GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə38/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   31   32   33   34   35   36   37   38   39

SON BORC, SON XİDMƏT 

 

Oktyabr 2003-cü il, ABŞ- Klivlend 



 

Dahilərin böyüklüyü ondadır ki, onlar hər şeyin əvvəllini bildikləri 

kimi, sonunu da görür və  dərk edirlər. Heydər  Əliyev də  məhz belə 

insanlardandı... 

Onun işdən bu qədər ayrıldığı olmamışdı. Həm də belə bir 

məqamda — Azərbaycan müstəqilliyinin yeni inkişaf mərhələsinə 

qədəm qoyduğu, onun strateji layihələrinin reallaşmağa başladığı bir 

dövrdə... 

Yox! Yorğun deyildi. O, mübarizəyə ilk atılan sərkərdə kimi 

həmişə meydanı qalib kimi sonuncu olaraq tərk etməyə adət etmişdi. 

Amma yaxşı bilirdi ki, bu sonuncu çarpışmadan, bu sonuncu 

döyüşdən heç bir dahi, heç bir sərkərdə qalib çıxmayıb. Xəstəlik adı 

ilə qapını  kəsdirmiş ölüm artıq öz hökmünü çıxarmaqda israrlı idi. 

Namərd ölüm onun ağlına, iti zəkasına, düşüncəsinə qalib gələ 

bilməsə də taqətini üzürdü... 

Xəyal onu bir anda doğma Azərbaycana gətirdi. Çöhrəsinə  xəfif 

bir təbəssüm qondu. Budur yenə  iş başındadır. Gecə yandan keçir, 

onun kabinetinin işıqları isə  hələ  də yanır. Müstəqil Azərbaycanın 

beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, bu istiqamətdə 

atılacaq növbəti addımları götür-qoy edir. "Zamanın, vaxtın fərqinə 

varmır", ağlının, zəkasının sürəti ilə zamanı qabaqlamaq istəyir. Sanki 

sabah olmayacaq, vaxt burda bitəcəkdi. 

Bu dahi bütün ömrünü belə yaşamışdı. Onun böyüklüyü, dahiliyi 

bir də elə bunda idi ki, öz ömrünün bədxərci idi. O, bu ömrü sədaqətlə 

xidmət etdiyi Vətəninə, işinə xərcləyirdi. Hətta Klivlenddəki, bu ağır 

dəqiqələrdə  də özünü "bütün varlığı  qədər sevdiyi Azərbaycan" 

qarşısında borclu bilirdi. 


 

533


Axı ölkəsi, Vətəni üçün bu qədər xarüqələr yaradan bir insanın nə 

borcu ola bilərdi ki? 

Filosofların böyük müəllimi Konfutsi vaxtı ilə yazırdı ki, "dahilər 

ölüm qabağı çox mühüm işlər haqqında düşünürlər". Heydər Əliyevin 

düşüncəsində  də bu məqamda  ən mühüm iş müstəqil Azərbaycanın 

gələcək taleyi idi. Artıq dərk etmişdi ki, düşüncələrində qurduğu 

əzəmətli, tərəqqi etmiş güclü müstəqil Azərbaycanla bağlı bütün 

arzularmı gerçəkləşdirməyə onun daha vaxtı qalmamışdı". Amma bu 

ömür indi ona necə də lazım idi. 

Düşüncələr onu rahat buraxmırdı. Ölüm zaman fürsətini hər an 

əlindən ala bilərdi deyə gözünə yuxu getmirdi. Axı onun, 

müstəqilliyinə XX əsrin son onilliyində qovuşmuş, dünyanın amansız 

mübarizəsində azad ölkə adının təsdiqinə yenicə nail olmuş, sağının-

solunun diş  qıcadığı Azərbaycan adlı müqəddəs məmləkəti başsız 

qoyub getməyə sadəcə haqqı yox idi. Özü buna belə  qərar vermişdi. 

Çünki bilirdi ki, ona "Baba" deyən millətin, xalqın onun özünə 

gümanları  nə  qədər çox olsa da, sözünə ehtiyacı daha böyükdür. O 

bilirdi ki, Azərbaycanın müstəqilliyi hələ o qədər də möhkəm deyil ki, 

onun gələcəyi üçün narahat olmayasan. Bəs yarımçıq qoyduğu işlər 

necə olsun? Azərbaycanın gələcəyinin asılı olduğu bu işləri kim 

tamamlasın? 

Heydər  Əliyevin son qərarı  əslində Azərbaycana son borcu, son 

xidməti idi. Bu qərardan Azərbaycan dövlətinin taleyi asılı idi. Heydər 

Əliyev bu son borcunu da şərəflə yerinə yetirdi. Onun doğma xalqına 

ünvanladığı son müraciət Vətənə ləyaqətlə xidmətin son nümunəsi idi. 

Dəbdəbədən, ritorikadan uzaq, xalqın qavradığı dildə, Heydər 

Əliyevin üslubunda olan son dərəcə səmimi müraciət: 

 

«Əziz həmvələnlər, hörməüi Azərbaycan vətəndaşları! 



Bu günlərdə  mənim Azərbaycan Respublikasına bütövlükdə 

rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi 

rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, 

Azərbaycan Respublikasının vətəndaşı, istərsə  də onun rəhbəri, 

Prezidenti kimi mənim həyat amalım 

 

534


yalnız Sizə — bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, 

dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət 

olmuşdur. Bu yolda bütün gııcümü və iradəmi yalnız müdrik və 

qədirbilən xalqımdan almışam.  Ən çətin anlarda, ən mürəkkəb 

vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə 

dözüm, iradə verib və bütün uğurlarımı təmin edib. 

Azərbaycan xalqı dünyanın  ən qabaqcıl xalqları  sırasında öz 

layiqli yerini tutub. Onun zəngin mənəvi aləmi, dünya mədəniyyət 

xəzinəsinə  bəxş etdiyi özünəməxsus töhfələr, sivil dünya dəyərlərinə 

yiyələnmək qabiliyyəti artıq hamıya məlumdur. Azərbaycanlıların öz 

əməyi, istedadı ilə bütün sahələrdə dünya xalcjları ailəsinə getdikcə 

daha sürətlə inteqrasiya olması indi heç kimi təəccübləndirmir. 

Müstəqil dövlətimiz bu gün dünya ölkələrinin  ən qabaqcıl 

təcrübələrindən və  dəyərlərindən bəhrələnərək inkişaf edir. 

Demokratik cəmiyyət, hüquqi dövlət, insan və vətəndaş maraqlarının 

aliliyi, siyasi plürcdizm prinsiplərini rəhbər tutaraq, Azərbaycan 

Avropanın və dünyanın ən qabacıl, qüdrətli dövlətləri ilə çiyin-çiyinə 

fəaliyyət göstərir. Ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutub. 

İndi dünyanın, regionun və bizi əhatə edən xarici aləmin əsas strateji 

və qlobal məsələləri bizim rəyimiz, mənafelərimiz nəzərə alınmadan 

həll edilmir. Bizi tanıyırlar, qəbul edirlər və əsas məsələlərdə bizimlə 

hesablaşırlar. 

Azərbaycanın icjtisadi həyatı yenidən qurulur, yüksək dinamizmlə 

dirçəlir və inkişaf edir. Ölkə iqtisadiyyatına daxili və xarici kapital 

qoyuluşu ildən-ilə artır, aqrar sahə, yeyinti və yüngül sənayesi 

modernləşir, iqtisadiyyatda qeyri-neft sektorunun payı yüksəlir, 

manatın sabitliyi qorunur, valyuta ehtiyatları artır, yeni-yeni yüksək 

maaşlı iş yerləri açılır. Bütün bunlar 1994-cü ildən başlayaraq həyata 

keçirilən yeni neft və iqtisadi inkişaf strategiyasnın nəticəsidir. Mən 

əminəm ki, biz belə davam etsək, qarşıdan golən bir neçə ildə 

Azərbaycanda nə bir işsizə, nə bir kasıb insana rast gəlinəcəkdir. 

Maaşlar, təqaüdlər və insanların ümumi gəlirləri yüksələn sürətlə 

artacaq. Azərbaycan dövləti, iş adamlarımız təkcə ölkəmizdə deyil,  

xarici aləmdə də ən 

 

535


persjjektivli və  gəlirli layihələrdə  iştirak etmək, investisiya qoymaq 

imkanına və gücünə malik olacaqlar. 

Dövlətimiz getdikcə öz müdafiə qabiliyyətini artırır, hərbi cəhtdən 

güclənir. Milli ordumuz qabaqcıl təcrübə və texnologiyalara yiyələnir, 

gənclərimiz həvəslə xidmətə gedirlər. 

Bütün bunlar asan başa gəlməmişdir. Keçən dövrdə biz sizinlə 

birlikdə  həm daxildən, həm də xaricdən qaynaqlanan nə  qədər 

təhlükəli irticanın, təxribatın və digər antiazərbaycan aksiyalarının 

qarşısını almşıq, nə  qədər çətinliklərə sinə  gərmişik. Siz bunları çox 

yaxşı bilrsiniz. 

1988-ci ildə ermənilərin Dağlıq Qarabağda başladıqları 

avantürist millətçi separatizminin qarşısı Azərbaycan rəhbərliyinin 

qətiyyətsizliyi üzündən vaxtında alınmadı. 1990-1993-cü illərdə 

respublikamızda yaranmış siyasi və hakimiyyət böhranından, 

iradəsizlik və qarmaqarışıqlıqdan istifadə edən Ermənistan ordusu 

Azərbaycanın torpaqlarını  işğal etdi, bir milyondan çox soydaşumızı 

qaçqın və köçkün vəziyyəünə saldı. Daxildə ölkə  vətəndaşları bir-

birinə qarşı silahlı toqquşmaya, qarşıdurmaya təhrik edildi, 

dövlətimizi və dövlətçiliyimizi məhv etməyə, dağıtmağa nə  qədər 

səylər göstərildi. Biz bütün bunlarm qarşısını aldıq. Lakin xaos və 

anarxiya dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın 

və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemini hələ də həll 

edə bilməmişik. Mən  əminəm ki, biz bu məsələni də mütləq həll 

edəcəyik. 

Buna baxmayaraq, bu illərdə xalqımız və dövlətimiz üçün 

taleyüklü əhəmiyyət kəsb edən məsələləri həll edə bilmişik. 

İlk növbədə dövlətçilyimizin  əsasını  təşkil edən ictimai-siyasi 

sabitliyə nail olmuş, milli birlik və qanuunların alilyinə söykənən 

vətəndaş cəmiyyətinin təməlini qoymuşuq. 

İkincisi,  hər bir dövlətin, onun yaşamasının qayəsini təşkil edən 

ölkə icjtisadiyyatını yenidən qurmuşuq, inkişaf yoluna çıxarmışıq. 

Üçüncüsü, Azərbaycan xalqının istək və arzılaarının ifadəsi olan, 

özünün bütün müvafiq təsisatlarına malik güclü, demokratik 

dövlətimizi qura bilmişik, onun müstəqilliyinin dönməzliyini təmin 

etmişik. 

 

536


 

Yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı 

dinamik iıtkişaf edən, güclü dövləl təsisatları olan demokratik və 

vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən 

ərazi bütövlüyü və digər məsələləri həll etnıək olar. Əminəm ki, bu 

məhz belə də olacaq. 

Əziz Azərhaycan vətəndaşları, əziz xalqım! 

Mən öz mənalı həyatımın düz 60 ilini xalqının bu günü və sabahı 

ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə 

xidmətdə keçib. Bu sahədə görülən işlər sizə məlumdur, lakin mənim 

hələ tamamlanmamış çox perspektivli planlanım var. Son vaxtlar 

səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir ki, bütün hu 

başladığının nəticələrini aydın gördüyüm işləri tamamlayım. Buna 

baxmayaraq, 2003-cü ilin 15 oktyabrında keçiriləcək prezident 

seçkilərində  iştirak etmək üçün mənim də namizədliyim irəli sürülüb 

və qeydiyyata almıb. Yüzminlərlə insan seçki kampaniyasına 

qoşularaq mənim təbliğatımı aparır. Fürsətdən istifadə edərək bu 

insanlara, namizədliyimi irəli sürən və  dəstəkləyən Yeni Azərhaycan 

Partiyasının hütün üzvlərinə, digər ictimai-siyasi təşkilatların 

nümayəndələrinə, elm, təhsil və mədəniyyət xadimlərinə, ziyalılara və 

mənə  dəslək verən bütün Azərhaycan xalqına dərin təşokkürümü 

bildirirəm. Ümidvaraın ki, tezliklə  səhhətimi bərpa edərək Vətənə 

dönəcək, xalqumla yenidən birlikdə olacağam.  İndi isə öz 

namizədliyimi İlham Əliyevin xeyrinə geri götürürəm. 

Üzümü sizə — həmvətənlilərimə tutaraq, qarşıdan gələn prezident 

seçkdərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni 

Azərbaycan Partiyası  sədrinin I müavini İlham  Əliyevi dəstəkləməyə 

çağırıram. O, yüksək intelektual, praqmatik düşüncəli, müasir dünya 

siyasətini və iqtisadiyyatmı gözəl bilən, enerjili və  təşəbbüskar bir 

şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm  İlham  Əliyev, həm də Yeni 

Azərhaycan Partiyası bundan sonra da xalqımızım  ən layiqli 

övladlarını Öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin 

inkişafı  və xalqımızım firavanlığı yolunda çox işlər görəcəklər. 

İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü   məsələləri,   

planları,   işləri  sizin   köməyiniz   və 

 

537


dəstəyinizlə İlham Əliyev haşa çatdıra biləcək. Mən ona özüm    qədər    

inanıram    və   gələcəyinə    böyük   ümidlər bəsləyirəm. 

 

Dərin hörmətlə Heydər ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

1 oktyabr 2003-cü il 

 

 

2003-cü il oktyabrm 3-də respublikanın əksər qəzetləri unudulmaz 



Prezident Heydər Əliyevin bu müraciətini birinci səhifədə dərc etdilər. 

İlk təəssürat xalqı kövrəltdi. Onlar müraciəti Milli liderin vəsiyyəti 

kimi qəbui edib ona əməl etməyi özlərinə borc bildilər. Bir həqiqəti də 

aniadılar ki, borc bildikləri bu əməl Azərbaycanın müstoqilliyinin 

əbədiliyinə, iqtisadi tərəqqinin, demokratiyanın dönməzlıyinə xidmət 

edəcək... 



 

538


EPİLOQ 

 

Məndə sığar iki cahan, 



mən bu cahana sığmazam. 

Nəsimi 


 

Deyirlər, qara xəbər yel qanadlı olur. Bu qara xəbər okeanı aşaraq 

gəlmişdi: 

«Birləşmiş  Ştatlardakı Klivlend xəstəxanasında Heydər  Əlirza 

oğlu Əliyev dünyasını dəyişib». 

O, dünyaya göz açanda adını Heydər qoymuşdular. Heydər 

müsəlman Şərqinin güc və qüvvət rəmzi sayılan, düzlük və müdrikliyi 

ilə seçilən müqəddəs  Əlinin adlarından biridir. İnsanların taleyinin 

müəyyənləşməsində valideynlərin tərbiyəsi danılmazdır. Amma 

burada ad seçimi də müəyyən yer tutur. İnsanlar bütün ömürləri boyu 

adları ilə bağlı xüsusiyyətləri öz üzərlərində daşıyırlar. 

Görəsən, işıqdan bir iz qalırmı?  Əbədi olaraq sönən günəşi 

təsəvvür etmək çox çətindir, vaxt ötdükcə ulduzlar sönür, amma 

insanlar onun işığını hələ uzun illər boyu görürlər. 

İşıqsız həyat yoxdur. 

Heydər  Əliyev Azərbaycanın günəşli səması altında dünyaya 

gəlmişdi. Bu işığı  nə vaxsa vətəninə, hər bir insana, doğmalarına 

paylamaq üçün qəlbini nura qərq etmişdi. Tale ona 80 illik bir ömür 

qismət etdi. Ancaq Əliyevin ulduzu Azərbaycanda hələ on və yüz 

illərlə parlayacaq. 



Tanrı öz varını əsirgəmədi...  

O azman qamətlə yüz yaşa nə var,  

Olmaya dünyanın dünyaca dərdi  

Olmaya vurduğu saysız yaralar,  

Olmaya demokrat donu geyinən  

Qorbaçov kimilər, çürük zatlılar, 

Sapı özümüzdən olan baltalar,  

Olmaya əzilon, inləyən Vətən... 

 

539


 

Şair Siyavuş  Məmmədzadənin Prezidentin xatirəsinə yazdığı 

şeirində belə deyilir. Düzdür, Heydər  Əliyevin ömür yolu enişli-

yoxuşlu olub. Çoxlu imtahanlardan keçib. Onun həyatı Azərbaycanın 

müstəqilliyini təhlükə altına qoyan hadisələrlə üzləşib. 

Amma  əyilməyib, mətinlik göstərib, hər cür ağrı-acıya tab 

gətirməyi bacarıb. 

Hətta rəqibləri belə onun siyasi təcrübəsi. intellekti və möhkəm 

iradəsi ilə hesablaşırdılar. O, hakimiyyətə 1993-cü ildə  Vətəninin 

düşmənlər tərəfindən dağıdıldığı, daxili qarşıdurmaların mövcud 

olduğu bir zamanda gəldi. Aşıq Abbas Tufarqanlnın dediyi kimi «El 

bir olsa, dağ oynadar yerindən!» devimini əldə hakim tutaraq qayıtdı. 

2003-cü il dekabrın 12-dən 13-nə keçən gecə onun xalqı yetim 

qaldı. Ayın 13-ü səhərdən başlayaraq Bakı  və Azərbaycanın digər 

şəhər və kəndləri başdan-başa qaraya büründülər. Hər yer, o cümlədən 

avtobuslar, metro stansiyaları qara matəm lenti ilə örtülmüşdü. İnsan 

kütləsi Prezident Sarayına axışırdı. Gecə yarısı efirdə proqramlar 

dayandırılır. Heydər  Əliyevin ölüm xəbəri çatdırılan kimi xalq 

Prezident Sarayrıın qarşısına yanan şamlar və  qərənfillər düzməyə 

başladı. Heydər Əliyev bu gülləri çox sevirdi, elə ona görə də insanlar 

Prezident Saraynın ətrafinı qərənfil yağışına tutmuşdular. 

...Hələ bir qədər  əvvəl o, bu pilləkənlərlə qalxırdı. Ömrünün son 

günlərində belə onda əldən düşmüş, yorğun qoca görkəmi yox idi. O, 

şuxluğu çox sevərdi. Bakıda Prezidentin bir nəfəri nazir vəzifəsinə 

təyin etmədiyi barədə gedən söhbət tez-tez təkrarlanırdı. O demişdi: 

«Savadlı oğlandı, Amma çox kökdü. Əvvəl arıqlasın sonra». Namizəd 

də tezliklə özünü arıqlatmışdı. Prezident də həmişəki kimi öz sözündə 

durmuşdu. 

Efirdə matəm musiqisi səslənir. Ekranda Heydər  Əliyevin 

həyatından bəhs edən fraqmentlər təqdim olunur. Respublikada KP 

MK-nın birinci kaübi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini 

işlədiyi dövrlərdən parçalar canlandırılır. 



«- Biz XXI əsrə daha güclü və müstəqil bir Azərbaycan aparmaq 

istəyirik. Gələcək nəsillər üçün daha firavan həyat qurmağa çalışırıq. 

Azərbaycanın imkanlarından səmərəli şə- 

 

540


kildə istifadə edərək, iqtisadi vəziyyəti güdəndirərək xalqımızın maddi 

rifahının yüksəldilməsinə can atırıq. Azərbaycan azad və demokratik 

bir dövlət kimi inkişaf edərək Avropa və Asiyada öz tarixi 

nailiyyətlərini nümayiş etdirəcək. 

Əziz həmvətənlər! Siz mənə bu cür çətin və məsuliyyətli bir vəzifəni 

etibar etdiyinizə görə sizə  dərindən minnətdaram. Mən bu inama 

böyük məsuliyyət hissi ilə yanaşıram. Sizi əmin edirəm ki, ömrünün 

qalan hissəsini yalnız Azərbaycanın inkişafına və çiçəklənməsinə həsr 

edəcəyəm». 

İnsan selinin ardı-arası  kəsilmir. Bu, ümumxalq matəmi idi. 

Qocalığına, yaşlanmasına baxmayaraq, ağbirçək qadın bu dərdi 

bölüşmək üçün həmvətənləri ilə birlikdədir. Qucağında südəmər 

körpəsi ilə axına qoşulan cavan ana da göz yaşlarına qərq olub. 

Ayaqüstə çətinliklə duran veteran da bu sıranın içindədir. Azərbaycan 

xalqı öz səmimiyyəti ilə onun qarşısında dağ kimi duran ağsaqqal - 

Heydər baba ilə vidalaşmağa gəlib. 



«- Biz müstəqil respublika kimi fəaliyyət göstəririk və bu 

müstəqilliyimizin  əbədi olacağına  əminik. Bundan sonra heç bir 

boyunduruq altında yaşamayacağıq. Bu azadlıq təkcə  mənəvi, siyasi 

deyil, həm də maddi nəticəsi ilə seçilməli, xalqın rifahının 

güclənməsinə xidmət etməlidir. 

Sovet İttifaqı dağılan zaman iqtisadçılar belə qənaətə gəlmişdilər 

ki, 15 ölkə arasında özünü tamamilə  təmin edən 2-3 dövlət varsa, 

onlardan biri də Azərbaycandır. Bu haqda hələ sovet alimləri və Qərb 

şərhçiləri danışırdılar. Həmin fikir göydəndüşmə deyil. O 

Azərbaycanın iqtisadi potensialına, təbii sərvətlərinə görə 

müəyyənləşdirilib». 

Heydər  Əliyev bu sözləri necə  də ürəkdən və böyük inamla 

deyirdi... 

Xəzərin sahilindəki  şəhərin payına az ağrı-acı düşməyib. Zaman-

zaman yanar neftinə görə üzərinə yad əllər uzanıb. 

Ölkənin təlatümlü vaxtlarında, ağır zamanlarda Prezident bir neçə 

dəfə xalqa müraciət etmişdi. Bu, o demək deyildi ki, Prezident özü hər 

şeyi həll edə bilmir. Yox, qanun ona belə bir hüququ vermişdi. Amma 

o, hər zaman haqqın gücünü daha üstün tutmuşdu. Xalqını, 

həmvətənlərini məsləhətə çağırırdı. 



«- Azərbaycanı parçalamaq istəyən qüvvələr çoxdur. Bəziləri 

daxildən, bəziləri isə xaricdən təzyiq göstərirlər. Bir çox məsələlərdə 

kompromisə gedib bağışlamaq lazundır. Bu gün 

 

541


sizə yenə  də deyirəm ki, mən çox şeyi bağışlamışam. Bəziləri deyir, 

guya, 70- ci illərin Heydər  Əliyevi ilə indikinin arasında böyük fərq 

var. Yeganə fərq odur ki, əvvəllər çox sərt və kəskin idi. İndi isə daha 

yumşaqdır və bəzi şeyləri bağışlayır. 

Bütün bunların səbəbi var. Əsas səbəb odur ki, hazırda demokratik 

şərtlər  əsasında yaşayırıq. Həmin dövrlə indiki dövlər arasında da 

kəskin fərqlər var. Mən demokratik yolla gedirəm. Azərbaycanda 

demokratik prinsipləri dəstəkləyən bir adam kimi çox işdə kompromisə 

gedirəm. Demokratik yolu seçməklə, təhlükəsiz, vətəndaş  cəmiyyəti 

qurmaq lazımdır». 

Heydər  Əliyev  ən dəqiq seysmoqraf kimi zamanın siyasi 

cərəyanını tuta bilir, onları öz ürəyinə salırdı. Elə buna görə  də 

yazdığımız kimi, 1987-ci ildə onu infarkt vurdu. «Dəhşətli bir infarkt 

idi», - söhbətlərimizin birində Yevgeni Maksimoviç Primakov da 

dəqiqləşdirdi. O vaxt ona da mərhum həyat yoldaşı - həkim-kardioloq 

Laura Vasilyevna demişdi. «Onda Əliyevi təqaüdə yazmışdılar. 

Amma o, infarktdan sonra özünü möhkəmlədə bildi. Bütün bunlar 

onun həyati gücünün nə dərəcədə çox olduğundan xəbər verir», - deyə 

Yevgeni Maksimoviç əlavə etdi. 

13 dekabr 2003-cü ilin qara şənbə günü Moskvadakı Azərbaycan 

səfırliyinə öz yaxın dostunun vəfatı münasibətilə başsağlığı verməyə 

gələnlərin içində Yevgeni Maksimoviç da var idi. «o, tarix yaradan bir 

şəxsiyyət idi», - deyə Heydər  Əliyevin haqqında başsağlığı kitabına 

yazmışdı. 

«O, hər bir millətin yalnız fəxr edə biləcəyi bir oğul idi», - Dövlət 

Dumasının deputatı Sergey Baburin belə yazırdı. Bu matəm kitabında 

ən çox «dahi», «Azərbaycan xalqının böyük oğlu» ifadələri işlənirdi. 

Azərbaycanda Heydər Əliyev haqqında deyilən bəzi söz-söhbətlər 

indi də xatırlanır. Guya, o, hakimiyyətə  gələn kimi ədavətdə olduğu 

insanlardan intiqam alacaqdı. Amma belə şeylər dahilərin xarakterinə 

zidd olur. 



«- Bu gün, əlbəttə,  ədalətsizlikdən, insanlara qarşı göstərilən 

pisliklərdən, keçmiş dövrün repressiyasından danışmaq olar... Bütün 

bunlar bizim tariximizdir. Tarixi həqiqətləri hər zaman demək 

lazımdır. Amma bütün bunlarla yanaşı, qazanılan uğurları da 

unutmaq olmaz. Bu nailiyyətlər arasında Azərbaycan dili də var. Necə 

istəyirsiniz, o cür adlandırın, amma 

 

542


bu son 60 ildə Azərbaycan dili hədsiz dərəcədə zənginləşib. Heç vaxt 

Azərbaycanda bu qədər kitab, roman, şeir, hekayə yazılmayıb. Bu, 

bizim tarixi yolumuz, nailiyyətlərimizdir. 

Gərək hər zaman milli özünüdərk hissini yüksək tutaq. Bu hissiyyat 

hər zaman köməyim olub, çətin situasiyalardan məni çıxarıb. Milli 

özünüdərk hissinin köməyi ilə istədiyim məqsədə doğru irəliləyib, 

xalqıma xidmət edə bümişəm». 

Prezident Heydər Əliyev son günlərində Bakı küçələrinə gəzməyə 

çıxmağı çox sevirdi. «İzvestiya» qəzetinin müxbiri yazırdı: «O, çox 

rahat  şəkildə  bəyəndiyi adi restoranların birində otura bilərdi». 

Mühafizəçiləri çox narahat olurdular: «Biz yeməyi yoxlamamışıq». O 

isə gülüb zarafatla restoran rəhbərinə deyirdi; «Heç nə olmaz. Olsa da 

günahkar sənsən ha». 

Dahi olduğu qədər də sadə bir insan idi. Səmimi və mehriban idi. 

Heydər Əliyev öz səmimiyyəti ilə insanı cəlb edirdi. 

O, incəsənət adamlarına, ən çox da yazıçı, bəstəkar və rəssamlara 

xüsusi rəğbət bəsləyirdi. Bu insanlar da onun timsalında özlərinə 

mənəvi dayaq görürdülər. Hər dəfə  də bunu qeyd edirdilər. Yazıçı 

Anar, Məmməd Araz, Vaqif Səmədoğlu, Elçin, onlarla yanaşı, rusiyalı 

silahdaşlarından Böyük Vətən müharibəsi veteranı  İvan Polikarpoviç 

Tretyakovu bu sıradan göstərmək olar. Yeri gəlmişkən, sonuncuya 

böyük  ədəbiyyatçılarla birgə Prezident təqaüdü verilmişdi. «Mən 

bütün ömrüm boyu Heydər  Əliyevi unutmayacağam», - İvan 

Tretyakov yazırdı. - O, insanların əməyinə qiymət verməyi bacarırdı, 

ona görə də bütün gücümlə çalışmaq istəyirdim». 

Əliyev dostluğu yüksək qiymətləndirir, satqınları bağışlamırdı. 

Qəzəbə tuş  gəldiyi  ən çətin, ağır günlərdə onunla birgə olan, sınaq 

günlərində ondan qaçıb daha perspektivli sayılan insanlara 

əyilməyənləri heç vaxt unutmamışdı. Minnətdar olmağı bacarırdı  və 

başqalannda da bu xüsusiyyəti yüksək qiymətləndirirdi. 

1995-ci il dekabrın 19-u: Heydər  Əliyev «Gülüstan» sarayında 

görkəmli yazıçı, ictimai xadim mərhum Yusif Səmədoğlunun 60 illik 

yubileyinə həsr olunmuş mərasimdə çıxış edir: 

«- Bu gün çıxışında maraqlı bir məqama toxunmaq istərdim. 1990-

cı ildə Moskvadan Azərbaycana gəldim. Burada (Bakıda-müəlliflər) 

yaşamaq mümkün olmadığından Naxçıvana getdim. Həmin dövrdə 

əgər bir tərəfdən ədalətsizlik görür  

  


 

543


və  cəmiyyətdən təcrid olunurdımsa, dıgər tərəfdən xalqın məhəbbəti 

və hörməti ilə qarşılaşırdım. Naxçıvanda blokada şə-raitində 

yaşadığım zaman mənimlə görüşə  gələn insanları heç vaxt 

unutmayacağam. Bu, o dövrdə, o qədər də asan deyildi. 2-3 saatlıq 

mənimlə görüşməyə, baş verən hadisələri müzakirə etməyə  gəlir, 

sonra yenidən Bakıya, Gəncəyə və digər şəhərlərə qayıdırdüar. 

Bir dəfə mənim üçün gözlənilməz olan bir hadisə baş verdi. Birdən 

qapı açıldı, Aybəniz xanım içəri girdi. Elə bildim o, Naxçıvana 

kiminləsə görüşmək üçün gəlib... Eşidib ki, mən də burdayam ona 

görə maraqlanıb. Sonra məlum oldu ki, Bakıdan Naxçıvana yalnız bir 

məqsədlə  məni görmək üçün gəlib. Təkrar edirəm, həmin vaxt çox 

adam mənimlə görüşməyə  gəlirdi, Amma bu görüş çox qiymətli idi. 

Çünki bu xanım Səməd Vurğunun ailəsini təmsil edirdi. Həm də ki, o 

vaxt Naxçıvana gediş-gəliş çox çətin idi. Təsəvvür edin, bütün bunlara 

baxmayaraq, Aybəniz xanun məhz məni görmək üçün o cür çətinliyə 

razı olmuşdu. Bu, məni çox təsirləndirdi və eyni zamanda sevindirdi. 

Həmin görüş  cəmiyyətimizdə yaxşı insanların hələ  də mövcud 

olduğunu bir daha mənə sübut etdi...» 

O özü də belə yaxşı, qəlbi təmiz insanlardan idi. 

Allah ondan heç nəyi əsirgəməmişdi. Xoşbəxtlik, yüksək intellekt, 

fenomenal yaddaş, natiqlik bacarığı, yaradıcılıq qabiliyyəti, fiziki və 

mənəvi gözəllik bəxş etmişdi. 

2003-cü ilin martında tale onu ağır imtahana çəkdi. Hələ sovet 

dövründən onun təşəbbüsü ilə yaradılan Cəmşid Naxçıvaniski adına 

Hərbi Məktəbin müdavimlərilə görüşə  gəlmişdi. Görüş Respublika 

sarayında keçirilirdi. Çıxışı zamanı qəflətən Prezident ürəyini tutdu... 

Bu anı, birbaşa teleyayımda bütün ölkə gördü. 5-10 dəqiqə gərginlik 

yarandı  və sakitlik çökdü. 20 dəqiqədən sonra həkimlərin səyinə, 

göstərişlərinə baxmayaraq, Prezident tribunaya qayıdıb müstəqil 

Azərbaycanın gələcək zabitləri ilə sağolaşdı. O başqa cür addım ata 

bilməzdi. Yalnız  Əliyevə  məxsus məğrur, iradəli bir adam zala 

qayıdıb bu vəziyyətdə cavanlarla vidalaşa bilərdi. 

Tam məsuliyyətlə demək olar ki, həmin vaxt döyüş meydanına öz 

şöhrətli sələfləri Koroğlunun, Babəkin,  əfsanəvi generallar - Səməd 

bəy Mehmandarov, Əliağa  Şıxlinski, Həzi Aslanov və başqalarının 

qəhrəmanlıq salnamələrinə layiq bir 


 

544


sərkərdə, cəsur döyüşçü,   baş komandan, igid general qayıtmışdı. 

Son günlərində də o, özü barədə yox, silahdaşları, onlara tapşırdığı 

vətəni, xalqı barədə düşünürdü. 

20 sentyabr axşamçağı Milli Məclis sədrinin kabinetində telefon 

zəng çaldı. Klivlenddən zəng vururdular: «- Murtuz, salam, mənəm, - 

parlament sədri tanış səs eşitdi. Əlbəttə ki, o, Heydər Əliyevin səsini 

tanımışdı, Amma səs o qədər uzaqdan gəlirdi ki, Murtuz müəllimin 

həyəcandan ürəyi qısılmışdı. - Ad gününü təbrik edirəm. Hələlik 

yalnız telefonla təbrik edə bilirəm»... Sonra daha bir neçə  qısa 

kəlmələr və  əlaqə kəsilir. Amma spikerin heç ağlına da gəlməzdi ki, 

bu, onların son söhbəti olacaq. 

Bakılıların dediyinə görə, XX əsrin  əvvəllərində inqilabçı Xanlar 

Səfərəliyevi son mənzilə yola salarkən minlərlə insan küçələrə 

axışıbmış... Başqa bir vaxt bütün şəhər qəhrəman general Həzi 

Aslanovla vidalaşmağa gəlibmiş. Dahi Üzeyir Hacıbəyovun  dəfn  

mərasimində  də  insan  selindən  tərpənmək mümkün deyilmiş. Belə   

dərin hüznlə, sonsuz kədər hissi ilə xalq öz şairi Səməd Vurğunu, 

sonra Qara Qarayevi dəfn etmişdi... Qara Qarayevlə vidalaşma 

Filarmoniyada oldu və onu da Fəxri Xiyabanda torpağa tapşırmışdılar. 

Xiyabana gedən yol uzun və  çətindir. Həmin yolda insan selinin 

çiyinlərində dahi bəstəkar aparılırdı. Çiynini tabutun altına verənlər 

sırasında birinci Heydər  Əliyev oldu. Bütün yolu sonadək, 

dayanmadan getdi. «Mənim fikrimcə, dünyada belə hadisələr çox 

nadir hallarda oIur», - Qara Qarayevin tələbəsi, görkəmli Azərbaycan 

bəstəkarı Arif Məlikov deyir. - Bu, bir daha Heydər  Əliyevin 

incəsənət adamlarına, görkəmli istedadlara, respublikanın adını 

göylərə ucaldan şəxslərə bəslədiyi münasibətdən xəbər verir». Üçüncü 

minilliyin üçüncü ilində milyonlarla həmvətəni Heydər  Əliyevin 

xatirəsinə ehtiramını bildirdi. 

14 dekabr. Prezident Sarayına axışan insanların ardı-arası kəsilmir. 

İnsan seli, bu şəhərin divarları arasına sığmır. Kütlə  şəhərin 

mərkəzindən Prezident Sarayınadək, Binə hava limanınadək axışır. 

Azərbaycan öz oğlunun qayıdışını gözləyir. Qara lentlər bağlanmış, 

aşağı endirilmiş bayraqlar küləyin altında sağa-sola yellənir. Sanki bu 

hərəkətlə demək istəyir: «Bir kərə 


 

545


yüksələn bayraq, bir daha enməz. Biz sənin xatirən qarşısında baş 

əyirik... Biz sənə son borcumuzu ödəyirik». 

O, Azərbaycan xalqnın lideri kimi vətənə qayıtdı. Qayıtdı ki, 

doğma torpağının qoynunda sakitlik tapsın. 

Açıq səma altında mürgüləyən Xəzər narahat-narahat dalğalanır. 

Matəm içində olan əsgərlər Qafqaz dağları  qədər ağır bir yükü 

çiyinlərində daşıyırlar. 

Dağlar qədər ağır dərd... 

İlahi, kədərin işığı necə gözqamaşdıran olumıuş... Xalq bu kədərin 

işığına toplaşır. 

Dekabr küləyi ağacların saralmış yarpaqlarını qoparıb yollara 

tökür. Ağaclar çox şey deyə bilərdilər. Damşa bilməsələr də, güclü 

yaddaşları var. Abşeron çölləri boz şoranlı torpaqları ilə, dəvə güvəni 

ilə, topa-topa qumsallıqları ilə  fərqlənir. Burada kiçik gölməçələrdə 

yığılan sular sanki ilahidən göndərilən bir hədiyyədir. 

Abşeron təbiətində boz rəngi sıxışdırıb çıxaran yaşıllığın 

yaranmasında Heydər Əliyevin böyük əməyi olmuşdu. Azərbaycanın 

üçrəngli bayrağında yaşıl rəng İslamın mənəvi gücünü əks etdirir. Bu 

rəng həm də Azərbaycan təbiətindəki yaşıllığın göstəricisidir. Heydər 

Əliyevin yorulmaz əməyi və  zəhməti sayəsində yaradılan yaşıllıq... 

Kaş o, bu gün öz doğma şəhərini seyr edib, onun keçmiş boz daşlarla 

əhatə olunmuş, yalnız asfaltlanmış, düz daşlarla örtülmüş  şəhərdən 

necə fərqləndiyini görə biləydi. 

...Hava limanından Bakıyadək olan yol iki tərəfdən yaşıl zolaqla 

əhatə olunmuşdu. 

Düzdür, çox zaman insan seli bu yola toplaşır, onu səfərlərə yola 

salıb qarşılayır, gül-çiçəklə, xoş sözlərlə qarşısına çıxır, onunla hər 

görüşdə sevinirdilər. İndi o, yenə Bakı aeroportuna dönürdü. Minlərlə 

insan eyni vaxtda saatlarına baxdı - 13:55. Ancaq təyyarədən o özü 

düşməyəcəkdi... Zəif yel acı yovşan iyini gətirir. Araya çökən sakitlik 

sözsüz rekviyemi xatırladır. 

İndi hər kəs duyduğu bu rekviyemin sözlərini, musiqisini öz 

qəlbində özü yazır. Bu kədər faciəyə qarışıb ümumxalq matəminə 

çevrilir. 

Xalq öz rəhbərini, başçısını, ümummilli liderini itirmişdi.  İlham 

Əliyev isə həm də atasını itirmişdi. Kədərli xəbər ona 



 

546


Ümumdünya  İnformasiya Cəmiyyətinin Sammitində olarkən 

çatdırılmışdı. 

İndi o, təyyarəyə yaxınlaşıb yuxarı - atasının yanına qalxmalı idi. 

Son 15 dəqiqə  ərzində onlar təkbətək qaldılar. Kim bilir, İlham bu 

dəqiqələr  ərzində  nə düşünürdü, oğul kimi qəlbindən hansı hisslər 

keçirdi. Bunu yalnız öz doğma ata-anasını son mənzilə yola salan 

övladlar başa düşə bilər... 

«Təzəpir» məscidində Yasin oxunurdu. İslam adət-ənənəsinə 

uyğun ayinlər icra edildi, dualar oxundu. 

Məhəmməd peyğəmbər deyirdi ki, dünyadan köçənlərə ağlamayın, 

çünki hamı bu yolun yolçusudur. Gedişi ilə çox şey itirdiyiniz insanlar 

üçün ağlamayın... Amma bu, mümkündürmü?! 

Heydər  Əliyevi  ən çox narahat edən məsələ ölkənin kimə etibar 

edilməsi idi. Görəsən, ölkədə cavan demokratiya qalib gələ biləcəkmi? 

Yalnız öz mənafeyi naminə siyasi oyunlara qoşulan «ustalar» bu 

məqamdan istifadə etməyəcəklər ki? 

O, öz məktəbinin yetirmələrini, yeni işlərə layiq olan siyasətçiləri 

də görürdü. Bir müəllim, tərbiyəçi, bir ata kimi İlhamın qazandığı 

uğurları, xalqın ona qarşı olan rəğbətini görür və bundan çox 

fərəhlənirdi. Ürəyi ona deyirdi ki, bu, məhz oğlu olmalıdır. Amma 

təcrübəsindən bilirdi ki, radikal müxalifət tərəfindən onun qərarı 

«valideyn himayədarlığı», «vərəsəliyə  səy» kimi qiymətləndiriləcək. 

Bununla belə, namizədinin bütün keyfıyyətləri ilə  rəhbərliyə layiq 

olduğuna  əmin idi. Qan vərəsəsi həm də ruhən varislik qazanmışdı. 

Heydər Əliyev bunu bilirdi və xalq da ona dəstək verdi. 

Onun seçimi bütün dünyada qiymətləndirildi. 15 dekabr 

dəfn günü Moskvanm «Xəbər vaxtı»    qəzeti belə yazırdı: 

«Heydər Əliyev əsl Şərq dövlət xadiminə layiq bir şəkildə dünyadan 

köçdü. O, ölkədə hakimiyyət sülaləsini yarada bildi. Onun siyasi 

rəqiblərinin etirazına baxmayaraq, bu, Azərbaycanın hazırkı imkanları 

çərçivəsində qanuni yolla edildi. MDB və bütün Avropa üçün nadir 

hadisə hesab edilən bu sülalənin davamlı olacağı  oğlu  İlhamdan 

asılıdır, Yeri gəlmişkən, bu ailədə ikinci balaca Heydər də böyüyür». 

Sülalə  məsələsi ilə bağh yersiz söz-söhbətlərə münasibət bildirib, 

mübahisə etmək istəməzdik.  Əsas məsələ o deyil. İlham  Əliyev 

atasının tabutu arxasınca gedəndə xalq onun Hey- 



 

547


dər  Əliyevə necə oxşadığınınbir daha şahidi oldu. Bu oxşarhq təkcə 

xarici görünüşdə deyildi. «O, atasının xarakterindən çox gözəl 

xüsusiyyətləri mənimsəyib və xoş  təəssürat oyadır», - deyə Yevgeni 

Maksimoviç Primakov qeyd edirdi. - İlham  Əliyev geniş düşüncəli, 

intellektual bir insandır. Mən inanmıram ki, o, atası kimi Azərbaycan 

Respublikasına layiqli Prezident olacaq». 

Aeroport yolundan şəhərin mərkəzinə kimi düzülən insanların 

üzündə  dərin bir hüzn, qəm, kədər hiss olunurdu. Bununla belə 

ümidsizlik yox idi bu üzlərdə; hardasa bir ümid qığılcımı vardı. 

15 dekabr. Heydər Əliyevin tabutu 70-ci illərdə onun təşəbbüsü və 

bilavasitə  iştirakı ilə tikilən Respublika sarayında qoyulub. O, 

Azərbaycanın dahi memarı, yaradıcısı idi. Onun yaradıcı məsləhətləri 

ilə tikilən binalar Bakının simvollarına çevrilmişdi. 

Respubhka sarayı, Prezident sarayı, «Gülüstan», mədəniyyət 

evləri, zavodlar, şahmat məktəbləri, klublar, təhsil müəssisələri

yaşayış evləri onun zəhmətinin məhsulu idi. 

Ardı-arası kəsilməyən insan axını respublika bayrağı ilə örtülmüş 

tabutun qarşısından keçir, Azərbaycan vətəndaşlan, qonaqlar onunla 

vidalaşırlar. Kimi ağlayır, kimi isə dualar edir. Hər kəsin qəlbində öz 

Əliyevi var. Bəziləri onu yalnız telekanallardan tanıyır, bəzilərinə isə 

onunla görüşmək xoşbəxtliyi nəsib olub. Bəziləri isə hər gün general 

Vaqif Axundov kimi Əliyevlə birgə işləyib. 

Sentyabrın 16-da general-leytenantın ad günüdür. Hər ilin bu günü 

Prezident onu çağırıb səmimi qəlbdən təbrik edərdi. 2003-cü ilin 

sentyabrında Klivlenddə idilər. Bir palatada Prezident, digərində isə 

şəxsi mühafızəsi və amerikah mühafizəçiləri qalırdı. Həmin gün, o nə 

haqda desən düşünə bilərdi, amma Prezidentin onu yanına çağırıb 

təbrik edəcəyini heç ağlına da gətirməzdi. 

- Mən Heydər Əliyevlə sentyabrın 27-də vidalaşdım, - deyə xeyli 

sonra söhbət əsnasında Vaqif Axundov bəzi incə məqamlara toxundu. 

- O, yaxşı görünürdü, əhvali-ruhiyyəsi də əla idi. Sağ əlini öpdüm, sol 

əli sistemdə idi. Məni özünə  tərəf çəkib öpdü. Dedi: «Hələlik!» - 

«Seçkilər bitən kimi gələcəm və birlikdə Bakıya qayıdarıq», - deyə 

cavab verdim.  



 

548


Mən İlham Əliyevin təhlükəsizliyini təmin etməli idim. O vaxt o, 

hökumət başçısı idi. Sonra mən burdan Klivlendə  zəng vurdum, 

hesabat verdim, danışdıq... Amma 12 dekabrda bu bədbəxt hadisə baş 

verdi. 


Son vida anları... Tabutun yanında ən doğma adamları - dayanıb. 

Onların arasında general Vaqif Axundov da var. 

- Heydər  Əliyevin nəşinə baxsam da, onun ölmünü qəbul edə 

bilmirdim. Mənə elə  gəlirdi ki, o sağdır. Hətta cavan, 60-65 yaşında 

görünürdü. «Sizi niyə bura qoyublar», - deyə fikirləşdim. Hospitalda 

son aylarda bir qədər kökəlmişdi, onunla ayrılanda isə arıqlamışdı. 

Burada isə yanaqları çəhrayı, üzündə isə çox xoş bir görkəm var idi. 

Sanki dünyanın bütün işığı çöhrəsinə çökmüşdü. 

Xarici qonaqlar - Türkiyə Prezidenti Əhməd Necdət Sezər, baş 

nazir Rəcəb Tayyib Ərdoğan da vidalaşmağa gəliblər. 

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tabutun önündə 

ehtiram əlaməti olaraq baş əyir. 

Rusiya Federasiyasnın Prezidenti Vladimir Vladimiroviç Putin də 

Bakıya gəlməyi özünə borc bilib. O, görkəmli siyasətçinin xatirəsinə 

baş əyməklə bütün Rusiya xalqının, rusiyalıların başsağlığını çatdırdı. 

Bakını  tərk edərkən Putin jurnalistlərə müsahibəsində deyəcəkdi: 

«Mən Heydər Əliyevə çox hörmət edirdim. Ona təkcə hörmətlə deyil

həm də dərin məhəbbətlə yanaşırdım. O, nəhəng bir dövlət xadimi idi. 

Heç bir şişirtmə etmədən demək istərdim ki, siyasi nəhəng idi». 

Bütün dünyadan - Berlin, Vaşinqton, Tokio, Pekin və digər 

yerlərdən gələn başsağlığı məktublarnın ardı-arası kəsilmirdi. 

Matəm karvanı Prezident sarayının yanından ötür... 

Yəqin ki, okeanın o tayında olan Əliyev dövlətin başına kimin 

keçməsindən xəbər tutmuşdu və onun narahat, çox əziyyət çəkmiş 

vücudu nəhayət ki, rahatlıq tapmışdı. 

Dahi Sabirin belə bir gözəl şeiri var: 



Görmə! - Baş üstə yumaram gözlərim. 

- Dinmə! - Mütiyəm, kəsərəm sözlərim. 



Bir söz eşitmə! Qulağım bağlaram. 

- Gülmə! - Pəkey, şamü səhər ağlaram. 



Qanma! Bacarmam! Məni məzur tut. 

- Böyləcə təklifi-məalı unut! 


 

549


Qabili imkanmı olur qanmamaq?  

Məcməri-nar içrə olub yanmamaq?  

Eylə xəmiş atəşi -suzanımı.  

Qıl məni asudə, həm öz canım! 

Bəli, insan düşüncəsinin xisləti belədir, həmişə zombiləşməyə 

qarşı çıxır. 

...Əliyevin qayıdışından sonra siyasətdən uzaq diletantlar 

rahatlıqlarını itirdilər. Onları dövlətin yenidən möhkəmlənməsi qane 

etmirdi. Hər bir vasitə ilə onu vəzifədən uzaqlaşdırmaq, nə yolla olur-

olsun hakimiyyəti ələ keçirmək istəyirdilər. 

Matəm karvanı millətin qiymətli insanlarının məzarları önündən 

ötüb keçir. Küləyin tərpətdiyi daimi yanar alov sanki öz əllərini bütün 

ömrünü Azərbaycana sərf edən insana sarı uzadır. Bayraqlar qızanır. 

Respublikanın üçrəngli bayrağındakı  qırmızı  rəng, Bu rəng azadlıq 

uğrunda tökülən qanları xatırladır. 

 

Bayrakları bayrakyapan üstündəki kandır,  

Toprak eqer uğrunda ölən varsa, Vatandır! 

 

...Heydər  Əliyev topların yaylım atəşləri altında Fəxri Xiyabanda 



torpağa tapşırılır. Doğma torpağa, artıq onun son məkanına çevrilən 

müqəddəs torpağa. O torpağa ki, bundan sonra Azərbaycan xalqının 

ehtiram və ziyarət yeri olacaq. 

O öz Zərifəsi ilə əbədi sakitlik tapdı. İki qəlb yenidən daimi olaraq 

qovuşdu. Zərifə xanımın ruhu kədər içində olan övladlarının başı 

üzərində dolaşır, onlara Yaradandan xoşbəxtlik diləyir. 

Xalq öz liderini, ağsaqqalını dəfn etdi. Amma, görəsən, məhəbbəti 

basdırmaq olarmı? 

«Toprak əgər uğrunda ölən varsa, Vatandır» bu sətirlərin müəllifi 

böyük türk şairi Namiq Kamal çox haqlıdır. 

Kitabda haqqında söhbət açdığımız insan - bizim qəhrəmanımız 

xoşbəxt həyat yaşadı. O, hamını yalnız xoş  əməllərə  dəvət edən 

peyğəmbər xasiyyətli bir şəxsiyyət idi. Heydər Əliyev Quranın, İncilin 

qadağan edildiyi günlərdə də, sonra da bu cür yaşamışdı. O öz yaxşı 

əməllərinin, pak niyyətlərinin nəti- 


 

550


cəsini gördü.  Allahın  onun qarşısında qoyduğu müqəddəs vəzifəni 

həyata keçirdiyini bilərək dünyasını dəyişdi. 

 

... Boş vaxtlarında Səməd Vurğunu oxumağı çox sevirdi: 



 

Olüm sevinməsin qoy, ömrünü verməz bada,  

El qədrin canından daha əziz bilənlər.  

Şirin bir xatirədək qalacaqdır dünyada  

Sevərək yaşayanlar, sevilərək ölənlər. 

 

...2004-cü il fevrahn 6-da Azərbaycan Respubhkasnın Prezidenti 



İlham Əliyev Moskvaya ilk səfərə yola düşür. O, rusiyalı həmkarı ilə 

Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti görüşünə hazırlığı, 

yanacaq-enerji kompleksinin birgə layihələrini müzakirə edir... 

Görüşdən əvvəl isə Rusiya Prezidenti Heydər Əliyevi təltif etdiyi 

Rusiyanın Andrey Pervozvannıy ordenini İlham Əliyevə təqdim edir. 

Putin ölkənin ali mükafatı olan bu ordeni Azərbaycan Prezidentinə 

onun 80 illik yubileyində, 2003-cü il mayın 10-da təqdim etmək 

istəyirdi. Baş tutmadı... 

- Heydər Əliyev bizim ölkədə böyük nüfuza malik idi, - daha sonra 

Putin deyir, - mən bu ordeni Sizin ailəyə xatirə olaraq təqdim edirəm. 

Əlində qopuz eldən-elə,  əsrdən-əsrə, nəsildən-nəsilə yol gedən 

müdrik Dədə Qorqud hər şeyi bilir: kimin cəsur kişi, kimin yaramaz 

olduğunu - o nə deyirsə, çin olur. 

 

- Hanı dediyim bəy ərənlər,  



Dünya mənimdir deyənlər?  

Əcəl gəldi, yer gizlətdi,  

Fani dünya kimə qaidı?  

Gəlimli, gedimli dünya,  

Son ucu ölümlü dünya! 

 

Mən gələcəyini soraq verərəm, mənim xanmı; ölüm anı  gələndə 



Tanrı səni pak imandan ayırmaz. Sənin ağsaqqal atanın yeri - cənnət 

olacaq; sənin ağbirçək ananın yeri - uca göylərdir! 

Bakı-Moskva-Bakı 2003 - 2006-cı illər 


 

551

1   ...   31   32   33   34   35   36   37   38   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə