GÖRKƏMLİ DÖVLƏt və elm xadiMİ ƏZİZ ƏLİyevin anadan olmasinin 120 İLLİYİ tamam olur



Yüklə 51.01 Kb.
PDF просмотр
tarix19.07.2017
ölçüsü51.01 Kb.

GÖRKƏMLİ DÖVLƏT VƏ ELM XADİMİ ƏZİZ ƏLİYEVİN  

ANADAN OLMASININ 120 İLLİYİ TAMAM OLUR 

 

Xalqımızın  şərəfli  tarixində  Vətəninə, 

xalqına  sadiq  olan  şəxslər  arasında  Azərbayca-

nın  dövlət  xadimi,  səhiyyənin  və  tibb  elminin  

görkəmli  təşkilatçısı  Əziz  Məmmədkərim  oğlu 

Əliyevin  xüsusi  yeri  var.  Əzəmətli  təbib,  təşki-

latçı,  həkim-tədqiqatçı,  pedaqoq,  maarifçi  kimi 

xüsussiyətlər bu gözəl və səmimi insana məxsus 

idi. 

Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də 



qədim  Azərbaycan  torpağının  İrəvan  quberniya-

sında  anadan  olmuşdur.  Atası  Məmmədkərim 

Kərbəlayi  Qurbanəli  oğlu  kənd  işləri  ilə  məşğul 

idi,  bəy  nəslindən  olan  anası  Zəhra  xanım  isə 

evdar qadın idi. 

Əziz Əliyev ibtidai təhsilini rus-tatar  məktəbində aldıqdan sonra İrəvandakı 

gimnaziyaya  daxil  olur  və  oranı  1917-ci  ildə  bütün  fənlər  üzrə  əla  qiymətlərlə 

bitirir.Elə  həmin  il  o,  Bakı  milyonçusu,  xeyriyyəçi  Hacı  Zeynalabdin  Tağıyevin 

maddi dəstəyi ilə Sankt-Peterburqa gedir və tələbkar alimlərin iştirakı ilə aparılan 

müsabiqədən  müvəffəqiyyətlə  keçərək  Rusiyanın  ən  qabaqcıl  ali  tibb 

müəssisələrindən sayılan Hərbi Tibb Akademiyasına daxil olur.  

Əziz  Əliyev  1918-ci  il  iyun  ayında  yay  tətilini  evlərində  keçirmək  üçün 

İrəvana gəlir və burada dəhşətli mənzərə ilə üzləşir.Həm atasının bir neçə ay əvvəl 

dünyasını dəyişməsi, həm də erməni daşnaklarının törətdikləri qanlı cinayətlər onu 

sarsıdır.Çox  böyük  çətinliklə  anası  və  qardaşını  əhalisinin  böyük  əksəriyyətini 

azərbaycanlılar  təşkil  edən  İrəvandan  Naxçıvanın  Şərur  rayonuna  keçirdə  bilirvə 

onlar  Şahtaxtı  kəndinə  gedirlər.  Ailənin  ağır  vəziyyəti  və  ermənilərin  törətdikləri 

qırğınların  fəlakətli  nəticələri  Əziz  Əliyevi  Sankt-Peterburqa  qayıtmaq,  təhsilini 

davam  etdirmək  imkanından  məhrum  edir.  Ancaq  1920-ci  ilin  may  ayında 

İrəvanda  məskən  salmış  daşnak  qoşunları  şimaldan  gələn  bolşevik  havadarlarının 

birbaşa  dəstəyi  ilə  silahlı  hücuma  keçərək  Şərur  rayonunu,  o  cümlədən  Şahtaxtı 

kəndini  yerlə  yeksan  edərək  amansız  qırğınlar  törədirlər.Qanlı  qırğından  salamat 

çıxa  bilən  və  didərgin  düşən  Şahtaxtı  əhalisi,  o  cümlədən  Əziz  Əliyevin  ailəsi 

erməni  zülmünə  tab  gətirməyərək  Arazı  keçir  və  Cənubi  Azərbaycanın  Ərəblər 

kəndində daldalanırlar. Ə.Əliyev tibbi xidmətini burada da davam etdirir və həkim 

köməkçisi kimi çalışaraq əhaliyə lazımi yardımlar göstərir.  



Anası  1920-ci  ildə  Ərəblər  kəndində  vəfat  edir.  1921-ci  ilin  iyun  ayında 

onlar,  nəhayət,  Şahtaxtı kəndinə  qayıda  bilirlər  və  Əziz  Əliyev  1923-cü  ilin  may 

ayına qədər kənddə orta tibb işçisi, həkim köməkçisi kimi çalışır. 

1923-cü  ilin  mayında  Əziz  Əliyev  Bakıya  köçür.  Bu  andan  etibarən  onun 

həyatının  yeni  mərhələsi  başlanır.  Bakıda  ilk  vaxtlar  Azərbaycan  SSR  Xalq 

Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, 

katibin  müavini  və  nəhayət,  Respublika  Xalq  Komissarlığı  Şurasının  katibi 

vəzifəsini  icra  edir.  O,  bu  çətin  və  məsuliyyətli  vəzifələrdə  çalışmaqla  yanaşı 

yarımçıq  qalmış  ali  tibb  təhsilini    Bakı  Dövlət  Universitetinin  tibb  fakültəsində 

1927-ci ildə böyük uğurla başa çatdırır və daxili xəstəliklər kafedrasında ordinator 

vəzifəsinə qəbul edilir.Əziz Əliyev sonralar həmin kafedrada aspirant, assistent və 

dosent  kimi  fəaliyyət  göstərir  və  1929-cu  ildə  Azərbaycan  Klinik  İnstitutun,  o 

institut ki, sonralar  (1935-ci   ildə)  Azərbaycan  Dövlət  Həkimləri Təkmilləşdirmə 

İnstitutu  adı  ilə  fəaliyyət  göstərir,  rektoru  vəzifəsinə  təyin  olunur.O,bu  vəzifədə 

1932-ci ilə qədər çalışır. 

Əziz  Əliyev  İkinci  Dünya  müharibəsindən  həm  əvvəlki,  həm  də  sonrakı 

illərdə  Azərbaycanda  səhiyyənin  təşkili  məsələsinə  xüsusi  diqqət  yetirmişdir.O, 

Xalq  Səhiyyə  Komissarlığı  müalicə  şöbəsinin  müdiri,  Bakı  səhiyyə  şöbəsinin 

müdiri,  Xalq  Səhiyyə  Komissarlığında  müavin,  xalq  səhiyyə  komissarı  və  digər 

vəzifələrdə  çalışarkən  Respublikanın  bütün  rayonlarını  qarış-qarış  gəzmiş,  bu 

sahədə  problemlərin  aradan  qaldırılması  üçün  əməli  tədbirlər  görmüşdür.  Həm 

özünə, həm də başqalarına qarşı son dərəcə tələbkar olan Əziz Əliyev bütün həyatı 

boyu  ölkəmizdə  tibb  elminin  inkişafına,  yüksək  ixtisaslı  kadrların  hazırlanmasına 

çalışmış və həmişə də istəyinə nail olmuşdur. 

Görkəmli alimin həyatının Azərbaycan Dövlət Tibb İnstitutu ilə bağlı parlaq 

səhifələri  Respublikanın  tibb  ictimaiyyəti,  səhiyyə  işçiləri,  professor-müəllim 

heyəti və tələbə kollektivi üçün nümunə olacaq böyük bir ömür yoludur.1930-cu il 

iyun  ayının  19-da  Bakı  Dövlət  Universitetinin  tibb  fakültəsinin  bazası  əsasında 

Azərbaycan  Dövlət  Tibb  İnstitutunun  yaradılması  və  bundan  sonrakı  çətin 

mərhələlərdə  instituta  rəhbərlik etmək böyük cəsarət tələb edirdi. Əziz Əliyev bu 

illərdə  Tibb  İnstitutunun  yaradılmasının  təşkilati  işlərinin  yerinə  yetirilməsində 

mühüm rol oynayan əsas simalardan biri olmuş və 1932-ci il iyunun 1-dən etibarən 

həmin  institutun  rektoru  vəzifəsinə  təyin  olunmuşdur.Həmin  illərdə  bir  tərəfdən 

Respublikada  yüksək  ixtisaslı  həkimlərin  hazırlanmasına ciddi ehtiyac  duyulması, 

digər tərəfdən də onların hazırlığını təmin edə bilən kadr çatışmazlığı, Azərbaycan 

dilində  tibbin  bütün  sahələri  üzrə  dərslik  və  dərs  vəsaitlərinin  yoxluğu,  tədris 

bazalarının  zəifliyi,  kitab  fondunun  lazımi  səviyyədəolmaması,  institutun  özünün 

nəşriyyatının  yoxluğu  və  digər  məsələlər  təhsil  ocağının  rektorunun  işinə  böyük 



maneələr törədirdi.  Bu problemlərin aradan qaldırılması  üçün o rahatlıq bilmədən 

çalışmış və həmin dövrdə Tibb İnstitutu bir ali təhsil ocağı kimi formalaşmışdır. 

O,  azərbaycanlı  kadrları  işə  cəlb  edərək  onların  fəaliyyət dairəsini  genişləndirmiş 

və  ana  dilində  dərsliklər,  dərs  vəsaitləri,  monoqrafiya  və  tövsiyələr  yazılmasına 

nail  olmuşdur.Beləki,1932-1935-ci  illər  ərzində  Əziz  Əliyevin  rəhbərliyi  altında 

əməkdaşlar tərəfindən Azərbaycan dilində latın qrafikası ilə 45 adda dərslik və dərs 

vəsaiti  tərtib  edilərək  tibb  təhsili  alan  tələbələrin  ixtiyarına  verilmişdir.  Bu,  o 

dövrün texniki imkanları üçün çox böyük göstərici idi. Ümumiyyətlə, 1930-1945-

ci  illərdə  Azərbaycan  Dövlət  Tibb  İnstitutunun  əməkdaşları  tərəfindən  80  adda 

dərslik  və  dərs  vəsaiti  nəşr  olunub  ki,  onun  da  55-i  Əziz  Əliyevin  instituta 

rəhbərlik etdiyi 5 il ərzindəki yaradıcı və məhsuldar dövrə təsadüf edir. 

Professor  Ə.Əliyev  Azərbaycan  Tibb  Universitetinin  əsaslı  kitabxanasının 

təşkilatçısı  və  yaradıcısıdır.  Onun  qurduğu  tibbi  kitabxana  unikal  kitabxanaya 

çevrilmiş  və  ehtiyacı  olanların  hamısı  istədiyi  vaxt  kitabxana  fondundan  istifadə 

edə  bilmişlər.Əziz  Əliyevin  rəhbərliyi  ilə  institutda"Tibb  nəşriyyatı" 

yaradılmış,onun  təşəbbüsü  ilə    "Praktiki  və  nəzəri  tibb  jurnalı"nın  nəşri  əsaslı 

surətdə  təkmilləşdirilmişdir.  1933-cü  ildə  o,  həmin  jurnalın  baş  redaktoru  təyin 

edilmişdir.  1933-cü  ildə  Əziz  Əliyevin  təşəbbüsü  ilə  Tibb  İnstitutunda  "Tibb 

kadrları  uğrunda"  adlı  çoxtirajlı  qəzetin  çapı  qaydaya  salındı.  Hazırda  bu  qəzet 

"Təbib" adı ilə Azərbaycan Tibb Universitetində çap olunmaqdadır. 

Ə.Əliyev hansı ictimai, inzibati, təşkilati işdə çalışsa da, elmi axtarışlarını bir 

an belə dayandırmadı. O, institutu bitirəndən iki il sonra 1929-cu ildə namizədlik, 5 

il  sonra  isə  doktorluq  dissertasiyasını  müdafiə  etdi.  Əziz  Əliyevin  doktorluq 

dissertasiyası  Azərbaycanda  ilk  dəfə  olaraq  SSRİ  Elmlər  Akademiyasının, 

Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin mükafatına layiq görülən dəyərli 

elmi  iş  idi.Əziz  Əliyev  1941-ci  il  mayın  13-də  Azərbaycan  SSR  xalq  səhiyyə 

komissarı  işləyərkən  SSRİ  Elmlər  Akademiyasının  Azərbaycan  filialının  rəyasət 

heyəti  nəzdində  təşkil  edilmiş  elmi  şuranın  üzvü  seçilmişdir.1956-cı  ildə  ona 

professor  elmi  adı  verilmişdir.Əziz  Əliyevin  Tibb  İnstitutuna  rəhbərlik  etdiyi 

dövrdə  11  doktorluq  və  xeyli  namizədlik  dissertasiyası  müdafiə  edilmişdir. 

Professorun  təşəbbüsü  ilə  kafedraların  nəzdində  təsis  edilmiş  aspiranturada  4  il 

ərzində 30 tibb elmləri namizədi hazırlanmışdır. Onlardan 19-u milli kadr olub. O, 

tibb  sahəsi  üzrə  milli  kadr  hazırlığını  daim  ön  plana  çəkmiş  və  onların 

yetişməsində  müstəsna  rol oynamışdır.Ə.Əliyev  hər  il  Tibb İnstitutunun  son  kurs 

tələbələrindən ən bacarıqlılarını Moskvanın  və  Sankt-Peterburqun  məşhur ali tibb 

məktəblərinə  ezam  edərək  onlara  təcrübə  toplamaları  üçün  əlverişli  şərait 

yaratmışdır.  

1933-cü  ildə Əziz Əliyevin  təklifi, təşəbbüsü  və bilavasitə  iştirakı  ilə "Tibb 

şəhərciyi"nin  inşasına  başlanıldı.  Sonralar  həmin  şəhərcikdə  tələbə  yataqxanaları 


ilə  birlikdə  nəzəri  kafedralar  üçün  tədris  korpusları  da  tikildi  və  bu  iş  ulu  öndər 

Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi dövrdə uğurla başa çatdırıldı.  

Əziz  Əliyev  İkinci  Dünya  müharibəsi  illərində  alay  polkovniki  rütbəsində 

sovet  əsgərləri  ilə  birlikdə  siyasi  rəhbər  kimi  Cənubi  Azərbaycana  ezam 

olunmuşdu.Orada  o,  yerli  əhali  ilə  yaxından  ünsiyyət  yaradaraq  onlara  ortaq 

dəyərləri çatdirmış,ordu ilə əhali arasında əlaqələri təmin etmişdir. 

Əziz  Əliyev  1941-1942-ci  illərdə  Azərbaycan  KP  MK-nın  katibi,  1942-

1948-ci  illərdə  isə  Dağıstan  MSSR  Vilayət  Partiya  Komitəsinin  birinci  katibi 

vəzifələrində  çalışaraq  özünü  bacarıqlı  dövlət  xadimi  kimi  də  göstərmişdir. 

Dağıstanda  işləyərkən  Dağıstan  zəhmətkeşləri  Əziz  Əliyevə  üzərində  onun  əksi 

həkk olunan xüsusi medalyon bağışlamışlar və bunu xalq məhəbbətindən doğan ali 

duyğuların  təntənəsinin  bariz  nümunəsi  kimi  qeyd  etmək  oıar.  Həmin  medalyon 

Azərbaycan Tarixi muzeyində saxlanılır. 

Əziz  Əliyev  1949-1950-ci  illərdə  Moskvada  Kommunist  PartiyasıMərkəzi 

Komitəsinin  inspektoru,  1950-1951-ci  illərdə  Azərbaycan  SSR  Nazirlər  Soveti 

sədrinin  birinci  müavini,  sonrakı  illərdə  Azərbaycan  SSR  Elmi-Tədqiqat 

Ortopediya  və  Bərpa  Cərrahlığı  İnstitutunun  direktoru  vəzifələrində 

işləmişdir.1956-cı ildə Əziz Əliyev Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə 

İnstitutunun rektoru olmuşdur. İnstitutun tarixinin bir çox şanlı səhifələri  onun adı 

ilə  bağlıdır.  Onun  rəhbərliyi  dövründə  institutun  kafedralarının  Bakının  iri 

xəstəxanalarında  yerləşdirilməsi  nəticəsində  elmlə  təcrübənin  vahid  istiqamətdə 

fəaliyyəti təmin edilmiş və həmin kafedralar respublika əhalisinə yüksək səviyyəli 

ixtisaslı yardımgöstərən  mərkəzlərə çevrilmişlər.  Bu dövrdə institutun kafedra və 

laboratoriyaları  genişləndirilmiş,  maddi-texniki  bazası  möhkəmləndirilmişdir. 

1950-ci  ilin  sonundan  başlayaraq,  institut  SSRİ  tərkibində  olan  respublikaların 

tələbatına  və  sifarişinə  əsasən,  ali  təhsilli  tibb  kadrlarının  təkmilləşdirilməsi  və 

ixtisaslaşmasını həyata keçirməklə yanaşı, Bolqarıstan, Monqolustan, İran, Türkiyə 

və  Yəmən  kimi  ölkələr  üçün  də  təbabətin  müxtəlif  sahələri  üzrə  həkimlərin 

hazırlanmasını  həyata  keçirmişdir.Artıq  1960-cı  ildə  institutda  16  tibb  elmləri 

doktoru,  professor,  17dosent  və  27-i  tibb  elmləri  namizədi  olmaqla  58  assistent 

fəaliyyət göstərirdi. Ə.Əliyevin rəhbərliyi dövründə maddi çətinliklərə baxmayaraq 

621 elmi-tədqiqat  işi  yerinə  yetirilir  və onların sayı 488  məqalədə  öz  əksini tapır. 

Aparılmış elmi-tədqiqat işlərinin nəticələri əsasında institut əməkdaşları tərəfindən 

14  monoqrafiya  çap  olunur,  təkcə  1960-cı  ildə  6  doktorluq  və  42  namizədlik 

dissertasiyaları müdafiə olunur. Eyni zamanda İnstitut kitabxanasının fondları 10 il 

ərzində 2 dəfədən çox artırılaraq təxminən 33 min nüsxəyə çatdırılır, ayrılan büdcə 

vəsaitlərinin bu dövr ərzində 4mln rubldan 5,5 mln rubla çatdırılır. 

Əziz Əliyevin vətən və xalq qarşısındakı misilsiz xidmətləri görkəmli həkim 

və alim, əla səhiyyə təşkilatçısı və səriştəli rəhbər və təcrübəli dövlət xadimi kimi 


yüksək  qiymətləndirilmişdir.  O,  iki  dəfə  Lenin  ordeni,  Qırmızı  Əmək  Bayrağı 

ordeni,  I  dərəcəli  Vətən  müharibəsi  ordeni,  "Səhiyyə  əlaçısı"  döş  nişanı,  bir  çox 

medallar  və  çoxsaylı  fəxri  fərmanlarla  təltif  edilmişdir.1960-cı  ildə  Əziz  Əliyevə 

"Azərbaycan  SSR  əməkdar  həkimi"  fəxri  adı  verilmişdir.Rektor  kimi  fəaliyyət 

göstərdiyi  Azərbaycan  Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutu,  Bakının 

mərkəzi  küçələrindən  biri,  Mahaçqalada  bir  küçə  bu  görkəmli  dövlət  və  elm 

xadiminin  adını  daşıyır.  Ə.Əliyev  I-II  çağırış  SSRİ  Ali  Sovetinin  deputatı 

seçilmiş,həmçinin Azərbaycan SSR Ali Sovetinin I-III çağırış, Dağıstan MSSR Ali 

Sovetinin II çağırış deputatı olmuşdur.  

1998-ci  il  may  ayının  14-də  dövlət  səviyyəsində  Əziz  Əliyevin  anadan 

olmasının  100  illik  yubileyi  keçirilərkən  yubiley  təntənələrində  çıxış  edən 

ümummilli  liderimiz  Heydər  Əliyev  Əziz  Əliyevin  zəngin  həyat  yolunun  və 

dəyərli  yaradıcılığının  bizə  məlum  olmayan  məqamlarının  incəliklərindən  ətraflı 

söhbət  açmışdı.XX  əsrin  30-cu  illərinin  ağır  repressiya  illərində  Azərbaycanda 

milli  həkim  kadrlarının  böyük  bir  dəstəsini  səbəbsiz  işgəncələrdən,  vaxtsız 

ölümdən  xilas  etmiş  Əziz  Əliyevin  özü  50-ci  illərin  əvvəllərində  haqsız  olaraq 

təqiblərə məruz qalmışdır. Bu haqda danışarkən ulu öndər demişdir: "Əziz Əliyev 

mənə  danışırdı  ki,  o,  1938-ci  il  repressiyalarından  möcüzə  nəticəsində  xilas 

olmuşdur. Onu sonralar, 50-ci illərin əvvəllərində repressiya etdilər. İşdən çıxarıb 

Ortopediya  və  Bərpa  Cərrahiyyəsi  İnstitutunun  direktoru  təyin  etdilər,  amma 

tezliklə  bu  vəzifədən  də  çıxartdılar.Professoru,  elmlər  doktorunu,  bu  qədər 

xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına adi həkim göndərdilər və o, üç il 

orada  işlədi.  Lakin  xoşbəxtlikdən  bu  uzun  sürmədi  və  o  yenidən  öz  layiqli 

qiymətini  aldı,  onun  əvvəlki  şan-şöhrəti  özünə  qaytarıldı".Heydər  Əliyev  öz 

çıxışına  davam  edərək  Əziz  Əliyevin  alimə  xas  olan  xüsusiyyətlərin  incəliklərinə 

yaxşı  bələd  olduğunu  söyləmiş  və  onun  insani  keyfiyyətlərindən  də  danışmışdır: 

"Azərbaycanda  və  Dağıstanda  işlədiyi  illərdə  o,  elm  xadimləri  ilə  sıx  təmasda 

olurdu. Bütün tibb professorları onun dostları idi, onların çoxunu o hazırlayıb irəli 

çəkmişdi.  Azərbaycan  incəsənəti  və  ədəbiyyatının  Üzeyir  Hacıbəyov,  Müslüm 

Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və 

bir  çox  başqaları  kimi  görkəmli  xadimlərilə  onun  çox  yaxın,  mehriban,  ailəvi 

münasibətləri  vardı.  Bütün  bunlar  ona  görə  olurdu  ki,  o,  çox  ziyalı  bir  adam  idi, 

yüksək  səviyyədə  savadlı,  mədəni  adam  olduğuna  görə  həmişə  məhz  bu  mühitlə 

təmasda  olmağa  çalışırdı.  Həmin  adamlar  da  onunla  yaxın  olmaq  istəyirdilər.  O, 

hər cəhətdən gözəl insan idi". 

Əziz  Məmmədkərim  oğlu  Əliyev  yüksək  rəhbərlik  qabiliyyətinə  malik, 

prinsipial,  çox  məsuliyyətli,  tabeliyində  olan  işçilərə  qarşı  daim  xoş  münasibətdə 

olan,  sözün  əsil  mənasında  böyük  dövlət  və  səhiyyə  təşkilatçısı,  görkəmli  bir 

şəxsiyyət kimi qalmışdır. Onun kimi oğullar dünyaya hər zaman gəlmir. Onun kimi 


oğullar  Azərbaycanı  yaşadır.  Onun  kimi  oğullar  Azərbaycanı  yaşadır  və  daim 

yaşadacaqdır! 

 

 

Əziz  Əliyev ad. Azərbaycan  



Dövlət Həkimləri Təkmilləşdirmə  

İnstitutunun Rektoru,  professor                                  N.A.QASIMOV 




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə