GÖRKƏMLİ ® adamlarin həyati



Yüklə 3.66 Mb.
PDF просмотр
səhifə9/39
tarix08.12.2016
ölçüsü3.66 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

Qoy ədalət zəfər çalsın 

 

18 oktyabr 1981-ci ildə Moskvada dərc olunan “Literaturnaya 

qazeta”da Sov. KP MK Siyasi Bürosunun üzvlüyünə namizəd

Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevlə müsahibə dərc 

olunmuşdu. Müsahibə aşağıdakı başlıq altında verilmişdi: “Qoy ədalət 

zəfər çalsın”. O illərin  ən populyar qəzetlərindən birinə çevrilmiş 

“Literaturnaya qazeta”nın bu nömrəsi  əldən-ələ ötürülürdü. Həmin 

müsahibə bu gün də öz aktuallığında qalmaqdadır. 

- Heydər  Əliyeviç, sovet   ictimaiyyəti  yaxşı   bilir 

 

 



ki,Azərbaycan  SSR  son  iki  beşillikdə  iqtisadiyyat,   sosial  

vəmədəni yaradıcılıq sahəsində diqqətəlayiq müvəffəqiyyətlər 

qazanmışdır. Bu müddətdə  sənaye istehsalının həcmi 2,2 dəfə, kənd 

təsərrüfatının ümumi məhsulu 2,1 dəfə artmışdır. 1970-1979-cu illər 

ərzində sənaye istehsalının ümumi həcmi 1945-ci ildən 1969-cu ilədək 

olan bütün dövrdəkindən 1,3 dəfə çox olmuşdur. 

Bu müvəffəqiyyətlər xeyli dərəcədə respublika Kommunist 

Partiyasının və Hökumətinin Azərbaycanda mənəvi-psixoloji iqlimi 

sağlamlaşdırmaq uğrunda qətiyyətli mübarizəsi ilə  əlaqədardır. 

Sov.İKP MK-nın oktyabr (1964-cü il) plenimundan sonra partiya 

həyatının Lenin normalarının, rəhbərliyin Lenin prinsiplərinin inkişaf 

etdirilməsi və bunlara ciddi riayət edilməsi ölkəmizin həyatında 

mühüm amil olmuşdu. 

“LQ”yə  gələn məktublarda oxucular Azərbaycan kom-

munistlərinin əməli fəaliyyəti nümunəsi əsasında sosialist həyat tərzini 

təkmilləşdirməkdə sovet qanunçuluğunun rolu və  əhəmiyyəti barədə 

söhbət açmağı xahiş edirlər. 

- Bəli, Sov.İKP MK-nın oktyabr (1964-cü il) plenumu partiyanın 

və ölkənin həyatında yeni mərhələnin başlanğıcı olmuşdur. Bizim 

respublikamızda bu plenumun nəcib təsiri  

 


 

133


Azərbaycan partiya, sovet və  təsərrüfat orqanlarının fəaliyyətində 

50-60-cı illərdə  yığılıb qalan nöqsanların aradan qaldırılması 

prosesinin, saysız-hesabsız sui-istifadə faktlarına, kommunist əxlaqnın 

antipodlarına qarşı mübarizə prosesinin başlandığı 1969-cu ildən 

sonra xüsusilə aydın hiss edilmişdir. 

Mənə elə  gəlir ki, respublikada qanunçuluğun bərpa edilməsi və 

möhkəmləndirilməsi “Literaturnaya qazeta” oxucularını  məhz geniş 

mənada maraqlandırır. Hərçənd bizdə gurultulu ifşalar da olmuşdur, 

adları illər uzımu toxunulmaz sayılan və qanundan üstün tutulan 

adamlara şiddətli cəza da verilmişdir. Yeri gəlmişkən deyim ki, burjua 

şərhçilərini hər şeydən çox məhz bu cəhət maraqlandırır. Kommunist 

Partiyası MK-sının avqust plenumundan, respublikanın həyatındakı 

ciddi nöqsanları Azərbaycan zəhmətkeşlərinə düzgün və açıq bildirən 

plenumdan düz on gün sonra burjua mətbuatı hay-küy qaldırmış  və 

cinayət xarakterli sensasiyaların sorağında dayanmışdı. 

Qeyd etmək istəyirəm ki, biz “qanunçuluq” deyəndə cinayət 

məcəlləsindən çox cəmiyyətimizin  əxlaq kodeksini nəzərdə tuturuq. 

Özü də bu baxımdan hüquq pozuntulan, onların profılaktikası bizim 

üçün təkcə hüquqa aid məsələ deyildir. Bu, sosial və  mənəvi 

məsələdir, çünki söhbət  ən  əvvəl insan uğrunda mübarizədən, sovet 

adamınının hüquqlarına hörmətdən, ləyaqət və 

şərəfmin 

qorunmasından, onda ən yaxşı vətəndaşlıq keyfıyyətləri, yüksək əxlaq 

prinsipləri tərbiyə edilməsindən gedir. 

Azərbaycan partiya təşkilatnın işi məhz belə bir mövqeyə əsaslanır 

və məhz bu mövqe böyük əksəriyyəti həyatda, əməkdə yüksək əxlaq 

prinsiplərini rəhbər tutan zəhmətkeşlər tərəfindən qızğın surətdə 

bəyənilmişdir. Lakin vəzifədən sui-istifadə, rüşvətxorluq, gözdən 

pərdə asmaq, halal zəhmətə xor baxmaq şəraitində kütlələrin 

təşəbbüskarlığı zəifləməyə bilməzdi, mənəvi narahatlıq hökm sürməyə 

bilməzdi sonradan bu narahatlıq əhalinin bir çox təbəqələrində məyus-

luq, laqeydlik əhval-ruhiyyəsi doğurmuşdu. Azərbaycan iqtisa-

diyyatnın orta İttifaq göstəricilərindən mütəmadi geri qalmasnın 

başlıca səbəblərindən biri də elə bu idi. Biz xalqa kömək edib onda 

haqq-ədalətə, sosializm cəmiyyəti həyatnın və bu cəmiyyətin idarə 

olunmasının Lenin prinsiplərinin 



 

134


sarsılmazlığına inam oyatmalı idik. Bu, çoxcəhətli bərpa işinin 

canıdır, zəncirin elə bir halqasıdır ki, ondan yapışaraq bütün zənciri 

çəkib çıxarmaq mümkün idi. Ağır, çətin proses idi. Mən “idi” sözünü 

heç də ona görə demirəm ki, indi vəziyyət idealdır, ona görə deyirəm 

ki, bu prosesin pozulmazlığı real həqiqətə çevrilmişdir. Son on ildə 

iqtisadiyyatın, mədəniyyətin  əsaslı yüksəlişi, sosial inkişaf buna 

sübutdur. 

- Bəli,   buna yol açmaq,   çox ehtimal ki,   asan  deyildi. Lənkəran 

Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsinə lap yaxınlarda 

seçilmiş Dilruba Camalova şəhərdə  və rayonda indiki  vəziyyətlə  

altmış  doqquzuncu   il  ərəfəsində  mövcud olmuş vəziyyətin adamı 

heyrətə  gətirən fərqini bariz misallarla göstərdi. O bir müəllim kimi 

həmişə ictimaiyyətçi olmuşdur. Plenumlarda və 

fəallar 


yığıncaqlarında gurultıdu mücərrədlik, döşünə  döyüb   əqidədən   

ağızdolusu   danışan   əqidəsizlərin riyakarlığı ikrah oyadırdı. 

“Lənkəran rayonu partiya, sovet və  təsərrüfat orqanlarının 

fəaliyyətində ciddi nöqsanlar haqqında” Azərbaycan KP Mərkəzi 

Komitəsinin yeımişinci ilin iyul qərarından sonra şəhər partiya 

komitəsinin birinci katibi İsa  Əliyeviç Məmmədov, - o indi 

Azərbaycan KP Mərkəzi Komitəsinin katibi vəzifəsinə irəli 

çəkilmişdir, - başda olmaqla büronun yeni heyətinin səmərəli 

fəaliyyəti sayəsində yaxşılığa doğru dönüş yarandı. 

Başqa bir misal, Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi 

Feyruz Mustafayev bu rayonda işə raykomun keçmiş katibinin 

“fəaliyyəti” nəticələrini aradan qaldırmaq, yəni həm rayonun 

iqtisadiyyatının yüksəltmək, həm də  həyat sərvətləri haqqında 

adamların yanlış  təsəvvürünü düzəltmək lazım gəldiyi bir şəraitdə 

başlamışdı. O, az vaxt içərisində  hər iki vəzifənin öhdəsindən 

gəlmişdir.  Ən çətin rayonlardan biri respublikanın qabaqcıllar 

sırasında yer almışdı. 

Biz  şəhərlərdə  və  kəndlərdə  zəhmətkeşlərlə söhbət etdikdə  hər 

yerdə səmimiyyətlə deyirdilər ki, müvəffəqiyyətlər yaxşı idarəetmə və 

səriştəli rəhbərliklə bağhdır. Respublikanın həyatının özünəməxsus 

xüsusiyyətlərini nəzərə alaraq bilmək istəyirikki, yerlərdə bu cür 

işçilər necə tapıldı? 

- Belə işçilər həmişə olmuşdur. Mən əvvəllər də demişəm 

ki, əgər biz adamların böyük əksəriyyətinin namusla yaşayıb 



 

135


işlədiyinə inanmasaydıq və bunu dönə-dönə yəqin etməsəydik, heç bir 

dəyişikliyə nail ola bilməzdik. Amma di gəl ki, israfçılıq, səhlənkarlıq, 

gözdən pərdə asmaq üzündən çox vaxt onların  əməyi zay olurdu. 

Prinsipial, namuslu kadrlar əksər hallarda irəli çəkilmirdilər, onlara 

qabiliyyətinə uyğun iş verilmirdi. 

Siz indiki rəhbər işçilərdən bir keçmiş müəllimənin adını çəkdiniz, 

bir də çoban nəslindən olan keçmiş çobanm. Mən Mustafayev yoldaşı 

nəzərdə tuturam. Onun irəli çəkilməsi son illərdə Azərbaycan üçün 

səciyyəvi haldır. Sovxozun çobanı, uçotçusu, mühasibi, partkom 

katibi və direktoru, sonra trest müdiri, daha sonra raykomun birinci 

katibi. Özü də bioqrafıyasının hər mərhələsində mükafata layiq 

görülmüşdür. Sosialist Əməyi Qəhrəmanıdır, partiyanın XXVI 

qurultayının nümayəndəsidir. 

Mən rəhbər vəzifələrdə  fərasətsiz, nadürüst, təsadüfı adamların 

yaxşı  təşkilatçılıq qabiliyyəti, yüksək mənəvi keyfıyyətləri olan 

bacarıqlı, fədakar adamlarla əvəz edildiyinə dair çoxlu misal gətirə 

bilərəm. Ən əhəmiyyətli cəhət isə budur ki, biz fəhlələri, kolxozçuları 

rəhbər vəzifələrə  cəsarətlə irəli çəkirik. Dəniz neft mədənləri 

idarəsinin buruq ustası, Sosialist Əməyi Qəhrəmam  İsrafıl Hüseynov 

iki ildir ki, Neft və Qaz Sənayesi  İşçiləri Həmkarlar  İttifaqı 

Respublika Komitəsinin sədridir; qabaqcıl fəhlə, Sosialist Əməyi 

Qəhrəmanı Yaqub Rüstəmov Mingəçevir toxuculuq kombinatındakı 

toxuculuq dəzgahı başından Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı 

Respublika Komitəsinin sədri vəzifəsinə irəli çəkilmişdir; sovxoz 

briqadiri Təhmasib  İbrahimov Lənkəran  Şəhər Partiya Komitəsinin 

katibi seçilmişdir; inşaatçılar briqadiri İlyas Quliyev respublikanın 

ikinci böyük şəhəri olan Kirovabadın xalq deputatları Soveti icraiyyə 

komitəsinin sədri seçilmişdir. Üstəlik, hamısı göstərilən etimadı 

doğruldur. 

Biz kadr hazırlığma xüsusi əhəmiyyət veririk. Buna görə  də 

təsadüfı deyil ki, iqtisadi və sosial-mənəvi sahələrdə qayda yaratmaqla 

bərabər, ali məktəblərə də əl atdıq. Ali məktəblərin işinə Kommunist 

Partiyası MK-sının fəal surətdə qarışması ona görə vacib idi ki, 

professor-müəllim heyəti arasında rüşvətxorluq, proteksionizm, 

qohumbazlıq geniş yayılmışdı. 


 

136


Bu vəziyyət ali təhsilli kadrlar hazırlığı  işinə ciddi xələl gətirmiş  və 

gənclərin tərbiyəsinə çox böyük mənəvi ziyan vurmuşdu. 

Biz belə bir vəziyyətlə  də üzləşdik: ayrı-ayrı ali məktəb 

müəllimləri, rəhbər işçilər öz övladlarını ali məktəblərə “valideyn” 

ixtisasları üzrə düzəltməyə çalışırdılar. Biz bu cür hərəkətləri 

məhdudlaşdırmalı olduq. İnzibati orqanların işçilərinin övladlarını 

dövlət universitetinin hüquq fakültəsinə götürməyi isə tamamilə 

qadağan etdik. 

- Deməli belə! Heydər  Əliyeviç, axı, məlum bir aforizmdə“Tann 

dahilərin övladlarını dahi xəlq eləməyib” deyilsə  də, ziyalı  nəsilləri 

həmişə olub və olacaqdır. Axı, bizdə sovet ziyalı  nəsilləri indi-indi 

çoxalmağa başlayıb. Ailənin mənəvi marağı mühitində  böyüyən   

uşağın  öz  babalarının,   atalarının   işini davam etdirməsi məgər 

pisdir? 


- Biz sizinlə müxtəlif  şeylərdən danışırıq. Gəlin müzakirəmizin 

mövzusunu dəqiqləşdirək. Ziyalını səciyyələndirən ən əvvəl nədir? Ali 

təhsil diplomu, yoxsa elmlər namizədi, doktorluq diplomu? Zənnimcə, 

yox. Ziyalının başlıca keyfıyyəti cəmiyyətə  fədakarlıqla xidmət 

etməkdir. Yeri gəlmişkən deyim ki, Rusiya tarixində ziyalıların faciəli 

aqibətinə dair misallar çoxdur; silk sədləri qoymurdu ki, buziyalılar   

xalqa   sərbəst   xidmət   etsinlər,   onların   işlərinin istedadlı 

davamçıları olsun.  Onlar bu sədləri öz imkanları daxilində      aşıb   

keçirdilər.   Canlarnın   hayına   qalmayaraq, mədəniyyət yaymaq kimi 

bir məramla “xalq içinə” əldən-ayaqdan uzaq qəzalara, çarizmin milli 

ucqarlarına gedirdilər. Övladlarında onların işini davam etdirmək 

qabiliyyəti görəndə özlərini xoşbəxt sanırdılar. Bəli, işinin! Belə bir 

qabiliyyət görməyəndə isə övladlanını elə sahəyə yönəldirdilər ki, öz 

şəxsi imkanlarından istifadə edib özlərinə  və xalqa daha çox fayda  

verə  bilsinlər. Çünki onlar nəslin  şərəfini yüksək tuturdular, 

övladlarını, müasir dillə desək, naqislik kompleksindən qoruyurdular. 

Bizim dövrümüzdə, cəmiyyətə, fəhlə-kəndli dövlətinin mənafeyinə 

sərbəst xidmət etmək yolunda bütün maneələrin dağıdılıb məhv 

edildiyi bir zamanda isə bəzən elə diplomlu meşşanlar ortaya çıxır ki, 

xalq etimadından, xalq pulundan özlərinin xeyrinə istifadə edirlər. 



 

137


Övladlarını, nəvələrini, qohum-əqrəbasını öz kafedrasına. 

laboratoriyasına, institutuna düzəldən, üstəlik, qabil olsalar da, 

olmasalar da dissertasiya hazırlamağa, elm pillələri ilə yuxarı qalxmaq 

üçün onlara imtiyazlı şərait yaradan professorlara, hətta akademiklərə 

ziyalı deməyə adamın necə dili gələr? 

Hüquq fakültəsinə  gəlincə, burada da bizim qərarımız sağlam 

olmayan bir meyllə bağlı idi. Biz aşkara çıxarmışdıq ki, bu fakültəyə 

qəbul olunan tələbələrin böyük əksəriyyəti milis, prokurorluq, 

məhkəmə, hüquq kafedraları, partiya və sovet orqanları  işçilərinin 

balalarıdır.  Əsasən sui-istifadə ilə  əlaqədar olan belə bir vəziyyət, 

daha artıq dərəcədə isə onun zərərli nəticələri, inzibati orqanların 

tərkibində bir növ qohumbazlıq və “irsiyyət” şəraitinin yarada biləcəyi 

təhlükə bizi narahat edirdi. 

Mən həmin təhriflərin əleyhinə çıxanda ilk vaxtlar qulağıma belə 

sözlər gəlib çatırdı ki, bəs bu cür sərt tədbirlər nəyə lazımdır, axı, 

həkim, müəllim, hüquqçu alim nəsilləri olmuşdur - baba, ata, oğul... 

Bəs nə üçün indi bunu qadağan edirik? Bu suala cavabım belədir: bəli, 

olmuşdur və ola da bilər, yalnız yüksək mənəviyyat zəminində, yalnız 

istedada görə. Şahmatçı, neftçi, poladəridən, taxılçı sülaləsinə mənim 

dərin hörmətim var və bu sülalələri yüksək qiymətləndirirəm.  İşə 

namuslu münasibətə  əsaslanan varislik nəsillərdə  əsl ziyalı 

keyfıyyətləri yaradır həm fiziki, həm də əqli əmək adamlarında. 

Leonid  İliç Brejnevin indi bütün sovet xalqı  tərəfindən böyük 

maraqla oxunan “Xatirələr”ində nəsildən-nəslə keçən bu cür ziyalılıq, 

ailə  şərəfı nümunəsi verilmişdir: “Hər zaman olduğu kimi Brejnevin 

anası ilə tanışlıqdan öz məqsədləri üçün istifadə etmək istəyən 

adamlar da, hər cür şikayət və ərizələri “yerinə” çatdırmaq üçün ona 

zorla verməyə çalışırlarmış. Deməliyəm ki, onun ağlına və nəzakətinə, 

çox böyük təvazökarlığına mat qalmışam. Anam bu barədə mənə heç 

nə demirdi, kənardan, başqalarından eşidirdim. Belə hesab edirdi ki

mənim işlərimə qarışmağa ixtiyarı yoxdur. Xatirini nə  qədər  əziz 

tutduğumu, onu nə qədər sevdiyimi bilirdi, amma bunu da bilirdi ki, 

əgər xahişinə  əsasən kiməsə, məsələn, mənzil işində kömək eləsəm, 

deməli, başqalarının, anama ağız açmağı ağlına gətirməyən və ya buna 

imkan tapmayan 


 

138


 

adamların hesabına etmiş olacağam. Həmin adamların isə köməyə, 

bəlkə də, daha çox ehtiyacı var”. 

Brejnev yoldaşın kitabları bizim hamımıza sosializm işinə sədaqət 

hissi, öz fıkir və  əməllərimizi  ən yüksək meyarla, kommunist 

ideyalılığı meyarı ilə ölçmək bacarığı  aşılayır, hər kəsi öyrədir ki, 

gündəlik həyatında,  əməli işində  cəmiyyət qarşısındakı  vətəndaşlıq 

məsuliyyətini həmişə yadda saxlasın... 

Hər kəsdən qabiliyyətinə görə, hər kəsə  əməyinə görə. Bu, 

sosializmin qanunudur. Lakin bir halda ki, həmin qanun təhrif edilir, 

biz vəziyyəti düzəltmək üçün sərt tədbirlərə əl atırıq. Beləliklə, ziyalı 

ailələrinin  ənənələri yox, “əl  əli yuyar, əl də üzü” kimi qarşılıqlı 

himayədarlığa  əsaslanan ailəçilik, proteksionizm və qohumbazlıq 

zorbəyə  məruz qahr. Biz bunun kökünü kəsəcəyik. Bilmək istəsəniz, 

elə bu özü problemə məhz sinfi münasibətdir... 

Lakin   bunlar  heç   də  yerli  xüsusiyyətlərdən   doğan qüsurlar 



deyil. “Tifılinin qeydinə qalıb” onu “nüfuzlu” institutadüzəltməyə, 

övladının can-başla işləmək qabiliyyətinə malik olmadığını yaxşı bilə-

bilə onun üçün “isti” yer tapmağa cəhd göstərən valideynlər çoxdur. 

Bu,  əsl bəladır. Belə cavanlara “atabalası” deyirlər. Bir söz kimi 

yazılır. Bəlkə  də qanunla ümumi ciddi tələblər müəyyən etmək 

lazımdır...Mən   də      həmin   bəladan   danışıram. Amma   qanun 

çıxarmaq...  Əlavə bir qanun nəyimizə  gərəkdir? XXVI qurultayda 

deyildiyi  kimi,  bizdə yaxşı  qanunlar az qəbul edilməmişdir, məsələ 

onların dəqiq və sözsüz həyata keçirilməsindədir. Hər hansı qanun 

yalnız o zaman yaşayır ki, yerinə yetirilsin özü də hamı tərəfindən və 

hər yerdə.Konstitusiya var, kommunizm qurucusunun əxlaq kodeksi 

var, vətəndaşlıq borcu var, sovet həyat tərzinin mənəvi prinsipləri var. 

Konkret praktika da bütün bunların əsasında yaranır. 

Məsələn, biz bağ binaları tikməyi, şəxsi avtomobil almağı, alimlik 

dərəcəsi üçün dissertasiya müdafiə etməyi rəhbər partiya işçilərinə və 

vəzifəli  şəxslərə qadağan etməyə  məcbur olmuşuq... Uzr istəyirəm, 

Heydər  Əliyeviç, biz ki qanunçuluqdan danışırıq! Bu isə, mülayim 

desək... 

 

139


Mülayim sözlər axtarmayım. Bəli, bu, iradi qərardır. Kommunist 

Partiyası  Mərkəzi Komitəsinin birinci katibi kimi mən təklif etdim, 

həmkarlarım razılaşdılar. 

60-cı illərdə Bakıda bağ binaları tikintisi geniş miqyas almışdı. 

Kim tikdirirdi? Əsasən rəhbər işçilər, ziyalılar. Nəticəsi nə olmuşdu? 

Bir çox hallarda sui-istifadə: müəssisə  və tikintilərin texnikasından, 

nəqliyyat vasitələrindən, inşaat materiallarından, işçi qüvvəsindən 

qanunsuz istifadə edilməsi. Üçtəlik, bağ binaları tikilməsi xüsusi 

mülkiyyətçilik psixologiyasının, fərdiyyətçilik  əhval-ruhiyyəsinin 

dirçəlməsinə  təkan verir, ictimai borcun yaddan çıxarılmasına səbəb 

olur. Biz bəzi rəhbər işçilərə şiddətli cəza verdik, hətta partiyadan da 

xaric etdik. Bağ binaları tikintisini qadağan etməyinizdən heç kim 

zərər çəkmədi, cəmiyyətə isə bunun xeyri oldu. Zavod direktoru üçün 

bağ yox, zavodun bütün kollektivi üçün pansionat, profılaktoriya. Biz, 

bax bunu əsas götürürük. Son illərdə bu cür pansionatlar, istirahət 

evləri, - o cümlədən rəhbər heyət üçün, - az tikilməmişdir. Respublika 

ictimaiyyəti bizim tədbirlərimizi bəyənmişdir. 

Fərdi avtomobillər almanın qadağan edilməsi avtomobil alveri 

faktları ilə  əlaqədardır. Həm də belə faktlar çoxalmışdır. Biz 

avtomobil alıb-satmaq üstündə də bir çox məsul işçiləri cəzalandırmalı 

olduq. 

Mən təcrübəmizi kor-koranə götürüb tətbiq etməyi məsləhət 



görmək fıkrindən uzağam. Belə  qərarları biz özümüzdə yaranmış 

kəskin vəziyyətə uyğun olaraq qəbul etmişik. Rəhbər işçilərin adma az 

da olsa ləkə düşməməlidir. Bəs alimlik dərəcələri! Axı, biz həmişə 

cəmiyyəti elmi qaydada idarə etmək zərurətindən danışırıq,   Əgər 

partiya işçisi və ya nazir həm də alimdirsə... - Güman edirəm ki, şairin 

çox riyakarlıqla, lakin dəqiq  şəkildə  dəyişdirilmiş misralarına 

bələdsiniz: “Alim olmaya da bilərsən, amma namizəd olmağa 

borclusan”. İndi biz elmsiz keçinə bilmərik. Kim idarəetmə ilə məşğul 

olursa, elmlərin, xüsusilə ictimai elmlərin  əsaslarına yiyələnməlidir. 

Üstəlik, öz əməli fəaliyyəti ilə elmə töhfə verməli, cəmiyyətdə 

cərəyan edən hadisələri təhlil etməyi və bir anlıq qərarlar deyil, dərin 

qərarlar qəbul etməyi bacarmalıdır. Biz bütün rəhbər işçilərdə bu 

keyfıyyətlərin olmasmı istəyirik. Azərbaycan KP Mərkəzi


 

140


Komitəsi təbliğat və  təşviqat  şöbəsinin müdiri Əfrand Firudinoviç 

Daşdəmirov sizinlə üzbəüz  əyləşib. Hələ  qırx yaşı yoxdur, amma 

fəlsəfə eimləri doktorudur, professordur. MK aparatına alim kimi 

gəlib və öz partiya işini elmi işlə  əlaqələndirir. Bu, bizə fayda verir. 

Hər bir qaydanın  əsaslandırılmış istisnaları da var. Yoxsa qayda 

ehkama çevrilər. 

Lakin Sumqayıt  Şəhər Partiya Komitəsinin keçmiş birinci katibi 

Balakişiyevin texnika elmləri namizədi alimlik dərəcəsi almasını əsla 

normal vəziyyət hesab etmək olmaz. Axı, o, partiya işinə keçməzdən 

əvvəl elmi tədqiqatla məşğul olmamışdı, heç mühəndis də 

işləməmişdi, ömründə istehsalatda çalışmamışdı. Buna görə  də 

yoxlamanın nəticələri təəccüb doğurmur. Bu nəticələr oyanan şübhəni 

təsdiq etmişdir: Balakişiyev əslində dissertasiyanın müəllifi olmamış, 

özgə  əməyindən istifadə etmişdir. Balakişiyev sovet alimi adına 

yaraşmayan hərəkətlərinə görə SSRİ Ali Attestasiya Komissiyasnın 

1981-ci il 12 avqust tarixli qərarı ilə alimlik dərəcəsindən məhrum 

edilmişdir. Daha əvvəl Balakişiyev işdəki ciddi nöqsanlarının; görə 

vəzifədən götürülüb sıravi işə göndərilmişdir. 

Lakin bu, yeganə hadisə deyildi. 60-cı illərdə  rəhbər işçilər 

arasında alimlik dərəcəsi almağa aludəçilik dəb düşmüşdü. Biz belə 

bir nəticəyə  gəldik ki, bunun nə elm üçün əməli faydası var, nə  də 

partiya, dövlət fəaliyyəti üçün. Zərəri, mənəvi ziyanı isə çoxdur. 

Rəhbər işçilər öz vəzifələrindən sui-istifadə edirdilər, alimlərin sıraları 

isə zibillənirdi. Qadağan etməyimizin səbəbi bax budur. 

Belə  mənəvi yasaqlara dair gətirilən misallar, bəlkə  də, 

gözlənilməzdir. Lakin əmək kollektivində mənəvi yasaq özlüyündə o 

qədər də nadir hadisə deyildir. Bu, şərəf və vicdan haqqmda sosialist 

anlayışlarından irəli gəlir, müəyyən şəraitdə konkretlik kəsb edir. Həm 

də kollektivə başçılıq edən rəhbərin qarşısına xüsusi tələblər qoyur. 

Rəhbər işçinin mənəvi siması, mənəvi nümunəsi adamların 

tərbiyəsində mühüm amildir. Əgər rəhbər işçi, məsələn, tribunadan 

xırda burjua psixologiyasının qalıqlarını qamçılayıb lənətləyirsə, şəxsi 

həyatında isə öz vəzifəsindən sui-istifadə edirsə, sərvət toplamaqla, 

qızıl almaq, alver etməklə məşğul olursa, həyatda 



 

141


əşyadan və puldan başqa heç bir sərvət tanımayan adamdan yüzqat 

təhlükəlidir. 

 Heydər  Əliyeviç, hətta Qərbdə sosializmi tez-tez social təminatlar 

quruluşu adlandınrlar. Özü də bizdə hər bir adam bunu  hər gün yəqin  

edə    bilər.      Bununla      belə,   görürsən, adamlar artıq ehtiyatlar 

yaradırlar. Buna səbəb nədir? Onları qorxudan bəlkə beynəlxalq 

vəziyyətdir? Beynəlxalq vəziyyət nə  qədər gərgin olsa da, onun 

buraya heç bir dəxli yoxdur. Gərgin beynəlxalq vəziyyət normal 

vətəndaşda sülhün, öz yaxın adamların müqəddəratı üçün təşviş 

oyadır, öz evini, öz Vətənini müdafiə etmək əzmi yaradır. Mən sadə 

əməkçilərlə görüşəndə tez-tez bunun şahidi oluram. Onlar 

partiyamızın və hökumətimizin sülhü qoruyub saxlamaq qabiliyyətinə 

özlərinin möhkəm inamını da ifadə edirlər.   Leonid  İliç   Brejnev   

dəfələrlə   qeyd   etmişdir   ki, Sov.İKP  MK və  Sovet dövləti  sülhü  

qoruyub saxlamaq, sürətlə silahlanmanın qarşısını almaq, 

təcavüzkarları dəf etmək üçün bütün tədbirləri görəcəkdir. 

Ehtiyat toplayanların psixologiyası  məni də maraqlandırır. Bəzən 

onların açıq-saçıq cavablarını  eşidirsən. Bakı  şəhəri  Şaumyan Rayon 

İcraiyyə Komitəsinin keçmiş  sədri, qızıl pul alıb yığmaqda ifşa 

edilmiş  Əhmədov Kommunist Partiyası MK-sı bürosunun iclasında 

beləcə də demişdi: “Dar gün üçün”. Onlar layiq olmadıqları yeri tutar-

tutmaz öz “dar günləri” üçün qorxmağa başlayırlar.  İnamsızlıq, 

nigarançılıq, labüd uğursuzluq hissi bu bədbəxtləri qarabaqara izləyir. 

Əgər onların keçmişinə baxsaq, indicə haqqında danışdığımız 

əhvalatlara hökmən rast gələrik: ali məktəbdə yer rüşvətlə alınıb, 

diplom pula alnıb, dissertasiya da, “gəlirli yer” də və i.a. 

Bumeranq geri qayıdır. Bəla burasındadır ki, o, nəinki həyatımızın 

qanununu pozan adamın  şəxsi taleyinə, həm də çoxlu başqa adama 

zərbə vurur, dayaqlarımıza və prinsiplərimizə zərbə vurur, ədalətə və 

paklığa inamsızlıq yaradır. Məndə belə bir təəssürat oyandı ki, sizdə 

rüşvətxorluq cinayətin hər hansı başqa növünə nisbətən daha çox 

nifrət oyadır.  Şair Fikrət Qoca isə  hətta deyir: “Rüşvət kürəyimizə 

sancılan xain bıçağıdır...” Nə üçün məhz rüşvət? 


 

142


Ona görə ki, rüşvət universal cinayətdir. Bütün başqa eybəcərliklər 

onun ətrafında dolanır. Rüşvətxor əlaltından dublyonka, palto satmır, 

dövlətin mənafeyini satır, öz fəaliyyətini satır, başqa birisi isə pul 

verib bunları alır. Şairin aforizmi mübaliğə deyildir. Keçmişin mənfur 

qalığı yaşayırsa, bunun təqsiri hər birimizin üzərinə düşür, hətta təmiz, 

pak adamm da, hətta rüşvət alanlara və rüşvət verənlərə nifrət edən 

adamın da. Şəxsi təmiz olmaq və  şəxsi çiyrinmək hələ  vətəndaşlıq 

ləyaqəti deyildir. Vətəndaşlıq fəallıq deməkdir,  şərə qarşı mübarizə 

aparmaq bacarığı  və arzusu deməkdir. Publisistlərdən neçə illərdi ki

Rubinovun “Brilyant əllər” məqaləsi kimi bir çıxış gözləyirdim. Lakin 

“Literaturnaya qazeta” şəxsi gəlir haqqında hesabat formasını tapmağı 

yalnız təklif etməklə kifayətlənib, bunun üçün tədbirlər 

hazırlanmasına çalışmasa, yarı yolda qalmış olar. 

