Tədqiqatın aparılması. Dərsliklə iş aparılır. Mətn oxunub təhlil olunur (dərslik, səh.153).
Məlumat mübadiləsi və müzakirənin təşkili. 1-3-cü tapşırıqlar yerinə yetirilir.
Qeyd. Müəllim şagirdlərin diqqətini əsgər paltarlarının rənginə, dovşanın qışda ağ, yayda
boz, şimal ayısının ağ olmasına yönəldir, bunların səbəblərini izah edir.
2-ci tapşırıq. Sevinc, nadir, yasəmən, xəyal və bu kimi sözlər cümlədə işlədilir.
3-cü tapşırıq. Çiçəyin babası gülçü idi, bağda işləyirdi. Çiçək güllü paltarını geyindi, başına
ala-bəzək bant bağladı. Baba səs gələn tərəfə baxdı.