GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə5/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   39

IV fəsil  

 

“BU PEŞƏNİ GƏNCLİYİMDƏN SEÇMİŞƏM” 

 

1980-ci il, 21 dekabr, Bakı 



 

Həmin gün yolun o tayında yerləşən, bir qədər tutqun görünən 

pedaqoji institunun tələbələrinin kinoya baxmağa, rəqs etməyə qaçıb 

gəlməyi xoşladıqları Dzerjinski adına klubda (indiki Şəhriyar adına 

sarayda) rəqs-filan yox idi. Bakıda hamıya yaxşı tanış olan bu sütunlu, 

monumental binada respublikanın Fövqəladə Komissiyası - Dövlət 

Təhlükəsizlik Komitəsi orqanlarının 60 illiyi qeyd olunurdu. Qara 

“Volqa”lar ara vermədən binaya “yan alır”, rəislər düşüb içəri 

keçirdilər. Məsələdən agah olanlar Moskvadan yoldaş Andropovdan 

təbrik məktubu gəldiyini, məruzə ilə Heydər  Əliyevin özünün çıxış 

edəcəyini deyirdilər. 

Belə  də oldu. Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ DTK 

sədri, ordu generalı Y.V.Andropovun təbriki oxundu. Yuri 

Vladimiroviç “düşmən xüsusi xidmətlərinin və başqa düşmən 

ünsürlərin dağıdıcı  fəaliyyəti müqabilində siyasi sayıqlığı  səylə 

artırmağı” tövsiyə edirdi. Sonra Sov. İKP MK Siyasi bürosu 

üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər 

Əliyev kürsüyə qalxdı. 

Hardasa antik dövrün memarlığını xatırladan bu möhtəşəm sütunlu 

binada Heydər Əliyev çox olmuşdu. Dzerjinskinin profili cizgilənmiş 

qalın kağız dəvətnaməni ilk dəfə alarkən necə qürur hissi keçirdiyini 

də hər dəfə bu binaya gələndə xatırlayırdı. Gör neçə illər ötüb, hətta 

təşkilatın adında da nə  qədər dəyişikliklər baş verib: Fövqəladə 

Komissiya - Xüsusi Baş Siyasi İdarə - Daxili İşlər Xalq Komissarlığı - 

Dövlət Təhlükəsizlik Nazirliyi - Dövlət Təhlükəsizlik Komitəsi... 

 

  



 

70

Kürsüyə qalxıb adətincə min iki yüz nəfərlik nəhəng salona bir an 



nəzər saldı. 

-  Əziz yoldaşlar! Bu ilin aprel ayında respublikamızın 

zəhmətkeşləri ölkənin bütün qardaş xalqları ilə birlikdə Azərbaycan 

SSR-in və Azərbaycan Kommunist Partiyasının yaranmasının 60 

illiyini qeyd etdilər. Bu yaxınlarda, dekabrın 20-də Ümumittifaq 

Fövqəladə Komissiyası - SSRİ DTK orqanlarının 63-cü ildönümü 

tamam oldu. Bu gün isə Azərbaycanda sovet hakimiyyətinin 

qələbəsinin ertəsi günü yaradılmış respublikamızın FK - DTK 

orqanlarının 60 illiyinə həsr olunmuş təntənəli iclasa yığışmışıq... 

O, köhnə adətincə öz çıxışlarını az qala son dəqiqəyədək özü 

işləyib “rəndələyirdi”. Bu dəfə də, köməkçilərinin hazırladıqları kiçik 

vərəqləri dönə-dönə  nəzərdən keçirərək  əlavələr edir, cümlələri 

dəqiqləşdirir, mütləq sərrast sözləri arayıb seçirdi. 

1980-ci il və eyni zamanda onuncu beşillik başa çatırdı. Ölkənin 

tarixində bu heç də ən yaxşı beşillik deyildi. Ölkə iqtisadiyyatı bərbad 

halda idi. Yalnız iqtisadiyyatımı?!  İki gündən sonra, dekabrın 23-də 

Moskva ictimaiyyəti Aleksey Nikolayeviç Kosıgini, 16 il ölkənin 

Nazirlər Sovetinə başçılıq etmiş bir insanı, böyük ümidlər vəd edən 

islahatların müəllifini son mənzilə yola salırdı. Həmin ilin payızında 

Aleksey Nikolayeviçi istefaya göndərmişdilər; iki aydan sonra infarkt 

onun ömrünə nöqtə qoymuşdu. 

Yığıncaq, plenum və qurultaylar gedən salonların divarları 

arxasında növbələr uzanıb gedir, lətifələr danışılır, gündəlik 

qayğılarla, məişət söhbətləri ilə dolu başqa bir həyat yaşanırdı... Elə 

söhbətlərdə “dəmir Feliks” “seyf” mənasında işlədilirdi, amma bəhs 

etdiyimiz məclisdə bu cür zarafata yol verəni dərhal bayıra atardılar. 

- Bu salonda bu gün mən Azərbaycan çekistlərinin demək olar ki, 

bütün nəsillərinin nümayəndələrini, - Əliyev qarşısındakı yazılı 

vərəqlərə baxmırdı, - odlu-alovlu iyirminci illərdə dövlət təhlükəsizlik 

orqanlarında fəaliyyətə başlamış, otuzuncu illərdə orada fəal çalışmış, 

Böyük Vətən müharibəsində  iştirak etmiş, arxada təhlükəsizliyin 

təminatçısı olmuş insanları görürəm.. Burada orqanlara müharibədən 

sonrakı illərdə gələnlər də, cavan çekist nəsli də var. Və bu gün sizin 

hamınıza 

 

  


 

71

öz şəxsi təbriklərimi və ən xoş arzularımı   çatdırmaq istəyirəm. 



Salonda vaxtilə Heydər  Əliyevlə  təhlükəsizlik orqanlarında  

NKVD, DTN və DTK-da çalışmış sabiq iş yoldaşları da az deyildi. 

Zarafat deyil, əsrin dörddə birini xidmətə həsr etmişdi: bunun da beş 

ili respublika Dövlət Təhlükəsizlik Komitəsinin rəhbər vəzifələrində 

keçmişdi - sədrin birinci müavini və  sədr olmuşdu. Bu insanlar ilk 

Azərbaycan çekistlərindən estafeti qəbul edərək sonrakı  nəsillərə 

çatdırmışdılar. 

Tarixə çox həssascasına yanaşan Heydər  Əliyev respublika FK-

DTK orqanlarının 60 illiyinə həsr edilmiş sənəd və materiallar toplusu 

nəşr etmək təklifıni irəli sürdü. Kitaba “Azərbaycan Fövqəladə 

Komissiyanın fəaliyyəti haqqında qısa məlumat hesabatı (1921 may - 

1922 may)” adlı unikal tarixi sənəd də daxil edildi. Həmin sənədi 

1922-ci il aprelin 28-də İkinci Ümumazərbaycan Sovetlər qurultayının 

nümayəndələrinə paylayırdılar. 

Onun bir neçə səhifəsinə ötəri də olsa nəzər salaq: 

“Sovet hakimiyyətinin bərqərar olduğu ilk ayda inqilab düşmənləri 

Az.SSR-in bir sıra qəzalarında avam kütləni hökumətə qarşı çıxışlara 

təhrik etmişdilər. Gəncə, Qarabağ, Zaqatala, Nuxa və Azərbaycanın 

başqa əyalət rayonlarındakı qiyamlar, xalq kütlələrinin avamlığından, 

mütiliyindən öz çirkin istismarçı məqsədləri üçün sui-istifadə etmiş ən 

alçaq bəyxan irticasının çıxışlarından başqa bir şey deyil”. 

Sonrakı  məlumatlardan aydın olur ki, yeni hakimiyyət məğlub 

edilmiş düşmənlərini boş-boşuna buraxmışdır; eynilə Oktyabr 

rəhbərləri inqilabdan sonra çar generallarının zəhmətkeş xalqa qarşı 

vuruşmayacaqları  vədinə inanaraq onları buraxdıqları kimi. Cənablar 

öz sözlərinə xilaf çıxdılar. Generallar Don çayına sarı yollanıb 

Ağqvardiyanı formalaşdırmağa başladılar. Azərbaycanda da belə oldu. 

Respublikaya yalnız quldurlar təhlükə yaratmırdılar. Bakıda 

məskunlaşan sabiq türk zabiti Xəlil  Şakirzadə  “İttihadi-İslam” 

partiyasını  təşkil etmişdi. Kitabda panislamist partiya kimi 

səciyyələndirilən təşkilat, yerlərdə özəklər yaradaraq qiyam 

hazırlayırdı.  İlk  əvvəl “Sovet Azərbaycanının görkəmli türk 

rəhbərlərini öldürmək və hər yerdə vəlvələ salmaqla bütün respublika 

boyu üsyan qaldırmaq” nəzərdə tutulurdu. “Ar- 

 

  


 

72

tıq üsyan planı vardı  və  qətlə yetiriləcək bir sıra yoldaşların siyahısı 



tutulmuşdu”. Lakin sui-qəsdin üstünü açmaq mümkün oldu. 1921-ci il 

iyulun 2-nə keçən gecə çekistlər qəsd başçılarını həbs etdilər. 

“Əliyev” Azərbaycanda geniş yayılmış soyaddır. Hələ ilk 

çekistlərin sırasında Babaəli Yoldaş  oğlu  Əliyev adlı bolşevik fəhlə 

varmış.  İlk döyüş  sınağından 1907- ci ildə Bakı  tətili zamanı 

keçmişdir. O vaxt çar polisi muzdlu qoçuları fəhlələrin üstünə basqın 

etməyə vadar edir. RSDFİP  şəhər komitəsi müsəlman yoldaşlarını 

fəhlələrin imdadına göndərir. Onların arasında Baba Əliyev də var idi. 

İnqilabdan sonra o, çekist olur. 

Xalq işinə inam bəsləyən bir çox insanlar - azərbaycanlılar, ruslar, 

gürcülər, ukraynalılar və digər başqa millətlərin nümayəndələri 

təhlükəsizlik orqanlarına qatılırdılar. Bakıda az qala bütün millətlərin 

nümayandələri yaşayırdı. Neçə il ötdükdən sonra da Azərbaycanda, 

məsələn, respublika FK-nın sədr müavini və əməliyyat şöbəsinin rəisi 

Qaberkornu yad edirdilər. 

S.M.Kirov artıq Leninqradda (Vilayət Partiya Komitəsinin I katibi, 

MK siyasi bürosunun üzvü kimi) işləyərkən milliyyətcə alman olan 

həmin yoldaşı  rəsmi yazılarının birində belə  səciyyələndirirdi: “Bu 

kağızı  təqdim edən yoldaş Qaberkorn köhnə partiya üzvü, yaxşı 

işçidir, Qafqazda - Bakıda, Tiflisdə prokurorluq və s. sahələrdə 

çalışmışdır. Təkrar edirəm - yaxşı işçidir”. 

Moskvanın “Dom na Naberejnoy”u kimi Bakının da adına “Dəniz 

qırağı” deyilən öz məşhur binası var. Moskvadakı bu cansıxıcı bina 

yaşayış evidir və Yuri Trifonovun eyniadlı povestində haqqında 

söhbət açılır. Vaxtilə Kremlə baxan bu evdə yaşayanların əksəriyyəti 

30-cu, 40-cı illərdə repressiyanın qurbanı olmuşlar. 

Bakıda, Dəniz kənarında DTK-nın yerləşdiyi həmin binada Heydər 

Əliyev az qala 25 ilə  qədər işləyib. Lakin o, həmin binaya 

gəlməmişdən  əvvəl ora haqqında xoşagəlməz söz-söhbətlər gəzirdi. 

Hər bir ölkəyə zəruri olan dövlət təhlükəsizlik sistemi fərqli düşüncə 

sahiblərini amansızcasına təqib edir, tez-tez repressiyalara məruz 

qoyurdu. Çoxsaylı  mətbu nəşrlərdə, açılmış  məxfi sənədlərdə, 

xatirələrdə bu barədə bəhs edilmişdir. Əlbəttə, Azərbaycan da istisna 

deyildi. 

 

  


 

73

1956-cı ildə Bakıda açıq məhkəmə prosesi keçirilirdi. 



Azərbaycanda 1937-1938-ci illərdə aparılan repressiyaların 

günahkarları mühakimə edilirdi. Proses açıq sayılsa da, Heydər 

Əliyevin xatırladığına görə, Dzerjinski adına kluba “yalnız xüsusi 

buraxılışlarla” daxil olmaq mümkün idi. Əks-kəşfıyyat şöbəsinin rəisi 

(1953-cü ilin axırlarında təyin edilmişdi) kimi onun da buraxılış 

vəsiqəsi vardı. Məhkəmədə tükürpədən, dəhşətli etiraflar səslənir, bir 

zaman arxivlərdə gizlədilən sənədlər oxunurdu. Sonra onları yenə ört-

basdır elədilər; yəni nə qədər eyni şeyləri çeynəmək, qurdalamaq olar. 

İnsanlar isə  həqiqəti bilmək, haqsız suçlandırılanların, məhv edilən 

doğmalarının, əzizlərinin adlarını təmizə çıxarmağa can atırdılar. 

 

15 iyul 1997-ci il, Bakı 

 

- O zaman, bir cavan mütəxəssis kimi arxiv materialları ilə, o 



cümlədən 1937-1938-ci illərin və sonrakı dövrün sənədlərilə tanış 

olaraq öz-özümə sual verirdim: Sovet hakimiyyətini yıxmağa cəhd 

göstərən bu antisovet, millətçi qruplar kimlər idi? Onların bir qismi 

həbs olunmuş, ya güllələnmiş, uzaq Sibirdə  həlak olmuşdur. Amma 

bir başqa hissəsi həbs edilməmişdi. Lakin arxiv materiallarında 

onların adları antisovet millətçi qrup və  təşkilatların üzvlərinin 

siyahısında idi. Onda mən fikirləşdim:  əgər onlar antisovet əks-

inqilabi təşkilatların üzvləriydisə, bəs niyə azadlıqdadırlar? Əgər belə 

deyilsə, onda bəs niyə adları bura düşüb? O qədər uydurulmuş, 

ədalətsiz işlər vardı ki, baş açmaq çətindi. 

Gündəlik qeydlərinə  bənzəyən bu sözlər, böyük haqsızlıqla 

qarşılaşıb ziddiyyətlər düyününü açmağa, səbəb-nəticəni araşdırmağa 

cəhd edən bir insanın acı etiraflarını xatırladır.  Əslində  də belə idi... 

Prezident olaraq Heydər  Əliyev təklikdə yox, dinləyiciləri ilə - 

Azərbaycanın milli təhlükəsizlik orqanları  əməkdaşlarıyla birgə 

həqiqəti üzə  çıxarmağa çalışırdı. 1997-ci ildə xüsusi fərmanıyla 28 

martı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Orqanları 

işçilərinin peşə bayramı günü elan etdi. 

Azərbaycan Demokratik Respublikasının təhlükəsizlik qurumu 

1919-cu ilin məhz 28 martında yaradılmışdı. Və indi pe- 

 

  


 

74

şə bayramı günündə o, həmkarlarına, milli təhlükəsizlik orqanları 



işçilərinə, onun üçün “gənclik illərindən çox əziz və maraqlı olan 

peşə” sahiblərinə üz tuturdu. Fikirlərini səsləndirir, ürəyini açaraq 

onları birgə düşünməyə və fəaliyyət göstərməyə çağırırdı. 

- Keçmiş NKVD-nin ən böyük səhvlərindən biri o idi ki, orada 

işləyənlərin  əksəriyyəti çox dar düşüncəli adamlardı.  İntizamdan 

başqa onlan əslində heç nə maraqlandırmırdı.  Əksəriyyəti 

mədəniyyətdən,  ədəbiyyatdan uzaq idi. Ədəbiyyata, mədəniyyətə, 

musiqiyə, tarixə yaxşı  bələd olmayan insanlar peşəkar təhlükəsizlik 

işçiləri də ola bilməzlər. Bilirsinizmi, təhlükəsizlik işçisi sadəcə 

xəfiyyə deyil. O, yüksək mədəniyyətə malik olmalı,  şairlə  də, 

bəstəkarla da, yazıçıyla da, alimlə  də, sadə  vətəndaşla da ünsiyyətdə 

olmağı bacarmalıdır.  Əks təqdirdə o ağı qaradan, yaxşını yamandan, 

adi səhvi cinayətdən ayıra bilməz. 

... 1950-ci ildə cavan çekist Heydər Əliyev görkəmli Azərbaycan 

ədibi və alimi Salman Mümtazın işi üzrə materialları axtarmağa cəhd 

edir. NKVD-nin qocaman işçilərindən biri ona deyir ki, Salman 

Mümtazın, Hüseyn Cavidin evlərindən götürülən kitabların 

dustaqxana yerləşən içəri həyətdə gözətçilər tərəfindən yandırıldığını 

öz gözləri ilə görüb. O, bu vəhşiliyin qarşısını almaqda aciz olub... 

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivində indi də 

“Azərbaycan SSR Cinayət Məcəlləsinin 68, 72, 73 - cü maddələri üzrə 

təqsirli bilinən Hüseyn Cavidin 29438 nömrəli işi” saxlanılmaqdadır. 

Dindirilmələrin, üzləşdirmələrin stenoqramları  və protokollarıyla, 

müxtəlif məktublarla dolu olan bu qovluq bir zamanlar respublika 

DTK-sının sədri Heydər  Əliyevin masasının üstündə  də olub. Biz 

səhifə-səhifə  məktubları, protokolları  vərəqləyirik və böyük 

Azərbaycan  şairinin faciəvi taleyinin Heydər  Əliyevin gözü önündə 

necə canlandığını təsəvvür etməyə çalışırıq. 

27may 1937-ci il. 

 

Hüseyn Cavid. 1892-ci ildə doğulub, azərbaycanlıdır, bitərəfdir, 



Az.SSR vətəndaşıdır, 1918-ci ildə “Müsavat” partiyasının üzvü olub. 

Türkiyədə ali təhsil alıb. Müsavat hakimiyyəti 

 

  


 

75

dövründə müsavatçı “Yaşıl qələmlər”  ədəbi birliyinin üzvü olub. 



Şairdir, Teatr Texnikumunda dərs deyir. 

Azərbaycan SSR XDİK-nın DTİ-nin 4-cü şöbəsindəki 

məlumatlara görə, Hüseyn Cavid bir sıra müsavatçılarla  əks-inqilabi 

əlaqədə olub, onlarla əks-inqilabi söhbətlər aparıb”. 

Bunun ardınca müstəntiq  əvvəllər həbs olunmuş  və dindirilmiş 

adamların,  şahidlərin ifadələrinə istinad edir. “Pantürkist təşkilatın 

üzvlərindən mənim tanıdığım adamlar bunlardır: ... 9. yazıçı Hüseyn 

Cavid...” hər bir ifadənin altında kiminsə soyadı var. Lakin biz bu 

məhbuslardan ifadələrin hansı  vəhşi üsullarla alındığını  təsəvvür 

etdiyimizə görə bu adların üstündən keçirik. 

“Bu yazılanlar əsasında, - deyə müstəntiq nəticə çıxarır, - Hüseyn 

Cavidin həbs olunmasını  və cinayət məsuliyyətinə  cəlb olunmasını 

məqsədəuyğun hesab edirəm”. 

Cavid adının qarşısına qoyulmuş qara işarədən hələ bixəbər idi. 

Şeir yazırdı. Uşaqlarını - oğlunu və  qızını  dəniz kənarına gəzməyə 

aparırdı. Yazıçılar  İttifaqına daha nadir hallarda baş  çəkirdi - oradan 

hər gün kimsə yoxa çıxırdı. 

1937-ci il iyunun 31-də onu da apardılar. 

Məhbus anketində peşəsiylə bağlı qrafada yazılır: şair. 

Bu ilahi vergini, taleyin verdiyi missiyanı ondan heç kim ala 

bilməzdi. Hətta “Azərbaycan Yazıçılar  İttifaqı üzvlərinin və 

namizədlərinin ümumi iclası” da.... Həmkarlar yekdilliklə 

“Azərbaycan Yazıçılar  İttifaqına bir sıra müsavatçı, pantürkist, 

millətçi,  əks-inqilabi elementlərin soxulmasına” etiraz bəyanatına 

imza atdılar. “İnsan qəlbinin mühəndisləri” Hüseyn Caviddən savayı 

daha iyirmiyə  qədər həmkarlarından imtina etdilər. Gənc  şair Səməd 

Vurğuna isə “millətçi və ictimai cəhətdən yad olan ünsürlərlə 

tamamilə  əlaqəni kəsmək və özündən müştəbehliyi tamam 

yığışdırmaq” tövsiyə olunurdu. 

Müstəntiqlər tez-tez dəyişdirilib; az qala hər protokol tamam ayrı 

xətlə doldurulub. Görünür, vəziyyətin ağası olan əməliyyat işçilərinin 

özləri də tez-tez “xalq düşməni” kateqoriyasına daxil edilib 

cəzalandırılırdılar. 

5 iyun 1937-ci il. Dindirmənin protokolundan. 

“SuaI:  İstintaq müəyyən edib ki, siz məxfi  əks-inqilabi, millətçi 

təşkilatın üzvü olmusunuz. Bunu etiraf edirsinizmi? 

Cavab: Qətiyyətlə rədd edirəm”. 

 

  



 

76

1914-cü ildə artıq məşhur şair olan Hüseyn Cavid Tiflisdə olarkən 



onu bir məsələylə bağlı jandarın idarəsinə çağırmışdılar. İyirmi beş il 

sonra XDİK-nın müstəntiqləri bu epizodu da tarixin yaddaşından tapıb 

çıxartmışdılar. 

“Sual: Təkrar edirəm, Tiflis jandarın idarəsində çar mühafızə 

idarəsinin rəisi sizə hansı kəşfıyyat tapşırıqları vermişdi? 

Cavab: Casusluq işi üzrə Tiflis jandarın idarəsinin rəisi mənə heç 

bir tapşırıq verməyib. 

Sual: - Siz bütün istintaq boyu əks-inqilabi millətçi təşkilata üzv 

olduğunuzu rədd etmisiniz. Bəs bundan sonra həqiqəti deyib, istintaqa 

kömək edəcəksinizmi? 

Cavab: Təkrar edirəm ki, mən, Hüseyn Cavid heç bir əks-inqilabi 

təşkilata üzv olmamışam”. 

Müstəntiq üzləşdirmələr zamanı yazılmış ifadələrə istinadən təkid 

edir: “Düzünü deyin”. Cavid ləyaqətlə müdafiə olunur: “Mən heç bir 

əks-inqilabi təşkilatın üzvü olmamışam. Mənim 1926-cı ilə  qədər 

yazdığım  əsərlərdə  bəzi səhvlər olub, bunu etiraf edirəm: 1. Öz 

əsərlərimdə  mən sovet reallığından uzaq olmuşam, sovet 

tematikasından istifadə etməmişəm. 2. Öz əsərlərimi xalq kütlələrinin 

anlamadığı bir dildə yazmışam. 3. Mən sovet partiya işçilərinin sovet 

reallığından yazmaq barədə  təkliflərini rədd etmişəm və bu səhvləri 

etiraf edirəm. Amma son illər bu səhvlərimi ardıcıl olaraq 

düzəltmişəm”. 

Protokolun kənarlarında istintaq nəticəsində  əyilməyən, qürurunu 

saxlayan Cavidin cavablarının altından qırmızı  qələmlə  xətt çəkilib. 

Çətin ki, müstəntiqlər, yaxud elə prokurorun özü belə bir 

səhlənkarlığa yol verəydi.  Əlbəttə ki, bu qeydlər artıq bu sənədin, 

“24938 nömrəli işin” tarixi əhəmiyyət kəsb etdiyi vaxtlarda aparılıb. 

1952-ci ilə qədər bu sənədə bəzi sorğulara cavab olaraq hələ müraciət 

edilirdi. 21-23 iyun 1952-ci ildə Naxçıvan Muxtar Vilayəti Dövlət 

Təhlükəsizlik Komitəsinin Ordubad rayon şöbəsinin rəisi A. Q. 

Əfəndiyev də  nəzərdən keçirənlərdən biri idi. Arxiv sənədi ilə tanış 

olan əməliyyat işçilərinin nəzarət vərəqində yazılıb: “İş, bizim agentin 

bu iş üzrə keçdiyini dəqiqləşdirmək üçün arxivdən götürülüb. Qeyd: 

Bizim agent bu iş üzrə keçmir. Arayış tərtib olunub”. 

  


 

77

Hüseyn Cavid heç kimi ittiham etməmişdi. Heç kəsi satmamışdı. 



Bütün ittihamları da rədd etmişdi; həm siyasi, həm də “onun 

lirikasındakı tamam bədbin pessimizm, düşkün eqoizm” kimi ədəbi 

ittihamları. 

9 may 1938-ci il. Azərbaycan SSR prokurorunun müavini və 

xüsusi işlər üzrə müvəkkil Pinkisin qərarından: 

“İstintaq müəyyən etmişdir ki, əks-inqilabi müsavatçı mövqedə 

dayanan Hüseyn Cavid Bakıdakı gizli əks-inqilabi millətçi təşkilatın 

üzvü olmuş  və bu təşkilatın fəalları ilə  sıx  əlaqə saxlamışdır. ... 

ədəbiyyat və dramaturgiya sahəsində sovet tematikasını inkar etməklə 

praktiki əks-inqilabi fəaliyyət göstərmişdir... 

Göstərilən ittiham üzrə Hüseyn Cavid özünü müqəssir bilməsə də, 

şahidlərin ifadələri vasitəsilə “ifşa” edilmişdir. Buna görə də Hüseyn 

Cavidə qarşı Azərbaycan SSR Cinayət Məcəlləsinin 72-73-cü 

maddələri  əsasında irəli sürülmüş ittihamı sü-but olunmuş hesab 

edirəm və SSRİ XDİK-nın xüsusi komissiyasına baxılmaq üçün 

göndərilməsinə razılıq verirəm”. 

Belə görünür ki, iş artıq görülüb. İrəlidə yalnız “üçlük” və hökm 

qalıb. Lakin görünür, müttəhimin inadkarlığı hansısa müstəntiqi 

narahat edib və iş baxılmaq üçün yenidən istintaqa göndərilib. 

8 mart 1939-cu il. 

 

“DTİ-nin 2-ci şöbəsinin rəisinin köməkçisi, Dövlət Təhlükəsizliyi 



leytenantı S. Məmmədov: “Müttəhim Hüseyn Cavid əks-inqilabi 

təşkilatın üzvü olmaqla və gənc sovet yazıçıları arasında əks-inqilabi 

millətçi təbliğat aparmaqla bərabər, ifşa olunmuş əks-inqilabi millətçi 

təşkilatın rəhbərlərinin bildirdiyinə görə, xarici burjua dövlətlərindən 

birinin xeyrinə casusluq fəaliyyətiylə də məşğul olmuşdur. Buna görə 

də müttəhimə əlavə ittihamlar irəli sürülmüş və həbs qətimkan tədbiri 

qüvvədə saxlanılmışdır”. 

Martın 11-də Hüseyn Cavidin xanımı Müşkünaza  ərinin həbsi 

zamanı alınmış pulları qaytarılır: sovet istehsalı olan altı ədəd gümüş 

manatlıq sikkə  və on səkkiz  ədəd  əlli qəpiklik sikkə. Cəmi on beş 

manat. 

Növbəti dindirmədə müstəntiq bu barədə Cavidə  məlumat verir. 



Amma bundan əvvəl ona istintaqın başa çatmasıyla bağlı protokol 

təqdim olunur. 

 

  


 

78

“Müttəhim qeyd etdi ki, yüz iki səhifəlik cinayət işi mənə təqdim 



edilib və  mən bu materiallarla tanış olmuşam.  İstintaqa heç bir şey 

əlavə etmək istəmədi. Casusluq fəaliyyətiylə  məşğul olduğunu da 

boynuna almadı”. 

Bu ifadə - “casusluq fəaliyyətiylə  məşğul olduğunu boynuna 

almadı” demək olar ki, hər səhifədə təkrar olunur. 

Hüseyn Cavidin həyat amalını  təsdiq edən bu ifadə 1939-cu il 

iyunun 2-də keçirilən məhkəmədə  də onun tərəfindən təkrar olundu. 

Məhkəmənin hökmü: “1937-ci il iyunun 4-dən hesablanaraq səkkiz il 

müddətinə islah- əmək müəssisələrində cəza çəkməlidir”. 

Qərar barədə xəbər tutan Müşkünaz xanım KP MK-ya və SSRİ-nin 

Ali Məhkəməsinə  məktub yazdı: ona cavab verdilər ki, “Hüseyn 

Cavid haqlı cıxaraq ittiham olunur və şikayətlər qəbul olunmur”. O, öz 

ərinin taleyindən xəbərsiz dünyadan köçdü. Stalinin ölümündən bir il 

sonra, siyasi məhbuslar həbs düşərgələrindən buraxılan zaman şairin 

qızı Turan Cavid DTK-ya məktub yazıb atasının taleyi ilə maraqlandı. 

“24938 nömrəli işin nəzarət vərəqində belə bir qeyd də var: Turan 

Cavidin öz atasının taleyi ilə maraqlanması əsasında...” 

Bəlkə də kapitan Heydər Əliyev bu işi məhz həmin vaxt açmışdı. 

Böyük şairin bəraət almasına bir ildən bir az çox vaxt qalırdı. 1956-cı 

il fevralın 23-də onun barəsində çıxarılan hökm ləğv edilmiş və Cavid 

də minlərlə günahsız cəzalandırılan məhbus kimi ölümündən sonra 

bəraət almışdı. Həmin günlərdə Heydər  Əliyev ilk dəfə Hüseyn 

Cavidin cənazəsinin vətənə qaytarılması barədə düşünmüşdü. 

Heydər  Əliyev Cavidin bir çox şeirlərini  əzbərdən bilirdi. Ömər 

Xəyyamdan Azərbaycan dilinə etdiyi tərcümələri də çox 

qiymətləndirirdi. Eyniadlı dramda Cavid filosof və  şair olan 

qəhrəmanının diliylə acı və təsirli sözlər deyirdi: 

“Mən insanlara işıq saçan peyğəmbər ola bilərdim”. Hüseyn 

Cavidin “Xəyyam” dramı 1935-ci ildə  işıq üzü görmüşdü.        Bəlkə 

Cavid peyğəmbərcəsinə öz taleyinin acı aqibətini  əvvəlcədən hiss 

edirmiş? 

-  Əlbəttə, - deyə Heydər  Əliyev söhbətinə davam edir, - bu 

insanlar Salman Mümtazda olan o nadir kitabların dəyərini hardan 

bilərdilər?.. Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl 

 

  


 

79

Müşfiqin işləri üzrə istintaq aparanlar onların səviyyəsinə çata 



bilərdilərmi? Yox! Çünki onların əksəriyyəti savadsız idi... 

Bilirsiniz, mən bunları bir də ona görə xatırlayıram ki, bəzən çox 

məhdud düşüncəli müasirlərimizə  də rast gəlinir, onlar çox kobud, 

mədəniyyətdən uzaq olurlar, hesab edirlər ki, yüksək vəzifə tuturlar və 

bu, onlara hər şeyi verir. Lakin vəzifə insana heç nə vermir, olsa-olsa 

səlahiyyət verir. Qalan şeylər onun ağlından, biliyindən, 

mədəniyyətindən asılıdır.  Əgər bütün bunlar varsa, o, vəzifə 

səlahiyyətlərini dövlət mənafeyinə  sərf edə bilər. Yoxdursa, edə 

bilməz, sadəcə insanları şikəst edər. 

Belə “məhdud düşüncəli” vətəndaşlar elə hey respublika DTK 

sədrinə, sonra da MK birinci katibinə dissidentləri sıxışdırmağı, ünlü 

bir  şairi həbs etdirməyi, daha kimlərisə gedər-gəlməzə azdırmağı 

israrla təklif edirdilər... 

Əliyev bunlara yol vermədi. O, bir çox istedadlı insanları, indi 

Azərbaycanın fəxr etdiyi sənətçiləri təqiblərdən qorudu. 

Həmin illərdə Moskvada, Leninqradda dissidentlərlə, Kiyevdə 

“millətçi”lərlə necə canfəşanlıqla mübarizə aparılmasını xatırlayaq... 

Məsələn, istedadlı  şair Vasili Simonenkoya azərbaycanlı  sənətdaşları 

kimi həyan olan, canyandıran bir yoldaşın tapılmadığına yalnız 

təəssüflənmək, acımaq olar. Orada hətta O.Qonçar kimi sənətkarı 

“zamanla” ayaqlaşmağa məcbur etmək istəyirdilər; burada isə 

gözümçıxdıya salmadan, təmkinlə, səbrlə yaralı yerlərə toxunan söz 

ustalarını, ziyalıları dinləyir, anlayır, dostcasına məsləhətlər 

verirdilər... 

Cəsarətlə qeyd etmək lazımdır ki, o illər Azərbaycanda ədəbiyyat, 

incəsənət və digər sahələrdə də intibah dövrü başlandı! 

Bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, dövlət 



təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə  işlədiyim, Azərbaycan 

Respublikasının başçısı olduğum zaman Azərbaycan xalqının milli 

mənafeyinə zidd olan heç bir addım atılmamışdır. 

Heydər  Əliyev ilk dəfə bu sözləri respublika milli təhlükəsizlik 

orqanları  əməkdaşlarının peşə bayramı qeyd olunan təntənəli 

yığıncaqda demişdir. 

Yuri Vladimiroviç Andropovla Heydər  Əliyevin ilk görüşü 



1967-ci ildə baş vermişdir. O vaxt Əliyev respublika DTK 

 

  



 

80

sədri vəzifəsini icra edirdi. O, Andropovun müavini təyin olunmuş 



Semyon Sviqunu əvəz edirdi. Çox keçmədi ki, Əliyevi Sviqunun 

yerinə təsdiqlədilər. O, artıq çekistlər arasında iradəli, əzmkar rəhbər, 

bir sıra parlaq kəşfiyyat və əks-kəşfiyyat əməliyyatlarının təşkilatçısı 

kimi tanınmışdı. Bir xarici agentin (“Duel”) bizim tərəfə  cəlb 

edilməsini, Amerikanın “Duqlas” təyyarəsi ilə Azərbaycan  ərazisinə 

adlamış  və paraşütlə atıldıqdan sonra yaxalanan əcnəbi “qonaqların” 

hansı yuvanın “quşu” olduqlarını  aşkarlanmasını, bir sıra xarici 

ölkələrə  uğurlu məxfi ezamiyyətlərini bu sıradan misal çəkmək olar. 

Heydər Əliyevin Azərbaycan DTK-sında çalışdığı illər ərzində işləyib 

hazırladığı  və  həyata keçirdiyi çoxsaylı  əməliyyatlardan ikisi – 

“Alagöz” və “Naturalist” üzərində ətraflı dayanmaq istərdik. 

1955-ci ildə Azərbaycan çekistləri Qərb ölkələrindən birinin 

casusunu ifşa etmişdilər. Bu insanın həyat yolunu qiymətləndirən, 

onun xarici kəşfiyyatla əməkdaşlıq etməsini səmimi-qəlbdən boynuna 

almasını, sovet dövləti qarşısında günahını yumaq istəməsini nəzərə 

alan kapitan Heydər Əliyev belə qərara gəldi ki, “Sabir”i öz tərəflərinə 

çəkə bilər. Beləliklə, “Alagöz” əməliyyatının ideyası yarandı, onun 

fikrinə görə, “Sabir” xaricə “qaçıb” orada bir neçə xüsusi tapşırığı 

yerinə yetirməliydi. 

1956-cı ilin avqustunda onu xaricə keçirdirlər. O tayda “Sabir” 

bütün sınaqlardan uğurla çıxdı və onu Sovet İttifaqı tərəfə, əsasən də 

Zaqafqaziyaya keçirmək üçün agentlər hazırlanan məktəbə 

göndərdilər.  İki il sonra onu Yerevana ezam etdilər. Yerevanın 

parklarından birində “Sabir” xarici agentlə görüşüb o biri həmkarları 

ilə əlaqə saxlamaq üçün iki gizli “nöqtə” müəyyənləşdirməliydi. Plan 

düşünüldüyü kimi yerinə yetirildi və agent birdəfəlik xaricə yola 

salındı. “Alagöz” əməliyyatı uğurla başa çatdırıldı. 

    “Naturalist”  adı altında qeydiyyatdan keçən məxfi  əməliyyatı isə 

Azərbaycan DTK-sının sədr müavini polkovnik Heydər  Əliyev 9 

sentyabr 1965-ci ildə  təsdiq etmişdi. “Naturalist” ləqəbi Qərbi 

Almaniyadan gələn bir turistə  təbiətə göstərdiyi hədsiz marağa görə 

verilmişdi. Məlum olmuşdu ki, İkinci Dünya müharibəsi illərində o

Almaniyanın kəşfiyyat orqanlarında çalışmışdır. Sovet iqtisadiyyatının 

təhlili ilə məşğul olmuş, İn- 

  


 

81

giltərəyə qarşı əks-kəşfıyyat əməliyyatlarında iştirak etmişdi. Əlbəttə, 



professional kəşfıyyatçı olan keçmiş mayorun, əzəli düşmənin 

sovetlərə hansı vasitələrlə xidmətə cəlb edilməsi barədə ətraflı söhbət 

bizim  əhvalatın mövzusundan kənara çıxır. Bircə onu qeyd edək ki, 

“Naturalist” hələ Almaniyaya getməmişdən  əvvəl bəzi maraqlı 

məlumatlar vermişdi: məsəl üçün Qərbi Almaniyanın yeni tank 

modelləri barədə, AFR-dəki  İngiltərə  hərbi hissələrinin strukturu 

haqda, faşist Almaniyasının kəşfıyyat idarələrindən müasir Almaniya 

kəşfıyyat idarələrinə  işləməyə keçən kadrlara dair və s. Evə qayıdan 

“Naturalist” uzun müddət qiymətli informasiya ötürməkdə davam 

edirdi. 


Bu yalnız iki hadisədir. Halbuki belə əməliyyatlar onlarla, yüzlərlə 

idi. Belə əməliyyatlarda professional çekist olan Heydər Əliyevin bir 

çox qiymətli keyfıyyətləri üzə  çıxmışdı - dəqiq psixoloji təhlil və 

hesablamalar, insanı öz tərəfınə çəkmək bacarığı. Əlbəttə ki, onun özü 

də bu əməliyyatlar zamanı riskə getməli olurdu. Öz tərəfinə  çəkdiyi 

agentin iflasa uğraması onun karyerasına mənfı  təsir göstərə bilərdi. 

Lakin Heydər Əliyevin çekist karyerasında belə hadisələr olmamışdı. 

Bakıda və Moskvadakı  həmkarları getdikcə onunla daha çox 

hesablaşırdılar. 

1962-ci il fevralın 7-də Azərbaycan Nazirlər Soveti yanında 

Dövlət Təhlükəsizlik Komitəsinin  İkinci  şöbəsinin rəisi Heydər 

Əliyev Moskvadan rəsmi təlimat alır. 

“Nəzərinizə çatdırırıq ki, 1961-ci il noyabr ayının sonlarında 

Amerika kəşfıyyatının xüsusi agenti Livana gələrək orada 

Daşnaksutyun partiyasının rəhbərləriylə görüşlər keçirib. Görüşlərdə 

Daşnaksutyun partiyasının SSRİ-yə qarşı  əməliyyatlarda fəal iştirak 

etməsi, SSRİ hökumətinin xaricdəki ermənilərin Sovet İttifaqı 

ərazisinə keçməsinə qadağa qoymasına qarşı  tədbirlər görülməsi, 

həmçinin 1961-ci ildə casusluq fəaliyyətlərinə görə  həbs olunmuş 

daşnakların azad edilməsi üçün mühüm addımlar atılması müzakirə 

olunmuşdur. 

Bundan  əlavə, qərara alınıb ki, SSRİ-yə repatriasiya olunan 

ermənilərin arasına casusluq və pozuculuq fəaliyyəti aparmaq üçün 

müəyyən agentlər yeridilsin, casusluq məqsədiylə SSRİ-yə turist 

qrupları göndərilsin, ermənilərin SSRİ-yə repatriasiyasına yardım 

edən şəxslərə maneçilik törədənlərə qarşı terror 

 

  


 

82

tədbirləri həyata keçirilsin. Bu tədbirleri daşnaklar ermənilər yaşayan 



bütün sərhədyanı ölkələrdə,  ələlxüsus da İranda həyata keçirmək 

niyyətindədirlər. Çünki İranın SSRİ ilə böyük sərhəd zolağı var və 

İranda çoxsaylı erməni icmaları yaşayır”. 

Təbii ki, polkovnik Əliyev öz işində bu informasiyaları da nəzərə 

alırdı. Çünki bu doğru-dürüst faktlardır. 

Daha bir neçə fakta nəzər salaq. Böyük Vətən müharibəsi,  İkinci 

Dünya müharibəsi milyonlarla insanın həyatını alt-üst etdi. Cəbhə 

şəraitində insanların həyatı, taleyi müxtəlif cür cərəyan edirdi. 

Kimlərsə vuruşaraq qan tökə-tökə Berlinə, Praqaya kimi gedib 

çıxmışdı, kimlərsə mühasirəyə düşmüş,  əsir götürülmüşdür. Alman 

faşistləri əsirlərdən və düşmən tərəfə keçənlərdən milli ordu hissələri 

formalaşdırırdılar: satqın general Vlasovun Rusiya azadlıq ordusu, 

Ukrayna üsyançılar ordusu, Türküstan diviziyası...  Şübhəsiz ki, bu 

hərbi hissələrdə xidmət edənlərin çoxu vətən xainləri idilər. Lakin heç 

də hamısı belə deyildi. Bir çoxları  əsirlikdən qaçıb  İtaliya, Fransa, 

Çexiya, Yuqoslaviya, Norveç partizanlarına qoşulmuş, illər boyu 

onlarla çiyin-çiyinə vuruşmuşdular. Belə partizanlardan biri - məşhur 

Mehdi Hüseynzadənin taleyi ilə üç Bakı çekisti -A.Məmmədov, 

H.Əliyev və V. Banserov məşğul olurdu. Mehdi Hüseynzadə barədə 

ilk materiallar müharibədən dərhal sonra ortaya çıxdı. Artıq 1951-ci 

ilin oktyabrında Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsindən 

yuxarı instansiyalara belə bir məlumat daxil oldu: 

“SSRİ-yə repatriasiya olunan keçmiş 162-ci alman-Türküstan 

diviziyasında xidmət etmiş xainlərin işi ilə məşğul olarkən Hüseynov 

Mehdi adlı bir nəfərin qəhrəmanlıq fəaliyyəti və faciəli ölümü 

Azərbaycan DTK-sının diqqətini cəlb etmişdir. Aparılan tədbirlər 

nəticəsində onun şəxsiyyəti dəqiqləşdirilmişdir: Hüseynzadə Mehdi 

Hənifə  oğlu. 1918-ci ildə Bakıda doğulub. Azərbaycanlıdır.  Şahidlər 

onun qəhrəmanhqlarını təsdiq edən ifadələr vermişlər”. 

Bu sənəd yalnız dörd ildən sonra ictimaiyyətə açıqlandı. 

Azərbaycan KP MK mərkəzi instansiyalara Mehdi Hüseynzadəyə 

Sovet  İttifaqı  Qəhrəmanı adı verilməsiylə bağlı müraciət etdi. Lakin 

jurnalist Ruqiyyə  Əliyeva “Azərbaycanlılar Avropa müqavimət 

hərəkatında” kitabında qeyd edir ki, mərkəzdə Mehdi Hüseynzadə 

barədə materiallar kifayət qədər səhih he- 

  


 

83

sab edilməmiş və 1956-cı ilin fevralında geri qaytarılaraq, yeni şahid 



ifadələriylə, yeni sənədlərlə zənginləşdirilməsi təklif edilmişdi. 

Ağır və uzun araşdırmalar baş leytenant Mehdi Hüseynzadənin 

döyüş yolunu canlandırmağa imkan vermişdi. O, Stalinqrad ətrafından 

öz bacısı Hürriyyətə yazırdı: “Bilmirəm, sağ qalacam, yoxsa yox, 

amma söz verirəm ki, mənim ucbatımdan heç vaxt başıaşağı 

gəzməyəcəksiniz, mənə görə heç vaxt xəcalət çəkməyəcəksiniz. Əgər 

həlak olsam da, əsl qəhrəman kimi həlak olacağam”. 

Döyüşlərin birində  ağır yaralanan Mehdi əsir alınır. Doğmalarına 

verilən xəbərdə isə onun itkin düşdüyü deyilir. Amma almanlar əsiri 

müalicə etdikdən sonra Türküstan diviziyasına göndərirlər. Mehdi 

məhz bu diviziyadan qaçaraq Yuqoslaviya partizanlarına qoşulur. 

Onun adı ilə bağlı çoxsaylı cəsarətli əməliyyatlar var. Silahdaşlarının 

“Mixaylo” adlandırdıqları sovet partizanının başına almanlar 300 min 

marka mükafat qoyubmuşlar. Döyüşlərin birində Mehdi həlak olur. 

Partizan dostları onun cənazəsini özlərinin nəzarət etdiyi ərazilərə 

aparır və avtomatlardan açılan yaylım atəşləri altında Sloveniyanın 

Çepovene kəndində dəfn edirlər. 

1957-ci ilin yanvarında Azərbaycan Nazirlər Soveti yanında 

Dövlət Təhlükəsizlik Komitəsi Azərbaycan KP MK-ya Mehdi 

Hüseynzadənin qəhrəmanlıq fəaliyyəti ilə bağlı ətraflı sənədlər təqdim 

etdi. MK isə öz növbəsində bu sənədləri yenidən Moskvaya yolladı. 

11 aprel 1957-ci ildə SSRİ Ali Sovetinin rəyasət heyəti Mehdi Hənifə 

oğlu Hüseynzadəyə ölümündən sonra “Sovet İttifaqı Qəhrəmanı” adı 

verdi. Həmin gün qəhrəmanın döyüş dostları, qohumları  və ümumən 

bütün Azərbaycan xalqı üçün böyük bir bayram idi. Bu bayramı isə 

respublikaya, xalqımıza çekistlər A. Məmmədov, H. Əliyev və V. 

Banserov bağışlamışdılar. 

Yeri gəlmişkən, bu, Heydər  Əliyev nəslindən olan çekistlərin 

məşğul olduqları  işin yalnız bir nümunəsidir. Onlar bu və ya digər 

adamı qorumağa, yanlış addımdan çəkindirməyə, səhv fikirdən 

daşındırmağa çalışırdılar. Söhbət o vaxt da, sonralar da çekistlərin 

profılaktik iş adlandırdıqları  tədbirlərdən, yəni yolundan sapmış, 

çaşmış adamlara düzgün istiqamət, yol gostərməkdən, cinayət 

törətməyə imkan verməməkdən gedir. 

 

  


 

84

Respublika DTK sədri  Əliyevin cinayət cəzasından xilas etdiyi 



cavan alimlər, sənət xadimləri sırasında Azərbaycanın gələcək 

prezidenti  Əbülfəz Elçibəy də olmuşdur. Sovet dövründə o, radikal 

millətçüiyi ilə fərqlənirdi. İllər keçəndən sonra müstəqil respublikaya 

başçılıq edərkən, böyük siyasətin mürəkkəb və ziddiyyətli 

dolanbaclarında o, tarazlı yol tapa bilməyib iqtidar yükünə tab 

gətirmədi. 

Lakin bunlar sonralar baş verəcək. Hələlik əllinci illər sona yetir. 

Əliyev respublika DTK-nın İkinci bölməsinə (əks-kəşfıyyata) başçılıq 

edir. Aydındır ki, belə  təyinatlar Moskvada həll olunur. Onun SSRİ 

DTK-nın İkinci Baş İdarəsi rəisinin müavini Filipp Bobkovla tanışlığı 

bu illərə  təsadüf edir. Filipp Denisoviç Əliyevdən cəmi iki yaş 

cavandır. Yetkinlik çağında bu fərq  əsla duyulmurdu. Sıravi 

zirehvuran  əsgər olan atası kimi o da cəbhəyə könüllü yollanmış, 

onunla bərabər Sibir könüllüləri diviziyasında vuruşmuşdur. Atası 

Denis Bobkov oğlunun gözləri qarşısında, Pskov torpağında, Bolşiye 

Qrivni kəndinin yaxınlığında həlak olmuşdur. On doqquz yaşlı 

“starşina” Bobkov qələbəni Kurlyandiyada, sinəsində III dərəcəli 

“Şöhrət” ordenilə qarşılamışdır. 1945-ci ildə o, Leninqraddakı 

“Smerş”  əks-kəşfıyyat məktəbinə  təyinat alır (həmin adı Stalin 

qoymuşdu: “Smert şpionam”, yəni “Casuslara ölüm” deməkdir). 

Təhlükəsizlik orqanlarında düz qırx beş il çalışmışdır! 

Heydər  Əliyevlə general Bobkov arasında ilk vaxtlardan xoş, 

səmimi münasibət yaranmışdı. 

İlk tanışlığımız tezliklə əsl yoldaşlığa çevrildi, - deyə Filipp 



Denisoviç xatırlayır. - Açığını deyim: aramızda heç bir açıq-saçıq 

münasibət olmayıb. Biz onunla son günlərinədək ağayana dostluq 

etmişik. 

Əliyev xidməti işləri ilə əlaqədar tez-tez Moskvada olurdu. İttifaq 

əks-kəşfiyyat rəisinin müavini Bobkov respublikadan gələn 

həmkarıyla birlikdə əməliyyatları planlaşdırırdı. 

- Hansı əməliyyatları, Filipp Denisoviç? 

Müsahibimiz suala dərhal cavab vermir. Biz dolayı yolla ondan bir 

şey öyrənmək istəyirik: 

- Bəlkə evdəki arxivinizdə nəsə qalıb? 

Bu suala cavab qılınc çalğısı kimi qısaca səslənir: 

- Bütün 


kağız-kuğuz DTK-da qalıb. Mən yalnız xatırladığımı 

söyləyə bilərəm. 

 

  


 

85

Rusiyanın “Novosti” informasiya agentliyi idarə heyəti sədrinin 



müşaviri Bobkovun işlədiyi kabinetin pəncərəsi “Sadovoye koltso” 

prospektinə baxır. Otaqda elə bir uğultu - səs var ki, pəncərəni örtməli 

oluruq, yoxsa diktofona nəsə yazmaq mümkün deyildi. 

- Əllinci illərin axırı - altmışıncı illərin əvvəllərində tamamilə yeni 

problemlərlə məşğul olmalıydıq. Sovet ali məktəblərində, o cümlədən 

Bakıda, dünyanın bir çox ölkələrindən gələn tələbələr oxumağa 

başlamışdı. Əlbəttə ki, Amerika kəşfiyyatı bu mühitdən faydalanmağa 

çalışırdı. Artıq ilk mərhələlərdə ali təhsil müəssisələrimizə göndərilən 

bir neçə nəfəri aşkarlamışdıq. Onlar şəraiti öyrənir, əslində kəşfıyyatı 

maraqlandıran informasiya toplayırdılar. Bundan başqa, onların 

vəzifələrinə  iğtişaş, qalmaqal törətmək də daxil idi, bu da Sovet 

İttifaqında oxumağın guya təhlükəli olması barədə yanlış  təsəvvür 

yaratmalıydı. Mövzu çox ciddi olduğundan Azərbaycana marağımız 

bu yöndə də gücləndi. Biz Əliyevlə dəfələrlə görüşür, işin necə daha 

yaxşı aparılmasını, ölkəmizdə  təhsilin uğur qazanması üçün necə 

münasib ab-hava yaradılmasını götür-qoy edirdik. Bir sözlə,  əks-

kəşfiyyat bu işdə heç də az rol oynamırdı. 

Yeri gəlmişkən, o zaman Lumumba adına Xalqlar Dostluğu 

Universiteti açılmışdı. Elə ilk çağlarda Moskvada səfirliklərdəki 

rezidentura ilə bilavasitə  işləyən və  tələbələr arasında təxribatlar 

hazırlayan üç agenti üzə  çıxarmışdıq. Təbii ki, strateji obyektlərin 

qorunması, sənayedə, nəqliyyatda təhlükəsizlik, iqtisadi sirlərin 

mühafizəsi, fövqəladə halların qarşısını almaqla da məşğul olurduq. 

Bəri başdan demək istəyirəm: mən  Əliyevi təcrübəli bir 

professional kimi gördüm. Heydər bizim dairəmizdə nüfuz sahibi idi - 

bu tək mənim yox, bir çox başqa həmkarlarımızın da rəyidir. Uzağa 

getmirəm, elə Oleq Mixayloviç Qribanovun adını çəkə bilərəm, ciddi 

əks-kəşfıyyatçı, sovet kəşfıyyatının başçısı, çox hörmətli çekist idi. O, 

Əliyevi bir professional olaraq - respublika əks-kəşfıyyat aparatının 

rəisi kimi yüksək qiymətləndirirdi.  Əks-kəşfiyyat rəisinin birinci 

müavini  Şerbak Fyodor Alekseyeviç olduqca peşəkar, böyük 

təcrübəyə, dərin professional biliyə malik əks-kəşfiyyatçı... - o da 

Əliyevə böyük hörmət bəsləyirdi.  Başqalarını da deyə bilərəm, amma 

söylə- 


  

 

86

diklərimdən də aydındır ki, Əliyev Təhlükəsizlik Komitəsində çox 



hörmətli adam idi. Bu hörmət, onun namizədliyi Respublika DTK 

sədrinin birinci müavini vəzifəsinə irəli sürülərkən dəstəklənəndə  də 

özünü göstərdi. 

1964-cü il dekabrın 2.5-də respublika DTK-sının sədri, general-

mayor S. Sviqun Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət 

Təhlükəsizlik Komitəsinin İkinci şöbəsinin rəisi podpolkovnik Heydər 

Əlirza oğlu Əliyev barədə yazılmış xasiyyətnaməyə imza atdı. 

“Tam məxfi” qrifli sənəddə deyilirdi: “Yoldaş  Əliyev təcrübəli 

çekist, rəhbər işçi və  təşəbbüskar  əməkdaşdır. Qarşıya qoyulan 

tapşırıqların yerinə yetirilməsi üçün tabeçiliyində olan işçiləri tam 

səfərbər etməyi bacarır. Heydər  Əliyev yoldaşın rəhbərlik etdiyi 

operativ heyət bir sıra böyük uğurlara imza atmışdır. SSRİ-nin Dövlət 

Təhlükəsizlik Komitəsi ilə birgə kapitalist ölkələrindən gələn xarici 

vətəndaşlarla bağlı bir çox ciddi çekist əməliyyatlarında şəxsən iştirak 

etmişdir. Agentura ilə  şəxsən işləyir. Tabeçiliyindəki işçilərlə 

münasibətlərini çox düzgün qurur. Topladığı  təcrübəni onlarla 

bölüşür. 

1963-cü ildə Heydər  Əliyev xaricə qaçmaq istəyən bir dövlət 

cinayətkarının axtarılıb tapılması,  ələ keçirilməsi  əməliyyatlarını 

uğurla təşkil edib həyata keçirmişdir. 1962-64-cü illərdə onun 

rəhbərlik etdıyi heyətin profılaktik tədbirləri nəticəsində sovet 

vətəndaşları arasında yayılmağa başlamış bir çox arzu olunmaz 

tendensiyaların qarşısı alınmış, yolunu azmış sovet vətəndaşları düz 

yola qaytarılmışdır.  Şəxsi keyfıyyətləri: prinsipialdır, özünə qarşı 

tələbkardır, obyektivdir, vaxta baxmadan gərgin işləyir. Komitənin 

əməkdaşları arasında böyük nüfuza malikdir. 

Çekist işində  təcrübəsi və  təşkilatçılıq qabiliyyəti olan Heydər 

Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik 

Komitəsinin sədr müavini vəzifəsinə irəli çəkilməyə layiqdir”. 

- Bu, məsul vəzifədə də özünü ən yaxşı cəhətdən göstərdi, - deyə 

general Bobkov sözünə davam edir. - Münasibətlərimiz daha da 

möhkəmləndi, çünki Əliyev respublikada, məhz mənim mərkəzdə 

məşğul olduğum məsələlərə  nəzarət edirdi. Bu, həm milli 

münasibətlər, həm dini, həm xarici turizm məsələləri idi. O, 

respublikalar arasında dediyim sahələrə başçılıq 

 

  



 

87

edən çox az rəhbərlərdən idi ki, millətlərarası problemlərə incə  və 



həssaslıqla yanaşırdı. Mən bunu qiymətləndirirdim. 

Bobkov və  Əliyev birlikdə millətlərarası münasibətlər kompleksi 

üzrə böyük sosioloji tədqiqat həyata keçirmişdilər. O zaman 

Y.VAndropovun dəstəyi ilə yaranan Sosial-Siyasi Tədqiqatlar 

İnstitutunda qapalı sosioloji araşdırmalar şöbəsi yaradıldı. 

- Tədqiqatlar bircə nüsxədə çap olunurdumu? 

Əlbəttə, yox, - deyə Bobkov zarafatyana verdiyimiz sualı 



təbəssümlə qarşılayır - biz onları  Mərkəzi Komitəyə göndərirdik, 

amma təəssüf ki, işləyib hazırladıqlarımız heç də  həmişə 

dəstəklənmirdi. 

Podpolkovnik, polkovnik və  nəhayət, general rütbəsinə yüksələn 

Heydər  Əliyevin məqalələri DTK-nın məxfı toplusunda dərc 

olunurdu. O, bütün ölkədəki həmkarları üçün maraqlı olan 

düşüncələrini onlarla bölüşür, Azərbaycan çekistlərinin keçirdiyi 

uğurlu əməliyyatları təhlil edir, “sərhədyanı ölkələrin kəşfıyyatları ilə 

mübarizə” işindəki təcrübəsindən söhbət açırdı. 1968-ci il mayın 6-da 

general-mayor Heydər  Əliyev Kiyevdə  İttifaq çekistləri qarşısında 

məruzə ilə  çıxış edir. Onun məruzəsinin mövzusu “Azərbaycan 

Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin təcrübəsi 

əsasında sərhədyanı kapitalist ölkələrindən gələn sərhəd pozucuları və 

düşmən agenturası ilə mübarizə praktikası” idi. 

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində yaradılmış Heydər 

Əliyev muzeyində respublika DTK-sının o vaxtkı  sədrinin kabineti 

olduğu kimi bərpa edilib və qorunub saxlanılır.  İnventar nömrələri 

üstündə olan həmin stol, stul, kreslo, təqvim, üstündə SSRİ-nin gerbi 

olan telefon, divarda relyefli xəritə: Azərbaycan və  əsas sərhədyanı 

ölkələr. Bəzən hətta uzun illər davam edən bir çox əməliyyatlar məhz 

bu xəritənin önündə düşünülmüşdü. “Tam məxfi” qrifı altında olan 

sənədlərin çoxu indiyədək açıqlanmır. Amma SSRİ DTK-sının bəzi 

açıqlanmış  sənədlərindən az da olsa nəsə öyrənmək mümkündür. 

Məsələn, 1965-ci il dekabrın 10-da SSRİ DTK-sının sədr müavini 

general-polkovnik Zaxarov Azərbaycan çekistlərinin keçirdiyi bir çox 

əməliyyatları yüksək qiymətləndirmişdi: “Xarici kəşfıyyat agentinin 

ifşa olunmasında göstərilən təşəbbüs və 

 

  



 

88

inadkarlığa görə polkovnik Heydər  Əlirza oğlu  Əliyev və polkovnik 



Dmitri Andreyeviç Beliçenko SSRİ DTK-sının Fəxri fərmanı ilə təltif 

olunmuşlar...”. Həmin sənəddə başqa  əməkdaşların qiymətli 

hədiyyələrə layiq görüldükləri də bildirilir. 

Partiyanın Mərkəzi Komitəsinə SSRİ DTK-sı  tərəfindən 

göndərilən sənədlərin birində “millətçi ünsürlərin düşməncəsinə 

fəaliyyəti” təhlil edilirdi. 1966-cı il 17 yanvar tarixli 2/9 -299 saylı 

belə bir sənədi DTK sədrinin müavini S.Bannikov imzalamışdı. 

Hesabatda deyilir: 

“Ölkənin ayrı-ayrı rayonlarında, xüsusən Ukraynada, Zaqafqaziya 

və Baltikyanı respublikalarda burjua millətçilərinin düşmənçilik 

fəaliyyətinin aktivləşməsi müşahidə olunur. Burjua millətçiləri 

kadrların seçilməsi və saxlanmasına, xüsusən ziyalılar və  gənclər 

arasında siyasi cəhətdən korafəhm olan şəxslərin öz ideyalarının 

təsirinə salınmasına, partiyamızın milli siyasəti məsələsinin  əksinə 

millətçilik  ədəbiyyatının və uydurmaların yayılmasına xüsusi diqqət 

yetirirlər. Siyasi cəhətdən fərasətsiz olan şəxslərin antisovet millətçi 

ruhunda köklənməsinin qarşısının alınmasında, məsləkdaşların ideya-

siyasi cəhətdən hazırlanmasında və möhkəmlənməsində, 

düşüncələrində millətçilik elementləri olan insanları öz tərəflərinə 

çəkməklə yeni kadrlar hazırlanmasında leqal imkanlardan, məsələn, 

gənc  şair və yazıçılarla görüşlərdən, yaradıcılıq gecələrindən, milli 

yazıçıların, şairlərin yubileylərindən, bədii özfəaliyyət dərnəklərindən 

geniş istifadə etməyə başlamışlar”. 

Bunun ardınca bir sıra misallar gətirilirdi - Ukrayna, Estoniya, 

Ermənistan, Azərbaycan və s. respublikalardan. 

“1965-ci ildə, həmçinin Bakı  şəhərində özünü “Azərbaycan milli 

dilinin müdafiə komitəsi” adlandıran antisovet millətçi qrup aşkar 

edilmişdi. Qrupa 70-ə  qədər 20 yaşından 27 yaşınadək adam, o 

cümlədən 6 Sov. İKP üzvü və 20-dən artıq komsomolçu cəlb 

edilmişdi. Azərbaycan dilinin qorunması  pərdəsi altında qrup 

rəhbərləri SSRİ-dən çıxmaqla müstəqil dövlət yaradılınası  və 

respublika ərazisindən rusların, ermənilərin köçürdülməsi barədə fıkir 

söyləyirdilər. Qrup iştirakçıları onların tələblərini dəstəkləmək çağırışı 

ilə Azərbaycan xalqına 

 

  


 

89

müraciət etmək üçün radiostansiyanı  və televiziya mərkəzini  ələ 



keçirməyi zəruri sayırdılar. 

Onların həmçinin 1965-ci il noyabrın 7-də, yaxud 1966-cı il mayın 

1-də müvafıq  şüarlarla nümayişə  çıxmaq və  çıxışlarının pozulacağı 

halda mövcud quruluşa qarşı silahlı mübarizəyə başlamaq niyyətləri 

olmuşdur. Əlbəttə, şüurlu olaraq Sovet hakimiyyətinə qarşı mübarizə 

yolunu tutmuş ən aktiv millətçilərin mütəşəkkil düşmənçilik fəaliyyəti 

DTK orqanları tərəfindən onları həbs etməklə dayandırılmışdır. 

Bəsit siyasi baxışları burjua təbliğatının təsiri və antisovet 

ünsürlərin təhriki ilə formalaşmış bu şəxslərin böyük əksəriyyəti sovet 

dövlətinin milli siyasətinin mahiyyətini yetərincə anlamamaları 

ucbatından belə ziyanlı millətçi mövqe tutmuşlar. Odur ki, onlarla 

profilaktik tədbirlər aparılmışdır” (RQANN.F.5. Op.33.D235. I. 62-

65). 

Babkov deyir: 



-  Əliyev Azərbaycan DTK sədri vəzifəsinə  təsdiq olunanda o, 

Vitali Krasilnikovun özünə müavin təyin edilməsini xahiş etdi. O 

mənim tabeliyimdə işləyirdi. Etibarlı, çox yaxşı adam idi. Razı oldum, 

o zaman artıq beşinci idarənin rəisi olmuşdum, münasibətlərimiz yaxşı 

olaraq qalırdı. Heydər  Əliyev Moskvada olanda həmişə  mənə baş 

çəkərdi. 

Çekistlər konstitusiyalı quruluşu qorumalı, silahlı mübarizə yolu 

tutub hakimiyyəti ələ keçirməyə cəhd edənlərin qarşısını almalıdırlar. 

Lakin bir çox hallarda partiya komitələrinin, nəhəng ideoloji aparatın 

bacarmadığı  işləri həyata keçirmək də çekistlərin öhdəsinə düşürdü. 

Bu barədə Heydər Əliyev də həyəcanla danışırdı: 

“1967-68-ci illərdə xarici erməni millətçi təşkilatlarının, xüsusən 

“Daşnaksutyun”un respublikamıza qarşı fəaliyyətinin xeyli canlandığı 

müşahidə olunur. Bir sıra kapitalist ölkələrindən respublikanın sovet 

idarələrinin və  qəzet redaksiyalarının ünvanlarına millətçi səciyyəli 

müxtəlif tələb və müraciətlər olan jurnal və  qəzet məqalələri 

göndərilirdi. Xaricdəki daşnak dairələri respublika həyatından ayrı-

ayrı faktları  təhrif olunmuş formada təqdim edirlər” (H. Əliyevin 

Azərbaycan KP MK-nın 1968-ci il 28 avqust tarixli plenumundakı 

çıxışından). 

Kütləvi-informasiya vasitələri gündən-günə, müntəzəm olaraq 

partiya ilə xalq birliyindən, sarsılmaz xalqlar dostluğun- 

 

  


 

90

dan dəm vururdular. Cəmiyyətdə isə get-gedə, altdan-altdan artan 



problemlər yığılırdı. Nələr baş verirdi cəmiyyətdə? Bir sıra şəhərlərdə 

- Muromda, Temirtauda, Novoçerkasda kütləvi etiraz püskürmələrinin 

səbəbləri nədir? Ölkədə hansı siyasi proseslər yetişməkdədir? Sovet 

hakimiyyətinin ideoloji düşmənləri həmin proseslərdə necə  iştirak 

edirlər? 

Bu suallara aydınlıq gətirmək yeni, beşinci adlanan ideoloji 

təxribata qarşı mübarizə məqsədilə yaradılmış idarənin - adına Beşinci 

İdarə də deyirdilər - öhdəsinə düşürdü. 

Babkovu “beşinci”yə göndərəndə ona xeyir-dua verən Yuri 

Vladimiroviç Andropov deyirdi ki, əsl ideoloji müharibə gedir, 

gündəmdə “kim kimi?” məsələsi durur. 

Biz sovet dövlətini möhkəmləndirmək  əzmindəyik, ideoloji 



rəqiblərimiz isə onu dağıtmaq üçün var qüvvələrini sərf edirlər, - 

həmin gecə Andropov “Lubyanka” meydanındakı geniş kabinetində 

öz mülahizələrini belə açıqlayırdı. 

Görüş saat 20:00-da başlamış, indi isə əqrəblər 23.00-1 haqlayırdı. 

Yuri Vladimiroviç bütün görkəmi ilə mükalimənin qeyri-rəsmi 

olduğunu göstərirdi: pencəksiz  əyləşib hərdən fıkrə gedərək 

çiyinbağlarını dartışdırırdı. 

- Biz 


onların planlarını, iş metodlarını bilməli, ölkədə baş 

verən prosesləri görməli, insanların ovqatlarına bələd olmalıyıq. Bu 

çox vacibdir. Biz ən müxtəlif qaynaqlardan, istər leqal idarələr, 

sosioloji təsisatlar, ya mətbuat məlumatları olsun, istərsə  də xüsusi 

xidmətlərimizin xəbərləri olsun, fərqi yoxdur, hamısından 

faydalanmalıyıq. Zahirdə olan hadisələrdən savayı gizli hərəkətverici 

qüvvələr də var... Daxili, dərinlikdəki prosesləri aşkarlamağı və yaxşı 

anlamağı öyrənmək çox vacibdir... 

On beş il ötəcək və Sov.İKP MK-nın Baş katibi Andropov 

deyəcək: nəhayət, “Biz hansı  cəmiyyətdə yaşayırıq?” sualına cavab 

verilməlidir. 

Həmin sual Mərkəzi Komitəyə ünvanlanmış  məktubların birində 

də  səsləndirilirdi: “İlk öncə aydınlaşdırmaq lazımdır ki, biz hansı 

ölkədə yaşayırıq...” 

Heyrətamiz təsadüfdür. 

 

  



 

91

1   2   3   4   5   6   7   8   9   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə