Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərslikdən nəzəri hissə oxunur, təhlil olunur. Dərslikdəki tapşırıqlar
kollektiv müzakirə yolu ilə yerinə yetirilir.
1-ci tapşırıq. Tapşırığın şərtinə əsasən, şagirdlər rastlaşdıqları situasiyalardan misallar
gətirməklə verilən atalar sözünü izah edirlər.
2-ci tapşırıq. Cavablar:
Yorğanına bax, ayağını uzat. Şərti şumda kəs, xırmanda yabalaşmayasan. Sən saydığını say, gör fələk nə sayır. Quyuya tüpürmə, suyunu içməli olarsan. Od yanmasa, tüstü çıxmaz. Yağışdan çıxdıq, yağmura düşdük. 3-5-ci tapşırıqlar yerinə yetirilir.
Əlavə tapşırıqlar.
– “Yol böyüyündür, su kiçiyin!” atalar sözünün mənasını izah edin. Sizcə, niyə su gətirəndə ilk növbədə kiçiyə təklif edirlər, kiçiklər isə hər zaman böyüklərə yol verməlidirlər? – Hansı ifadə atalar sözlərini tamamlaya bilər: yaddaşı, çörək yeyirsən, yaş, doqquzu, doymadım 1. Qonağa deməzlər ... 2. Qonaq ... deməz. 3. Yalançının ... olmaz. 4. Gözəllik ondur, ... dondur. 5. Qurunun oduna ... da yanar. – Söhbət zamanı biri yalan danışanda bu ifadələrdən hansı işlədi lir? A) Sonrakı peşmançılıq fayda verməz. B) Bişmiş toyuğun gülməyi gəlir. C) Saqqalım yoxdur, sözüm ötmür. Nəticə: Atalar sözündə müdrik fikir qısa və yığcam şəkildə ifadə olunur. Atalar sözləri
zəhmət, vətən, böyük-kiçik münasibətləri, mərdlik, düzlük və başqa mövzularda olur.