§2.Azərbaycan dilinin dialekt və şivələrində
1
Tahirov İ.Azərbaycan və ingilis dillərində zaman kateqoriyası.Bakı, “Nurlan”,
2007, s. 9.
2
Керимов Я.Времена глагола в азербайджанском и казахском языках. АКД.
Баку, 973,32 c; Sadıqov R.Müxtəlifsistemli dillərdə obyektiv və qrammatik
zaman əlaqələri. Bakı,“Nurlan”, 2004,115 s; Cahangirov F. İngilis dilində perif-
rastik zaman formaları və onların Azərbaycan dilində ifadə formaları. NDA. Bakı,
2000, 23 s; Öksüz A.M.Müasir türk və Azərbaycan dillərində felin zamanları.
NDA.Bakı,2003,27 s; Гусейнова Л.Система длительных времен глагола. АКД.
Баку, 2005,22 c; Cəfərova B.İngilis və Azərbaycan dillərində felin zamanları
sistemi. DDA. Bakı, 2006, 34 s; Həsənova G.Fel zamanlarının müqayisəli tipolo-
giyası. Diss... f.e.n.. Bakı, 2009, 132 s.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
19
felin zamanları
Ədəbi dildən fərqli olaraq türk dillərinin dialekt və
şivələrində felin zamanlarını araşdırarkən bir sıra müx-
təlif və ədəbi dildə rast gəlinməyən ifadə vasitələri və
ya morfoloji əlamətləri meydana çıxır. Eləcə də, zaman
formaları, onların formal əlamətləri ilə bağlı elə xüsu-
siyyətlər aşkarlanmışdır ki, bunlar Azərbaycan ədəbi di-
lində müşahidə olunmadığı halda, digər türk ədəbi dil-
lərinin əsas morfoloji əlamətlərindən sayılır.
Məsələn, müasir Azərbaycan ədəbi dilində müşahidə
olunmayan, amma dialekt və şivələrimizdə özünü göstə-
rən -adu, -ədü indiki zaman şəkilçisi, şəxs sonluqlarının
bəzən işlənməməsi, qeyri-qəti gələcək zamanın inkarın-
da şəxslər üzrə, xüsusilə, birinci şəxsin təkinin müxtəlif
variantlarla ifadəsi, -acaq, -əcək gələcək zaman şəkil-
çisinin -cak formasında işlənməsi digər türk ədəbi dil-
lərinin morfoloji əlamətlərindəndir. Dialekt və şivələri-
mizdə zaman formalarının bir sıra morfoloji əlamətləri
digər türk ədəbi dillərində olmasa da,dialektlərində özü-
nü göstərir. Bu mənada Azərbaycan dialektoloqlarının
felin zamanları ilə bağlı araşdırmalarına xüsusi yer ayır-
maq, bizcə, məqsədəuyğundur.
M.Şirəliyev felin zamanlarını xüsusi kateqoriya de-
yil, xəbər şəkli kimi təqdim edir.O, xəbər şəklini sadə
və mürəkkəb xəbər şəkillərinə ayırır. Müəllif ənənəvi
bölgüyə sadiq qalaraq Azərbaycan dilinin dialekt və şi-
vələrində felin keçmiş, indiki, gələcək zamandan, keç-
miş zamanın şühudi və nəqli keçmiş, gələcək zamanın
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
20
qəti gələcək və qeyri-qəti gələcək zamandan ibarət ol-
duğunu yazmış və onların geniş şərhini vermişdir
1
.
Quba dialektini tədqiq edən R.Rüstəmov bu dialekt-
də 3 qrammatik zamanda – keçmiş, indiki, gələcək za-
manlarda 5 zaman – şühudi keçmiş, nəqli keçmiş, indiki,
qəti gələcək, qeyri-qəti gələcək zaman formalarının ol-
duğunu göstərməklə yanaşı, keçmiş zamanın uzaq keç-
miş, bitməmiş keçmiş, qəti gələcəkli keçmiş, qeyri-qəti
gələcəkli keçmiş formalarından da bəhs etmişdir
2
.
Lakin “Azərbaycan dilinin dialekt və şivələrində fel”
adlı əsərində bu fikrindən daşınan müəllif, sadə xəbər
şəkli + idi(və ya imiş)-dən ibarət olan mürəkkəb şəkli,
əslində, heç bir yeni zaman məfhumu ifadə etmədiyini
yazmışdır
3
. Beləliklə, R.Rüstəmov da dialekt və şivələ-
rimizdə felin üç – 1. keçmiş (olduğunu şühudi keçmiş,
nəqli keçmiş); 2.indiki; 3.gələcək(qəti gələcək,qeyri-qə-
ti gələcək) zamanlarının olduğunu qəbul edir
4
.
M.İslamov Şəki dialektində felin xəbər şəkilinin 3
zamanla ifadə olunduğunu yazır: keçmiş, indiki və gə-
ləcək zamanlar.Keçmiş zamanın 2– şühudi və nəqli keç-
miş, eləcə də, gələcək zamanın 2 formasını qəti və qey-
ri-qəti gələcək zaman formalarını göstərmişdir. Qeyd
edək ki, müəllif xəbər şəklini sadə və mürəkkəb forma-
1
Şirəliyev M.Azərbaycan dialektologiyasının əsasları.Bakı,1962,s.207-
248.
2
Rüstəmov R.Ə.Quba dialekti.Bakı,1961,s. 162-167.
3
Rüstəmov R.Ə.Azərbaycan dilinin dialekt və şivələrində fel.Bakı,1965,
s.186.
4
Yenə orada. s. 187.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
21
larına ayırsa da, mürəkkəb xəbər şəkli haqqında məlu-
mat vermişdir. O, mürəkkəb xəbər şəkli adı altında yal-
nız hekayə formasını göstərməklə kifayətlənmiş, eyni
zamanda bu dialektdə mürəkkəb xəbər şəklinin rəvayə-
tinə də təsadüf olunduğunu söyləmiş, lakin çox da sə-
ciyyəvi olmadığı üçün ayrica bəhs etməyi lazım bilmə-
mişdir
1
.
Azərbaycan dilinin Muğan qrupu dialekt və şivələ-
rində felin zamanları ayrıca başlıq altında deyil, xəbər
forması adı altında təqdim olunur. Burada felin 3 zaman
və 5 forması haqqında məlumat verildikdən sonra
mürəkkəb fel formalarından söhbət açılır.
Müəllif burada fel formalarının yalnız hekayəsinin
işləndiyini yazır
2
. “Xəbər formasının hekayəsi” başlığı
altında uzaq keçmiş, bitməmiş keçmiş, gələcəkli keçmiş,
müzareli keçmiş formaları verilir.
Azərbaycan dilinin Qərb qrupu dialekt və şivə-
lərində də felin keçmiş, indiki, gələcək zamanlarında 5
formanın olduğu göstərilir
3
.
Burada da xəbər şəkli dedikdə, əsasən, uzaq keçmiş,
bitməmiş keçmiş, qəti gələcəkli keçmiş və qeyri-qəti
gələcəkli keçmiş nəzərdə tutulur.
Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələrini
o biri dialekt və şivələrdən fərqləndirən şəkilçilər indiki
və qəti gələcək zamanlara aiddir. Zaman formaları
1
İslamov M.İ.Azərbaycan dilinin Nuxa dialekti.Bakı, 1968, s.114-133.
2
Azərbaycan dilinin Muğan qrupu şivələri.Bakı, 1955, s.124.
3
Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələri. I cild, Bakı, Azərb.
SSR. EA nəşriyyatı, 1967, s. 112-131.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
22
dəyişməz qalsa da, onların morfoloji əlamətləri digər
dialekt və şivələrdə olduğu kimi, burada da öz rənga-
rəngliyi ilə seçilir.
§3. Felin zamanları türkoloji tədqiqatlarda
Türk dillərində fel zamanlarının tarixi baxımdan
tədqiqi də dilçilərin diqqət mərkəzindən kənarda qalma-
mış və bununla bağlı bir sıra məqalələr, dissertasiyalar
yazılmışdır. Bununla yanaşı dilin tarixi qrammatikasına
həsr olunmuş bir sıra əsərlərdə, daha sonra abidələrin
tədqiqinə həsr olunmuş əsərlərdə də felin zamanları öz
əksini tapmışdır.
Türk dillərində felin zamanlar sistemi ilə bağlı, on-
ların sayının müəyyənləşməsi ilə əlaqədar olaraq türko-
loji ədəbiyyatda da fikir müxtəlifliyi və mübahisəli
məqamlar, haçalanmalar və ziddiyyətlər mövcuddur.
Türkologiyada zaman formalarının bölgüsü bir neçə
prinsip üzrə aparılır.
Bu prinsirlərdən biri ondan ibarətdir ki, dilçilər fel
zamanlarını keçmiş, indiki, gələcək zaman formalarına
ayırmaqla və hər bir zaman formasının morfoloji əla-
mətlərini göstərməklə tədqiq etmişlər. İkinci fikir ondan
ibarətdir ki, zaman formaları sadə və mürəkkəb olmaqla
iki hisəyə ayrılır. Sadə zaman formalarına qəti keçmiş
zaman, nəqli keçmiş zaman, indiki zaman, qəti gələcək
zaman, qeyri-qəti gələcək zaman; mürəkkəb zaman for-
malarına isə idi, imiş hissəcikli formalar daxil edilir.
Üçüncü qrup dilçilər isə idi, imiş hissəcikli mürəkkəb
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
23
zaman formalarını keçmiş zaman forması kimi göstərir
və keçmiş zamanın sayını lüzumsuz şəkildə artırırlar.
A.N.Kononov 1961-ci ildə nəşr olunan “Müasir
özbək ədəbi dilinin qrammatikası” əsərində felin za-
manlarını sadə və mürəkkəb olmaqla 2 yerə ayırmışdır.
Müəllif indiki-gələcək zaman, indiki konkret zaman,
indiki davamedici zaman, qəti keçmiş zaman, perfektli
keçmiş zaman, subyektiv keçmiş zaman, ehtimal bildirən
gələcək zaman, qəti gələcək zaman, tarixi qəti gələcək
zaman olmaqla felin 9 sadə zaman formasını göstərmiş,
keçmiş zamanın mürəkkəb formalarını uzaq keçmiş
zaman, qeyri-müəyyən imperfekt, müəyyən imperfekt,
davamlı keçmiş zaman formalarına ayırmışdır
1
.
“Tuva dilinin qrammatikası” kitabında felin za-
manları felin xəbər şəkli adı altında təqdim edilmiş və
xəbər şəklinin keçmiş, indiki və gələcək zaman kimi 3
zaman formasından ibarət olduğu göstərilmişdir. Əsərdə
felin keçmiş zaman forması 5 yerə ayrılır:
1.
qəti keçmiş zaman;
2.
-kan şəkilçili qeyri-müəyyən keçmiş zaman;
3.
-p-tır şəkilçili nəqli keçmiş zaman;
4.
-çık şəkilçili ritorik keçmiş zaman;
5.
-pışaan şəkilçili indiki keçmiş zaman.
Tuva dilində indiki zaman 2 formaya malikdir:
1.
konkret indiki zaman;
2.
uzaq indiki zaman.
1
Кононов А.Н. Грамматика современного узбекского литературного
языка. М.-Л., Изд. АН. СССР, 1960, с. 208-232.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
24
Əsərdə gələcək zamanın da 2 forması göstərilir:
1. indiki-gələcək zaman;
2. gözlənilən gələcək zaman
1
.
L.A.Pokrovskaya felin zamanlarını felin şəkil kate-
qoriyası daxilində təqdim edir.
O,əksər türk dillərində olduğu kimi, qaqauz dilində
də felin zamanlarını sadə və mürəkkəb formalara ayırır
və sadə formalarından bəhs edir:indiki zaman, qeyri-
müəyyən gələcək zaman, müəyyən gələcək zaman, mə-
lum keçmiş zaman, qeyri-məlum keçmiş zaman. Zama-
nın mürəkkəb formalarına isə aşağıdakı zaman formala-
rını daxil edir:qeyri-müəyyən keçmiş zaman, keçmiş-gə-
ləcək zaman, məlum uzaq keçmiş zaman, qeyri-məlum
uzaq keçmiş zaman
2
. Bununla da, müəllif qaqauz dilin-
də xəbər şəklinin beş sadə formasının və dörd mürəkkəb
formasının olduğunu qeyd edir.
“Qaqauz dialektlərində indiki zamanın iki əsas for-
ması ayrılır:1)-er//-eer şəkilçili forma mərkəzi dialektdə
-ıer/-ıeer diftonqu ilə, yaxud yarımuzun -ee·r/-e kimi tə-
ləffüz olunur(məsələn, alıer>alee ·r “alır”, gidier>gide
1
Исхаков Ф.Г., Пальмбах А.А. Грамматика тувинского языка. Фоне-
тика и морфология. Москва, ИВЛ, 1961,
с. 365-391.
2
Покровская Л.А. Грамматика гагаузского языка. Фонетика и мор-
фология. Москва, «Наука», 1964,
с. 179-203.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
25
·r “gedir”); 2)Cənub dialektində -ıy//-iy şəkilçili forma
işlənir (məsələn, alıy “alır”, gidiy “gedir”)”
1
.
Kazan-tatar dilində felin xəbər şəkli iki hissəyə ay-
rılır:sadə zaman formaları (qadi zaman formaları) və
mürəkkəb zaman formaları (katlaulı zaman formaları).
Sadə zaman formalarına 5 zaman forması daxil edi-
lir:
indiki zaman(xəzerge zaman),
müəyyən keçmiş (bilgele ütkən zaman),
qeyri-müəyyən keçmiş (bilgesez ütkən zaman),
müəyyyən gələcək (bilgele kiləçək zaman),
qeyri-müəyyən gələcək (bilgesez kiləçək zaman).
Mürəkkəb zaman formaları dedikdə isə əsasən,
aşağıdakılar nəzərdə tutulur:
1.
-a(ıy) ide analitik formalı mürəkkəb keçmiş zaman,
2.
-a(ıy) torqan ide formalı mürəkkəb keçmiş zaman,
3.
-qan ide formalı mürəkkəb keçmiş zaman,
4.
-qan bar (-qan yuk) formalı mürəkkəb keçmiş zaman,
5.
-qan bulqan formalı mürəkkəb keçmiş zaman,
6.
-açak ide formalı mürəkkəb keçmiş zaman,
7.
-ır ide formalı mürəkkəb keçmiş zaman
2
.
E.İ.Korkina felin zamanlarını felin şəkilləri daxi-
lində təqdim edir. Müəllif yakut dilində felin zamanla-
rının sayını ona çatdırır və zamanlara bu formaları aid
edir: indiki-gələcək zaman, gələcək zaman, yaxın keçmiş
1
Покровская А.А. Эволюция формы настоящего времени глагола в
диалектах гагаузского языка. // Вопросы диалектологии тюркских
языков. Уфа, 1985, БФАН СССР, с.72.
2
Татарско русский словарь. М., Советская энциклопедия, 1966,
с. 841-846.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
26
(müəyyən, qəti) zaman, nəqli uzaq keçmiş zaman, nəti-
cəli keçmiş zaman I, nəticəli keçmiş zaman II, epizodik
keçmiş zaman, bitməmiş keçmiş zaman(imperfekt), uzaq
keçmiş zaman, epizodik uzaq keçmiş zaman.
Göründüyü kimi, E.İ.Korkina yalnız felin 8 keçmiş
zaman formasını qeyd edir
1
. Bundan əlavə, o, felin za-
manları, onların məna xüsusiyyətləri haqqında və yalnız
iki zaman formasının – yaxın keçmiş (müəyyən, qəti) və
bitməmiş keçmiş(imperfekt) haqqında geniş məlumat
verir.
Noqay dilində -qan, -qen,-kan, -ken şəkilçisi ilə
düzələn qeyri-müəyyən keçmiş və -dı, -di, -du, -dü şə-
kilçisi ilə formalaşan qəti keçmiş zaman formalarından
başqa daha 5 zaman formasının olduğu göstərilir:
1.
bitməmiş keçmiş I - -a, -e, -y + edi;
2.
bitməmiş keçmiş II - -ar/-er +edi;
3.
davamlı keçmiş və ya daimi(sabit) keçmiş – -a, -e, -y
taqan + edi;
4.
uzaq keçmiş (plyuskvamperfekt) –qan + edi;
5.
gələcək- keçmiş – -ayak +edi
2
.
Göründüyü kimi, “edi” hissəciyinin köməyi ilə dü-
zələn mürəkkəb formalar sadə formanın tərkibinə qatı-
laraq verilir. Noqay dilində indiki zamanın 3 –indiki-gə-
ləcək zaman, davamlı gələcək zaman, hal-hazırki indiki
1
Коркина Е.И.Наклонения глагола в якутском языке.Москва,«Наука», 1970,
с. 33-137.
2
Грамматика ногайского языка.Фонетика и морфология.Ч.I.Черкесск. Кара-
чаево-черкессое отделение ставропольского книжного издательства. 1973, с.
232-242.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
27
zaman; gələcək zamanın isə 2 – qeyri-müəyyən gələcək
və müəyyən gələcək zaman formalarından bəhs olunur.
Beləliklə, noqay dilinin qrammatikasına həsr olun-
muş həmin kitabda felin zamanlarının 12 forması
1
haq-
qında məlumat verilir.
1970-ci ildə nəşr olunmuş “Türkmən dilinin qram-
matikası”nda felin mürəkkəb formaları keçmiş zamanın
sadə formaları ilə birlikdə təqdim edilir.Burada felin za-
manları indiki, keçmiş və gələcək zaman olmaqla aşağı-
dakı zaman formalarına bölünür:
qəti keçmiş(-dı
4
),
müəyyən imperfekt (-yardı
2
),
qeyri-müəyyən imperfekt (-ardı
2
),
məqsədli keçmiş (-жакды
2
),
uzaq keçmiş(-ıpdı
4
),
qeyri-müəyyən nəqli keçmiş(-an
2
),
subyektiv keçmiş (-ıpdır
4
),
ümumi indiki zaman (-yar
2
),
konkret indiki zaman(du:r, otı:r, yatı:r, yö:r),
ehtimal indiki zaman (-yandır
2
),
keçmiş indiki zaman (-amok
2
,-aŋok
2
, -anok
2
),
qeyri-qəti gələcək(-ar
2
), qəti gələcək(-жак
2
)
2
.
Lakin biz zaman formalarının sayının lüzumsuz
artırılmasını düzgün hal hesab etmirik.
Грамматика ногайского языка.Фонетика и морфология.Ч.I.Черкесск. Кара-
чаево-черкессое отделение ставропольского книжного издательства. 1973, s
222-242.
2
Грамматика туркменского языка.Ашхабад,“Ылым”,1970,
с.257-280.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
28
İlk növbədə, qeyd etmək istərdik ki, qəti və nəqli
keçmiş zaman formalarından başqa keçmiş zaman da-
xilində təqdim olunan digər formalar mürəkkəb forma-
lardır.
İndiki zaman formasının sayının müəyyənləşməsi-
nə gəlincə, burada da fikir ayrılığı vardır. Belə ki, əgər
“Türkmən dilinin qrammatikası”nda indiki zamanın 4
forması haqqında geniş izahat verilirsə, A.P.Potseluyev-
ski türkmən dilində indiki zamanın yalnız iki formasın-
dan bəhs edir. A.A.Yuldaşev isə bütün türk dillərində
“edi” hissəcikli bütün mürəkkəb formaları xəbər şəkli-
nin analitik formaları adlandırır
1
.
Beləliklə, söylənilən fikirlərin yekunu olaraq, deyə
bilərik ki, rus dilçiləri felin zamanlar sistemində keçmiş
zaman forması ilə bağlı iki fikir yürüdürlər.
Bunlardan birincisi ondan ibarətdir ki, dilçilər felin
keçmiş zaman formasının sayını artıraraq təqdim edir-
lər. Bu rəqəm, əsasən, 5-12 arasında dəyişir. Digər qrup
dilçilər isə, felin zamanlar sistemini sadə və mürəkkəb
formalara ayıraraq keçmiş zamanda təqdim olunan for-
maların bir qismini mürəkkəb formalara daxil edirlər.
K.M.Musayevin 1964-cü ildə nəşr olunmuş “Ka-
raim dilinin qrammatikası” əsərində qeyd olunur ki,
ümummilli karaim dili olmadığı üçün yalnız onun dia-
lekt materialları əsasında araşdırmalar aparmaq müm-
kündür. Müəllif karaim dilində felin üç zaman forma-
1
Юлдашев А.А. Аналитические формы глагола в тюркских языках.
Москва, «Наука», 1965,
с. 128-198.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
29
sının olduğunu göstərir:keçmiş, indiki və gələcək. Keç-
miş zaman özü də iki hissədən ibarətdir:qəti keçmiş za-
man və həyata keçməmiş keçmiş zaman. İndiki zamanın
yalnız bir morfoloji göstəricisi(-a//-e//-y) olduğundan
indiki zamanın bir formasına təsadüf olunur. Eyni söz-
ləri gələcək zaman forması haqqında da söyləmək olar.
Belə ki, karaim dilində gələcək zamanın da bir forması
vardır
1
.
V.İ.Rassadin tofalar dilində felin zamanlarını za-
man kateqoriyası adı altında təqdim edir. O, zaman for-
malarını sadə və mürəkkəb olmaqla iki yerə ayırır və
felin zamanlarını 3 yerə bölür:keçmiş zaman, indiki za-
man və gələcək zaman.
Müəllif keçmiş zamanı 3 – qəti keçmiş zaman, per-
fektiv keçmiş zaman, subyektiv keçmiş zaman, indiki za-
manı 3 – adi indiki zaman, konkret indiki zaman, da-
vamlı indiki zaman, gələcək zamanı isə 2 – qəti gələcək
zaman, ehtimal bildirən gələcək zaman formalarına ayı-
rır
2
.
D.Q.Tumaşeva “Хəзерге татар əдəби теле мор-
фологиясе” adlı əsərində felin zamanlarını sintetik ana-
litik zamanlar deyə iki yerə ayırır: Sintetik zamana xə-
zerqe, kateqorik, nəticəle, kiləçək I, kiləçək II; analitik
1
Мусаев К.М. Грамматика караимского языка. Фонетика и морфоло-
гия. Москва, «Наука», 1964, с. 281.
2
Рассадин В.И.Морфология тофаларского языка в сравнительном ос-
вещении. Москва, «Наука», 1978, с. 200-218.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
30
zamana təmamlanmaqan, küptən, ütkən, kabatlaulı üt-
kən, kiləçək ütkən zaman formalarını daxil edir
1
.
D.Q.Tumaşeva barabin tatarlarının dilində felin za-
manlarını xəbər şəkli adı altında təqdim edir
2
.
Digər türk dillərində olduğu kimi, barabin tatarları-
nın dili də 10 qrammatik zaman formasından ibarət olan
3 məntiqi zaman kateqoriyasını özündə əks etdirir: in-
diki zaman, keçmiş zaman və gələcək zaman. Müəllif
indiki zamanın 4 formasını – indiki I, indiki II, konkret
indiki zaman, davamlı indiki zaman; gələcək zamanın 3
formasını - gələcək I(indiki-gələcək zaman), gələcək II
(ehtimal bildirən gələcək zaman), gələcək III (gözləni-
lən gələcək zaman); keçmiş zamanın 3 formasını – qəti
keçmiş, subyektiv keçmiş, perfektli keçmiş zaman
formalarını göstərir.
1974-cü ildə nəşr olunmuş “Хəзирги қарақалпақ
тили” adlı kitabda felin zaman kateqoriyası ötken mə-
ҳəl, ҳəzirqi məҳəl, keler məҳəl olmaqla üç yerə ayrılmış-
dır. Keçmiş zamana (ötken məҳəl) aşağıdakı formalar
daxil edilir:
1) anıқ ötken məҳəl (-dı, di, -tı, -ti)
2) nətiyjeli ötken məҳəl (-ğan, -qen, -қan, -ken)
3) anıқ emes burınğı ötken məҳəl (-ıp, -ip, -p)
4) burınğı ötken məҳəl (-ğan/ edi)
5) jaқın ötken məҳəl (-ıp/edi)
1
Tумашева Д.Г. Хəзерге татар əдəби теле морфологиясе. Казан, Ка-
зан Университеты нəшрияты. 1964, с. 125-146.
2
Тумашева Д.Г. Язык сибирских татар. Часть вторая. Изд. Казанско-
го Университета, 1968, с. 50-65.
|