Yəqin ki, siz publisistlər də bəzən çətinlik çəkirsiniz. İfşa edilmiş 

və  hələ ifşa edilməmiş  oğrular, rüşvətxorlar, görünür, çığır-bağır 

salırlar ki, siz ”rəhbərin nüfuzunu” sarsıdırsınız. Bizdə də belə şeylər 

olur. Lakin biz sosialist qanunçuluğuna  ən ciddi əməl edilməsi 

uğrunda mübarizə aparmaq, xidmət mövqeyindən hər hansı  şəkildə 

sui-istifadə edilməsinə qarşı mübarizə aparmaq, cəmiyyətimizin 

mənəvi sərvətləri uğrunda mübarizə aparmaq haqqında partiyanın 

göstərişlərini unutmuruq. 

Leonid  İliç Brejnev demişdir: “Bu cür hallara qarşı mübarizədə 

əmək kollektivinin rəyindən də, mətbuatın tənqidi çıxışmdan da, 

inandırma metodlarmdan da, qanunun gücündən də - ixtiyarımızda 

olan bütün vasitələrdən tamamilə istifadə edilməlidir”.Sizin   tanınmış  

bir hüquqçunıız  demişdir: “Zəhmətsizgəlirlə yaşayan adam 

“zəhmətli” gəlir haqqında arayışı pul ilə  həmişə ala bilər”. Bunu 

yoxlamaq asandır. Həm arayış alanı, həm arayış verəni lazımınca 

cəzalandırmaq da. Başlıcası isə budur ki, şərin   kökünü    kəsmək   

üçün    görülən    konkret   tədbirlər özlüyündə  əlahiddə  bir  məqsəd  

deyildir.   Bunlar  qanunun pozulmasına  qarşı  ümumi  dözülməzlik 

sisteminə  möhkəm daxil olmalıdır. Qəzetin çıxışı  fəal həyat 

mövqeyinin təzahürü nümunələrindən biridir. Real tədbir görülməsə, 

fəal mövqeyin 



 

143


heç    bir    faydası    yoxdur.    Fəal    vətəndaşlıq   mövqeyinin 

yaradılması dövrümüzdə bütün ideoloji işin özəyidir. 

1979-cu ilin aprelində Bakıda “Fəal həyat mövqeyinin 

formalaşdırılması: mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri” 

mövzusunda Ümumittifaq elmi-praktik konfransının keçirilməsi bu 

baxımdan böyük hadisə olmuşdur. Belə konfranslar kommunizm 

ideallarnın bərqərar edilməsinin əməli təcrübəsini, mənfı hallara qarşı 

mübarizə  təcrübəsini ümumiləşdirməyə, ictimai elmlərin müəyyən 

dərəcədə geri qalmasına son qoymağa kömək edir: ictimai elmlər hələ 

çox zaman məsələləri, tutaq ki, etika problemlərini mücərrəd fəlsəfı 

səviyyədə, Vladimir İliç Leninin “adi adamların  əməli hərəkatı” 

adlandırdığı  hərəkatdan ayrılıqda araşdırır. Sov. İKP MK Siyasi 

Bürosunun üzvü, MK katibi Mixail Andreyeviç Suslov da bu 

yaxınlarda ali məktəblərin ictimai elmlər kafedraları müdirlərinin 

Ümumittifaq müşavirəsində  məhz sxolastik nəzəriyyəbazlığa, xırda 

məsələlər ətrafında mənasız diskussiyalara aludəçilikdən qətiyyətlə ol 

çəkmək lüzumundan danışmışdır. 

Elmi-texniki   inqilab,   rifahın  yüksəlməsi,   asudə   vaxtın 

çoxalması, savadın artması kimi mütərəqqi hadisələrin müasir həyata 

gətirdiyi bir çox ziddiyyətlər kompleks  qaydada -mənəvi,   sosial,   

siyasi   cəhətdən   idarə   olunmasa,   mənfı nəticələr də verə bilər. 

Sosializm cəmiyyətində bu prosesdə əsas rolu əmək kollektivi öz 

öhdəsinə götürür və onun əhəmiyyətinin getdikcə artması 

Konstitusiyada qeyd edilmişdir.  Əmək kollektivində yalnız  əmək 

alətləri deyil, insani münasibətlər də mükəmməl olmalıdır. Bakı 

məişət kondisioneri zavodu bu cür ahəngdar əlaqənin timsalı ola bilər. 

Müəssisənin partiya təşkilatı iqtisadi, təşkilati və ideoloji amillərin 

təsiri sistemini əməli  şəkildə  işləyib hazırlayaraq sosialist ictimai 

istehsalının humanist məqsədlərini hər bir əməkçiyə aydın göstərir. 

Yaxud neftçi kollektivlərini, xüsusilə  dəniz neftçiləri kollektivlərini 

götürək. Orada hər  şey yüksək mənəviyyata  əsaslanır. Leonid İliç 

Brejnev çox obrazlı  şəkildə demişdir: ”Dəniz neftçilərinin  əməyi 

ikiqat qəhrəmanlıqdır”. 

İdeyanın kütlələrə hakim kəsildikdən sonra maddi qüvvəyə 

çevrildiyi haqqında Marks müddəasının düzğünlüyünü əyani 


 

144


şəkildə görüb yəqin etmək olar. - Respublikanın iqtisadi 

müvəffəqiyyətləri arxasında biz Azərbaycan KP Mərkəzi Komitəsi 

xəttinin mənəvi cəhətdən bəyənildiyini, rəhbər partiya, sovet 

işçilərinin zəhmətkeşlərin həyatını daha da fıravanlaşdırmaq, 

dolğunlaşdırmaq və ülviləşdirmək niyyətlərinin səmimiliyinə etibar 

edildiyini görürük. 

Respublikanın nailiyyətləri partiya və dövlət tərəfındən yüksək 

qiymətləndirilmişdir. Azərbaycan SSR onuncu beşillik planı 

vaxtından əvvəl yerinə yetirdiyinə görə üçüncü Lenin ordeni ilə təltif 

olunmuşdur. 1980-ci il və bütün beşillik üçün Ümumittifaq sosializm 

yarışının yekunlarına görə respublika dalbadal on birinci dəfə Sov.İKP 

MK-nın SSRİ Nazirlər Sovetinin, ÜİHİMŞ-in və  ÜİLKGİ MK-nın 

Qırmızı bayrağı ilə mükafatlandırılmışdır. 

Leonid  İliç Brejnev 1978-ci ilin sentyabrında Bakıya gəlmişdi. 

Sov.İKP MK-nın Baş katibi respublikanın müvəffəqiyyətləri ilə tanış 

olduqdan, onun şanlı əməkçiləri ilə görüşdükdən sonra təəssüratına bu 

sözlərlə yekun vurmuşdu: “Azərbaycan iri addımlarla irəliləyir!” 

Biz bu tərifdən ruhlanaraq respublikanın irəliləyişinin 

ləngiməməsindən ötrü əlimizdən gələni edirik. Biz iqtisadiyyatı böyük 

sürətlə yüksəltməyi nəzərdə tutmuş, on birinci beşillik üçün gərgin 

planlar müəyyənləşdirmiş  və elə birinci ildən yaxşı  nəticələrə nail 

olmuşuq. 

Cari ildə hava şəraiti əlverişli olmasa da, tarla əməkçiləri yenidən 

görkəmli qələbə qazanmışlar. Dövlətə bir milyon 13 min ton pambıq 

satılmışdır ki, bu da keçən il tədarük edilmiş rekord həcmdən 129 min 

ton çoxdur; bir milyon 608 min ton üzüm satılmışdır ki, bu da rekord 

il olan 1980-ci ildəkindən 210 min ton çoxdur. Azərbaycan ölkədə ən 

iri üzüm istehsalçısına çevrilmişdir. 

Brejnev yoldaş bizi böyük nailiyyətlər münasibətilə ürəkdən təbrik 

edib göstərmişdir ki, hər il planların və sosialist öhdəliklərinin 

tamamilə  və artıqlamasilə yerinə yetirilməsi, məhsuldarlığnın, bütün 

kənd təsərrüfatı məhsulları istehsalının və dövlətə satışının durmadan 

artmasının təmin edilməsi respublika əməkçilərinin yaxşı  ənənəsinə 

çevrilmişdir. 

Sənaye və tikinti də yaxşı sürətlə inkişaf edir. Bu il məhsul 

artımının 81,4 faizi əmək məhsuldarlığının yüksəldilməsi 

  


 

145


hesabına  əldə olunmuşdur. Keyfiyyət nişanlı  məhsul istehsalının 

həcmi 29,5 faiz artmışdır. 

Respublikanın və bütün ölkənin iqtisadi müvəffəqiyyətləri ona 

görə fərəhlidir ki, bunlar xalqın rifahının yüksəlməsi deməkdir, çünki 

XXVI qurultayda deyildiyi kimi, konkret adama konkret qayğı 

partiyanın iqtisadi siyasətinin əzəli məqsədi və son məqsədidir. 

Lakin istehlak mədəniyyəti tərbiyə etməyi yaddan cıxarmaq 

olmaz. Bu, sosialist həyat tərzinin bir ünsürüdür. Bayaqdan haqqında 

danışdığımız ziyalıların fəallığı üçün burada geniş meydan vardır. Əsl 

ziyalı rifahın mənasının və  məzmununun,  şəxsi və ictimai qarşılıqlı 

münasibətin başa düşülməsinə kömək etməyə çalışır. Başqa bir ziyalı 

isə  vəzifəyə keçəndən sonra öz meşşan instinktlərinə meydan verir. 

Deməli, iki yol var: müasir əşyaların köməyi ilə yüksəlmək yolu. Bir 

də əşyaların ucbatından uçuruma yüvarlanmaq yolu. 

Biz fəal həyat mövqeyinin formalaşdırılmasma bu qədər böyük 

əhəmiyyət verərəkən təkcə sosial cəhətdən fəal  şəxsiyyətin ictimai 

proseslərin idarə olunmasına kömək etdiyini yox, həm də bu 

şəxsiyyətin özünün yeni həyat sərvətləri əldə etdiyini, yeni sevinclərə 

qovuşduğunu nəzərdə tuturuq. 

Siz dediniz ki, insanın fəal mövqeyi konkret hərəkətlərdə təzahür edir. 

Amma məlumdur ki, adamın başına öz hərəkətləri üçün heç də həmişə 

çələng qoymurlar. 

Azərbaycan kinostudiyasının “İstintaq” fılmində, - yeri gəlmişkən 

deyim ki, o, moskvalılara böyük təsir bağışlamışdır, - müstəntiq Seyfı 

əsl cinayətkarları - keçmiş vəzifəli şəxsləri üzə çıxarıb ifşa etmək üçün 

əlindən gələni edir. Filmin yaradıcıları - ssenari müəllifi Rüstəm 

İbrahimbəyov və rejissor Rasim Ocaqov ”qanun hamı üçün qanundur” 

prinsipini publişistcəsinə kəskinləşdirmişlər. Lakin bu prinsipin zəfər 

çalması üçün fılmin qəhrəmanın nəinki təzyiqə, hədələrə sinə  gərir, 

həm də istintaqın bəzi prosessual normalarına etinasızlıq göstərməyə 

məcbur olur. Güman etmək olar ki, bunıın üçün cəzalandmlacaqdır. 

Qanun hamı üçün qanundur! Şair demişdir ki, “xeyirxahlığın gərək 

yumruğu olsun”. Lakin ədliyyənin də yumruğu var. 


 

146


 

Yaxud da, bir halda ki, misalları incəsənət  əsərlərindən gətiririk, 

Eldar Ryazanovun çoxdan çəkilmiş, lakin köhnəlməyən 

“Avtomobildən özünü qoru!” filmini yada salaq. Hakimlər və 

iclasçılar rəğbət hissinə güc gəlib hədsiz təmənnasızlığına görə  hətta 

sevən qadının da səfeh adlandırdığı Yuri Detoçkin barədə hökm 

çıxanrlar. Doğrudur, qanun-qaydanı bu cür “pozanlara” münasibət 

müxtəlifdir.  Ələlxüsus qanunun quru hərfınin keşiyində dayananlar 

arasında. Bir hüquqçu təəssüflə demişdir ki, Smoktunovski “anarxisti” 

məlahətli qəhrəmana çevirmişdir. 

Mənimsə Yuri Detoçkindən xoşum gəlir!  Əlbəttə, səhvi ondadır ki, 

təkbaşına iş görür. Lakin yəqin ki, başqa cür hərəkət etmək  əlindən 

gəlmir. Seyfinin də əlindən gəlmirdi. Hər adam səhv edə bilər. Hər şey 

onun hansı mənəvi mülahizələri rəhbər tutmasından asılıdır. 

Filmin yaradıcıları ictimaiyyətin diqqətini fırılldaqçılara qarşı daha 

fəal mübarizə aparmaq lüzumuna cəlb etmiş, onların vəziyyətə 

uyğunlaşmasının yeni növlərini göstərmişlər. Detoçkin və Seyfi kimi 

adamların sayəsində  mənfi hallara qarşı mübarizə daha 

müvəffəqiyyətlə gedir. Belə adamlar mübarizə formalarnı  və 

metodlarını seçməkdə  səhv etsələr də, sayca laqeydlərdən daha çox 

olsalar yaxşıdır. 

Yazıçılar,  şairlər, kinematoqrafçılar sürətlə  dəyişən həyatla 

qanunlar arasında olan ziddiyyətləri konfliktli vəziyyətlərdə 

göstərirlər. Ziddiyyətlər təkcə hüquqşünaslığa yox, adət edilmiş 

təsəvvürlərə, köhnəlmiş  ənənələrə, ilk nəzərdə sarsılmaz görünən 

davranış qaydalarına da aiddir. Beləliklə, sənətkarlar öz vətəndaşlıq 

mövqelərini ifadə edərək cəsarətlə parlaq bədii əsərlər yaradırlar. 

Ədəbiyyatın həyatdan geri qalmasına yalnız təəssüf etmək olar. 

Mən  ən  əvvəl Azərbaycan yazıçılarını  nəzərdə tuturam. Bizdə 

kommunist 

əxlaqının antipodlarına qarşı Azərbaycan 

kommunistlərinin indiki mübarizəsini  əks etdirən, cəsur və vicdannlı 

müasir cəngavərlərin obrazları olan əsərlər hələ az yaradılır. Halbuki 

real həyatda belə adamlar çoxdur! 

Bir halda ki, söhbət  ədəbiyyatdan düşdü, deməliyəm ki, sosialist 

realizmi  ədəbiyyatı  mənfı hallara qarşı mübarizədə, kommunizm 

ideallarının bərqərar edilməsi uğrunda mübarizədə, bütün dünyada 

sülhün qələbəsi uğrunda, dağıdıcı 



 

147


şər qüvvələr üzərində insan idrakının təntənəsi uğrunda mübarizədə 

həmləvərlik, hətta davakarlıq kimi bir keyfıyyətə malik olmalıdır. 

Fəzilətlərin zirvələrə doğru yolu həmişə daşlı-kəsəkli olmuşdur! 

Qətiyyətli adamların sevinc hissi süst, ətalətli. “mənə  dəxli yoxdur” 

mövqeyi tutan adamlara, xüsusilə  fırıldaqçılara, dələduzlara, xalq 

malını  oğurlayanlara heç bir zaman nəsib ola bilməz. Belələrinin 

iztirablarına kimsə şərik olmaz, onların çəkdiyi labüd cəzanı heç kim 

hədsiz dərəcədə şiddətli cəza saymaz. 

Şərə qarşı mübarizənin zirvəsində  vəziyyət kəskinləşir. Sonra 

nisbətən dinc şərait yaranır və yüksək mənəviyyat bütün həyata 

istiqamət verir. Biz idealist deyilik və iddia etmirik ki, xeyirin şər 

üzərində əbədi mütləq qələbəsinə nail olacağıq. Lakin tərəzinin haqq-

ədalət, qanunçuluq, ideyalılıq qoyulan gözünün ağır gəlməsinə nail ola 

bilərik və olmalıyıq. Sarsıntılar vardır və yenə  də olacaqdır, lakin 

bunlar dərhal qanunun, rəhbərliyin, ictimaiyyətin diqqətini cəlb 

edəcəkdir. 

Biz həyat tərzimizin  əxlaq prinsiplərini bərqərar etmək uğrunda 

mübarizədə ictimai rəyin öyrənilməsinə  və  nəzərə alınmasına xüsusi 

əhəmiyyət veririk. Deməliyəm ki, bu, işdə çox köməyimizə yetir. 

Aşkarlıq, görülən tədbirlər və onların nəticələri haqqında 

müntəzəm olaraq geniş  məlumat verilməsi, bunun üçün mətbuat 

orqanlarından, radio və televiziyadan səmərəli istifadə olunması 

sosialist demokratiyasını inkişaf etdirməkdə, kütlələrin sosial 

fəallığını yüksəltməkdə çox mühüm amildir. 

Lap bu yaxınlarda MK bürosunda biz Bakının Nərimanov 

rayonunda hüquq qaydalarının mühafizəsində və hüquq pozuntularına 

qarşı mübarizədə olan ciddi nöqsanlar haqqında məsələ müzakirə 

etdik. Hüquq-mühafizə və sovet orqanlarının rəhbərlərinə şiddətli cəza 

verməli olduq. MK-nın bu məsələyə dair qərarını respublika 

mətbuatında dərc etdik. Sonra Azərbaycan KP MK yanında ictimai 

rəyi öyrənmə və sosioloji tədqiqatlar mərkəzi zəhmətkeşlərə müraciət 

edib qərarda deyilənlər barəsində öz mülahizələrini bildirməyi xahiş 

etdi. Minlərlə  təklif, məsləhət alınmışdır. Hamısında da qərarımız 

bəyənilir. 



 

148


Təkliflərin və  məsləhətlərin bir çoxu əməli cəhətdən 

məqsədəuyğun olması ilə  fərqlənir. Məsələn, milis, məhkəmə, 

prokurorluq işçilərinin  əhali qarşısında hesabatları qayda şəklini 

almışdır. 

Bütün bunlar partiya və dövlət intizamının, kommunist əxlaqı 

normalarının pozulmasına qarşı barışmazlıq  şəraiti yaradır, mənfı 

hallara qarşı  fəal mübarizələr, sosialist həyat tərzi prinsiplərinin 

bərqərar edilməsi uğrunda mübarizlər tərbiyə edir. 

Sov.İKP qurultaydan-qurultaya möhkəmlənir və sosialist həyat 

tərzini təkmilləşdirmək problemlərinin həll olunmasında, cəmiyyətin 

idarə edilməsinə dair Lenin prinsiplərinin inkişaf etdirilməsində, sovet 

demokratiyasının inkişaf etdirilməsində, kommunizm ideallarının 

bərqərar edilməsində partiyanın xətti dərinləşir, konkret adama, onun 

həm maddi, həm də mənəvi rifahına qayğı daha da konkretləşir. 

Biz yabançı, yamaq kimi görünən nə varsa hamısından 

təmizlənmək prosesinin zəruriliyindən, “qanun hamı üçün qanundur” 

prinsipinin pozulmazlığından,  ən  əvvəl konstitusiya mənasında və 

mənəvi mənada pozulmazlığından məhz buna görə inamla danışırıq. 

Heydər Əliyeviç, poeziyanın ülvi sözləri ilə müvəffəqiyyət arzulamaq 

lap yerinə düşər.  

Nizami demişkən: 

 

“Qoy ədalət zəfər çalsın,  



Zülm məhv olub, alçalsın.  

Şərəflənsin qoy səxavət,  

Mərdlərə halaldır şöhrət”.  

 

Bəli, XII əsrin böyük Azərbaycan şairi Nizami Gəncəvi 



demişdir: 

 

“Təmkinli ol, lovğalığı, sərvəti  



At, yanıb tonqalda qoy külə dönsün!   

Əgər istəyirsən ürəyin gülə,  

Qoyma pis niyyətlər fikrinə gələ.  

Nalayiq əməllər görsən harada  

Odlu nəfəsinlə yandır, məhv elə!” 

 

149


 

Söhbəti aparmışdır: Antonina QRİQO “Literaturaaya qazeta”, 18 

noyabr 1981-ci il. 

 

1   ...   5   6   7   8   9   10   11   12   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə