıq verdi. Bundan başqa cərrahiyyə  əməliyyatından  əvvəl özü 

şəxsən Fikrətə zəng vurub ona təskinlik verdi: 

- Qorxma, hər şey yaxşı olacaq, sənin müayinən dünyanın ən yaxşı 

həkimlərinə tapşırılıb. 

Moskva həkimləri o vaxt Fikrət Qocanı xilas edə bildilər. 

Nə  qədər belə epizodlar var; yazılmış, yazılmamış, məşhur olan

olmayan... Bəziləri barədə memuarlar da yazılıb, bəzi söhbətlər isə 

kiçik ailələr içərisində qalıb və tez-tez xatırlanır. 

Aprelin 25-də Prezident sahibkarlarla görüş keçirdi. Tədbir 

əvvəlcədən səs-küy doğurmuşdu. Həmin  ərəfədə respublika qəzetləri 

Azərbaycan və rus dillərində görüşə hazırlıqla bağlı məlumatlar dərc 

edirdilər. Maraqlanan şəxslər  İqtisadi  İnkişaf Nazirliyinə müraciət 

etməyə  dəvət olunur, əhalinin diqqətinə  əlaqə telefonları çatdırılırdı. 

Auditoriya bu şəkildə toplanmışdı. 

- Bugünkü 

görüşümüzün  əsas məqsədi hazırda ölkəmizdəki 

iqtisadi durum haqqında dolğun, obyektiv, düzgün məlumatı siz 

sahibkarlardan almaqdır, - deyə Heydər  Əliyev yığışanlara müraciət 

etdi. - Mən bir daha təkrar edirəm, düzgün və obyektiv məlumat. Yəni 

siz yalnız həqiqəti danışmalısınız. 

Biz bu görüşə yalnız yerli sahibkarları  dəvət etmişik. Burada 

Azərbaycanın bazar iqtisadiyyatında iştirakı olan dövlət or- 

 

  



 

485


qanlarının rəhbərləri və ya onların nümayəndələrindən də heç kəs 

iştirak etmir. Mən, baş nazir, Prezidentin İcra Aparatının rəhbəri, 

Prezidentin köməkçisi və iqtisadi məsələlər üzrə dövlət müşavirindən 

başqa hökumət nümayəndəsi yoxdur. Bunlan sizin azad olmağınız, 

rahat danışmağınız üçün etmişəm. Heç bir nazir, vergi orqanı, hüquq 

mühafızəçisi və digərlərinin təsirinə düşməməyiniz üçün belə addım 

atdım. Bu gün verəcəyiniz hər hansı bir informasiya dərindən 

öyrənilib təhlil ediləcək. Onun əsasında yekun qərara gələcəyik. 

Gülnar - sülh elçisi 

Mayın 10-u Heydər  Əliyevin ad günüdür. Həmin gün saysız-

hesabsız rəsmi məktub və teleqram almışdı. Amma ən dəyərlisi 

S.Məhərrəmov adına 106 saylı orta məktəbin IX sinif şagirdi Gülnar 

Hüseynovadan aldığı  məktub oldu. O, məktəbliyə xas, uşaq 

səmimiyyətilə Heydər Əliyevi ürəkdən təbrik edib, ondan yaşıdlarını 

müdafiə etməyi xahiş edirdi: “XX əsr elm və texnika əsri olmaqla 

yanaşı, hom də müharibə, qanqada əsridir, elmin inkişafı bir tərəfdən 

tərəqqiyə, digər tərəfdən isə atom bombasının, termozəhərli silahların 

kəşf olunmasına təkan verdi. Bu silahlar milyonlarla insanın həyatına 

son qoydu. Ən çox zərər çəkən isə, əlbəttə ki, uşaqlardır. 

Mən öz gözləri ilə müharibənin canlı  şahidi olan uşaqlardan 

biriyəm... Öz doğma yurd-yuvasından didərgin düşmüş digər 

həmvətənlərim kimi mən də o yerlərin həsrəti ilə yaşayıram. 

Mən gələcəyimizi aydın, təmiz, müharibəsiz, uşaqları atalı-analı öz 

doğma ocaqlarında yaşayan görmək istəyirəm...” 

2002-ci il mayın 13-də Prezident Biləsuvar rayon ərazisində 

məskunlaşan məcburi qaçqın və köçkün ailələrinə yardım edilməsi 

haqqında fərman imzaladı. Heydər  Əliyev çadır  şəhərciyində 

məskunlaşan insanların sosial-maddi vəziyyəti ilə bilavasitə 

maraqlanırdı. Bu işi başqalarının üzərinə ata bilməzdi. Heç bunu 

istəmirdi də. 

Günahsız insanların həyatını  təhlükə altına qoyan bəzi 

siyasətdənkənar  şəxslər müharibənin başlanmasını  tələb edirdilər. 

Görəsən, bu cür çağırışların çox zaman məsuliyyətsizlik- 

 

  



 

486


dən doğduğunu deməyə ehtiyac varmı? Müharibə  həmişə qan 

tökülməsinə  gətirib çıxarır.  Ən çox isə günahsız insanlar bundan 

əziyyət çəkirlər. 

22 mayda Vatikan tərəfindən Azərbaycanın müstəqillyini 

tanınmasının 10 illiyi ərəfəsində Roma Papası  İohan Pave Bakıya 

rəsmi səfərə  gəldı.  İtalyan qəzeti “Stampa”nın apardığı hesablamaya 

əsasən, həmin vaxtda Azərbaycanda 130 katolil qeydə alınıb. Odur ki, 

Papanı qarşılayacaq kütlədən heç söz de gedə bilməzdi. Amma 

“Stampa”  ədalətli olaraq, bu hadisəni kifayət qədər  əhəmiyyətli 

olduğunu qeyd edirdi. Heydər  Əliyev və Roma Papası da hadisəni 

belə qiymətləndirirdilər. 

- Sizin İslam dininin geniş yayıldığı ölkələrə, o cümlədən 

Azərbaycan Respublikasına səfəriniz iki sivilizasiya arasında sülhün 

və qarşılıqlı inamın yaranmasına xidmət edir, - deyə Prezident Roma 

Papasına müraciət etdi. - Siz insanlar arasında xeyirxahlıq və 

mehribanlığı  təbliğ edir, ağır faciələrlə üzləşənlərə  səbr və dözüm 

arzulayırsınız. Azərbaycanda da bu cür fəlakətlərlə üzləşən insanlar 

var. Qonşu Ermənistanın Azərbaycan torpaqlarını  zəbt etməsi 

nəticəsində 1 milyondan artıq qaçqın və  məcburi köçkün öz doğma 

yurd-yuvasından didərgin düşüb. Bu insanların Sizin təsəllinizə və xoş 

sözlərinizə ehtiyacı var. Sülhün bərqərar olmasında Sizin də 

köməyinizə güvənirlər. 

- Mən bu torpağa onun zəngin mədəniyyəti qarşısında qürur hissi 

duyaraq gəlmişəm, - deyə Roma Papası cavab verdi. -Müxtəlifliyi və 

Qafqaz  əlamətləri ilə bu ölkə özündə  İran, altay-turan 

mədəniyyətlərinin də ən gözəl xüsusiyyətlərini əxz edib. Bu torpaqda 

bu gün də dünyanın  ən böyük dinləri mövcuddur. Keçmişdə Alban 

kilsəsinin xristianlığı ilə yanaşı, zoro-astrizm də  fəaliyyət göstərib. 

İslam dininin burda meydana çıxması sonralar daha geniş  şəkildə 

yayılmasına gətirib çıxarıb. Bu gün də Azərbaycan xalqının böyük bir 

hissəsi  İslam dinini seçib... Hətta ilkin xristian kilsəsinin təsirinin 

zəifləməsindən sonra belə, xristianlar digər dinlərin nümayəndələri ilə 

yanaşı yaşamışlar. Bütün bunlar xalqın səbri və qarşılıqlı anlaşması 

nəticəsində mümkün olub. Allahdan gərgin zamanlarda sabitliyin 

bərqərar olmasını, qaçqın və köçkünlərin öz doğma yurd-yuvasına 

qayıtmasını diləyirəm. 

 

  


 

487


Papa dua mərasimini yenicə  təmir olunan İdman və Konsert 

Kompleksində keçirtdi. Bu, əlbəttə, xırdalıqlardır. Əsas odur ki, Papa 

Bakıya gəldi. Bu fakt Azərbaycanın, onun liderinin dünyada tanınması 

demək idi... 

 

1   ...   31   32   33   34   35   36   37   38   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə