:
C=Q / U
Kondensatorun tutumu onun həndəsi ölçülərindən və lövhələr arası
fəzanı dolduran mühitin dielektrik nüfuzluğundan
asılıdır.Kondensatorlann elektrik xarakteristikaları,konstruksiyası və
tətbiq sahələri onların lövhələri arası fəzanı dolduran dielektrikin
növündən asılıdır. Dielektrikin növüne göre sabit kondensatorlar beş
qrupa bölünür: qazaoxşar dielektrikli-hava, qaz, vakuum; maye
dielektrikli; bark qeyri- üzvi dielektrikli- keramik, şüşə-keramik, slüda
ve s.; bark üzvi dielektrikli-kağız, metalkağız, floroplast;oksid
dielektrikli-elektrolit, oksid- yarımkeçirici, oksid-metal. Kondensatorlar
nominal Cave Ci tutumlan ilə fərqləndirilir. Nominal tutum
kondensatoru müşayiət edən sənədlərdə göstərilir, faktiki tutumisə
verilmiş temperatur və məlum tezlikdə ölçülür.
Bu amsal, ətraf mühitin temperaturu 1K dəyişəndə kondensatorun
tutumunun dəyişməsini göstərir.Kondensatorda istifadə olunan
dielektrikin materialından asılı olaraq D (TTO) müsbət, sıfır və mənfi
ola bilər. Onun qiyməti, verilmiş tezlikdə kondensatorun markasında
hərf, rəqəm və ya rəngli kodla göstərilir. Tutumun temperatur
əmsalının normalaşmış qiymətindən kənara çıxmasının buraxıla bilən
qiymətinə görə kondensatorlar iki sinfə bölünürlər: A və B. A sinfindən
olan kondensatorlarda e(TTO) emsalı B sinfinden olanlardan 2-2,5
dəfə azdır. Müəyyən α
c
- ye malik tutum almaq üçün, müxtəlif tutuma
və TTƏ-yə malik olan kondensatorların paralel, ardıcıl və qarışıq
birləşməsindən istifade edilir. Kondensatorda akustik küyler, Kulon ve
elektrodinamik qüvvələrin təsiri nətiəsində onun lövhələrinin titrəyişi
nəticəsində yaranır. Elektrolit tipli kondensatorlardan başqa, digərləri
üçün onlara gərginliyin işarəsinin əhəmiyyəti yoxdur. Elektrolit
kondensatorlar qütblü veqütbsüz (K50-6) olurlar. Bu
kondensatorlarda dielektrik kimi nazik metal oksid təbəqədən İstifadə
edilir. Oksid təbəqəsi ventil (açar) xassəsinə malik olduğundan,
elektrolit kondensatorlar qütblü olurlar. Onlara gərginliyin qoşulması,
elektrodlarda göstərilən qütblüyü nəzərə almaqla yerinə yetirilir.
Elektrolit tipli kondensatorlarda dielektrik təbəqənin nazikliyi və
dielektrik nüfuzluğunun böyük olması böyük tutumlu
kondensatorların hazırlanmasına imkan verir. Elektrolit
kondensatorlann esas parametrlərindən biri Isc sızma cərəyanıdır:
Burada: K və m- uyğun olaraq, kondensatorun növündən və
tutumundan asılı olan emsallardır (K=10⁴÷2*10⁶; m=0÷10² mA);
Chom, Unom uyğun olaraq, kondensatorun nominal tutumu və
gərginliyidir. Isc cǝrǝyanı kondensatora sabit gərginlik veriləndən
birdəqiqə sonra təyin olunur.Kondensatorların şərti işarələri şək. 1.12-
də göstərilmişdir.
Tutumu idarə olunan kondensatorlar dəyişən və sazlayıcı
kondensatorlar adlanır. Bu növ kondensatorların tutumu mexaniki və
elektrik üsulları ilə dəyişdirilə bilir. Mexaniki üsulla tutumun
dəyişdirilməsi kondensatorun bir qrup lövhəsinin digərinə nəzərən
paralel olaraq yerdəyişməsi nəticəsində baş verir. Bu zaman bu
lövhələrin bir-birini qarşılıqlı örtməsi sahəsinin və ya onlar arasında
məsafənin dəyişməsi nəticəsində tutum dəyişir.
Dəyişən kondensatorda tutum qiymətinin maksimal dəyişməsi 600-
5000 pF-dan çox olmur. Bu zaman tutumun dəyişmə
qanunauyğunluğu lövhələrin formasının seçilməsindən asılı olaraq
dəyişir. Dəyişən kondensatorlar üçün onların tutumunun maksimal
CMAX və minimal Cmin qiymətləri, tutuma göre örtmə əmsalı
Kc=Cmax/Cmin, TTƏ, tgd va tutumun dəyişmə qanunauyğunluğu
böyük əhəmiyyət kəsb edir. Elektronikada, tutumu elektrik sahəsinin
gərginliyindən asılı olan və qeyri- xətti qanunla dəyişən
kondensatorlardan geniş İstifade olunur. Bu kondensatorların C=q/U
statik tutumları ile diferensial tutumlan C
dif
=dq/dU heç zaman eyni
olmur. Seqnetoelektrik (spontan polyarlaşmaya malik keramik
dielektrik) əsasında yaradılan qeyri- xətti kondensatorlar varikond, p-
n keçidinin xassəsinə əsaslananlar isə varikap adlanır.
Ədəbiyyat siyahısı
R.Z.Kazimzadə Elektronika elektrotexnika Baki-2013
A.Ə.Hacıyev Elektronika Elektrotexnika
Dostları ilə paylaş: |