Gülşən İslam qızı Axundova



Yüklə 102,26 Kb.
səhifə19/52
tarix02.01.2022
ölçüsü102,26 Kb.
#35178
1   ...   15   16   17   18   19   20   21   22   ...   52
2017-1862

sait - duzqabı (sait - duz sözündən); əşya və mate­rial arasında əlaqə nəticəsində yaranan köçürülmə. Bu qəbildən yaranan metonimik adlar ingilis dilində qab- qacaq rutinizmləri arasında çoxdur, məsələn: silver - gü­müş qab-qacaq, gümuş çəngəl-bıçaqlar; china - çini qab- qacaq; calabash - uzun balqabaq formasında olan su


35



üçün qablar calabash - balqabaq sözündən əmələ gəl­mişdir;

horn - heyvan buynuzuna bənzədilən qablar, hom - buynuz deməkdir.

İngilisdilli linqvomədəniyyəti səciyyələndirmək məqsədilə biz bu tədqiqatda tərkibində qab-qacaq leksik qrupuna aid olan frazeoloji birləşmələri təhlil edəcəyik.

Qab-qacaq rutinizmləri ingilis dilində həm öz no- minativ mənasında, həm də məcazi mənalarda işlənərək antropocentrik xarakter daşıyır, insanın fiziki və yaxud mənəvi keyfiyyətlərini və həmçinin cəmiyyətin sosial və mənəvi dəyərlərini əks etdirir. Bu rolda çıxış edərək qab- qacaq rutinizmləri öz nominativ funksiyasından heç də az kommunikativ funksiya daşımırlar, onların kommu­nikativ əhəmiyyəti bu hallarda daha da artır. Məhz buna görə bu leksik vahidlərin tədqiqinə maraq getdikcə artmaqdadır.

Frazeoloji birləşmələrin tərkibində işlənən qab- qacaq rutinizmləri tədqiq olunan leksikanın semantik im­kanlarının genişlənməsini təmin edir.

Frazeoloji birləşmənin əsasında yaranan assosiasi­yalar milli xarakter daşıyır və ona görə də spesifikliyi ilə səciyyələnir. Frazeoloji birləşmələrdə əks olunan ənənə və stereotiplər ingilisdilli etnosun dünyasının dil mən­zərəsini formalaşdırır.

Qab-qacaq adlarının mənasının köçürülməsi metaforik xarakter daşıyır, məsələn:

a big pot (“böyük adam”, “tuz”, “başçı”);

broken vessel (rəzil insan);



Yüklə 102,26 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin