GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə37/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   31   32   33   34   35   36   37   38   39

Əlində respublika bayrağı tutmuş qız 

 

Simvolların, bayraqların tarixi xalqın tarixi deməkdir. 1918-ci ildə 



ilk Azərbaycan Respublikasnın bayrağı qaldırılanda söylənən bir söz 

dillərdə əzbər olmuşdur: «Bir kərə yüksə- 



 

515


lən bayraq bir daha enməz». O vaxt tarixin hökmü başqa cür oldu. 

1918-ci il noyabrın 17-də Bakıya ingilis qoşunları soxuldular. Onlara 

general Tomson başçılıq edirdi. Böyük Britaniya, ABŞ, Fransa, İtaliya 

bayraqlarının arasında sancılmış Azərbaycan Xalq Cümhuriyyətinin 

bayrağını görən ingilis onun çıxarılmasını  tələb etmişdi. Britaniya 

bayrağı da Bakıda çox dalğalanmadı. Tezliklə onu qırmızı bayraq əvəz 

etdi. 

Heydər Əliyev Şəki camaatı ilə görüşərkən bu milli müqəddəsliyi 



bir daha xatırlatdı: 

- Mən bayaqdan baxıram, orada balaca bir qız əlində bayraq tutub. 

Bir diqqət edin, o, bayrağı bir əlində saxlayıb. Külək bayrağı o tərəf-

bu tərəfə silkələyir. Amma balaca qız onu qısqanclıqla möhkəm-

möhkəm düz tutub. Qızım, səni öpürəm. 

Sən bu bayrağı - bizim müstəqilliyimizin rəmzini bu qədər 

sevdiyinə görə belə möhkəm saxlamısan. Buna görə  sənə öz 

hörmətimi və  məhəbbətimi çatdırıram. Bu, bizim xalqımızın 

müstəqilliyi deməkdir. 

18 oktyabr - Azərbaycanın Müstəqillik Günüdür. 1991-ci il 

oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini elan etdi. 

Müstəqilliyi təkcə elan etmək deyil, onu qorumaq lazımdır; bunu tarix 

öyrədir. 

2002-ci ildə bayram ərəfəsində Heydər Əliyev Türkiyədən işgüzar 

səfərdən qayıdırdı. Binə Hava Limanında jumalistlər onun başına 

toplaşdı. H.Əliyev onlara dedi: 

- Hesab edirəm ki, görüş Azərbaycan və Türkiyə  iş adamlarının 

fəaliyyətində yeni mərhələ açacaq. Türkiyəli sərmayədarlar 

Azərbaycana investisiya qoyuluşunu artıracaq. Mən çox məmnun 

qaldım. 


Həmişəki kimi çoxlu suallar verdilər. O, böyük enerji ilə  dəqiq, 

bəzən bir anlıq fikirləşərək cavab verirdi. 

- Avropadakı NATO hərbi hissələrinin rəhbəri Bakıdadır. 

Bu gün onun sizinlə görüşü gözlənilir. Görüş zamanı 

Azərbaycanın NATO ilə hansı istiqamətlər üzrə əməkdaşlığı müzakirə 

ediləcək? 

Heydər Əliyev gülür: 

- Vallah, hamınızı çox sevirəm.  İstəyirəm ki, yaxşı jumalist 

olasınız. Yaxşı suallar hazırlayasınız. Deyirsən ki, o, Bakıdadır və 

sizinlə görüşəcək. Amma görüşməyimiz hələ məlum deyil. 

Deyirsən, NATO-nun hansı əlaqələrini müzakirə edəcəyik? 


 

516


Əgər bu haqda danışsaq belə, onu sizə demərəm. Nəyə görə bu cür 

suallarla mənim də, özünüzün də vaxtmızı alırsınız. 

Bu yarızarafat ifadəni heç vaxt jumalistlər üçün vaxtına qənaət 

etməyən bir insan söyləyirdi. O, mətbuatın gücünü digər rəhbərlərdən 

daha çox başa düşürdü. Və jumahstlərin simasında bir əlaltı işçi deyil, 

ümumi bir işdə çalışan həmkarı görürdü. Bir dəfə Azərbaycan KP 

MK-da işləyən zaman rayonlardan birində yerli qəzetin bir nömrəsinin 

tirajı yandırılmışdı. Rayon komitəsinin katibi hansısa məqaləni 

bəyənməmişdi və bu göstərişi vermişdi. İş Əliyevə qədər qalxmışdı. O 

da onda bütün respublikaya yaxşı  dərs vermişdi. Bu işdə günahı 

olanlar vəzifəsindən azad edilərək, partiya səviyyəsində cəzalandırıldı. 

MK-nın məsuhyyət daşıyan işçiləri də həmçinin. 

Başlıcası, Heydər  Əliyev mətbuata yoldaşcasına, hörmətlə 

yanaşmağın vacib olduğunu hamıya göstərdi. 

- Heydər  Əliyev  şənbə  və bazar günləri də  həmişə  işləyirdi. Bu 

günlərin digərlərindən fərqi ondaydı ki, bu günlər işi bir qədər tez 

bitirirdi, - deyə general Axundov xatırlayır. 

Tez-tez ya işdən əvvəl, ya da sonra həyat yoldaşnın qəbrini ziyarət 

edirdi. Uzun müddət təkcə heykəlin yanında durub nə isə düşünürdü... 

General bilirdi ki, Heydər  Əliyev bu xatirə ocağına  şəxsən 

memarlıq etmiş, hər bir ağacın əkilməsinə belə diqqət yetirmişdir. O, 

nəzakətlə  kənarda durub sakitcə seyr edir, bu dəqiqədə yaşananların 

onun üçün necə  əziz olduğunu, onların sözlə ifadəsinin 

mümkünsüzlüyünü bilirdi. 

 

Toranlı bir gündə çıxıb gedirsən, 

Səmada durnalar, quşlar dolaşır. 

Cənub şəhərinə qarlı qış gəlib, 

Uzaq sahillərdə kölgən dolaşır, 

Günəşim, mən səni tapa bilmirəm... 

 

Bu sətirlər «Qayıt, sevgilim» mahnısındandır. Nikolay 



Dobronravaının sözlərinə Sevil Əliyevanın bəstələdiyi mahnıdan. 

Anası ona «Seva» deyə müraciət edərdi... 

Elmira Axundovaya verdiyi böyük müsahibədə («İzvestiya». 2005. 

15 oktyabr) Sevil Əliyeva bu mahnının yaranması tarixçəsini 

xatırlayırdı: «Atam hər dəfə bu mahnını dinləyəndə gözlərindən yaş 

gilələnirdi. Hətta bu melodiyanın sözləri yazıl- 



 

517


mamışdan əvvəl atam deyirdi ki, bu musiqi parçası onda anamla, onun 

ölümündən sonrakı əhvalıyla bağlı təəssüratlar yaradır. Bu melodiyanı 

Müslüm Maqomayevin yanında ifa edəndə, o, dedi ki, buraya mütləq 

söz yazmaq lazımdır, söz yazsanız mən onu mütləq ifa edərəm. 

Mahnının mətnini şəxsən anamı tanıyan və ona çox gözəl münasibət 

bəsləyən şair Nikolay Dobronravov yazdı. Yadımdadır ki, mətnin bəzi 

sətirləri bir neçə variantda yazılmışdı və atamla mən ürəyimizə ən çox 

yaxın olan variantı seçirdik. İndi bu mahnı mənə ikiqat əzizdir, çünki 

atamı və anamı xatırladır». 

Bu təsirli söhbətə Sevil xanının dilindən çıxan daha bir neçə 

cizgini də əlavə edək: «Valideynlərim Yevgeni Martınovun və Andrey 

Dementyevin yazdığı və bənzərsiz Sofıya Rotaurunun ifa etdiyi «Qu 

quşu sədaqəti» mahnısını çox sevirdilər. Ev sahibəsinin - Zərifə 

xanının müşayiətilə Heydər  Əliyeviç də çoxlu Azərbaycan, rus 

mahnıları ifa edərdi - məsələn, «Gecə patrulu» fılmindəki mahnını». 

Film çoxdan yaddan çıxıb, amma mahnı çoxlarının yaddaşına həkk 

olunub: «Hətta quşlar da doğma vətənsiz yaşaya bilmir»... Bu təsirli 

detallar  Əliyevlər ailəsindəki incə musiqi zövqündən xəbər verir. 

Amma təkcə bundan yox... 

Bakıda «Dinin və etiqadın demokratik cəmiyyətdə rolu: terrorizm 

və ekstremizmlə mübarizə yollarının axtarışı» adlı beynəlxalq 

konfrans açıldı. Konfransın açılışında Azərbaycan Respublikasının 

Prezidenti Heydər Əliyev çıxış etdi: 

- Qloballaşan dünyada hamı bir-birinə yaxınlaşıb. Hazırda dinlər, 

mədəniyyətlər və xalqlar arasında yaranan dialoq məhz onun 

nəticəsidir. Bu dialoqu inkişaf etdirib, dəstəkləyərək biz gərək 

terrorizmi yaradan mənbələri kökündən yox etməyə çalışaq. 

Bu gün isə terrorist qüvvələr öz eybəcər niyyətlərinə nail olmaq 

məqsədilə  bəzi hallarda bizim üçün müqəddəs olan, ümumbəşəri 

dəyərlərdən istifadə edib, bu və ya digər qrupun maraqlarının 

müdafıəsinə qalxaraq terrora haqq qazandırırlar. Terrorizmə «yox» 

deyən bəşəriyyət onun dini, iqtisadi, siyasi köklərini məhv etmək üçün 

bütün qüvvəsini səfərbər etməlidir. 


 

518


Prezident torpaqların 20 faizinin işğalının təkcə Ermənistan-

Azərbaycan münaqişəsinin nəticəsi olmadığını qeyd etdi. Onun 

sözlərinə görə, bu, regionda beynəlxalq terrorizmin fəaliyyətindən 

irəli gəlir. 

«Konstitusiyaya görə Azərbaycan dünyəvi dövlətdir. Biz din 

fenomenini mədəniyyətimizin ayrılmaz bir hissəsi, milli 

mentalitetimizin tarixi mirası kimi qəbul edirik”, - deyə Heydər 

Əliyev öz çıxışında bildirdi. 

Bu fikri müasir Rusiyanın bir çox böyük siyasət və dövlət 

xadimləri də bölüşür. Bunların arasında Tatarıstanın Prezidenti 

Mintimir Şaymiyev də var. O xatırlayır: 

- Mən Azərbaycanda olanda Heydər Əliyeviçlə  bərabər qaçqınlar 

düşərgəsinə getmişdim. Belə  ağır məişət  şəraitində aylarla, illərlə 

yaşayan insanları təsəvvür edin. Dəhşətdir. Hamımızın yadındadır ki, 

o məsələlər necə başlamışdı. Milli hüquqların pozulmasından 

danışırdılar. Amma nəhayətdə milyondan çox azərbaycanlı öz ev-

eşiyindən didərgin düşdü. Qaçqınlarla görüşəndə də, evə qayıdandan 

sonra da mən onlar üçün neyləmək mümkün olduğu barədə 

düşünürdüm. Nəhayət, Tatarıstandan  ərzaqla dolu kamaz karvanı 

göndərdik. 

Noyabrın 21-23-dək Prezident NATO dövlətlərinin Praqa 

sammitində  iştirak etdi. Bu mehriban və qonaqpərvər ölkəyə Heydər 

Əliyevin ilk gəlişi deyildi. Karl körpüsü, Staromest meydanı, köhnə 

məhəllələr... Oradan yaşıl damlı evlərə, orta əsrlərə aid küçələrə açılan 

valehedici mənzərələri dəfələrlə seyr etmişdi. Bu dəfə də görüşlərin və 

danışıqların sərt qrafikinə baxmayaraq, vaxt tapıb qədim Praqa 

səddinin divarları önündə bir neçə dəqiqə keçirə bildi. 

 

24 noyabr 2002-ci il, Bakı 

 

Bakıya  şənbə günü döndülər.  Əslində, bazar günü istirahət edib, 



yeni iş  həftəsi üçün qüvvə toplamaq lazım idi. Amma bu qətiyyən 

Əliyevə xas iş rejimi deyildi. Səhər Axundova zəng vurdu: 

- İndi şəhərə getmək istərdim. 10-15 dəqiqədən sonra general artıq 

rezidensiyada idi.  

518 

- Prezident bizi gözləyirdi, sviterlə kostyum geyinmişdi. Mən 



Heydər Əliyevə dedim ki, son vaxtlar şəhərə çox çıxır, bu təhlükəlidir. 

«Narahat olma, hazırlaş Cabbarlının heykəli  ətrafına gedək», - 

dedi. Heydər  Əliyev öz təşəbbüsü ilə 1981-ci ildə açılışı olan bu 

heykəli çox sevirdi. 1934-cü ildə dünyasını  dəyişmiş Azərbaycan 



 

519


ədəbiyyatı  və milli təfəkkürünün inkişafında böyük rolu olan Cəfər 

Cabbarlıdan dərin minnətdarlıq hissi ilə danışırdı. Yeri gəlmişkən, 

heykəl üçün uyğun gələn bütöv qraniti Əliyevin xahişi ilə Ukraynadan 

gətirmişdilər. 

Prezident maşını heykəlin qoyulduğu Neft Akademiyasının 

yaxınlığındakı meydanda dayandı. Yoldan keçənlər yavaş-yavaş bura 

toplaşmağa başlayırdı. Prezidentlə görüşüb ona uzun ömür 

arzulayanların sayı-hesabı yox idi: «Siz bizə insan ləyaqətini 

qaytardınız». 

Onların arasında  şəxsi xahişinə görə yaxınlaşanlar da var idi. Bu 

cür planlaşdırılmamış görüşlər zamanı Heydər  Əliyev köməkçilərini 

aparmırdı. Onların  əvəzinə  də Axundov işləyirdi. Həmişə üzərində 

gəzdirdiyi kitabçaya familiya, ünvan, telefon nömrələrini qeyd edirdi. 

«Sizə mütləq zəng vurulacaq. Qəbul edilən qərar barədə deyiləcək. 

Axundovun fıkrincə, Heydər  Əliyev xarici səfərlərdən sonra öz 

həmvətənliləri, bakılılarla görüşmək istəyirdi. 

- Sonra Prezident 28 May və Bülbül prospektlərinin tinində 

yerləşən «Portofıno» kafesinin qarşısına gəldi. Burada həmişə 

qələbəlik olur. Cavanlar, ailəli adamlar, uşaqlar... Heydər Əliyev boş 

yerlərin birində  əyləşib, məni də yanına çağırdı, dondurma sifariş 

elədi. 

Həmin kafedə bu gün də o görüşü  əks etdirən fotolar asılıb. 



Heydər  Əliyevin  əynində yüngül sviter, gözündə gün eynəyi var. 

Sonra pulu ödədik («Dondurmanın pulunu general ödəyəcək, mənim 

pullarım ondadır», - dedi). Nizami küçəsinin 2 kilometrliyindəki 

Fəvvarələr meydanına gəldik. Yolüstü dükanlara baş  çəkib qarşısına 

çıxanlarla söhbət edirdi. 

Uşaq, cavan, qoca ardınca gəlir,  şəkil çəkdirmək üçün xahiş 

edirdilər. Heydər  Əliyev etiraz etmirdi. Gəzinti 2 saat davam etdi. 

Mühafızə üçün bu cür səfərlər baş  ağrısı, bakılılar üçün gözlənilməz 

görüş, Prezident üçünsə, görünür, vətəndaşların arasında olmaq nadir 

və qiymətli imkan idi. 

 


 

520


Noyabrın 28-də Prezident Türkiyə  şirkəti «Enka»nm prezidenti 

Şərik Taranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Qonaq 

Avropanın ən böyük elektrostansiyasını onların şirkətinin inşa etdiyini 

dedi. O, rəhbərlik etdiyi müəssisənin Azərbaycan iqtisadiyyatma 

investisiya yatırmaq, xüsusilə Sumqayıt İES-i bərpa etmək niyyətində 

olduqlarmı qeyd etdi. Hey-dər Əliyev qonağa təşəkkürünü bildirərək, 

onların fəaliyyətin-dən hələ Moskvada çalışarkən xəbərdar olduğunu 

bildirdi. 

- Siz Petrov pasajını  təmir edəndə hamı türklərin necə gözəl 

inşaatçı olmalarmdan danışırdı. Amma əvvəllər elə bilirdilər ki, 

türklər heç bir iş bacarmır. Əhndən bir iş gəlməyənə, adətən, «türksən 

bəyəm?» deyirdilər. Siz Moskvada çoxlu gözəl binalar inşa etmisiniz. 

Eşidəndə ki, onları «Enka» tikib çox sevinirdim. 

Yəqin çoxlarma Bakı gecələrini seyr etmək nəsib olub. Rəşid 

Behbudovun ifasında Tofiq Quliyevin məşhur mahnısında vəsf olunan 

gecələri. 

Bakının mərkəzində, qədim binaların birində görkəmli mütəfəkkir 

Məhəmməd Füzulinin adını daşıyan  Əlyazmalar  İnstitutu yerləşir. 

Burada  əvəzsiz, qədim mətnlər qorunur. Otaqların birində 30-cu 

illərdə burada yaşayan söz ustadı Hüseyn Cavidin ev-muzeyi var. 

Muzeyin açılışında ölkə Prezidenti çıxış etdi. O, dahi şairin faciəvi 

həyatdan danışaraq, heç bir qüv-vənin xalqın tarixini və mədəniyyətini 

əlindən almaq iqtidarında olmadığını dedi. Qoy dahi Cavidin ruhu şad 

olsun... 

      Moskvada Nazirlər Soveti sədrinin birinci müavininin köməkçiləri 

işdən tez çıxmaq istəyəndə teatra gedəcəklərini bəhanə edirdilər.    

Yəqin Heydər Əliyevin gözəl tamaşa xatirinə onlara icazə verəcəyini 

bilirdilər. Sonra da tamaşa haqqında rəy soruşacağını da görmüşdülər. 

Teatra o, hələ gənc yaşlarından mehr salmışdı. Budur, 2002-ci ildə də 

Milli Akademik Dram Teatrında «Hamlet» tamaşasnın 

premyerasındadır. Tamaşadan sonra Prezident truppa ilə görüşdü, 

aktyorları yaradıcılıq uğurlarma görə  təbrik etdi. Heydər  Əliyevin 

mədəniyyət xadimləri, incəsənət və  ədəbiyyat nümayəndələri ilə 

görüşməsi hələ çoxdan, sovet dövründən ənənəyə çevrilmişdi. 

 


 

521


 

Dekabrın 12-də Heydər Əliyev Prezident Sarayında xalq artistləri, 

dövlət mükafatı laureatları Fidan və Xuraman Qasımova bacılarını 

qəbul etdi - onlar ilk dəfə 25 il əvvəl opera səhnəsinə çıxmışdılar. Bu 

mənalı görüşdən kiçik bir fraqmenti təqdim etmək istərdik. 

«Heydər  Əliyev: Siz çox şeyə nail olmusunuz. Azərbaycan 

incəsənəti və musiqisi üçün çox iş görmüsünüz. Sizin hər ikinizdə 

nadir, qeyri-adi, anadangəlmə  fıtri istedad var. Bu neməti Allah hər 

insana qismət eləmir. 

Fidan Qasımova:  Cənab Prezident, I975-ci ildə «Koroğlu» 

operasma qulaq asdığmız yadmızdadır? İkinci hissədən sonra səhnəyə 

çıxdınız. Mən küncdə valideynlərimlə durmuşdum. Həmin vaxt artıq 

2-3 müsabiqənin laureatı idim. Siz yaxınlaşıb mənim valideynlərimlə 

salamlaşdınız. Məndən soruşdunuz: «Fidan, bəs səni nə vaxt Nigar 

rolunda görəcəyik?» Siz bunu xatırlayırsınız? 



Heydər Əliyev: Çox yaxşı xatırlayıram. 

Fidan Qasımova:  İnanın ki, o günü heç unutmuram. Sizdən 

aldığım güc, məsuliyyət hissi bu gün də  məni ruhlandırır. Sizin 

sözləriniz mənə o qədər təsir etdi ki, tezliklə Nigar partiyasını öyrənib 

oxudum». 

Azərbaycanın görkəmli mədəniyyət ustalarının hər birinin Heydər 

Əliyevlə bağlı xoş xatirələrinin, minnətdarlıq hissinin olduğunu desək, 

yəqin ki, yalan danışmarıq. Misal üçün, Müslüm Maqomayev 

konsertlərinin birinin sonunda Heydər Əliyevin ona dediyi bu sözləri 

yaxşı xatırlayır: 

- Bəlkə, sənin nəyəsə ehtiyacm var? 

«Xeyr»,- cavan müğənni həmin dövrdə şəraiti olmayan konınunal 

mənzildə yaşasa da, bu cür cavab vermişdi: «Düşünürəm ki, o mənim 

səsimi bəyənmişdi. EIə buna görə də mənə qarşı hörmətlə, daha sonra 

məhəbbətlə yanaşırdı. Bu cür də mən ona yanaşıram», - deyə aradan 

illər keçdikdən sonra Müslüm Maqomayev özünün «Melodiya- 

sevgim mənim » kitabında yazırdı. 

 


 

522


«Ətrafımıza bütün azərbaycanlı 

uşaqlar toplaşıb» 

 

 



İl qurtarırdı,  əhali bayrama hazırlaşırdı. Amma Heydər  Əliyev 

üçün həmişəki kimi bütün günlər iş günü idi. 

- Elə gün yox idi ki, Prczident işə  gəlməsin. 1993-cü ildən 

başlayaraq, bircə dəfə də olsun məzuniyyətə çıxmamışdı. Heç vaxt da 

gününün qaydasını, cədvəlini dəyişməzdi. Saat 8-də səhər ycməyi idi. 

10-da işə  gəlirdi. Nahar etmirdi. Gün ərzində görüşlər, danışıqlar, 

sənədlər, telefon zəngləri, məktublar... Saat 8-də yüngül şam yeməyi 

edirdi. Mən burada işlədiyim 25 il ərzində rejim həmişə belə olub, - 

deyə general Axundov qeyd edir. 

Yeni - 2003-cü ildə  də Prezidentin 80 yaşı tamam olanda da hər 

şeyin bu cür davam edəcəyinə inanırdıq... 

Dekabrın 31-də Yeni il münasibətilə uşaq evləri üçün Respublika 

Sarayında keçirilən tədbirə  gəldi. Mahnı  səslənir, uşaqlar rəqs edir, 

oynayır və Heydər babanın onlara dediklərini maraqla dinləyirdilər. 

- Sizinlə bir yerdə olanda, elə bilirəm ki, Azərbaycan uşaqlarının, 

gənclərinin hamısı  ətrafımıza toplaşıb. Mənə elə  gəhr ki, bütün 

gəncləri öpüb bağrıma basıram. Sizə xoşbəxtlik arzulayıram! 

2002-ci ilin son dəqiqələrində Prezident Dünya Azərbay-

canlılarının Həmrəylik Günü münasibətilə xalqa müraciət etdi: - Biz 

qürur hissi ilə deyə bilərik ki, 2002-ci il Azərbaycan xalqı üçün uğurlu 

olub, - Heydər  Əliyev bunu sübut edən iqtisadi inkişafın bir çox 

faktlarını sadaladı, pensiya, əmək haqları  və büdcənin artımına dair 

məlumatlar verdi. - Amma problemlər də mövcuddur. Ən böyük ağrılı 

problemimiz, mən deyərdim ki, əsas dərdimiz bu günədək həllini 

tapmayan Azərbaycan-Ermənistan münaqişəsidir. 

Prezident il ərzində görülən işləri xatırlatdı  və Azərbaycanın 

sonadək sülh yolu ilə  məsələnin həllinə üstünlük verəcəyini bildirdi; 

«Biz  əhali üçün sakit yaşamaq imkanı yaratmışıq. Hər bir işimizlə 

aybaay, ilbəil insanların rifahını yaxşılaşdırmağa çalışacağıq». 

 

  



 

523


XIII fəsil 

 

DÜNYANIN GÖZÜNDƏ 

 

 



Böyük siyasətçilər, dövlət və ictimai xadimlər çox zaman bir-

birilərini qiymətləndirməyə çalışırlar.  Əgər ancaq rəsmi nitqlər və 

məktublardan nə isə öyrənmək istəsək, onda yalmz müdrik və 

qəhrəman obrazlarmı görə bilərik. Bəzən xasiyyətnamələr elə yazılır 

ki, söhbətin tamamilə başqa şəxslərə aid olması təsəvvürü yaranır. 

Ən parlaq nümunə kimi, ABŞ Prezidenti ata Corc Buşun Sovet 

lideri Mixail Qorbaçova olan münasibətini göstərmək olar. 1988-ci 

ildə Malta danışıqlarından sonra Buş öz köməkçilərinin yanında 

demişdi: «Ay aman, onun iqtisadiyyatdan heç başı  çıxmır ki!» 

Sonradan Vaşinqton ekspertləri tərəfmdən Buşun nəyə işarə etməsini 

öyrəndikləri isə bizə məlum deyil. 

Əlbəttə, dövlət rəhbərləri, ictimai-siyasi xadimlərin hərəkətlərinin 

çox hissəsi siyasi etiket qaydaları  əsasında tənzimlənir. General de 

Qollun AFR-in kansleri Adenauerə verdiyi dərsi klassik misal kimi 

göstərmək olar. 

1962-ci ilin iyul ayında Parisdə kanslerin şərəfınə möhtəşəm 

ziyafət düzənlənir. De Qoll onu fəxri legionun Böyük Xaçı ilə  təltif 

edib, xeyli tərifləyir, iki aydan sonra Fransa Prezidenti cavab səfəri ilə 

Reynə yola düşür. De Qollun həyatını araşdıran Nikolay Molçanovun 

fıkrincə, bu, çox qəribə, özü də ibrətamiz bir səhnə idi. 

Bonndakı hava limanında Fransa Prezidentini Adeanuer qarşılayır. 

De Qoll heç kəsin gözləmədiyi halda qəflətən qoca kansleri 

qucaqlayıb, hər iki üzündən öpür. Sonralar kansler danışırdı: «Birinci 

dəfə idi ki, məni xarici dövlət xadimi, özü də ki, fransız öpürdü!» 

 


 

524


Sonra o, 5 gün ən iri şəhərlərdə alman dilində çıxışlar edir. Qərbi 

Almaniyada - Hamburq, Köln, Münhen, Ştutqart, Düsseldorfda... 

almanlar az qala onu əllərində gəzdirirdilər. 

«Şpigei» jurnalı yazırdı; «De Qoll Almaniyaya Fransanın 

Prezidenti kimi, Amma fransızların sevmədiyi Prezident kimi gəlsə 

də, Avropanın imperatoru olaraq geri dönür». Generalın özü isə 

sonralar yaxın yoldaşlarından birinə etiraf etmişdi: «Mən almanlara 

dedim ki, siz dahi xalqsınız. Amma bu düz deyil. Əgər almanlar dahi 

xalq olsaydılar, məni belə qarşılamazdılar». 

General öz oyununa Qərbi Almaniya-Fransa əməkdaşlığı sazişinə 

bir proloq kimi baxırdı. 1963-cü il yanvarm 22-də Yelisey sarayında 

de Qoll və Adenauer saziş imzaladılar. Bu, «Avropanın  ən böyük 

toyu» idi. Sonradan Fransa-Almaniya münasibətləri heç də normal 

davam etmədi. Amma tarixi nöqteyi-nəzərdən baxsaq, de Qollun hər 

addımını Fransanın milli maraqları naminə atdığının şahidi olarıq. 

Aprelin 10-da Heydər  Əliyev Avropa Şurası Parlament 

Assambleyasının Azərbaycan üzrə  məruzəçisi, Fransa parlamentinin 

deputatı Jak Bomeli qəbul etdi. Cənab Bomel Əliyevi keçmiş Fransa 

Prezidenti general De Qoll ilə müqayisə etdi: «Onun olduğu 

mövqedəki kimi siz də bütün qruplardan kənar qalaraq siyasət 

apanrsmız. Məhz buna görə  də Azərbaycanla Avropa arasındakı 

əlaqələrin yaxınlaşması mühüm əhəmiyyət kəsb edir. Avropa sizi 

demək olar ki, bütün sahələrdə  dəstəkləyir. Bu, Azərbaycanın öz 

müstəqilliyini saxlamasına yardım edir». 

Fransız natiq həmsöhbətini kompliment atəşinə tutaraq onun 

gümrah görünüşündən və sağlamhğmdan danışdı. Heydər  Əliyev də 

«borclu» qalmadı: «Cənab Bomel, sizə baxıram, yaxşı görünürsünüz, 

çox gözəl yaddaşmız var. Dünən axşam bizim milli rəqsləri necə 

maraqla seyr etdiyinizi görəndə buna bir daha əmin oldum». Sonra isə 

ciddi  şəkildə davam etdi: «Siz hər dəfə general Şarl de Qollun 

siyasətindən danışırsmız.  İndi də bu mövzuya toxundunuz. Təbü ki, 

Şarl de Qoll dünyada tanınmış  şəxsiyyətlərdən biridir, II Dünya 

müharibəsi zamanı  və ondan sonra de Qollun etdikləri  əsrlər boyu 

xatırlanaraq, öz qiymətini itinnəyəcək. Mənim üçün general de Qoll 

həm ide- 


 

525


al, həm də bir nümunədir. Mənim bugünkü siyasətimin  əsasında 

Azərbaycan müstəqilliyinin müdafiəsi durur». 

Əlavə edək ki, bu siyasət realhğa çevrilə bildi. Əliyev öz ölkəsinin 

maraqları ilə nəhəng dövlətlərin maraqlarını tarazlaşdırmağı bacardı. 

Heydər  Əlirza oğlu  Əliyev, görəsən, digər ölkələrin ictimai və 

siyasi xadimlərinin gözündə necə görünürdü? Gəlin, onun haqqında 

yazılan qəzet materiallarını  və xatirələri birlikdə  vərəqləyək, 

həmsöhbətlərimizin bu məsələ ilə bağlı münasibətini öyrənək. 

Türkiyə Prezidenti Süleyman Dəmirəl  Əliyevi  şərqlilərə  məxsus 

bəlağətlə «Azərbaycanın demokratik yolla inkişafı naminə sinəsini 

qalxan edib qəhrəmanlıq göstərən əziz qardaş»ı adlandırır. 

YUNESKO-nun baş direktoru Federiko Mayor Heydər  Əliyevə 

müraciətlə «Siz dünya miqyasında qəbul edilmiş görkəmli lidersiniz» 

demişdi. 

Bu, doğrudan da, belədir. Etiraflar çoxdur - səmimi olanlar da, 

xüsusi niyyətlə deyilənlər də. Amerika diplomatiyasnın ekskomandoru 

xanım Olbrayt Əliyevə kompliment deyərkən özünü də unutmadı. 

ABŞ dövlət katibi vəzifəsində olduğu müddətdə «bu cür təntənə ilə 

qarşılanan ikinci bir prezident görmədiyini» demişdi. Yəni, Dövlət 

Departamenti gör necə səy göstərib. 

Xanın Olbraytın həmkarı Henri Kissincer isə  məktubunda böyük 

bir proqram əhatə etmişdi: «Öz qarşısında ABŞ və Qərb dövlətləri ilə 

əlaqələrin gücləndirilməsi məqsədini qoyan Heydər  Əliyevin 

fəaliyyəti təqdirəlayiqdir. O, bazar iqtisadiyyatının gücləndirilməsi və 

inkişafı işinə xeyli zəhmət sərf etmişdir. Heydər Əliyev müstəqilliyin 

qorunması sahəsində inadkarcasına və qətiyyətlə mübarizə aparır». 

Fransa Prezidenti Jak Şirakın yaratdığı obraz digərlərindən seçilir: 

«Bu qeyri-adi insan Azərbaycanın çiçəklənməsinə nail oldu. Mən 

görüşlərimiz zamanı onda müşahidə etdiyim iradə, mətinlik və 

uzaqgörənliyi yüksək qiymətləndirirəm. Dağlıq Qarabağ probleminin 

sülh yolu ilə  həlli istiqamətində sadaladığım dəyərləri nümayiş 

etdirdiyini görürəm. Heydər  Əliyev kimi zəngin siyasi təcrübəsi, 

böyük  iradəsi, uzaqgörənliyi olan 

 


 

526


dünya  şöhrətli bir dövlət xadiminin Azərbaycanı idarə etməsi bu 

ölkənin xoşbəxtlyidir». 

Çox dəqiq və  hərtərəfli bir qiymətləndinnədir. Zəngin idarəçilik 

təcrübəsini  Əliyev hələ sovet dövründə dövlət xadimi kimi 

formalaşdığı zaman toplamışdı. Rusiya Prezidenti Vladimir Putin 

Əliyevi Rusiya Federasiyasında təkcə Azərbaycanın deyil, bütün 

Sovet İttifaqnın çox görkəmli ictimai xadimi kimi tanıdığını deyəndə 

məhz bu keyfiyyətə diqqət etmişdi. 

Rusiya Federasiyası  Şurasının Federal iclasının sədri Yeqor 

Stroyev  Əliyevin müdrikliyini və optimizmini xüsusi qeyd edərək, 

onun  ən çətin situasiyalarda belə  vəziyyətdən çıxış yolu tapmaq 

iqtidarında olduğunu vurğulayırdı. «Münaqişələrin sülh yolu ilə həllini 

tapmaq, siyasi təfəkkürün zirvəsində olmaq deməkdir», - deyə Yeqor 

Sergeyeviç qeyd edirdi. 

Rusiya meri Yuri Lujkov bu siyasətçiyə belə qiymət vermişdi: 

«Heydər Əliyev bütün SSRİ məkanında, sovet və postsovet dövründə 

dahi  şəxsiyyət olaraq qalmışdı. O, gözəl beynəlmiləlçi idi. 

Azərbaycanlıların hər zaman Rusiyadan böyük mənfəət  əldə 

edəcəklərini bütün qəlbi və düşüncəsi ilə bilir, bu siyasəti  şəxsi 

maraqları çərçivəsində deyil, ümumi rifah naminə həyata keçirirdi». 

Şimali Osetiya - Almaniya Respublikasnın Prezidenti Aleksandr 

Dzasoxov Heydər  Əliyevi Azərbaycan xalqının dahi oğlu hesab 

edirdi.  İttifaq dövlətinin dağılmasmdan sonra zəngin təcı-rübəsini 

yalnız Vətəni üçün sərf etdiyini deyirdi. 

Azərbaycanın müstəqilliyi uğrunda Əliyevin tarixi xidmətləri ilkin 

olaraq AFR-in federal kansleri Gerhard Şröder və Yaponiyanın baş 

naziri Dzünitiro Koidzumi ayrı-ayrılıqda qeyd ediblər. 

ABŞ Prezidenti Corc Buşun fikrincə, uzun müddət ərzində Heydər 

Əliyev Cənubi Qafqazda əsas  şəxsiyyət olaraq qalıb. ABŞ  və 

Azərbaycan arasında hazırkı dostluq münasibətləri onun şəxsi səyi 

nəticəsində yaranıb, Azərbaycan müstəqilliyi qorunub saxlanılıb. 

Avropa  İttifaqında Ukrayna nümayəndə heyətinin sədri, görkəmli 

Ukrayna şairi Boris Oleynik Heydər Əliyevi əsl xilaskar adlandırırdı; 

«Azərbaycanın müstəqilliyi təhlükə altında qaldığı bir vaxtda xalqın 

sadiq oğlu Heydər Əliyev sükanı əlinə 

 

 



 

527


almağı bacardı. Öz iradəsi, aqilliyi və  cəsurluğu sayəsində 

Azərbaycanı  ağır vəziyyətdən xilas etdi». Zənnimcə, müraciət 

etdiyimiz şəxslərdən gələn ən dolğun   cavablardan biri də  Qazaxıstan 

Prezidenti Nursultan Abişeviç.  Nazarbayevə məxsusdur. O, tamamilə 

əhatə olunmuş siyasi bir portret cızmışdı: «Həyati, quruculuq, iqtisadi 

və   böyük siyasi təcrübəsi olmaqla yanaşı, səmimi və açıqürəkli bir 

insanın» portretini. Biz artıq məktubun 1986-cı il Almata 

hadisələrindən danışan, Qarabağ münaqişəsinə  təkan verən bu 

problemi  əhatə edən hissəsinə toxunmuşuq. O vaxt Heydər  Əliyev 

milli siyasətdə yol verilən səhvlər haqqında Qorbaçovu xəbərdar etsə 

də, ikinci qulaq asmayaraq işin daha asan həllinə üstünlük vermişdi. 

Öz sözündən dönmədiyinə, fikrində qaldığına görə Heydər  Əliyev 

istefaya göndərilmişdi. 

Bu dövrdə  gərginlik daha da artır, millətlərin üsyanına doğru 

inkişaf edərək dərinləşirdi. Azərbaycanda separatçı  və millətçi 

qüvvələr baş qaldırmışdı. Belə bir şəraitdə  məsuliyyətin Heydər 

Əliyevin üzərinə atıldığı zaman, onun nümayiş etdirdiyi möhkəmlik, 

dözümlülüyə və şücaətə ancaq təəccüblənmək olar. Bütün qarşılaşdığı 

çətinliklərə baxmayaraq, sınmadı», - deyə Nursultan Nazarbayev 

yazır. Onun məktubunda daha maraqlı tarixi məqamlara toxunulur: 

«Düşmənlərin hədə-qorxusuna, dostların ehtiyatlı davranma 

məsləhətinə baxmayaraq, baş verən hadisələrdən kənarda qalıb seyrçi 

rolunu oynaya bilmədi və vətənə döndü. Bir vətəndaş və vətənpərvər 

kimi xalqı ilə birgə  həmin çətinlikləri yaşamaq istədi. O, təkcə 

bununla kifayətlənmədi, öz nüfuzundan və  təcrübəsindən istifadə 

edərək situasiyanı düzəltməyə qalxdı. 

Bu çətin günlərdə Heydər  Əliyevin apardığı düzgün siyasət onu 

xalqın tələbi ilə yenidən 1993-cü ildə müstəqil Azərbaycanın 

Prezidenti etdi. Azərbaycan xalqı bununla öz liderinə sonsuz inam və 

məhəbbətini nümayiş etdirərək vəziyyətdən nicat yolunun yalnız 

Heydər Əliyevlə bağlı olduğunu bildirirdi. 

Əminliklə deyə bilərəm ki, Heydər Əliyev 1982-ci ildə Moskvaya 

gedərkən respublikanı iqüsadi və siyasi stabillikdə, ölkəni tərəqqidə 

qoymuşdu. 10 il sonra, I993-cü ildə isə müstəqil olmasına 

baxmayaraq, Azərbaycanı tamamilə dağılmış, 


 

528


müxtəlif klanlara bölünmüş, quldur qüvvələr tərəfindən talan edilmiş 

bir şəkildə təhvil aldı. 

Çox az bir müddət  ərzində ölkəni yenidən dirçəltmək, siyasi 

institutların işini bərpa etmək, siyasi vəziyyətin sabitliyinə nail olmaq, 

qan tökülməsinin qarşısını almaq yeni bazar islahatları  həyata 

keçirmək, xalqın rifahını yüksəltmək, doğrudan da, Heydər  Əliyev 

tərəfindən nümayiş etdirilən əsl qəhrəmanlıq hesab edilə bilər. 

Sovet  İttifaqında formalaşan, sosializm ideyaları ilə  tərbiyə almış 

bir insan taleyin qisməti ilə yeni bir şəraitdə çalışıb, mümkün 

olmayanı belə reallaşdırmağa müvəffəq oldu. O öz keçmiş həyatından 

möhkəm iradə, aydın zəka, xalqın ağlına və gücünə inam hissini 

götürərək gənclərə  məxsus enerji ilə yeni iqtisadi və ictimai 

münasibətlər qurmağa başladı. Və buna nail oldu. 

O, qloballaşma  əsrinin qeyri-humanist olmayan çağırışlarına və 

hədələrinə  uğurla cavab tapdı  və doğma xalqnın keçmiş adət və 

ənənələrini, milli mədəniyyətini qorumaqla yeni dünyaya da 

inteqrasiya etməyə müvəffəq oldu. 

Xüsusilə bir vacib aspekti qeyd etmək istərdim ki, bu xüsusiyyət 

Heydər  Əliyevin dünya miqyaslı bir siyasətçi kimi müdrikliyində  və 

uzaqgörənliyində  əks olunub. Xatırladım ki, o dövrdə Azərbaycan 

faktiki olaraq beynəlxalq aləmdən təcrid olunmuş bir vəziyyətdə idi. 

Elçibəyin rəhbərliyi altmda ölkəni idarə edən müxalifət qonşu və digər 

xarici dövlətlərlə münasibətləri yalnız milli təcridolunma siyasəti 

əsasında aparmışdı. 

İnteqrasiya və əməkdaşlığm tərəfdarı olan Heydər Əliyev vəziyyəti 

düzəltmək,  əlaqələri yaxşılaşdırmaq sahəsində yorulmadan səy 

göstərdi. O, xüsusilə MDB dövlətləri ilə münasibətləri bərpa etdi. 

Xüsusi minnətdarhqla qeyd etmək istərdim ki, mənim də bu 

istiqamətdə atdığım hər bir addıma dəstək olmuşdu. Hər zaman onun 

müdrik məsləhətinə və köməyinə arxalana bilərdim. 

Xəzər regionu probleminə dair onunla çox danışıqlarımız olub. Biz 

bu mövzuda həmfikir idik ki, dənizin resurslan heç zaman konfliktli 

məsələ olmamalıdır. O dövrdə də indiki kimi Xəzərin yalnız dostluq 

və qarşılıqlı anlaşma,  əməkdaşlıq mövzusu olmasma çox çalışırdıq. 

Bu mövzuda bütün Xəzəryanı dövlətlər və dünyadakı  tərəfdaşlanmız 

həmfıkirdirlər. 



 

529


Bu ifadəni qorxmadan işlədə bilərəm ki, Rusiya, Azərbaycan və 

Qazaxıstan liderlərinin səyi nəticəsində  Xəzərin hüquqi statusunun 

müəyyənləşdirilməsi məsələsi gündəmə gətirildi. 

Bu gün Azərbaycan artıq yüksələn xətlə inkişaf edir. Əminəm 

Heydər  Əliyevin davamçısı - onun oğlu - ölkənin Prezidenti İlham 

Əliyev olacaq. Gələcəkdə Qazaxıstanla Azərbaycanın dostluq 

əlaqələrinin də təkcə Xəzəryanı regionda deyil, hər bir sahədə davam 

edəcəyinə inanıram». 

1986-cı ildə SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsinə 

Vladimir Kuzmiç Qusev təyin edildi. Buna qədər o, Rusiya Nazirlər 

Sovetində  və Saratov KP-də birinci katib kimi çalışmışdı. 2 il 

(Əliyevin istefasına qədər) Qusev onunla bir komandada işləmişdi. 

Qusev o zamanlan xatırlayaraq qeyd edir: 

- Mən onunla tez-tez rastlaşırdım, necə deyərlər, mən onu iş 

zamanı tanımışam, - Vladimir Kuzmiç xatirələrini bizimlə bölüşür. - 

Bu insan xüsusi təşkilatlanmış formada idi. Tapşırıqlarını ciddi şəkildə 

soruşurdu. Hesab edirəm ki, idarəetmə bacarığı, hər  şeyə  nəzarət 

rəhbər işçinin  əsas vəzifələrindəndir. Bu sahədə bir-birimizə çox 

oxşayırıq. Bu gün qarşılaşdığını  nəzarətsizlik məni özümdən çıxarır.  

Heydər Əliyevdə bu yox idi. 

Baykal-Amur magistralının inşaatçıları bu gün də onun sorğu-

sualını xatırlayırlar. Kabinetdən çıxmaq istəməyən rəhbər işçilərdən 

fərqli olaraq Heydər Əliyev yerlərdə olurdu, işin gedişatı ilə yaxından 

tanış olmaq, fəhlə və mütəxəssislərlə söhbət aparmaq onun iş üslubu 

idi. İndi bu cür rəhbərlər görmək çox çətindir. 

Heydər  Əliyev Moskvada işlədiyi zaman Vladimir Qusev 

Azərbaycanda çox olmuşdu. Onun qeyd etdiyi aşağıdakı sözlər də 

bunu bir daha təsdiqləyir: 

- Doğma ölkəsində xalqın onun haqqında dedikləri məni çox 

sevindirirdi. Heydər  Əliyev vətəni ilə daim əlaqə saxlayır, ora baş 

çəkməyə çalışırdı. Onun ailə  həyatından da bəzi  şeylər mənə 

məlumdur. Həyat yoldaşı  Zərifə  Əliyevam son günlərinədək göz 

bəbəyi kimi qoruyurdu. O, ömrünün 80-cı ilində  də dinamik idi, 

ölkəsini inamla idarə edirdi. Azərbaycanın  əsas gəhr mənbələrini 

dövlətin  əlində saxlayaraq onun inkişafına və idarəsinə nail olurdu. 

Bütün bunlar mənə tam səmimi  şəkildə deməyə imkan verir ki, 

Heydər Əliyev sözün əsl mənasında 


 

530


Sovet İttifaqının və müstəqil Azərbaycanın böyük miqyaslı siyasət 

və dövlət xadimidir. 

2003-cü il mayın 10-da bütün Azərbaycan öz Prezidentinin səksən 

illik yubileyini böyük təntənə ilə qeyd etməyə hazırlaşırdı. Hamı onun 

müalicə olunduğu Klivlenddən xoş xəbər gözləyir, Prezidentin tezliklə 

sağ-salamat geri dönəcəyinə ümid bəsləyirdi. Amma yubileydən bir az 

əvvəl Heydər Əliyev öz köhnə silahdaşı, Milh Məclisin sədri Murtuz 

Ələsgərova zəng vurdu: 

- Murtuz, mənsiz qeyd etməli olacaqsınız.... 

Doğma və eyni zamanda uzaqdan gələn bu səsdən Murtuz müəllim 

hiss etdi ki, pəncərələri sakit parka açılan böyük palatadakı bu insanın 

vəziyyəti necə də ağırdır. Var qüvvəsini toplayıb dilləndi: 

- Biz sizin qayıtmağınızı gözləyirik, cənab Prezident. 

Ertəsi gün isə təntənəli yığıncaqda Murtuz müəllim yığcam, amma 

analitik cəhətdən dərin olan məruzəsində böyük siyasətçi, dövlət 

xadimi, xalqın ümummilli lideri Heydər  Əliyevin surətini belə 

səciyyələndirdi. Parlament sədri deyirdi: 

- Keçilən yola nəzər salanda, hər bir azərbaycanlının ürəyi fəxr və 

qürur hissi ilə dolur. Bütün bu nailiyyətlərdə  həyatını xalqına, 

vətəninə xidmət etməyə  həsr edən və bizim tarixə millətin xilaskarı 

kimi düşən Heydər Əliyevin xidmətləri sonsuzdur. 

Azərbaycan Yazıçılar Birliyinin sədri Anarm xatirələrindən: 

«Sovet dövründə Heydər  Əliyev Azərbaycanın  əksər rayonlarına 

qatarla gedirdi. Adətən səfərdə onu mütəxəssislər müşayiət edirdi, 

bəzən aralarıda  şairlər, yazıçılar da olurdu. Bir dəfə  təsadüfən 

tanınmış aktyor Nodar Şasıqoğlu da Heydər Əliyevlə yol yoldaşı olur. 

Heydər Əliyev ondan soruşur: 

- Siz 


burada 

neynirsiniz? 

- Sizi 

müşahidə edəcəm. Bəlkə, nə vaxtsa rolunuzu oynadım, - 



deyə Nodar cavab verir. 

Heydər Əliyev düşünmədən, onun sözünü kəsir: 

- Məni oynamaq lazım deyil. Özüm elə özümü yaxşı 

oynayıram. 

 


 

531


Bəli, taleyin ona bəxş etdiyi rolu artıqlaması ilə oynaya bildi. 

Onun bu tarixi məkanda etdiklərini isə  təkcə bugünkü deyil, gələcək 

nəsillər də dönə-dönə qiymətləndirəcək. Bəlkə də, bizdən fərqli olaraq 

onlara hər  şey başqa cür görünəcək. Çox zaman belə  də olur. 

Tarixçilərin və tədqiqatçıların araşdırma apararkən məşhur insanların 

həyatına şahid olan şəxslərə müraciət etməsi cəhdi aydındır. Biz də bu 

yolu tutduq, Heydər  Əliyev haqqında bu kitabı yazmazdan öncə 

yüzlərlə, minlərlə insana müraciət etdik. Onlar naxçıvanlı, bakılı, 

moskvalı, azərbaycanlı, rus olmalarına, müxtəlif yaş, sənət, cinslərə 

mənsubluqlarına baxmayaraq, onun barəsində sevgiylə danışdılar. Hər 

biri Heydər  Əliyev haqqında xatirələrini bizimlə bölüşdü və biz 

onların söylədikləri və yazdıqları  əsasında böyük, həm də dahi bir 

şəxsin obrazını yaratmağa çalışdıq. 


 

532


 
1   ...   31   32   33   34   35   36   37   38   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə