GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə36/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   31   32   33   34   35   36   37   38   39

Generalın ad günü 

 

2002-ci il, 16 sentyabr. General Vaqif Axundovun ad günü bazar 



ertəsinə təsadüf etmişdi. Əlbəttə, bu onun illərlə adət etdiyi işinə heç 

bir dəyişiklik etmirdi. Həmişəki kimi, artıq saat 9-da iş yerində idi. 

Əvvəllər Nazirlər Kabineti yerləşən binada, indi Mühafızə Xidmətinin 

Baş  İdarəsi məskunlaşmışdı. General yüngül qaçışla 2-ci mərtəbəyə 

qalxdı. EIə bil heç pilləkən çıxmır, sanki düz yol gedirmiş kimi 

addımlayırdı. Kənardan baxanda qətiyyən 50-dən artıq yaşının 

olduğuna inanmazsan: çox gümrah və cavan idi. Elə otağa təzəcə 

girmişdi ki, birbaşa əlaqə telefonu zəng çaldı. 

- Eşidirəm, cənab Prezident! 

- Sabahın xeyir, Axundov! İndi yanıma gələ bilərsinizmi? Bir neçə 

dəqiqədən sonra general bütün Baknın yaxşı tanıdığı  ağ binanın 5-ci 

mərtəbəsinə qalxdı. Kabinetə daxil olanda Heydər  Əliyev görüşmək 

üçün ona yaxınlaşdı. 

- Ad günün münasibətilə tədrik edirəm! 

General-leytenant həmin günü xatırlayarkən    həyəcanını 

gizlətmir: 

- Heydər Əliyev hanınm, qohumun da, yadın da qayğısına qalırdı. 

Heç kəsi yaddan çıxarmırdı. 

Onlar ilk dəfə 1978-ci ildə, baş leytenant Axundov DİN-in 

Komsomol Komitəsinin katibi işləyərkən 9-cuya - partiya və sovet 

orqanlarının mühafizə idarəsinə, siyasi müavin vəzifəsində çalışmaq 

təklifı alanda görüşmüşdülər. MK-nm birinci katibi Heydər Əliyev işə 

cavan, perspektivli şəxslərin götürülməsini tapşırmışdı. Daxili işlər 

naziri Arif Heydərov Axundovun namizədliyini irəli sürmüşdü. Yəqin 

ki, başqa təkliflər, xüsusilə DTK-dan da təkliflər olmuşdu.  Əliyev 

Heydərovun təklifinə müsbət cavab vermişdi. 

- O, 

məndən harada, hansı vəzifədə işlədiyimi soruşdu. 



Özüm haqqında qısa danışdım. Neft institutunu fərqlənmə ilə 

bitirmişəm, sonra hərbi xidmətdə olmuşam. Engelsdə aviasiyada 

əsgərlik çəkmişəm, hərbi aviasiya hissələrinin yanacaq-sürtkü 

materialları ilə təmin edilməsi işini yerinə yetirmişəm. 

28 yaşlı baş leytenantm bioqrafıyasında həmin gündən yeni səhifə 

açıldı. Əliyev Moskvada çalışdığı müddətdə də Axun- 



 

502


dov Bakıda xidmət edirdi. 1985-ci ildə idarəyə  rəhbərlik etməyə 

başladı. İndi bu idarə Dövlət Xüsusi Mühafızəsinin xidməti adlanır. 

- Cənab general, bu doğrudur ki, siz Heydər  Əliyevə qarşı 

hazırlanmış bir neçə sui-qəsd cəhdinin qarşısını almısınız? -deyə 

Axundovdan soruşduq. 

- Bu cür cəhdlər, doğrudan da, olmuşdu. 1994-cü ilin oktyabrında, 

1995-ci ilin martında və sonra Ukrayna Prezidenti Leonid Kuçmanın 

səfəri  ərəfəsində. Onda terroristlər Bakı aeroportu yolunda yerləşən 

böyük körpünü partlatmağa cəhd etmişdilər. Körpünün altına 100 

kiloqrama yaxın partlayıcı maddə qoymuşdular. Partlayış baş 

versəydi, yaxın  ətrafda heç bir yaşayış evi qalmazdı. Həmin  ərəfədə 

körpünü gözdən keçirən  əməkdaşlarımız aşağıda tikintinin özündən 

əlavə beton lövhənin yerləşdiyini aşkar etmişdilər. Cərəyanı ordan 

tapdıq, 500-600 metr aralıda isə naqillər yerləşdirilmişdi... Bu cür 

məqamlar olmuşdu. Prezidenti Allah saxlamışdı, - deyə 

həmsöhbətimiz gülümsünür. 

 

«Məni Allah qoruyur» 

 

Azərbaycanda bu gün də Heydər  Əliyevdən söz düşəndə hamı 

onun Allahın sevimli bəndəsi olduğunu söyləyir. Onun həyatında bu 

qənaəti təsdiqləyən kifayət qədər faktlar var. DTK-da fəaliyyət 

göstərdiyi dövrlərdə də, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini 

olduğu çağlarda da, lap elə Qorbaçovun qəzəbinə tuş gəlib Moskvada 

qürbət həyatı yaşadığı vaxtlarda da Tann ondan öz sevgi və 

mərhəmətini heç zaman əsirgəməmişdir. 

Yazdığımız kitabda Tanrnın bu sevimli bəndəsini necə hifz 

etməsindən iki hekayəti oxucularımızm diqqətinə çatdırırıq. Biri 

keçmiş sovet dönəmində, Heydər  Əliyevin dünyanın nəhəng bir 

ölkəsinin rəhbərlərindən biri kimi fəaliyyət göstərdiyi dövrə, digəri isə 

onun müstəqil Azərbaycanı bəlalardan qurtardığı illərə təsadüf edir. 

23 oktyabr 1983-cü il. Pakistanın paytaxtı  İslamabad  şəhərindəki 

SSRİ  səfirliyi. Yerli vaxtla axşam saat yeddidir. Bütün     işlərə qol 

çəkilib,  bütün teleqramlar göndərilib. 



 

503


Əməkdaşlar evə getməyə hazırlaşırlar. Sabah cümə günüdür. 

Müsəlman Pakistanında bu istirahət günüdür. 

Birdən  şifrələmə  şöbəsinin rəisi deyir: «Vladimir Georgiyeviç, 

təcili bura gəlin. Oxuyuram. Teleqram. Çox təcili «Üç saatdan sonra 

Siyasi Büronun üzvü, Sov.İKP MK-nm katibinin rəhbərliyi ilə partiya 

nümayəndə heyəti Moskvadan təyyarə ilə uçur. Pakistan ərazisi 

üzərindən uçmaq üçün Pakistanm dövlət orqanlarının icazəsini təmin 

edin». 


Nümayəndə heyəti  ərəb ölkələrindən birinə uçurdu. Yol yalnız 

Pakistanın hava məkanından idi. Teleqramda adı  çəkilən nümayəndə 

heyətinin rəhbəri Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin 

birinci müavini Heydər  Əliyev idi. Onun təyyarəsi gündüz saat 3-də 

Moskvadan uçurdu. İslamabad ilə vaxt fərqi də 3 saat idi. 

SSRİ-nin Pakistandakı  səfirliyinin və  şəxsən səfir Vladimir 

Georgiyeviç Belyayevin əmri yerinə yetirməsinə 6 saat vaxt var idi. 

Aydm məsələ idi ki, təyyarənin ərazi üzərindən uçuşuna razılıq almaq 

üçün vaxt demək olar ki, əldən çıxmışdı. Səfirin ağhna gələn ilk fikir 

Pakistanm aviasiya departamenti ilə  əlaqə saxlamaq oldu. Ancaq 

orada heç kim qalmamışdı, artıq axşam saat 7 idi. Nə etməli? 

Diplomatik kanalları işə salmaq lazım gəldi. 

Belyayev Pakistanm xarici işlər nazirinin müavininə telefon açır. 

Nazir müavini diqqətlə onu dinlədikdən sonra üzr istəyir, heç cür 

kömək edə bilməyəcəyini deyib, dəstəyi yerinə qoyur. Sovet diplomatı 

xarici işlər naziri Aqi Şahı axtarmağa başlayır. Ancaq o da «heç cür 

kömək edə» bilmir. Heydər Əliyevin təyyarəsinin gəlməsinə dörd saat 

qalır. 


Bu mənzərənin şahidi olanlardan biri deyir: 

«Oturmuşuq. Kondisionerlər işləyir, soyuq havanı üstümüzə 

püskürür. Bizi isə  tər aparır. Son dərəcə  gərgin vəziyyətdir: aviasiya 

departamenti bağlı, xarici işlər naziri də gedib. Məsələ müşkülə 

çevrilib». 

Burada vəziyyəti gərginləşdirən daha bir məqam var. Ay yarım 

bundan əvvəl, 1983-cü il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə 

SSRİ Hava Hücumundan Müdafiə qüvvələrinin   uzaq Şərqdəki 

təyyarələri Cənubi 


 

504


Koreyanın Mülki aviasiyasına məxsus sərnişinlərlə dolu 

«Boinq»i vurmuşdu. Bütün dünya Reyqanın fitvası ilə 

sovetlərin qaniçənliyindən danışırdı.  Əksər ölkələrdə, o 

cümlədən Pakistanda da antisovet əhvali-ruhiyyə çox güclü idi. 

Səfirlikdə hamıya gün kimi aydın idi ki, partiya və hökumət 

nümayəndə heyətini aparan təyyarə Pakistanın üzərindən icazə 

alınmadan uçarsa, Pakistanın Hava hücumundan müdafiə 

qüvvələri düşünüb-daşınmadan onu raketlərlə vuracaqlar. Çox 

təcili nə isə etmək lazımdn». Artıq yerli vaxtla gecə saat 2-dir. 

Şahidlərdən biri deyir: 

«Birdən ildırım sürətli bir fikir səsləndi! General! 

Prezidentin köməkçisi! Xidməti telefonla zəng vururam! 

Bilirsiniz, az qalırdı  qışqram! O, teiefonu götürür! Mən ona 

vəziyyəti izah edirəm. Cavab gəlir: - Cənab Belyayev, mən sizi 

çox yaxşı başa düşürəm, ancaq bilirsiniz, bu gün Prezident üçün 

çox ağır iş günü olub. Bağışlayın, mən Prezidenti oyada 

bilmərəm. Mən otağa qayıtdım. Oturdum və öz-özümə dedim: 

bizim aqibətimiz necə olacaq? Hamı mənə baxıb susur, Amma 

baxışları ilə sanki nə oldu, nə oldu? — deyə soruşurlar. Mən 

deyirəm ki, Prezident yatıb, oyada bilmir». 

Ziya Ülhəqdən, Pakistanın o vaxtkı Prezidentindən yuxarıda 

Allahdır. Ancaq Pakistandakı sovet səfirinin ona çıxışı yox idi. 

SSRİ Nazirlər Soveti sədrinin müavini, Siyasi Büro üzvü 

Heydər Əliyevi və nümayəndə heyətini aparan təyyarə isə bütün 

bunlardan xəbərsiz, düz Pakistan raketlərinə  tərəf uçurdu. 

Xəbərdar etmək, təyyarənin marşrutunu dəyişmək qətiyyən 

mümkün deyil. Gərginlik durmadan artır. Moskva yüksək məxfi 

şifrəli teleqramlardan beynəlxalq telefon xəttiylə açıq telefon 

danışıqlarına keçir. Hər 5-10 dəqiqədən bir sual sual dalınca 

yağırdı: «Niyə indiyə  qədər uçuşa razılıq barədə  xəbər 

vermirsiniz?! Siz hansı  məsuliyyətin altma girdiyinizi 

bilirsinizmi?! Siz xüsusi reysin Pakistan ərazisi üzərindən 

təhlükəsiz uçuşuna təminat vero bilərsinizmi?! Biz ölkə 

rəhbərliyinə məlumat verə bilərikmi hr şey normaldı»?!» 

Vəziyyətin  şahidlərindən biri deyir: «Təzyiq getdikcə artır.    

Birdən    növbətçi    aşağıdan    qışqırırır:    «Vladimir 



 

505


Georgiyeviç, sizi telefona. Yaxınlaşıb, tez dəstəyi qulağıma sıxıram. 

Adını deyir – general filankəs. İkinci general, ikinci köməkçi. Cənab 

Belyayev, cənab Prezident filan reysin Pakistan ərazisi üzərindən 

uçmasına razılıq verilməsi üçün sərəncam verib. Bu haqda Moskvaya 

xəbər verə bilərsiniz. Təyyarə isə bu dəqiqələrdə Pakistan ərazisinə 

daxil olacaq”. 

Yerli vaxtla səhər saat 4.00 SSRİ  səfirinin telefonu zəng çalır. 

Xarici işlər nazirinin müavini xəbər verir ki, sovet xüsusi xidmət 

orqanlarnın verdiyi məlumata görə, filan xüsusi reys Pakistan 

üzərindən maneəsiz və rahat uçmuşdur. 

Tanrının öz sevimli bəndəsi Heydər  Əliyevə göstərdiyi bu 

mərhəmət nə birinci, nə  də sonuncu idi. Allah ömrunu, qismətini və 

həyatdakı missiyasını yazdığı bu sevimli bəndəsini hələ bir neçə dəfə, 

bundan da gərgin və ağır, deyərdik ki, daha faciəli ola biləcək təyyarə 

bəlalarından qurtaracaq. Haqqında danışacağımız növbəti hadisə isə 

ulu Tanrının Heydərə olan sevgisinə yenə  də  zərə  qədər  şübhə yeri 

qoymur. 

 

Pakistandan 12 il sonra 

 

1995-ci ilin şübhələrlə dolu payız günləri idi. Didişmələrdən, 



çəkişmələrdən, çevriliş  cəhdlərindən yorğun düşmüş Bakı  səksəkəli 

günlərini geridə qoyub azacıq dincəlmək istəyirmiş kimi 

«mürgüləyirdi». Heydər  Əliyevin usta gedişləri ilə müstəqil 

Azərbaycan özünün ilk kövrək, ancaq qətiyyətli addımlarını atır, 

dövlətin dayaqları olan təhlükəsizlik strukturları dövlətçiliyə diş 

qıcıyan xarici və daxili irticaçı qüvvələrə artıq güc göstərməyə 

başlayırdılar.  Əsrin son onilliyində Heydər  Əliyevin Azərbaycanın 

xilası üçün başladığı strategiyanın müddəaları  tədricən, pillə-pillə 

reallaşmağa başlamışdı. Nə  qədər acı olsa da, müxtəlif qüvvələr 

müstəqil dövlətçiliyin inkişafına aparan bu prosesi nə yolla olur-olsun 

əngəlləmək barədə düşünür, müxtəlif planlar cızırdılar. 


 

506


1994-cü ildə  xəyanətkarcasına MTN-in təcridxanasından 

qaçırılmış Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev, 

ətrafına istefaya göndərilmiş bir neçə general və yüksək rütbəli zabit 

toplayıb yeni dövlət çevrilişi planı hazırlayırdı. Dövlət çevrilişi 

planına rəvac verənlər iflasa uğramış, 1994-cü il oktyabr və 1995-ci il 

mart çevriliş cəhdlərinin acı dərslərindən nəticə çıxartmışdılar. Yaxşı 

başa düşürdülər ki, Heydər  Əliyev nə  qədər hakimiyyət başındadır, 

onların hakimiyyətə gəlmək arzusu xülya olaraq qalacaq. 

Nə etməli? Leninsayağı verilən bu sualın cavabı hələ ötən çevriliş 

planlarında öz əksini tapmışdı: hansı yolla olur-olsun Prezident 

Heydər Əliyevi fiziki cəhətdən məhv etmək. Qəddar və amansız qərar 

bu dəfə çevriliş planının ilk və  əsas bəndi idi. Layihəsi Moskvada – 

Ayaz Mütəllibov, Surət Hüseynov, Rəhim Qazıyev və digərləri 

tərəfindən işlənib haznlanmış  hərbi dövlət çevrilişi mexanizmi məhz 

bu vəhşi və amansız plan həyata keçiriləndən sonra işə düşməli, 

general  Şahin Musayevin (keçmiş müdafiə nazirinin müavini - 

müəlliflər) rəhbərliyi ilə zor işlətməklə hakimiyyət dəyişikliyi həyata 

keçirilməli idi. 

Sui-qəsd planına görə Azərbaycan Prezidenti Heydər Əliyev xarici 

ölkəyə  səfərdən Bakıya dönərkən, onu gətirən təyyarə Binə hava 

limanına enməmiş zenit raketi ilə vurulmalı idi. 1995-ci il may ayının 

sonunda terrorçular artıq «İqla-1» tipli 9M313 markalı zenit raketini 

buraxma qurğusunu, hər birinin dəyəri 12 min ABŞ dolları olan 2 

zenit raketi əldə etmişdilər. 

Onlar bu kompleksdən təyyarəni vuracaq adamı müəyyən etmiş, 

ona lazım olan təlimatları vermişdilər.  Ş.Musayev Azərbaycan 

Prezidentinin təyyarəsinin vurul-masını  uğurla başa çatdırmaq üçün 

artıq Baknın Nardaran daş karxanasında və Maştağa qəsəbəsi 

yaxınlığında raketi buraxmaq üçün meydançalar seçmişdi. Son 

müzakirələrdə  qəsdin icraçıları  təyyarənin Maştağa qəsəbəsi yaxın-

ğındakı meydançadan vurulmasnın daha əlverişli oldu-ğunu söyləyib, 

bu qərarın üstündə dayandılar. Terrorçular bu   versiyanı      bir    neçə   

dəfə   məşq  etmiş,   hətta general 


 

507


Ş.Musayevə nümayiş etdirmişdilər. Hər  şey hazır idi. Onlar əmr 

gözləyirdilər. 

2 iyul 1995-ci il. Pusquda durmuş  qəsdçilərə telefonla Heydər 

Əliyevin olduğu «TU-154» tipli təyyarənin Azərbaycanın hava 

məkanına və Bakı hava ərazisinə daxil olması barədə  dəqiq 

məlumatlar verilir. Əvvəldə göstərilən hər iki meydançadan 9M3I3 

«İqla-1» tipli zenith raketi ilə «Binə» hava limanına enmə zolağına 

Maştağa istiqamətindən enən mülki təyyarənin vurulmasnın müm-

künlüyü tam dəqiqləşdirilmişdi. 

Prezidentin təyyarəsi hava limanına istiqamət götürür. Saat 15.09-

da yenidən qəsdin icraçılarına Prezident təyyarəsinin gəlməsi barədə 

məlumat verilir. Terrorçular zenit qurğusunu meydançaya gətirməyə 

hazırlaşırlar. Elə bu zaman onlar təyyarənin Maştağa istiqamətindən 

deyil, Hövsan qəsəbəsi istiqamətindən hava limanına endiyini 

görürlər. Nə yaxşı ki, artıq heç nəyi dəyişmək mümkün deyildi. Bu 

istiqamətdən «Binə» hava limanına enən Prezident təyyarəsinin 

vurulması, təyyarənin uçuş boyu raketin uçuş  məsafəsindən kənarda 

olduğundan mümkün deyildi. 

Bu nə idi? Azərbaycanın təhlükəsizlik orqanları  qəsddən xəbər 

tutmuşdularmı?! Yox, bu məqamda hələ onlara heç nə  bəlli deyildi. 

Bəs təyyarənin istiqaməti nə üçün dəyişdirilmişdi? Səbəb çox sadədir. 

İnsanın dəyişməkdə aciz olduğu hava şəraiti. 

«Azal» Azərbaycan Hava Yolları Dövlət Konserninin verdiyi 

arayışda gostərilir: «Respublika Prezidentinin olduğu «TU-154» tipli 

təyyarə 1995-ci il iyulun 2-də saat 15.22 dəqiqədə «Binə» hava 

limanına 355 dərəcə bucaq altında, yəni Hövsan istiqamətindən enmiş, 

«küləyin istiqaməti 20 dərəcə, sürəti 8 metr olmuşdur». 

Bəli, Tanrı yenə  də sevimli bəndəsinə  mərhəmətini  əsirgəmədi, 

onu qorudu. Qorudu ki, Heydər  Əliyev müstəqil Azərbaycan adlı 

əsərini araya-ərsəyə  gətirsin. Amma naqislər və xainlər, iblislər və 

canilər onun varlığı ilə barışmaq istəmir, yeni-yeni çirkin planlar 

cızırdılar. O isə hər dəfə bu haqda söz düşəndə təbəssüm və daxili bir 



 

508


inamla deyirdi: «Mən ölümdən qorxmuram. Çünki məni Allah 

qoruyur». 

Ömrünün son illərində Heydər  Əliyev Bakını  gəzməyi çox 

xoşlayırdı. 

- Onun çox az mühafızəçisi olurdu. Sevdiyi küçələrdə dolaşır, 

bakılılarla söhbət edir, sadə insanların yaşayışı ilə yaxından tanış 

olurdu, - deyə general Axundov xatirələrə dalır. 

- Deyirlər ki, Heydər Əliyev çox iti ağıla malik olub. Bu haqda hər 

hansı bir epizodu xatırlaya bilərsiniz? 

- Belə hallar o qədərdir ki, bilmirəm hansını danışım. Diqqətinizi 

başqa məqama çəkmək istərdim. Təbiətən fitri istedada malik bu insan 

heç vaxt öyrənməkdən, bilmədiyini soruşmaqdan utanmazdı. Dəfələrlə 

belə halların  şahidi olmuşam. O heç vaxt özünü hər  şeyi bilən  şəxs 

kimi hiss eləmirdi, bilmədiyini mütəxəssislərdən soruşmağı özünə 

əskiklik hesab etmirdi. 

Öyrənmək istəyəndə  hər  şeyi yerli-yataqlı, dəqiqliklə bilmək 

istəyirdi. 

General Axundovun kiçik kabinetində hər iki prezidentin -Heydər 

və  İlham  Əliyevlərin  şəkilləri, çoxlu kitab və suvenirləri düzülüb. 

Yəqin ki, burada Heydər Əliyevi ona ən çox xatırladan bir əşya var. 

Bu nə ola bilər? General o dəqiqə cavab verir: 

- Bax, bu şəkil. Telefonların arxasında rəfə qoyulan şəkli götürür. 

Şəkildə Heydər  Əliyev qırmızı  rəngli qoruyucu gödəkcədə gülür, 

bir qədər arxada əynində elə həmin gödəkcədən Axundov dayanıb. 

- Bu, Norveçdə, Şimal dənizi üzərində sahildən vertolyotla 300 km 

məsafədə olmuşdu. Bizə  təlimat verildi və biz xüsusi kostyumlar 

geyindik. Bələdçilərdən biri Əliyevi dəniz üzərində uçuşdan 

daşındırmaq istədi. O, bunun təhlükəli olduğunu deyirdi. Amma 

Əliyev heç nədən qorxmurdu. Tez-tez təkrar edirdi: «Mən ölümdən 

qorxmuram. Qoy düşmənlərim başa düşsünlər ki, mən həmişə hara 

getdiyimi bilmişəm. Çünki məni Allah qoruyur». 

Uçuşdan öncə qaydaya görə könüllü uçmağımızla bağlı sənədə qol 

çəkmək lazım idi... Xarici işlər naziri Həsən Həsənov 


 

509


qol çəkmədi ki, ölsəm, ailəm heç sığorta da almayacaq. Heydər Əliyev 

güldü və qol çəkdi. Nə isə, uçduq. 

- Bu nə vaxt olmuşdu? 

General iş gündəliyini vərəqləyir: «Bu, 1996-cı ilin 24-27 

aprelində baş verib. Həmin il Heydər  Əliyevin 18 beynəlxalq səfəri 

olmuşdu. Bir ildən sonra - iyirmi. 1998-ci ildə - on, 1999-cu ildə - on 

üç, 2000-ci ildə də - yenə də on üç. 2001-ci ildə - doqquz. 2002-ci ildə 

- on altı: Moskva, ABŞ, Türkmənistan, Türkiyə,  İran, Peterburq, 

İstanbul, Ankara, Yalta...» 

Prezidentin  şəxsi fotoqrafı, sənədli fotoqrafiya ustası Rafiq 

Bağırov bu səfərlərin birinə aid çox maraqlı xatirə  şəkilləri çəkib. 

R.Bağırovun xatirələrindən: 

«... 1997-ci il avqustun ilk günlərinin birində Prezident ABŞ-da 

rəsmi səfərdə idi. Bill Klintonla görüşdən sonra Hyustona gəldik. 

Burada Heydər Əliyevin yenidən baba olması xəbərini aldıq. İlhamın 

oğlu olmuşdu. Heydər Əliyev çox sevinirdi. Nümayəndə heyətinin hər 

biri ilə görüşdü, təbriklərimizi çatdırdıq. Son bir neçə ildə onun bu cür 

sevindiyini görməmişdim. Azərbaycana dönərkən Prezident Londonda 

yenicə doğulmuş nəvəsini ziyarət etdi. 

Heydər Əliyev demək olar, bu görüşə qanadı olsa uçardı. Nəvəsini 

qucağına alanda gözləri yaşardı. Bir qədər titrək, kövrək səslə 

təntənəli şəkildə dedi: «Mən bu körpəyə Heydər adı verirəm!» Həmin 

anda məncə, bir neçə yaddaqalan, təsirli məqamları  çəkə bilmişəm. 

Fəxr edirəm ki, balaca Heydərin ilk şəklini çəkmək mənə qismət 

olub». 

Heydər  Əliyev bütün nəvələrini çox sevirdi. Amma balaca 



Heydərə daha çox bağlı idi. Öz adını daşıyan bu balaca ilə həmişə fəxr 

edirdi. 


H.Əliyev bu cür dəhşətli templə işləyirdi... O, ezamiyyətə getməyi 

xoşlayırdı. Yəqin Azərbaycan xəritəsində elə bir yer, şəhər, qəsəbə, 

kənd yox idi ki, orada olmasın. Öz kiçik vətəni Naxçıvana xüsusi 

məhəbbətini gizlətməzdi. Adama elə gəlir ki, yalnız bu cür sərt təbiəti 

olan bir diyar belə möhkəm xarakterli şəxsiyyəti yetişdirə bilərdi. 

10 avqust... Bir saat uçduqdan sonra Prezidentin təyyarəsi 

Naxçıvan aeroportuna yaxınlaşır. Muxtar Respublikanın əvvəlki kimi 

quru yolları bağlı olduğundan, hamı təyyarəyə min- 



 

510


məyə  məcbur olur. Prezident də, tələbə  də, iş dalınca gedən hər bir 

şəxs də... Yay aylarında böyük təyyarə ilə gündə 10 uçuş var. Amma 

yenə də çatmır. 

Əvvəllər bu aeroport müasir görünsə  də, indi köhnəldiyi hiss 

olunurdu. Prezidentə yeni aerovağzalın layihəsini göstərdilər. 

Memarları dinləyəndən sonra Heydər Əliyev qeyd etdi: 

- Yenə də müvəqqəti bir şey quraşdırırıq?! 

Onun təklifinə  əsasən, layihədə köklü dəyişikliklər edildi. O, 

Naxçıvandakı aeroportun açılışını görməyi çox istəyirdi, tikinti də 

sürətlə gedirdi. İnşaatçılar tələsirdilər... ancaq yeni tikintinin açılışını 

etmək İlham Əliyevə qismət oldu. 

Avqustun 5 gününü öz doğma  şəhərində oldu. Aeroport 

tikintisində, görkəmli Azərbaycan rəssamı  Bəhruz Kəngərhnin ev-

muzeyinin açılışında iştirak etdi. Bu muzey Heydər  Əliyevin 

təşəbbüsü ilə, hələ tələbə vaxtı adını ilk dəfə eşitdiyi rəssamın şərəfinə 

iki mərtəbəli kərpic binada açılmışdı. «Bu insan nadir istedada malik 

olub. Onun yaradıcılığı, həqiqətən, çox dəyərlidir», - bunları Heydər 

Əliyev muzeyin açılışında deyirdi. 

Vayxır su anbarının layihəsi artıq hazırdır - kanallar çəkilib, cadar-

cadar olmuş  səhra su gözləyir.  Ən son, müasir layihə  əsasında yeni 

məktəbin tikintisi də başa çatdırılıb, kompyuter sinifləri, akt və idman 

zalları hazırdır. Açılışı isə yeni Azərbaycan Prezidenti etdi... 

23 sentyabr 2002-ci il, Moskva 

Avqustun 23-də Prezident Əliyev il ərzində üçüncü dəfə idi ki, 

Rusiyaya səfər edirdi. Dünya diplomatiyasında bu, bəlkə  də, nadir 

haldır, Amma dost, qonşu ölkələr üçün bu çox normaldır. Yanvar 

ayında Azərbaycan Prezidenti Moskvada rəsmi səfərdə, iyunun 9-da 

isə  işgüzar səfərdə olmuşdu. Həmin tarixdə Peterburqda Vladimir 

Putinlə görüşmüş, birlikdə Nizaminin heykəlinin açılış  mərasimində 

iştirak etmişdilər. Prezidentin sentyabr gəlişi isə Rusiya-Azərbaycan 

sammiti ilə əlaqədar idi. 


 

511


Bu görüşdə  əsas hadisə  Xəzərin dibinin sərhədlərinin 

dəqiqləşdirilməsi işində Rusiya Federasiyası  və Azərbaycan 

Respublikasnın razılığına dair müqavilələrin imzalanması idi. 

- Biz uzun müddət idi ki, bu məsələ  ətrafında müzakirələr 

aparırdıq, - deyə H.Əliyev sözünə davam edir: «Hər iki tərəfdən 

mübahisəli məqamların olmasına baxmayaraq, ölkələr qarşılıqlı 

maraqlar əsasında çalışırdılar. Mən çox məmnunam, çox sevinirəm ki, 

bu iş müsbət nəticə ilə başa çatmışdır. 

Bundan  əvvəl Rusiya ilə Qazaxıstan, həmçinin Azərbaycanla 

Qazaxıstanın razılığa gəlməsini nəzərə alsaq, əminliklə demək olar ki, 

Xəzərin  şimal və  mərkəz hissələrinin dibinin mineral resurslarının 

mənimsə-nilməsində bizim üç dövlətin qarşılıqlı anlaşmasında 

möhkəm beynəlxalq hüquqi baza əldə edilmişdir. Əminəm ki, dənizin 

dibinin bölünməsi, «ümumi hövzənin isə hamıya aid olması» prinsipi 

nəticədə bütün Xəzəryanı ölkələrin marağında olan status məsələsinin 

həllinə gətirib çıxaracaq». 

Görüş zamanı digər dövlətlərarası razılaşmalara da imza atıldı. 

Əsasən təhsil haqqında sənədlərin qarşılıqlı tanınmasına, hərbi 

təyinatlı  məhsullar istehsal edən müəssisə  və  təşkilatların istehsal 

yönümlüyünü saxlamağa dair sənədlər imzalanmışdı. Heydər  Əliyev 

onları yenidən sadalamadı: «Vladimir Vladimiroviç imzalanan 

sənədlər haqqında məlumat verdi. Mən yenidən sizi yorub həmin 

məsələyə qayıtmaq istəmirəm. Burada vacib məqam odur ki, mən də 

deyilənlərlə  şərikəm. Elə bu da bizim münasibətlərimizin hansı 

səviyyədə olduğundan xəbər verir. 

Bir daha demək istərdim ki, Rusiya-Azərbaycan münasibətləri 

bizim xarici siyasətimizdə prioritet istiqamətlərdən biridir. Bu ölkələr 

təxminən iki əsr birlikdə olub, bu birlik onları elə yaxınlaşdırıb ki, 

həmin  əlaqələri bu gün də davam etdirməyə ehtiyac var. Hazırda 

müstəqil dövlətlər olsaq da, bu bizə uzaqlaşmağa əsas vermir, əksinə 

əlaqələri daha da möhkəmlətmək və inkişaf etdirmək lazımdır. Biz öz 

tərəfımizdən üzərimizə düşən bütün vəzifələri yerinə yetiririk. 

Sentyabrın 24-ü Moskva Dövlət Beynəlxalq Münasibətlər 

İnstitutunun kollektivi ilə görüşərkən Heydər Əliyevə təntənəli şəkildə 

ali məktəbin fəxri doktoru adı verildi. Vaxtilə cavan diplomat İlham 

Əliyev də bu institutu bitirib, orada müəllim ki- 



 

512


mi çalışmışdı. Sonra isə yuxarıda sadaladığımız məqamlar meydana 

çıxdı. Qəzəbə tuş gəlmiş bir siyasətçinin oğlu tezliklə müəllimlikdən 

uzaqlaşdırıldı. «Yəni, İlham Heydər oğlu, siz artıq bu institutda çalışa 

bilməzsiniz». 

Rektor Anatoli Torkunov keçmişi yada salmaq istəmədi. 

- Biz böyük məmnuniyyətlə qeyd edə bilərik ki, Rusiya və 

Azərbaycanın elmi nailiyyətlərinin, mədəniyyətinin öyrənilməsi

ədəbiyyatın və dilin inkişafı  işini daha da dərinləşdirir və davam 

etdiririk. Çox hörmətli Prezident, bütün bunlarda şəxsən sizin böyük 

əməyiniz var. 

Sizin 1993-cü ildən başlayaraq bizim ölkəyə yüksək səviyyəli 

səfərləriniz qarşılıqlı münasibətlərimizə böyük təsir edir. Nəticədə, 

Prezident Vladimir Vladimiroviç Putinlə bir çox dövlədərarası 

razılaşmalar imzalanıb.  İmzalanan sənədlər arasında Xəzərin dibinin 

bölünməsi haqqında razılaşma da var. 

Biz bu sənədin ikitərəfli  əlaqələrin inkişafında nə  dərəcədə 

əhəmiyyətli olduğunu, Xəzər regionunun sülh və sabitlik şəraitində 

inkişafına yardımçı olacağını çox gözəl başa düşürük. Ali məktəbin 

kollektivi kimi bizimçün dünən iki ölkənin təhsil nazirlərinin 

Azərbaycan Respublikası və Rusiya arasında diplomların, elmi dərəcə 

və adların qarşılıqlı tanınması haqqında imzaladıqları  sənədin böyük 

əhəmiyyəti var. 

Uzağı görməyən opponentlərindən fərqli olaraq Heydər  Əliyev 

şimal qonşusu ilə dost və mehriban əlaqələrin rolunu dərk edirdi. 

«Rusiya-Azərbaycan münasibətləri bizim üçün prioritet 

istiqamətdir, - Heydər Əliyev belə deyirdi. - Bu münasibətlər strateji 

tərəfdaşlıq və  əməkdaşlığa  əsaslanır. Sovet İttifaqnın süqutundan 

sonrakı dövrə baxsaq, görərik ki, bu iki ölkə arasındakı münasibətlər 

heç də birmənalı olmayıb». 

Vladimir Vladimiroviç Putinin prezident seçilməsindən sonra 

dərhal mövcud vəziyyətdə dəyişiklik hiss olunmağa başladı. O, 2001-

ci ildə ilk xarici səfərini Azərbaycana etdi. İctimaiyyətimiz bu 

hadisəni yüksək qiymətləndirdi. Rusiya Prezidenti Azərbaycanı 

yaxından tanıtmaq və Rusiyaya olan münasibəti öyrənmək imkanı 

qazandı. Bu dövrdə respublikamızda daxili sabidik artıq bərpa 

olmuşdu. Rusiya ilə  əlaqələr uğurlu  şəkildə inkişaf edirdi. 

Müstəqilliyimizi qazandıqdan sonra Rusiya-Azərbaycan 

münasibətlərinin tarixindən danışsaq, onda qə- 



 

513


tiyyətlə deyə bilərik ki, Putinin bu ölkəyə  gəlişindən sonra yeni 

mərhələnin əsası qoyuldu». 

Azərbaycan - Rusiya əlaqələrinin iki əsrlik tarixində müxtəlif 

məqamlara rast gəlmək olar. Hər bir dövrə aid sənəd tapmaq 

mümkündür. Misal üçün, keçmiş Rusiyanın Azərbaycana 

münasibətlərinə aid sənədlərdən: 1 fevral 1727-ci ildə 1 Yekaterinaya 

yazılmış məlumatda deyilirdi: Bütün əyalətləri, diyarları keçib gəldik, 

məni böyük sevinc hissi ilə qarşılayırdılar. Hamısı  məndən onları 

Rusiya imperiyasnın himayəsinə almaqlarını xahiş edirdi. «Bu sitat 

knyaz, general-feldmarşal V.V.Dolqorukovun  imperatriçaya verdiyi 

məlumatdan idi. Yarım  əsr  əvvəlki məruzədən: «Buradakı xalqların 

hamısı rus qoşunlarının gəlişini gözləyir, imperiyanın tərkibinə daxil 

olmağı arzulayırlar». Siyahını davam etdirmək olar. İstinad etdiyimiz 

başqa sənədlərə  əsasən isə belə bir nəticə  çıxar ki, şimaldan işğalçı 

qoşunlar gəlib.  Əlbəttə, deyilən fərziyyələrin heç biri tam həqiqətə 

uyğun gəlməz. Çünki həqiqət təhrif olunmuş  şəkildə mövcud ola 

bilməz. 

Heydər Əliyev hər dəfə bu haqda danışarkən təkrar edirdi ki, «tarix 

gərək bütün həqiqətləri bilsin». 

Bütün  İslam dünyası üçün müqəddəs olan Ramazan ayı 

başlamışdı. 

Müstəqillik qazandıqdan sonra İslam gizlindən çıxıb, ictimai yerini 

tutaraq, yenidən xalqın mənəvi varlığına çevrildi. Bu dini inam 

Azərbaycanın dövlət rəmzi olan bayrağındakı yaşıl rəngdə  də öz 

əksini tapıb. Ramazan bayramı  ərəfəsində Azərbaycan Prezidenti 

xalqa təbriklə müraciət etdi. O, Azərbaycanın müstəqilliyi,  ərazi 

bütövlüyü uğrunda canından keçən oğul və qızları xatırlayıb, onların 

ruhlarının  şad olmasını dilədi.  Şəhidlərin ailələrinə, yaxınlarına səbr 

dilədi. Heydər  Əli-yev ölkə hüdudlarından kənarda yaşayan 

həmvətənlilərini də bayram münasibətilə təbrik etdi: 

«Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, demokratik 

cəmiyyətin qurulması, sülhün bərqərar olması istiqamətində xalqımıza 

uğur arzulayır, işlərinizdə müvəffəqiyyət diləyirəm». 

İslamda Ramazan ayında Allah şeytanı insanların qəlbinə girməyə 

qoymur. Bu ayda pislik insanlardan uzaqlaşır. Rama- 


 

514


zan - həyat haqqında düşünmək, yalnız yaxşı  əməllər etmək ayıdır. 

İnsan yalnız Yaradan haqqında düşünür. Noyabrda bir həftə  ərzində 

Prezident bir neçə  fərman və  sərəncam imzaladı. Onların arasında 

görkəmli bəstəkar Fikrət Əmirovun 80 illik yubileyinin qeyd edilməsi 

haqqında sərəncam da var idi. Sehrli musiqinin yaradıcısnın yaşadığı 

binaya xatirə lövhəsi vurulacaq, əsərlərinin 5 cildliyi işıq üzü görəcək, 

sənədli film çəkilə-cək, respublikanın musiqi məktəblərinin birinə 

Fikrət Əmirovun adı veriləcəkdi. 

Bakı Metropoliteni 35 illiyini qeyd etdi. Prezident bu sahədə 

çalışan mühəndis və işçilərin böyük bir hissəsini ordenlərlə təltif etdi. 

Sovet dövründə olduğu kimi, Azərbaycan indi də  vətəndaşlarının 

yorulmaz  əməyini yüksək mükafatlarla qiymətləndirir. Dünyada bu 

cür hallar azdır. Sovet dövründə novatorlar Sosialist Əməyi 

Qəhrəmanı adına, Qırmızı  Əmək Bayrağı ordeninə layiq görülür, 

«Əmək  şöhrəti», «Əmək qəhrəmanlığına görə» medalları ilə 

mükafatlandırılırdılar. Fikir verin, hər bir mükafatda əsas söz 

«ƏMƏK»dir. İnsanın və xalqın həyatında belə də olmalıdır. 

Yeri gəlmişkən, Azərbaycanda bir xeyli Əmək Qəhrəmanları var. 

Bu cür qəhrəmanlardan biri də Ömər Ağayevdir. Bu insan bütün 

respublikanın qazandığı  uğurların canlı salnaməsidir. 2003-cü il 

yanvarın 1-də onun 75 yaşı tamam oldu. 

- Ad günlərimi qeyd etməyə o qədər də  həvəskar olmasam da, 

yanvarın 2-də  Səbail rayon Ağsaqqallar  Şurası toplanıb məni təbrik 

etdilər, - bu veteranın bizə dediyi ürək sözlərindəndir. - Səhəri gün isə 

hörmətli Prezidentimiz zəng edib yubileyim və Yeni il münasibətilə 

məni təbrik etdi. Mənə və ailəmə cansağlığı, xoşbəxtlik arzuladı. Çox 

şad idim... İndiyədək çox mükafatlar almışam.  Əməyimin xalq 

tərəfindən qiymətləndirilməsi, dövlət başçısnın məni təbrik etməsi ən 

böyük və əvəzolunmaz hədiyyəmdir. 

 

1   ...   31   32   33   34   35   36   37   38   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə