Gürcüstan Hökumətİ


Mədəniyyət və identikliyin qorunub saxlanması



Yüklə 165,5 Kb.
səhifə17/22
tarix28.12.2021
ölçüsü165,5 Kb.
#16386
1   ...   14   15   16   17   18   19   20   21   22
Mədəniyyət və identikliyin qorunub saxlanması

Hesabat dövrü mədəniyyətin dəstəklənməsi məqsədilə keçirilmiş rəngarəng tədbirlərlə seçilirdi, hansılar ki, etnik azlıqların identikliyinin qorunmasına, onların mədəni irsinin mühafizəsinə və inkişaf etdirilməsinə xidmət edirdi. Festivallar, müsabiqələr, sərgilər, xatirə gecələri, mədəniyyətlərarası dialoq formatında görüşlər, ədəbi- idrakı təqdimatlar və s. təşkil edildi.

Gürcüstanda etnik azlıqların mədəniyyətlərinin mühafizə-inkişafı, populyarlaşdırılması, gürcü mədəni məkanına inteqrasiyası nöqteyi-nəzərdən Gürcüstan Mədəniyyət və Abidələrin Müdafiəsi Nazirliyi “Milli azlıqların dəstəklənməsi” proqramı çərçivəsində 2014-cü ildə silsilə layihələri dəstəklədi :



  • Gürcü və yəhudi xalqları arasında 26 əsrlik dostluğu qeyd etmək üçün bir sıra silsilə tədbirlər keçirildi, o cümlədən:

ÜHHŞ Şota Rustaveli adına Peşəkar Dövlət Teatrında gürcülərin və yəhudilərin arasında mövcud 26 əsrlik dostluğu qeyd etmək məqsədilə bayram konserti keçirildi ; Q. Baazov adına Yəhudi Etnoqrafik-Tarixi Muzey açıldı. Həmçinin yəhudi xalqının Gürcüstanda məişət həyatını əks etdirən eksponatlar sərgisi təşkil olundu; elektron formatda “26 əsr” layihəsi hazırlandı, bu layihə gürcü və yəhudi xalqları arasında tarixi-mədəni əlaqələrin bütün diqqətəlayiq hadisələrini əks etdirdi.

  • Mirzə Fətəli Axundov adına Mədəniyyət Mərkəzində “Əllə toxunmuş Azərbaycan xalçaları” adlı layihə həyata keçirildi;

  • Gürcü və osetin dillərində klassik osetin yazıçısı Napi Cusoitinin “Dağlar beşiyimdir mənim” adlı ikidilli şeirlər toplusu dərc olundu;

  • Azərbaycan dilində “Yüz böyük gürcü” adlı kitab nəşr olundu, burada tarixi əhəmiyyətə malik yüz məşhur gürcünün həyatı və yaradıcılığı haqqında danışılır;

  • Beynəlxalq musiqi müsabiqəsi olan “Türkvizion”un hazırlanma mərhələsi dəstəkləndi;

  • “Vaynax incəsənəti” kataloqu dərc olunmaq üçün hazırlandı, kataloqda vaynax mədəniyəti ənənələri və tətbiqi incəsənətin müxtəlif nümunələri əks olunubdur;

  • Mədəni Maarif Mərkəzi olan “Hairtun”un təşəbbüsü ilə “ 20-ci əsrin II yarısında Gürcüstanın erməni rəssamları” və “Köhnə Tbilisinin illüstrasiyaları” adlı iki albom dərc olunmaq üçün hazırlandı;

  • Multietnik festival “Bir səmanın altında” çərçivəsində klassik musiqi və folklor konsertləri keçirildi;

  • Qafqaz caz-festivalı çərçivəsində (4 ölkədən gəlmiş 30-dək musiqiçi iştirak edirdi), 4 konsert keçirildi.


Yüklə 165,5 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin