GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə35/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   31   32   33   34   35   36   37   38   39

Tarixin dərsləri 

 

Prezident Heydər  Əliyev öz əsərlərində  və  çıxışlarında tez-tez 

Azərbaycan Demokratik Respublikasının tarixinə müraciət edirdi. 

Prezidentin stolu üstündə o respublikanın qısa tarixinə  həsr 

olunmuş sənədləri, müxtəlif nəşrləri görmək olardı. 

1919-cu ildə Azərbaycan Demokratik Respublikasının 

sülhməramlı nümayəndə heyətinin rəhbəri, ADR Parlamentinin sədri 

Əlimərdan bəy Topçubaşov Parisdən Bakıya göndərdiyi məktubda 

yazırdı: 

“Düzdür, bizi hələ ki, müstəqil dövlət kimi tanımırlar. Amma 

olduğumuz hər yerdə artıq yarım ildir ki, Azərbaycanın müstəqil 

dövlət kimi fəaliyyət göstərdiyini, öz parlamentinin, hökumətinin, icra 

orqanının, məhkəməsinin, məktəbinin, ordusunun olduğunu 

söyləyirik. Həyatsevər və dözümlü xalq olan azərbaycanlılar özlərinin 

azad dövlət quraraq iqtidarında olduğunu sübut edərək, bolşeviklərin 

qəddar mübarizəsinə davam gətirdilər. Gücümüz yetdiyi qədər bu 

şəraiti qoruyub saxlamalıyıq. Çox istərdik ki, xalqımız hazırda bizim 

siyasi və iqtisadi sahədə müstəqil fəaliyyətimizin imtahan ərəfəsində 

olduğunu bilsin. 

İnanıram ki, bu mübarizəyə gücümüz yetəcək. Xalqımızın 

işgüzarlığına və  təbii ehtiyatlarımızın zənginliyinə güvənirik. Bizim 

hələ də mənəvi dayaqlara söykənən siyasi məktəbimiz yoxdur. Ölkədə 

sabitliyin və qayda-qanunun bərqərar olmasına, inzibati strukturun və 

məhkəmənin qurulmasına, ümumiyyətlə, qanunlara hörmət edilməsinə 

böyük ehtiyac var. 

Yalnız bu cür, daxili sabitliyin təmin edilməsi  şəraitində 

Azərbaycan  əsl dövlət ola bilər. Belə halda onun heç bir dövlət 

tərəfindən tanınmasına ehtiyac qalmaz. Daxilən güclü və sabit 

Azərbaycan özü-özlüyündə real və inkaredilməz fakt olacaq”. 

  


 

488


Topçubaşov  əsl dövlətin yaradılmasında, ilk növbədə daxili 

sabitliyin olmasını vacib amil kimi qeyd edirdi. Hcydər  Əliyev öz 

fəaliyyəti zamanı məhz bu ideyanın reallaşmasına can atırdı. 

Heydər  Əliyev həmin nəzəriyyənin təşəbbüskarı olaraq bütün 

xalqı, cəmiyyəti bir yerə toplaya bildi. Bu, azərbaycançılıq idi. Dünya 

Azərbaycanlılarının I Qurultayındakı hesabatı zamanı Əliyev dedi: 

- Biz azərbaycanlıyıq. Azərbaycan hamımızın vətənidir. Bu torpaq 

bizi bir millət, bir xalq, bir şəxsiyyət kimi yetişdirib. Ona görə  hər 

birimizin qəlbində azərbaycanlı ruhu var. Məhz bu azərbaycançılıq 

ruhu, ideyası bizi bir-birimizlə birləşdirən, daha sıx möhkəmlədən 

amilə çevrilib. Hər bir dövlətdə milli ideologiya mövcuddur. 

Azorbaycan Müstəqil respublikasının milli ideologiyası - 

azərbaycançılıq ideologiyasıdır. 

28 May - Respublika Günüdür. 1918-ci ilin məhz bu günündə 

Şərqin ilk müstəqil demokratik dövlətinin  əsası qoyulub, Fətəli xan 

Xoyski, Nəsib bəy Yusifbəyli, Mənınəd Əmin Rəsulzadənin birgə səyi 

nəticəsində Azərbaycan Demokratik Respublikası yaradılıb. 

Bütün bunlar canlı tarixdir - mahnı  mətni kimi buradan bircə 

kəlməni də  çıxartmaq mümkün deyil. Lakin mahnıların üzü 

köçürüldüyü kimi, tarixin də  bəzi məqamlarına  əl gəzdirmək olur. 

Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə bu barədə çox düşünür. 

Bizimlə söhbət zamanı, o, həqiqətin ağzının bağlandığı dövrləri 

xatırlayaraq, Heydər  Əliyevin həmişə  həqiqətin,  ədalətin tərəfində 

dayandığını bildirir: 

- Bir vaxt respublikada Gülüstan sülh müqaviləsinin 

bağlanmasının (1813-cü il) 150 illiyini qeyd etməyə hazırlaşırdılar. Bu 

müqaviləyə  əsasən böyük, geniş, bərəkətli torpaqlara, tarixi köklərə 

malik bir xalq İran şahlığı və Çar Rusiyası arasında bölünmüşdü. Bu 

tədbir mərkəzin təlimatı ilə, yerli yaltaq məmurların  əli ilə  həyata 

keçirilməliydi. Xalqın tarixi yaddaşında isə bu hadisə qanlı bir iz 

buraxmışdı. Lakin həmin dövrün dəmir hökmləri, maddi və  mənəvi 

məhrumiyyətlər kütləvi etiraza imkan vermirdi. İçimdə qaynayan milli 

qürur, namus və sənətkarın tarix və xalq qarşısındakı məsuliyyət hissi 

məni vadar 

 

  


 

489


etdi ki, fıkirlərimi kağıza köçürüm və beləcə “Güiüstan” poeması 

yarandı. 

Qadağalara, senzuraya baxmayaraq, poemanın  əlyazma variantı 

əldən-ələ gəzirdi. Bütün Azərbaycanda ziyalılar, tələbələr bu poemanı 

oxuyurdular. Mənim doğma  şəhərim olan Şəkidə bu poemanı “Nuxa 

fəhləsi” qəzeti çap etdi. Həmin vaxtdan etibarən mənim iztirablarım 

başladı. Sorğu-suallar, təqiblər, istintaqIar....Mən artıq həbsxanaya 

düşəcəyimə  əmin idim. Vəziyyət eləydi ki, qapıda maşın dayanan 

kimi diksinirdim. EIə fıkirləşirdim ki, mənim dalımca gəliblər. Düzü, 

ən çətin vəziyyətlə üzləşəcəyimi gözləyirdim. 

O vaxt Dövlət Təhlükəsizlik Komitəsində  mənim bir qohumum 

işləyirdi, Amma onun yanında bu barədə bir söz deyə bilmirdim, o da 

bu xüsusda danışmırdı. Amma bir gün həmin qohumum mənə 

yaxınlaşıb pıçıldadı: “Arxaym ol, səni həbs etməyəcəklər. Sənin güclü 

müdafiəçilərin var”. 

Mən bu sözləri sadəcə  təskinlik kimi, məni sakitləşdirmək üçün 

dediyini düşündüm. Yalnız uzun illər keçəndən sonra xəbər tutdum ki, 

məni bütün təhlükələrdən xilas edən, Azərbaycan Dövlət 

Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Heydər  Əliyev 

olmuşdur. 

Nə mən onu özümə dost adlandırırdım, nə də o bunu açıq şəkildə 

qeyd edirdi. Amma həmişə öz üzərimdə çox səmimi bir dostun 

diqqətini, qayğısını hiss edirdim. 

Doxsanıncı illərin ortalarında ağır xəstələndim. Etiraf edim ki, 

sağalmaq ümidimi tamam itirmişdim. Yrnə  də  həmin dost yardımı 

köməyimə çatdı. Heydər  Əliycv  şəxsən zəng vurub səhhətimlə 

maraqlandı  və dedi: “Hazırlaş, səni Türkiyəyə müalicəyə 

göndərirəm”. 

Ertəsi gün Prezidentin nümayəndəsi gəlib mənim stolumun üstünə 

onun göndərdiyi otuz min dolları qoydu və dedi ki, sabah siz 

Türkiyəyə uçursunuz, aviabilet artıq sifariş olunub. Məni Ankaranın 

ən böyük klinikalarından birində yerləşdirdilər. Orada mənə 

Türkiyənin Prczidenti Süleyman Dəmirəl də bir gün baş  çəkdi. 

Səhhətimlə maraqlanıb dedi: “Siz iki dövlətin, bütün türk xalqlarının 

şairisiniz. Sizin müalicənizlə bağlı bütün xərcləri mən öz üzərimə 

götürürəm. Əminəm ki, tezliklə müalicəniz bitəcək, sağalacaqsınız və 

Azərbaycana qayıdıb bizə    qardaş olan, qanı qanımızdan, canı 

canımızdan olan, tarix, 

 

  


 

490


mədəniyyət, ədəbiyyat baxımından bizə ən yaxın olan bir xalqa lazım 

olan yeni şeirlər yazacaqsınız”. 

Bakıya qayıdandan sonra Heydər  Əliyevə  zəng vurub onunla 

görüşmək istədiyimi bildirdim. O, yubanmadan görüş vaxtını  təyin 

etdi. Görüsə gedəndə  mən səfərdən  əvvəl onun göndərdiyi otuz min 

dolları özümlə götürdüm. Prezident səhhətimlə maraqlandı  və  mən 

cavab verəndən sonra həmin pulları çıxarıb stolun üstünə qoydum. 

O, təəccüblənib mənə baxdı: 

- Bu nədir? 

Açıqladım ki, müalicəmlə bağlı bütün xərci Türkiyənin Prezidenti 

Süleyman Dəmirəi öz boynuna götürdü və  mənə bircə  qəpik də 

xərcləməyə imkan vermədi. Heydər  Əliyev gülümsündü: - Götür, öz 

ehtiyaclarmına xərclərsən, - dedi. 

Bu pula əsərlərimin səkkiz cildliyini nəşr etdirdim. 

Bütün yaradıcılığım boyu bu böyuk şəxsiyyətin himayəsini, 

qayğısını daim hiss etmişəm. 

İyunun 6-da Prezident Heydər  Əliyev ABŞ Prezidentinin Xəzər 

hövzəsinin enerji ehtiyatlarnın inkişafı üzrə xüsusi müşaviri, səfir 

Stivin Mennin başçılığı üə nümayəndə heyətini qəbul etdi. Qonaqları 

salamlayan Prezident onların IX beynəlxalq «Xəzər neft, qaz, neft 

emalı  və neft kimyası» sərgi və konfransındakı  əraəklərini yüksək 

qiymətləndirdiyini dedi: 

- Cənab Prezident, səfir kimi çalışdığım dövrdə mənə cəmi iki 

dəfə Prezlident Buş tərəfindən yazılmış məktubun ünvana çatdırılması 

tapşırılıb. Hər iki məktub sizin ünvanınıza yazılıb. 

Biz amerikahlar Bakı-Ceyhan layihəsindəki dəstəyinizə görə sizə 

öz minnətdarlığımızı bildiririk. Bundan əlavə, dövlətlərimiz arasında 

bu səviyyədə münasibətlərin qurulması sahəsində göstərdiyiniz əməyi 

yüksək qiymətiəndiririk. 

Heydər Əliyev səfirə öz minnətdarlığım bildirdi: 

- Qeyd 

etdiyiniz 



məktublar ölkəmiz üçün çox əhəmiyyətlidir. 

Prezident Buşun məktubunun IX beynəlxalq sərgi və konfransının 

açılışında oxunması sizin ölkənin və Prezidentinizin Xəzər hövzəsində 

neft, qaz yataqlarının işlənməsi, enerji resurslarının ixracı  işində  nə 

dərəcədə maraqlı olduğunu sübut edən faktlardandır. 1994-cü ildə biz 

«Əsrin müqaviləsi»nə imza atmışıq və hər bir sonrakı mərhələdə ABŞ 

hökumətinin 


 

491


dəstəyini hiss etmişik. 1999-cu ildə  İstanbulda tərəfımizdən təsdiq 

olunan Bakı-Tbilisi-Ceyhan layihəsinə ABŞ Prezidentinin də imza 

atması, ABŞ hökumətinin bu neft kəmərinin fəaliyyətinə nə dərəcədə 

əhəmiyyət verməsini göstərir. Biz neft-qaz resursları imkanı hesabına 

yeni tarix yazırıq, - deyə Heydər Əliyev vurğuladı. - Çox sevinirəm ki, 

biz də bu tarixi yaradanlar sırasındayıq. İndi başladığımız işin böyük 

gələcəyi var. Həmin tarix sonrakı  nəsillər tərəfindən də davam 

etdiriləcək. 

2002-ci ilin iyununda Azərbaycan Dövlət  İqtisad Univcrsitetinin 

70 yaşı tamam oldu. «Azərbaycan iqtisadiyyatının dünya miqyasında 

inkişafı və inteqrasiyası üçün yüksək səviyyəli peşəkarların olmasına 

böyük ehtiyac var», - bu sözləri Prezident təntənəli yubiley gecəsində 

demişdi. O, iqtisadiyyatın inkişaf dövründən danışarkən qeyd etdi: 

«Bilirsiniz, 1994-cü ildən bu günə kimi Azərbaycana 9 milyard dollar 

investisiya qoyulub. Balaca bir ölkə üçün bu, böyük rəqəmdir. Biz 

neft müqavilələrindən böyük gəlir alırıq. Artıq Neft Fondu yaradılıb. 

Hazırda fondun 580 milyon dollara yaxın büdcəsi var. Valyuta 

ehtiyatlarımızın ümumi məbləği 1 milyard 200 milyon dollar təşkil 

edir. Amma 9 il bundan əvvəl, 1993-cü il iyunun 12-də Bakıda gərgin 

vəziyyotin hökm sürdüyü bir dövrdə Azərbaycanın xilası  işini öz 

üzərinə götürəndə bizim heç 1 dollar belə valyuta ehtiyatımız yox idi. 

Bütün bunlar tərəfimizdən qazanılanların hələ bir hissəsidir. 

Gələcəkdə ölkənin gəliri artaraq, əhalinin yüksək rifahına və maddi 

vəziyyətinin yaxşılaşmasına səbəb olacaq. Hazırda büdcəmiz 

artmaqda davam etdirilir. 

Bir ncçə gün bundan əvvəl Elmlər Akademiyasının prezidentinə 

əmək haqlarının qaldırılacağı haqda demişdim.  İndi də qeyd etmək 

istəyirəm ki, yaxın günlərdə Akademiyanın işçilərinin maaşlarının 

qaldırılrması haqda baş nazir və Maliyyə Nazirliyinə göstəriş 

vermişəm. Onlar təklifı hazırlayırlar və yaxın günlərdə baxacam. 

Narahat olmayın,  əmək haqları digər sahə-lərdə  də qaldırılacaq. Siz 

bunu hiss edəcəksiniz. 

İki gün əvvəl fərman imzalamışam. Azərbaycanın incəsənət, 

ədəbiyyat və digər sahələrində yaradıcılıqların ilə seçilən 150 ictimai 

xadimə ömürlük təqaüd ayırmışam. 5 il əvvəl mənim belə bir imkanım 

yox idi. İstəyirdim, amma bacarmırdım... İndi isə bunun üçün hər bir 

vasitə və imkanlanmız möv- 


 

492


cuddur. Bu 150 nəfərin hər biri Azərbaycan incəsənəti, ədəbiyyatı və 

digər sahələrinin canlı tarixidir. 

Bu insanlar tərəfindən yaradılan  əsərlər, onların vərəsələri tarix 

yaradır. Bu insanlaın hər biri bizim tariximizin yaradıcısıdır». 

Azərbaycan yazıçıları,  şairləri, incəsənət xadimiəri ilə birgə 

Prezident təqaüdünü rus yazıçısı İvan Tretyakov da aldı. Bir vaxtlar o, 

«Literatumıy Azerbaydjan» jurnalının baş redaktoru vəzifəsində 

işləmişdi. 

 

12 iyun 2002-ci il, Bakı 

 

Rusiya təqvimində bu gün qırmızı  hərflərlə bayram kimi qeyd 



olunur. 12 iyun 1990-cı ildə Rusiya Federasiyasının Xalq Deputatları 

qurultayı Rusiyanın Dövlət müstəqilliyi barədo Bəyannamə  qəbul 

edib. Dörd il sonra Prezident Yeltsin bu günün bayram kimi - 

Rusiyanın dövlət müstəqilliyi günü kimi qeyd olunmasına sərəncam 

verib. O zaman xalq arasında maraqlanırdılar: «Görəsən, biz kimdən 

qurtulub müstəqil olmuşuq?» Kremldə bu suala da cavab tapdılar: 

bayramın adını dəyişib «Rusiya günü» qoydular. 

Bütün ölkələrdəki Rusiya səfirlikləri həmin gün böyük, təntənəli 

qəbullar təşkil cdir. Ən ali qonaqlar ölkə prezidentləridir. Düzdür, 

prezidentlərin heç də hamısı Rusiya səfirliklərinə gəlmirdilər. Amma 

Azərbaycan Prezidenti Heydər  Əliyev Rusiya səfirliyindəki «Rusiya 

günü»nə  həsr olunmuş bu qəbullarda həmişə  iştirak edərdi. Həm də 

böyük şimal qonşusuna sadəcə öz hörmət və ehtiramını bildirməkçün 

yox. Yəqin ki, burada, hələ sovet dövründən tanıdığı rusiyalı dostları, 

tanışlarıyla görüşmək, söhbət eləmək ona xoş idi. Budur 

diplomatların, siyasətçilərin, hərbçilərin dəstəsi arasında Heydər 

Əliyev sinəsi ordenlərlə dolu olan ortaboylu bir kişini görür. Ona 

yaxınlaşır: 

- Hər vaxtınız xeyir, cənab Tretyakov, özünüzü necə hiss 

edirsiniz? 

İvan Polikarpoviç öz əsasını sol əlinə keçirib sağ  əlini Heydər 

Əliyevə uzatdı, salamlaşdı. 



 

493


492 

  

Rusiyanın səfiri Nikolay Timofeyeviç Ryabov Heydər  Əliyevlə 



söhbət edən bu qocaman əsgəri, deyəsən, şəxsən tanımırdı. 

Əliyev üzünü səfirə çevirdi: 

- Bu 

cəbhəçi, qocaman yazıçı İvan Polikarpoviç Tretyakovdur. 



60-70-ci illordo biz birlikdə işləmişik. Bu, bizim köhnə 

qvardiyanın üzvlərindəndir. 

- Sağ olun, Heydər  Əliyeviç, - bu diqqətdən təsirlənmiş  İvan 

Tretyakov dilləndi, - həm Prezident təqaüdünə görə, həm də zənginizə 

görə təşəkkür edirəm. 

1982-ci il oktyabrın 24-də  İvan Tretyakovun altmış illik yubileyi 

idi və Heydər  Əliyev həmin gün zəng vurub onu təbrik etmişdi. Bu 

barədə onların ikisindən başqa heç kim bilmirdi. Səhər tezdən Mərkəzi 

Komitənin birinci katibi şəxsən zəng vurub cəbhəçi yazıçını yubileyi 

münasibəti ilə  təbrik etmişdi. Belə  zənglər, belə  təbriklər heç vaxt 

yaddan çıxmır. 

- Deməli, bu il sənin səksən yaşın tamam olur, - Heydər 

Əliyeviç gülümsündü. - Mütləq zəng vurub təbrik edəcəm. 

Yəqin ki, hörmətli səfir də bu günü yadından çıxartmaz. Heydər 

Əliyev kimi şax görkəmli səfir Nikolay Timofeyeviç təsdiq  əlaməti 

olaraq başını tərpətdi. Xəzərin sahilində bir yay da keçdi. Payızın 24 

oktyabrında  İvan Tretyakovun kitablarla dolu kiçik mənzilində 

qonaqlar, dostlar toplaşdı. 

Köhnə dostlar zəng vurdu - Azorbaycan yazıçıları, «Rusiya 

icması»nm üzvlərit və s. Arxangelsk vilayətindəki həmyerliləri 

teleqram vurub təbrik etdilər: «Sizin adınızla mərkəzi küçələrin birini 

adlandırmışıq». 

Yalnız səfirlik susurdu. Belə diqqətsizliyə nə deyəsən!.. 

Fövqəladə  və  səlahiyyətli səfir çox gərgin işləyən adamdır. Bir 

müddət sonra o, öz diplomatik xidmətinin ünvanını üçüncü dəfə 

dəyişmişdi: Praqa, Bakı, indi də Kişinyov... Yeltsinin seçkilərinin 

ikinci turu zamanı  mərkəzi seçki komissiyasının sədri olmuş  və o, 

xidmətinin əvəzi olaraq beləcə mükafatlandırıldı. Yəqin ki, layiq idi. 

Həmin iyunda, Qara dəniz  İqtisadi  Əməkdaşlıq Birliyinə üzv 

ölkələrin rəhbərlərinin iştirakı ilə  İstanbul  şəhərində «Üç dəniz 

əfsanəsi» adlı konfrans keçirildi. Elə konfransın adı Qara dəniz ətrafı 

ölkələrin Azərbaycanla əməkdaşlığına inanmayan- 



 

494


lar üçün bir cavab idi. Zaman Azərbaycanın çiçəklənməsi üçün həyata 

keçirilən planların reallığa çevrildiyini sübut edirdi. 

Bütün bunlar Heydər  Əliyevin sammitdəki çıxışında da öz əksini 

tapırdı: 

- Artıq üç ildir ki, Xəzər, Qara dəniz və Aralıq dənizlərinin birgə 

«Üç dəniz əfsanəsi» konfransı kcçirilir. Görəsən, nəyə görə əvvəl bu 

tədbir baş tutmurdu? Çünki əvvəllər bizim indiki kimi sıx 

əməkdaşlığımız, bu iş haqqında kifayət qədər informasiyamız yox idi. 

Bundan  əlavə, bu layihəyə inananlar da çox az idi. Yalnız 1994-cü 

ildə «Əsrin müqaviləsi» imzalandıqdan sonra bütün dünyada Xəzərin 

problemi danışıqlar mövzusuna çevrilməyə başladı. Ola bilər ki, 

indiyədək Xəzər dənizi haqda, onun bu cür zəngin neft, qaz 

yataqlarının olması barədə beynəlxalq aləmdə informasiya yox idi. 

Amma biz Azərbaycanda bu haqda bilirdik. 

Sonra Prezident hər bir peşəkar neftçinin qürur duyacağı şəkildə və 

səviyyədə gözəl mühazirə oxudu: 

- Üç dəniz  əfsanəsinin bir anası var - Xəzər dənizi. Bu ananın 

yanında isə Azərbaycan yerləşir, - deyə Heydər  Əliyev bir qədər 

həyəcanlı tərzdə bildirdi. 

Azərbaycan türk dünyasının ayrılmaz bir hissəsidir. Sovet 

hakimiyyəti illərində Azərbaycanın Türkiyə ilə  mədəni  əlaqələri, 

mənəvi dəyərlərin mübadiləsi ciddi şəkildə  məhdudlaşdırılmışdı. 

Azərbaycan müstəqillik  əldə etdikdən sonra bu qadağalar da aradan 

götürüldü. 

Azərbaycanın müstəqilliyini ilk olaraq Türkiyə tanıdı. Heydər 

Əliyev dəfələrlə bunu xatırladırdı. Qars şəhərində onun adını daşıyan 

parkın və bulvarın yaradılması Prezidenti çox təsirləndirmişdi. 

 

9 iyul 2002-ci il, Peterburq 



 

Rusiya-Azorbaycan modəniyyəti tarixinə 9 iyul 2002-ci il əbədi 

olaraq həkk ediləcək. Həmin gün Sankt-Peterburqun 

Kamennoostrovski prospektində Azərbaycanın görkəmli rəssamı 

Görüş Babayevin hazırladığı dahi Azərbaycan  şairi və mütəffəkiri 

Nizaminin heykəlinin açılış mərasimi idi. 



 

495


- Nizami təkcə şair deyil, həm də dahi humanist olmuşdur, 

- deyə Rusiya Prezidenti Vladimir Putin açılış  mərasimindəki 

çıxışında qeyd etdi. - Ona görə  də Nizami yaradıcılığı hamıya, 

bəşəriyyətə aiddir. 

- Keçən il oktyabrın 12-də Bakıda rus poeziyasının dahisi 

Aleksandr Sergeyeviç Puşkinin heykəli açılmışdı, - deyə Heydər 

Əliyev xatırlatdı. - Bu gün Puşkinin «Pyotrun əsəri» adlandırdığı bir 

şəhərdə Nizaminin heykəli ucalır. 

Əlavə edərək demək istərdik ki, əgər ölkələr Aleksandr Puşkin və 

Nizami Gəncəvi kimi nəhəng insanları bir-biri ilə bölüşə bilirlərsə, bu, 

çox gözəldir. 

Azərbaycanda  ən populyar romanslardan birinin mətni 

Nizaminindir. O qəzəl belə adlanır: «Sənsiz». Əsl sənət xiridarlarının 

çoxu bu romansı unudulmaz Bülbülün ifasında yaxşı xatırlayır. 

Heydər  Əliyevin fikrincə, Azərbaycan mahnı  mədəniyyətinin böyük 

bir epoxası Bülbülün adıyla bağlıdır. Bülbül 1961-ci ildə  həyatdan 

köçdü.  Əliyevin təşəbbüsüylə böyük sənətkarın vətəni  Şuşada onun 

ev-müzeyi açılmışdı. Bakıda da onun muzeyi təşkil edilmişdi. 

Sənətkarın həyat yoldaşı Adilə xanıma səksən yaşı tamam olanda 

çoxsaylı  təbrik məktubları, təbrik teleqramları  gəlmiş, çoxlu zənglər 

olmuşdu. Amma ən gözlənilməzi Heydər Əliyevin zəngi idi. 

- Mən təəccübdən yerimdə donub qaldım, - Adilə Məmmədova 

əziz xatirələrini bizimlə bölüşür: 

- Heydər  Əliyev məni yubiley münasibətiylə  təbrik etdi. Aman 

Allah, bu insanda bu qədər həssaslıq, mərhəmət hissi hardandır 

görəsən? Onunla telefonda danışdığım müddətdə qapımızın zəngi 

basıldı. Mənə böyük bir gül dəstəsi gətirmişdilər. Güllərin arasında 

onun vizit vərəqini gördüm: «Prezident Heydər Əliyev». 

Adiləyə elə  gəldi ki, yenə  də «Sənsiz» romansının sədaları 

eşidilir... 

Peterburqu gəzən zaman Heydər  Əliycv çətinlik çəkmədən 

Qoroxov küçəsini tapdı. Vaxtilə burada 6 saylı evdə DTN-in rəhbər 

kadrlarını hazırlayan xüsusi məktəb fəaliyyət göstərmişdi. Böyük 

məmnuniyyətlə tanış divarlar, dalanlar arasında  şəkil çəkdirdi: 

«Astoriya» mehmanxanasına gedərkən yolda peterburqlularla, 

yerlilərlə həvəslə söhbət etdi. Onun bütün sə- 



 

496


fərləri belə keçirdi. Paris, Berlin, Peterburq, Moskva... fərqi yox idi. 

... Leontyev döngəsi ölkənin səs-küysüz, sakit hissəsi. Burada 

sanki keçmiş dövr hələ də hökm sürür. Divarlarda Leninin rəsmləri ilə 

dolu lövhələr bu gün də qalmaqdadır. Tver döngəsi alaqapılarına 

qədər davam edir. Alaqapıların arxasında müxtəlif kontorlar və üç 

səfirlik yerləşir. Kuba, Ukrayna və Azərbaycan səfirlikləri.  Əvvəllər 

burada  İttifaq respublikalarının nümayəndələri otururdular. Bazar 

günləri ofislərdə  iş olmayan, istirahət edilən zaman Leontyev 

döngəsinə sakitlik çökür. Digər günlər isə insan əlindən tərpənmək 

olmur. Bu dəfə isə azərbaycanlılar bura hər hansı bir sənədi almaq 

üçün yox, həmvətənliləri Heydər Əliyevlə görüşmək üçün gəlmişdilər; 

onlan Prezident dəvət etmişdi. 

Prezident onlara ana laylası  qədər  şirin, doğma ana dilində 

müraciət etdi: 

Əziz həmvətənlərim!  Əziz bacılarım, qardaşlarım,  əziz 



dostlar! 

Sizinlə bu gün görüşməyimə çox şadam. Hanınızı ürəkdən 

salamlayıram. Sizin şəxsinizdə Rusiyada yaşayan bütün 

azərbaycanlıları salamlayır, hər birinizə cansağlığı, işlərinizdə uğurlar 

arzulayıram. Ailənizə də xoşbəxtlik diləyirəm. 

Prezident ucadan danışmasa da, hər bir kəlməsini son cərgədə 

oturanlar da eşidirdilər. 

- Azərbaycan dili müstəqil Azərbaycanın dövlət dilidir, bizim 

doğma dilimizdir... Mən azərbaycanlıların, xüsusilə, gənclərin rus, 

ingilis, fransız, alman, ərəb, ispan dillərini mükəmməl bilmələrini 

istərdim. Amma qoy onlar Azərbaycan dilini mükəmməl bilsinlər, 

insanın çox dil bilməsi onu zənginləşdirən amillərdəndir. Bir dilə 

yiyələnən insan üçün bugünkü, müasir həyatda yaşamaq çətin olur. 

Bütün bunları nəzərə alıb, sizə hörmət əlaməti olaraq çıxışımı rus 

dilində davam etdirmək istərdim... 

Əliyevi dinləyən hər bir kəs onun digər məşhur qafqazlı si-

yasilərlə, məsələn, Şevardnadze ilə müqayisədə rus dilində mükəmməl 

danışdığını qeyd edirdi. Görəsən, bu nə ilə bağlı idi? Məktəblə? Ailə 

ilə, yoxsa özünütəlimlə? 

Əliyevlər ailəsində  uşaqlıqdan Azərbaycan dilində danışırdılar. 

Ümumiyyətlə, 20-ci illərin əvvəllərində Naxçıvan ərazi- 


 

497


sində rus dilini bilən əhali olduqca az idi. Əliyevin bioqraflarından biri 

olan Fatma Abdullazadənin də yazdığına  əsaslanaraq demək olar ki, 

«Heydər  Əliyev rus dilini böyük yaşlarmdan öyrənməyə başlamışdı. 

Naxçıvan məktəbində ilk dəfə olaraq Krılovun təmsillərinə, Puşkinin 

şeirlərinə qulaq asmışdı». 

Başqa bir fərziyyə  də irəli sürmək olar. Məktəb illərində Heydər 

Əliyevin daxili dünyasına dahi rus mütəfəkkirləri Puşkin və Krılovdan 

daha çox görkəmli satirik, publisist, realist Cəlil Məmmədquluzadə 

təsir etmişdi. Heydər  Əliyevin ana dilinə bu qədər doğma 

münasibətində milli ədəbiyyatın klassik nümunələrindən sayılan 

«Ananın kitabı»nın oyatdığı təəssüratın da rolu var idi. 

... Doğma Azərbaycana uzaq ölkədən 3 oğul qayıdır. Onlardan biri 

dilinə rus sözləri qatır, digəri Azərbaycan-türk ləhcəsində danışır, 

üçüncüsü də fars sözlərindən geniş istifadə edir. Əsərin süjeti demək 

olar ki, dağınıqdır.  Əsərin qəhrəmanları ilə Qoqolun «Dikanka 

yaxınlığında xutor axşamları»ndakı  məktəbli arasında müəyyən 

mənada bir oxşarlıq var. Cəmiyyətin yuxarı  təbəqələri ilə oturub-

duran bu gənc tez bir zamanda «latın dili»yə çevrilir, öz doğma dilini 

də unudur. Hər sözə «us» əlavə edilir. «Lopata» «Iopatus»a, «baba» 

«babus»a çevrilir. Bir gün sahədə  dırmığı görüb atasından soruşur: 

«Ata, bu sizin dildə necə adlamr? Ayağının altına baxmadan dırmığın 

dişlərini tapdalayır. Atası cavab verməyə macal tapmamış alətin sapı 

alnına dəyir. «Zəhrimar dırmığı» qışqıraraq qaçmağa başlayır. «Necə 

də bərk incidir». 

Cavanların hamısı eyni dırmığı tapdalayır. Doğma ata yurduna 

qayıdan üç qardaş beşikdə laylasma uyuduqlan dili unudaraq anaları 

ilə danışa bilmirlər. «Anamın kitabı» ailənin and yeri idi, çünki onlar 

«özgə atına minməklə» ana dilini, onun arxasında duran müqəddəs 

xatirələri unutmuşdular. Bu qəhrəmanlar C.Məmmədquluzadənin 

«Danabaş kəndinin əhvalatları» əsərindəki obrazlardan bir o qədər də 

uzağa getməmişlər. 

2002-ci ilin iyununda Rusiyadakı Azərbaycan səfirliyində bu 

ölkədə yaşayan hər bir azərbaycanlı Prezidentlə görüşməkçün, bu 

binaya toplaşmışdı. Zalda tanış üzlər çox idi. Onlardan bəziləri ilə 

Heydər Əliyev Moskvada işləyərkən, eza- 


 

498


miyyətdə olarkən tanış olmuşdu. Bəziləri isə onun köməyilə bu ölkəyə 

təhsil dalınca gəlmişdi. 

- Mən hər zaman, keçmişdə  də, Azərbaycanda işlədiyim 

dövrlərdə  də demişəm ki, heç bir dövlət qapalı  şəraitdə yaşamaqla 

dünya sivihzasiyasına qoşula bilməz. Mən hər zaman milli 

məhdudlaşdırma hissinə qarşı olmuşam. 

O vaxtlar - Heydər  Əliyev Azərbaycan KP MK-nın birinci katibi 

işlədiyi dövrdə ona qarşı  çıxanlar çox olmuşdu. Cavanların təhsil 

dalınca Rusiyaya, Sovet İttifaqının digər respublikalarına getməsi fıkri 

mənfı qarşılanırdı. Amma o, öz dediyinə nail ola bildi. Həmin dövrdə 

Azərbaycan sovet respubhkaları arasında bu mövzuda yeganə imtiyaz 

alan ölkə idi. Heydər  Əliyev özünün layihəsini böyük qürur hissi ilə 

xatırlayırdı. 

- 1970-ci 

ildən başlayaraq, azərbaycanlı  gənclərin daha çox 

ölkənin hüdudlarından kənara, xüsusilə Moskva, Leninqrad, digər 

böyük elm, mədəniyyət və təhsil mərkəzlərinə göndərilməsi tapşırığını 

verdim. 


Bu işi görmək, hətta ona - respubhka KP MK-sının birinci katibi 

Sov.  İKP MK-nm üzvünə belə  çətin oldu. Uzun sürən danışıqlardan 

sonra yalnız 100 nəfərə xaricdə təhsil almağa icazə verildi. Amma bu 

100 nəfər öz istəkləri ilə  də gedə bilərdilər; Moskvada da, 

Leninqradda da, Kiyevdə də, Sverdlovskda da (indiki Yekaterinburq) 

ümumi  əsaslarla ali məktəblərə daxil ola bilərdilər. Amma onlar çox 

vaxt kəsilirdilər. Çünki azərbaycanlı  gənclər, xüsusilə regionlarda 

böyüyənlər böyük şəhərlərdəki yaşıdları ilə  rəqabətə güc gələ 

bilmirdilər. 

Ən sonda Heydər  Əliyev gənclərin Sovet İttifaqının müxtəlif ali 

məktəblərində müsabiqədənkənar təhsil almaq hüququnu qazandı. 

Əvvəllər cəmi 100 yer ayrılsa da, 1978-79-cu illərdə bu rəqəm 800-ə 

yüksəldildi (bu, onun Siyasi Büroya üzvlüyə namizəd olduğu vaxta 

təsadüf edirdi). Əlbəttə, problem təkcə Azərbaycanla bitmirdi. Bütün 

ölkə miqyasında milli kadrların yetişdirilməsinə ehtiyac duyulurdu. 

Sovet  İttifaqının digər ölkələrindən - Türkmənistan, Özbəkistan, 

Qazaxıstan, Gürcüstan, Moldova və Tacikistan da bu hüququ əldə 

etmişdilər. Amma deyəsən, yalnız Heydər Əliyev şəxsən bu məsələ ilə 

maraqlanırdı. 


 

499


- Bilirsiniz, bu məsələ ilə  əlaqədar materialların bir hissəsini 

indiyədək qoruyub saxlaya bilməmişəm. Burdan-ora, ordan-bura 

köçməyimlə  əlaqədar itib-batıb. Bəzilərinə yer olmadığından məhv 

etmişəm, - səfirlikdə 2002-ci ildə görüşü zamanı Heydər Əliyev həmin 

günləri xatırlayırdı. - Amma gənclərin hər il Sovet İttifaqının 

şəhərlərinə paylanması haqda jurnallaı qoruyub saxlamışam.  İndi də 

arxivimdən neçənci ildə hansı gəncin hansı şəhərdən, hansı rayondan 

hansı instituta daxil olması  sənədini tapa bilərsiniz. Onların 

içərisindən bir çox görkəmli şəxslər çıxıb. 

Nəyə görə bunları edirdim? Birincisi, səmimi desək, Moskva 

universitetlərindəki təhsilin səviyyəsi Bakı ali məktəblərindən çox 

yüksəkdir. O vaxt da elə idi, indi də. İkincisi, bir çox peşələrlə bağlı 

bizdə ali təhsil yox idi. Demək, hər hansı istiqamətdə peşəkar kadr 

hazırlamaq üçün digər respublikaların ali məktəblərinə müraciət 

etmək zəruri idi. Üçüncüsü, mən  əhalinin, insanların köhnə 

qəliblərdən çıxmasını istəyirdim. Bilirsiniz, bu yolla insanlar 

sərhədləri aşıb daha geniş mühitə  çıxar, digər insanlarla münasibət 

qura bilərdilər. Bu isə istər-istəməz yeni dili, rus dilini öyrənməyə 

vadar edirdi. Bəziləri  əlavə olaraq ingilis və digər xarici dilləri də 

öyrənə bilmişdi. 

Yeri gəlmişkən, bu işlə  hər il məşğul olur, hər il bir neçə  dəfə 

Moskvada təhsil alan tələbələri toplayırdım. Sonra onların sayı o 

qədər artdı ki, burada yer olmadı. Yadımdadır, onda Tver bulvarında 

yerləşən teatrın binasına toplaşdıq. Sov. İKP MK-nm işçiləri, 

komsomolun MK rəhbərləri, ali təhsil nazirləri və digər Moskva 

rəhbərlərini də dəvət etmişdik. 

Həmin görüş bir çox iştirakçının yaddaşında həmişəlik qalmışdı. 

Tələbələr arasında MDU-dan bir oğlan çıxış etmişdi.  Əliyev uzaq 

Cəbrayıl rayonundan bura oxumağa gələn tələbəni çox yaxşı 

xatırlayır. Müəllimlərin dediyinə görə, çox istedadlı idi, lakin rusca 

çox pis danışırdı. Oxuduğu məktəbdə rus dili müəllimi olmadığmdan 

bütün  şagirdlərə 3 verilirdi. Heydər  Əliyev onu indi də yaxşı 

xatırlayır, öz diqqətini gizlətmədən bu oğlanı seyr edirdi. İndi o, əla 

qiymətlərlə oxuyur, rus dilində isə təmiz danışırdı. 

- Mən bu oğlana baxanda sevincimdən kövrəldim, - deyə Prezident 

etiraf edirdi. Çox sevindim. 



 

500


Bu sözləri yalnız ata öz oğlu haqqında deyə bilərdi. 

 

Milli Kitabxanada Prezident Əliyevin hədiyyə etdiyi kitabların 



sərgisi keçirilirdi. Onların arasında məlumat kitabçaları, lüğətlər, 

Səməd Vurğun, Sergey Yesenin, Bəxtiyar Vahabzadə, Bajov, 

Nitsşenin cildləri, fantastik əsərlər toplusu var idi. Cəmi 500 kitab. 

Heydər Əliyev kitabları çox sevir, onun həyatdakı və cəmiyyətdəki 

dəyərini yaxşı bilir, kitabxananın rolunu yüksək qiymətləndirirdi. O, 3 

dəfə ölkənin əsas kitabxanasında olmuşdu; 1995-ci il 3 iyul, 1996-cı il 

4 mart, 1997-ci il 20 noyabr. 1997-ci ildə Prezident «Azərbaycanda 

kitabxanaçılıq işi» haqqında Azərbaycan Respublikası Qanununu 

imzaladı. Əlbəttə, bu kitabsevərlər üçün böyük təkan oldu. 

Əgər Azərbaycan Respublikası Prezidenti müddəti bitməmişdən 

istefaya gedərsə, onda 3 ay ərzində vaxtından əvvəl prezident seçkiləri 

keçirilir. Bu, Konstitusiyanın 105-ci maddəsində öz əksini tapıb. 

Prezidentin təklif etdiyi dəyişikliklərə  əsasən, onun vəzifəsini baş 

nazir həyata keçirir. Prezident öz vəzifələrini icra etmək iqtidarında 

olmadıqda, onun səlahiyyətləri baş nazirə verilir. 

Müxalifət  əksinə  çıxış etdi. Niyə? Bu haqda fikir bildirən Bakı 

Dövlət Universitetinin rektoru, AMEA-nm müxbir üzvü Abel 

Məhərrəmov bu üsulun beynəlxalq hüquq normalarına uyğun 

gəldiyini qeyd edir. Konstitusiyasnın 7-ci və 99-cu maddələrinə 

əsasən «Azərbaycan Respublikasında icraedici hakimiyyət respublika 

Prezidentinin səlahiyyətləri çərçivəsindədir. Bütün icraedici orqanlar, 

o cümlədən Nazirlər Kabineti üzərində  rəhbərliyi Prezident həyata 

keçirir. Milli Məclis isə Qanunverici orqandır. Səlahiyyətlərin 

icraedici orqana keçməsi məsələsi də, göründüyü kimi, daha 

məqsədəuyğundur, çünki icraat işləri ilə birbaşa baş nazir məşğul 

olur». 


Avqustun 24-də Azərbaycanda Konstitusiyaya əlavə  və 

dəyişikliklərin edilməsinə dair referendum keçirildi. Beynəlxalq 

müşahidəçilərin dediyi kimi, referendum xalqın Heydər Əliyevə olan 

inamının nümayişi idi... 



 

501

1   ...   31   32   33   34   35   36   37   38   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə